Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə35/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   31   32   33   34   35   36   37   38   ...   59

Görəlim indi yaradan ney-

lər

…» (76) Göründüyü kimi, Qazanın məhvi üçün real zəmin var. 

Lakin yaradanın köməyi öz işini görür: elə bu anda qırx incə belli 

qızla Burla xatun, dalınca da Oğuz igidləri özünü yetirir, Qazan və 

Uruz xilas edilir. 

Beləliklə, Apollon yumruğu ilə Patroklun gücdən düşməsi, 

yaradanın gücü ilə Qazanın xilas olması mahiyyət etibarilə Göy 

allahlarına eyni inamla bağlıdır.

Allahların hadisələrə münasibəti ilə bağlı daha uyğun detallar 

söyləmək olar. Məsələn, poemalarda fani insan allaha qurbanlar 

vəd edir, ondan nicat diləyir, lakin allahlar onun diləyini qəbul edə 

də bilir, etməyə də bilirlər. Axilles küsüb döyüşə getmir, vəziyyətin 

ağırlığını görüb dostu igid Patroklu döyüşə göndərir və göylərə üz 

tutaraq Zevsə yalvarır ki, Patroklu həm troyalılara qəhrəman kimi 

tanıtsın, həm də sağ saxlasın.  Lakin Zevs xahişin birini qəbul edir, 

birini etmir:

Belə deyib yalvardı o. Zeves qəbul etdi bunu,

Ancaq igid Axillesin rədd etdi bir xahişini:

Düşmənləri qovmaqda o, kömək etdi mərd Patrokla,

Ancaq onu sağ qaytarmaq xahişini rədd elədi… (242)

Odur ki ölüm ayağında Patrokl Hektora üz tutaraq deyir:

Bəd taleyin hökmü ilə məni əvvəl Feb-Apollon,

Sonra Yevforb vurdu, sənsə üçüncüsən.(255)

Allahla bu cür davranış   dastanın çox qədim boylarından 

olan   «Dəli   Domrul»   boyunda   daha   aşkardır   və   həmin   qədim 

ölümsüzlər – fanilər münasibətini bu boy daha yaxşı mühafizə 

etmişdir.   Dəli   Domrulun   Əzrayıl   haqqında   sözləri   allaha   xoş 

gəlmir:   «Həq   təalaya   Domrulun   sözi   xoş   gəlmədi»   (79)   və 

Əzrayıla onun canını xırlatmağı tapşırır. Can verib, can alanın 

allah   olduğunu   bildikdən   sonra   Domrul   allaha   üz   tutaraq 

101


yalvarmağa başlayır və bu zaman onun sözləri allaha xoş gəlir: 

«Allah təalaya Dəli Domrulun burada sözi xoş gəldi». (81) Can 

yerinə   can   bulmadıqda   allaha   üz   tutaraq   «Alursan,   ikimüzün 

canın bilə alğıl» sözləri də allaha xoş gəlir («Həq təalaya Dəli 

Domrulun   sözi  xoş   gəldi»,   83)   və   ona   uzun  ömür   bəxş   edir. 

Bunlar, fikrimizcə, həmin çoxallahlılıq təfəkkürünün izləridir. 

V.M.Jirmunski «Dəli Domrul» boyunda iki süjetin birləşdiyini 

qeyd etmişdir:  Domrulun Əzrayılla vuruşması, ərin ruhunun əvəzinə 

arvadın ruhunun verilməsi.  Müəllif birinci süjetə yunan mifologiya-

sından,   ikincisinə     yeni   yunan   mahnılarından   misallar   vermişdir. 

M.Seyidov bu süjetlərin türk xalqlarında qədimdən olduğunu qeyd 

etmiş, noğaylardakı Çora-Batır əfsanəsinin «Dəli Domrul» boyunun 

az qala eyni olduğunu göstərmişdir. Lakin M.Seyidov Kiçik Asiyada 

həmin mövzunun yunan mifləri ilə qarşılaşdığını, çarpazlaşdığını da 

güman etdiyini bildirmişdir. (21,10-11)

Hər   dəfə   Təpəgözün   kələyindən     xilas   olarkən   Basatın 

«Tənrim   qurtardı»   (102)   deməsi   də   bu   qəbildəndir.   Qazanın 

dustaq   olduğu   və   Uruz   tərəfindən   azad   edildiyi   boyda     təkur 

arvadını   Qazan inandırır ki, quyuda onların ölülərinin yeməyini 

əllərindən   alıb   yeyir   və   onların   yorğa   ölülərini   minir.   Bu 

təfəkkürün özü də ibtidai təfəkkür nümunəsidir. Bu boyda Qaza-

nın   «tənri mənəm» deyən asiləri, «yonma ağac tənrili» kafəri 

lağa qoyması da hadisələri daha uzaq keçmişlə bağlayır. (118-

119) Beləliklə, hər nə qədər islama keçilmiş olsa da,   bir sıra 

boylarda qədim dini düşüncənin izləri aydın şəkildə qalmışdır.

Dastandakı «Ölən adam dirilməz» hikməti «İliada»da da  var-

dır: «Ölən bir də dirilməz, sən öz canının hayına qal!» (368) Elə 

təsvirlər var ki, bunlar çox-çox qədim izləri  mühafizə edir. Məsələn, 

Yegnək Qazılıq qocanı Düzmürd qalasından xilas etdikdən sonra 

ozan ata ilə oğulun sevincini belə təsvir edir: «Babasilə Yegnək 

gizlü   

yaqa tutuban yiləşdilər

.   Eki həsrət bir-birinə bulışdılar. 



İssüz yerin qurtı kibi ulaşdılar

…» (97)


Verdiyimiz bu nümunələrdən başqa, təbii ki, yenə uyğun 

detallar   göstərmək   mümkündür.   Amma   oxucu   görməlidir   ki, 

bunlar təsadüfi oxşarlıq deyildir. Bunlar   minilliklər boyu vahid 

mənbədən hər bir xalqın özünə məxsus götürdükləridir.  Ağla bu 

da   gələ   bilməz   ki,   bu   cür   süjet   eynilikləri   biri-digərindən 

102


köçürmənin   nəticəsidir.   Sadəcə   olaraq   bunlar   məntiqi   şəkildə 

aydın   göstərir   ki,   oğuzlar   və   axeylilər   çox   qədim   dövrlərdən 

yanaşı   yaşamış,   bir-biri   ilə   son   dərəcə   yaxın   münasibətdə 

olmuşlar. Axeylilər troyanlara qarşı ittifaqla vuruşduqları halda, 

onların   qonşuluğundakı   frakiyalılar   troyalıların   müttəfiqi   idilər 

(Frakiyalı igidlərin sərkərdəsi Akamant öz dəstəsi ilə troyalılar tə-

rəfdə vuruşurdu -79). 

Artıq   elmi   ədəbiyyatda   troyalıların   türk   olduğu   sübut 

olunmuşdur. Lakin onların müttəfiqləri qarışıq qəbilələrdən ibarət 

idilər. Müttəfiqlər müxtəlif olduğu kimi, dilləri də müxtəlif olmuş-

dur:

Priamın paytaxtında çoxdur bizim müttəfiqlər,



Burda çoxdur qəbilələr, 

hərənin də öz dili 

var. (43)

Və ya:

Troyanın qoşunu da  eynən belə bağrışırdı.



Ancaq hərə başqa cürə çığrışaraq danışırdı:

Qarışmışdı bir-birinə başqa-başqa xalqın dili

… (65)


Aydın olur ki, troyalılar yekcins olmamışlar. Lakin, şübhəsiz, 

onların əsas kütləsi türklərdən ibarət olmuşdur, çünki   Priamın 

xalqı Troyada üstünlük təşkil etmişdir. Bu baxımdan aşağıdakı 

misralarda  «barbar dilli Karlar» ifadəsi çox maraqlıdır:

Barbar dilli 

Karların da

  sərkərdəsi mərd Nast idi.

Onlar Milet şəhərində dik Mendra sahilində 

Bol meşəli Ftirosla qarlı Mikal dağlarında yaşardılar.(44)

Şumerlər özlərini  

kar-rir

, yəni «qarabaşlar» adlandırırdılar. 

Bu da  

Kenqir- şumer 



sözünün  bir oxunuş variantı idi. 

Kar-r-ir

 sö-


zündə «qara» sözü aydın seçilir.(3,60) Şumer tayfaları e.ə.23-cü 

əsrdə Akkad istilasından sonra ətraf ərazilərə dağılmışdılar və onlar 

Troya ətrafına da asanlıqla gələ bilərdilər.

Eyni zamanda, axeylilər də müttəfiqlərdən, qəbilələr ittifa-

qından,   müxtəlif   dilli   qəbilələrdən   ibarət   olmuşlar;   məsələn, 

təkcə Krit adası sakinlərinin təsvirinə baxaq: 

103


Tünd suların qucağında Krit adlı bir ada var;

Çox zəngindir gözəlliyi, vəsfə gəlməz həmin ada.

Şəhərlərin sayı doxsan, xalqı saysız-hesabsızdır.

Neçə dilə rast gələrsən

. Axeylilər, kidonlular,

Eteokrit tayfasına rast gələrsən o adada;

Düz üç dori sülaləsi, pak 



pelask 

tayfası var.(589)

Buradakı pelaskların da türk tayfalarından olduğu məlum-

dur. Lakin bu hələ axeylilərin hamısı deyildir.

Bütün bunlar göstərir ki, e.ə. 1260-1240-cı illərin hadisələrin-

dən bəhs edən «İliada» və «Odisseya» əsərləri ilə bizim  1300 illi-

yini qeyd etdiyimiz «Kitabi-Dədə Qorqud» yaşıddır, eyni dövrdə, 

eyni real və mifik hadisələr zəminində yaranmış dastanlardır. Lakin 

poemaları yunanlar yazıya alıb saxlamışlar, təbii ki, əlavələr də et-

mişlər, dastanı isə ya vaxtında yazıya almamışlar, yaxud da  vax-

taşırı üzərində işləmiş, ilkin formadan fərqli bir formaya salmışlar. 

Hətta   hiss   olunur   ki,   bu   və   ya   digər   boyu   atmış,   yeni   boylar 

yaratmışlar. Və ya obrazların adlarını, bəlkə arxaik rəng aldığını 

görərək lap səciyyəsini də dəyişmişlər. Nə qədər dəyişmiş olsa da, 

yenə izlər qalmışdır. Məsələn, özü allah Poseydonun oğlu olan Tə-

pəgöz və təpəgözlər allahları tanımadıqlarını bildirir: 

Nə o qalxantutan Zevsə, nə də başqa allahlara

Biz taygözlər baş əymərik, biz onlardan çox üstünük! (472)

Bu, «Dədə Qorqud»da Dəli Domrulun əzrayılı tanımamasına 

bənzəyir. Amma nəzərə almalıyıq ki, dastanın üzərində işləyənlər 

onu   zəmanəyə   uyğunlaşdırmaq   üçün     politeizmdən   əl   çəkməli, 

təkallahlılığa çevirməli idilər. Və hələ burasını da bilmirik ki, onu 

əvvəlcə xristianlığa uyğunlaşdırıb, sonra islam dinini hopdurmuşlar, 

yoxsa  birbaşa islamlaşdırmışlar. Dirsə xanın xüsusi  süvarisi olan 

qırx namərd Dirsə xanın min nəzir-niyazla dünyaya gətirdiyi yeganə 

oğlu Buğacı atasının gözündən salmaq və öldürtmək üçün anası ilə 

yaxınlıq etdiyini söyləyirlər:  «Sən var ikən av avladı, quş quşladı. 

Anasının yanına alub gəldi. Al şərabın itisindən aldı, içdi. Anasilə 

söhbət eylədi, atasına qəsd eylədi…» (37) Doğrudur, oxucu bilir ki, 

104


bu, iftiradır, amma, görünür, ola bilən haldır ki, dastana daxil edilib. 

Bu, əşirət dövrünün xüsusiyyətidir, lakin Homerdən sonra da bəzi 

xalqlarda davam etmişdir. Məsələn, İran şahı Kiruş (e.ə.VI əsr) iki 

bacısının ikisi ilə də evlənmişdi. Homer troyalılarda və axeylərdə 

belə   bir   adət   təsvir   etməmişdir.   Amma   Olimp   allahlarında   var; 

məsələn, Zevsin arvadı Hera həm də onun bacısıdır.  Heç şübhəsiz, 

bu epizod dastanı ən qədim dövrlərlə bağlayır.

Yaxud həm axeylilər, həm də troyalılar döyüşqabağı və ya 

başqa bir çətinlikləri olduqda allahların şərəfinə qurbanlar verirlər, 

çoxlu mal-heyvan kəsir, təpə kimi ət yığırlar:

Döyüşlərdə sağ-salamat qalmaq üçün edib dua,

Hərə qurban nəzr elədi öz əbədi allahına…

Qəhrəmanlar dua edib qurbanlara dən səpdilər, 

Sonra bir-bir boğazlayıb tez soydular hamısını.

Budlarını doğrayaraq piy qatına bürüdülər,

Parça-parça ət düzdülər hər birinin üzərinə.

Quru çırpı tonqalında budlarını yandırdılar,

İçalatı şişə çəkib bişirdilər od üstündə.

Budlarını yandıraraq içalatı yeyib, sonra

Qalan əti doğrayaraq şişə çəkdi  bir-bir onlar.

Oda qoyub bişirdilər, sonra şişdən çıxardılar,

İşi başa vurub, böyük bir qonaqlıq düzəltdilər,

Hamı bol-bol yedi-içdi, ac qalmadı heç bir nəfər. (34)

«Dədə Qorqud»da:

«Dirsə xan… ulu toy elədi, hacət dilədi. Atdan-ayğırdan, dəvə-

dən buğra, qoyundan qoç qırdırdı. İç Oğuz, Taş Oğuz bəglərin üstinə 

yığnaq etdi. Ac görsə, toyurdı. Yalın görsə, tonatdı. Borcluyı borcın-

dan qurtardı. Dəpə kibi ət yığdı. Göl kibi  qımız sağdırdı. Əl götürdi-

lər, hacət dilədilər…» (35) Beyrək boyunda Banıçiçəklə Beyrəyin də 

Oğuz ağsaqqallarının duası ilə doğulduğunu görürük və s.

«İliada»da əsas qəhrəmanları çox zaman allahlar xilas və ya 

məhv edirlər. Hektorla Axillesin  döyüşündə Axilles nizəsini atır,  nizə 

Hektorun   başı   üzərindən   keçib   torpağa   sancılır,   ilahə   Afina   cəld 

nizəni götürüb Axillesə qaytarır. Hektor nizəsini atır, Axillesin allah 

Hefest tərəfindən hazırlanmış beş qat qalxanının üçüncü qatında – 

qızıl qatında ilişib qalır və nizə ucluğu bu qatı keçə bilmir. Hektor cəld 

105


yaxın yoldaşı Deifobdan  nizə istəyir, amma görür ki, o yoxdur, başa 

düşür ki, gözünə görünən ilahə Afina imiş, Deifob surətində onu 

arxayın salıb aldadırmış. (331) Yaxud Eneylə Axillesin döyüşündə 

yenə Axillesin nizəsi boş gedir. Lakin o, cəld qılınca əl atır. Poseydon 

Eneyin ölümünü istəmir, Zevsə müraciət edir. Axillesin gözlərini du-

manladıb Eneyi aradan çıxarırlar. (305-306)  «Dədə Qorqud»da atası 

tərəfindən oxlanmış Buğacı  Xızır xilas edir: «Boz atlu Xızır oğlana 

hazır oldı. Üç qatla yarasın əlilə sığadı: «Sana bu yaradan, qorxma, 

oğlan, ölüm yoqdur. Tağ çiçəgi  anan südilə sənin yarana məlhəm-

dir»,-dedi,  qaib  oldı».(39)     Doğrudur, burada  allah peyğəmbərlə 

əvəz olunmuşdur, lakin məlumdur ki,  bu, sonrakı dövrün nailiyyəti-

dir – dinin özü dəyişmişdir. Yaxud Dəli Qarcar Dədə Qorqudu qılınc-

lamaq   istəyərkən   Dədənin   allaha   yalvarması,   Qarcarın   qolunun 

quruması  eyni tipli hadisələrdəndir. Qazan xanın Uruzu xilas etmək 

üçün   tanrıdan   hacət   diləməsi   və   çətin   vəziyyətdə   tanrının   ona 

kömək göndərməsi – Oğuz igidlərinin özlərini yetirməsi və s.

Troyanı   və   troyalıları   Homer   «gözəl,   abad   Troya»,   (209) 

«atbaz Troya», (303) «yeyin atyetirən troyanlar», (71) «atları bol 

Troya» (81) sözləri ilə məhəbbətlə təsvir etmişdir. At məsələsi daha 

çox saklar-skiflərlə bağlı məsələdir. Eyni zamanda «Dədə Qorqud» 

qəhrəmanlarının da nicat vasitəsi atdır. At Oğuz ərlərinin diriliyidir. 

Qazan xan «Qonur atın iyəsi» olmaqla fəxr edir. «Ata bağlılıq, atı 

sevmək,   atı   həyat   dostu   bilmək,   başqa   sözlə,   atı   fetişləşdirmək 

bütün   Azərbaycan   qəhrəmanlıq   dastanlarına     xas   olduğu   kimi, 

«Dədə Qorqud» dastanında  da əsas yer tutur».(15,26)

Şair «Troyanın uzunpaltar qadınları» ifadəsini işlədir. (108) 

Bu da  sak-skif geyiminin mühüm bir nümunəsidir. 

Homer   döyüşən   tərəflərə   humanist   münasibət   bəsləyir, 

mütəfəkkir şair, demək olar ki, tərəfgirlik etmir. Lakin ədalətsizlik 

həmişə   olub.   On   ilə   yaxın   bir   müddətdə   Troyanı   mühasirədə 

saxladıqları halda, axey qəhrəmanlarından biri özlərini mərdliklə 

müdafiə edən  troyalılar haqqında «Ey qırğından gözü doymaz, 

sərt, həyasız troyanlar!» (201) kimi sözlər işlədir. 

Hər iki əsərdə qonşu tayfa qadın və qızlarını əsir edib qul kimi 

işlətmək bir qaydadır. Hər iki əsərdə igidlər daim al şərabdan istifadə 

edirlər.


106

Bunları   –   bu   uyğun   cəhətləri   bəlkə   artırmaq   da   olardı. 

Lakin o baxımdan, o tarixi səviyyədən nəzər saldıqda hiss edirsən 

ki, dastanı işləyə-işləyə solğunlaşdırmışlar. Epizodlarda müasirləş-

dirmələr   aparmışlar.   Dili   də   müəyyən   dərəcə   dəyişmiş,   dini   də 

dəyişmişdir. Lakin daim köklü türk dilində olmuş və türk varlığını 

saxlamışdır. Fikrimizcə, onun başdan-binadan mənzum olduğunu 

iddia edinlər doğru fikirdədir. Və çox güman ki, bu dastan da iki 

hissədən ibarət olmuş, biri itib-batmışdır. Homerin əsərləri və bizim 

dastan  eyni miflərdən, eyni tipli qarət döyüşlərindən, qəbilələrarası 

müharibələrdən bəhs etsə də, orijinal olmuş,   yunan və türk tə-

fəkkürünə uyğun yaradılmışdır.

Bir cəhəti də qeyd etmək olar ki, bütün bu müqayisələrlə 

yanaşı, Homerlə Dədə Qorqudun özünü də müqayisə etmək olar. 

Dədə Qorqudun neçə yerdə qəbri olduğunu güman edirlər. Bunlar 

doğru olmasa da, bir şeyi təsdiq edir ki, Homer kimi, o da bütün 

Şərqi gəzib dolaşmış, belə bir dastan yaradaraq aləmə yaymışdır. 

Bu cəhəti hələ vaxtilə Əli Sultanlı da düşünmüş və yazmışdır: «Hər 

halda, deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, Dədə Qorqud 

dastanın ilk yaradıcısıdır.  Onun ilk nüvəsini, nəğmələrin rüşeymini  o 

qoşub   söyləmişdir.     Bu   ədəbi   nüvənin   həcmini,     ifadə 

xüsusiyyətlərini, bədii vəznini indi  elm aləmində müəyyənləşdirmək 

qəti şəkildə mümkün deyildir».(15, 11) Müəllif yenə deyir: «…Dədə 

Qorqud» dastanının yaranış  kökləri çox dərinlərə gedir. Bu köklər öz 

mövcudiyyət qidasını  xalqın xəyallarından, əsatir və əfsanələrindən, 

xalqın yaradıcılıq dühasından almışdır».(15, 34)

Biz poemalarda türklərin axeylər və başqa dil daşıyıcıları ilə 

bir dövrdə, yanaşı yaşadıqlarını, yaxın əlaqə və münasibətdə ol-

duqlarını göstərən kifayət qədər dil faktlarını da qeyd edə bilərik.

Homerin təsvirlərindən aydın olur ki, dillər çoxdur. Bu da 

hiss   olunur   ki,   təsvir   edilən   obyektə  hər   tayfa,   hər   qəbilə  öz 

dilində   ad   vermişdir.   Əhali   tez-tez   yerini   dəyişdiyindən   təsvir 

edilən obyektlərin adları da müxtəlifdir, yəni eyni obyektin müxtəlif 

adları vardır. Məsələn, Penelopa yuxuda gördüyü gözəl səsli bir 

quşun  adını belə xatırlayır: «Allahlarda – 



xalkidadır

, fanilərdə – 



kimindadır»..

  (213) Ümumən əsərdə əsas hədisələr ölümsüzlər 

(allahlar) və fanilərlə (ölərilər, insanlar) bağlı olduğu kimi, Homerin 

fikrincə, adları da onlar vermişlər: ölümsüzlərin verdiyi adlar daha 

107


qədimdir, bir sıra xüsusi adların hansı tayfa tərəfindən verildiyini 

bilmədiyi üçün Homer belə adları allahlara aid edir; fanilərin verdiyi 

adlar isə Homerin  təsvir etdiyi dövr sakinlərinin verdiyi adlardır.. 

Bizim cəmiyyət  dillərin inkişaf yolunu pis təsəvvür edir. Odur ki 

dillərin təşəkkül tarixi də çox zaman bəsit təsəvvür edilir. Hələ üç 

min il əvvəl dillərin (və şübhəsiz, öz dilinin və yunan dilinin) zənginliyi 

barədə Troya qəhrəmanlarından igid Eney Axillesə müraciətlə deyir:

İnsanların dili oynaq, bu dildə də sözlər bol-bol,

Düz-dünyanı ot otlayan sürülər tək bürüyər söz.

Nə söz desən, cavabında elə bir söz eşidərsən,..

Bir-birilə bəhsə girib, küçənin tən ortasında

Hirslənərək söyüş söyən arvadlartək, doğru-yalan,

Hərzə sözlər söyləməklə bir-birini təhqir etmək

Bizə əsla yaraşmayır… (304)

Elə bil, bugünkü dil, bugünkü insanlardır. 3000 il əvvəlki 

dili Homer nə qədər zəngin  və enerjili bilir!

Poemalarda, xüsusilə «İliada»da türk mənşəli xeyli toponim, 

etnonim, hidronim  və antroponim işlənmişdir. Doğrudur,  poema-

larda, xüsusən də «Odisseya» əsərində mifik adlar da çoxdur, lakin 

Malay burnu, Krit adası, İardançay mənsəbi, Misir sahili, 

Afina,

 

Sparta,

 

Frakiya, Kipr

   və s. kimi real tarixi toponimlər 

göstərir ki, poemalarda işlənmiş   hər xüsusi adı mifik ad hesab 

etmək olmaz.

Xüsusi   adların   bir   qismini   nəzərdən   keçirək.   Məqsəd 

yunanlarla türklərin mədəni yaxınlığını qeyd etməkdir.



Troya.

 «İliada» və «Odisseya» toponimləri içərisində ən çox 

işlənəni və «İliada»da hadisələrin  cərəyan etdiyi məkanı göstərən 

söz 


İlion 

və 


Troya

 sözləridir. Əsərdən belə duymaq olur ki, Troya 

həm   axeylilərin     dağıtmaq   və   qarət     etmək   istədikləri   mərkəzi 

şəhərin, həm də padşahlığın, troyanların hökmü çatan ərazilərin 

ümumi   adıdır.   Elmi   ədəbiyyatda   troyalıların     Kiçik   Asiyanın 

qərbində, Egey dənizinin şərq sahillərində çox qədim dövrlərdən 

məskunlaşdığı   qeyd   edilir.   İngilis   alimi   K.Blegen     troyalıların 

e.ə.3000-2500-cü illərdə  Şərqi Avropadan gəlmiş trakların nəsilləri 

olduğunu qeyd etmişdir. (4,35) 

Trak

 sözü  «türk» sözünün fonetik 

108


variantıdır.  

Türk


  sözündə  

–k

  cəm şəkilçisidir (3,212);   

tor, tur - 

«doğmaq», «törəmək» mənasında eyni sözün  qədim variantları-

dır.  

Troya


  sözündə    

-oya

  yunan   elementidir,   sözü   nominativ 

formaya salan şəkilçidir – türk yurdu, türk şəhəri deməkdir. Antik 

ədəbiyyatda   qohum   və   müttəfiq   olduqları     daim   vurğulanan 

traklar və troyalılar  eyni etnosun daşıyıcılarıdır. «Qərbi Avropa-

nın   tires-turşa   mənşəli xalqları   (etrusklar, traklar, pelasklar), 

Kiçik Asiyada isə troyalılar  (turşa)  prototürklərin qərb qolunun 

nəsilləri   idilər.   Avropanın   şimalında     Tor   oğlu   Odinin   başçılığı 

altında     troyalıların   məskunlaşmasından     bəhs   edən   qədim 

Skandinaviya   coğrafiya   əsərləri     bu   xalqı   həm   də  



türklər 

adlandırır. Burada  göstərilir ki, Tor oğlu Odinin başçılığı altında 

türklər   Asiyadan     (Kiçik   Asiya   nəzərdə   tutulur)   Avropanın 

şimalına   gəlmişlər.   Gələnlərin   «Priamın   xalqı»     adlandırılması 

onların  Kiçik Asiyadan – əfsanəvi Troyadan gəldiklərinə aydınlıq 

gətirir… İtaliyaya köçmüş troyalılar  orada etrusk xalqının əsasını 

qoymuş, Avropanın şimalına gələnlər isə  sonralar Skandinaviya 

saqalarının surətlərinə çevrilmişlər». (5,15-16) «Atoynadan 



Troil 

yox,   allahsifət   Mestor   yoxdur,   Hektor   da   yox!»   (362)   - 

sözlərindən göründüyü kimi, 

Tor(-o-il)

 adı  hadisələrin cərəyan 

etdiyi dövrdə antroponim kimi də işlənməkdə imiş.

İlion

.   Poemalarda   Troya   şəhəri   eyni   zamanda  



İlion 

adlanır. Yəni bu sözlər bir növ sinonim kimi işlənmişdir. Zevs 

Troyanın qəddar düşməni olan arvadı Heraya deyir:

Qəribədir!.. Priamın nəsli sənə neyləyib ki,

Fikrin-zikrin gözəl, abad 

İlionu

 dağıtmaqdır?.. 

Qəlbən razı olmasam da, verdim sənə 

Troyanı,

Günəş ilə ulduzların altındakı gen dünyada

İnsanların yaşadığı şəhərlərin hamısından

Ürəyimdə 



İlionu

 ən müqəddəs sayıram mən; 

Priam da, əhali də hamısından xoşdur mənə. (57)

Elə bil, bugünkü vəziyyətdir: biz hamıya, bütün millətlərə 

yaxşı olduğumuz və yaxşılıq etdiyimiz halda, Yer üzünün bütün 

allahları bizim əleyhimizədir; Hera  Axillesə qüvvə vermək üçün 

deyir:

109


Qoy bilsin ki, Olimpdəki allahlardan onu sevən

Ən qüdrətli allahlardır, troyalı qoşunlara

Kömək edən allahlarsa, zəif, gücsüz allahlardır. (301)

 Fikrimizcə, İlion yalnız qalanın adını bildirir, Troya isə ge-

niş mənaya malikdir və bütün müttəfiq ərazilərini əhatə edir. Tə-

bii ki, konkret halda şəhərin adı kimi də çox işlənmişdir. 



İlion

 – «İl» sözündəndir; 



-ion

 yunan elementidir. «İliada» 

əsərində  

İl   düzü,   İlin   qoca   məzarı

  kimi   ifadələr   vardır:   «

İl 

düzüylə qaça-qaça, İda dağı ətəyində sıx meşədə… gizlənərəm».

(323) «Qocalarsa ötmüşdülər  

İlin

  qoca məzarını».  (364) Aydın 

olur ki, İl troyanların görkəmli dövlət xadimlərindən olmuş, onun 

dəfn   edildiyi   düzü  

İl   düzü

  adlandırmış,   şəhərə   onun   adını 

vermişlər. 

İl

 xalis türk sözüdür. Poemanın adı da buradandır: 



İl-

iada

 – «İl (haqqında)  oda», «İlnamə, İl nəğməsi» mənasında. 

İl//

el

  qədim türklərdə xüsusi ad və titul bildirən söz kimi işlənmişdir: 



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin