7
SEYFƏDDĠN QƏNĠYEV
1918 – CĠ ĠL
ġAMAXI SOYQIRIMI
I KĠTAB
Bakı - “Nurlar” - 2003
8
“AZƏRBAYCANLILARIN SOYQIRIMI HAQQINDA”
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 26 MART
1998-Cİ İL TARİXLİ FƏRMANININ 5-Cİ, 1918-Cİ İL SOYQIRIMI
85-Cİ İL
DÖNÜMÜNƏ
VƏ ŞAMAXI SOYQIRIMI ZAMANI FACİƏLİ
ŞƏKİLDƏ QƏTLƏ YETİRİLMİŞ ZİYALILARIN XATİRƏSİNƏ AD EDİRİK.
Elmi redaktoru: Əzizə Cəfərzadə
Filologiya elmləri doktoru, professor, xalq yazıçısı
Rəyçilər: Pərviz Dərabadi
Tarix elmləri doktoru, professor
Lətifə Məmmədova
Tarix elmləri namizədi, dosent
Mayıl Alıcanov
Tarix elmləri namizədi, dosent
Seyfəddin Qəniyev. 1918-ci il Şamaxı soyqırımı. Bakı, “Nurlan”, 2003.
Kitabda erməni millətçilərinin və terrorçularının 1918-ci ildə Şamaxı və
onun ətraf kəndlərində törətdikləri soyqırımından bəhs olunur. Regionda törədilmiş
cinayətlər təkzib edilməz arxiv materialları, ayrı-ayrı sənədlər və o dövrün
dəhşətlərini görmüş yaşlı insanların tükürpədici xatirələri əsasında təsdiqlənir.
Kitab tarixçilər, politoloq və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
N 460300000-109 Qrifli nəşr © “Nurlan” - 2003
N-098-2003
9
I FƏSĠL
ERMƏNĠ TERRORU VƏ ġAMAXI
Tarixi qaynaqlar təkzibolunmaz faktlarla sübut edir ki, Qafqaz ərazisində
kiçik bir icma təşkil edən ermənilərin tarixən vahid dövləti olmamışdır. XVII əsrə
kimi onlar Türkiyə və İranın bir ərazisində, daha sonra Qarabağ və İrəvan
xanlığında dəstə halında həyat sürmüşlər. “XVIII əsrin 40-cı illərin axırlarında
Azərbaycan torpaqlarının hər yerində olduğu indiki Ermənistan ərazisində də
azərbaycanlıların İrəvan xanlığı yaranmışdı və xanlığın başında duran xanların
hamısı azərbaycanlılar olmuşlar. Xanlıq ərazisində yaşayanların 78 faizi
azərbaycanlı, 11 faizi kürd və başqaları, cəmisi 10 faizi ermənilər idi”
1
.
İllər keçdi. Müxtəlif cildə girməyi asanlıqla bacaran bu ermənilər dünyada
özlərinə bir çox havadarlar tapdılar. Havadarların yaxından köməyi və göstərişi ilə
günü-gündən iştah artmağa başladı. Hətta XIX əsrin sonlarına yaxın “Böyük
Ermənistan” yaratmaq xülyasına düşdülər. Ən nəhayət, onlar öz mənfur, iyrənc
niyyətlərini həyata keçirmək üçün 1891-ci ildə “Daşnaksütyun” adlı terror təşkilatı
yaratdılar. Bir sıra xarici dövlətlər tərəfindən maliyyələşdirilən bu terror təşkilatına
dünyanın müxtəlif yerlərinə səpələnmiş millətçi ermənilər də cəlb olundular. Bu
mənfur təşkilat həmin vaxtdan “dənizdən-dənizə” “Böyük Ermənistan” yaratmaq
uğrunda neçə-neçə planlar cızdı, qərarlar qəbul etdi, cinayətlər törətdi.
“Böyük Ermənistan” yaratmaq xülyası, ermənilərin fikrincə, iki istiqamətdə
həyata keçirilməlidir. Birincisi, ermənilərin göz dikdiyi türk torpaqlarının, o
cümlədən də, Azərbaycan ərazilərinin müharibə, yaxud dinc yolla işğal edilib
Ermənistana qatılması siyasətidir. İkincisi, buna nail olmadıqda milli qırğın
törətmək yolu ilə türk xalqlarına, eləcə də azərbaycanlılara qarşı soyqırım
siyasətinə həyata keçirməkdən ibarətdir”.
2
XIX əsrdən başlayaraq ermənilər Azərbaycanın cənnət guşələrindən –
Qarabağ, İrəvan, Şirvan və s. bölgələrində yavaş-yavaş məskunlaşmağa başladılar.
Onlar qədim mədəniyyət beşiyi olan Şamaxıda ən səfalı, bir içim suyu yayın oğlan
çağında diş donduran, abu-havası min bir dərdə dərmanı olan – Mədrəsə, Saqiyan,
Meysəri, Kələxana, Zarxı və s. yerləri özlərinə “ata-baba” ocağı seçdilər. Bu
yerlərdə xalqımızın keçmiş tarixinin izləri indi də yaşamaqdadır. Göründüyü kimi,
həmin yaşayış yerlərinin adları, o ərazidə olan toponimlərin hamısı sırf türk
mənşəli sözlərdir. Məsələn, ermənilərin XIX əsrdə məskunlaşdıqları Kələxana
kəndi hələ XVI-XVII əsrlərdə Şirvanşahın mühafizə obyektlərindən biri olmuşdur.
Bu ərazidə XVII əsr abidəsi olan Kələxana türbələri, XVIII əsrin böyük səyyahı
Kortelnus de Bryninilin çəkdiyi rəsmdə 9 məqbərə təsvir edilmişdir. Bu gün
1
M.İsmayılov. “Yalan və riya erməni xislətidir”. “Respublika” qəz. 13.I.1993.
2
V.Həbiboğlu “Böyük Ermənistan” yaratmaq xülyası. “Respublika” qəzeti, 3 aprel, 1999.
10
onların yeddisi tam, biri yarımuçuq vəziyyətindədir. Məqbərələrdən birinin üstündə
kimin üçün tikildiyi və müəllifinin adı yazılmışdır: “Bu günbəz Şeyx İbrahimin
şərəfinə 1663-cü ildə Abdül Əzim Əmir Əli oğlunun rəhbərliyi altında
tikilmişdir”.
3
Mədrəsə sözü ərəb sözüdür – mənası dərs keçirilən yer və ya məktəb
deməkdir. Bir sıra dilçi alimlər Meysəri sözünü “mey” və “sər” sözü ilə
əlaqələndirirlər. Əslində, Meysəri sözü Şamaxı dialektində işlədilən “Meyzər”
sözündədir. Vaxtilə tut yığmaq (çırpmaq) üçün ağ bezdən düzəldilən böyük çadırın
adıdır. Doğrudan da, həmin ərazidə böyük tut bağları olmuşdur və indi də elədir.
Meyzəri sözü dildə fonetik dəyişimliyə uğrayaraq Meysər və ya Meysəri
formasında düşmüşdür. Təkcə kəndlərin deyil, ermənilərin sonradan gəlib yaşadığı
ərazilərdə olan bütün toponimlər türk mənşəli sözlərdir. Yaxşı ki, bunlar da
sonradan dəyişdirilməmiş, öz tarixi şəklini saxlamışdır.
XIX əsrin birinci yarısından Şamaxıda və onun kəndlərində məskunlaşmış
ermənilər başqa ərazilərdə olduğu kimi, rus havadarlarının köməyi ilə müxtəlif
idarələrdə bir çox vəzifələrə yiyələnə bilmişlər. Faktlar bir daha göstərir ki, erməni
millətçiləri hələ XIX əsrin 70-90-cı illərində müsəlmanlara xor baxmış, yeri
gələndə onların əleyhinə təbliğatlar aparmışlar. Bu işdə bəzən də “dost” cildinə
girmiş ermənilər çox vaxt da özlərini müsəlmanların dərdinə şərik adam kimi
göstərə bilmişlər. Məsələn, XIX əsrdə Şamaxıda xüsusi var – dövlət sahibi olan,
hər yerdə xüsusi hörmətlə qarşılanan Aleksandr Lalayev (1918-ci il qırğınının
başçılıq edən Stepan Lalayevin atası) S.Ə.Şirvani ilə dost olmuşlar. S.Şirvani ona
bir neçə şer də həsr etmişdir. Hər cildə asanlıqla girməyi bacaran Lalayevin
hərəkətlərindən şair, sonralar başa düşür ki, onun tük üzü içəridədir. Odur ki, onun
əməllərinə - erməni millətini müsəlmanlardan uca tutmasına etiraz edir:
Aleksandr Lələyofidan olur ümmid tutmaq kim,
Dəxi kəm tutmaya ol ermənilərdən müsəlmani.
4
Ən nəhayət, XX əsrin əvvəllərindən ermənilər müsəlmanlara qarşı açıqdan-
açığa ədavətə başlayırlar. İğtişaşlar daha da çoxalır, erməni terrorçuları açıq-aşkar
meydana çıxırlar. 1905-1907-ci il hadisələri terrorçu “Daşnaksütyun” təşkilatının
fəaliyyəti kulminasiya nöqtəsinə çatdı. Erməni millətçilərinin əsil niyyətlərini başa
düşən Azərbaycan ziyalılarının “Müdafiə”, “Qeyrət” kimi hərbi-siyasi təşkilatları
yarandı, dövrün mətbuatından və müasirlərin xatirələrindən göründüyü kimi,
azərbaycanlılar bu hadisələr zamanı erməni terrorçularına qarşı layiqli müqavimət
göstərmişlər. Öz yer-yurdlarını atıb qaçmadılar.
5
3
Z.Əliyev. “Şamaxının qədim abidələri”, “Qobustan” jurnalı. 1982, səh. 40.
4
S.Ə.Şirvani. Əsərləri, II cild, Bakı, 1968, səh. 192.
5
V.Quliyev. Azərbaycanda erməni zülmü, Bakı, 1999, səh. 13.
11
1905-1907-ci
illərdə
erməni
daşnakları xalqımızı məhv etmək,
torpaqlarımızı ələ keçirmək üçün Azərbaycanın bir çox bölgələrinə - İrəvanda,
Göyçay mahalında, Zəngəzurda, Qarabağda, Qazaxda, Naxçıvanda, Şamaxıda və
Bakıda ağlasığmaq qırğınlar törətmişlər.
Xalqımızın arasında süni şəkildə ikitirəlik salan, sünnü-şiə qarşıdurması da
məkrli ermənilərin əlində böyük bir vasitə, güclü bir silah olmuşdur. Tarixi sənədlə
bir daha sübut edir ki, 1905-1907-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində
olan ermənilər şayiə yayırlar ki, “ermənilərin sünnilərlə heç bir işi” yoxdur. Belə
bir riya və yalanın nə ilə nəticələndiyini gözləri ilə görmüş publisist
mollanəsrəddinçi Ö.F.Nemanzadə 1906-cı ildə “İrşad” qəzetində yazırdı: “Ağla,
əzizim, ağla ki, ancaq düşmənlərimiz bizi nə qədər binamus və şərəfsiz hesab
edirlər ki, araya, guya, şiə-sünnü nifaqı salıb, yenə bizi qəflət, cəhalət əksimizlə
kəsmək istəyirlər. Mən məəttələm ki, ermənilərin “bizim sünnülərlə işimiz yox”
yalan və fitnələrinə inananlar nə cür cammaat arasında qalırlar. Nə üçün
“məcnunxanalara” getmirlər? Kimdir deyən ki, ermənilərin sünnülərlə işi yoxdur.
Ayə, Zəngəzur, Qazax mahalında ermənilərin viran etdikləri kəndlərin, şəhid
etdikləri canların çoxu sünnü deyilmiydi? Ayə, Tiflisdə şəhid edilən qalayçı
ləzgilər sünnü deyilmiydilər? Ayə, Tiflisdə talan edilən və yanan evlərin bir xeylisi
dağıstanlı, şəkili sünnüləri deyilmi? Mən qanmıram ki, erməni bir müsəlman
öldürərkən demir ki, sən şiyəsən, ya sünnü? Noyabr vüqudatında bir erməni bir
silahsız sünnünü öldürmək istəyəndə, sünnü guya, canını qurtarmaq üçün erməniyə
başladı ki, a, qonşu! Siz deyirsiniz sünnü ilə işimiz yoxdur, bil ki, mən sünnüyəm,
mənə dəymə! Erməni cavabında: a, bəli, Osmanlıda bizim erməni balalarını nizəyə
taxanlar siz sünnülər deyildiniz? Biz sünnü şiə bilmirik, müsəlmanların Qafqazda
kökünü qazıyacağıq”.
6
Məqaləni ürək ağrısı ilə qələmə alan müəllif, axırda üzünü bütün müsəlman
əhlinə tutur və onlara bir daha erməni fırıldağını, erməni məkrini açıb göstərirdi:
“Amma Şəki, Şamaxı, Dağıstan və qeyri-yerlərdəki hiyləgər ermənilər deyirmişlər
ki, bizim sünnülər ilə işimiz yoxdur. Əlbət, özlərinin gücləri çatmadıqları, az
olduqları yerlərdə çalışırlarmış ki, aranı qatsınlar. Ayə, bu mərhəmətli “kirvələrin”.
Həm məzhəbləri nə üçün Zəngəzur, Qazax, Tiflisdə belə demədilər və demirlər”.
7
Bəllidir ki, 1902-ci il zəlzələsi Şamaxını yerlə-yeksan etmişdi. Şəhərdə və
onun ətraf kəndlərində minlərlə insan qırılmış, bir çoxları şikəst olmuşdu.
1902-1905-ci illərdə zəlzələnin ağrı-acıları təzəcə unudulurdu ki, Şamaxıda
erməni soyqırımı baş verdi. Əldə etdiyimiz məlumatlardan bəlli olur ki, ilk əvvəl,
açıqdan-açığa fəaliyyət göstərə bilməyən ermənilər gizlincə “Şamaxıda bir çox
mülkləri yandırmış”, “sünnü və şiyələr”i bir-birinə qarşı qoymaqla müsibətlər
törətmişlər. Eləcə də, Şamaxıda olan ermənilər Tiflis, Qazax, Gəncə, Şuşa və
6
Ö.F.Nemanzadə. Seçilmiş əsərləri, Bakı, 1992, 96-97.
7
Yenə orada, səh. 97.
12
Cəbrayılda soyqırımı törədənlərə hər cür maddi, köməklik göstərə bilmişlər.
Nəticədə “Böyük Ermənistan” xülyasının icraçıları 1905-1907-ci illərdə yüzlərlə
Azərbaycan kəndini viran qoymuş, əhalisini ev-eşiklərindən didərgin salmışlar”.
8
Bu illərdə erməni millətçiləri Şamaxıda qırğın törətməyə, bu ərazini
“müsəlmanlardan təmizləməyə” böyük səy göstərmişlər. Qatı millətçi Lalayev
qardaşları - Aleksandr və Saşa Lalayev Şamaxıda “sünni-şiyə” qarşıdurmasını
canlandıra bilmişlər. İlk əvvəlcə, onlar fürsət tapıb, hər iki tərəfdən adamlar qətlə
yetirmiş və camaatı bir-birinə qarşı qoymuşlar. Bunun nəticəsi olaraq, sünni və
şiə məscidləri arasında narazılıqlar baş versə də, ziyalıların səyi nəticəsində böyük
qalmaqallar olmamışdır. Fitvaya uymayan müsəlmanlar ermənilərin fırıldaqlarını,
gec də olsa, başa düşmüş və onlara yaxşıca dərs vermiş, Lalayev qardaşlarını
xəyanətlərinə görə qətlə yetirmişlər. Çox əfsuslar ki, babalarımız о zaman bu
terrorçu nəslin törəmələrinə aman vermişlər. Sən demə, çörəyimizlə, suyumuzla
böyüyən həmin erməni yetimləri gələcəkdə atalarından da dəhşətli qırğınlar
törədəcəklərmiş. Azərbaycanın müxtəlif yerlərində ermənilərin bu şəhərdə 1905-
1907-ci ildə törətdikləri qırğın və faciələrə Şamaxı ziyalıları müxtəlif mətbuat
orqanlarında dərc etdikləri məqalələrlə də olsa, erməni cinayətlərinə qarşı etiraz
səslərini ucaltmışlar. Bununla yanaşı о dövrdə Şamaxı ziyalıları Qarabağda,
Naxçıvanda, Gəncədə ermənilər tərəfindən aclığa, səfalətə düçar olmuş, yer-
yurdlarından didərgin düşmüş qardaş-bacılarına öz kömək əllərini də uzatmışlar.
О zaman erməni cəlladlarının Qarabağda törətdikləri cinayətə qarşı etirazını
ifadə edən görkəmli şair M.Ə.Sabir şamaxılıların Qarabağda soyqırımına məruz
qalmış insanlara etdikləri köməklik haqqında məlumat verir: O, 6 avqust 1906-cı il
tarixində “Həyat” qəzetində çap etdirdiyi məqaləsində yazır: “Bəli, Şamaxı əhli öz
- milləti - nəcibeyi - islamiyyələrinə qarşı ürəklərində bəslədikləri məhəbbəti -
qeyrəti məndanələri, təhəyyücündən Qarabağ facineyi-müəssifəsindən əsarətlərə
düçar olan sevgili qardaşlarını düşmənlərin zalimanə və biarəhmanə sui-
qəsdlərindən müdafiə müqtədir olmadıqlarından yaralanmış ürəklərinə məlhəm
olaraq bir yanda ianə dəftəri açılmışdır”.
9
M.Ə.Sabir başqa bir məqaləsində həvəskar artistlərin Şamaxıda
Salamovların evində N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”
komediyasını tamaşaya qoyduqları haqqında məlumat verir. Müəllif həmin
məqalədə onu da göstərir ki, tamaşadan yığılan pul Şuşaya - Qarabağa -
zərərçəkənlərə göndərilmişdir. “Vüsul olan məbləğin vəzi - məxaricindən sonra
təmiz məbləği 318 manat 68 qəpik pulu Orucəliyev və Şirəlibəy cənabı Şişə
şəhərinə poçta vasitəsi ilə doktor Kərimbəy Mehmandarovun üstünə
göndəriblər”.
10
8
V. Həbiboğlu. “Böyük Ermənistan” yaratmaq xülyası, “Respublika” qəzeti. 3 aprel, 1999.
9
M.Ə.Sabir, Hophopnamə, III c. Bakı, 1965, səh. 113.
10
M.Ə.Sabir. Göstərilən əsəri, səh. 163.
13
M.Ə.Sabirin həmin məqaləsində bir cəhət də diqqəti çox cəlb edir.
Görkəmli şair Qarabağda bu dəhşətli qırğını törədən, ermənilərə havadarlıq edən -
Qalosicanovun da adını bəyan edir və göstərir ki, Qalosicanovların məxsusən
müsəlmanlara etdiyi yaddan çıxmaz olan birəhmanə və xanımansuzanə
hərəkətindən ancaq dərgahi-əhədiyyətə şaki olub, dövlətin ədalət qanununa ona
cəza verilməsinə ümidvara olmaqla təsəlliyab ola bilirlər”. Şair, о zaman Şuşada
general-qubernator işləyən Qalosicanovun qatı ermənipərəst olduğunu düz təyin
etsə də, “dövlətin ədalət qanunlarına” bel bağlaması onun yanıldığını göstərir.
Çünki mənbələrdən məlum olur ki, general-qubernator terrorçularla həmişə əlbir
işləyirmiş. Bu barədə M.S.Ordubadi “Qanlı illər” kitabında yazır: “General
Qalasicanovun müsəlmanlara iblis münasibəti bəslədiyini anlayan ermənilər hər an
bir bəhanə axtarırdılar ki, generalı müsəlmanların üstünə ayaqlandırsınlar”. “İslam
əsgərləri isə, mərdliklə onları (erməniləri - S.Q.) qarşılayıb bir qədəm də olsa,
müharibədən geri durmur, erməni dəstələrini pərişan edirdilər. Ermənilərin bu
vəziyyətini görən general Qalasicanov ümumi ştabda olan rus qoşunlarının
müharibəyə qoşulmasını əmr edir”.
11
Bir sözlə, “...Özlərini Qafqazda aparıcı güc sayan erməni siyasətçiləri...
1905-ci ildə azərbaycanlılara özlərinin nəyə qadir olduqlarını göstərməyə
çalışırdılar. Həmin dövrdə Bakıda, Tiflisdə, İrəvanda, Gəncədə, Naxçıvanda,
Şuşada və b. yerlərdə ermənilərin azərbaycanlı əhaliyə qarşı kütləvi silahlı çıxışları
başladı və 1907-ci ilə kimi davam etdi”.
12
Bundan əlavə, Şamaxı ziyalıları ermənilərin Qarabağda törətdikləri
cinayətlərə qarşı etirazlarını Qafqaz canişini qraf Vorontsovun adına vurduqları
teleqramlarda da ifadə etmişlər. Teleqramlar “Həyat” qəzetinin 3 avqust 1906-cı il
sayında çap olunmuşdur.
Böyük çətinliklə olsa da, xalqımız həmin dövrdə bu cəlladların öhdəsindən
gələ bilmişlər. Həmin illərdə Şamaxıda ermənilərə pis dərs verilmədi. İşin belə
nəticələndiyini görən ermənilər cildlərini tam dəyişdilər. Hətta, özlərini
müsəlmanların dostu kimi göstərməyi bacardılar, “Allah baisin evini yıxsın”, -
deyib, guya, “peşmançılıq” hissi keçirməyə başladılar. Hətta terror ilə qətlə
yetirdikləri müsəlmanların dəfnində də iştirak etdilər. 1905-1907-ci illərdə belə
hadisələr Şuşa, Naxçıvan, Tiflis, Bakı və Şamaxıda çox olmuşdur.
Ö.F.Nemanzadənin “İrşad”
qəzetində 12 sentyabr 1906-cı il tarixli sayında çap
etdirdiyi bir məqalədə Tiflisdə baş vermiş belə bir hadisə haqqında xəbər verir:
“Müsəlman sosial-demokratlarından ən qeyrətli, fail və iş görənlərdən Əziz
Məhəmmədoğlunu avqustun 4-cü gecəsi erməni məhəlləsi Avlabarda vəhşicəsinə
öldürüb yolun kənarına tullayıblar. Mərhumun xəncərlə başını, döşünü, böyürlərini
deşik-deşik ediblər. Qulaqlarını kəsib öldürəndən məlunə aparıblar. Mərhumun
11
M.S.Ordubadi “Qanlı illər”, Bakı, 1991, səh. 61.
12
V.Quliyev. Azərbaycanda erməni zülüm. Bakı, 1999, səh. 13.
14
cənazəsini avqustun 8-də cümə günü Mixayılovski xəstəxanasından qaldırılıb,
müsəlman qəbirstanlığına götürürlər. Cənazə alayı Vorontsov küçəsindən keçib
soldat və erməni bazarları ilə gətirilirdi. Cənazə keçən yerlərdə bir çox gürcü və
ermənilər dükanlarını bağlayıb, cənazə alayına qoşulurdular. Dəfn edilən vaxtda
türkcə, gürcücə, ermənicə, rusca qayət təsirli nitqlər olunurdu”.
Bu illərdə Şamaxı və onun kəndlərində buna bənzər terror hadisələri çox
baş vermişdir. “Düşmənçiliyi gizlində icra edin” siyasəti ilə təlim görmüş
ermənilər sadəlövh, heç bir xainlik, biclik, riyakarlıq bacarmayan şamaxılılara
özlərini dost kimi göstərir, onları bu cür münasibətləri ilə çaşdırırdılar. “Əşi,
ermənilər hamısı bizim düşmənimiz deyil, görmürsən məclislərimizdə necə iştirak
edirlər”, - deyən şamaxılılar onları dost kimi qəbul edirdilər. Belə münasibətə və
ünsiyyətə təkcə kasıb təbəqə deyil, hətta ziyalılar da mat qalmışdılar. M.Ə.Sabir
1906-cı ildə, fevral ayında “İrşad” qəzetinə “Alimi-amil və zahidi - fazilimiz cənab
Şeyxəli Ağayi-Şirvaninin vəfatı xəbəri münasibəti ilə yazdığı məktubunda
oxuyuruq: “Dəfn günündə tamam müsəlman və erməni (seçmələr bizimdir, S.Q.)
və cühudlar da etiram üçün dükanlarını bağlamışdılar. Ən nəhayət, Şamaxının
məhələlərində qan töküldüyü bir vaxtda qəbristanda dəfn zamanı “erməni
Qriqoryan tayfasının keşişi bu məzmun ilə camaata xitabən buyurdu: “- Camaat,
siz ağlayırsınız ki, cənab Şeyx ağa vəfat edib, bizləri yetim qoyubdur. Halbuki bu
mərhum zahirdə cismən vəfat etmişsə də, ruhən behşitdə olub, Allah-təalanın
hüzurunda diridir”.
Həmin mərasimdə iştirak edən Lüteriyan tayfasının keşişi özünü
müsəlmanların (bu tayfa 1905-1907-ci illərdə Şamaxıda daha çox terror
törətmişdir) dostu kimi göstərir və hətta, onları belə arxayın edir ki, “bizdən sizə
ziyan olmaz bir ildən bəri Qafqazda bu qədər nahaq tökülən qanlara və bunun kimi
hadisələr hamısı öz nəfsimizin bəlasıdır ki, çəkirik. Lazımdır ki, hamılıq ilə öz
günahlarımızdan tövbə edib, Allah-təala tərəfinə qayıdaq”.
13
Göründüyü kimi, “ağsaqqalı” - keşişi belə ikiüzlü, riyakar terrorçu bir
millətin “qarasaqqalı”nın hansı bəd əməlin sahibi olduğunu təyin etmək o qədər də
asan məsələ deyildir. 1905-1907-ci illərdə Şamaxıda geniş şəkildə iğtişaşlar baş
verməsə də, erməni millətçiləri bunu törətmək üçün hər cür hazır idilər. Filologiya
elmləri doktoru A.Bayramoğlu “Şamaxıda maarif və maarifçilik” adlı dəyərli
əsərində bu məsələ ilə bağlı yazır: “daşnaksütyun partiyası 1906-cı ildə milli
ədavəti bu qədim mədəniyyət mərkəzində qızışdırmaq üçün əlindən gələni edirdi.
Lakin cəhdlər uğursuzluqlarla nəticələndi. Nəticədə, həmin şovinist partiya ilə o
zaman Şamaxıda yaşayan ermənilər arasında müəyyən ixtilaf yarandı. Vəziyyəti
“aydınlaşdırmaq” üçün Şamaxıya daşnaksütyunun səlahiyyətli nümayəndəsi
göndərilsə də, onun burada aparacağı pozuculuq işləri baş tutmadı. Bu haqda
“Həyat”da çıxan imzasız bir yazıda oxuyuruq: “Ermənilər ilə daşnaksion nəfəratı
13
M.Ə.Sabir, Göstərilən əsəri, səh. 153-154.
15
arasında bir neçə səbəblərə görə hadis olan ixtilafı təftiş etməyə gələn müfəttişi
pristav - Rüstəmbəy Cəbrayılbəyov tutub naçalnik həzarətlərinə aparmışdı.
Daşnaksionun müfəttişinin öz səlahiyyətini təsdiq edən sənəd təqdim edə
bilməməsindən onun Şamaxıya gizli və məkrli bir niyyətlə göndərildiyini təsdiq
etməkdədirlər. Belə ki, naçalnik tərəfindən həmin daşnaksion agentini gözləyən
yerli erməni millətçiləri onlar üçün gözlənilməz və arzuedilməz olan bu nəticənin
baş verməsində naçalnik divanxanada işləyən bir ermənidən şübhələnərək onu
özlərinə xas üsulla cəzalandırırlar”.
14
Belə ikiüzlü, fırıldaqçı keşişlərin canfəşanlığına baxmayaraq, qeyd
etdiyimiz kimi, ermənilər Şamaxıda kütləvi qırğın törədə bilmədilər. Qırğının
qarşısının alınmasında Şamaxı ziyalılarının - M.Ə.Sabir, Hacı Məcid Əfəndi,
Şeyxəli Ağa, Mustafa Əfəndi, Tərrah, Abbas Səhhət, C.Cəbrayılbəyli, Hacı Usub,
Mir Mehdi Ağa, Əbdülməcid Əfəndi, Hacı Səfər Məhərrəmov, Əmin Əfəndiyev,
Qasım bəy, Məhəmmədhəsən Atamalıbəyov, Ə.İ.Cəfərzadə, Hacı Əbdürrəhman
Əfəndi, Əhməd bəy Əhmədbəyov, Salamovlar, Veyisovlar, Hacı Murad, Hacı Şəfi,
Əşrəf Yüzbaşov, Azad bəy Qocamanbəyov, Sultan bəy İbrahimbəyov, Ağalarbəy
Hüseynbəyov, Əlməmməd Mustafayev, Məşmədi Nəcəf Sadıqov, Əbdülxalıq
Əfəndi İbrahimxəlilov və başqalarının böyük xidməti, zəhməti, fəaliyyəti əvəzsiz
olmuşdur. 1905-1907-ci illərdə neçə-neçə nahaq qanlar tökən, terror aktı törədən
erməniləri Şamaxı ərazisindən qovub çıxarmaq mümkün olmamışdır. Çünki, dövlət
çinovniklərinin çoxusu onların tərəfində idilər. Odur ki, T.Qriqoryanların,
Lalayanların, Stepanyanların eyni əqidədə tərbiyə almış törəmələri Şamaxının
çörəyi və suyu ilə böyüdülər.
Dostları ilə paylaş: |