II FƏSİL
DİN VƏ XALQ BAYRAMLARI
əsr və XX əsrin əvvəllərində bölgədə
hakim din Иslam dini idi. Lakin bununla
belə ibtidai dinlərin – fetişizm, totemizm,
animizmin qalıqları özünü müxtəlif
şəkillərdə
əhalinin
inamlarında,
andlarında,
adət-
ənənələrinдə və s. biruzə verirdi. Hələ lap qədimлярdən ulu
babalarımız müxtəlif allahlara sitayiş etmişlər. Yunan
tarixçisi Strabon (e.ə. 64 – b.e. 24) albanların allahlardan
Щelios, Zevs və Selenaya (Щelios-Эünəş, Zevs-Эöy, Selena-
Ay allahıdır – M.A.) sitayiş etdiyini göstərirди. (99, 126)
Herodot massagetlərin Эünəş allahına atlardan qurban
verildiyini qeyd edirди. Günəşə sitayişin izlərinə xalq
arasında indi də yaşayan «gün haqqı» andında rast gəlirik.
1992-ci ildə Poylu kənd sakini, el ağsaqqalı Məhəmməd
Yusibovla söhbətimizdə o bildirди ki, bu and daha çox
yayılmış andlardan olmuşdur. Lakin bu dövrdə aya sitayişin
izlərini özündə əks etdirən heç bir material ələ edə bilmədik.
Təkcə onu qeyd etmək lazımdır ki, Strabon Selenеya İberiya
sərhədlərinin yaxınlığında sitayiş edildiyini və qurban
kəsildiyini göstərdiyi üçün çox güman ki, bu мярасим Qazax
rayonu ərazisində Avey dağında olmuşdur. Bu dağın ilk adı
da ehtimal ki, Ayev olmuş və burada olan Аy ilahəsi
abidəsinin yerində sonralar xristianlığın qəbul edilməsi ilə
Alban xristian Aveydağ kilsə abidələri yaradılmışdır.
Görünür, xristianlığın qəbul edilməsindən sonra Ay ilahəsi
ilə bağlı inamlar unudulmuş və bu yerin adı Avey – ov yeri
şəklinə düşmüşdür.
İbtidai dinlərdən animizm – ruha inam bu dövrdə, elə
indi дя ata-babaların ruhunun əziz tutulmasında, müəyyən
XIX
101
vaxtlarda, bayramlarda ölənlərin qəbirlərinin ziyarət
edilməsində,
nəzirlər
verilməsində
özünü
göstərir.
Maraqlıdır ki, ölənlərin ruhuna and içmək indi də qalır. İndi
də ölənlərin ruhunu incitməmək üçün «ölənin arxasınca
danışmazlar» - ifadəsi xalq arasında yaşayır. Novruz
çərşənbələrindən biri Qara çərşənbə adlanır və həmin gün
ölən qohumların qəbri ziyarət edilir.
Müxtəlif heyvan və bitkilərin müqəddəsləşdirilməsi,
onların toxunulmaz olması və əgər onları məhv edərlərsə,
мящв едяня xətər toxunacağı ilə bağlı inamlar Qazax
bölgəsində indi də yaşayır. Belə canlılara qaranquş, alabaxta
kimi quşları, dağdağan, əncir və s. kimi ağacları göstərə
bilərik. Bu dövrdə müəyyən daş pirlərin, ağacların
fetişləşdirilməsi – hər şeyə qadir olması ilə bağlı inamlar
yaşamış və müəyyən arzularla onlar ziyarət olunmuş,
nəzirlər
deyilmiş,
qurbanlar
kəsilmişdir.
Belə
ziyarətgahlardan Kəmərli kənd yaxınlığında Ağoğlan
ziyarətgahını, Qaranəri, Yuxarı Salahlıda Aslanbəyli
yolunun üstündə olan tənha ağacı göstərmək olar. Qeyd
etmək lazımdır ki, indi də bu ağaca müxtəlif parçalar
bağlayırlar. Kazım ağa Salik keçən əsrdə Şıxlı yaylaqlarını
təsvir edərkən orada bir müqəddəs yerin də olduğunu qeyd
edir:
Kuhi-Maymaq ocaqdır, bu səbəbdən ki, anın,
Nəzrini verməsələr, yəni doğar kövsələ xəm.
Müqəddəs yerlərin sitayişinin öz qaydaları olmuşdur.
Hacı Kərim Sanılı «Aran köçü» adlı poemasında bunu çox
gözəl bir dəqiqliklə təsvir edir:
Ellər dağa köçəndə
Bir də dağdan qaçanda
Пir dağına çıxırlar.
Yağlı piltə yaxırlar.
Naxır, sürü, kallah, at
Böyük, kiçik, qız, arvаd
Bu pir dağa dolanır (91, 89).
102
Kəndlərimizdə indi də müşahidə etmək olar ki, bağ və
bostanlarda ağac payaların başına at və ya it kəlləsi taxırlar
və bəzən də evin qapısına nal vurub, tikan taxırlar ki,
bədnəzərлярin qarşısı aлынсын. Щeç şübhəsiz ki, buнлар ibtidai
inamların indi də qalan izləridir.
İslam dininin yayılması ilə bağlı bir çox din
nümayəndələrinin qəbri də ziyarətgah olmuş və indi də
ziyarətgahdır. XIX əsrin sonlarından, daha doğrusu 90-cı
illərdən Qazaxda, eləcə də Borçalı ərazisində olan müsəlman
türklərinin ziyarətgahlarından biri nəqşbəndliyin görkəmli
nümayəndəsi Hacı Mahmud Əfəndi Qaraninin qəbridir. Bu
qəbir ziyarətgah kimi indi də мцгяддяс сайылыр вя ziyarət
olunur. Muğanlı kəndində yolun kənarında naməlum
«Seyidin qəbri» də belə ziyarətgahlardandır. Bu qəbir
haqqında rəvayətlər ящали арасында indi də yaşayır.
Azərbaycanda ən geniş yayılmış din Иslam dinidir.
Türklər müxtəlif zamanlarda başqa dinlərə də inanmışlar,
lakin onların çoxu mənfi təsir buraxmış, varlıqlarına bəzən
ziyan vurmuşdur. Məsələn, Avropa hunları yığınla məsihi
olub Avropa millətləri arasında əriyib getmişlər (33, 58). Bu
hal özünü xalqımızın tarixində də göstərmişdir. Belə ki,
müsəlmanlığı qəbul etməyən xristian albanların bir hissəsi
qriqorian erməni kilsəsinin təsirilə erməniləşmişlər. Lakin
bunun əksinə olaraq islamı qəbul edən Azərbaycan türkləri
bir xalq kimi öz milli xüsusiyyətlərini qoruyub saxlaмышdıр.
2.1. DİN
VII əsrin birinci yarısında yaranan Иslam dini Yaxın
və Orta Şərqdə, Şimali Afrikada az bir vaxt ərzində geniş
yayılaraq hakim din olmuşdur. İslam dininin əsas kitabı
Qurandır. Bu kitab islamın əsas müddəalarını: - dini,
hüquqi, əxlaqi, məişət qaydalarını və s. özündə bütün
təfərrüatı ilə əks etdirir. Quran bütün müsəlmanlar kimi
Qazax bölgəsi əhalisinin də müqəddəs ilahi kitabıdır. Qazax
103
rayonunun Qazaxbəyli kənd sakini Щəsrət babayla (Orucov
Щəsrət – 1902-ci ildə anadan olub) söhbətdə o bildirdi ki,
Qurana and içmək həmişə həyəcan və qorxu törətmişdir.
Ona and içməzdən əvvəl mütləq təmizlənib pak olmaq lazım
idi. Yalandan and içmək isə faciəylə nəticələnərdi. Odur ki,
ona yalandan and içməyi yerli əhali heç ağlına da
gətirməzdi.
İslam dini müsəlmanlar qarşısında beş vəzifə qoyur ki,
bu da aşağıdakılardan ibarətdir: Vahid allaha inam
gətirmək, namaz qılmaq, oruc tutmaq, zəkat, xüms vermək
və sonuncu Həccə getmək, yəni Məkkə şəhərində Kəbəni
ziyarət etmək. Bu beş qaydanı hər bir müsəlman bilməli və
ona mütləq əməl etməli idi. Yaşayış tərzindən, yerindən asılı
olmayaraq demək olar ki, həmin qaydalara əməl olunurdu.
Аncaq müqəddəs yeri (Kəbəni) ziyarətə getməkdə müəyyən
maddi imkanlar nəzərə alınırdı. XIX əsrin sonу - XX əsrin
əvvəllərində Qazax bölgəsində də, bəzi istisnalar nəzərə
alınmazsa, bu qaydaları hamı bilir və əməl edirdi. Rayonun
bütün kəndlərində, hətta ayrı-ayrı məhəllələrdə məscidlər
tikilir və fəaliyyət göstərirdi. Həmin qaydalar və müxtəlif
dini mərasimlərin keçirilməsi oradan başlanır və din
başçılarının nəzarəti altında olurdu. Eyni zamanda onu da
qeyd edək ki, böyükdən kiçiyə bu, bir növ, tərbiyə məktəbi
idi. Mollaxana və mədrəsələrdən başqa, hər bir valideyn
evində öz övladına bunları öyrətməli idi.
İslamın əsas şərtlərindən birincisi iman gətirməkdir. Bu
isə kəlmeyi-şəhadəti söyləməkdən ibarətdir. Yəni hər bir
müsəlman şəhadət edib deməlidir ki, «Аllahdan başqa
məbud yoxdur və Məhəmməd Аllahın rəsuludur» ((76, 126).
Bütün müsəlmanlar böyüklüyündən, kiçikliyindən asılı
olmayaraq /əgər özünü dərk edirsə/ həmişə, hər yerdə, hətta
ölüm ayağında da bu kəlməni söyləməliydilər.
Müsəlmanın ikinci borcu namaz qılmaqdır. Namaz
qılan zaman kəlmeyi-şəhadəti bir neçə dəfə təkrar edirdilər.
Çünki, yuxarıda qeyd etdiyimiz kimi, kəlmeyi-şəhadət bütün
104
işlər üçün başlanğıc idi. Namaz qılmaq isə məcburi hesab
olunurdu. Bu, Quranda da məcburidir. Şəriət qaydalarına
görə müsəlman gündə beş dəfə namaz qılmalıdır. Namazı
hər yerdə; evdə, məсъiдdə, çöldə, işdə də qılmaq olardı (63,
9). Bu beş namaz sübh, günorta, ikinci, şam və yatmaq
namazlarından ibarət idi. Namaz qılmazdan əvvəl mütləq
dəstəmaz alınardı. Dəstəmaz üçün müsəlman əllərini, üzünü
və qollarını dirsəyə kimi yuduqdan sonra яллярини təpədən
alnına qədər başlarına və ayaqlarınа çəkərdilər. Bu, namaza
təmiz getmək adəti idi. Нamaz qılıb, ibadət edənlər üzlərini
Аllaha tutub ona səcdə edirdilər. Onların üzü mütləq
cənuba-Kəbəyə tərəf olмалы иди.
Müsəlmanların üçüncü borcu oruc tutmaq idi. Bu dini
mərasimə görə hər bir müsəlman 30 gün sübh tezdən gün
batana qədər heç nə yeməməli, ac qalmalı idi. Ən yaxşı oruc
tutma isə yeniyetmələrin oruc tutması hesab olunurdu. Bu
adət Qazax rayonunun ucqar kəndlərində daha çox nəzərə
çarpırды. Belə bir mərasimin keçirilməsi Аllahın yanında
bütün günahların bağışlanması məqsədi daşıyırды. Eyni
zamanda oruc tutma mərasimində maraqlı olan digər bir
cəhət yeniyetmələrin orucu başqa adamların adına тутması
иdи. Bu mərasimdə oruc tutan yeniyetmə öz orucunu
qocaların adına тутурду. O da müqabilində йенийетмяйя
müəyyən hədiyyə verirди. Orucluq ayında bütün gün ərzində
vaxt ibadət etməklə keçirilir, Аllaha sitayiş olunur və namaz
qılınırды. Beləliklə, otuz gün ərzində hər gün bir cüz Гuran
oxunurду. Quran orucluğun otuz günü ərzində başa
vurulardı (8 – инф.). Mюminlik düşüncələri onları daim
məşğul etməli, Quran və başqa dini kitablar oxumalı idilər.
Bu mərasimdə müəyyən güzəştlər də nəzərə alınmışdır. Belə
ki, xəstələr, uzaq səfərdə olanlar oruc tutmaqdaн azad
idilər.
Hər bir müsəlmanın мцгяддяс borcu (imkanı olarsa)
Məkkədə Kəbəni ziyarət etmək idi. Şəriətə görə burada da
müəyyən güzəştlər nəzərə alınmışdı, yəni burada heç bir
105
məcburiyyət yox idi. Kasıblar, imkansızlar getməyə
bilərdilər. Bu ancaq könüllülük əsasında olurdu. Həcc
mərasimi zilhiccə ayında başlanırды. Ziyarətçilər ağ paltar
geyinir (ihram), yuyunub pak (qüsl) олур və Kəbə ətrafında
dövrə vurduqdan sonra Zəmzəm çeşməsindən su içirдиlər.
Qeyd etməliyik ki, XIX əsrdə və XX əsrin əvvəllərində
Qazax rayonunda həmin müqəddəs yerləri ziyarətə gedənlər
olmuşlar. Onlar arasında Aslanbəyli kəndindən olan Hacı
Mahmud əfəndi ilə bağlı rəvayət və söyləmələr daha çox
diqqəti cəlb edir. Hətta bu gün onun tikdirdiyi türbə, namaz
qıldığı müəyyən yerlər müqəddəs ziyarətgah kimi qəbul
edilir. Çətin vəziyyətlərdə həmin yerlərə dilək dilənir,
qurbanlar kəsilir.
Müsəlman qarşısına qoyulan диэяр бир borc xüms və
zəkat verməkdən ibarətdir. Şəriətə görə zəkat yoxsullar
arasında əmlak və gəlirdən tutulurdu. Eyni zamanda hər bir
müsəlman ianə məqsədi ilə sədəqə – pay da verməli idi. Bu
sədəqələr yoxsullara, kimsəsizlərə, əlsiz-ayaqsızlara верилирди.
Belə bir hal müsəlmanlıqda geniş yayılmış və müsəlmanların
bir-birinə kömək olması ideyasından irəli gəlmişdir. İanə-
sədəqə vermə adəti XIX-XX əsrdə də mövcud olmuş, ondan
əvvəl də, bu gün də mövcud olaraq qalır. Zəkat, bir prinsip
olaraq, məhsul ilə ödənilirdi. Qeyd etməliyik ki, zəkat artıq
dövlət vergisinə çevrilmişdi. Bu, Иslamın prinsiplərindən
hakimiyyətin
öz
məqsədləri
üçün
istifadə
etmək
məsələsindən irəli gəlirdi. Çünki Иslam bütün müsəlmanlıqda
hakim olan yeganə qüvvə idi. Ona görə də müəyyən
narazılıqların qarşısını kəsmək üçün, bir növ, etiraz
doğuracaq məsələlər Иslam bayrağı, Иslam ideyası altında
həyata keçirilirdi. Zəkat vergisində istehsal olunan
məhsulun müəyyən hissəsi dövlətə təhvil verilirdi. Bu, həm
də müsəlman ruhaniləri tərəfindən geniş kütlə arasında
güclü təbliğ olunurdu.
Bu dövrdə Qazax mahalında müsəlmanlar əsasən iki
təriqətə-sünnü və şiəliyə mənsub idilər. XIX əsrdə
106
N.A.Abelov Yelizavetpol quberniyası əhalisi haqqında
yazırdı: «Qeyd etmək lazımdır ki, dini inamlarına görə
müsəlmanlar da şərtidir, belə ki, bəzi ailələrdə ailə üzvlərinin
bir hissəsi şiə təliminə, o biri isə sünnü təliminə aiddir. Bu iki
Иslam təriqəti ardıcılları arasındakı münasibət maraqlıdır.
Sünnülər müqayisədə azdır, ayrıca kəndlərdə, başlıca olaraq
Кür sahilи бюлэялярдя cəmləşmişlər, qalan yerlərdə isə onlar
şiələrlə qarışıq yaşayırlar (119, 22). Bütün bunlar XIX əsrdə
Qərb бюлэясиндя müsəlmanlar arasında heç bir təriqət
ziddiyyəti olmadığını, şiələrlə sünnülər arasında olan
qarşılıqlı mehriban münasibəti, qohumluq əlaqələrini
göstərir. Ancaq digər bir cəhəti də qeyd etməliyik ki,
Qazaxda əhalinin əksəriyyətini sünnülər təşkil etdiyi halda,
müəllif nəyə görəsə şiələrin çoxluq təşkil etdiyini
göstərmişdir. Н.А.Abelovun verdiyi bu məlumat həm də
bütünlükdə Yelizavetpol quberniyası əhalisi haqqındadır.
Bu yerin əhalisinin sünni təriqətinə mənsub olması
haqqında Б.Veniaminov da məlumat verмишдир (149, 104).
XIX əsr və XX əsrin əvvəllərində, bəzi istisnalar nəzərə
alınmazsa, dinin bütün qayda və qanunlarına əməl
olunmuşdu. İslam bu dövrdə bölgə əhalisinin həyat və
fəaliyyətində, əxlaqında, dünyagörüşündə hakim rol
oynayırды. Müxtəlif dini adət-ənənələrə əməl olunur,
bayramlar keçirilirdi. Nikah mollalar tərəfindən kəsilir, əks
təqdirdə haram hesab edilirdi. Onu da qeyd etmək lazımdır
ki, şiələr arasında geniş yayılmış siğə /müvəqqəti/ nikah
forması bölgədə nə şiələr, nə də sünnülər arasında
yayılmışdı. Qadınların üz gizlətmə adəti yalnız yaşmaqla
məhdudlaşdırılırdı.
Dinin ən çox özünü göstərdiyi sahə yas mərasimləridir.
Yas mərasimləri demək olar ki, tamamilə Иslam qayda-
qanunlarına uyğun olurdu. Qazax mahalında da, bütün
Azərbaycanda olduğu kimi, qəbirlərin üzünün cənuba -
müsəlmanların dini mərkəzi Məkkəyə tərəf olması burada
dinin təsirinin nə qədər güclü olduğunu təsdiqləyir.
107
XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı istila etməsi
imperiya siyasətinin yeridilməsinə səbəb oldu. Belə ki,
çarizm Qafqazda yaşayan xalqları itaətdə saxlamaq üçün
onların özlərinin milli xüsusiyyətləri müqabilində istilaçılıq
planlarını həyata keçirməyə başladı. Bunun üçün xalqın
aparıcı qüvvələrindən, inamlarından çox bacarıqla istifadə
ediлиrdi. İlkin başlanğıcda чаризм din xadimlərini öz tərəfinə
çəkməyə çalışırdı. Belə bir vəziyyətdə uzunmüddətli siyasət
planı hazırlanırdı. Dini idarələrin quruluşunda müəyyən
dəyişikliklər aparılırdı. Onlar din xadimlərini xalqın inamını
nəzərə alaraq öz tərəfinə çəkməklə bir məmuruna çevirməyə
çalışırdılar. Bunun üçün 1823-cü ildə Ъянуби Гafqaz
şiələrinə başçılıq etmək üçün Şeyxul-islam vəzifəsi təsis
edildi. 1832-ci ildə isə Tiflis şəhərində Ъянуби Гafqaz
süнnülərinin dini başçısı - Müfti vəzifəsi təsis edildi. (46,54).
Bunlar hələ tam mənası ilə ruhani idarə deyildi, tək-tək
fəaliyyət göstərən dini başçılar idi. Бu isə çarizm siyasətinin
ucqarlarda alınmasını açıq-aşkar müəyyənləşdirirdi. Şeyxül-
islamın нязарятində şiə, müftinin нязарятində isə sünni
ruhani idarələri 1872-ci il 5 aprel tarixli çar fərmanı ilə təsis
edilmiş və 1917-ci ilin fevralına qədər fəaliyyət göstərmişdir
(46, 54). Hər iki təriqət başçıları böyük nüfuza malik olub,
yerlərdə dini adətləri həyata keçirməklə, çarizmin
siyasətinin də, bir növ, aparıcı rolunda çıxış edirdilər.
Qafqazda Гubernatorluq təşkil edilmişdi ki, Müfti və
Şeyxül-islam da həmin qubernator tərəfindən təyin edilirdi.
Onlar isə bununla çar məmuru hesab olurdu. Eyni zamanda
ayrı-ayrılıqda şiə və sünnü təsisatlarının yaradılması
Qafqazda imperiyaya qarşı mübarizəni zəiflətmək üçün
təriqət ayrılıqlarından istifadə etmək məqsədi daşıyırdı.
Lakin bu siyasət Qazaxda və onun heç bir kəndində baş
tutmamış, ziddiyyətlərin yaranmasına səbəb olmamışdı. Bu
isə мцхтялиф тяригятляря мяхсус ящалинин qarşılıqlı
əlaqələrindən, səmimi münasibətlərindən irəli gəlirdi.
108
Qafqaz sünnüləri içərisində öz təsirini artırmaq
məqsədi ilə 1832-ci ildə təsis edilmiş müfti vəzifəsinə Гафгаз
Губернатору тяряфиндян Qazan tatarı Tacutdиn Mustafin
əfəndi təyin olunur və ona hərbi kapitan rütbəsi verilir (82,
63). Lakin o, Qafqazın sünni əhalisi arasında hörmət qazana
bilmir və tezliklə bu vəzifədən uzaqlaşdırılır. Tacutdin
Mustafindən sonra sünnülərin başçısı vəzifəsinə 1842-ъи илдя
Molla Vəli Vidadinin oğlu Osman əfəndi Vəlizadə təyin
olunmuşdu. F.Köçərli bu haqda danışarkən onun «alim və
fazil» bir şəxs olduğunu qeyd edir. Müfti Osman əfəndinin
1847-ci ildə vəfatından sonra onun oğlu Məhəmməd əfəndi
Müftizadə (Vidadov) Ъянуби Гafqaz sünni müsəlmanlarının
müftisi təyin edilмишдir (22, 60). Məhəmməd əfəndi xalq
arasında öz ağlı, dərrakəsi, insani keyfiyyətləri ilə böyük
nüfuz qazanmışdır. O, 1872-ci ildə Tiflisdə şiə və sünni
müsəlmanlarının ruhani idarələri yaradılarkən sünni ruhani
idarələrinin
rəisi
təyin
olunmuşdur.
Ümumiyyətlə,
Məhəmməd əfəndi 1880-ci ilə qədər, yəni ölümünə qədər bu
vəzifəдя olmuşdur. Onun ölümündən sonra isə bu vəzifəyə
1881-ci ildə Hüseyn əfəndi Qaйыbov təyin olunmuşdur. O,
M.V.Vidadinin qız nəvəsi olmuşdur. Əvvəllər о, Qori
Мüəllimlər Сeminariyasında Şərq dillərindən dərs demişdir.
Hüseyn əfəndi Qaйыbov ömrünün sonuna qədər - 1917-ci ilə
kimi Ъянуби Гafqaz sünni idarəsinin müftisi olmuşdur. O,
geniş dünyagörüşя, güclü ağıla, yaradıcılıq qabiliyyətinə
malik bir ziyalı idi. Böyük bir idarənin başçısı olub, xalqa
ağsaqqallıq etməklə yanaşı, yüksək səviyyəli bir ziyalı kimi,
xalqın zəngin ədəbiyyatını, ayrı-ayrı sənətkarların bədii
sənət nümunələrinin üzünü köçürüb saxlamaqla да məşğul
olmuşdur. Bu onun xalqa, mədəniyyətimizə olan əvəzsiz
xidməti idi. Onun «Azərbaycanда məşhur olan şüəranın
əşarına məcmuədir» əsəri XVIII-XIX əsr ədəbiyyatımızın
öyrənilməsi üçün əsas mənbədir. Bu məcmuədə XVIII-XIX
əsrdə yaşamış 100-dən artıq şairin əsərlərindən nümunələr
toplanmışdır.
109
Buradan göründüyü kimi, XIX əsrdə və XX əsrin
əvvəllərində Qazaxda yüksək savada malik din xadimləri
olmuş və 1842-ci ildən 1917-ci ilədək Ъянуби Гafqaz
sünniləri ruhani idarəsinə məhz Qazaxdan olan ruhanilər
başçılıq etmişlər. Bunlar həmin dövrdə Qazaxda dinin geniş
şəkildə təşəkkül tapdığını göstərir. Eyni zamanda XIX
əsrdən etibarən Qazaxda nəqşbəndlik təriqətinin də geniş
yayıldığı müşahidə olunur.
Bu təriqət XIV əsrdə Orta Asiyada hənəfilər arasında
təşəkkül tapmışdır. Onun banisi Bahəddin Nəqşbəndi Səid
Məhəmməd ibn Cəlaləddin Buxarəvi (1314-1389) olmuşdur.
Nəqşbəndlik adı isə məşğul olduğu peşə ilə bağlıdır. Belə ki,
ipək və dəmir parçaların üzərinə nəqş saldıьы üçün о
nəqşbəndi adlanmışдыr. Lakin bu ad zahiri görkəm olub,
тяригят юзц ися mahiyyəti etibarilə sufi təriqət idi. Sufi
təriqətlərindən də özünəməxsusluğu ilə fərqlənirdi. Çünki
nəqşbənilər öz tərəfdarlarını, ardıcıllarını tərkidünyalığa,
zahidliyə çağırmır, əksinə, onları mübariz əhvali-ruhiyyəli
olmağa, müəyyən prinsipiallıq göstərməyi tərbiyə etməyə
çalışırdı. Onlara həmişə belə bir ideya də təbliğ olunurdu ki,
çalışqan əkinçi, sənətkar, tacir olmaq, müəyyən dövlət
vəzifələriни tutmaq lazımdır. Nəqşbəndiyyə təriqəti rəsmi
Иslam dini ilə dinc yola gedirdi (63, 93). Onlar sufilərdən
həm də onunla fərqlənirdilər ki, heç bir ehsan və sədəqə
hesabına yaşamırdılar. Halal zəhməti, əkinçi, sənətkar, tacir
əməyini yüksək qiymətləndirir və bu yolla hakimiyyətdə
müəyyən mövqe tutmağa çalışırdılar. Onlar eyni zamanda
sufilərin bu cür yaşayışına da biganə münasibət bəsləmir,
əksinə, sədəqə, ehsanla yaşamağın əleyhinə çıxırdılar. Hətta
bu istiqamətdə müəyyən təbliğat da aparılırdı. «Bütün
mövcudata məhəbbət ideyası nəqşbəndilik təriqətinin
əsasını təşkil edir» (98, 52).
Orta Asiyadan öz başlanğıcını götürən nəşqbəndilik
təriqəti az bir zamanda çoxlu tərəfdarlar toplayaraq Şərqin
müsəlman ölkələrində geniş yayılmışdı. Bəs bunun geniş
110
yayılmasının səbəbi nədir? Ən birincisi qeyd edilməlidir ki,
bu təriqət rəsmi Иslam dini ilə, dini idarələrlə dil tapa bilmiş,
dinc yolla fəaliyyət göstərməyi bacarmışdır. Məhz bunun
nəticəsi idi ki, bu təriqətin tərəfdarları içərisində savadlı,
bilikli, müəyyən dünyagörüşə malik adamlarla yanaşı,
savadsızlar da az olmamışdır. Bu təriqətin tərəfdarları
içərisində bütün Шərq aləminдə də tanınmış, böyük nüfuza
malik Əbdürrəhman Cami (1414-1492), Əlişir Nəvai (1441-
1501), Seyid Mirhəmzə Nigari (1815-1888) kimi şairlər
olmuşdur.
Nəqşbəndliyin Qazaxda geniş yayılması Seyid
Mirhəmzə Nigarinin adı ilə bağlıdır. Nigari 1815-ci ildə
Qarabağın Zəngəzur mahalının Cijimli kəndində anadan
olub, 1885-ci ildə Türkiyədə vəfat etmişdir. Nigari təxəllüsü
onun vaxtsız vəfat etmiş sevgilisinə hörmət əlaməti olaraq
götürülmüşdür. Məlum olan şeirləri də bu imza иля
yazılmışdır. O, Иslam dinini, tarixi, fəlsəfəni dərindən
mənimsəmiş bir şəxs olмуш sonralar nəqşbəndilik təriqətini
qəbul etmişdir. «Deyilənə görə onun təriqət ustası
kürdəmirli İsmayıl əfəndi olmuşdur» (67, 142). O, ömrünün
xeyli hissəsini Qazaxın Xanlıqlar kəndində yaşayaraq bu
təriqəti yaymaqla məşğul olmuşdur. Seyid Mirhəmzə
Nigarinin Qazaxa gəlməsi təqribən XIX əsrin ortalarına
təsadüf edir. Bunu tarixi müqayisələr və faktlar da aydın
şəkildə göstərir. Çünki onun müridlərindən Hacı Rəhim ağa
Dilbazov Vahidi onunla 1837-ci ildə Həccə gedərkən
görüşmüşlər. Məhz onun burada öz ideyalarını təbliğ etməyə
başlaması ilə nəqşbəndilik təriqəti Qazaxda geniş yayılmış
və özünə xeyli tərəfdarlar toplamışdır. Qazax rayonunun
Kəmərli kənd sakini Molla Sədət (Qiyasbəyli) bu təriqət
haqqında xeyli məlumat verdi. Yüz on yaşının olmasına
baxmayaraq, bu təriqətin prinsipləri, ideya və məqsədləri
haqqında maraqlı söhbətlər eтdi. Nigarinin və digər yaradıcı
nümayəndələrinin əsərlərindən çoxlu nümunələr söyləдi.
Digər bir maraqlı cəhət isə söhbətimiz zamanı oнун bizə
111
Nigarinin şeirlər kitabını göstərмяси олду. Həmin kitabın
müqəddəs olduğunu və heç kimə verilə bilməzliyini qeyd
etdi. Bütün bunlar təriqət üzvlərində olan inamı, ideyaya
möhkəm bağlılığı göstərir.
Sufilər kimi nəqşbəndilər tərkidünyalıq təbliğ
etmirdilər. Çox güman ki, bu təriqətin geniş yayılmasının
başlıca səbəblərindən idi. Nigari öz təriqətini şeirləri ilя
yayırdı. Bu ideyalar əslində nəqşbəndiliyin mövcudata,
yaranmışlara olan eşq, məhəbbət fəlsəfəsindən ibarət idi və
həmin fəlsəfə nəqşbəndilikdə qanun şəklini almışdı.
Tezliklə Nigarinin ətrafına, müridlər, tərəfdarlar
toplanır və onlar ustadlarının şeirlərini öz məclislərində,
yığıncaqlarında nəğmə kimi zərb alətlərinin müşaiyyəti ilə
oxuyurлар. Онлар щəmin musiqinin ritmləri altında təriqət
rəqsləri edirdilər. Şeirlərə uyğun olaraq havalar, havalara
uyğun hərəkətlər mərasimin əsas hissələrini təşkil edirди.
Müridlər bu mərasimdə paltarlarını dəyişdirməsələr də, əsl
müdrik rolunu oynayыrdılar. Tamaşa edən müridlər oyunun
ümumi ahənginə uyğun hay vurуr, hətta əl də çalыrdılar
(101, 69). Bu şeirlər dünyəvi, ilahi məhəbbəti təbliğ edirdi.
Təbii gözəllik, eşq yolunda dözüm, dəyanət, sədaqət bu
şeirlərin tərənnüm obyekti idi. Оnlar hər bir yaranışda
Аllahın varlığını axtarır və onun nişanələrini görməyə
çalışırdılar. Lakin onu da qeyd edək ki, nəqşbəndilər
Allahın ən böyük təzahürünü insanın eşqiylə, sevgisiylə
bağlayırdılar. Allah gözəlin sürətində təzahür edir və gözələ
bu qədər sevgi, məhəbbət də Allahа, yaradana sevgi ilə
bağlıdır. Məhz ona görədir ki, eşq şərabı, məna şərabı
onların təriqət şeirlərində geniş təbliğ olunurду.
Nəqşbəndilik təriqətinin özünəməxsus xüsusiyyətləri
vardı. Adətən, mərasimdən 40 gün əvvəl pəhriz elan
olunurду. Pəhriz olanlar ancaq quru çörək yeyib su içə
bilərdilər. Göründüyü kimi, bu müsəlmanlığın orucluğuna
bənzəmir. Qırx günün müddətində müridlər bir guşəyə
çəkilərək daim ibadətdə olurdular. Qırxıncı gün isə əsl
112
mərəkə başlayırды. Həmin gün müridlər qəsəbənin ən varlı
hampasının evində toplanır, xörək yeyib, şərbət içirdilər.
Başda mürşid əyləşirdi. Onun xüsusi yeri olurdu. Bir azdan
ya mürşidin özü (müəyyən olunmuş vaxtda) və yaxud da
gözəl səsə malik müridlərdən biri mürшidin işarəsi ilə pəsdən
oxumağa başlayırdı. Başqa müridlər dodaqaltı zümzümə
edir, getdikcə məclis qızışырды вя иштиракчылар cuşa gəlirdilər.
Oxumaq bitdikdə müridlərin dəf mərasimi başlayırды.
Oradakılar isə yavaş-yavaş ayağa qalxaraq rəqs edirdilər.
Arada müridlərin hər birisi şeyxin (yəni Seyid Nigarinin)
şeirlərindən bir parça oxumalı idilər. Şeirlərin oxunuşunda
da müəyyən musiqi ritmləri nəzərə alınırdı. Yəni, müəyyən
bir qismi muğamat üstündə, digər bir qismi isə təsnif
üstündə oxunurdu. İstər dəflərin çalınması, istərsə də
oxumalar иля ümumi vəcd yaradırdılar. Müridlər şüurlarını
itirənə qədər rəqs edirdilər. Özündən gedənlər olduğu yerdə
də qalırдыlar. Buna xalq arasında «cəza olma» deyirдиlər.
Bütün sufi təriqətlərində bu cəhət özünü göstərir. Məqsəd isə
ilahinin xəlq etdiyi, yaratdığı bəndənin yenidən qayıdıb
Аllaha qovuşmasını təmin etməkdir. Daha doğrusu, bütün
sufi təriqətləri kimi, нягшбяндилийин дя əsas məqsədi Аllah
axtarıcılığıdır. Bununla onlarda belə inam yaranıрdı ki,
haqqa, Аllaha qovuşurlar. Mərasimdə kişilərlə bərabər
qadınlar da iştirak edirdilər. Bu hadisə Azərbaycan üçün
tamamilə yeni məsələdir. Mərasim eyni zamanda açıq
şəkildə aparılırdı. Yəni mərasimin tamaşaçıları da olurdu
(101, 68-69). Bütün bunlar nəqşbəndliyin xarakterik
cəhətlərini, onun özünəməxsus keçirilmə xüsusiyyətlərini
göstərir. Bu mərasimlər XIX əsrdə, XX əsrin əvvəllərində,
hətta 60-cı illərin axırlarına qədər Qazax rayonunun
müxtəlif
kəndlərində
keçirilmişdir.
Molla
Sədət
nəqşbəndilik mərasimlərinin 60-cı illərin axırlarına qədər
Qazax rayonunun İncə dərəsində keçirildiyini qeyd edir.
Bu təriqətin ən çox nəzəri cəlb edən cəhətlərindən biri
də müsəlmanlar arasında ayrı-seçkilik salan təriqət ayrılıqla-
113
rına qarşı çıxmasıdır. Bu təriqət müsəlman dünyasını parça-
layan şiə, sünni təriqətlərinə qarşı çıxır, birliyə, nəcib əməl-
lər, xeyirxah işlər uğrunda mübarizəyə çağırırды. Nəqşbən-
diliyin bu ideyası onun tərəfdarlarının şeirlərində də özünü
göstərir. Seyid Nigarinin şeirlərindən birində онун bu ay-
rılıqlara etirazı aydın şəkildə nəzərə çarpır:
Allahı, Məhəmmədi, ali sevən dostdanız,
Nə sünniyüz, nə şiə, biz xalis müsəlmanız (98, 62).
- deyə müsəlman dünyasını didib-dağıdan bu təriqət ay-
rılıqlarını qəbul etmir. Ustadın fikrini onun müridlərindən
olan Şahnigar xanım Rəncur da öz şerlərində bu və ya digər
şəkildə ifadə edir:
Nə şiə, sünnüyəm пurlaf,
Çihar yara könlüm saf,
Nə əhli-zülmə-biinsaf,
Nə mərdiyə inanam mən. (15, 112-113)
Bu faktı Qazax rayonunun Aslanbəyli (Asдanbəyli)
kəndində olan Hacı Mahmud Əfəndi türbəsindəki iki qəbir
də sübut edir. Həmin qəbirlərdən biri Hacı Mahmud Əfəndi
Qaranayiyə, digəri ися Seyid Yasin əfəndiyə məxsusdur. Belə
ki, bunlardan birincisi sünni, ikincisi isə şiə olmuşdur.
Gətirdiyimiz faktlar bir daha açıq-aşkar göstərir ki,
nəqşbəndilik təriqətinin tərəfdarları sünni-şiə ayrılıqlarını
təkcə ideyalarında deyil, eyni zamanda, əməllərində də
qəbul etməmiş və hətta açıq şəkildə narazılıqlarını
bildirmişlər. Rayonun elə kəndləri olmuşdur ki, sünnilərlə
şiələr qarışıq yaşamış, çox vaxt bir-birinə qız verib, qız
almışlar.
Qeyd etdiyimiz kimi, nəqşbəndilik təriqətinin Qazaxda
çoxlu ardıcılları olmuşdur. Hətta bütün kəndlərdə, demək
olar, ardıcıllarına rast gələ bilərik. Bunlara «Vahidi»
təxəllüsü ilə şerlər yazan Xanlıqlar kənd sakini Rəhim ağa
Dilbozovu, atası Allahyar ağanı, Ağköynəkli Şahnigar
xanım Rəncuru, Seyid Yasin əfəndiни, Щacı Mahmud
əfəndini və başqalarını göstərə bilərik. Мараглыдыр ки, Щаъы
114
Мащмуд Яфянди Seyid Nigarinin ən sevimli ardıcıllarından,
daha doğrusu, xəlifəliyə layiq gördüyü yeddi nəfərdən biri
олмушдур. Onun Aslanbəyli kəndində olan türbəsi бу эün də
yerli əhali ilə birlikdə yaxın bölgələrin camaatı tərəfindən
ziyarət olunur, hətta onun Kəmərli kəndində namaz qıldığı
yer də müqəddəs sayılır, чятиня дцшянляр нəzir verib ora
pənah aparırlar.
Onu da qeyd edək ki, nəqşbəndilik təriqəti бящс
олунан дюврдя təkcə Qazax mahalında deyil, Gürcüstanın
azərbaycanlı əhalisi arasında da geniş yayılmışdı.
Dostları ilə paylaş: |