«Tədqiqatın məqsədi qədim türk yazılı abidələrinə
məxsus dil xüsusiyyətlərinin, fonetik, leksik, qrammatik
normaların orta əsrlər türk yazılı abidələrində davam və
inkişaf etdirildiyini sübut etməkdir»
. (s.5)
Heç bunun sübuta ehtiyacı var? Məgər burda başqa hal da
ola bilərdi? «Davam və inkişaf etdirildiyini» - fikri də düz deyil. Xalq
filan xüsusiyyətləri zorla inkişaf etdirmir. Bu, dilin təbii axarı ilə bağlı
məsələdir.
Amma əsərin əsl məqsədi var və yalnız diqqətli oxucu
müəllifin aşağıdakıları sübut etmək istədiyini görə bilər:
1.Türk xalqları uşaqdır. Türk xalqlarının tarixi
yoxdur
, çox qısadır. Ermənilərin, farsların neçə min illik tarixi
var, amma türklərin, çox olsa, 1500 illik tarixi var və 18-ci əsrə
qədər heç bir türk xalqı olmayıb, yalnız bir xalq (müxtəlif
regionlara yayılmaqla) və onların «türki» adlı bir dili olub.
Müəllifin «ideyası» ilə tanış olduqda adam düşünür ki, bizim
bir sıra açıq düşmənlərimiz özümüzünkülərdən çox insaflıdır.
285
Məsələn, bu ölkənin havası ilə tənəffüz edən Yadigar Əliyev kimilər
XVIII əsrə qədər müstəqil heç bir türk dili tanımır (müstəqil türk dili
yoxdursa, müstəqil türk xalqı da yoxdur). Amma rus siyasətinin
daşıyıcısı olan N.A.Baskakov M.A.Kastren, V.V.Bartold, V.V.Radlov,
P.M.Melioranski, S.Y.Malov, B.Y.Vladimirtsov, Q.Ramsted, V.Kotviç,
K.Qrenbek kimi nəhəng alimlərə əsaslanaraq, türk dillərini dil inki-
şafı baxımından 6 mərhələyə - Altay dövrü (ən qədim za-
manlardan hun dövrünədək), Hun dövrü (V əsrədək), qədim türk
dövrü (V-X əsrlər), orta türk dövrü (X-XV əsrlər), yeni türk dövrü və
s. dövrlərə ayıraraq göstərir ki, türk dillərinin Altay dövründə, bir
tərəfdən, türk dili türk, monqol və tunqus-mancur dillərinə
parçalanmış, digər tərəfdən, iki qola – türk-monqol və tünqus-man-
cur qollarına ayrılmışdır. Türk-monqol dilləri
ç-ş
, tunqus-mancur
t
dilləri adlana bilər. (Vvedenie v izuçenii törkskix əzıkov. İzdanie
vtoroe, «Vısşaə şkola», Moskva, 1969), s.148-149)
Y.Əliyev yazır: «Qədim türk dövrünün əsas xüsusiyyətlərindən
biri: «Yad təsirlər yoxdur və ya əhəmiyyətli tutumda deyil».(13) Hələ
Hun dövründə türk, monqol, tunqus-mancur tayfa dilləri inkişaf və
çarpazlaşma prosesində çin, sanskrit, fars, slavyan dilləri ilə əlaqədə
olmuşdur. Qərbdə yaşayan türk dillərinə qədim İran və slavyan,
şərqi türk dillərinə çin dili elementləri daxil olmuşdur.(154)
Rus N.A.Baskakov deyir ki, hələ Hun dövründə türk dillərinin
şərq və qərb qrupları fərqlənirdi. (s.157) Yadigar Əliyev isə deyir ki,
XVIII əsrə qədər ancaq regional fərq olub, yalnız bir türki olub.
Yenə N.A.Baskakovdan bir sıra iqtibaslar: «Bulqar dili - VI-
VIII əsrlərdə Volqa və Kama üzərində formalaşmış Bulqar
dövlətinin qədim dili…» olub. (s.233) «Xəzər dili - Volqanın və
Donun aşağılarında Xəzər dövləti əhalisinin qədim dili, IV əsrdən
əvvəl formalaşmış, VII-VIII əsrlərdə yüksək inkişaf qazanmışdır…»
(s.237) Əksər tədqiqatçılar çuvaş dilinin mənşəyini və inkişafını
bulqar dili ilə bağlayırlar (VI-XIV əsrlər). (239) Türkmən dilinə
Qaraxanilər dövlətinin uyğur, tirkeş, karluk dialektləri əsasında
təqribən X-XI əsrlərdə formalaşmış dili təsir etmişdir.(s.250)
Habelə karluk-uyğur yarımqrupunun X-XI əsrə, uyğur dilinin XI
əsrə aid abidəsi («Kudatku biliq»), Karluk-xarəzm ədəbi dilinin
Xarəzmdə monqol dövrünə qədər mövcud olduğu göstərilir. Bu
ədəbi dilin «Divani-hikmət» kimi abidəsi məlumdur. Əhməd
286
Yəsəvi (1105-1166) bu əsəri qədim Cığatay dilində yazmışdır.
Əgər bir dilin abidəsi varsa və o abidə o dilə aid edilirsə, deməli,
o dil o biri dillərdən fərqlənir.
«Qırğızlar Orta Asiyanın ən qədim xalqlarındandır. Qırğızlar
haqqında ilk məlumat e.ə.201-ci ilə aiddir.» (A.A.Koklyanova. Kir-
qizskiy əzık. V kn: «Mladopisğmennıe əzıki narodov SSSR», 1959,
s106) «Uyğurlar qədim zəngin mədəniyyəti olan xalqdır. Eramızın
VIII əsrinə aid yazısı və yazılı abidələri olan xalqdır». (Orada, 170)
«Çuvaş dili, məlum olduğu kimi, o biri türk dillərindən kəskin fərq-
lənən dildir». (s.182)
Yadigar da jeyir ki, XVIII əsrə qədər türk dilləri
fərqlənməyib və cəmi bir dil olub – «türki».
Başqa ölkələrin tədqiqatçıları başqa cür deyir, az-çox insafla
danışır. Bizim öz içərimizdən doktor olmaq istəyən isə deyir ki, «Sözü
uzatmayın, VI-X əsrlərdə bir dil – «bir qədim türk dili olub», X əsrdə
bu dil türki adlı yeni dilə çevrilib, XVII əsrə qədər o, bir (vahid) dil ki-
mi inkişaf edib, XVII əsrdə tənəzzül edib və başına nə iş gəlib, bilmi-
rəm».
2.Dediyinin mahiyyəti bir də budur ki,
X1 əsrə qədər
Azərbaycanda türk olmayıb, Azərbaycan əhalisi X1
əsrdən türkləşdirilməyə başlayıb,
Səlcuqların gəlişi ilə.
Bu, çox əhəmiyyətli «yenilik»dir, çünki belə olmasa, ermənilər
və farslar üçün çətinlik olar. Məsələn, ermənilər deyə bilməz ki, in-
diki Azərbaycan torpaqlarının hamısı Tiqranın əraziləridir. Amma biz
özümüz sübut edəndən sonra ki, bu yerlərə biz gəlməyik, XI əsrdən
gəlməyə başlamışıq, onda onların daha nə çətinliyi olar? Adam bey-
nəlmiləlçi olmalı, qonşulara kömək etməlidir.
Amma bizim görkəmli alimlərimiz tam başqa söz deyirlər və
tarixi faktlar da onların dediklərinə uyğundur, bu köhnə
bayatının yenidən «kəşfinə» yox.
Şumer-türk münasibətləri insanları təzəcə düşündürməyə
başladığı, aborigen türklərin çox qədim tarixi nəzərə alınmadığı
dövrdə ümumxalq Azərbaycan dilinin VI-VIII əsrlərdə təşəkkül
tapdığını qeyd etməyin özü də böyük cəsarətin və elmi qğdrətin
nəticəsi idi. Ədəbi dilimizin tarixinin misilsiz tədqiqatçısı
prof.Ə.Dəmirçizadə məhz belə düşünmüş və beləcə də
yazmışdır: “Məlum olduğu üzrə, VI-VIII əsrlərdə vahid
287
Azərbaycan xalqı formalaşdığı kimi, bu xalqın hamısının ünsiyyət
vasitəsi vahid ümumxalq Azərbaycan dili də artıq mövcud idi və
geniş dairədə işlənirdi”.(40; 71)
Azərbaycan tarixçi, dilçi və etnoqraflarının əldə etdiyi yeni
materiallar əsasında ümumxalq Azərbaycan dilinin VI-VIII
əsrlərdə deyil, III-V əsrlərdə tam təşəkkül tapmış olduğu
güstərilmişdir. Artıq bu zaman, yəni “...V yüzilliyin sonları, VI
yüzilliyin əvvəllərində Azərbaycanın, demək olar ki, hər yerində
dilləri bizim Azərbaycan dilinin kökündə dayanan soylar
yaşayırdılar... Gətirdiyimiz külli miqdar materiallar və mülahizələr
göstərir ki, ilk orta yüzilliklərdə islam dininin bu ərazidə
yayılmasından qabaq, ola bilsin ki, daha çox qabaq Azərbaycan
ərazisi əhalisinin böyük əksəriyyəti artıq türkdilli idi”. (5; 95-96)
Bu fikri yalnız ekstralinqvistik amillərin tədqiqi əsasında
deyil, toponim, etnonim, antroponim, hidronim, oronim və sairin,
elmi əsərlərə yol tapıb həmin əsərlərdə mühafizə olunmuş
leksikanın araşdırılması əsasında digər alimlərin gəldiyi nəticələr
də təsdiq edir. Bu dövr başqa quruluş tipində olan qonşu dilləri
Azərbaycan dilinin öz təsiri altına aldığı dövr idi. XIX əsrin 70-ci
illərində doktor Mordman erməni dilinə həsr etdiyi əsərində
yazmışdır: «Məlumdur ki, ermənilər Hind-Avropa mənşəli
xalqdır, amma onların dili Turan (türk) dilinin güclü təsirinə
məruz qalmışdır. Mən həmin ifadə ilə heç də çoxəsrlik kontakt
nəticəsində osmanlı türkcəsindən alınmış sözləri nəzərdə tut-
muram. Söhbət IV, V, VI və VII əsrlərdə erməni ədəbi dilinə
keçmiş Turan elementlərindən gedir. Bu elə bir dövr idi ki,
dünyada hələ nə səlcuqlar, nə osmanlılar… var idi». (13, 80)
Bizim bir sıra tarixçi alimlərimiz də bu dövrü geniş
araşdırmışlar. Akademik Ziya Bünyadov yazmışdır: «Beləliklə, Azər-
baycanın və Aranın türkləşməsi ərəblərin siyasi arenaya
çıxmasından çox-çox əvvəl Sasani imperiyası tərkibində başlamışdı.
Ərəblərin Azərbaycanda görünməsi və müstəmləkəçiliyi əvvəllər bu
prosesi ləngidirdi, lakin tezliklə ərəblərin türklər tərəfindən
assimilyasiyaya uğradılması onu sürətləndirdi və hər hansı yüz
ildən sonra o, geniş vüsət aldı».(38, 182) Z.Bünyadov yenə yazmış-
288
dır: «Bir sıra tədqiqatçıların etdiyi kimi, türkləşmənin XI – XII
əsrlərdə baş verdiyini qəbul etmək səhv olardı. Azərbaycan ərazisinə
türkləri gəlmə, yad xalq hesab etmək də inandırıcı deyil, çünki bu
halda böyük kompakt yerli türk tayfa təşkilatları inkar edilmiş
olur». (38, 179)
Keçmiş SSRİ-də qədim Şərqi, qədim Şərq dillərini yaxşı bilən
üç alimdən biri – Yusif Yusifov deyir ki, Azərbaycan türk xalqı və
ümumxalq Azərbaycan dili VI əsrdə artıq tam təşəkkül tapmışdı
(Tarixçilərdən nahaq sitat verirəm, çünki bəzi alimlərin fikrinə görə,
«tarixçinin dilə nə dəxli var?»).
Türk tarixinə dair bir akademiya qədər iş görmüş
Q.Qeybullayev yazır ki, Səlcuqlar gələndən neçə yüz il əvvəl
Azərbaycan dili mövcud idi və Səlcuqların bu dilin formalaşmasında
heç bir rolu yoxdur.
Dissertantın əsaslanmaq istədiyi N.Cəfərov konkret bir
nümunə ilə əvvəlki mğrtəce konsepsiyanı ustalıqla ifşa etmişdir.
Müəllif akademik «Azərbaycan tarixi”»nin 1-ci cildində (1998)
Azərbaycan xalqının etnik tərkibi, dilinin mənşəyi və inkişaf yolu
barədə fikrin mürtəce mahiyyətini (biz bu mğrtəce mahiyyəti
«Təzadlar» qəzetinin 2001-ci il iyul-avqust nümrələrində geniş
şəkildə oxuculara zatdırmışıq) düzgün ifşa etmişdir: «Azərbaycan
xalqının təşəkkülündə Manna, Atropatena və Qafqaz
Albaniyasında məskunlaşmış müxtəlif, o cümlədən Qafqaz və
İran dillərində danışan (kursiv mənimdir – Q.K.) qədim dövr və
orta əsrlərin tayfa və xalqları – mannalılar, kaspilər, Atropatena
madalıları, albanlar, azərilər və bir sıra digərləri əsas rol
oynamışlar. Azərbaycan xalqının, dilinin formalaşması
etnogenezin son mərhələsində - orta əsrlərdə davam etmişdir»”.
(1;34) N.Cəfərov «Azərbaycan tarixi»ndən bu sitatı verərək
yazır: “Göründüyü kimi, bu «konsepsiya”» Azərbaycan xalqının
mənşəyi barədə hər cür volyuntarist nəzəriyyənin ortaya çıxması
üçün münbit metodoloji şərait yaradır. Və bu “konsepsiya” yalnız
səhv deyil, həm də mürtəcedir, xalqa öz keçmişini, etnik
mənşəyini unutdurmaq «ehtiyac”ından» irəli gəlmişdir»”. (44;
16) Akademik nəşrin tənqidinə həsr etdiyimiz silsilə məqalələrdə
birinci cilddə Azərbaycan etnogenezinə yanlış və qeyri-elmi,
zərərli mövqeyə kəskin münasibətimizi bildirmişik. (bax: 59)
289
N.Cəfərovun münasibətində bizə xoş gələn odur ki, reallıq
getdikcə dərk olunmaqdadır. Çünki bu, son dərəcə ciddi
məsələdir – «Xalqa öz tarixini unutdurmaq ehtiyacı»” başqa
şəkildə deyilmiş olsa, əslində, düşmənçilikdir.
Söhbət etnogenezdən gedir. “Tarixçi” adlananın əksinə
olaraq, xalqın dilini, mədəniyyət və sosial tarixini düzgün
düşünən dilçi yazır:
“III-V əsrlərdə Azərbaycan dili formalaşır, - bu proses türk
tayfa dillərinin (birinci növbədə folklor dilinin) mərkəzləşməsi
hesabına gedir; VII, XI əsrlərdə Azərbaycana gələn türk tayfaları
artıq müxtəlif tayfalarla (yaxud tayfa birlikləri ilə) deyil,
müəyyənləşmiş xalq mövcudluğu (və onun dili) ilə qarşılaşır -
gəlmə mədəniyyətin qohum yerli mədəniyyətlə ehtivası tədricən
gedir”. (44; 16-17)
Burada fikir daha aydın söylənmişdir: III-V əsrlərdə
Azərbaycan xalqı və ümumxalq Azərbaycan dili formalaşmışdır.
Və yenə çox aydın deyilmişdir: bu dövrdən, yəni V əsrdən sonra
gələn türklər Azərbaycan ərazisində tayfalarla və ya tayfa dilləri
ilə deyil, hazır xalqla və onun artıq təşəkkül tapmış dili ilə
qarşılaşmışlar. Buradan o da hasil olur ki, XI və sonrakı əsrlərdə
gələn Səlcuq oğuzları Azərbaycanda Azərbaycan dili
formalaşdırmayıb. Onlar gələndə artıq bu xalq və onun dili vardı.
Onlar yalnız bu hazıra havadar ola bilərdilər. Və bəlkə buna heç
ehtiyac da yox idi. Beləliklə, bu fikir Səlcuqlar tərəfindən
Azərbaycan dilinin formalaşdırılması barədə kökündən yanlış
olan zərərli konsepsiyanın bizim tərəfimizdən dartılıb qoparılmış
ïóò àüàúûíû bir daha baltalamışdır.
Mən bunları misal gətirəndə qeyri millətlər yox (onlar deyə
bilər), türk millətinin bir sıra savadlı adamları etiraz edir, özü də
ictimai yerdə, deyirlər ki, «Nə olar, onlar elə deyib, bu da belə
deyir, bununla dünya dağılmır ki?»
3.
Bu adam deyir ki,
«Kitabi-Dədə Qorqud» X1
əsrin
abidəsidir.
290
Dövlət tədbiri ilə «Kitabi-Dədə Qorqud»un 1300 illiyi
keçirildi. Gənc alim isə 1300 illiyi qəbul etmir, dastanı X1 əsrə
aid edir. Ona görə X1 əsrə aid edir ki, Səlcuqlarla - X1 əsrdə
gələn türklərlə bağlayır. Yəni X1 əsrə qədər Azərbaycanda türk
də olmayıb, «Kitabi-Dədə Qorqud» da.
Biz sonrakı tədqiqatlarımızda bu dastanın 1300 yox, azı 3300
yaşı olduğunu ortaya çıxardıq. Ortaya çıxardıq ki, «Dədə
Qorqud»un poetikası ilə Homerin poemalarının poetikası arasında
böyük yaxınlıq vardır. Bu yaxınlıq Orta Asiya türkləri ilə ola
bilməzdi. Bu yaxınlıq yunanların qonşuluğundakı Azərbaycan
türkləri ilə ola bilərdi. VI əsrdə «Dədə Qorqud» boylarından birinin
fars dilində tərcüməsinin Sasanilərin saray kitabxanasında olması
da az şey demir. Ə.Dəmirçizadə hələ 50 il bundan əvvəl qeyd edib
ki, «Kitabi-Dədə Qorqud» Səlcuq oğuzları ilə bağlı deyil,
Azərbaycanın qədim əhalisi olan yerli oğuzların əsəridir.
4.Nəhayət
, bu adam tarixdə heç Azərbaycan tanımır.
Avtoreferatında iki cümlədə «Azərbaycan» adı çəkə bilərdi ki,
hər iki halda
Azərbaycan
əvəzinə
İran
deyir (misalları əvvəldə
vermişik).
Bunun qəsdən və ya qeyri-ixtiyari olduğunu deyə bilmirəm.
Amma onu bilirəm ki, bu, Vətən hissi, Vətən təəssübkeşliyi olma-
yanda olur. Azərbaycanın torpaqları parça-parça getdiyi kimi, tarixi
də beləcə parça-parça kəsilib qısaldılır. Bu sözlərlə Azərbaycan
tarixi nə az, nə çox, dörd min il geri salınır (o da hələ X1 əsrdən
sonra Azərbaycan tanıyırsa).
Azərbaycanın tarixii İranın tarixindən 2500 il qədimdir.
XI əsrdən danışır. XI əsrdə İran var idi? Azərbaycan əhalisi
də, farslar da, ərəblər də Xilafətin hakimiyyəti altında idilər. Amma
Azərbaycan üstünlüyə malik idi: XI-XII əsrlərdə Xilafəti Atabəylər
idarə edirdilər, onlar isə Azərbaycan türkləri idilər. Hətta Atabəy
Qızıl Arslan ölümündən bir neçə il əvvəl Xilafət ordusunu məhv
edərək Azərbaycanın tam müstəqilliyinə nail olmuşdu. Bu qədər
böyük tarixin üstündən qələm çəkib «İran» yazmaqda məqsəd
nədir?
Bu oğlanın - Yadigar Vəli oğlu Əliyevin doktor olmasına mən
etiraz etmirəm. Qəti şəkildə etiraz etmirəm. Gəncdir, qabiliyyəti də
var. Onun qələmindən çıxan (amma əsər başqasının da üslubuna
291
oxşayır – adamın öz üslubu olar) bu yazıları başa düşmək və başa
salmaq lazımdır, ağlamaq yox. Heç kim düşməsə də, mən onu, o da
məni başa düşdü. Dediklərinin mahiyyəti bunlardan ibarət idi. Bu
tezislər tarixi reallığın kəskin təhrifindən ibarətdir. Bir qədər də
mahiyyətində türk və Azərbaycan tarixinə nifrət var. Bunlar türk
dünyasına, Azərbaycan tarixinə baş ucalığı gətirmir.
Mən dedim.
Qalanını millət özü bilər…
27.
09.07
ƏDƏBİYYAT
1.Azərbaycan tarixi. EA-nın nəşri, I cild,
«Elm”»,1998.
2.Azərbaycan tarixi.-Azərbaycan Dövlət Nəşriyyatı,
Bakı,1994.
3.N.F.Katanov. Alfavitnıy ukazatelğ sobstvennıx
imen, vstreçaöhixsə vo vtorom tome, obrazüı narodnoy
literaturı törkskix plemen, sobrannıx V.V.Radlovım. SPb.,
1888.
4.Azərbaycan tarixi üzrə qaynaqlar. Azərbaycan
Universiteti Nəşriyyatı, Bakı, 1989.
5.Mahmud İsmayıl.Azərbaycan tarixi. «Azərbaycan
ensiklopediyası” nəşriyyat-poliqrafiya birliyi», Bakı, 1997.
6.Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin
təşəkkülü tarixindən. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,
1994.
7.Moisey Kalankatuklu.Albaniya tarixi. (Müqəddimə,
qeyd, tərcümə və şərhlər akad.Z.Bünyadovundur), Bakı,
«Elm”», 1993.
292
8.Kemal Aliev. Antiçnıe istoçniki po istorii
Azerbaydjana. –Baku, “Glm”, 1987.
9.Q.A.Qeybullaev.K gtnoqenezu azerbaydjanüev.
Baku, “Glm”, 1991.
10.A.S.Sumbatzade.Azerbaydjanüı - gtnoqenez i
formirovanie naroda.-Baku, «Glm»,1990.
11.Əhməd Zəki Vəlidi Toğan. Ğmumi tərihinə giriş.
I, İstanbul, 1946.
12.Ə.Dəmirçizadə. 50 söz. «Gənclik”», Bakı, 1968.
13. Q.Voroşil. Qafqaz Albaniyası. Bakı, “Öyrətmən”,
1993.
14.V.V.Bartolğd.Soçinenie,t.II.
15.Bahaəddin Ögəl.Böyük hun imperiyası. I Bakı,
«Azərnəşr”», 1992.
16.T.M.Mamedov. Kavkazskaə Albaniə. “Maarif”,
Baku,1993.
17.Azərbaycan tarixi. Ən qədim dövrlərdən XX əsrin
əvvəllərinə qədər, EA nəşri, 1993.
18.A.Q.Abramən Deşifrovka nadpisey Kavkazskix
Aqvan. Erevan, 1964.
19.A.Şanidze.Novootkrıtıy alfavit kavkazskix
albanüev.-V kn. İ.Abuladze. K otkrıtiö alfavita kavkazskix
albanüev, Tbilisi, 1938,
20.Dokladı AN Azerb. SSR, 9, 1948,
293
21.Drevnetörkskiy
slovarğ.Leninqrad,
“Nauka”,1969.
22.K.Q.Aliev. O nazvanii reka Kura. DAN
Azerb.SSR,1959,
23.N.Ə.Merpert.Drevneyşie bolqarskie plemena v
Priçernomorğe. V kn.: Oçerki istorii SSSR, III-IX vv.,
Moskva,1958
24.S.S.Aliərov.Ob gtnoqeneze azerbaydjanskoqo
naroda. V sb.: K probleme gtnoqeneze azerbaydjanskoqo
naroda, Baku,1984
25.V.İ.Abaev.Skifo-sarmatskie nareçiə. V kn.:
Osnovı iranskoqo əzıkoznaniə. Drevneiranskie
əzıki,Moskva,1979.
26.G.Moravçiq. Bizantiko-turkika, III, d. 11,1943.
27.N.A.Baskakov. Vvedenie v izuçenii törkskix
əzıkov. Moskva, 1969.
28.S.Ö.Kasumova. Azerbaydjan v III-VII vv., Baku,
1992.
29. Q.A.Qeybullayev. Azərbaycanlıların etnik
tarixinə dair. Bakı, «Elm», 1994.
30.Abdulla Fazili.Atropatena.Er.əv.IV-er.VII əsri.
Bakı, «Elm»”, 1992.
31.M.Yusifov.Türk dillərində kök sözlərin
fonomorfologiyası (səs keçidləri), I hissə, Gəncə, 1994.
32.Y.B.Yusifov.Qədim Şərq tarixi. Bakı Universiteti
Nəşriyyatı, 1993.
294
33.A.Bakixanov.Qölistan-İram, Baku,1926.
34.A.R.Zifeldt.Uralo-Altaika. Baku,1928.
35. Murad Adji.Evropa, törki, Velikaə Stepğ.
Moskva, Mıslğ, 1998.
36. Ə.Dəmirçizadə. Azərbaycan dilindəki oğuz-
qıpçaq lisani ünsürləri. Azərb.SSR EA Dilçilik institutunun
əsərləri, 1-ci cild,1947, s.3-14.
37.M.İ.Artamanov. İstoriə xazar. Leninqrad, 1962.
38.Z.M.Buniatov.Azerbaydjan v VII-IX vv.
Baku,1965.
39.Rəfik Özdək. Türkün qızıl kitabı. Bakı,1992.
40.Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dili tarixi. 1,
Bakı, «Maarif”»,1979.
41.Ç.Qaraşarlı.Qafqaz albanları türk idilər.
«Məqalələr toplusu»”, IV, Azərbaycan Dövlət Dillər
İnstitutu, Bakı, 2000.
42.Z.Budaqova,T.Hacıyev.Azərbaycan
dili.
Bakı,1992.
43.İ. Aliev. Oçerk istorii Atropatenı.
Azerbaydjanskoe Qosudar- stvennoe İzdatelğstvo, Baku,
1989.
44.N.Cəfərov.Azərbaycanşünaslığa giriş. Bakı,
AzAtaM, 2002.
295
45.E. Əzizov.Azərbaycan dilinin tarixi
dialektologiyası. Bakı Universiteti Nəşriyyatı, 1999.
46.Zaur Qasanov. Üarskie skifı. Liberty New
York,2002.
47.V.V.Bartolğd. Törki. Alma-Atı,1998.
48.F.Məmmədova. Azərbaycanın (Albaniyanın)
siyasi tarixi və tarixi coğrafiyası. Azərbaycan Dövlət
Nəşriyyatı, Bakı, 1993.
49.F.Mamedova. K voprosu ob albanskom
(Kavkazskom) gtnose. Azərb. SSR EA-nın Xəbərləri, tarix,
fəlsəfə və hğquq seriyası, 1989, №3.
50.K.Əliyev, F.Əliyeva.Azərbaycan antik dövrdə.
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1997.
51.K.Q.Aliev. K voprosı o qarqarax i territorii ix
rasseleniə, DAN Azerb. SSR, 1981, ¹ 1.
52.L.N.Qumilev. Otkrıtıe xazarii. Moskva, 1966.
53.R.Q.Kuzeev. Proisxojdenie başkirskoqo naroda.
M., 1974.
54.Çingiz Qaraşarlı. Əfsanənin izi ilə. «Ulduz»”,
1989, ¹ 2.
55.Ə.Tanrıverdi. «Kitabi-Dədə Qorqud»”da şəxs
adları. Bakı, «Elm»”, 1999.
56.İzvestiə drevnix pisateley... t. I. Per.
V.V.Latışeva. SPb., 1893, s.185-186.
296
57.Q.Kazımov. Qurbani və poetikası. APİ nəşri,
Bakı,1996.
58.Q.Kazımov. Sənət düşüncələri. Azərbaycan
Dövlət Kitab Palatası, Bakı,1997.
59.Q.Kazımov.Azərbaycan tarixi - 1. «Təzadlar»”
qəzeti, iyul-avqust 2001, ¹ 23, 24, 25, 26, 27, 28, 29,
30. Qədim Azərbaycan dili dövrü. «İki sahil”», 2 fevral
2002, 5 fevral 2002, 6 fevral 2002; Ədəbi dilimizin
təşəkkül yolu. «Paritet”» qəzeti, 14-16 iyun 2003, ¹ 65
(516) və s.
60.K.Ş.Şaniəzov. K gtniçeskoy istorii uzbekskoqo
naroda. Taşkent, 1974.
297
|