Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ


AZƏRBAYCAN DİLİ FRAZEOLOGİYASININ ƏN QƏDİM



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə53/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   49   50   51   52   53   54   55   56   ...   59

AZƏRBAYCAN DİLİ FRAZEOLOGİYASININ ƏN QƏDİM 

QATI

(YAZIYAQƏDƏRKİ  DÖVR)

Mənbələr   və   mövzunun   tədqiqi   barədə.  Hələlik 

Azərbaycan yazılı ədəbi dilinin əlimizdə olan ilkin nümunələri XIII 

əsrə   aiddir   (Həsənoğlunun   qəzəlləri,   «Dastani-Əhməd   Hərami» 

məsnəvisi).   Bunlara   qədərki   dövr   «yazıyaqədərki   dövr»   sayılır. 

Yaxşı bilirik ki,  Həsənoğlunun qəzəlləri də,  «Dastani-Əhməd Hə-

rami» də kamil əsərlərdir və ilk yazılı qələm təcrübəsi hesab oluna 

bilməz. Bunu Nizami Gəncəvinin türk dili haqqında qeyd və işarələri 

də   təsdiq   edir.   (1,   553)   Son   vaxtlar   İsanın   «Mehri   və   Vəfa» 

poemasının XI əsrə aid olduğu barədə dəlillər ortaya çıxarılmışdır. 

(2,   4-10)  Odur   ki   yazıyaqədərki  dövrün   XIII   əsrə   qədərki  dövr 

sayılması tam şərtidir. Əldə olan mənbələr yazılı ədəbi dilin kələkö-

tür   başlanğıcını   əks   etdirmir,   ədəbi   dilin   rahat   inkişaf   yolunda 

olduğunu, onun bədii üslubunun xeyli əvvəllərdən formalaşdığını 

göstərən mənbələrdir. (3, III-XVII)

 Azərbaycan dili frazeologiyasının tarixi inkişaf yolunu öyrən-

mək üçün «Kitabi-Dədə Qorqud»un, Orxon-Yenisey abidələrinin di-

linə, «Oğuznamə»lərə, M.Kaşğarinin «Divan»ına, folklor material-

larına nəzər salmaq, müqayisə və tutuşdurmalar əsasında yazıya-

qədərki   dövrün   ümumi   mənzərəsi   barədə   təsəvvür   qazanmaq 

mümkündür. Ümumxalq Azərbaycan dilinin təşəkkülündən (III-V 

əsrlər) XIII əsrə qədər keçən min il ərzində türk yazı nümunələrinin 

olmaması   ağlabatan   deyil.   Azı   elm   aləminə   məlumdur   ki, 

Kalankatuklu Moiseyin «Albaniya tarixi» əsəri bu dildə yazılmış və 

bu   dildən   erməni   dilinə   tərcümə   edilmişdir.   VII-VIII   əsrlərdə 

Azərbaycan türk dili erməni dilinin quruluşunu dəyişmişdir. Lakin la-

zımi   şəkildə   axtarışlar,   araşdırmalar     aparılmayıb,   ona   görə   də 

hələlik əldə konkret fakt-mətn və material yoxdur.

Ümumxalq   dilinin,   ədəbi   dilin   inkişaf   yolunu   öyrənmək 

üçün   yazılı mənbələr daha etibarlı sayılır. Mövcud mənbələrin 

çoxu ümumtürk mənbələridir.  Bunlar başqa dillərlə yanaşı, bizim 

dilin tarixini öyrənmək üçün də material verir. Odur ki dilimizin 

298


frazeoloji   yatağının   yazıyaqədərki   vəziyyətini   öyrənmək   üçün 

aşağıdakı mənbələrdən istifadə etmək mümkündür:



1.   «Avesta»nnın,   xüsusilə   onun   ən   qədim   tərkib 

hissəsi  olan «Qatlar»ın  dili.  

«Avesta»  mətnlərini



   

diqqətlə 

öyrəndikdə və dilimizin frazeoloji yatağına nəzər saldıqda aydın 

olur ki, müasir Azərbaycan dilində işlətdiyimiz bir çox ifadələr 

«Avesta»dan gəlir və onların çox qədim tarixi vardır.

2. «Kitabi-Dədə Qorqud»un dili.

  Biz bu yaxınlarda çap 

etdirdiyimiz «Homerin poemaları və «Kitabi-Dədə Qorqud» əsəri 

ilə (4, 31-78)  əyani şəkildə gördük ki, «Dədə Qorqud kitabı»nın 

yaşı 1300 deyil, azı 3300 ildir.  Bütün faktlar və dəlillər göstərir ki, 

əsər Homer poemalarının yaşıdı və bəlkə daha qədimdir. Lakin 

əsərin dili üzərində vaxtaşırı əməliyyat aparılıb, dastan boylarının 

dili   sadələşdirilib.   Son   üzköçürmələrdən   aydın   olur   ki,   əsərin 

sintaksisinə toxunulmamış, daha çox leksik arxaizmlərə aydınlıq 

gətirilmiş, arxaik söz və ifadələrə sinonimlər əlavə edilmiş, zərif 

kommentariyalarla dil daha anlaşıqlı hala salınmışdır. Boyların dili 

frazeoloji materialın zənginliyinə və emosionallığına görə  yüksək 

bir ədəbi dil nümunəsidir. Bugünkü ədəbi dilimizin frazeoloji fon-

dunun əsas materialına «Dədə Qorqud»un dilində də rast gəlirik. 

Əslində, başqa mənbələrə nəzər salmadan belə,   bu kitabın dili 

öyrənmək istədiyimiz dövrün frazeoloji mənzərəsi üçün yetərlidir. 

Bizim dilçiliyin tədqiqat ənənəsi var və yazılı ədəbi dilin baş-

lanğıcı dedikdə, dərhal Həsənoğlu yada düşür. «Kitabi-Dədə Qor-

qud»a şifahi ədəbi dil nümunəsi kimi baxılır. Şifahi ədəbi dil nümu-

nəsi isə bir sıra tədqiqatçılar tərəfindən yazı qədər etibarlı sayılmır. 

Bunlara baxmayaraq, biz bu fikirdəyik ki, «Kitabi-Dədə Qorqud»un 

dili   ən   kamil   yazılı   mənbədən   daha   kamil   və   heç   bir   əsərlə 

müqayisə edilə bilməyən bir mənbədir.      (1,  454)  Odur ki biz 

tədqiqat   prosesində   bu   əsərin   dilini     daha     geniş   öyrənməyə 

çalışmışıq.

3.Orxon-Yenisey abidələrinin dili. 

V-VIII əsrlərə aid olan 

bu abidələrin dili  ümumtürk abidəsi olsa da,  başqa türk dilləri ilə 

yanaşı, Azərbaycan dilinin məcazlaşma imkanlarını öyrənmək üçün 

də qiymətli abidələrdir. Hiss olunur ki, bu abidələrin dili hələ yazıldığı 

dövrdə arxaik elementlərə və arxaik üslub xüsusiyyətlərinə malik ol-

muşdur. Yenisey abidələrinin dilinin  Azərbaycan dili xüsusiyyətlərinə 

299


daha yaxın olduğu müşahidə olunur. Bunu vaxtilə Ə.Dəmirçizadə də 

qeyd etmişdir. (5, 32-33) 

Dilçi və tarixçilərimizin bir çoxu belə güman edir ki, Göy türk 

xaqanlığı   dağıldıqdan   sonra   türklər   Azərbaycana   gəlmiş   və   yerli 

əhalini   türkləşdirmişlər.   Bu   fikir   bəsit   və   ya   qərəzli   düşüncənin 

məhsuludur və tarixi saxtalaşdırmaqdan irəli gəlir. Biz başqa bir 

yazımızla sübut edə bildik ki, həmin xaqanlığı yaradan türklər Orta 

və Mərkəzi Asiyaya bilavasitə Azərbaycandan getmişlər. (bax: 29, 

14-27) Odur ki onların dil materialı ümumxalq Azərbaycan dilinin 

nəzərdə tutulan dövrünü öyrənmək üçün dəyərli mənbədir.



4.M.Kaşğarinin  «Divani-lüğat-it  türk»  əsəri

.   XI   əsrin 

böyük türkoloqu M.Kaşğarinin bu qiymətli əsərində lüğət materialı 

ilə   yanaşı,     çoxlu   ifadələr,   atalar   sözləri,   məsəllər,   bayatılar, 

müxtəlif şeir parçaları toplanmışdır. Oğuz tayfa dili ilə bağlı bu cür 

materiallar Azərbaycan dilinin frazeoloji inkişafını izləmək üçün 

də imkan verir.

5.Folklor   materiallarının   dili.

  Buraya   qədim   izləri 

qoruyub   saxlayan   bayatıların,   tapmacaların,   atalar   sözləri   və 

məsəllərin,   nağıl   və   dastanların   dilindəki   frazeoloji   material 

daxildir. Bizim dövrümüzdə çap olunmuş  folklor toplularında da 

lazımi nümunələrə rast gəlmək olur.   Lakin bir neçə əsr əvvəl 

yazıya alınmış, sonralar  toplanıb çap olunmuş folklor nümunələri 

içərisində       yazıyaqədərki   dövrün     frazeoloji   mənzərəsini   əks 

etdirən   frazeoloji   vahidlər   daha   qabarıq   nəzərə   çarpır.   Bu 

cəhətdən   Asya   Məmmədovanın     əlyazma,   fraqment   və   arxiv 

materialları içərisindən seçib çap etdirdiyi «Bayatılar» (6), Məm-

mədvəli   Qəmərlinin     «Atalar   sözü»   (7),   Abdulla   Şaiq,   Mirzə 

Məhəmməd   Hatif   və     Şəfiqə   Əfəndizadə   tərəfindən   toplanıb 

1926-cı ildə çap olunmuş «Bayatılar və manilər» (8) (Bu son iki 

kitab Folklor İnstitutu tərəfindən yenidən nəşr edilmişdir) kitab-

ları daha faydalıdır.

Folklor materialları içərisində S. Əlizadənin  müqəddimə, lüğət 

və şərhlərlə çap etdirdiyi «Oğuznamə» (10) və   Çingiz xan adına 

Qədim   Türk   Tarixini   Araşdırma   Fondunun   çap   etdiyi   «Mənzum 

oğuznamə»   (11)   əsərləri   də   qiymətli   mənbələrdir.   Dil   faktları 

göstərir  ki, «Oğuznamə» əsəri «Kitabi-Dədə Qorqud»un yaşıdıdır 

və dastan mövcud olduğu dövrdə daim «Oğuznamə»də toplanmış 

300


atalar   sözləri   və   məsəllər   də   mövcud   olmuşdur.   Ona   görə   də 

«Oğuznamə» yazıyaqədərki dövr materialı kimi, az qala, «Kitabi-

Dədə Qorqud» qədər əhəmiyyətlidir.

Folklorşünas M.Həkimovun «Xalqımızın deyimləri və duyumla-

rı» (12, 118-190) kitabında xeyli atalar sözləri və məsəllər, alqışlar, 

qarğışlar  və vulqar ifadələr toplanmışdır. Tədqiqat göstərir ki, bun-

ların əksəriyyəti çox qədimlərdən gələn, demək olar ki, tarix boyu 

insanın yol yoldaşı olan ifadələrdir. 

«Avesta»nın hansı dildə olduğu, hansı dildə qələmə alındığı 

mübahisəlidir. Əksərən alimlər bu əsərin İran dillərindən birində 

yazıldığını   qeyd   edir   və   konkret   olaraq   hansı   dildə   olduğunu 

müəyyənləşdirmək  çətin  olduğundan  əsərin  dili «Avesta» dili» 

adlandırılır. Lakin son zamanlar aparılan dəqiq araşdırmalardan 

aydın olur  ki, bu əsərin əsli prototürkcədədir və bu cəhət onun 

12 minillik tarixi olan «Qatlar» adlı tərkib hissəsində  özünü daha 

aydın  göstərir. Bu baxımdan filologiya elmləri doktoru Baloğlan 

Şəfizadənin  «Zərdüşt, Avesta, Azərbaycan…» (13) əsərini xüsusi 

qeyd   etmək   olar.   B.Şəfizadənin   tədqiqləri   əsərin   prototürkcədə 

olduğunun subutu üçün  ciddi əsaslar verir. 

Biz bu əsərdən bir mənbə kimi faydalana bilərik. Çünki tam 

aydın şəkildə Günəş, od, xeyir, şər, gecə, gündüz, işıq, qaranlıq 

məfhumları ilə bağlı ifadələrin, məsəllərin ən azı «Avesta» qədər 

yaşı olmalıdır. 

  H.A.Bayramov   müasir   Azərbaycan   dilində   frazeoloji 

vahidlərin semantik və struktur cəhətlərini araşdırarkən tarixə də 

nəzər   salmış,   Orxon-Yenisey   abidələrinin,   «Kitabi-Dədə 

Qorqud»un,   Kaşğari   «Divanı»nın   dili   üzərində   müşahidələr 

aparmış   və,   təbii   olaraq,   belə   bir   nəticəyə   gəlmişdir   ki,   «…

tədricən   qədimlərə   doğru   getdikcə   frazeoloji   vahidlərin   də 

kəmiyyəti   azalır».   (14,   14)   Müəllif   bunu   dilin   tədrici   inkişafı, 

zənginləşməsi və bir qədər də dilimizin tarixi inkişaf mərhələlərini 

əks etdirən dil materialının azlığı ilə əlaqələndirir. Bunların hər ikisi 

doğrudur. Lakin dildə məcaziliyin ilkin həqiqi mənadan sonrakı ha-

disə, tədrici inkişaf nəticəsi olması daha əsasdır. H.Bayramov ya-

zır: «Tədqiqat göstərir ki, ən qədimlərə doğru uzaqlaşdıqca dildəki 

belə vahidlər tamamilə yoxa çıxmır. Müasir dilimizdəki kəmiyyə-

301


tinə nisbətən müqayisə edilməz dərəcədə azlıq təşkil etsələr də, 

dilimizin frazeoloji vahidlərinin  müəyyən bir qismi, xüsusən türk 

mənşəli   baş   sözlər   əsasında   formalaşanlar   daha   qədim   tarixə 

malikdir.  Belə səciyyə daşıyanların ilk olaraq məhz hansı əsrdə və 

hansı yazılı əsərdə işlədilməsini  müəyyənləşdirmək üçün apardı-

ğımız  araşdırmalar bizi istər-istəməz  Azərbaycan dilinin təşəkkül 

tapdığı   dövrə məxsus dil abidələrindən daha əvvəllərə – hələ 

ayrı-ayrı müstəqil türk dillərinin  təşəkkül tapmadığı, yalnız vahid 

ümumtürk   dilinin   olduğu     dövrə,   başqa   sözlə   desək,   Orxon-

Yenisey abidələri dövrünə aparıb çıxardı». (14, 15) 

Ən qədimlərə doğru uzaqlaşdıqca frazeoloji vahidlərin tam 

yoxa   çıxmaması   barədə   fikir   doğrudur.   Lakin   müəllifin   «ən 

qədimlər»   barədə   təsəvvürü   doğru   deyildir.   Buradakı     «vahid 

ümumtürk   dili»   anlayışı   və   türk   dillərinin   formalaşma   tarixi 

barədə   fikirləri   tam   yanlışdır.   Çünki   müəllif   Orxon-Yenisey 

dövrünü   (V-VIII   əsrlər)   ümumtürk   dili   dövrü   hesab   edir   və 

müəllifin mülahizəsinə görə bu vaxta qədər   «vahid ümumi bir 

türk dili» olmuş, müstəqil türk dilləri  Orxon-Yenisey dövründən 

sonra yaranmışdır. Lakin bilirik ki, türk qolu vahid ulu dildən ən 

geci e.ə.XII minillikdə ayrılmışdır və VI minilliyə qədər artıq şərqi 

və qərbi türk dilləri fərqli keyfiyyətləri ilə mövcud idi. Sonrakı mi-

nilliklərdə isə saysız türk tayfa dilləri yaranmış və onların hər biri 

öz xüsusiyyətləri  ilə digərindən fərqlənmişdir. Odur ki birinci mi-

nilliyin   son   əsrləri   üçün   deyil,   hətta   əvvəlləri   üçün   də   vahid 

ümumi türk dilindən söhbət gedə bilməz. Azərbaycan xalq dili isə 

artıq V əsrdə formalaşmışdı və müəllifin dediyi dövr şifahi ədəbi 

dilin sürətli inkişafı, «Dədə Qorqud» kimi nəhəng abidələrin tək-

milləşdiyi, səlisləşdiyi və yazılı dilin inkişafa başladığı dövr idi. 

H.Bayramov   Orxon-Yenisey   abidələrinin   dilində   bir   sıra 

frazeoloji vahidlər  müəyyən  etmişdir:  



sabığ  almaq

  –  sözünü 

almaq,    

sabın   sımadı  

  -     sözünü   sındırmadı,    



başlığığ 

yükintirmis, tizliğiğ sökürmis

 – baş əydirmiş, diz çökdürmüş, 



atın   tutıpan

  –   adını   tutaraq,    



uça   bardı

  –   uçdu,   öldü, 



budunta   üzə   olurtım

  –   xalqın   üzərində   hökmranlıq   etdim, 



kün toğsıkta

 – gün doğanda, şərqdə, 



atı kusi yok bolmaq

 – 


adı batmaq, 

kün batsıkdakı

 – gün batandakı, qərbdəki  və s. 

(14, 16-23) Bunların bir çoxu bu gün də dilimizdə işlənməkdədir. 

302


Lakin bu ifadələrdə müəyyən fonetik, leksik   və morfoloji arxa-

izmlər   də   vardır.   Dilimizdə  



sözün-sovun?

  ifadəsi   vardır. 

Sinonim   qoşalardan   ikincisi   fəallığını   itirmiş,  

söz

  fəallaşmışdır. 



sabın sımadı 

 ifadəsi «Dədə Qorqud»un dilində də işlənmişdir: 

Uruz   babasının  sözin   sımadı

.   (71)   (Misallardan   sonra   qeyd 

edilən rəqəm adı çəkilən mənbənin səhifəsidir). 

Gün doğanda, 

gün batanda

 ifadələri dilimizdə ən işlək ifadələrdir. 

Yuxarıda   verdiyimiz   misallardan   aydın   oldu   ki,   Orxon-

Yenisey   abidələrinin   dili   ilə   «Dədə   Qorqud»un   dili   arasında 

frazeoloji   uyğunluqlar   çoxdur.   Lakin   bu   o   demək   deyildir   ki, 

Azərbaycan dili, bir sıra alimlərin iddia etdiyi kimi, Orxon-Yenisey 

abidələrinin   məxsus   olduğu   türklərin   parçalanmasından   sonra, 

onların varislərindən biri kimi yaranmışdır. Əvvələn, kök birliyi 

vardır,   ikincisi   də,   dediyimiz   kimi,     sübut   olunur   ki,   Orxon-

Yenisey   abidələrini   yaradan   böyük   xaqanlığın   ilkin   yaradıcıları 

olan   Bumın   kağanın,   İstəminin   tayfası   vaxtilə   Orta   Asiyaya 

Azərbaycandan getmişdir.(4, 5-30) Bu o deməkdir ki, Azərbay-

can ərazisində Göy türk xaqanlığı dövründə də, ondan çox-çox 

əvvəllər də   əsas yerli əhali türklərdən ibarət olmuşdur. Azər-

baycan türk xalq və ədəbi dillərinin formalaşmasında Səlcuqların 

elə bir rolu olmamışdır. Onlar gələndə Azərbaycan şifahi və yazılı 

ədəbi dili artıq mövcud idi. (1, 540-555)

M.Kaşğari dövrün məlum türk ərazilərini gəzmiş,   özünün 

qeyd   etdiyi   kimi,   türklərin,   türkmənlərin,   oğuzların,   cigillərin, 

yağmaların, qırğızların dilinə dair zəngin material toplamış, onları 

şeirlər, atalar sözləri, məsəllər, mahnılar, qəhrəmanların şücaə-

tini   tərənnüm   edən   parçalar,   nəsr   nümunələri   ilə   bəzəmişdir. 

Təbii ki, həmin mətnlərdə frazeoloji vahidlərə də təsadüf edilir. 

Lakin   bunlar   çox   azdır   və   şübhəsiz,   bunlar   da   keçən   minillik 

ərzində   müəyyən   dəyişikliyə   uğramalı   idi   və   uğramışdır   da. 

H.Bayramov   «Divan»da   təsadüf   edilən   frazeoloji   vahidləri   iki 

qismə   ayırmışdır.   Müəllifin   fikrincə,   bunların   bir   qismi   həm 

quruluşca, həm də semantik baxımdan müasir Azərbaycan dilin-

də   olduğu   kimi   işlənməkdədir.   Belələrinə  

öc   almaq,     könlü 

açılmak, başra kakmak

 (başa qaxmaq),   



könül bağlamak, 

söz   tebüzmək

    (söz   atmaq),  



söz   kulokka   yakışmak

  (söz 


qulağa girmək),  

ara çakmak

  (ara vurmaq),  



yokaru turmak 

303


(ayağa   qalxmaq),  

ağır   azak

  (ağır   ayaq)   və   s.   nümunələr 

verilmişdir. (15, 3-11) Əslində isə bunlarda xeyli arxaik element 

vardır: 


başra kakmak – 

indi arxaik



 –ra 

ilə deyil,



 -a 

şəkilçisi ilə 

işlənir

 – başa qaxmaq (başa kakmak – 

ifadəsi daha əvvəllər 

«Dədə

 

Qorqud»un dilində də qeydə alınmışdır



: Əgər çobanla 

varacaq   olursam,   Qalın   Oğuz   bəgləri   bənim   başıma 

qaqınc   qaxarlar;

  46)


  söz   tebüzmək

  frazeoloji   vahidində 



tebüzmək

  arxaikləşmişdir;   



söz kulokka yakışmak  

– ifadəsi 

indi   belə   işlənmir;   yaxud  

yokaru   turmak  

–ifadəsi   işləkliyini 

zəiflətmiş, az da olsa,

 Mən aşağa durduqca, sən yuxarı du-

rursan 

– məsəlində mənasını saxlamışdır; 



ağır azak- 

ifadəsini 

müəllif  

ağır   yeriyən,   aramla   yeriyən  

mənasında   izah 

etmişdir; bu ifadə sonralar mənfi məna da qazanmışdır – birinin 

işinin üstünə gedəndə   və o iş ləngiyəndə deyərlər ki,   «ayağı 

çox ağır imiş».  Və ya ifadə hamilə qadın üçün işlənər. 

H.Bayramov bunları o mənada müasir dilimizdəki frazeoloji 

vahidlərlə semantik və quruluş cəhətdən eyni hesab edir ki, o, 

«Divan»da işlənmiş bir sıra tək-tək sözlərin də frazeoloji vahid 

kimi çıxış etdiyini göstərir: M.Kaşğarinin «Divan»ında  «frazeoloji 

anlayışlar bəzən tək  sözlərlə də ifadə edilmişdir». (16, 18) Müəl-

lif yazır: «…bizcə, bu sözlərin mənalarının tədqiqi və şərhi ciddi 

əhəmiyyətə malikdir; belə ki bu araşdırma 1000 il bundan əvvəl 

türk  dillərində mövcud  olan,  deməli,  yaranması  etibarilə daha 

əvvəllərə   aid   olan   frazeoloji   mənanın   təşəkkül   tarixini,   onun 

ifadə formalarından birini  müəyyənləşdirməyə və dilçilik elmimiz-

də   bu   məsələni   əsaslandırmağa   imkan   verir».(16,   18)   Müəllif 

«Divan»da işlənmiş bu cür sözlərdən 

andğardi 

– and içdi, 



tüşdi

 - 


tuş gəldi, 

tozğurdi 

– cana doydurdu, 



teşik 

– acgöz, 



közəzdi

 – 


göz etdi, 

kiçindi 

– yolunu azdı, 



çökdi

 – diz çökdü



, çavıkmak

 – 


şöhrətli olmaq və s. nümunələri misal gətirərək, belə bir nəticəyə 

gəlmişdir:   «Düşünmək   olur   ki,   qədim   türk   dillərində     frazeoloji 

anlayışların belə tək sözlərlə ifadə edilməsi söz birləşməsi ilə ifadəsi 

üsuluna   nisbətən   daha   əvvəldir».(16,     25)     Fikrimizcə,   bunlar 

frazeoloji   vahidlər   deyil,   sonralar   yaranan   frazeoloji   vahidlərin 

leksik ekvivalentləridir və birləşmə şəklində olan əksər frazeoloji 

vahidlərin belə ekvivalentləri vardır: 

anlamaq – başa düşmək, 

304


dolamaq   –   ələ   salmaq,   dinləmək   –   qulaq   asmaq, 

inanmaq – bel bağlamaq

 və s.


H.Bayramov bir daha fikrini ümumiləşdirərək yazır: «Buraya 

qədər dediklərimizdən belə bir nəticəyə gəlirik ki, türk dillərinin lek-

sikası  yalnız tək sözlər hesabına deyil, həm də frazeoloji vahidlər 

hesabına qədim ortaqlı köklərə malikdir. Bu dillər sonralar müstəqil 

xalq və milli dillər şəklində formalaşma zamanı   uzun bir inkişaf 

dövründə   onların ortaqlı frazeoloji vahidləri arasında   müəyyən 

dərəcədə   fərqli   cəhətlər   qüvvətlənir   ki,   bu   da     tamamilə   qa-

nunauyğun  bir tarixi prosesin nəticəsidir».  (15, 11) «Divan» X1 

əsrdə yaranmışdır. Müəllif: «Bu dillər sonralar müstəqil xalq və milli 

dillər   şəklində   formalaşma   zamanı»   deyəndə   xalq   dillərinin   for-

malaşma tarixini bu dövrdən də sonraya atmış olur. Bu, dilimizin 

tarixi inkişaf yolunu düzgün təsəvvür etməməklə yanaşı, osmanlı və 

Azərbaycan-türk dillərinin təşəkkül tarixini eyniləşdirməkdən də irəli 

gəlir.


«Dədə Qorqud»un dilində frazeoloji vahidlərdən danışarkən 

H.Bayramov yenə  xatırladır ki, qədim abidələrimizin, klassiklərimi-

zin dilində və müasir dilimizdə işlənən frazeoloji vahidlərin  «…bir 

qismi həm komponentləri, həm də ümumi mənası etibarilə həmin 

abidələrdəki   (qədim   abidələrdə,   M.Kaşğari   «Divan»ında   –  

Q.K


.) 

müvafiq birləşmələrlə tam uyğun gəlir, bir qismi isə eyni səviyyəli 

dil vahidləri ilə   yaxından səsləşir». (17, 45) Müəllif göstərir ki, 

Orxon-Yenisey     yazılarında   və   Kaşğarinin   «Divan»ında   işlənən 

sözlər türk mənşəli olduğu üçün onların yaratdığı frazeoloji vahidlər 

də türk mənşəlidir. «Dədə Qorqud»un lüğəti isə daha çox türk 

sözlərindən   və   eyni   zamanda   ərəb   və   qismən   fars   sözlərindən 

ibarət olduğu üçün   dastandakı «frazeoloji vahidlər də  əsasən türk 

və  ərəb   mənşəli,  qismən  də   fars  mənşəli  baş sözlər  əsasında 

formalaşmışdır». (17, 45)  Məqalədə baş sözləri türk mənşəli olan 

frazeoloji   vahidlər   iki   qrupa   ayrılmışdır:   a)   komponentlərinə, 

quruluşuna   və   mənasına   görə     heç   bir  dəyişikliyə   uğramadan 

müasir dilimizə qədər gəlib çıxanlar; b) müasir dilimizdəki sabit 

birləşmələrdən ancaq komponentlərindən birinin  arxaik səciyyə 

daşımasına görə fərqlənənlər.  Və, müəllifin fikrincə,   bunlardan 

birinci   qrupa   aid   olanlar   daha   çoxdur.   O   bu   qrupa   aid  



ad 

qazanmaq, ad qoymaq, ayağına düşmək, and içmək, acı 

305


söz, qan ağlamaq, qan olmaq, başına iş gəlmək, boğma 

çıxarmaq,   diz   çökmək,   dili   acı   (olmaq),   əl   vermək,   əl  

altından   (buyurmaq),   yola   düşmək,   könül   verib 

(sevmək),   göz   gəzdirmək,   gözü  tutmaq   (bir   şeyi),  gö-

zünü qorxutmaq, ocağını söndürmək, üzü gülmək, könlü  

açılmaq, könül almaq 

kimi birləşmələri qeyd etmişdir. Müəllif 

bu qrupa  

barmağını ısırmaq, göz qaqmaq, sözünü sımaq, 

ocağını issız qoymaq, üz bulmaq

 kimi birləşmələri də əlavə 

etmiş və bu cür frazeoloji vahidlərin komponentlərindən birinin 

arxaikləşmiş olduğunu, yeni sözlə əvəz edildiyini qeyd etmişdir. 

Zahirən   əvvəlki   fikirlə   ziddiyyət   təşkil   etsə   də,   müəllif   demək 

istəyir ki, quruluş da eynidir, məna da; yalnız söz əvəzlənmələri 

vardır. 

H.Bayramov,   az   da   olsa,   etimoloji   araşdırmalar   da 

aparmışdır.   Məsələn,   müəllif     Təpəgöz   boyunu   xatırladaraq 

göstərir ki, güman etmək olar ki, müasir dilimizdə işlədilən 



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin