Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ


eyş et . (60) Əvvəlki   beytlərdəki   bu   gün



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə48/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   44   45   46   47   48   49   50   51   ...   59

eyş et

. (60)


Əvvəlki   beytlərdəki  

bu   gün

  və  


bilmədim

  sözləri   yeni 

məna ifadə etmir, cinas deyil. Son misalda 

eşit – eyş et

 sözləri 

isə çox olsa, naqis cinasdır, ikinci komponentdə artıq səs var.

Bunlar bir daha təsdiq edir ki, «Mehri və Vəfa» əsəri  hələ 

şifahi ədəbiyyatdan gələn fiqurların yazılı ədəbiyyatda tam yer 

edə bilmədiyi dövrün məhsuludur.

218


13.Məsnəvilərin inkişaf fərqini göstərən bir cəhət də onların 

quruluşu   ilə  bağlıdır.   «Dastani-Əhməd   Hərami»   formaca   daha 

təkmil əsərdir. Müəllif əsəri məclislərə ayırmış, süjetin inkişafını 

məclislər üzrə nəzərdən keçirmişdir. «Mehri və Vəfa»da bu cür 

quruluş   nəzərdə   tutulmamışdır,   müəllif   əvvəldən   başladığı 

təhkiyəni axıradək eyni üslubda davam etdirmişdir.

Bununla belə, əsərlərin təhkiyə üsulunda yaxınlıqlar da var. 

«Dastani-Əhməd   Hərami»də   bir   məclisdən   o   birinə   keçilərkən 

deyilir:

İkinci məclisə ağaz edəlim,

Yenə Əhməd Həramiyə gedəlim. (27)

Gələlim bu üçüncü məclisə biz,

Xəbərimdən eşidin çün xəbər siz. (43) Və s.

«Mehri və Vəfa»da:

Çünki  məlul oldu Mehri ol gecə,

Eşit imdi könləgin halı necə. (24)

Qaldı Mehri, dinlə Vəfa halını,

Necə oldu ol aşiq əhvalını. (31)

«Mehri və Vəfa» məsnəvisində Vəfanın dilindən   «Qanı» 

rədifli 13, «Gəlür» rədifli 15 beytlik iki qəzəl verilmişdir.  Müəllif 

bunlardan birini açıq şəkildə «türki»i o birini «türkicə firaqnamə» 

(«türkicə ayrılıq şeiri»)  adlandırmışdır:

Eşq ancaq qəm degil xassü amə,

Vəfa aydır türkicə firaqnamə. (37)

Xoş olur dostlar irəcək  dostuna,

Başladı bir türki Mehrin üstinə.(46)

Qəzəllər   forma   və   quruluş   baxımından   təkmil   əsərlərdir. 

Bunlar   «Mehri   və   Vəfa»nın   yazılma   tarixinin   qədim   olduğunu 

göstərməklə   yanaşı,   Azərbaycan   türk   dilində   qəzəl   janrının 

daha uzaq keçmişə aid olduğunu sübut edir.

Qəzəllər özlüyündə aydın şəkildə mühüm bir tarixi   faktın 

sübutudur – biz görürük ki, bu əsərlər böyük bir ədəbi ənənənin 

məhsuludur.   Türkdilli   Azərbaycan   ədəbiyyatı,   yazılı   anadilli 

ədəbiyyat   XIII  əsrin məhsulu deyil.   XIII  əsr uzun inkişaf yolu 

219


keçmiş bu ədəbiyyatın   fars dili tilsimindən – paralel inkişafdan 

qurtardığı dövrdür. Lakin ədəbiyyat fars dili burulğanından xilas 

olsa   da,   ədəbi   tənqid,   ədəbiyyat   topluları,   cünglər,   ədəbiyyatı 

sevənlər,   qoruyanlar   fars   dili   ənənəsindən   o   qədər   də   xilas 

olmayıblar, türk dilli şerə, ana dilində olan sənət nümunələrinə la-

qeydlik davam etməkdədir. Buna baxmayaraq, təbiət bir sıra əsər-

ləri qoruyub saxlayıb. Ədəbiyyatımızın tarixi qədimdir. Onu XIII 

əsrdən başlamaq xalqın mədəni inkişafını neçə yüz il geri atmaq-

dır. 

İndi «Mehri və Vəfa» bizi iki əsr irəli aparır, bu ədəbiyyatın 



XI əsrdə  yüksək inkişaf yolunda olduğunu, «Dastani-Əhməd Hə-

rami»dən iki əsr əvvəlki bədii təfəkkürün yükünü daşıdığını sübut 

edir. Bu əsər bir məsnəvi kimi ana dilində bizə çatan möhtəşəm 

bir abidədir. Müəllifi son dərəcə yüksək erudisiyaya malik, dövrün 

ədəbi   qaydalarına   yüksək   səviyyədə   bələd   olan,   elmi-fəlsəfi 

dünyagörüşü   ilə   seçilən,   təriqətlərə   dərindən   bələd   olsa   da, 

dünyəvi   keyfiyyətləri   üstün   tutan   və   bu   cəhətdən     yüksək 

humanist ideyalara sahib olan bir şəxs olmuşdur.

Biz sözü niyə bu qədər uzatdıq? 

Məqsədimizi nəzərə aldıqda hələ bəlkə bir qədər də axtarışlar 

lazım idi.

Qeyd etdiyimiz kimi, «Mehri və Vəfa» 2001 və 2005-ci 

illərdə, yəni iki dəfə nəşr olunub. Kamandar və Aysel Şəriflilərin 

qeydlərindən aydın olur ki,   ilk çapda onlar bu poemanın XIII-

XIV əsrlərə aid olduğunu güman etmişlər: El dastanlarından «…

qidalanaraq yazılmış   əsərlərdən biri də dil xüsusiyyətlərinə görə 

XIII-XIV  yüzilliklərə   aid edilən   İsa təxəllüslü şairin   «Mehri və 

Vəfa»   poemasıdır».(4, 5) Ön sözdə bunu da təsdiq edirlər ki, 

«Məsnəvinin   ruhu,   dili,   məzmunu   və   təhkiyə   tərzi     ozan 

ədəbiyyatımızdan qidalanmış bir   bədii   ədəbiyyat nümunəsi ol-

duğunu» göstərir. (4, 12) Müəlliflər bu cəhəti çox doğru deyirlər 

ki, «Anadilli ədəbiyyatımızın ilkin  çağlarında yazılmış bu  bədii söz 

sənətinin dəyərli  abidəsi göstərir ki, Azərbaycan ədəbiyyatı keç-

miş minilliklərin   dərin qatlarından etibarən   zəngin bədii-poetik 

ənənələrə malik olmuşdur».(4, 18) Amma bu sonrakı sözlərin bir 

cəhəti   ilə   razılaşmaq   olmaz:   «Təşəkkül   tapmaqda   olan   ədəbi 

dilimizin   geniş   imkanlarından   istifadə   edərək   şairin   məsnəvidə 

220


yüksək   sənətkarlıqla   yaratdığı     təbiət   təsvirləri   və   ayrı-ayrı 

səhnələrin canlı, heyrətamiz mənzərələri insanı valeh edir»,(4, 27) 

Bu cümlənin  «Təşəkkül tapmaqda olan ədəbi dilimizin» sintaqmı 

müəlliflərin   yuxarıda   dedikləri   fikrə   ziddir.   Yuxarıdakı   fikir 

doğrudur. Bu cür kamil əsər təşəkkül tapmaqda olan dilin yox, 

normal   inkişaf   yolunda   olan   ədəbi   dilin   nümunəsidir.   Biz   çox 

zaman elə düşünürük ki, təzəcə xəlq olmuşuq, təzəcə doğulmuş 

bir   xalqıq və ədəbi dilimiz də təzəcə yaranıb. Amma bəlkə   o 

dövrkü xalq indikindən min dəfə həqiqi və qeyrətli xalq idi və o 

xalqın   heç   bir   nümayəndəsi   torpağı   satıb   çal-çağırla   məşğul 

olmazdı. Onun Babəki vardı, Cavanşiri vardı və eyni zamanda 

onun lazımi keyfiyyətdə olan ədəbi dili də vardı. Bunu «Mehri və 

Vəfa» aydın şəkildə  təsdiq edir. 

Birinci   nəşrin   girişində   əsərin   yazılma   tarixi   barədə 

bunlardan əlavə bir şey deyilmir.

Lakin ikinci nəşrdə vəziyyət tamamilə başqadır. Burada milli if-

tixar hissi doğuran tədqiqat var. İkinci nəşrə yazılmış kiçik müqəddi-

mədə  şərhlərin və qeydlərin müəllifi, tərtibçi Aysel  Şərifova əsərin 

yaranma   tarixi   haqqında     məsnəvinin   sonunda   müəmmaya   rast 

gəlmişdir. Müəllif yazır: «Abidənin ilk nəşrində  dil faktlarından çıxış 

edilərək, əsər XIII-XIV yüzilliklərə aid edilmiş və əsərin Məhəmməd 

Kəminə tərəfindən  köçürülmüş qədim əlyazmasının sonluğunda ve-

rilmiş   müəmma     diqqətdən   kənarda   qalmışdır.   Abidə   çap 

olunduqdan sonra bu müəmma diqqəti cəlb etmiş və onun açılması 

üzərində   aparılmış araşdırmadan sonra məsnəvinin yazılma tarixi 

dəqiq müəyyənləşdirilmişdir». (3, 6.)

Klassik   Şərq   ədəbiyyatında   əsərlərin   tarixinin   çox   zaman 

müəmma   ilə   verildiyi   məlumdur.   Bu   cəhətdən   «Mehri   və 

Vəfa»nın da yazılma tarixinin müəmma ilə qeyd edilməsi təbiidir

A.Şərifova  M.Kəminə tərəfindən köçürülmüş nüsxənin sonunda 

belə bir bayatıya rast gəlmişdir:

 

Ayn ala gözüm səni,

Dutubdur gözüm səni.

Canım elə 



alovzudur,

Görməyir gözüm səni.

221


Və yazır: «Bu bayatıya diqqət yetirdikdə aydın olur ki, əbcəd 

hesabı ilə tərtib edilmiş müəmma üçüncü misranın   bir hissəsi, 

yəni     «alovzudur»   sözü   ilə   bağlıdır.   Həmin   müəmma   «təshif» 

(təhrif)   üzrə tərtib olunmuşdur. «Təshif» üzrə müəyyən edilmiş 

müəmmalarda     sözün   üzərinə   istənilən   qədər     əlavə  nöqtələr, 

məddə və təşdid  işarələri qoyula və ya   atıla bilərdi. Göstərilən 

sözdə isə   «əlif» hərfinin üzərinə   əlavə «məddə» işarəsi, «ra» 

hərfinin   üzərinə   isə     nöqtə   qoyulduğundan     «alovrudur»   sözü 

«alovzudur»  kimi verilmişdir. Əslində isə həmin söz «alovludur» 

sözünün  dəyişdirilmiş formasıdır. Başqa yazılı abidələrdə olduğu 

kimi,  müəmmadakı bu sözdə də  «l» hərfi «r»  hərfi ilə əvəzlən-

diyinə görə «Alovludur» sözü «alovrudur» kimi verilmişdir.» (3, 7-

8)  «Beləliklə, «təshif» üzrə  tərtib edilmiş müəmmada  verilmiş 

«alovrudur» sözünü  əbcəd hesabı ilə açdıqda  447 rəqəmi alınır 

ki,    bu da  hicri  tarixlə  447-ci   (miladi  1055-1056)  ili  göstərir. 

Bununla da «Mehri və  Vəfa» məsnəvisinin   XI  yüzillikdə qələmə 

alındığı məlum olur. Məsnəvinin belə bir qədim abidə olduğunu 

onun arxaik dili də sübut edir.  Əsərin dilində elə türk sözləri  və 

ifadələri vardır ki,  ona ancan «Kitabi-Dədə Qorqud»da  və başqa 

əski türkdilli abidələrdə   təsadüf olunur, lakin eləsi də vardır ki, 

daha dərin tədqiqatlar aparmaq tələb olunur».(3, 8-9) 

Biz  təqribən  bir   il  əvvəl  bu  əsər   haqqında   məlumat   əldə 

edib, Əlyazmalar İnstitutundan onun bir nüsxəsini alıb diqqətlə 

tanış olduq və dərhal bu məqalənin girişini yazdıq. Lakin sonra 

qələmi yerə qoyub düşünməyə başladıq: biz əsər haqqında adi 

məlumat   verən,   obrazları   xarakterizə   edən   bir   məqalə   yaza 

bilməzdik. Elə bir yazı yazmalı idik ki,  müəmmanı ya təsdiq, ya da 

inkar etsin. 

Nəhayət, biz əsəri «Dastani-Əhməd Hərami»nin dili ilə mü-

qayisəli   öyrənməli   olduq.   İki   əsr   müddətində   ictimai-siyasi   və 

iqtisadi vəziyyətdən asılı olaraq, dildə az da dəyişiklik ola bilər, 

çox da. Müqayisəyə cəlb etdiyimiz faktlar göstərir ki, məsnəvilər 

bir-birindən az aralı peyklər kimidir. Azərbaycan dili «Dastani-

Əhməd Hərami»yə doğru işıqlı bir yoldadır. Bu yol bütövlükdə 

səhərin   açılmasına   bənzəyir:   «Mehri   və   Vəfa»da   səhər   açılıb, 

qızılı şüalar parlamaqdadır «Dastani-Əhməd Hərami»də isə artıq 

gün xeyli ucalıb. 

222


Məsnəvinin sonunda əsərin müəllifi qayda üzrə öz adını qeyd 

etmişdir:

Umma, İsa, necə bir bu qeyli-qal,

Dilə həqdən  kim, olasan ittisal

Ayduluğun  assısı yok, bilü bil,

İstə, bul bir yari-həmdəm, əhli-dil.

Bir yar istə kim, sənlə yar ola,

Duta əlnü, ilətə doğru yola. (75-76) 

Buradakı 

bilü bil

 çox qəribə bir sözdür. Misranın mənası: 

«Boş danışmağın faydası yoxdur, bil və bil». Mən bizim klassik 

ədəbiyyatda  



ü  

bağlayıcısının   təkrar   olunan   fel   arasında 

işləndiyini   görməmişəm.   Amma   bilirəm   ki,   dilçilərimizin   yanlış 

olaraq   alınma   hesab   etdiyi   bu  bağlayıcı  ən   qədim   türk-şumer 

dilində   də   işlənmişdir.   Deməli,   məsnəvi   çox   qədim   bir   əlaqə 

formasını mühafizə etmişdir.

Bizim   bu   qısa   qeydlərimizi   bura   qədər   oxuyanlar   görə 

bilərlər ki, hər bir müqayisədə tarix etibarilə qədimlik «Mehri və 

Vəfa»ya aiddir, yəni bu əsərin dili «Dastani-Əhməd Hərami»nin 

dilindən   daha   qədim   dövrün   məhsuludur.   Belədirsə,   deməli, 

tərtibçinin müəmma ilə müəyyən etdiyi tarix doğrudur. Bu şəkildə 

olduqda biz yazılı ədəbiyyatımızın gözəl bir nümunəsi ilə Həsənoğ-

ludan iki əsr əvvələ irəliləmiş oluruq. 

Amma «Mehri və Vəfa»nın dili elə bir kamil dildir ki, onu da 

qətiyyən başlanğıc saymaq olmaz.

10.01.07

ƏDƏBİYYAT

1. «Dastani-Əhməd Hərami», Bakı, Gənclik, 1978 (Ön söz, 

tərtib və lüğət Ə.Səfərlinindir).

2.Q. K a z ı m o v. Kİ-SİKİL, yoxsa QIZOĞUL və ya QƏDİM 

ABİDƏNİN   DİLİNİN   TƏDQİQİ.   V.İ.Məmmədovun   «Dastani-

Əhməd Hərami» poemasının dili və üslubu» əsərinə (Bakı, 2001) 

ön söz.

223


3.İ s a. Mehri və Vəfa. Bakı, «Nurlan», 2005 (Tərtibçi, yeni 

əlifbaya çevirən, nəşrə hazırlayan və ön sözün, lüğətin müəllifi 

Aysel Şərifova).

4. K a m a n d a r  Ş ə r i f l i,  A y s e l  Ş ə r i f l i. Mehri 

və Vəfa (Ədəbiyyatımızın və dilimizin nadir abidəsi), Bakı, 2001.

5.K   a   m   a   n   d   a   r     Ş   ə   r   i   f   l   i.   Əbdülqəni   Nuxəvi 

Xalisəqarızadə, Bakı, 2002.

6.Çankırı   milletvekili   Talat   Onay.   Dastani-Ahmet   Harami 

nakılı. İstanbul, 1946. 

7.M a h m u d  K a ş ğ a r i. Divanü lüğat-it-Türk, IV, Bakı, 

2006 Tərcümə edən və nəşrə hazırlayan Ramiz Əskər.

8. Ə. Ş ü  k ü r l ü. Qədim türk yazılı abidələrinin dili. Bakı, 

«Maarif», 1993,

9. «Kitabi-Dədə Qorqud», Bakı, «Yazıçı», 1988.

224


TARİXİ  FAKT VAR, TARİXÇİ YOXDUR

Mada imperiyasına münasibətdə tarixçilər öz əvvəlki doğru 

mövqelərindən   imtina   etməkdədirlər.   1958-ci   ildə   çap   olunmuş 

“Azərbaycan   tarixi”"ndə   (1-ci   cild)   Midiyanın   doğru   olaraq 

Azərbaycan dövləti olduğu göstərildiyi halda (bax: səh. 40; .41-51 

və s.), 90-cı illərin tarix kitablarında Mada İran dövləti kimi təqdim 

edilir. 

Mada   dövlətinin   adı   qaynaqlarda   e.ə.   IX   əsrdən   qeydə 

alınmışdır. Farslar isə İran ərazisinə tezi VIII əsrdə gəlmişlər. İran 

tayfaları   uzun   müddət   Madanın   ətraf   ərazilərində   dolaşmış, 

Madanın daxilinə nüfuz edə bilməmiş, xeyli müddət bir satraplıq 

kimi   Madanın   tabeliyində   olmuş,   e.ə.550-ci   ildə   farsların   üsyanı 

nəticəsində  Kuruş  (Kir)  hakimiyyətə  gəlmiş,   madalılar   farslardan 

asılı   vəziyyətə   düşmüşlər.   Həmin   vaxta   qədər   həm   Cənubi 

Azərbaycanın,   həm   də   indiki   İranın   müəyyən   əraziləri   Madanın 

tərkibində   olmuşdur.   Bu   tərkibdə   olan   Azərbaycan   əraziləri 

sonralar Atropatın idarə etdiyi keçmiş Manna əraziləri ilə birlikdə 

«Kiçik Mada», «Atropat Madası» adlanmışdır.  Qalan hissəsi İran 

ərazisinin   bir   hissəsi   kimi   qalmışdır.     Ona   görə   də   Mada 

imperiyasından   məxsusi   İran   dövləti   kimi   danışmaq   düzgün 

deyildir. Manna ilə Mada tayfaları   yaxın və qohum olmuşlar. Bu 

ölkələrin adları da bir kökdəndir.

Mada   etnosu   Azərbaycan   tayfası   idi   və   madalılar   türkdilli 

olmuşlar. Orta Asiyadan qərbdə Halis çayına qədər uzanan Mada 

imperiyasının   ilkin   vətəni   Azərbaycan   idi.   Ona   görə   də   Mada 

Azərbaycan   dövlətidir.   E.ə.550-ci   ilə   qədər   Mada   Azərbaycan 

mağlarının başda durduğu bir dövlət, böyük bir imperiya olmuşdur. 

Bütün   faktlar   göstərir   ki,   madalılarla   farslar   arasında 

münasibət pis olmuş, madalılar farslarla çox vaxt   barışmamışlar. 

Bu barədə tarixin hifz etdiyi xeyli faktlar vardır. II Kir   e.ə.550-ci 

ildə   Madanı   xəyanətlə   asılı   vəziyyətə   saldıqdan   sonra   madalılar 

dəfələrlə öz hakimiyyətlərini  bərpa etməyə çalışmışlar. E.ə.522-ci 

225


ildə   madalı   kahin   Qaumat   (Qaumata)   İran   hökmdarı   Kambisin 

(Kambizin) Misirdə olmasından istifadə edərək hakimiyyəti ələ almış 

və   7   aya   qədər   ölkəni   idarə   etmişdir.   Sui-qəsd   nəticəsində 

hakimiyyətə gələn I Dara (e.ə.522-486) Qaumatı və onun yaxın 

adamlarını   Madanın   Nisayya   vilayətində   öldürtmüş,   payaya 

keçirtmişdir.  

Qaumat  əhalini  üç   il  vergidən və  orduda  xidmətdən  azad 

etmişdi, bir sıra islahatlar keçirmişdi. Ona görə də tarixzi güstərir ki, 

Qaumat  öldürülərkən “Asiyada  hamı  təəssüf  edir,  bir  farslardan 

başqa”."  (1;355) Amma akademik tarixi oxuyanda bəzən daha çox 

təəccüb   etməli   olursan:     “Qədim   yazıçıların   əksəriyyəti,   habelə 

hökmdar   Dara   Qaumatanın   çıxışını   farsların   hakimiyyətinə   - 

Haxamanişilərə qarşı çevrilmiş Mada irticası (kursiv bizimdir - Q.K.) 

olduğunu yaxşı bilirdilər””.(1; 241) Sən öz xalqının, öz vətəninin 

müstəqilliyi uğrunda, köləlik əleyhinə   mübarizə aparasan, sənin 

2500   il   sonrakı   nəslin   (əgər   bu   nəsildəndirsə)     bunu   “irtica”” 

adlandıra. Özü də bilə-bilə ki, ”Qaumata madalıların hökmranlığını 

bərpa etmək niyyətində idi” və həm də bilə-bilə ki, bu hərəkat 

“...hökmran   fars   sülaləsinin   və   onunla   bağlı   olan   yerli   nəsli 

əsilzadələrin   zülmünə   qarşı   çevrilmiş   xalq   hərəkatı,   etirazı   ilə 

birləşmişdi”.(1; 242)  Mən Qaumata heykəl düşünürəm, tarixçi də 

bu cür düşünür. 

Mada   tayfalarından   biri   olan   mağlar   şimallı-cənublu 

Azərbaycanın, şimallı-cənublu Muğanın ən qədim əhalisidir (müklər 

onların bir qoludur) və bunlar - mağ kahinləri çox qədim tarixə 

malik   olmaqla,   ilk   səmavi   allahların   yaradıcılarıdır.     Zaqros 

dağlarından İkiçayarasına enən şumerlər də onların şagirdləridir. 

Manna da, Mada da onların adı ilə bağlıdır.  Onlar daim müstəqilliyə 

can   atmış,   öz  yüksək   ağlı,   kahin   qüdrəti   ilə   buna   əksərən  nail 

olmuşlar. Mağ sənəti sonralar müxtəlif ərazilərə yayılmışdır. İndi 

bütün dünya dillərində işlənən magiya sözü də onlardan yadigardır. 

Mağları müklərdən ayırıb Muğandan təcrid etmək bizim ən böyük 

ulularımızı öz əlimizlə özgələrə bağışlamaqdır. Əksər tarixçilər Mada 

mağlarını İran mənşəli hesab etməmişlər. 

226


Vaxt gələcək, vahid Azərbaycan qüdrətli və böyük bir dövlətə 

çevriləcək.   Onda   Astiaq   da   lazım   olacaq,   Astiaq   əfsanəsi   də, 

«Avesta» da, ulu mağlar da. Bunlara sahib durmağa çalışan başqa 

bir   dövlət   hələlik   güclüdür   deyə,   acizlik   göstərməməli,   onun 

dəyirmanına su tökməməli,  tariximizi heç kimə güzəşt etməməliyik. 

Bu   saxta,   satqın     və   riyakar,   xalqın   tarixinə   xəyanətlə   dolu 

“tarixlər””” meydana çıxana qədər bizim tarixçilər və başqa elm 

sahələrini təmsil edən görkəmli ziyalılarımız, alim və yazıçılarımız 

ulu babalarımız midiyalılarla fəxr etmiş, onların bizim əcdadlarımız 

olduğuna şübhə etməmişlər. Hələ 40-cı illərdə Ə.Dəmirzizadə bizim 

dilimizin   kükğndə  midiyalıların   dilinin   durduğunu   sğbut   etmişdir. 

Xalq   yazıçısı  M.İbrahimov   1945-ci  ildə  Təbrizdə  yazırdı:  “Məlum 

olduğu üzrə, hələ miladdan 500 il əvvəl, indiki Cənubi və Şimali 

Azərbaycan   torpaqlarında   qədim   dünyanın   qüdrətli   dövləti   olan 

Midiya dövləti yerləşmişdi. O zaman bu torpaqlar Midiya və onun 

üzərində yaşayan xalq Midiya xalqı adlanırdı. Tarix sübut edir ki, 

midiyalılar   azərbaycanlıların   qədim   babaları   olmuşdur.     Onların 

böyük   mədəniyyət   və   sənətə   malik   olduqlarını   bütün   tarixçilər 

yazmaqdadırlar. Midiyalıların mədəniyyət və dili o qədər  tərəqqi 

etmişdir ki, qədim farslar onlara görə çox dala qalmış və ibtidai 

halda idilər. Dilşünaslar indiki Azərbaycan dilində o zamankı Midiya 

dilinin qalıqlarını və ünsürlərini tapırlar... Bəs Midiyanın mədəniyyət 

və sənət asarı  və yazıları nə olmuşdur? Onları işğalçılar ya məhv 

etmiş   və   ya   da   qəsb   etmişlər.   Midiyanın   elm   və   sənət   asarını 

dünyanın   bütün   muzeylərində   tapmaq   mümkündür.   Çünki 

Azərbaycan xalqının düşmənləri, onun torpağına göz tikənlər nəinki 

bizim milli dövlət və   siyasi istiqlaliyyətimizi məhv etmiş, həm də 

elm, sənət asarımızı və ana dilimizi də aradan götürmək istəmişlər. 

Bu məqsədlə qəsbkarlar daha da irəli gedərək Azərbaycan xalqının 

mənşəyi və doğma dili haqqında başdan dibə yalan   və iftiradan 

ibarət olan bir “tarix”””, bir “nəzəriyyə”” də uydurmuşlar. Söz yox 

ki,   Azərbaycan   xalqını   əsarət   altında   saxlamaq   və   onun   milli 

şüurunu öldürmək istəyənlərin uydurduğu “nəzəriyyə”lər””lə həqiqi 

tarix və məntiq arasında heç bir əlaqə yoxdur””” (41; 57)

Bu  sözlər   bütünlüklə   bu   günə   də   aiddir   və   indiki   bir   sıra 

“tarix”lər””in müəllifləri də Azərbaycan xalqının tarixini eyni şəkildə 

227


qəsb etməklə məşğuldurlar. Buna Azərbaycan xalqının, Azərbaycan 

dilinin zürəyini yeyənlər daha zox rəvac verirlər.

Manna   e.ə.590-cı   ilə   qədər   müstəqilliyini   saxlaya   bilmişdi. 

Bundan   sonra   Madanın   qüdrəti   yüksəlir,   lakin   o   qədər   də 

uzunömürlü olmur. E.ə.550-ci ildə Mada da süqut edir.   Madanın 

qüdrətli yüksəlişi təqribən 40-50 il çəkmişdir. Bu az müddət ərzində 

“fars   ləhcələrində   danışan”””   madalılar   Mannanın   türk   əhalisinin 

dilini necə  dəyişə bilərdilər? Hələ bunu demirik ki, Madanın qədim 

əhalisinin İran ləhcələrində danışdığını iddia etmək üçün də heç bir 

əsas yoxdur. İran tayfaları gəlməmiş, Mada və onun əhalisi də, dili 

də var idi və Manna ilə Mada adaş idilər, yanaşı yaşayırdılar. 

 Herodot Madanın son  padşahı Astiaqa mağların  maraqlı  bir 

müraciətini vermişdir. Bu müraciət İ.Əliyevə də məlum idi: “Bizim 

üçün,   çar,   hər   şeydən   vacib   sənin   hakimiyyətini 

möhkəmləndirməkdir, yoxsa hakimiyyət... farslara keçdiyi təqdirdə 

m i d i y a l ı l a r yad adamlar kimi   qul edilər, farsların nifrət 

mənbəyinə çevrilər; əksinə, nə qədər  ki sən,   b i z i m   h ə m q ə 

b i l ə m i z, çarlıq edirsən, biz o müddətdə hakimiyyətdə iştirak 

borcumuzdan   istifadə   edirik   və   sənin   hesabına   bizə   daha   çox 

hörmət edilir””...”(seyrəltmə-fərqləndirmə  İ.Əliyevindir).(3; 17) 

Buradan   bir   daha   aydın   olur   ki,   Astiaq   da   iranlı   deyil, 

madalılar da. Madalılar öz tayfalarından olan Astiaqa bu qədər açıq 

şəkildə müraciət edirlər. Bir tayfa öz “həmcinsi””  və “qohumu”” 

əleyhinə   bu   qədər   nifrətlə   danışmaz.   Görünür,   hələ   Harpaqın 

xəyanətindən əvvəl madalılar fars təhlükəsini duyurmuşlar.  Bu gün 

olduğu kimi, o zaman da əhalinin etnik tərkib etibarilə yerləşməsi 

az fərqli ola bilərdi - türklər öz ərazilərində, farslar öz ərazilərində 

və   müəllifin   iddia   etdiyi   «iranlaşma»dan,   «fars   ləhcəli 

madalaşma»dan heç bir söhbət gedə bilməzdi. Herodotun verdiyi 

bu qədər açıq söhbətə baxmayaraq, İ.Əliyev bu müraciəti verərək 

bir neçə sətir sonra yenə də yazır: “Heç bir şübhə yoxdur ki, mağlar 

mənşəcə iranlılardan ibarət idi və əlbəttə, İran nitqinin daşıyıcıları 

idilər”””. (3; 17-18)  “Tarixçi””” adlananın həqiqətə və üz xalqının 

(belə   demək   olarsa)   tarixinə   bu   qədər   məntiqsiz   münasibət 

228


bəslədiyini təsəvvür etmək dünyanın sonsuzluğunu təsəvvür etmək 

qədər çətindir.

Mağlar daim azadlıq uğrunda assur köləliyinə qarşı vuruşmalı 

olmuş,   Ön   Asiyada   Assur   dövlətinin   520   illik   ağalığına   qarşı 

mübarizə aparmaqla  öz azadlıqlarını təmin edə bilmişlər. Deyokun 

(e.ə.712-675), Fraortun (e.ə.675–653), Kiaksarın (e.ə. 625–585) 

və   Astiaqın   (e.ə.585-550)   vaxtında   Mada   yüksək   inkişaf   yolu 

keçmişdir. Ortada yaranan kimmer-skit-sak padşahlığı   dövründə 

də (e.ə. 653–625) madalılar öz üstünlüklərini mühafizə etmişlər. 

Madalılarla   farslar   adət-ənənələrinə   görə   də   kəskin 

fərqlənmişlər. Farslar öz bacıları ilə evlənirdilər (çar Kambiz bacıları 

Roksana   və  Atossa   ilə  evlənmişdi),   madalılar   bu  mənfur   adətin 

əleyhinə idilər. Farslar ölülərini quşlara yedirdirdilər, madalılar dəfn 

edirdilər. Madalıların xüsusi geyimləri var idi, farslar da o geyimdən 

istifadəyə başlamışdılar. Herodot yazır ki, fars çarı Kserkis Afinaya 

hücum edərkən   ordunun silahları “Midiya silahlarıdır, fars yox””. 

Deməli, farslarla madalıların silahları da fərqli idi. Mədəni üstünlük 

də madalılardadır. Farslar Əhəmənilər dövründə vergilərdən azad 

idi, madalılar ağır vergi altında idilər - ildə   saklarla birlikdə 450 

talant vergi verməli idilər. (Herodot, I,140; III,62-92) Madalılar bir 

etnos kimi çox qədim və məşhur idilər. Kalankatuklu Moisey Yafəsin 

nəslinin şəcərəsi içərisində Qomer (kimmerlər, qəmərlər), Maday 

(madalılar),   Maqoq   (aşkuzlar),   Yavan,   Tubal,   Meşek,   Tiras   və 

Hetləri   vermişdir.   Bunların   arasında,   göründüyü   kimi,   parslar 

yoxdur.(4; 14-15) Strabon yazır ki, “Deyilənlərə görə, midiyalılar 

ermənilərin və elə ondan əvvəl fars hökmdarlarının və adətlərinin 

baniləridir””. Və yenə yazırdı ki, “Ən cəsur adamın çar seçilməsi 

daha çox Midiya adətidir”” (Strabon, XI,13,11)

Bu cür fərqli keyfiyyətləri nəzərə alaraq tarixçilər qeyd edirlər 

ki,   madalılarla   farsların   qohumluğu   fikri   tamamilə   əsassız   və 

uydurmadır. Herodotun əsərində və Bisütun yazılarında madalılarla 

parslar düşmən xalqlar kimi təsvir edilir. Herodot göstərir ki, Midiya 

çarı Deyokun oğlu Fraorta parsların üstünə getmiş və düşmənini 

özünə tabe etmişdir.

229


Deməli,   madalılar   etnik   mənsubiyyətinə   görə   farslardan 

tamamilə fərqlənmişlər.

Məntiqsizlik   bir-birini   əvəz   edə-edə   məntiqi   nəticələr 

çıxarmağa   imkan   verir:   madalıların   İran   mənşəli   olmadıqlarını 

madalılar özləri və əksər tədqiqatçılar qeyd etmişlər, əgər müəllif 

iddia   edirsə   ki,   mannalıların   dilini   madalılar   iranlılaşdırmışlar, 

demək,   mannalıların   dili   İran   dillərindən   deyilmiş.   Mannalılar 

qafqazdilli də deyildi və qafqazdilli ola bilməzdilər.   İ.Əliyev özü 

mühüm bir tarixi həqiqəti qeyd etməklə yuxarıdakı məntiqsizliyin 

aradan   qalxmasına   kömək   etmişdir:   “...Arazdan   və   Urmiyadan 

başlamış  və müasir Türkmənistana qədər, Strabonun o məlumatını 

xatırlayaq ki, Midiyanın, Baktriya və Soqdiananın əhalisi “ən kiçiyinə 

qədər birdilli idi”” başqa sözlə, mahiyyətcə birdilli idi, yaxud antik 

müəlliflərin   Midiya   və   Parfiya   dillərinin   qohumluğu   barədə 

məlumatını nəzərə alaq  ki, ciddi nüfuz sahibləri tərəfindən təsdiq 

olunur və s”.” (3;24) Mannalıların türkdilli olduğu sübut olunmaqla 

yanaşı, bu sözlərdən digər çox mühüm bir problem – parfiyalıların 

da - türkmənlərin babalarının da türkdilli olduğuna şübhə qalmır.

Azərbaycan tarixi ilə bağlı zəngin fakt və materiallar vardır, 

təpərli alim lazımdır ki, yad təsirləri bir tərəfə atıb, vətən tarixini 

qədim   mənbələrin   verdiyi   materiallar   əsasında   yenidən   yazsın, 

Azərbaycanın   şanlı   tarixini   məhəbbətlə,   şirin   bir   dil   ilə   ortaya 

çıxarmağa çalışsın. 

Son Midiya çarı Astiaq kimdir? Necə olmuşdur ki, hakimiyyəti 

əldən   vermişdir?   Midiyalılar   kimlərdir?   Astiaq   tarixdə   necə 

qalmışdır?   Onun   haqqında   daha   nələr   vardır?   Xalq   onu   yadda 

necə saxlamış, onun barəsində nələr  demişdir? 

Bu sualların cavabları tarixi həqiqəti üzə çıxarmağa imkan 

verir.  Üzə çıxarır ki, «Midiya fars imperiyasıdır. Midiyalılar irandilli 

əhalidir. Astiaq bizə dəxli olmayan son Midiya çarıdır» kimi fikirlər 

dünyanın   və   bizim   ölkənin   –   Azərbaycan   xalqının   tarixinə   ən 

qərəzli münasibətdən doğan fikirlərdir.

Təkrar da olsa, bu qısa girişdən sonra biz bir ədəbiyyatşünas 

alimin, bir ədəbiyyat tədqiqatçısının böyük zəhmət  və ehtirasla 

ortaya çıxardığı həqiqətlər barədə bir neçə söz demək istəyirik.

230


Filologiya elmləri doktoru  Hüseyn İsrafil Əsgər oğlunun 

Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin