Q.Ş.KAZIMOV
SEÇİLMİŞ ƏSƏRLƏRİ
10 cilddə
Q.Ş.KAZIMOV
SEÇİLMİŞ ƏSƏRLƏRİ
I cild
3
Q.Ş.Kazımov. Seçilmiş əsərləri. 1-ci cild. 560 səh.
Kitaba müəllifin «Əbdürrəhim bəy Haqverdiyevin
dramaturgiya dili («Dağılan tifaq» pyesi əsasında)»,
«Cəlil Məmmədquluzadənin sovet dövrü felyetonlarının
dili» monoqrafi-yaları, tarix və dil tarixi problemlərinə
həsr olunmuş (2001-2007) məqalələri daxil edilmişdir.
2008
098
4602000000
−
−
N
Qrifli nəşr
© «Nurlan»,
2008
4
GƏLƏCƏK SORAQLI YARADICILIQ
Filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov XX
əsr Azərbaycan filologiyasının 60-cılar nəslinin görkəmli
nümayəndələrindəndir. Təmsil etdikləri elmə müqəddəs məbəd,
etik səltənət, əxlaq mehrabı kimi baxmaq, istedadın və zəhmətin
gücünə arxalanmaq, araşdırdıqları mövzunun ən dərin qatlarına
enə bilmək, təkcə bilik ilə yox, həm də daxili bir şövqlə, isti
ürəklə, coşqun ilhamla yazmaq – bu nəslin aparıcı
nümayəndələrini birləşdirən ümumi və vahid tipoloji məziy-
yətlərdir. Onları məhrəm edən bir mühüm keyfiyyəti də qeyd
etmək olar: hərəsinin özünəməxsus tədqiqat sahəsi, fərdi elmi
ədası, təhlil mədəniyyəti olsa da, onlar məhdud sahə mütəxəs-
sisləri deyil, çox geniş tədqiqatçılıq imkanlarına malik olan
filoloqlardır.
Q.Kazımov geniş miqyaslı tədqiqat sahəsi və elmi maraq
dairəsi olan alimdir. Onun müasir Azərbaycan dilinin quruluşuna,
dil tarixi, bədii dil, üslubiyyat, etimologiya, leksikologiya, frazeo-
logiya məsələlərinə, yazılı abidələrə, aşıq yaradıcılığına, klassik
və çağdaş yazıçılarımızın sənətkarlıq xüsusiyyətlərinə dair
qiymətli kitab və məqalələri vardır. Müasir Azərbaycan ədəbi
dilinin inkişafında, onun leksik, üslubi-semantik və qrammatik
normalarının zənginləşməsində Cəlil Məmmədquluzadə,
Əbdürrəhim bəy Haqverdiyev, Mirzə İbrahimov, Bayram
Bayramov, İsa Hüseynov, Sabir Əhmədov, M.H.Şəhriyar, Hüseyn
Arif, Söhrab Tahir, Anar, Əkrəm Əylisli, Yusif Səmədoğlu və b.
söz ustalarının xidmətləri onun məqalə və kitablarında əsaslı
şəkildə şərh edilmişdir.
İstedadlı alim-dilşünas kimi böyük nüfuz qazanan
Qəzənfər Kazımov eyni zamanda gözəl müəllim-pedaqoq kimi
tanınır. O, 50 ilə yaxın bir müddətdə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunda (indiki ADPU-da) və digər ali təhsil ocaqlarında
çalışmış, minlərlə Azərbaycan dili və ədəbiyyat müəlliminin
hazırlanmasında bilavasitə iştirak etmişdir. Ali məktəblərin
filologiya fakültələri və orta ümumtəhsil məktəblərinin müxtəlif
5
sinifləri üçün onlarca proqram, dərslik, dərs vəsaiti onun alim-
pedaqoq zəhmətinin canlı görüntüləridir.
Qəzənfər Kazımovun indiyə qədər müxtəlif nəşriyyatlarda
(təkrar nəşrlərlə) 56 kitabı, 300-dən artıq elmi və elmi-publisistik
məqaləsi çap olunmuş, 50-dən artıq müəllifin kitabı onun elmi
redaktorluğu ilə işıq üzü görmüş, həyatı və yaradıcılığı barədə
140-a qədər məqalə yazılmışdır. Alimin kitabları həmişə elmi
ictimaiyyətin diqqətini cəlb etmiş və həmkarları – Bəkir Nəbiyev,
Ağamusa Axundov, Zərifə Budaqova, Tofiq Hacıyev, Musa
Adilov kimi dilçi və ədəbiyyatşünas alimlər tərəfindən yüksək
qiymətləndirilmişdir.
Bütün bunlar Qəzənfər Kazımovu XX əsr Azərbaycan
dilçilərinin ən görkəmli, seçilmiş nümayəndələri sırasına daxil
edir və ona çoxcildlik «Seçilmiş əsərləri»ni çap etdirmək
səlahiyyəti verir.
***
Qəzənfər Şirin oğlu Kazımov 1937-ci il mart ayının 3-də
Cəbrayıl rayonunun Soltanlı kəndində ziyalı ailəsində
doğulmuşdur. Atası Şirin Allahverdiyev yaşadığı bölgənin sayılıb-
seçilən adamlarından olmuş,rus-tatar məktəbini bitirdikdən sonra
müxtəlif vəzifələrdə çalışa-çalışa orta məktəbi, 1941-ci ilin iyul
ayında isə Pedaqoji İnstitutu bitirmişdir. Şirin Allahverdiyev kənd
orta məktəbinin direktorluğundan orduya çağırılmış, 1943-cü
ildə cəbhədə həlak olmuşdur. Qəzənfər özündən kiçik bacısı və
qardaşı ilə birlikdə anasının himayəsində böyümüşdür. Orta
təhsilini Soltanlı kənd orta məktəbində almış, 1955-ci ildə V.İ.-
Lenin adına APİ-nin filologiya fakültəsinə qəbul olunmuşdur. Bir
il sonra bu fakültə tarix-filologiya fakültəsinə çevrilmişdir.
Tələbəlik illəri Q.Kazımovun qarşısında geniş ədəbi-
mədəni üfüqlər açır. O, Azərbaycanın M.Rəfili, Ə.Dəmirçizadə,
Ş.Qurbanov, İ.Şıxlı kimi görkəmli alim və yazıçılarını ilk dəfə
Pedaqoji İnstitutun auditoriyalarında görüb tanıyır. Bu ziyalılar,
xüsusilə yazıçı və şairlərlə keçirilən görüşlər, iştirakçısı olduğu
mədəni tədbirlər onun yaddaşında əbədi izlər buraxır. 1960-cı
ildə ali təhsilini başa vurub, təyinatını Cəbrayıl rayonuna alır. İki
6
il rayonda işlədikdən sonra 1962-ci ildə Bakıya qayıdıb
Azərbaycan dilçiliyi ixtisası üzrə V.İ.Lenin adına APİ-nin
aspiranturasına qəbul olunur. Görkəmli türkoloq, professor
Ə.Dəmirçizadənin rəhbərliyi ilə «Ə.Haqverdiyevin dramaturgiya
dili («Dağılan tifaq» pyesi əsasında)» mövzusunda namizədlik
dissertasiyası üzərində işləməyə başlayır.
Beləliklə, Qəzənfər müəllimin həyatının elmi-tədqiqatçılıq
dövrü başlanır. O, «Dağılan tifaq»ın Peterburq çapı ilə (1899)
Bakı nəşrləri (1926, 1935 və s.) arasında müqayisələr aparır,
onların fərqli cəhətlərini müəyyənləşdirir, yazıçının arxivini
gözdən keçirir. «Müxtəlif qeydlər dəftəri»ni oxuyub ədibin pe-
daqoji fəaliyyətinə, Azərbaycan Tədqiq və Tətəbbö cəmiyyətində
dil, tarix və etnoqrafiya şöbəsinə rəhbərliyi dövründə akademik
N.Y. Marr, məşhur türkoloqlardan N.İ.Aşmarin, İ.İ.Meşşaninov
və başqaları ilə elmi əməkdaşlığına dair yeni faktlar üzə çıxarır.
Gənc tədqiqatçı elmi axtarışlarının nəticələri əsasında
«Ə.Haqverdiyev və ədəbi dilimiz» adlı ilk geniş məqaləsini yazır.
Arxiv sənədləri əsasında yazılmış bu məqaləsində o, görkəmli
yazıçının ədəbi dil haqqında fikirlərini araşdırır, ədibin mövcud
türkoloji fikirlər barədə kifayət qədər əhatəli elmi məlumata
malik olduğunu müəyyənləşdirir. Aspirantlıq dövründə onun
yazdığı başqa məqaləsində isə Ə.Haqverdiyevin dramaturgiya dili
tədqiq olunur. «Dağılan tifaq» pyesinin leksik xüsusiyyətləri,
özəlliklə oradakı polisemantik frazeoloji vahidlərin, məhəlli və
arxaik sözlərin işlənmə məqamları, semantik incəlikləri və bədii
funksiyası aydınlaşdırılır.
Q.Kazımovun «Əbdürrəhim bəy Haqverdiyevin «Dağılan
tifaq» pyesinin frazeologiyası» məqaləsi yazıçının əsərindəki
sabit söz birləşmələrinin dilçilik təhlilinə həsr olunmuşdur.
Məlumdur ki, dramaturgiyada canlı danışıq dilinə üstünlük
verildiyi üçün frazeoloji vahidlərin üslubi imkanları genişdir. Fikri
emosional, yığcam və obrazlı ifadə etmək, surətlərin xarakterini
incəliklərinə qədər səciyyələndirmək üçün xalq deyimlərinin çox
mühüm əhəmiyyəti var. Q.Kazımovun dediyi kimi, bədii əsərdə
canlı xalq dilinə məxsus ifadələrdən istifadə «həyati bir
zərurətdir».
7
Məhz həmin zərurətə görə Ə.Haqverdiyev başqa
əsərlərində olduğu kimi, «Dağılan tifaq» faciəsində zəngin
frazeoloji materialdan istifadə etmişdir. Q.Kazımov onların
hamısını elmi tədqiqata cəlb edərək, məna növlərini
müəyyənləşdirmiş, işlənmə səbəblərini və yerinə görə semantik
calarlarını aydınlaşdırmışdır. Əslində, «Dağılan tifaq»ın
frazeologiyasının araşdırılması tədqiqatçıya yazıçının fərdi üslu-
bunu, onun sənətkarlıq məziyyətlərini müəyyənləşdirmək üçün
lazım olmuşdur. Bundan ötrü o, məsələnin xalis dilçilik tərəfini
ön plana gətirərək, əsərdəki sinonim, omonim və antonim fraze-
oloji vahidlərin quruluşu, tərkibi, yaranma üsulları, işlənmə
yerləri haqqında elmi məlumat verib, pyesin dilindəki frazeoloji
vahidlərin xalq danışıq dilindən gəldiyini və əsərin bədii
keyfiyyətini yüksəldən amillərdən olduğunu əsaslandırmışdır.
Q.Kazımov «Dağılan tifaq» faciəsinin leksik
xüsusiyyətləri, frazeologiyası və üslubu ilə bağlı tədqiqatlarını
«Ə.Haqverdiyevin dramaturgiya dili» mövzusunda namizədlik
dissertasiyasında ümumiləşdirmişdir. O, əsərini 1967-ci ildə
V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda
«Ədəbiyyat və dilçilik» ixtisası üzrə İxtisaslaşdırılmış Şurada
müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi
almış, sonralar bu dissertasiyanın mətnini monoqrafiya kimi
hazırlayıb, «Yazıçı və dil» kitabında çap etdirmişdir.
İlk məqalələrindəki fikir və mülahizələri daha da
cilalayan, dəqiqləşdirən müəllif kitabda Ə.Haqverdiyevi
Azərbaycan milli ədəbi dilinin inkişafı və sabitləşməsi dövrünün
ən görkəmli nümayəndəsi kimi təqdim edir. Ə.Haqverdiyevin
yaşadığı dövr, məlum olduğu kimi, Azərbaycanın sosial-mədəni
həyatının bütün sahələrində milli dirçəliş, ictimai tərəqqi dövrü
kimi səciyyələndirilir. Ölkədə maarifçilik hərəkatının, siyasi
azadlıq uğrunda ideya mübarizələrinin geniş vüsət alması
dövlətə, dinə, dilə, millətə, elmə və mədəniyyətə baxışların
müxtəlif formalarını - polifonizmini meydana gətirir. Q.Kazımov
bu polifonizmi dövrün hakim metodoloji prinsiplərinə uyğun
olaraq, «ziddiyyət və toqquşmalar» kimi mənalandırır və Ə.Haq-
verdiyevi demokratik cəbhədə dayanan, «ədəbi dili milli zəmin
8
üzərində möhkəmləndirmək, sabitləşdirmək xətti yeridən» yazıçı
kimi qiymətləndirir.
«Ə.Haqverdiyev və ədəbi dil» mövzusu ilə bağlı tədqiqat
obyektinin çox geniş olduğunu nəzərə alan müəllif öz
mülahizələrini və nəzəri-filoloji qənaətlərini əsaslandırmaq üçün
yazıçının konkret bir əsərinin – «Dağılan tifaq» faciəsinin dilini
predmetləşdirir. Mövzuya belə yanaşma üsulu bir qədər lokal
görünsə də, Q.Kazımovun araşdırmalarına məhdudluq gətirmir.
Əksinə, tədqiqatçı bir əsərin timsalında problemin dərin qatlarına
enərək, məzkur pyesin leksik, üslubi, semantik və frazeoloji
xüsusiyyətlərinin əhatəli tədqiqinə nail olur. O, ədəbi dilin nəzəri
problemlərinə Ə.Haqverdiyevin münasibəti, xüsusilə, XX əsrin
20-ci illərində elmi-ictimai və mədəni-siyasi mühitdə qızğın
müzakirə və mübahisə predmetinə çevrilmiş dil məsələlərinin
həllində konstruktiv fikirlərlə iştirakı, əməli fəaliyyəti –
ölkəşünaslıq cəmiyyətində türkoloji yarımbölməyə rəhbərliyi,
tarix-etnoqrafiya bölməsinə sədrliyi, N. Aşmarin, V.Tomaşevski,
Y.Baybakov, V.İvanov, V.Sısoyev, V.Ryumin və başqa görkəmli
alimlərlə yaxın əlaqə və əməkdaşlığına dair ətraflı elmi məlumat
verməkdən başqa, yazıçının ədəbi dil və mətbuat dili haqqında
mülahizələrinin təhlilinə də geniş yer ayırır.
Əsərin «Yazıçı duyğusu və dilçi əməliyyatı» adlanan ikinci
fəsli Q.Kazımovun ağır tədqiqatçı zəhmətinin, Sizif əməyinin
məhsuludur. Bu fəsildə o, təkcə istedadlı dilçi yox, həm də
mətnlə işləməyin ciddi məsuliyyətini dərk edən, bu işin
əzablarına böyük sevgi ilə qatlaşan və söz sənətinin incəliklərini
duyan həssas bir mətnşünas-alim kimi görünür. Xüsusilə «Ayın
şahidliyi» hekayəsinin və «Dağılan tifaq» faciəsinin müxtəlif
nəşrlərini tutuşdurmaqla onların nüsxə fərqlərinin
müəyyənləşdirilməsi müəllifin tədqiqatçı ciddiliyindən xəbər verir.
Şivə sözlərinin bədii mətndən çıxarılaraq ədəbi dil vahidləri ilə
əvəzlənməsi, söz sırasının sintaktik normalara uyğunlaşdırılması,
əvəzetmələr, əlavələr, ixtisarlarla bağlı Q.Kazımovun üzə
çıxardığı zəngin faktlar Ə.Haqverdiyevin öz əsərlərinin dili
üzərində necə işlədiyini, bütövlükdə onun sənətkar qayğılarını
göz önünə gətirən elmi təfərrüatlardır.
9
Kitabda «Dağılan tifaq» əsərinin sintaksisinə dair
deyilənlər də elmi tutumuna görə diqqəti çəkir. Məlumdur ki, XX
əsrin əvvəllərində yaşayıb-fəaliyyət göstərmiş Azərbaycan
dramaturqlarının, o cümlədən Ə.Haqverdi-yevin əsərlərinin
cümlə quruluşu müasir ədəbi dildə olduğu kimi deyil; onların
əsərlərində söz sırasının pozulması tez-tez müşahidə edilir.
Məsələn, mübtəda, tamamlıq və zərflik xəbərdən, təyin təyin-
lənəndən sonra işlənir. Bu, nə ilə bağlıdır? Sualın cavabı kitabda
konkret və aydın verilir: «Bu, bir tərəfdən dövrlə, əsərlərin
yarandığı ictimai və tarixi şəraitlə, ədəbi dilin inkişaf mərhələsi ilə
şərtlənirsə, digər tərəfdən bədiilik prinsipləri ilə bağlı olub, surət
dilinin fərdiləşdirilməsi, təbii və canlı nitq çaları yaratmaq
meylindən irəli gəlmişdir».(
Yazıçı və dil. APİ nəşri, Bakı, 1975,
s.37
.)
Dramaturgiyada dil ünsiyyətin fəal və canlı təzahürüdür.
Burada nitq dinamikliyi, fəaliyyəti şərtləndirən əsas amildir,
cərəyan edən hadisələrin özü, «ən real həyatilikdir».
(
T.Hacıyev. Yazıçı dili və ideya-bədii təhlil. «Maarif», Bakı, 1979,
s.62
) Yazıçı obrazların həm zahiri, həm də daxili aləmini ilk
növbədə söz vasitəsilə canlandırır. Yüksək bədiilik çox zaman
dramaturqu sintaksisin mövcud tələblərindən kənara çıxmağa
sövq edir. Elə buna görə Q.Kazımov «Dağılan tifaq» faciəsinin
dilindəki inversiyaların müəyyənləşdirilməsinə və izahına geniş
yer ayıraraq, bu ifadə vasitəsinin həm replikalarda, həm də
remarkalarda işlənmə üsullarını şərh edir; belə doğru qənaətə
gəlir ki, yazıçının əsərlərindəki inversiya və qrammatik əlavələr
xalq danışıq dilinin təbiiliyindən, dramaturqun realizmindən,
bədii-dramatik üslubun tələblərindən mayalanır.
«Yazıçı və dil» kitabının ikinci hissəsi Cəlil
Məmmədquluzadənin sovet dövründə yazdığı felyetonlarının
dilçilik təhlilinə həsr edilmişdir. Məlumdur ki, «Mola Nəsrəddin»
jurnalının Bakıda çap olunduğu illər ölkənin ictimai-siyasi
həyatında olduğu kimi, bədii-estetik fikirdə də bir sıra dəyişmələr
– təbəddülat baş verir. Yeni siyasi-ideoloji iqlim o vaxtkı gənc
şair və yazıçıların ovqatına uyğun gəlirdi. «Köhnə dünyanı
kökündən uçurmaq, məzarlar, uçuqlar, xarabalar üzərində yeni
dünya qurmaq həm hakim rəsmi ideologiya, həm də cavan
10
poeziya, dramaturgiya və nəsr üçün ümumi siyasi eyforiya,
şərikli bədii-estetik pafos və təlim idi. Təzə nəsil hələ zamanla
tam həmahəng orbitdə fırlanır, eyni bir marksçı metodologiya ilə
hələ vahid, qapalı ideoloji dövriyyə təşkil edirdi». (
Yaşar
Qarayev. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər. «Elm» nəş-
riyyatı, Bakı, 2002, s.503
)
Bunun əksinə olaraq, Cəlil Məmmədquluzadə,
Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Səməd Mənsur,
Hacıkərim Sanılı kimi sənətkarlar yeni ideologiyanın mənəvi
azadlıq, hüquqi-insani bərabərlik, beynəlmiləlçilik, təzə qurulacaq
cənnət – kommunizm vədləri arxasındakı əsl həqiqəti – şovinist
imperiya siyasətini həm ağıl, təfəkkür, həm də fəhmlə dərk
edirdilər. Elə ona görə mövcud həyatda yalnız sevinc, nəşə və
şadlıq görən tərənnümçülərdən fərqli olaraq,
C.Məmmədquluzadə müdrik yazıçı-vətəndaş mövqeyində durub,
tənqid və ifşaya üstünlük verir, bədii gülüşün hədəfinə
cəmiyyətdə eybəcərlik yaradan sosial təzadları, ictimai yaraları
çevirirdi.
Nəşrə başladığı ilk zamanlarda olduğu kimi, «Mola
Nəsrəddin» yenə də doğma xalqın, millətin sosial və siyasi
tərəqqisi yolunda əlindən gələni əsirgəmir, bu işə açıq-aşkar
əngəl törədən Şərq istibdadını, fanatizmi, mədəni geriliyi
pisləməkdən yorulmurdu. Jurnalın çap olunduğu ilk illərdə
çarizmin və Şərq despotizminin siyasi eybəcərliklərini özünəxas
bədii-publisist sənətkarlıqla ifşa edən C.Məmmədquluzadə yeni
dövrdə gülüşün təzə üsul və rənglərindən faydalanmaqla milli
satiranı daha da əlvanlaşdırırdı. Yeni məzmun onun yaradıcılığına
həm də yeni təsvir və ifadə vasitələri gətirirdi; ümumişlək söz-
lər, şivə leksikası, arqotik ifadələr, atalar sözləri və məsəllər
yazıçının felyetonlarında həqiqi satira vasitəsinə çevrilir, onun
məcazlar sistemini zənginləşdirirdi.
Elmi təhlilə həmin vasitələrin səciyyəvi xüsusiyyətlərini
cəlb edən Q.Kazımov birinci fəsildə konkret olaraq ictimai-siyasi,
ikinci fəsildə isə dini sözlərin və birləşmələrin bədii vəzifələrini
aydınlaşdırır. «Padşah», «çinovnik», «müdir», «direktor»,
«hökumət», «idarə», «siyasət», «sülh», «müharibə», «mömin»
və s. onlarca belə sözün felyetonlardakı işlənmə yerini və
11
semantik tutumunu göstərməklə yazıçının publisist
sənətkarlığının, sözlə gülüş yaratmaq ustalığının şərhinə nail
olur.
«Felyeton
dili»
əsərində
Q.Kazımov
C.Məmmədquluzadənin satirik ifşa üsullarının təhlilinə xüsusi
fəsil ayırır. O, satirik üslub üçün səciyyəvi olan eyham, kinayə
kimi bədii ifadə vasitələrinin Mola Nəsrəddin felyetonlarındakı
nümunələrindən, habelə yazıçının böyük məharətlə yaratdığı
sükut manerindən, sözlərə məzəli şərh vermək üsulundan ətraflı
söhbət açmaqla ədibin orijinal satira ustalığının sirlərinə baş vur-
muş olur.
C.Məmmədquluzadənin felyetonlarındakı mötərizəarası
söz və ifadələrin satirik gücü kitabdakı «Mötərizələr»
yarımbaşlığı
altında
ümumiləşdirilib.
Q.Kazımov
C.Məmmədquluzadə gülüşünün daxili mahiyyətinin açılmasında,
yazıçının tənqid və ifşa hədəflərinin aydın görünməsində bu cür
söz və ifadələrin rolunu xırda detallarına qədər izah edir. Onun
«Savad məktəbləri», «Müxbirlər», «Dəmir yol», «Şura mətbuatı»
felyetonlarında işlənmiş mötərizələr üzərindəki müşahidələri ciddi
elmi-nəzəri bir ümumiləşdirmə ilə nəticələnir və bu nəticələr
dərin tədqiqata dayandığı üçün əsaslı görünür. Şərq
despotizminə, köhnəliyə və mədəni geriliyə tuşlanmış satirik
gülüş mötərizədə verilən söz, ifadə və cümlələr vasitəsilə daha
da şiddətlənir. Tədqiqatçı bir qədər obrazlı şəkildə yazır:
«Kinayəli təhkiyə yavaş-yavaş dartılan yaya bənzəyirsə,
mötərizələr möhkəm gərilmiş yaydan qəflətən buraxılan oxa
bənzəyir. Bu ox hədəfə daha sərrast dəyir və yaralı cəhəti daha
qabarıq nəzərə çarpdırır». (
Q.Ş.Kazımov. Yazıçı və dil. s.214
)
Kitabda C.Məmmədquluzadə felyetonlarının struktur
xüsusiyyətləri də yeni baxış bucağından təhlil edilir. Ədibin
bədii-publisistik şərh üsulu, işlətdiyi təkrirlər, başlıqlar, başlanğıc
və sonluqlar haqda deyilənlər tədqiqatçının bədii mətnə
struktural mövqedən yanaşmaq, yazıçı fikrini və qayəsini əsərin
quruluşunda görə bilmək bacarığından xəbər verir. Q.Kazımov
Mirzə Cəlilin felyetonlarında müşahidə edilən anaforaların kinayə
və tənqid, məsxərə və istehza məqsədilə işləndiyini, başlıqların
bilavasitə ideyadan doğduğunu və bütün mətn boyu həmin
12
ideyanın estetik şərhinə xidmət etdiyini özünəməxsus elmi
təmkinlə sübuta yetirir. Felyetonların başlanğıc və sonluqları,
müqayisə və tipikləşdirmə üsulları haqqında deyilənlər isə
C.Məmmədquluzadənin fərdi üslubu haqqında tamam yeni
sözdür və buna görə də müəllifini sevdirə bilir.
Bütün bu keyfiyyətlərinə görə «Yazıçı və dil» kitabı elmi
ictimaiyyət tərəfindən maraqla qarşılanmış və mətbuatda yüksək
qiymətləndirilmişdir. Görkəmli dilçi-alim Zərifə Budaqova yazırdı:
«İki unudulmaz sənətkarın dil sahəsindəki xidmətlərinin bir sıra
yeni cəhətləri ilə bizi tanış edən kitab… müvafiq ali məktəblərin
tələbə və müəllimləri, gənc elmi işçilər üçün dəyərli vəsaitdir».
(
Zərifə Budaqova. Yazıçı və dil. «Ədəbiyyat və incəsənət»
qəzeti, 25 sentyabr 1976
)
***
Q.Kazımov dilçiliyin müxtəlif sahələri ilə məşğul olan
çoxpredmetli bir tədqiqatçı-alimdir. Onun müasir Azərbaycan
dilinin sintaksisi, komizm nəzəriyyəsi, üslubiyyat, folklorşünaslıq
və qrammatika məsələlərinə dair sanballı araşdırmaları vardır.
Lakin Q.Kazımov dil tarixçisi kimi daha məşhurdur. Elmi fəaliy-
yətinin ilk dövründə nisbətən yaxın tarixi keçmişə üz tutaraq,
Ə.Haqverdiyev və C.Məmmədquluzadənin əsərləri əsasında milli
dilin XX əsrin əvvəllərindəki durumunu öyrənən alim bir qədər
sonra Azərbaycan dili tarixini yenidən dövrləşdirmiş, ayrı-ayrı
dövrləri səciyyələndirən dil xüsusiyyətlərini göstərmişdir. O, Qazi
Bürhanəddin, İmadəddin Nəsimi, Cahan şah Həqiqi, Şah İsmayıl
Xətai, Məhəmməd Füzuli kimi sənətkarların yaradıcılığı haqqında
elmi məqalələr yazaraq, Azərbaycan ədəbi dilinin inkişafında
onların xidmətlərini müəyyənləşdirməyə çalışmışdır. Bu sahədə
apardığı tədqiqatların başlıca nəticəsi isə belə olmuşdur:
Dostları ilə paylaş: |