I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə90/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   86   87   88   89   90   91   92   93   94

1290-cı ildə ilk ingilis nümayəndəsi Ceofrey Dolanqli (Geoffrey de Langly) I Edvard tərəfindən 

Elxanilərin sarayına göndərilmişdir”. (1, s.2) Təxminən eyni zamanda, yəni “XIII əsrin sonlarında 

Elxanilərin dini dözümlülüyündən istifadə edərək, dominikan və fransiskan təriqətinin rahiblərindən 

bir neçəsi Elxanilər dövlətinin şimal hissəsinə gəlmişdir. 1318-ci ildə Sultaniyyə yepiskopluq 

mərkəzinə çevrilmişdi. Onlar 1350-ci ildə Naxçıvanda yepiskopluq açmışdılar və bir əsr sonra bura, 

Sultaniyyə tənəzzülə uğradıqdan sonra yepiskopluğun yerləşdiyi əsas mərkəzə çevrilmişdi”. (2, 

s.182-183) Əmir Teymur Osmanlı dövlətini Ankara ətrafında məğlubiyyətə uğradandan sonra öz 

qələbəsini Avropa ölkələrinə çatdırmaq üçün 1402-ci ilin iyulunda, məhz Naxçıvana yepiskop təyin 

edilmiş Yuhansı bir heyətin başçılığında Venesiya, Ceneva, London və Parisə göndərmişdir. 

Bundan sonra Avropa dövlətlərinin bu coğrafiyaya olan marağı daha da artdı.(3, s.101)  

İstanbulun Osmanlı ordusu tərəfindən fəthindən sonra Avropa ölkələri qorxuya düşmüş və 

nümayəndələrini, onunla birlikdə dini missionerlərini Osmanlının şərqində yerləşən Azərbaycana 

göndərməyə başlamışdılar. (4, s.28) Bu dövrdən etibarən Avropa dövlətləri Azərbaycanda yaranan 

türk dövlətləri və Osmanlı dövlətinə qarşı iki qısa və uzun müddətli strateji plan tətbiq etməyə 

başladılar. Qısa strateji planda Osmanlının şərqində bu dövlətin təhlükəsinin qarşısını almaq üçün 

Əmir Teymur kimi Osmanlıya şərqdən hücum edə bilən güclü hakimləri axtarmaq, lazım gəldikdə 

isə avropalılar da həmin tapacaqları hakimlə birlikdə Osmanlının üzərinə hücuma keçməyi” (2, 

s.185) və beləliklə Osmanlının daha da güclənib Avropaya genişlənməsinin qarşısını almaq oldu. 

Onlar müxtəlif illərdə mövcud olmuş Azərbaycan dövlətlərinə özlərini dost kimi nümayiş etdirərək, 

əl altından onları Osmanlı əleyhinə döyüşlərə sövq etməyə çalışmışdılar. (5, s.256) Uzun müddətli 

Səfəvi – Osmanlı və ondan öncə Ağqoyunlu – Osmanlı müharibələri bunun nəticəsində baş 

vermişdir. Avropa dövlətləri eyni zamanda Osmanlı dövlətini də Azərbaycan ərazisində yaranan 

türk dövlətləri ilə müharibəyə sövq edirdilər.  

Uzun strateji planda isə Azərbaycan və Türkiyə ərazisinə zaman-zaman köçüb, dağınıq 

şəkildə yaşayan erməniləri və aysorları təlimatlandırmaq və təşkilatlandırmağı üzərinə götürdülər. 

Bunun üçün onlar öz nümayəndələri və missionerlərini bölgəyə göndərdilər. Qərb və Rusiyanın 

Azərbaycan və Türkiyə ərazisinə göndərdiyi nümayəndələr və missionerlərin uzun müddətli 

fəaliyyəti nəticəsində artıq XX əsrin əvvəllərində ermənilər və aysorlar təşkilatlanaraq türkləri 

soyqırıma məruz qoymuşlar.   



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



459

Konstantinopolun Osmanlı dövləti tərəfindən fəthindən sonra Şərqlə bir müddət öncədən 

ticarət əlaqələri quran Avropa dövlətləri, xüsusilə Venesiya özünə qarşı təhlükə hiss etdi. Onlar qısa 

müddətli strateji plan çərçivəsində Ağqoyunlu sultanı Uzun Həsənin simasında axtardıqları həmin 

müttəfiqi tapdılar. (2, s.185) “Qərbdə “türk təhlükəsi”nə qarşı səlib yürüşü təbliğ edən Roma 

papaları III Kalikst, II Pavel və II Piy Osmanlı Türkiyəsinin Şərqdəki düşmənlərini sultana qarşı 

qaldırmaq üçün, birinci növbədə, Ağqoyunlularla əlaqə saxlayırdılar”. Nahayət Venesiya 

Respublikası Uzun Həsəni Osmanlı dövlətinə qarşı müharibəyə sövq etmək üçün tədbirlər görmək 

qərarına gəlir. Nəticə qənaətbəxş idi. Çünki onlar uzunsürən təbliğatları nəticəsində, Uzun Həsəni 

osmanlılarla müharibəyə sövq edə bilirlər.  

Ağqoyunlulardan sonra Avropa dövlətləri iki türk dövləti olan Osmanlı və Səfəvi dövlətləri 

arasında ideoloji fərqdən istifadə edib onlar arasında ixtilafı qızışdırdılar. Əslində Avropa ölkələri 

bu iki türk ölkəsinin bir-biri ilə müharibəyə qızışması üçün əllərindən gələni edirdilər. (2, s.186)  

Avropa dövlətləri içərisində “Səfəvi dövlətinin meydana çıxmasına ilk diqqət yetirən 

Venesiya respublikası və Roma Papası olmuşdur. Hələ 1503-cü ildə yenicə taxta çıxmış Roma 

Papası II Yuli (1503 – 1513) Almaniya, Fransa, İspaniya, Portuqaliya və Skandinaviyanın feodal 

dövlətlərinin başçılarına məktubla müraciət edərək, onları Osmanlı dövlətinə qarşı birləşməyə 

çağırmışdır. Papa öz məktubunda Səfəvi dövlətinin yaranmasını və şah İsmayılın hərbi uğurlarını 

Allahın xristian dünyası üçün yaratdığı bir fürsət kimi dəyərləndirir və bütün Qərb ölkələrini dərhal 

bu fürsətdən istifadə etməyə çağırırdı. Venesiya Respublikasına gəlincə, bu ölkə hamıdan öncə 

Səfəvilərlə əlaqə qurmuşdu və İsmayılın hərbi uğurlarını diqqətlə izləyirdi”. (6, s.130) Osmanlı 

dövlətinin qələbə çalması xristian dünyası üçün o qədər təhlükəli idi ki, hətta osmanlıların 

Çaldırandakı qələbəsini ağır bədbəxtlik hesab etmişdilər.  

Avropa missionerlərinin Azərbaycana soxulmaq cəhdləri sonrakı Səfəvi şahlarının dövründə 

də davam etmişdir. 1598-ci ilin noyabrında ingilis Ser Antoni Şerlinin başçılığı ilə bir heyət Səfəvi 

dövlətinə səfər etmişdir. Bu heyəti Erl Eskes Səfəvi sarayına göndərmişdi ki, osmanlılara qarşı 

Səfəvi dövlətini xristian dövlətləri ilə ittifaqa sövq etsin. Şah Antonini hörmət və ehtiramla öz 

sarayında qəbul etmişdir. (7, s.52) 1629-cu ildə I Şah Abbasın ölümündən sonra dövlətdə tənəzzül 

başlasa da, bunun Qərblə münasibətlərə heç bir mənfi təsiri olmadı. Xüsusilə missioner fəaliyyətləri 

davam edirdi. Ümumiyyətlə, XVII əsrdə bir qrup katolik missionerlər ermənilərdən istifadə etməyə 

çalışırdılar. Onlar Şah Abbas zamanından İranda qalırdılar. (2, s.206) Lakin XVIII əsrdə Səfəvilərin 

ərazisində missionerlərin fəaliyyətinə ermənilər qəti şəkildə etiraz edirdilər. Çünki ermənilər katolik 

məzhəbinin onların arasında yayılmasını qəbul etmək istəmirdilər. “Katolik missionerləri 

müsəlmanları xristianlaşdırmaq sahəsində heç bir əhəmiyyətli iş apara bilmədiklərindən vaxt və 

enerjilərinin əsas hissəsini qriqoryan məzhəbli ermənilərə həsr edirdilər. Onlar bu sahədə nəzərə 

çarpacaq müvəffəqiyyətə nail olurdular. Odur ki, bu iki məzhəb nümayəndələri arasında 

münasibətlər kəskinləşirdi”. (8, s.337)  

Artıq bu dövrdə ermənilər onlara siyasi cəhətdən istiqamət verə biləcək tərəfi 

müəyyənləşdirməyə çalışırdılar. Erməni kilsəsi bu məqsədlə dəfələrlə Avropa və Rusiya 

saraylarının qapısını döymüş və onları “məzlum erməni” xalqına yardım etmək üçün dilə 

tutmuşdur. 1699-cu ildə erməni İsrail Oriyə Rusiya və Avropa ölkələri ilə danışıqlar aparmaq 

tapşırılır. Kilsə ona köməkçi olaraq Minosa Vardapeti təyin edir. Avropada olan Ori Avstriya 

imperatoru və Florensiya kralı ilə görüşüb, erməni dövləti qurmaq planları barədə danışıqlar aparır. 

1701-ci ildə Rusiyada I Pyotrla görüşür və planları barədə ona məlumat verir. (9, s.21-22) Təbii ki, I 

Pyotr ermənilərin təklifini yaxşı qarşılamışdır. Onun 1724-cü il ermənilərin Azərbaycan 

torpaqlarına köçürülməsi haqqındakı fərmanı buna bariz nümunədir. I Pyotr Rusiyanın imperiya 

siyasətinə canla-başla xidmət etməyə hazır olan ermənilərdən istifadə etməyə başlamışdır.(10, s.9) 

Rusiyanın Pyotr zamanından başlanmış erməni siyasəti sonralar II Yekaterina tərəfindən də davam 

etdirilmişdir. 1769-cu ildə katolikos Hovsep Arturyan Rusiyaya müraciət edərək Osmanlı və İran 

torpaqları ilə Rusiya arasında Ararat dövləti qurulması təklifini irəli sürmüşdür. (11, s.150) II 

Yekaterina ermənilərin təklifləri ilə çox maraqlansa da, Azərbaycanı işğal etmək üçün erməni 

dövlətini Azərbaycanın daxilində qurmaq o dövr üçün daha aktual idi. “Çar Rusiyası hələ XVIII 

əsrin 80-ci illərində Qarabağda erməni dövləti yaratmağa çalışırdı. Hətta bu planı həyata keçirmək 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



460

üçün II Yekaterina (1762 – 1796) 1783-cü il aprelin 6-da göstəriş də vermişdi. İmperatriçanın 

göstərişində qeyd olunurdu ki, İbrahim xanı devirməli və Qarabağda müstəqil erməni dövləti təsis 

etməli”. (12, s.28) 

Səfəvilərin süqutundan sonra da Avropa dövlətlərinin missioner təşkilatları və xarici 

nümayəndələri müəyyən dərəcədə öz fəaliyyətini davam etdirmişdilər. Səfəvilər dövründə 

avropalılar, eləcə də onların casusları və missionerləri Azərbaycanda o qədər dərin kök salmışdılar 

ki, sonrakı dövrlərdə də onların işlərinin mənfi təsirləri müşahidə edilmişdir. (4, s.56) Nadir şah 

dövründə isə Avropa missionerlərinin Azərbaycanda fəaliyyəti müəyyən dərəcədə zəiflədi. Lakin 

Zənd dövlətinin yaranmasından sonra yenə bir sıra Avropa ölkələri missioner təşkilatlarının Cənubi 

Azərbaycan və indiki İran ərazisində öz fəaliyyətini bərpa və gücləndirmək uğrunda səylərini 

gücləndirdi, hətta bu məsələ ilə bağlı bir sıra Avropa ölkələri ilə Zənd dövləti arasında müqavilələr 

də mövcuddur. Xüsusilə, Kərim xan Zəndin və Əlimurad xan Zəndin xarici missioner təşkilatlarının 

Cənubi Azərbaycan və İranda fəaliyyətinə dair fərmanları da mövcuddur. (13, s.22) 

Artıq XIX əsrin əvvələrindən xarici missionerlərin fəaliyyəti, yenidən ermənilərin üzərində 

cəmləşdi. Azərbaycanda, Şərqi Anadoluda erməni-xristian dövlətinin yaradılması ideyası Qərb və 

Rusiyanın xarici siyasət xəttində daha da aktuallaşmağa başladı. Ermənilərin qızışdırılması və 

səfərbər edilməsində isə Rusiya və Qərb dövlətlərinin missioner təşkilat və nümayəndəliklərinin 

böyük rolu olmuşdur. Bir sözlə regionda baş verən fəlakət Rusiyanın regiona ayağının açılması və 

onun ardınca missioner təşkilatlarının gəlməsi ilə başlamışdır. “Rusiya erməni məsələsini 1816-cı 

ildə Moskvada “Erməni Şərq Dilləri İnstitutu quraraq, daha sistemli bir səkildə həyata keçirməyə 

başlamışdır”. (14, s.3)  Rusiya və xristian təəssübü çəkən imperialist Qərb dövlətləri, o cümlədən 

İngiltərə, Fransa və ABŞ-ın nümayəndələri, eləcə də onlara bağlı olan missioner təşkilatlarının 

köməyi ilə müsəlman türk dövlətlərinin, xüsusilə Osmanlı dövlətinin qonşuluğunda həm də özlərinə 

dayaq yeri kimi xristian dövlətinin qurulması üçün erməni və aysorları təşkilatlandırmağı nəzərdən 

keçirirdilər. Qacar dövründə xarici missioner təşkilatlarının Cənubi Azərbaycanda fəaliyyətləri 

xüsusilə geniş vüsət almışdır. Onlar hələ XIX yüzilliyin birinci yarısında Rusiyanın Azərbaycanı 

ikiyə parçalamasından sonra, Cənubi Azərbaycanın qərb bölgəsinə, Urmiyaya dini missionerlərini 

göndərib, din pərdəsi altında dini və etnik azlıq olaraq bəzi kəndlərdə yaşayan erməni və aysorları 

təşkilatlandırmağa başladılar. Təsadüfi deyil ki, “Ermənilərin tarixdəki dəhşətə səbəb olan bütün 

basqın və üsyanlarının əksəriyyəti missionerlərlə birlikdə təşkil olunurdu”. (15, s.29) 

Missioner təşkilatlarının XIX əsrdəki fəaliyyəti isə əsasən Şərqi Anadolu və Cənubi 

Azərbaycanın qərb bölgəsi üzərində cəmlənmişdir. Bu məqsədlə missionerlər tərəfindən 

təlimatlandırılan “ermənilər Osmanlı dövləti və Rusiyanın müxtəlif bölgələrindən Cənubi 

Azərbaycanın Salmas, Urmiya və Xoy bölgələrinə daxil olub, Azərbaycanda az sayda yaşayan 

xristianlarla qarışmağa çalışırdılar. Onlar gəlişinin ilk vaxtlarında Qacar dövlət məmurlarını 

aldadaraq bu ərazidə mövcud olmuş yerli-türk xristianlarına (albanlar) aid məbəd və kilsələri bərpa 

edib, onlarda ermənicə bəzi yazılar həkk edərək, mənimsəməyə çalışırdılar. Mühacir ermənilər 

missionerlərin göstərişi ilə böyük və düz qəbir daşları yonub və böyük qəbiristanlıqlar salırdılar” 

(16, s.282). 

Xarici missionerlərin Cənubi Azərbaycanın qərb bölgəsində fəaliyyəti daha öncəki əsrlərə 

qayıtsa da, XX əsrin əvvəlində onların fəaliyyəti daha da gücləndi. Artıq onların uzun müddətli 

fəaliyyəti nəticəsində XIX əsrin sonları və XX əsrdən ermənilər və aysorlar yerli azərbaycanlı 

əhaliyə qarşı düşmən mövqe tutdular. Eyni zamanda missionerlərin təlimatı nəticəsində regionda az 

sayda dağınıq şəkildə yaşayan ermənilər və aysorlara Azərbaycan ərazisində özlərinə dövlət qurmaq 

ideyası aşılanmışdı. Onların kadr hazırlığı və təşkilatlanması məsələsi də xarici missionerlər, eləcə 

də çar Rusiyası və Qərb dövlətlərin nümayəndəlikləri tərəfindən güclü şəkildə davam etdirilməkdə 

idi. Beləliklə, erməni məsələsi XIX əsrin sonlarında ermənilərin Türkiyənin altı şərq vilayətində, 

Rusiya imperiyasının Cənubi Qafqaz ərazisində və İranda dövlət qurmaq cəhdlərindən sonra 

başladı. (17, s.25) Bunun da nəticəsində 1918-ci ildə Cənubi Azərbaycanda, eyni zamanda Arazdan 

şimalda yerləşən Azərbaycan ərazilərində və Şərqi Anadoluda yüz minlərlə günahsız türk-

müsəlman əhali ermənilər tərəfindən soyqırıma məruz qaldı.  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



461

Missioner təşkilatları ilə yanaşı Rusiya və bəzi Qərb dövlətlərinin də ermənilərin regionda 

müsəlman-türk əhaliyə qarşı soyqırım törətməkdə təşkilatlandırıcı və himayəedici rolları xüsusi 

qeyd edilməlidir. Belə ki, ermənilər XIX əsrin 80-ci illərindən başlayaraq 1917-ci illərin sonlarına 

qədər məhz dünyanın ən iri dövlətləri – İngiltərə, Fransa, ABŞ və Rusiyaya arxalanaraq, Türkiyənin 

tarixi ərazisində Erməni dövləti yaratmaq üçün hər cür vasitələrdən istifadə edib, türklərə qarşı 

kütləvi qırğınlar törətmişdilər. Bu zaman erməni terrorçuları və silahlı quldur dəstələri 100 minlərlə 

dinc türk əhalisinin qanını axıtmış, onların əmlaklarını qarət etmiş, evlərini yandırmış, kişiləri, 

qadınları və uşaqları amansızlıqla qətlə yetirmişdilər. Bütün bunların əsas fitva verənləri yuxarıda 

adları qeyd olunan dövlətlər və erməni şovinistləri idi. Sənədlərdən birində göstərilir ki, daşnakların 

qəribə bir xüsusiyyətləri vardır. Onlar zənn edirlər ki, tarix yalnız London, Petroqrad və Nyu-

Yorkda yazılır. (18, s.30-31) Ermənilərin törətdikləri hadisələri tək həyata keçirmədiklərini 

missionerlərin özləri də etiraf edirdi. Belə ki, xristianları təhrik edənlərdən və hətta müsəlman 

azərbaycanlılara qarşı silahlandıranlardan biri olan çar Rusiyasının Urmiyadakı konsulu B.Nikitin 

Qərb missionerlərinin Urmiyada düşmənçilik toxumu səpmələri ilə bağlı yazırdı: “Missionerlərin 

fəaliyyətinin şahidi idim. Keşiş öz əməl və davranışında fədakarlıq göstərməli, Şərq ölkələrində 

dağınıq şəkildə yaşayan xristianların əxlaq səviyyəsini yüksək tutmalıdır. Bunların zahirən 

gördükləri işlər bu olmalıdır. Lakin, təəssüflə etiraf etməliyəm ki, burada keşişlər üzərinə düşən 

vəzifənin əksinə hərəkət edir, vicdan və ədalətdən uzaq əməllərdə konsulun da onları himayə 

etməsini tələb edirdilər. Himayələri altına aldıqları şəxslərdən qoşun dəstələri təşkil edirdilər. 

Əlbəttə, dinlə siyasəti qarışdırmaq xoş nəticə ilə sonuclanmır. Mən təsdiq edirəm ki, bu keşişlər 

davamlı olaraq müsəlmanlarla xristianlar arasında çox dərin xəndək qazır və xristianlara fərq 

qoyurdular”. (19, s.218)  

Əslində Qərb dövlətlərinin, Rusiyanın və onların missionerinin fəaliyyətindən öncə hər zaman 

ermənilər türklərin himayəsində yaşayıblar. Hətta 1453-cü ildə Konstantinopolu fəth edərək burada 

teokratik erməni icması yaratmaq haqqında göstəriş vermiş türklər, ermənilərin yüksək dövlət 

vəzifələrində olmalarına imkan vermişlər. (20, s.381) Yəni əslində “Osmanlı Dövlətinin ilk 

dönəmlərində ermənilərin dövlət yönətimi ilə bağlı heç bir probleminin olmadığı görülürkən, XIX 

əsrin ortalarında xarici dövlətlərin zəifləmiş Osmanlı dövlətinə qarşı sürdürdükləri siyasətin bir 

parçası olduqlarını görməkdəyik”. (21, s.163) Ermənilər hər zaman türk dövlətlərinin idarəsində 

rahat həyat sürmüşlər. Tarixi reallığı öz əsərində qeyd edən erməni tədqiqatçısı Levon Dabeqyan 

yazırdı: “Ermənilər öz milli kimliklərinə görə Osmanlı türklərinə borcludurlar. Əgər onlar Bizans 

və ya digər Avropa xalqları arasında yaşasaydılar, erməni adlarına ancaq tarix kitablarında rast 

gələrdik”. (22, s.12)  

Osmanlı dövlətinin dövründə ermənilərin yüksək vəzifələr tutması tarixi sənədlərdən 

məlumdur. Çox vaxt xarici işlər və maliyyə nazirlikləri kimi mühüm nazirliklər onlara tapşırılırdı. 

Ümumiyyətlə, Osmanlı dövləti zamanında yüksək vəzifələrdə erməni mənşəli 29 paşa, 22 nazir, 33 

millət vəkili, 7 səfir, 11 baş konsul təmsil olunmuşdur. (23, s.10) Eyni zamanda ermənilər 

Osmanlının iqtisadi həyatında da üstünlük təşkil edirdilər. Əslində isə ermənilər yüz illərlə 

dostcasına və hətta himayəsində yaşadıqları türkləri qırmaq üçün vasitə və alət olmuşlar. Zahirən 

erməni-türk davası kimi görünən bu hadisələrin arxasında Qərb və Rusiya dayanmış, əsl səbəbkar 

da məhz onlardırlar. Doğrudur, bu hadisələrin baş verməsində vasitəyə çevrilən erməniləri günahsız 

hesab etmək olmaz. Çünki, onlar vasitəyə çevrilməzdilərsə, təbii ki, heç zaman soyqırımı da baş 

verməzdi. Bir sözlə, ermənilərin onları himayə edən müsəlmanlarla müharibə etməyə heç bir 

əsasları və bəhanələri də yox idi. Çünki, K.Marksın yazdığı kimi “xristianlar Türkiyədə Avstriya və 

Rusiyadan daha çox dini azadlıqlara malik idilər”. (24, s.51)  

Azərbaycanın şimalı və cənubunda da onların azadlıqları kifayət qədər çox idi və ermənilərin 

düşmənçiliyə heç bir əsası yox idi. Ona görə də, məhz missioner təşkilatların yüz illərlə təbliğat və 

düşmənçilik toxumu əkməsi sonda belə dəhşətli hadisələrin baş verməsinə səbəb olmuşdur.  

Rusiyanın və Qərb dövlətlərinin təhriki, təşkilatlandırması və himayəsi nəticəsində əsasən 

köçüb gəlmə olan erməni və aysorlar əzəli Azərbaycan ərazisində özlərinə dövlət qurmaq üçün yerli 

azərbaycanlıları Urmiya və Salmas bölgəsində soyqırıma məruz qoydular. Nəticədə isə, 6 ay kütləvi 

soyqırım davam etdikdən sonra 1918-ci ilin ilk yarısında 200 min azərbaycanlı vəhşicəsinə 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



462

soyqırıma məruz qaldı. Əlbəttə Şərqi Anadolu və Arazın şimalındakı Azərbaycan ərazilərində 

ermənilər tərəfindən soyqırıma məruz qalan türkləri də bura əlavə etsək soyqırımın qurbanlarının 

sayı qat-qat artar. 

ƏDƏBİYYAT 

1

.



 

  ار 


د

)

نا ا رد 



ا 

 

(



 ،نا ا رد 

ا 

 ،



  :

 ،نا  ، ز ا  ز ا

 ،

 تار ا


1361

 ،

332



ص 

 .

 



2

.

 



نا ا  ر

-

 ،



 

اد زا  هو  ،ن

  رود 

 :

 



 تار ا ،نا  ، ژ  ب

  د


 مود پ

1384


 ،

710


ص 

.

 



3

.

 



 ،

   ،نا  ،

 

 

 ،



 

 نا ا ، ر   ار

1384

 ،

290



ص 

.

 



4

.

 



 ،

اد ل ر


"

500


نار

 ل  


 "

 

"



 رد 

 و نا ا 


ق  

"

 ،



 تار ا ،

 ،

175



 

ص

 



5.

 

Səfəri H. Britaniyanın türk birliyinə qarşı uydurmalar yolu ilə fars dövlətçiliyini 



formalaşdırması / Masonlar toplusu – II kitab. Bakı: Turxan NPB, 2014,  s. 255-272 

6.

 



Махмудов Я. Взаимоотношения государств Аккоюнлу и Сэфэвидов с 

западноевропейскими странами. Баку: Издательтсво Бакинского Университета, 1991, 262 с. 

7

.

 



 ،مود پ  ، د   تار ا ،نا  ، او  ،

 ،

 ناردا  



1378

  ،


212

 

 



8.

 

Dadaşova R.İ. Səfəvilərin son dövrü. Bakı: Nurlan, 2003, 393 s. 



9.

 

Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı: Nicat, 1992, 246 s.  



10.

 

Zülfüqarlı M. Şamaxı soyqırımı – 1918. Bakı: Avcya, 2011, 78 s.  



11.

 

Koçaş M.S. Tarixdə ermənilər və türk-erməni münasibətləri. Bakı: Azərbaycan 



Ensiklopediyası Nəşriyyat Poliqrafiya Birliyi, 1998, 158 s. 

12.


 

Boran Ə. Xocalı soyqırımı.  Bakı: Azərnəşr, 2008, 223 s. 

13

.

 



 ، ز ن

 ن

ر رد



 

داز


 

ن

 



رد

 

 



و

  ،


ا 

 

 



لا

 

م



ا

 

 



1117

  ر    ،


22

 

، 



ع

رد 



 

ر

 



يداز

 

ن



 

رد

 



 

و



يد ا

 

زا



 

اور


 

نا ا


 

 

 



،ز

 

 



اد

 

رادا



 

ر ا


 

د ا


،نا


 

ترازو


 

ر ا


 

، ر


 

 

پ



 

و

 



،تار ا

 

پ



 

،لوا


 

١٣٧٢


و 

 

 



jpg 

.

1



KerimXan

:

kil



99

%

9



C

%

E



9

%

5



C

/%

wiki



/

org


.

wikipedia

.

az

://



https

 

.



www

 

14.



 

Osmanlı belgelerinde Ermeniler (1915 – 1920). T.C. Başbakanlık, Devlet Arşivleri 

Genel Müdürlüğü, Osmanlı Arşivi Daire Başkanlığı. Ankara: Yayın Nu: 14,1995, 274 s. 

15.


 

Mc Carthy J. The Armenıan “genocide” Facts & Figures. Ankara: Center for 

Strategic Research, 2007, 40 p. 

16

.



 

 را ه  د  ر  ، دا

 

،س

 



 

 ،

 ،ن



رذ  ب  و

1384


 ،را ا تار ا  ،

 ،

700



 

ص

 .



 

 

17.


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin