SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix31.01.2017
ölçüsü1,47 Mb.
#7234
1   2   3   4   5   6   7   8   9   ...   13

 
Dindirilmə protokolu. 
 
1918-ci  il  10  noyabr  şamaxılı  Tərlan  bəy  Əliyarbəyov,    27  yaşlı,  Şamaxı 
qəza rəisinin baş köməkçisi, müsəlman. 
Mən, Şamaxıda Əlahəddə Komissar və qarnizon rəisi vəzifələrdə işləmişəm. 
Quberniya  komissarının  sərəncamına  əsasən,  mən,  200  milis  toplamalı  və  olmuş 
hadisələrin  nəticəsini  bərpa  etməli,  həmçinin  qayda-qanun  yaratmalı  idim.  Yüz 
nəfərə  yaxın  milis  toplayıb  Şamaxıdan  Ağsu  istiqamətinə  getdik.  Bilirdim  ki, 
quldurlar Şamaxı - Kürdəmir yolu ilə gediblər. Keçdiyimiz kəndlər artıq ermənilər 
tərəfindən  talan  edilmiş,  əhali  isə  öldürülmüşdür.  Mən  öz  milis  dəstəmlə  Ağsuda 
qalmalı oldum. Burada əhali tərəfindən şikayətləri qəbul edirdim. Dəqiq yadımda 
deyil,  12,  ya  da  13  martda  mən  Şamaxı  Milli  komitəsindən  məlumat  aldım  ki, 
erməni - bolşevik silahlı dəstələri Şamaxıya hücum ediblər. Mən öz dəstəmlə o saat 
Şamaxıya qayıtmalı oldum. Komitədə öyrəndim ki, erməni  - bolşevik dəstələrinin 
yanına gedən, azərbaycanlı nümayəndələrinə deyilib ki, şəhərdə olan bütün silahlar 
qarnizona  təhvil  verilməlidir.  Guya,  Şamaxıda  daha  quldur-zad  yoxdur.  Onlar 
                                                           
  Generalın  bu  dövrdəki  fəaliyyəti  məlum  səbəblərə  görə  onun  rəsmi  tərcümeyi-halına  düşməmişdir. 
Amma bəllidir ki, o, 1918-ci ilin mayından Müsavat ordusunda çalışmışdır. 
37
 Dilqəm. 1918-ci il Şamaxı soyqırımı. “Elin sözü” qəzeyi, aprel 2001. 

34 
 
hamısı kəndlərə dağılışıb gediblər. Bu ərəfədə isə Milli Komitədə olan şamaxılı  – 
ermənilər  qarnizonun  silah  anbarını  qarət  etmişlər.  Bunu  mən  və  qarnizon 
komissarı  Qocamanbəyov  da  bildik.  Onların  qabağını  almaq  məqsədilə  biz 
Komitəyə  gəldik. Bu vaxt ermənilər artıq şəhərdə  atəş açmağa  başlamışdılar. Biz 
elə,  bunu  komitədə  də  eşitdik  ki,  erməni  -  bolşevik  silahları  Çuxuryurd 
istiqamətindən şəhərə basqın edəcəklər. Komitədə bizə sərəncam verildi ki, şəhərin 
müdafiəsi lazımdır. Axşam saat 8-9 radələrində mən öz dəstəm və əlavə olaraq 100 
nəfər  şamaxılı  Çuxuryurd  istiqamətində  müdafiədə  durduq.  Səhərə  qədər  Şamaxı 
atəşə tutuldu. Heç bir itki olmadığından, mən məruzə üçün Milli Komitəyə gəldim. 
Bir  saat  keçməmiş  Meysəri  istiqamətindən  və  Mədrəsə  tərəfdən  ermənilər 
Şamaxıya  hücum  çəkdilər.  Mən  dəstənin  yanına  tələsdim.  Mən  onlara  dedim  ki, 
mənim  əmrim  olmadan  atəş  açmasınlar.  Meysəri  istiqamətindən  bir  dəstə  silahlı 
adam,  şəhərə  tərəf  gəlirdi.  Şərq  istiqamətindən  də  silahlı  adamlar  görünməyə 
başladılar.  Mən  dəstəmə  əmr  etdim  ki,  döyüşə  hazır  olsunlar.  Mən  təcrübəmdən 
bilirdim ki, əgər, top atsalar, şəhərdə yanğın baş verə bilər. Elə bu vaxt ermənilər 
Mədrəsə istiqamətindən toplardan atəş açmağa başladılar. 
Həmin  gün  ermənilər  Şamaxıya  girə  bilmədilər.  Şamaxılılar  müdafiə 
mövqeyini yaxşı seçmişdilər. Döyüş 4 saat davam etdi. Ermənilər müdafiəni yara 
bilmədiklərini  hiss  edib,  Mədrəsə  tərəfə  çəkildilər.  Mən  də  atəşi  dayandırdım  və 
dəstəmə bildirdim ki, ermənilər təslim olacaqlar və silahları təhvil verəcəklər. Bir 
saatdan sonra ermənilərlə bizim aramızda danışıqlar başlandı. Ermənilər tərəfindən 
nümayəndələr  -  erməni  yepiskopu  Baqrat,  Şamaxı  poçt  teleqraf  kontorunun  rəisi 
Gülbəndyan  və  qeyriləri.  Malakanlardan  isə,  Cabanı  kənd  sakini  Karabanov  idi. 
Danışıqda,  “heç  bir  şey  pis  olmayacaq,  yenə  münasibətlərimiz    yaxşı    olacaq”  
dedilər.  Lakin  səhəri  gün,  ertədən  Şamaxı  erməniləri  tərəfindən  mühasirəyə 
alınmışdı. Bütün gün ərzində şəhər atəşlə tutuldu. Onlar evlərə soxulur, qarət edir, 
insanları öldürür, bəzilərini əsir alırdı. Mən də bir qarabağlı erməni tərəfindən əsir 
götürüldüm.  Məndən  başqa  20  nəfəri    də  əsir  götürmüşdülər.  Mənim  evimi  talan 
etdilər.  Qiymətli    şeylərimi    götürdülər.  Mənim  mənzilimdən  şaşki  (partlayıcı 
maddə) tapdılar. Mən Qarabağ ermənisinə dedim ki, mən zabit kimi, qanuna  görə  
şaşki saxlamalıyam. O isə, cavabında “bundan sonra şaşki yalnız bizə lazımdır”,  - 
dedi. Məni, yalnız, nəğd on iki min pul, bütün qohumlarımın qızılları və qiymətli 
ev  əşyalarını  verəndən  sonra  buraxdılar.  Gecəykən  mən  Şamaxıdan  çıxdım.  Bir 
neçə  vaxtdan  sonra  20  nəfərlik  süvarinin  başında  Ziyadxanov  Şamaxıya  gəldi. 
Deyə  bilmərəm,  onlar,  nə  qədər  Şamaxıda  qaldılar.  Bolşevik  -  malakan  dəstələri 
gedəndən sonra Seyid Axundzadə Şamaxıya gəldi. 23 nəfərlik dəstəsi olan Seyidə 
təklif  olundu  ki,  qalıb  Şamaxıda  yaşasın.  O,  isə  belə  bir  təklif  verdi  ki,  əgər, 
düşmən  bizdən  çox  olarsa,  biz  şəhəri  tərk  edək.  Mən  qəti  surətdə  dedim  ki,  mən 
Şamaxının  tərk  etməyəcəyəm,  onu  müdafiə  edəcəyəm.  Mənim  sözlərim  Seyid 
Axundzadəyə  təsir  etdi.  Mənim  ətrafıma  qonşularım  da  toplaşdı.  Bütün  şəhəri 

35 
 
gəzdik  və  şəhərdə  qalanlara  tapşırdıq  ki,  heç  kəs  şəhərdən  çıxmasın.  Ertəsi  gün 
eşitdim ki, Şamaxıdan getmiş əhali şəhərə qayıdıb. 
İki  saatdan  sonra  bolşevik-malakan  dəstəsi  Şamaxını  tutdu.  Ermənilər 
Göyçaydan geri qayıdıbmış”.
38
 
Kapitan Əlyarbəyov 
 
Sonralar  general-mayor  olan  T.Əlyarbəyovun  xidmətləri  təkcə  bununla 
bitməmişdir. 
O,  1918-ci  ilin  avqust  ayında  Azərbaycan  Demokratik 
Cümhuriyyətinin  məsləhəti  ilə  əvvəl  Hacıqabulda,  sonra  Quba  qəzasının  Qusar 
şəhərində  yerləşən  2-ci  polk  komandirinin  köməkçisi  təyin  edilmişdir.  Hökumət 
1919 - cu ildə ona daha böyük etimad göstərmiş və onu Bakı Hərbi İdarəsində rəis 
vəzifəsinə irəli çəkmişdir. 
I və II Dünya müharibələrinin iştirakçısı T.A.Əlyarbəyov 1956-cı ildə Bakı 
şəhərində vəfat etmişdir.
39
 
*** 
1902-ci  il  zəlzələsindən  keçən  15  il  müddətində  Şamaxı  necə  deyərlər,  təzədən 
tikilmiş, varlı-karlı adamlar  -  Veyisovlar, Salamovlar, Hacı Xeyrulla, Vahab bəy, 
tacirlər  Hacı  Musa,  Əbdülhüseyn  Əlizadə,  Hacı  Nağı,  Axund  Mirzə  Nəcəf, 
Kərbəlayi Yusif, Şahlar bəy Şıxəlıbəyov, Rüstəm bəy Məmmədov, Şeyx Əli ağa və 
b.  dağılmış  ata-baba  mülklərini  yenidən  qurmuş,  daha  möhtəşəm  imarətlər 
ucaltmışlar. Şəhərin 13 məhəlləsində məscidlər, hamamlar, bazarlar, karvansaralar 
bərpa  olunmuş,  poçt,  məktəb,  onlarla  mağazalar  yenidən  tikilmişdir.  Şəhər 
abadlaşmış, bağ-bağatlar salınmışdır. Erməni daşnakları 1918-ci ildə bu tikililərin 
demək olar ki, hamısını yerlə yeksan etmiş, həmin abidələrdən bircəsi də salamat 
qalmamışdır. Təkcə 1000 ildən artıq yaşı olan, yandırılmış Şamaxı Cümə məscidi 
nisbətən salamat qala bilmişdir. 
Mənbələrdən:  “Yoxlama  zamanı  müəyyən 
edilmişdir ki, məscidlər, evlər, mağazalar və digər 
tikililər  hansı  maye  vasitəsilə  divarlara  çəkilib, 
sonra  isə  odlamaqla  yandırılmışdır.  Bir  neçə 
məscidin 
xarabalıqlarını, 
habelə 
insan 
sümüklərinin  45  ədəd  fotoşəklini  çəkmişdilər. 
Maddi ziyanın hesablanması mümkün deyildir.
40
 
Haşiyə:  O  dövrdə  dağıdılan  məscidlərdən 
biri 
də 
XVIII 
əsr 
yadigarı 
“İmamlı 
məhəlləsi”ndəki  məscid  olmuşdur.  Mənbələrdə 
                                                           
38
 ARDA. fon. 1061, iş 1, siy. 105. vər. 100-101. 
39
 Azərbaycanda   iki   Dünya   müharibəsinin   iştirakçısı   general   ancaq T.Əliyarbəyov olmuşdur.  - 
S.Q. 
40
 İ.Mirzəyev. “Bəli soyqırım olub”, “Xalq qəzeti”, 10.III.2002. 

36 
 
İmamzadə  ziyarətgahında  dəfn  edilən  şəxsin  dördüncü  imam  Zeynalabdinin 
oğlanlarından  biri  olduğu  qeyd  edilir.  Ziyarətgahın  tarixi  VIII  əsrə  aiddir. 
İmamzadəyə hörmət əlaməti olaraq, 1370-ci ildə orada məscid tikilmişdir. 
Məscidin  Axundu  Hacı  Elşənin  dediklərindən:  Ziyarətgahda  dəfn  olunanın 
adı məlum deyildir. Vaxtilə məzarın  üstündə  yazılı  kitabə  olmuşdur. 1918-ci  ildə 
erməni  daşnaqları  Şamaxıda  olan  bütün  tarixi    abidələrlə    yanaşı,  “İmamzadə” 
məscidini  də  yandırmış,  orada  olan  yazılı  kitabəni  məhv  etmişlər.  Odur  ki,  xalq 
arasında  ziyarətgah  Qərib  Ata  və  ya  İmamzadə  (İman  oğlu)  adlandırılmışdır. 
Məsciddə  aparılan  arxeoloji  qazıntılar  təsdiq  edir  ki,  “İmamzadə”  məscidi 
tikiləndən bəri beş dəfə bərpa edilmişdir. 
Deyilənlərdən o da bəlli olur ki, bu məzarda uyuyan Pirsaat ziyarətgahında 
dəfn  olan  şəxsin  -  Mir  Sahab  Ağanın  qardaşıdır.  Məscid  ikimərtəbəli  olmuşdur. 
Son  bərpa  zamanı  aşkar  edildi  ki,  məscidin  21  metr  hündürlüyündə  olan  birinci 
mərtəbəsi  torpağın  altındadır.  Məsciddə  bu  günə  kimi  qalan  yeganə  kitabədən 
orada  Mövlanə  Seyid  Mühəmməd  Saleh-əl-müddəris  adlı  böyük  bir  alimin  dəfn 
olunduğu  bəlli  olur.  Bu  da  bir  daha  təsdiqləyir  ki,  Şamaxıdakı  başqa  məscidlər 
kimi, “İmamzadə”də orta əsrlərdə mədrəsə fəaliyyət göstərmişdir. 
1902-ci  il  zəlzələsi  zamanı  “İmamzadə”  məscidi  yerlə-yeksan  olmuşdur. 
1910-1917-ci  illər  ərzində  böyük  memar  Ziyvor  bəy  Əhmədbəyov  tərəfindən 
məscid qədim özül üzərində yenidən tam bərpa edilmişdir. 
1918-ci  ilin  martında  cəllad  S.Lalayevin  evinə  yaxın  olan  “İmamzadə” 
məscidi ermənilər tərəfindən dağıdılmışdır. Şəhərin yaşlı sakinləri  - Mürşid baba, 
Məşədi Nazpərinin (100 yaşlı) dediklərindən bəlli olur  ki,  qırğın zamanı  yüzlərlə 
qadın,  uşaq  və  yaşlı  insan  “İmamzadə”yə  pənah  aparırlar.  Məscidin  Axundu 
Cəfərqulu  beş  nəfər  kişi  ilə  həmin  insanları  müdafiə  edirlər.  Ən  nəhayət,  onların 
güllələri qurtarır. Erməni cəlladları həmin kişiləri məsciddəkilərin gözü qarşısında 
qəddarlıqla öldürürlər. Sonra  məscidin  ağzını  bağlayıb  od  vururlar. Şahidlərin 
dediyinə görə, qaçqınlar şəhərə qayıdandan sonra məsciddə yandırılmış insanların 
sümük  və  küllərini  bir  yerə  yığıb  oradaca  dəfn  edirlər.  1918-ci  ildə  Müsavat 
hökuməti  qətlə  yetirilən  insanların  üstündə  xatirə  lövhəsi  qoyurlar.  Həmin  qəbir 
daşı indiyə kimi durur”. 
Haşiyə:  Şamaxının  böyük  dini  bilik  sahibi,  alim  Axund  Mehdi  Ağa  da  öz 
vəsiyyətinə görə 1911-ci ildə həmin məsciddə dəfn edilmişdir. 
*** 
Elmi araşdırmalar bir daha təsdiqləyir ki, erməni daşnakları Şamaxıda təkcə 
varlıların  mülklərini  deyil,  eyni  zamanda,  ziyalıların,  elm-sənət  fədailərinin 
evlərini bilərəkdən yandırmağı, qarət etməyi də qarşılarına məqsəd qoymuşlar. Bu 
fəlakət  Şamaxının  memarlıq  incilərini,  məscidi,  sarayı  və  evləri,  keçmiş  tikililəri, 
məktəbləri  məhv  etdiyi  kimi,  yüzlərlə  ziyalılar  –  şair  müəllim,  alim,  din 
xadimlərinin 
dəyəri 
bilinməyən 
əlyazma  kitabxanalarını 
yandırmışlar. 
S.M.Qənizadə,  A.Səhhət,  M.Ə.Sabir,  Axund  Şeyx  Əli  ağa,  Mirmehdi  Ağa,  Mirzə 

37 
 
Həbib,  Müfti  Mustafa  Əfəndi,  Axund  Cəfər,  Əlicabbar  Orucəliyev,  Möhsün  bəy 
Qədirli, Böyük bəy Mahmudbəyov, Mahmud Əfəndi (prof. E.Əfəndiyevin  əmisi), 
Ələddin  Əfəndizadə,  Axund  Hacı  Rza,  Hacı  Musa  oğlu,  Əbdülqadir  Qafar  oğlu, 
Əlimməd Mustafayev, Əbdürrəhman Əfəndiyev, Tofiq Şirvanlı, Məhəmmədhəsən 
Tərrah,  Ağaəli  bəy  Naseh,  Kərbəlayi  Yusif,  Şahlar  bəy  Şıxəlibəyov,  Rüstəm  bəy 
Mamedov  və  başqalarının  evi  bilərəkdən  yandırılmış,  talan  olunmuş,  qədim 
kitablar, əvəzsiz əlyazmalar məhv edilmişdir. 
Kitabxanasını, əlyazmalarını mülkündən, varından çox istəyənlərdən biri də 
Rusiyanın  Dövlət  Dumasının  deputatı  Məmmədtağı  Əbdülsəməd  oğlu  Əlizadə 
olmuşdur.  Erməni  daşnakları  tərəfindən  şəhərin  xarabazara  çevrildiyini,  əhalinin 
qətlə yetirildiyini görən Məmmədtağı doğmalarının təkidinə baxmayaraq, şəhərdən 
çıxmır. “Bu qədər kitabı, əlyazmanı məhv olmağa qoymaram”, - deyib, mülkündə 
qalır. 
Açıqlama:  Məhəmmədtağı  1958-ci  ildə  Şamaxıda  tacir  ailəsində  anadan 
olmuşdur. Onun atası Qafqaz Müsəlmanları İdarəsində şeyxülislamı Şeyx Əhməd 
Hüseynzadə  Salyanlının  qızı  Fatma  Bikə  elə  evlənmişdir.  Məhəmmədtağı  15-16 
yaşında  Tiflisə  getmiş,  ana  babası  Şeyx  Əhməd  Salyanlının  yanında  qalmış  və 
ruhani  məktəbinə  daxil  olmuşdur.  Məhəmmədtağı  babasının  köməyi  ilə  ərəb,  fars 
dilləri ilə yanaşı rus və fransız dillərini də dərindən öyrənmişdir. 
O, 1874-cü ildə Bakıya gəlir, burada H.Zərdabi, H.Vəzirov ilə tanış olur. O, 
“Əkinçi”  qəzetində  əməkdaşlıq  etmişdir.  Bakı  Realnı 
Məktəbinə  daxil  olmuşdur.  Sonra  o,  Novo-Aleksandriyada 
“Kənd  Təsərrüfatı  mütəxəssis  hazırlayan  bir  instituta  daxil 
olmuşdur. 
Bundan 
sonra 
o, 
Moskvada 
Petrovski 
Akademiyasında  oxumuşdur.  1883-cü  ildə  Akademiyanı 
bitirib  Peterburqa  gəlmişdir.  Alman  və  ingilis  dillərini  də 
yaxşı  bilən Məhəmmədtağı Peterburqda  maliyyə  nazirliyində 
Rixterin  rəhbərlik  etdiyi  “Rüsum  və  töycü”  şöbəsində 
işləməyə  başlayır”,  “İqtisadiyyata  dair  biliyini  artırmaq, 
Avropa  həyat  şəraitini  bilavasitə  müşahidə  etmək  məqsədilə 
Almaniyaya,  Fransaya  gedir.  Almaniyanın  Sileziya  vilayətində  olarkən  apardığı 
müşahidələr, topladığı faktlar əsasında “Sileziyanın iqtisadiyyatı haqqında” alman 
dilində  kitab  yazıb  nəşr  etdirir”  (prof.  X.Məmmədov).  O,  1988-ci  ildə 
Peterburqdan  geri  qayıtmış  və  həmişəlik  Şamaxı  şəhərində  yaşamışdır.  Şamaxıya 
gələndən  sonra,  Əlizadə  Şərqi  səyahət  etmək  fikrinə  düşmüş,  əvvəl  İrana  getmiş, 
orada  gördüklərinə,  müşahidə  etdiklərinə  əsasən  kəskin pamflet səciyyəli bir  əsər 
yazmışdır,  o,  qeyri-mətbu  əsər  haqqında  1906-cı  ildə  məlumat  verən  “Həyat” 
qəzeti  göstərirdi  ki,  müəllif  bu  əsəri  nəşr  edərsə,  zənnimizcə,  ortaya  bir  ikinci 
“səyahətnameyi – İbrahimbəy” çıxmalıdır. (prof. X.Məmmədov).  
M.Əlizadə  1906-cı  ildə  Rusiyanın  birinci  Dövlət  Dumasına  Bakı 
quberniyasından deputat seçilmişdir. 

38 
 
Çox əfsus ki, böyük elm sahibi, 5-6 xarici dil bilən M.Əlizadə də 1918-ci il 
erməni  soyqırımının  qurbanı  olmuşdur.  Doğmalarının  dediyinə  görə,  60  yaşlı 
Məhəmmədtağı  Əlizadə  mülkündə  iki  saata  yaxın  -  son  gülləsinə  kimi 
vuruşmuşdur. 
Beləliklə,  erməni  quldurları  onu  vəhşicəsinə  qətlə  yetirmiş,  evini  talan 
etmişlər.  Axırda  onun  da  mülkünə  od  vurub,  yandırıblar.  Bununla  da  neçə-neçə 
qiymətli  əlyazmalar,  alimin  işıq  üzü  görməyən  əsərləri,  kitabxanası  bütövlükdə 
məhv edilmişdir. 
Haşiyə: Şamaxıda yaşadığı müddətdə Məhəmmədtağı Əlizadə Şamaxı yerli 
ziyalılarının  məsləhət  yeri  olmuşdur.  Elə  bir  tədbir,  elə  bir  yığıncaq  yox  imiş  ki, 
M.Əlizadə  orada  iştirak  etməsin.  A.Səhhətin  “1917-ci  ildə  “Açıq  söz”  qəzetində 
çap etdirdiyi bir məqaləsi bu baxımdan diqqətə layiqdir. Məqalədən məlum olur ki, 
Şamaxıda İcraiyyə Komitəsi təsis edilməsi barədə şəhərə teleqram gəlir. “Xəlayiqi 
bu məsələyə də aşina etmək üçün 3 gün cümə  məscidinin həyətində  mitinq təşkil 
edildi”.
41
 
Çox müzakirə və  mübahisədən sonra “səkkiz nəfər ruhani, 4 nəfər tacir, 
üç  nəfər  hökumət  məmuru,  iki  nəfər  dava  vəkilindən  ibarət  bir  komitə  intixab 
olundu”.  Komitənin  sədarətinə  birinci  padşahın  duma  vəkili  Məhəmmədtağı 
Əliyev cənabları intixab olundu”.
42
 
Düzdür, təşkilat sonra ləğv edildi, M.Əliyev işdən istefa verdi. Amma buna 
baxmayaraq,  belə  faktlar  bir  daha  təsdiq  edir  ki,  erməni  qırğınına  kimi  onun 
Şamaxıda böyük nüfuzu və hörməti olmuşdur. 
*** 
Bolşevikbayrağı altında bir araya gələn erməni - malakan birləşmələri 1918-
ci  ildə  Şamaxıda  bəşər  övladı  yaranandan  bəri  dinc  əhaliyə  qarşı  görülməyən, 
analoqu  olmayan  faciələr  törətmişlər.  “Quduzlaşmış  ermənilər  on  üç  məhəllə 
məscidini  və  məşhur  ocaq  sayılan  cümə  məscidini  də  yandırmışlar.  Bu  yırtıcılar 
1000  yaşı  olan  cümə  məscidində  Axund  Cəfərqulunun  saqqalını  bir-bir  yolub, 
sonra dişlərini kökündən çıxarıb əzabla öldürmüşlər”.
43
 
Çox  çəkmir  ki,  Şamaxı  soyqırımı  burada  törədilən  vəhşiliklərin  sorağı  hər 
tərəfə  yayılmağa  başladı.  Bu  ara  İsmayılxan  Ziyadxanovun  dəstəsi  şamaxılıların 
köməyinə gəlirlər. “Gəncə atlılarının sorağını eşidən erməni - malakan birləşmələri 
qorxularından  Şamaxını  tərk  edirlər.  Yağı  düşmən  Qozluçayda  qərar  tutur. 
Ermənilərin şəhəri tərk etdiyini eşidən yaxın kənd, meşə, dağ və dərələrdə gizlənən 
əhali  şəhərə  qayıdır.  Onlar  gördüklərinə  inana  bilmirlər.  Küçə,  yol  və  həyətlərdə 
olan  insan  cəsədləri  -  kəsilmiş  başlar,  qol-qıçlar,  əl-ayaqlar,  parça-parça  edilmiş 
uşaq  -  körpə  meyitləri  onları  heyrətə  salır,  dəhşətə  gətirir.  Doğmalarının, 
                                                           
41
 A.Səhhət. “Əsərləri” Bakı, - 1974 II səh.63.  
42
 Yenə orada səh. 64. 
43
 H.Hacıyev. Ermənilərin dəhşətli vəhşiliyinə əyani sübut “Azərbaycan” qəzeti 31.III.2000. 
 

39 
 
balalarının faciə və müsibətlərinin şahidi olan qadınların bir çoxunun başına hava 
gəlir, dəli olurlar. Müsibət  müsibətə qarışır. Ev-eşiklər külə dönübmüş. Bir sözlə, 
şəhər böyük bir tonqalın külünü xatırladırmış. 
Erməni  cəlladları  tez  cinayətkar  S.Şaumyana  “Gəncə  atlıları”  haqqında 
məlumat çatdırırlar. Cəllad Şaumyanın əlinə yenidən fürsət düşür. Odur ki, hamısı 
millətçi  ermənilərdən  təşkil  olunmuş  böyük  bir  ordunu  “əksinqilab  qüvvəni”  - 
İsmayılxan  Ziyadxanovu  məhv  etmək  üçün  Şamaxıya  göndərir. Bu  xəbəri  eşidən 
İsmayılxan  geri çəkilir. Ermənilərin  yenidən  soyqırımı törədəcəyi  xəbərini eşidən 
sakinlər yenidən Şamaxını tərk etdilər. 
İkinci  dəfə  boz  ayın  sazağında,  öz  ev  -  eşiklərindən  ayağıyalın-başıaçıq, 
aclıq-səfalət  içində  çöllərə  düşən  insanların  çoxu  yollarda  ölür,  sağalmaz 
xəstəliklərə tutulur və yaxud taqətsiz halda yollarda qalır, qurd-quşa yem olurlar. 
“Şirvanlı  mülkədar  İsmayıl  xan  Ziyadxanovun  başçılıq  etdiyi  əksinqilabı 
qüvvələri  təmizləmək”  bəhanəsi  ilə  erməni  daşnakları  bolşevik  bayrağı  altında 
Şamaxıda daha dəhşətli soyqırım aktı törədirlər. Bu barədə mənbələrdə oxuyuruq: 
“Mən Şamaxıdan çıxıb Göylərə kəndinə gəldim. Lakin “xan dəstəsi” (İsmayıl bəy 
Ziyadxanov - S.Q.) Şamaxıya gələndən sonra, 28 mart 1918-ci ildə mən Şamaxıya 
qayıtdım.  Ermənilər  Qozluçay  kəndinə  yığılmışdılar.  İsmayılxan,  malakanlara 
müraciət etdi ki, erməniləri ona versinlər ya da kənddən çıxarsınlar. Malakanlar iki 
gün möhlət istədilər. İki gündən sonra malakanlar xəbər göndərdilər ki, erməniləri 
verməyəcəklər.  İsmayılxan  Qozluya  yaxınlaşanda,  atışma  başlandı.  Malakan  və 
erməni birləşmələrinin sayca çox olmasını görən İsmayılxan Şamaxıya qayıdır və 
səhəri gün şəhəri tərk edir. Müsəlman dəstəsinin getməsindən üç saat sonra mən də 
Şamaxını  tərk etdim. Ermənilərin  müsəlmanlara  qarşı etdikləri hərəkətlər,  mənim 
fikrimcə,  milli  xarakter  daşıyırdı.  Onlar,  guya,  bolşeviklərə  qarşı  çıxan 
azərbaycanlılara  qarşı  mübarizə  aparırdılar.  Əslində  isə  bu  şüar  altında  minlərlə 
müsəlman  -  uşaq,  qadın,  qoca  və  daha  kimləri  qılıncdan  keçirdilər.  Bu  amansız 
soyqırımının  başında  Stepan  Lalayev  dururdu.  Təşkilatçılıq  işlərinə  isə  Mixail 
Arzumanov,  qəza  rəisinin  köməkçisi  Qaroğlanov,  poçt-teleqraf  kontorunun  rəisi 
Gülbəndov  və  familiyalarını  bilmədiyim  qeyri-ermənilər  başçılıq  edirdi.  Birinci 
qaçqın zamanı mənə 400 min manat məbləğində, ziyan dəymişdir”.
44
 
*** 
Bolşevik  bayrağı  altında  üçüncü  dəfə  Şamaxıya  daxil  olan  erməni 
yaraqlıları  şəhəri  yenidən  ələk-vələk  elədilər.  Şəhərdə  az-çox  salamat  qalmış 
tikililər yenidən oda qalandı. Şəhərin yaxınlığında olan qəbristanlıqlar təhqir edildi. 
Bolşevik ordusu Ağsu-Göyçay tərəfə istiqamət aldı. “Şamaxı şəhərini və onun ətraf 
kəndlərini  viran  qoyan,  müsəlman  əhalisinin  ucdantutma  qıran  vəhşi  daşnaklar 
Gəncə istiqamətində irəliləməyə başladılar. Erməni silahlı qüvvələri, əgər, Bakıdan 
                                                           
44
 ARDA. fon. 1061, iş 105, vər. 17-20. 

40 
 
Şamaxıya  üç  günə  gəlib  çıxmışlarsa,  onlar  iki  gün  ərzində  Ağsu  və  Göyçayı  da 
zəbt etməyə imkan tapdılar”.
45
 
Ən  nəhayət,  erməni  daşnakları  İsmayıl  xan  Ziyadxanovun  dəstəsi  ilə 
qarşılaşırlar. Bu döyüşdə S.Şaumyanın “erməni-bolşevik”  ordusu qələbə çalır. Bu 
qələbə münasibəti ilə S.Şaumyan, Moskvaya V.İ.Leninə müjdə göndərir. Professor 
V.Quliyevin  yazdığı  kimi,  “tarixçilərin  tədqiqatlarında”  oxuyuruq:  “1918-ci  ilin 
yazında  Bakı  proletariatının  yardımı  və  zəhmətkeş  kütlələrin  fəal  işitirakı  ilə 
Azərbaycanın  şərq  qəzalarında  Sovet  qoşun  dəstələri  (oxu:  erməni-daşnak  qəza 
dəstələri - V.Q) aprelin 14-də Lənkəranı azad etdi, aprelin 17-19-da Şamaxı sovet 
şəhərinə çevrildi”.
46
 
Bəli, bu “böyük qələbə” Şamaxıda 4 minə yaxın dinc əhalinin qəsdən qətli 
(o cümlədən, 1653 qadın, 965 uşağın, yandırılan, talan edilən 58 kənddə isə 3204 
nəfər kişi, 1979 nəfər qadın, 959 nəfər uşağın məhv edilməsi) hesabına başa gəlir 
(Bunlar  adları  siyahıya  düşənlərdi).  Əslində  FİK-nin  işləri  yarımçıq  qaldığı  üçün 
qətlə  yetirilənlərin  sayı  düzgün  dəqiqləşdirilə  bilmədi.  Ona  görə  də  mənbələrdə 
Şamaxıda  qətlə  yetirilmiş  insanların  sayı  barədə  fikir  müxtəliflikləri  mövcuddur. 
Məsələn,  bir  mənbədə  oxuyuruq:  “Şaumyan  cəlladları  Şamaxı  uyezdində  qanlı 
faciələr törətdi. Şamaxı şəhərindən yalnız xarabalıqlar qalmışdı. 15 minlik əhalisi 
qılıncdan keçirildi. Az bir hissəsi bu faciədən qaçqınlıqla başını qurtara bildi”.
47
 
Başqa  bir  mənbədə  göstərilir  ki,  şəhərində  təqribən,  8-12  min,  bütövlükdə 
Şamaxı  qəzasında  isə,  40  minə  qədər  insan  qətlə  yetirilmişdir.  Çox  təəssüflər  ki, 
onların yalnız 12 min nəfəri qeydə alınmışdır”.
48
 
Göründüyü  kimi  sənədlərdən  də  erməni  terrorçularının  Şamaxı  və  onun 
kəndlərində  qətlə  yetirdikləri  günahsız  insanların  sayını  dəqiq  müəyyən  etmək 
mümkün  deyildir.  Amma  ötən  əsrin  90-cı  illərindən  bəri  apardığımız  ciddi 
araşdırmalar  nəticəsində  (yüz  nəfərə  yaxın  şahiddən  topladığımız  xatirə  və 
məlumatlar)  müəyyən  edə  bilmişik  ki,  erməni  cinayətkarları  -  S.Şaumyan, 
S.Lalayan, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi və yerli 
havadarlarının iştirakı ilə Şamaxı şəhərində təqribən, 14-16 min, onun 40 kənd və 
obalarında (Bugünkü Şamaxı və Qobustan rayonları ərazisindəki kəndlər) 6-8 min 
nəfəri qətlə yetirmişlər. Şamaxı şəhəri, onun kənd və obalarından didərgin, qaçqın 
düşənlərin sayı isə 18 min nəfərdən çox olmuşdur. 
Mənbələrdə  bu  qırğın  zamanı  Şamaxı  qəzasında  58  kəndin  yerlə-yeksan 
edildiyi,  yandırıldığı  haqqında  məlumat  verilir.  Yəqin  etmişik  ki,  həmin  siyahıya 
faciə törədilmiş bəzi kənd və obaların adı düşməmişdir. Həmin kənd və obaları da 
                                                           
45
 V.Arzumanlı, N.Mustafa. Göstərilən əsəri, səh. 91.  
46
 V.Quliyev.Göstərilən əsəri. səh.27.  
47
 Салех бек. Армянстого. Баку, 1994, стр. 329. 
48
 Soyqırımı. Xalq qəzeti, Bakı. 27 mart, 2001.  

41 
 
siyahıya daxil edəndə məlum olur ki, 1918-ci il soyqırımı zamanı Şamaxı qəzasının 
90-a yaxın, rayonun isə 40-dan artıq kənd və obası faciəyə məruz qalmışdır. 
 
Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin