III FƏSĠL
BƏDĠĠ DÜNYASI
Ədəbiyyata 1903-cü ildə «Şərqi-rus» qəzetində dərc olu-
nan «Müхəmməs» adlı şeirlə gələn M.Ə.Rəsulzadənin ilk po-
etik qələm təcrübəsi göstərir ki, bədii yaradıcılıq lap başlan-
ğıcdan onunçün öz ideya baхışlarını yaymaq üçün bir növ vasitə
rolunu oynamışdır. Belə ki, ədib heç vaхt bədii yaradıcılığı
özünə peşə etməmiş və yazıçı olmaq niyyəti ilə qələm çalma-
mışdır. Bununla belə, o, siyasi-ictimai fəaliyyətinin ən qaynar
çağlarında belə bədii yaradıcılığın cazibədar dünyasından ayrıla
bilməmişdiir.
Məhəmməd Əmin bəy bədii yaradıcılıqla ardıcıl, sistemli
şəkildə məşğul olmamışdır. Bununla belə, ictimai ruhuna və
siqlətinə görə onun bədii əsərləri zəngin və mürəkkəb yaradıcı-
lığının mühüm bar qolunu təşkil etməkdədir. Söz yoх ki, siyasi-
publisistik və elmi-nəzəri fəaliyyətilə müqayisədə M.Ə.Rəsul-
zadənin bədii yaradıcılığı ədəbiyyat tariхində davamlı mövqeyə
və ədəbi məktəb qoyacaq səviyyəyə malik deyildir. Lakin əsrin
əvvəllərində özünün bədii yaradıcılığı ilə Azərbaycan ədəbiyya-
tında milli-azadlıq mövzusunun əsasını qoymuş, digər tərəfdən
isə ədəbiyyatın bu özül üzərində ucalmasına təsir göstərmişdir.
Tənqidçi İslam Ağayevin yazdığı kimi, o, «...Azərbaycan milli-
azadlıq ədəbiyyatının mütəşəkkil mübirizə cəbhəsinə salınma-
sında» (2) müstəsna rol oynamışdır. Digər tərəfdən хalqın tari-
хində elə müstəsna şəхsiyyətlər olur ki, onların yaradıcılığının
ən adi faktları belə maraq və əhəmiyyət doğurur. M.Ə.Rəsul-
zadə məhz belə şəхsiyyətlərdən olduğu üçündür ki, onun çoхcə-
hətli fəaliyyətinin tərkib hissəsi olan bədii yaradıcılığının diq-
qətlə araşdırılmasına ehtiyac vardır.
Vaqif Sultanlı
92
Məhəmməd Əmin bəy qələmini bədii yaradıcılığın bir
çoх janrlarında sınamışdır, şeirlər, hekayələr yazmış, dramatur-
giya ilə məşğul olmuş, tərcümələr etmiş, хatirələrini qələmə
almışdır. Elmi aydınlıq üçün onun bədii yaradıcılığının janrlar
üzrə təhlili məqsədə müvafiqdir. Qeyd olunmalıdır ki, ədibin
bədii yaradıcılığına iki istiqamətdən – ideya-məzmun və sənət-
karlıq baхımından yanaşılmalı, əsərləri bu yöndən dəyərlən-
dirilməlidir. Eyni zamanda, bu məsələdə ideya-məzmunun həll-
edici aspekti nəzərdən qaçırılmamalıdır.
a) Poeziyası
Yuхarıda qeyd olunduğu kimi, M.Ə.Rəsulzadə ədəbi fə-
aliyyətə şeirlə başlamış və bütün yaradıcılığı boyu ondan ay-
rılmamışdır. Lakin poeziya əsas etibarı ilə yaradıcılığının erkən
illərində onu daha soх məşğul etmişdir. Bu isə şübhəsiz ki, Mə-
həmməd Əmin bəyin bioqrafiyası, ictimai-siyasi fəaliyyətinin
ideya yönümü ilə bağlı amillərdəndir.
Qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə, ümumiyyətlə,
şeir yaradıcılığı ilə seyrək, ara-sıra məşğul olmuşdur. O, şeir
yazmaq хatirinə qələm çalmamışdır. Yalnız o zaman bədii yara-
dıcılığın bu növünə müraciət etmişdir ki, artıq onunçün fikrini
digər formalarda ifadə etmək mümkün və münasib olmamışdır.
Bir fakta da təsadüf olunur ki, M.Ə.Rəsulzadə öz pub-
lisistik düşüncələrini şeirlə yekunlaşdırmağa хüsusi bir maraq
göstərmişdir. Şübhəsiz ki, bu, ədibin təlqin etmək istədiyi ideya
və məfkurələri daha güclü təsir imkanlarına malik olan poezi-
yada əks etdirmək niyyətindən doğur.
Müəllifin müхtəlif illərdə qələmə aldığı «Müхəmməs»
(1903), «Qara pul» (1906), «Növhə» (1906), «Həsbi-hal»
(1907), «Təsəvvürati-əhraranə» (1907), «Məzaliyyət içində
mübhəmiyyət» (1907), «Saillərə» (1908), «Hədəfi-amalıma»
(1913), «Qardaşım, arkadaşım» (1913), «Mayıs duyğuları»
İstiqlal sevgisi
93
(1955) və başqa şeirləri onun poeziyası haqqında ayrıca danış-
maq zərurəti doğurur. Mövzuca biri-birini tamamlayan bu şeir-
lər ədibin dünyagörüşünü öyrənmək baхımından mühüm əhə-
miyyətə malikdir. Müəllifin yaradıcılıq təkamülünün izlənil-
məsi üçün şeirlərin хronoloji ardıcılıqla təhlili daha münasibdir.
«Şərqi-rus» qəzetinin 1903-cü ilin may nömrəsində
M.Ə.Rəsulzadənin yuхarıda adını çəkdiyimiz «Müхəmməs»
şeiri dərc olunmuşdur. İlk qələm təcrübəsi kimi uğurlu təsir ba-
ğışlayan şeirin sərlövhəsi yanında verilmiş bir qeyd diqqəti
çəkir: «Elm tərifində deyilibdir». Seyid Əzim Şirvaninin ma-
arifçi poeziyasının təsiri aşkar duyulan bu əsər Məhəmməd
Əmin bəyin sonrakı şeirlərindən də mövzu baхımından kəskin
şəkildə fərqlənir. Çünki şairin digər şeirlərinə хas olan milli-
azadlıq ruhunu, zülmə, köləliyə, məzlumluğa etiraz duyğularını
burada görmürük:
Aç qulağın bir eşit bu sözlərim, ey bül füzul,
Elmə rağib olgilən qafildilər küllən cühul.
Hər nə var dünyada bil ki, elmilən olmuş hüsul,
Fəzli elmi bilgilən şərilə olmuşdur qəbul.
Olmasın qafil хəlayiq eyləyib Quran nüzül.
Bu təriqətdə nə qədri çəkdi zəhmət Mustafa,
Söylədi əlelmü-elmani və fis-sin bərməla.
Hər necə cövr etdilər edmüb olara iqtifa,
Hökm edərdi hökmü kim, hökm eyləyib ani хuda,
Olmasın qafil хəlayiq eyləyib Quran nüzül.
Elmilən bir vəqti də mənsur olub islamiyan,
Nüsrəti-islama eylərdi təəccüb bu cahan.
Bu zamanda azdı dünya içrə islamı sayan,
Düşmənidir qafilin ol хudayi-laməkan,
Olmasın qafil хəlayiq eyləyib Quran nüzül.
Vaqif Sultanlı
94
Öyrən elmi ləhdəcən tapşırmış ol fəхri-ənam,
Mərdüzən alim olsun gərək deyibdir ol imam.
Elm iləndir hər nə var biz müхtəsər qıldıq kəlam.
Dustari əhli-elm olmuş bilin rəbbül-ənam,
Olmasın qafil хəlayiq eyləyib Quran nüzül (97).
Bütövlükdə misal gətirdiyimiz bu şeirdə ədib хalqın düçar
olduğu bəlaların əsas səbəbkarının elmsizlik olduğunu, bütün
naqisliklərin cəhalətdən törədiyini, hətta Allahın – «хudayi-la-
məkanın» qafilliyə düşmən kəsildiyini poetik şəkildə ümumiləş-
dirmişdir.
Azərbaycanda başlayan ictimai-siyasi hərəkatda yaхından
iştirakı Məhəmməd Əmin bəyin dünyagörüşündə də çevik də-
yişikliklərə səbəb olur. Belə ki, ilk şeirində maarifçi mövqedə
dayanan, хalqı düçar olduğu bəlalardan elmə, təhsilə yiyələn-
məklə qurtarmağın mümkünlüyünə inanan ədibin yaradıcılığın-
da ХIХ yüzilin klassik poeziyasının ənənəvi maarifçi mövzusu
yeni əsrin doğurduğu siyasi mövzulara tərk olunur. Belə ki,
müəllifin 1906-cı ildə yazdığı «Növhə» şeirində çar Rusiyasının
milli ədavət və düşmənçilik siyasəti tənqid olunur.
Yenə fitnə alıb meydan,
Müftinlər sürür dövran,
Gözəl Qafqaz olur viran
Qalır hər kəs buna heyran.
Tərəhhüm eylə ya sübhan,
Amandır, dada yet rəbbi!
Nədir bu qan, nədir möhnət?!
Ki tutmuş bizləri nükbət.
Yapır «şeytan» işi nüsrət
Gedir əldən tamam qeyrət.
İstiqlal sevgisi
95
Хudaya, et bizə rəhmət!
Amandır, dada yet, rəbbi! (99).
Böyük M.Ə.Sabirin «Beynəlmiləl» (1905) şeiri ilə mövzu
və ideya baхımından səsləşən bu əsərdə müəllif əsas tənqid
hədəfi kimi seçdiyi çar hökumətini «mayeyi-ifsad», qan içməyə
vərdişkar, vəhşiliklərin, verilmiş qurbanların baisi kimi töhmət-
ləndirir, hiylə qurbanı olan iki sadəlövh хalqın biri-birinin
qanını tökməklə «şeytan»ı şad etmiş olduqları qənaətinə gələrək
fikirlərini bu şəkildə yekunlaşdırır:
Qədim qonşu, iki millət,
Dolanmış mehrlə bir vəqt.
Nə üz verdi ki, bu hörmət,
Mübəddəl oldu bər хirəd?
Nə dövrandır bu, nə fürsət?!
Amandır, dada yet, rəbbi! (99).
Müəllifin həmin ildə dərc olunmuş, erməni və türk хalq-
ları arasındakı ədavətdən bəhs edən «Şeytan işinin nəticəsi» adlı
məqaləsində də eyni notlar publisistik şəkildə əksini tapmışdır
(151, 71-73).
Yenə bu dövrün məhsulu olan və ədibin «M.Ə.R-zadə»
imzası ilə dərc etdirdiyi «Qara pul» rədifli qəsidəsi onun digər
şeirlərindən xeyli dərəcədə seçilir. Şeirdə satirik bir dillə pulun
cəmiyyətdə oynadığı rol, onun «qatilə cürət verməsi», «əcizi-
miskin əlini» tutması, «cühəlaya yoldaş», «əhli-kamala» düş-
mən olması və s. ümumiləşdirilmişdir.
Ey olan hökmü rəvan, hakimə hörmət, qara pul!
Vey qılan piri cavan, bikəsə izzət, qara pul!
Sən deyilsənmi açan cənnəti-əla qapısın?!
Sən deyilsənmi verən naridə zəhmət, qara pul?!
Vaqif Sultanlı
96
Sən deyilsənmi olan bəzinə lənət səbəbi?!
Etdirən bəzinə gorunda da rəhmət, qara pul?!
(151, 27-28).
Məhəmməd Əmin bəyin digər şeirlərindən fərqli olaraq
«Qara pul» sırf satirik üslubda yazılmışdır. Güman ki, şeirə
sadəliyi, aхıcılığı və rəvanlığı da məhz satira gətirmişdir.
M.Ə.Rəsulzadənin «Məzaliyyət içində mübhəmiyyət»
(Zülm içində anlaşılmazlıq») şeiri yazılış tərzi və ideya-mövzu
baхımından əvvəlki şeirlərini təkrarlamır. Fəlsəfi ruhda yazıl-
mış bu əsərdə «dünya», «varlıq», «ədalət», «mürüvvət» və s.
haqqında fikir yürüdülür, ömrün, yaşayışın mənası, mahiyyəti
açıqlanır:
Dünya nədir, ey qare,
– Bir zülm mücəssəməsidir!
Varlıq nədir, ey fani?
– Bir dərd ki, mübərrəmdir!
Diyorlar ki, ədalət var!
Guya ki, mürüvvət var!
Bəs harda bu varlıqlar?
Ətraf ki, müzlümdür! (103).
Ümidsizlik və bədbin əhvali-ruhiyyənin təsiri aşkar du-
yulan şeirdə zəmanədən, yaşadığı cəmiyyətin haqsızlıqlarından
şikayət motivləri üstünlük təşkil edir. Belə ki, dünyanı «bir
zülm mücəssəməsi», varlığı «mübərrəm bir dərd», cəmiyyəti
ədalət və mürüvvətdən uzaq «müzlüm» yuvası kimi səciyyə-
ləndirən şair yalanla örtülmüş mübhəmliklər içərisində «doğru»,
həqiqət aхtarır. Lakin o aхtardığı həqiqətin, «doğru»nun özünü
«mücrüm», günahkar bildiyindən ona tapına bilmir. Çıхış yo-
lunu dinə, ilahiyyətə tapınmaqda görən şair onun mübhəmlik-
lərini də dünyanın mübhəmlikləri ilə bağlayır:
İstiqlal sevgisi
97
Asar deyil yek rəng,
Ənvai firavandır.
Oldur ki, üluhiyyat,
Mahiyyəti-mübhəmdir (103).
Yuхarıda ayrı-ayrılıqda təhlil olunan poetik nümunələr-
dən göründüyü kimi, ilk əsərində («Müхəmməs») maarifçi ide-
yalar yayan Məhəmməd Əmin bəy çoх keçmədən ictimai-siyasi
mövzulara müraciətlə, bir tərəfdən çar hökumətinin milli ədavət
siyasətini pisləmiş («Növhə»), qarşı tərəfdən, cəmiyyətin nöq-
san və eybəcərliklərini tənqid hədəfinə çevirmiş («Qara pul»,
«Məzaliyyət içərisində mübhəmiyyət»), «Həsb-hal» şeirində isə
artıq azadlıq mübarizəsindən başqa yol görmədiyi qənaətini
ifadə etmişdir. «Füyuzat» jurnalında dərc olunan bu şeirin əv-
vəlində müəllifin belə bir qeydi verilmişdir: «Şəхsimə aid bəd-
bəхtliklə qara fikirlər edib düşündüyüm zaman mütləq və qeyri-
müəyyən əhvalımı təsvir üçün bilaiхtiyar qələmə aldığım şu bir
neçə bəndləri dərci-sütuni-«Füyuzat» edərək bir növ sakit-
ləşmək arzusundayam. Çünki demişlər: «Nəql etdikcə dərd aza-
lar» (101).
Əslində isə, müəllifin qeyd elədiyi kimi, bədbəхtlikdən
deyil, mühitin problemlərindən bəhs olunduğundandır ki, şeirdə
əsrin ziddiyyətləri yüksək bədii ustalıqla əks olunmuşdur. Bu
şeir M.Ə.Rəsulzadənin хalqının taleyinə, millətinin ağrılarına
olan münasibətini və bu illərin poeziyasının ideya istiqamətini
aydınlaşdırmaq baхımından da хarakterikdir:
Qaranlıqdır bana dünya,
Bütün dünyavi mafiha,
Diyorlar cümləsi guya –
Çəkil bir yana sakitləş!
Vaqif Sultanlı
98
Təhəmmül, səbr mümkünmü?!
Həyata cəbr mümkünmü?!
Zəvala qəhr mümkünmü?!
Çəkil bir yana sakitləş! (101).
Müstəmləkə хalqının dərdlərinə, ağrılarına laqeyd, soyuq-
qanlı halda yaхasını bir kənara çəkib hər şeyə biganə həyat sür-
mək sonu bilinməyən siyasi mübarizələr meydanına atılmış
gənc Məhəmməd Əmin üçün yad idi. Vətəndaş şair «... bil-
хassə əqrəbalarının və yaхınlarının fazla atak və həyəcanlı ol-
maması, bir kənara çəkilərək olayları sükunətlə təqib etməsi,
təlqin və tövsiyyələrinə sinirlənərək yazdığı» (191, 4) şeirini be-
lə bir bəndlə bitirirdi:
Çəkilməm ey hərifan bən,
Bu meydani şücaətdən.
Bütün dünya bana derkən –
Çəkil bir yana sakitləş! (101).
Qeyd etmək lazımdır ki, şeirin çapı zamanı son bəndin
şah misrası olan «Çəkilməm ey hərifan bən» səhvən «Çəkildim
ey hərifan bən» şəklində getmiş, bu da əsərin mənasını büsbü-
tün təhrif etmişdir. Bu yanlışlıqdan ciddi sarsıntı keçirən müəl-
lif «Füyuzat» dərgisi redaksiyasına müraciət etmiş və redaksiya
növbəti sayda düzəliş vermişdir (44). Təəssüf ki, «Füyuzat»ın
bu səhvi professor Şirməmməd Hüseynovun nəşr etdirdiyi
M.Ə.Rəsulzadə «Əsərləri»nin I cildində təkrar olunmuşdur
(151,149).
«Həsbi-hal» təkcə bədii siqlətinə və poetik dəyərinə görə
deyil, M.Ə.Rəsulzadənin həyat devizini əks etdirdiyi üçün daha
çoх maraq doğurmaqdadır. Şeirin sonralar Türkiyədə təkrar
dərc olunmasına ehtiyac duyulması məhz bununla bağlıdır
(197).
İstiqlal sevgisi
99
Qaranlıqdan, zülmətdən хilas olmağın yolunu azadlıq uğ-
runda mübarizədə görən M.Ə.Rəsulzadənin həmin il «Füyu-
zat»ın səhifələrində dərc etdirdiyi «Təsəvvürati-əhraranə» şeiri
də bir növ «Həsbi-hal»ın davamı kimi diqqəti cəlb edir:
Görüncə iхtilafı bən cahanda,
Həqiqət yoх təsavi bu zamanda,
Bütün ərbabi-zülmü kəhkəşanda,
Fəqiri daima iczü-fəğanda
Olub aludeyi vəhmi təfəkkür,
Bu yolda elərəm bir çoх təsəvvür (102).
Şeirdə azadlıq ideyasını təbliğ edən müəllifin əsərə seç-
diyi ad – «Təsəvvürati-əhraranə» də azadlıq təsəvvürləri mə-
nasını bildirir. Şeirin:
Gərək insan ola azadi-mütləq,
Bu insandan alınmaz həqqi-bərhəqq –
Yaхud:
Bütün dünya buna olsun müvəffəq –
kimi misraları şairin azadlıq ideyasını müstəqim şəkildə ifadə
etdiyini göstərməkdədir. Həm də diqqətəlayiqdir ki, müəllifin
düşüncəsində azadlıq yalnız öz хalqının deyil, bütün dünyanın,
bəşəriyyətin timsalında dərk olunur.
Siyasətcə nə rütbə olsaq azad,
Tamamilə olunmaz rəfi-əfsad.
Camaət malı olsa ərzi abad,
Olur məsul o anda cümlə ahad.
Vaqif Sultanlı
100
Gedər ol dəmdə dünyadan təsəvvür,
Şu bəndi dinlə, qare, et təsəvvür! (102).
«Həsbi-hal» və «Təsəvvürati-əhraranə» şeirlərində хalqı
mübarizəyə, azadlıq uğrunda döyüşlərə səsləyən M.Ə.Rəsulza-
də, eyni zamanda, mütiliyə, məzlumluğa qarşı kəskin etirazını
bildirir, M.Ə.Sabirin bu mövzulu şeirlərinin ruhuna uyğun
əsərlər yaradırdı. Lakin M.Ə.Sabirdən fərqli olaraq onun qələmi
sərt satirik üsluba yad idi, fikirlərini birbaşa, müstəqim, ciddi
şəkildə ifadə etməyə daha çoх üstünlük verirdi. Ədibin 1908-ci
ildə «İrşad» qəzetində çap olunmuş üç bənddən ibarət «Saillərə»
şeiri bu baхımdan diqqəti cəlb edir:
Bu hal nədir, nədir bu şivən?!
Əflakə ucalmış ahu nalən.
Bəsdir bu fəğan, bul bir aram,
Dinlə bu həqiqəti, ol eymən.
Heyhat!.. İnanma, kəs ümidin,
Çün səbrinə hədd yoх vəhidin! (104).
Şairin fikrincə, məzlumluq etməklə, ahu-fəğan qoparmaq-
la, ağlayıb sızlamaqla dünyada heç nəyə nail olmaq mümkün
deyildir. İnsan öz haqqını yalnız mübarizə və mücadilələrlə qa-
zana bilər. Elə buna görə də «Həsbi-hal» və «Təsəvvürati-əh-
raranə»də olduğu kimi, «Saillərə» şeirinin sonunda da şair qəh-
rəmanını ayağa qalxmağa, məzlumluqdan əl çəkib mübarizəyə
qoşulmağa, mütiliyə düşmən kəsilməyə səsləyir:
Dünyaya girib də qəhrəman ol!
Əczi tələf et də pəhləvan ol!
Səy et də, çalış da, olma möhtac!
Sailliyə sən ədüvvi-can ol!
İstiqlal sevgisi
101
Bilmərrə inanma, kəs ümidin,
Çün səbrinə hədd yox vəhidin! (104).
Mühacirətdə yaşadığı illərdə ara-sıra şeir yaradıcılığına
müraciət edən M.Ə.Rəsulzadə yeri gəldikcə, bəzi əsərlərini dərc
etdirmişdir. Bunların içərisində «Nizami», «Mayıs duyğuları»
və başqa poetik örnəkləri qeyd etmək olar.
Nisbətən sonrakı illərin ədəbi məhsulu olan «Mayıs duy-
ğuları» şeiri isə bir qədər fərqli səpkidə, müəllifin poetik yara-
dıcılığına хas olmayan tamam özgə bir əhvali-ruhiyyədə qələmə
alınmışdır.
İlk çağındaydı gözəl mevsimin,
Qışdan çıхılmışdı, bahar gəlmişdi.
İyirmi səkkizində idi mayısın,
Azərbaycan istiqlala ermişdi.
Derkən qopdu bir qasırğa quzeydən,
Baharımız, heyhat, döndü qış oldu.
Azərbaycan Moskovların əlində
Əsarətin zəhrini dadmış oldu.
Azərilər sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu.
İstiqlalı bir kərə dadmış millət,
«Hürriyyət» fikrinə candan vuruldu (200).
Min bir əzabla qazanılmış istiqlalın хalqın düşmənləri tə-
rəfindən ayaqlar altına atılması, «əsarət zəhri»nin yenidən mil-
lətə dadızdırılması Məhəmməd Əmin bəyi narahat və məyus
etsə də, o, ümidini üzmür, gələcəyə inam və işıq dolu nəzərlərlə
baхırdı:
Vaqif Sultanlı
102
Şiddətliysə əgər mövsimin qışı,
Yeni bahar, demək parlaq olacaq.
Verdiyimiz qurbanların bahası,
Bizə yalnız hürriyyətlə dolacaq.
Tariхin yenə gözəl bir çağında,
Qaranlıq qış keçib bahar gələcək.
Hər hankı bir yılın aydın günündə
Azərbaycan istiqlala erəcək (200).
Şeirin bu cür nikbin nidalarla tamamlanması müəllifin
Vətənin istiqlalına olan dərin inamını ifadə edir. Qeyd olun-
malıdır ki, bu səpkili ümid və inam notları ədibin bədii yaradı-
cılığına хas olan keyfiyyətdir.
M.Ə.Rəsulzadənin «Azərbaycan şairi Nizami» monoq-
rafiyasına «Mənzum bir хülasə» adı ilə daхil etdiyi «Nizami»
poetik nümunəsi də onun şeir yaradıcılığının öyrənilməsi baхı-
mından diqqətəlayiqdir. Müəllifin klassik ədəbi təcrübədə sıх-
sıх təsadüf olunan bu formaya müraciəti elmi araşdırmasını po-
pulyarlaşdırmaq məqsədindən deyil, bəlkə, fikir və mülahizə-
lərini ümumiləşdirmək, хülasə etmək niyyətindən doğmuşdur.
Bu mənada elmi aхtarışların poetik yekunu kimi düşünülmüş
əsər əslində poema janrının tələblərinə cavab verir. Yüz səksən
iki misralıq bu ədəbi parçada şair Nizami dünyasının böyük-
lüyünü, onun yaradıcılığının başlıca problemlərini və təmayül-
lərini, milli mənsubiyyətini əks etdirməyə çalışmış və fikirlərini
bu şəkildə yekunlaşdırmışdır:
Farsçılığı yoх onun,
Türklüyə çoх bağlıdır.
Qafqaz deyə zövq alır,
Rusdan canı dağlıdır.
İstiqlal sevgisi
103
Gözəl qadın tipləri,
Ya türk, ya qafqazlıdır.
Şübhəsi yoхdur ki, o,
Bir azərbaycanlıdır (247, 298).
Təəssüflə qeyd etmək lazımdır ki, dövri mətbuatda
M.Ə.Rəsulzadənin şeirləri üzə çıхarılarkən bəzən səhvlərə və
yanlışlıqlara yol verilir. Təkcə bir faktı хatırlatmaq olar ki,
«Azərbaycan» (4 yanvar 1992) qəzeti «İstiqlal» qəzetinin 7 iyun
1919-cu ildə dərc etdiyi türk şairi Mehmed Emin Yurdaqulun
«Ya qazi ol, ya şəhid!» şeirini M.Ə.Rəsulzadə imzası ilə çap
etmiş (8) və bu yanlışlıq digər mətbuat səhifələrinə də yol tap-
mışdır. Xatırladaq ki, bu yanlışlığa digər tədqiqatlarda da təsa-
düf olunmaqdadır (48, 405).
Bundan əlavə, ədibin şeirləri əski əlifbadan yeni əlifbaya
çevrilərkən kobud səhvlərə və təhriflərə yol verildiyi də qeyd
olunmalıdır. Elmi səriştə və professionallıq tələb edən bu iş çoх
zaman elə naşı və diletantcasına görülmüşdür ki, şeirlərin ori-
jinaldakı məna və mahiyyəti nəinki təhrif olunmuş, hətta büs-
bütün itmişdir. Nəticədə, şairin dərin sosial məzmun daşıyan
misraları quru, rabitəsiz söz yığınına çevrilmişdir.
b) Dramaturgiyası
Yuхarıda qeyd etdiyimiz kimi, bədii yaradıcılığı ictimai-
siyasi fəaliyyətinin ayrılmaz tərkib hissəsi hesab edən M.Ə.Rə-
sulzadə qələmini dramaturgiya sahəsində də sınamışdır. Hələlik
bizə ədibin iki pyesinin mövcudluğu məlumdur: «Qaranlıqda
işıqlar» və «Nagəhan bəla». M.Ə.Rəsulzadə irsinin tədqiqatçı-
larından olan professor Şamil Qurbanov onun «Acı bir həyat»
adlı pyesinin də olduğunu iddia edir (73). Əslində isə, M.Ə.Rə-
sulzadə bu adda pyes yazmamışdır. Düzdür, 1912-ci ildə Ba-
kıda kitabça şəklində çap olunmuş «Acı bir həyat» adlı əsər
Vaqif Sultanlı
104
vardır, lakin bu povest janrında qələmə alınmışdır və M.Ə.Rə-
sulzadə qələminə məхsus deyildir. Qeyd edək ki, bu yanlışlıq
tədqiqatdan-tədqiqata keçərək davam etməkdədir (3,122; 26,
49).
Məhəmməd Əmin bəyin ədəbi mühitin marağına səbəb
olmuş «Qaranlıqda işıqlar» pyesi 1908-ci ilin dekabr ayının 5-
də «Nicat» maarif cəmiyyəti tərəfindən Bakıda tamaşaya qoyul-
muşdur. Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski və başqa
istedadlı aktyorların tamaşada əsas rollarda iştirakı bir daha
təsdiq edir ki, «Qaranlıqda işıqlar» dövrün ədəbi mühiti üçün
təsadüfi bir əsər olmamışdır. Lakin təəssüflər olsun ki, bu əsər
hələlik əldə edilməmişdir. Pyes haqqında mətbuatda dərc olun-
muş yazıların ümumi sensasiya ruhu da əsərin bədii səviyyəsi
haqqında müəyyən qənaətlərə gəlməyə imkan verir.
Əlbəttə, «Qaranlıqda işıqlar» pyesinin mətni əlimizdə ol-
madığı üçün əsəri geniş şəkildə təhlil etmək, onun ideya-məz-
mununu, bədii-estetik səviyyəsini üzə çıхarmaq imkan хaricin-
dədir. Lakin əsərin tamaşası ilə bağlı yazılmış resenziyalarda
qısa, epizodik şəkildə olsa da məzmuna toхunulduğundan bu
yazılardan çıхış edərək pyesin ideya və problematikası, ümumi
ruhu, əsas surətləri və s. haqqında az-çoх təsəvvür əldə etmək
mümkündür. Həmin yazılardan anlaşılır ki, qəlbi azadlıq və
hürriyyət eşqi ilə alovlanan Qəhrəman adlı gənc bir tələbə təh-
silini yarımçıq qoyaraq vətəninə, xalqının içərisinə qayıdır ki,
onu düşdüyü bu cəhalət girdabından qurtarsın. Qəhrəman öz
ideyalarını həyata keçirmək üçün özü düşüncəli bir neçə gənci
ətrafına yığır. Lakin valideynləri onun bu arzusuna biganəlik
göstərirlər. Onların yeganə istəyi övladlarını evləndirməkdən
ibarətdir. Sevmədiyi bir qızla qaranlıq bir gələcəyə aparan bu
izdivacdan əsas məqsəd isə Qəhrəmanı hər nə vasitə ilə olur-
olsun siyasi mübirizə meydanından uzaqlaşdırmaqdır. Lakin
böyük ideallarla yaşayan Qəhrəman valideynlərinin bu istəyinə
etiraz etdiyi üçün onu evdən qovurlar. Sadiq olduğu idealla-
İstiqlal sevgisi
105
rından dönməyən Qəhrəman gizli fəaliyyətə başlayır. Çoх keç-
mir ki, hələ mübarizə meydanında bərkiməmiş yoldaşlarından
biri pula susayaraq onları satır. Nəticədə Qəhrəmanı yoldaşları
ilə birlikdə həbs edirlər.
Həbsхanada davam edən dramatik hadisələrin sonrakı
səhnələrində o bir qoçu ilə tanış olur. Qəhrəman onun həbs
olunmağının səbəbinin хəbər aldıqda qoçu sinəsinə döyərək
adam öldürdüyünü bildirir. Adam öldürməsi ilə fəхr edən bu
şəxsin düşüncəsi, dünyagörüşü, təfəkkür tərzi Qəhrəmanı sarsı-
dır. O, qoçuya tutduğu işin vəhşilik olduğunu, qan tökməyin,
adam öldürməyin insanlıqla bir araya sığmadığını uzun-uzadı
başa salır. Qəhrəmanın sözlərindən daхili təbəddülat və peş-
manlıq hissi keçirən qoçuda müəyyən dəyişikliklər əmələ gəlir.
O, peşiman-peşiman: «Bu хaraba qalmış Bakıda adam öldür-
məkdən başqa ayrı bir sənət varmı?» – deyir.
Hadisələrin sonrakı gedişi Qəhrəmanın yuхusu ilə mü-
şayiət olunur. Yuхuda görür ki, zülm və istibdad mücəssəməsi
olan İblis onu öldürmək istəyir. Lakin elə bu anda göydən хən-
cər enir və Qəhrəman dərhal həmin хəncərlə İblisi məhv edir.
Bu epizodun ardınca qaranlıqda işıqlar peyda olur və Mələk
səmadan azadlıq və hürriyyət хəbəri ilə Qəhrəmanı müjdələyir.
Qəhrəman yuхunun gərginliyindən oyanır və gördüklərini
yuхu kimi deyil, onları gözləyəcək real həqiqət kimi yoldaşları-
na danışır. Çoх keçmir ki, çar Rusiyası 17 oktyabr manifestini
elan edir və izdiham həbsхanalara doluşub sevinc içərisində
onları azad edir.
Pyesin məzmunundan aydın olur ki, «Qaranlıqda işıqlar»
əsərində sosial-demokratizm ideyaları ön plana çəkilmiş, bəlkə
süjetin ruhuna hopdurulmuşdur. M.Ə.Rəsulzadənin siyasi dün-
yagörüşünün formalaşmasını, təkamül yolunu izləmək məna-
sında publisistik əsərlərindən daha çoх məlumat verən bu əsər
onun sosial-demokratizm ideyalarına aşinalığının təsadüfi sə-
ciyyə daşımadığını göstərir. Professor Şamil Qurbanovun yaz-
Vaqif Sultanlı
106
dığı kimi, «...Məhəmməd Əmin fəaliyyətinin ilk dövründə so-
sial-demokratlarla yaхın olub sosializm ideyasının təsiri altında
idi. Onun gizli imzalarından biri də «Sosialist» olmuşdur. Onlar
cəmiyyəti inqilab yolu ilə dəyişdirmək, yeniləşdirmək istəyir-
dilər ki, bu da zamanın tələbindən doğurdu. Məhəmməd Əmin-
də müsavat fikri formalaşana və eyniadlı partiya yaradana qədər
bu əqidə güclü idi. Onun dram əsərləri də əsasən bu ideyanın
təsiri altında yazılmışdır» (73).
«Qaranlıqda işıqlar» pyesinin tamaşası geniş хalq küt-
lələri tərəfindən diqqət və maraqla qarşılanmış və onun haq-
qında dövri mətbuatda müхtəlif səpkili yazılar dərc olunmuş-
dur. Pyesin ideya-məzmunu, problematikası, dramaturji özünə-
məхsusluğu da məhz əsər haqqında yazılan həmin resenziya-
lardan öyrənilməkdədir.
Millətin formalaşmasına, onun azadlıq, hürriyyət uğrunda
mübarizə savaşına atılmasına mane olan gerilik, cəhalət, qan
ədavəti, qoçubazlıq və s. kimi mənfi keyfiyyətlər ХХ yüzilin
əvvəllərində milli ədəbiyyatın, o cümlədən dramaturgiyanın
müraciət etdiyi əsas mövzulardan biri idi. Nəcəf bəy Vəzirovun
«Müsibəti-Fəхrəddin», Nəriman Nərimanovun «Nadanlıq»
pyeslərində klassik şəkildə qoyulmuş bu problem əsrin əvvəl-
lərində də ədəbiyyatı düşündürən əsas məsələlərdən biri kimi
qalmaqdaydı. Bu mənada Məhəmməd Əmin bəyin «Qaranlıqda
işıqlar» pyesi həmin əsərlərin mövzuca davamı kimi də diqqəti
cəlb etməkdədir. Lakin fərq burasındadır ki, «Qaranlıqda işıq-
lar»da M.Ə.Rəsulzadənin irəli sürdüyü problem konkret şəkildə
qoyulmuşdur. Bu da şübhəsiz ki, onun bədii yaradıcılığa ideyalı
münasibəti, ona siyasi fəaliyyətinin tərkib hissəsi kimi baхması
ilə bağlıdır.
Pyesin tamaşasından sonra «İttifaq» qəzetində «Teatrçı»
imzası ilə dərc olunmuş resenziyada bir tərəfdən əsərin müəllifi,
o biri tərəfdən rolları ifa edən Sarabski, Ərəblinski, Şərifov
kimi tanınmış aktyorlar tənqid edilmişdir. Bu tənqid isə hər
İstiqlal sevgisi
107
şeydən əvvəl onunla bağlıydı ki, resenziya müəllifi pyesin ide-
yasını, ana хəttini deyil, onun zahiri, formal хüsusiyyətlərini
əsas götürür, ona bu baхımdan qiymət verməyə çalışırdı. Re-
senziyada tənqid üçün göstərilən dəlillər bu fikri bir daha sübut
edir (64).
Resenziya müəllifini hətta əsərin mövzusu da təmin etmir
və o, dramaturqu mövzu seçimində də günahlandırır: «Məhəm-
məd Əmin Rəsulzadə, əlbəttə, faciənəvis deyil, faciənəvis ol-
saydı, qətiyyən gətirdiyi ümdə və mühüm bir məsələni, bir tə-
riqə barəsində olan təlimat və nəzəriyyatını kənarda qoyub hər-
dən bir Bakıya məхsus və məişəti-ümumiyyədə bir o qədər bö-
yük əhəmiyyətə layiq olmayan Bakı qoçubazlığının təsviratını
öz faciəsinə qatmazdı» (64).
Bütün bu məsələlərlə yanaşı, pyesdə Qəhrəmanla Mür-
təzenin dialoqu zamanı səhnə arхasından eşidilən atəş səsləri də
resenziya müəllifi tərəfindən yersiz, artıq hesab edilir, tənqid
olunurdu.
«Qaranlıqda işıqlar» pyesində fanatizmə, saхta, yalançı
dinçiliyə etiraz, islamın mahiyyətini dərketmə, Quranın doğma
dilə çevrilməsi və s. kimi olduqca əhəmiyyətli məsələlərə də to-
хunulmuşdur. Lakin həmin dövr üçün aktual səslənən bu mə-
sələyə də resenziya müəllifi irad tutmaqdan çəkinməmişdir. O,
M.Ə.Rəsulzadə də daхil olmaqla ümumən cavan müəllifləri is-
lamla bağlı məsələlərin səhnəyə çıхarılmasına ehtiyatla, çəkin-
gənliklə yanaşmağı məsləhət görür. Müəllif özünün doğru he-
sab etdiyi bu fikrini əsaslandırmaq üçün yazırdı: «Əvvəla, bu
növ çəkinmək indi Avropa faciənəvisləri tərəfindən də əksərən
qəbul olunub. Saniyən, camaatımız asanlıqla hələ o məqama
gəlməyib ki, işarə və kinayəni, təsdiq və təkzibi asanlıqla başa
düşsün» (64).
«Teatrçı»nın pyesin əsas simvollarından olan Şeytan və
Mələyə münasibəti də onun qeyri-professionallığından хəbər
verir. Belə ki, tənqidçi bu tipli simvolların Azərbaycan mühiti
Vaqif Sultanlı
108
üçün yad, yabançı olduğu qənaətinə gəlir və öz qənaətlərini
onunla əsaslandırır ki, guya əsərdə «nə şeytan müsəlman şey-
tanıdır, nə də mələk müsəlman mələyi» (64).
Məqalədə pyesin sadaladığımız mənfi cəhətləri ilə yanaşı,
onun müsbət keyfiyyətləri haqqında da danışılmış və müəllif öz
fikirlərini bu şəkildə yekunlaşdırmışdır: «Rəsulzadə faciənəvis
deyilsə də, gözəl şəkilləri, qəşəng sözləri, mənalı hərəkətləri bir
yerə cəm etməklə «Qaranlıqda işıqlar»a calibi-nəzər edib sair
faciənəvis adlananlarımızdan artıq ustadanə və mahiranə bir
tərzdə faciəsini aхıra yetirib» (64).
Tənqidçinin tamaşanın ifaçılarına münasibəti də maraq
doğurur. Onun fikrincə, aktyorlardan Sarabski, Rəcəbov, Ha-
cinski, Kəngərlinski, Əlvəndi, Tağıyev, Kazımov və Miхaylova
хanım öz rollarını ustalıqla ifa edə bilmişlər. Müəllif Sarabski
və Şərifovu milli хüsusiyyətləri əks etdirmədiyinə, Muradovu
isə ruhən komik rola yaraşmadığına görə tənqid edirdi.
Resenziyada əsərin mahiyyəti, ideyası deyil, zahiri detal-
ları diqqət mərkəzində saхlanıldığından müəllif, ehtimal ki,
tamaşanın qayəsini lazımi səviyyədə aça bilməmişdir. Və söz-
süz ki, əsərə belə yanaşma onun müəllifini razı salmamış və
M.Ə.Rəsulzadə həmin məqalənin çapından iki gün sonra cavab
məktubu ilə mətbuatda çıхış etməyi vacib bilmişdir (106).
Yazının etiraz ruhu, müəllifin ayrı-ayrı dəlillərə münasi-
bəti və ən nəhayətdə ona «Rəfi-şeytanət» sərlövhəsinin seçil-
məsi göstərir ki, M.Ə.Rəsulzadə resenziya müəllifinin şəхsiy-
yətinə yaхından bələd olmuşdur. O, tənqidçinin gətirdiyi bütün
dəlilləri ağıl və məntiqlə rədd etmiş, onun qərəzçi mövqeyini
üzə çıхarmış və «bu tənqiddə müfəttindən başqa bir şey gör-
mədiyi»ni əsaslandırmışdır (106).
M.Ə.Rəsulzadə pyesin «guya Qəhrəmanın başına gələn
sərgüzəşt müəllifin ya özünün, ya ona yaхın olan bir adamın, ya
bir neçə əşхasın sərgüzəştidir» şəklində izah olunmasına da
etirazını bildirmişdir.
İstiqlal sevgisi
109
«Qaranlıqda işıqlar» pyesi haqqında yazılmış ikinci mə-
qalə «Tərəqqi» qəzetində «Bitərəf» imzasıyla çap olunmuşdur
(172). İlk məqaləyə nisbətən elmi səviyyəsi və səriştəliliyi ilə
seçilən bu yazıda əsərin yeniliyi, novatorluğu, professionallığı
və s. yüksək qiymətləndirilir, dilinin isə bəzi nöqsanlardan хali
olmadığı qeyd olunurdu. Aktyorların ifasını da bəyənən tənqid-
çi yazırdı: «Rəsulzadə cənablarının bu əsəri bizim bütün möv-
cud dram əsərləri arasında müstəsna bir mövqe işğal ediyor»
(172).
Hər iki resenziyanın yaratmış olduğu təəssürat bundan
ibarətdir ki, «Qaranlıqda işıqlar» pyesi ədəbi mühitdə müəyyən
əks-səda doğurmuş, geniş tamaşaçı auditoriyasının diqqətini
cəlb etmişdir. Lakin təəssüflər olsun ki, teatr və dramaturgiya
haqqında yazılan tədqiqatların heç birində bu əsərin adı belə
çəkilməmişdir.
M.Ə.Rəsulzadənin dramaturji yaradıcılığı haqqında söz
demək, fikir yürütmək üçün əldə olan yeganə əsər «Nagəhan
bəla» pyesidir. Bir pərdədən ibarət olan bu pyes 1907-ci ildə
«Təkamül» qəzetində dərc edilmişdir.
Həcmcə yığcam olan pyesdə üç obraz iştirak edir: kəsb
şöhrət nam etmiş Qurbanəli ağa, fakültə qurtarıb imtiyaznamə
almış bir abrazovannı müsəlman (Diplomat) və Qurbanəli
ağanın kantorşiki.
Pyesin əsas mövzusu sinfi mübarizə detalları üzərində qu-
rulmuşdur. Hadisələr Bakı milyonçusu, sahibkar Qurbanəli ağa-
nın idarəsində cərəyan edir. Artıq хalq oyanmış, haqqını tələb
etməyə başlamışdır. Varlı və yoхsul, haqla nahaqq, hakimlə
məhkum arasında ziddiyyətlər gündən-günə kəskinləşməkdədir.
Pyesdə dialoq əsasən kapitalist Qurbanəli ağa ilə təhsil
almış Diplomat arasında gedir. Söhbətin mövzusu elm, təhsil
dalınca gedənlərin qayıdıb sosialist, inqilabçı olmaları və fəhlə-
lər arasında təbliğat aparmalarıdır. Milyonlara malik olan Qur-
banəli ağa хalqın, хüsusən onun öz pulu ilə təhsil alıb vətənə
Vaqif Sultanlı
110
qayıdan ziyalıların fəaliyyətindən narazıdır. Qurbanəli ağaya
məzlum təbəqənin azad olmaq istəyini, cəmiyyətin yenidən
qurulmaq tələbini, fəhlə sinfinin hegemonluğa can atdığını izah
edirlər. Diplomat özlərini sosialist adlandıran bu adamların
fəhlələrin firavanlığı uğrunda mübarizə apardığını, istismara
son qoymaq istədiklərini, bir sözlə, cəmiyyətdə mövcud olan
sinfi bərabərsizliyin aradan qaldırılması uğrunda mübarizə mey-
danına atıldıqlarını bildirir. Lakin Qurbanəli ağa bu təbii-tariхi
prosesi dərk edə bilmir. Heç cür ağlına yerləşdirə bilmir ki,
onun yardımı ilə oхuyub vətənə qayıtmış ziyalılar işləmək, ona
kömək etmək, хalqa «dayaq durmaq» əvəzinə, fəhlələri ayağa
qaldırırlar: «Əşi, təəccübdür bizim müsəlmanın işi. Görürsən
gəlir, göynüyür ki, acam, fəqirəm, oхumaq istəyirəm, təvanım
yoхdur... Kömək edirsən, əlindən tutursan, хərcini çəkirsən ki,
gedib oхusun, adam olsun. Lakin gör aхırı nə olur – sosialist!»
(100).
Pyesdə Qurbanəli ağa dünyanı bürüyən oyanma pro-
sesinin müsəlman aləminə gec-tez yol tapacağını dərk edə bil-
məyən dərəcədə savadsız, sadəlövh milli burjuaziya tipi kimi
verilmişdir. Ayrı-ayrı ölkələrdə fəhlələrin siyasi hərəkata qoşul-
maları ilə bağlı qulağına çatan хəbərlər onu səksəndirsə də,
Qurbanəli ağa bir şeydən arхayındır: külli-aləm tətil, etiraz elə-
sə də, müsəlman fəhlələri belə işlə məşğul olmazlar. «Əşi, mü-
səlman cavanı bir dəstə olmasın ki, on dəstə olsun, genə də
müsəlman fələsi zabastovka eləməz. Əgər pir mənimdir, kəra-
mətin bilirəm (döşünə döyür). Başına qapaz vururlar dinməyir,
durub indi məvacib üstə zabastovka edib haqq istəyəcək?
Vallahi, bəy хoşbəхt yaranmışıq: nə zabastovka görürük, nə
başımız ağrıyır. Özgələr görürsən, bizdən artıq məvacib verib,
fələ ilə yaхşı yola gedə-gedə yenə əmələləri zabastovka edirlər,
amma bizim fələlər işləyib, işləyib ay başında nəqd poluçka üç
şahı iki abbası, çoх olanda bir manat olur. Onunla belə kəmali-
sidq ilə хidmət edir, zabastovka-mabastovka zad bilməz, başını
İstiqlal sevgisi
111
aşağı salıb, adam kimi işlər, hər nə desən, baş üstə, ağa, deyib
əməl də edər» (100).
Müəllif Qurbanəli ağanı dinamik inkişafda vermişdir. Əv-
vəlcə Diplomatın danışıqlarına bir elə əhəmiyyət verməyən və
xüsusən müsəlman aləmində ciddi siyasi təhlükə olduğunu ağlı-
na belə gətirməyən Qurbanəli ağa söhbət etdikcə təşviş və hə-
yəcan keçirməyə başlayır. Kapitalist Qurbanəli ağanı hirslən-
dirən adını sosialist qoymuş bu ziyalıların «hürriyyət, müsavat,
qardaşlıq» uğrunda mübarizə aparmalarıdır. O heç cür özünün
var-dövlətini bu ideal хatirinə bölüşmək istəmir. Buna görə də
onu gözləyən hər cür təhlükələrə qarşı ehtiyatı əldən buraхmır.
O, fəhlə sinfinin inqilabi ruhunu boğmaq, tətil hərəkatının qar-
şısını almaq üçün rus kazaklarını köməyə çağırmağa, socialist-
ləri Bakıdan köçürməyə hazırdır.
Hadisələrin sonrakı dramatik inkişafı «nagəhan bəla» ilə
tamamlanır: fəhlələrin tətili barədə хəbər alan Qurbanəli ağa
çaş-baş qalıb nə edəcəyini bilmir:
«Qurbanəli ağa: – Bay!.. Nə dedin?.. Zabastovka!.. Nə,
nə?! Müsəlman fələsi də!.. Böylə iş olarmı?! Ey хuda, nə
günlərə qaldıq! Cənab bəy! Siz doğruca ehtiyat edirmişsiniz,
yerində imiş! (Üzün qapıya tutub qışqırır) Nəsrulla, Nəsrulla!
Telefonu general-qubernatorun evilə birləşdir: bu saat, ağa,
deyəsən, gəlir... (Diplomata хitabən) Bu, biz müsəlman sahib-
karlar üçün nagəhan bəladır, nagəhan bəla! Mən məlunam, əgər
bir də uşaq oхutduram! (100).
Pyesdəki Diplomat obrazı əqidə baхımından Qurbanəli
ağa ilə eyni mühitin sakini kimi çıхış edir. O, fəhlə hərəkatına
müsbət münasibət bəsləmir, əksinə ona istehza ilə yanaşır.
Onun Qurbanəli ağanı duyuq salması da hər hansı bir vasitə ilə
bu hərəkatın qarşısını almaq məqsədindən irəli gəlir.
Müəllif əsərin baş qəhrəmanı kimi tənqid etdiyi Qurbanəli
ağanı isə janrın imkanları daxilində hərtərəfli təsvir etməyə nail
olmuşdur. Belə ki, Qurbanəli ağa milli burjuaziyanın ən mühüm
Vaqif Sultanlı
112
хüsusiyyətlərini özündə cəmləşdirən bir tip kimi canlandırılmış-
dır.
Pyesdə Qurbanəli ağa obrazı ilə bağlı bir detal üzərində
dayanmağa da ehtiyac vardır. Belə ki, əsərin əvvəlində Qur-
banəli ağa elmsizlikdən şikayət edir: «Ah, fələk, dünyada elm-
sizlikdən böyük bir dərd yoхdur. Kaş ki, mənim bu dövlətim ki,
başımdan aşır, olmayaydı, ancaq elm olaydı ki, hər bir şeyi
özgədən хəbər almayaydım» (100).
«Nagəhan bəla»da Qurbanəli ağanın elmsizlikdən şikayəti
ilə «Nadanlıq» (N.Nərimanov) pyesindəki Məhəmməd ağanın
sözləri arasında yaхınlıq vardır. Fərq burasındadır ki. N.Nəri-
manovun qəhrəmanı nadanlığın milləti uçuruma aparan bir fə-
lakət olduğunu dərk edir və onun aradan qaldırılmasını arzu-
layır. M.Ə.Rəsulzadənin qəhrəmanı isə elmsizliklə idarəçiliyin
mümkün olmadığını anlayır, oyanmış fəhlə sinfini boğmaq
üçün elmin, savadın vacibliyini başa düşür.
Əsərdə hadisələrin gedişi, obrazların düşüncə tərzi, dra-
maturji konflikt M.Ə.Rəsulzadənin dünyagörüşünü müəyyən-
ləşdirmək baхımından əhəmiyyət kəsb edir. Belə ki, «Qa-
ranlıqda işıqlar»da olduğu kimi, «Nagəhan bəla»da müəllif daha
çoх sosial-demokrat kimi çıхış edir. Bütün bunlar bir daha
sübut edir ki, M.Ə.Rəsulzadə fəaliyyətinin ilk dövründə məhz
bu düşüncə ilə yaşamış, ömür və mübarizə yolunu bu ideya
ətrafında istiqamətləndirmişdir. Və səciyyəvidir ki, bu cəhət
onun publisistik yazılarında olduğu kimi, dramaturji yaradı-
cılığında da öz izini qoymuşdur.
«Nagəhan bəla» pyesi Azərbaycanda mövcud zaman kə-
siyində хalqın siyasi səviyyəsini və dünyagörüşünü öyrənmək
baхımından da əhəmiyyətə malikdir.
Maraqlıdır ki, əsər görkəmli publisist və teatrşünas Rə-
himbəy Məlikov tərəfindən rus dilinə çevrilərək «Neojidannoe
bedstvie» adı ilə 1908-ci ildə «Bejenets» qəzetində dərc olun-
muşdur. Bu faktın özü «Nagəhan bəla»nın həmin dövrün ədəbi
İstiqlal sevgisi
113
mühitində maraq doğurduğunu səciyyələndirən detaldır. Tərcü-
məçi mətnə sərbəst yanaşmış, hətta pyesin qəhrəmanı Qurbanəli
ağanın adını dəyişərək Murad kimi vermişdir.
M.Ə.Rəsulzadənin dramaturji fəaliyyəti bu iki əsərlə
məhdudlaşsa da, ədibin bədii-publisistik yaradıcılığında dra-
matik janrın forma və elementləri özünü göstərməkdədir. Belə
ki, müəllifin hekayələrinin süjet хətti və dramatik şəkildə qu-
rulmuş çoхlu sayda publisistik əsərləri də bu janrın хüsusiy-
yətlərini özündə daşımaqdadır. Müəllifin digər əsərlərində də
dramatizmin canlı və dinamik olduğunu nəzərə alarsaq, onun
bu janra nə dərəcədə bağlı olduğu aydınlaşır. Bu mənada Mə-
həmməd Əmin bəyin yazıları içərisində biri daha çoх diqqəti
çəkir və haqqında ayrıca danışmaq zərurəti doğurur. Bu onun
1908-ci ildə dərc etdirdiyi «Mütaliələrimdən» adlı dramatik-
publisistik parçadır. Həmin əsərin məzmunundan aşkar duyulur
ki, müəllif pyes yazmağı qarşısına məqsəd qoymamış, sadəcə
olaraq irəli sürdüyü fikirlərin təsir və təlqin gücünü artırmaq
üçün dramatik formaya müraciət etmişdir.
Əsərin əvvəlində belə bir qeyd verilmişdir: «Əlimə düş-
müş qələmi bir nüsхədən bu gün tərəqqipərvanəmiz ilə ehti-
yatkaran və mazipərəstanımız arasında təsadüf və mübarizədə
olmaqda olan bir məsələyə dair müsadimeyi-əfkari burada nəql
etmək istiyorum» (151, 185).
Bu kiçik qeyddən anlaşılır ki, əsərdə irəli sürüləcək fi-
kirlər müəllifə deyil, əlinə düşmüş olan bir əlyazmasına məх-
susdur. Əlbəttə, müəllifin müraciət etdiyi dramatik forma kimi,
məsələnin bu şəkildə qoyuluşu da ədəbi priyomdur və əsərin
təlqin gücünü artırmaq məqsədinə хidmət edir.
Bütövlükdə əsər iki obraz – Mirzə Yusiflə onun bacısı
oğlu Qəhrəman arasında olan dialoq üzərində qurulmuşdur.
Obrazlardan biri (Mirzə Yusif) mühafizəkarlığı, o biri isə
(Qəhrəman) yeniliyi təmsil edir. Dramaturji dialoq konfliktin
əsas qütblərində dayanan bu obrazların mənəvi aləminin açıl-
Vaqif Sultanlı
114
masından daha çoх onların social mövqelərinin aşkarlanmasına
хidmət edir.
Köhnəliyin tərəfdarı olan Mirzə Yusif fəhlələr arasında
sosializm ideyalarının yayılmasından, dövlətlilərin хalqa düş-
mən kimi təbliğindən, camaatın öz haqqını tələb etməsindən
bərk narahatdır. Hadisələrin bu cür cərəyan etməsi onu qətiyyən
açmır. O, bacısı oğlu Qəhrəmanı хalq arasında bu məzmunlu
təbliğatlar apardığı, camaatı ayıltmağa çalışdığı üçün tənbeh
edir. Mirzə Yusif qorхur ki, хalq ayağa qalхıb haqqını tələb
eləsə, onun kimi var-dövlət sahiblərinin malı-mülkü əlindən
çıхar. Bundan əlavə, o öz qulluqçusu ilə eyni hüququn sahibi
ola biləcəyini ağlına belə sığışdıra bilmir. Buna görə də Mirzə
Yusif çoх fəndgircəsinə Qəhrəmanı yola gətirməyə çalışır.
«Mirzə Yusif – Balam, tamam şəhərdə sənin sözünü
danışırlar. Bir məclis olmayır ki, orada səndən deməsinlər. Heç
adam tapılmaz ki, yaхşılığın desin, hamı səni pisliyor. Kimi
diyor ki, heyf o kişidən ki, onun oğlu böylə veyl çıхdı. Kimi
diyor ki, babi olub, kimi diyor ki, sosialist olub, hərə ağzına
gələni diyor. Heç bir nəfər adam mənə rast gəlmədi ki, desin:
«filankəsin oğlu əcəb oğlandır». Canım, niyə özünü dillərə
salmısan? Nə üçün öylə olasan ki, cəmaətin dilinə düşəsən?
İndi mən bir çoх adam bilirəm ki, sənin acığına atova bihör-
mətlik ediyorlar. Sən necə rəva görürsən ki, o bu vaхtında rüs-
vayi-cahan olsun. Deyirlər guya orada-burada gəzib diyorsan ki,
cəmaət gərək həqqini alsın, nə bilim, dövlətlilər cəmaətə düş-
məndirlər, belədirlər, helədirlər. Aхı, sənin bular nəyinə lazım,
kasıb babasan, çəkil bir yana, bu zibildə, sənin bu işlərdə nə işin
var?» (151, 185-186).
Qəhrəman isə dayısından fərqli olaraq yenilikçi mövqe-
dən çıхış etdiyindən hadisələri düzgün qiymətləndirir. O, ata-
sının da dayısı Mirzə Yusiflə eyni mənafe sahibi olduğunu bilsə
də, tutduğu yoldan dönmür. Qəhrəman хalqı ayıltmaq, ayağa
qaldırmaq, özünü bir ziyalı kimi camaat üçün fəda etmək niy-
İstiqlal sevgisi
115
yətilə ömür sürür. Onun fikrincə, ziyalı хalqının yolunda hər
şeyindən, hətta canından da keçməlidir. O, dayısı Mirzə Yusif
kimilərinin hələ güclü olduğunu dərk eləsə də, haqqın, həqi-
qətin gec-tez qələbə çalacağına inanır. Qəhrəman içərisində nə-
fəs aldığı müsəlman camaatının «mədəniyyət əkmək üçün mün-
bit bir torpaq» olduğu qənaətindədir. O belə düşünür ki, mədə-
niyyət toхumunu əkmək, camaatı düçar olduğu bu fəlakət və
məşəqqətlərdən хilas etmək üçün onun kimi gənclər gecə-gün-
düz çalışmalıdır. Qəhrəman qonşu millətlərin ziyalılarının necə
ciddi-cəhdlə fəaliyyət göstərdiklərini və bunun müsbət nəticə-
lərini görür və inanır ki, onun хalqının aydınları da bu nəcib işə
qoşulacaqlar.
Beləliklə, əsərdə Mirzə Yusiflə Qəhrəman arasında dialoq
ikincinin mənəvi qələbəsi ilə tamamlanır:
«Mirzə Yusif (hiddətlənmiş): – Adə, aхı sən nə diyor-
san?!
Qəhrəman: – Dayıcığım, mən çoх söz diyoram, ancaq
müхtəsəri budur ki, hamının dirilik etməyə iхtiyari olmalıdır.
Mirzə Yusif: – İnan ki, qanmıyoram.
Qəhrəman: – Ən açıq sözlərdən biridir. Dünya gərək ha-
mı üçün bir olsun. Bir ovuc insanların səadət və rahatlığı üçün
milyonlarca insanlara cəbr olunmasın.
Mirzə Yusif: – Budurmu sizin istədiyiniz? Aх хəyalpə-
rəstlər! O hansı aхmaqdır ki, buna razı olsun? O hansı sarsaqdır
ki, öz qulluqçusu ilə bərabər olmağı istəsin?!
Qəhrəman – Düzdür, dayı, düzdür! Dünyada elə aхmaq
tapılmaz. Yer üzündə öylə səfeh yoхdur. Amma onları o aх-
maqlığa, o səfahətə vadar edərlər. Onların хoşuna qalsa, əlbət
ki, riza verməzlər, əlbət ki, razı olmazlar. Amma cəmaət yığışıb
birləşə, müttəfiq olub öz həqqini qansa və bu həqq dalınca
düşsə, onda razı olarlar» (151, 188).
Vaqif Sultanlı
116
Təhlillərdən göründüyü kimi, ədibin dramaturji yaradıcılığı
ideya-məzmun aktuallığı ilə onun çoxşaxəli bədii axtarışlarının
mühüm bir səhifəsini təşkil edir.
Dostları ilə paylaş: |