III FƏSĠL
ġAMAXI ERMƏNĠ TERRORUNDAN AZAD OLUNDU
Şamaxı, Ağsu, Göyçay əraziləri bolşevik-daşnak ordusunun əlinə keçəndən
sonra S.Şaumyan və onun əlaltıları - S.Lalayev və A.Əmiryan 20-25 mindən artıq
çoxsu da erməni cəlladlarından təşkil olunmuş ordunun Gəncəyə hücum planını
hazırlayırdılar.
Beləliklə, Azərbaycan ərazisinin çox hissəsi günü-gündən erməni-daşnak
ordusu tərəfindən işğal edilməyə başlandı. Nəticədə əhali qətlə yetirilir, kəndlər,
şəhərlər xarablıqlara çevrilir, xalqın maddi-mədəniyyət abidələri yer üzündən
silinir, əhali qaçqın-köçkün vəziyyətinə düşür, bir sözlə, ölkə qan içində üzürdü.
Azərbaycanlılara kömək etmək, xalqı qandan-qadadan, daşnak-bolşevik
zülmündən xilas etmək, bu bəladan, faciədən qurtarmaq üçün Türkiyə hökumətinin
hərbi naziri Ənvər Paşa Qafqaz İslam Ordusu yaradılmasını məsləhət bilir. Odur
ki, ilk öncə ögey qardaşı general Nuru Paşanı təlimatlandırır. Bundan sonra o,
Qafqaz İslam Ordusunun məqsəd və vəzifələri haqqında məsləkdaşlarına izahat
verir. Bu müqəddəs təşəbbüs nazirin məsləkdaşları tərəfindən alqışlanır.
“Ənvər Paşanın əsas məqsədi Türkiyə nizami
qoşunlarının köməyi ilə Təbrizdən Dağıstana, Tehrandan
Türkistana qədər olan bütün əraziləri nəzarət altına almaq,
onları yadelli işğalçıların əlindən qoparmaq, imkan
daxilində bu yerlərdə milli hökumətlərin yaradılması üçün
ictimai-siyasi zəminə nail olmadıqdan ibarət idi”.
Odur ki, Nuru Paşa 1918-ci il aprel ayının 8-də öz
ordusu ilə Azərbaycana yola düşür və may ayının 25-də
Gəncəyə çatır, fəaliyyətə başlayır. Bir neçə gün sonra, yəni,
1918-ci ilin may ayının 28-də Azərbaycan Demokratik
Cümhuriyyəti öz müstəqilliyini elan edir. Cümhuriyyətin
təşkil etdiyi Milli Məclisdə Məmməd Əmin Rəsulzadə sədr seçilir. Hökumətin ilk
Baş naziri Fətəli xan Xoyski (səkkiz nəfər nazir təyin olunmuşdur) olur”.
49
Bu zaman Azərbaycanın bir çox bölgələri kimi Bakı da S.Şaumyanın
tərəfdarlarının əlində olduğu üçün paytaxt Gəncə şəhəri seçilmişdir.
1950-ci il aprel ayının 28-də M.Ə.Rəsulzadə Atatürk Xalq evində oxuduğu
məruzədə həmin illəri xatırlayaraq deyirdi: “Cümhuriyyət qurulan zaman silahlı
49
V. Arzumanlı. Qafqaz İslam Ordusu və Azərbaycanın erməni-rus işğalından təmizlənməsi, “Elturan”
jurnalı. Bakı, 1999. N 1-2, səh.9.
42
rus qüvvələrinə arxalanan bolşeviklər Azərbaycanın paytaxtı Bakını zəbt etdilər,
türk-müsəlman əhalisini qırğına verdilər və Gəncədəki Milli Azərbaycan
qüvvələrini də hədələməyə başladılar. Bu təhlükə qarşısında 1918-ci il 4 iyunda
Batumda o zamankı Osmanlı hökuməti nümayəndələri ilə bir müqavilə imzalandı
və bu müqaviləyə görə, türk ordusu azərbaycanlı qardaşlarının köməyinə gəldi və
1918-ci ilin 15 sentyabrında birləşmiş qüvəllər Bakını qəsbkar əllərdən xilas
etdilər”.
50
Gəncədə və Gəncə yaxınlığında mövqe tutmuş düşmən ünsürləri
susdurduqdan sonra Qafqaz İslam Ordusu Şərqə doğru hərəkət etməyə başladı. Ən
böyük və ağır döyüşlərdən biri Göyçayda oldu. Artıq bu zaman “Şimal yolu ilə
Göyçay qəsəbəsinə yaxınlaşan bolşevik rus və erməni qüvvələri keçdikləri erməni
yaşayış məntəqələrindən canlı qüvvə və təminat toplayaraq 28-30 minlik orduya
çevrilmişdilər”.
51
Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu bu döyüşdə bolşevik-
daşnak hissəsinin burnunu ovdu və Bakı səmtə yol aldı. Belə bir qələbədən sonra
erməni terrorçularının zülmündən cana doymuş Azərbaycan xalqının igid övladları,
könüllü dəstələr nizami orduya daxil olmağa başladılar.
Nuru Paşanın ordusuna könüllü qoşulanlar arasında erməni qatillərindən
həmyerlilərinin intiqamını almağa hər cür, hər vaxt hazır olan şamaxılılar da var
idi. “Şamaxıda cavanlardan ibarət təşkil etdiyi dəstəyə gecəli-gündüzlü təlim keçən
Osman Əfəndi az bir zamanda onlardan sərrast atıcılar yetişdirməyə müvəffəş
olmuşdu. Bu dəstə ermənilərlə aparılan döyüşlərdə ermənilərin bir çox
hücumlarının qarşısını ala bilmişdi. Osman Əfəndi Göyçaya gəldiyi iki günün
içərisində orduya 60 nəfər könüllü cəlb etmişdi. Göyçaya varid olan müzəffər türk-
osmanlı ordusunun tərkibinə qatıla bilmələri üçün hazırlanmışdı.
Qafqaz İslam Ordusunun zərbi-dəstinə davam gətirə bilməyən 25-30
mindən artıq olan bolşevik-daşnak ordusu geri çəkilməyə başladı. Kürdəmir, Ağsu
azad edildi. İşin dəhşəti onda idi ki, yağı düşmən geri çəkildikdə daha çox və
dəhşətli faciələr törədirdilər, yaşayış məntəqələrində adda-budda salamat qalmış
tikililəri yandırır, heç kimə, heç nəyə rəhm etmirdilər.
Məğlubiyyətlərindən daha da vəhşiləşən erməni-daşnakları təsadüfən rast
gəldikləri azərbaycanlılara ağlasığmaz işgəncələr verir, sonra da yerindəcə
güllələyirdilər.
Müzəffər Nuru Paşa ordusu iyul ayının 20-də Şamaxını azad etdi.
Təxminən, dörd ay ərzində Şamaxı şəhəri yerlə-yeksan olmuş, şəhərin quruca adı
qalmışdı. Erməni daşnaklarının ayağı dəydiyi müsəlman kəndləri isə tamamilə yox
edilmişdi. Şəhər azad edildikdən sonra müxtəlif yerlərdə gizlənmiş insanlar türk
ordusunun pişvazına çıxırdılar.
50
M.Ə.Rəsulzadə - Əsrimizin Siyavuşu. B. 1991, s. 90.
51
Birinci Dünya müharibəsində Osmanlı Ordusunun Qafqaz hərəkatı. Bakı 1998, səh. 25.
43
Uzun bir müddət qorxu, həyəcan, aclıq, səfalət içində yaşamış bu insanların
üzündə kiçik də olsa ümid, sevinc işığı sezilirdi.
Mənbələrdən: “Türk ordusu Şamaxıya, demək olar ki, küçələrdə, həyətlərdə
yüzlərlə yandırılmış, tüstüsü göyə qalxmış mülklərin, binaların, evlərin və
dalanların, eləcə də, içərisində, kömürə-külə dönmüş, vaxtın istisinin təsirindən,
şişib dağılmış, çürüməkdə olan çoxlu insan cəsədləri ilə dolu olan vaxtda gəlib
çıxmışdı. Yandırılmış binaların alovu artıq sönmüş olsa da, əmələ gəlmiş
xarabalıqlardan həm də yüksələn tüstünün və kül tozlarının təsirindən nəfəs almaq
çətinləşirdi”.
52
Hacı Musa Tağı oğlunun yaddaşından: “Bizim evimiz Sarıtorpaq
məhəlləsində idi. Bu məhəllədə varlı-karlı insanların, kübarların imarətləri daha
çox idi. Şəhər azad ediləndən üç gün sonra evimizə qayıtdıq. Şəhər xarabazar idi.
Türk əsgərləri şəhərə daxil olanda hamımız onlara baş endirdik. Mən 1902-ci il
zəlzələsini də görmüşdüm. Ermənilərin şəhərdə törətdikləri fəlakət zəlzələdən də
betər idi. Evimizdən, qonşuların mülklərindən əsər-əlamət qalmamışdı. Yay olduğu
üçün ətrafı iy, qoxu bürümüşdü. Əslində isə bir dənə də olsun bütöv cəsəd yox idi.
İtlərin, siçovluların, tülkülərin paraladığı meyitlər dəhşətli görkəmə düşmüşdü.
Şamaxıya qayıdan insanlar fəryad edə-edə ilk əvvəl məhəllədəki insan cəsədlərini,
eləcə də, cəsədlərdən ayrı düşmüş bədən üzvlərini - qol, baş, qıç, əl-ayaqları
toplamağa başladılar. Bir neçə gün içində yüzlərlə insan cəsədləri toplanıb dəfn
edildi. Çoxsu da məscidinin həyəti və Şamaxının Qəriblər qəbrisitanlığında.
Bundan əlavə, insan cəsədlərinin, külü məscidlərdə də basdırılırdı. Bu işlərin icrası
zamanı türk əsgərləri də fəal iştirak edirdilər. Belə vaxtlarda bizim hansı hissləri
keçirdiyimizi söyləmək o qədər də asan deyildi. Ürəyi gedən, ağlamaqdan göz yaşı
quruyan, ah-fəryaddan səsi batan insanlar yüzlərlə idi. Demək olar ki, 1919-cu ilin
qışına kimi şəhər hələ yaxşı təmizlənməmişdi. Azərbaycanın müxtəlif ərazilərinə
didərgin düşmüş şamaxılılar yavaş-yavaş şəhərə qayıtmağa başladılar. Mən
qonşumuz Ağamirzənin ailəsinin şəhərə qayıtmasının şahidi olmuşam. Bizdən iki
tin, o biri tərəf “İmamlı”da yaşayırdılar. Ağamirzənin evi tam uçmuşdur. Bir
oğlunu ermənilər öldürmüşdülər. Onun qırxa yaxın yaşı olardı. Anası Püstə nənə
də sağ idi. Həyətə çatdılar. Ailə yerindəcə donmuşdu. Ana, Ağamirzə ilə yoldaşı
Güllü və oğlanları Niyaz, Nuru evin uçmayan divarına söykənib ağlamağa
başladılar.
Ağamirzə arvadı Güllü ilə evin xarabalığına cumdular. Bir saata yaxın
yanmış daş-torpağı ələk-vələk elədilər. Ən nəhayət, Ağamirzənin dəhşətli səsi
hamımızı diksindirdi. O, atası İmamlı məscidinin mollası Məşədi Əsədin yanıb-
kösəvə dönmüş cəsədini daşların arasında tapa bilmişdi. Ağamirzə cavan olduğu
üçün atam onu güclə kənara çəkdi, anam Güllünü və uşaqları alaçığımıza gətirdi.
52
S.Ələsgərova, İ.Məmmədli. Şəhid türk zabiti məzan, “Vışka” qəzeti, 21.VI.2000.
44
Özü geri qayıdıb qonşumuz Paşa və Soltan dayı ilə işə başladılar. Molla Əsədin
yanmış sümüklərini bir parçanın arasına yığdılar. Sonra aparıb qəbiristanlıqda dəfn
etdilər. Dünyalar yola salmış Püstə nənə ömür-gün yoldaşının belə vəziyyətə
düşməsinə, alışıb yanırdı. 80 yaşlı ağbirçək nə edəcəyini bilmirdi. Çarə bir göz
yaşına, bir də zəif səslə söylədiyi ağılara qalmışdı. Özü də çarəsiz qadın yanmış
evlərinin salamat qalmış hər daşını öpə-öpə söyləyirdi bu ağıları:
Mən aşıq qannıları,
Qan tutsun qannıları,
Qudurmuş it olaram,
Tutaram canlıları.
Pirtirəki dağımdı,
Qoynu qəm oylağımdı,
Yaş tökər leysan kimi
Deyər, yaman çağımdı.
Mən aşiqəm belə yaz,
Belə oxu, belə yaz,
Məni evimdən etdin
Gəlmiyəydin belə, yaz.
Taleyləri bir-birinə oxşar olan qonşular səsə yığılıb dərdlərini göz yaşlarına
qata-qata şivən qopardılar”.
53
Şahidlərin dediklərindən: “Şamaxı kəndlərinin birində qadınlar ağasaqqal
ruhaninin - kəndin mollasının himayəsinə sığınırlar ki, ermənilər ixtiyar yaşlı
ruhaniyə hörmət edib, onlara dəyməzlər. Bu ümidlə ruhani qocanın olduğu yerə
pənah gətirirlər. Lakin qaniçən, quduzlaşmış ermənilər, insanların gözü qabağında
ruhaninin gözlərini oyur, qulaqlarını kəsir, dərisini soyur, başını bədənindən ayırır,
ona pənah gətirən qadın və uşaqların hamısını rəhmsizliklə qətlə yetirirlər”. (Umud
İsrafilov).
“Şəhərdən çıxa bilməyən qoca, qadın və uşaqları bir yerə yığan ermənilər,
müqəddəs kitabı - “Quranı” yandırmağı onlara əmr edirlər. Amma heç kəs bu işi
görməyə cürət etmir. Bundan qəzəblənən erməni terrorçuları, qaynar samovarı
qadın və qocaların kürəyinə sarıyırlar. İnsanların kürəyinin cızdağı çıxır. Cəzaya
tab gətirməyən insanlar atılıb düşdükcə qaynar su onların bütün bədənini bişirir.
“Quran”ı yandırmayan yerdə qalan insanları isə süngüdən keçirir, güllələyir, sonra
“Quran”la birlikdə odda yandırırlar”. (Bayram Alıxan bəy oğlu).
53
Xatirə. Ə.Cəfərzadənin arxivindədir. - S.Q.
45
Bəxtiyar Məhəmmədtağı oğlunun dediklərindən: “Atam Məhəmmədtağı
Udulu Üşüdü İbadla kol-kosların, yanmış daşların, külə qarışıq tozun-torpağın
arasından tapdıqları yarıyanmış, yarıcırılmış kitabları, ətrafa səpələnmiş “Quran”
vərəqlərini və fotoşəkilləri çantasına qoyduqdan sonra, qərarlaşdırdıqları kimi,
Şamaxının həmin “İmamlı” məhləsindəki ən böyük camesi
sayılan, ermənilər tərəfindən yandırılıb, Cümə məscidinə
gəlib baxmalı idilər.
Bu məqsədlə onlar Qocamalıbəyovların xarabalığa
dönmüş mülklərinin - imarətlərinin çox böyük bağlı-bağatlı
həyətindən çıxmağa hazırlaşdıqdan sonra atları bağladıqları
yerdən açıb yedəklərində apardıqları zaman, qəfildən, ani
olaraq onların və atların ayaqları altında, çox iri, təxminən,
pişik böyüklüyündə olan siçovulların zirzəminin divarının
həyətə açılan deşiyindən bir-birinin ardınca çıxaraq, sürətlə
qaçmalarını görəndə, onların çıxardıqları çox iyrənc səsləri eşidəndə, hər ikisi
birdən diksinir, atları isə bərk ürkürlər.
Üşüdü İbad cəld hərəkətlə siçovul dəstəsinin ardınca atəş açır və onların bir
neçəsini vura bilir.
Bu dəhşətli, ətürpədici mənzərənin şahidi olan atam və Üşüdü İbad özlərinə
gələndə ürkmüş atları tutub, bağladıqdan sonra, divarında həyətə açılan deşik olan
zirzəmiyə baxmaq fikrinə düşürlər. Üşüdü İbad zirzəminin yeni yaranmış qapısını
təpiklə vurub sındırır. Qaranlıq zirzəmidə, əmələ gəlmiş dəlmə-deşiklərdən,
müxtəlif istiqamətdən düşən şüaların zəif işığı altında, onlar başları kəsilmiş,
didilib-dağılmış iki meyit görürlər. Siçovulların hansı səbəbdən belə iri olmaları
onlara aydın olur”.
Məşədi Hüseynqulu Əmrah oğlunun yaddaşından: “Şamaxı məhəllələrində
ondan artıq məscid var idi. Şəhər azad ediləndən bir az sonra Şamaxıya - xaraba və
hüzn içində olan bir diyara qayıtdıq. Yanmış daş, divar iyi, meyitlərin iyinə
qarışmışdı. Məscidlər yandırılmışdı. “Cümə” məscidi yansa da, nisbətən salamat
qala bilmişdi. Məscidin içində bir aya yaxın iş getdi. Məscidin içindəki külün
arasından tamamilə kösövə dönmüş insan sümükləri, yanmış paltar, palaz, papaq
parçaları, saç çəngələri çıxırdı. Ağsaqqaların məsləhəti ilə bütün məscidlərin içində
olan külləri yığıb dəfn etdilər. Doğmalarını tapmayan insanlar o “kül qəbrləri”
ziyarətgah bilirdilər. Özü də uzun illər Cümə günlərində hamı o kül qəbrlərin
yanında dayanıb ağı deyən, ağlayan övlad, qardaş, ata dağlı o qədər insanlar
tanıyırdım ki, Molla Nərgiz, Məşədi Suğra, Kərbəlayi Tubu, Dadaş Məşədi Əli
oğlu, Misirxan Nəsirxan oğlu, Qulu Məşədi Alı oğlu, Cənnət Məşədi Soltan qızı,
Tükəzban Molla İsmayıl qızı, Yetər, Fərrux Hacı Nağı qızı, Məşədi Xeyri Məşədi
Usub qızı”.
* * *
46
Nuru Paşa igidlərinin ermənilərlə ən ağır döyüşlərindən biri də Şamaxı və
Mərəzə əraziləri arasında Acıdərə adlı yerdə baş vermişdi. Bu ağır döyüşdə
düşmənin böyük bir qismi məhv edildiyi kimi, Şamaxı könüllüləri və müzəffər türk
əsgərlərindən də xeyli döyüşçü şəhid olmuşdur. Həmin ərazidə həlak olanlar
arasında bir türk zabiti də vardı. Şəhidin məzarı düz 84 ildir ki, şamaxılılar
tərəfindən ziyarət olunur.
Bu məzar Şamaxı - Bakı şosse yolunun kənarında Acıdərə adlı bir yerdə iki
dərənin qovuşuğunda kiçik bir təpənin üstündə yerləşir. Şəhid, şəhid olduğu yerdə
dəfn olunmalıdır, - adətinə əsasən türk zabiti öldüyü yerdə dəfn edilmişdir.
“Üzərində əhəng daşından sənduqə formalı abidə qoyulmuş (1,25x0,155x0,37
metr) tək bir məzar vardır. Sənduqənin ayaq tərəfrində “Allah, Məhəmməd”, baş
tərəfində ay-ulduz, nəsx xəttilə ərəbcə, azərbaycanca, türkcə kitabələr həkk
olunmuşdur:
Bir türk oğlu qəhrəmanındır bu məzar,
Gör necə yer ilə yeksan eyləmişdim xazikar.
Qafqaz islam yolunda eyləyib zinhar canın,
Ərseyi-hərb içrə bir əslanındır bu məzar!
Bu qəbir osmanlı alayı qoşunlarından olan
zabitin qəbridir. Qafqaza gəldi, müharibə etdi və
şəhid oldu. 1336 (1918)-ci ildə şərəfli şəhadətli
daddı, ilqarını seçdi.
“Xoda
rebbim
benim
haqqa.
Mehemmeddir Resulallah”
54
.
Qəbrin üzərində türk zabitinin adı, soyadı
yazılmayıb. Uzun illər bu məzarda dəfn olunan
şəhidin adının Qədir Əfəndi olduğu söyləmiş və
yazmışlar. Müəlliflər şəhidin adının Qədir əfəndi
olduğunu hansı sənədə əsasən söylədiklərini və
yazdıqlarını göstərməmişlər.
Son tədqiqatlarda həmin vuruşlarda həlak
olan zabitin adının İzzət Əfəndi olduğunu
göstərirlər. Bu barədə Bakı Ali Birləşmiş
Komandirlər Məktəbinin 1998-ci ildə “Göytürk”
mətbəəsində
çap
etdirdiyi
“I
Dünya
Müharibəsində Osmanlı ordusunun Qafqaz
hərəkatı, Azərbaycan Milli Ordusunun yaradılması və Azərbaycanın istiqlalının
qazanılması” adlı kitabçanın 31-ci səhifəsində oxuyuruq: “Döyüşlər 20 iyul gecəsi
54
M.Nemət. “Azərbaycanda pirlər”. Bakı, 1992, səh. 84.
47
də davam etdi. Türk birləşmələrinin şiddətli hücumu nəticəsində bolşeviklərin
Şamaxı müdafiəsi dağılmış və qələbə türk birləşmələrinin əlinə keçmişdir. Türk
birləşmələrinin təqibi ilə Mərəzə istiqamətinə geri çəkilən düşmən 21 iyuldakı
döyüşdən sonra buradan da çıxarıldı və Bakıya doğru qaçmağa başladı. Bu
döyüşdə 28-ci tabur komandiri mayor İzzət Əfəndi şəhid oldu. (Seçmələr bizimdir
– S.Q.).
Heybət Şikarovun dediklərindən: “Əgər, türk əsgərləri bir az da gec gəlsə
idi, demək olar ki, Azərbaycan həm də Şamaxı bütövlükdə erməni cəlladlarının
əlinə keçəcəkdir. Rəhmətlik atam həmin faciələrin hamısını öz gözləri ilə
görmüşdür. Əsrlərin şahidi, qədim mədəniyyət mərkəzi olan Şamaxının talan
edilməsi, yüzlərlə qədim tarixi abidələrin – məscid, hamam, mədrəsə, eləcə də xan,
bəy və tacirlərin bənzərsiz, qədim Şərq üslubunda tikilən mülklərinin yerlə-yeksan
olunmasının, yandırılmasının canlı şahidi olmuşdur. Dini bayramlar olanda atam
Qədir Əfəndinin ruhuna “Yasin” oxutdurardı. Bununla yanaşı, türk şəhidinin
məzarının üzərinə ilk dəfə daş saldırmış Məlikməmməd Məlik oğlu Tağıyevin də
adını hörmətlə çəkər və ona rəhmət diləyərdi. Atam deyərdi ki, o kişi öz canı
bahasına türk zabitinin adını əbədiləşdirdi. Belə ki, Məlikməmməd 30-cu illərdə
Şamaxıda yüksək vəzifəli ermənilərin yuxarılara verdikləri donoslar əsasənda 30-
cu ildə qardaşı və iki oğlu ilə həbs edildi. Sonralar bəlli oldu ki, 1937-ci ilin
ortalarında Məlikməmməd Şamaxıda Dövlət Təhlükəsizlik İdarəsində işləyən
Qavriloviç adlı erməninin göstərişi ilə “türkçülüyü yaymaq və müdafiə etmək”
üstündə ikinci dəfə həbs edildi və o “xalq düşməni” adı ilə də güllələndi.
55
İllər keçdikcə, güclü yağışlar zamanı dağlardan axan sellər həmin təpəni
yavaş-yavaş ovurdu. Məzar təhlükə qarşısında idi. Bu təhlükəni görən Babaxan
Qara oğlu heç nəyi fikriləşmədən qolunu çırmalayıb işə başladı.
Haşiyə: Babaxan Qara oğlu Rzaxanov, 1928-ci ildə Şamaxı rayonunun
Qaracüzlü kəndində anadan olub. Ailələri ilə Bakıya köçüb Razin (Bakıxanov)
qəsəbəsində yaşayıblar. Babaxan Suraxanıdakı qarajda sürücü işləmişdir. “O
zaman “ZSL”-i varmış. Qırmızı rəngli “Zil” ancaq Babaxanda idi. “Əhməd
haradadır” filmindəki Əhmədin “Zil”i onun olub”.
56
Gülnaz Babaxan qızının dediklərindən: “Atam 1954-cü ildə qəbri
abadlaşdırmağı qərara alır. Bunun üçün fəhlə, usta tutmaq istəyir. Çoxları
hökumətin qorxusundan razılıq vermir. Ən nəhayət, Kazım Süleymanov, Teymur
Haqverdiyev, Əliheydər Xasayev işə başlayırlar. Onlar qəbrin ətrafını daşla hörür,
dəmir çərçivəyə alırlar. Atam şəhərdən savadlı molla gətirir. Qəbir daşının üstündə
olan yazının pozulanlarını da bərpa etdirir. Bu iş hüquq mühafizə orqanlarına
çatdırılır. Vəzifədə olan ermənilərin şeytanlığı ilə atam müxtəlif təzyiqlərə məruz
qalır. Sorğuya tutulur. Ondan düzəltdiklərini sökməyi tələb edirlər. Atam isə, həbs
55
H.Şikarovun xatirəsi bizdədir – S.Q.
56
“Hər gün” qəzeti. 1998. 4.IX. Məzar Qədir Əfəndinindir.
48
olunmağına razı olur, ziyarətgaha əl vurulmağına yox.
Bu ara Türkiyə dövləti ilə SSRİ arasında yaranan yaxşı
münasibət atamı bəladan xilas edir. Biz hər il mart
ayında atamla Şamaxıya gedər, şəhid türk məzarını
ziyarət edər, üstünə tər çiçəklər düzərdik. O da
yadımdadır ki, atam bizi orada qoyub, Şamaxıya molla
dalınca gedərdi. Gətirdiyi mollaya Qədir Əfəndinin
ruhuna “Yasin” oxutdurardı.
Atam 1994-cü ildə dünyasını dəyişdi. Vəsiyyətlərinin biri də “şəhid türk
məzarına ziyarətə getməyi unutmayın”, - oldu. Ta bu günə kimi atamın vəsiyyətinə
əməl edirik”.
Azərbaycan soyqırımının 75 illiyi münasibətilə 1993-cü ildə məzarın
yanında Şamaxı yanında Şamaxı və Qobustan rayonları rəhbərliyinin və ziyalıların
məsləhəti ilə Türk məzarı yanında mitinq təşkil edilmişdir. Mitinqdə Türkiyənin
ölkəmizdəki sabiq Altan Karamanoğlu, səfirliyin işçiləri və səfirin atası da iştirak
etdi. Belə qərara aldılar ki, həmyerlimiz, bacarıqlı memar Cəfər Qiyasinin
hazırladığı layihə əsasında türk qəbrinin ətrafında məqbərə ucaldılsın. Bu məqsədlə
Qobustan rayon bankında 712 saylı hesab açıldı, imkanlı adamların xeyirxah işə
kömək etmələri arzu edildi.
Çox əfsus ki, istedadlı memar Cəfər Qiyasinin yaratdığı abidə elə kağız
üzərində qaldı. Amma 2000-ci ildə Qobustan Rayon icra Hakimiyyətinin səyi ilə
türk zabitinin qəbri təmir edildi və məzardan 30 metr kənarda, şosse yolunun
üstündə 1918-ci ildə döyüşlərdə həlak olmuş insanların adına abidə kompleksi
ucaldıldı.
* * *
Uzun zaman apardığımız elmi araşdırmalar nəticəsində Şamaxıda və eləcə
də, onun kəndlərində qətlə yetirilmiş bir çox insanların adını və soyadını
dəqiqləşdirə bilmişik. Şamaxıda qətlə yetirələnlər arasında yüzlərlə dövlət işçisi
bəy, tacir, axund, əfəndi, molla, mirzə, müəllim, şair, memar, aşıq, xanəndə və
başqa peşə, sənət sahibləri olmuşdur. Teymur Xudaverdiyev (şəhər qlavası), Hacı
Cəfər Qulu Axundov, Hacı Baba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdülxalıq
Əhmədov, Hacı Əbdülhüseyn Zeynalov, (özünün üç qardaşı ilə) Hacı İsrafil
Məmmədov, Mir İbrahim Qasımov, Eyyub Ağa Veyisov, Zeynəb xanım
Veyisova, Əli Abbas bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov, Əbdürrəhim Ağa
Ağalarov, Məhyəddin Əfəndizadə, Zəkəriyyə Əfəndi, Mehdi Xəlil oğlu, Ziyyəddin
Abdullayev, Hacı Molla Həsən Zeynalov və arvadı, Mahmud Hacıağa oğlu arvadı
və oğlu ilə Vahab bəy, İsrafil bəy, Mecid bəy, Məlik bəy, Xaspolad bəy, Nağı bəy,
Tağı bəy, Soltan bəy, Mürşüd bəy, Hacı Murad, Hacı Musa Hacı Dadaş oğlu,
Kərbəlayi Misir Hacı Namaz oğlu, Hacı Bağı Kərbəlayi Mirzəxan oğlu, Hacı
Nurməmməd Hacı Axund oğlu, Mirzə Aslan Kərbəlayi Ağasəfoğlu, Axund Mecid
Hacı Salman oğlu, Axund Zülfüqar Molla Məhəmməd oğlu, Molla Mirbaba, Mirzə
49
Ramazan Molla İbrahim oğlu, Mirzə Həsən Kərbəlayi Əlabbas oğlu, Mirzə Qəşəm
Molla Şahbala oğlu, Nakam Əli Şirvani, Mirzə Məhəmməd Şirvani, Məşədi
Vəlican Hacı Abbasqulu oğlu Şirvani, Şıxbaba Şirvani, Tərrah Məşədi
Məhəmməd, Aşıq Musa, Aşıq İsmi Məmmədnəbi oğlu, Aşıq Soltanağa, Molla
Nabat, Molla Nisə, Molla Fatma, Molla Nərgiz Ağa qızı, Mələk Məşədi Tahir qızı,
Şair Xanım, Molla Əsbət, Molla Pərinaz Hacı Abbas qızı və yüzlərlə belə insanlar
1918-ci ilin soyqırımına məruz qalmış, müxtəlif işgəncələrlə qətlə yetirilmişlər.
Molla Tubunisə Molla Talıb qızı XIX əsrin II yarısında anadan olub.
Təhsilini atasından alıb. Sonra o, İmamlı məhəlləsindəkı Molla Çimnazın
məktəbində oxumuşdur. Tubunisənin gözəl səsi olduğu kimi, yaxşı da təbi
olmuşdur. O, on altı yaşında yaxın qohumu Səlim adlı kasıb bir gənclə həyat
qurmuşdur. Onların beş övladı olmuşdur. Tubunisənin 23 yaşı olanda əri qazanc
dalınca gedir. İtkin düşür. Ondan sonra çətinliklə beş uşağını saxlamağa başlayır.
O, sevgilisinin ölümünə neçə-neçə şerlər yazmışdır:
Qırmacın ucu yaşıl,
Gün dəycək parıldaşır,
Sən öldün, mən də öldüm,
Qəbir mənə yaraşır.
Molla Tubunisə qoca atasının məsləhəti ilə qız məktəbi təşkil edir. Bir
müddət məktəbdarlıqla məşğul olur. Sonra dini mərasimlərdə mərsiyələr oxuyur və
ya mollalıqla məşğul olur. Erməni qırğını zamanı xəstə imiş. Böyük təkidlə
uşaqlarını şəhərdən çıxara bilir. Özü isə, yol gedə bilməyəcəyini hiss edib, evində
qalır. Fikirləşir ki, yaşı altmışı ötmüş qocaya yəqin ki, rəhm edərlər. Ermənilər
Şamaxını oda qalaq edirlər. Tubunisə evdən çıxanda İmamlı məhəlləsini od içində
görür. Qonşular bir-birinə dəyir. Hamı İmamlı məscidinə pənah aparır. Tubunisə
də eləcə. Erməni cəlladları məscidi ağızınacan insanla dolu olduğunu görən kimi
qapıları bağlayıb dörd tərəfdən binaya od vururlar. İçəridə diri-diri alışan insanların
fəryadı ərşə bülənd olur. İnsanların tükürpərdici səsi Pirdirəki dağında əks-səda
verir. Molla Tubunisə də məsciddə yandırılan insanların arasında olur.
Molla Tubunisənin əlyazmaları, atası molla Talıbdan qalan kitabları balaca
evində yanıb məhv olur. 80-ci illərdə köhnə şamaxılıların yaddaşlarından
Tubunisənin 10-12 şerini əldə edə bilmişik.
Dostları ilə paylaş: |