Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə42/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   38   39   40   41   42   43   44   45   ...   59

1.«Mehri   və   Vəfa»nın   dilində   «Kitabi-Dədə   Qorqud»da 

müşahidə  olunan   zəngin   fonetik   hadisələr   davam   etməkdədir. 

Bunlar müəyyən dərəcə «Dastani-Əhməd Hərami»nin dilində də 

vardır, lakin «Mehri və Vəfa»da olduğu qədər deyildir və xeyli 

məhdudlaşmışdır. 

Bu   sahənin   tədqiqində   çətinliyin   səbəbi     «Dastani-Əhməd 

Hərami»nin   əlyazmasının   olmamasıdır.   Əsəri  Çankırı  millət   vəkili 

168


Tələt Onay 1928-ci ildə əldə etsə də, qeyd və şərhlərlə birlikdə 

1946-cı   ildə   İstanbulda   çap   etdirmişdir.   Tələt   Onay   bir   sıra 

orfoqrafik   məsələləri   izah   etmiş   və   əsərin   7-ci   əsr   (hicri)   azəri 

ləhcəsində   yazıldığını   göstərmişdir:   «Eserin   lisanı   ümumiyyet 

itibariyle Oğuz Türkcesi, Azeri lehcesidir». (6, .X)  Lakin əsəri çap 

edərkən xeyli dərəcədə türkləşdirmişdir – bütün «x»ləri «h», bütün 

«ə»ləri «e» ilə vermişdir; «b» hərfi əvəzinə «p» işlətmiş, ərəb əlif-

bası ilə yazılan «qaf» hərfini «k`» ilə işarə etmişdir və s.  Ə.Səfərli 

əsəri   yenidən   tərtib   və   çap   edərkən   bütün   bunları   təbii   şəklə 

salmış, azəricələşdirmişdir. Əsəri bütövlükdə nəzərdən keçirdikdə 

onun ümumi ruhuna bu cür tərtibatın tam uyğun olduğu görünür. 

Lakin   əlyazmanın   olmaması,  hər   halda,  mübahisəli   məqamlar 

törədir.

«Mehri və Vəfa»nın dilində «Dədə Qorqud» dövründən gələn, 

«Dastani-Əhməd Hərami»yə və sonrakı dövrə doğru tədricən məh-

dudlaşan  aşağıdakı fonetik xüsusiyyətlər müşahidə olunur:

a) Məlumdur ki, hər bir dilin mühüm xüsusiyyətlərindən biri 

daxili qanunlar əsasında daim tələffüz asanlığı uğrunda mübarizə 

yolu ilə irəliləməsidir. Bunu göstərən mühüm dəlillərdən biri bir 

sıra   kipləşən   samitlərin     tarixi   inkişaf   prosesində   bizim   dildə 

tədricən öz yerini sürtünən samitlərə verməsidir. Bu cəhət «Meh-

ri və Vəfa» əsərinin dilində hələ o qədər də müşahidə olunmur. 

Bu   əsərdə   «qaf»   ilə   yazılan   sözlər   çoxdur.   Latın   qrafikası   ilə 

bunlar k` ilə verilmişdir. Bu hərfin ifadə etdiyi səs o qədər də kar 

(dilarxası qalın k`) olmamalıdır. Lakin təbii ki, kipləşən samitdir 

və   sürtünən   deyildir.   Məsələn:  



Akdı,   akça,   yukaru, 

bakmağa,   bukça,   dokunur,   qakıyıb,   qakar,   bakma, 

burakdı, çıktı, çok, okudular, yakın, qoku, qorku, qorkulu 

və s.


M.Kaşğarinin lüğətində də bu cür sözlərin yazılışı «Mehri və 

Vəfa»da olduğu kimidir:  



baka

  – qurbağa (bağa),  



bakaçuk

  – 


bağacıq,   

bakıl  

– baxılmaq,  



bakır

  – bağırmaq,  



bakış

  – baxış, 



bakıt 

– baxdırmaq, 



bakur 

– baxdırmaq (7, 66-67) və s.

«Dastani-Əhməd Hərami»də isə artıq   bu samit «Mehri və 

Vəfa»da   işləndiyi   məqamlarda   sürtünən   samitə   çevrilmişdir. 

Fikrimizcə, Ə.Səfərli bunları kirilə düz çevirmişdir: 

yuxarı, baxdı, 

oxudular, yaxar, boxça, çox, yaxın 

və s.


169

Bunlar göstərir ki, «Dastani-Əhməd Hərami»də sözlərin tələf-

füz və yazılışı   artıq müasir tələffüz vəziyyətinə müvafiqdir və bu 

cəhətdən «Mehri və Vəfa»nın dili daha arxaikdir. 

b)   Azərbaycan   dilindəki   bir   sıra   şəkilçilər   tarixən   qapalı 

saitli olmuş, tədricən qapalı sait açıq saitə çevrilmişdir. Bu hal 

daha çox şəkilçilərdə özünü göstərir. «Dastani-Əhməd Hərami»-

də   bu   cür   aşağıdakı   nümunələrə   rast   gəlmək   olur   (rəqəmlər 

nümunə verilən əsərlərin səhifələridir):

Dedi: sənə dəxi gör 

nedərim

 bən,


Hələ dağa oduna 

gedərim

 bən. (48)

Təfərrüc eylə köşkündən 

görəsin

,

Necə məhbubədir ol can parasin. (61) 



«Dastani-Əhməd Hərami»də qapalı saitlilik əsasən bu bənd-

lərdəkidir: 1-ci şəxs təkin –



im

, ikinci şəxs təkin 



–sin

  şəxs şəkilçi-

sində   müşahidə   olunur.   Türk   çapında   həmin   sözlər  

niderüm, 

giderüm, göresin

  şəklindədir. ( 6, .41; 55)

«Mehri və Vəfa»da isə  

-san,-sən

  əvəzinə  



-sın,-sin

  daha 


işləkdir:   

Su başında bir pinara 



irəsin

,

Bir canavar gələ anda, 



görəsin

(18)

Bulasın

 qırk hücrə tolu küp mal.(18)

Çün könüldən mənim 



olasın

 bilüm.


Çünki bir yıl tamam ola  

görəsin,

İqrar eyləyim  bəni sən 



alasın.

(30)


Görəsin 

bir su akar get su sərə,

Gər dilərsən kim, irəsən bu sirrə.

İrəsin

 bir qalaya ki, çok ulu.

Nə kim istər isən anda 



bulasın

.

Ağlayasın

, illa sonra 



güləsin.

(32)


Çünki Mehrin xidmətinə 

irəsin

,

Anın güz gülü yüzün çün 



görəsin.

(41)

Padişahsın,

 sən bizə dad eyləgil.(41)

170


İrəsin,   görəsin,   bulasın,   olasın,   alasın,   ağlayasın, 

güləsin

 sözlərinin hamısında ikinci şəxsin təkini bildirən 



–sın,-sin 

şəxs   şəkilçisi   arzu   şəklinin   əlamətindən   sonra   işlənmişdir.   Son 

misalda –  

padişahsın  

sözündə ismi xəbərə artırılmışdır. İntensiv 

işlənmə imkanları da göstərir ki, «Dastani-Əhməd Hərami»yə nis-

bətən,   bu   şəkilçi   «Mehri   və   Vəfa»da   daha   fəaldır.   Deməli, 

«Dastani-Əhməd Hərami»də xeyli məhdudlaşmışdır. 

c) «Mehri və Vəfa» əsərində xüsusən   şəkilçilərdə   



u, ü 

dodaqlanması qədim əlamət kimi çox güclüdür. Məsələn:

Qış 

gətürür

, göstərir ibrətləri,

Yaz 

gətürür, bitürür

 nemətləri.(12)

Bir neçə əyyam 

keçürdü

  ruzigar.

Anun

 olsun padşahlıq tacü təxt. (15)

Ol küp içində sümüklər 



vardurur

At, qatır, qoyun dəxi 



davardurur

.(15)


Sol  

qapusundan

 ol şəhrin su gedir. (18)

Bən 

bilürəm 

kimdir iyəsi 



anun

. (27) Və s.

Bu hal «Dastan»ın dilində də vardır və indiki zaman şəkilçi-

sində sistemli şəkildə özünü göstərir:

Əli Bu Sina elmindən 

bilürdi.

 (17)         

Benim her yerdə efsunum 

yazılur

,

Kilitler 



açılur

, kapu bozulur. (6, 8)

Doğrudur, əsərlərdə vahid orfoqrafiya yoxdur, xüsusilə ƏH-

də («Dastani-Əhməd Hərami»də) gah 



qapı

, gah da 

qapu

 yazılır. 



Amma MV-də («Mehri və Vəfa»da) dodaqlanma üstünlük təşkil 

edir.   M.Kaşğaridə   qeydə   alınmış   oğuzca   «söz»   mənasında 

«kələcü» sözü (7, 274) ƏH-də 

kelici

 (6, 68) şəklindədir. 

ç) Həm «Mehri və Vəfa»nın, həm də «Dastan»ın dilində bir 

sıra sözlərdə söz başında   «y» samiti işlənməkdədir. Bu samit 

qeyd etdiyimiz sözlərdə sonralar düşmüşdür. «Dastan»ın dilində 

belə sözlər azdır:  



yürəgi, yüzüm,   yuca, yulduz  

sözlərindən 

ibarətdir.

171


 «Mehri və Vəfa»nın dilində isə daha işləkdir: 

yıl (27)/ yil 

(38), yigit (17, 39), yulduz (57) / yıldız (45), yuca (19), 

yüzüg (17), yüz (üz, 17, 100),  yişə (iş) (19) 

və s.


 

d) Müasir dildəkindən fərqli olaraq, açıq heca ilə bitən söz-

lər:

«Mehri və Vəfa»da: 



qo-maz (12), qo-gil (35), qo-muş 

(55), qo-ma (60), gilə (60, 45) (giley), kiçi (14) (kiçik).

«Dastan»da: 



kiçi (64), qo-maz (32), qo-dı (45). 

e)   «Mehri   və   Vəfa»nın   dilində  



ilərü   (39,   57),   kiprig 

(20), topraq (15), yapraq (20, 38), əmrud (42) 

sözlərinin 

hamısı   sonralar

 

ədəbi   dilimizdə   metatezaya   uğrayaraq



  irəli, 

kirpik,   torpaq,   yarpaq,   armud  

şəklinə   düşmüşdür.   Bu   cür 

sözlərdən   «Dastan»ın   dilində  

dəbrənir   (23)   (tərpənir)  

və 


tutsaq (57) (dustaq) 

sözlərinə təsadüf edilir.

«Dastan»ın dilində «Mehri və Vəfa»dakı

  kiprik  

sözü artıq 



kirpik

 (6, 51; 1, 57) şəklindədir.

ə)  

g>y

  əvəzlənməsi; Sonralar  



dəymə, diləyin, düyün, 

öyütlə, söyməyin, söyür,  yüyürməyi

 şəklində işlənən sözlər 

«Mehri və Vəfa»da: 

dəgmə (36), diləgün (34), dügün (45), 

ögütlə   (51),   sögmün   (39),   sögür   (51),   yügrügü 

(yüyürməyi) (45) 

şəklində işlənmişdir



.

Bu   hal   «Dastan»ın   dilində   dörd   sözdə   müşahidə   olunur: 



degirdi   (60) –  

deyirdi,


  döküdü (48)  

– döydü,


  dügün (33)  

– 

toy,



 yögrük (50) 

– yüyrək.

f) Saitlər yanaşı gəldikdə şəkilçinin saitinin deyil, söz əsa-

sının son saitinin düşməsi. 

«Mehri və Vəfa»da: 

saklın (69) 

– saxlayın



, bağışlın (39) 

– bağışlayın, 



arxun-arxun (41) 

– arxayın-arxayın.

Bu hal  artıq «Dastan»ın dilində müşahidə edilmir. Bu cür 

başqa səs dəyişmələrini də misal gətirmək olar. Nəzəri o qədər 

də   cəlb   etməyən   bu   cür   dil   faktları,   az   da   olsa,     «Mehri   və 

Vəfa»nın qədimliyi xeyrinədir.



2.  Məsnəvilərin  dilində  isim  hallarının   sinonim  müvazilik-

lərini müqayisə etmək mümkündür. «Mehri və Vəfa»da halların 

işlənməsinə müxtəsər nəzər salaq. Müasir dildən fərqli aşağıdakı 

xüsüsiyyətlərə rast gəlirik:

172


a)   Müasir   dildəki  

yol   getmək

  birləşməsinin   asılı   tərəfi 

«Mehri və Vəfa»nın dilində yönlük haldadır:

Bir qaç aqça verdi ətə, ətməgə,

Bağladı belinə 

yola getməgə

.(17)


Getsə 

bir yıl o



 yola

, solmaz idi,

Qokusı gedüb  xarab olmaz idi.(35) 

Müasir   dildə  



yola   getmək

  ifadəsi     var,   lakin   mənası 

fərqlidir: «xasiyyətləri tutmaq», «birtəhər yaşamaq, dolanmaq» 

mənalarındadır. Şairin işlətdiyi  mənada indi 



yol getmək

 ifadəsi 

işlənir.

b) Müasir dildə əvvəlində xüsusi isim olan mürəkkəb ismi 

birləşmənin   birinci tərəfi qeyri-müəyyən,   ikinci  tərəfi müəyyən 

yiyəlik halda işlənirsə, MV-də əksinədir: 



Rum sultanının oğlu 

əvəzinə 



Rumun sultanı oğlu:

Vəfa aydır:  Bən dəxi 



Rumun sultanı 

Oğluyam

, Mehrə fəda qıldım canı. (73)

c) Bir sıra sadə ismi birləşmələrdə birinci tərəf müəyyən 

yiyəlik hal əvəzinə, qeyri-müəyyən yiyəlik haldadır:

Zari qılur, 

gözləri yaşı

 akar,


Qardaşı acısı

  cigərin yakar.(33)

ç)   Xüsusi     isim   təsirli   felin   yanında   qeyri-müəyyən   təsirlik 

haldadır:

Ol dəxi həm qalasını tərk edər, 

Dəlü olub, 



Mehri

 istəyü gedər. (58)

Bakdı Vəfa, 

Mehri 

gördi, qıldı ah,

Aytdı: Əhvalın necə oldu, ey şah? (62)

Uyqıdan oyanıb, 



Mehri

 bulmadı. (54) 

173


Bu   misralarda  

Mehri   istəyü

  –   «Mehrini   axtararaq», 



Mehri gördi

  – «Mehrini gördü»,  



Mehri

 

bulmadı

  - (yuxudan 

ayılıb) «Mehrini tapmadı» mənasındadır.

 Uzlaşma-idarə əlaqəli müəyyənlik bildirən ismi birləşmələr 

də belə işlənib:



Sərrafın donı

 geyüb tışra çıkam.(63)

d) Hal müvazilikləri içərisində ən çox nəzərə çarpanı yönlük 

halın çıxışlaq hal məqamında işlənməsidir:

Hurimisən, ya mələkmi, gülüzar,

Kim, 


gözüm doymaz yüzünə bakmağa

.(21) 


Mehri aydır: çün 

bəni sordun bənə

Düşə əqlini, aydayım bən sənə.(21)



Getdi Vəfa Mehriylə yeyir, içir,

Bir zaman çün  



bunun üstinə  keçir

.(22)


Sordu Mehri Vəfaya

: Halın nədir? (23)



Bağbana sordı

 kim, oğlanın qanı? (51)



Sərrafa sordu

 ki, bu nə kişidir? (63)



Sordu Mehri onlara

 uşbu  işi.(70)

Müasir dilimizdə bu misallardakı

 gözüm doymaz yüzünə 

bakmağa   –   gözüm   üzünə   baxmaqdan   doymaz,     bəni 

sordun bənə – məni məndən soruşdun,   bunun üstinə 

keçir   -   bunun   üstündən   keçir,   sordu   Mehri   Vəfaya   – 

Mehri   Vəfadan   soruşdu,   bağbana   sordı     -   bağbandan 

soruşdu, sordu Mehri onlara – Mehri onlardan soruşdu 

şəklində işlənir



.

e)   Yönlük   halda   olan   sözlərin   yerlik   hal   məqamında 

işlənməsi:

Boyadı Mehri tonını qaraya,

Girdi 

oturdu

 ayəsiz 


saraya

.(31) 


Gəldi 

bürcün dibinə qıldı qərar

.(570


Uşbu söz üstünə

 cümlə 


durdular

.(68)


Bəgligimə 

məşğul idim vaxtıma

.(71)


174

Oturdu saraya – sarayda oturdu



bürcün dibinə qıldı 



qərar   –   bürcün   dibində   qıldı   qərar,   uşbu   söz   üstünə 

durdular - uşbu söz üstündə

 

durdular 

deməkdir.

ə) Yönlük halın təsirlik hal məqamında işlənməsi:

Getmədi, var isə munlar şərdədir,

İstəsünlər dört yanaya

 bundadır.(52)



İstəsünlər dört yanaya –  

sözləri


  dörd tərəfi axtarsınlar 

mənasındadır.

f)   Bəzən   yönlük   hal   məqamında   yerlik   haldan   istifadə 

edilmişdir:  



Gəldi

 bir gün 



anda

 Məğrib sultanı.(69) 

Yaslanam, 

canım eşqində verəm

.(73)


Anda gəldi – ana (ora) gəldi, canım eşqində verəm  

– canımı eşqinə verəm

 mənasındadır.

g) Yerlik hal çıxışlıq hal məqamında:

Var idi anda məgər qələ yakın,

Qafil olmağıl, 

yolunda sakın

! (53) –


Misralarında  

yolunda   sakın

  –   «yolundan   ehtiyatlı   ol» 

mənasındadır.

ğ) «Kitabi-Dədə Qorqud»da olduğu kimi, burada da bir sıra 

fellər   yönlüuk   halda   olan   yiyəlik   birləşməsi   əvəzinə,   birbaşa 

yönlük halda olan sözlə əlaqələnmişdir. 

Diyə verdüm bir küp altunı sana,

Neylədin kim, dilənüb 



gəldin bana

. (17) 


Buradakı 

gəldin bana

 birləşməsi sonralar «mənim yanıma 

gəldin» şəklində sabitləşmişdir.

Göründüyü kimi, hal müvaziliklərindən ən fəalı yönlük hal 

ilə bağlıdır. Yönlük halın mənasının hələ sabitləşmədiyi müşahidə 

olunur. Hətta əsərdə arxaik yönlük hal şəkilçisinə  də 



(-ra

) təsa-


düf edilir:

Çəkdi qılıc, öylə çaldı 



ortara

,

Eylədi ol cadunı iki para.(52)



«Dastani-Əhməd Hərami»də hal müvazilikləri.

175


Yönlük hal burada da nisbətən fəal olub, yerlik və çıxışlıq 

hal məqamlarında işlənmişdir.

Yerlik hal məqamında:

Bunlar durı gəlib dedi ki, sərvər,



Can üstünə

 nə 


dersən

, ey dilavər? (18) 

Qızı 

gizlədilər

 ol dəmdə 



saza.

(53)


Can üstinə nə dersən – can üstündə  (ölüm ayağında) 

  dersən,  saza   gizlədilər   –  sazda   (qamışlıqda)   gizlədilər 

deməkdir.

Yönlük hal çıxışlıq hal məqamında:

Bir-iki gün 

bunun üstünə  getdi

.(33) 


Yapışdı ol nigarın 

çün əlinə

.(78)


Bunun üstinə ketdi

 bu yazı, qış. (42) – 

misralarında  

bunun   üstinə   getdi   (keçdi)  –

  «bunun   üstündən 

keçdi» mənasındadır; 

əlinə yapışdı

 – 


əlindən yapışdı 

deməkdir


.

Bu əsərdə yerlik hal da fəaldır - yönlük və çıxışlıq hal məqam-

larında işlənmişdir:

Şol ulu xoca ki, 



gəlmişdi bunda

Qatı hörmətlidir atan qatında.(35) 

Çü sübh oldu, 

yerində durdu

 sultan.(40)

Əvvəlki   misalda     yerlik   halda   olan   söz     yönlük,   sonrakı 

misalda çıxışlıq hal məqamındadır.

Bəzən təsirlik halda olan söz yönlük hal mövqeyindədir:

Saqalın yoldu, 



köksünü

 çox 


urdu

.(52) 


Müasir dildə 

köksünü urdu

 tipli birləşmələrin birinci tərəfi 

yönlük halda olur: 

köksünə urdu

. Əslində isə təsirli fellə qədim 

forma daha məntiqidir.

Burada da bir sıra fellər yönlük halda olan (ikincə tərəfi 

«yan» sözü ilə ifadə olunan) yiyəlik birləşməsi əvəzinə, birbaşa 

yiyəlik halda olan sözlə əlaqələnmişdir:

Həmin dəm kətxudası 

girdi şaha

. (31) 


Durub Əhməd Hərami 

şahə gəldi

. (37)


Bu gəz sultan durub 

gəldi qızına

. (38)


176

Buradakı  

girdi şaha 

müasir dildə



 şahın yanına girdi, şahə 

gəldi – şahın yanına gəldi, gəldi qızına – qızının yanına gəldi 

şəklində işlənir.

Arxaik formalar «Mehri və Vəfa»nın dilində daha çoxdur: a, 

b,   c,   ç     bəndlərində   olan   xüsusiyyətlər   «Dastan»ın   dilində 

yoxdur. «Dastani–Əhməd Hərami»nin dilində olan hal əvəzlən-

mələri son dövrlərə qədər işlənən hal uyğunluqlarıdır. 

Hal müvazilikləri isim hallarının hələ ədəbi dildə sabitləşmə-

məsi,   yaranış   etibarilə   birinin   digərinin   məqamında   işlənmə 

imkanının   mövcudluğu   ilə   bağlıdır.   İsmin   halları   tədricən   xü-

susiləşmiş və fərdiləşmişdir.  



3. Əvəzliklər.

 

«Mehri və Vəfa»da.

Ş   ə   x   s   əvəzlikləri:  

anın/anun,   bən,     bəni,   bənə, 

bənim, bana,   bəniylə, mana; sən, sana, səni;   ol, ana, 

anı,  andan, ancılayın, anınçün; biz;

   


Q a y ı d ı ş  əvəzlikləri: 

kəndü, kəndözüni

;

İ ş a r ə   əvəzlikləri:  



oldurur, budurur, öylə, şol, uş, 

uşbu, uşbudur,  şöylə, (munca, bunca, anca), ol, o, işdə, 

bunda, munda, munun, bu, helə (elə), böylə, qanda(lı-

ğını), netə (kim), munlar;

   


S   u   a   l     əvəzlikləri:  

qanda,   qanı,   qandadır,   necə, 

nedər,   neylədin,   xancaru/qancaru,   kim,     nə,     nədir 

(necədir), kimdir,  qanqı, qansılar, nərədən;

 

Q   e   y   r   i-   m   ü   ə   y   y   ə   n   l   i   k   bildirənlər: 



qamu/qəmu/qamusı, qamumuzın, heç nə, kimsənə; 

«Dastani-Əhməd Hərami»də: 

Ş ə x s əvəzlikləri:  

mən, bən, bana; bənəm, bənim; 

anın, anla (onunla), andan, anların, ol, oldur, olar, anda; 

biz; siz; 

Q a y ı d ı ş  əvəzlikləri: 



özünüz,  özünü, özlərini, özün, 

özümüz, kəndinin, kəndözünü;

İ ş a r ə  əvəzlikləri



: bunlar, bular, bunu, oluq (dəm),  

böylə, o, bu, şoluq (dəm), şu, işbu, uş, şunun, şol, öylə;

S u a l  əvəzlikləri: 



qanı, qandadır, nə, necə,  necədir,  

qaçan,   netdi,   nedəyin,     qancaru/qancəri,   nə   (necə 

177


mənasında), neyləyəlim, kim, nə kim, neçün, nəyə (nə 

üçün), nitə (necə);

Q e y r i- m ü ə y y ə n l i k bildirənlər: 



kimsənə, qamu, 

kimsə, biri, birisinə; 

T ə y i n i əvəzliklər: 



hər, haman, həman, qamu (bütün 

mənasında



), bütün.

Bu   sözlərin   hər   biri   məsnəvidə   bir-iki   dəfə   işlənib.  



Uşbu, 

kəndü

 – 4-5 dəfə.

«Dastan»ın   dilində  1-ci  şəxsin   təkini   bildirən  

mən

  sözü, 


«Mehri   və   Vəfa»nın   dilində  

bən  

forması   üstünlük   təşkil   edir. 

«Mehri və Vəfa»da  

an(ın), 

«Dastan»ın dilində 



ol

 forması  işlək-

dir. 

Misallardan   göründüyü   kimi,   doğrudur,   «Dastan»da 



kəndözüni

  sözü   də   var,   lakin  



özün,   özünü,   özlərini, 

özümüz.   özünüz

  sözləri   daha   fəaldır.  



Öz

  sözünün   üstün 

mövqeyi   sonrakı   hadisədir.   «Dastan»da  

kəndi

  sözü   bir   dəfə 

işlənmişdir, «Mehri və Vəfa»da 4 dəfə; «Dastan»da  


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin