DİL TARİXİNDƏN MÜHAZİRƏLƏR…
Keçən əsrin 20-ci illərinin ilk günlərindən başlayaraq,
Ə.Haqverdiyev gənc sovet respublikasına yaxından kömək etmək
üçün yeni həyatı əks etdirən yeni bədii əsərlər yazmaqla
bərabər, bir sıra ictimai işlərdə çalışır, 1921-ci ildə yenidən
8
pedaqoji işə keçərək, V.İ.Lenin adına Azərbaycan Dövlət
Darülfünununda Azərbaycan dili və ədəbiyyatı fənlərindən dərs
deyir. Qocaman ədib bu işi on ilədək davam etdirmiş, ömrünün
sonlarında isə tibb institutunda qeyri-azərbaycanlı tələbələrə
Azərbaycan dilindən dərs deməklə məşğul olmuşdur. Arxiv m-
ateriallarından məlum olur ki, o, dil dərslərinə böyük səylə,
maraqla hazırlaşmış,
9
pedaqoji işlə əlaqədar fürsətdən istifadə
8
.
(1901-1903)
Я Щагвердийев ингилабдан яввял дя
мцяллимликля
мяшьул ол
.
,
мушдур Лакин о мяктяблярин дюзцлмяз вязиййяти иля
. 14
1916-
ялагядар бу пешядян тез узаглашмышдыр
декабр
ъы ил
тарихли мяктубунда баъысы оьлу
на йа
: «
зырды
Сянин шящяр
мяктябиндя мцяллим олмаг арзун мяни ясла севиндир
.
мир Мян цч
ил мцяллимлик етмишям вя бу ишин ъящянням язабы олду
ьуну би-
» (
.:
.
, .
лирям Бах Азярб ССР ЕА ялйазмалары фонду Я Щагвердийевин
,
. 27/4495).
архиви инв №
9
-
Бу барядя вя Азярбайъан дилинин гейри азярбайъанлы
тялябяляря практик шякил
дя юйрядилмясиня даир йазычынын
фяалиййяти щаггында нисбятян ятрафлы мялу
«
мат цчцн Мцхтялиф
»
(«
гейдляр дяфтяри адлы мягалямизя Азярбайъан мцялли », 1965,
ми
40)
.
№ бахмаг олар
61
edərək, türkoloji ədəbiyyatı diqqətlə nəzərdən keçirməyə,
öyrənməyə çalışmışdır.
Ə.Haqverdiyev rus dilindən əlavə, fransız, erməni, ərəb,
fars, tacik, özbək, türkmən və tatar dillərini də bilirdi.
10
Lakin o
bu dilləri yalnız praktik şəkildə bilməklə kifayətlənməmiş, sovet
dövründə yaranmış əlverişli imkanlardan istifadə edərək, həmin
dillərin, xüsusilə Azərbaycan dilinə qohum türk dillərinin
formalaşma və inkişaf tarixi kimi sırf nəzəri məsələlərlə yaxından
maraqlanmışdır. Ədibin arxivində saxlanan müxtəlif qeydlər
dəftərində rast gəldiyimiz bir sıra yazılar da fikrimizi təsdiq edir.
Bu cəhətdən aşağıdakı qeydlər daha maraqlıdır:
Əlifba,
heroqliflər. Ərəb əlifbası, Mirzə Mülküm xan, Mirzə Fətəli Axundov,
Məhəmməd ağa Şahtaxtinski. Latın əlifbası. Orxon xətləri (türki)
(uyğur). Uyğur yazıları, əsrin ortalarınadək Mavəraünnəhrdə qalıb,
Stralenberq 1730. Yadrinsev 1889, Tomsen 1892; Bilgəxan,
Gültikin, Ərəb əlifbası, ərəbi və türki sövtlər. Dilin xüsusiyyəti…
11
Onun bu qeydləri müəyyən bir yığıncaqda çıxış etmək, mü-
hazirə və ya məruzə oxumaq, yaxud əsər yazmaq üçün tərtib
edilmiş plan tipli qeydlərdən başqa bir şey ola bilməzdi. Qeydlər
dəftərindəki bir sıra əlavə yazılar, tələbə siyahısı, nəhayət,
yazıçının dil dərsi deməsinin bir fakt olması və yuxarıdakı
qeydlərin xarakteri onların dərs demək üçün yazılmış olduğunu
güman etməyə tam əsas verir. Görünür, ədib türkoloji ədəbiyyatı
nəzərdən keçirməklə, planlı və ardıcıl nitq üçün bu cür qeydlər
aparmışdır. Qeydlərə əsasən onun nitqinin ümumi istiqamətini
də müəyyənləşdirmək olar. O, əvvəlcə yazılı dil, əlifba, ərəb
əlifbası və bu əlifbaya qarşı mübarizə tarixi barədə məlumat ver-
miş, sonra türk dillərinin yazılı abidələrindən danışmış, xüsusilə
Orxon kitabələri və uyğur yazıları haqqında nisbətən ətraflı
məlumat vermişdir. Yazıçının arxiv sənədləri içərisində türk runik
əlifbasının əl ilə böyüdülmüş surəti də vardır. Əlifbadakı hərflərin
10
.: . . .
,
, 1955,
.185; .
Бах К М я м м я д о в Я Щагвердийев Бакы
сящ
Ъ Х я н –
д а
.
н Унудул
. «
.
», 51, 17
1960 .
маз хатиряляр Яд вя инъясянят №
декабр
вя с
11
,
.
Мцхтялиф гейдляр дяфтяри Азярб ССР ЕА ялйазмалары
( .
фонду Я Щаг
),
. 1815/146,
.2.
вердийевин архиви инв №
сящ
62
altında qara karandaşla rus (bəzən də latın və ərəb) hərfləri ilə
onların ifadə etdiyi səslərin transkripsiyası verilmişdir. Şübhəsiz,
turk runik əlifbasından danışarkən yazıçı bundan bir əyanilik kimi
istifadə etmişdir. Bunlardan əlavə, onun Yenisey abidələri
haqqında ilk dəfə məlumat vermiş İsveç zabiti İohan
Stralenberqin, 1889-cu ildə Orxon yazılarını tapmış rus alimi
N.M.Yadrinsevin, türk runik yazılarını ilk dəfə oxumuş daniyalı
Vilhelm Tomsenin adını çəkməsi, xarakter illəri qeyd etməsi gös-
tərir ki, o, Orxon-Yenisey kitabələrinin tapılması və oxunması
tarixini ətraflı tədqiq etmiş və öyrənmişdir.
«Bilgəxan», «Gültikin» sözlərindən görünür ki, yazıçı abidə-
lərin məzmunundan da xəbərdar olmuşdur. Onun qeydlər
dəftərində türk xaqanı Mogilyanın (Bilgə xanın) və onun qardaşı
Gültikinin şərəfinə qoyulmuş Orxon abidəsindən latın əlifbası ilə
transkripsiya edilmiş bir parçaya da rast gəlirik:
Orxon kitabəsi: Üzə kök tənri asra yağız yir kılıntukda
əkin ara kisi oğlı kılınmıs. Kisi oğlınta üzə əcüm apam Bumın
kağan İstəmi kağan olurmış. Olurıpan türk budunın ilin törüsin
tuta birmis iti birmis…
Yəqin ki, runik yazıların məzmunu haqqında daha konkret
təsəvvür yaratmaq üçün Gültikin (böyük) kitabəsindən seçilmiş
bu parça tələbələrə yazdırılmış və yazıçı tərəfindən izah
edilmişdir. Transkripsiyanın altında mətnin tərcüməsi də
verilmişdir. Tərcümədən aşağıda bu sözlər yazılmışdır:
Uyğur,
Qisseyi-Rəbğuzi, Kutadqu bilik.
Buradan isə aydın olur ki, yazıçı türk dillərinin yazılı abidələ-
rinə dair izahatını qədim uyğur dili və yazısı, Balasaqunlu Xas
Xacib Yusifin «Kutadqu bilik» (XI əsr) didaktik poeması,
Nəsrəddin Rəbğuzinin «Qisas-əl-ənbiya» (XIV əsr) əsəri ilə
əlaqədar davam etdirmişdir.
Onun türk dillərinin qədim abidələri ilə əlaqədar biliklərini
təkcə sovet dövründə Azərbaycan ədəbiyyatı, Şərq poetikası və
dil dərsləri deməsi ilə – müəllimlik fəaliyyəti ilə bağlamaq doğru
olmaz. C.Məmmədquluzadə əsasən Qafqaz dairəsində yaşadığı
və işlədiyi halda, türkoloji ədəbiyyatı ardıcıl izləyirdi. Bunu onun
aşağıdakı sözləri də təsdiq edir: «…Şərqşünas və
missionerlərdən qazanlı Radlov Azərbaycan türkləri üçün bir yeni
63
əlifba təklif eləyirdi, bu, ibarət idi rus hərflərindən. Ancaq rus
hərfləri içində olmayan bir neçə sövt üçün bir neçə yeni hərflər
icad etmişdi».
12
Ə.Haqverdiyev isə hələ gənclik illərində on ilə
qədər bir müddətdə Peterburqda – iri türkololoji əsərlərin
yazıldığı və nəşr olunduğu bir şəhərdə yaşamış, Peterburq uni-
versitetinin Şərq fakültəsində dil və ədəbiyyat dərslərini
dinləmişdir. Onun Peterburqda yaşadığı 90-cı illər türk dillərinin
qədim yazılı abidələri ilə əlaqədar yeni-yeni kəşflər illəri idi. Buna
görə də o, həmin abidələrə dair yeniliklərdən xəbərdar olmaya
bilməzdi. Əks təqdirdə, qocaman ədib birdən-birə bu mövzuda
dərs deməkdə çətinlik çəkər, bəlkə də belə bir işi öhdəsinə
götürməzdi.
TÜRKLƏRİN QƏDİM MƏDƏNİYYƏTİ OLDUĞU KİMİ,
XÜSUSİ ƏLİFBALARI DA OLMUŞDUR…
Ə.Haqverdiyevin «Böyük islahat» məqaləsi göstərir ki, o,
türk dillərinin qədim abidələrinə dair XIX əsrin 90-cı illərindən
başlanan mühüm kəşflərlə, doğrudan da, yaxından maraqlanmış,
bu sahədə türkoloji ədəbiyyatı ardıcıl izləmişdir. Məqalə
abidələrin tapılması və mətbuatda elan edilməsi barədə ədibin
kifayət qədər məlumata malik olduğunu sübut edir: «İki yüz il
bundan əvvəl Sibirə – Yenisey quberniyasına sürgün edilmiş əsir
İsveç zabiti Stralenberq Orxon və Yenisey çaylarının sahillərində
tək-tənha veyillənirdi. Gözlənilmədən onun diqqəti qayalar və
daşlar üzərində bir cür xüsusi yazılara cəlb olundu. Bu yazılar
Stralenberqi belə bir fikrə gətirdi ki, onun qarşısındakılar bu
yerlərdə yaşayan xalqların ulu babalarının yazılarıdır. O, sonralar
Orxon yazıları adı ilə məşhur olan bu yazıların surətini çıxardı və
Avropaya qayıdarkən 1730-cu ildə onları çap etdirdi. Həmin
vaxtdan Avropa elmi cəmiyyətlərinin Orxon çayı sahilinə bu
yazıları öyrənmək üçün ekspedisiyaları başlayır».
13
12
. .
,
Ъ М я м м я д г у л у з а д я Сечилмиш ясярляри II .,
, 1936,
ъ Бакы
.485.
сящ
13
А.А х в е р д о в. Великая реформа, «Известия Азербайджанского
Государственного Университета им. В.И.Ленина», Баку, 1928, т.XIII,
64
Müəllifin üslubu, hadisələri gözü ilə görürmüş kimi təsvir
etməsi, yeri gəldikcə hadisələrə şəxsi münasibətini bildirməsi
göstərir ki, o, kitabələr haqqında mənbələrə yaxşı bələd
olmuşdur.
Ə.Haqverdiyev qeyd edir ki, Rusiya Elmlər Akademiyası bu
abidələrlə gec maraqlandı, lakin az vaxtda daha çox iş gördü:
«Rusiya Elmlər Akademiyası kitabələrlə yalnız 1889-cu ildə
maraqlandı. N.M.Yadrinsevin ekspedisiyası, Stralenberq
tərəfindən müəyyən edilmiş kitabələrdən əlavə, daha qiymətli
abidələr aşkara çıxardı». O. N.M.Yadrinsevin tapdığı yazılı daş
sütunların təsvirini verir, bu ikidilli abidələrdəki çin yazılarının
urqili müəllim tərəfindən oxunduğunu qeyd edir. Ə.Haqverdiyev
kitabələrin tədqiqi və öyrənilməsi sahəsində akademik
V.V.Radlovun xidmətlərini yüksək qiymətləndirir.
Ə.Haqverdiyevin kitabələrə dərin marağını göstərən
faktlardan biri də budur ki, o, bu yazıların oxunmasını böyük bir
xoşbəxtlik sayır və əlavə edir ki, «bu xoşbəxtlik Orxon yazılarını
1892-ci ildə oxumuş Kopenhagen türkoloqu Tomsenə nəsib
oldu». Ədib kitabələrin məzmunu və tarixi haqqında yığcam
məlumat verir, yazıları Bilgə xanın ölümünə qədərki türk xalqının
tarixi hesab edir.
Ə.Haqverdiyev türk dillərinin qədim abidələri haqqında
məqalə yazmaq məqsədini qarşıya qoymamışdı. O, bu məqaləni
yeni əlifbanın – latın əlifbasının altı illiyi münasibətilə yazmışdır.
Bu, sərlövhənin altındakı «Yeni türk əlifbasının altı illiyi
münasibətilə» sözlərindən də aydın olur. Bununla belə, əlifba
tarixindən bəhs edərkən, türk runik yazıları haqqında ötəri, lakin
səhih məlumat verməsi və bir az əvvəl qeyd etdiyimiz kimi,
abidələrdən misallar gətirməsi, tərcümə və şərhləri türk dillərinin
formalaşma və inkişaf tarixinə, onun qədim yazılı abidələrinə
Ə.Haqverdiyevin müəyyən dərəcə bələd olduğunu, bu sahədəki
mövcud ədəbiyyatla ədibin yaxından tanışlığını aydındaşdırmaq
üçün kifayətdir.
Ə.Haqverdiyev dram sənətində və başqa sahələrdə olduğu
kimi, ərəb əlifbasına qarşı mübarizədə də M.F.Axundovun işini
сящ. 144.
65
ləyaqətlə davam etdirmişdir. Onun qeydlər dəftərində rast
gəldiyimiz
«…ərəb əlifbası, Mirzə Mülküm xan, Mirzə Fətəli
Axundov, latın əlifbası…»
sözlərindən və yaxud: «
ərəb əlifbası,
ərəbi və türki sövtlər, dilin xüsusiyyətləri
» kimi qeydlərdən
məlum olur ki, o, ərəb əlifbasının nöqsanlarını və bu əlifbaya
qarşı mübarizə tarixini çox yaxşı bilmiş, onun yeni əlifba ilə əvəz
edilməsi uğrunda mübarizəyə kömək etmişdir. Fərhad
Ağazadənin Azərbaycanda yeni əlifba tərəfdarları – latınçılar
adından yazdığı aşağıdakı sözlər təsadüfi deyildir:
«
Yoldaş Əbdürrəhim bəy
!
Bu gün otuz ildir ki, Azərbaycan türklərinin səhnəsində çalı-
şırsınız. Ustadi-möhtərəmin olan Mirzə Fətəli Axundovun
səhnəmizdə tərbiyələndirib meydana gətirdiyi şagirdlərinin ən
böyüyü Sizsiniz – desək, yanılmamışıq zənnindəyik. Mirzə Fətəli
Axundov birinci teatr əsərini yazarkən əlifbamızın nöqsanlarını
düşündü. Arzu edərdik ki, ustadi-möhtərəmin müqəddəs amalını
qövlən və felən intişar etməkdə mürşidinizdən geridə qalmayıb,
səhnəçilik fəaliyyətinizdə daha da müstəqim, daha da ciddiyyətlə
çalışasınız, əfəndim.
Latınçılar komisyonunun sədri:
Fərhad Ağazadə.
28 fevral 1922-ci il»
14
Ə.Haqverdiyev ərəb əlifbası haqqında fikirlərini «Böyük is-
lahat», «Mirzə Fətəli və ərəb əlifbası» və başqa məqalələrində
şərh etmişdir. O, «Böyük islahat» məqaləsində göstərir ki, ərəb
əlifbası türk xalqlarının boyuna anadangəlmə biçili olmamışdır,
hələ ərəblərdən çox-çox qabaqlar «türk xalqlarının qədim
mədəniyyəti olduğu kimi, xüsusi əlifbaları da olmuşdur». Ədib
türk runik əlifbası haqqında məlumat verdikdən sonra uyğur
əlifbası və onun formalaşması tarixindən danışır, bu əlifbanın
«hətta Teymurilərə qədər təntənəli hallarda, fərmanların dilində,
xanların müraciətnamələrində işləndiyini» və hər iki əlifbanın
ərəb əlifbası tərəfindən sıradan çıxarıldığını qeyd edir.
Hələ əvvəllər də bir sıra türk xalqları özləri üçün ərəb əlif-
basından fərqli əlifbalar əldə etmək təşəbbüsündə olmuşlar və
buna görə də türk dillərində elə mətnlər vardır ki, onlar latın
(Codex comanicus), yunan (Türkiyədə bəzi türkcə kitablar),
14
.:
.
,
. 108/1803.
Бах Азярб ССР ЕА ялйазмалары фонду инв №
66
bolqar və s. əlifbaları ilə yazılmışdır. Ə.Haqverdiyevin fikrincə, bu
hal ondan irəli gəlirdi ki, «ərəblər tərəfindən zorla qəbul etdirilmiş
əlifba, təbii olaraq, onu qəbul etmək məcburiyyətində qalmış
xalqların ruhuna uyğun gələ bilməzdi və bu xalqlar ərəb əlifbası ilə
yazılmış mətnlərdən baş açmaq imkanlarını heç olmasa bir qədər
asanlaşdırmaq üçün indiyə qədər müxtəlif yollar axtarmışlar».
15
Bu əlifbanın, məlum olduğu kimi, təhsil və tədris işini çətinlə-
şdirən çox ciddi qüsurları var idi və o, Azərbaycan dilinin təbiətinə
uyğun deyildi. Azərbaycan dilinin fonetik sistemi üçün zəruri olan
bəzi saitlərə dair bu əlifbada hərflərin olmaması, həmcins samitlilik
tədris işini ağırlaşdırırdı. Ə.Haqverdiyev yazırdı: «Ərəb əlifbasının
türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin bu
əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazıl-
mış kitabları oxumaq nəinki cocuqlar, hətta savadlı şəxslərin çoxları
üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi-müsəvvi-
tənin yazılmamasıdır».
16
O, konkret misal əsasında izah edir ki, saitləri əvəz etmək
üçün sözlərin altında və üstündə qoyulan işarələr olmadıqda bu
əlifba ilə yazılmış mətnləri oxumaq daha da çətinləşir, təkcə
kitab
sözü hər birinin ayrıca mənası olan aşağıdakı formalarda oxunur
:
kataba, kutiba, katbun, katbin, katbu, katbi, katba, kutab,
kuttabun.
Ərəb əlifbasının bu çətinliklərini nəzərə alaraq, onun
islahına çalışanlar çox olmuşdur, lakin bunlardan fərqli olaraq,
M.F.Axundov kimi «cəsur adamlar ruhanilərin və fanatik kütlələrin
lənətlərindən qorxmayaraq Avropa əlifbaları tipli yazı təklif edir-
dilər».
Ə.Haqverdiyev Axundovun dediyi «…taifeyi-islamın… dalda
qalmasına səbəb əvvəl dini-islam, və ikinci, əlifbayi-ərəbdir» - söz-
lərini doğru hesab edir və ona görə də böyük mütəfəkkirin yeni
əlifba uğrunda mübarizəsini haqlı sayır. Ə.Haqverdiyev göstərir ki,
Mirzə Fətəli əslində soldan sağa yazılan əlifbanın – Avropa əlifbaları
tipində əlifbanın tərəfdarı idi, lakin dinin və fanatizmin hökm
sürdüyü bir mühitdə birdən-birə belə bir təklif mümkün deyildi, «…
çünki soldan sağa yazmaq təklifinə avam kütlə müsəlman dininin
əsasını pozmaq kimi baxa bilərdi».
17
15
. .
. «
…»,
.145
А А х в е р д о в Великая реформа Известия
сящ
.
16
. .
, «
Я Щ а г в е р д и й е в Мирзя Фятяли вя яряб ялифбасы Маариф
», 1928, 3,
.14.
ишчиси
№ сящ
17
. .
Я Щ а г в е р д и й е в Мирзя Фятяли Ахундовун щяйаты вя
. «
», 2-
, 1957,
.363.
фяалиййяти Сечилмиш ясярляри
ъи ъилд
сящ
67
M.F.Axundov tezliklə anlayır ki, kütlələrin avamlığına görə
ərəb əlifbasını islah etməklə onun nöqsanlarından yaxa qurtarmaq
olmaz, onu yeni əlifba ilə əvəz etmək lazımdır. Ə.Haqverdiyev bu
cəhəti nəzərə alaraq qeyd edir ki, Mirzə Fətəli belə bir əlifba tərtib
edərkən təkcə Azərbaycan dilini deyil, fars dilini də nəzərə almış,
hətta sükun üçün də əlamət düzəltmişdir.
Məlumdur ki, M.F.Axundov yeni əlifbanı həyata keçirmək
üçün çox çalışmış, hətta İstambula getmiş, lakin heç yerdə ona
kömək edən olmamışdır. İstambulda əvvəlcə yeni əlifbaya hüsn-
rəğbət göstərilirsə də, Ə.Haqverdiyev yazır ki, İran vəziri-muxtarı
Hüseynəli xanın çirkin rolu nəticəsində əlifba rədd edilir.
Hüseynəli xanın Axundova qarşı gizli ədavəti var imiş və ona
elə gəlirmiş ki, M.F.Axundovun komediyalarında fars xalqının ləya-
qəti təhqir olunur. Bu ədavətdən xəbəri olmayan M.F.Axundov İs-
tambulda Hüseynəli xanın evində qalır: «Hüseynəli xan bir tərəfdən
Axundovu evində saxlayıb ona hər cür hörmət edirdi, o biri
tərəfdən isə Türkiyə nazirini və Maarif Nazirliyinin elmi şurasının
üzvlərini inandırırdı ki, Axundov dindən üz döndərib, kafirdir. Mirzə
bundan xəbər tutan kimi dərhal Hüseynəli xanın evindən köçüb,
başqa yerdə sakin oldu. O cənabın fitnəkarlığı nəticəsində elmi şura
Axundovun əlifbasını ləğv etdi, Mirzə nəticəsiz geri qayıtdı».
18
Mirzə Fətəlinin və onun işini davam etdirənlərin arzusu yalnız
ölkəmizdə sosialist inqilabından sonra həyata keçdi və Ə.Haqverdi-
yevin obrazlı şəkildə dediyi kimi, «bu Qordiyev düyünü bir zərbə ilə
parçalandı».
«…Təğyirçilərin zəhməti Azərbaycan cümhuriyyətində meyvə
verib, buradan Şərq ölkələrinə yayılmaqdadır» - deyən yazıçı ərəb
əlifbasının az keçmədən birdəfəlik atılacağını görüb sevinir, Mirzə
Fətəlinin bu günü görmədiyinə təəssüflənir: «İndi Mirzənin vəfatın-
dan 50 il keçir. Əgər ona qəbirdən bir dəqiqəliyə baş qaldırıb ətrafa
bir nəzər salmaq mümkün olsaydı, o vaxt cəmi arzularının həyata
keçməsini, yeritmək istədiyi və yolunda üqubətlər çəkdiyi
ideyalarının tətbiqini görüb, dərin bir nəfəs çəkib, həmişəlik rahat
yatardı».
19
Sanki Ə.Haqverdiyev özü bu böyük sələfinin əvəzinə rahat və
dərin bir nəfəs alaraq deyir: «İndi bizim, mədəniyyətə geniş yol
18
. .
, 2-
, 1957,
.363-
Я Щ а г в е р д и й е в Сечилмиш ясярляри ъи ъилд
сящ
364.
19
. .
, «
Я Щ а г в е р д и й е в Мирзя Фятяли вя яряб ялифбасы Маариф
», 1928, 3,
.14.
ишчиси
№ сящ
68
açan sadə yeni əlifbamız vardır. Bu əlifba təkcə ərəb əlifbasına, heç
vaxt türki olmamış bir əlifbaya görə yeni deyil, Orxon və Yenisey
sahillərindəki qayalar üzərinə həkk olunmuş əlifbaya görə də
yenidir».
AZƏRBAYCAN DİLİNİN TƏDQİQİ VƏ ÖYRƏNİLMƏSİNƏ
RƏHBƏRLİK
Ə.Haqverdiyev ədəbi dilimizin inkişafı üçün sovet dövründə
geniş imkanlar yarandığını görür və sevinirdi. Lakin hələ sovet
hakimiyyətinin ilk illərində də ədəbi dilin inkişafına mane olan bir
sıra çətinliklər var idi: ərəb, fars, türk dillərinin mənfi təsiri
davam etməkdə idi; Azərbaycan ədəbi dilinin varlığına şübhə
edənlər də tapılırdı və s.
Ədəbi dilin inkişafına mane olan çətinlikləri aradan
qaldırmaq üçün ciddi müzakirələr aparılır və onun yaxın
gələcəkdə hərtərəfli elmi tədqiqi üçün zəmin yaradılırdı. Hətta bu
dövrdə Azərbaycan dilinin bəzi sahələrinə dair ilk elmi əsərlər də
yazılmış və nəşr olunmuşdur. Prof. N.İ.Aşmarinin «Nuxa şəhəri
türk xalqı şivələrinə bir nəzər» (1926) adlı kitabı dialektoloji
tədqiqat sahəsində ilk qiymətli əsər idi.
Bütun bu işlərin təşkilində 1923-cü ildə yaradılmış
Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyətinin böyük rolu
olmuşdur. Azərbaycan dilini öyrənən türkoloji yarımbölmə ilk
illərdə tarix-etnoqrafiya bölməsinin tərkibinə daxil idi. Bölməyə
Ə.Haqverdiyev sədrlik edirdi. Buradan aydın olur ki,
Ə.Haqverdiyev Azərbaycan dilinin tədqiqi və öyrənilməsi işinə
bilavasitə rəhbərlik etmişdir. Onun bu sahədəki əməli işini
göstərən materiallar çoxdur. Bütün başqa mühüm işlərinə bax-
mayaraq, o, Tədqiq və Tətəbbö cəmiyyətinin fəal təşkilatçıların-
dan biri kimi, təşəbbüskar və işgüzar idi. Onun təşəbbüsü ilə
V.A.Bartoldun, İ.İ.Meşşaninovun, N.İ.Aşmarinin və başqa
görkəmli alimlərin Azərbaycana dair bir sıra qiymətli əsərləri
Azərbaycanda ilk dəfə nəşr olunmuşdur. Onun rəhbərliyi ilə prof.
N.İ.Aşmarin tərəfindən ilk dəfə «Azərbaycan türk şivələri lüğətini
tərtib etmək üçün toplanacaq materiallar haqqında düsturüləməl
69
və proqram» hazırlanmış və 1924-cü ildə nəşr edilmişdir. O
yalnız rəhbər və təşəbbüskar olmaqla qalmır, azər-
baycanşünaslığa dair nəşrə hazırlanan əsərləri bir-bir gözdən
keçirir, Azərbaycan dili, tarixi, etnoqrafiyası haqqında bildiyi
əlavə məlumatlarla həmin əsərləri zənginləşdirmək üçün
müəlliflərə məsləhətlər verir, yoldaşlıq köməyini əsirgəmirdi.
20
1924-cü ildə toplanmış I Ümumazərbaycan ölkəşünaslıq
qurultayının qətnaməsində dil məsələlərinə ayrıca, həm də bütün
başqa məsələlərdən daha çox yer verilmişdir. Ə.Haqverdiyev
qurultayda tarix-etnoqrafiya bölməsinin fəaliyyəti barədə
məruzəsindən əlavə, onu düşündürən dil məsələləri barəsində
də çıxış etmişdir. Əbdürrəhim bəy Haqverdiyevin, professor
Aşmarinin və başqalarının məruzələrini dinləyərək, Azərbaycan
dilinin tədqiqi məsələsini müzakirə edən Azərbaycan birinci
ölkəşünaslıq qurultayı dilin ictimai funksiyası, Azərbaycan dilinin
nəzəri və əməli cəhətdən islahı, yəni onun mövcud qanunlarının
tədqiq edilib aşkara çıxarılması və ədəbi dil normalarının
müəyyənləşdirilməsi, ahəng qanunu, dilimizin sərfi və nəhvi qu-
ruluşuna dair elmi əsərlərin yazılması, istilah məsələləri və sair
haqqında o dövr üçün bir sıra qiymətli tezislər irəli sürmüşdür ki,
bunların bir qismi indi də öz əhəmiyyətini itirməmişdir.
21
2020
. . .
«
Проф Н И Ашмарин Нуха шящяри тцрк халгы шивяляриня бир
»
нязяр ясярин
дя Щагвердийевин бу ъцр кюмяйини ики дяфя
:
хатырлайыр Нуха диалек
тиндя со
йуг вя тойуг сюзляринин
, «
тяляффцзцндян данышаркян ялавя едир ки
бу сюзлярдян
,
икинъиси Ябдцррящимбяй Щагвердийевин мяня хя
бяр вердийи
,
кими Гарабаьда тойух
» (
.75).
шяклиндя тяляффцз олунур сящ
Йеня
щя
мин диалектдя саьсаьан
сюзцнц Щагвердийевин мялуматына
,
ясасян Гарабаь диалектиндяки тяляффцз тярзи иля мцгайися ет-
миш
(
.165).
дир сящ
21
: 21-24
Бах
сентйабр тарихиндя Бакуда ваге биринъи
Цмумазярбайъан
юл
,
кяшцнаслыг
гурултайынын
гятнамяси
Азярбайъан Тядгиг вя Тятяббю Ъямиййя
,
, 1924,
ти Няшриййаты Бакы
.14-28.
сящ
22
-
Азярбайъаны Тядгиг вя Тятяббю Ъямиййятинин тарих
етнографийа бюлмяси
11
1923-
нин
декабр
ъц ил тарихли иъласына
. . .
проф А И Самойлович сядрлик етмиш вя щя
мин иъласда бюлмянин
,
(
),
етнографийа комиссийасы няздиндя тцрк Иран тат та
,
,
лыш кцрд
,
.
-
ермяни удин вя Азярб ССР ин даьлыг яразисиндя йашайан
-
халгларын
диллярини
тядгиг
едиб
юйрянян
лцьят дил
,
. . .
йарымбюлмяси йарадылмыш проф Н И Ашмарин йарымбюлмянин
70
Ə.Haqverdiyev tarix-etnoqrafiya bölməsinin sədri kimi
22
fəaliy-
yət göstərdiyi dövrdə görkəmli alimlərlə birlikdə işləyirdi. Prof.
V.B.Toma-
şevski, prof. N.İ.Aşmarin, prof. Y.İ.Baybakov, prof. V.İ.İvanov,
V.A.Ryumin,
23
V.M.Sısoyev və başqaları bu cəmiyyətin fəal üzvləri
idilər. Az keçmədən Ə.Haqverdiyevin zəmanəti ilə S.M.Qəniyev,
İ.Həsənov, V.Xuluflu, Rza Təhmasib, Pənah Qasımov, Ü.Hacıbəyov,
M.Moiseyev, Əbdülbaqi və başqaları cəmiyyətin üzvlüyünə qəbul
olunur. 1924-cü ilin 29 fevralından orta məktəblərin yuxarı sinif
şagirdlərinin, ali məktəb tələbələrinin və müəllimlərin cəmiyyətə
qəbuluna başlanır. Cəmiyyətin işinə kömək etmək üçün yeni qəbul
olunanların ərizələrini şəxsən Ə.Haqverdiyev özü nəzərdən keçirir və
üstünü yazır, imzalayırdı. Arxiv materialları içərisində üzərində ədibin
dərkənarı olan belə ərizələr çoxdur.
Ə.Haqverdiyevin sədrliyi ilə bölmədə çox mühüm dil məsə-
lələri müzakirə olunurdu. Məsələn, cəmiyyətin Ə.Haqverdiyevin
sədrliyi ilə keçən ilk iclaslarından birində «Yafəsi nəzəriyyə və
Hind-Avropa dilçiliyi» mövzusunda geniş məruzə olmuş,
,
. . .
.
сядри проф В Б Томашевски вя Я Щагвердийев онун мцавинляри
(«
тяйин едилмишдир Протоколы и Журна
лы заседаний исто
-
рико
этнографической секции и исторический комис
- »,
сии об ва журнал
3, .389, 11
1923 .).
2
№ с
декабря
г Бюлмянин йан
1924-
вар
ъц ил тарихли иъла-
: .
–
, . .
сында президиум сечилир Я Щагвердийев сядр Н И Ашмарин вя
. .
Й И Байба
–
, . .
–
, . .
,
ков
мцавин В А Рйумин
катиб А Р Зифелдт
. .
Б А Томашевски цзв
.
ляр Щя
мин иъласда ихтисаслар цзря комис-
.
сийа вя йарымкомиссийалар йарадылыр Вя ей
ни заманда
етнографийа ко
-
миссийасы няздиндя ядябиййат вя лцьят дил йа-
рымко
миссийалары
йарады
.
.
-
лыр
Я Щагвердийев
тарих
, . .
етнографийа бюлмясинин сядри Н И Аш
маринин сядр олдуьу
-
.
лцьят дил йарымкомиссийасынын цзвц иди Бундан яла , ,
вя о лц
-
ьят
. .
.
дил йарымкомиссийасы дахилиндя Н И Ашмарин вя И Щясяновла
бир
.
ликдя тцрк групуна да дахил иди Еля щямин бу иъласда
Щагвердийев бир сыра йол
дашларын ъямиййятя дахил едилмяси
,
цчцн мясяля галдырмыш зя
манят вермиш
.
:
389,
дир Бах фонд
журнал
4,
.
№ Азярбайъан Дювлят архиви
22
23
. .
.
В А Р й у м и н узун мцддят бюлмянин катиби олмушдур
71
məruzəçiyə – prof. V.B.Tomaşevskiyə maraqlı suallar verilmişdir.
Bu suallar içərisində prof. Y.İ.Baybakovun sualı daha maraqlıdır:
o, Boduen-de Kurtene və böyük fransız dilçisi, müqayisəli-tarixi
metodun görkəmli nümayəndələrindən biri olan Meyenin akad.
N.Y.Marrın yafəsi nəzəriyyəsinə münasibətini soruşur. Məruzəçi
bildirir ki, Marrın nəzəriyyəsi yeni olduğu üçün bəzi dilçilər, o
cümlədən Kurtene və Meye də bu nəzəriyyənin əleyhinədir.
Buradan aydın olur ki, hələ o dövrdə bir sıra görkəmli alimlər
Marrın nəzəriyyəsi ilə razılaşmamışlar. Prof. N.İ.Aşmarin öz
çıxışında diqqəti daha çox türk dillərinin qədim yerli əhalinin
(yafəsi) dillərinə təsiri məsələsinə cəlb etməyə çalışırdı.
V.M.Sısoyev yafəsi nəzəriyyəni müdafiə edərək çerkas, gürcü və
ləzgi dillərinin tamamilə yafəsi dillərə aid olduğunu göstərirdi. O,
yafəsi dilləri öyrənmək üçün cəmiyyət daxilində qrup yaratmağı
təklif edir və Tomaşevskinin sədrliyi ilə belə bir yarımkomissiya
yaratmaq qərara alınır.
Ə.Haqverdiyevin təşəbbüsü ilə Moskva və Leninqradın,
başqa elmi mərkəzlərin bir sıra görkəmli alimləri Azərbaycana
dəvət edilmiş, ölkəşünaslıq cəmiyyətinin işinə cəlb edilmişdir.
Həmin alimlərin gəlişi ilə əlaqədar görüləcək işlər, onların
fəaliyyətinə rəhbərlik, mənzil-məişət məsələləri və s.
Haqverdiyevin üzərinə düşürdü. Məsələn, tarix-etnoqrafiya
bölməsinin 9 aprel 1924-cü il tarixli iclasının protokolundan aydın
olur ki, o, akademik N.Y.Marrı Bakıya dəvət etmiş, Marr razılıq
məktubu göndərmişdir. Buna görə də Marrın gəlişi ilə əlaqədər
müəyyən məbləğdə pul ayrılmış və onun mənzil şəraiti ilə təmin
edilməsi məsələsinin həlli cəmiyyətin sədri Haqverdiyevə tap-
şırılmışdır
24
.
24
. . .
:
Акад Н Й Маррын ъямиййятя мяктубу
«
В центральный Совет Общества Обследования и Изучения Азер-
бай
.
джана
Спешу в ответ на любезное приглашение принять участие в ра-
ботах об
-
щества по историко этнографической секции следующим
:
заявлениям
1.
,
Несмотря на крайнюю переобременность готов охотно принять
учас
,
тие в работах по этнографической части если лингвистические
изыс
(
кания по местным яфетическим языкам я имею в виду на этот
72
I ölkəşünaslıq qurultayının qərarı ilə türkoloji yarımbölmə
tarix-etnoqrafiya bölməsindən ayrılır və müstəqil bölməyə
çevrilir, lakin Ə.Haqverdiyev bu sahədən əlaqəsini kəsmir, axıra
qədər dilçilərlə əməkdaşlıq edir. Bunu 1930-cu ildə I cildi nəşr
olunmuş «Azərbaycan türk xalq şivələri lüğəti»nin «…tərtibi
işində mütəşəbbüs rolunu oynayan və onu qövldən felə çıxaran
işçilərin adları» arasında Ə.Haqverdiyevin adının olması da təsdiq
edir.
Bütün bunlar göstərir ki, Ə.Haqverdiyev bu dövrdə dilçi
alimlərlə daha yaxın əlaqə və münasibətdə olmuş, dil
məsələlərinin müzakirələrində mərkəzi mövqe tutmuşdur. Onun
«Ədəbi dilimiz haqqında» adlı dəyərli məqaləsini də bu
hadisələrin ümumi nəticəsi hesab etmək olar.
Dostları ilə paylaş: |