I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə88/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   84   85   86   87   88   89   90   91   ...   94

Yelenendorf və Annenfeld Şimali Azərbaycanda yerləşirdi.  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



448

 1819-cu  ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 

194 alman ailəsi Annenfeld (indiki Şəmkir) və Yelenendorf (indiki Göygöl rayonu) adlı Sonralar 

Gəncə və Qazax qəzalarında almanların yeni koloniyaları-Georgsfeld (indi Şəmkirin Çinarlı 

qəsəbəsidi), Alekseyevka, Qrünfeld (indi Ağstafanın Həsənsu kəndidi), Ayxenfeld (indi Şəmkirin 

İrmaşlı kəndidi),Traubenfeld (indi Tovuz şəhəri), Yelizavetinka (indi Ağstafa şəhəri), Marksovka 

və Kirovka yarandı (2, s.17). Qafqaz almanları tərəfindən Tiflis şəhərində nəşr olunan Kaukasische 

Post qəzetinin hər bir nömrəsi yuxarıda göstərilən kənd  və şəhərlərə çatdırılırdı. 

Bu Azərbaycan ərazisində ilk böyük alman icması idi.  Burada 1821-ci ildə ilk dəfə olaraq 

İsveçrə missionerlərinin köməyi ilə Sinod çağrıldı. 1821-ci ildə köçkünlərin dini xadimi olan Johan 

Jakob Krauz ilk ibadətxana acmağa cəhd göstərdi. 1834-cü ildə artıq belə bir ibadətxana hazır olur

Almanların Azərbaycana yerləşdirilməsindən sonra əlli il ərzində Gəncə ətrafında iki, 



Şəmkirdə üç, Tovuzda bir, Ağstafada üç alman yaşayış məntəqəsi salındı və alman ailələrinin sayı 

3400-ü ötdü. Tarixi qaynaqların da məlumat verdiyi kimi, almanların Azərbaycanın Qərb 

bölgələrinə gəlişi ilə doğrudan da o yerlərin kənd həyatında böyük mədəni dəyişikliklər baş verdi.  

II Dünya Müharibəsində ruslara əsir düşən almanların bir hissəsi Azərbaycana gətirilərək 

tikinti sahəsində işlədilmişdir. Dövlət İncəsənət Muzeyi, Hökumət evi, Səhiyyə Nazirliyinin binası 

məhz almanlar tərəfindən tikilmişdir.1940-cı ildə Mingəçevir Su Elektrik Stansiyasının əsası 

qoyulmuşdur. 1941-ci ildə stansiyanın tikintisinə 10 minə yaxın alman hərbi əsir cəlb edlilmişdir.  

Xanlarda yaşamış və 2007-ci il martın 29-da vəfat etmiş sonuncu alman Viktor Klayn 

sovetləşmədən sonra «antisovetçi» damğası vurularaq güllələnməyə məhkum edilənlərin qətlinin 

canlı şahidlərindən olmuşdur. Yeri gəlmişkən, Almaniyanın Azərbaycandakı səfirliyi Viktor 

Klaynın Xanlardakı evini muzeyə çevrilmişdir.  

Azərbaycanda almanlarının inşa etdikləri məşhur tikililərin bəziləri Bakıda yerləşir.Bakıda -

28 may küçəsində yerləşən alman kilsəsi-kirxa onlardan biridir. Azərbaycanda yaşayan alman 

icması hər bazar günü bu kilsəyə gəlib, öz dualarını oxuyur, ibadət edir və söhbət aparırlar. 

Kirxanın yanında   daha bir bina var.Karelhauz adlanan bu bina Alman mədəniyyət mərkəzidir. 

         Bu bina Almaniya  hökuməti tərəfindən 99 illiyə icarəyə götürülüb.Hazırda Azərbaycanda çox 

ax alman yaşayır.Onların böyük əksəriyyəti yaşlıdır və demək olar ki, alman dilini bilmirlər. 

                                                     ƏDƏBİYYAT 

          1. Ç.Abdullayev, B.Quliyeva. Almanlar Azərbaycanda. Bakı, 1992 

2. М.Ш.Джафарли. Политический террор и судьбы азербайджанских немцев. Баку, 1998 

3. С.М.Зейналова. Немецкие колонии в Азербайджане: 1919-1941 годы. Баку, 2002 

4. Н.А.Ибрагимов. Немецкие страницы истории Азербайджана. Баку,  1995 

5. Л.Полонский. Сименс на Кавказе. Документальное повествование. Баку,  1995 

6. http://www.ksam.org/index.php?mtype=news1&mid=413 

 

 

Afag Piriyeva 



 

Resethement of Germans to Azerbaijan in the beginning of XIX century 

Summary 

This article describes the history of the formation of the German colonies existed in 

Azerbaijan in 1819-1941 years. The various activities of German colonists in Azerbaijan are 

researched. 

        Key  words: Azerbaijan-German relationship, colony, architechture, German community, 

history 


 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



449

Елвира Летифова, д.и.по.ф., доц. 

БГУ  

 

ПРЕДСТАВИТЕЛИ РУССКОЙ ИСТОРИОГРАФИИ XIX ВЕГА О ТЮРКСКОМ 



НАСЕЛЕНИИ СЕВЕРО-ЗАПАДНОГО АЗЕРБАЙДЖАНА - МУГАЛАХ 

 

После завоевания Российской империей Кавказа в XIX веке начинается изучение края 



в историко-этнографическом, культурном, социально-экономическом и других аспектах. 

Естественно, что в первую очередь эти исследования проводились с целью его дальнейшего 

политико-экономического освоения и утверждения здесь своей власти.  

 

В деле изучения этнической истории народов, населявших Кавказ, в том числе и 



Азербайджан, для русской историографии XIX века была характерна традиция разделения 

населения на «коренных» и «пришлых». Не являлись исключением и отличавшиеся 

этнической пестротой северо-западные территории Азербайджана, где к приходу русских 

имелись такие местные государственные образования как Шекинское ханство, Джаро-

Белоканские джамааты и Илисуйское султанство. Основными этносами региона к тому 

времени являлись авары, мугалы, цахуры и ингилои. Под этнонимом «мугал» 

подразумевалось тюркское население региона. 

 

Имперские историки XIX века, пытавшиеся исследовать историю происхождения 



мугалов, старались доказать, что тюркский элемент в северо-западном регионе 

Азербайджана, как и в других завоеванных ими регионах, является пришлым, и что данные 

территории якобы исторически принадлежали Грузии. Некоторые из них (К.Ган, 

А.Посербский, А.Фон-Плотто и др.) считали их потомками монголов, оставшихся здесь во 

время «великого переселения народов» (имеется ввиду период монгольских завоеваний – 

Э.Л.) для удержания покорённых народов под властью Тимура. 

 

Дм.Бакрадзе вообще считал, что «… в XVII столетии стали населять этот край  



дагестанские горцы и тюркское племя, называемое «мугал». Название это осталось, 

вероятно, от монголов, составивших, как надо предполагать, ядро здешняго татарского 

населения».  

 

Однако данные источников и топонимики позволяют отнести наличие здесь тюркских 



напластований уже в древности, начиная со скифского периода, затем гуннского и 

хазарского проникновения в начале н.э., и наконец, огузского и монгольского периодов. 

На наш взгляд, наиболее правдивую этимологию этнонима «мугал» дал средневековый автор 

Рашид ад-Дин, который считал, что в результате могущества монголов и тюркские племена, 

пришедшие вместе с ними, стали известны как монголы.  

 

Вследствие искажения слово «монгол» постепенно приняло форму «мугал» и стало 



собирательным именем для всех тюркских племен, подчиненных монголами. В 

представленном исследовании планируется провести анализ материалов, содержащихся в 

трудах русских историков XIX века по указанной проблеме и их сопоставление с 

топонимическим материалом, выявленным автором в ходе полевых работ и с данными 

других письменных источников и литературы.   


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



450

 

Bəxtiyar Həsənov 



AMEA Tarix İnstitutu, elmi işçi  

 

ŞİMALİ AZƏRBAYCANIN QARABAĞ REGİONUNDA MUSİQİNİN İNKİŞAFI 



TARİXİNDƏN (XIX əsrin sonu - XX əsrin əvvəlləri) 

 

XIX əsrin sonu XX əsrin əvvəllərində Şimali Azərbaycanın Qarabağ regionunda çoxlu 



məşhur xanəndələr olmuşdu. Məlum olduğu kimi, Şimali Azərbaycanın Qarabağ regionunda 

xanəndəlik sənətinin inkişafında mühüm rol oynamış amillərdən biri də XIX əsrin ikinci yarısında 

burada təşkil olunmuş ədəbi musiqi məclisləri idi.  

Bu musiqiçilərdən məşhur musiqişünas Xarrat Qulunun ölümündən sonra,Şuşada Kor Xəlifə 

adlanan bir şəxs burada musiqi məktəbi açmışdı. Kor Xəlifənin ölümündən sonra Şuşada “Nəvvabın 

məclisi” əsl musiqi məktəbinə çevrilmişdi. Burada Şərq musiqisinin incəliklərinə dərindən bələd 

olan görkəmli musiqişünaslar xanəndələrin düzgün oxumasına və ustalığına xüsusi qayğı 

göstərirdilər. Musiqi məclislərində “Şur”, “Rast”, “Mahur”, “Çahargah”, “Bayatı-İsfahan” 

muğamlarının oxunması iki, bəzən də üç saat çəkərdi.  

Şuşa musiqi məclisinin rəhbəri olan Mir Möhsün Nəvvab (1833-1918) XIX əsrin ən mahir 

musiqişünaslarından biri olmuşdur. O, Şuşanın musiqi mərkəzinə çevrilməsinə xüsusi qayğı 

göstərirdi. Nəvvab böyük xanəndə Hacı Hüsünün yaxından iştirakı ilə XIX əsrin 80-cı illərində 

“Xanəndələr məclisi” təşkil etmişdi. Onun musiqi məclisi Xarrat Qulunun musiqi məclisindən və 

Xurşidbanu Natəvanın “Məclisi üns“ündən (dostluq məclisindən) sonra şəhərin mədəni həyatında 

müstəsna rol oynamışdır. Nəvvabın musiqi məclisindən sonra, Şuşada Molla İbrahimin musiqi 

məktəbi yaranmışdı. Bu məktəbdə bir çox musiqiçilər dərs almışlar. Sevimli müğənnimiz Bülbül 

(1897-1961) də ilk təhsilini bu məktəbdə almış,1916-cı ildə ilk dəfə opera müğənnisi kimi çıxış 

etmişdir ( 8, s.19; 4,s.101). 

Görkəmli yazıçı Ə. B. Haqverdiyevin qeyd etdiyi kimi, XIX əsrin ikinci yarısı və XX əsrin 

əvvəlləri Qafqazın harasına getsəydin orada musiqiçini - çalanı, oxuyanı Qarabağlıdan görərdin. 

Bakı, Şəki, Şamaxı, Aşqabad, Tehran, hətta İstambul şəhərlərinin toy məclislərinə sazəndə dəstəsini 

çox vaxt məhz Qarabağın Şuşa şəhərindən dəvət edərdilər. Qarabağ xanəndələri öz gözəl səsləri, 

mahir sənətləri ilə iran, türk müğənnilərini həmişə kölgədə qoymuşlar (8, s 18-19). 

Azərbaycan türkcəsində oxuyan Qarabağ müğənniləri təkcə türkdilli ölkələrdə yox dünyanın 

bir çox ölkələrində sevilmiş və dinlənilmişdi. 

Xalq musiqiçilərinin xarici ölkə səfərləri mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol 

oynayırdı. Qarabağ sazəndələrinə təkcə Qafqazın müxtəlif yerlərində deyil, Orta Asiya, İran və 

Türkiyədə də rast gəlmək olurdu.Onların sənətkarlığı dəfələrlə bu yerlərdə yüksək mükafatlara layiq 

görülmüşdü (2.s.219).  

Tanınmış musiqişünas V.Vinoqradov Qarabağ musiqiçiləri haqdayazırdı ki, bu musiqiçilər 

Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərq 

ölkələrində yaymağa başlamışlar. Azərbaycan xalq musiqisini yaxşı bilən V.D.Korqanov özünün 

1908-ci ildə qələmə aldığı “Qafqaz musiqisi” adlı kitabında yazırdı ki, Qarabağın mərkəzi Şuşa 

şəhəri Zaqafqaziyaya çoxlu musiqiçilər və xanəndələr bəxş etmişdir. Şuşa şəhəri Zaqafqaziyada 

konservatoriya rolunu oynayır (10, s.9). 

Azərbaycanda ilk Şərq konserti 1901-ci ilin yayında keçirilmişdir. Dramaturq Əbdürrəhim 

bəy Haqverdiyevin rəhbərliyi altında Şuşada “Xandəmirovun teatrı”nda keçirilən bu konsertdə 

məşhur sənətkarlar Cabbar Qaryağdı oğlu, Keçəçi Məhəmməd, Məşədi Dadaş, tarzən Sadıqcan, 

Məşədi Zeynal , Ata Bağdagüloğlu, aşıqlardan Abbasqulu, Nəcəfqulu və başqaları iştirak 

etmişdilər. Konsertdə bir tamaşaçı kimi iştirak edən Əhməd bəy Ağayev həmin konsert haqqında 

yazmışdı: “... Tamaşaçılar böyük ehtirasla, orijinal türk musiqisini və xalq mahnılarını dinləyirdilər 

”(5).  


A.Əliverdibəyov Qarabağın mərkəzi Şuşa şəhərindəki məktəblər (mədrəsə və mollaxanalar) 

haqqında yazır: “Xalq maarifınə çox əhəmiyyət verib hər bir məhəllədə məktəb açılmışdı... Bu 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



451

məktəblərdən ən mötəbərləri: 1) Molla Kəlbəli; 2) Mirzə Əliqulu; 3) Molla Həmid; 3) Mirzə Kərim

5) Molla Əli Xəlifə və başqalarının məktəblərində nəzm və əşardan başqa musiqi nəzəriyyəsinə 

artıq dərəcədə əhəmiyyət vermişlər” ( 1, s.166-167). 

Bu dövrdə, 1901-ci ildə Qarabağın mərkəzi şəhəri olan Şuşada 22 nəfər musiqişünas adını, 38 

nəfər isə məşhur xanəndə adını almışdır.  

Bu dövrdə Qarabağın görkəmli xanəndələri Hacı Hüsünün, Əbdül Baği Zülalovun, Xan 

Şuşinskinin, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Keçəçi oğlu Məmmədin, Segah İslamın, 

Bülbülün, Məmməd Fərzəliyevin, Həmid Qurbanovun, Zabul Qasımın, Məcid Behbudovun musiqi 

sahəsindəki xidmətləri həmişə rəğbətlə qarşılanmış və heç zaman unudulmamışdır (7, s.82-85). 

Qarabağ regionu təkcə xanəndələr məskəni ilə seçilmirdi, həm də gözəl tar, kamança, qarmon, 

tütək ifaçıları yetişdirmişdi. Tarzənlərdan Qurban Pirimovun, Məşədi Cəmil Əmirovun, Zeynal 

Qarabağlının, ustad Sadıqcanın və başqalarının adlarını çəkmək olar. Gözəl qarmon ifaçısı Abutalıb 

Yusifov, Lətif Əliyev və başqaları Şuşada dünyaya göz açmışlar. Bu musiqiçilərdən muğamatımıza 

yeni ruh, yeni forma, məzmun gətirən, bütün həyatını klassik şərq musiqisinin inkişafına həsr edən, 

“Rast”, “Cahargah” və “Segahımıza” yeni variant və xallar əlavə edən 1861-ci ildə Şuşada dünyaya 

göz açan - Cabbar Qaryağdıoğlu (1861-1944) Azərbaycan musiqisinin Varşava, Moskva, Kiyev, 

Tiflis və başqa şəhərlərdə tanınmasında böyük işlər görmüşdür. O, Azərbaycan Dövlət 

Konservatoriyasının yaradıcılarından olmuş və orada muğamatdan dərs demişdi. C.Qaryağdıoğlu 

təkcə xanəndə deyildi, o həm də xalq aşığı, bəstəkar idi.  

Qarabağın tanınmış musiqiçilərindən biri də "Bülbülcan" təxəllüsü almış Əbdülbağı Zülalov 

idi. O geniş diapazona, məlahətli və təsirli səsə, güclü zəngulələrə malik sənətkar idi. Görkəmli 

xanəndələrimiz J.Qaryağdıoğlu, Ə.Abdullayev, S.Şuşinski və başqaları Ə.Zülalovdan dərs 

almışdılar. Görkəmli sənətkar 1920-ci ildən başlayaraq, “Şərq Konservatoriyası”nda və Azərbaycan 

Dövlət Türk Musiqi məktəbində muğamatdan dərs demişdi. Xanəndəlik sənətini Şuşada Xarrat 

Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənən, Qarabağ  xanəndələrindən biri də 

Keçəçi oğlu Məhəmməd (1864-1940) olmuşdur. O, Bayatı-Qacar muğamını orijinal və xüsusi 

ustalıqla oxumuşdur. Onun ifasında bir sıra muğam, təsnif və xalq mahnıları 1912-ci ildə “Spord-

Rekord” (Varşava), 1914-cü ildə isə “Ekstrafon” (Kiyev) şirkətləri  tərəfindən qrammofon valına 

yazılmışdır. 1920-ci ildən başlayaraq Məhəmməd öz sənətinin incəliklərini gənc nəslə öyrətməyə 

başlamış, xanəndəliklə yanaşı müəllimlik də etmişdir (7, s.83-87). 

“Məclisi Fəramuşan”ın fəal üzvlərindən biri olan Qasım Abdullayev Azərbaycan xanəndəsi 

adını almışdı. Qasım “Zabul” segahını bütün Şərqdə tanıtmışdır. Hətta təsadüfi deyildir ki, xalq 

arasında Q.Abdullayev “Zabul Qasım” kimi də tanınırdı.  

İngiltərənin “Qrammafon” səhmdarlar cəmiyyəti 1902-ci ildə Rusiyada ilk dəfə qrammafon 

valları fabriki açır. Həmin cəmiyyətin Varşava, Riqa, Peterburq, Moskva, Kiyev və Tiflis 

şəhərlərində baş idarələri yaradılır. Nəhayət, 1906-cı ildə “Qrammafon” cəmiyyətinin Riqa 

şəhərindəki şöbəsi məşhur Qafqaz müğənnilərinin səslərini vallara köçürmək üçün onları Riqaya 

dəvət edir. Şərq tarixində ilk dəfə səsini qrammafon valına yazdıran Cabbar Qaryağdıoğlu 

olmuşdur. Cabbar Qaryağdıoğlundan sonra Şəkili Ələsgər, Seyid Mirbabayev, tarzən Mərdi 

Canıbəyov qrammafon valına çalıb oxumuşlar. 1907-ci ildə Fransanın “Pats” qardaşları şirkəti 

Rusiyada qrammafon vallarını buraxmaq üçün fabrik açmışdı. “Pate” firması Qafqaz 

müğənnilərindən yenə də ilk dəfə Cabbar Qaryağdı oğlunu və məşhur İran müğənnisi Qəmər-Mülük 

xanımı dəvət etmişdi. Bunlardan sonra Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, 

Davud Səfiyarov həmin şirkətin firmalarında səslərini vala yazdırmışlar. 1910-cu ildə İngiltərənin 

“Qrammafon” cəmiyyəti bir qrup Qafqaz musiqiçilərini Riqa şəhərinə dəvət edib onların səslərini 

vala köçürür. Artıq bu dövrdə qrammafon valları ikiüzlü buraxılırdı. O zaman Azərbaycan 

musiqiçilərindən Malıbəyli Həmid və Əsgər qardaşları, Məcid Behbudov, Seyid Mirbabayev, 

Kərbəlayı Lətif Əliyev və başqaları çalıb-oxumuşlar. 1912-ci ildə isə Almaniyanın “Sport-Rekord” 

aksioner şirkəti Cabbar Qaryağdı oğlunu, Keçəçi oğlu Məhəmmədi, Məşədi Məmməd Fərzəliyevi, 

Davud Səfiyarovu, Qurban Pirimovu Varşava şəhərinə dəvət etmişdi. “Sport-Rekord” şirkəti 

qrammafon vallarına yazılmağa dəvət olunan musiqiçilərin vallarının kataloqunu ayrıca kitabça 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



452

şəklində minlərcə tirajla çap etdirib bütün Rusiya ərazisində, hətta şərq ölkələrində yaymışdı (8, 

s.30) 

Göründüyü kimi, XX əsrin əvvəllərində Azərbaycanın gözəl guşələrindən biri olan Qarabağ 



musiqiçilərinin fəaliyyəti təkcə Azərbaycan ərazisi ilə məhdudlaşmır, onların yaratdığı musiqi 

nümunələri xarici ölkələrdə insanlar arasında heyranlıqla dinlənilmişdi. 

Qarabağ xanəndələrindən biri olan Malıbəyli Cümşüd artıq 20-21 yaşlarında Qarabağ 

məclislərinə bir xanəndə kimi dəvət olunur. Məşhur müğənni bir neçə dəfə görkəmli tarzən Cavad 

bəy Əlibəy oğlu ilə İranın Təbriz, Rəşt, Ənzəli və Qəzvin şəhərlərinə toy məclislərinə dəvət 

olunmuşdu. O hər yerdə Azərbaycan musiqisinin incəliklərini, təravətini, Qarabağ xanəndəlik 

məktəbinin şöhrətini bir daha nümayiş etdirmişdi. Malıbəyli Cümşüd də Şuşada verilən opera 

tamaşalarında və “Şərq konsertləri”ndə yaxından iştirak edirdi. Onun yaxından iştirakı ilə 1909-cu 

il noyabrın 7-də və 1910-cu il mayın 23-də Malıbəyli kənd məktəbinin şagird və müəllimləri iki 

dəfə ədəbi-vokal gecəsi təşkil etmişdilər (9). 

1913-cü ildə Azərbaycanda məşhur bir xanəndə kimi tanınan Malıbəyli Cümşüd “Ekstrafon” 

aksioner şirkəti tərəfindən səsini vala yazdırmaq üçün Kiyevə dəvət edilir. Cümşüd Kiyevə gedərək 

“Segah”, “Mahur”, “Rast”, “Şikəsteyifars” muğamlarını və bir neçə təsnifi məharətlə oxuyub 

qrammafon valına yazdırır. O, 1915-ci ildə təxminən 70 yaşlarında Şuşa şəhərində vəfat etmişdir (8, 

s.101-102).  

Azərbaycanda klassik Şərq üslubunda oxumaq və milli musiqi alətlərində çalmaq sənətini 

öyrənmək geniş yayılmışdı, lakin tədris fərdi xarakter daşıyırdı. Şuşa öz musiqiçiləri və xalq 

musiqisinin köklü qədim ənənələri ilə məşhur idi (2, s.176). 

XX əsrin əvvəllərində Azərbaycan xalq musiqisinin yaradıcı şəkildə inkişaf və təbliğ etməkdə 

xanəndələrin böyük rolu olmuşdur. Xanəndələrin içərisində Cabbar Qaryağdıoğlu, İslam 

Abdullayev, Əbdülbaqi Zülalov, Mirzə Muxtar, Keçəçi Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, 

Malıbəyli Həmid, Malıbəyli Cümşüd, Zabul Qasım, Məcid Behbudov, Məşədi Cəmil Əmirov, 

Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan Şuşinski, bakılı Seyid Mirbabayev, şəkili Ələsgər 

Abdullayev, şamaxılı Mirzə Məmməd Həsən və b. çox məşhur idilər. Xalq musiqisi xəzinəsinə 

H.Q.Sarabski də öz töhfəsini vermişdi. İranda və Zaqafqaziyada məşhur olan xanəndələrdən biri də 

Cənubi Azərbaycan torpağının yetirməsi Əbul Həsən xan Azər idi. Məşədi Zeynal (Şuşa), Qurban 

Primov (Ağdam), Mirzə Fərrac və Mirzə Mənsur (Bakı), Şirin Axundov (Salyan) və b. tar ustaları 

kimi tanınmışdılar. Onlar tarın milli musiqi aləti kimi imkanlarını açmaq istiqamətində böyük 

xidmət göstərmişdilər. C.Qaryağdı oğlu, Q.Primov və başqamusiqiçilər təkcə Qafqazda deyil, onun 

sərhədlərindən uzaqlarda da şöhrət tapmışdı (2, s.208). 

Bəhs edilən dövrdə Qarabağda aşıqlıq sənəti inkişaf edirdi. Aşıq Valehin dövründə Qarabağ 

aşıq mühitində aşıq musiqisi ifaçılığı artıq çiçəklənmə dövrünə qədəm qoymuşdu. Aşıq Valeh sözün 

əsl mənasında böyük sənətkar idi. "Qarabağ şikəstəsi", "Kəsmə şikəstə", "Baş Sarıtel" və "Orta 

Sarıtel" məhz Aşıq Valehin yaradıcılığının məhsuludur. XVIII əsrdə yaşamış Sarı Aşıq əsasən 

bayatıları ilə tanınırdı. İlk Azərbaycan professional qadın aşığı olan Aşıq Pərini də Qarabağ 

yetişdirmişdir. (8, s.74; 11). 

XIX əsrin sonu XX əsrin əvvəllərində Qarabağın yetişdirdiyi ən görkəmli nümayəndələrdən 

biri dahi bəstəkar, Şərqdə ilk operanın banisi, böyük dramaturq, ilk liberetto müəllifi, musiqili 

komediya janrının yaradıcısı, Azərbaycan himninin müəllifi Üzeyir Hacıbəylidir (1885-1948). 

Azərbaycan opera musiqisinin banisi kimi tanınmaqla yanaşı, tarixdə istedadlı jurnalist, görkəmli 

dramaturq, pedaqoq kimi də ad qoyub getmişdir. 

O dövrün mətbuatında “Vaqt” qəzetinin 10 yanvar tarixli nömrəsində dərc olunan “1916-cı 

ildə Milli səhnə və səhnə Ədəbiyyatı” məqaləsində deyilirdi: “... Bu gün Qafqaz səhnəsində ayrıca 

zikr edilməyə layiq bir şəxsiyyət varsa, o da Üzeyirbəy Hacıbəyov cənablarıdır. Petroqrad ali 

musiqi məktəbini tamam etmiş bu şəxs Qafqaz müsəlmanlarının birinci kompozitorudur” (6, s.216). 

O, 1908-ci ildə “Leyli və Məcnun” operası ilə Azərbaycan musiqi tarixində ilk milli operanın 

əsasını qoydu.  

XX əsrin əvvəllərində Şimali Azərbaycanın Qarabağ regionunda mədəniyyətimizin bu 

sahəsinin inkişafı mənfur qonşularımız olan ermənilərin də diqqətindən qaçmamışdı. Azərbaycan 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



453

musiqisinə yüksək qiymət verən milliyətcə erməni olan A.İsahakyan dahi Azərbaycan bəstəkarı 

Üzeyir Hacıbəyovun anadan olmasının 60 illiyi münasibətilə yazmışdır: “Hacıbəyov öz gözəl 

operalarını yazarkən Azərbaycanın zəngin və misilsiz xalq musiqisindən istifadə etmişdir”. 

Bu fikri söyləyən erməni İsahakyandan fəqli olaraq milliyyətcə erməni olan A.Tiqranyan 

plagiatorluqla məşğul olmuşdu. Erməni plagiyatorçuluğundan bir faktı da misal gətirmək yerinə 

düşər. Bəstəkar A.Tiqranyan 1915-ci ildə H.Voskanyanın pyesi əsasında beş pərdəlik “Leyli və 

Məcnun” adlı musiqili dramı yazmış, 1936-cı ildə “Koroğlu” operası yazmağa başlamış, lakin əsər 

tamamlanmamış, onun ancaq birinci pərdəsi yazılmışdır (3, s.158-159). 

Göründüyü kimi mənfur ermənilər bu gün olduğu kimi, XX əsrin əvvəllərində də Azərbaycan 

musuqisinin inkişafına “biganə qalmır” musiqimizi erməni musiqisi kimi dünyaya təqdim etməyə, 

Azərbaycanın xalq mahnısı olan “Sarı gəlin”i erməniləşdirməyə çalışırlar.  

Erməni tarixçisi Leo öz fərziyyələri ilə belə bir nəticəyə gəlmişdir ki, erməni dilinin 

yoxsulluğu üzündən aşıqlar öz mahnılarını Azərbaycan dilində qoşmuşlar. O yazır: “Aşıqlar üçün 

nağıllarda təsvir olunan həyatı ifadə etmək üçün türk dili erməni xalq ləhcələrindən daha səlis, daha 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin