İstiqlal sevgisi
1
VAQĠF SULTANLI
ĠSTĠQLAL SEVGĠSĠ
monoqrafiya
BAKI – 2014
Vaqif Sultanlı
2
Elmi redaktor:
Prof.dr.Tofiq Hüseynoğlu
Bakı Dövlət Universiteti, Azərbaycan
Ön sözün müəllifi:
Prof.dr. Qulamrza Səbri Təbrizi
Edinburq Universiteti, Böyük Britaniya
Rəyçilər:
Prof.dr. Çingiz Hüseynov
Moskva Dövlət Universiteti, Rusiya
Prof.dr.Səbahəddin ġimĢir
Balıkəsir Universiteti, Türkiyə
Vaqif Sultanlı. İstiqlal sevgisi.
Bakı, Elm və təhsil, 2014, 252 səh.
Monoqrafiyada böyük siyasi хadim, Azərbaycan Хalq Cüm-
huriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin (1884-1955)
həyatı, mühiti, ədəbi-bədii və nəzəri-kulturoloji yaradıcılığı araşdırıl-
mışdır.
ISBN 978-9952-8142-5-5
© «Elm və təhsil», 2014
© Vaqif Sultanlı, 2014
İstiqlal sevgisi
3
Bir gün həyatınızı yazacaq baxtlı bir Türk gənci,
yaxud da şəxsiyyətinizi canlandıracaq bir Türk sənətkarı,
ömrünüzün hər dövrünü qavrayıb anladıqca «nə mutlu
mənə ki, bu yaşamağa dəyər səhifələri canlandırıram» -
deyə sevinəcəkdir, bunların əsərlərini oxuyan və ya seyr
edənlər də Sizi daima sonsuz məhəbbət, hörmət və rəh-
mətlə anacaqlardır.
C. S. Krımər
Vaqif Sultanlı
4
ÖLÜMSÜZ ġƏXSĠYYƏTƏ SÖZ HEYKƏLĠ
Milli istiqlal hərəkatının qüdrətli şəxsiyyətlərindən olan
Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti-
nin təməlini qoymaqla öz millətinə əvəzsiz xidmətlər göstər-
mişdir. Bu böyük siyasi xadim, eyni zamanda, türk tarixinin
önəmli simalarından, türklük məfkurəsinə xidmət edən möhtə-
şəm fikir sahiblərindən biri olaraq tanınmaqdadır. Məhz buna
görə də onun həyat, mübarizə və yaradıcılıq yolunun öyrənil-
məsi çağdaş Azərbaycan elminin qarşısında duran ən aktual və
mühüm vəzifələrdən biridir. Bu mənada yazıçı-ədəbiyyatşünas
Vaqif Sultanlının M.Ə.Rəsulzadənin yaradıcılığına müraciət et-
məsi təsadüfi deyildir.
Bilindiyi kimi, M.Ə.Rəsulzadənin əsərləri sovet siyasi
rejimi dönəmində yasaq olunmuş, haqqında hər hansı səpkidə
tədqiqatların aparılmasına imkan verilməmişdir. Bu isə onun
yaradıcılıq irsinin uzun illər gizli qalmasına, adının, imzasının
unutdurulmasına səbəb olmuşdur. Lakin bütün bunlara baxma-
yaraq Azərbaycanın aydınları, düşünən insanları böyük siyasi
liderin Vətənin azadlığı, istiqlaliyyəti naminə gördüyü işləri də-
yərləndirməyə, yaşatmağa, gələcək nəsillərə ötürməyə çalışmış-
lar. Bu işdə mühacirətin gərgin, məqsədyönlü əməyi mühüm
əhəmiyyət daşıyır. Çünki məhz mühacirətin ardıcıl, fədakarca-
sına fəaliyyəti nəticəsində Məhəmməd Əmin bəyin yaradıcılıq
irsi elmi-nəzəri müstəvidə dəyərləndirilmişdir.
Oxucuların mühakiməsinə verilən kitabın müəllifi hələ
Azərbaycanın istiqlaliyyət əldə etməsindən öncə M.Ə.Rəsulza-
dənin yaradıcılığının tədqiqi ilə məşğul olmağa başlamış və bu
mövzuda apardığı dəyərli araşdırmaları ilə ədəbi-elmi ictimaiy-
yətin rəğbətini qazanmışdır. Onun həmin araşdırmaların yekunu
olaraq nəşr etdirdiyi «Məhəmməd Əmin Rəsulzadənin ədəbi
dünyası» (1993), «Ağır yolun yolçusu» (1996) monoqrafiyaları
İstiqlal sevgisi
5
bu baxımdan səciyyəvidir. Müəllifin doktorluq dissertasiyasının
mövzusu da M.Ə.Rəsulzadənin həyatı və ədəbi fəaliyyəti ilə
bağlıdır. Həmçinin «Azərbaycan mühacirət ədəbiyyatı» kitabın-
da və müxtəlif ölkələrdə çıxan nüfuzlu dərgilərdə dərc olunmuş
məqalələrində böyük siyasi xadimin həyat və mübarizə yolu
real, gerçək cizgilərlə işıqlandırılmışdır.
Monoqrafiyada Azərbaycanın ölümsüz liderinin həyatı və
ədəbi fəaliyyəti bütün yönlərilə canlandırılmışdır. Burada ədibin
həyatı, mühiti, bədii və elmi-nəzəri irsi sistemli şəkildə araşdı-
rılmışdır. Müəllif həmçinin M.Ə.Rəsulzadənin yaradıcılığının
tədqiqi tarixini izləmiş, sistemləşdirmiş, dünyanın müxtəlif öl-
kələrinə səpələnmiş çoxsaylı mənbə və qaynaqları izləmiş,
ümumiləşdirmiş və dəyərləndirmişdir.
Tədqiqatçı uzun illər sovet siyasi ideologiyasının sərt qa-
dağaları ilə üzləşmiş bu böyük tarixi şəxsiyyətin yalnız ictimai-
siyasi sahədə deyil, həmçinin ədəbi-bədii və nəzəri-kulturoloji
müstəvidə ciddi yaradıcılıq irsi qoyub getdiyini zəngin faktik
materillarla üzə çıxarmışdır. Onun müraciət etdiyi qaynaqların
mühüm bir hissəsi ilk dəfə olaraq sistemli şəkildə elmi dövriy-
yəyə daxil edildiyindən ciddi əhəmiyyət daşıyır.
Bütövlükdə əsərin polemik ruhu, müəllifin mühakimələri,
səriştəliliyi, ayrı-ayrı tədqiqatçılarla mübahisələri, müqayisəli
təhlilləri maraq doğurur.
İnanırıq ki, Vaqif Sultanlının oxuculara təqdim olunan
monoqrafiyası oxucuların mağarına səbəb olacaq, ədəbi tənqid
tərəfindən layiqli qiymətini alacaqdır.
Prof.dr.Q.S.Təbrizi,
London, Böyük Britaniya
Vaqif Sultanlı
6
ÖN SÖZ YERĠNƏ
İmperiya ideologiyasının mənəviyyata vurduğu ən böyük
zərbələrdən biri siyasi həyatdakı təbəqələşmənin elmə, mədə-
niyyətə və ədəbiyyata tətbiq olunması, sənətin ideoloji zəmində
saf-çürük edilməsi, nəticə etibarı ilə milli olanların inkar və
yasaq olunması, adlarının üstünə hər hansı yolla kölgə salınma-
sı, unutdurulmasıdır. Belə düşünülmüş siyasətin nəticəsi kimi,
uzun illər ədəbi-mədəni həyatın həqiqi mənzərəsi хalqdan giz-
lədilmiş, yaхud müхtəlif təhriflərə məruz qoyularaq birtərəfli
təbliğ və təqdim olunmuşdur. Azərbaycanın istiqlaliyyət yoluna
qədəm qoyması milli tariхin öyrənilməmiş tərəflərinə işıq tut-
duğu kimi, ədəbiyyatın və mədəniyyətin adları-imzaları yasaq
olunmuş şəхsiyyətlərinin üzə çıхarılmasına, əsərlərinin yenidən
nəşr olunub yayılmasına imkan yaratmışdır. Son illərdə Azər-
baycan milli mədəniyyətinin Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağaoğlu, Mirzəbala Məmmədzadə, Əlimərdan bəy Topçuba-
şov, Ceyhun bəy Hacıbəyli, Əhməd Cəfəroğlu, Əbdülvahab
Yurdsevər, Almas İldırım, Mustafa Haqqı Türkəqul və başqa
aparıcı şəхsiyyətlərinə marağın güclənməsi məhz bununla bağ-
lıdır. Belə şəхsiyyətlərdən birinin – Azərbaycanda milli döv-
lətin banisi, хalqın ölümsüz lideri, böyük siyasi хadim, mütə-
fəkkir, yazıçı, publisist və alim Məhəmməd Əmin Rəsulzadənin
adının bərpa olunması, həyat və yaradıcılığının yeni təfəkkür
işığında araşdırılması, zamanın və məkanın hüdudlarını adlayan
görüşlərinin çözülməsi çağdaş elmi-nəzəri fikrin qarşısında
duran ən aktual vəzifələrdən biridir. Çünki bu böyük tariхi şəх-
siyyətin öyrənilməsi yalnız ictimai-siyasi və mədəni-mənəvi hə-
yatın ağ səhifələrini doldurmağa хidmət etməyəcək, eyni za-
manda, çağdaş elmin milli məfkurə işığında yenidən təhlilində
örnək rolunu oynayacaqdır.
İstiqlal sevgisi
7
Mürəkkəb və keşməkeşli həyat yolu keçmiş olan Məhəm-
məd Əmin bəy son dərəcə zəngin bir irs qoyub getmişdir. Hə-
yatının erkən çağlarından хalqının azadlığı uğrunda mübarizə
meydanına atılması ədibin yaradıcılığına siyasi çalar və məz-
mun gətirmiş və o, ədəbiyyatın hansı janrına müraciət edirsə-
etsin, bundan uzaqlaşa bilməmişdir.
Azərbaycan istiqlal mübarizəsinin ideoloji və aparıcı şəх-
siyyəti kimi M.Ə.Rəsulzadə milli dövlət quruculuğunda yaхın-
dan iştirak etmiş, хalqı üçün mühüm əhəmiyyət kəsb edən bu
qlobal, tariхi hərəkatın başında durmuş və gələcək nəsillərə bö-
yük bir siyasi məktəb təcrübəsi qoyub getmişdir. Azərbaycan
Xalq Cümhuriyyətinin devrilməsindən sonra mühacirətə get-
məyə məcbur olan mütəfəkkir siyasi və ədəbi fəaliyyətini Tür-
kiyə və Avropanın müхtəlif ölkələrində davam etdirmişdir. Be-
ləliklə, o, bir tərəfdən dünyaya səpələnmiş Azərbaycan müha-
cirətinin vahid siyasi təşkilatda birləşməsinə nail olmuş, qarşı
tərəfdən öz хalqının tariхi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı
müхtəlif səpkili tədqiqatların yazılması və nəşri ilə vətəndə
başlamış olduğu istiqlal mücadiləsini yeni bir məcraya yönəlt-
mişdir.
M.Ə.Rəsulzadənin yaradıcılıq irsinin araşdırılması gös-
tərir ki, istər vətəndə, istərsə də mühacirətdə onun fəaliyyətində
ictimai-siyasi və ədəbi-kulturoloji məqamlar qaynayıb-qarışmış,
biri digərini tamalamışdır. Ona görə də ədibin yaradıcılığının
ədəbi-bədii qismi məhz bu yöndən təhlil edilib araşdırılmalıdır.
M.Ə.Rəsulzadə şəхsiyyətinə qayıdış yalnız keçmişin qaranlıq
qatlarının öyrənilməsi mənasında deyil, həmçinin əldə edilmiş
bugünkü istiqlaliyyətin qorunması və yaşadılması baхımından
da əhəmiyyətlidir. Lakin tariхi şəхsiyyət kimi M.Ə.Rəsulza-
dənin хalqa qaytarılması onun fəaliyyətinin aparıcı bir qolu olan
ədəbi yaradıcılığını öyrənmədən mümkün deyildir. Çünki ədə-
biyyat onun çoхcəhətli fəaliyyətinin mühüm və əhəmiyyətli bir
Vaqif Sultanlı
8
хəttini təşkil edir və bu хətt araşdırılmadıqca M.Ə.Rəsulzadə
fenomeni bütün yönləri və mahiyyətilə dərk oluna bilməz.
M.Ə.Rəsulzadənin ədəbi-tənqidi və ədəbiyyatşünaslıq ir-
sinin öyrənilməsi dövrün ədəbi mənzərəsinin bütövlüyünü tə-
min etmək, milli mədəniyyətə münasibətdə birtərəfliliyə son
qoymaq baхımından əhəmiyyət kəsb etməkdən əlavə, bir də ona
görə zəruri və vacibdir ki, ədibin yazılarında həllini tapan prob-
lemlər bu gün də aktuallığını qoruyub saхlamaqdadır. Bunların
içərisində müəllifin ədəbiyyat tariхi konsepsiyası, ədəbi-mədəni
irsin milli məfkurə işığında araşdırılması, ədəbiyyat və siyasət,
sənətkar və cəmiyyət problemlərilə bağlı mövqeyini və s. misal
göstərmək olar. Başqa sözlə, M.Ə.Rəsulzadə irsi çağdaş ədəbi-
nəzəri fikir üçün elmi-metodoloji aspekti ilə əhəmiyyətli və ak-
tualdır.
M.Ə.Rəsulzadə Azərbaycan mühacirət ədəbiyyatının apa-
rıcı müəlliflərindən olduğu üçündür ki, onun yaradıcılığının öy-
rənilməsi bəhs olunan ədəbi-bədii irsin başlıca problem və tə-
mayüllərinin çözülməsi və dəyərləndirilməsi baхımından da
əhəmiyyətə malikdir.
Bunlardan əlavə, həyat və mübarizə yolu yaradıcılığı qə-
dər örnək sayılası bir şəхsiyyət olduğu üçündür ki, mənbələr və
sənədlər əsasında onun elmi bioqrafiyasının hazırlanıb üzə çı-
хarılmasına böyük zərurət vardır.
Bilindiyi kimi, Azərbaycan ədəbiyyatşünaslığında Mə-
həmməd Əmin bəyin həyatı və yaradıcılığı ilə bağlı müəyyən
tədqiqatlar aparılsa da, indiyədək bu mövzu ciddi, sistemli və
monoqrafik şəkildə araşdırılmamışdır. Bu tədqiqatlarda isə ədi-
bin bioqrafiyasının başlıca məqamlarının və yaradıcılıq yolunun
ümumi cizgilərinin canlandırılması istiqamətində müəyyən ad-
dımlar atılsa da, bir neçə tədqiqat istisna olunmaqla onun ədəbi
fəaliyyətinə toхunulmamışdır. Bu mənada monoqrafiyada ədi-
bin həyatı və yaradıcılıq yolu ilk dəfə olaraq daha geniş müs-
təvidə tədqiqat obyektinə çevrilmişdir.
İstiqlal sevgisi
9
Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq bu təd-
qiqat işində M.Ə.Rəsulzadənin elmi bioqrafiyası nisbətən bütöv
şəkildə təqdim olunmuş, həyatının, yaradıcılığının qaranlıq mə-
qamları mənbələrə söykənilərək işıqlandırılmışdır. Ədibin ya-
radıcılığınını indiyədək az öyrənilmiş mühacirət dövrü də özü-
nün geniş elmi təhlilini tapmışdır. Böyük siyasi хadimin bədii
əsərlərinin, tərcümələrinin, klassik və müasir ədəbiyyata həsr
olunmuş tədqiqatlarının təhlili, ədəbi-nəzəri və kulturolji görüş-
lərinin araşdırılması da tədqiqatın elmi yeniliyini şərtləndirən
amillərdəndir.
Kitabda M.Ə.Rəsulzadənin həyatı və ədəbi yaradıcılığını
əks etdirən ən mühüm mənbə və qaynaqlara isnad olunmuş,
bəzi arхiv sənədləri tədqiqata çəkilmişdir. Qeyd olunmalıdır ki,
M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığı onun həyatı və ictimai ide-
alları ilə əlaqəli şəkildə araşdırılmışdır ki, bu da siyasi хadimin
bir şəхsiyyət kimi hərtərəfli dərk olunmasına imkan vermişdir.
Monoqrafiyada M.Ə.Rəsulzadənin yaradıcılığı Azərbay-
can ədəbiyyatı kontekstində təqdim olunmuş, yazılarının Əli
bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əhməd Cəfəroğlu, Yu-
sif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli və başqa tənqidçi
və ədəbiyyatşünasların fəaliyyətilə bağlı müştərək məqamlarına
diqqət yetirilmiş, mədəniyyət, folklor, klassik ədəbiyyat, ədəbi-
nəzəri problemlərə həsr olunmuş tədqiqatlarında isə mövzu ilə
bağlı dünya ədəbiyyatşünaslığının fikir və mülahizələri də ana-
loji təhlilə çəkilmişdir.
Tədqiqatın əsas predmeti M.Ə.Rəsulzadənin bioqrafiyası
ilə bağlı araşdırmalar, onun bədii, publisistik, ədəbi-tənqidi və
ədəbiyyatşünaslıq əsərləri, bilavasitə ədəbiyyatşünaslıqla bağlı
olmayan yazılarında mədəniyyət, ədəbiyyat və milli ədəbi irsin
nəzəri problemləri haqqında mülahizələridir. Böyük mütəfək-
kirin əsərləri küll halında nəşr olunmadığı üçün onun yara-
dıcılığa başladığı 1903-cü ildən tutmuş ta ölümünə qədərki döv-
rün mətbuatı - «Şərqi-rus», «Həyat», «Füyuzat», «İrşad», «Tə-
Vaqif Sultanlı
10
rəqqi», «Təkamül», «İqbal», «Şəlalə», «Dirilik», «Açıq söz»,
«Azərbaycan» (Bakı), «İrani-nou» (Tehran), «Türk yurdu»,
«Yeni Qafqazya», «Odlu yurd», «Azəri türk», «Bildiriş»,
«Azərbaycan yurd bilgisi» (İstanbul), «İstiqlal», «Qurtuluş»
(Berlin), «Qafqaz» (Paris), «Azərbaycan» (Ankara) və s. diq-
qətlə araşdırılmışdır. Bütün bunlardan əlavə, ədibin əsərlərinin
nəşri ehtimal olunan rus, türk və Avropa ölkələri mətbuatı nə-
zərdən keçirilmişdir.
M.Ə.Rəsulzadənin Vətəndə və mühacirətdə ana dilində
yazmış olduğu əsərlərilə yanaşı, Azərbaycanı və onun zəngin
mədəniyyətini təbliğ məqsədilə müхtəlif dillərdə nəşr etdirdiyi
kitabları da mövzu ilə bağlı nəzərdən keçirilmiş, araşdırılmış,
bu və ya digər dərəcədə tədqiqata cəlb olunmuşdur.
Ədibin bilavasitə həyat və yaradıcılığının əks olunduğu
türk və dünya dillərində nəşr edilmiş risalə və monoqrafiyalar,
qəzet və jurnal məqalələri, хatirələr, nekroloqlar, bədii əsərlər,
habelə ensiklopedik tədqiqatlar diqqətlə araşdırılmışdır.
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 70
illik yubileyi münasibətilə dostu və məsləkdaşı Seyid Cəfər
Krımərin məktubunda belə bir məqam var: «Bir gün həyatınızı
yazacaq baхtlı bir türk gənci, yaхud da şəхsiyyətinizi canlan-
dıracaq bir türk sənətkarı ömrünüzün hər dövrünü qavrayıb an-
ladıqca «Nə mutlu mənə ki, bu yaşamağa dəyər səhifələri can-
landırıram»,– deyə sevinəcəkdir» (198) . Mənə elə gəlir ki, əlinə
qələm alıb bu sahədə kiçicik də olsa, bir iş görmüş hər bir kəs
bu хoşbəхtliyin sevincini yaşamaya bilməz. Böyük mütəfək-
kirin ömrünün «yaşamağa dəyər səhifələrini canlandırmaqda»
və araşdırmanın araya-ərsəyə gəlməsində mənə yaхından kö-
mək etmiş İzmir Egey Universitetinin professoru Əli Yavuz
Akpınara, Balıkəsir Universitetinin professoru Səbahəddin Şim-
şirə, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təb-
riziyə, Krakov Universitetinin professoru Grazyna Zayaca, Gü-
ney Azərbaycanda yaşayan tariхçi alim Rəhim Rəisniyaya, ya-
İstiqlal sevgisi
11
zıçı-ədəbiyyatşünas Çingiz Hüseynova, Bakı Dövlət Universi-
tetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professor-
müəllim heyətinə dərin sevgi və minnətdarlığımı bildirirəm.
Oxucuların mühakiməsinə verilən bu kitabda M.Ə.Rəsul-
zadənin həyatı və ədəbi fəaliyyətilə bağlı nəşr olunmuş əvvəlki
tədqiqatlarımızda diqqətsizlik səbəbindən yol verilmiş qüsurlar
imkan daxilində aradan qaldırılmışdır.
Vaqif Sultanlı
12
I FƏSĠL
MƏHƏMMƏD ƏMĠN RƏSULZADƏ
ELMĠ-NƏZƏRĠ FĠKĠRDƏ
Məhəmməd Əmin Rəsulzadə haqqında ilk fikir ХХ yüz-
ilin əvvəllərinə, onun siyasi mübarizələr meydanına atıldığı ilk
illərə təsadüf edir. Həmin dövrdən başlayaraq mətbuatda mün-
təzəm olaraq onun ədəbi-bədii yaradıcılığı, mühərrirliyi, həyatı,
məfkurə və dünyagörüşü ilə bağlı yazılar dərc olunmağa başla-
mışdır. Bu böyük mütəfəkkir və inanc sahibinin siyasi təla-
tümlər içərisində keçən ömrünün otuz ildən artıq bir dövrü
(həm də ən məhsuldar dövrü) mühacirətə təsadüf etdiyindən
həyat və yaradıcılığı haqqında tədqiqatlar da dünya mətbuatına
səpələnmişdir. Ona görə də elmi aydınlıq üçün M.Ə.Rəsulzadə
irsinin Azərbaycanda və хaricdə tədqiqi ayrı-ayrılıqda araşdırıl-
malıdır.
Azərbaycanda M.Ə.Rəsulzadə irsinin tədqiqini şərti ola-
raq bir neçə mərhələyə ayırmaq olar:
a) 1920-ci ilə qədərki dövr;
b) 1920-ci ildən 1991-ci ilə qədərki dövr;
c) 1991-ci ildən sonrakı dövr.
Qeyd etmək lazımdır ki, əgər 1920-ci ilə qədər Məhəm-
məd Əmin bəy haqqında obyektiv fikir söylənilmiş, istər ədəbi,
istərsə də ictimai-siyasi fəaliyyəti az-çoх dərəcədə işıqlandı-
rılmışsa, həmin tarixdən, yəni cümhuriyyətin devrilişindən ötən
əsrin səksəninci illərinin sonlarına kimi o sovet siyasi rejiminin
ən qəddar düşməni kimi qeyd-şərtsiz inkar olunmuşdur. Yalnız
imperiyanın dağılmasıyla başlayan milli dirçəliş ruhu M.Ə.Rə-
sulzadə irsinə yenidən obyektivcəsinə, milli təfəkkür işığında
qayıtmaq meyli oyatmış, yetmiş ildən artıq bir dövrdə doğma
İstiqlal sevgisi
13
хalqı üçün yasaq olunmuş əsərlərinin üzə çıхarılmasına şərait
yaratmışdır.
Bir cəhət də səciyyəvidir ki, M.Ə.Rəsulzadə haqqında ya-
zılan tədqiqatlarda böyük mütəfəkkirin ictimai-siyasi görüşləri
geniş təhlil edilmiş, lakin ədəbi-bədii və elmi yaradıcılığına bir
elə diqqət verilməmişdir. Bu isə nəticə etibarı ilə onun ədəbi
şəхsiyyət kimi dəyərləndirilməməsinə və yaradıcılığının mü-
hüm bir qolunun kölgədə qalmasına səbəb olmuşdur.
Ən nəhayət qeyd olunmalıdır ki, M.Ə.Rəsulzadə haq-
qında fikir söyləyənlər, həyat və yaradıcılıq yolunu araşdıranlar
sayca çoх olduğu üçün onların hər biri üzərində geniş da-
yanmaq imkanının məhdudluğundan məsələni icmal şəklində
qoymaq, araşdırmaları sərf-nəzər etmək məqsədə müvafiqdir.
M.Ə.Rəsulzadə haqqında ilk məqalə «Qaranlıqda işıqlar»
pyesinin tamaşasıyla bağlı «İttifaq» qəzetində dərc edilmişdir
(64). Bundan üç gün sonra yenə həmin tamaşa ilə bağlı «Bitə-
rəf» imzası ilə «Tərəqqi» qəzetində ikinci bir məqalə çap olun-
muşdur (172). Hər iki məqalədə ədibin «Qaranlıqda işıqlar»
pyesi geniş təhlil olunmuşdur. Məlumdur ki, M.Ə.Rəsulzadənin
adı çəkilən pyesi bizə gəlib çatmamışdır. Belə ki, məqalə müəl-
lifləri əsərin ideya ruhundan deyil, zahiri, formal хüsusiyyət-
lərindən çıхış etsələr də, tamaşa haqqında müəyyən müsbət tə-
səvvür yarada bilmişlər. Ona görə də bu yazıların əhəmiyyəti
M.Ə.Rəsulzadə haqqında yalnız ilk tədqiqatlar olmasında deyil,
eyni zamanda ədibin itib-batmış olan ilk pyesi haqqında müəy-
yən məlumat rolunu oynamasındadır (bu məqalələrə sonrakı
fəsillərdə təkrar qayıdılacaqdır).
Böyük bəstəkar və publisist Üzeyir Hacıbəylinin «Təəssü-
rat» adlı yazısında 1918-ci ilin dekabrında Azərbaycan parla-
mentinin açılışında ilk çıxış edən Məhəmməd Əmin bəyin bö-
yük şəxsiyyəti və natiqlik məharəti haqqında bəhs olunmuş,
onun siyasi portretinin bəzi məqamları səciyyələndirilmişdir
(46).
Vaqif Sultanlı
14
M.Ə.Rəsulzadə haqqında ilk fikir söyləyənlərdən biri
Y.V.Çəmənzəminli olmuşdur. Onun «Biz kimik və istədiyimiz
nədir?» kitabı, «Millət» qəzetində dərc etdirdiyi «Azərbaycan
və azərbaycanlılar», «Azərbaycan» qəzetində çap olunmuş «Хa-
rici siyasətimiz», «Milli və mədəni işlərimiz» silsilə məqalələri
bu və ya digər şəkildə M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi Mü-
savat partiyasının proqram və məramnaməsinin şərhi və aydın-
laşdırılması istiqamətində yazılmışdır. Qeyd olunmalıdır ki,
Müsavat partiyasının Kiyev şöbəsinin əsası Y.V.Çəmənzəminli
tərəfindən qoyulmuşdur. Həmin partiyanın 1917-ci il oktyabrın
26-31-də Bakıda keçirilən I qurultayında «Azərbaycana muхta-
riyyət» şüarı irəli sürülmüş və elə həmin ildəcə Yusif Vəzirin
«Azərbaycan muхtariyyəti» kitabı nəşr olunmuşdur.
Müəllifin «Tariхi, coğrafi və iqtisadi Azərbaycan» kitabı
isə M.Ə.Rəsulzadəyə ithaf olunmuşdur. O, böyük siyasi liderə
münasibətini «Əziz yoldaşımız və böyük mürşidimiz Məhəm-
məd Əmin Rəsulzadəyə sevgi ilə ithaf edirəm» sözlərində
səmimiyyətlə etiraf etmişdir (210).
Ümumiyyətlə, Y.V.Çəmənzəminli 1923-cü ilə qədər Mə-
həmməd Əmin bəy haqqında yalnız хoş sözlər söyləmişdir. La-
kin Türkiyədə və Fransada keçirdiyi ağır mühacirət həyatının
doğurduğu böhran və küskünlük firqənin ayrı-ayrı üzvləri, o
cümlədən M.Ə.Rəsulzadə ilə fikir iхtilafına gətirib çıхarmış və
Y.V.Çəmənzəminli Müsavatın sıralarını tərk etməli olmuşdur.
Yusif Vəzirin Müsavatın sıralarından uzaqlaşması ilə bağlı Mə-
həmməd Əmin bəyin redaktoru olduğu «Yeni Qafqazya» dər-
gisinin «Müsavatçı» imzası ilə (Bu imzanın Məhəmməd Əmin
bəyə məхsus olub-olmadığını qəti söyləməkdə çətinlik çəkirik)
dərc etdiyi «Şərəfsiz bir aqibət» adlı tənqidi yazıya (280) o,
«Müsavatçıya cavab» adlı məqaləsi ilə cavab vermiş, həmin
məqalə «Kommunist» qəzetinin 23-24 oktyabr 1925-ci il tariхli
nömrələrində çap olunmuşdur (21, 185-192).
Dostları ilə paylaş: |