BAĞIRLI SOYQIRIMI
Bağırlı kəndində ermənilər tərəfindən daha çox
insan qətlə yetirilmişdir.
Vaxtilə Fövqəladə İstintaq Komissiyasını tərtib etdiyi protokolda Bağırlıda 80
nəfər kişi, 150 nəfər qadın və 140 nəfər uşağın qətlə yetirildiyi göstərilmişdir.
Faciənin dəhşəti göz qabağındadır. Belə ki, erməni daşnak cəlladları kənddə 150
nəfər qadını müxtəlif işgəncə və təhqirlərlə öldürdüyü kimi, heç bir günahı
olmayan, uşağa, körpəyə əzab-əziyyət vermiş, süngüyə keçirmiş, hətta, analarının
gözü qarşısında başlarını kəsmişlər.
Vaxtilə, Bağırlı haqqında kitab
110
yazanda kəndin sakinlərindən - Həsən
Baxış oğlu, Dadaş Baba oğlu. Məryəm Ağa qızı, Səməd Azayev, Mürsəl Namət
oğlu, Badam Qara qızı və başqalarından erməni qırğını barədə xeyli məlumatlar
əldə etdik. Xatirə söyləyənlər erməni quldurlarının xalqa qarşı tətbiq etdikləri baş
kəsmək, qol kəsmək, qadınlar təhqir etmək, qocalara müxtəlif cür əzab verib
güllələmək kimi, işgəncələrdən danışanda ağlayırdılar. “Kənd sakinlərinin bir
qismi ermənilərin sorağını eşidib dağlara çəkilmişdi. Kənddə qalanlar isə daha çox
109
ARDA. f. 1061. s. 1. iş. 6, vər. 75-77.
110
S.Qəniyev. S.Ağayev “Mən bu elin oğluyam”. Bakı, 1996.
98
idi. Elə ona görədir ki, kəndimizin üç yüz nəfərdən artıq dinc sakini vəhşicəsinə
öldürülmüşdür”.
Muradxan Alxan oğlunun (78 yaşlı) dediklərindən “Həmin hadisənin şahidi
olan əmim Lələş Murad oğlu (1898 1992) o, illərin faciəsindən yana-yana
danışardı. Həmin vaxt əmim 18-19 yaşında olub. O deyirdi ki, erməni qatilləri
kəndə girəndə mən qoyun nobatında idim. Sürü kənddən çox aralıda dağın
sinəsində otlayırdı. Böyük bir atlı dəstəsinin kəndə daxil olduğunu gördüm. Elə
həmin anda kənddə güllə səsi eşidildi, çığırtı-bağırtı dağın başına qədər gəlib
çatırdı. Bir az keçmiş, kənd tüstüyə büründü. Adamların dağa, Küdru düzünə
səpələndiyini gördüm. Bilmədim nə edim. Güllə səsi isə kəsilmirdi. Sürünü dərəyə
endirdim. Özüm də bir kolun dibində oturub ağlamağa başladım. Kənd od-alov
içində idi. Az keçmiş qonşu kəndlər. Bico, Qəşəd tərəfdən də tüstü qalxmağa
başladı. Sürü otlaya-otlaya kəndə tərəf yol almışdı. Yerimdən tərpənmədim. Bir
müddət sonra atamın o biri dərədən məni səslədiyini eşitdim. Tez ona tərəf qaçdım.
Atam da ağlayırdı. Məni qucaqladı. Boğula-boğula “hamımızı qırdılar”, - deyə
bildi. Sürü qaldı. Atamla dağın lap zirvəsinə çıxdıq. Gördüm ki, burada çökəkdə
ailəmiz, qohum-əqraba toplaşıb, çoxusu ayağıyalın, başıaçıq. Məlum oldu ki,
mənim əmim də ilk şəhidlərdən olub. Ermənilər kəndi tərk edəndən sonra kəndə
qayıtdıq. Kənddə daş-daş üstə qalmamışdı. Kənd arasında qalmış meyidlərin
çoxusu cəlladlar tərəfindən eybəcər hala salınmış, tanınmaz olmuşdu. Bir çox
şəhidləri elə kəndin yanında dəfn etdilər. El-oba bütün il boyu matəm içində
yaşadı”.
Səməd Azayevin dediklərindən: “Türk-İslam Ordusu köməyə gələndə,
Şamaxının başqa kəndlərində olduğu kimi Bağırlıda da cavanlar düşməni məhv
etməkdən ötrü könüllü olaraq Müsavat və ya Türk-İslam Ordusuna daxil olurdular.
Könüllülərin sayı 30 nəfər olmuşdur. Əfsus ki, onların hamısının adı yadımda
deyil. Adı-soyadı yadımda qalanlar bunlardır: Kərimov Mülkalı Əsəd oğlu,
Kərimov Qasım Nəsir oğlu, Novruzalı Beydulla oğlu, Abbas İsmayıl oğlu,
Ələkbərov Məmmədağa, Xancan Qara oğlu, Lələş Murad oğlu, Hüseyn Ağamirzə
oğlu, Bəxtiyar Ağamirzə oğlu, Fərman Azay oğlu, Kamal Teymur oğlu. Bu
insanlar erməni millətçilərinə qarşı mərdliklə vuruşmuşlar”.
GÖYLƏR SOYQIRIMI
Erməni terrorçuları Göylər kəndində də vəhşiliklər törətmiş, kəndi
yandırmış, viranə qoymuş və camaatın var-dövlətini talamışlar. Mənbələrdə kəndin
120 nəfərə yaxın əhalisinin qətlə yetirildiyi qeyd olunur. Vaxtilə “Dağdan ağır elim
var”
111
kitabı üçün material toplayanda (1985-1990), kəndin 70-90 yaşlı
111
S. Qəniyev. M.Mikayılov. “Dağdan ağır elim var”. Bakı, 1996.
99
sakinlərinin yaddaşından, folklor nümunələri ilə yanaşı, kollektivləşmə, kolxoz
yaranması, 1937-ci il faciəsi və erməni qırğını ilə bağlı çoxlu faktlar aşkar etdik.
112
Yaddaşlardan: “Erməni vəhşilərinin kəndə tərəf gəlişini eşidən camaat Çöl-
Göylərə tərəf qaçmağa başladı. Atam mal-qaramızı tezdən aparmışdı. Anam xəstə
idi. O, gedə bilmirdi. Odur ki, kəndin ortasında olan Pir-Mərdəkan qəbristanlığına
pənah apardıq. Qəbristanda olan uçuq karvansaranın içində gizləndik. İki gün
qaldıq. Ermənilər qəbristanlığa girmədilər. Onlar kəndi yandırıb, taladılar (Sehrab
Alış oğlu - 86 yaş).
Qardaşxan Uhud oğlunun dediklərindən (1908-1999). “Camaatın çoxu lap
ertədən kəndin Küdriyə baxan hissəsində Dibəyliyə yığışmışdı. İngilis silahı ilə
silahlanmış ermənilər Çarhandan Qaçanoya tərəf yol alanda kənddə qalan adamlar
da yenidən qaçmağa başlayırlar. Qaça bilməyən yaşlı qadın və kişilər, xəstələr
kəndin müxtəlif yerlərində gizlənirlər. Belələrindən biri də Eminə Şirali qızı oldu.
O, məscidin minbələrinə çıxıb gizlənir. Ermənilər məscidin içini ələk-vələk edir və
sonra od vururlar. Məscid alışır, amma qadın bir təhər minarədən düşür və qaçıb
başqa yerdə gizlənir. İki gün içində erməni, yaraqlılarının kənddə törətdiyi qırğın
və faciənin gözi ilə görənlər danışanda nitqləri tutulurdu. Göz yaşları rəvan olurdu.
Kəsilən başlar, qollar, qulaqlar, çıxarılan gözlər, nizəyə taxılan uşaqlar onların
yaddaşında əbədi həkk olunmuşdur. Bu qırğında kənddə ona görə az adam
öldürülmüşdür ki, camaat bu vaxt hələ dağa çıxmamışdı. Əhalinin yarıdan çoxu
qışlaqda yaşayırdı. Yoxsa bu böyük eldə daha çox qırğın olardı”.
Bilal Nuriyevin yaddaşından (1892-1895): “Dibəyliyə tərəf baş alan kənd
əhalisinin çoxusunun əsasən də, qadın-uşaqların, qorxusundan ürəyinin
düşüncəyini hiss edən Qafur Süleyman oğlu bu vəziyyəti qeyrətinə sığışdırmayır.
Atının başını geri çəkir. Yerə düşüb beşatlanı ilə kəndə sarı güllə yığdırmağa
başlayır. Ermənilər beşatlanın səsindən təşvişə düşürlər. Elə yəqin edirlər ki,
müsəlmanlara haradansa kömək gəlib. Odur ki, cəlladlar daha camaatın ardınca
getmirlər”.
“Atamın xalası Nurşərəf arvad əri ilə kənddən uzaqlaşa bilmirlər. Odur ki,
şirəlikdə gizlənirlər. Ermənilər onları görürlər. Gizləndikləri yerdən çıxarıb,
onlardan qızıl tələb edirlər. Ər-arvad and-aman edirlər. İşi belə görən ermənilər
onların hər ikisinin başını kəsirlər”.
Mənbələrdə Göylər kəndində qətlə yetirilənlərin sayının 90 nəfər olduğunu
göstərirlər. Erməni qırğınını öz gözləri ilə görən və şahidlərin dediklərindən aydın
olur ki, kənddə qətlə yetirilənlərin sayı 120-150 nəfər olmuşdur. Həmin şəhidlərin
bir qisminin adını da dəqiqləşdirə bilmişik: Ağacan Səfi oğlu, Alıcan Səfi oğlu,
Allahverdi Səfər oğlu, Anaxanım Əhməd qızı, Badam Bəşir qızı, Babalı
Hacıməmməd oğlu, Bəyalı Ağa oğlu, Babaxan Sayad oğlu, Eyvaz Mürşüd oğlu,
112
Toplanılan faktlar arxivimizdədir - S.Q.
100
Eldar Hüseyn oğlu, Ədil Bayram oğlu, Əhməd Məhəmməd oğlu, Əhmədalı Qasım
oğlu, Əlmustafa Məhəmməd oğlu, Əmir Əhməd oğlu, Zərnişan Məhəmməd qızı,
Sürcə Alı qızı, Musa Soltan oğlu, Yemən Söhbət qızı, Gülsüm İsmayıl qızı,
Məhəmməd Əhməd oğlu, Məmmədalı Bəşir oğlu, Minə Murad qızı, Mılxısa Nadir
qızı, Meyrənisə Cəbrayıl qızı, Meyxanım Hüseyn qızı, Murad Aydın oğlu, Nadir
Dünyamalı oğlu, Nəsir Dadaş oğlu, Nigar İsgəndər qızı, Nənəxanım Mikayıl qızı,
Sayad Cəbrayıl qızı, Sarya Hüseyn qızı, Urfulla Heybət oğlu, Ağamoğlan
Ağakərim oğlu, Fərzalı Səlim oğlu, Həmid Şaban oğlu, Qasım İsmayıl oğlu,
Hüseyn Adgözəl oğlu, Həlimə Məhərrəm qızı, Şahsuvar Şikar oğlu.
CABANI SOYQIRIMI
Cabanı kəndində törədilən qırğın barədə Eyvaz Barat oğlu (1908-1996),
Misir Ələkbər oğlu (1909), Zərifə Mürsəliyeva (1900-1992), Şahpələng Vəliyev
və başqalarından müəyyən məlumatlar öyrəndik. Bu insanlar 80-90 yaşlarında
olmalarına baxmayaraq, kövrələ-kövrələ çözələdilər yaddaşlarını.
Misir Ələkbəroğlu: “1918-ci ilin əvvəlləri idi. Kəndimizə xəbər yayıldı ki,
ruslar və ermənilər Qızmeydanda toplaşıblar. Məqsədləri müsəlmanları qırmaqdır.
Atam yüzbaşı idi. Odur ki, hər gecə qohum-qonşular bizə yığılardılar. Bu
məsələnin doğru olub-olmadığını yəqin etməyə çalışırdılar. Atamın həm şəhərdə,
həm də qonşu kəndlərdə dostları çox idi. Ən nəhayət, atam dəqiqləşdirdi ki, “bu
kafirlər” nəsə, qan salmaq istəyirlər. şamaxıdakı vəzifəlilərin çoxu da rus və
ermənilərin əlindədir. Bir gün axşam atam kənd camaatına gizli xəbər verdi ki,
yaxın vaxtlarda Xilmilli və Qızmeydanda olan “kafirlər” müsəlman kəndlərinə
hücum edəcəklər. odfur ki, yubanmadan kənddən çıxmaq lazımdır. Səhəri günü biz
yaxın qohumlarımızla heyvan-qaramazı da götürüb Şamaxıya gəldik. Özümüz
şəhərdə yerləşdik. Heyvan-qaranı şəhərin kənarındakı “Qəriblər” qəbristanlığının
yanında saxladıq ki, iki gün sonra xəbər çıxdı ki, ermənilər Kürdəmici kəndini
yandırıblar. Çarəsiz qalıb yola düzəldik. Çarhan, Nüydi kəndlərindən keçib, Küdlü
düzünə çatdıq. Yolda aclıq və soyuqdan xeyli adam öldü. Bir çoxları xəstəliyə
tutuldu. Oradan Göyçaya getməyi qət etdik. Orada Bağır və Şəjər kəndləri arasında
bizim kəndin qışlağı var idi. Odur ki, orada mənzil saldıq (indi də həmin ərazi
“Cabanı yeri” adlanır). Bu zaman ermənilərin böyük bir qoşun dəstəsi Törə dağının
arxasında hücuma hazır vəziyyətdə daynmışdı. Bir neçə gün Türk qoşunlarının
gəlmə xəbəri çıxdı. Doğrudan da, heç iki gün keçməmişdir ki, türklər gəlib
çıxdılar. Törə dağı yaxınlığında böyük savaş oldu. Ermənilər türklərin qarşısında
tab gətirə bilmədilər. qırılanlar qırıldı, qalanları çəkilməyə başladılasr.
Mırtıda yenidən savaş oldu. Ermənilər türklərin qarşısını ala bilmədilər.
müzəffər türk ordusu şamaxılıların köməyinə can atırdılar. Türklər Şamaxını azad
edəndən sonra kəndə qayıtdıq. Kənd tamamilə məhv edilmişdir”.
101
QARAVƏLLĠ SOYQIRIMI
Şamaxı ərazisində ermənilərlə qonşu olan kəndlərdən biri də Qaravəllidir.
Erməni daşnakları qonşu olmalarına baxmayaraq, bu kənddə daha dəhşətli
vəhşiliklər törətmişlər. 1919-cu ilin aprel ayın 9-da Xasay Salman oğlunun tərtib
etdiyi aktdan bəlli olur ki, erməni cəlladları bu kəndi yandırmaqla yanaşı 120 nəfər
insanı qətlə yetirmişlər. Faciənin bənzərsizliyi ondadır ki, düşmən bu kənddə ən
çox uşaq və qadınları öldürmüşdür. X.Salman oğlunun imzası ilə təsdiq edilmiş
həmin aktda oxuyuruq: “Mən, Qaravəlli kəndinin starşinası və 66 evdən seçilmiş
hörmətli sakinləri 1919-cu ilin aprel ayının 9-da tərtib edirik həmin aktı ondan ötrü
ki, 1918-ci ildə ermənilərin bizim kəndə zorla girməsi ilə əlaqədar aşağıda
göstərilən qədər ziyan dəymişdir:
1.
Öldürülmüşdür: 40 kişi, 50 qadın, 40 uşaq
2.
Yaralananlar yoxdur.
3.
Cəmi ziyan - 6060 000 manat dəyərində
113
.
Balaxan Şahbazovun dediklərindən (80 yaş): Atamla anam həmin ilin
faciələrini gözləri ilə görmüşlər. Dediklərinə görə, ermənilərin qırğın törədəcəkləri
şayəsi kəndə çoxdan yayılmışdır. Kənd əhalisinin çoxu Mədrəsə, Kərkənc
erməniləri ilə tanış idilər. Odur ki, həmin adamlar dəfələrlə erməni kəndlərinə
gedib, həmişə də eyni sözü eşidiblər: “Biz neçə ilin qonşusuyuq. Siz qorxmayın.
Bizdən sizə zaval olmaz”. Sadəlövh kənd əhalisinin çoxu onların sözünə inanır,
kəndi vaxtında tərk etmirlər. Bunun nəticəsidir ki, kəndimizdə 50 nəfər qadın, 40
nəfər körpə uşaq müxtəlif işgəncələrlə qətlə yetirilmişdir. Belə ki, erməni
daşnakları körpəsini ananın gözü qarşısında öldürür və yaxud qadına ilk əvvəl
müxtəlif işgəncələr verir, sonra onu güllələyirdilər. Belə bir hadisə uzun illər kənd
sakinlərinin yadından çıxmamışdır. Ermənilər ananı evdə öldürmüş, evə od
vurmuş, iki yaşlı körpə evdə qalmışdır. İş elə gətirir ki, evin bir hissəsi salamat
qalır. Bir nəfər gecə gizlincə kəndə qayıdır ki, ərzaqdan-zaddan aparsın, həmin
evin yanından keçəndə uşaq səsi eşidir. O, içəri girir. Görür ki, bir uşaq ölmüş
anasının yanında hıçqırır. O, elə bilir ki, ana yaralıdır. Amma məlum olur ki, ana
ölüb”. (Balaxan Şabaz oğlu).
113
ARDA. f. 1061, s. l. iş. 85, vər. 56.
102
QALEYBUĞURT SOYQIRIMI
Azərbaycan Respublikası hökumətinə, Şamaxı uyezdinin Qale-buğurt
(Qaleybuğurd) kəndinin sakinləri adından Məmmədzər Qəhrəman oğlu, Mustafa
və Əbdüləli (Əbdüləzimin oğlanları) tərəfindən
ƏRĠZƏ
1918-ci ilin 25 aprelinə kimi biz Nuzkeş adlanan yerdə yaşayırdıq. 16 ev
idik. Özümüz də firavan yaşayırdıq, Şamaxı hadisələrindən bir neçə gün sonra
Steopan Lalayevin başçılığı ilə həmin yerə 100 əsgərdən ibarət bir dəstə adam
gəldi. Onlarla birlikdə Çuxuryurd sakinləri Boris Avanes oğlu, Palanq və Semyon
Qara İvan oğlu, Polovonxin və Yakov İvanoviç, Semyon Popov, Matvey Qaraev və
Ovopoxinin oğlu da bizim yaşadığımız yerə gəldilərş. Stepan Lalayev bizə elan
etdi ki, bundan sonra bizim çarımız odur və bizim bütün mülkümüz onun olmalıdır.
Əmr verdi ki, bütünmollalar və mülkədarlar yığılsın. Bizim hamımızı isə
Çuxuryurd kəndinə göndərdi. Amma meşəni keçərkən əmr verdi ki, bizi
güllələsinlər. Onlar bizə atəş açmağa başladılar. Bizlərdən dörd nəfərimiz
qaçmaqla, başımızı qurtara bildik. Qarət olunmuş heyvan-qaramızı və mülkümüzü
ermənilər apardılar.
Yuxarıdakıları – faktları göstərməklə Azərbaycan hökumətindən xahiş
edirik ki, tələf olanların ailələrinə və yetim qalmış uşaqlarına himayədarlıq və
köməklik göstərilsin. Müdafiəsiz və günahsız adamların ölümünə biz heyfsilənirik.
Bütün ümidlərimiz 1919-cu ilin yaz və yay fəsillərinədir.
Savadsızların əvəzinə imza etdi: Molla Əli İbrahim oğlu
114
QONAQKƏND SOYQIRIMI
Erməni millətçilərinin bu kənddə törətdiyi faciə haqqında kənd mollası
Məşədi Tapdıq Səməd oğlu və başqaları belə məlumat verirlər ki, kənddə
öldürülənlər 25 kişi, 6 qadın və 4 uşaq olmuşdur. Yaralananlar 2 nəfər kişi imiş.
Kəndə dəyən ziyan 8300 000 manat olmuşdur.
115
Kənd sakini, el sənətkarı Qələmşah Gülverdi oğlunun yaddaşından: “Əmim
həmin hadisələrin şahidi olmuşdur. Deyərdi ki, biz malakanların sözünə
inanmasaydıq, kənddən heç bir nəfər də ölməz, qətlə yetirilməzdi, hamımız qaçıb
qurtula bilərdik. Cabanı malakanları bizim kənd yüzbaşısını çağırıb bildirib ki, siz
qorxmayın. Qoymarıq ki, sizə toxunsunlar. Ermənilər bizim sözümüzdən
çıxmazlar. Kənddən bir çox ailə ilə biz gecə ikən çıxdıq. Səhəri gün ermənilər
114
ARDA. f. 1061, s. 1. iş. 85, vər. 65.
115
ARDA. f. 1061, s. 1. iş. 85, vər. 75.
103
kəndə daxil oldular. Özü də Cabanı malakanları ilə. Əllərinə keçəni - 30-a yaxın
insanı qətlə yetirib, evləri talan etmiş, sonra yandırmışlar”.
QALADƏRƏSĠ SOYQIRIMI
Əli bəy İsrəfil oğlunun xatirələrindən: “Ermənilər gəlib Çuxuryurdda
məskunlaşmış, tam silahlanmışdır. Bizim kəndlərə hücum etməyə hazırlaşırdılar.
Yollar qar-palçıq olduğu üçün kəndə gələ bilmirdilər. Odur ki, biz də ayağa
qalxdıq. Lahıclı Ağakişi yüzbaşının Dədəgünəş, Ülgüc, Qaladərəsindən topladığı
dəstə ermənilər ilə xeyli vuruşdular. Düşmənlər Çuxuryurddan olan, hamımızın
tanıdığı Petro adlı bir nəfəri bizim yanımıza göndərdilər. Petro mənə yaxınlaşıb
dedi:
- Əli bəy, ağ bayraq qaldırıb təslim olsanız, sizə dəyməyəcəklər. Ağakişi
yüzbaşı onu öldürmək istədikdə, mən qoymadım. Tez evdən bir qırmızı parçanı
götürüb tut ağacına bağladım. Petroya dedim ki, erməni kafirlərə bildir ki, biz bu
qırmızı bayrağın altında son nəfəsimizə qədər vuruşacağıq. Petro geri qayıtdı. Bir
azdan uzaqdan iki düşmən təpənin üstünə çıxdı ki, qırmızı bayrağa baxsın. Türk
beşaçılanının tətiyini çəkməklə birini cəhənnəmə vasil etdim. Bu an ikinci yağı da
Ağakişi yüzbaşının gülləsinə tuş gəldi. Döyüş başladı. Biz itki vermədən meşəyə
çəkildik. Nuru Paşanın əsgərləri gələnə kimi davam gətirdik. Nuru Paşa öz igidləri
ilə 2 gün bizim kənddə qaldı. On nəfərimiz onun dəstəsinə qoşulduq. Türk qoşunu
ilə Cəngiyə kimi getdik. Nuru Paşa mənə bir türk beşaçılanı bağışladı. Həmin silahı
1937-ci ildə meşədə basdırmışdım. 53-cü ildən – Stalinin ölümündən sonra gedib
həmin yeri qazdım. Yadigar silah tamam çürümüşdü”.
ƏRƏBġAHVERDĠ SOYQIRIMI
Erməni daşnaklarının soyqırımı törətdiyi, viranə qoyduğu kəndlərdən biri də
Ərəbşahverdidir. Vaxtilə Fövqaladə İstintaq Komissiyası 1918-ci il noyabr ayını
13-də Ərəbşahverdi kəndində olmuş və kənd sakini Mirzəli Mədət oğlundan qırğın
barədə izahat almışdır.
“Mən Ərəbşahverdi kəndinin sakini Mirzəli Mədət oğlu, müsəlman, 45
yaşlı, savadsız verirəm həmin ifadəni ona görə ki, erməni yaraqlıları bizim kəndə
basqın edərkən mən qışlaqda olmuşam. Əlbəttə, bunu eşidəndə biz kəndə gedə
bilməzdim. Ona görə də dağlarda gizlənməyə məcbur olduq (Şıxzərli ətrafında).
Türklər gələnə kimi biz mağaralarda qaldıq. Biz kəndə qayıtdıqdan gördüm ki,
kəndimizin çox hissəsi dağıdılmış və yandırılmışdır. Miqdarın mən deyə bilmərəm,
amma kənd sakinlərinin bir hissəsi ermənilər tərəfindən öldürülmüşdür”.
116
116
ARDA. f. 1061, s. 1. iş. 6, vər. 148-149.
104
Bundan əlavə, arxivdə kənd sakinlərinin 1918-ci il 13 noyabr verdikləri
izahatda onlara dəyən ümumi ziyanın qədəri də göstərilmişdir:
“1. Ərəbşahverdi kəndində 206 ev və 1350 sakin olmuşdur.
2. Erməni zorakılığı zamanı 112 ev yandırılmış və 22 nəfər
öldürülmüşdür”.
117
Xatirələrdən: “biz tərəkəmə camaatı olmuşuq. Odur ki, payız aylarında mal-
qarası olan insanların əksəriyyəti köçdü – külfəti qışlağa yığışırdıq. Qırğın zamanı
kədimizdə çox evlər yandırılsa da, ölüm nisbətən az lmuşdur. Çünki mart-aprel
ayında camaat Qobustanda yerləçşən qışlaqlarda olmuşlar. Bu xəbər qışlaq
əhalisinə çatdırılsa da, heç kəs qorxusundan kəndə getmədi. Əksinə, kənddə
ermənilərdən yaxasını qurtara bilənlər, qışlağa gəlmişdilər. xəbəri eşidən kimi
ailəmizi aparıb dağlarda yerləşdirdik. Biz kişilər isə, qışlağa qayıtdıq. Səhər mal-
qaramızı da götürüb qışlağı tərk etdik”.
Bəli, terrorçu “Daşnaqsütyun” partiyası tərəfdarlarının Şamaxıda törətdiyi
faciənin bəlkə də heç bir ölkədə, bəlkədə, anoloqu olmamışdır. Bu isə partiyanın
məram və məqsədindən irəli gəlir və hələ də davam edir.
Vaxtilə, 1918-ci il soyqırımının təşkilatçılarından biri olmuş A.Əmiryan
1917-ci il dekabrın 6(19)-da “Cinayətkar siyasət” adıl məqaləsin yazırdı:
“Daşnaqsütyun” nə deməkdir? Bu ifrat erməni millətçilərinin partiyasıdır. Bu
partiya öz 25 ili ərzində sosializmə qarşı, inqilabi ideyaların xalq ketlələri
içərisində yayılmasına qarşı mübarizə aparmışdır, bu partiya bütün qonşu xalqlara
qarşı təcavüzkar, həyasız siyasət yeritmişdir”.
118
Haşiyə: Aylar, illər dolandı, dünya çalxalandı – SSRİ adlanan nəhəng dövlət
dağıldı, parçalandı. Başqa xalqlar kimi Azərbaycan da müstəqillik əldə etdi.
Tariximiz, soy kökümüz yenidən araşdırılmağa başladı. Eləcə də xalqımızın
həyatında ən ağır müsibət olmuş 1918-ci il faciəsi. Faciəni törətmişerməni
terrorçuları yenidən adbaad dəqiqləşdirildi və arxiv sənədləri ilə bir daha
təsdiqləndi.
Xalqımızın başına gətirilmiş soyqırımı möhtərəm prezidentimiz Heydər
Əliyev cənablarının vermiş olduğu fərmanlarla dünya ictimaiyyətinə çatıdırıldı.
Prezidentin fərmanından sonra həmin tarix – 31 Mart soyqırımı günü kimi hər il
qeyd olunurdu. Bu fərmandan sonra 1918-ci il şəhidlərinin adı, xatirəsi
respublikamızın hər bir bölgəsində əbədiləşdirilməyə başlamışdır. Eləcə də
Şamaxıda...
117
ARDA. f. 1061, s. 1. iş. 6, vər. 159.
118
1918-1920-ci illərdə Azərbaycanlıların soyqırımı (sənədlər və materiallar), (tərtib edəni və çap.
Hazır. V.Şirinoğlu), Bakı , 2001, səh. 9-10.
105
V FƏSĠL
1918-CĠ ĠL ġAMAXI SOYQIRIMI SƏNƏDLƏRĠN,
MƏTBUATIN, ġAHĠDLƏRĠN VƏ XATĠRƏLƏRĠN DĠLĠ ĠLƏ
Bütövlükdə Azərbaycanda törədilən erməni-daşnaq faciəsini öyrənmək
üçün Fövqaladə İstintaq Komissiyasının sənədləri ilə yanaşı, 1918-1920-ci illərdə
çap olunmuş qəzet və jurnallarda bir çox dəyərli materiallar vardır. Bu baxımdan
“Azərbaycan”, “Açıq söz”, «Азербайджан», “Həyat”, “İstiqlal”, “Bəsirət”, «Наш
годос», «Бакинский рабочии» və s. qəzetlərdə 1918-ci il soyqırımına aid müxtəlif
səpkili xeyli materiallar verilmişdir. Şamaxı soyqırımının bəzi məqamları həmin
qəzetlərdə ətraflı işıqlandırılmışdır.
Dostları ilə paylaş: |