SeyfəDDĠn qəNĠyev


Möhüb  Əfəndinin  arxivindən



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə2/13
tarix31.01.2017
ölçüsü1,47 Mb.
#7234
1   2   3   4   5   6   7   8   9   ...   13

Möhüb  Əfəndinin  arxivindən:  “1905-ci  ildə  Şamaxıda  ermənilər  
tərəfindən  qırğınlar  törədilməsinə  səy göstərilsə  də,  onların  mənfur  niyyətləri  
baş    tutmadı.    Daha  doğrusu,  Azərbaycanın  qərb  bölgələrində  qan  tökən  erməni 
millətçiləri  Şamaxıda  əl  belə  tərpədə  bilmədilər.  Şamaxıda  yaranmış    gərginliyin  
sorağı Gəncəyə  gedib çıxdı.  Odur ki,  erməni cəlladlarını  cəzalandırmaqdan ötrü, 
əsasən,  şahsevənlərdən  təşkil  edilmiş  könüllü  süvari  dəstə  Gəncədən  Şamaxıya 
yola  düşdü.  Bu  xəbəri  eşidən  ermənilər  Şamaxını  tərk  etdilər.  Erməni  keşişləri  o 
zaman  böyük  ad-san  sahibi  olan  Hacı  Məcid  Əfəndiyə  minnətə  gəlirlər.  Qan 
tökülməsini  məqbul  bilməyən  böyük  dini  bilik  sahibi  öz  yaxın  adamları  ilə 
Kürdəmirə  -  Gəncə  qoşununu  qarşılamağa  gedir.  Hacı  Məcid  Əfəndi  ordunu 
inandırır  ki,  Şamaxıda  ermənilər  faciə  törədə  bilməzlər.  Hacının  xahişini    eşidən 
ordu  Gəncəyə  qayıdır.  Bununla  da  ermənilər  xilas  ola  bilirlər.  Yenə  də  əvvəlki 
kimi  Şamaxıda  yaşayırlar.  Bu  hadisədən  sonra  erməni  millətçiləri  niyyətlərinin 
üstünə  pərdə  çəkmək  üçün  Hacı  Məcid  Əfəndini  özlərinə    ağsaqqal    bilir,  bütün   
tədbirlərində  onun  yanına  məsləhətə  gedirlər.  Onlar  Hacı  Məcid  Əfəndinin 
                                                           
14
 A.Bayramoğlu Şamaxıda maarif və maarifçilik., səh. 139-140. 

16 
 
dəfnində  yaxından  iştirak  edir,  hətta  onun  qəbri  üstə  türbə  tikiləndə  xeyli  maddi 
köməklik də göstərirlər”. 
Belə  bir  yaxşılığın  əvəzində  1918-ci  ildə  “Daşnaksütyun”  təşkilatının 
Şamaxıda  agenti  olan  bu  quldurlar  “1905-ci  ildə  ermənilərin  incidilməsinin 
hayıfını  çıxmaq  üçün  əlverişli  məqam  gözləyirdilər  və  həyasızcasına  deyirdilər. 
“Biz bu günü illərlə gözləmişik. Bu Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. 
İndi  sizə  heç  kim  kömək  etməyəcək”.  Odur  ki,  terrorçular  1918-ci  ilin  martında 
Şamaxıda soyqırımını təşkil etməyə müvəffəq oldular. 
 
II FƏSĠL 
 
ġAMAXI SOYQIRIMI 
 
“Daşnaksütyun”  təşkilatının  terrorçuluq  siyasəti  1912-1914-cü  illərdən 
sonra  daha  da  genişlənməyə  başladı.  Bu  illərdə  İrəvan-Zəngəzur  ərazilərində 
meydan oxuyan qatı millətçi Andranikin başçılıq etdiyi dəstə ağlasığmaz cinayətlər 
törətməklə  yanaşı,  minlərlə  azərbaycanlını  öz  dədə-baba  yurdlarından  didərgin 
salmış, neçə-neçə kənd və şəhəri xarabazara çevirmiş, yüzlərlə tarixi abidələrimizi 
məhv  etmişlər.  “Azərbaycanlılara  qarşı  mütəşəkkil  soyqırımını,  etnik  təmizlənmə 
əməliyyatını  ermənilər  geniş  miqyasda  I  Dünya  müharibəsinin  başladığı  1914-cü 
ildən  etibarən  daha  da  genişləndirirdilər.  Təkcə  onu  qeyd  etmək  kifayətdir  ki, 
Andranik  Ozaniyanın  başçılıq  etdiyi  erməni  hərbiçiləri  1914-1916-cı  illərdə 
Azərbaycanın  cənubunda  -  Xoy,  Salmas,  Dilman  əyalətlərində  150  min,  Şərqi 
Anadoluda,  tarixən  həmişə  Azərbaycan  türklərinin  yaşadığı  Qars,  Sarıqamış, 
Ərdəhan,  Kazıman,  Ərzurum  bölgələrində  isə  200  min  azərbaycanlı  məhv 
etmişlər”.
15
 
1917-ci  il  oktyabr  inqilabından  sonra  V.İ.Leninin  göstərişi  ilə 
“Daşnaksütyun”  təşkilatının  ən  fəal  üzvü,  millətçi  S.Şaumyan  Qafqaz  işləri  üzrə 
müvəqqəti  Fövqaladə  Vəziyyət  Komissarı  təyin  edildi.  “Bakını  ələ  keçirməyə, 
burada Sovet hakimiyyətini qurmağa və qeydsiz-şərtsiz olaraq onun sərhədlərindən 
Rusiyanın  mənafeyi  üçün  istifadə  etməyə  çalışırdı.  Elə  bu  məqsədlə  də  Rusiya 
dövlətinin başçısı V.İ.Lenin bolşevizm maskası altında gizlənmiş Stepan Şaumyanı 
Bakıya xüsusi tapşırıqla göndərmiş və ona çox böyük səlahiyyət vermişdir”.
16
 
Çoxdan belə bir fürsət axtaran Şaumyan gizli şəkildə işə başladı. İlk əvvəl 
Bolşevik  Ordusunun  tərkibinə  erməni  millətçilərini  daha  çox  cəlb  etdi. 
Mənbələrdən  bəlli  olduğu  kimi  Şaumyanın  Bakıda  yaratdığı  üç  mindən  artıq 
ordunun  tərkibini  əsasən,  terrorçu  ermənilər  təşkil  edirdi.  Bundan  əlavə,  o, 
bölgələrimizdə  “bolşevik  ideyaları  uğrunda  mübarizəyə  qoşulan”  daha  bir  çox 
                                                           
15
 V.Quliyev. Azərbaycanda erməni zülmü, Bakı, 1996, s.14. 
16
 V.Həbiboğlu. Azərbaycanın soyqırımının təşkilatçısı. Bakı, 2001, s. 46. 

17 
 
ermənini  silahlandıra  bilmişdi.  Bakıda  yaradılan  bu  ordunun  əsgərləri  elə  ilk 
vaxtlardan azərbaycanlılara qənim kəsilməyə başladılar. “1918-ci ilin yanvar-fevral 
aylarında  özgələrinə  çox  arxayın  olan  daşnak  zabit  və  əsgərləri  Bakının 
küçələrində belə bir mahnı oxuya-oxuya gəzirlərmiş: 
 
Bir-iki, Qafqaz oldu bizimki, 
Bir-iki, Bakı oldu bizimki. 
Dənizdən-dənizə, 
Qara dəniz, Aralıq dənizi, 
Üstəlik Kirit adası, 
Şimal sərhədimiz Voronej şəhəri, 
Paytaxtımız Tiflis şəhəri, 
Yaşa, çox yaşa, Andranik paşa... 
Andranik paşa, səni çox yaşa”...
17
 
 
Bakıda  çox güclü bir terrorçu ordu yaratmış Şaumyan  müxtəlif bölgələrdə 
yaşayan  ermənilərlə  əlaqələrini  daha  da  möhkəmləndirməyə  başlayır.  İlk  əvvəl, 
“sağ əli olan” A.Əmiryanın redaktoru olduğu “Bakinski raboçii” qəzeti vasitəsilə, 
həmfikirlərinə “boşeviklərin sözünü” çatdırmağa cəhd göstərir. 
1917-ci ilin fevral-burjua demokratik inqilabından sonra Azərbaycanın bəzi 
yerlərində, eləcə də Şamaxıda Fəhlə və Əsgər Deputatları Soveti yaradıldı. Sovetin 
sədri “Hümmət” təşkilatının üzvü Əliheydər Qarayev seçildi. Bununla öz siyasətini 
ört-basdır etmək istəyən S.Şaumyan Sovetə yerli ermənilərdən xeyli üzv daxil etdi. 
Tarixi  sənədlər  bir  daha  təsdiq  edir  ki,  təkcə  fəhlə  Əsgər  Deputatları  Sovetində 
deyil,  Şaumyanın  göstərişi  ilə  Şamaxıda  olan  bir  çox  aparıcı  idarələrdə  vəzifələr 
ermənilərə həvalə olunmuşdu. Qavril Qaroğlanov Şamaxı qəza rəisinin köməkçisi, 
Arşak  Gülbəndov  Şamaxı  poçt-teleqraf  kontorunun  rəisi,  Mıkırtıçyan  rəisin 
müavini,  Saturyan  və  Qriqoryan  Şamaxı  Qəza  İcraiyyə  Komitəsinin  üzvü, 
Ağamyan  (əslən  Qarabağ  ermənisi)  təlimatçı,  Suren  Mıkırtıçyan  (Bakı  ermənisi) 
qəza  rəisinin  köməkçisi,  Petrosyan  Qırmızı  küçədə  yerləşən  ən  böyük  baqqaliyyə 
mağazasının  sahibi,  Arakelyan-cühud  məhəlləsində  çaxır  mağazasının  sahibi, 
Tarasyan,  Artunyan,  Axel Mirzoyan  məhkəmədə icraçılar, Samvel  Arşak, Martrel 
Şabanov, Uşakyan dövlət məktəblərində direktor, direktor köməkçiləri və müəllimi 
idilər. 
Məlumdur ki, bu zaman Azərbaycanın bir çox bölgələri kimi, Şamaxıda da 
aclıq  başladı.  Odur  ki,  Bakı  quberniya  komitəsinin  göstərişi  ilə  Şamaxıya  xüsusi 
yardım  göstərildi.  Yenə  quberniyada  oturanların  göstərişi  ilə  Şamaxıda  bu  işin 
icraçısı  qatı  millətçi,  Şaumyanın  əqidə  dostu  Aqambekyana  həvalə  olundu.  Daha 
dəqiq desək, o, Şamaxıya “ərzaq komissarı” təyin edildi. Aqambekyan göndərilən 
                                                           
17
 V. Arzumanlı. N.Mustafa. Tarixin qara səhifələri. Bakı, 1998. s. 81. 

18 
 
ərzağı “bənzəri olmayan bir bölgü ilə” paylayır. Yəni, bir payını müsəlmanlara, beş 
payını  ermənilərə  verir  və  ya  çox  zaman,  “ərzağın  yolunu  kəsir”,  “Zira  ki, 
bədbəxtanə Şamaxı ərzaq komitəsinə quberniya komitəsi tərəfindən komissar təyin 
olunmuş  Aqambekyan  Şamaxıya  gələr-gəlməz  sabiqdə  az-çox  Bakıdan  gələn 
ərzağın da yolunu kəsdi”.
18
   
1917-ci  ilin  sonu  1918-ci  ilin  əvvəllərindən  başlayaraq  S.Şaumyanın 
tapşırıqları ilə Şamaxıda böyük mülk, var-dövlət sahibi olan Stepan Lalayev (1905-
ci  ildə  atası  və  əmisi  törətdikləri  əməllərin  qurbanı  olmuşlar)  gizlincə  Şamaxıda, 
eləcə  də  Mədrəsə,  Kərkənc,  Saqiyan,  Zarxı,  Meysəri  kəndlərində  yaşayan 
ermənilərə,  həmçinin  də  rus  kəndinə  -  Xilmilli,  Qızmeydan,  Çuxuryurda  gizlincə 
silah,  sursat  paylatmış,  onları  başdan  -  ayağa  silahlandıra  bilmişdir.  “S.Şaumyan 
Azərbaycanın müstəqilliyinə yol verməmək məqsədilə hər şey etməyə, hətta xalqı 
kütləvi  şəkildə  qırmağa  belə  hazır  idi.  O,  1918-ci  ilin  əvvəllərindən  başlayaraq, 
belə  bir  qırğının  həyata  keçirilməsi  üçün  aralarında  təbliğat  işi  aparılmasına 
başladı. Ermənilər gizlincə silahlı qüvvələri müxtəlif bəhanələr adı altında Bakıda 
saxlanılırdı”.
19
 
Ermənilərin  gec-tez  qırğın  törədəcəklərini  Şamaxı  ziyalıları,  idarələrdə 
çalışan, mal-mülk və dövlət sahibləri - Mahmudbəy Mahmudbəyov, Abbas Səhhət, 
Camo  Cəbrayılbəyli,  Hacı  İsmayıl  Veyisov,  Əliheydər  Qarayev,  Abutalıb    bəy 
Fəttahbəyov,  Hacı  Tağı  Mirzəquliyev,  Vahab  bəy  Rəhimbəyov,  Osman  bəy  Hacı 
Tağı  oğlu,  Məmmədtağı  Əlizadə,  Azad  bəy  Qocamanbəyov,  Xankişi  bəy 
Qafarbəgov,  Müfti  Mustafa  Əfəndi,  Hacı  Baba  Abbasov,  Hacı  Əbdülxalıq 
Əhmədov,  Eyyub  Ağa  Veysov,  Zibaxanım  Veyisova,  Mürsəl  Hacı  Soltan  oğlu, 
Şeyx  Hacı  Axund,  Həqqi  Veyisov,  Mirzə  Ağa,  Mirzə  Müşfiq  və  başqaları 
qabaqcadan hiss etmişdilər.  
1918-ci  ildə  Bakı  şəhərini  bolşevik-daşnak  birləşmələrinin  törətdikləri 
qırğınlar  hesabına  ələ  alan  S.Şaumyan,  necə  deyərlər,  fürsəti  fövtə  verməmiş, 
azərbaycanlılara qarşı soyqırımını bütün ölkədə həyata keçirməyə başlamışdır. Bu 
zaman  “Müsavat”  partiyası  Şaumyanın  daşnak  ordusuna  qarşı  imkanı  daxilində 
müqavimət göstərsə də, heç bir nəticə hasil olmamışdır. 
1918-ci  ilin  yazında  bolşeviklər  Bakını  hərbi  qalaya  çevirmək  üçün 
qətiyyətlə  irəliləyirdilər.  O  vaxt  Qafqaz  üzrə  hərbi  inqilab  komitəsi  Bakıda 
yerləşdirildi. Sədri milliyətcə erməni olan Q.N.Korqonov idi. Qırmızı Qvardiya və 
Xəzər  Donanması  Bakı  Sovetinə  tabe  etdirildi.  Cəbhədən  qayıdan  8  min  erməni 
əsgərini  Bakıda  saxlayan  və  daşnakların  hərbi  qüvvələrini  özünə  tabe  edən 
Şaumyan  mart  ayında  20  minlik  silahlı  orduya  malik  idi.  Bakı  bolşevikləri  ilə 
                                                           
18
 A.Səhhət. Əsərləri, II cild, Bakı, 1975, səh. 69.  
19
 V.Həbiboğlu, Azərbaycan soyqırımı təşkilatçısı, Bakı, 2001, səh. 42. 
 

19 
 
erməni  millətçilərinin  müştərək  mübarizəsində  hədəf  eyni  idi:  “Azərbaycan  milli 
fikrini boğmaq, millətçi hərəkatı dəf etmək”.
20
 
Həmin  illərin  hadisələri  ilə  əlaqədar  M.Ə.Rəsulzadə  sonralar  belə  yazırdı: 
“Əvət,  bolşeviklər sözlərini tutmuş daşnaklarla  birləşmiş. Fəqət,  burjuylara  elani-
hərb  edən  qatillər  füqarayinası  və  münhəsirən  müsəlman  füqarasını  üç  günün 
müddətində  mərhəmətsizcəsinə  qılıncdan  keçirdikdən  sonra  sülh  bağlamış, 
“İsmaliyyə”  binasındakı  idarənizdən  apardıqları  Müsavat  bayrağını  salaraq, 
“Türkiyənin  Bakı cəbhəsi yarıldı”, - demişdilər”.
21
 
Terroçu  S.Şaumyanın  cinayətkar  ordusu  həmin  üç  gündə  ağır  faciələr 
törətmişdir:  “İsmaliyyə”  deyilən  böyük  və  gözəl  milli  saray  yandırılmışdır. 
“Təzəpir”  və  s.  camələr  də  bombardman  edildi.  Şəhidlərin  sayı  15  minə  qədər 
təxmin edilməkdədir.  
Qatillərdən qurtulan azərbaycanlılar ətraf köylərə və dağlara çəkildilər”.
22
 
Bundan sonra Şaumyan və Avakyan Azərbaycanın digər bölgələrini də qan 
içində boğmaq üçün Amazaspın komandanlığı altında böyük bir dəstənin Qubaya, 
Lalayevin komandanlığı altında isə digər bir qoşun birləşməsinin Şamaxıya hücum 
etməsi barədə əmr verdilər”. 
Mənbələrdən:  “Martın  birinci  yarısında  Şamaxıdan  məlumat  alındı  ki, 
Bakıdan Şamaxıya top, pulemyot və böyük miqdarda hərbi sursatla iki mindən üç 
minədək  erməni  qoşun  dəstəsi  gəlir.  Şamaxıdan  dəstənin  qabağına  müsəlman  və 
erməni  ictimai  xadimlərindən  ibarət  nümayəndə  heyəti  göndərilir.  Onlar  bütün 
silahı,  topları,  pulemyotları  Şamaxı  qarnizonuna  təhvil  verməyi  dəstəyə  təklif 
etməli  və  ümumiyyətlə,  dəstənin  nə  məqsədlə  gəldiyini  öyrənməli  imiş. 
Nümayəndə  heyətinin  dəstə  ilə  görüşü  malakan  kəndi  Qozluçayda  (Xilmilli) 
olmuşdur.  Dəstə  silahı,  topları,  pulemyotları  Şamaxı  qarnozonuna  verməkdən 
imtina  etmiş  və  bildirmişdir  ki,  onların  məqsədi  Şamaxı  qəzasını  quldur 
dəstələrindən  təmizləyib,  qəzada  anarxiyaya  son  qoyub,  normal  həyatı  bərpa 
etməkdir.  Dəstə  Şamaxının  yanından  keçib  Mədrəsə  kəndinə  gedəcəyinə  söz 
vermişdir”.
23
 
Bəxtiyar  Məmmədtağı  oğlunun  dediklərindən:  “Silahlı  dəstəni  qarşılamağa 
gedənlər arasında Vahab bəy, Azad bəy Qocamanbəyov, Udulu Üşüdlü İbad, atam 
Məmmədtağı Hacı Ağacəfər oğlu, gənc zabit Tərlan bəy Əlyarbəyov, Məmmədtağı 
Əlizadə  də  olmuşdur.  Onlar  Xilmilliyə  daxil  olan  ordunu  və  silahları  görəndə, 
məətəl  qalırlar.  Rus-Yapon  müharibəsinin  iştirakçısı  olan  Azad  bəy  nümayəndə 
                                                           
20
 F.Əhmədova. Unudulmamalı faciə, “Azərbaycan” qəz. 3.III.2000 
21
 “ELM” qəzeti, 17.01.1992, №3. 
22
 Z.Vəfa. Keçmişini unudan, gələcəyini itirə bilər, “Azərbaycan” qəzeti, 30.III.2000. 
23
 ARDA. For. 1061. sit. 1. və. 56. 
 

20 
 
heyətinin “Şamaxını quldur dəstəsindən təmizləyəcəyik” deməsinə rişxəndlə cavab 
verir: 
-
 
Bu  silahla  bütün  Azərbaycanda  olan  qaçaq-quldur  dəstəni  təmizləmək 
olar. Şamaxıda isə, sizin fikirləşdiyiniz qədər quldur yoxdur”. 
Mənbələrdən:  “Martın  15-də  sübh  çağı  adı  çəkilən  dəstə  Şamaxının 
yanından  keçəndə  şəhərin  kənarında  öz  evlərini  qoruyan  müsəlmanlar  dəstənin 
şəhərə hücumunu güman edib bir neçə atəş açmışlar. Dəstə də onlara atəş açmışdır. 
Atışma  böyüyüb  bütün  şəhəri  əhatə  etmişdir.  Lakin  müsəlman  könüllü  dəstəsi 
rəisinin  səyi  ilə  anlaşılmazlıq  aradan  götürülmüş  və  atışma  dayandırılmışdır.  Bu 
atışma nəticəsində həm müsəlmanlar, həm də ermənilər tərəfindən bir neçə tələfat 
oldu. Axşama qədər şəhərdə tam qayda və sakitlik yarandı. Elə həmin gün erməni 
yepiskopunun  təşəbbüsü  ilə  Şamaxının  bütün  xanları  və  ruhanilərin  də 
nümayəndələri  yığışaraq  and  içdilər  ki,  sülh  şəraitində  yaşayıb  qayda-qanunu 
nizamlayacaqlar.  Bu  hadisə  ilə  əlaqədar  ertəsi  gün  şəhərdə  təntənəli  yürüş  təşkil 
edilmişdir. Beləliklə, Şamaxıda mart hadisələrinin ilk mərhələsi  belə sovuşdu”. 
Məhşədi  Allahverdinin  dediklərindən:  “Sadəlövh  Şamaxı 
camaatı,  hətta,  dindarlar,  idarə  işçiləri,  ziyalılar  da  ermənilərin 
yalanına  inanırdılar.  Yoxsa,  ayın  18-nə  kimi,  yəni,  iki  gün 
ərzində  Şamaxıdan  mart  ayının  10-15-nə  kimi  şəhəri  tərk  edən 
insanlar  ailəsini  qırğından  xilas  edə  bildi.  Martın  16-dan  sonra 
isə,  camaatın  çoxu  erməni  yepiskopunun  andına,  vədinə  inandı 
və  heç  kim  şəhəri  tərk  etmədi.  Sonradan  aydın  oldu  ki,  erməni 
cəlladları əhalinin çox hissəsini məhv etmək üçün belə şayiə və yalan söyləmişlər. 
Əgər, şamaxılılar yalana uymasaydılar, sözsüz  ki, şəhər əhalisinin 70-80%-i xilas 
olacaqdı.  Yaxşı  ki,  atam  öz  yaxınlarını,  tanışlarını  ayın  15-də  şəhərdən 
çıxartmışdı”. 
Xalq  artisti  Ağasadıq  Gəraybəyli
24
 (1897-1991):  “Mən  1897-ci  il  mart 
ayının 15-də Şamaxıda anadan olmuşam. 1918-ci ildə artıq 5-6 il 
idi  ki,  Bakıda  yaşayırdıq.  Fikrim  vardı  ki,  Şamaxıya  gedib,  ad 
günümü  və  Novruz  bayramını  doğmalarımla  keçirim.  Amma 
martın əvvəllərində Bakıda qarışıqlıq başlamışdı. Şəhərdə tez-tez 
müsəlmanlara  qəsd  edilirdi.  Odur  ki,  martın  10-da  Şamaxıya 
getdim,  ziyalı  dostlarımla  görüşdüm.  Onlar  hər  şeyi  mənə 
çatdırırdılar.  Aydın  oldu  ki,  S.Şaumyanın  göstərişi  ilə  Şamaxıda 
çoxlu silah yerləşdirilibdir. Ermənilər faciə törətməyə tam hazırdılar. Ziyalılar, din 
nümayəndələri Bakıya xəbər çatdırdılar. Şamaxıda Lalayevin məhəlləsində yaman 
canlanma  vardı.  Bəzi  varlı  ailələr  artıq  arvad-uşaqlarını  Şamaxıdan  çıxarıb 
müəyyən  kəndlərdə  yerləşdirmişdilər.  Mənim  ad  günüm  yadımdan  çıxdı.  Biz 
çoxumuz şəhər rəisi, eləcə də, Axund Əbdülxalıq Əfəndi,  Hacı Vahab Ələkbərov 
                                                           
24
 Ağasadıq Gəraybəylinin xatirəsi bizdədir – S.Q. 

21 
 
ilə görüşdük. Onların heç biri bizə konkret söz deyə bilmədilər. mən qohumlarımı 
məsələdən  agah  etdim.  Heç  birimizdə  bir  dənə  də  olsa  silah  yox  idi.  Ayın  16-da 
Şamaxıda  güclü  atışma  oldu.  Erməni  keşişi  bildirdi  ki,  bundan  sonra  belə  iş 
olmayacaq.  Bunu  deməklə  müsəlmanların  başının  altına  yastıq  qoydular.  Elə 
həmin gün mən bir neçə qohumumla Kürdəmir yolu ilə Bakıya qayıtdım. Ayın 19-
da  Şamaxıda  törədilən  cinayətlər  haqqında  Bakıya  xəbər  çatdı.  Mən  1918-ci  ilin 
oktyabr ayının əvvəlində qardaşımla Şamaxıya gəldim. Günorta idi. Şəhəri görəndə 
dəhşət bizi bürüdü.  Şamaxı başdan-başa kül olmuşdu, xarabalığa çevrilmişdi.  Lap 
cəhənnəmi  xatırladırdı.  Bizim  məhəllə  -  Yuxarı  Qala  yerlə-yeksan  edilmiş,  gözəl 
memarlıq  abidəsi  olan  bənzərsiz  məscid  yandırılmış,  dağıdılmışdı,  daş  qalağı  ilə 
örtülmüşdü. Tanıdığım evlərinin  hamısı  yerlə-yeksan olmuş,  mülklərdən  isə  əsər-
əlamət  qalmamışdı.  Küçələrdə  adamlar  xarabalıqlarda  eşələnirdi.  Yanmış 
daşlardan başlarını salmaq üçün daxmalar tikirdilər. Abbas Səhhətin, M.Ə.Sabirin, 
S.M.Qənizadənin, C.Cəbrayılbəylinin, Müslüm bəyin, Hacı Qulamın, Məmmədtağı 
Əlizadənin,  tacir  Nurunun,  Vahab  bəyin,  Murad  Əfəndinin,  Məşədi  Əsədin  (şair-
müəllim  Gövhər  xanımın  atası),  Həqqi  Veyisovun,  Həbib  bəy  Mahmudbəyovun, 
Hacı  Məmməd  Əfəndinin,  Nəcməddin  Şirindilbəylinin  və  başqalarının  evləri 
yandırılmış,  dağıdılmışdı.  Bu  evləri,  mülkləri  yandırmaqla  erməni  daşnakları 
Azərbaycan elminə, maarifinə, ədəbiyyatına, incəsənətinə, tarixinə əlacı heç zaman 
mümkün  olmayan  yara  vurdu.  Belə  ki,  o  evlərdə  elə  sənədlər,  elə  kitablar,  elə 
əlyazmaları məhv edilmişdir ki,  onları nə tapmaq, nə bərpa etmək, nə də yenidən 
yaratmaq mümkün deyildi. Şamaxı tarixinə aid çox sənədləri də məhv etdi erməni 
daşnakları. Bir həftədən sonra Bakıya qayıtdıq.  
Yeri gəlmişkən onu da deyim ki, vaxtilə 60-cı illərdə Şamaxı arxivi yenidən 
yandırılanda  1918-ci  il qırğınına  aid tək-tük  sənədlər də  məhv edildi.  Onda  hamı 
bildi ki, arxivi ermənilər yandırmışlar. Özlərini təmizə çıxartmaq üçün. Bunu hamı, 
eləcə  də  dövlət  orqanları  da  bildi.  Amma  üstünü  vurmadılar.  Biz  də  qorxudan 
susduq”.  
Şaumyanın  göstərişinə  əsasən  ermənilər  artıq  mart  ayının  14-nə  kimi 
Şamaxını  ələ  keçirmək  üçün  qəti  tədbirlər  görülmüşdür.  Belə  ki,  Lalayev, 
Avetisyan  və  Hamazaspin  silahlı  quldur  dəstələri  və  malakan  kəndlərində 
yerləşdirilmişdir.  Erməni  din  xadimləri  isə  təşvişə  düşmüş  müsəlmanları  aldadıb, 
arxayınlaşdırırdılar. 
Mənbələrdən:  “Müsəlmanlar  erməni  yepiskopundan  ermənilərin  onlara 
qarşı hücum etməyəcəyi barədə andı eşidib sakitləşir və inanırlar ki, bədbəxtçiliyin 
qarşısı  alınıb.  Şamaxıda  olan  kəndli  müsəlman  könüllüləri  evlərinə  dağılışdılar. 
Erməni  yepiskopu  martın  17-də  Şamaxı  şəhər  müsəlmanları  ilə  ermənilərin 
arasında  bağlanmış  sülh  haqqında  erməni  rəhbərlərinə  məlumat  vermək  üçün 
Mədrəsə kəndinə gedir”. 
Xatirələrdən:  bu  barədə  həmin  faciələr  gözləri  ilə  görmüş  42  yaşlı 
Cəbrayılbəy  Cəbrayılbəyov  1918-ci  ilin  noyabr  ayının  11-12-də  F.İ.K.-ya  verdiyi 

22 
 
məlumatda  yazır:  “1918-ci  ilin  mart  ayında  şəhər  başçısı  Teymur  bəy 
Xudaverdiyevdən  və  müsəlman  milli  komitəsindən  məlumat  almışdır  ki,  Bakıdan 
Kürdəmir istiqamətində ordudan tərxis olunmuş 400 nəfər erməni Şamaxıya gəlir. 
Bakı  müsəlman  milli  komitəsi  xahiş  edib  ki,  onları  qara  fikirlərindən 
çəkindirsinlər.  Müsəlman  milli  komitəsi  Ağsu  şəhərinə  nümayəndələr  göndərdi, 
lakin  səhərisi  gün  Şamaxıda  eşitdik  ki,  həmin  dəstə  bölünüb  ayrı-ayrı  kəndlərə 
hücum  ediblər.  Bicov  və  Ləngəbiz  kəndlərini  tamamilə  yandırılıb.  Bunu  eşidən 
yaxın kəndlərdən müsəlman zərərçəkənlərinə köməyə gediblər. Ermənilərlə atışma 
Bico dağlarında başlayıb. Ermənilər və müsəlmanlar tərəfindən adamlar öldürülüb. 
Hirslənmiş ermənilər bu barədə Bakı erməni komitəsinə məlumat çatdırıblar. Qısa 
müddətdən sonra Şamaxıya 3 minə qədər erməni gətirildi. Bundan xəbər tutan yerli 
müsəlman  İcraiyyə  Komitəsi,  Şamaxı  uyezdinin  rəisi  Hacımalıbəyov  və  uyezd 
qazisi  Abdulxalıq  Əfəndi  Əfəndiyev  erməni  yepiskopunun  yanına  göndərildi  ki, 
yaraqlıları  geri  qaytarsın.  Lakin  erməni  yepiskopunun  cavabı  qəti  oldu:  “Biz 
gəlmişik ki, bütün müsəlmanları qılıncdan keçirək”. Nümayəndələr belə bir xəbəri 
eşidib  kor-peşiman  Şamaxıya  qayıtdılar.  Lakin  o  biri  gün  erməni  yepiskopu 
müsəlman  komitəsinə  gəlib  dedi  ki,  dəstə  ilə  danışıb,  heç  bir  müsəlmana  zərər 
dəyməyəcək.  Bunu  deyən  yepiskop  Mədrəsə  kəndinə  getdi.  Səhəri  gün,  yəni, 
martın 18-də saat 6-da ermənilər Şamaxı şəhərini mühasirəyə alıb atəşə başladılar. 
Günortaya yaxın şəhərini mühasirəyə alıb atəşə başladılar. Günortaya yaxın şəhərin 
ən yaxşı məhəllələri yandırılıb külə döndərildi. Həmin axşam müsəlmanlar təslim 
oldular və tərksilah edildilər. Şəhərdə qarət və talan başladı. Zorakılıq və vəhşilik 
şamaxılıları qaçmağa məcbur etdi. Mən də qaçdım”.
25
 
İstefada olan polkovnik Pərviz Əlyarbəyovun dediklərindən: “Atam Tərlan 
bəy 1918-ci il qırğınının şahidlərindəndir. O, həmin hadisədən danışanda nə qədər 
özünü ələ almağa çalışsa da, göz yaşlarını saxlaya bilmirdi. 
Həmişə  də  deyərdi  ki,  mən,  Məmmədtağı  Əlizadə,  Teymur  bəy 
Xudaverdiyev,  Abdulxalıq  Əfəndi,  Siracəddin  Əfəndi,  Cavad  bəy,  azad  bəy 
tərəfdaşlarımızı inandıra bilmədik ki, ermənilər bizi aldadır, başımızın altına yastıq 
qoyurlar.  Onlar  mütləq  1905-1907-ci  ilin  hayıfını  çıxaracaqlar.  Biz  Lalayevlə 
evində  görüşdük.  O,  “biz  qonşuyuq,  dostuq,  bir  şəhərin  sakinləriyik”,  -  deməklə 
hamımızı aldatsa da, fırıldağı, yalanı, bicliyi gözlərindən açıqca hiss olunurdu. 
Bir neçə könüllü dəstəsi düzəltmişdik. Həmin dəstədə olanlar hamısı cəsur 
insanlar idi.  Çoxu Şamaxının özündən təşkil olunsa  da, dəstələrimizə  Əngəxaran, 
Quşçu,  Xınıslı,  Təklə,  Boyat,  Azadbəyli,  Udulu  və  s.  kəndlərdən  də  gələn 
könüllülər  çox  idi.  Erməni  keşişinin,  Lalayevin  mart  ayının  15-16-da  verdikləri 
vədə inananlarımız çox oldu. Ən pisi o oldu ki, könüllülərin də inamı artmışdı bu 
söylənilənlərə. Və bir çoxu dəstələri tərk edib evlərinə getdilər. Mart ayının 18-də 
Mədrəsədən və Lalayevin məhəlləsindən şəhərə atılan toplar qırğının başlanmasını 
                                                           
25
 Az.RMDA F. 1061, q 3. vər. 19. 

23 
 
elan etdi. Bir neçə saatın içində şəhər od-alova büründü. Ah-fəryad, qışqırıq, haray, 
bağırtı şəhəri başına götürülmüşdü”. 
Haşiyə:  vaxtilə  Şamaxının  iyirmi  altı  məhəlləsi  (bəzi  mənbələrdə  32 
məhəllə)  olmuşdur.  Bu  məhlələrin  bir  neçəsində  qeyri-müsəlmanlar  yaşayırdılar. 
Özü  də  erməni,  gürcü  və  cühudlar  şəhərin 
yuxarı 
hissəsində 
məskunlaşmışdılar. 
Maraqlıdır ki,  XIX  əsrdə  şəhərdə  yaradılan bir 
çox  idarələr  –  polis  idarəsi,  məhkəmə,  poçt-
teleqraf,  aptek,  rus  məktəbi,  böyük  mağazalar, 
qonaq  evlərinin  çoxu  həmin  məhəllələrdə 
yerləşirdi. 
Bu 
barədə 
böyük 
pedaqoq 
Əliməmməd 
Mustafayevin 
xatirələrində 
oxuyuruq:  “Müəllimlərimin  hamısı  məndən 
razıdılar  (şəhər  məktəbində  -  müəlliflər).  Onların  əksəriyyəti  ermənilərdir. 
Doluyev,  Saakyan,  Topçiye  və  başqaları.  Məktəbimiz  şəhərin  yuxarı  başındadır. 
Bu  hissədə  yaşayanların  əksəriyyəti  ermənilər,  ruslar,  yəhudilər  və  bir  azı  da 
müsəlmandırlar”.
26
 
“Şəhərdə  çoxlu  sənətkarlar  vardır.  Ancaq  bunların  hər  birinin  bazarı 
başqadır;  başmaqçı  bazarı,  dərzi  bazarı,  zərgər  bazarı,  çarıqçı  bazarı  və  i.  a. 
Zərgərbazarı  ermənilərdən  ibarətdir.  Bunların  içərisində  bir  nəfər  müsəlman 
tapılmaz.  Guya  bu  sənət  ermənilərə  məxsusdur.  Dərzi  bazarı  da  ermənilərin 
ixtiyarındadır”.
27
 
S.Lalayev  və  eləcə  də  bir  çox  erməni  mülkədarlarının  mülkləri  də  şəhərin 
yuxarı  hissəsində  yerləşirdi.  Cinayətin  başçılarından  olan  Lalayev  qabaqcadan 
mülkünün  zirzəmisini  silah-sursatla  doldurmuşdu.  Oradan  şəhərin  müsəlman 
məhəllələri  əl  içi  kimi  görünürdü.  Həmin  yerdən  atılan  top  düz  Cümə  məscidinin 
həyətinə vururdu. Mədrəsə tərəfdən atılan topların vahiməsindən pərən-pərən olan 
əhali  küçələrə  axışırdı,  başlarını  itirmiş  insanlar  nə  edəcəklərini  bilmirdilər. 
Lalayevin evindəki pulemyotlardan atılan güllələr insanları yerindəcə məhv edirdi. 
Namərd düşmənin heç  kəsə - qadına, qocaya,  uşağa belə  rəhmi gəlmirdi. Şəhərdə 
soyqırımı həyata keçirən S.Lalayev azərbaycanlıları qanına qəltan edəndə “uf” da 
demirdi. Şamaxının azərbaycanlılar məhəllələrində cəsəd əlindən yerimək mümkün 
deyildi.  Müsəlmanların  heç biri  müqavimətini  hiss etməyən erməni daşnakları  və 
malakanlar yavaş-yavaş şəhərə yaxınlaşmağa başlayırdılar.  
Mənbələrdən: “Axşama yaxın onlar şəhərin ən varlı hissəsi “Piran-Şirvan”a 
daxil  oldular.  Evlər  yandırıldı.  Yanan  evlərdən  qaçan  kişilər,  qadınlar,  uşaqlar  və 
ümumiyyətlə,  küçələrdə  görünən  hər  kəs  güllələnirdi.  Bundan  başqa  evlərə 
soxulur, sakinləri öldürüb, qarət edirdilər, şəhərin küçələrində meyitlərdən qalaqlar 
                                                           
26
 Ə.Mustafayev. Göstərilən əsəri, səh. 51.  
27
 Yenə orada, səh. 39-40. 

24 
 
yaranırdı. Gecə müsəlmanlar təslim olmaları barədə qalib ermənilərin nümayəndə  
göndərirdilər.  Lakin  atəş  dayandırılmırdı.  “Piran-Şirvan”ın  ən  varlı  müsəlmanlar 
yaşayan  hissələri  yanırdı.  Səhərisi  gün  ermənilər  və  malakanlar  müsəlmanların 
bütün  silahlarını  alırlar.  Buna  baxmayaraq,  müsəlmanların  öldürülməsi  və  qarət 
edilməsi dayandırmır, kişilər, qadınlar və uşaqları məhv edir və ya onları ölüm və 
evlərini yandırmaqla hədələyərək pullarını əllərindən alırlarmış. Küçələrdə döşləri 
kəsilmiş, doğranmış qadınların meyitləri atılıb qalmışdı. Talan edilmiş əmlak araba 
və furqonlarla erməni və malakan kəndlərinə göndərilmişdi”
28
 . 
Haşiyə:  sənədlərdən,  xatirələrindən  bəlli  olur  ki,  ermənilər  istər  şəhərin, 
istərsə də Şamaxının qeyrət çəkən oğulları, yurd-torpaq qədri bilən övladları silaha 
sarılmışdır. Vahab bəy Rəhim bəy oğlu, Hüseyn bəy Hacı Əli oğlu, şəhər qlavası 
Teymur bəy Xudaverdiyev, qəza rəisi Azad bəy Qocamanbəyov, Dumanın deputatı 
Məmmədtağı  Əlizadə,  uyezd  rəisi  Əbdülxaliq  Əfəndi,  Məşədi  Əskər  Hacı  Nuru 
oğlu, Məmmədtağı Hacı Ağacəfər oğlu, Məmmədsadıq Hacı Ağacəfər oğlu, Qara 
Nuru,  Udulu  Üşüdü  İbad,  Hacı  Heydər  Hacı  Yusif  oğlu,  Müfti  Mustafa  Əfəndi, 
Tərlanbəy Əliyarbəyov, Alxan bəy Əyyubbəyov, Asif bəy  Şıxalıbəyov, Sadıq bəy 
Ağalarbəy  oğlu,  Talışxan  və  Qardaşxan  qardaşları,  Haqqi  Veyisov,  Şeyxəli 
Həkimzadə, Kəlbəlayı Yusif, Şıxəlıbəyov, tacir Məşədi Ağa, Məşədi Abılı, Mehdi 
bəy Hacı Osman oğlu və başqaları erməni cəlladlarına qarşı müqavimət göstərmiş 
və ya öz var-dövlətləri ilə könüllülərə yardım (silah, sursat, at və s. ilə) etmişlər. 
Haşiyə: “Erməni zabiti Atarbekovun Mədrəsədə təşkil etmiş çoxsaylı silahlı 
birləşməsi  ilə  türk  zabiti  Osman  Əfəndinin  (O,  I  Dünya  müharibədinsə,  türk-rus 
cəbhəsində  yaralanmış  və  Şamaxıda  məskunlaşmış,  qırğın  zamanı  könüllülərlə 
silaha sarılmışdır – müəlliflər) yaratdığı azsaylı dəstənin Zoğalavay çayı vadisində 
apardığı uğurlu əməliyyatları diqqətəlayiqdir. Erməni zabiti Atarbekovun çoxsaylı 
dəstəsi müsəlmanlara qarşı hərəkət edib yaxınlaşanda o, qürurla: «Откройте огонь 
по приказу Атарбекова», - deyib komanda verdikdə nizami qaydada gələn bölük 
yarımsərxoş  vəziyyətdə  hücuma  keçən  əsgərlərinin  çoxu  Osman  Əfəndinin 
dəstəsində  olan  mahir  atıcılar  Məhəmməd  Tağı,  Udulu  Üşüdü  İbad,  Məhəmməd 
Sadiq, Talışxan  və  Qardaşxan qardaşlarının sərrast atəşləri  nəticəsində  böyük itki 
və  tələfat  verməyə  məcbur  olmuşlar”.  Şəhəri  dalbadal  top  atəşinə  tutduqlarından 
həm evlər dağılır, həm də yanğınlar baş verirdi, insanlar tələf olurdular. Məsləhət-
məşvərət  üçün  polkovnik  Azad  bəy  Qocamanbəyovun  yanına  yığışan  Şamaxının 
üləmaları  -  Şeyx  Hacı  Axund,  Müfti  Mustafa  Əfəndi,  pristav  Vahab  bəy 
Rəhimbəyov,  Məhəmməd  Tağını  çağırtdırıb  ona  “Hacıoğlu,  top  Şamaxının 
kələyini kəsir. Səni də yaxşı tanıyıram, tüfəngini də, - demişdir. (Belçika istehsalı 
olan  tüfəngi  Məhəmməd  Tağıya  1913-cü  ildə  toyunda  o  vaxt  kapitan  rütbəsində 
olan  Azad  bəy  bağışlamışdı).  Topçunu  vurmaq  tapşırığını  alan  Məhəmməd  Tağı 
Zoğalavayçayı  keçmiş,  qalın  ağacların,  sonra  isə  kolların  arası  ilə  sürünə-sürünə 
                                                           
28
 ARDA. F. 1061, iş 1, 56. 

25 
 
müəyyən etdiyi məsafədən əvvəl Topçunu, sonra isə onun köməkçisini vurub, topu 
susdurmuşdu”.
29
 
Şəhərin  varlılara  məxsus  ən  yaxşı  evləri  yandırılmış  və  məhv  edilmişdi.  
Şəhər  varlılarından  Şıxıyev,  Həsənbəyov,  Cəbrayılov,  Müftin,  Hüseynbəyov, 
Əlimirzəyev,  Əfəndiyev,  Babayev,  Məhərrəmov,  Veyisov,  Böyükbəy  Hüseynov, 
Hacı Vahab Ələkbərov, Hacı İsrafil Məmmədov Mir İbrahim Qasımov, Zəkəriyyə 
Əfəndi,  Əbdürrəhim  Ağa  Ağalarov,  Teymur  Abutalıb  bəy  oğlu  Fəttahbəyov  və 
başqalarının  bənzərsiz  Şərq  üslubunda  tikilmiş  malikanələri  odlara  qalanmışdı: 
“Ermənilər  yanan  evlərdən  çıxmağa  cəhd  edən  qadınları,  uşaqları  və  qocaları 
güllələyirdilər.  Onlar  şəhərin  küçələrində  qarşılarına  çıxan  bütün  azərbaycanlıları 
öldürmüş,  həm  də  əllərinə  keçənlərə  dəhşətli  və  ağlasığmaz  işgəncələr  vermişlər. 
Bütün qiymətli şeyləri qarət etmişlər. Gizlədilmiş pul və qızılların yerini müsəlman 
əhalidən  zorla,  işgəncə  verməklə  tələb  etmişlər.  İstəklərini  əldə  etdikdən  sonra 
onların sahiblərinə rəhm etmədən öldürmüşlər. Küçələrdə döşləri kəsilərək əzabla 
öldürülmüş,  qarnı  yırtılmış,  bağırsaqları  tökülmüş,  ən  müdhiş  təhqirlərə  məruz 
qalmış  qadın  meyitləri  qalaqlanmışdır.  Quldurlar  hətta  uşaqlara  belə  rəhm 
etməmiş, onların başına mıx vurmuş və diri-diri torpağa basdırmışlar”.
30
 
Xatirələrdən:  “Mən  onda  uşaq  idim.  On  yaşım  olardı.  Biz  evimizin 
zirzəmisində  gizləndik.  Gözlərimlə  gördüm  ki,  adamları  güllələyir,  sonra  küçəyə 
yığır,  üstlərinə  xalça-palaz  atıb  yandırırlar.  Hətta  körpə  uşaqları  diri-diri  həmin 
odun  içinə  atırdılar.  Qonşumuz  Molla  Mirzəgili  ailəliklə  yandırdılar.  Beş  gün 
zirzəmidə  qaldıq. Bir gecə  fürsət  tapıb şəhərdən çıxdıq. Yolda  qardaşım da  öldü. 
(Məşədi Sadıq Əli oğlu) 
Umud  İsrafilov:  “Anam  1918-ci  il  qırğınından  çox  danışırdı.  Gördüyü 
dəhşətləri,  faciələri  elə  danışırdı  ki,  adamın  əli  yerdən  üzülürdü.  Erməni 
cəlladlarından  on  nəfəri  uşaqlı  qadınları  bir  yerə  yığır,  gözlərinin  qabağında 
körpələrini  öldürür,  balaca  uşaqların  cəsədini  nizəyə  taxırlar.  Analardan  bir 
neçəsinin ürəyi gedir. Onları o saat qətlə yetirir, körpələri nizə 
ilə anaların köksünə tikirlər. O biri qadınları da eləcə. Bundan 
əlavə,  yazıq  Molla  Musanı  meydana  gətirirlər?  İxtiyar  yaşlı 
kişiyə  əmr  edirlər  ki,  “Qur`an”ı  cırıb  vərəqlərini  yerə  töküb 
tapdasın. Kişi deyilən təklifi eşidib - sizi “Qur`an”a tapşırıram 
deyib,  müqəddəs  kitabı  sinəsinə  sıxdı.  Molla  Musanı  nizənin 
ucu  ilə  deşik-deşik  edirlər.  Yazığın  fəryadı  ərsə  qalxır.  Bir 
azdan o, yerə yıxılıb bayıldı. Kafirlər kilsiyə od vurublar. Kişi cızhacızla yandı”.
31
 
* * * 
                                                           
29
 B.İsmayıllı. “Yeni Azerbaycan” qəzeti, 31 mart, 2000. 
30
 ARDA. fon. 1061. iş 1, vər. 56. 
31
 Xatirə şəxsi arxivimizdədir. – S.Q. 

26 
 
Qeyd  etdiyimiz  kimi,  ermənilərə  qarşı  könüllü  dəstələr  vuruşmuş  və 
düşmənə  xeyli  də  itki  vermişlər.  Bunlardan  biri  də  Qara  Nuru  Məşədi  Nəcəf 
oğlunun dəstəsi idi. 
Yaddaşlardan:  “Mənim dayım  həmin dəstədə olmuşdur. Dayım  deyərdi  ki, 
qırğından bir neçə gün əvvəl Nuru bizi – məhəllədə inandığı gəncləri bir yerə dəvət 
etdi.  (Nuru  Məşədi  Nəcəf  oğlu  İmamlı  məhəlləsindən  idi.  Ata-babadan  varlı 
olduqları kimi, həm də nəsillikcən pəhləvan imişlər. Atası da, əmisi də gücləri ilə 
Şamaxıda ad qazanmışlar - S.Q.). Bildirdi ki, ermənilər qırğın törədəcəklər. Hazır 
olmalıyıq. Bəzi yoldaşlarımız Nurunun sözünə inanmadılar. Bir çoxumuz evimizdə 
olan  bahalı  əşyalarımızı  və  qonaq  adı  ilə  ailəmizi  başqa  kəndə  apardıq. 
Silahlarımızı gizlətdik. Doğrudan da, bir neçə gün sonra qırğın başladı. İyirmi iki 
yoldaşla  şəhərdən  çıxdıq.  Boyat  kəndində  yerləşdik.  Səhəri  gün  Bakı  tərəfdən 
Şamaxıya  hücum  edən  Qozlu  malakanları  ilə  vuruşduq.  Düşmən  güclü  olsa  da, 
möhkəm  dayanmışdıq.  Bu  döyüşdə  Qara  Nuru  bərk  yaralandı.  Yoldaşlarımızdan 
on bir nəfəri  şəhid oldu. Qara  Nurunu götürüb cəbhədən çəkildik. Boyat  kəndinə 
gəldik.  Nuru  səhər  özü  vəfat  etdi.  Onu  Boyat  qəbristanlığında  dəfn  etdik  (Qara 
Nurunun qəbri indi də durur). O da yaxşı yadımdadır ki, Nuru son nəfəsində: şəhəri 
xilas edin, İmamlı məcidini qoymayın yandırmağa,” - dedi. 
Əliağa  Şeyx  Mövsüm  oğlunun  xatirələrindən:  Dayım  bir  də  söyləyirdi  ki, 
ermənilər Şamaxını yerlə-yeksan etmişdilər: küçələrdə kəsilmiş başlar, başdan ayrı 
düşmüş meyidlər, döşü, saçı kəsilmiş qadın cəsədləri, sinəsi xəncərlə parçalanmış, 
başı güllə ilə paralanmış uşaq meyidlərinin isə sayı-qədəri yox idi. Ən dəhşətlisi o 
idi  ki,  şəhərin  məhəllə  məscidlərinə  pənah  aparmış  insanlar  elə  oradaca  diri-diri 
yandırılmışlar. 
*** 
Sənədlər,  xatirələr  bir daha  təsdiqləyir  ki,  Şamaxını  talan  edən  ermənilərin 
əhaliyə verdikləri cəzaların da dünyada analoqu olmamışdır. 
Mənbələrdən:  “Şamaxı əhalisinin  təhlükəsizliyini qoruya biləcək bir silahlı 
dəstə  belə  yox  idi.  Əhalinin  bir  hissəsi  qorxusundan  meşələrin  dərinliklərinə 
çəkilmiş,  qalanları  isə,  Allah  evi  olan  məscidlərdə  sığınacaq  tapmışdı.  Daşnaklar 
şəhərdə  bütün  kişiləri  qılıncdan  keçirdilər.  Onlar  cavan  qızları  soyunduraraq  öz 
atalarının və qardaşlarının cəsədləri üstündə oynamağa məcbur edir, sonra isə güllə 
yağışına  tuturdular. Şamaxı  məscidlərini  mühasirəyə  alan vəhşi  Lalayevin dəstəsi 
həmin  müqəddəs  səcdəgahları  içəridə  sığınacaq  tapmış  şəhər  sakinləri  ilə  birgə 
yandırıb külə döndərdilər. Şamaxı özü boyda nəhəng bir tonqala bənzəyirdi”.
32
 
Haşiyə:  80  yaşlı  Hacı  Əliağa  Şeyx  Mövsüm  oğlu  Şamaxıda  törədilən 
vəhşiliklərdən  indi  də  danışdıranda  özünü  saxlaya  bilmir,  boğazı  tutulurdu:  “Biz 
nəsillikcə  din  əhli  olmuşuq.  Belə  ki,  babam  Şeyx  Əli  Ağa  Nəcəfül  Əşrəfdə  ali 
ruhani təhsili almış, şəhərin ən mötəbər üləmalarından biri olmuşdur. O, böyük şair 
                                                           
32
 Z.Vəfa. Keçmişini unudan, gələcəyini itirə bilər, “Azərbaycan” qəzeti, 30.III.2000 

27 
 
S.Ə.Şirvani və onun atası Seyid Məhəmmədlə dost olmuşdur. Babamın ömür-gün 
yoldaşı  Seyid  Mina  Mir  Tağı  qızı  da  Seyyid  nəslindən  olub.  Həmişə  Mir  Tağı 
ocağı  ziyarət  yeri  olmuşdur.  Atamın  dediyinə  görə,  babam,  nənəm  çox  səxavətli 
insanlar olmuşdur. Bəzən görərdin ki, babam Şeyx Əli Ağa  yolda rast gəldiyi bir 
imkansıza  obasını  və  ya  çuxasını  bağışlayıb.  Nənəm  çox  zaman  qapıya  gələn 
imkansıza da əl tutmaqla yanaşı, ocaqda bişən xörəyi qazanqarışıq verərdi. Babam 
Şeyx Əli Ağanın şəhərdə çox böyük hörməti vardı. O, vəfat edəndə qış olub. Özü 
də qalın qar bütün yolu bağlayıbmış. Yüz nəfərdən artıq adam İmamlı məhləsindən 
Laləzar qəbristanlığına kimi yolun qarını təmizləyiblər. Şeyx Əli Ağa 1914-cü ildə 
vəfat edib. 
Həkimzadə  Şeyx  Möhsüm  Şeyx  Əli  Ağa  oğlu  1883-cü  ildə  İmamlı 
məhəlləsində anadan olub. O, ilk təhsilini atasından alıb. Əvvəl 
İranın  Məşhəd,  sonra  İraqın  Nəcəf  şəhərində  ali-ruhani  təhsili 
alıb.  Ruhani  təhsili  almasına  baxmayaraq,  o,  dünyəvi  elmlərə 
dərindən  bələd  olmuş,  M.Ə.Sabir,  A.Səhhət,  Qırxayaq,  Tərrah 
kimi  şairlər,  C.Cəbrayılbəyli,  Əliməmməd  Mustafayev  kimi 
ziyalılarla yaxın idi. O, 1918-ci il erməni qırğınına kimi İmamlı 
məscidinin axundu olmuşdur. 
Bir  çox  ailələr  kimi  Axund  da  qırğın  zamanı  ailəsini  götürüb  Şamaxıdan 
çıxır.  Yolda  ailəsinin  başına  olmazın  əzablar  gəlir.  Bir  neçə  qohumu  yolda  vəfat 
edir. Güc-bəla ilə gəlib Qalağqayına çatırlar. Orada həmyerlisi  - qaçqın Kəlbəlayi 
Abdulhüseynin qızı Məleykə xanımla ailə qurur. Şeyx Mövsümün altı övladı  - üç 
oğlu, üç qızı olur. Övladlarının üçüncüsü - Turab, qızları - Gülsüm və Ünbül vəfat 
etmişdir. İki oğlu - Hacı Əli Ağa, Hacı Mirzə Ağa və qızı Mina xanım sağdır, Bakı 
şəhərində  yaşayırlar.  Şeyx  Möhsüm  bir  müddət  Sabirabad  məscidinin  axundu 
olmuşdur. 
Hacı  Əli  Ağanın  dediklərindən:  “Atam  ərəb,  fars  dillərini  dərindən  bildiyi 
üçün  klassik  Azərbaycan  ədəbiyyatını  -  Nizami,  Xaqani,  Nəsimi  və  Füzulinin 
külliyyatının  demək  olar  ki,  çoxusunu  əzbər  bilirdi.  1928-ci  ildə  bir  gecə  gəlib 
evimizi  yoxladılar.  Anamın,  nənəmin  ziynət  əşyaları  ilə  yanaşı,  həmin  şairlərin 
əsərlərini,  bir  də  atamı  Bakıya  apardılar.  Atam  altı  ay  Bakıda  həbsxanada  (o 
zamanlar “Tağıyev türməsi”, sonralar isə karamel fabriki oldu. - S.Q.) həbsxanada 
saxlanıldı.  Ən  nəhayət,  atamı  günahsız  bilib  azad  etdilər.  Ondan  sonra  həmişəlik 
Bakıya  köçdük.  Atam  represiyadan  qurtarmaq  üçün  müəyyən  yerlərdə  fəhlə 
işləməyə (arayış almaq üçün adını yazdırırdı) başladı. 1942-ci ildə dini icraçılara, 
bir  növ,  azadlıq  verildi.  Bakıda  dini  idarə  təşkil  olunandan  sonra,  1937-ci  ildən 
yaxasını  qurtara  bilən  Axundlar  bura  dəvət  olundular.  İlk  Şeyxül  İslam  Axund 
Molla Ağa Əlizadə, atam isə onun birinci müavini, novxanılı Axund Molla Əli Ağa 
Süleymanzadə isə, qazi təyin olundu. Həmin ildə respublikamızda 17 məscid təşkil 
edilmişdir. 

28 
 
Atamın  səyinə  baxmayaraq,  Şamaxı  kimi  qədim  mədəniyyət  və  dini 
mərkəzdə  məscid  açılmasına  icazə  verilmir.  1954-cü  ildə  Şeyxülislam  Axund 
Molla Ağa Əlizadə vəfat edir. Onun yerinə atam seçilir. Atam ömrünün sonuna  - 
1966-cı  ilə  kimi  Zaqafqaziya  Şeyxülislamı  vəzifəsində  çalışır.  O,  üç  dəfə 
Ümumdünya Sülhü Müdafiə Komitəsinin ali mükafatına layiq görülmüşdür. 
Atamın soyadı belə gedirdi - Şeyx Mövsüm Şeyx Əli Ağa oğlu Həkimzadə. 
Həkimzadə  ilə  bizim  heç  bir  əlaqəmiz  yoxdur.  Onun  belə  bir  tarixçəsi  vardır. 
Əmim Mirzə Məhəmməd Şeyx Əli Ağa oğlu dini baxışlarla yanaşı İranda oxumuş 
və  həkimlik  sənətinə  yiyələnmişdir.  Tiflisin  baş  hakimi  Şamaxıya  qonaq  gəlir. 
Əmim onunla görüşür. Şikayət edir ki, İranda oxuduğu üçün ona iş vermirlər. Baş 
hakim  deyir  ki,  bu  düz  işdir.  İrandakı  tibbi  təhsil  zəifdir.  Bu  zaman  əmim  etiraz 
edir. Orada əsl tibb elmi öyrədilir. İnanmırsınızsa sübut edim. Sizin babasiliniz var, 
- deyir. 
-
 
Bunu nədən bilirsiniz? - deyə rus həkimi təəccüblənir. 
-
 
Sizinlə  görüşəndə  əliniz  əlimdə  qaldığı  zaman  nəbzinizdən  hiss  etdim. 
Özü də bir həftəyə müalicə edə bilərəm. Əmim bir həftənin içində kirpi əti ilə onu 
müalicə  edir.  Sonra  onun  göştərişi  ilə  əmimin  Şamaxıda  həkim  işləməyinə  icazə 
verirlər.  Əmim  deyərdi  ki,  bu  söhbəti  Abbas  Səhhətə  danışanda,  o,  məni 
qucaqlayıb öpdü, təbrik etdi, “sən məndən qabağa düşdün”, -deyə gülümsədi. 
1920-ci  ilin  əvvəllərində  əmim tutulmaqdan  qorunmaq, üçün sənədlərdə 
soyadını Həkimzadə yazdırır. Atam da eləcə.  
II  Haşiyə:  Hacı  Əli  Ağa  rus,  ərəb  dillərini  bilən  80  yaşına  çatmış  bir 
ağsaqqaldır. 1918-ci il qırğını barədə ondan bildiklərini, eşitdiklərin soruşdum: 
Əmim  Mirzə  Məhəmmədin  danışdığı  bir  əhvalatı  indi  də  unuda  bilmirəm. 
Ermənilər bir neçə tərəfdən şəhəri top atəşinə tutmağa başladılar. Bu atəşlər şəhərin 
mərkəzinə  o  qədər  də  ziyan  vurmurdu.  Camaatı  yaman  günə  qoyan  Lalayevlərin 
mülkündə  yerləşdirilmiş  silahlı  dəstələr  idi.  Lalayevlərin  mülkündən  atılan 
pulemyotun güllələri, top mərmiləri, düz  Cümə  məscidinə tuşlanmışdı. Belə anda 
insanlar ancaq Allah evinə  - məscidə pənah aparırdı. Həmin yolu da Lalayevlərin 
sərrast  atıcıları  kəsmişdilər.  Qucağı  uşaqlı  qadınlar  məscidə  çata-çatda  dağın 
üstündəki  (Lalayev  mülkü  şəhərin  ən  uca  yerində  idi  -  S.Q.)  daşnaklar  o  dəqiqə 
güllə  ilə  vururdular.  Uşaq  ananın  qucağından  yerə  düşürdü.  Ananın  ölümü  ilə 
ürəkləri  soyumayan  quldurlar oradan uşaqları da  nişan alırdılar. Pulemyot  gülləsi 
körpənin  cəsədini  parça-parça  edib  göyə  sovururdu.  Atam  deyirdi  ki,  türklər 
gələndən sonra, mən, əmim oğlu Musa Qəni oğlu ilə şəhərə getdik. Artıq yay idi. 
İydən-qoxudan  baş  çatdadığı  kimi,  xarabalıqlarda  qalan  qol-qıç,  baş,  cəsəd 
qalıqları  insanı  dəhşətə  gətirirdi.  Bizim  evimizin  ancaq  bir  hissəsi  uçmuşdu. 
Qonşumuz  Məşədi  Nağının  eyi  tamam  məhv  edilmişdi.  Özümü  xarabalığa  sarı 
verdim.  Daş-qalağının  koğuşunda  Məşədi  Nağının  çılpaq  meyidini  gördüm. 
Bədəndəki dəlik deşiyin  hesabı yox idi.  Həyətimizə  gəldik. Musa  ilə bir-birimizə 
sarılıb doyunca ağladıq. Bu zaman bir türk əsgəri bizə  yaxınlaşıb əlini çiynimizə 

29 
 
qoydu,  təsginlik  verdi.  Tanış  olduq.  Əsgərin  adı  Mehmet  idi.  Mənim  ruhani 
olduğumu bilib dedi: 
-  Əfəndim,  deyirsiniz  ki,  siz  xocasınız.  Bildiyiniz  kimi,  “Qur`an”da 
buyurulub  ki,  halal  mal  nə  yanar,  nə  də  oğurlanar.  Axı,  sizin  evinizin  bir  hissəsi 
yanıb. Səbəb nə? 
-  Əfəndim, yəqin ki, məvacibimin haram qatı olubmuş, - deyib atam əsgərə 
köməklərinə görə minnətdarlıq etdi”.
33
 
* * * 
Şəhər sakinləri erməni və malakanların şəhəri mühasirəyə aldıqlarını görüb, 
gecə  imkan  tapan,  silahlı  müsəlmanların  köməyi  ilə  ayaqyalın,  başıaçıq  şəhərdən 
qaçır, didərgin düşürdülər. 
Haşiyə: 
Vahab 
bəy 
Rəhimbəyov 
Şamaxıda  pristav  olmuşdur.  O,  ermənilərdən 
çoxdan  şübhələnmişdi.  Bir  neçə  gündən  sonra 
Nağaraxana kəndindən olan malakan dostu İvan 
Maksimoviç  onun  yanına  gəlir.  O,  malakan  və 
ermənilərin  bəd  niyyətləri  barədə  Vahab  bəyə 
ətraflı məlumat verir. Elə həmin gün Vahab bəy 
etibar  etdiyi  bütün  yaxın  adamlarını  bir  yerə 
toplayır,  xəbəri  onlara  çatdırılır.  Belə  qərara 
gəlirlər  ki,  ürək  qızdırdıqları  bütün  adamlara  xəbər  çatdırsın  və  əhali  şəhərdən 
çıxarılsın. Əldə olan silahlar etibarlı insanlara paylansın. 
Açıqlama:  Vahab  bəy  Rəhimbəyov  1854-cü  ildə  Şamaxıda  anadan 
olmuşdur.  O,  Şamaxıda  mollaxana  və  mədrəsədə  oxumuş,  realnı  məktəbdə  təhsil 
almışdır.  Bir  müddət  Şamaxıda  məhkəmədə  işləmişdir,  Vahab 
bəyin üç oğlu (Xanlar bəy, Cəfərqulu bəy, Səməd bəy)  iki qızı 
(Tacə  və  Lətifə  xanım)  olmuşdur.  Şamaxıda  ixtişaş  başlanan 
kimi  ailəsini  -  arvadı  Hacı  qızı  Qəmər  xanımla  (1887-1940) 
birlikdə  Ağdaşa  göndərmişdi.  Yolda  iki  uşağı  -  qızı  Tacə  və 
oğlu 
Səməd  bəy  vəfat  edirlər.  Dostu  Qaraxunlu  Əşrəf  bəy  Vahab 
bəyin ailəsini hörmətlə qəbul edir. Sonra onu Şəkiyə bəyin dostu 
Hacı Ağa Cəfərin ailəsinə çatdırır. Vahab bəy şəhərdən çıxmağı, 
qorxub 
qaçmağı 
adına 
sığışdırmır. 
Odur 
ki, 
nökəri 
Əli, 
qulluqçusu  Gövhərlə  birlikdə  evində  qalır.  Atışma  zamanı  nökəri  Əli  də  ölür. 
Vahab  bəy  son  nəfəsinə  kimi  daşnaqlarla  vuruşur,  ən  nəhayət,  o  yaralanır. 
Ermənilərin  həyətə  girəcəyini  görən  qulluqçu  Gövhər  təndirə  girir  və  gizlənir. 
Yağılar  həyətə  daxil  olurlar.  Vahab  bəyin  başını  kəsir  və  mülkünü  talan  edib 
yandırırlar. 
                                                           
33
 Hacı Əli Ağanın məktubu bizdədir – S.Q. 

30 
 
Arifin  taleyi  babasının  taleyinə  çəkdi:  1991-ci  ilin  noyabr  ayının  20-də 
xalqımızın  bir  çox  dəyərli  ziyalıları  və  ləyaqətli  övladlarının  mindiyi  “Mİ-8” 
vertolyotu Qarabağın Qarakənd səmasında vuruldu, 23 nəfər həlak oldu. O zaman 
mütəxəssislərin  gəldiyi  nəticə:  “onları  bir  vertolyota  yerləşdirərək  məhv  etmək, 
ermənilərin və Kremlin birgə düşünülmüş planları idi”.
34
 
Akademik  Tofiq  İsmayılov,  daxili  işlər  naziri  Məhəmməd  Əsədov, 
respublika  prokuroru  İsmət  Qayıbov,  jurnalist  Osman  Mirzəyev,  dövlət  xadimi 
Vəli Məmmədov, jurnalist Alı Mustafayev kimi insanlarla yanaşı televiziyada adi 
işıqçı işləyən Arif İsmayıl oğlu Hüseynzadə də şəhid oldu. 1918-ci ildə Şamaxının 
pristavı  Vahab  bəy  Rəhimbəy  oğlu  erməni  soyqırımının  qurbanı  oldu.  Düz  73  il 
sonra  isə  onun  qız  nəticəsi  -  Lətifə  xanımın  nəvəsi  Arif  də  eyni  cinayətkarlar 
tərəfindən  qətlə  yetirildi.  Özü  də  21  yaşında.  Vabab  bəyin  taleyi  nəticəyə  qismət 
oldu. 
* * * 
Şamaxını  hər  tərəfdən  mühasirəyə  alan  ermənilərlə  mübarizə  aparan 
könüllülərin  bir  dəstəsinə  də  Şamaxı  qəzasının  rəisi  olmuş  Azad  bəy 
Qocamanbəyov başçılıq edirdi. 
Şamaxıda hadisələrin gərginliyini qəza rəisi Azad bəy çoxdan hiss etmişdi. 
Odur  ki,  öz  yaxın  dostları,  etibar  etdiyi  ziyalılar,  bəylər  və  vəzifə  sahibləri  ilə 
məsləhətləşdi.  Neçə-neçə  qanlı-qadalı  döyüşlərdə  olmuş  polkovnik  Azad  bəy 
gizlicə bir az silah-sursat toplaya bildi. Onları Şamaxıdakı mülkündə deyil, Pirsaat 
çayı  yaxınlığında  olan  mülkündə  yerləşdirdi,  ətrafına  etibarlı  adamlar  topladı. 
Vəzifə  sahibləri:  Vahab  bəy,  Məmmədtağı  Əlizadə,  Şeyx  Hacı  Axund,  Mustafa 
Əfəndi, Hacı Vahab Ələkbərov, Teymur Abutalıbov, Hacı Əli Mustafazadə kübar, 
varlı  və  tacirlərindən  Hacı  Mahal,  Hacı  Soltan  bəy,  Məşədi  Tapdıq,  Kərbəlayi 
Yusif, Tərlan bəy və başqaları ilə məsləhətləşmələr apardı. Onun gizlicə düzəltdiyi 
könüllülər  dəstəsində  əlliyə  yaxın  məsləkdaşı  var  idi.  Oğulluğu  Bəymirzə, 
Məmmədtağı  Hacı  Ağacəfər  oğlu,  Musa  bəy  Hacı  Dadaş  oğlu,  Tərlan  bəy 
Əliyarbəyov, Üşüdü İbad, Həsən bəy Zülfüqarov, Osman Əfəndi, Məmmədsadıq, 
Talışxan  bəy  və  Qardaşxan  bəy  qardaşları,  Tacir  Hacı  Qulam  bəy,  Tacir  Əli 
Abbasqulu  və  başqaları  erməni  daşnakları  ilə  son  gülləsinə  qədər  vuruşmuş,  bir 
çoxu da vətən yolunda şəhid olmuşdur. 
Ermənilər  Mədrəsə  tərəfdən  Şamaxını  top  atəşinə  tutmağa  başlayır.  Top 
atəşləri yağış kimi yağır. Azad bəy könüllülər dəstəsinə “hansı yolla olursa-olsun, 
topçuları susdurmaq lazımdır”, - deyə göstəriş verir. 
Bəxtiyar  Məhəmməd  Tağı  oğlu  İsmayıllının  yazdıqlarından:  “Zoğalavay 
çayı vadisində erməni zabiti Aterbekovun Mədrəsədə təşkil etdiyi çoxsaylı silahlı 
birləşməsi  ilə  türk  zabiti  Osman  Əfəndinin  təşkil  etdiyi  sərrast  güllə  atanlardan 
ibarət  olan  azsaylı  dəstənin  apardığı  uğurlu  əməliyyat  diqqətəlayiqdir.  Osman 
                                                           
34
 20 noyabr vertolyot faciəsi. “İki sahil” qəzeti, 20.IX.2001. 

31 
 
Əfəndinin  dəstəsindən  olan  məşhur  atıcılar  -  Məhəmməd 
Tağı,  Udulu  Üşüdü  İbad,  Məhəmməd  Sadiq,  Qardaşxan  və 
Talışxan  qardaşlarının  sərrast  atəşi  nəticəsində  ermənilər 
böyük  itki  və  tələfat  verib  qaçmağa  məcbur  olmuşdur. 
Səhərisi gün əldə edilən qarşılıqlı razılaşma əsasında hər iki 
tərəf  bayraq  qaldırıb  ölülərini  yığmağa  başlayırlar. 
Müsəlmanlar  içi  xalça  ilə  döşənmiş  arabada  3  meyit 
aparırlar.  Meyitlərdən  ikisi  Talışxan  və  Qardaşxan 
qardaşlarının, üçüncüsü isə onların nökəri 18 yaşlı Xudunun 
idi. Bunu görən Məhəmməd Tağı hönkür-hönkür ağladıqdan sonra silahdaşlarının 
intiqamını  almağa  söz  verərək  onların  ruhuna  and  içmişdi.  Çox  keçmir  ki, 
Məhəmməd Tağı öz  andını  yerinə  yetirərək ermənilərlə  aparılan növbəti döyüşdə 
qəddarlıqla məşhur olan Saday yüzbaşının oğlu başkəsən, həmişə sərxoş, mauzerist 
Sureni və ermənilərin pulemyotçusunu təpəsindən vurmuşdur”.
35
 
Polkovnik Azad bəyin dəstəsi Mədrəsə erməniləri ilə xeyli vuruşmuşdur. Bu 
dəstə  düşmənin  qarşısını  almaqla  əhalinin  şəhərdən  çıxmaları  üçün  xeyli  şərait 
yaratmışdır.  Sonra  Azad  bəy  sağ  qalan  silahdaşları  ilə  şəhəri  tərk  etmişdir. 
Müzəffər  türk  ordusu  qan  qardaşlarına  yardıma  gələndə  Azad  bəy  bir  neçə 
silahdaşı ilə onlara qoşulmuş və yenidən düşmənlə vuruşmuşdur.  
I Haşiyə: Azad bəy Ağasadıq bəy oğlu Qocamanbəyov 1860-cı ildə anadan 
olmuşdur, Atası Şamaxının məşhur mülkədarlarından idi. Onun mal-qarası, qoyun 
sürüləri,  Şamaxıda  mağazaları  və  böyük  imarəti  var  idi.  Pirsaat  çayının  sahilində 
geniş əkin sahələri olmuşdur. Mənbələrdə, xatirələrdə qeyd olunduğu  kimi, o çox 
nadinc bir uşaq imiş. 
Xatirələrdən:  “Azad  uşaqları  incidir,  söyürdü,  döyürdü,  qapı-pəncərələri 
sındırırdı. Uşaqlar hər gün Seyid Əzimə ondan şikayət edirlər. Bir dəfə yenə də bir 
uşaq ağlaya-ağlaya Azadın onun döyməsini Seyid Əzimə xəbər verir. Seyid Əzim 
Azadı lövhəyə çağırıb aşağıdakı şeri yazdırır: 
 
“Dad sənin əlindən, dad, Azad,  
Yaz ki, fəryad əlindən, Azad,  
Stolu, akoşkanı sən sındırdın,  
Ev oldu bərbad əlindən, Azad”. 
 
Şeri uşaqlar da öz dəftərlərinə köçürüb əzbərləyirlər”.
36
 
Azad bəy Şamaxıda 
realnı məktəbi bitirdikdən sonra atası onu Peterburqa oxumağa göndərir. Azad bəy 
orada hərbi məktəbdə oxuyur. O, ərəb, fars, türk və rus dillərini mükəmməl bilirdi. 
                                                           
35
 “Yeni Azərbaycan” qəzeti, 31 mart 2000. 
36
 Ə.Mustafayev. Xatirələrim. Bakı, 1985, s. 46-47. 

32 
 
Hərbi  məktəbi  qurtarandan  sonra  Azad  bəy  Peterburq  və  Moskva 
şəhərlərində qulluq edir. O, 1905-1907-ci illərdə Rus-Yapon müharibəsində iştirak 
etmişdir. Müharibədə göstərdiyi  igidliklərinə  görə bir neçə orden və meddallarla 
təltif  olunmuşdur.  Müharibənin  sonuna  yaxın  sağ  qıçından  yaralanmışdır.  Bir 
müddət  Moskvada  xəstəxanada  müalicə  olunmuşdur.  Sonra  polkovnik  rütbəsində 
Azərbaycana  -  Şamaxıya  qayıdır.  Bir  müddət  burada  əvvəl  məhkəmədə,  sonra 
çinovnik köməkçisi, qarnizon komissarı daha sonra Şamaxı qəza rəisi işləmişdir. 
II  Haşiyə:  Azad  bəy  birinci  dəfə  Ruqiyyə  adlı  bir  qadınla  evlənir.  Onların 
yeganə qızı gənc yaşlarında vəfat edir. Bundan sonra onların 
uşaqları olmur. Ona görə də Azad bəy həmkəndlisi Bəymirzə 
adlı  bir  oğlanı  oğulluğa  götürür.  Bəymirzə  igid,  qoçaq  bir 
şəxs olmuşdur. 1918-ci ildə ermənilərlə vuruşda böyük hünər 
göstərmişdir.  1919-cu  ildə  tərəkəmələrlə  olan  savaşda 
yaralanmış, bir neçə gündən sonra ölmüşdür. 
Azad  bəy  ikinci  dəfə  Məhəmməd  bəyin  qızı  Gülarə 
xanımla ailə qurmuşdur. Həmin qadından Azad bəyin 1912-
ci ildə bir oğlu olmuş və adını Seyfullah qoymuşdur. Qeyrət, 
hünər simvolu olan Azad bəy 1920-ci ilin fevral ayında Şamaxıda vəfat etmişdir. 
Məzarı Laləzar qəbristanlığındadır. 
III Haşiyə: Seyfullah bəy Azad bəy oğlu Şamaxıda orta məktəbi bitirmişdir. 
O,  1930-cu  ildə  Azərbaycan  Neft  və  Kimya  İnstitutunun  memarlıq  fakültəsinə 
daxil olmuşdur. Seyfullah bəy 1941-ci ildə müharibəyə getmişdir. O, 1943-cü ildə 
ağır yaralanıb, Şamaxıya qayıtmışdır. Sonra ailəsi ilə birlikdə Bakıya  köçmüşdür. 
Bakıda  Azərdövlətlayihə  institutunda  memar  işləmişdir.  Müharibədə  başından 
aldığı  ağır  yara  zaman  keçdikcə  ona  rahatlıq  vermir  və  o,  1952-ci  ildə  cavan 
yaşında  dünyasını  dəyişir.  Bakı  şəhərində  dəfn  olunur.  Seyfullah  bəyin  iki  oğlu 
vardır.  Böyük  oğlu-babasının  adını  yaşadan  Azad  inşaatçı,  kiçik  oğlu  Nicat  isə 
rəssamdır. 
*** 
Şamaxı  soyqırımının  şahidi  olan  Ayaz  bəy  Qocamanbəyovla  birlikdə 
könüllülər dəstəsində yağı düşmənə qarşı vuruşub, əhaliyə yardım edənlərdən biri 
də 25 yaşlı Tərlan bəy Abdulla oğlu Əlyarbəyov olmuşdur. 
Haşiyə: Tərlan bəy Əlyarbəyov 1893-cü ildə Şamaxı şəhərində doğulmuş və 
burada təhsilini başa vurandan sonra 3-cü Qafqaz atıcı polkuna könüllü kimi daxil 
olmuşdur.  1911-ci  ildə  isə,  Tiflis  şəhərinə  Mixaylovski  piyada  hərbi  məktəbə 
göndərmişdir.  Məktəbi  1914-cü  ildə  bitirmişdir.  1914-cü  ilin  avqust  ayının  1-də 
205-ci  Şamaxı  piyada  polku  ilə  alman  cəbhəsinə  qarşı  əməliyyatda  iştirak  etmiş, 
müharibədə  4 dəfə  yaralanmışdır. O, döyüşdəki rəşadətinə görə  Georgi ordeninin 
bütün  dərəcələri  ilə  təltif  olunmuşdur.  Aldığı  yara  ağır  olduğundan  Bakıya 
göndərilmişdir.  Burada  hərbi  idarədə  işləmişdir.  O,  1918-ci  ilin  mart  ayında  çar 

33 
 
ordusunun  hərbi  tərxisi  əsasında  işdən  azad  olunmuşdur.  Qarışıqlıqlar  başladığı 
üçün Şamaxıya gəlmiş və burada könüllülər dəstəsinə qoşulmuşdur.  
Erməni-daşnaklarına  qarşı  müqavimət  göstərən  dəstələrin  (milis  dəstəsinə) 
birinə Tərlan bəy başçılıq etmişdi. O, kiçik bir dəstə ilə erməni 
millətpərəstlərinə  xeyli  itki  də  vermişdir.  Düşmən  tərəfi  güclü 
olduğu  üçün  onların  dəstəsi  geri  çəkilmiş  və  Şamaxının  ətraf 
kəndlərində  daldalanmışdır.  Ta  türk  ordusu  köməyə  gələnə 
kimi.  Şamaxı  ermənilərdən  təmizlənənə  kimi  türk  ordusunda 
vuruşmuşdur. 
Məlumdur  ki,  1918-ci  ilin  iyun  ayında  Azərbaycan 
Demokratik Cümhuriyyətinin göstərişi ilə erməni daşnaklarının 
cinayətinin  üstünü  açmaqdan  ötrü  Ələkbər  bəy  Xasməmmədovun  rəhbərliyi  ilə 
Fövqəladə  İstintaq  Komissiyası  yaradılmışdır.  Artıq  bu  zaman  T.Əlyarbəyov 
Müsavat  hökumətində  qulluq  edirdi.  Şamaxı  soyqırımında  təşkilatçı  olan 
S.Lalayevin, eləcə də onun dostları Arşak Gülbəndovun, Mixayil Arzumanov kimi 
yüzlərlə erməni cəlladlarının cinayətkar əməllərinin açılmasında T.Əlyarbəyov da 
yaxından iştirak etmişdir. Fövqəladə İstintaq Komissiyasının protokollarında zabit 
Arşak Gülbəndov, Armeniak Yakoviç Martirosyan və Abram Xaqanov kimi insan 
qatilləri,  neçə-neçə  cinayətlər  törədən  daşnaklar  25  yaşlı  Tərlan  Əlyarbəyovun 
ifadəsi ilə ittiham olunmuşdur.
37
 
Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin