* * *
“Verin zavallılara”
“Va itəsəmu bi habullahi cəmian valə təfərraqu”.
Şamaxı və Göyçayda ermənilər tərəfindən yakılıb yıkılan xanimanları,
qadın, erkək qurşunla öldürülən, bıçaqlarla kəsilib-doğranan bigünah
millətdaşlarımızı, dün zəngin və dövlətli ikən bu gün viranxanalarda iqamətlə bir
loxma yavan əkməyə möhtac buraxılan zavallı qardaşlarımızı düşünürmüsünüz?
Əgər, düşünmüyorsunuz, iyi biliniz ki, kainatın beş sənədir biri-birini
boğazlayan bu ən mühüm dövrəsində əsəbiyyəm qövliyyəsi əlil və ya nöqsan olan
millətlər üçün həyat bu qədər.
Bu günə qədər olduğundan ziyadə yarın üçün də «Quran» əzim əşşanımızın
bəlada nağıl etdiyim əmr məbiyyəni vəchlə mətn bir surətdə yekdigərinə sarılaraq
siyasi birliklərini təmin etməyən əqvam bəlxassə bundan sonra qətiyyən
yaşamayacaqdır. “Ə1 muminu lil mumuni kəl bunyənil mərsus yəmuddu badəhu
badən”.
Həqiqət siyasiyəsini bin üç yüz sənədir qulaqlarımızda çınlatan islamiyyən,
bir müsəlmanın digər müsəlmana nisbətini, bir binanın yekdigərinə isnad edən
daşlarına bənzəməklə siyasət milliyyəyi pək bəliğ bir surətdə təvir buyurmuşdur.
Bir divarın bir kaç daşını yıxıb çıxarmaqla nasıl ki, divar dağılarsa,
millətimizi təşkil edən cəmiyyətdən bir qisminin fəlakətindən də əqsam sairənin
həqilə mətasir olması qədər təbii heç bir şey yoxdur.
Şamaxı və Göyçayda yıkılan evlər, yandırılan xanimanlarımız, kəsilib
doğranaraq qəfil şəhidiyyə iltihaq edən on minlərlə müsəlmanlar din və millət
qardaşlarımız; dün dövlətli ikən bu gün bir loxma əkmək üçün göz yaşlarıyla
dilənən bədbəxtlərdir, qövmdaşlarımızdı. (Seçimlər bizim - S.Q.).
Allahın inayəti ilə Bakı alındı. Və ən alçaq düşmənlərimiz məqhur və
rəzilanə bir surətdə qaçdı. Millət min üç yüz sənə-eyni məqsəd uğurunda
114
yekidigərini təqibə yerdə yatan şühədamız əzvalımı da şad edər surətdə üst-üstə iki
bayram yandı.
Bu məsrətlər içində ey Bakı və bütün Qafqaz Türkü, ey zəngin
müsəlmanlar! Şamaxı və Göyçay zülmzadə qardaşlarımızın göz yaşlarını təcfifə
könüllərini təmir etməliyiz. Millətimizin bir qismi ağlarkən, əqsam sairəsinin
bilatəsir gülməsi xeyli bir istiqbalə dəlalət edəməz. Bina aliyə, əgər, həyat və
istiqlala talib və müstəhəq isəniz Şamaxı və Göyçay zülmzadələrinə və
Ermənistandan qismən öldürələrək, qismə də fərar surətlə həyatlarını qurtara
bilərək sayən-əxvatınıza iltica edən sair din, millət qardaşlarımıza kisə müavinəti
açınız, onlara lazımı dərəcədə inayələr veriniz, çünki siz onlara versəniz Allah da
sizə verir. İştə, haydı, qardaşlar verin zavallılara Əlmücahid fi səbiillah”.
“Azərbaycan” qəzeti, 1918, №13, təşv. 13
“Şamaxılıların halı”
“Bakı quberniyasında bolşeviklərin Şamaxı uyezdinə vurduqları zərbə
heç bir yerdə verilmədiyi hər kəsə məlumdur. Şamaxı əhalisi əsrlərdən bəri
yaşamaqda olduqları ata-baba yurdlarını buraxıb neçə aylar ərzində çöllərdə,
biyabanlarda aclıqdan, xəstəlikdən məhv və tələf olmuşlardır. Şamaxı şəhəri və
ətraf kəndləri rəhmsiz daşnaksütun və bolşevik dəstələrinin atəşinə düçar
olmuşdur. Hal-hazırda gündəlik ruziyə möhtac qalan Şamaxı əhalisi öz dağılmış və
bərbad yurdlarına qayıdıb əmur xeyriyyə və nəfə vəzarətinin qaçqınlara
yardımedici şöbəsi tərəfindən buraxılan çörək payları ilə gün keçirməkdədirlər.
Hər bir ev əşyasını evində buraxıb qaçmağa məcbur olan Şamaxı əhalisi hal-
hazırda cırıq əlbisədə qalmışlardır. Şamaxının şiddətli soyuqları yaxınlaşdığındar
məzkur qaçqınlara vaxtlı-vaxtında isti paltar ilə müavinəl olunmazsa, biçarə
əhalinin halı xeyli təhlükəli olacağına şübhə yoxdur. Şamaxı qaçqınları şimdilikdə
uçulmuş və dağılmış şikəst evlərdə yaşamaqdadırlar. Əhalinin hər bir şeyə böyük
ehtiyacı vardır. Xülasə, bütün Şamaxı nahiyəsi fəlakət ərəfəsindədir. Şamaxı
qaçqınlarının təmin halı üçün hökumət tərəfindən mümkün qədəri tədbirlər ətxaz
edilib əhvalın yüngülləşməsinə çalışılacaqdır. Hər yerdə hərc-mərclik qurbanları
olan əhaliyə müavinət etmək işini ictimai təşkilatları öz öhdələrinə aldıqları
vəzifəni unutmamalıdır. Azərbaycan hökumətinin ictimai təşkilatlarının müavinət
üçün çalışmaları zamanı çatmışdır. Bütün əhalini Şamaxı qaçqınlarına müavinət
əllərini uzatmağa dəvət edirik və idarəmiz tərəfindən Şamaxı qaçqınlarının nəfinə
ianə dəftərçəsi açılır. Bu barədə camaatımızm hər dəfəki gibi yenə də hümmətli
olacaqları ümid olunur”.
115
“Azərbaycan” qəzeti, 1918, № 24
“Sağalmaz yaralarımız”
“1918-ci il martın 14-də Amirovun komandanlığı altında Şamaxıya bolşevik
əsgərləri göndərildi”.
“Azərbaycan” qəzeti, 1919, 31 mart.
“Şamaxı mahalına dörd min nəfərdən ibarət bir qitə göndərilib əhali təqib
edilir və dörd min əsgərin yüzdən səksəni erməni olur. Bunların cümləsindən Bakı
faciəsi nə məram üzrə oynandığı və bu faciə əsnasında ermənilər nə vəzifəyə
bulunduqları, məncə, aşkar olsa gərəkdir”. “Məhəmməd”.
123
* * *
“Hümmət” qəzeti, 1918, 10 iyun, №
86
“Hümmət” qəzeti “Şamaxı uyezdində” adlı yazını “Znamya trud”
qəzetindən götürüb çap etmişdir: “Şamaxı uyezdindəki şura hökumətinin qoşunları
bircə gün əqdəm İsmayıllı kəndində qaçaq-quldur dəstəsinin olduğu haqqında
məlumat olaraq məzkur İsmayıllı kəndinə yürüş etmişlər. Əksinqilabçıları taparaq
qovmuşdular. Həmin gündən də (Tikiş evi) orada küllü surətdə Türkiyə əsgərləri
libasları və s. çinləri hazırlanmış imiş. Məlum olur ki, “Müsavat” böylə işlərlə
istəyir ki, yalandan öylə göstərsinlər ki, Şura qoşunları ilə müharibə edən dəstənin
arasında Türkiyə qoşunları da var idi”.
Haşiyə: Şübhəsiz ki, bolşeviklərin orqanından olan “Hümmət” qəzeti bu
dövrlərdə həqiqəti ört-basdır etməli idi. Əslində İsmayıllıda Şaumyan ordusuna
(“Şura” ordusu deyildi) qarşı vuruşam “qaçaq quldur” deyil, Müsavat ordusu və ya
könüllülər idi. “Dörd min əsgərin yüzdən səksəni erməni” olan ordunun törətdiyi
faciəli ancaq belə yalanlarla ört-basdır edilə bilərdi.
O dövrün bolşevik əqidəli qəzetlərində gedən məqalə, məlumatlar təsdiq
edir ki, S.Şaumyanın törətdiyi faciə Moskva tərəfindən açıqca dəstəklənir.
“Hümmət” 1918, 8 iyul, № 105.
Teleqraf xəbərləri Hacıqabuldan
“Bakıda Şuraya - Şaumyana, Şebeldayevə, Hərbi İnqilab Komitəsinə,
bolşevik kommunistlər firqəsinə, «İzvestiə və Bakinskiy raboçiy» qəzetinə:
123
Şamaxı soyqırımı ilə bağlı “Azərbaycan” qəzetində (eləcə də “Азербайджан” da) əllidən artıq
məlumat və məqalə vardır. Biz onlara ancaq bir qismini kitaba daxil edirik.
116
Zəhmət çəkib, arxada olan bütün xainlərə, qorxaqlara, küçələrdə durub,
ingilis cəlladlarının gəlməsi üçün şura hökumətinin səs verməsini gözləyənlərə və
öz ayaqlarını qırmızı ordu və fəhlələrin boyunlarına qoymaq istəyənlərə bizim
nifrətimizi yetiriniz! Biz böylə bir xainanə fikrin ziddinə olaraq, Rusiya şura
hökumətinə bütün qövmümüzlə imperialistlər və onların dəstpərvərdələri
müqabilində mübarizə edəcəyik.
Bütün kəndliləri, matrosları, qırmızı ordu əsgərlərini dəvət ediriz ki,
burjuylara tabe olmasınlar”.
Culfadan, Andranikə
“Sizin 574 nömrəli teleqramınızı aldım. Eynilə haman teleqram Moskvaya -
mərkəzi hökumətə xəbər verdi”.
Öz tərəfimdən sizin qəhrəmanlığınızı təbrik edirəm. Əgər, cənab Qağaznoti
və başqaları sizin kibi olsaydılar, erməni kəndlilərinin başlarına indi yeni fəlakətlər
gəlməzdi. Türk və millətçilər süngüsü müqabilində mübarizə edən bütün
qəhrəmanları təbrik ediniz! Hər bir zəhməti qəbul etməklə bərabər hüriyyət
bayrağını yıxmamağa sizi dəvət edirəm. Baku füqerayi kasıbanəsi Rusiya
hökumətinin köməyi ilə Kürdəmir və Ağsu cəbhəsində türk və bəglər dəstəsinə
mərdanə müharibə etməkdədirlər.
Vəqtilə biz türk, bəg, gürcü knyazları və erməni millətçilərini məğlub etdik,
o vaxt bütün Qafqaz kəndli və fəhlələri ümumi “hınqaqda” Şura Hökuməti təsis
edib böyük Rusiya ilə əlaqəyə girmişirlər.
Biz sizə kömək edə bilsəydik, çox şad olardıq. Ola bilər ki, siz bizimlə
əlaqəyə birləşdirmək üçün bir tədbir arayasınız.
Qafqazın Fövqalədə Komissarı və Baku Şura hökumətinin sədri:
S.Şaumyan.
Mərəzədən Bakuyyə
“Voronsovkaya yetişəndən sonra, bizləri əksinqilabçı müsəlmanların üç
günlük hücumları nəhayət buldu. Voronsovka kəndinin əhalisi - kişiləri və
həmçinin arvadları çox qoçaqlıqla mübarizə edirdilər. Arvadlar iki sıra səngər
bağlamışdılar. Düşmənin qüvvəsi üç min beş yüzə qədər olaraq üç türk zabiti
onlara komanda ediyordu”.
124
Mənbələrdən:
Fövqaladə İstintaq Komissiyası faciənin səbəbini
araşdırarkən 1918-ci il noyabr ayının 9-10-da Şamaxı şəhər sakini Əfəndiyev
Siracəddin adlı bir zərərçəkəndən də izahat alınmışdı. İzahatda faciə törədənlər
124
Bu məzmunlu teleqramlar bolşevik əqidəli qəzetlərdə çoxdur.
117
haqqında da dəqiq məlumat verilir: “Mən Şamaxı sakiniyəm. İyirmi ildir ki, Bakı
şəhərində yaşayır və orada ticarətlə məşğul oluram. Ermənilərin həm birinci, həm
də ikinci hücumları zamanı Şamaxıda olmuşam. Mən bu basqınların ilkin
səbəblərini yaxşı bilirəm.
Hamıya aydındır ki, 1905-1906-cı illərdə ermənilərlə müsəlmanların ilk
ədavətləri baş vermiş və bundan sonra ermənilər müsəlmanlara qarşı kin
bəsləmişlər. Ermənilər yeni toqquşma üçün bir bəhanə axtarırdılar. Bunun üçün
isə, Rusiyada baş verən bolşevik inqilabi dövründən yaxşı məqam ola bilməzdi. Bu
fürsətdən məharətlə istifadə edən erməni “Daşnaksütyun” partiyası bolşevikləri
inandırdılar ki, Bakıda, ümumiyyətlə, Zaqafqaziyada yaşayan müsəlmanlar
bolşevik ideyalarına qarşı çıxırlar və köhnə quruluşdan çıxmaq istəmirlər. Bu
bəhanə ilə ermənilər müsəlmanlar yaşayan ərazilərə girir və oranı dağıdır, adamları
isə, müxləlif əzablarla məhv edirdilər.
Bu tədbirin başında isə, Tiflisdə planı baş tutmayan Şaumyan dururdu.
S.Şaumyana bu işdə əlaltıları və köməkçiləri, əsasən, Şamaxıda aptek müdiri
Mikail Arzumanov, Şamaxı poçt-teleqraf kontorunun rəisi Gülbəndov və dəllək
Ovanesov kömək etmişdir. Şamaxının Atabəyov uyezdində Serebryakov və
Gülbəndovun vasitəsi ilə qısa vaxt ərzində, bütün erməni kəndlərini
silahlandırdılar”.
125
1918-ci il noyabr ayının 11-12-də FİK-da zərərçəkmiş Şamaxı pristavı, 42
yaşlı, savadlı Cəbrayılbəy Cəbrayılbəyovun dindirilmə
PROTOKOLU
1918-ci ilin mart ayında şəhər başçısı Teymur bəy Xudaverdiyev və
Müsəlman Milli Komitəsi tərəfindən məlumat alınmışdır ki, Bakıdan Kürdəmir
istiqamətində 400 nəfər - erməni ordudan tərxis olunub gəlir. Bakı müsəlman
komitəsi xahiş edib ki, onları qara fikirlərdən çəkindirsinlər. Müsəlman Komitəsi
Ağsu şəhərinə nümayəndələr göndərdi. Lakin səhərisi gün Şamaxıda eşitdik ki,
həmin dəstələr, bölünüb ayrı-ayrı kəndlərə hücum ediblər. Bicov və Ləngəbiz
kəndlərini tamamilə yandırıblar. Bunu eşidən, yaxın kəndlərdən müsəlmanlar
zərərçəkənlərə köməyə gəliblər. Ermənilərlə atışma Bico dağlarında başlanıb.
Ermənilər və müsəlmanlar tərəfindən adam öldürülüb. Hirslənmiş ermənilər bu
halda Bakı Erməni Komitəsinə məlumat çatdırıblar. Qısa müddətdən sonra 3 minə
qədər silahlı erməni gətirilib. Bundan xəbər tutan yerli Müsəlman İcraiyyə
Komitəsi, Şamaxı uyezdinin rəisi Hacımanbəyovu və uyezd qazisi Abdulxaliq
Əfəndi Əfəndiyevi erməni yepiskopunun yanına göndərib ki, yaraqlılıları geri
125
ARDA. f. 1061, iş. 106, vər. 72-76.
118
qaytarsın. Lakin yepiskopun cavabı qəti olub. Biz gəlmişik ki, bütün müsəlmanları
qılıncdan keçirək”.
Lakin o biri gün erməni yepiskopu Müsəlman İcraiyyə Komitəsinə gəlib
dedi ki, dəstə ilə danışıb, heç bir müsəlmana zərər dəyməyəcək. Bunu deyib
yepiskop Mədrəsə kəndinə getdi. Səhəri gün, yəni, martın 18-də saat 6
00
-da
Şamaxı şəhərini mühasirəyə alıb, atəşə başladılar. Ermənilərə malakanlar da
kömək edirdilər. Günortaya yaxın şəhərin ən yaxşı məhəllərini yandırıb külə
döndərdilər. Həmin axşam müsəlmanlar təslim oldular. Bundan sonra
müsəlmanlar tərkisilah edildilər. Şəhərdə qarət və talan başlandı. Zorakılıq və
vəhşiliklər, şamaxılıları qaçmağa məcbur etdi. Mən də qaçdım. Bütün əmlakın və
evim Şamaxıda qaldı. Başqa əlavəm yoxdur. 1918-ci il, 15 noyabr”.
Şamaxı şəhərinin pristavı (imzası)
126
Ġttifaq hərbçilərinin BaĢ komandanı Əlahəzrət Tomson cənablarına
Bakı şəhərində yaşayan şamaxılılar adından: Hacı Soltan Zamanov, Hacı
Mir İsmayıl, Mir Həşimov və Məşədi Əbdülhüseyn Nadirov tərəfindən
Müraciət (ərizə)
Əlimizdə olan dəqiq məlumata əsasən, bilirik ki, axtarış polisi tərəfindən
həbs edilmiş Stepan Lalayev hal-hazırda sizin sərəncamınızdadır. Zati-aliləri, Allah
eşqinə, ədalət naminə, acizanə xahişlə sizə müraciət edirik. Stepan Lalayev kimi
cəlladı, vicdanını itirmiş canını - minlərlə insanı qanına qəltan etmiş bir qulduru,
hərbi məhkəmənin mühakiməsinə verəsiniz. Mart ayında o, öz bandası ilə
Şamaxıya gələrkən, yol boyu bütün yaşayış məntəqələrini, kəndləri yerlə-yeksan
etmiş, şəhərin isə bütün müsəlman kişilərini doğramış, qız və gəlinləri, ərləri və
atalarının gözləri qabağında zorlamışlar. Hətta belə Qocalara və uşaqlara, rəhm
eşitməmişlər. Şamaxı talan edilmiş, sonra isə yandırılmışdır. 5 min ev və bütün
məscidlər kül olana kimi yandırılmışdır. Yalnız bir bina - Realnı məktəbin binası
salamat qalmışdır. Şamaxı bu hadisədən sonra əsl qəbristanlığı xatırladır. Bütün bu
fəlakəti törədən S.Lalayev və onun şaykaları olmuşdur. Belə cani mühakimədən
qurtula bilməz. Bizim sizə ərz etdiyimizi təsdiq etmək üçün, xahiş edirik ki, öz
tabeçiliyinizdən bir nəfəri Şamaxıya göndərəsiniz”.
126
ARDA. f. 1061, s. 1, iş. 150, vər. 102-103.
119
29 noyabr 1918-ci il Bakı (İmzalar)
127
1918-ci il 24 sentyabrında Kürdəmir kəndində FİK-nın, zərərçəkən Şamaxı
şəhər sakini Mövsümbəy Sadıqbəyovun dindirilmə
PROTOKOLU
Mən Şamaxı şəhərində doğulmuşam. Axırıncı bir neçə ildir ki, Kürdəmirdə
yaşayıram. Şamaxı hadisələrindən üç həftə əvvəl mən Şamaxıya köçdüm. Mən hələ
Kürdəmirdə eşitmişdim ki, ermənilər Mədrəsə kəndinə çoxlu sayda silah gətirirlər.
Təxminən, yanvarın əvvəllərində on altı furqon silah gətirilmişlər. Müsəlmanların
təkidinə ermənilər cavab verirdilər ki, biz silahları müdafiə məqsədi ilə gətiririk
Müsəlmanlar isə, onlara inandırdılar. Ona görə, inanırdılar ki, müsəlmanlar
ermənilərə düşmən gözü ilə baxmırdılar.
1918-ci ilin mart ayının ortalarında Şamaxıda məlumat yayıldı ki, 2 minə
qədər erməni yaraqlısı şəhərə tərəf gəlir və özləri ilə 60 furqon silah gətirirlər.
Müsəlmanlar ermənilərdən tələb etdilər ki, silahları Mədrəsəyə aparmasınlar. Lakin
ermənilər buna mənfi cavab verdilər. Meysəri kəndi yaxınlığında atışma başlandı.
Elə bu vaxt Mədrəsədən, toplardan Şamaxı istiqamətinə atəş başladı. Müsəlmanlar
sayca az olduğundan, Şamaxıya qayıldılar. Burada da Şamaxı erməniləri ilə atışma
baş verdi. Lakin tezliklə ermənilər ilə sülh bağlandı və müsəlmanlar inandılar ki,
daha təhlükə sovuşdu. Lakin 18 martda səhər-səhər alatoranda Mədrəsə kəndindən
ermənilər Şamaxıya top atəşi açmağa başladılar. Tezliklə malakanlar da ermənilərə
qoşuldular. Ermənilər şəhərin aşağı hissəsini tutdular və varlı kvartal sayılan
“Pranşirvan” məhəlləsini tutdular. Amansız cəlladlar uşağa, qocaya rəhm etmədən,
şəhər müsəlmanlannı öldürür və evləri qarət edirdilər. Mən Şamaxıdan çıxıb
Göylər kəndinə gəldim. Yalnız “xan dəstəsi” Şamaxıya gəldikdən sonra - 28 mart
1918-ci ildə mən Şamaxıya qayıtdım. Ermənilər Qozluçay kəndinə yığılmışdılar.
İsmayıl xan malakanlara müraciət etdi ki, ya erməniləri ona versinlər ya da
kənddən çıxarsınlar. Malakanlar 2 gün möhlət istədilər. İki gündən sonra
malakanlar xəbər göndərdilər ki, erməniləri verməyəcəyik. İsmayıl xan Qozluçaya
yaxınlaşdı və atəş başladı. Malakanlarla ermənilərin birləşməsini və onların sayca
çox olmasını görən İsmayıl xan axşam Şamaxıya qayıtdı və səhəri gün şəhəri tərk
etdi. Müsəlman dəstəsinin getməsindən 3 saat sonra mən də Şamaxını tərk etdim.
Sonrakı hadisələrdən xəbərim yoxdur. Ermənilərin müsəlmanlara qarşı etdikləri
hərəkətlər, mənim fikrimcə, milli xarakter daşıyırdı, Onlar, guya, bolşeviklərə
qarşı çıxan müsəlmanlara qarşı mübarizə aparırdılar. Əslində isə, bu şüar altında,
minlərlə müsəlman - uşaq, qadın, qoca və daha kimlər qılıncdan keçirildilər.
Xalqın dediyinə görə, bu amansız soyqırımının başında Stepan Lalayev durub.
127
ARDA. f. 1061, s. 1. iş. 105, vər. 72.
120
Təşkilat işlərinə isə, Mixail Arzumanov, uyezdin rəisinin keçmiş köməkçisi
Qaraoğlanov, poçt-teleqraf kontorunun rəisi Gülbəndov və familiyalarını
bilmədiyim qeyri ermənilər başçılıq ediblər. Birinci basqın zamanı mənə ziyan
dəyməmişdir. Lakin ermənilərin ikinci basqını zamanı 400 min manat məbləğində
mənə ziyan dəymişdir. Başqa əlavəm yoxdur”.
Komissiya sədri (imzası) Komissiya üzvü (imzası)
24 sentyabr, st. Kürdəmir.
128
“Hümmət” qəzeti, 1918-ci il 20 iyun
“Kürdəmirdən iki gün şiddətli müharibədən sonra ayın 29-da Göyçay
yolunda düşmən Ağsu tərəfə geri çəkilməyə məcbur etmişdir”.
II
“Göyçay tərəfdə ayın 27-dən başlanan müharibə ayın 30-da qurtarmışdır.
Bizim dəstəmiz Göyçayı bombardman etmişdir. Qoşunlarımız düşmənin olduğu
yerlərə soxulmuşdur. Bizim qoşunlarımız Qaraməryəmə çəkildilər. Düşmən
mühasirə halından qurtararaq, bizi mühasirə etmək halına gətirdilər. İş çox müşkül
olduğundan qoşunlarımızı gələcək müharibəyə saxlamaq üçün sağ cinahımız geri
çəkildi. Müharibə ən şiddətli müharibə idi. Havanın istiliyi və suyun yoxluğu
soldatları çox pis hala salmışdır. Bununla bərabər, mərdanə surətdə səngərlərdən
çıxaraq hücuma keçdilər. Ancaq sağ cinah dəstələrindən birisi düşmənlərin külli
surətdə süvarilərinə rast gələrək geri çəkilmişdir. Hər iki tərəfdən tələfat çoxdur.
Broniviklər cəbhənin axırına kimi getdilər. Onlardan bəzisi düşmən səddini
yarmağa müvəffəq olaraq onları atəşə basmışlar. Həmən broniviklər öz vəzifələrini
gözəl bir surətdə icra edib piyadaların işini yüngülləşdirdilər”.
Teleqram
Korqanov: “Axşam dəxi böylə bir teleqram gəldi: Cəbhədə yalnız bizim
halımız yaxşıdır. Xəbər alınmışdır ki, Əmirovun dəstəsi Göyçayı işğal etmişdir”.
***
Şamaxı qırğını mənbələrdə: “Erməni cinayətkarları Şamaxının varlılar
yaşayan məhəllələri birdən-birə yandırmırdılar. Onlar yaxşı bilirdilər ki, hamı kimi
varlılar da ancaq ailəsini götürüb qaçmağı düşünmüşlər. Evlərində olan var-dövlətə
heç məhəl də qoymamışlar. Odur ki, erməni cəlladlar ilk əvvəl mülkü qarət etmiş,
sonra isə, evi başdan-başa yandırmışlar. Muzeyləri xatırladan tacir, bəy, mülkədar
malikanələrindən əsər-əlamət qalmamışdır. Fövqaladə İstintaq Komissiyasına
verilmiş bir çox ərizələrdə talanlar barədə də istənilən qədər faktlar vardır. Bu
128
ARDA. f. 1061, s. 1, iş. 105, vər. 17-20.
121
baxımdan Moskva Ali Texnologiya Məktəbinin tələbəsi Sultanmurad Əliyev
tərəfindən verilmiş ərizə maraqlıdır: “1918-ci il mart ayında Şamaxıda ermənilər
tərəfindən törədilmiş vəhşiliklər nəticəsində mənə və qardaşım Əlisultan Əliyeva
məxsus olan, İmamlı məhəlləsində yerləşən evimiz tamamilə yandırılmış, bütün
mülk və əşyalarımız qarət olunmuşdur. Bir xalça alveri ilə məşğul olduğumuzdan,
1000 ədəd xalçamızı aparmışlar. Mən Bakıya gələndə eşitdim ki, bolşevik hərbi
müstəntiqləri tərəfindən ermənilərin oğurladıqları şeylərin bəzi hissələrini Yuxarı
Təzəpir küçəsindəki 17 №-li evin sakini Əşrəf Əhmədovun evində qoruyub
saxlayırlar. Mən bununla əlaqədar Bakı Polisliyinə ərizə ilə müraciət etdim və 3
№-pristavının köməyi ilə tanınma protokolu tərtib edildi və mənim aşağıda qeyd
olunan mallarımı mənə qaytardılar: 55 xalça, 1 palaz, 2 ədyal, 1 yastıq”.
Haşiyə: 1918-ci il hadisələri ilə bağlı “Hümmət” qəzetində N.Nərimanovun
məqalə və məktubları dərc olunmuşdur. Həmin yazılardan bəlli olur ki, Şaumyan
və onun tərəfdarlarının fırıldağı N.Nərimanova bəlli imiş. O yaxşı dərk edirdi ki,
ermənilər “siyasi müharibəni milli müharibəyə” çevirməyə çalışırlar. Odur ki,
N.Nərimanov millətçi Şaumyanla bu barədə hətta öz evində də danışıqlar
aparmışdır. Bu barədə “Hümmət” qəzetinin 1918-ci il 1 aprel sayında dərc
olunmuş “Qanlı faciədən dörd saat qabaq” adlı məqalədən aydın olur ki, faciədən
3-4 saat qabaq öz evində Şaumyanla görüşən N.Nərimanov ona deyir: “Siz də mən
də müsəlmanların halın bilirik. Əgər bir ixtişaş başlansa, ayaq altda qalan fəqir-
füqəra olacaqdır. Hamam fəqir-füqəra ki, siz də mən də onun yolunda işləyirik.
Ona binaən mən sizdən təfəqqə edirəm, sizə yalvarıram bu işi sülh ilə qurtarınız”.
Müsəlmanlara qarşı xüsusi terror planı hazırlayan Şaumyan Nərimanovu aldadaraq
onu arxayınlaşdırır.
Fəlakət baş verəndən sonra N.Nərimanova hər şey tam aydın olur. Əllərində
olan silahlı qüvvələrdən öz mədsədləri üçün istifadə edildiyini görən N.Nərimanov
belə bir məktubla Şaumyan və P.Çaparidzeyə müraciət edir: “Şəhərdə qalan
müsəlmanlar öz səhvlərini başa düşüb ürəkdən şura hökümətini qəbul edirlər.
Fəqət bunları çaşdıran budur ki, siyasi müharibə axırda milli müharibə yolu
olubdur. Bu əhvalat Şura hökümətinə ləkə salıb, onu qara örtüklə bürüyür. Hərgah,
siz bu yavuq vaxtda bu qara örtüyü cırıb, bu qara ləkəni təmizləməsəniz, bolşevik
fikiri və şura höküməti burada davam edə bilməyəcəkdir”.
129
Mənbələrdən: “iyirmi yeddi kəndin vəziyyətinin tədqiqatı göstərir ki, ancaq
bir kənd - Əngəxaran kimi dəhşətli talana məruz qalmamışdır. Başqaları – Sündü,
Çarhan, Təklə, Cabanı və s. kimi kəndlər beləcə talan edilmişdir. Keçdiməz, Bico
və Qəşənd kəndlərində əhalinin çoxu əsir götürülmüş, qadınları əsirlikdə ermənilər
zorlamışlar. Bu qadınların çoxu işgəncələrə və mənəvi əzablara dözməyərək
ölmüşdür. Qəzanın bütün müsəlman əhalisi müflisləşmiş, dilənçi kökünə
düşmüşdür. Hamısı xəstədir, hər gün böyük kəndlərdə 10-15 nəfər, kiçik kəndlərdə
129
“Hümmət” qəzeti, 1918, 3 aprel.
122
4-6 nəfər ölür. Bu müsəlman kəndlərinin talan edilməsinin və əmlakının
oğurlanmasının, habelə bir neçə ay ərzində dağlarda sərgərdan gəzməklərinin
nəticəsidir”.
***
Dostları ilə paylaş: |