Азярбайъан милли елмляр академийасы археолоэийа вя етнографийа институту



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix31.01.2017
ölçüsü1,64 Mb.
#7141
1   2   3   4   5   6   7   8   9   ...   12

MOLLAZAL:  Qazax  el  şairləri  içərisində  özünəməx-
susluğu  ilə  diqqəti  cəlb  edənlərdən  biri  də  Mollazaldır.  O, 
savadlı, elmli bir adam olmuşdur. Ona görə də Mollazal ad-
lanmışdır. O, məşhur el qəhrəmanı Qaçaq Кərəmin babası-
dır.  Barışmaz,  mübariz  əhvali-ruhiyyəli  bir  şəxs  olduğu  və 
haqsızlığa dözə bilmədiyi üçün ağalar və bəylərlə onun ara-
sında  kəskin  ziddiyyət  yaranmışdır.  Bu  ziddiyyətin  nəticəsi 
olaraq  Sibirə  sürgün  olunmuşdur.  Uzun  müddət  sürgün-
lükdə qalмышдыр. Ömrünün sonlarında azad olунaraq Qıraq 
Kəsəmən kəndinə qayıtmış və orada da vəfat etmişdir. 

 
45 
Mollazaл həm də yaradıcı adam olmuşdur. Onun aşıq 
şeirləri  üslubunda  çoxlu  şeirləri  varmış.  Lakin  bu  zəngin 
yaradıcılıqdan bizə ancaq bir şeir gəlib çatmışdır. Əlimizdə 
olan  təcnis  şairin  zəngin  yaradıcılıq  yolu  keçdiyini,  mü-
kəmməl dünyagörüşə malik olduğunu göstərir. 
Aman təbib, mənə bir əlac eylə, 
Sinəm eşq oduna yaxalanmamış. 
Ölüb bu dünyadan nakam gedirəm, 
Bir ağ buxaq öpüb, yaxalanmamış. 
 
Versə idin sən mürgünə təzə dən, 
Dəxl olmazdım bu azara təzədən, 
Yar da mənə yara vurdu təzədən, 
Köhnə yaralarım yaxalanmamış. 
 
Mollazalam иşim yetdi hər aya, 
Bayram ayı demək olmaz hər aya, 
Telli sənəm özün yetiş haraya. 
Əzrayıl sinəmə yaxalanmamış. 
İlkin başlanğıc kimi şeir Mollazal yaradıcılığının axta-
rışı sahəsində mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, gələ-
cək  araşdırmalar  onun  yaradıcılığından  daha  başqa  nümu-
nələrin  дя  üzə  çıxarılmasına  səbəb  olacaqdır.  Xalq  şeiriniн 
belə  bir  çətin  formasında  mükəmməl  sənət  nümunəsi 
yaradan şairin təbii ki, zəngin yaradıcılığı olmuşdur. 
ZAL  QIZI  GÜLNAZ:    Mollazalın  nəslindən  olan  el 
şairlərindən birи də Mollazalın qızı Gülnazdır. O məşhur el 
qəhrəmanı  Qaçaq  Kərəmin  mamasıdır,  atası  İsgəndərin 
bacısıdır. Onun yaradıcılığının əsas hissəsini bayatılar təşkil 
edir.  Həmin  bayatıların  hər  biri  müəyyən  münasibətlə, 
müəyyən  hadisələrlə  bağlı  deyilmişdir.  Gülnaz  nənənin  ba-
yatıları  əsasən  ağılardan  ibarətdir.  O  bu  ağıları  qohumla-
rının  ölümü  münasibətilə  demişdir.  Bildiyimiz  kimi,  haqq-
ədalət  uğurunda  uzun  müddət  mübarizə  aparan  bu  nəsil 
döyüşlərdə,    хцсусиля  Gülnaz  nənənin  qardaşı  İsgəndər 

 
46 
öldürüləndə  xeyli  itki  vermişdir.  Gülnaz  nənənin  qardaşı 
İsgəndər  öldürüləndə  dediyi  bayatılar  xüsusilə  diqqəti  cəlb 
edir. Bu hadisə 1888-ci il İsrafil ağanın nəsli ilə döyüşdə baş 
vermişdir.  Qıraq  Kəsəmənlə  Poylu  arasında  baş  verən 
«Mollazallar  davası»  adlanan  bu  döyüşdə  İsrafil  ağa  Kərə-
min  atası  İsgəndəri,  Kərəm  isə  İsrafil  ağanın  iki  əmisini 
öldürür (55, 43). Qardaşının ölümü ilə əlaqədar Gülnaz nənə 
ağı çəkir: 
Boz at boyun burulaydı, 
Yəhərin tərs vurulaydı. 
İgid İsgəndərim hanı 
Sənin belin qırılaydı, - 
deyə,  qardaşının  ölümünə  dözə  bilməyən  bacı  ata  qarğış 
edir.  Sonra  at  yoxa  çıxır.  Bu  bacıya  daha  dözülməz  dərd 
olur:   
Boz at niyə getdi? 
Nə dedik, niyə getdi? 
Evdən bir arxa gedəр, 
İkisi niyə getdi? 
Tarixən  xalqımız  atı  özünə  arxа,  dayaq  hesab 
etmişdir.  «At  igidin  qardaşıdır»  -  məsəli  də  buradan 
yaranmışdır.  Xalq  qəhrəmanı  Koroğlu  ilə  Gülnaz  nənənin 
fikri arasında bir bağlılıq var. Hər ikisi atı igidя arxa, dayaq 
hesab  etmişdir.  Atın  sahibinə  «etibarı  haqqında  da  xalq 
arasında  çoxlu  rəvayətlər  dolaşmaqdadır.  Eldə-obada  atın 
sahibi  юlarkən  onun  ağladığını  söyləyirlər.  Belə  bir  hadisə 
İsgəndərin qəbri üzərində də baş verir. İtmiş atı səhər qəbrin 
üstündə ağlayan yerdə tapırlar: 
 
Eləmi, mən ağlayım, 
Lələmi mən ağlayım, 
Gecəni sən ağladın 
Səhəri mən ağlayım (55, 43) 
Bildiyimiz kimi, xalq arasında papaq, at, arvad kişinin 
namusu  sayılır.  İsgəndər  vurularkən  bu  müdrik  el  anası 

 
47 
İsgəndərin  kiçik  oğlu  Həmidi  güllə  yağışı  altında  papaq  və 
qoltuqaltını gətirməyə göndərir: 
Güllə kimi уç, oğul, 
Bərkdən, boşdan keç, oğul. 
Köhləndən köhlən törər, 
Qoç igiddən qoç oğul. 
Bu  dəyanətli  el  şairinin  oğlu  ölərkən  (oğlunun  adı 
Ələsdir) - dediyi bayatılar daha diqqəti cəlb edir. Toy günü 
oğlu öldürülərkən ana öz ləyaqətini alçaltmır. Toyu dayan-
dırmadan bir yas məclisi də qуrur:  
Eləmi, toy yerində, 
      Toyum var toy yerində. 
     Qoy yasım yasa dönsün 
                   Toyum var toy yerində (55, 49). 
«Toyla  yas  qardaşdır»  -  deyən  bir  xalqın  anasından 
yalnız bu qərarı gözləmək olar. Gülnaz nənənin yaradıcılığı 
yalnız bayatılarla, bitmir, qoşma şəklində də şeirləri vardır: 
Sən gedirsən o Rüstəmin elində, 
Can bəslərdin köhlənlərin belində 
Niyə öldün bir gədanın яlində, 
Atıb vuran kamandarım ölübdü 
Əldən gedib ümidvarım ölübdü (55, 49). 
Bütün bunlar Gülnaz  nənənin qəhrəman təbiətli mərd 
bir  insan  olmasını,  yüksək  təbə,  aydın,  səlis  dilə  malik  bir 
istedadlı şair olmasını göstərir. 
ALSЮYÜN:    Mollazaл  nəslindən  olan  el  şairlərindən 
biri  də  Alsюyündür.  O,  Mollazalın  qız  nəvəsidir.  Yuxarıda 
haqqında  danışdığımız  Gülnaz  nənənin  oğludur.  Deyilənə 
görə  onun  bir  dəftər  şeiri  olmuşdur.  Sonralar  naməlum  sə-
bəbdən  itмишдир.  Alsюyün  1931-ci  ildə  vəfat  etmişdir.  Mər-
hum şairimiz H.Arif onun şeirlərindən birini Əbdürrəhman 
Orucovun  dəftərindən  köçürmüş  və  iki  bəndini  «Эülnaz 
nənənin bayatıları» adlı məqaləsində vermişdir: 
Əzəl qapısına elçi yollaram, 
İşim düzəlməmiş tutmaram aram. 

 
48 
Ağ qızılı tərəziyə yığaram, 
Əgəр olsa hürü, qılman ağlama. 
 
Onlar sözümə deməsə bəli, 
Başıma yığaram bir neçə dəli, 
Qaçırdaram istədiyim gözəli, 
Verrəm igidlərə фərman ağlama (55, 49). 
Bu  şeir  xalqımızın  toy  adət-ənənəsini  özündə  yaşadır. 
Mərasimin  ilkin  mərhələsini  elçilik  təşkil  edir.  Şair  el 
adətincə  elçi  göndərib  qızın  «həsini  alacığını»  söyləyir. 
Aydındır  ki,  adətə  görə  ilk  dəfədən  heç  vaxt  razılıq 
verilməzdi. «İşim düzəlməmiş tutmaram aram» deməklə şair 
çox  güman  ki,  bunu  nəzərdə  tutмушдur.  Ona  görə  də  qız 
evinə elçi bir neçə dəfə gedərdi. «Ağ qızılı tərəziyə yığaram» 
-  deməklə  müəllif  bu  işdə  var-dövlətin  mühüm  rol 
oynadığını,  qıza  başlıq  verilməsinə  işarə  edir.  Çünki 
xalqımızın  ailə-nikah  münasibətlərində  oğlanın  maddi 
vəziyyəti  mühüm  rol  oynayırdı.  Hətta  bəzən  elə  olurdu  ki, 
maddi  vəziyyət  yaxşı  olduqda  qızın  rəyi  soruşulmadan 
həmin  adama  ərə  verirdilər.  Bu  şeirdə  şair  qızqaçırma 
adətinin  də  adını  çəkir.  Əgər  qızı  razılıqla  verməzdilərsə 
qaçırardılar.  Ailə-nikah  məsələləri  burada  çox  ustalıqla 
nizama  salınmışdır.  Bu  isə  sənətkarın  yaradıcılıq 
qabiliyyətilə bağlıdır. Çox təəssüflər olsun ki, Alsюyünün də, 
digər  müasirləri  kimi,  yaradıcılığı  tam  şəkildə  bizə  gəlib 
çatmamışdır.  Ancaq  əlimizə  çatan  nümunə  onun  haqqında 
bir el şairi kimi söhbət açmağa imkan verir. 
ÇOBAN ƏFQAN:  Qazax el şairləri içərisində diqqəti 
cəlb  edənlərdən  biri  də  Çoban  Əfqandır.  O,  1866-cı  ildə 
müzdür ailəsində anadan olmuş və özü də kiçik yaşlarından 
nökərçilik etmişdir. Onun bu həyatı şeirlərində əksini tapmış 
və  nəinki  bədii  sənət  nümunəsi  kimi,  eyni  zamanda, 
etnoqrafik cəhətdən də böyük əhəmiyyət kəsb etmişdir. 
Şair  çoban  həyatını  öz  əsərlərində  yeri  gəldikcə  təsvir 
edir. Aydın olur ki, onun yaşadığı yer pəyə olmuşdur. «Vay 

 
49 
deyə-deyə»  şeirində  isə  altı  aydan  bir  haqq  verildiyi  qeyd 
edilir. Etnoqrafik  ədəbiyyatdan məlumdur ki,  çobanlar altı 
aylıq  əmək  haqqı  olaraq  20  qoyuna  bir  toğlu,  yemək  və 
paltar  almışlar.  Şeirlərindən  görünür  ki,  çoban  həyatı  ağır 
olmuş,  çobanlar  üç  ayda  bir  dəfə  евляриня  gəlmiş,  hətta 
bəzən  иtin  unundan  çörək  bişirmişlər.  Çörək  sacda  bişi-
rilmişdir  ki,  bu  da  Qazax  bölgəsinin  təsərrüfat  həyatından 
irəli  gəlir.  Чünki  yayda  yaylağa,  qışda  qışlağa  gedən  əhali 
üçün sac daha əlverişli idi: 
Qarışыбdır bir-birinə qoyun-mal, 
Köç eyləyir tozlu yolla dalbadal (104, 23). 
Başqa  bir  şeirində  «üstündən  yeriyir  Qazax  elləri»  - 
deyə  şair  köç  edənlərin  kimlər  olduğunu  da  bildirir.  Bu 
nümunələrdən  aydın  olur  ki,  həmin  dövrdə  buğda  unu  ilə 
bərabər,  arpa  və  darıdan  da  çörək  bişirilirmiş.  Şair 
əsərlərində bozbaş, kabab, plov kimi yeməklərin, düyü, мaş 
kimi  əkinçilik  məhsullarının  адыны  чякир  və  əkinçilikdə 
cütdən istifadə olunmasını qeyd edir. Başqa bir şеиrində isə 
xalqın vəziyyəti ilə əlaqədar olaraq yazır: 
        Çoban Əfqan bulur halın, 
Yenə qarışıb əhvalın. 
      Alıb xalqın yağın, balın, 
        Həsrət qoydular şora da. 
Burada  isə  yağ,  şor  kimi  süd  məhsullarının,  bal  kimi 
arıçılıq məhsulunun adı çəkilir.    
Şairin  əsərlərində  yatacaq  əşyalarından  yorğan, 
döşəyin,  geyim  və  bəzəklərdən  şuba,  kürk,  Buxara  papaq, 
börk, gümüş kəmər, kəlağayı, qızıl bilərzik və s. adı çəkilir, 
paltar  üçün  al  qumaş,  İran  kəşmiri,  dəri  qeyd  olunur. 
Müəllifin  əsərlərində  adı  çəkilən  bütün  etnoqrafik  cizgilər 
xalq həyatından, maddi mədəniyyətdən xəbər verir. Burada 
göstərilən köç də, nökər həyatı da, yeməklər də, geyimlər də 
XIX əsr və XX əsrin əvvəllərində geniş yayılmışdır (124, 17). 
Qazax  mahalında  el  şairlərи  təkcə  haqqında  bəhs  et-
diklərimizлə  bitmir.  Onlarca  el  şairləri  var  ki,  biz  onların 

 
50 
haqqında söhbət ача bilmədik. Bu, ясасян, монографiyanın 
щяъм  imkanları  ilə  bağlıdır.  Йарадыъылыглары  etnoqrafik  ba-
xımdan  əhəmiyyətli  olан  бelə  sənətkarlardan  M.V.Vidadi-
nin  nəvəsi  Yəhya  bəy  Qazağini,  Əbdürrəhman  ağa  Sabiri, 
Mirzə Məhəmməd Qaiboy Fədaini, Mustafa ağa Nasiri, İs-
gəndər  ağa  Şairi,  Mehdixan  Kühənsalı  (S.Vurğunun  baba-
sı), Dərviş Mahmudu, Mustafa Kəskini, Şeyda Əzizi və baş-
qalarını göstərə bilərik. 
 
1.3.   BAYATILAR 
 
 Xalq yaradıcılığının ən geniş yayılmış голларындаn biri 
bayatılardır. Qısa, yığcam lirik parçalar olan bu nümunələr 
öz dərin əxlaqi, fəlsəfi mənası, fikir genişliyi ilə diqqəti cəlb 
edir.  Онлар  хalqın  hiss  və  həyəcanlarından,  iztirablarından 
yaranmışdır.  Байатылар,  «sözün  geniş  mənasında,  Azər-
baycan  və  həmçinin  türk  xalqlarının  məskən  saldığı,  qanlı-
qadalı  güzəran  keçirən,  yadelli  işğalçılara  qənim  kəsilən, 
dosta  həlim  münasibət  bəsləyən  acılı-şirinli  ömür  sürən 
babaların  adət-ənənələrini,  psixologiyasını  əsrlərcə  nə-
sillərdən-nəsillərə yaşadan bədii-tarixi salnamədir» (56, 24). 
Bayatılar  xalqın  həyatıны,  məişətiни  və  mövcud  mərasimlə-
riни,  adət-ənənəлярни,  inamıны,  etiqadı,  ailə-nikah  münasi-
bətляринi,  təsərrüfat  həyatıны,  maddi  və  mənəvi  mədə-
niyyətini, əxlaqını, dünyagörüşünü özündə əks etdirir. Məhz 
оnlar  xalqın  tarixi  qədər  qədim  олуб,  уzun  əsrlər  ərzində 
formalaşmışdır.  Bayatılar  özünü  toy  mərasimlərində  vəsfi-
hal,  yasda  ağı,    körpələri  yatırdarkən  layla,  oynadarkən 
oxşama  şəklində  göstərirsə,  mövsüm  mərasimlərində 
zəhmətə  çağırış-holavar,  sayacı  sözü,  inam,    vəsfi-hal 
şəklində büruzə verir. 
 Bayatılar mövzu rəngarəngliyi etibarilə də çox zəngin-
dir. Ümumi məzmunu iсə, demək olar ki, əsasən məhəbbətlə 
bağlıdır (23, 94).  

 
51 
Bayatıların  bir  hissəsi  Novruz  bayramı  ilə  əlaqədar 
olub,  axır  çərşənbədə  işlənən  vəsfi-hal  bayatılarıdır.  Onlar 
əsasən fal xarakteri daşıyır. İlin axır çərşənbəsində qadınlar 
bir yerə yığılаr, suya üzük, sırğa və s. əşyalar salar və sonra 
onları  çıxararaq  vəsfi-hal  deyərdilər.  Vəsfi-halın  məzmu-
nuna uyğun olaraq öz taleyinin necə olacağına inanardılar. 
Xalq arasında ən çox yayılan vəsfi-hallardan bir belədir: 
Ağ at gəlir enişdən, 
Sinəbəndi gümüşdən. 
Bizə də nəsib olsun 
Heybədəki yemişdən. 
Burada xoşbəxt bir gələcəyə ümid öz əksini tapır. Belə 
ki, аt türkdilli xalqlarda xoşbəxtlik, arzuya, murada çatmaq 
rəmzidir.  «At  muraddır»  -  ifadəsi  də    bunu  sübut  edir. 
Buradakı  ağ  ifadəsi  də  xoşbəxtlik  anlamındadır.  «Vəsfi-
haldakı  «gümüş  sinəbənd»  də  mənasız  deyildir,  xalq 
arasında  bütün  parlaq  şeyləр  -  gümüş,  su,  güzgü,  nur, 
xoşbəxtliyə  və  parlaq  gələcəyə  aiddir  (36,  75).  Burada  eyni 
zamanda  xalqımızın  həyatında  mühüm  rol  oynayan  atın 
adının  çəkilməsi  atçılığın  geniş  yayıldığını  göstərir.  Maddi 
mədəniyyətin  nümunəsi  kimi  sinəbənd  diqqəti  cəlb  edir. 
Yoxuş yerlərdə yəhərin geri sürüşməməsi üçün onun (yəhə-
rin  –  М.A.)  ön  tərəfindən  qayışdan  döşlük  düzəldirdilər. 
Bəzən döşlük və quşqunun üstü gümüş əşyalarla bəzədilirdi 
(29,  24).  Bayatıda  adı  çəkilən  sinəbənd  məhz  həmin 
döşlükdür.  Eyni  zamanda  bostançılığın  inkişafını  əks  et-
dirən məlumatlar da burada öz əksini tapır. «Bizə də qismət 
olsun  heybədəki  yemişdən»  -  ifadəsindən  aydın  olur  ki, 
bostançılarımız  hətta  yemişi  Novruza  qədər  saxlaya  bil-
mişlər.  
Başqa bir вəfsi-halda oxuyuruq: 
Qara suyun yaxası, 
Oğlan qıza baxası. 
Güldən köynək tikmişəm 
Bənövşədən yaxası (121, 190 ). 

 
52 
Bu  bayatını  misal  gətirən  D.Bağırov  üzüyün  yiyəsinin 
qızı olacağına inandıqlarını göstərir. 
Xalqımızın  maldarlıq,  əkinçilik  həyatını  əks  etdirən 
bayatılar da vardır. Bu təsərrüfat sahələri XIX əsrdə xalqı-
mızın  həyatında  mühüm  rol  oynayırdı.  Heç  şübhəsiz  ki, 
тясяррцфат мяишятинин бу сащяляри öz izini mənəvi mədəniyyət 
sahəsində  tapmalı  idi.  Maldarlıq  həmin  dövrdə  Qazax  böl-
gəsində xeyli inkişaf etmişdi. Burada köçмя maldarlıq təsər-
rüfat  həyatı  hökm  sürürdü.  Maldarlar  isti  ayları  yaylaq-
larda, qışı isə əsasən Qarayazıda keçirirdilər. Bu bayatılarda 
da göstərilir:  
Əzizim, qızaranda, 
Dan yeri qızaranda. 
Ömür keçdi, gün keçdi 
Yay dağda, qış aranda (21 –инф.). 
Burada XIX əsr maldarlıq təsərrüfatının adı çəkilməsə 
də,  məhz  maldarlıqdan  danışıldığı  aydın  şəkildə  görünür. 
Maldarlar  ilin  isti  vaxtlarınы  dağlarda,  soyuq  vaxtlarını  isə 
aranda  keçirərdilər.  Bayatıda  ilin  yalnız  iki  fəslinin  adının 
çəkilməsi  isə  qədim  təqvim  bölgüsü  ilə  əlaqədardır. 
M.Dadaşzadə yazır: «Avesta» - da söhbət iki fəsildən gedir. 
Bunlardan  biri  yeddi  aydan  ibarət  yay,  digəri  beş  aydan 
ibarət  qış  fəsli  hesab  edilir.  Belə  bölgü  sistemi  bir  sıra 
xalqların təqvimlərində də mövcud olmuşdur. Məsələn, son 
vaxtlara  qədər  türklərdə  ili  iki  hissəyə  bölürdülər.  Birinci 
hissə  Xızır,  ikinci  hissə  isə  Qasım  adlanırdı.  Xızır  adlanan 
hissə altı aylıq yay  mövsümü, Qasım adlanan hissə isə (altı 
aylıq) qış mövsümünün başlanğıcı hesab edilirdi. Xızır günü 
28 apreldən, Qasım günü isə 26 oktyabrdan başlanırdı» (38, 
94).  Görünür,  bu  dövrdə  qədim  təqvimin  izləri  hələ  də 
yaşayırdı. 
Maldarlıqda  ən  geniş  yayılan  qoyunçuluq  təsərrüfatı 
olmuşdur. Bu daha çox qədim tarixə malikdir. Qoyunçuluq 
da кючмя малдарлыг xarakterи daşıyırды. Həmin sahə ilə bağ-
lı çoxlu sayaçı sözləri yaranmışdır: 

 
53 
 
Nənəm, a xallı keçi, 
                                 Məməsi ballı keçi. 
Yalçın qaya başında 
         Tutarsan yallı keçi (56, 51). 
Nümunədə, məlum olduğu kimi, keçi haqqında söhbət 
gedir. Onun qayalarda məskən saldığı göstərilir. Əbəs deyil 
ki,  xalq  arasında  «keçi  itdi  qayada  axtar»  -  ифадяси  yara-
nmışdır.  Digər  bir  cəhəti  də  qeyd  edək  ki,  keçi  qoyun-
çuluqda cüzi bir yer tutmuşdur: 
 
Nənəm, a şişək qoyun, 
       Yunu bir döşək qoyun. 
Bulamanı tez gətir 
              Qırıldı uşaq qoyun (56, 51). 
 
Şişək qoyun dedikdə bir yaşından yuxarı olan qoyun-
lar nəzərdə tutulmuşdur. Eyni zamanda o qoyunun yunun-
dan da geniş istifadə olunmuşdur. Gəbə, kilim, xalı, yorğan, 
paltar  və  s.  düzəltməklə  yanaşı,  döşək  də  düzəltmişlər. 
Bulamaны qoyunların doğandan sonrakı birinci gün sağılan 
ağız  südündən  hazırlayırdılar.  Belə  ki,  ağız  südünü  qazana 
töküb  bulayır  və  südü  qatılaşdırıb  pendir  şəklinə  düşəndən 
sonra  ocaqdan  götürüb  soyudurdular.  Buna  bulama 
deyirlər.  M.Həkimovun  Qazax  rayonunun  Orta  Salahlı 
kəndində Məcid Məmmədnəbi oğlundan topladığı başqa bir 
sayaçı sözünə fikir verək: 
 
Həriklər, 
                   Bozaq saya həriklər. 
                Boz ayında dölünü 
                                 Saya silkər, həriklər (56, 51). 
 
Dölün  boz  ayda  (fevral-mart)  sona  yetməsi  səbəbsiz 
deyildi. Bu uzun illərin təcrübəsinin nəticəsi kimi yaranmış-

 
54 
dır.  Çünki  təcrübəli  qoyunçular  çalışırdı  ki,  döl  bu  aylarа, 
yazın gəlməsi vaxtlarına düşsün. Həmin vaxt təbiətin isinən, 
otun göyərən vaxtıdır. Qışda doğan qoyun isə təbii ki, həm 
özünü,  həm  də  balasını  doyuzdura  bilməzdi.  Başqa  bir 
bayatıda heyvan xəstəliyi olan vaxtdan danışılır: 
 
Saya haray, 
Soy haray, saya haray, 
Davara davax düşdü 
Yetiş özün saya, haray (56, 51). 
 
Davax (дабаг) - qoyunçuluqda geniş yayılan xəstəlik-
lərdəndir.  Bu,  qoyunların  ayaqlarında  yaranıb,  onların  ax-
samasına səbəb olurdu. Başqa bir bayatıda isə qoyunçuluq-
da düşmən hesab edilən qurddan danışılır:  
 
Saya oxu, 
Say oxu, saya oxu. 
Davara qurd toxunsa 
Paralar saya oxu (56, 51) 
 
Canavardan  qoyunları  qorumaq  üçün  çobanlar  bir 
neçə it saxlayardılar. Eyni zamanda  çobanlar bu işdə inam-
lardan da istifadə edərdilər. 
Bayatılarda  Газах  бюлэяси  ящалисинин  təkcə  təsərrüfat 
həyatı deyil, onun maddi mədəniyyəti də öz əksini xeyli də-
rəcədə tapmışdır. Burada qadın və kişi  geyimləri, bəzəklər, 
yeməklər,  nəqliyyat  vasitələri,  evlər  və  s.  haqqında  xeyli 
dərəcədə  məlumata  rast  gəlirik.  Doğrudur,  bu  məlumatlar 
geniş дeyil, hətta çox zaman adları çəkilir, lakin bu dəyərli 
məlumatlardır:  
Əzizim xınasıdı, 
Əlinin xınasıdır. 
          Belində gümüş kəmər 
         Dörd yanı abbasıdır. 

 
55 
Burada qadın bəzəyi kimi kəmərin gümüşdən hazırlan-
dığı və dörd yanının abbasılarla bəzədildiyi göstərilir ki, bu 
özü çox dəyərli məlumatdır. Başqa bir bayatıda дейилир: 
 
Çəpərə çəpər oldu gəl, 
  Çəpərə quşlar doldu gəl 
Dolaqsız gedən oğlan 
  Dolaq tamam oldu gəl. 
XIX əsr və XX əsrin əvvəllərində bütün Azərbaycanda 
olduğu kimi, Qazaxda da «ayağa qızqaytaran və ya kotuğu 
çarıq,  bəzəkli  corab  geyər,  baldırlarına  naxışlı  dolaq  dola-
yardılar» (27, 74).       
Bayatılarдa  əkinçilik,  maldarlıq  haqqında  məlumatla-
ra da rast gəlirik: 
  Almanın kal vaxtıdır, 
Gilasın bal vaxtıdır. 
    Açdın sinəm düyməsin 
Dilimin lal vaxtıdır. 
Burada, göründüyü kimi, sevgililərin görüş vaxtı təsvir 
edilmişdir. Bu görüşцн almanın kal, gilasın bal vaxtına, yəni 
yayın  əvvəllərinə  təsadüf  etdiyi  göstərilir.  Eyni  zamanda 
almanın  kal,  gilasın  bal  vaxtı  uzunmüddətli  müşahidələrin 
nəticəsi  kimi  uzlaşdırılıb  şeirə  gətirilə  bilərdi.  Bu  da 
bağçılığın  geniş  inkişafını  göstərir.  Başqa  bir  cəhəti  də  bu-
rada  qeyd  etmək  lazımdır.  Burada  almanın  xatırlanması 
xalqın  dünyagörüşü  ilə  bağlıdır.  Çünki,  «əski  dünyagörüşə 
görə alma həyat verən, nəsil artıran,  xoşbəxtlik gətirən se-
hirli qüvvədir» (69). Burada севэилилярин gələcəyinə inam ifa-
də olunur. Qeyd edək ki, Ağstafa rayonunun Muğanlı kən-
dində gəlin gələrkən gəlinin başına müxtəlif şirniyyat, pulлa 
birgə, alma da atılır. 
Bayatılarda toy mərasimlərinin də izləri qorunub sax-
lanmışdır: 
Hər tərəf çiçəkləndi, 
Gün doğdu göyçəkləndi. 

 
56 
Başlandı toy fətiri 
Ayrılıq gerçəkləndi. 
Toy  şənliklərində  yemək  üçün  fətir  verilirdi.  Qohum-
qonşu  qadınlar  toydan  3-4  gün  əvvəl  yığılar  və  toy  üçün 
fətir-yuxa bişirərdilər.   
 
Çıxdı aya baxmağa, 
    Qapıya kilid taxmağa. 
  Oğlan xına göndərib 
Qız əlinə yaxmağa. 
Toylarda  «xına  yaxdı»  deyilən  bir  adət  də  olmuşdur. 
Oğlan  evindən  qız  evinə  xına  göndərilir  və  bu  mərasimdə 
qızlar,  qadınlar  iştirak  edərək  qızın  əlinə  xına  yaxardılar. 
Eyni zamanda qızlar, qadınlar da bu xınaya əlini batırardı-
lar.  
Dərmanı dizə sarı, 
Məlhəmi gözə sarı. 
Alım atım tərkinə 
Qaçırım bizə sarı (15-инф.). 
Bu bayatıda qız qaçırmanın izləri aydın görünür. Qeyd 
edək  ki,  qızqaçırma  iki  səbəbdən  ola  bilərdi.    Ya  oğlanın 
maddi  imkanları  yol  vermədikdə,  ya  da  valideynləri  бу 
издиваъа разы олмадыгда.. Hətta bəzən heç bir səbəb olmad-
ıqda da qızı götürüb qaçırırdılar. Ümumiyyətlə, bayatılarda 
bütün  toy  mərasimlərinin  izlərinə,  toydan  sonra  olan 
qaynana-gəlin  münasibətlərinə  və  s.  adət-ənənələrin  əksinə 
дя rast gəlirik. Toyla yanaşı, bayatılarda yas mərasimlərinin 
də izləri qorunub saxlanmışdır. Bu bayatılar аğı adı altında 
toplanmışdır. Ağılarda qardaş, bacı, ana, ata və s. itkisindən 
doğan dərin kədər, qəm ifadə olunmuşdur. Heç şübhəsiz ki, 
bu  ağıları  yasda  iştirak  edənlərin  biri  deyə  bilərdi. 
H.Zeynallı 
xalq 
yaradıcılığının 
yüksək 
xarakterik 
xüsusiyyətlərini  nəzərə  alaraq  yazır:  «Бütün  gözəlləmələr 
(vəsfi-hallar),  qoşmalar,  maщнылар  bu  kimi  təbii,  bədii 
həyəcandan  doğan  hissiyyatın  təsiri  ilə  yaradılmışdır. 

 
57 
Buradakı həyəcan istər toy, istərsə də yas içində  olsun, hər 
dəqiqə birisinin dili ilə ifadə olunmuş ümumin həyəcanıdır» 
(116,  229).  İndi  Qazaxda  məşhur  el  qəhrəmanı  Гaçaq 
Kərəmin 
nəslindən 
Zal 
qızı 
Gülnazın 
müxtəlif 
münasibətlərlə  dediyi  ağılar  yaddaşlardadır.  Kəmərli 
kəndində  Eminə  nənənin  qardaşı  Kərimin  ölümü  ilə  bağlı 
dediyi ağılar haqqında indi də danışılır. 
Bütün  bunlar  onu  göstərir  ki,  bayatılar  xalqın  həyatı-
nın, məişətinin elə bir sahəsi yoxdur ki, özündə əks etdirmə-
sin. Lakin bir cəhəti də qeyd etmək lazımdır ki, bunlar bə-
zən  tam  açıq  şəkildə  deyil,  çox  zaman  müəyyən  ştrixlərlə, 
bənzətmələrlə, müqayisəлярля ifadə olunur. 
 
Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin