SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə11/13
tarix31.01.2017
ölçüsü1,47 Mb.
#7234
1   ...   5   6   7   8   9   10   11   12   13

DĠNDĠRĠLMƏ PROTOKOLU 
 
1918-ci  il  7  oktyabr  Şamaxı  şəhəri  Məmmədov 
Kərbalayi Yusif, 60 yaşlı, müsəlman, savadlı. “Mən Şamaxı 
şəhər sakiniyəm. Müsəlman İcraiyyə Komitəsinin üzvüyəm, 
Şamaxı  və  Şamaxı  qəzasında  yaşayan  ermənilərlərlə 
Şamaxıda  törətdikləri  fitnəkarlığa  qədər  davam  etmişdi. 
Şamaxıda  və  Şamaxı  qəzasında  baş  vermiş  hadisələr 
haqqında aşağıdakıları deyə bilmərəm: 1918-ci ildə Şamaxı 
şəhərinə  çoxsaylı  erməni  silahlı  dəstələri  toplaşmağa 
başladı.  Onlar  furqonlarla  çoxlu  silah,  top-tüfəng 
gətirirdilər.  Əsasən,  bu  silahlar  Müsüslü  istiqamətindən  gətirilirdi.  Bizə  belə  bir 
məlumat  gəldi  ki,  silahlanmış  dəstələrin  böyük  bir  qrupu  Mədrəsədə  toplaşıbdır. 
Oradan  da  bir  qrupu  Qozluçaya  gedibdir.  Müsəlman  nümayəndələrimizdən  bir 
neçəsi  Qozluçaya  gedib,  ermənilərdən  silahları  nə  üçün  gətirdiklərini  soruşanda 
onlar: “Bizdən qorxmayın, sizə bizdən ziyan dəyməz”, deyiblər. Lakin bir neçə gün 
sonra  Mədrəsə  və  Qozluçay  istiqamətindən  Şamaxıya  güclü  atəş  başladı.  Lakin 
gedənləri  erməni  cəlladları  yerindəcə  güllələdilər.  Heç  bir  danışığa  getməyən 
erməni  və  malakan  birləşmiş  dəstələri  Şamaxını  bombardıman  edir,  ən  yaxşı 
məhəllələri  yandırır  və  talan  edirdilər.  Körpə  uşaqları,  qocaları,  qadınları 
amansızcasına  öldürürdülər.  Qaçmaq  imkanı  tapmış  şamaxılılar,  yalnız  türklər 
gələndən  sonra  şəhərə  qayıtdılar.  Şəhər  tamamilə  yandırılmışdı.  Mənim  şəxsən 
daşınan və daşınmaz əmlakımdan – üç evim, qızıllarım, bütün xalçalarım, digər ev 
əşyalarım  ümumilikdə  bir  milyon  manat  təşkil  edən  mallarım  yandırılmış  və  ya 
talan edilmişdir. Ambarımda 100 tonlarla olan taxıllarımı, üç ədəd su dəyirmanını, 
1000 baş mal-qaramı, 30 atımı, 24 baş öküzlü, 4 furqonumu, taxılkənimi (kotan), 
çoxlu  sayda  silahlarımı  ermənilər  talan  etmişlər.  Ümumilikdə  bunların  miqdarı  2 
milyon  manatı  keçmişdir.  Sonralar  mənə  məlum  oldu  ki,  mənim  əmlakımı 

106 
 
ermənilər  Kələxana  kəndinə  daşıyıb  aparmışlar.  Eşitdiyimə  görə,  bütün  bu 
hadisələrin  həyata  keçirilməsinə  Stepan  Lalayev  kimi  cəllad  bilavasitə  rəhbərlik 
edirmiş”.
119
 
İmza: Kərbalayi Yusif məmmədov. 
 
DĠNDĠRĠLMƏ PROTOKOLU 
 
1918-ci  il,  6  oktyabr,  Şamaxı  şəhəri,  Hacı  Həmidpaşa  bəy  Şeyx 
Eyyubbəyov, 58 yaşlı, Şamaxı qəzasının Acıdərə kənd sakini. 
“Mən  Şamaxı  şəhərinin  bir  neçə  verstliyində  yerləşən  “Acı  dərə”  adlanan 
kənddə  yaşayıram.  Bizim  evimiz  müsəlmanların  müqəddəs  yeri  olmuşdur. 
Həmçinin, mən müsəlmanlar arasında hörmət-izzət sahibiyəm. Bir nəfər də olsun, 
müsəlman mənim sözümdən çıxmaz.  
Ermənilərin  müsəlmanlara  qarşı  düşmənçilik  ədavəti  başlayanda,  mən 
ermənilərin  dini  rəhbərlərinə  xəbər  göndərdim  ki,  əminlik  yaratsınlar.  Dəfələrlə 
xəbər  göndərməyimə  baxmayaraq,  heç  bir  nəticə  hasil  olmadı.  Belə  bir  ədavət 
1905-ci  ildə  də  olmuşdu.  Biz,  şamaxılı  ermənilərinin  silahlandığını  eşitmişdik, 
lakin  o  qədər  də  inanmırdıq  ki,  ermənilər  bizə  qarşı  silah  işlətsinlər.  Bütün  bu 
işlərə,  qış  boyunca  rəhbərlik  edən  Stepan  Lalayev  olub.  Bir  dəfə  məni,  müftini, 
erməni yepiskopu Baqratı və bir neçə müsəlmanı danışığa dəvət etdilər. Danışıqda 
ermənilər  bizi  arxayın  etdilər  ki,  bizdən  sizə  heç  vaxt  ziyan  gəlməz.  Biz  dostuq. 
Biz də onlara inandıq.  
Lakin,  biz  açıq-aydın  görürdük  ki,  furqonlarla  Şamaxıya  silah  daşınır.  Bir 
vaxt  eşitdik  ki,  Sündi  kəndi  ətrafında  minlərlə  malakan  dəstə  halında  toplaşıb, 
Şamaxı istiqamətində gəlir. Bu ərəfədə ermənilərlə müsəlmanların toqquşması baş 
verdi.  Mən Şamaxıya gəlmək istədikdə, eşitdim  ki, şəhər dörd tərəfdən erməni və 
malakanları tərəfindən mühasirəyə alınıb.  
Toplardan-tüfənglərdən  tamamilə  yandırmış,  əhalisini  isə  güllədən 
keçirmişlər.  Çarhan  kəndini  də  həmin  kökə  salmışlar.  Şamaxı  qəzasının,  demək 
olar ki, bütün kəndlərini, o cümlədən, bizim kəndi də - “Acı dərəni” də talan etmiş 
və yandırmışlar. Bütün anbarlarımızı dağıtmış, ev əşyalarımızı, qızıllarımızı, hətta 
belə  qab-qacağımızı  da  yığıb  aparmışdılar.  Hər  birimizə  dəyən  ziyan  on  min 
manatlarla  hyesablanır. Şamaxıda  mənə  məxsus olan iki evimi də  yandırmışdılar. 
Ümumilikdə mənə dəymiş ziyan 300 min manat təşkil edirdi. Bütün bunları erməni 
və malakan silahlı dəstələri törətmişlər”.
120
 
 
 
 
                                                           
119
 ARDA. f. 1061, s. 1. iş. 105, vər. 83-85.  
120
 ARDA. f. 1061, s. 1. iş. 105, vər. 77-78. 

107 
 
DĠNDĠRĠLMƏ PROTOKOLU 
 
1918-ci  il  6  oktyabr,  Şamaxı  şəhəri,  Levan  Georgiyeviç  Volnadze,  65  yaş 
gürcü.  
“Bizim nəsil, 1821-ci ildən, dövlət məmuru kimi, Şamaxı şəhərində yaşayır. 
Dövlət  əmlakı  və  Torpaq  Naziliyi  üzrə  bu  şəhərdə  nümayəndəyəm.  Şamaxı 
hadisələri  haqqında  aşağıdakıları  deyə  bilərəm.  Mənim  yaşadığım  vaxt  ərzində 
ermənilərin,  malakanların  müsəlmanlarla  münasibəti  yaxşı  olmuşdur.  Onlar, 
həmişə  bir-birinə  qonaq  gedərdilər  və  dostluq  edərdilər.  Hətta,  1905-ci  idə  baş 
vermiş iğtişaşlar zamanı müsəlmanlar ermənilərə qarşı çıxmadılar.  
1917-ci ilin noyabrından müsəlmanlarla ermənilərin münasibəti pozulmağa 
başladı.  Əlbəttə,  bu  onunla  əlaqəlidir  ki,  Şamaxı  qəzasında  hökumət  “boşluğu” 
yaranmışdı.  Bu  illərdə,  əsasən,  erməni  tərəfindən,  müsəlman  məhəllələrində 
oğurluqlar baş verirdi.  Onlar bəzən bu ad altında silah daşıyır, əlaltından dəhşətli 
hadisələrə  hazırlaşırdılar.  Bəzən  onlara  malakn  və  ruslar  da  kömək  edirdilər. 
şəhərdə  şayiə  yayılmışdı  ki,  ermənilərdən  ibarət  bir  şayka  yaranıb.  Bu  şayka 
durmadan  fəallaşırdı.  Guya,  bu  şayka  “qayda-qanun”  yaradacaq.  Və  durmadan 
silahlanma  davam  edirdi.  1918-ci  ilin  14  martında,  ilk  olaraq  ermənilərlə 
müsəlmanlar  arasında  atışma  başlandı.  Şəhərə  qarşı  atəş  açırdılar.  Malakanların 
başında  Vasili  Dobradev  və  İvan  Ambreoviç  Qruşenkov  (Seçmələr  bizimdir  – 
S.Q.) durmuşdu. Atışma axşama qədər davam etdi. Yüzlərlə insn öldürüldü, evlər 
yandırıldı və talan edildi. Ertəsi gün 15 martda yenidən atışma başlandı və yalnız 
axşam  radələrində  atəş  kəsildi.  Komissar  Azadbəy  Qocamanbəyov  ermənilərlə 
danışığa  getdi  ki,  atəş  kəsilsin  və  sülh  bağlanılsın.  16-17  mart  əvvəlki  günlərə 
nisbətən  çox  sakit  keçdi.  Lakin  18  martda  sübh  ertədən  Mədrəsə  istiqamətindən 
Şamaxıya güclü top atəşləri atılmağa başladı. Digər istiqamətdən – Cabanı tərəfdən 
ruslar və malakanlar atəş açmağa başladılar. Atəş, əsasən, şəhərin aşağı hissəsində 
yerləşən  müsəlman  məhəllərlərinə  açılırdı.  Hər  iki  tərəfdən  4  saata  yaxın  atəş 
açıldı. Şəhəri demək olar ki, hər tərəfdən alov bürümüşdü. 19-22 mart günlərində 
şəhərdə  atəş  səsi  eşitməmişəm.  Malakan  və  rus  dəstələri  ortaq  çıxıb  getmişdilər. 
23-24 martda Şərədil istiqamətində atışma səsləri gəlirdi. Şamaxıya köməyə gəlmiş 
müsəlman  korpusu  şəhərdən  qaçmış  müsəlman  əhalisinin  geri  qayıtmasını  təmin 
etdi. Hər ev üçün dəymiş ziyan on min manatlarla hesablanırdı. Həmin vaxtlar mən 
də  ailəmlə  birlikdə  Şamaxıdan  getmişdim.  Yalnız  1918-ci  ilin  iyun  ayında 
Şamaxıya qayıtdım. Mənim də evimi talan etmiş  və yandırmışdılar. Mən bilirdim 
ki,  mənim  evimdən  müsəlmanlar  heç  nə  aparmazlar.  Belə  işləri  yalnız  ermənilər 
edə  bilərdilər.  Sonrakı  yaşadığım  vaxtlar  müsəlmanlar  tərəfindən  heç  bir  kəsi 
oğurluğa gedən görmədim. Halbuki, hər müsəlmana pul, ev əşyası bu məqamda çıx 
lazım idi”.
121
  
                                                           
121
 ARDA. f. 1061, s. 1, iş. 105, vər. 71-73. 

108 
 
 
DĠNDĠRĠLMƏ PROTOKOLU 
 
1918-ci il,  oktyabr, Kürdəmir kəndi,  Abdulla  Abdullayev, 48 yaş, Şamaxı 
şəhər  sakini,  müsəlman,  savadlı.  “Mart  ayının  ortalarında,  eşitdik  ki,  Bakıdan 
Şamaxıya  böyük  qrupda  silahlanmış  erməni  dəstəsi  gəlir.  Dəstə  şəhərə 
yaxınlaşanda, müsəlmanlar yola çıxdılar ki, görsünlər bu nə dəstədir. Elə bu zaman 
atəş  açıldı.  Yüzlərlə  adam  öldü.  Ertəsi  gün  müsəlman  nümayəndələri  ermənilərlə 
danışığa getdi ki, sülh yaratsınlar. Danışıq üçün yer Mədrəsə kəndi seçildi. Hüseyn 
Məlikovla  Hacıbaba  Əbdürahmanov  nümayəndə  kimi  getdilər.  Nümayəndələr 
qayıtdıqdan  sonra,  xəbər  verdilər  ki,  yerli  ermənilər  sülhə  razıdırlar,  lakin  gələn 
silahlı dəstə müharibə istəyir. Ertəsi gün tezdən atışma başladı. Küçələr kişi, uşaq, 
qadın meyidi ilə doldu. Evlər qarət olundu. Gecə müsəlmanlar həkim Sasonovu və 
Cəfərqulu Axundovu göndərdilər ki, ermənilər atəşi dayandırsınlar. Sasonov xəbər 
gətirdi ki, ermənilər sülhə söz verdilər. 
Lakin səhəri gün daha güclü atəşlər başladı. Əvvəlki gündən də çox tələfat 
baş verdi.  Ermənilər  müsəlman  məhəllələrinə  soxulub evləri yandırmağa  və  talan 
etməyə  başladılar.  Bildiyimə  görə,  bu  hadisələrin  təşkilatçısı  Stepan  Lalayev 
olmuşdur. Şamaxı ermənilərindən Gülbəndov, Mixail Arzumanov və başqaları da 
bu  işin  fəal  iştirakçıları  olmuşlar.  Onların  başçılığı  ilə  Şamaxıda  sayı-hesabı 
bilinməyən  evlər  yandırılmış  və  miqdarı  hesaba  gəlməyən  ev  əşyaları  talan 
edilmişdir”.
122
 
“Məşhur  quldur  dəstəsinin  başçısı  kimi,  habelə  adam  oğrusu  kimi  tanınan 
T.Əmirov  “sosialist”  ordusunun  komandiri  seçilən  kimi,  Bakı  şəhərində  60  min 
müdafiəsiz  müsəlmanın  başını  kəsdi.  Onun  silahdaşı,  cəllad  Stepan  Lalayev  isə, 
başda daşnaq bandaları olmaqla (onlar da “sosialistlər” adlanırdı) Bakının bir neçə 
məhəlləsində,  kübar  adamları  evlərindən  çıxarıb,  birbaşa  küçənin  ortasında 
güllələyirdilər.  Belə  işlərin  “məharətlə”  həyata  keçirdiyini  görən  “demokrat 
rəhbəri”  Şaumyan,  Əmirovla  Lalayevi  tezliklə,  seçilmiş  daşnak  bandaları  ilə 
birlikdə Şamaxıya – “əksinqilabçılara” qarşı göndərdi. 
Biz  bilmirik,  Şamaxılı  “əksinqilabçıların”  başına  nə  iş  gəldi.  Amma  o, 
məlumdur ki, “qırmızı sosialist” dəstələri, Lalayev və Əmirov başda olmaqla bütün 
Şamaxını və onun 40  kəndinin əhalisini  məhv və  qarət  etdilər. Lalayevin Şamaxı 
müsəlmanlarına  qarşı  törətdiyi  vəhşilikləri  dünyanın  heç  bir  müharibəsində 
müşahidə  olunmamışdır.  Vəhşiliklər  o  qədər  böyük  olmuşdur  ki,  onu  heç  bir 
vəchlə  gizlətmək  mümkün deyildir. Təsadüfi deyildir ki,  o vaxtlar bolşeviklər bu 
hadisəni qəzetlərdə yazanda, Lalayev həyasızcasına belə cavab vermişdi: “Düzdür, 
dinc  əhaliyə  qarşı  az-maz  sərtlik  göstərilmişdir”.  Görəsən,  hamilə  qadınların 
qarınlarını cıran, cavan qızları  zorlayan, körpə  uşaqları süngüyə  keçirən, insanları 
                                                           
122
 ARDA. f. 1061, s.1. iş. 105, vər.63-64. 

109 
 
diri-diri  torpağa  basdıran  və  daha  nə  kimi  vəhşiliklər  göstərən  Lalayevlər  “dinc 
əhaliyə  qarşı  az-maz  sərtlik”  deyəndə  bunlarımı  düşünürdü?  Yalnız  və  yalnız 
daşnak  bandaları  belə  ola  bilərdilər.  Bu  işlərin  başında  duran  və  ona  rəvac  verən 
Şaumyan,  nə  qədər  çalışdısa,  özünü  “gizlədə”  bilmədi.  Əvvəllər  malakanlar  da 
ermənilərə  qoşulmuşdular.  Lakin  onların  son  dərəcə  vəhşiliyini,  qəddarlığını 
görəndən  sonra,  habelə  Muğan  hadisələrini  görəndən  sonra  qəti  olaraq  erməni 
vəhşiliyinə qarşı çıxdılar. 
Vermişev  və  Şaumyanın  “rolunu”  yaxşıca  gördülər.  Fövqəladə  İstintaq 
Komissiyası  yaradıldıqdan  sonra  komissiya  rəhbəri  (sədri)  Kojemyako  tezliklə 
Lalayevin  vəhşiliklərini  üzə  çıxardı.  Onun  həbsi  haqqında  əmr  verdi.  Lakin 
göründüyü kimi, Bakı “sosialistlərinin” daşnak banditlərinə uzanan “əli qısa oldu”. 
Heç  bir  tədbir  görülə  bilmədi.  Kojemyako  Lalayevi  həbs  etmək  istəyəndə,  o, 
müstəntiqi  təhqir  etdi  və  Şaumyana  zəng  vurdu.  Şaumyan  Kojemyakonu  yanına 
çağırıb ona dedi: “Lalayevi həbs etmək yaxşı deyil, bu nə hərəkətdir?” Bax beləcə 
“demokrat  rəhbəri”  Şaumyan  qəddar  cəlladı  -  Lalayevi  müdafiə  etdi.  Və  heç  bir 
şey olmamış kimi, qolboyun getdilər. Bəs məhkəmə? 3-4 gündən sonra qəzetlərdə 
elan verildi ki, Fövqaladə İstintaq komissiyası buraxılmışdır...”. 
 
“Azərbaycan” qəzeti, 1918, 8 oktyabr 
 
“Bakıda  və  Azərbaycanın qəzalarında  daşnakların  vəhşiliyi o qədər dəhşətli 
idi  ki,  bu  cinayətləri  təsdiq  etmək  üçün  xüsusi  quberniya  komissiyaları  təşkil 
edilmişdir. Komissiyanın sədri Kojemyako qatı cinayətkar bir daşnakı - S.Lalayanı 
həbs  etmək  istərkən  o,  həyasızcasına  istehza  ilə  onun  üzünə  gülmüş,  telefonun 
dəstəyini  əlinə  alıb:  “Özü  ilə”  (Şaumyan  ilə  -  S.Q.)  danışmağı  əmr  etmişdir. 
S.Şaumyan  telefonla  demişdir!  “Lalayanı  həbs  etmək?...”  Ləyaqətli  çıxmaz. 
“Ümumiyyətlə, bu nə şıltaqlıqdır?...” 
 
“Azərbaycan” qəzeti, M 67, 30/17 mart 1919-cu il. 
 
“Türk  ordusunun  Qafqaz  cəbhəsindən  çəkilməsindən  bir  qədər  sonra  türk 
erməniləri  ilə  Qafqaz  erməniləri  birləşərək  geri  çəkilən  türk  ordusuna  basqın 
etdilər. Bir tərəfdən Andronikin bandası, digər tərəfdən isə, Dro, Keri və Muradın 
bandası  sürətlə  silahlandılar.  Onların  əli  ilə  bütün  müsəlman  kəndləri  qarət 
olunmuş, və yandırılmışdır. Eyni zamanda, Şaumyanın və Avakyanın rəhbərliyi ilə 
Şamaxı  hadisələri  baş  verdi.  Bu  işlə  əlaqədar  Şaumyanın  yazmış  olduğu  məktub 
Gəncə komandanın əlinə keçmişdir. Həmin məktubdan aydın olur ki, Şaumyan və 

110 
 
Avakyan  “təmiz”  daşnakdırlar.  Lalayevin  rəhbərliyi  altında  daşnak  banditləri  on 
minlərlə müsəlmanın axırına çıxmışlar...”. 
“Azərbaycan” qəzeti, 1919, 28 avqust.
  
Ü.Hacıbəyov:  “Rus  bolşevizmi  araya  bir  “qrajdanskiy”  və  bir  də  milli 
olmaq  üzrə  iki  rəngli  müharibə  salıb,  saylarca  qanlar  axıtdı,  milyonlarca  bəşər 
övladım tələf etdi, yüz minlərdə evləri viranə qoydu”. 
 
“Azərbaycan” 1919, mart 
 
“Şamaxı  qəzasında  olan  əhali  18  mart  facieyi-əliməsində  (dəhşətli  faciə) 
böyük  bədbəxtliklərə  uğramışdır.  Hamıya  məlumdur  ki,  Şamaxı  və  Şamaxı 
qəzasının  evləri,  mülkləri,  dövlət  və  sərvətləri,  heyvanları,  hətta,  it  və  pişikləri  də 
erməni  cəlladları  tərəfdən  tələf  edilmişdir.  Allah  evinə,  insanların,  heyvanların 
diriliyinə  xidmət  edən  bulaqlara,  məzərstanda,  vediyeyi-xamuşanda  məskən  ittixaz 
edən ölülərin meyitlərin qəbir daşlarına top-tüfəng atıb dağıdan asilərin, yağıların ayaq 
basdıqları mövqelərdə abadlıq olmayacağı mühəqqiqdir. Şamaxı və Şamaxı qəzası 
düşmənin  ləqədgubu  olub,  dağılmışsa  da,  canını,  ərəz  və  namusunu  xilas  edib, 
fərara  müvəffəq olmuş kəndlilərin əllərində cüzi  mal-qaraları qalmışdır ki, bunlar 
ilə az-çox tarlalarını şum gedib, azuqələrini təmin edirlər. Sağın heyvanları ilə də 
çörəklərin, şorun, pendirin, ayranın, qatığın düzəldirlər. Bir az irəli gedənlər artırıb, 
bazarda satırlar. 
Könüllərini aldadan 1-2 dana-buzovlarıdır. Əgər, bunlar oğurlanıb aparılırsa, 
binəva  kəndçilərin  ətraf  və  əknada  pərakəndə  olub,  saillik  (dilənçilik)  və 
muzdurluq  etməkdən  maəda  (başqa)  əlac  və  çarələri  olmayacaqdır.  Hökumətimiz 
təşəkkül edəndən bəri Şamaxı qəzasında düzlük, dinclik və rahatlıq bu dərəcədə idi 
ki,  kəndlilərin  mal-qaraları  gecələr  dəxi  evə  gəlməyib,  həftələrlə  otlaqlarda, 
çöllərdə,  düzlərdə  qalırdılar.  Sahibinin  ürəyi  xatircəm  olmağa  görə  heyvanın 
dalınca  belə  getmirdi.  Əyrilik,  oğruluq  bilmərrə  (tamamilə)  modadan  düşmüşdü. 
Kəndçilər keçmiş zərər və ziyanların unudub, cənabi - Haqqı (Allahı) ərzi-şükran 
edirdilər. Çoxları söyləyirdilər ki, asudəlik özü bir dövlətdir. Filhəqiqə bu əmin və 
amanlığı  hüsn  şəxslər  ömürlərində  görmədiklərini  bəyan  edirdilər.  Məəttəəssüf 
fağır-fücəranın  sevinməyi  get-gedə  fənalaşır,  dinclik  pozulur.  Kəndçilər  arasında 
qorxu  və  iztirab  müşahidə  olunur.  Səbəbi  də  odur  ki,  bu  axır  vaxtlarda  Şamaxı 
qəzasında  oğurluq  şiddət  etməkdədir.  Bu  saat  1-2  heyvana  malik  olan  əkinçilər 
gecələri belə  yatmaq istəmirlər. Nə  yapsın  əlindəki  öküzü,  inəyi,  atı oğurlanandan 
sonra biri on min manata heyvan almağa gücü və qüvvəsi yetməyir. 
Oğurlanan heyvanlar haraya aparılırsa, nişan və sorağın tapmaq da mümkün 
olmayır.  Xüsusən,  at  oğurluğu  bir  moda  olmuşdur.  Ayağında  buxovu  olan  atın 
kilidin  tüfəng,  gülləsilə  dağıdıb  aparırlar.  İştə  bunsuz  da  acınacaq  bir  halda  olan 

111 
 
Şamaxı qəza əhalisinin övziya (vəziyyəti) oğurluğun baş verməsilə daha da bədtər 
olur.  Əgər  indidən  bunun  qabağına  bir  sədd  çəkilməsə,  dinclik  ilə  yaşayan 
kəndistanın güzəranı çox çətinliklə keçəcəkdir”. A.A.zadə 
 
“Azərbaycan” qəzeti, 1919, 16 təmmuz, 
 Şamaxı haqqında. 
 
Orucluq  bayramından  istifadə  ilə  Şamaxı  uyezdinin  vəziyyəti,  əhalisinin 
güzəran  və  məişətini  yerində  öyrənmək,  bununla  bərabər  təşkilat  yapmaq 
məqsədilə  türk  ədəbi-mərkəziyyət  firqəsi  “Müsavat”ın  Mərkəzi  Komitəsi 
tərəfindən  Şamaxıya  göndərilmiş  parlaman  üzvü  Mehdibəy  Hacıbababəyov  bu 
günlərdə  Bakıya  qayıtmış  və  Şamaxı  qəzası  haqqında  aşağıdakı  məlumatı 
vermişdir: 
-  Məlum  olduğu  üzrə,  Şamaxının  yolu  Kürdəmir  stansiyasındandır. 
Şamaxıya gedəcək bir müsafir Kürdəmirdən getməlidir. Vaxtı ilə bir çox nəqliyyat 
əsbabı - fayton, dilican, araba və sairə olardı ki, Kürdəmir ilə Şamaxı arasındakı yolu 
müşkilatsız getmək olardı. 
Son hadisələr zamanında Şamaxı və ətraf kəndləri tamamilə dağılıb, qeyri-
məskun  (yaşayış  üçün  yaramayan)  bir  hala  qoyulduğundan  Kürdəmirdən  gediş-
gəliş  tamamilə  kəsildiyindən  indiki  halda  heç  bir  nəqliyyat  vasitəsi  mövcud 
deyildir. 
Kürdəmirdən  Şamaxıya  doğru  yol  üzərində  olan  kəndlər  tamamilə  yer  ilə 
yeksan edilmişdir. Yurdlarına qayıdan bu zavallılar  güləşdən  yapılma komalarda, 
habelə üzəri güləşlə örtülmüş daxmalarda yaşayırlar. 
Yarın  qışda  bunların  nasıl  yaşaya  biləcəklərini  nəzərə  almalı,  indidən 
çarəsinə baxılmalıdır. 
Şamaxı qəzasında demək olar ki, çöl işləri fəna bir haldadır.  Onun fənalığı 
əkilməkdən  deyil,  bəlkə  təbii  çöl  məhsulatının  yığılmamasındandır.  Ağsu 
rayonunda  ot  tamamilə  biçilməmiş  qalmışdır.  Çünki  camaatın  bir  qismi 
müharibələrdə və sonrakı qaçqınlıqda və xəstəliklərdə qırılmış, qismi-küllisi də öz 
yurdlarına  qayıtmamışdır.  Qayıdanların  da  gəncləri  əsgərliyə  alınmış,  bununla 
bərabər  çöllərin  biçilməməsinə  ən  böyük  səbəb  kəndlilərə  lazım  olan  alat  və 
əsbabın  qətiyyən  olmaması,  kəndistanda  at  və  kol  kimi  birinci  dərəcədə  kənd 
həyatına  lazım  olan  qaramalın  olmamasıdır.  Bu  hal  isə,  yalnız  Şamaxı  qəzası 
əhalisinin deyil, ümum məmləkətin gələcək həyatını təhrif edir. 
Şamaxı  şəhəri  bir  halətdədir  ki,  onu  təsvir  etmək  mümkün  deyildir.  Evlər 
tamamilə  yandırılıb  uçurulmuşdur.  Vəlo  birdənə  olsun  salamat  binaya  təsadüf 
edilməyir.  Küçələr  dağıdılmışdır.  İnsan  şəhərə  girərkən  onu  vəhşət  alır.  Səqfi 
(damı)  tökülmüş,  qapı-pəncərəsi  yanmış,  binalardan  yalnız  uçuqlar  onların 
miyanından görünən Pompey xarabazarlığını andıran sütunlardan başqa nəzərə bir 
şey çarpmaz. 

112 
 
Şəhərdə  həyat  yox  kimidir.  İki  min  nəfər  şəhərə  övdət  etmişdir 
(qayıtmışdır). Gecələr xaraba evlərin mənzərəsi insana bir dəhşət verir. 
Şamaxı  zəlzələsindən  sonra  evlər  yekdigərindən  (bir-birindən)  qayət 
məsafəli bir halda bina edildiyindən bir evdən digər evə heç bir halda od keçməzdi. 
Budur  ki,  iddia  etmək  olar  ki,  evlər  birər-birər  yandırılmışdır.  On  altı  məsciddən 
biri  də  salamat  qalmamışdır.  Məscidi-Cameyin  binasında  atəş  ala  biləcək  heç  bir 
məvad olmadığından, anlaşılır ki, onun yalnız daşdan olan divar və taclarına  neft 
və mazut sürtməklə və bir çox müşkilat daxilində onu yandıra bilmişdilər. Çünki o 
məscidi başqa dürlü yandırmaq imkan xaricində idi. 
Məbədləri belə təhqir və xarab edilmiş türk və müsəlmanlar sonradan şəhəri 
istirdad edərkən erməni və rus kilsələrilə müqabilə bilməsəl etməmişlər. O kilsələr 
heç toxunulmadan eləcə salamat qalmışdır. 
Şamaxıda  elə  bir  salamat  bina  yoxdur  ki,  qəza  qaim-məqamı,  poçt  və 
teleqraf  və  bələdiyyə  idarəsi  və  sair  bu  kimi  dövləti  müəssisələr  orada  iqamət 
eləsinlər. (Seçimlər bizimdir - S.Q.) 
Bu  müəssisələrin  cümləsi  şəhər  məktəbinin  yanğından  qalmış  xarabalıqları 
içərisində iqamət edirlər. Şamaxıya gedəcək bir məmur, komission və heyət özü ilə 
lazım  olan  yataq  və  sair  bu  kimi  mayəhtacı  (lazım  olan  şeyi)  aparmalıdır.  Əks 
halda orada müvəqqəti də olsa qala bilməyəcəkdir. 
Şəhərə  övdət  etmiş  (qayıtmış)  iki  min  nəfərədək  əhali  şəhərin  kənarında 
bağlardan  ağac  və  küləş  toplamaqla  komalar  yapıb,  orada  yaşayırlar.  Əgər, 
hökumət  qışadək  onlar  üçün  ev  və  mənzil  tədarük  etməzsə,  qışda  soyuqdan  tələf 
olacaqlar. 
Şəhərdə  əxzi-əsgər  (hərbi  komissarlıq)  idarəsi  olmadığından,  Şamaxı 
şəhərindən əsgərliyə düşəcək gənclər dəfələrlə Göyçay, Kürdəmir və sair bu kimi 
ərazilərdən  nəqliyyat  əsbabı  (transport)  olmadığından  min  dürlü  zəhmət  və 
məşəqqətlə  və böyük xərclə  Şamaxıya  gəlib, təkrar geri qayıtmışdılar. Bu uğurda 
olan  var-yoxlarını  da  xərc  etmişdilər.  Şamaxıda  ya  bir  əxzi-əsgər  idarəsi  təsis 
etməlidir  və  yaxud  əsgərliyə  düşəcək  gənclər  nərədə  iqamət  edirlərsə,  həmin 
məhəllin əxzi-əsgər idarəsində kəndilərini (özlərini) qeyd etsinlər. Bir daha onlara 
izafə xərclər verdirib Şamaxıya göndərməyə ehtiyac qalmasın. 
Şamaxıda  sükunət  edə  biləcək  yer  olmadığından,  Şamaxı  qazisi  indi  də 
Kürdəmirdədir. Camaatın qəzavətə ehtiyacı olduqda bu, uzun yolu piyada və yaxud 
3-4 yüz manat verməklə Kürdəmirə gəlməyə məcburdur. 
Şamaxılılar bu qədər fəlakətə məruz olduqları halda, təkrar yeni bir fəlakətə 
uğramışdılar.  
Bu  yaxınlarda  orada  yanğın  olub,  külli  surətdə  taxıl  məhsulatı  yanıb,  tələf 
olmuşdur.  Zərərin  miqdarı  hələ  müəyyən  edilməmişdir.  Lakin  yalnız  Hacıqədirli 
köyündən  (kəndindən)  202  min  800  dərz  yanmış  ki,  70-75  min  puda  qədər  taxıl 
edir. 

113 
 
Mərəzə adlı malakan kəndi yanında vaqe Mərəzəli müsəlman kəndi vaxtı ilə 
ermənilər  və  malakanlar  tərəfindən  yandırılıb,  dağıdılmışdır.  Sonradan  türklərin 
müvasiləti  zaman  malakanlar  Mərəzədən  qaçdıqlarından  mərəzlilər  öz  kəndlərinə 
övdət  etdikdə  (qayıtdıqda)  onun  xaraba  hala  salındığını  görərək,  malakanların 
kəndində  yerləşmişdilər.  İndi  malakanlar  öz  kəndlərinə  qayıdıb,  müsəlmanlar 
tərəfindən  işğal  edilən  evlərini  geri  istəyirlər.  Bu  xüsusda  hökumətə  müraciət 
etmişdilər. Hər halda hökumət bu barədə qərar verərkən, müsəlmanlarm da halını 
nəzərdə tutmalıdır”. 
 
“Azərbaycan” qəzeti, 1918 № 6; 4 təşrini-əvvəl. 
 
Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin