ilgiləri» mövzusunda dissertasiya müdafiə etmişdir.
Müdafiə yüksək səviyyədə keçmişdir.
Əsər haqqında filologiya elmləri doktoru, professor
Q.Ş.Kazımovun rəyini dərc edirik.
«Kredo», 2-9 dekabr 2006
Şumerlər Yer üzündə bəşər sivilizasiyasını yaradan ilk, ən qə-
dim və ən mükəmməl insanlar olduğundan yalnız bir xalqı, bir filoloji
aləmi deyil, mixi yazıların oxunmağa başladığı ilk gündən bütün bə-
şəriyyəti düşündürməkdədir. Gil lövhələrin hamısını oxumağın müm-
kün olmaması ilə yanaşı, bir tərəfdən də qədim İkiçayarası ərazilərdə
axtarışlar dayandırılmış, dünyanın ən müqəddəs əraziləri olan bu
yerlər topa tutulmuş, Amerika imperializminin qırğın meydanına çev-
rilmişdir. Bu cür müqəddəs yerlərə top atanların özləri məhv olmalı-
dır. Digər böyük çətinlik isə ondan ibarətdir ki, kiçik Yer kürəsinin
əhalisini neçə yerə parçalayıblar, insan dinayrı qardaşlara çevrilib.
Və bir mühüm çətinlik də ondan ibarətdir ki, bir kökdən olan, lakin
gücü, silahı çox olan insan o birini əzməyə, məhv etməyə çalışır, irqi
ayrılıq-seçkilik salır ortalığa.
Çətinliklər çoxdur. Mixi yazıların samitlər sistemi, hətta sözün,
cümlənin mənası da dəqiq, əksərən dəqiq müəyyən edilib, lakin
sözə fon verən, onu sözə çevirən saitlər bir çox hallarda düzgün
müəyyən edilmədiyindən bərpa edilmiş sözün səslənmə tərzi onu
müasir şəklindən çox fərqləndirir və nəhayət, gil lövhələri oxuyanlar
içərisində bir nəfər də türk yoxdur ki, bəşər mədəniyyətinin bəşərə
düzgün çatdırılmasında sosial-siyasi məqsəd güdmədən xidmət
göstərə. Və bilavasitə bu dissertasiya ilə bağlı söhbətə gəldikdə ən
böyük çətinlik ondan ibarətdir ki, cənubunda azəri-türk xalqının ana
150
dilində bir məktəbi belə yoxdur ki, təhsil alsın, öz dilini elmi şəkildə
öyrənsin, onun tarixi tədqiqi yollarını araya bilsin.
Şumerlərin gil lövhələri ilk növbədə hindavropalıların əlinə dü-
şüb, onlar mixi yazıların oxunma tərzini kəşf ediblər, lakin onlar
oxuduqlarının hansı xalqa məxsus olduğunu etiraf etmək
istəməyiblər, ilk dövrlərdə etiraf etsələr də, tədricən şumer
mədəniyyətinin yaradıcılarını varissiz adlandırıb, məsələyə nöqtə
qoymaq istəyiblər.
Lakin insan yalnız sərvət toplamaqla, yemək, yatmaqla maraq-
lanmır. Ona öz keçmişini öyrənmək də xoşdur, öyrəndikcə 6-7 min il
əvvəlki babalarına heyrətlə baxır, onların təfəkkür möcüzələri ona il-
ham verir.
Rəhman Purəkbər Möhsüm oğlu
Xeyavi yazır: «Klas başında
fars dilinin lüğətlərin bir-bir analiz edirik və onları yüzlər və bəzən
minlər il dala qaytarıb, onların ata-babaların və əsli-nəsəblərin ta-
pırıq, bəs nə səbəbə belə iş bizim ana dilimizin haqqında həyata
keçirilmir?» Bir xalqın ki, indiki zamanda ana dilində məktəbi
yoxdur, o, ana dilinin sözləri üzərində bu cür analizi necə apara
bilər?
Xeyavi yenə yazır: «Mən 35 il bundan əvvəl Təbriz Universi-
tetinin Dil və Ədəbiyyat və Humanitar Elmlər fakültəsinin fars dili
və ədəbiyyat sahəsində (budağında) tələbə olmuşam. O zamanda
«Avesta» və «Mixi xət dili»ni tanıdım. Təhsilimin bu budağı ilk
gündən məndə artıq əlaqə və maraq yaratdı. Mən əski və ölmüş
dillərə münasib özümdə ağır və şiddətli qayğı gördüm! O zaman
bir «beynimdən çıxmaz» sorğu mənim gecə-gündüzümün bütün
ləhzələrin bürümüşdür… O zamandan ana dilimi tədqiq edib və
başqa dillər kimi onun da sözlərin və lüğətlərin analiz edib və
nəhayətdə, öz dilimin kökün, fondun və nəsəbin arayıb-axtarmaq
mənə bir həyat vəzifəsi və ilqarı oldu!» (Müəllifin üslubunu saxla-
mışıq –
Q.K
.)
Rəhman Möhsüm oğlu Xeyavi öz sözünün üzərində durub,
heç bir ənənəsi olmayan bir mühitdə, özünün dediyi kimi, ana
dilinin «nəsəbini» axtara-axtara gedib şumerə çıxıb.
Bütün fonetik, leksik və qrammatik əlamətləri türk protodili
olduğunu göstərsə də, elmin, mədəniyyətin bu qədər inkişaf etdiyi,
böyük Milli Elmlər Akademiyası olan bizim xalq üçün də hələ şumer
151
müəmması qalmaqdadır. Çünki bu barədə çox az yazılıb. Bizi, bizim
türk millətini elə tərbiyə ediblər ki, özümüz öz baba irsimizi götürüb
qoyuruq kənara və arxayın-arxayın deyirik: «Bu, bizim deyil və bu
barədə yazılanlar cəfəngiyyatdır». Bu da bizim bu cür bədbəxtliyi-
mizdir. Lakin onsuz da cidanı çuvalda gizlətmək olmaz, biz
eləməsək də, gələcək nəsillər həqiqəti öyrənməyə çalışacaqlar. Və
bu sahədə çalışanların heç bir irqi üstünlük niyyəti yoxdur. Məqsəd
bəşər mədəniyyətinin yaranma və inkişaf yolunu düzgün
öyrənməkdir.
Xeyavinin böyüklüyü orasındadır ki, o, heç bir zəmin olmayan
bir mühitdə araşdırmalar aparıb və mükəmməl bir əsər yaradıb.
Araşdırmalarından aldığım təəssürat əsasında deyə bilərəm ki,
onun tədqiqat istiqaməti də doğrudur, nəticələri də.
Xeyavi öz əsərini klassik yazılar üslubunda AMEA-nın
müxbir üzvü Ağamusa Axundova ithaf edib, eyni zamanda,
əsərin meydana çıxmasında etdikləri köməyə görə öz həyat yol-
daşı vəkil Zöhrə Beheşti Nəjada və iş yoldaşı Neda Fəthiyə dərin
minnətdarlığını bildirib.
Bu intim girişdən sonra Rəhman Xeyavi şumer və Ural-
Altay dil əlaqələrinə həsr etdiyi tədqiqatını beş fəsildə
ümumiləşdirib.
Təsəvvür etmək olar ki, çətin və zəminsiz bir mühitdə müəllif
özünə düzgün yol açmış, birinci növbədə şumerlər haqqında ilkin
məlumat və mənbələri araşdırmağa çalışmışdır. Fəslin adı da buna
müvafiqdir: «
Şomer və şomerlilərin sorağın haradan tut-
malıyıq?»
Bizə nisbətən daha az tədqiqat aparılmış Cənub
ərazilərini nəzərdə tutaraq, müəllif yazır: «Bu arada əcəb problem
budur ki, indiyədək heç alim qətiyyətən elan edə bilməyib ki,
şomerlər kimlərdilər, əslü nəsəbləri hara bağlıdır və düzgün tarixi
«Şomer ölkəsi» haraymış?» Müəllifin mühitini nəzərə aldıqda bu
suallar doğrudur. Amma ümumən şumerlərin kimlərdən ibarət ol-
duğu, nə vaxt və harada yaşadıqları, əsli və nəsəbləri barədə, zid-
diyyətli olsa da, fikirlər mövcuddur. Bu sualların cavabı elm aləminə
bəllidir. Elm sübut edir ki, şumerlər e.ə. 6-cı minilliyin ortalarında
indiki Cənubi Azərbaycanın Zaqroş bölgəsindən İkiçayarasına
enmişlər. Xeyavi onların köçmə zamanını bilməsə də, başqa ərazi-
dən İkiçayarasına köçdüklərini düzgün qeyd etmişdir: «Belə nəzərə
152
gəlir ki, Şomerlər bir müəyyən olmamış zamanda başqa ölkədə
baş qaldırıb yaşayıb-yaradıblar və sonra «Mezopotamya» ölkəsinə
köçüblər».
Bu nöqtədə müəllifi şumerlərin məhv olub sıradan çıxması,
yox olması barədə xarici ədəbiyyatda qeyd olunan fikirlər
maraqlandırır, qarşıya doğru suallar qoyur: «Yəni bir millətin tarix
səhnəsində ölməyi və tarix qəbristanında quylanması imkanlı-
dırmı?» Çox doğru cavab verir ki, «Bu fikir elm və fəlsəfə baxı-
mından imkansız və olmayan bir hadisədir». Və bu suala cavab
vermək üçün yırtıcı Assur dövlətini misal gətirir, onun çox ölkələri
işğal etdiyini, axırda dağıldığını, lakin «Aşur mədəniyyətinin bu
günədək başqa millətlərin mədəniyyətinin qarnında öz həyatını
davam etdirdiyini», eləcə də şumerlərin məhv olmadığını, Akkad
işğalından sonra yenidən öz doğma qardaşları ilə qovuşaraq ömür
sürdüklərini məntiqi yolla əsaslandırır. Bu fikri də doğrudur ki,
Akkad işğalından sonra şumer qaçqınlarının öz doğma ərazilərinə –
bir vaxtlar qopub gəldikləri Azərbaycan torpaqlarına qayıtması
barədə əminliklə danışmaq olur.
Əsərdə çox zəruri başqa bir mühüm məsələ də irəli sürülür:
nə qədər ki tarix, antropologiya və dil alimləri şumerlərlə türkləri
əlaqəsiz öyrənirlər, şumer haqqında həqiqətlər aydınlaşmayacaq.
Fikrinə davam edərək yazır: «Bundan açıq və aydın danışsam,
gərək belə diyəm: türklər miladdan öncə minlər il tarixin sahə-
sində ən böyük rol oynayanlardan olmuşlar. Dünyanın ən mühüm
hadisələrində hazır və nazir olmuşlar!» Bizim bir sıra
tədqiqatçılardan düzgün düşünərək, eradan əvvəlki minillikləri
yada gətirir və yazır: «Türk milləti göbələk kimi birdən-birə yerdən
çıxmayıb». Onların çox qədim dövrlərdən başqa etnik adlarla tarix
səhnəsində olduğunu söyləyir və çox düzgün söyləyir. Bizdə
olduğu kimi, cənubda da artıq qərb alimlərinin saxtalaşdırma
siyasəti başa düşülür: «Qərb alimlərinin fondsuz və titrək
hökmlərinə biz nə zamana qədər inanmalıyıq?»
«Biz dilimizin ən əski dövrün aramaqda bütün əski dilləri
araşdırmalıyıq» deyən müəllif misal gətirir ki, akkadlar (müəl-
lifdə «əkkədlər») kamana
qaştu
deyərmişlər. Türk dillərində
qaş s
özü məlumdur və biz daim «kaman qaş» ifadəsi işlətmişik.
Deməli, bu türk sözü hələ 4500 il əvvəl akkad dilinə keçmişdir.
153
Düzgün nəticə çıxarmışdır: «Üç min il miladdan əvvəl indiki
Azərbaycan və Anadolu adlanan ölkələrdə türk milləti yaşarmış-
lar». Tədqiqatlardan danışır və göstərir ki, son əlli ildə şumer-
türk qohumluğu barədə xeyli tədqiqat işi meydana çıxmışdır və
nəticədə: « …yer kürəsinin mühüm hissəsinin ən əski tarixindən
qara buludlar geri çəkilir. Türklər tarixin qaranlıq basmış dön-
gələrində itirmiş keçmişlərin tapırlar».
Görkəmli şumerşünas alim, fransız Georq Rouxun fikirlərinə
söykənərək qeyd edir ki, Mesopotamiya ərazilərində iki əsas etnik
qrup yaşamışdır: cənubda – Dəclə və Fərat çaylarının qovuşduğu
ərazidə şumerlər; İkiçayarasının orta ərazilərində - samilər
(akkadlar). Üçüncü bir etnik qrup isə naməlum və azlıq təşkil edən
bir tayfadan ibarət olmuş və elə bir iz qoymamışdır. Bu üç etnik
qrup mədəniyyət, dil, din və s. cəhətdən tam fərqlənmişlər. Müəllif
qeyd etməsə də, bilirik ki, həmin üçüncü qrup, əslində, yerli
əhalidən ibarət idi, şumerlər və akkadlar İkiçayarasına enməzdən
çox əvvəl orada yaşayırdılar. Dilimizdəki
çoban
sözü də onların
dilindəndir (
siban
şəklində). Onlar özləri də iki etnosdan ibarət ol-
muşlar, birindən nisbətən çox, o birindən az məlumat qalıb. Mə-
lumat toponim və antroponimlərdən ibarətdir. Nisbətən çox məlu-
mat qalan tayfanın dili şərti olaraq «banan dili» adlandırılır, çünki
sözləri ingilis dilindəki «banane» sözünə oxşar adlardan ibarətdir.
Müəllif Georq Rouxun bu məlumatına söykənsə də, mühüm
məsələdə onu kəskin tənqid edir. Georq Roux göstərir ki,
şumerlərin kimliyini müəyyən etmək çətindir və buna onların
mifləri, adət-ənənələri, ədəbiyyatı da imkan vermir. Xeyavi
məsələni kəskin qoyur, yazır ki, əgər Roux kimilər, arxeoloq və
dilçilər öz fəaliyyətlərini bir qədər genişləndirsələr, dərinləşdirsələr,
şumerlərin din, dil, adət-ənənə və tarixlərinin türklərlə, altaylarla bir
olduğunu öyrənə bilərlər. Qərəzi, korafəhmliyi kənara qoysalar, bu
mühüm həqiqətə inanacaqlar ki, «Türk dili və xassə Azərbaycan
türkcəsi şomer dilinin düzgün balasıdır! Və bu kor düyünü aça
biləcəklər». Göstərir ki, «Bir balaca şomer dilinə və türk dillərinə
bələd olan şəxs onların «nəsəbi formada rabitələrinə mütə-
vəcceh olub və onların qohum-qardaşlıqların inanıb və qəbul
edəcək!»
154
Müəllif qərb alimlərinin məsələnin obyektiv tədqiqinə mü-
hafizəkar münasibətini geniş şərh etmiş, şumer – türk
varisliyinin izahı üçün məsələnin nəzəri işlənməsi ilə yanaşı,
şumer yadigarlarının – toponim və antroponimlərin türk dilləri ilə
əlaqəli öyrənilməsinin vacibliyini irəli sürmüş, dissertasiyanın 2-ci
fəslində bu yolla gedərək, şumerlərin türklərin babaları olduğunu
və akkad istilasından sonra onların bir hissəsinin öz ilk vətənlərinə
– indiki Azərbaycan ərazilərinə çəkildiklərini izləmək üçün yerli
toponim və etnonimlərə müraciət edərək, fəsli
«Dağlar, daşlar,
kətlər bizilən danışırlar»
adlandırmışdır. Xeyavi öz müşa-
hidələrinin nəticələrini hələ əvvəlcədən qeyd edərək yazır ki, «Hə-
qiqət budur ki, hər insaflı və qərəzsiz alim və araşdırıcı işinin so-
nunda bu nəticəyə doğru və qəti şəkildə əl tapır ki, şomerlər
doğrudan da türklərin ilk ataları olmuşlar və bundan başqa da ola
bilməz və Şomerlər Azərbaycandan başqa yerdən Mezopotamyaya
köçə bilməzdilər». Qeyd edir ki, Cənubi Azərbaycan ərazilərində və
İkiçayarası bölgələrdə şumer – türk əlaqələrini göstərən yüzlərlə
kənd, dağ, çay adları vardır. Dissertasiyada onların hamısından da-
nışmaq mümkün olmadığı üçün hələlik «barmaqlar sayı qədər» az
bir qismini (
Kəngərli,_Ur,_Urmiyə,_Vərəgül,_Vərgəhan,_Urami,__Lügəran,_İlando'>Kəngərli, Ur, Urmiyə, Vərəgül, Vərgəhan, Urami,
Lügəran, İlando
tipli bir sıra toponimi) analiz edə bilmişdir. Müəllif
öz iddialarının mübahisəsiz olmayacağını da nəzərə alır, məqsədinin
bu işi başlamaq, gəncliyi bu sahəyə həvəsləndirmək olduğunu və
əgər bunları etmiş olarsa, «öz muzduna çatmış» olacağını bildirir.
Doğru deyir ki, «Azərbaycan ölkəsi doludur ən əski
adlarnan. Bu adların hər birisi öz yerində bizim keçmişimizə aid
bir möhkəm və mötəbər sənəd və vəsiqədir». Təəccüb edir ki,
nə üçün bunlar bu vaxta qədər öyrənilməyib. Onu da doğru
deyir ki, tarixi vəsiqə olan bu adları heç kəs dana bilməz, heç
kəs itirib-batıra bilməz.
Xeyavinin qeydlərindən aydın olur ki
, Kəngər
bir toponim
kimi, Cənubda bu gün də işlənməkdədir və Meşkin şəhərinin
şimal-şərqində, Muğan vilayətinin cənubunda məntəqə, eyni
zamanda,
Kəngərli
şəklində qədim bir kənd adıdır. Əhalisinin
sayı və ərazisi də məlumdur. Bunlar aydındır, amma Xeyavinin
xidməti buradadır ki, o,
Kəngər
sözünü ağlabatan şəkildə
şumerlərin Kİ-EN-Gİ(R) sözü ilə əlaqələndirə bilmişdir. Şumerlər
155
özlərini Kİ-EN-Gİ(R) adlandırırdılar. Bu söz müxtəlif mənalarda
izah olunur. Məsələn, şumerşünas Römer bu sözü «knyaz yeri»
mənasında izah etmişdir. Xeyavi «günü sitayiş edən xalq» məna-
sında izah edir. Biz izah etmişik ki, «allahın gəldiyi torpaq»
mənasındadır:
ki –
«torpaq»,
En (An)
- şumerlərin göy alla-
hının adı,
gi(r
) – «gəlmək». Xeyavinin qeyd etdiyi kimi, Kİ-EN-
Gİ – Kəngər toponimi şumer padşahlarından Enşukuşannanın
(2432-2403) yazdırdığı lövhədə öz ifadəsini tapıb.
Şumer
sözü
isə etnik ad deyil. Bir fikrə görə,
şumer
sözü ya akkadların Kİ-
EN-Gİlərə verdiyi addır, ya da Kİ-EN-Gİnin dialekt variantıdır.
Şumer
– yer adıdır və tarixdə «Şumer ölkəsinin xalqı» ifadəsi
qalıb.
Urmiyə
sözünün izahını verərkən 20-yə qədər ədəbiyyatı
nəzərdən keçirən müəllif, nəhayət, mixi yazıları öyrədən ustadı
doktor Bəhman Sərkaratinin fikrini - sözün əslinin
Ormiyə
olduğunu qəbul edir və sözün əsasını təşkil edən «Ur» sözünün
Xiyo şəhərinin günbatanında kənd adı kimi qalmaqda olduğunu
göstərir. Ur şəhəri tarixən Mesopotamiyanın cənubunda
şumerlərin paytaxt şəhərinin adı olmuşdur. Bir sıra alimlər
Ur
sözünü «müqəddəs» mənasında izah etmişlər. Bizim fikrimizcə,
Xeyavi düzgün izah etmişdir:
Ur
–
yurd, yer
sözləri ilə bir kök-
dəndir. Və ingilis dilindəki
earth (irs),
ərəb dilindəki
ərz,
şu-
mercə
ge, geo, ur, vər
sözləri bir mənşədəndir.
Ur
sözü şumerlərin
Uruk
şəhərinin adında da qalmışdır,
xarabalıqları Bəsrə yolunun üstündədir. Xarabalıqlar indi xalq
arasında
Vərkə
adlanır –
Uruk
sözünün başqa bir şəklidir. Müəllif
bunu da müşahidə etmişdir ki,
Ur
sözü «Avesta»dan gəlir:
«Əvesta»da «Ur» bir yaşıllı, dağlı, düzlü, çaylı, «durna gözlü bu-
laqlı», bağlı-bağatlı, bollu-nemətli yer adıdır. Bu ölkəni Ahuramazda
yaradıb». Müəllif bunu da əlavə edir ki, Strabon Azərbaycan -
Atropatena valisindən danışarkən «Oura» adlı qala adı çəkir və
Amerika alimi Riçard Frayın fikrincə, «İstrabonun ad çəkdiyi «Ur»
qala adı Gənzək qalası ola bilər». Və nəhayət, ayrı-ayrı türk dillərini
araşdıraraq, müəllif bu qənaətə gəlir ki,
Ur
toponiminin Azər-
baycan ərazilərində azı 7 minillik tarixi var.
Bu şəkildə Cənubdakı
Udulu
kənd adı da şumer dilindəki
Udulu
toponimi ilə müqayisə edilmiş, hər ikisinin «qoyun
156
saxlanan yer» mənasında (
udu
– şumercə «qoyun» deməkdir)
işləndiyi müəyyən edilmişdir. Müəllif bunu da yazır ki, İranın öz
alimləri
Vərəgül, Vərdəhan
kənd adlarını təhlil edərək bu
qənaətə gəlmişlər ki, «Şomerlər bu ölkəli olmuşlar və bu ölkə-
dən baş qaldırıblar».
Bu cür toponim axtarışından sonra müəllifi bilavasitə şumer
dilinin quruluşu, şumer leksikası ilə Ural-Altay dilləri leksikasının
qarşılaşdırılması, müqayisəli tədqiqi maraqlandırmışdır (3-cü fəsil -
«Şomer və Ural-Altay dillərinin tarixi-tətbiqi qramerinə
müqəddəmə: Şomer və Ural-Altay dillərində lüğətin
strukturu»
). Üç bölmədən ibarət olan bu fəslin ilk hissəsində
şumer dilinin inkişaf mərhələlərindən bəhs olunur, birinci
mərhələdə - protoşumerdə sözlərin quruluşca üç cür - V, CV ~
VC , VCV şəkillərində olduğu göstərilir və nümunələr verilir:
V:
a
– ata, göz yaşı, tufan;
e
– ev, ailə, məbəd;
u
– uyumaq, yatmaq…
VC:
ud
– od, işıq, gündüz;
an
– müqəddəs, göy tanrısı;
ir
– pis iy, irgənmək;
eş –
üç…
CV
: ba
– barmaq, bölmək;
bi/be
– balaca, azalmaq;
du
– durmaq;
qe
– qız;
qu
– qoyun, yun;
ka
– qapı;
zə
– sən.
VCV:
ana
– nənə, ana;
ada
– ata, dədə;
utu
– ütmək, istiləmək; gün tanrısı;
ulu
– böyük, möhtəşəm;
emə
– əmmək və s.
Bu quruluşların hər biri eyni zamanda müasir və qədim
türk dillərinə aid olan söz-formalardır və müəllif hər bir quruluşa
dair türk dillərindən nümunələr vermiş, müqayisələr aparmışdır.
157
Müəllifin fikrincə, bu birinci mərhələ çox uzun sürməyib və
bu dövrdə şumerlər səslərin yerini dəyişməklə çoxlu yeni sözlər
yaradıblar ki, bu xüsusiyyət türk dillərində də vardır. Məsələn,
şumer dilində:
Üz
– bir şeyin görünən tərəfi və üzmək mənalarında;
Zü
- sürüşmək sözü;
De
– demək, danışmaq;
Ed
– etmək, eləmək və s. – sait yerdəyişdirilməsi ilə
yaradılıb.
Təbii ki, bu cür yerdəyişmə şüurlu şərtləşmə yolu ilə deyil,
müxtəlif yollarla yaranmışdır.
İltisaqiliyin başlanması mərhələsini müəllif şumer dilinin
ikinci mərhələsi adlandırır. Sözlərə şəkilçilər artırılır, yeni sözlər
yaranır, lakin kök dəyişmir. Yeni sözlərə
ağarmaq, ağarmada,
ağarmadan, ağarmanı, ağarmaya
kimi hal şəkilçili sözləri də
daxil edir ki, əslində, bunlar yeni söz deyil, sözlərin dəyişmə for-
malarıdır.
Məlumdur ki, şumer dilində omonimlər zəngin olmuşdur;
məs.:
ul
sözü - ulduz, ol, uzaq, qədim mənalarında işlənmişdir.
Bu cür omonimliyin türk dillərinə də aid olduğunu göstərən
müəllif türk dillərini bu cəhətdən də şumerin varisi sayır: «…türk
dilinin inkişaf yolu şomer dilinin təkamül və inkişaf yolunun ardı
və idaməsi olmuşdur və bundan başqa ola bilməzdi».
Purəkbər Xeyavi bu fəsildə akkad dilinin şumer dilinə təsi-
rindən, akkad alınmalarından söz açmış və şumer şairi Lu Din-
qiranın akkadların istilaçılıq hərəkətlərindən şikayətləndiyini
qeyd etmişdir. Şumer dilindəki
dinqir
və
allah;
nini
və
mam-
mi
sözlərindən birincilərin şumerə, ikincilərin akkad dilinə
məxsus olduğunu, akkadlardan alınma olduğunu söyləyir.
Başlanğıcı – monogenezi nəzərə almadığı üçün müəllif
bəzən ulu dildən gələn sözü alınma hesab etmişdir. Məsələn,
qeyd edir ki, «Elə sözlər var ki, (geneoloji cəhətdən –
Q.K
.)
müxtəlif dillərdə işə gedirlər… Bu hadisə çox təəccüblü bir
hadisədir» Odur ki
Dostları ilə paylaş: |