SeyfəDDĠn qəNĠyev


II ġamaxı Qəzasının Cabanı (rus) kəndindən



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix31.01.2017
ölçüsü1,47 Mb.
#7234
1   ...   5   6   7   8   9   10   11   12   13

II ġamaxı Qəzasının Cabanı (rus) kəndindən: 
 
26.
 
Korolyov İvan – Fərzalı Gəray oğlu (1-28); 
27.
 
Stepan Nazariç – Fərzalı Gəray oğlu (1-28). 
III.  –  Göstərilənlərdən  başqa  zərərçəkən  Ağacan  Mehdi  oğlu  (1-16) 
ifadəsində  bildirmişdir  ki,  o,  Cabanılı  (rus)  İqnatın,  Yonanın,  Zaxarın,  Vasilinin, 
Pyotrun və Marevka kəndindən Dmitrinin, Mixailin, Yakovun və Vasilinin də orda 
iştirak etdiyini görmüşdür. 

81 
 
Yuxarıda  göstərilənlərdən  başqa,  Çuxuryurd  kəndində  Əngəxaran  kənd 
sakini  Fərzalı  Gəray  oğluna  dəhşətli  işgəncələr  vermişdir.  Bu  belə  olmuşdur. 
Olmuş  hadisələrdən  bir  ay  sonra  malakanlar  belə  xəbər  yayırlar  ki,  kim 
bolşeviklərə təslim olarsa,  onu bağışlayarlar. Fərzalı Gəray oğlu  o vaxtkı starşina 
Yefim Çerxezovun yanına gəlir ki, mən bolşeviklərin tərəfdarıyam. Çerxezov əmr 
edir ki, onu sarısınlar və zirzəmiyə atsınlar. Vasili Borisoviç Polovinkinin gücü ilə 
əmr icra olunur. Bir azdan onun yanına 5 nəfər malakan da gəlir. Fərzalı onlardan 
“Bədəl”  ləqəbli  Yorini  və  İvan  Yorini  tanıyır.  Onlar  Fərzalını  ağacla  döyürlər, 
sonra  sağ ayağını dəmir dəzgahın arasına  qoyub  sıxırlar.  Diz  qapağını sındırırlar. 
Nəticədə də, o, axsaq qalır. 
Bütün  bunları  nəzərə  alaraq,  törətdikləri  vəhşi  cinayətlərin  nəticəsi  son 
dərəcə ağır və iztirablı olduğundan həmin şəxslərin cinayətə cəlb olunmasını zəruri 
hesab edirik. 
 
Fövqaladə İstintaq Komissiyasının üzvü: A. Novitski
90
 
 
ġAHĠDLĠK PROTOKOLU 
“Biz  imzalarımızla  təsdiq  edirik  ki,  Əngəxaran  kəndi  erməni  və  malakan 
birləşmələri tərəfindən dağıdılmış və adları aşağıda göstərilən kənd sakinləri qətlə 
yetirilmişdir:  1.  Məlikalı  Məlik  oğlu,  22  yaş,  2.  İsmayıl  Məlik  oğlu,  35  yaş,  3. 
Niyaz Eminalı oğlu, 22 yaş, 4. Bilal Molla Ağababa oğlu, 32 yaş, 5. Yunis Molla 
Ağababa oğlu, 24 yaş, 6. Pənah Mustafa oğlu, 60 yaş, 7. Əlyar Pənah oğlu, 28 yaş, 
8. Gülcənnət Həmdulla qızı, 55 yaş, 9. Dövlətbəyim Pənah qızı, 25 yaş, 10. Rübabə 
Əbdülhəmid qızı, 6 yaş, 11. Bəkir Firudin oğlu, 35 yaş, 12. Şakir İrza oğlu, 23 yaş, 
13.  Baxşəli  İrza  oğlu,  25  yaş,  14.  Mirzəli  Əhməd  oğlu,  65  yaş,  15.  Məhəmməd 
Əhməd oğlu, 80 yaş, 16. Əhməd Möhüb oğlu, 22 yaş, 17. Mehdi Ağa oğlu, 5 yaş, 
18.  Gülməmməd  Həsən  oğlu,  60  yaş,  19.  Gülanə  Məhəmməd  qızı,  26  yaş,  20. 
Əmirbala Sirac oğlu, 10 yaş, 21. Ağa Adıgözəl oğlu, 38 yaş, 22. Soltanxanım Ağa 
qızı,  14  yaş,  23.  Əkrəm  Hüseyn  oğlu,  45  yaş,  27.  Qızılgül  Dostumamed  qızı,  35 
yaş, 28. Əliqulu Sarı oğlu, 45 yaş, 29. Əlibala Əliqulu oğlu, 7 yaş, 30. Şahsanəm 
Həsən  qızı, 35  yaş, 31.  Atakişi Əhməd  oğlu, 40  yaş, 32.  Ovçu Məhəmməd  oğlu, 
100 yaş, 33. Bəgdəmir Ovçu oğlu, 45 yaş, 34. Gülmirzə Bəgdəmir oğlu, 12 yaş, 35. 
Qərib  Oruc  oğlu,  32  yaş,  36.  Girdalı  Qərib  oğlu,  8  yaş,  37.  Gülbadam  Şərbətalı 
qızı, 4 yaş, 38. Molla Mirzalı Ağamoğlan oğlu, 70 yaş, 39. Əlibala Mirzalı oğlu, 35 
yaş, 40. Azadxan Əlibala oğlu, 5 yaş, 41. Mövsüm Taha oğlu, 40 yaş, 42. Şirinbala 
Şəfi oğlu, 7 yaş, 43. Sitarə Cəfərqulu qızı, 25 yaş, 44. Sarı Xalıq oğlu, 90 yaş, 45. 
Sadıq Xalıq  oğlu,  12  yaş,  46. Ağa  Xalıq  oğlu, 10  yaş,  47. Qızqayıt Xalıq qızı, 8 
                                                           
90
 ARDA. f. 1061, s. 1. iş. 110, vər. 5-6. 

82 
 
yaş, 48. Şərəfəli Əşrəf oğlu, 38 yaş, 49. Rüxsarə Şərəfli qızı, 32 yaş, 50. Türbətəli 
Əşrəf oğlu, 22 yaş, 51. Əhmədbəkir Əli oğlu, 30 yaş, 52. Soltanməhəmməd Babaş 
oğlu,  28 yaş, 53. Binəbəyim Əlibala qızı, 11 yaş, 34. Zəhra Əhməd qızı, 70 yaş, 
55. Məşədi Ələkbər Gül oğlu, 4 yaş, 56. Xırda Xəndan qızı, 35 yaş, 57. Sona Adil 
qızı,  80  yaş,  58.  Şahbala  Şirməmməd  oğlu,  15  yaş,  59.  Şirbala  Şirməmməd  oğlu, 
11 yaş, 60.  Ağahəsən Qədir  oğlu, 23  yaş, 61.  Sədrəddin Hacı Qəhrəman  oğlu, 35 
yaş, 62. Türfə Mustafa qızı, 6 yaş, 63. Mərcan Səfərəli qızı, 16 yaş, 64. Adil Gül 
oğlu, 45 yaş, 65. Gül Bilal oğlu, 2 yaş, 66. Şirbala 18 yaş, 67. Hacı Əli Adil oğlu, 
16 yaş, 68. Əbdülhəmid Xudaverdi oğlu, 30 yaş, 69. Babaverdi Abdullahəmid oğlu, 
5  yaş,  70.  Heybət  Kərim  oğlu,  7  yaş,  71.  Rəhim  Eyvaz  oğlu,  18  yaş,  72. 
Abdullaxahq İbrahim oğlu, 25 yaş, 73. Cəmilə İbrahim qızı, 17 yaş, 74. Tura Yusif 
qızı,  18  yaş,  75.  Mərdan  Qəni  oğlu,  20  yaş,  76.  Sitarə  İbrahim  qızı,  70  yaş,  77. 
Qarakişi Hacıbaba oğlu, 2 yaş, 78. Suma Qəni qızı, 35 yaş, 79. Nemət Əhməd oğlu, 
35 yaş, 80. Həcər Abdul qızı, 35 yaş, 81. Osman İbrahim oğlu, 80 yaş, 82. Əmrah 
Osman oğlu, 21 yaş, 83. İsmayıl İbrahim oğlu, 19 yaş, 84. Süleyman Novruz oğlu, 
22 yaş, 85. Seyidxanım Tarverdi qızı, 90 yaş, 86. Bibixanım Şirin qızı, 10 yaş, 87. 
Türfə Əhliman qızı, 14 yaş, 88. Babakişi İsmayıl oğlu, 18 yaş, Dürnisə Babaş qızı, 
35 yaş, 90. Şeyda Məhəmməd oğlu, 70 yaş, 91. Elçin Mikayıl oğlu, 85 yaş, 92. Nuri 
Gülməmməd oğlu, 22 yaş, 93. Fərman Mirzəcan oğlu, 11 yaş, 94. Nəbi Nuri oğlu, 
14  yaş,  95.  Ağacan  Nuri  oğlu,  12  yaş,  96.  Ağamurad  Abıs  oğlu,  19  yaş,  97. 
Məmmədağa Murad oğlu, 3 yaş, 98. Ruqiyə Abış qızı, 17 yaş, 99. Əmrulla Teybə 
oğlu, 75 yaş, 100. Səkinə Əlibaba qızı, 18 yaş, 101. Ağahüseyn Cəfərulla oğlu, 20 
yaş,  103.  Məmməd Umudalı  oğlu, 20  yaş,  104.  Paşa  Umudalı  oğlu, 17  yaş,  105. 
Cəlaləddin  Tağı  oğlu,  81  yaş,  106.  Teymur  İbrahim  oğlu,  45  yaş,  107.  İbrahim 
Teymur  oğlu,  20  yaş,  108.  Umudalı  Abdullaqədir  oğlu,  55  yaş,  109.  Baba 
Süleyman oğlu, 20 yaş, 111. Mədətalı Abdulqədir oğlu, 70 yaş, 112. Ağa Məhərrəm 
oğlu,  45  yaş,  113.  Ağakişi  Nəsrulla  oğlu,  21  yaş,  114.  Süleyman  İsrafil  oğlu,  22 
yaş, 116. Baxşəli Yusif oğlu, 70 yaş, 117. Ağəli Şirəli oğlu, 23 yaş, 118. Məmməd 
Umudalı oğlu, 22 yaş, 119. Əlihəsən Umudalı oğlu, 19 yaş, 120. Töhvə Orucalı qızı, 
35 yaş, 121. Həbib Rəhim oğlu, 41 yaş, 122. Balaqardaş Həbib oğlu, 19 yaş, 123. 
Əhmədalı  Ağamoğlan  oğlu,  75  yaş,  124.  Camulla  Rəsul  oğlu,  45  yaş,  125. 
Seydulla İbad oğlu, 22 yaş, 126. Şakir İbad oğlu, 18 yaş, 127. Allahverdi Ocaqqulu 
oğlu, 90 yaş, 128.  Qarakişi Alıverdi oğlu, 24 yaş, 129.  Aslan Qafar oğlu, 35 yaş, 
130.  Zinyət  Alim  qızı,  28  yaş,  131.  Pirməmməd  Əziz  oğlu,  25  yaş,  132.  Orucalı 
Kərim  oğlu, 70 yaş, 133.  Sirac Hacıgəray  oğlu, 60 yaş, 134.  Əlimustafa  Mustafa 
oğlu, 22 yaş, 135. Xankişi Mustafa oğlu, 3 yaş, 136. Mövsüm İsmayıl oğlu, 18 yaş, 
137. Səmərrux Seyid Məhəmməd qızı, 28 yaş, 138. Hacı Polad Hacı  oğlu, 66 yaş, 
139.  Polad  Hacı  oğlu,  20  yaş,  140.  Zeynal  Hacı  oğlu,  60  yaş,  141.  Ziyad  Mirzə 
oğlu,  40  yaş,  142.  Bircə  Bəşir  qızı,  12  yaş,  143.  Ağaşirin  Nəsrulla  oğlu,  20  yaş, 
144. Nəzərəli Səfər oğlu, 40 yaş. 

83 
 
İmzalar: Əngəxaran kənd sakinləri: 1. Ağacan Mehdi oğlu. 2. Fərzalı Gəray 
oğlu.  3.  Babaverdi  Əhməd  oğlu.  4.  Saday  Adıgözəl  oğlu.  5.  Məşhədi  Qədim 
Məşhədi Nadir oğlu. 6. Molla Həmzə Əhməd Əfəndi oğlu
91

 
MƏRZƏNDĠYYƏ SOYQIRIMI 
 
İsrəfilova  Bibigül  Süleyman  qızının  yaddaşından:  Ermənilərin  Şamaxını 
yandırması  xəbərini  eşidən  kimi  camaat  atla,  ulaqla,  piyada  Pirsaat  boyunca 
qaçmağa  başladılar.  Məqsədləri  Kür  üstünə  getmək  imiş.  Sən  demə,  erməni 
caniləri  hər  tərəfdən  kəndlərə  basqın  edirlərmiş.  Kəndimizin  bir  dəstəsi  tez 
uzaqlaşır.  İkinci  dəstəsini  isə  Çaylı  obası  ilə  Quşçu  obası  arasında  saxlayırlar. 
Mirəli Məmmədrza oğlu, Dursun Alı qızı, Gülsüm Sərxan qızı, Ülkər Sərxan qızı, 
Hacı Mürşüd, Yaxşı Hacı Mürşüd qızı, Hacalı Hacı Mürşüd oğlu, Dursun İsmayıl 
qızı,  Eminə  Dursun  qızı,  Gərəgməz  Fətəli  qızını  elə  yoldaca  vəhşicəsinə 
öldürdülər. Sonradan həmin şəhidləri Quşçu qəbiristanlığında dəfn ediblər. Bundan 
əlavə, kəndimizin mollaları - Molla Əmircan və Molla Qəni qardaşlarını ağsaqqal 
kimi  Şamaxıya  -  ermənilərlə  danışığa  dəvət  ediblər  və  ordaca  qətlə  yetiriblər. 
Mərzəndiyə kəndində qalan yaşlıları, xəstələri isə, orada öldürüb, kəndi tamamilə 
yandıraraq,  daş  üstündə  bir  dənə  daş  qoymamışlar.  Türklər  gələndən  çox  sonra 
qaçqın və köçkünlər geri qayıdırlar. Məlum olur ki, bir çox ailələrdən bir nəfər də 
sağ qalmamışdır. Bir sözlə ermənilər bizim kəndə yaman dağ çəkiblər”. 
 
QUġÇU
 
SOYQIRIMI 
 
Ermənilərin  dəhşətli  faciələr  törətdikləri
 
kəndlərdən  biri  də  Quşçu 
olmuşdur. Erməni cəlladları bu qədim kənddə 192 nəfər kişi, 115 nəfər qadın və 25 
nəfər uşaq  qətlə  yetirmişlər. Bu barədə 1919-cu il aprel  ayının 18-də  kənd sakini 
Səbzəli  Paşa  oğlu  Muradov  Fövqəladə  İstintaq  Komissiyasına  belə  bir  məlumat 
vermişdir:  “Mən,  Muradov  Səbzəli  Paşa  oğlu  Şamaxı  uyezdinin  Quşçu  kəndinin 
starşinası, savadlı, 42 yaşım var, müsəlmanam. Bizim Quşçu kəndi Şamaxının 20 
verstliyində  yerləşir.  Ermənilər  bizim  kəndə  2  dəfə  basqın  etmişlər.  Birinci  dəfə 
1918-ci  ilin  mart  ayında  -  dəqiq  yadımdadır,  bizim  kəndə  ermənilər  səhər  tezdən  
soxuldular.  Əvvəlcə  onlar  kəndi  uzaqdan  atəşə  tutdular.  Biz  kənddən  çıxıb 
Abdulyan  qəzasına  tərəf  çıxmalı  olduq.  Yol  boyu  ermənilər  bizim  üzərimizə 
hücum çəkib, qırmağa başladılar. Kəndə soxulan ermənilər ən yaxşı evləri yandırır 
və  bütün  kəndi  qarət  edirdilər.  Heyvan-qaranın  hamısını  aparırdılar.  Əsgərlərin 
hamısı  ermənilərdən  ibarət  idi.  15  gündən  sonra  biz  kəndimizə  qayıtdıq.  Bir  gün 
keçəndən  sonra  bu  dəfə  malakanlar  bizə  hücum  etdilər.  Biz  yenidən  qaçmağa  üz 
                                                           
91
 ARDA. f. 1061, s.l.iş. 100, vər. 117-118. 
 

84 
 
qoyduq. Onlar kəndə girib, onu yenidən dağıtmışlar. Biz kəndə qayıtdıqdan sonra  
Mərəzədən iki malakan gəlib bizə dedi ki, biz bolşeviklərə tabe olmalı və silahları 
onlara  təhvil verməliyik. Yalnız  bundan sonra  sizin rahatlığınız  ola  bilər, dedilər. 
Biz razılaşdıq və təslim olduq. 
Hətta  akt  bağladıq.  Hər  iki  hücum  zamanı  çoxlu  itki  vermişik.  300  nəfər 
adam öldürülmüş, kənd yandırılmışdı”.
92
 
Ermənilərin  kənddə  törətdiyi  faciələr  barədə  ixtiyar  yaşlılar  -  Nəcməddin 
Qüdrət oğlu (1924-2001), Ağacan Ağalar oğlu (1918-1993), Qədir Əhmədağa oğlu 
(1916-1993),  Misir Hacalı oğlu (1923-1994) Saçlı Soltan Mehdi qızı (1920-1998) 
tərəfindən xeyli məlumatlar əldə etmişik. 
Ağacan  Ağalar  oğlunun  yaddaşından:  “Həmin  vaxt  qırğını  öz  gözləri  ilə 
görmüş  atam  rəhmətə  gedənə  qədər  yeri  düşəndə  deyərdi:  “Bala,  ermənidən  bizə 
dost olmaz. Onlar kənd adamlarına qarşı elə işgəncələr vermişlər ki, heç bir yerdə 
görünməmişdir. 
Gözlərinin 
qarşısında 
balası 
öldürülən  ananın  vəziyyətini  bir  anlığa  gözünüzün 
qabağına  gətirin.  Və  yaxud,  oğlu  gözləri  qarşısında 
işgəncə  ilə  öldürülən  qoca  atanı  fikirləşin.  Arxa-
arxaya  bağlanmış,  ər-arvadın  bir  güllə  ilə 
öldürülməsini  təsəvvür  edin.  Heç  bir  məmləkətdə 
belə  qırğın  törədilməyib.  O,  da  yadımdadır  ki, 
ayaqyalın,  başıaçıq  yaşlı  insanlar,  körpə  uşaqlı 
qadınlar qaça bilməyib Əliçapan dağının koğuşlarına 
pənah  aparmışlar.  Boz  ayın  (mart  ayı  -  müəllif) 
soyuğu, sazağına  tab gətirməyən 22 insanın çoxu on 
beş  gün  içində  ölmüş  və  ancaq  8  nəfəri  salamat 
qalmışdır.  Onların  da  hamısı  xəstəliyə  tutulmuşdur. 
Bir neçə gündən sonra onları səkkizi də sətəlcəmdən  vəfat etdi:  Musa Nağı oğlu, 
Güllü  Bayram  qızı  öz  körpəsi  ilə,  Qədir  Mirzəqulu  oğlunun,  Gülqız  Babasəlim 
qızının adı indi yadımdadır. Amma indi o, kafirlərlə bir yerdə yaşayır. Hər şeyi də 
unutdurdular bizə. Amma biz şahidlər heç vaxt o zülmü unuda bilmərik”. 
Nəcməddin  Qüdrət  oğlu  və  Saçlı  Soltanmehdi  qızının  yaddaşından: 
“Ermənilərin  Bəylər  obasının  yanında  atdıqları  güllə  səsindən  kənddə  olan  əhali 
pərən-pərən düşdü. Qəfil hücumdan qorxuya düşən əhali Qararx, Şıxbörkü, Çillik 
istiqamətində  ayağıyalın,  başıaçıq  qaçmağa  başladı.  Amma  xəstə,  qoca,  hamilə 
qadın  və  uşaqlar  kənddən  çox  da  aralana  bilmədilər.  Kafirlər  kimə  çatırdılarsa, 
qılınc ilə qətlə yetirir və ya güllə ilə vururdular. O zaman qaçanlar arasında ancaq 
Əhmədov  Məhəmməd  və  Qəniyev  Hacalıda  tüfəng  var  idi.  Çillik  yolu  ilə 
qaçanların  ardınca  ermənilərin  gəldiyini  görən  Hacalı  və  Məhəmməd  düşməni 
karıxdırmaq üçün hərdən dayanıb düşmən tərəfə  bir neçə  güllə  atırdılar. Kafirlər, 
                                                           
92
 ARDA. f. 1061, s. 1. iş. 85, vər. 19.  

85 
 
istər-istəməz, ləngiyirdilər. Ümumiyyətlə, yağı düşmən kəndimizi viran etdi, mal-
qaranı, taxıllarımızı özü ilə apardı. Üç yüz nəfərdən artıq insanı faciəli şəkildə qətlə 
yetirdi. Kəndə qayıdanda daş-daş üstündə qalmamışdı”.
93
 
Mənbələrdən: “Quşçu” kənd starşinası S.Muradovun tərtib etdiyi aktdan: 
Mən, Quşçu kəndinin starşinası və 600 evdən seçilmiş sakinlər, 1919-cu ilin 
aprelin  9-da  tərtib  edirik,  həmin  aktı,  ondan  ötrü  ki,  erməni  talançılarının  mart-
aprel  ayında  bizim  kənddə  törətdikləri  cinayətlərin  ağır  nəticələri  aşağıdakı  kimi 
olmuşdur: 
 
1.
 
Öldürülənlər 192 kişi, 115 qadın, 25 uşaq. 
2.
 
Yaralananlar yoxdur. 
3.
 
Cəmi ziyan 11475 000 manat (Azərb.SSR MDAİ f. 1061 iş 1 vər 22).
94
 
 
NABUK
 
SOYQIRIMI 
 
Qozlu (Xilmilli) kəndinə daha  yaxın olan Naburda  erməni  və  malakanların 
törətdikləri  vəhşiliklər  barədə  də  müxtəlif  sənədlər,  rəsmi  məlumatlar  vardır.  23 
noyabrda  Nabur  kənd  sakinlərindən  bir  qrupu  Fövqəladə  İstintaq  Komissiyasına 
yazdıqları ərizədə erməni vəhşilərini bu cür göstərmişlər: “Erməni basqınına kimi 
bizim  kənddə  evlərin  sayı  280,  əhalinin  sayı  isə  1486  nəfər  idi.  Ermənilər  kəndə 
basqın  edərkən,  təxminən,  200  evi  yandırmış,  60  nəfər  kənd  sakinini 
öldürmüşdülər”.
95
 
Nabur  kəndində  törədilən  cinayəti  həmin  ilin  13  noyabrında  kənd 
sakinlərinin  bir  qrupunun  dindirmə  protokolunda  daha  aydın  ifadə  olunur.  O, 
zaman  kənd  sakini  Sunalı  Novruz  oğlu  hökumət  nümayəndələrinə  belə  məlumat 
vermişdir:  “Mənim  adım  Sunalı  Novruz  oğludur.  70  yaşım  var.  Müsəlmanam, 
savadsızam.  Ermənilər  bizim  kəndə  axşama  yaxın  hücum  etdilər.  Biz  müdafiə 
olunmaqda  aciz  idik.  Buna  görə  də  dağlar  arasında  yerləşən  “Qarayazı”  adlanan 
yerə tərəf qaçdıq. “Qarayazı” da bir ay qalmalı olduq.  “Türklər gələnə kimi orada 
gözlədik. Ermənilər bizim kənddən 60 nəfər öldürmüş, 200-ə yaxın evi, bütünlüklə 
dağıtmışlar”.
96
 
Yaddaşlardan:  Nabur  kəndinin  20-yə  yaxın  70-80  yaşlı  sakinlərilə 
görüşmüşük.  Onların  bəziləri  10-12  yaşlarında  olarkən  dəhşətləri  gözləri  ilə 
görmüşdülər. Dedikləri kimi, uşaq yaddaşlarına həkk olunmuş o dəhşətlər “indinin 
özündə də yaddaşlardan silinməmişdir”. 
                                                           
93
 Hər iki xatirə şəxsi axrivimizdədir – S.Q. 
94
 ARDA. f. 1061, s. 1. 85, vər. 22. 
95
 ARDA. f. 1061, s. l. iş. 6, vər. 138.  
96
 ARDA. f. 1061, s. l. iş. 6, vər. 137. 
 

86 
 
Məhəmməd  Nuruş  oğlunun  (100  yaş)  dediklərindən:  “Səhv  etmirəmsə, 
1918-ci ilin yazı idi. Xəbər çıxdı ki, ermənilər Şamaxını yandırmış, yüzlərlə əhalini 
qətlə  yetirmişlər.  Artıq  ermənilərin  bir  hissəsi  gəlib  indiki  Xilmilidə  qərar 
tutmuşdur.  Bizim  ərazilərin  yolunu  ermənilərə  lənətə  gəlmiş  “urus”  göstərir. 
Həmin  urusun  birinin  adı  yadımdadır.  Ona  Mirzə  Pevil  (yəqin  ki,  Pavel  -  S.Q.) 
deyirdilər.  Camaat  bilmədi  neyləsin.  Kənd  ağsaqqallarının  məsləhəti  ilə  adamlar 
dağlara çəkilməyə başladılar. Kənddə düşkün qoca və xəstələr qaldı. Gecə qaranlıq 
düşəndə, kənd sakinlərindən bir qrup adam kəndə gəlir, taxıl quyularından buğda 
götürüb dağda qalan əhaliyə  çatdırırdı. Biz də qorğa qovurub birtəhər yaşayırdıq. 
Bizim  kənd  sakinlərindən  bir  qrupunu  ermənilər  ələ  keçirə  bilmişdilər.  Həmin 
adamları Qozlu çayda olan “Nikolay dəyirmanı”na yığmışdılar. Bu zaman səs çıxdı 
ki, türklər gəlirlər. Ermənilər kəndi yandırıb Xilmilliyə çəkildilər. Kəndə qayıtdıq. 
Gördük ki, kənd yanmış, xarabazara çevrilmişdir. Taxıl quyularının arpa-buğdasını 
aparmış, qalanlarını isə yandırmışlar. Kənddə onlarla meyit var idi. Kəndin mollası 
Molla Əhməd qoca və xəstə olduğu üçün dağa gedə bilməmişdi. Onun böyük qızı 
Sitarə  camaatla  dağlara  çəkilmiş,  kiçik  qızı  Fatma  isə,  kənddə  atasının  yanında 
qalmışdı. Onların hər ikisinin yandırılmış meyidini evlərinin yanında tapdıq. Bütün 
qətlə  yetirilənlərin  cəsədləri  yandırılmış  və  ya  qılıncla  doğranmışdı.  Allah-təala 
türklərin  dadına  çatsın,  yoxsa,  əhalinin  hamısı  dağlarda,  dərələrdə  məhv 
olacaqdılar”. 
 
SÜNDÜ SOYQIRIMI 
 
Soyqırıma  məruz  qalan  Şamaxı  kəndlərindən  biri  də  Sündü  olmuşdur. 
Mənbələrdə bu kəndin 250 erməni daşnakları tərəfindən qətlə yetirildiyi göstərilir. 
Amma bu fakt o qədər də dəqiq deyildir. 
Fövqalədə  İstintaq  Komissiyasının  sənədlərində.  Sündü  kəndində  tərtib 
olunmuş  aktda  oxuyuruq:  “Biz  aşağıda  imza  edən  Şamaxı  uyezdinin  Sündü 
kəndinin  sakinləri  1918-ci  il  noyabrın  8-də  keçirilən  iclasda  aşağıdakı  qərara 
gəlmişik: 
1.
 
Ermənilərin  bizim  kəndə  basqınına  qədər  evlərin  sayı  433  və  əhalinin 
sayı 2553 nəfərdən ibarət olmuşdur. 
2.
 
Erməni  basqını  zamanı 
198  ev  yandırılmış  və  295  nəfər 
öldürülmüşdür”.
97
 
Həmin  aktda  öldürülən  kənd  sakinlərinin  adı  və  soyadı  da  göstərilmişdir. 
Amma  bizim  yaşlı  kənd  sakinlərindən  öyrəndiklərimizdən  aydın  olur  ki,  Sündü 
kəndində qətlə yetirilənlərin sayı 350 nəfərdən çox olmuşdur. 
                                                           
97
 ARDA. f. 1061, s.l.iş. 6, vər.48. 
 

87 
 
Hacı  Molla  Səbzalı:  “Ermənilər  bizim  kəndə  yaman  divan  tutublar.  Mən 
onda uşaq olmuşam. Amma yadımda qalanlar və eşitdiklərim çoxdur. Əvvəla, onu 
deyim  ki  ermənilərin  Qozludan  gəldiklərini  eşidən  camaat  kəndi  tərk  edir.  Kəndə 
çatanda  onlar  ilk  əvvəl  yaşlı  kişi  Qocalı  Cəbi  oğlu  və  Töhfə  qarını  saxlayırlar. 
Onları  əzab-əziyyətlə  qətlə  yetirirlər.  Kənddə  əllərinə  keçənləri  bir  yerə  cəm 
edirlər.  Sonra  onları  kəndin  aşağısına  -  Şakirli  bağı  deyilən  yerə  aparıb  orada 
öldürür və cəsədlərini dərəyə töküb üstünü örtürlər. Anam deyirdi ki, Fatma qarını 
kəndin içindəki iydə ağacından asıb diri-diri od vurub yandırmışlar. Bir də deyirdi 
ki, gavurlar, ananın gözləri qarşısında iki uşağını öldürüb, atın ayağı altına atıblar. 
Ana  uşaqlarına  cumanda  güllə  ilə  vurub  öldürürlər.  Kənddə  əllərinə  keçən  mal-
qaranı Qozlu kəndinə aparırlar. 
Yaşım çoxdur. Alman savaşında da olmuşam, ermənilərin dinc əhaliyə qarşı 
törətdikləri  vəhşiliyin  isə  oxşarını  görməmişəm.  Bu  yaşda  da  həmin  hadisələri 
xatırlayanda  tüklərim  biz-biz  olur,  üşənirəm.  Bizi  erməni  bəlasından  türk  ordusu 
xilas  etdi.  Yoxsa,  bu  torpaqda  bir  dənə  də  olsun  azərbaycanlı  qalmayacaqdı!.. 
Sonralar biz uşaqlar xilaskar türk ordusunun adına  yazılmış şer də əzbərləmişdik. 
Bircə parça yadımda qalıb: 
 
Xaçpərəstlər tez Qozluya doldular,  
Xaç çəkdilər, başlarını yoldular,  
Türk ki, gəldi, saman kimi soldular,  
Bir də gördüm, qoşun sanbasan gəlir. 
 
Donuz otarmaq kafirlər peşəsi,  
Nə başladı erməninin vay səsi,  
Türklərin ala gözlü paşası,  
Düzülüb dalbadal, yanbayan gəlir. 
 
Bayazid  Əbilqasım  oğlunun  dediklərindən:  “Atam deyərdi ki, ermənilər 
malakanların kəndimizə  hücum sorağını eşidən kimi, ayağı yol tutan qaçıb başını 
qurtardı.  Kəndə  qalanların  hamısı  qətlə  yetirildi.  Bir  müddət  sonra  geri  qayıtdıq. 
Hamının  taxıl  quyuları  vardı.  Kafirlər  taxılları  götürüb,  quyuları  öldürdükləri 
insanların meyitləri ilə doldurmuşdular. Camaat quyuda olan meyitləri çıxarıb dəfn 
etdilər. O meyit yox idi ki, ermənilər onun bədənində onlarla dəlmə-deşik açmasın, 
gözünü
 
çıxarmasın, qulaqlarını kəsməsin, alnına xaç çəkməsin”.
98
 
AĢıq  Ġsmi  Məmmədnəbi  oğlu.  1860-cı  ildə  Sündü  kəndində  anadan 
olmuşdur.  Gözəl  səsə  və  təbə  malik  olmuşdur.  Gənc  yaşlarından  aşıqlıq  sənətinə 
yiyələnən Aşıq İsmi Şirvan ərazisində məşhur olmuşdur. O, Aşıq Daşdəmir, Aşıq 
Nurəddin,  Aşıq  Bilal,  Aşıq  Şamillə  dost  olmuşdur.  Erməni-malakan  cəlladları 
                                                           
98
 Xatirə şəxsi arximizdədir – S.Q. 

88 
 
Sündü kəndini odlara qalayıb, əhalini kütləvi sürətdə məhv etmişlər. Aşıq İsmi də 
həmin faciənin qurbanlarından olmuşdur. Aşığın beş şerini əldə edə bilmişik. 
 
Hər insandan lələ olmaz, 
Sən Kərəm lələsinə bax. 
Dillə ürək düz olmasa, 
Duy ürəyin səsinə bax. 
*** 
Nadən gəlib keçə başa,  
Bir vicdan ki, dönə daşa,  
Döz belə gərdişə, yaşa,  
Onda işin tərsinə bax. 
*** 
Dost tutanda, yar seçəndə,  
İsmi, gəl yanılma sən də,  
Bir adamla yol gedəndə, 
Kök-soyuna, irsinə bax. 
 
Haşiyə:  Qarabağ  döyüşündə  Sündü  kəndinin  də  say-seçmə  oğulları  şəhid 
olmuşdur. Telman, Cavid, İlyas, Habil və başqaları. 
Azərbaycanın  Milli  Qəhrəmanı  Şikar  Şikarov:  O,  1953-cü  ildə  Bakı 
şəhərində  anadan  olub.  Bakıdakı  46  saylı  orta  məktəbi  bitirib,  Bakı  Ali 
Ümumqoşun  Komandirlər  məktəbinə  daxil  olmuş,  sonra 
Uzaq  Şərqdə  Ussuriysk  şəhərinin  Poqraniçnı  qəsəbəsində 
rota-batalyon  komandiri  işləmişdir.  Frunze  adına  hərbi 
akademiyanı  bitirəndən,  sonra  Ukraynada  qərargah  rəisi 
vəzifəsində 
çalışmışdır. 
Erməni 
faşistlərinin 
fitnəkarlığından  xəbər  tutan  polkovnik  vətənə  qayıdır. 
Azərbaycan  Müdafiə  Nazirliyində  Baş  Qərərgah  rəisinin 
müavini  təyin  olunur.  1992-ci  ildən  cəbhəyə  yollanır,  bir 
çox  döyüş  əməliyyatlarının  hazırlanmasında  iştirak  edir. 
Həmin  ilin  iyun  ayının  13-də  Tərtərdə  gedən  döyüşlərdən 
birində  şəhid  olur.  O,  Bakıda  “Şəhidlər  Xiyabanında”  dəfn  edilir.  Respublika 
Prezidentinin Fərmanı ilə ona Milli Qəhrəman fəxri adı verilmişdir. Hazırda Sündü 
kənd  orta  məktəbi  onun  adını  daşıyır.  Oğlu  Faiq  atasının  yolunu  davam  etdirir  - 
hərbiçidir. 
 
Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin