Маммадов И.М., Мусаев Т.Ф., Армяно-азербайджанский конфликт: история,
право, посредничество, Баку: 2008, 196 c.
18.
Məmmədzadə M.B. Ermənilər və İran. İstanbul: Nəcm İstiqbal Mətbəəsi, 1927, 40 s.
19
.
ب
.
نا ،
، و شر و
،ما
ا ا
1941
م
.
235
ص
.
20.
Əhmədova F. “Türk-müsəlman əhali beynəlxalq və regional maraqlar
qarşıdurmasında(1918-ci il)”, / Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı
soyqırımları (1914-1920-ci illər) II beynəlxalq elmi konfransın materialları, Bakı, AMEA Tarix
İnstitutu, 2015, s. 381-385
21.
Karahisarlı A. Ermeni tehciri meselesi // “Turan” Stratejik Araştırmalar Merkezi
Uluslararası Bilimsəl Hakemlik Mevsimi Dergi. Konya: yıl 1, sayı 2, ilk bahar 2009, s. 226
22.
Иманов К. Армянсюiе инородные сказюi. Баку: Тиmграфия INDIGO, 2008, 328
с.
23.
Halaçoğlu Y. Sürgünden soyıkırıma ermeni iddiaları. Babiali Kültür Yayıncılığı,
İstanbul: Mapsan Matbaacılık, 2008, 126 s.
24
.
،
، ور ود ه ر رد را
،
:
،
ا
د
،
لوا پ ،
ا تار ا
1390
،
328
ص
.
Hasan Safarlı
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
463
The historical roots of the plan to create Armenian state in the eastern part of the
Ottoman Empire and Azerbaijan by western states and Russia
Summary
Western states and Russia waged a war between Ottoman Empire and the Turkish states
which were created in the territory of Azerbaijan to prevent the Ottoman Empire from getting
strong and going forward to Europe. They also organized the Armenians who had migrated and
lived in these territories sporadically by sending the missioners to the territory of Azerbaijan and
Turkey. They made the Armenians commit the genocide of the Turkish population of the region to
create an Armenian Empire in Azerbaijan and Turkey.
Key words: Ottoman, Azerbaijan, genocide, Great Armenia, missionary organizations.
Yaxşıxanım Nəsirova
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
XVIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ SALMAS QƏZASININ
ETNODEMOQRAFİK VƏZİYYƏTİ
Son illərdə Azərbaycan tarixinin müxtəlif dövrlərinin tədqiqində osmanlı mənbələrinə
müraciət edilməsi ənənəsi genişlənmişdir. Belə ki, XX əsrin 80-90-cı illərindən başlayaraq
Azərbaycanın sosial-iqtisadi tarixinin öyrənilməsi məqsədilə osmanlı təhrir sənədlərinin
araşdırılması bu gün də davam edir. Bu sənədlər XVI və XVIII əsrin əvvəllərində Osmanlı
hakimiyyəti altında olmuş Azərbaycan əraziləri üçün tərtib edilmişdir və Başbakanlık Osmanlı
Arxivində saxlanmaqdadır. Mükəmməl işlənmiş Osmanlı vergi siyasətinə uyğun olaraq yeni fəth
edilmiş ərazilərin imperiyanın digər bölgələri ilə uyğunlaşdırılması məqsədilə həmin yerlərdə
yaşayan əhalinin və bütün gəlir gətirən sahələrin siyahıya alınması – təhriri həyata keçirilirdi. Bu
sənədlər daşıdığı məqsəd və vəzifələrinə görə müfəssəl və icmal olaraq qeyd olunmuşdur.
Artıq Azərbaycanın İrəvan
1
, Gəncə-Qarabağ
2
, Naxçıvan
3
, Qazax-Borçalı
4
bölgələri ilə
yanaşı, Ərdəbilin
5
sosial-iqtisadi tarixinə aid osmanlı arxiv sənədləri tədqiq olunmuş və nəşr
edilmişdir.
Mövzunun araşdırılması məqsədilə müraciət etdiyimiz İstanbul Başbakanlık Osmanlı
Arxivində 910 sayılı “Dəftər-e müfəssəl-i liva-i Xalxal və liva-i Urumi”
6
sənədi 409 səhifədir və
“siyaqət” xətti ilə yazılmışdır. XVIII əsrin əvvəllərində tarixi Azərbaycan torpaqları olan Urmiya,
Xalxal və Salmasın Osmanlı hakimiyyətinə keçirilməsindən sonra tərtib olunan bu dəftər həmin
yerlərin əhalisi, məişəti, təsərrüfatı, etnik və demoqrafik vəziyyəti, toponmiyası və s. məsələlərlə
bağlı dəqiq məlumat verən statistik bir sənəddir. Müfəssəl dəftər qeyd olunan ərazilər Osmanlı
qoşunlarının 1725-ci il payız-qış hücum kompaniyasında
7
ələ keçirildiktən sonra tərtib olunmuşvə
1726-1728-ci illərə aid təhrir məlumatlarını əhatə edir.
1
İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri Ziya Bünyadov və Hüsaməddin
Məmmədov (Qaramanlı). Bakı: Elm, 1996, 184 s.
2
Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Ön söz, tərcümə, qeyd və şərhlərin müəllifi Hüsaməddin Məmmədov
(Qaramanlı). Bakı: Şuşa, 2000, 576 s.
3
Naxçıvan sancağının müfəssəl dəftəri. Araşdırma,qeyd və şərhlərin müəllifi Hüsaməddin
Məmmədov(Qaramanlı).Tərcümə edənlər Ziya Bünyadov və Hüsaməddin Məmmədov(Qaramanlı). Bakı: Elm, 2001,
376 s.
4
Tiflis əyalətinin müfəssəl dəftəri (Qazax və Borçalı). Giriş, tərcümə və qeydlərin müəllifi Şahin Mustafayev. Bakı:
Pedaqogika, 2001, 256 s.
5
Ərdəbil livasının müfəssəl dəftəri. Araşdırmanın, transliterasiyanın müəllifi E.Arıklı. Bakı: 2004, 857 s.
6
“Dəftər-i müfəssəl liva-i Xalxal və liva-i Urumi”- İstanbul Başbakanlık Osmanlı Arşivi, Tapu-təhrir dəftərləri, № 910,
409 s.
7
Мустафазаде
Т.Т. Азербайджан и русско-турецкие отношения в первой трети ХVIII в. Б.: Элм, 1993, 240 с.,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
464
Müfəssəl dəftərin məlumatlarında Urmiya və Xalxal liva (sancaq), Salmas isə qəza olaraq
müəyyən olunmuşdur. Əvvəlcə qeyd edək ki, Osmanlı mənbələrində Salmasın inzibati bölgüsü
barədə fərqli fikirlər mövcud olmuşdur. XVI əsrə aid Osmanlı sənədində Salmasın, həmçinin,
Urmiyanın sancaq statusunda Təbrizə aid olduğu
1
bildirilir. Digər bir osmanlı sənədində isə
“...fəthdən 10 il keçməsinə baxmayaraq, Urmiya, Salmas sancaqlarının hələ də təhrir olunmadığı”
2
qeyd edilmişdir.
XVIII əsrin əvvəllərində tərtib olunmuş “Xalxal və Urmiya livalarının müfəssəl dəftəri”ndə
isə Salmas qəzası Salmas, Ənzəl, Kürdqıran və Qarabağ nahiyələri və “nəfs-i Salmas”dan təşkil
olunmuşdur. Qəzanın tərkibində 77 kənd, 1 məzrəə və 1məhəllə qeydə alınmışdır. Dəftərin
məlumatları qəzanın ən böyük nahiyəsinin Salmas nahiyəsi olduğunu deməyə əsas verir. Belə ki,
nahiyənin tərkibində 1 şəhər (“nəfs-i Salmas”), 59 kənd və 1 məzrəə olduğu göstərilmişdir.
Həmçinin qəzanın Ənzəl nahiyəsinin tərkibində 7, Kürdqıranda 8, Qarabağ nahiyəsində isə 3 kənd
olmuşdur. Yalnız Kürdqıran nahiyəsində 4 kənd qeyri-məskun olmuşdur.
Cədvəl
Kəndlər və məzrəələr
Nahiyələr
Məskun Qeyri-məskun
Məzrəə
Salmas 50
9
1
Ənzəl 7
-
-
Kürdqıran
4 4 -
Qarabağ 3
-
-
Yekun
64 13 1
Göründüyü kimi Salmas qəzasının tərkibində olan kəndlərdən yalnız 13-ündə əhali
yaşamamışdır. Bu da, heç şübhəsiz, o dövrün ictimai-siyasi vəziyyəti ilə bağlı olmuşdur. Belə ki,
XVIII əsrin əvvəllərində ərazidə hökm sürən siyasi-hərbi gərginlik bölgənin etnik və demoqrafik
vəziyyətinə birbaşa təsir edirdi. Əkinçilik və heyvandarlıqda böhranlı vəziyyət yaranmışdı. Torpağı
əkib-becərən kəndlilər bölgədə baş verən hərbi qarşıdurmalar nəticəsində ziyan dəymiş və
dağıdılmış təsərrüfatları tərk etmək məcbriyyətində qalırdı. Bu dövrdə ənənəvi “yandırılmış torpaq”
metodundan istifadə edilməsi də geniş yayılmışdı
3
. Qarşı tərəfin hərbi qüvvələrinin keçə biləcəyi
yolların ətrfaındakı şəhər və kəndlərin əhalisinin köçürülməsi təsərrüfatların dağıdılması və
yandırılması ilə müşaiyət olunurdu. Digər tərəfdən, müharibələrdə tez-tez istifadə edilən “məcburi
köçürmə”– sürgün siyasəti nəticəsində kəndlilər doğma yerlərini tərk etməyə məcbur edilməsi
4
də
bölgənin demoqrafik vəziyyətinə təsirsiz ötüşmürdü. Bununla yanaşı, müharibələr zamanı
insanların kütləvi şəkildə məhvinə səbəb olan epidemiya və xəstəliklər ərazidə əhali
məskunluğunun seyrəkləşməsinə, təsərrüfatların boş qalmasına səbəb olurdu. Nisbətən təhlükəsiz
və əlverişli ərazilərə köçən ailələr boş qalmış kəndlərdə və təsərrüfatlarda məskunlaşırdı ki, bu da
qeyri-sabit demoqrafik durum yaranmasına səbəb olurdu.
c.95-96.
1
Bilgili A.S. Osmanlı, İran ve Azerbaycan – I. (16. Ve 18. Yüzyıllar Sosyal ve Ekonomik Tarih). E.: 2004, 300 s.,s.54
2
Bilgili A.S. Osmanlı, İran ve Azerbaycan – I. (16. Ve 18. Yüzyıllar Sosyal ve Ekonomik Tarih). E.: 2004, 300 s., s.36;
3
Рахмани А.А. Азербайджан в конце XVI и в XVII веке (1590-1700). Б.: Элм, 1981, 238 с., c.78.
4
История Ирана с древнейших времен до конца ХVIII в. (под ред. Пигулевская Н.В. и др.) Л.: изд-во ЛГУ, 1958,
390 с., c. 277
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
465
Dəftərin məlumatlarından göründüyü kimi, Salmas qəzasında demoqrafik vəziyyətin
nisbətən sabit olduğunu demək mümkündür. Qəzanın 77 kəndindən yalnız 13-nün qeyri-məskun
olması ərazinin daha məskun olduğunu deməyə əsas verir. Onu da qeyd edək ki, bu kəndlərin
əhalisi Osmanlı fəthindən sonra köçüb getmişdir və bu barədə müfəssəl dəftərdə müvafiq qeyd
(“hal-i an ər-rəaya” – “rəiyyətsizdir” – Y.N.) mövcuddur.
Dəftərin göstəricilərində qəzanın nahiyə və kəndlərində 1 642 nəfər vergi mükəlləfiyyətli
şəxs yaşadığı qeyd olunmuşdur. Bunlardan 1 253 nəfər Salmasda, 179 nəfər Ənzəldə, 151 nəfər
Qarabağda, 59 nəfər Kürdqıranda yaşamışdır. Həmçinin qəzada 585 nəfər qeyri-müsəlman
yaşaması müəyyən edilmişdir. Ümumiyyətlə, hesablamalar nəticəsində Salmas qəzasının 77
kəndində 5 minə yaxın əhali yaşadığı məlum olmuşdur.
Qeyd etdik ki, müfəssəl dəftərin məlumatları bölgədə dini-etnik vəziyyətin müəyyən
edilməsində də mühüm əhəmiyyət kəsb edir. Hesablamar nəticəsində məlum olur ki, Salmas
qəzasında dini cəhətdən həm müsəlman, həm də qeyri-müsəlman əhali yaşamışdır. Qeyri-müsəlman
əhalinin əsasən, Salmas nahiyəsində (təxminən ⅓-i) yaşaması müəyyən edilmişdir. Maraqlıdır ki,
qəzanın kəndlərində yaşayan qeyir-müsəlman əhali bəzən müsəlmanlarla eyni kənddə yaşamışdır.
Dəftərin göstəricilərində Salmas nahiyəsinin 5 kəndində qarışıq (həm müsəlman, həm də qeyri-
müsəlman) əhali yaşadığı göstərilmişdir. Maraqlıdır ki, Salmas qəzasında yaşayan qeyri-müsəlman
əhali “gəbran” olaraq (gəbran, dər “nəfs-i Salmas” – Salmas şəhərində gəbranlar – Y.N.)
göstərilmişdir. Müfəssəl dəftərin Xalxal və Urmiya livalarında yaşayan qeyri-müsəlman əhali kimi
“ispəncə” vergisi ödəyən Salmas qəzası əhalisinin bu qisminin “gəbran” olaraq xüsusi qeyd
edilməsi diqqətçəkicidir. Onu da qeyd edək ki, adı çəkilən livalarda “gəbran” və müsəlman əhali
bəzən eyni kənddə yaşamışlar. Dəftərdə “ispəncə” vergisi ödəyən şəxslərin, yəni qeyri-
müsəlmanların bəzi hallarda heç bir xüsusi yazı ilə qeyd edilmədiyini (məsələn, Urmiya livasında),
bəzi hallarda isə “gəbran” kimi qeyd olunduğunu və ödəyəcəkləri verginin “rəsm-i ispənce-i
gəbran” (gəbranların ödədiyi ispəncə vergisi – Y.N.) adlandığını nəzərə alsaq, sonuncuların əslində
kimlər olduğunu dəftərin məlumatlarına görə təyin etmək çətinlik yaratmışdır.
Məlumatlarda “gəbran” sözünün mənası və hansı insan qruplarına aid edilməsi ilə bağlı
müxtəlif fikirlərin olduğunu görürük. Bəzi məlumatlarda oda, atəşə sitayiş edən və Zərdüştün
davamçıları olan şəxslərə “gəbran/gəbr” deyilməsi göstərilmişdir
1
. Nizami Gəncəvi “Xosrov və
Şirin” poemasında oda sitayiş edənləri “gəbran” adlandırmışdır
2
.
Aparılan araşdırmalardan məlum olur ki, Osmanlı sənədlərində “gəbr” sözü ilə ümumiyyətlə
müsəlman olmayan (xristian, yəhudi və s.) şəxslər adlandırılmış və onların xristian olduqları qeyd
olunmuşdur
3
. M.Akis isə “nəfs-i Antep”də yaşayan ermənilərin 2 040 ağça “cizyə-ye gəbran”
vergisi ödədikləri haqqında məlumat vermişdir
4
.
Belə nəticəyə gəlmək olar ki, br zamanlar müəyyən insan qrupları oda sitayiş etdiklərinə
görə gəbr/gəbran (atəşpərəst) adlanırdılarsa, Osmanlı sənədlərində müsəlman olmayan şəxslər bu
adla qeyd olunmuşlar.
Müfəssəl dəftərdə digər vergi ödəyicilərində olduğu kimi, “gəbran”ların da adları, ata adları
göstərilmişdir. “Aram Haqnəzər oğlu”, “Bayram Melkum oğlu”, “Zəki Hacuq oğlu”, “Qaraca
Pedros oğlu”, “Şəhriyar Avanes oğlu”
5
və s. kimi nümunələrdə bu şəxslərin qeyri-müsəlman
(xristian) olduqları anlaşılır. Maraqlıdır ki, “Arslan Murad oğlu”, “Salman Əbdülcan oğlu”, “Eyvaz
Mirzə oğlu”
6
, “Saleh Salman oğlu”
1
kimi nümunələrdə həm ad, həm də ata adı müsəlman
1
Гебры. Большая Советская Энциклопедия. том 6. М.: Советская энциклопедия, 1971, стр.110.
2
Quliyev İ. “Xəmsə”də işlənən bəzi zərdüştilik istilahlarının poetik funksiyası // Dil və ədəbiyyat (beynəlxalq elmi-nəzəri
jurnal), 2014, № 2 (90), s.213-220.
http://www
: vhp. az/index.
3
İnbaşı M. Nüfus ve Ekonomik Yönden XVI. ve XVII. Yüzyıl Kayserisinde Ermeniler / Erciyes Üniversitesi I.Uluslararası
Sosyal Araştırmalar Sempozyumu. cilt 3. Erciyez Üniversitesi yayınları, 2007, s.130-132., s132.
4
Akis M. XVI.Yüzyıl Kilis ve Antep Sancaklarında Ermeniler ile türkler arasında sosyal ve kültürel ilişkiler / Hoşgörü
Toplumunda Ermeniler Sempozyumu. Erciyes Üniversitesi yayınları, 2007, s.229-233., s.233
5
“Dəftər-i müfəssəl liva-i Xalxal və liva-i Urumi”- İstanbul Başbakanlık Osmanlı Arşivi, Tapu-təhrir dəftərləri, № 910, 409
s., s.360-403
6
Yenə orada, s.400-401
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
466
mənşəlidir və bu şəxslər müfəssəl dəftərdə “gəbran” qrupuna aid edilərək, onlardan alınan vergi də
“ispənce-ye gəbran” kimi qeyd olunmuşdur.
Müfəssəl dəftərin göstəricilərində qeyri-müsəlmanlara təyin olunan”ispəncə” vergisindən
başqa, təsərrüfatla məşğul olduqlarına və bu sahədən gəlir əldə etdiklırinə görə vergiyə cəlb olunan
bütün şəxslər dövlət xəzinəsinə buğda, arpa, darı, pətək (arı), bağ-bostan, dəyirman, qoyun, saman,
təzə ot və s. vergiləri ödəməli idilər.
Beləliklə, müfəssəl dəftərin məlumatlarının təhlili əsasında Salmas qəzasında dini cəhətdən
həm müsəlman, həm də qeyri-müsəlman, etnik cəhətdən isə müsəlman və xristian əhalinin yaşadığı
müəyyən edilmişdir. Bununla yanaşı, bölgədə yaşayan şəxslərin adları və ata adları təhlil olunarkən
müsəlman təsinin üstünlük təşkil etdiyini görürük.
Yekun olaraq, XVIII əsrin əvvəllərində Salmas qəzasında demoqrafik vəziyyətin nisbətən
sabit olduğunu və bölgə əhalisinin təxminən ⅓ hissəsinin qeyri-müsəlmanlar təşkil etməsinə
baxmayaraq, burada müsəlman təsirin daha güclü olduğunu söyləyə bilərik.
ƏDƏBİYYAT
1.
Akis M. XVI.Yüzyıl Kilis ve Antep Sancaklarında Ermeniler ile türkler arasında sosyal ve
kültürel ilişkiler / Hoşgörü Toplumunda Ermeniler Sempozyumu. Erciyes Üniversitesi yayınları,
2007, s.229-233.
2.
Bilgili A.S. Osmanlı, İran ve Azerbaycan – I. (16. Ve 18. Yüzyıllar Sosyal ve Ekonomik
Tarih). E.: 2004, 300 s.
3.
Dəftər-i müfəssəl liva-i Xalxal və liva-i Urumi- İstanbul Başbakanlık Osmanlı Arşivi,
Tapu-təhrir dəftərləri, № 910, 409 s.
4.
Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Ön söz, tərcümə, qeyd və şərhlərin müəllifi
Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı: Şuşa, 2000, 576 s. Ərdəbil livasının müfəssəl dəftəri.
Araşdırmanın, transliterasiyanın müəllifi E.Arıklı. Bakı: 2004, 857 s.
5.
İnbaşı M. Nüfus ve Ekonomik Yönden XVI. ve XVII. Yüzyıl Kayserisinde Ermeniler /
Erciyes Üniversitesi I.Uluslararası Sosyal Araştırmalar Sempozyumu. cilt 3. Erciyez Üniversitesi
yayınları, 2007, s.130-132.
6.
İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri Ziya
Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı: Elm, 1996, 184 s.
7.
Quliyev İ. “Xəmsə”də işlənən bəzi zərdüştilik istilahlarının poetik funksiyası // Dil və
ədəbiyyat (beynəlxalq elmi-nəzəri jurnal), 2014, № 2 (90), s.213-220. http://www: vhp. az/index.
8.
Naxçıvan sancağının müfəssəl dəftəri. Araşdırma,qeyd və şərhlərin müəllifi Hüsaməddin
Məmmədov(Qaramanlı).Tərcümə edənlər Ziya Bünyadov və Hüsaməddin Məmmədov(Qaramanlı).
Bakı: Elm, 2001, 376 s.
9.
Tiflis əyalətinin müfəssəl dəftəri (Qazax və Borçalı). Giriş, tərcümə və qeydlərin müəllifi
Şahin Mustafayev. Bakı: Pedaqogika, 2001, 256 s.
10.
Гебры. Большая Советская Энциклопедия. том 6. М.: Советская энциклопедия,
1971, стр.110.
11.
История Ирана с древнейших времен до конца ХVIII в. (под ред. Пигулевская Н.В.
и др.) Л.: изд-во ЛГУ, 1958, 390 с.
12.
Мустафазаде Т.Т. Азербайджан и русско-турецкие отношения в первой трети ХVIII
в. Б.: Элм, 1993, 240 с.
13.
Рахмани А.А. Азербайджан в конце XVI и в XVII веке (1590-1700). Б.: Элм, 1981,
238 с.
1
Yenə orada, s.377
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
467
Səidə Nəbiyeva
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi
seide18@box.az
V.V.BARTOLD TÜRK XALQLARI TARİXİNİN TƏDQİQATÇISI KİMİ
1926-cı il 26 fevral-6 mart tarixlərində Bakıda Birinci Türkoloji Qurultay keçirilmişdir.
Konfransın SSRİ-də məhz Bakıda keçirilməsi heç də təsadüfi deyildi, çünki Azərbaycan
respublikasında türkologiya sahəsində tanınmış alimlər çoxdan səmərəli fəaliyyət göstərirdilər.
Qurultayın keçirilməsinin əsas təşəbbüsçüləri Yeni Türk Əlifbası və Azərbaycan Tədqiq və Tətəbbö
Cəmiyyəti idi. 131 nəfər nümayəndənin iştirak etdiyi Qurultay 17 iclas keçirdi. I Bakı Türkoloji
Qurultayında türk dillərinin yeddi böyük problemi müzakirə edilmiş, müxtəlif areallarda
məskunlaşan türk xalqlarının taleyüklü məsələləri haqqında məruzələr dinlənilmiş, bu sahədə yaxın
gələcəkdə reallaşdırılması nəzərdə tutulan mühüm qərarlar qəbul edilmişdir. Qurultayın qəbul etdiyi
qərarlar sırasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya kimi məsələlər mühüm yer
tuturdu. Qurultayın 2 bənddən ibarət 1-ci qətnaməsində latın əlifbasının ərəb əlifbasından texniki
üstünlükləri və mədəni-tərəqqi üçün əhəmiyyətini əsas tutaraq əlifba islahatının keçirilməsinin
zəruriliyi qeyd edilirdi.
Qurultayda iştirak edən görkəmli türkoloqlardan biri akademik V.V.Bartold olmuşdur. Onun
məruzəsi “Tatar mədəniyyəti sahəsində yeni kəşflər” adlanırdı. Tarix elmində, şərqşünaslıqda
xüsusi mövqeyi olan V.V.Bartoldun tədqiqat əsərləri türk xalqlarının tarixinin müxtəlif dövrlərini
öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. O, Şərq xalqlarının tarixini, dillərini,
ədəbiyyatını, fəlsəfəsini, mədəniyyətini dərindən bilirdi. Türklərin tarixi, xüsusilə də səlcuq
türklərinin tarixi Bartoldun daha çox diqqət yetirdiyi problem olmuşdur. V.V.Bartoldun Qafqaz,
Türküstan, İran və Əfqanıstan tarixinə həsr olunmuş tədqiqat əsərlərində Azərbaycan haqqında
xeyli maraqlı qeydlər vardır. O, əsərlərində dövlətçilik tariximizdə mühüm yer tutan Qaraqoyunlu,
Ağqoyunlu və Səfəvi dövlətləri “İranın türk mənşəli dövlətləri” kimi, Cənubi Azərbaycanın etnik
tarixi,şəhər həyatı və.s kimi məsələlər “İran” bölmələrində təqdim etmişdir.
V.V.Bartoldun şərq xalqlarının tarixi, ədəbiyyatı, fəlsəfəsi, mədəniyyəti ilə bağlı apardığı
araşdırmalar mühüm elmi əhəmiyyət kəsb edir. Lakin hazırda vahid türk xalqları tarixinin
yazılmasına ehtiyac vardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 noyabr 2005-ci ildə Bakı şəhərində
Birinci Türkoloji Qurultayın 80 illik, 18 fevral 2016-cı ildə isə 90 illik yubileyinin keçirilməsi
haqqında sərəncamlar imzalamışdır. Buna uyğun olaraq, təklif etmək istəyirik ki, ümumi türk
xalqlarının tarixinin yazılmasına ehtiyacı nəzərə alaraq bu sahədə tədqiqatları ümumiləşdirmək
vacibdir. Dövlət komissiyaları yaradılmalı və əhəmiyyətli tədqiqatlar əsasında birgə əsərlərin
yazılması vacibdir.
Natavan Ağayeva, dissertant
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
ИСТОРИЯ ОСМАНСКОЙ ИМПЕРИИ XIX ВЕКА В ЗАПАДНЫХ МЕМУАРАХ Dostları ilə paylaş: |