13
Digər tərəfdən, bədii üslubda əgər sinonimik sıra geniş istifadə olunursa, elmi və
rəsmi üslublarda buna zərurət yoxdur.
Üslubiyyatın digər vacib anlayışı
üslubi məna anlayışıdır. Bu məna sözün
leksik, qrammatik və digər mənalarından əlavə mənadır. Lakin bu məna daha çox
konkretliyi və daimiliyi ilə seçilir. Üslubi məna sözün semantik strukturunun bir
hissəsini təşkil edir. Ekspressiv çaları olan sözlərdə bu məna üzdədir, digərlərində
isə yalnız konkret kontekstdə özünü büruzə verir.
Üslub. Ənənəvi dilçilikdə “üslub” termini
normativ-üslubi qaydalara
uyğunlaşma dərəcəsini ifadə edir (“yaxşı üslub”, “pis üslub”, “üslub səhvi” və s.).
İlkin olaraq “üslub” sözü daha geniş mənada - danışıq manerası, müəllif üslubu
kimi mənalarda işlənib. Üslub anlayışı ədəbiyyatşünaslıqda
da geniş şəkildə
istifadə olunur. Yəni hər bir halda “üslub” dilin nitqdə ifadəsi anlamına gəlir.
Tədricən dilin üslubi cəhətlərinə maraq artdı və “üslub” anlayışı artıq dil
vahidlərini ifadə etməyə başladı.
Dostları ilə paylaş: