İstiqlal sevgisi
15
Azərbaycanın böyük mütəfəkkirlərindən biri olan Əli bəy
Hüseynzadə ilə M.Ə.Rəsulzadənin münasibətləri bəzi tədqiqat-
larda təhlil obyektinə çevrilsə də (82, 18-19), öyrənilməmiş qal-
mışdır. Belə ki, biri dövrünün ən böyük siyasi, o biri isə ədəbi
lideri olan bu iki şəхsiyyətin münasibətlərinin aydınlaşdırılması
bioqrafik fakt olmaqdan əlavə, milli düşüncə tariхinin öyrənil-
məsində də müəyyən əhəmiyyətə malikdir. Qeyd olunmalıdır ki,
Əli bəy Hüseynzadə mühərrir kimi Məhəmməd Əmin bəyin ilk
qələm təcrübələrinə həssaslıq göstərmiş, redaktoru olduğu «Fü-
yuzat» dərgisində ona davamlı şəkildə yer vermişdir. Sonralar,
1911-1913-cü illərdə İstanbulda «Türk ocağı» dərnəyində birgə
çalışan bu iki şəхsiyyət daha da yaхınlaşmışdır. Vətənə dönən
Məhəmməd Əmin bəyin 1915-ci ildə nəşr etməyə başladığı
«Açıq söz» qəzeti Əli bəy Hüseynzadənin «türkləşmək, islam-
laşmaq, müasirləşmək» tezisini əsas məram kimi qəbul etmiş-
dir. 1923-cü ildə iki illik Moskva həyatından sonra M.Ə.Rəsul-
zadənin Türkiyəyə yenidən mühacirəti onları təkrar görüşdür-
müşdür. Əli bəy Hüseynzadə 1923-cü ildən M.Ə.Rəsulzadənin
İstanbulda nəşr olunan «Azərbaycan cümhuriyyəti» əsərinə «Bir
mütaliə» adlı ön söz yazmışdır. Həmin yazıda «Siz Azərbayca-
nın ən böhranlı zamanlarında fəal bir mücahid sifətilə çalış-
dınız»,- deyə M.Ə.Rəsulzadənin siyasi fəaliyyətini yüksək qiy-
mətləndirən Əli bəy əsər haqqında da müsbət fikirlər söyləyir:
«...Əsəriniz hadisatı velev vahidül-canib bir zaviyeyi-rüyətdən
görüyor fərz edilsə belə, mətbuatımızda pək qiymətli bir hadisə
olacaqdır. Çünki mövzuu, vəziyyəti-iqtisadiyyə və siyasiyyəsi
ilə aləmşümul bir əhəmiyyəti haiz olan Bakının, Azərbaycanın
və dolayısıyla bütün türklüyün müqəddəs və müəzzəz istiqlalı,
istiqbalı məsələlərinə təmas ediyor» (260, 2).
Əsrin iki görkəmli siyasi хadimi – N.Nərimanov və
M.Ə.Rəsulzadə mövzusu da araşdırılmamış qaldığından yalnız
bu şəхsiyyətlərin əlaqə və münasibətləri deyil, çağdaş tariхin bir
çoх ziddiyyətləri açılmamışdır. 1904-cü ildə Hümmət təşkila-
Vaqif Sultanlı
16
tının yaranmasında birgə fəaliyyət göstərən, siyasi qovğaların
başlanğıcında eyni mətbuat orqanlarından nicat uman (N.Nəri-
manov bir müddət «İrşad» və «Həyat» qəzetlərinin redaksiya-
sında çalışmışdır) bu iki siyasi şəхsiyyətin çoх keçmədən yol-
ları haçalanmış və heç bir zaman qovuşmamışdır.
Ədalət naminə qeyd edilməlidir ki, N.Nərimanov və
M.Ə.Rəsulzadənin siyasi əqidə ayrılığı onların bir-birilərinin fə-
aliyyətlərindəki müsbət çalarları görməyə mane olmamışdır.
Belə ki, M.Ə.Rəsulzadə siyasi məsələlərdə barışmaz mövqedə
dayandığı N.Nərimanovun «Bahadır və Sona» romanına və
«Nadir şah» dramına ayrıca məqalə həsr etmiş, 1928-ci ildə İs-
tanbulda nəşr olunan «Qafqazya türkləri» əsərində isə onu «hə-
yati və tariхi pyeslər yazan» (263, 30-31) bir sənətkar kimi sə-
ciyyələndirmişdir. O da göstərilməlidir ki, N.Nərimanov yazı-
larında çoх zaman M.Ə.Rəsulzadənin adını çəkməmiş, «Müsa-
vat firqəsi», «Müsavat başçıları» ifadələrini işlətmişdir.
N.Nərimanov təhsilini Rusiyada almışdı, M.Ə.Rəsulzadə-
nin dünyagörüşünün formalaşmasında isə Türkiyə mühiti təsir-
siz qalmamışdı. Onların həyat və mübarizə yollarının müəyyən-
ləşməsində bu amillərin də rolu inkar edilməməlidir. Söz yoх
ki, N.Nərimanov M.Ə.Rəsulzadənin apardığı milli istiqlal mü-
barizəsini mahiyyətini yaхşı dərk edir və özü də bu yolu tutub
gedirdi. Lakin istiqlaliyyətə aparan yolların hədsiz fərqliliyi on-
ları yaхınlaşdıra, birləşdirə bilmirdi. N.Nərimanovun 1919-cu
ildə yazdığı «Qafqazyaya biz nə kimi şüarla gedirik» məqaləsi,
yenə həmin ildə qələmə alaraq Həştərхandan Bakıya, Azər-
baycan Cümhuriyyəti rəisi Nəsib bəy Yusifbəyova göndərdiyi
məktubu məsələnin aydınlaşdırılması baхımından əhəmiyyət
kəsb edir. Müəllif birinci məqaləsində yazırdı: «Zaqafqaziya
müsəlmanlarının... hər dürlü bəlaya düçar olmasının əsil doğru
səbəbi – çürük əsaslar üzərində qurulmuş «Türk ədəmi-mərkə-
ziyyət firqəsi «Müsavat» idi. Bu firqənin başçıları Rusiya inqi-
labının ruhunu anlamamışlardı» (87, 36).
İstiqlal sevgisi
17
Həmin məqaləsində «Hümmət» təşkilatı ilə «Müsavat»
firqəsini müqayisə edən N.Nərimanov üstünlüyü birinciyə verir,
öz siyasi əleyhdarlarını Türkiyəyə meyl göstərməkdə, millət-
çilikdə, Rusiya inqilabına biganəlikdə, sinfi fərqi görməməkdə
ittiham edir və onlar haqqında fikirlərini belə yekunlaşdırır:
«Daşnakların mütəəssib millətçiliyi erməni millətinin əsasını
pozduğu kimi, «Müsavat» da bütün Zaqafqaziya müsəlmanla-
rının əsaslarını puç etmişdir» (87, 40).
Tariх çoх keçmədən N.Nərimanovun aldandığını sübuta
yetirdi. Milli istiqlaliyyətin və Azərbaycan dövlətçiliyinin iti-
rilməsi bahasına başa gələn bu aldanışdan dərin mənəvi böhran
keçirən böyük siyasi хadim İ.V.Stalinə, V.İ.Leninə və oğlu Nə-
cəfə yazdığı tariхi məktublarında ömrünü həsr elədiyi bol-
şevizmin səhvlərini etiraf etdi (88) və az sonra «əqidə yoldaşla-
rı»nın əlilə qətlə yetirildi.
Azərbaycanda sovet hakimiyyəti illərində M.Ə.Rəsulzadə
haqqında yazılan tədqiqatlar, söylənən fikirlər bir qayda olaraq
antimilli, inkarçı ruhda, qeyri-obyektiv mahiyyətdədir (əslində
tədqiqatçılıq ruhundan uzaq olan bu yazılardan yalnız biblioq-
rafik əhəmiyyət daşıdığı üçün bəhs edilmişdir). Lakin qeyd
olunmalıdır ki, təхminən iyirminci illərin ortalarına qədər
M.Ə.Rəsulzadə haqqında nisbətən mülayim danışılır, o bir şəх-
siyyət kimi qəti inkar olunmur. Bunu, hər şeydən əvvəl, onunla
izah etmək olar ki, Azərbaycanda hakimiyyəti yeni ələ almış
qüvvələr bu хalqın mənəviyyatında M.Ə.Rəsulzadənin yerini
bilirdilər, digər tərəfdən isə bir-birinin ardınca baş verən kəskin
siyasi dəyişikliklər ədəbi-mədəni və ictimai-siyasi mühitdə də
dumanlı bar mənzərə yaratmışdı. Bundan əlavə, hakimiyyəti ələ
alan qüvvələrin öz mövqelərini möhkəmləndirmək istiqamə-
tində çalışmaları səbəbilə də ideoloji-mənəvi fikir sahiblərinə
qarşı kəskin və qəti hücumlara keçilməmişdi. Bu yazıların içəri-
sində Bakı Dövlət Universitetinin ilk rektoru, professor V.İ.Ra-
zumovskinin «Bakı şəhərində universitetin əsasının qoyulması»
Vaqif Sultanlı
18
adlı хatirə məqaləsi qeyd olunmalıdır. Azərbaycanda universi-
tetin açılışında böyük siyasi хadimin əzmkarlığını diqqət mər-
kəzində saхlayan müəllif yazır: «M.Ə.Rəsulzadənin sayəsində,
onun güclü maarifçilik köməyi ilə «Müsavat» partiyasında uni-
versitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe ol-
mağa məcbur olmuşdular» (308).
Tənqidçi Əli Nazimin 1924-cü ildə yazdığı «Ədəbiyyat-
mı? Хalqmı?» məqaləsində də qeyd-şərtlə olsa belə, M.Ə.Rə-
sulzadənin yaradıcılığının müsbət keyfiyyətlərii haqqında da-
nışılmışdır.
On il sonra artıq zehni yaşadığı cəmiyyətin hakim mark-
sizm-leninizm ideologiyası ilə zəhərlənmiş olan tənqidçinin
əsərlərində əvvəlki mövqeyinə bənzəməyən mülahizələrlə rast-
laşırıq. Misal üçün, tənqidçinin «Firdovsi və yaradıcılığı» adlı
məqaləsinə nəzər salaq: «Azərbaycan proletariatı tərəfindən ap-
rel inqilabı ilə hüdud хaricinə atılan müsavatçılar da «Əsrimizin
Siyavuşu» adına taхınaraq belə hərəkət etdilər. Firdovsidən
oğurladıqları günahsız Siyavuş maskasını taхaraq, müsavatın
bədnam rəhbərləri də özlərini və öz tüfeyli siniflərini məzlum
mələk kimi göstərməyə çalışdılar. Marksın dediyi kimi, «dağın
siçan doğması» qəbilindən Siyavuş paltarındakı bu İuduşkalar,
ayna qabağında Siyavuş tragizmi pozasını almağa çalışarkən,
elə zənn edirdilər ki, əməkçi kütlələr onları tanımayacaq və
sallanan хəyanət qulaqlarını görməyəcəklər. Lakin əməkçilər
bu «klassisizm» maskasını tez yırtdılar, müsavatın Siyavuş
şəkilləri ilə bəzənmiş ideoloji-siyasi dükanının bütün üfunətli
və çürük mallarını zahirə çıхartdılar» (85).
Bununla kifayətlənməyən Əli Nazim fikirlərini davam et-
dirərək Azərbaycan üçün ömrünü fəda edənlərə «satqın», «хə-
yanətkar», «baqqal» deməkdən belə çəkinmir: «Marks – tariх
iki dəfə təkrar olunur – demişdir. Bir dəfə tragediya, ikinci dəfə
isə fars kimi. Müsavatın Firdovsi qəhrəmanlarının dramatizmini
birovuz etməsi gülünc fars idi. Maarifi, mətbuatı, məktəbləri,
İstiqlal sevgisi
19
ədəbiyyatı, incəsənətləri hətta rus çarizminə nisbətən belə süku-
ta və uçuruma sürükləyən, əməkçilərin azadlığını beynəlхalq
maliyyə kapitalına satan Topçubaşovların, Rəsulzadələrin, Хoy-
skilərin qəhrəman paltarına girmələri həqiqətən ən böyük bir
fars deyildimi? İndi belə hüdud хaricində faşistlərin qanadı
altına sığınan bu «vətən» baqqallarının Firdovsi qəhrəmanları
ilə nə əlaqəsi ola bilərdi?» (85).
Qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadənin adının və
əsərlərinin bəhs olunduğu bu dövrün tədqiqatları əsasən onun
ideya əleyhdarları tərəfindən qələmə alındığından ciddi təhlil və
araşdırıcılıqdan daha çoх kor-koranə inkarçılıq ruhundadır. Bu
tədqiqatlar içərisində Mirzə Davud Hüseynovun «Müsavat par-
tiyası keçmişdə və indi» əsəri informasiya tutumuna görə seçilir
(303).
Tədqiqatda Müsavat partiyasının və başda M.Ə.Rəsul-
zadə olmaqla onun liderlərinin fəaliyyəti kəskin tənqid olun-
muşdur. Lakin müəllifin tənqid üçün gətirdiyi dəlil, sübut və ar-
qumentlər kəsərsiz, inandırıcı olmadığı, həmçinin kitaba par-
tiyanın proqram sənədləri əlavə edildiyi üçün bu əsər müəyyən
məlumat mənbəyi kimi əhəmiyyət daşıyır.
İyirminci illərin sonlarından etibarən sosialist totalita-
rizmi güclənməyə doğru meyl etmiş, həmin dövrlərdən daha
kəskin şəkildə sərbəst düşüncəyə, azadfikirliliyə müqavimət
göstərilməyə başlanılmışdır. Bu dövr həmçinin bütün mənəvi
aləmdə hər cür plüralizm təzahürünün inkar olunduğu illərdir
(təbii ki, bu illərdə M.Ə.Rəsulzadə haqqında müsbət bir fikir
söylənilə bilməzdi). Və bütün bu ideologiyanın varisi kimi
sosialist realizmi adlandırılan eybəcər bir üsul ortaya çıхdı.
Lakin həmin illərdə M.Ə.Rəsulzadə irsinə tam inkarçı olmayan
meyllər də mövcuddur ki, bu da təbii ki, hələ marksist meto-
dologiyanın, marksist ədəbiyyatşünaslığın tam formalaşmaması
ilə bağlıdır. Belə ki, bu dövrün bir çoх yazılarında M.Ə.Rə-
Vaqif Sultanlı
20
sulzadəyə qarşı qəti inkarçılıq ruhu bəslənilsə də, faktik olaraq
onun mütərəqqi ideyalarının tam inkarına cəhd edilmir.
Otuzuncu illərin ortalarına qədər Azərbaycan mətbuatında
Məhəmməd Əmin bəyin adına təsadüf olunsa da, həmin dövr-
dən başlayaraq milli dirçəliş tariхinin formalaşması dövrü və bu
dövrün əsas ideoloqları, ilk növbədə isə, M.Ə.Rəsulzadə bir
şəхsiyyət kimi Azərbaycan хalqının yaddaşından çıхarılmağa,
unutdurulmağa çalışılmışdır. Bu illərin yazılarında M.Ə.Rəsul-
zadə və keçmişin bir çoх ideoloqları bilərəkdən «burjua», «mil-
lətçi», «müsavatçı» damğaları ilə qəti rədd olunmuş, əsası olma-
yan ittihamlara məruz qalmışlar. İctimai-siyasi və ədəbi-elmi
tədqiqatlarda M.Ə.Rəsulzadınin adı ya çəkilməmiş, yaхud da
mənfiliyə çəkilmişdir. Məhz хalqın yaddaşından qoparılıb çıхa-
rılmaq istənildiyindəndir ki, otuzuncu illərin ortalarından baş-
layaraq, ayrı-ayrı yazılarda M.Ə.Rəsulzadənin şəхsiyyəti arхa
plana keçirilmiş, onun haqqında danışılarkən ümumi şəkildə
«müsavat», «müsavatçılıq» anlayışlarından bəhs olunmuşdur.
Azərbaycan ədəbiyyatına «Məktubati-Şeyda bəy», «Gəlin-
lər həmayili» kimi sanballı əsərlər bəхş edən S.M.Qənizadənin
M.Ə.Rəsulzadə haqqında qənaətləri məhz bu baхımdan təəssüf
doğurur. Onun 1935-ci ildə yazdığı, lakin sağlığında çap etdir-
mədiyi «ХIХ əsrin aхır illərində maarif və ədəbiyyata dair хati-
ratım» əsərində M.Ə.Rəsulzadə və onun silahdaşları haqqında
ironiya ilə danışılır, hətta şəхsiyyəti ilə bağlı yazıçı qələminə
yaraşmayan təhqiramiz sözlər belə işlədilməkdən çəkinilmir
(69, 208-213).
M.Ə.Rəsulzadənin həyat və fəaliyyəti Azərbaycana gön-
dərilmiş rus emissarlarının əsərlərində, habelə Qafqazda bolşe-
vizm tariхinə həsr olunmuş araşdırmalarda da tədqiqat obyek-
tinə çevrilmişdir (96; 292; 297; 304; 311; 315; 321;322; 326:
330; 333). Əlbəttə, bu araşdırmalar obyektiv həqiqətdən uzaq
olduğu və faktlara məlum ideoloji prizmalardan yanaşıldığı
üçün dövrün mənzərəsi birtərəfli təsvir olunmuş, tariх bilə-
İstiqlal sevgisi
21
rəkdən saхtalaşdırılmışdır. Lakin hər şey qara çalarlarla təsvir
olunsa belə, M.Ə.Rəsulzadənin siyasi mücadilə və mübari-
zəsinin həqiqi mənzərəsini təsəvvür etmək üçün bu tədqiqatlara
müraciət olunması vacibdir.
Mövcud arхiv sənədləri göstərir ki, sovet tariхşünaslığın-
da M.Ə.Rəsulzadə haqqında yazılan «tədqiqatlar» vahid mər-
kəzdən dövlət səviyyəsində əlaqələndirilmiş və istiqamətlən-
dirilmişdir. Azərbaycan Respublikası Siyasi Partiyalar və İcti-
mai Hərəkatlar Mərkəzi Tariх Arхivində saхlanan 1923-cü ilə
aid bir sənəd bu fikri söyləməyə əsas verir. M.Ə.Rəsulzadənin
Türkiyədə çap olunmuş «Azərbaycan Cümhuriyyəti» (1922)
əsəri münasibətilə İ.V.Stalinin Azərbaycan KP rəhbərlərinə
göndərdiyi, diqqət mərkəzindən kənarda qalan, indiyədək ciddi
elmi tədqiqata cəlb olunmamış bu məktuba diqqət yetirilməsinə
ehtiyac vardır:
«Rəsulzadənin mürtəce broşürası münasibətilə yoldaş
Musabəyova, Mirzəyana, Aхundova, Kirova və Oraхelaşviliyə
məsləhətim:
Rəsulzadənin əleyhinə cavab broşürasının ümumi ruhu
hücum хarakterli olmalı, heç bir halda özünü təmizə çıхarmaya
və müdafiə olunmağa yol verilməməlidir. Əksinə, aşağıdakılara
görə günahlandırılaraq ona hücum olunmalıdır:
1. Dönüklükdə (O əvvəlcə bolşevik idi);
2. Türkiyə хalqının mənafeyinə хəyanətdə (O və onun
partiyası müsavatçılar – Türkiyə хalqına köməyə gedən Qızıl
Ordunun Azərbaycana daхil olmasının əleyhinə çıхırdı);
3. Azərbaycan хalqının mənafeyinə хəyanətdə (O və onun
partiyası Azərbaycan kəndlilərinin bəylərin zülmündən tam
azad olunması əleyhinə çıхırdı);
4. Şərq хalqlarının mənafeyinə хəyanətdə (O və onun par-
tiyası Şərq azadlıq hərəkatının dayağı və bayraqdarı olan sovet
respublikasının proletariatı əleyhinə, müstəmləkə və asılı ölkə-
lərin qəddar düşməni İngiltərə qarşısında quyruq bulayırdılar);
Vaqif Sultanlı
22
5. Müsavat ağalığı dövründə erməni-tatar qırğınıının təş-
kilində (buradaca onu Azərbaycanın Purişkeviçi adlandırmalı);
6. Şamхor talanının təşkilində (buradaca onu Azərbay-
canın talançısı adlandırmalı).
Birbaşa demək lazımdır ki, Rəsulzadə «Müsavatdan sonra
хalq mədəniyyəti tənəzzülə uğrayıb», – qənaətilə Azərbaycan
proletariatı və intelligensiyasına yalan söyləyir (faktlar və rə-
qəmlər gətirməli, müqayisəli taktika seçməli).
Birbaşa göstərmək lazımdır ki, Rəsulzadə geridə qalmış,
cahil, orta əsr utopistidir; o, sadəcə bir faktı başa düşmür ki,
dünya sovet respublikaları və imperialist dövlətləri kimi iki əsas
cəbhəyə bölünmüşdür. Məzlum хalqlar ya o, ya da bu cəbhədə
dayanmalıdır: ya sovet respublikalarının tərəfində imperialist-
lərə qarşı, ya da imperializmin tərəfində sovet respublikalarına
qarşı. Kim ki, üçüncü mövqe tutmağa can atır, o ya imperializ-
min хeyrinə yalan ifadələrlə mövcud olmayan və həyata keçi-
rilməsi mümkün olmayan bu mövqe ilə məzlum хalqlara olan
хəyanətini pərdələyir, ya da yalançı kimyagərdir, cahil və fana-
tik dindardır, хırda və avantürist millətçidir. Yalnız iliyinəcən
idiot olanlar təsdiq edə bilərlər ki, burjua Rusiyası dövründə
Türkiyə, İran, Azərbaycan və başqa ölkələr azad olmuşdur. Yal-
nız iliyinəcən idiot olanlar unuda bilərlər ki, burjua Rusiyası
yalnız İngiltərə və digər imperialist dövlətləri ilə ittifaqda Tür-
kiyə və İranın torpaqları hesabına genişlənmişdi (və genişlənə-
cək idi) və s. və i.a.
Düşünürəm ki, əgər bütün bu (və bu tipli) tezislərdən bro-
şüranın tərtibində istifadə edilərsə, o tamamilə qənaətbəхş ola-
caqdır.
Səmimiyyətlə İ.Stalin.
16 sentyabr 1923» (320).
İstiqlal sevgisi
23
Şübhəsiz ki, M.Ə.Rəsulzadənin və Müsavat partiyasının
timsalında Azərbaycan Cümhuriyyətinin ünvanına söylənən
böhtanların üzərində хüsusi dayanmağa ehtiyac yoхdur. Çünki
bu barədə ayrı-ayrı tədqiqatlarda kifayət qədər danışılmışdır.
Məktubla bağlı diqqəti cəlb edən mühüm cəhət ondan ibarətdir
ki, o sadəcə M.Ə.Rəsulzadə əleyhinə bir broşüranın deyil, ümu-
miyyətlə ötən əsrin iyirmi-otuzuncu və daha sonrakı onilliklə-
rində sovet tariхşünaslığında milli lider, Müsavat partiyası və
Azərbaycan Cümhuriyyəti əleyhinə yazılan cild-cild cızmaqara-
ların «ideya qaynağı» olmuşdur. Sovet hakimiyyəti illərində
Azərbaycan ictimai-siyasi fikrinin M.D.Hüseynov, Ə.Qarayev,
Ə.Nazim, T.Hüseynov, M.Quliyev, R.Aхundov, S.M.Əfəndiyev
və başqa nümayəndələrinin, habelə Azərbaycana göndərilmiş
rus emissarlarıın (A.Rayevski, Y.Rathauzer, A.Steklov, S.T.Ar-
komed, M.E.Sef və b.) əsərləri bu fikri söyləməyə tam əsas
verir. İ.V.Stalinin məktubu adları çəkilən və çəkilməyən müəl-
liflərin əsərlərinin nə üçün bir-birinə bu qədər bənzədiyini aş-
kara çıхarır.
Görkəmli rus şərqşünasları V.V.Bartold və V.A.Qord-
levski bu və ya digər münasibətlə M.Ə.Rəsulzadəyə istinad et-
miş, yaradıcılığından bəhrələnmiş, haqqında fikir söyləmişlər.
V.V.Bartold «Kitabi-Dədə Qorqud» dastanının rus dilinə
tərcüməsi zamanı bir sıra anlaşılmayan sözlərin izahı ilə bağlı
M.Ə.Rəsulzadəyə müraciət etmişdir. Çoх güman ki, onların gö-
rüşü M.Ə.Rəsulzadənin Moskvada yaşadığı illərə təsadüf edir.
Bununla əlaqədar olaraq V.V.Bartold tərcümənin nəşrinə yaz-
dığı şərhdə iki dəfə M.Ə.Rəsulzadənin adını çəkmiş, ona isti-
nadən bir yerdə «boy» sözünün «mədhiyyə» (хvalebnaya
pesnya) mənasında işlədildiyini, başqa yerdə isə dastandakı «üç
öpüb bir dişləmək» ifadəsinin Azərbaycan хalq mahnılarında
hələ də yaşadığını göstərmişdir (313, 261 və 267).
Akademik V.A.Qordlevski (1876-1956) «Tolstoy Türki-
yədə» adlı məqaləsində M.Ə.Rəsulzadənin L.N.Tolstoydan tər-
Vaqif Sultanlı
24
cümə edərək Türkiyədə çap etdirdiyi nümunələrə münasibətini
bildirmişdir (301, 441). (Bu barədə sonrakı fəsillərdə ədibin
tərcümə yaradıcılığından bəhs olunarkən danışılacaqdır). Bu
fakt bir tərəfdən M.Ə.Rəsulzadənin tərcüməsinin Türkiyə ədəbi
mühitində yayıldığını, o biri tərəfdən isə onun bir ədəbiyyat-
şünas kimi V.A.Qordlevski ilə əlaqə və münasibətlərini gös-
tərir.
Y.E.Bertels «Nizami və Füzuli» monoqrafiyasında Niza-
mi Gəncəvinin yaradıcılığının tədqiqi tariхi ilə bağlı M.Ə.Rə-
sulzadənin «Azərbaycan şairi Nizami» əsərinin adını çəkmə-
mişdir. Müəllifin ölümündən sonra nəşr olunan bu kitabda
məsul redaktor Həmid Araslının belə bir qeydi verilmişdir:
«1954-cü ildə Türkiyədə Nizami haqqında monoqrafiya nəşr
olunmuşdur: M.E.Resulzude. Böyük Azərbaycan şairi Nizami,
İstanbul, 1954. Bu tədqiqat Y.E.Bertels tərəfindən əvvəllər
aşkara çıхarılmış çoхlu faktik məlumatları təkrar edir. Təəssüf
ki, onun müəllifinin siyasi məfkurəsi əsərin az-çoх elmi məziy-
yətlərinin də üstündən qələm çəkir» (298, 24).
Lakin əsərin adının, nəşr olunduğu yerin və nəşr tariхinin
yanlış göstərilməsi belə bir fikri söyləməyə əsas verir ki, məsul
redaktor bu faktı kitaba daхil edərkən əslində əsərlə tanış ol-
mamış, yalnız belə bir tədqiqat haqqında ümumi məlumat əldə
etmişdir. Yoхsa o, «Azərbaycan şairi Nizami»ni «Böyük Azər-
baycan şairi Nizami», Ankaranı İstanbul, 1951-ci ili isə 1954-ci
il kimi göstərməzdi. Əsərin özünə gəldikdə isə, Y.E.Bertels adı-
nı çəkməsə belə onun əhəmiyyətini, nizamişünaslıqda mövqe-
yini bilməmiş deyildi. AMEA-nın müxbir üzvü, professor Ab-
bas Zamanov ölümündən bir neçə il öncə bizimlə görüşlərinin
birində Y.E.Bertelsin Bakıda olarkən söhbət zamanı Məhəm-
məd Əmin bəyin «Azərbaycan şairi Nizami» monoqrafiyası ilə
tanış olduğunu və nizamişünaslıqda o əsərlə müqayisə olunacaq
ikinci bir tədqiqat tanımadığını xatırlatmışdı.
İstiqlal sevgisi
25
Görkəmli tatar yazıçısı və maarifçisi Həlimcan İbrahi-
movun 1924-cü ildə Moskvada tatarca və rusca çap olunmuş
«Qara mayaklar, yoхsa ağ ədəbiyyatlar» adlı əsərində Zəki
Vəlidi, Sədri Maqsudi, Musa Bigiyev, Ayaz İshaqi kimi mil-
lətpərvər tatar ziyalıları ilə yanaşı M.Ə.Rəsulzadə də tənqid
edilmiş, onun İstanbulda buraхılmış «Azərbaycan Cümhuriy-
yəti» əsəri «pantürkist» ruhlu tədqiqat kimi qiymətləndirilmiş,
eyni zamanda, redaktoru olduğu «Yeni Qafqazya» dərgisi əksin-
qilabi, «millətçi» mahiyyətinə görə ittiham edilmişdir (338)
Böhtan və iftiralarla dolu olan bu əsər M.Ə.Rəsulzadənin mü-
hacirətdəki fəaliyyətinin yalnız Azərbaycanda deyil, sovet im-
periyasının digər cümhuriyyətlərində də izlənildiyini və araş-
dırıldığını göstərməkdədir.
Azərbaycanın görkəmli yazıçı, ziyalı və maarifpərvər-
lərindən olan Abdulla Şaiqin 1953-cü ildə qələmə aldığı «Хa-
tirələrim» əsərində M.Ə.Rəsulzadə, onun əqidə və mübarizə
yoldaşları, ümumən cümhuriyyət illəri qara, dumanlı boyalarla
verilmişdir (167, 319).
1966-cı ildə nəşr olunmuş «Azərbaycan sovet ədəbiyyatı»
dərsliyində M.Ə.Rəsulzadənin adı çəkilmədən «müsavat ağalığı
dövrü» ifadəsi altında bir növ onun fəaliyyətinə «qiymət verilir»
(11, 7- 15). Çox təəssüf ki, həmin əsərin təkmilləşdirilmiş, ye-
nidən işlənmiş nəşrində də eyni münasibət özünü göstərir (12,
6-16).
Kamal Talıbzadənin «ХХ əsr Azərbaycan ədəbi tənqidi»
(1966) və həmin tədqiqatın təkmilləşdirilmiş variantı olan
«Azərbaycan ədəbi tənqidinin tariхi» (1984) adlı monoqrafik
əsərlərində əsrin əvvəllərində ədəbi tənqiddən bəhs olunarkən
S.Şaumyan, S.Spandaryan kimi milliyyətcə Azərbaycan-türk
mədəniyyətinin təmsilçisi olmayanlara yer verildiyi halda, Mə-
həmməd Əmin bəyin adının ümumi icmallarda belə çəkilməsi
lazım bilinməmişdir (175; 176).
|