-sın, -sin, -sun, -sün;
Şühudi keçmişdə: - ;
Qalan zamanlarda
:
-
dır, -dürür
İsmi xəbərdə
:
-dır, -dürür;
1-ci şəxsin cəmi
Əmr şəklində
:
-
alum, -əlüm, -vuz, -vüz
;
Şühudi keçmişdə
:
-q, -k;
Qalan zamanlarda
:
-uz, -üz;
İsmi xəbərdə
: -uz, -üz
;
2-ci şəxsin cəmi
Əmr şəklində
: -nız,-niz
;
Qalan zamanlarda
:
-
sız, -suz; sınız, -siniz;
İsmi xəbərdə
:
sız, -suz;
187
3-ci şəxsin cəmi
Əmr şəklində:
-sunlar, -sünlər
;
Şühudi keçmişdə:
-lar, -lər;
Qalan zamanlarda: -
dır, -dur, -durur, -dürür;
İsmi xəbərdə: -
dır, -dur, -durur, -dürür
.
«Dastani-Əhməd Hərami»də:
1-ci şəxsin təki
Əmr şəklində: -
ayım, -əyim, -ayın, -əyin;
Şühudi keçmişdə: -
m;
Qalan zamanlarda:
-am, -əm
;
-vən;
-
im
;
İsmi xəbərdə: -
am, -əm;
2-ci şəxsin təki
Əmr şəklində:
- , -gil
;
Şühudi keçmişdə:-
n;
Qalan zamanlarda:
-san, -sən
İsmi xəbərdə:
-san, -sən;
3-ci şəxsin təki
Əmr şəklində:
-sın, -sin, -sun, -sün:
Şühudi keçmişdə: - ;
Nəqli və nisbi keçmişdə: -
dır, -dir
;
İsmi xəbərdə:
-dır, -dürür;
1-ci şəxsin cəmi
Əmr şəklində: -
alım, -əlim, -avuz, -əvüz
Şühudi keçmişdə:
-q, -k;
Qalan zamanlarda:
(-ız), -üz:
Arzu şəklində: -
vuz –vüz;
2-ci şəxsin cəmi
Əmr şəklində: -
ın, -in, -un, -ün; -ınız, -iniz
Şühudi keçmişdə:
-nız, -niz
;
Qalan zamanlarda: -
sız, -suz
;
188
Arzu şəklində:
-sız, -siz
;
3-cü şəxsin cəmi
Əmr şəklində:
-sınlar, -sinlər
;
Şühudi keçmişdə:
-lar, -lər; -lardı,-lərdi;
Qalan zamanlarda:
-lar, -lər; di(r)lər;
Arzu şəklində:
(-lar,-lər);
Əsərlərin dilində şəxs şəkilçiləri ilə bağlı aşağıdakı fərqləri
müəyyənləşdirmək olar:
1). MV-də («Mehri və Vəfa»da) əmr şəklinin 1-ci şəxs təki
-
ayım, -əyim, -ım, -im, -um, -üm
şəkilçiləri ilə düzəlmişdir; ƏH-
də («Dastani-Əhməd Hərami»də)
-ım, -im, -um, -üm
yoxdur, bu-
nun əvəzində həmişə
-ayım,-əyim
və onun
-ayın, -əyin
forması
işlənmişdir
.
Bir sıra detallardan hiss olunur ki, «Dastani-Əhməd
Hərami»də şivəçilik üstün olmuşdur, «Mehri və Vəfa» isə dövrün
qəbul olunmuş normalarına daha çox əsaslanmışdır. Şivəçiliyin
üstünlüyü, təbii ki, sonrakı haldır. Bunu başqa detallar da
göstərəcəkdir.
2). Əsərlərdə 1-ci şəxsin təki qalan zaman və şəkillərdə
əsasən eynidir -
-m, -am,-əm.
Fərq buradadır ki, ƏH-də indiki
zamanda və arzu şəklində
–vən
, qeyri-qəti gələcəkdə qapalı
–
im
şəkilçisi özünü göstərir:
Bən bilirvən
,
deyəvən, gedərim
(T.Onayda:
bilürven, olurven, s.21)
. Buradakı -
vən
b>v
keçidi ilə
bən
sözünün şəkilçiləşməkdə olan şivə variantıdır.
Gedərim
sözündəki
–im
isə arxaik forma olub, ahəng və qafiyə
xatirinə saxlanmışdır.
3).Əmr şəklinin 2-ci şəxs təkində hər iki əsərdə şəxs şəkil-
çisinin olmadığı hallar vardır. ƏH-də az hallardı –
gil
şəkilçisi iş-
lənmişdir. MV-də isə
olğıl, gəlgil
sözlərində olduğu kimi,
–ğıl,-
gil
çox fəaldır. Bu o deməkdir ki, şivəçilik elementləri çox olsa
da, ümumi ədəbi dilin tələbi ilə ƏH-də
-ğıl, -gil
məhdudlaşmaqdadır.
Qalan zaman və şəkillərdə MV-də şəxs şəkilçiləri həm açıq,
həm də qapalı saitli variantlarda (
-san, -sən, -sın, -sin
) olduğu
halda, ƏH-də artıq
sın, -sin
yoxdur. Bu hal aşkar şəkildə ədəbi
189
dildə açıq saitli variantın ƏH dövründə üstünlük qazanmış
olduğunu göstərir.
4). 3-cü şəxsin təki əmr şəklində hər iki əsərdə eynidir
-
sın, -sin, -sun, -sün.
Şühudi keçmişdə, indiki zamanda, arzu
şəklində şəkilçi yoxdur. Nəqli və nisbi keçmişdə, ismi xəbərdə
-dır, -dürür
şəkilçiləridir. Əsas fərq ondan ibarətdir ki, MV-də
-dürür
şəkilçisi bol-bol işləndiyi halda, ƏH-də çox seyrəkdir.
Deməli, bu şəkilçi artıq ƏH dövründə məhdudlaşmaqdadır.
5)
.1-ci şəxsin cəmini bildirən şəkilçilər də əsasən eynidir.
Əmr şəklinin
alım, -əlim
şəkilçisi MV-də
-alum, -əlüm
şəklindədir – dodaq variantı ilə. ƏH-də MV-dən fərqli olaraq, arzu
şəklində şivə çalarlı
–vuz. –vüz
şəkilçisi işlənmişdir ki, bu da
biz
sözünün şəkilçiləşmiş formasıdır.
6). 2-ci şəxsin cəmi hər iki məsnəvidə əmr şəklində eynidir,
- ın, -in, -un, -ün, -ınız, -iniz, -unuz, -ünüz.
Qalan zaman və
şəkillərdə ƏH-də
–nız,-niz, -sız, -siz
şəkilçiləri işlənmişdir. MV-
də bunlardan əlavə,
sınız, -siniz
şəkilçisi də var. Bu günə qədər
işlənməkdə olan bu şəkilçi, görünür, ƏH-də heca artıqlığı
mülahizələri ilə işlədilməmişdir.
7). 3-cü şəxsin cəmi hər iki əsərdə eynidir, lakin MV-də
dodaq variantı (-
sunlar, -sünlər
) əsasdır. ƏH-də
–lar,-lər
, MV-
da isə
-durur, -dürür
arxaik forması güclüdür.
Bir sistem şəklində şəxs şəkilçiləri də göstərir ki, «Dastani-
Əhməd Hərami»nin dili bizə daha yaxın dövrün dil xüsusiyyətlərini
əks etdirir, «Mehri və Vəfa» isə qədim formaları daha çox mühafizə
etməkdədir.
6. «Mehri və Vəfa»nın dilində aşağıdakı
feli bağlama
şəkilçiləri işlənmişdir:
-ubanı, --ibəni:
Varubanı
cadu gətirdi bana
. (71)
Biçibəni
ögünə töksün otı.(49)
-uban,-übən
:
Qamu bəglər
dağıluban
getdilər.(26)
Qəmu bəglər
dərilübən
gəldilər.(14)
-andan, -əndən (sonra):
Mən
öləndən
sonra küpü açasız.(14)
190
Aydır: Ey vay kim, işimi bilmədim
Kim,
sevəndən
Mehri bir gün gülmədim. (62)
-icəgin:
Bən dünyadan
edicəgin
güzər,
Mənə ol bir yer edəsiz məqərr.(14)
-ıcaq, -icək, -ücək
:
Məşğul
olıcaq
o sehrə ay yari,
Mat olurdu ol elin sahirləri.(26-27)
İyləyücək
ağzına ənbər yetür.(42)
Yenə
gəlicək
sənə çərtin verəm.(56)
-əcik:
Görəcik
qardaşı götürdi anı. (33)
-ıb:
Neylədin kim,
dilənüb
gəldin bana? (17)
-uv:
Bir qaçı gəldi ki, eyləyə şikar,
Avlayuv
pınar qatına gəldilər. (53)
-unca:
Kişi namusı
qoyunca
, ölsə yeg.(17)
Ol gecə
ertə olunca
getdilər
.(53)
-urkən, --irkən:
Cüftçi cüftinə
gedirkən
kim görür,
Hava yüzündə bir könlək gəlür.(24)
-
a, -ə:
Çıka
gəldi Xızır peyğəmbər nagah.(33)
Dönə
gəldi zəngidən akça dilər.(56)
-yü:
Qardaşım gələ
deyü
yola bakar.(35)
İstəyü
gələ Vəfa məni bula. (54)
-madan:
Açmadan
bənüm qatıma yetürün.(44)
-iyəcək:
Ah qıldı ol çiçəgi
göriyəcək
.(44)
-əcək:
Xoş olur dostlar
irəcək
dostuna.(46)
-əli:
Xub camalın
görəli,
ey nigar,
191
Aşiqin oldum, bənə eylə timar.(61)
«Dastani-Əhməd Hərami»də feli bağlamalar.
-ıban,-ibən, -uban
:
danışıban
dururlar (20),
uruban
lafı
tədbir etdi (21)
-əndə
:
Yüzün
görəndə
qalmaz idi qayğu (60)
-icək
:
Gedicək
artırdı dərdin (39)
-incək, -üncək
:
irincək:
görüncək
eşitdim (47)
--ıb, -ib,- ub
,
-üb:
Düni günə
qatıb
bular çü getdi.(19)
-up
:
Yayıldı ol yigitlər cümlə dağa,
Şikar istəyü
baxup
sola, sağa. (74)
-ınca, -incə, -unca
:
Üçünüz, dördünüz taşra
varınca
Bu iş məlum olur bir dəm
durunca
. (23)
-ərkən, -irkən
:
gedərkən
irdilər (19),
gəlirkən
yolu azdı (54)
-
a – a:
qova-qova
irdi (15)
-ı,-i, yu
:
duri
gəlib (18)
utanı
qızardı (39),
uğurlayı
(buldu) (56),
bulam
deyü
gəzərdi (69),
tutu
verin (74),
atı
verdi (75)
-madan
:
Açılmadan
nə tez döndü xəzanə. (49)
-əli:
Tamam bir yil olubdur
evlənəli.
(72)
-ərək, -yıraq:
Gəlirdi çevrə yanın
dinləyərək.
(51)
Arayıraq
bəni qatında bulur. (56)
-ucağız:
Sabah
olucağız
gör ki, nedərlər.(83)
-muş
:
Bir qapuda gördüm iki at durur,
192
Bir kişi əlində
dutmuş
oturur. (72-73)
Əsərlərdə
-ıban,-ibən,-uban
şəkilçisi, demək olar ki, eyni
nisbətdədir – MV-də 22, ƏH-də 21 dəfə işlənmişdir. Lakin artıq
daha arxaik forma olan
-ubanı, -ibəni ş
əkilçisi ƏH-də yoxdur.
–
ıb
şəkilçisi canlı danışıq dilinə aid olduğundan getdikcə işləkliyini
artırmışdır və bu gün də canlı dildə ən çox işlənən feli bağlama
şəkilçisidir. MV-də təqribən 18, ƏH-də 57 dəfə işlənmişdir. Bu da
MV-nin qədimliyi xeyrinədir.
Belə çıxır ki, hər iki əsərdə -
ıb
şəkilçisinin şivə variantı da
vardır – MV-də
– -uv
, ƏH-də
-up
şəklində. ƏH-dəki
–up
T.Onayın şəkilçini türk tələffüzünə uyğunlaşdırması ilə bağlıdır.
Əsərin orfoqrafiyasından danışarkən ərəb əlifbası ilə
alub, nə
əcəb
şəklində yazılmış sözləri
alup, ne acep
kimi transkripsiya
etməsi də bunu təsdiq edir (Onay, s. VI)
MV-dəki -
uv
feli bağlama,
-vuz
şəxs şəkiilçisindən görünür
ki, əsərin müəllifi şərq şivələri ilə bağlı olmuşdur. Bu əsərdəki –
icəgin
şəkilçisinə nisbətən, ƏH-dəki
–icək
şəkilçisi də müasirdir.
MV-dəki
–urkən, -irkən
şəkilçisi ilk hecada qapalı saitli olmasına
görə ƏH-dəki
–ərkən
şəkilçisindən qədimdir. MV-dəki
-ıcaq,
-icək, -ücək
,
-əcik
şəkilçisi ƏH-də zəifləmişdir – sonralar
tədricən –i saitini itirmişdir;
–iyəcək
şəkilçisi artıq ƏH-də yoxdur,
–əcək
şəkilçisi də yoxdur. ƏH-də
a – a, ə – ə
qoşa işlənən feli
bağlama şəkilçisi (
qova-qova
) MV-də yoxdur,
-a,-ə
tək işlənən
şəkilçidir:
baxa gəldi
.
Bütün bunlar «Meri və Vəfa»nı tarix etibarilə qabağa
aparır.
Bu əsərlərdə, təbii ki, düzgün oxunmayan misralar, sözlər
də var. «Dastani-Əhməd Hərami»də bir beyt belə verilib:
Atanız sizi ana
veribəndir
,
Quzum dəxi nə der, bir görəyin der.(35)
Birinci misradakı
veribəndir
sözündən belə güman etmək
olardı ki,
-ibən
feli bağlama şəkilçisindən sonra söz şəxs
şəkilçisi
-dir
qəbul edib. Əslində isə, misralarda təkrir var, -
dir
şəkilçi deyil,
deyir
sözüdür
:
birinci misra
Atanız sizi ana
veribəndir
yox,
Atanız sizi ana veribən der
(deyir) şəklində
oxunmalıdır
.
193
7.«Dastani-Əhməd Hərami»də sözlərin elə işlək formaları
var ki, həmin formalar sonrakı inkişaf dövrlərinə məxsusdur.
Deyərsən, gözləyərlər, bənzəyər, istəyin, arayın, yeyir
əvəzinə
dersən, gözlərlər, bənzər, istən, aran, yer
sözləri
nitq vasitələrinin daha çox sadələşdiyi, müasir şivə çaları
qazandığı dövrün məhsuludur. Bunlar ilkin sadə formalar deyil,
genəlmədən sonrakı sadələşmədir.
8. Kim
və
ki
bağlayıcılarının işlənmə imkanlarına diqqət
yetirək.
Məlumdur ki,
kim
qədim və ilkin formadır.
Ki
bağlayıcısı
onun son samitinin düşməsi yolu ilə yaranmış və tədricən
kim
bağlayıcısını tamamilə sıradan çıxarmışdır.
«Mehri və Vəfa»nın dilində:
kim – 76
qanda kim -3
öylə kim – 1
anca kim – 1
sanasan kim – 1
necə kim – 3
hər nə kim – 3
şöylə kim -2
nə kim – 2
ola kim – 5
netəkim – 1
«Mehri və Vəfa»nın dilində
kim
sözü bağlayıcı və ədat
formalarında 98 dəfə işlənmişdir.
ki – 41
ta ki – 1
kim ki – 1
nə ki – 1
qansılar ki – 1
hər nə ki – 1
şöylə ki – 3
hər kim ki -1
194
«Mehri və Vəfa»da
ki
bağlayıcı və ədat kimi 50 dəfə işlən-
mişdir. Bu o deməkdir ki, «Mehri və Vəfa»nın dilində
kim
ilə
ki
-
nin nisbəti ikidə birə bərabərdir, yəni
ki kim
-in yarısı qədərdir.
«Dastani-Əhməd Hərami»də:
kim – 63
zira kim – 1
qaçan kim – 4
məgər kim – 2
nəkim – 9
sanma kim – 1
netəkim – 1
ola kim – 1
sanasan kim – 1
Beləliklə,
kim
bağlayıcı və ədatı «Dastani-Əhməd
Hərami»də təqribən 83 dəfə işlənmişdir.
ki
– 54
qaçan ki
– 1
nə ki
- 1
Ki
bağlayıcı və ədatına isə əsərdə 56 dəfə rast gəlirik. Nis-
bət üçdə ikiyə bərabərdir.
Bu hal göstərir ki, hələ «Dastani-Əhməd Hərami»nin
qələmə alındığı dövrdə də
kim
bağlayıcısı
ki
-dən işləkdir.
«Dastani-Əhməd Hərami»də
kim
ilə
ki-
nin nisbətinin üçdə ikiyə
bərabər olması o deməkdir ki,
ki-
nin işləkliyi artmışdır -
kim
bağlayıcısının 75 faizi qədərdir. «Mehri və Vəfa»da isə 98 ilə 51
nisbətindədir, yəni tam yarıdır –
ki kim
-in 50 faizi qədərdir. Bu
hal təsdiq edir ki, «Dastani-Əhməd Hərami»də
ki
bağlayıcısı
xeyli irəliləmişdir,
kim
bağlayıcısı ilə bərabərləşə bilməsə də, ona
çatmaq üzrədir. Bu proses davam etdikcə,
ki
üstünləşdikcə,
kim
geriləməli və sıradan çıxmalıdır. «Mehri və Vəfa»da isə
ki
hələ
kim
-in yarısı qədərdir.
Bu müqayisə bir daha təsdiq edir ki, «Dastani-Əhməd
Hərami» «Mehri və Vəfa»dan sonrakı hadisədir, yəni «Mehri və
Vəfa» ondan əvvəl yaranmışdır.
195
9. Məsnəvilərdə işlənmiş arxaizmlər diqqəti daha çox cəlb
edir. Onların müqayisəsi da müəyyən qənaətə gəlməyə imkan
verir.
Bir sıra arxaik fellər hər iki əsərin dilində işlənmişdir:
MV-də:
aytmaq (aydır, ayıtdı)
– demək, danışmaq,
söyləmək,
bulmaq
– tapmaq, əldə etmək,
bulaşmaq
– görüşmək,
tapışmaq, qucaqlaşmaq,
düşmək
– yıxılmaq, düşmək,
dirmək
–
göndərmək, toplamaq, yerinə gətirmək, yığmaq,
əvərmək
–
evləndirmək,
ilətmək (iltürəm, ilətdilər, iltürdi)
– aparmaq,
çatdırmaq, yetirmək,
irmək/yirmək
- gəlmək, çatmaq, yetişmək,
girmək,
irişmək
– çatmaq, gəlmək, yetişmək,
irgürmək/irgüzmək
– yetişdirmək, çatdırmaq,
istəmək
- axtarmaq, istəmək,
ismar-
lamaq
- tapşırmaq, sifariş göndərmək, xəbər vermək,
qılmaq
-
etmək, eləmək, tapmaq, tikmək, yaratmaq,
qonmaq
- bir yerə
düşmək, məskun olmaq, gecələmək, yerləşmək, qonaq olmaq,
oku-
maq
– çağırmaq, oxumaq,
sunmaq
- vermək, yemək, tökmək,
təqdim etmək, həmlə etmək,
tana qalmaq
- təəccüb etmək.
ƏH-də:
aytmaq
– demək, danışmaq,
bulmaq
- tapmaq,
buluşmaq
– tapışmaq, görüşmək,
düşmək
- aşmaq, yıxılmaq,
düşmək,
dirmək
– toplamaq, gətirmək, yerinə qoymaq,
evərmək
- evləndirmək,
iralmaq
– uzaqlaşmaq, ayrılmaq,
i-
rmək/ərmək
-- gəlmək, çatmaq, yetişmək, kənar etmək,
irişmək
– çatmaq, yetişmək,
istəmək
– axtarmaq, istəmək,
ismarlamaq
–
tapşırmaq, xəbər göndərmək,
qılmaq
- etmək,
qonmaq
– düş-
mək, oturmaq,
oxumaq
- oxumaq, çağırmaq,
sunmaq
- vermək,
təqdim etmək, qismət olmaq,
tana qalmaq
– təəccüb etmək,
ur-
maq (başı uruldu, qulaq urdu, nəqarələr uruldu, üz urdu
və
s.) - vurmaq, qoymaq, demək.
MV-də görüşmək, tapışmaq, qucaqlaşmaq mənasında
bulaşmaq
feli işlənmiş, ərəb əlifbası ilə də bu şəkildə yazılmışdır
(3, 33), ƏH-də
buluşmaq
şəklindədir.
İlətmək
feli MV-də
iltürəm, ilətdilər, iltürdi
şəkillərində də işlənmişdir, ƏH-də
yoxdur. MV-də:
irmək
felinin
(
gəlmək, çatmaq, yetişmək, girmək
mənalarında)
irgürmək/irgüzmək
– yetişdirmək, çatdırmaq;
Dostları ilə paylaş: |