arı
– sudan duru. (təmiz)
Gec gələn qonaq
ağır
oturar. (hörmətli)
Ulu
sözünə baxmayan ulaya-ulaya qalar.
Min gün
yaraq,
bir gün gərək.
Qorxan
bazırgan
olmaz.
Dəvənin biri bir
dəngə
, vay
dəng
dərdi.
Balıq başdan
qoxuyar.
Tülək
tərlan yerinə
sar
bağlamaq olmaz.
Borcludan bir
güvəc
al, vur yerə sındır.
Misallardakı bir qismi arxaikləşmiş, bir qismi məhdudlaşmış
olan (xüsusi nəzərə çarpdırılan) sözlər, professorun fikrincə, tarixi
izləri aşkara çıxarmaq üçün material verir.(5, 46)
Bu cəhətdən yanaşdıqda, «Dədə Qorqud»un da, «Oğuzna-
mə»nin də dili yazıyaqədərki dövrü öyrənmək üçün tükənməz
xəzinə sayıla bilər. «Dədə Qorqud»un dilinə nəzər saldığımız kimi,
«Oğuznamə»yə də diqqət yetirmək lazım gəlir və müqayisələr
göstərir ki, tarixi keçmişi əks etdirmə baxımından bunlar eyni də-
rəcədə qiymətli mənbələrdir.
348
«Oğuznamə»də toplanmış atalar sözləri və məsəllərin bir
qismi bu gün də olduğu kimi dilimizdə işlənməkdədir. Bu cür
nümunələrdə fərq, başlıca olaraq, iki dövrə – tarixi keçmişə və
müasir dövrə aid orfoqrafik və fonetik normalarla bağlıdır;
məsələn:
El atduğı daş uzaq gedər.(54)
Bal tutan parmağın yalar.(77)
Çoq yaşayan çoq bilməz, çoq gəzən çoq bilür.
(87)
Dost başa baqar, düşmən ayağa baqar.(101)
Tonuz qurbana yaramaz.(134)
Keçi suyu bəgirə-bəgirə keçər.(157)
Könüldən könülə yol var.(160)
Gül dikənsiz olmaz.(163)
Yoqdan tanrı da bezar.(191)
Yerün də qulağı vardır.(194)
«Oğuznamə»dəki atalar sözü və məsəllərin böyük bir
qismində keçən min il ərzində bir sıra fərqlər yaranmışdır.
Həmin fərqlər aşağıdakılardan ibarətdir:
1.Atalar sözünün mənası ümumiləşmiş və genişlənmişdir.
Odur ki konkret obyektlə bağlı olanlarda obyekt bildirən söz ixtisar
edilmişdir; məsələn:
Ərgənün qazancını it yer, yaqasını bit
yer
.(24)
Qonşunun eşəgin iki istə, sənin üç olsun
(144) –
məsəllərindən birincisində «ərgən» sözü atılmış, subay gəncə aid
olan hadisə ailəsiz hər cür adama aid edilmişdir:
Qazancını it
yeyir, yaqasını bit yeyir.
Eləcə də ikinci misalda dövrün
dünyagörüşü ilə bağlı «eşəg» sözü sonralar daha əhəmiyyətli
heyvan adı ilə əvəz edilmiş, məna bir qədər də ümumiləşmişdir:
Qonşunu iki inəkli istə ki, özün üç inəkli olasan
. Bu şəkildə
Eşəgin ölümi itə dügündür
(24) – məsəlində leksik əvəzetmə
ilə yanaşı (
dügün – bayram
), obyekt də dəyişmişdir:
At öləndə
itin bayramıdır
. Misallardan bunu da hiss etmək olur ki, onların
hər ikisi çox qədim tarixin yadigarıdır.
Qeyd etdiyimizə müvafiq olaraq, müqayisə obyektini bildirən
söz dəyişmiş, münasib mücərrəd isimlə əvəz edilmişdir:
Ər
ondur, toquzı tondur
(55) – məsəlində
ər
– igid, kişi, igidlik
göstərən adam mənasındadır. Geyimin dəyişkənliyi, bəlkə də, kişi
349
üçün bizim bilmədiyimiz bir dövrdə faydalı olmuşdur. Lakin sonralar
geyim məsələsi daha çox qadına, gözəlliyə aid edilmişdir:
Gözəllik ondur, doqquzu dondur
. Amma kişiyə aiddiyyəti ilə
bağlı semantikasını da tam itirməmişdir.
2.Atalar sözləri və məsəllərin böyük bir qismində leksik də-
yişmələr daha çox müşahidə olunur. Köhnəlmiş sözlər, arxaik
leksik vahidlər tarixi inkişaf prosesində yeniləri ilə əvəz
edilmişdir:
El ilə gələn qərə gün dügündür
.(25)
Eyiligi eylə,
dənizə buraq: balıq bilməzsə, xalıq bilür
.(32)
Binar
başından bulanar
.(78)
Son peşmanlıq assı qılmaz
.(122)
Saqındıq gözə çöp düşər
.(124)
Sarb sirkə kəndü qabına
ziyan edər
.(124)
Qılıc yarası önəlür, dil yarası önəlməz
.
(144)
Qonaq qonağı sevməz, ev issi ikisini də sevməz.
(148)
Kedi ətə irişməsə, «murdardır» deyər
.(166)
Bu misallarda
dügün
– toy-bayram,
eyilik
– yaxşılıq,
binar
– bulaq,
assı qılmaz
– fayda verməz,
saqındıq
– qorxaq,
sarb
– tünd,
kəndü
– öz,
önəlmək
– sağalmaq,
issi
– yiyəsi,
kedi
– pişik,
irişmək
– çatmaq sözləri ilə əvəz edilmişdir. Təbii
ki, həmin sözlərə müvafiq olaraq, bəzən başqa dəyişmələr də
olmuşdur. Son misalda dəyişmə çox olsa da, məzmun eynidir:
Pişiyin ağzı ətə çatmasa, deyər murdardır. Ər ər gərək,
övrət övrət gərək
.(38) – misalında
ər – kişi , övrət – arvad
sözləri ilə əvəz edilmişdir.
3.Bəzi nümunələrdə arxaik elementlərin islahı ilə yanaşı,
məna da həqiqətə uyğunlaşdırılmışdır. Məsəllərdən birində deyilir:
At düşürdigi vaqt timar gərəkdir, köşək düşürdigi vaqt
timar gərəkdir, eşək düşürdigi vaqt qazma gərəkdir
.(26)
Azərbaycan dilində
düşmək
feli «yıxılmaq» mənasını tədricən
itirdiyindən bu söz
yıxılmaq
feli ilə əvəz edilmiş və misal sadələş-
dirilmiş, ölüm anlayışı ağır zədə ilə əvəz edilmişdir:
Dəvədən yıxılan
pambıq üstə, eşşəkdən yıxılan daş üstə yıxılar.
Amma bu birisi də
qalmışdır:
Atdan düşən ölməz, eşəgdən düşən ölər
.(26)
4.Bəzən həm arxaik leksik vahid, həm də obyekt dəyişdiril-
mişdir:
Eşəgi düginə oqumuşlar: «Ya su yoqdur, ya odun
yoq» demiş
. (30) Bu misalda
dügin
– toy
,
oqumaq –
çağırmaq
leksik dəyişmələri ilə yanaşı, müqayisə obyekti də
dəyişmiş, eşək dəvə ilə əvəz edilmişdir. Bu cür obyekt
350
dəyişmələri başqa nümunələrdə də vardır:
İt itə buyursa, it
də quyruğuna buyurar
(43) məsəli indi «Tülkü tülküyə bu-
yurdu, tülkü də quyruğuna» şəklində işlənir. Bəzən obyekt dəyiş-
məsi ilə yanaşı, məsəl lakonikləşdirilmişdir:
Bir alma bin aqçaya
olursa, qabın soy, bin xiyar bir aqçaya olsa, qabın soyma
(70) – məsəli əvəzinə indi
Almanı soy ye, armudu say ye
məsəli işlənir – həm qafiyəli, həm də yığcamdır, lakin məzmununu
«Oğüznamə»dəkindən almışdır.
5
.Qağırduqları yerə var, ərinmə, qağırmadıqları
yerdə görünmə, əgər dedigümün əksini edərsən, xar
olursan
.(152)
Arqalı köpək qurt dutar, arqasız köpək
çignin oynadur
(65) – kimi misallardan aydın olur ki, məsəl
nəticə ilə birlikdə işlənmişdir. Nəticəni dinləyən şəxs özü çıxarmalı
olduğundan sonrakı dövrlərdə həmin hissə ixtisar edilmişdir.
Odur ki bu nümunələrin müasir şəklində «…əgər dedigümün
əksini edərsən, xor olursan», «arqasız köpək çignin oynadur» his-
sələri yoxdur.
6.Sual cümləsi şəklində olan məsəl əmr cümləsi şəklinə sa-
lınmaqla hökm qətiləşdirilmişdir:
Buğda ətməg yoq isə, buğda dilin də mi yoqdur?
(71) –
Buğda çörəyin yoxdur, buğda dilin olsun.
Bəzən də əmr cümləsi nəqli cümlə şəklinə salınmaqla hökm
gücləndirilmiş, məsəl cilalanmışdır:
Köçdük yurdun qədrini qonduq yurdda allah
bildirməsün
(163) –
Köhnə yurdun qədri təzə yurdda
bilinər
.
7.Atalar sözləri və məsəllərin bir qismində zərif semantik
dəyişmələr olmuşdur. Məsələn:
Bir kişinin adı çıqıncayadək göni çıqar
.(77)
Bin ölç, bir kəs
.(83)
Çıraq dibi qaranu olur
.(91)
Kölgəsində yatacaq ağacı budama
.(165)
«Göni çıqar» - ölməkdir, indi bunun əvəzinə «canı çıxar» ifadə-
si işlənir. «Bin ölç, bir kəs» əvəzinə indi «Min ölç, bir biç» işlənir.
«Biç» sözü daha müvafiqdir. «Çıraq dibi qaranu olur» əvəzinə «Çıraq
dibinə işıq salmaz» daha məntiqidir. Ağacı budamaq başqa şeydir,
kəsmək başqa şey.
351
8. Zahirən adama elə gələ bilər ki, «Dəgirmançı qızlıq
görməz» (108) məsəlində «z» səsi orfoqramdır. Əslində isə bu
hərf qədim
dz
səs birləşməsinin tələffüz qalığıdır. Bizim dildə
d(t)
variantı üstün olmuşdur:
Dəyirmançı qıtlıq görməz.
9.Bir sıra məsəllərdə xitabların yeri dəyişməklə ahəng daha
da səlisləşmişdir:
Sənə söylərəm, qızım, sən eşit, gəlinüm
(117) –
Qızım, sənə deyirəm, gəlinim, sən eşit.
Başqa üzvlərin, hətta komponentlərin sırasında da belə
dəyişmələr olmuşdur:
Qavışar adam-adama, amma qavışmaz tağ-tağa
(153) –
Dağ dağa qovuşmaz, adam adama qovuşar.
10.Bəzən məzmun saxlanılmış, forma tam dəyişmiş və
gücləndirilmişdir:
Kəlbi andıqca ağacı yanına qo
(167) –
İt ilə yoldaş
ol, çomağı yerə qoyma.
Nərdiban ayaq-ayaq çıqılur
(179) –
Ayağı bir-bir
qoyarlar nərdivana.
Yaxşı söz ilə yılan indən çıqar
(190) –
Şirin dil ilanı
yuvasından çıxarar.
Aşağıdakı misallarda da müvafiq dəyişikliklər olmuşdur:
Əvvəl təam, andan kəlam
(27)
– Əvvəl təam, sonra
kəlam.
Əgri otur, toğru söylə
(33)
– Əyri otur, düz danış.
İti öldürən sürüyü bilür
(35)
– İti öldürənə
sürüdərlər.
İt dişi donuzun dərisinə münasibdir
(45)
– İtin dişi
– donuzun dərisi.
Azacıq aşım, qovğasız başım (53) – Azacıq aşım,
ağrımaz başım.
Utananın oğlu-qızı olmaz
(56)
– Utananın oğlu
olmaz.
Bal deməklə ağız tatlu olmaz
(76)
– Bal deməklə
ağız şirin olmaz.
Bir söylə, bir eşit
(83)
- Birin de, birin eşit.
352
Tutulmayan oğrı – bəgdən toğrı
(133)
–
Tutulmayan oğru – bəydən, xandan doğru.
Varın verən yad olmamışdır
(183)
– Varın verən
utanmaz.
«Oğuznamə»dəki atalar sözləri və məsəllərin bir qismi «Ki-
tabi-Dədə Qorqud»un dilində də işlənmişdir. Hər iki mənbəni çapa
hazırlayan və mənbələrə yaxşı bələd olan S.Əlizadə yazmışdır:
«Oğuznamə» ideya-məzmun, linqvistik nöqteyi-nəzərindən türk
və Azərbaycan atalar sözü və zərbi-məsəllərinin təməli sayılmağa
layiq mənbələrdəndir. Təsadüfi deyil ki, «Oğuznamə»dəki bəzi
nümunələrə ilk dəfə ya eynilə, ya da cüzi fərqlərlə «Kitabi-Dədə
Qorqud»un dilində, XV əsr türk tarixçisi Yazıçıoğlu Əlinin «Səl-
cuqnamə» əsərində və başqa mənbələrdə rast gəlirik». (10, 7)
Müəllif dediyinə müvafiq bir sıra nümunələr də vermişdir.
«Oğuznamə»dəki atalar sözləri və məsəllərdən «Kitabi-
Dədə Qorqud»da aşağıdakılara rast gəlmək olur:
Allah-allah deməyincə işlər onmaz
. (19)
Atılan oq yenə dönməz. (25)
İssiz yerləri keyiklər
bilür.
(30)
Uzaq-uzaq yol salımın yollar bilür
. (30)
Əski düşman dost olmaz, əski dost düşman
olmaz.
(42)
Uzun yaşın ucı ölümdür
. (60)
Qadir tanrı verməyincək ər bayımaz
. (145)
Qarı qısrağa binməz
. (145)
Qonşu haqqı – tanrı haqqı
. (145)
Qaravaşa ton geyürsən, qadın olmaz
.(149)
Güyəgü oğul olmaz
. (169)
Kül dəpəcik olmaz
. (169)
Göründüyü kimi, bunların az bir qismində cüzi dəyişikliklər
də vardır. Amma bunlar göstərir ki, «Oğuznamə»dəki atalar
sözləri və məsəllər «Dədə Qorqud»la yaşıddır və bəlkə daha
qədimdir. Bunlar keçən minilliklər ərzində eyni dərəcədə xalqa
xidmət etmişdir. Belə güman etmək olar ki, «Kitabi-Dədə Qor-
qud»un son formalaşma zamanı (eramızın 1-ci minilliyinin
əvvəlləri) «Oğuznamə»nin də əlyazması var imiş və
müqəddimənin tərtibi prosesində ondan istifadə edilmişdir. Hər
353
bir halda deyə bilərik ki, «Oğuznamə» «Dədə Qorqud» mövcud
olduğu bütün zamanlarda mövcud olmuşdur. «Dədə Qorqud»un
isə Homerin yaşıdı olduğu sübut olunur. (bax: 4, 31-78) Bunu
«Dədə Qorqud»da olmayan, lakin «Oğuznamə»də «Dədə Qor-
qud»un üslubuna müvafiq şəkildə qurulmuş aşağıdakı nümunələr
də təsdiq edir:
Oğlı-qızı olmaz övrətdən əski xasır yegdir.(20)
Oğlan ağlamayınca məmə verməzlər.(28)
Uzaq yoquşı yorğun bilür.(31)
Ulu-ulu tağları keyiklər bilür.(31)
Altun qiymətin sərraf bilür. (31)
Oğlı-qızı olan ev yıqılmaz.(32)
Axır zamanda əgri ağac qalmaya, saban ola; tana-
tolubı qalmaya, öküz ola; dərə-dəpə qalmaya, tarla ola.
(32)
Alçaq yerdə dəpəcik kəndüzini tağ sanur.(38)
Əcəlsizə ölüm yoq.(40)
Adın ruspi olsa, ətməgin qurı yem.(41)
Ağırlayanı ağırlarlar.(42)
İt issinə ürməz.(66)
Ər qara gərək, at Turı gərək.(42)
Öksüzün qarnı toymaz.(57)
Acın işi onmaz.(57)
Ər ləğəbilə anılur.(63)
Haram yeyici önmaz.(93)
Haram nəsnə sinməz (sınmaz).(94)
Dil ögündə yoquş olmaz.(99)
Könül kimi sevərsə, görklü oldur.(170)
Yerin alçağun su bilür.(201)
Yer gedigün yel bilür.(201)
Yer qolayın yerlu bilür (202) və s.
Maraqlıdır ki, «Dədə Qorqud»da konkret müqayisə obyekti
ilə bağlı işlənən məsəl «Oğuznamə»də daha ümumiləşdirici
xarakterdədir. «Dədə Qorqud»da Bəkil ilə Qazan xanın
mübahisəsinə səbəb olan «At işlər, ər ögünər» məsəli burada «Alət
işlər, ər ögünür» (33) şəklindədir və «Kitabi-Dədə Qorqud»da onu
hadisəyə uyğunlaşdırmışlar.
354
Atalar sözləri və məsəllərin bir qismi cəmiyyətin inkişafı ilə
əlaqədar məzmunca arxaikləşdiyi üçün işləkliyini də məhdudlaş-
dırmışdır. Belələrindən:
Ər ünlü övrət udsuz olur.(27)
Ər bunalmayınca mərd irməz.(42)
Baxıl uçmağa girməz.(81)
Tütünlü ev tonmaz.(85)
Dövlətsizin oğlı olmaqdan dövlətlünün qulı olmaq
yegdir.(100)
Dövlətlünün evi tütünündən bəllüdür.(103)
Dəvət var, çomaqdan artıqdır, dəvət var, uçmaqdan
artıqdır. ((103)
Bindüklü bindügi Buraq sanır.(82)
Yedi yaşında qız ya ərdə, ya yerdə gərək (202) -
kimi nümunələri göstərmək olar. Bu cəhətdən küyəgü (kürəkən)
və bir misalda şagird haqqında fikirlər ailədə kürəkənin, şagirdin
vəziyyətini öyrənmək, onlara münasibəti aydınlaşdırmaq baxımın-
dan maraq doğurur:
Eşəgün yoq isə, küyəgün də mi yoq? (65)
Qulun yoğ isə, küyəgün də mi yoq?! (150)
Kölən yoq isə, küyəgün də mi yoq?
Küyəgün yoq isə, köpəgin də mi yoq?
Köpəgin yoq isə, şagirdin də mi yoq? (157)
Küyəgü eşək qoduğu kibi sevgilücə olur.
(165)
Amma bunlarla yanaşı, bəzən küyəgü qayınata ilə bərabər
tutulur:
Küyəgü qayınata toprağındandır
.(166)
Qadına münasibətdə arxaik rəng almış məsəllər də çoxdur:
Övrətə inanma, suya tayanma.(138)
Övrətin ətməgi dizindədir.(138)
Övrətin saçı uzun, əqli qısadır.(138)
Övrətdən vəfa gəlməz.(138)
Son nümunədəki fikir Nizamidə mənfi obrazın dilindən
daha kəskin söylənmişdir:
Qadında kişidən çoxdur ehtiras,
355
Ölsə də, dünyada muradsız qalmaz.
Qadın, doğrudan da, səni çox sevər,
Səndən yaxşısını tapana qədər.
Əhdü vəfa sözü yazıldığı dəm
Qadınlar adana çəkildi qələm.
Lakin atalar sözləri və məsəllər içərisində qadın cəsarəti,
qadın ürəyi barədə yaxşı, uca sözlər də var:
Övrət yapduğı ev yıqılmaz, övrət yıqdığı ev
yapılmaz.(138)
Övrətə bir ətək aqçadan bir tatlu dil yegdir.(138)
Bir sıra nümunələr mühüm bir fikir ifadə etməklə yanaşı,
şirin yumoru ilə də diqqəti cəlb edir:
Ögümə aş qo, iki əlim boş qo;
Yeməz isəm, başıma taş qo. (51)
At dəpişsə, arada eşək ölür.(28)
Otlayan bilməzsə, gödən bilür.(39)
Eşək quyruğı kibi olma, yəni art, əksilmə, taş, -
dökülmə.(48)
Boş oturan, işsiz insanın itlə müqayisəsi:
Oturan adamdan
yalar köpəg yegdir
.(49) Bu motiv müvafiq şəkildə Nizamidə də
vardır. İşsiz adama xatırlatmaq məqsədilə şair demişdir:
Mədəsi ac olan işsiz bir köpək
Boş-boş oturmaqla taparmı yemək?
Təbii ki, məsəllərdə dövrün dünyagörüşü öz ifadəsini
tapmışdır. Müsbət cəhətlərlə yanaşı, insana münasibətdə
dövrün dini-fəlsəfi ideologiyası ilə bağlı geriliklər də müşahidə
olunur. Məsələn, «Oğuznamə»dəki ilk məsəllərdən biri belədir:
«Atalar: «Babam öldi, iş başına düşmiş» demişlər; «atam öl-
di, öksüz olmuşsan» demişlər; «Oğlum öldi, yürəginə oq
toqunmuş» demişlər; «amma «qızım öldi, xərcdən qurtulmuşsan»
demişlər; «övrətim öldi, döşəgim yenilənmiş» demişlər».(18)
Burada qıza və qadına mənfi münasibət vardır. Orxan Şaiqin «De-
dem Korkutun kitabı» (İstambul, 1973) əsərində bu məsələ
«Qonşun öldi, demişlər, tanışıqçun getmiş,-dedilər» cümləsi də
əlavə edilmişdir. (10, 206)
356
Başqa bir məsəldə milli heysiyyat üstün tutulur. «Bin şəlam-
əleykdən bir əleyk-əs-səlam yegdir» (69) məsəlində milli dilə
hörmət vardır.
«Bəslə it ənigin, axır baldırın yırtar» (700) - məsəli
formaca müəyyən dərəcə köhnəlmiş olsa da, məzmunca bizim
klassik ədəbiyyat üçün də gərəkli olmuşdur:
Laş verib bəslədim hər küçüyü dəhrdə,
Ta ki gəlib oldu it, dutdı qıçımdan mənim.
(S.Ə.Şirvani)
«Bəgi el yavuz edər, qışı yel yavuz edər» (71) – məsəli də
arxaik fonda keçmişdir. Lakin maraqlı məzmunu ilə diqqəti cəlb
edir. İkinci komponenti aydındır, lakin birinci tərəfi ilə nə demək
istənilir – bəyi el nə üçün qəzəbli edir, qəzəbləndirir, bilinmir. Öz
haqqını tələb etdiyi üçün, yoxsa bəyə boyun əymədiyi üçün?
Çoq aqçadan çoq dil yegdir
(89) məsəlində
dil
sözü
ürək və ya danışıq mənasında izah oluna bilir. Əslində, birlikdə
hər iki mənanı ifadə edir: insanlar üçün çox pulu olan yox, yaxşı
ürəyi, şirin dili olan adamlar faydalıdır. Bunu
Övrətə bir ətək
aqçadan bir tatlu dil yegdir
(138) – məsəli də təsdiq edir.
«Qəza gəlicək göz bağlanır» (142), «Qəza görükülməz»
(143) kimi məsəllər də real düşüncənin məhsuludur. «Qız oğlanla
övrətin fərqi bir gecədir» (154), «Qissədən hissə al» (154) kimi
atalar sözlərinin zərif mənaları vardır. «Varmaq iradət ilə olur,
getmək icazət ilə olur» (182) – məsəlinin maraqlı məntiqi vardır.
Müasir dilimizdə bu sözlər (
varmaq
və
getmək
) sinonim sayılır.
Fərq orasındadır ki,
varmaq
sözü arxaik rəng almışdır. Hazırda bu
sözlərdə məsəldə göstərilən çalar yoxdur. Görünür, tarixən
fərqlənmişlər.
Varmaq
– sözündəki son
–r
səsi
–l
səsinə yaxındır
və görünür, bu söz məsəl yarandığı dövrdə
–r
səsi ilə qayıdış məna
çalarını (öz istəyi ilə getmək) saxlamışdır.
Getmək
– sözündə isə
–t
icbar şəkilçisinin qalığıdır və başqasının göstərişi ilə hərəkət bil-
dirir.
«Oğuznamə»də müəllifi naməlum bir sıra beytlər verilmişdir
ki, bunlar dünya barədə insanların ən ümumiləşdirilmiş fikirlərini
ifadə edir. Məsələn:
Dünya üçün oda düşüp yananın
Su yerinə qanın içər ruzigar
(107) –
357
misralarında dünya haqqında uzun tarixi təcrübə əsasında müd-
rik fikir söylənmişdir.
Dilin və təfəkkürün təbiiliyi məsəllərin vulqarlığında da
özünü göstərir. Məsələn:
Dəvəyə dikən yarar, övrətə…
(107)
Bir sıra məsəllərdə türkün xarakterinin əlamətdar cizgiləri
ifadə olunmuşdur:
Türk ucuz bulduğun murdar sanır.(84)
Türkə yüz vermə kim, cahanı yıqar.(85)
Türk şərlünün qulıdır.(86)
Toquz qaftan bir kürk, toquz şərlü bir türk.(121)
Türk atının samanı bol gərək.(86).
Şəhərlü aqça bulsa, evlər yapar, türk aqça bulsa,
tavara verər. (120)
Kölənin sufisindən, türkün avamından qorqmaq
gərək.(158)
Ərəb toyunca yeyər, türk ölüncə yeyər.(137)
Bu misallarda türkün varlı həyatı, igidliyi, qəhrəmanlığı, çöl
adamı olması, doqquz şəhərlinin bir türkə dəyməməsi, əsas
silahı olan atına münasibəti, daha çox heyvandarlıqla məşğul
olması, lap avamının da yeri gələndə güclü çomağı olduğu, igidliyi
kimi, yeməyinin də yaxşı mənada dəhşətli olduğu ifadə
olunmuşdur. Atalar sözləri və məsəllər içərisində, az da olsa, fars
dilində olanlar və hətta tərkibində rus sözləri işlənənlər də vardır:
Aqçacığın var ikən «dobra yunaq» dedilər,
Aqçacığın yedilər, «Poydi z boqom!» dedilər
. (22)
Eşək – zəfəran çe başəd?
(65)
Balatər əz siyəhi-rəngi-digər nəbaşəd
(72) –
Qaradan
da qatı başqa rəng olmur
. Müasir dildə: «Qaradan artıq rəng
yoxdur».
Çon qonah əst, bari-kəbir əst
(89) –
Bir halda ki günahdır,
yükü böyükdür.
Cani-cahil besihhəti-ərzani
(91) –
Cahilin canına ucuz
(yüngül, dəyərsiz) sağlamlıq nəsib olsun.
Kar pa noubət əst
(160) -
(Hər) iş növbə ilə olur
.
358
Məqsud hosne-tost digərha bəhane əst
(176) -
Məqsəd sənin gözəlliyindir, qalan şeylər bəhanədir.
Birinci misaldan aydın olur ki, slavyanlarla türklərin əlaqə
və münasibətləri bizim hazırkı elmi ədəbiyyatda deyildiyindən
daha qədimdir: «Tarixdən məlumdur ki, 1X-X əsrlərdə Oğuz
dövlətinin şimal sərhədləri Volqaboyu düzənliklərinə çatmış, bəzi
oğuz tayfaları Kiyev Rus dövləti ilə ittifaqda olmuşdur. Həmin
nümunənin məzmunu bir oğuzun el-obasından didərgin
düşəndən sonrakı qəriblik, peşmançılıq və məyusluq duyğuları
ilə aşılansa da, kifayət qədər sürəkli birgə yaşayış təcrübəsini əks
etdirir». (10, 16)
Sonrakı misallar farscadır: «Eşşək – zəfəran nə olur?»
Müasir dilimizdə: «Eşşək nə bilir zəfəran nədir?» şəklində işlənir.
Misallardan belə nəticəyə gəlmək olur ki, Azərbaycan dilində
bir məsəl kimi anlaşıldığından həmin nümunələr hər iki dildə işlək ol-
muşdur.
İrəvan müəllimlərindən Məmmədvəli Qəmərlinin 1899-cu
ildə tərtib və çap etdirdiyi «Atalar sözü» kitabında da bir sıra
qədim atalar sözləri və məsəllər işlənmişdir. (7) Məsələn:
Aş daşanda çömçə baha olur.(27) Gədadan ağa,
küllükdən təpə olmaz.(42) Kəndi düşən ağlamaz.(42) Nə
dəvənin südünü istə, nə ərəbin üzünü gör.(44) Molla
olmaq asandır, adam olmaq çətin.(43) Yoruldun sarvana,
acdın çobana. (47) Dilənçinin üzü qara olur, torbası dolu.
(38)
Aş
– xörək mənasındadır. Bu məsəl indi «Aş daşandan sonra
çömçə axtarır» şəklində işlənir. «Küllükdən təpə olmaz» - «Dədə
Qorqud»u xatırladır.
Kəndi
və
düşən
sözlərinin hər ikisi arxaikdir;
düşən
– sözü «Dədə Qorqud»dakı kimi «yıxılan» mənasındadır.
«Ərəbin üzünü görməmək» - ərəb işğalı dövrünün yadigarıdır.
«Molla» sözü daha sonralar «alim» sözü ilə əvəz edilmişdir. O biri
məsəllər də məzmunca qədimdir.
Folklorşünas İ.Abbasov bu kitabın yeni nəşrinə geniş ön söz
yazmış və Qəmərlinin çap etdirdiyi atalar sözləri və məsəllərlə
«Oğuznamə»dəki paremiyalar arasında bir sıra müqayisələr
aparmışdır. Bizim də müşahidələr göstərir və müəllif də qeyd edir
359
ki, «Oğuznamə»də toplanmış atalar sözləri, məsəllər zaman
keçdikcə səlisləşmişdir.
«Oğuznamə»də
Övrət yapduğı ev yıqılmaz, övrət yıqdığı ev
yapılmaz
(138) şəklində işlənmiş məsəl Qəmərlinin toplusunda
«Arvad yıxmayan ev min il tikili qalar» (27) şəklindədir. Yaxud:
«Kişi əyalın almaq güc olur, amma bəsləmək qolay olur, bədasılı
almaq qolay olur, amma bəsləmək güc olur» (165) məsəli Qə-
mərlidə «Əsli almaq çətindir, saxlamaq asandır» (27) şəklində
sadələşmişdir. Bu cür nümunələr çoxdur: «Utananın oğlı-qızı
olmaz» (56) - «Utananın oğlu olmaz» (30), «Qurdun adı yavuz,
arada dülkü var, baş kəsərlər» (153) – «Tülkü var ki, baş kəsər,
qurdun adı bədnamdır» (34), «Çıraq dibi qaranu olur» (91)
–«Çırağ dibinə işıq salmaz» (35), «Köçdük yurdun qədrini qonduq
yurdda allah bildirməsün» (163) – «Köçən yurdun qədrini qonan
yurdda bilərlər» (42) və s.
Ərəblər Azərbaycana daxil olarkən artıq vahid Azərbaycan
xalqı və onun vahid ədəbi dili inkişaf prosesi keçirirdi -
ümumiləşməkdə, müxtəlif türkdilli etnosların şivə
xüsusiyyətlərindən təmizlənməkdə, ədəbiləşməkdə idi. Türk-azəri
dilinin ədəbiləşməsində ən böyük işi folklor nümunələri görürdü.
Məlumdur ki, mətbuatın, radionun, televiziyanın, qurultay və
konfransların, geniş ali və orta məktəb şəbəkələrinin olmadığı belə
bir dövrdə aparıcı qüvvə el sənətkarları, xalq nağılçıları və ozanlar
olmuşlar. Ayrı-ayrı qohum türk tayfaları min illər boyu yaratmış
olduqları əsatir, əfsanə, rəvayət, nağıl, hekayə və dastanları
böyük maraqla bir-birinə ötürür və bu prosesdə dilin
demokratikləşməsi, ümumiləşməsi ilə yanaşı, folklor nümunələri
də ümumiləşir və bir tayfanın, bir etnosun yaradıcılıq məhsulu
olmaqdan çıxaraq bütün xalqın ortaqlı mədəniyyət, ədəbiyyat
abidəsinə çevrilirdi. Ayrı-ayrı tayfaların adı ilə bağlı olan bayatı,
varsağı, əfşarı, qaytağı da bu dövrün məhsuludur. Hazırkı atalar
sözlərinin, məsəllərin, alqışların, qarğışların, vulqar ifadələrin,
tapmacaların, bayatıların, nağılların böyük bir qismi kök etibarilə
həmin dövrün məhsuludur.
Folklorun ümumiləşməsi şifahi ədəbi dilin formalaşması
demək idi. Ozanlar və el ədəbiyyatının biliciləri folklor
360
nümunələrini məhdud şivələrdə deyil, daha ümumi və aydın bir
dildə çatdırmalı olurdular. Dövrün folklor dili bizim indi zənn
etdiyimizdən qat-qat emosional, ədəbi, ifadəli və zəngin
olmuşdur. Bunu sübut edən ən mühüm vasitə «Kitabi-Dədə
Qorqud”» dastanının dilidir. Bu dastanın dilini zənginliyinə,
ahəngdarlıq və emosionallığına görə heç bir əsərlə müqayisə
etmək olmaz. Hun imperiyasının meydana çıxması və oğuzların
fəaliyyəti ilə bağlı yaranan, əksərən öz küklərini əvvəlki
minilliklərdən alan bu dastan II-V əsrlər arasında formalaşma
prosesi keçirsə də, bugünkü varianta müvafiq şəkildə tam
formalaşma işini VI-VIII əsrlərdə başa çatdırmış, sonrakı əsrlərdə
bəzi arxaik elementlərin islahı ilə yanaşı, boylara islam şəxs adları,
müsəlman ayinləri və müəyyən qədər ərəb, fars sözləri əlavə
olunmuşdur.
XI-XII əsrlərdə əvvəlcə Səlcuq dövləti, sonralar müstəqil
Atabəylər və Şirvanşahlar dövlətləri daxilində Azərbaycanda elmin,
ədəbiyyatın, mədəniyyətin, məktəbin inkişafı daha da sürətlənir.
Şəhər həyatı, müxtəlif sənət sahələri, təsərrüfat, başqa ölkələrlə
ticarət genişlənir. Mədrəsələrdə dərs deyən görkəmli yerli alimlər
yetişir. Poeziya farsdilli, elm ərəbdilli olsa da, bütün bu inkişaf və
yeniləşmə türk – Azərbaycan dilinin qanuni hüquqlarının
müəyyən ölçüdə təmin edilməsinə səbəb olur. Ana dili mədrəsə
və mollaxanalara yol tapır, yad dillərin öyrənilməsi üçün açar-
vasitə rolunu oynayır. Türk dillərinin müqayisəli lüğəti tərtib
olunur, Azərbaycan toponim, etnonim və antroponimləri VII
əsrdən ərəb əlifbası ilə yazılış tərzini sabitləşdirir. El şairləri ilə
yanaşı, bizə hələlik gəlib çatmasa da, türk yazılı ədəbiyyatı
yaranır. Azərbaycan dili leksikası farsdilli poeziyaya geniş yol tapır.
Farsdilli saray hakimləri türk dilinin saray ədəbiyyatına ayaq
açmasına müqavimət göstərsələr də, artıq anadilli yazılı
ədəbiyyatın inkişafı qarşısına səd çəkmək qeyri-mümkün olur.
Əvvəlki dövrlərdə ana dilində yaranmış əsərlərin üzü
köçürülür.
Özünüdərk prosesi keçirən xalq öz müstəqilliyini öz dilinin təbii
mövqe-müstəqilliyində görür.
361
Beləliklə, Azərbaycan ədəbi dili Səlcuqların gəlişindən bir
neçə yüz il əvvəl təşəkkül tapmışdı. Səlcuqlar Azərbaycana ayaq
basanda artıq Azərbaycan ədəbi dili mövcud idi. Əlimizə hələlik
«Dədə Qorqud”»dan başqa bir əsər gəlib çatmasa da, bu dildə
zəngin elmi və bədii ədəbiyyat olduğu şğbhəsizdir. Həm də şübhə
etmirik ki, bu ədəbiyyatın ilk nümunələri azı I minilliyin ortalarına
aid olmuşdur.
Bütün bunların nəticəsi idi ki, eramızın ilk illərindən təşəkkül
yoluna qədəm qoyan ğmumxalq Azərbaycan dili I minilliyin
sonlarında artıq türk dilləri ailəsində seçilən və bir sıra başqa
ərazilərin türklərinə ədəbi dil kimi xidmət edən bir dil idi.
Həsənoğlunun qəzəlləri, «Dastani-Əhməd Hərami”», «Qisseyi-
Yusif»”, «Mehri və Vəfa» kimi çox az bir qismi gəlib bizə çatan
əsərlər Azərbaycan ədəbi dilinin ilk nümunələri deyil, bir neçə
əsrlik inkişaf yolu keçmiş bir ədəbi dilin nümunələridir. Bunu ya-
zıyaqədərki dövrün zəngin frazeologiyası da sübut edir.
18.10.06
ƏDƏBİYYAT
1.Q. K a z ı m o v. Azərbaycan dilinin tarixi (ən qədim
dövrlərdən XIII əsrə qədər). «Təhsil», Bakı, 2003.
2.İ s a. M e h r i və Vəfa (Tərtib edən, nəşrə hazırlayan və
ön sözün müəllifi Aysel Şərifova), Bakı, «Nurlan», 2005.
3.Q .K a z ı m o v. Kİ SİKİL, yoxsa QIZOĞUL və ya qədim
abidənin dilinin tədqiqi. V.Məmmədovun «Dastani-Əhməd
Hərami» poemasının dili və üslubu» (Bakı, 2001) kitabına ön
söz, s.III – XVII.
4.Q. K a z ı m o v. Homerin poemaları və «Kitabi-Dədə
Qorqud». «Təhsil», Bakı, 2006.
5.Ə. M. D ə m i r ç i z a d ə. Azərbaycan ədəbi dilinin tarixi.
Birinci hissə. Ali məktəb tələbələri üçün dərslik, «Maarif», Bakı,
1979.
6. Bayatılar (Tərtib edəni A.Məmmədova, redaktorları
M.H.Təhmasib və C.V.Qəhrəmanov). «Elm», Bakı, 1977.
362
7. M ə m ə d v ə l i Q ə m ə r l i. Atalar sözü.
Transliterasiya və sözlüyün müəllifi Rza Xəlilov, ön sözün
müəllifi İsrafil Abbasov, redaktor Hüseyn İsmayılov, «Səda»,
Bakı, 2003.
8.A b d u l l a Ş a i q, M i r z ə M ə h ə m m ə d H a t i
f. Ş ə f i q ə Ə f ə n d i z a d ə. Bayatılar və manilər. Trans-
literasiya, ön sözün müəllifləri Rza Xəlilov, Afaq Xürrəmqızı,
«Səda», Bakı, 2005.
9 «Kitabi-Dədə Qorqud» (Tərtib, transkripsiya,
sadələşdirilmiş variant və müqəddimə Fərhad Zeynalov və
Samət Əlizadənindir), Bakı, «Yazıçı», 1988.
10.«Oğuznamə» (Çapa hazırlayanı, müqəddimə, lüğət və
şərhlərin müəllifi S.Əlizadə), Bakı, «Yazıçı», 1987.
11.Mənzum oğuznamə. Qədim Türk Tarixini Araşdırma
Fondu. Qədim türkcədən çevirən və ön sözün müəllifi
İ.M.Osmanlı, elmi redaktoru İ.Abbaslı, Bakı, 2005.
12.M. H ə k i m o v. Xalqımızın deyimləri və duyumları.
«Maarif», Bakı, 1986.
13.B a l o ğ l a n Ş ə f i z a d ə. «Zərdüşt, Avesta,
Azərbaycan…», Bakı, 1996.
14.H. A. B a y r a m o v. «Orxon-Yenisey abidələrinin fra-
zeologiyası», Elmi əsərlər, dil və ədəbiyyat seriyası, S.M.Kirov
adına Azərbaycan Dövlət Universiteti, Bakı, 1966.
15.H. A. B a y r a m o v. «Mahmud Kaşğarinin «Divanü
lüğat-it türk» əsərində türk dillərinə məxsus frazeoloji vahidlər»,
Elmi əsərlər, dil və ədəbiyyat seriyası, S.M.Kirov adına Azərbaycan
Dövlət Universiteti, Bakı, 1966, № 3.
16.H. A. B a y r a m o v. «Mahmud Kaşğarinin «Divanü
lüğat-it-türk» əsərində frazeoloji mənalı sözlər». Elmi əsərlər, dil
və ədəbiyyat seriyası, S.M. Kirov adına Azərbaycan Dövlət
Universiteti, Bakı, 1966.
17.H. A. B a y r a m o v. «Dədə Qorqud» dastanlarının
bəzi frazeoloji vahidləri». Elmi əsərlər, dil və ədəbiyyat seriyası,
S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti, Bakı,1969.
18.H. B a y r a m o v. «Azərbaycan dili frazeologiyasının
əsasları». «Maarif», Bakı, 1978.
363
19.Ə. D ə m i r ç i z a d ə. Azərbaycan dilinin üslubiyyatı,
Azərbaycan Dövlət Tədris Pedaqoji Ədəbiyyat nəşriyyatı, Bakı,
1962.
20.S. C ə f ə r o v.Müasir Azərbaycan dili. Leksika. 2-ci
hissə, Bakı, «Maarif», 1982.
21.Ə. R ə c ə b o v, Y.M ə m m ə d o v. Orxon-Yenisey
abidələri. «Yazıçı», Bakı, 1993.
22.Arvad ağısı. Bayatı, haxışta, sevgi, laylay, qayınana-
gəlin sözləri. Tərtib edəni Mirzə Abbas Abbaszadə. Bakı, «Səda»,
2004. (Əsər ilk dəfə 1918-ci ildə nəşr olunub).
23.Q. K a z ı m o v. Dilimiz – tariximiz. «Elm», Bakı, 1998.
24.A. A x u n d o v Dil və ədəbiyyat. 1-ci cild, Bakı, «Nurlan»,
2003.
25.Q. K a z ı m o v. Sənət düşüncələri. Azərbaycan Dövlət Kitab
Palatası, Bakı, 1997.
26.Kitabi-Dədə Qorqud. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,
1962.
27.Kitabi-Dədə Qorqud (Tərtib edəni, çapa hazırlayanı, ön
sözün və lüğətin müəllifi - Samət Əlizadə), Yeni Nəşrlər Evi, Bakı,
1999.
28.A. M. Ə s g ə r o v a. «Oğuznamə»nin leksika və
frazeologiyası. Namizədlik dissertasiyasının avtoreferatı, Naxçıvan,
2006.
29.Q. K a z ı m o v. Aşina və Azərbaycan. «Türkologiya», №
1-2, Bakı, 2005.
364
РЕЗЮМЕ
ДРЕВНЕЙШИЙ ПЛАСТ АЗЕРБАЙДЪАНСКОЙ
ФРАЗЕОЛОГИИ
(ДОПИСЬМЕННЫЙ ПЕРИОД)
Основной целью настоящей статьи является
выяснение общей картины фразеологии азербайдъанского
языка в дописьменный период, для чего понадобилось
прослеъивание языковых источников до ХЫЫЫ века и в
первую очередь языка памятников орхоно-енисейской
письменности и материалов «Дивана» М.Кашгари. Кроме
того, общетюркские языковые источники, как и материалы
отдельных тюркских языков, такъе способствуют
складыванию определенного представления об уровне
развития азербайдъанской фразеологии. Вместе с тем, язык
древнейшего памятника непосредственно азербайдъанского
языка – «Китаби-Дэдэ Горгуд»а, 1300-летие которого было
широко отмечено по линии Юнеско, предоставляет нам
гораздо более обширный материал, так что в этом
отношении ни один исторически засвыдетельствованный ис-
точник несравним с «Дэдэ Горгуд»ом. Наконец, баяты,
пословицы и поговорки, афоризмы, крылатые слова,
собранные и опублыкованные на протяъении последнего
столетия, языковые материалы «Огузнамэ» такъе
предоставляют широкие возмоъности для изучения в общих
чертах фразеологической картины азербайдъанского языка
дописьменного периода. Зафиксированные в «Огузнамэ»
около двух тысяч паремий и афористических речений вос-
ходят к глубокой старине и, моъно сказать, являются ровес-
ныками «Дэдэ Горгуд»а. В деле выработки научного предс-
тавления о тыпологическом характере древнейшего пласта
азербайдъанской фразеологии оказалось весьма полезным
впечатление, полученное нами от «Гатов» «Авесты»,
восходящих, по предполоъению, к ХЫ-ЫХ тысячелетиям до
н.э.
365
Исследование отмеченных выше языковых
материалов показывает, что в период формирования
общенародного азербайдъанского языка (ЫЫЫ-В вв.) и в
последующие столетия азербайдъанский язык уъе
располагал довольно богатым фразеологыческим фондом.
История зароъдения и первоначального развития и фор-
мирования большинства фразеологических единиц азербай-
дъанского языка намного древнее эпохи складывания
общенародного языка. В особенности фразеологизмы,
связанные с огнем, солнцем, тюркскими тотемами,
хвалебными словами, проклятыями, бранными словами,
чуть ли не ровесники человека.
В статье фразеологические единицы в
словосочетательных и предлоъенческих формах
рассматрываются в отдельности. Шыроко использованы
труды А.Демирчизаде, Г.Байрамова, С.Дъафарова,
Б.Шафызаде и других ученых, собирателей и исследовате-
лей фольклора.
366
QEYDLƏR
I HİSSƏ.
Ə.HAQVERDİYEVİN DRAMATURGİYA DİLİ.
Namizədlik dissertasiyası şəklində yazılmış (1965) bu
əsərin əsas hissələri keçən yüzilliyin 60-cı illərində məqalələr
şəklində, sonra «Yazıçı və dil» adı ilə «Yazıçı və dil» kitabında
(Bakı, APİ nəşri, 1975) çap olunmuşdur (s.3-124). Kitabın həcmi
ilə əlaqədar o zaman son fəsli və lüğəti çap etmək mümkün
olmamışdır, odur ki bu hissələr ilk dəfə çap olunur.
II HİSSƏ.
CƏLİL MƏMMƏDQULUZADƏNİN SOVET DÖVRÜ
FELYETONLARININ DİLİ.
İlk dəfə bütöv halda «Yazıçı və dil» kitabında çap olun-
muşdur (s.125-226). Bu əsərin «İfşa üsulları» fəslindən «Bədii
ədəbiyyatda komizm üsulları» kitabında (Bakı, «Maarif», 1987)
istifadə edildi- yindən hazırkı çapda həmin hissə ixtisar
edilmişdir.
III HİSSƏ.
TARİX VƏ DİL TARİXİ PROBLEMLƏRİ.
«AZƏRBAYCAN TARİXİ» -1: DÖVLƏT,
ETNOGENEZ VƏ DİLİMİZİN MƏNŞƏYİ MƏSƏLƏLƏRİ.
İlk dəfə «Təzadlar» qəzetinin 3-10, 10-17, 17-24, 24-31
iyul, 1 iyul – 7 avqust, 7-14, 14-21, 21-28 avqust 2002-ci il
tarixli nömrələrində, sonra «Dil. Tarix. Poeziya» (Bakı,
«Nurlan», 2005) kitabında çap olunmuşdur (s.17-65).
AŞİNA VƏ AZƏRBAYCAN.
«Ədalət» qəzetinin 2004-cü il tarixli 14, 18, 19, 22 may
nömrələrində, tezis şəklində «Azərbaycan və Türkiyə elmi-
praktik simpoziumunun materialları»nda (İqtisad Universiteti,
Bakı, 2004, s.170), «Türk Dil Kurumu V Uluslararası türk dil
kurultayı. Bildiri özetler»də (Ankara, 20 – 26 eylül (sentyabr)
2004,.s.105-106) çap olunmuşdur. İqtisad Universitetində və
Türk Dil Kurumunun 5-ci qurultayında məruzə edilmişdir.
367
«Türkologiya» jurnalında (№ 1-2, 2005, s.14-27), «Kredo»
qəzetində (4 aprel 2005), «Homerin poemaları və «Kitabi-Dədə
Qorqud» kitabında və Ankarada 2005-ci ildə təkrar çap
olunmuşdur.
AZƏRBAYCANIN İLK SAKİNLƏRİNİN SON
XİDMƏTLƏRİ BARƏDƏ.
«Kredo» qəzetində (23 aprel 2005-ci il) çap
olunmuşdur.
HOMERİN POEMALARI VƏ «KİTABİ-DƏDƏ QOR-
QUD».
«Kredo» qəzetinin 20, 28 yanvar, 4, 11,18, 25 fevral
2006-cı il nömrələrində və «Aşina və Azərbaycan» məqaləsi ilə
birlikdə ayrıca kitab şəklində çap olunmuşdur.
«AVESTA», AZƏRBAYCAN VƏ DOKTOR ŞƏFİZA-
DƏNİN ELMİ QÜDRƏTİ.
«Kredo» qəzetinin 16, 23, 30 sentyabr, 7 oktyabr 2006-
cı il nömrələrində çap olunmuşdur.
ŞUMER – TÜRK ƏLAQƏLƏRİNƏ DAİR YENİ ƏSƏR.
«Kredo» qəzetinin 2, 9 dekabr 2006-cı il nömrələrində
çap olunmuşdur.
XI ƏSRİN ANADİLLİ MÖHTƏŞƏM ABİDƏSİ.
«Kredo» qəzetinin 27 yanvar, 3, 10, 17, 24 fevral, 3, 10
mart 2007-ci il nömrələrində çap olunmuşdur.
TARİXİ FAKT VAR, TARİXÇİ YOXDUR.
«Kredo» qəzetinin 19 may 2007-ci il nömrəsində çap
olunmuşdur.
ERMƏNİ MİLLƏTÇİLİYİ VƏ BİZİMKİLƏR.
«Kredo» qəzetinin 7, 14, 21 iyul 2007-ci il nömrələrində
çap olunmuşdur.
TÜRK TARİXİNƏ HƏDYAN VƏ YAXUD ZƏRƏRLİ
BİR DİSSERTASİYA HAQQINDA.
«Kredo» qəzetinin 12, 20, 27 oktyabr 2007-ci il
nömrələrində çap olunmuşdur.
AZƏRBAYCAN DİLİ FRAZEOLOGİYASININ ƏN
QƏDİM QATI (YAZIYAQƏDƏRKİ DÖVR).
M.Füzuli adına Əlyazmaları İnstitutu, «Filologiya
məsələləri» (№ 2,2006, s.3-53) məcmuəsində çap olunmuşdur.
368
369
KİTABIN İÇİNDƏKİLƏR
Zaman ƏSGƏRLİ
. GƏLƏCƏK SORAQLI YARADICILIQ
...................................................................................5 -
38
I HİSSƏ
Ə.HAQVERDİYEVİN DRAMATURGİYA DİLİ
(«DAĞILAN TİFAQ» PYESİ ƏSASINDA)
I FƏSİL. Ə.HAQVERDİYEV VƏ ƏDƏBİ DİLİMİZ
Demokratik cəbhədən..........................................40
Dil tarixindən mühazirələr...................................45
Türklərin qədim mədəniyyəti olduğu kimi, xüsusi
əlifbaları
da olmuşdur.........................................................47
Azərbaycan dilinin tədqiqi və öyrənilməsinə rəhbərlik
...................................................................................52
Ədəbi-bədii dil və mətbuat dili ............................55
Ədəbi dilin təmizliyi və inkişafı uğrunda mübarizə
...................................................................................59
II FƏSİL. YAZIÇI DUYĞUSU, DİLÇİ ƏMƏLİYYATI
Ayın şahidliyi........................................................62
Şivəçiliyə qarşı....................................................65
Söz və ifadələrin yerinin dəqiqləşdirilməsi..........67
Əvəzetmələr.........................................................71
Əlavələr................................................................76
İxtisarlar..............................................................80
III FƏSİL. LEKSİK VƏ ÜSLUBİ-SEMANTİK XÜSUSİY-
YƏTLƏR
Xalis azərbaycan sözləri.......................................83
Alınma sözlər........................................................88
Şivə sözləri...........................................................100
Köhnəlmiş sözlər..................................................105
Sözün semantik cəhəti. Çoxmənalı və omonim sözlər
...................................................................................112
370
Sinonim və antonim sözlər...................................116
IV FƏSİL. DRAM DİLİNİN FRAZEOLOGİYASI
Qrammatik xüsusiyyətlər.....................................126
Frazeoloji semantika............................................134
Dram dilində atalar sözləri və məsəllər...............146
V FƏSİL.ÜSLUBİ-QRAMMATİK XÜSUSİYYƏTLƏR
Bəzi morfoloji vahidlərin üslubi xüsusiyyətləri. . .150
Felin zamanları.....................................................151
Fel şəkilləri haqqında qeydlər..............................155
Bəzi sintaktik vahidlərin üslubi strukturu...........158
Cümlə üzvlərinin sırası.........................................159
Mürəkkəb cümlə...................................................165
371
Tabesiz mürəkkəb cümlələr
.................................167
Tabeli mürəkkəb cümlələr
...................................170
Əlavə....................................................................178
Lüğət....................................................................180
Nəticə...................................................................194
II HİSSƏ
CƏLİL MƏMMƏDQULUZADƏNİN SOVET DÖVRÜ
FELYETONLARINIEN DİLİ
I FƏSİL. İCTİMAİ-SİYASİ (TERMİNOLOJİ) SÖZLƏR
VƏ
BİRLƏŞMƏLƏR....................................................201
Padşah. Çinovnik. Müdir. «Məsul» işçilə
r............ 203
Hökumət. Hakimiyyət orqanları. İdarə və təşkilat
adları..........................................................................
211
Siyasət. Sülh. Müharibə
.......................................216
II FƏSİL
.
DİNİ SÖZLƏR VƏ BİRLƏŞMƏLƏR........222
Allah. Peyğəmbər və imamlar. Kiçik rütbəli din
xadimləri ...................................................................
223
Dinlər, dini kitablar. Dini bayramlar və ayinlər. Dini
yer və
zaman...................................................................
237
III HİSSƏ
TARİX VƏ DİL TARİXİ PROBLEMLƏRİ
«Azərbaycan tarixi» -1: dövlət, etnogenez və
dilimizin
mənşəyi məsələləri..............................................252
Aşina və azərbaycan.............................................295
Azərbaycanın ilk sakinlərinin son xidmətləri barədə
...................................................................................313
Homerin poemaları və «Kitabi-Dədə Qorqud......321
«Avesta», Azərbaycan və doktor Şəfizadənin elmi
qüdrəti.......................................................................363
Şumer – türk əlaqələrinə dair yeni əsər..............384
372
XI əsrin anadilli möhtəşəm abidəsi.....................395
Tarixi fakt var, tarixçi yoxdur..............................444
Erməni millətçiliyi və bizimkilər...........................454
Türk tarixinə hədyan və yaxud zərərli bir
dissertasiya
haqqında..............................................................472
Azərbaycan dili frazeologiyasının ən qədim qatı
(yazıyaqədərki dövr)............................................500
Qeydlər ................................................................556
QƏZƏNFƏR ŞİRİN OĞLU KAZIMOV
SEÇİLMİŞ ƏSƏRLƏRİ
I CİLD
373
Document Outline - ***
- ***
- ***
- Исследование преследует цель установления происхоъдения и прародины «500 ашинских семей», пришедших на Алтай и основавших в ВЫ-ВЫЫЫ веках Великий тюркский каганат. Для этого использованы факты, содеръащиеся в книге Льва Гумилева «Древние тюрки», в сравнении с историко-лингвистыческими данными матерыалов по Передней Азии и древнему Азербайдъану.
- Поэмы Гомера и эпос «Книга моего
Dostları ilə paylaş: |