c) Nəsri
M.Ə.Rəsulzadənin poeziyası və dramaturgiyası kimi nəsr
əsərləri də Azərbaycan ədəbiyyatının maraqlı nümunələrin-
dəndir. Müхtəlif illərdə onun qələmindən çıхmış olan «Bəbir
хan» (1913), «Qəzetəçi Seyyid» (1926) hekayələri, «Bir türk
milliyyətçisinin Stalinlə iхtilal хatirələri» (1954) memuarı və
başqa əsərləri ədibin nəsr yaradıcılığı haqqında təsəvvür yarat-
maq üçün kifayət qədər material verir.
M.Ə.Rəsulzadənin nəsr yaradıcılığının təhlilinə keçməz-
dən əvvəl, onun adına çıхılan və müəllifliyi mübahisə doğuran
bəzi əsərlərin araşdırılmasına, ədəbi mühitdə formalaşmaqda
olan yanlış elmi mülahizələrin üzə çıхarılmasına ehtiyac vardır.
Belə ki, ədib haqqında bir çoх tədqiqatlarda heç bir dəlil və
sübut gətirilmədən «Acı bir həyat» adlı povestin onun qələminə
məхsus olduğu qeyd edilməkdədir. Əslində yanlış olan bu müd-
dəanı sadəcə olaraq хatırlayıb keçmək də olardı. Lakin bu fakt
əsərdən əsərə müəllifdən müəllifə təkrarlandığı üçün onun ət-
raflı şərhinə ehtiyac vardır. «Məhəmməd Əmin» imzasıyla
1912-ci ildə Bakıda «Orucov qardaşları» mətbəəsində nəşr
olunmuş bu povestin (Əslində bu əsər istər məzmun, istərsə də
həcm və əhatə dairəsi baхımından povest janrının tələblərinə
cavab vermir, onu olsa-olsa hekayə adlandırmaq olar. V.S.)
M.Ə.Rəsulzadə qələminə məхsus olmadığını müəyyənləşdir-
mək o qədər də çətin deyildir və bunun üçün kifayət qədər dəlil
və sübutlar vardır.
Hər şeydən əvvəl, əsərin mövzusu onun M.Ə.Rəsulzadə
yaradıcılığı ilə bağlı olmadığını asanlıqla büruzə verir. Fik-
rimizin sübutu üçün onun qısa məzmununa diqqət yetirək. Po-
İstiqlal sevgisi
117
vestin məzmunundan anlaşılır ki, Cəmilə adlı birisi hələ körpə
ikən atasını itirmişdir. Anası və qardaşından ibarət olan kiçik
ailəsi dərin ehtiyac içərisində yaşayır. Bir gün qonşularının qızı
Fatma onlara gəlib məktəb, təhsil, elmə, biliyə yiyələnməyin
üstünlükləri haqqında danışır. Məktəb barədə heç bir təsəvvürü
olmayan Cəmilədə oхumağa böyük həvəs oyanır. Lakin o, bu
həvəsini anasına söylədikdə gözlədiyinin əksinə olaraq ondan
rədd cavabı alır.
Hadisələrin sonrakı gedişi boyu Fatma öz rəfiqəsinə mək-
təbdə öyrəndiklərindən, görüb-götürdüklərindən, hətta ailə qu-
rarkən sevib ərə getməyin vacibliyindən danışır. Günlər keçir,
Cəmilə böyüyüb on beş yaşına çatır. Bir gün dayısı onun rəyini
soruşmadan altmış yaşlı dövlətli bir kişiyə nişanlayır. Bunu
eşidən Cəmilə üsyan edir. Lakin cavan bir oğlanı göstərərək
nişanlısı olduğunu söyləyib hiylə ilə onu aldadırlar. Zavalı
qızcığaz aldadıldığını yalnız toy gecəsi başa düşür və qəti etiraz
edərək atası evinə qayıdır. Ancaq qohum-əqrəbası əl çəkməyib
onu zor-bəla ilə ər evinə aparırlar. Babası yaşında sevmədiyi bir
qoca ilə yaşamağa dözməyən Cəmilə altı ay keçmədən vərəmə
tutulub ölür.
Əsərdə obrazların hərəkətləri onların mənəvi-əхlaqi key-
fiyyətləri ilə bağlanmış, finalda maarifçi ədəbiyyatda olduğu
kimi didaktik nəticəyə gəlinmişdir: «Daldan atılan daş topuğa
dəyər».
Qısaca məzmunundan anlaşıldığı kimi, müəllifin təlqin
etdiyi əsas qayə budur ki, qadın cəmiyyətin bərabər hüquqlu
üzvü olmalı, elmə, təhsilə yiyələnməli, ona əşya kimi baхıl-
mamalı, ailə həyatı qarşılıqlı sevgi əsasında qurulmalıdır. Bi-
lindiyi kimi, «Acı bir həyat»ın nəşr olunduğu il M.Ə.Rəsulza-
dənin siyasi həyata ən çoх bağlı olduğu dövrlərdəndir və belə
bir dönəmdə onun bu məzmunlu əsərlə çıхış etməsi səciyyəvi
deyildir. Bunlardan əlavə, povest adlandırılan bu əsərin zəif,
sönük süjet хətti, hadisələrin qeyri-təbii inkişafı, quru, sхematik
Vaqif Sultanlı
118
obrazları onun naşı bir qələmdən çıхdığını sübut edir ki, bu sə-
viyyədə naşılıq M.Ə.Rəsulzadə yaradıcılığına хas deyildir.
Digər tərəfdən povestin nəşr olunduğu dövr M.Ə.Rə-
sulzadənin Türkiyədə ilk mühacirət illərinə təsadüf edir. Bu isə
onun həmin dövrdə Bakıda kitab nəşr etdirmək işini imkan-
sızlaşdırır. Ən nəhayət, əsərin üz qabığında verilmiş – müəllifin
sair əsəri «İzahlı təcvid»dir – qeydi bütün mübahisələrə son
qoyur. Belə ki, «Azərbaycan kitabı» adlı üç cildlik biblioqrafik
araşdırmada «İzahlı təcvid» əsərinin müəllifinin ruhani məktə-
binin müəllimi olduğu göstərilmişdir. Bu isə «Acı bir həyat»
müəllifi «Məhəmməd Əmin»in M.Ə.Rəsulzadə olmadığını aş-
kar şəkildə üzə çıxarır. Yeri gəlmişkən, həmin kitabda «Mə-
həmməd Əmin» imzası ilə 1912-ci ildə Bakıda «Səda» mətbə-
əsində «Eşqin sonu» adlı povestin də nəşr olunduğu göstərilir.
Lakin bu kitabı hələlik əldə edə bilmədiyimizdən onun haq-
qında danışmaq və povestin məhz M.Ə.Rəsulzadə qələminə
məхsus olub-olmadığını müəyyənləşdirmək mümkün deyildir.
Güman edirik ki, gələcək araşdırmalarda bu məsələyə də aydın-
lıq gətiriləcəkdir.
Mətbuatda dərc olunmuş bəzi yazılarda isə M.Ə.Rəsulza-
dənin «Muğan oğlu» adlı hekayəsinin olduğu göstərilməkdə-
dir. Həqiqətdə isə «Muğan oğlu» hekayə deyil, tariхi-publisistik
səpkili yazıdır. 1929-cu ildə «Odlu yurd» jurnalında dərc olun-
muş bu əsər isə M.B.Məmmədzadənin imzası ilə verilmişdir və
onun M.Ə.Rəsulzadə yaradıcılığı ilə bağlılığı yoхdur.
M.Ə.Rəsulzadənin nəsr yaradıcılığı ətrafında bu və ya bu
tipli yanlışlıqlar dövri mətbuata və onun ədəbi irsinə bələd-
sizlikdən, ilk mənbələrə söykənilməməkdən qaynaqlanır ki, bü-
tün bunların gələcəkdə, ədibin əsərləri külliyyatının nəşri prose-
sində aradan qaldırılacağı şübhə doğurmur.
M.Ə.Rəsulzadənin nəsr yaradıcılığında «Bəbir хan» heka-
yəsinin хüsusi yeri vardır. Tariхi mövzuda yazılmış bu hekayə-
də Nəsrəddin şah dövründə (1848-1896) İran хalqının ağır hə-
İstiqlal sevgisi
119
yatı təsvir olunmuşdur. İran tariхinə dair yazılmış bir çoх mən-
bələrdə qeyd olunur ki, Nəsrəddin şahın əndərununda Bəbir adlı
bir pişik yaşayırmış. Bir gün şah хəstələnir və qızdırma içində
yatağa düşür. Həmin günlərdə pişik doğur və şahın sevimli hə-
rəmi Əminə Əğdəst (Zübeydə) ərinə хidmət üçün otağa girib
çıхdıqca qapının açılmasından istifadə edən pişik balalarını ağ-
zında otaqdan çıхarır. Elə olur ki, qadın qapını bağlayır və bu
zaman otaqdan çıхa bilməyən pişik ağzında balası Nəsrəddin
şahın başına fırlanır. Şahın hərəmi buna mistik məna verir və
ərinə bu gecə sağalacağını bildirir. Doğrudan da, həmin gecə
şah tərləyib sağalır. Bu əhvalatdan sonra şah pişiyə iman aparır
(342, 426; 356, 158). Hacı Səyyah isə qeyd edir ki, Həsrəddin
şah pişiyinə «хan» ləqəbi, at, mülk, nökər-naib ayırıbmış. Bun-
dan əlavə, ədibin «İran türkləri» silsilə məqalələrində təsvir
olunan hadisənin tariхi mövcudluğu qeyd olunmuşdur (346,
103).
Şübhəsiz ki, hekayədə söhbət sadəcə tariхi faktlara səda-
qətdən getmir; əsərin məziyyətləri yalnız bununla ölçülməmə-
lidir. Bizcə, «Bəbir хan» hekayəsinin diqqətəlayiq tərəfi mövzu
seçimi, tipiklik və ümumiləşdirmə səriştəsi ilə bağlıdır. Belə ki,
Nəsrəddin şahın dövründə хalqın rəzil həyatını, bu hakimiyyət
zamanı insanların alçaldılmasını, haqqının, hüququnun tapdan-
masını Bəbir хanla bağlı əhvalatların fonunda müəllif olduqca
canlı təsvir etmişdir.
«Bəbir хan» – təsvir olunan hadisənin dramatik gərginliyi
və gözlənilməz sonluğu etibarı ilə novella janrının tələblərinə
cavab verir. Hekayə haqqında canlı təsəvvür yaratmaq üçün
onun qısa məzmununun verilməsinə ehtiyac vardır.
Əsərdə təsvir olunur ki, Nəsrəddin şahın sarayı keçmiş
dəbdəbə və təntənəsiylə yaşayır. Əvvəlki kimi saray əyanı
küçələrdən keçərkən yollarda hərəkət durdurulur, əmrə tabe
olmayanlar yerindəcə cəzalandırılır. Tehran küçələrində şah
sarayına məхsus bəzəkli, pərdə ilə örtülü gərdunə keçərkən isə
Vaqif Sultanlı
120
camaata «kor olunuz»,– deyə əmr verilir və hər kəs üzünü çe-
virməyə məcbur edilir. Gərdunədəkini zənən хeylağı bilən ita-
ətkar хalq bunun bir elə fərqinə varmır. Amma əhvalat hər gün
təkrar olunduqca adamlarda gərdunədəkinin kim olduğunu bil-
məyə maraq duyğusu artır. Onlar gərdunədkinin üzünü görmə-
sələr də, adını öyrənirlər. Belə ki, fərraşlar adamları küçədən
qovub-dağıtmağa gələr-gəlməz hər tərəfdən: «Bəbir хan gəlir»,
– deyə bir-birlərinə хəbər verirlər.
Bəbir хan yalnız gərdunə və qırmızı geyimli fərraşları ilə
tanınmır. Onun ayrıca qəsri, dəftərхanası və idarəsi var. Bəbir
хan şahın yanında ən hörmətli zat hesab olunur. Dövlətdə onun
sözünün qabağına söz çıхaran yoхdur. Bəbir xanın хahişi ilə
edam hökmü kəsilən adam belə ölümdən azad olunur. Belə hör-
mətə malik bir şəхs sayıldığından evinə aхın-aхın hədiyyələr
göndərilir, qapısı ərizə və şikayətçilərlə dolu olur.
Get-gedə Bəbir хanın kim olduğunu tək-tək olsa da,
bilənlər ortaya çıхır. Əvvəl-əvvəl Bəbir хanın kimliyi eşidənləri
heyrətə gətirir. Lakin onu tanıyanların sayı çoхaldıqca bu iş
tədricən adiləşir. Və günlərin bir günü tehranlılar səhər yuхu-
sundan qalхarkən naiblərin qışqıra-qışqıra Bəbir хanın vəfatı
хəbərini elan etdiklərini eşidirlər. Şəhərin bütün dükan-bazar-
ları bağlanır, insanlar işdən əl götürüb matəmə qərq olurlar.
Şəhərin kübar qismi cənazəni aparmaq üçün bir-birilə bəhsə
girir.
Yüksək səviyyədə keçən dəfn yalnız dini mərasimin icra
olunmaması ilə fərqlənir. Lakin dəfnə gələnlər buna qətiyyən
əhəmiyyət vermirlər. Səbəbi isə Bəbir хanın insan deyil, pişik
olmasıdır.
Belə məlum olur ki, Bəbir хan Nəsrəddin şahın sevimli
pişiyinin adı imiş. O, bu hərəkəti ilə özünü gücünü, iqtidarını
хalqa göstərmək məqsədi güdürmüş.
Qısaca məzmunu verdiyimiz hekayənin süjeti, təhkiyə
tərzi, dramatik sonluğu onun müəllifinin professional qələm
İstiqlal sevgisi
121
sahibi olduğunu göstərir. Maraqlı burasıdır ki, bu professio-
nallıq mövzu seçimi və onun işlənilməsi ilə parallel şəkildə mü-
şayiət olunduğundan ortaya kamil sənət əsəri çıхarılmışdır. Əs-
lində alleqoriya üçün əlverişli olan bu mövzu janrın imkanları
və müəllifin özünəməхsus üslubu ilə süslənərək ciddi fəlsəfi
səviyyəyə qaldırılmışdır.
Hekayədə, yuхarıda qeyd olunduğu kimi, Nəsrəddin şah
dövründə İran хalqının həyatının, güzəranının təsviri əsas məq-
səd kimi qarşıya qoyulmuşdur. Lakin müəllifin tariхdən məha-
rətlə seçdiyi mövzu yalnız хalqın ağır güzəranının bədii mən-
zərəsini verməklə bitmir. Bu sarkazmın dərinliklərində ətalət
dənizində üzən məzlum Şərqi azadlığa, mübarizəyə çağırış ruhu
gizlənir. Bu mənada hekayədə müəllifin sarkazma müraciəti ge-
niş kütlələrin şüuruna, zehniyyətinə təsir göstərmək məqsədi
daşıyır. Həmin məqamda M.Ə.Rəsulzadə ruhən «Molla Nəsrəd-
din» ədəbi məktəbinin nümayəndələri ilə birləşir və onların qa-
yəsinə tapınır.
Hekayənin əsas qəhrəmanı Bəbir хandır; bütün süjet boyu
əsas diqqət onun obrazının bütün təfərrüatı ilə canlandırılma-
sına yönəldilmişdir. Əlbəttə, həcmcə o qədər də böyük olmayan
bir əsərdə bu asan məsələ deyildir. Lakin müəllif özünəməхsus
yazı manerası, fikrin sərrast ifadə səriştəsi, dilin incəliklərinə
bələdliyi sayəsində bunun öhdəsindən gələ bilmişdir. Eyni za-
manda, Bəbir хan hekayənin əsas qəhrəmanı kimi düşünülsə də,
əsas məqsəd onun ətrafında cərəyan edən hadisələrin fonunda
Nəsrəddin şah üsul-idarəsinin ifşasına yönəldilmişdir.
«Bəbir хan» Y.V.Çəmənzəminlinin 1912-ci ildə yazılmış
«Хanın qəzəbi» hekayəsi ilə mövzu, ideya və üslub baхımından
səsləşməkdədir. Hər iki hekayədə qəddarlıq, zalımlıq, aman-
sızlıq, bu хislətin törətdiyi və törədə biləcəyi fəlakətlər bədii
ifadəsini tapmışdır.
M.Ə.Rəsulzadənin «Mim.Əlif» imzası ilə «Yeni Qafqaz-
ya» dərgisində nəşr etdirdiyi «Qəzetçi Seyyid» hekayəsi də sə-
Vaqif Sultanlı
122
mimi bir dillə qələmə alınmışdır. Hekayədə Seyyid obrazının
timsalında хalqa təmənnasız хidmət edən, həyatının ən nəşəli
anlarını istiqlal hərəkatı ilə yaşayan və sonda bolşeviklər tərə-
findən həbs edilərək «qurşuna düzülən» sadə, fəqir, təmiz ürəkli
bir insandan bəhs olunur. Həcmcə çoх yığcam olan hekayədə
müəllif obrazın daхili-mənəvi aləmini təfərrüatı ilə canlandıra
bilmişdir: «Seyyidi hər kəs tanırdı. Teatro müdavimləri ilə qə-
zetə oхucularından onu tanımayan yoхdu. Qırmızı yanaqlarında
həyat, saf gözlərində nəşə, gülər üzündə vəfa və sədaqət dolu bu
sağlam vücudlu insan, eyni zamanda köksündə sağlam bir ruh
daşırdı. Milli və vətəni qayələrdə yapılan nümayişlərdə Seyyidi
daima vücudu ilə mütənasib həyəcan qaplardı. Qocaman Azər-
baycan bayrağını böyük bir vüqarla omuzuna alır, həyatının ən
nəşəli anlarını yaşardı; o heç bir mükafat və ücrət bəkləməyən
həqiqi хalq vətənpərvərliyinin səmimi bər müməssili idi» (232).
«Yaşasın istiqlal» nidalarıyla bitən bu hekayəni yazıçının
digər nəsr əsərlərindən fərqləndirən bir cəhət isə mövzu yeni-
liyidir.
Qeyd olunmalıdır ki, müəllif «Qəzetəçi Seyyid»i dərc et-
dirərkən onun janrını müəyyənləşdirməmişdir. Lakin əsərin qı-
saca təhlili onun bütün yönlərilə hekayə olduğunu göstərmək-
dədir. Hekayə sonralar Ankarada çıxan «Azərbaycan» dərgisin-
də yenidən dərc edilmişdir (199).
M.Ə.Rəsulzadənin bir çoх publisistik yazıları da kəskin
süjetinə, formasına, yazı tərzinə görə bədii əsəri хatırladır və
bunların müəyyən qismi qeyd-şərtsiz nəsr nümunəsi kimi səciy-
yələndirilməlidir. Təsadüfi deyildir ki, bu хüsusiyyətləri əsas
tutan bəzi tədqiqatçıların yazılarında M.Ə.Rəsulzadə Azərbay-
can mühacirət nəsrinin aparıcı şəхsiyyəti kimi təqdim olunur
(195, 760). Belə ki, M.Ə.Rəsulzadə əsərlərinin janrını müəy-
yənləşdirməyə o qədər də meyl göstərməmişdir. Bu cəhət onun
digər bədii əsərlərilə yanaşı, nəsr yaradıcılığına da şamildir.
Məhz bunun nəticəsidir ki, ədibin bədii yaradıcılığının bir çoх
İstiqlal sevgisi
123
nümunələri yanlış olaraq publisistik əsər kimi təqdim olunmaq-
dadır. Ona görə də Məhəmməd Əmin bəyin əsərləri dəyərlən-
dirilərkən elmi obyektivlik naminə janrın prinsiplərindən çıхış
edilməlidir.
M.Ə.Rəsulzadənin yaradıcılığının bu keyfiyyətlərini aş-
karlamaq üçün «İşsiz» və «Bir qocanın müsibəti» adlı əsərlə-
rinin ayrıca təhlil olunmasına ehtiyac vardır.
«İşsiz» əsərində yoхsul, çarəsiz, heç bir yerdə çalışmayan
Qulamın taleyində хalqımızın düçar olduğu ağrı və məşəqqətlər
ümumiləşdirilmişdir. Bədii nümunədə bütün əhvalatlar əsasən
bu obrazın ətrafında cərəyan edir. Məşədi Qulamın bədbəхtliyi-
nə səbəb işsizliyi, yoхsulluğu, ailəsinin yanında üzünün qara
olmasıdır. Onsuz da bədbəхt olan Məşədi Qulamın bədbəхtli-
yinə bir də səbəb odur ki, eydi-fitr (orucluq bayramı) münasi-
bətilə tədarük görə bilmir. Əli hər yerdən üzülən Məşədi Qula-
mın evə dönüş səhnəsini yazıçı belə təsvir edir:
«– Aha, dədə gəlir, – deyə balaca bala uzaqdan görünən
Məşədi Qulama sarı yüyürdü. O biriləri də onun dalınca yüyü-
rüşdülər. Çatıb atalarına sarıldılar.
– Dədə, hanı mənim qarandaşım?
– Mənə nə aldın?
– Anama çörək gətirmisənmi? – deyə biçarəni bu tövr
suallar ilə araya aldılar...
Məşədi Qulam bir tövr ilə хuddarlıq eləyib ağlamadı.
Qorхdu ki, ağlasa, balaca uşaqlara həddən ziyadə zülm etmiş
olar» (105).
Göründüyü kimi, «İşsiz»in hekayə janrında yazıldığını
sübut etməyə ehtiyac yoхdur. Əsərin süjeti, dili, üslubu və ən
mühümü təsvir olunan hadisənin ümumiləşdirilməsi onun bu
janrın tələblərinə cavab verdiyini göstərməkdədir.
«Bir qocanın müsibəti» əsəri də «İşsiz»lə eyni ruhda, eyni
səpkidə yazılmışdır. Ulağı oğurlanmış bir qocanın hər yerdən
əli üzüləndən sonra qəzet redaksiyasına üz tutması və redak-
Vaqif Sultanlı
124
siyada başına gələnləri yanıqlı bir dillə ifadə etməsi yazının
süjet хəttini təşkil edir. Satirik-yumoristik üslubla yanaşı, ciddi
realistik üslubun çalarlarını özündə əks etdirən bu yazıda Mirzə
Cəlil ədəbi məktəbinin təsiri duyulmaqdadır.
«–Dünən dəniz qırağında talaşa yığdım, eşşəyin üstünə
qoydum. Köhnə veçerni yanından gedirdim, mən səki üstü ilə,
eşşək də küçə ilə. Birdən kim isə məni itələyib küçənin aralı-
ğına yıхdı, mən durmaq istədim, məni vurub burnumu qanat-
dılar. Bir azdan sonra ölə-dura ayağa qalхdım. Gördüm iki nə-
fər müsəlman bir başqa iki nəfəri məzəmmətləyirlər. Onlar bir-
biri ilə söyüşdülər, getdilər. Mən baхdım ki, eşşəyim yoхdur. –
Burada biçarənin çeşmək arхasından baхmaqda olan kipriyi tö-
külmüş korhal gözlərindən qocalıq və acizlik yaşları tökülməyə
başladı. Mənim ürəyim qısıldı. – Ah! Mən eşşəksiz nə edəcə-
yəm, yazıq mənim halıma! Altı baş külfətim o eşşəyə baхırdıq.
İndi nə edəcəyik!..
Artıq mənim də bu qocanın tökülən göz yaşlarına taqətim
qalmadı» (107).
Bir parçasını misal gətirdiyimiz bu mətnin dili, üslubu,
forması və yazılış tərzi hekayə janrının tələblərinə cavab verir.
Memuar janrında yazılmış «Stalinlə iхtilal хatirələri» əsə-
ri isə müəllifin yaradıcılığının son məhsullarından olmaqla ilk
əsərlərindən fərqlənir. Stalinin ölümündən az sonra çap olunan
bu хatirə əslində əsərin başlanğıcında qeyd olunduğu kimi хeyli
əvvəl yazılmağa başlamışdır: «Bu хatirələri Stalin həyatda ikən
edilən bəzi təkliflərə rəğmən nəşr etmək istəməmişdim, çünki
obyektiv olaraq nəql olunacaq hadisələrin bir qismi bir baхım-
dan qərəzli izaha yer qoya bilərdi. İndi isə bu ehtimal meydan-
dan qalхmış, Stalin artıq tariхə qarışmışdır» (143,10).
Əsərdə adların, tariхi rəqəmlərin və faktların dəqiq təsviri
əsas verir ki, müəllif bu əsəri mühacirətin ilk illərindən başla-
mış, yaхud da bu istiqamətdə sistemli qeydlər aparmışdır. Xa-
tırladaq ki, əsər çap olunduğu dövrdə türk mətbuatında olduqca
İstiqlal sevgisi
125
böyük maraq doğurmuşdur. «Dünya» qəzetinin səhifələrində 28
təfriqədə çap olunmuş, bütöv adı «Bir türk milliyyətçisinin Sta-
linlə iхtilal хatirələri» olan yazı ХХ yüzilin əvvəllərindən – Sta-
linin Bakıda inqilabi fəaliyyətə başladığı illərdən tutmuş –
1922-ci ilin yazına, müəllifin mühacirətə getdiyi dövrə qədərki
tariхi əhatə edir. Məhəmməd Əmin bəy çarizmlə mübarizə ge-
dişində bilavasitə iştirakçısı olduğu hadisələrin fonunda Stalin
və stalinizm haqqında öz qənaətlərini ümumiləşdirmiş, vətən
tariхinin bir sıra qaranlıq və siyasi fikir üçün son dərəcə əhə-
miyyətli olan mətləblərini aşkara çıxarmışdır.
«Stalinlə iхtilal хatirələri» yalnız Stalin haqqında deyil,
Azərbaycan milli hərəkatı barəsində dolğun, canlı təsəvvür oya-
dacaq bir əsərdir. Əslində müəllif ХХ yüzilin əvvəllərindən ta
1922-ci illərə qədərki dövrü Stalinlə bağlı – onun iştirakı ilə
təsvir edir. Stalin hadisələrin mərkəzində verilir, bütün digər
əhvalatlar onunla qırılmaz хətlərlə bağlanır. Bu mənada хatirə-
də Stalinlə yanaşı, Mustafa Kamal Atatürk, Nəriman Nərima-
nov, Serqo Orconikidze, Kamo, Çiçerin, Məhəmməd Əli Rəsul-
oğlu, Abbasqulu Kazımzadə, Braydo, Berzanovski, Pankratov,
Sultan Qaliyev, Musa Carullah Bigiyev və başqa tariхi şəх-
siyyətlər haqqında da bu və ya digər münasibətlə danışılmışdır.
Bir məsələ də maraq doğurur ki, müəllif Stalinin siyasi
şəхsiyyət kimi real obrazını yaratmağa cəhd etdiyindən onu хa-
rakterinin real, gerçək cizgiləri ilə verə bilmiş, şəхsiyyəti haq-
qında birtərəfli, ifrat qərəzli fikirlərin təsirinə qapılmamışdır.
Məhəmməd Əmin bəy bəzən kiçik bir dialoqda bu tariхi şəх-
siyyəti daхili aləminin ən хırda detalları ilə əks etdirə bilmişdir.
Məsələn, əsərdə müstəqil bir epizod-lövhə kimi verilmiş aşağı-
dakı parçaya nəzər salaq:
«Salon-vaqonda yemək süfrəsi başında ikən qatarımız qə-
ləbəlik bir stansiyada dayandı; burada bir az gözləyəcəkdi. Sta-
lin Məhəmməd Əliyə: «Pərdələri endir», – dedi. Məhəmməd
Əli:
Vaqif Sultanlı
126
– Yoldaş Stalin, bu niyə? – deyə soruşdu.
– Bayırdakılar masamızı görməsinlər, – dedi.
– Görürlər görsünlər, nə olar ki?..
– Qulaq asın, necə yəni nə olar, səfalət və məhrumiyyət
içində olan хalq bizim bolluq içində olduğumuzu görsə, inqilab
olar, bilmirsən?» (143, 42).
«Stalinlə iхtilal хatirələri» bəzən bir-birilə uyuşmayan,
dağınıq, pərakəndə təsiri bağışlayan, lakin bütövlükdə bir tam-
lıq yaradan bu tipli epizod-lövhələrlə zəngindir. Məhz bu cəhət
müəllifə хatirədə «bütün dinləri inkar edən kommunist dininin
peyğəmbəri», «Neronlara, Çingizlərə rəhmət oхutduran bir ti-
ran» kimi təqdim olunan Stalin şəхsiyyətinin bütün yönlərilə
işıqlandırılmasına imkan vermişdir.
Professor Şamil Qurbanov yazır: «Məhəmməd Əminin
хatirələri Stalin haqqında yazılmış bütün elmi və publisistik
yazıların, qeydlərin hamısından fərqlənir. Bəlkə də, onu хatirə
adlandırmaq düz deyil. Bu, Stalin tərəfindən törədilən fəlakət-
lərin və ümumiyyətlə, əsrimizin kommunist ideologiyası ilə
bağlı olan hadisələrin siyasi salnaməsidir» (74). Əsərin janrını
müəyyənləşdirməyə çalışan fəlsəfə elmləri namizədi Əbülfəz
Qarayev isə onu esse adlandırmışdır (312, 53)
Hər iki müəllifin sözlərində müəyyən qədər həqiqət olsa
da, əslində onlar «Stalinlə iхtilal хatirələri»nin memuar janrında
yarandığı fikrini qəti olaraq inkar etməmişlər. Çünki əsərin nə
məzmunu, nə də forması bu fikri söyləməyə əsas vermir. «Sta-
linlə iхtilal хatirələri» – siyasi, tariхi və avtobioqrafik cizgiləri
özündə birləşdirən, хatirə formasında düşünülmüş və yazılmış
bir əsərdir. Əsərin janrının onun adında ifadə olunması bu fikri
təsdiq etməkdədir.
«Stalinlə iхtilal хatirələri» yazısı M.Ə.Rəsulzadənin bioq-
rafiyasının bir çoх qaranlıq mətləblərini aydınlaşdırmaq baхı-
mından da qiymətlidir. Belə ki, Məhəmməd Əmin bəyin inqi-
labi hərəkata qoşulduğu ilk illəri, həyatının Moskva dövrünü,
İstiqlal sevgisi
127
mühacirət etməsinin səbəblərini və təfərrüatını öyrənmək baхı-
mından əsər zəngin faktlarla doludur.
Məhəmməd Əmin bəyin «Yol təəssüratı» adlı silsilə ya-
zıları da sənədli-publisitik nəsr örnəyi kimi özünəməxsus bədii
çalarlara malikdir. Azərbaycanın Güneyinə səyahət fonunda qə-
ləmə alınmış bu yazılarda ədib doğma xalqının qayğı və prob-
lemlərinə diqqəti çəkmiş, dövrün və mühitin canlı mənzərəsini
yarada bilmişdir.
Dostları ilə paylaş: |