n>l
keçidinə əsasən bu qənaətə gəlir ki,
şumer dilindəki «oğlan», «bala» mənasında
ibilu
sözü
akkadların
ibn
sözündəndir: «Beləliklə, ehtimal vermək olur ki,
158
əkkədlər və şomerlər bir-birilən qonşu olanda «ibn» sözü bir
köçəri söz kimi şomerlərin dilinə köçüb».
Əslində isə, kökü
ba/bi
olan bu söz ulu dildən bütün dil ailə-
lərinə yayılıb; ilkin dövrlərdə böyümək, bitmək, inkişaf etmək mə-
nasında həm böyük, həm də balaca mənasının inkişafı üçün əsas
olub. Rus dilində
bolğşoy,
b>m
keçidi ilə
malış,
fars dilində
bozorq,
türk dillərində
bitki, balaca, böyük
, ərəb dilində
kəbir,
əkabir
və
ibn
sözləri bu kökdəndir.
Şumer dilinin son – final mərhələsini şumerlərin iqtisadi-
siyasi inkişafının mürəkkəbləşməsi ilə yanaşı, sözlərinin də
birləşərək mürəkkəb sözlər düzəltdiyi, dilin bu yolla zənginləşdiyi
dövr sayır. Təbii ki, dilin inkişaf mərhələləri onun köklü surətdə
bir hissəsinin (fonetik, leksik, qrammatik səviyyədə) köhnəlməsi
və başqa vasitələrlə yeniləşməsi ilə bağlı olur. Tədqiqatı bu
istiqamətdə qurduğundan və eyni prosesləri türk dillərinin inkişaf
tarixində gördüyündən müəllif bir az əvvəl qeyd etdiyimiz fikrini
burada da təkrar edir: «Şomer dili və onun xələf balası türk dili
tarixi inkişaf və təkamül yolun bir ülgü və səviyyə ilən keçiriblər.
Nəhayət, demək olar ki, türk dilinin təkamül və inkişaf yolu şomer
dilinin keçirdiyi yolun davamı olmuşdur».
Görkəmli şumerşünaslardan Con Hallorn (John A, Hallorn)
şumer dilində fonetik tərkibinə görə sözləri 20 növə ayırmışdır.
Xeyavi bu quruluşu 23-ə çatdırmış, fonetik formaların hər birinə
aid şumer dilindən misal vermiş, sonra eyni quruluşun
Azərbaycan dilində olduğunu göstərən nümunələr gətirmişdir.
Lakin hiss olunur ki, həmin fonetik tərkiblər şumerdə söz kök-
lərindən, əsaslardan ibarətdir, müəllif isə Azərbaycan dilində
sözdəyişdirici şəkilçiləri də işə qatmışdır; məsələn: şumerdə –
buranun
– boran, fırtına, tufan; Azərb. dilində -
sarımaq
.
Sarımaq
sözünün kökü (
sarı
) həmin quruluşa uyğun deyil.
Yaxud: şumerdə –
tabira
– dəmir, Azərb.dilində:
verişi.
Bu söz
verici
şəklində olsa idi, düz olardı.
Müəllifin fikrincə, CV şəklində olan sözlər tarixən CVC şək-
lində olmuş, sonralar belə sözlərin son samiti düşmüşdür. Əslində
isə həmin sözlər daha qədimlərdə (protoşumerdə və daha əvvəllər)
elə iki səsdən ibarət olub, sonralar artırılmış samit müəyyən
dövrdən sonra yenidən düşüb. Məsələn, müəllif
gəlmək
159
məsdərindən
gə
sözünü misal vermişdir. Xeyaviyə görə, bu söz
gəl
şəklində tam formadadır, lakin şivələrdə
gə
şəklində işlənir və
son samiti düşür. Bu, doğrudur, amma nəzərə almaq lazımdır ki,
tarixən sözün kökü
gi/ge
olmuş (ayaq və getmək, yerimək mə-
nalarında), sonralar ora qayıdış növün şəkilçisi daşlaşmaqla
gəl,
icbar şəkilçisi daşlaşmaqla
get
sözləri yaranmışdır.
Müəllif sait səsləri xarakterinə görə iki növə ayırmışdır:
Qalın, ağır və ya doymuş saitlər: u ü a i
Zəif, nazik və ya doymamış saitlər: o ö e ə
Bu bölgüyə əsasən də söz köklərini güclü və ya zəif köklər he-
sab edir. Saitlərin bölgüsü, təbii ki, düzgün deyil (a, ı, o, u – «doy-
muş», qalanı «doymamış» saitlər ola bilərdi). Əlavə olaraq yazır ki,
«
Ə
saiti ortaq bir saitdir. Yəni həm qalın, həm də zəif saitdir. Əgər qa-
lın saitlərlən bir sözün strukturunda şirkət etsə, özü də bir qalın sait
sayılacaq, amma əgər sözün strukturunda zəif saitlər daxil olsalar, bu
da bir zəif sait tanınacaq. Demək, «ə» saiti bir-iki rol ifaedici saitdir».
Bu fəslin 2-ci bölümündə bizim monogenez problemi baxı-
mından maraqlı bir fikir söylənmişdir. Müəllif faktlar gətirir ki, qə-
dim ölü dillərdə, mixi yazılı abidələrin dilində, o cümlədən
«Avesta»da sözlərin əvvəlinə əlif artırmaqla onun mənasını əksinə
çevirmişlər. Misallar:
mordad
– ölümlü,
amordad
– ölümsüz;
nuş
– ölüm,
anuş
– ölümsüz və s. Bu saiti müəllif «nəfyedici sait»
adlandırır. Və həm də qeyd edir ki, fars dilinə nisbətən, türk
dillərində bu hal daha güclü olmuşdur. Türk-Azərbaycan dilindən
nümunələr:
Durmaq – oturmaq (Durmaq
sözü tarixən
turmaq
şəklindədir)
Yatmaq – oyatmaq
Yuxu – ayux
Tutmaq – atmaq
Tələmək – itələmək
və s.
Eyni zamanda,
ana
sözünün həmin yolla
nənə, ata
sözünün həmin yolla
dədə
sözündən yarandığını güman
etmişdir.
Burda maraqlı cəhət odur ki, biz
a
ön şəkilçisini (
anormal,
aqnostik, amorf
və s. tipli alınma sözlərdə) Hindavropa dillərinin
dədə-baba xüsusiyyəti hesab etmişik. Yuxarıdakı misallardan
160
aydın olur ki, həmin xüsusiyyət təkcə Hindavropa dillərinə
məxsus deyildir və ulu dildən gələn bir xüsusiyyət olub, oradan dil
ailələrinə yayılmışdır. Türk dillərində də geniş miqyasda işlənmiş,
lakin tədricən son şəkilçililik gücləndikcə, prefikslər sıradan çıxdıqca
öz işləkliyini itirmişdir. Bu hal dillərin bir kökdən olduğunu göstərən
mühüm bir dəlildir.
Bu bölmənin sonunda əhəmənilərin, Makedoniyalı
İskəndərin, sasanilərin və xüsusilə ərəblərin Azərbaycan xalqının,
Azərbaycan dilinin inkişafına vurduğu zərbələrdən söhbət
açılmışdır.
Fəslin son bölməsində Xeyavi iki mühüm məsələyə diqqət ye-
tirmişdir: əvvəl Ural-Altay dillərində
ş
və
l
samit keçidlərini araşdır-
mış, sonra bu tutuşdurmanı Ural-Altayla şumer dili arasında apar-
mışdır. 50-dən artıq sözün müqayisəsi əsasında prototürk ilə Ural-
Altay dillərində
L>Ş
keçidini aşağıdakı nümunə tipində izləmişdir:
Prototürkdə:
elit
– eşitmək
Orta (qədim) t. -
eşit
Tatar -
işet
Azərb.
– eşit
Xakas –
ist
Qazax –
est
Noğay –
esit
Qaraqalpaq
– esit
Salar –
işti
Qumıq –
eşit
və s.
Yaxud əksinə hallar;
ş>l
keçidi:
Şumerdə:
gişgə
Türkdə:
gilgə,
kölgə
Şumerdə:
qeş
Türkdə:
qul-aq
Əksinə hal;
l>ş
keçidi:
Şumerdə:
el
– çöl, bayır
Türk:
eş-ik
Bu cür fonetik dəyişmələr sistemini müəyyən edə bilmək
elmi baxımdan çox faydalıdır.
161
Əsərdə fonoloji müqayisələrə geniş yer verilmiş («Şomer
və Ural-Altaik dillərinin arasında fonologiya dəyişilmə ortaqlığı»
fəsli), şumer dilində başlanğıc və orta samiti
p, b, t, d, ç, s, k,
q, m,
n
-dan ibarət olan sözlərdə Ural-Altay dillərində səs
keçidləri araşdırılmışdır. Məsələn:
Şumer:
ibilu
– bala, oğlan
Ural:
poik
– oğlan
Altay:
bala
– bala
Azərb.:
bala
Monqol:
bala
Tunqus:
bula
– bala.
Yaxud:
Şumer:
peş
– oğlan, bala
Ural:
poika
– oğlan
Altay:
poyu
– gənc
Azərb
.: boy-lu
Monqol:
boya
– oğlan
Tunqus:
puy-kte
– oğlan və s.
Sonra hər bir sözdə bu cür müqayisənin nəticəsini göstərən
cədvəl verilmişdir.
Son fəsil 352 şumer sözünün türk, fars, ingilis dilləri ilə
müqayisəli lüğətindən ibarətdir. Lüğət böyük zəhmətin nəticəsi
olub, izahlı-etimoloji təhlil əsasında tərtib edilmişdir və bəzən bir
sözün izahına bir neçə səhifə yer verilmişdir. Lüğət şumer – türk
varisliyini əks etdirən zəngin dil materialından ibarətdir.
Müəllifin yazı tərzi bizim ədəbi dil normalarına müvafiq
olmasa da (bu hal həm cümlələrin quruluşunda, həm də leksik və
qrammatik vasitələrdən, köməkçi nitq hissələrindən, durğu
işarələrindən istifadədə özünü göstərir), zəhməti böyükdür. Əsər
türklərin şumerlərin varisi olduğunun üzə çıxarılmasında yeni addım
sayıla bilər. Müəllif əksəriyyəti xarici dillərdə olan 140-dan artıq
elmi ədəbiyyatdan istifadə etmişdir. Bunlardan 20-si Azərbaycan və
türk, 60-a qədəri ingilis, qalanı fars, ərəb dillərində olan və ya ərəb
əlifbalı mənbələrdir.
Xeyavi mövzu ilə bağlı bir sıra məqalələrin, iki nəfis kitabın
müəllifidir. Çoxcildli şumer - türk lüğəti hazırlamağı planlaşdırmış,
162
lüğətin birinci cildini nəşr etdirmişdir. Əsərləri nəzəri və elmi-
praktik cəhətdən maraqlı və qiymətlidir.
Müəllifə sağlamlıq və bu yolda tədqiqatını daha uğurla
davam etdirməyi arzulayırıq
18.11.06
163
XI ƏSRİN ANADİLLİ MÖHTƏŞƏM
ABİDƏSİ
M.Füzuli adına Əlyazmaları İnstitutunun iki əməkdaşı
böyük zəhmət çəkib, üzə çıxarıblar ki, türk-azəri dilində
yazılmış «Mehri və Vəfa» adlı gözəl bir məsnəvi var və bu
məsnəvi XI əsrə aiddir, sənin yazılı ədəbiyyat tarixini iki əsr
əvvələ aparır. Nə üçün sevincini və ya kədərini bildirmirsən?
Etiraf edək ki, bizim cəmiyyətdə çox böyük ruhi
ölgünlük, süstlük var. Bu cəmiyyət heç bir şeylə
maraqlanmır. İstəyirsən Həzrət Musanın əsasını tap, at də-
ryaya, dəryanın suyu qurusun, yenə laqeyd-laqeyd baxıb çı-
xıb gedəcəklər öz kəsbkarlıqlarına
.
Həmişə deyərdik ki, Azərbaycan yazılı ədəbiyyatının başlan-
ğıcı Həsənoğluya və onun iki şerinə möhtac ola bilməz. Bu dil
bir xalq dili kimi, Həsənoğludan min il əvvəl formalaşıb, onun
müasir dilimizin bütün quruluş modellərini mühafizə edən
«Kitabi-Dədə Qorqud» kimi əzəmətli abidəsi var. Şərqin bütün
mərkəzi kitabxana və muzeylərini gəzmək, ana dilimizin,
ədəbiyyat və mədəniyyətimizin ilkin nümunələrini toplayıb
yüksək tirajla çap edərək bu xalqın keçmişini üzə çıxarmaq
böyük qeyrət tələb edir. Amma indiki halda bu sahədə heç bir
təşəbbüs müşahidə olunmur. Hətta bir çoxları xalqın dili ilə, ta-
rixi ilə bağlı üzə çıxarılanlara da xor baxır, ağız büzür. Türkün ən
böyük düşməni öz içərisindədir, laqeydlik və məsuliyyətsizlikdir.
Amma, görünür, tarix özü, zaman özü bizdən ağıllı və
tədbirlidir, insan əməyinin izsiz yox olmasına imkan vermir.
Həsənoğlunun ardınca «Dastani-Əhməd Hərami» məsnəvisi
tapıldı. XIII əsrin bu gözəl abidəsini də Azərbaycan yazılı ədəbi
dilinin təşəkkül dövrü abidəsi kimi izah etməyə başladılar. Bu
fikrə əsasən, yazılı ədəbi dilimiz ümumxalq Azərbaycan dilinin tə-
şəkkülündən (III-V əsrlər) min il sonra – XIII əsrdə
formalaşmağa başlayıbmış. Amma biz daim buna da etiraz
etmişik. Bu əsər təşəkkül dövrü abidəsi ola bilməz, zəngin və ra-
hat bir ənənənin məhsuludur. “Dastani-Əhməd Hərami”"ni tərtib
164
və çap edən AMEA-nın müxbir üzvü, professor Ə.Səfərli əsərə
yazdığı ön sözdə hələ 1978-ci ildə deyirdi: “Bu da təbiidir ki,
qədim və zəngin ədəbi-mədəni təcrübəyə, özünəməxsus bədii-
poetik ənənələrə malik olmayan bir xalq XIII əsrdə ana dilində
belə bir gözəl sənət abidəsi yarada bilməzdi. Habelə bu poema
göstərir ki, doğma dildə bədii əsərlər yaratmaq ənənəsi qədim
dövrlərdən başlamışdır”. (1, 3)
Biz bu əsəri yazılı ədəbi dilin təşəkkül yox, bir neçə əsrlik
inkişaf yolunun abidəsi hesab etmişik. (2, III-V) Təşəkkül üçün
zəruri olan kələ-kötürlük, pəltəklik, dil və poetik cəhətdən
naqislik bu əsərdə müşahidə edilmir. Əksinə, Ə.Səfərlinin qeyd
etdiyi kimi, bu gözəl sənət abidəsi səlis bir yazılı ədəbi dilin
parlaq nümunəsidir.
Odur ki “Dastani-Əhməd Hərami"” yeganə ola bilməzdi,
ona bənzər, bəlkə ondan daha gözəl anadilli sənət abidələri
ortaya çıxmalı idi. Çıxdı da. Budur, nəticə göz qabağındadır:
Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmaları
İnstitutunun bu günlərdə nəfis şəkildə çap etdiyi «Mehri və
Vəfa» məsnəvisi, son dərəcə gözəl bir sənət abidəsi kimi, ana-
dilli yazılı ədəbiyyatın tarixini iki əsr irəli aparır – X1 əsrin
ortalarına çatdırır. (3, 4-10) Lakin o qədər kamil, o qədər
məzmunlu, ana dilində o qədər yüksək keyfiyyətdə yazılmışdır ki,
onu da təşəkkül dövrünün abidəsi hesab etmək mümkün deyil.
Bu əsər də uzun inkişaf yolunda olan, səlisləşmiş, normaya
düşmüş, mühüm ənənələri olan bir ədəbiyyatın, bir ədəbi dilin
nümunəsidir. Mənliksiz və məzhəbsiz kiçik bir xalqın birinci
minilliyin ortalarına aid kitabları var, lakin o dövrdə - VII-VIII
əsrlərdə erməni dilinin quruluşunu dəyişən, onu iltisaqi dilə
çevirən, Gürcüstan ərazisində geniş işlənməklə az qala gürcü
dilini sıradan çıxarmaqda olan Azərbaycan türk dili
Həsənoğlunun ümidinə qalmışdı. Qala bilməzdi.
Məsnəvi iki dəfə nəşr olunub: 2001 və 2005-ci illərdə. Hər
ikisi Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyaz-
malar İnstitutu xəttilə nəşr olunub. Birinci nəşr Kamandar və Ay-
sel Şəriflilər tərəfindən hazırlanmış, kiril əlifbası ilə nəşr olunmuş,
əsərə 2,5 müəllif vərəqi həcmində ön söz yazılmış, sonda çətin
sözlərin lüğəti verilmişdir. Əsər «İrşad» İslam Araşdırmaları
165
Mərkəzinin direktoru, professor Rafiq Əliyevin yığcam ön sözü
və həmin mərkəzin sponsorluğu, M.Z.Nağıyev və M.M.Adilovun
redaktorluğu ilə çap olunmuş, titul səhifəsində «Ədəbiyyatımızın
və dilimizin nadir abidəsi» kimi qiymətləndirilmişdir. İkinci nəşrdə
isə məsnəvi latın qrafikalı əlifba ilə çap olunmuş, eyni zamanda
mətn ərəb əlifbası ilə də verilmişdir (xəttat M.Əzizov). Ərəb
əlifbası ilə verilən mətndə nüsxə fərqləri müəyyən edilmişdir.
Elmi-tənqidi mətni, hazırkı əlifbaya çevirəni, nəşrə hazırlayanı,
ön sözün və lüğətin müəllifi Aysel Şərifovadır. Bu çapda ön söz
qısadır. Yaxşı olardı ki, birinci nəşrdəki ön sözün səhvləri düzəl-
dilməklə bu nəşrə də daxil edilə idi, çünki daha əhatəlidir və hə-
min müqəddimədə əsər geniş təhlil edilmişdir. (4, 5-37)
Əsərin iki əlyazması qalmışdır. Bunlardan biri 1827-ci ildə
qazaxlı Məhəmməd Kəminə, digəri 1834-cü ildə tanınmış alim,
pedaqoq və kitabşünas Əbdülqəni Nuxəvi Xalisəqarızadə (bax:
5) tərəfindən köçürülmüşdür. Birinci nüsxə 1490, ikincisi 1574
misradan ibarətdir. Müəlliflər birinci nəşrdə Əbdülqəni Nuxəvinin
köçürdüyü əlyazmanı etibarlı saymışlar: «Əbdülqəni Nuxəvi əsə-
rin mətnini hələ gənc yaşlarında köçürməsinə baxmayaraq,
köçürdüyü əlyazmanın imla xüsusiyyətlərini saxlamağa çalışmış
və onun dilinə və üslubuna müdaxilə etməkdən çəkinmişdir».
«Əbdülqəni Nuxəvi Xalisəqarızadə gələcəyin mətnşünas alimi ki-
mi, əsərin dilində olan saysız-hesabsız arxaik söz və ifadələri
olduğu kimi saxlayaraq, onları müasirləşdirməmişdir».(4, 7) Mü-
əlliflər bu nüsxənin köçürüldüyü əlyazmanı daha qədim say-
mışlar. 1827-ci ildə qazaxlı Məhəmməd Kəminə tərəfindən üzü
köçürülmüş nüsxə haqqında yazırlar: «Məhəmməd Kəminə məs-
nəvinin mətnini köçürərkən orada çoxlu ixtisarlara, əlavələrə və
dəyişmələrə yol verilmişdir. Bununla da «Mehri və Vəfa» poema-
sının təhrif olunmuş bir nüsxəsi meydana gəlmişdir. Əbdülqəni
Nuxəvinin nüsxəsindən fərqli olaraq, Məhəmməd Kəminənin
əlyazmasında poemanın 28 misradan ibarət müqəddiməsi ixtisar
edilmişdir. Bundan başqa, əsərin mətnində bir sıra beytlər
tamamilə dəyişdirilmiş, bəzi epizodlara əlavə beytlər daxil edil-
miş, bəzi hissələrdə isə ayrı-ayrı beytlər ixtisar edilmişdir, Bun-
lardan başqa, poemanın dilində olan arxaizmlərin bir qismi daha
müasir variantları ilə əvəz edilmişdir».(4, 8)
166
Lakin bununla belə, əsərin bu nüsxəsinin əhəmiyyəti də
qeyd edilmiş, müəllifin adı, bir çox beyt və misraların dəqiqləş-
dirilməsi bu nüsxə əsasında mümkün olmuşdur. Kəminənin
əlyazması Nuxəvinin əlyazmasından kiçikdir – 84 misra azdır.
İkinci nəşrinin müqəddiməsində Aysel xanım Şərifli əsərin
iki əlyazmasının qaldığını yenidən qeyd edərək yazır: «Bunlardan
biri 1827-ci, digəri isə 1834-cü ildə qazaxlı Məhəmməd Kəminə
və XIX əsrin tanınmış alimi, pedaqoqu və kitabşünası Əbdülqəni
Nuxəvi Xalisəqarızadə tərəfindən köçürülmüşdür. Məhəmməd
Kəminənin nüsxəsi 1490, Əbdülqəni Nuxəvi Xalisəqarızadənin
nüsxəsi isə 1574 misradan ibarətdir. Məhəmməd Kəminənin
nüsxəsinin mətni Əbdülqəni Nuxəvinin əlyazmasının mətnindən
84 misra az olmasına baxmayaraq, birincidə məsnəvinin dili
olduqca arxaikdir. Buna əsaslanaraq deyə bilərik ki, Məhəmməd
Kəminə öz nüsxəsini məsnəvinin çox qədim bir əlyazmasından
köçürmüş və əsərin dilində müasirləşdirməyə o qədər də yol
verməmişdir” .(3, .4)
Düşünmək olur ki, Aysel xanım birinci çapdan keçən
müddət ərzində əsərin əlyazmaları üzərində daha çox işləmiş və
nəticədə birinci çapdakı fikrini dəyişmiş, Kəminənin köçürdüyü
nüsxəni etibarlı bilmişdir. Bu nüsxəni əsas götürsə də, o biri
nüsxə – Nuxəvinin nüsxəsi ilə müqayisələr aparılmış, ərəb
əlifbası ilə olan mətndə fərqlər qeyd edilmişdir.
Əsərin dilində diqqəti çəkən ən mühüm cəhət leksika və
qrammatikada arxaiklikdir. Bu cəhətdən məsnəvinin dili sonrakı
dövr ədəbiyyatından əvvəlki dövrə – «Kitabi-Dədə Qorqud»un
dilinə daha yaxındır. Xalis Azərbaycan-türk sözlərinin çoxunda
fonetik və ya leksik arxaiklik mövcuddur. Əsərin dilində alınmalar
da çoxdur. Bunlar da «Dədə Qorqud»dakı türk mənşəli sözlərlə
alınmaların nisbəti qədərdir.
Bütün hallarda hiss olunan əsas cəhət bundan ibarətdir ki,
məsnəvi folklor dili, canlı danışıq dili əsasında yazılmışdır.
İkinci nəşrdə əsərin XI əsrə aid olduğu, XI əsrin ortaların-
da – 1055-1056-cı illərdə yazıldığı göstərilir. Bizi və bütün
vətənsevər oxucuları bu cəhət daha çox maraqlandırmalıdır.
Odur ki biz məsnəvinin sənətkarlıq məsələlərinin tədqiqi ilə deyil,
onun yaranma tarixinin, müəmmanın açılışı əsasında izah edilmiş
167
tarixin dil vasitələri ilə təsdiq olunub-olunmadığını öyrənməli və
əsas leksik-qrammatik xüsusiyyətləri araşdırmalıyıq.
Tərtibçinin izah etdiyi müəmma göstərir ki, əsər XI
yüzilliyin ortalarında qələmə alınıb. Lakin onu XV əsrə aid
edənlər də var. Amma tərtibçinin dediyi kimi, əsərin dili «Kitabi-
Dədə Qorqud»un dilinə yaxındır, arxaik formalar onu XV əsrə aid
etməyə imkan vermir və əsər dil etibarilə XV əsr poemalarından
çox fərqlənir. Lakin bunları sübut etmək lazımdır. Sübut üçün
əlimizdə elə bir fakt yoxdur. Yalnız dil materialı var. Odur ki biz
bir ildən artıq bir müddətdə götür-qoy etdikdən sonra belə
qənaətə gəldik ki, heç bir tərəfgirlik etmədən bu əsərin dilini XIII
əsrin abidəsi olan «Dastani-Əhməd Hərami»nin dili ilə müqayisəli
öyrənməliyik.
Əsərin qədimliyinin təsdiqi üçün meyar «Dastani-Əhməd
Hərami»nin dili olmalıdır. «Dastani-Əhməd Hərami» XIII əsrə aid
olduğundan «Mehri və Vəfa»nın dil faktları hər bir sahədə onun dil
faktlarından qədim olmalıdır. Bunun təsdiqi üçün bir-iki qrup faktı
deyil, fonetik, leksik və qrammatik xüsusiyyətləri küll halında nə-
zərdən keçirmək vacibdir.
«Dastani-Əhməd Hərami» 1632 misradan ibarətdir. «Mehri
və Vəfa» ilə həcm etibarilə də yaxındır. Odur ki «Mehri və Vəfa»
əsərini «Kitabi-Dədə Qorqud»un dilini nəzərə almaqla, bu
məsnəvi ilə müqayisə etmək olar. Müqayisə üçün şəxs şəkil-
çilərinə, feli bağlamalara, hal müvaziliklərinə, arxaik leksikaya,
alınmalara, əsərlərin frazeologiyasına, açıq və qapalı saitlərin
inkişafı məsələləri və s.-ə diqqət yetirmək lazım gəlir.
Biz bu əsərlərin dili üzərində uzun müddət müşahidələr
apardıq, bəzən dil faktlarını konkret hesablamalarla tutuşdurmalı
olduq. Dil faktlarından aldığımız nəticələri həmin faktların təhlili ilə
birgə qeyd edirik.
Dostları ilə paylaş: |