Mene, mene
tekel uparsun
» cümləsi, doğrudan da, «Məni tək əl aparsın»
deməkdir və türkcədir. Şəfizadə
Tək əl
ifadəsinin keçmiş
türklərdə «allah» demək olduğunu və cümlənin «Məni allah
aparsın» mənasında işləndiyini qeyd etmişdir. İsa peyğəmbər
başqa hallarda da bu dildə danışıb: («İncil»də – «Markdan – 34)
Eloy, Eloy, elamma saf ax fani
…» (saf ağ fanidir).
Vavilion şəhərinin adı ərəbcə
bab
– «qapı»,
ili
– «allah»
mənasında izah olunur. Lakin Şəfizadə bu sözün birinci
hissəsinin türkcə
bağ
- allah mənasında, ikinci hissəsinin
bilmək
feli olduğunu düşünür. Söz həqiqətdə də
Bağbil
kimi
etimologiyalaşdırıla bilər.
B.Şəfizadə əsərin ikinci fəslini «Avesta»nın ən qədim və oriji-
nal tərkib hissəsi olan «Qatlar»ın linqvistik təhlilinə həsr etmişdir.
Müəllif burada daha böyük zəhmət çəkməli olmuşdur. O, bəlkə də
türk aləmində ilk dəfə olaraq, «Qatlar»ın yeni transkripsiyasını ver-
miş və «Qatlar»dakı şeir bəndlərini yenidən tərcümə etmişdir. Müəl-
lif yazır: «Qatlar»ın bütün mövcud nəşrləri heç bir vəchlə nəinki
adekvat deyil, heç mətnin orijinalının əlli faizini də əks elətdirmir.
Avestaşünaslıqda ən yaxşı tərcümə hesab edilən H.X. Bartolomeo-
nun da təcüməsi orijinala nə qədər yaxın olsa belə, adekvat qəbul
olunmayıb. Buna səbəb isə, hər şeydən əvvəl, «Avesta»nın, o cüm-
lədən deyilənə görə, nisbətən bizə az dəyişilərək çatmış «Qatlar»ın
ən ilkin variantının hansı dildə yazılmasının müəyyənləşdirilə bilmə-
məsi olub. Yaxud da onu müəyyənləşdirmək istəməyiblər…» (2,
122)
Odur ki müəllif yenə yazır: «Biz məsələni tamamilə başqa
cür qoyduğumuzdan – yəni abidənin türk dillərinin ən ulu babası
olan bir dildə, Azərbaycan türkcəsinin ən qədim variantında –
prototürkcədə qələmə alındığını irəli sürdüyümüzdən - elə
hesab eləyirik ki, verdiyimiz müasir anlam ideal olmasa da,
mətnin orijinalına yaxındır. Hər şey tamam yeni və orijinaldır».
140
Mətnlərin türkcə şərhi, «Avesta» aylarının adları və onların
izahı üzərində xüsusi dayanılmışdır.
«Qatlar»ın tərcümə və izahı, təbii ki, çox çətindir. Lakin
müəllif bu böyük çətinliyin öhdəsindən gələ bilmiş, mətnlərin
ağlabatan transkripsiya və tərcüməsini vermişdir. Tərcümə və
izah «Qatlar»ın dilinin türk dili başlanğıcına – prototürkcəyə aid
olduğuna ciddi inam yaradır. Kitabın sonunda verilmiş lüğət də
bu inamı artırır.
Biz Tariel Nüvədilinin şumer mətnlərini tərcüməsindən
danışarkən söylədiyimiz bir fikri burada da təkrar edirik. Belə
mətnlərin üzərində aparılan işə oxucunu tam inandırmaq üçün
ilk növbədə öz əlifbası ilə mətnin orijinalını, sonra ən yaxşı, ən
mükəmməl transkripsiya və tərcüməsini verib, bundan sonra
yeni transkripsiya və tərcüməni ortaya qoymaq lazımdır. Bu
olardı mükəmməl nəşr və gələcəkdə nisbətən asan şəkildə
tədqiqat davam etdirilə bilərdi. Lakin bunun üçün Şəfizadənin
pulu çatmazdı. Bu cür hallarda dövlət vəsait ayırmalı və Şəfizadə
kimi nadir mütəxəssisləri kənar işlərdən təcrid edib, yüksək
maaşla belə bir abidə üzərində işlətmək lazım idi.
Bununla belə, 10-12 minillik dövrdə zamanın sınaqlarından
keçib gələn sözlər və şəkilçilər vardır ki, onlar oxucunu daha çox
inandırır. Bu cəhəti nəzərə alaraq, Şəfizadənin aşkara çıxardığı
türkcə lüğətdən bir neçə nümunə qeyd edirik:
abar
– apar,
avare
– avara, aşağı,
aeş
– eşmək,
azəm
– özüm,
ayana
– o
yana,
ana
– ana,
ana
– ora,
apa
– apar,
açı
– söz açmaq,
aşaoxşayantao
– aşa oxşayan,
bavat
– babat,
baod
– odlu,
va/vayu
– vıyıltı,
qat
– qat, səma qatları,
ərəş
– düz, hamar
yer,
iratu
– qaçış (
irmək
feli),
isan –
güc, əsas (
əsən
sözü),
yaente
– yetən,
yazamande
– yaza bilmədim,
yaiş
- enən,
yağış,
yayao –
yayıcı,
yaoş
– yaş,
yasa
– yazı, qanun, yasa,
yasta
– yastı,
yat
– yet, çat və s.
Bu sözlərin müxtəlif mənaları vardır, biz müəllifin göstərdiyi
müasir işlək mənalarını qeyd etdik.
Şəkilçilərə, məsələn, müəllifin üzə çıxardığı hal şəkilçilərinə ba-
xaq.
Adlıq hal: şəkilçisiz -
Qat
Yiyəlik hal: -
m,-am,-im, -yam,-ım,-əm
-
Qatam, Qatım.
141
Yönlük hal:
-a, -na, -vo,-avo
-
Qata, Qatao
.
Təsirlik hal:
-i,-ı, -ayi
-
Qatı, Qatayi
.
Yerlik hal:
-ta,-da –
Qatda
Çıxışlıq hal:
--tan, -dan
–
Qattan.
Təbii ki, hallar bir-birini əvəz etmişdir. Məsələn,
man-i-
yaita
sözü «mənə yetən» mənasındadır – təsirlik şəkilçisi yönlük
hal vəzifəsində;
ma-ni-yəuş
sözü «bizim qayğımız» kimi izah
olunur.
–-na –(-ni)
şəkilçisi yiyəlik, yönlük və təsirlik halları ifadə
edə bilmişdir (282) və s.
Şumerdə də əsasən belədir və az-çox savadı olan şəxs
görər ki, bunlar müasir türk hal şəkilçilərinə müvafiqdir.
-an
cəm şəkilçisi işlənmişdir:
man-an
–
mənlər,
yəni
biz
mənasında.
Hiss olunur ki, şəxs əvəzlikləri hələ ikili vəziyyətdədir, həm
əvəzlik formasında, həm də şəkilçiləşmiş variantlardadır. Məsə-
lən,
Aka-man
sözü «mənim şərim»,
Anqra-manyu
sözü
«mənim vəhşi ruhum» kimi izah edilir ki, bu sözlərdə –
man
şəkilçi-əvəzliyi aydın görünməkdədir.
Atman
– «mənim odum»,
«Adəm», «Enerji» mənalarında.
Adatəmça
– sözü müxtəlif mənalarda (adətimcə, dediklərim
qədər və s.) işlənmişdir. Sözün kökü
ada
- «demək» sözüdür
(admaq-aymaq-ayıtmaq və s.). Şübhəsiz, bu söz
d>y
keçidi ilə
«Dədə Qorqud»dakı
aymaq
(
Çoban aydır
– Çoban deyir) sözüdür.
Söz kökündən sonra gələn
–t
şəkilçisi həm cəmlik, həm nomi-
nativlik bildirir, feldən ad düzəldir.
–əm
şəxs şəkilçisi,
-ça
– «kimi,
qədər» mənasında qoşmadır. Beləliklə, sözün dəqiq mənası
«dediklərimcə»dir (dediklərim qədər).
-
o
şəkilçisi sözlərin sonunda işlənərək sözə nominativlik
verir:
ayao
– (
aya
- yerimək sözündən) gediş, hərəkət;
aocao
(
uca
sözündən) – ucalıq;
atrao
(
at/od
sözündən) – otaq;
dutanho
– tutan, xəbərçi;
yayao –
yayıcı, yaradıcı;
hamo
–
hamı və s. Görünür, bu şəkilçi sonralar sıradan çıxmışdır.
Hiss olunur ki, ümumən hələ də öyrənilməli çox şey var. Mə-
sələn,
astu
sözü «sümük» deməkdir («S» səsi sözün ilkin kökü-
dür); eyni zamanda
astim, asiş
sözləri də sümük deməkdir.
Halbuki bu sözlərdə bu gün də dilimizdə işlənən ad düzəldən
–im,
-iş
sinonim şəkilçiləri vardır. Ya söz sonundakı
–u
şəkilçisi də ad
142
düzəldir, ya da sözdə hərəkət mənası var.
İş
sözü ilə bağlı olan
işanaim, işanaiti, işasa, işentu, iştim
sözlərinin hamısı bir
mənada izah olunur - «can atmaq».
-van
şəkilçisi:
ah-van
– ahunun yeri, odun, işığın yeri;
–ən
feli sifət şəkilçisi:
bannayən
– banlayan, banla əyan
olan;
Baqa
sözü sahib, cənab, ağa mənasında izah edilmişdir.
Çünki
allah
sözünün fərqli daşıyıcısı var:
baoq
– bağ, boq; bunları
biz «Dil tarixi»ndə geniş izah etmişik.
Baod
- «verilən od» kimi
izah edilir, əslində, allah odu, allahın verdiyi od deməkdir.
-ya
şəkilçisi də sözlərin sonunda gələrək nominativlik
bildirir: «işçi» mənasında
vastr
sözündən:
vastrya
– əkinçilik,
malqara;
vauraya
(vurmaq sözündən) –müdafiə, silah, vuran.
«Qatlar»ın dilində izah edilməsi çətin olan şəkilçilər vardır.
Pairyaotja
– sözü lüğətdə «ətrafında, dairəsində, odun
dairəsində, bayır odu» kimi izah edilmişdir.(2, 284) Biz burda bir
neçə element görürük:
pair
– bayır,
ot -
od sözü, -
ja
isə
-ca
şəkilçisidir; aradakı
–ya
şəkilçisi, ola bilər ki, yönlük halın
şəkilçisidir. Onda sözü belə izah etmək olar: bayıra (səpələnən)
od qədər. Ya da nominativlik əlamətidir.
Yazamaide
– sözü «yaza bilmədim» kimi izah olunur. Bu,
təxminən,
yazamadım
kimi başa düşülür. Burada həm ixtisar var,
həm də inkarlıq bildirən
–ma
şəkilçisi. Ayrıca verilmiş
ma
sözü
«yox», «etmə», «eləmə» mənalarında və cəm bildirən söz kimi
izah edilmişdir. (2, 280) Bu sözün
mə
formasının olması göstərir
ki, söz artıq şəkilçiləşmişdir.
-ça
(bəzən daha qədim forması
–yaça
) şəkilçisi daha çox
işlənir və
qədər, kimi
qoşmasının mənasını verir, müasir
dilimizdə –
ca,-cə
qoşmasıdır:
mənça
– məncə, təfəkkürümcə,
-uk
– tutuk – tutmaq, tutuq – isim düzəldən şəkilçi.
İndi Şəfizadənin tərcümə etdiyi bəndlərdən birinə diqqət
yetirək:
Mazdao saxare mairişta yazi vavərəzoit pairiçizit.
Daevaişça maşyaişça vareşaite aipiçizit.
Hvu viçiru Ahuro ata nə anhat yata hvu vasat.
143
Tərcüməsi:
Möhkəm Məzda, ətrafa yayılan hərəkətləri yazıb saxlayırıq.
Divlər qədər, insanlar qədər inananlara istiqamət ver.
Bu Ahura odundan nə qatlara yetdi, nə də sürülərə.(2,
138)
Sözləri söz sırasına əməl etməklə yerinə qoyaraq bir qədər
fərqli tərcümə də almaq olar. Mətndəki sözlər çoxmənalıdır.
Müəllifin göstərdiyi mənalar da var. Biz verdiyimiz mənalar da var.
Misralar üzrə sözlərə baxaq:
1-ci misra:
Mazdao
– Mazda
Saxare
– sıx, möhkəm (söz kökü: sax –sıx)
Mairişta
– (qeyd edirik) dilimizdə qalmayıb
Yazi
– y>g keçidi ilə - «gizli» sözü
Vavərəzoit
- «verdim» sözü və sözün sonunda
oit
– od
deməkdir
Pairiçizit
– sözün əvvəlində «bayır» sözü çöl, ətraf
mənasında yaxşı qalıb. Misra:
Mazda-sıx (möhkəm, qüdrətli), qeyd edirik gizli
verilmiş odu bayıra (ətrafa).
2-ci misra:
Daevaişça
- «daev» div deməkdir. Sözdəki
–ça
şəkilçisi
bizim indi işlətdiyimiz
–ca,-cə
şəkilçisidir:
dəvəcə böyümüşsən,
köşəkcə ağlın yox.
Bu şəkilçi-qoşma «Avesta» dilində alınma ola
bilməzdi, çünki, əvvələn, qrammatik vasitə, qoşma çətin alınar,
həm də çox işlənmişdir; digər tərəfdən, bizim dilimizdə də alınma
deyil. Odur ki «Avesta» dilinin ilkin türk mənşəyi barədə çox söz
deyir.
Maşyaişça
– insanlar qədər
(-ça
yenə həmin şəkilçidir).
Maşya
– şumer dilində də insan, adam deməkdir.
Vareşaite
– inananlar; bu söz Hind-Avropa dillərindən rus
dilindəki «vera» sözünün (inam, inanmaq) kökünü saxlamışdır. Bu
hal göstərir ki, «Avesta»nın dili həqiqətən çox qədimdir, o qədər
qədim ki, hələ ulu dilin sözləri bu və ya digər dərəcədə bütün pro-
144
todillərdə var və aradan çıxmayıb, dillər gələcək ailələr üzrə hələ
ona «yad» olan ünsürlərdən tam «təmizlənməyib».
Aipiçizit
– istiqamət (vermək) – dilimizdə qalmayıb.
Misra:
Divlər qədər, insanlar qədər şadlıq verən
istiqamətə.
145
3-cü misra:
Hvu
– «bu» (h)vu=vu (bu);
b>v
keçidi ilə yanaşı, h səsi
göstərir ki, söz nəfəsli tələffüz edilirmiş.
Viçiru
– seçilmiş; «viçiru Ahuro» - «seçilmiş, peyğəmbər
Ahura» mənasındadır. Ön sıra samitlər bir-birini əvəz edə bildi-
yindən bu sözün inkişafında
v>s
(
seçmək
feli; birbaşa olmaya
da bilər) keçidini düşünmək olar (12 min il!)
Ahuro
– Ahura
Ata
– odu
Nə
– «nə» bağlayıcısı. Görünür, bu bağlayıcı ilkin mərhələ-
də təkrarsız işlənməklə təkrarlıq ifadə edə bilmişdir.
Na, nao
sözləri də bu mənada izah edilmişdir.(2, 282)
Anhat
– ortalığa, oralara;
an
sözü şumerdə və bizim
qədim ədəbiyyatda 3-cü şəxsin təkini bildirir –
o
sözünü; -
at
isə
cəm şəkilçisidir – bütün dünya dillərində işlənir, ulu dildən qal-
madır. Söz şəkilçisiz hal bildirir.
Yata
– yetə, çata mənasındadır.
Hvu
– bu
Vasat
– bu söz sürü, astana, çəmənlik, otlaq mənalarındadır.
Kökdə
ast(ana)
aydın hiss olunur. Misra:
Bu seçilmiş Ahura odu nə ortalığa yetdi, bu (nə)
astanaya.
Şeirin ümumi məzmunu belədir:
Qüdrətli Mazda, ətrafa verilən odun nə qədər olduğunu giz-
li qeyd edirik,
Divlərə qədər, insanlara qədər şadlıq verən istiqamətlərə
(yayılır) (Yəni sənin odun bilirik şər qüavvələrə, xeyir qüvvələrə
nə qədər xoşbəxtlik gətirir).
Amma peyğəmbər Ahuranın odu (azlıq eləyir), hələlik, nə
ortaya (ortalığa, ocağa) çatır, nə astanaya.
Bəndin mənasını, təbii ki, başqa cür də yozmaq olar. Amma
bizi dil maraqlandırır. Oxucu özü də görür ki, 10-12 min il ərzində
dildə bu qədər uyğunluq qalıb. Bu, yaxşı mənada çox maraqlıdır və
müəllifin dil barədə gəldiyi nəticələrin doğru olduğunu göstərir..
Biz kitabı diqqətlə oxuduq, lüğəti bir neçə dəfə gözdən
keçirdik, əlifba cədvəllərinə baxdıq, müəllifin tərcümələri üzərində
fikrə daldıq. Dil materialı bizi daha çox düşündürdü. Gördük ki,
146
gözdən keçirdiyimiz bir bənddə hər bir element, demək olar ki,
türkcədir. «Qatlar»ın lüğəvi və qrammatik xüsusiyyətləri göstərir ki,
bu əsər bizim təsəvvür etdiyimizdən qat-qat uzaq keçmişin
yadigarıdır. V.E.Lariçev «Zamanın təkəri» əsərində (Moskva,
1986,s.34) yazır ki, «Avesta» və «Riqveda»nın tədqiqatçıları belə
bir nəticəyə gəlmişlər ki, «…bu abidələrin mətnlərində əks
olunmuş kosmoqonik və kosmoloji sistemlər haradasa 14-20 min
il bundan əvvəllərə aid olunmalıdır». (11, 34)
«Avesta»nın dilində türkizmlər aparıcı olsa da, burada
gələcək Hind-İran və ərəb dillərinə aid xüsusiyyətlər də
qalmaqdadır. Məsələn, «dil» sözünə diqqət yetirək:
Huizbiş
– dil,
hucistim
– yaxşı danışmaq,
çivişi
– danışmaq,
advaişu
–
deməklə,
adanaiş
– demək, dediklərim,
baxetraxya
– ixtilat,
danışmaq, nitq,
huxta
– yaxşı danışmaq,
vaxyo
– söz, danışıq,
zafar
– ağız, danışıq, dialekt, ləhcə,
zəvim
– qışqırıq, çağırış,
zuta
– qışqırıq, çağırış, səs,
yazamaite
– söz, yazı sözləri
işlənmişdir. Bunlardan bir qismi ərəb dilində səlisləşmişdir (
baxet-
raxya
– ixtilat, danışıq, nitq,
huxta
– yaxşı danışmaq), bir qismi
türk (
advaişu
– deməklə,
adanaiş
– demək, dediklərim,
yazamaite
– söz, yazı,
çivişi –
quş civiltisinə bənzər danışıq).
Zəvim
– sözünü də indi işlətdiyimiz «zəvzək» sözü ilə əlaqə-
ləndirmək olar. Qalanı müasir dillərdə müşahidə olunmur. Bunlar
da göstərir ki, hələ müasir dil ailələrinin başında duran
protodillərin yenidən formalaşmadığı, hələ tam müstəqil inkişaf
yoluna düşmədiyi bir dövrdür. Əgər belədirsə, bəşəriyyətin özü
üçün «Avesta»nın dilini zərrəbin altında öyrənmək maraqlı
olmalıdır. Bunu bir həqiqi filoloq kimi çox güclü duyğuya malik
olan Şəfizadə özü də duymuş və bizim dediyimiz nəticəyə
gəlmişdir: «Avesta»nı nəzərə aldıqda «…fars dili, yevrey dili,
ləzgi, tat, saxur, erməni, udin, kürd, talış və s. onlarla dil və xalq
adları şərtidir. Çünki bu «xalqların» və dillərin bir az qədim tarixi za-
manlarda izləri yox olub gedir. Və bu adlanmalar hamısı bir
məcraya tökülür. Xüsusilə də qədim abidə və yazıların mətnlərində.
«Avesta» da bu qəbildəndir. Onun mətnində bütün dillər və xalqlar
hamısı yox olub, vahid bir dilə və xalqa dönürlər. Hətta
dediklərimizə nisbətən qədim sayılan fars, əhəməni, pəhləvi, dəri,
ivrit, yunan, şumer dilləri və xalqları da həqiqətən belədir! Onda
147
heç kəsin inciməyə haqqı yoxdur. Sanskritin, semitin və ümumiy-
yətlə, hind-avropa adlandırılan silsilənin də bura bağlandığını
nəzərə alsaq, deməli, biz hər hansı abidəni – burada «Avesta»nı –
daha diqqətlə, dönə-dönə öyrənməliyik ki, bu ilk qaynaq vahid qay-
naq ki, ondan sonralar dil adlandırdığımız ləhcələr törəmişdir…» (2,
311)
«Avesta»nın tədqiqi Vətən tarixinin, Vətənin mədəniyyət
tarixinin tədqiqidir. Həm də misilsiz bəşəri mövzudur. Ona görə
də dövlət qayğısı ilə əhatə olunmalıdır. Şəfizadənin əsəri tək-
milləşdirilərək rus, ingilis dillərinə çevrilib yayılmalıdır. Biz bu
yolla Azərbaycanın qədimliyini, Azərbaycan mədəniyyətinin
bəşər mədəniyyətinin başında durduğunu dünyaya sübut edə
bilərik. Şəfizadə bu kitabla hələ ilkin variantda bir neçə
doktorluq işinin öhdəsindən gəlmişdir. «Avesta»nı bir də
başqaları onun qədər çətin öyrənə bilər.
2
2.07.06
148
ƏDƏBİYYAT
1.Q. K a z ı m o v. Azərbaycan dilinin tarixi (ən qədim dövrlər-
dən XIII əsrə qədər). Bakı, «Təhsil», 2004.
2. B a l o ğ l a n Ş ə f i z a d ə. «Zərdüşt, Avesta,
Azərbaycan…», Bakı, 1996; elmi redaktorları Kamal Talıbzadə və
Yaşar Qarayev.
3. Buddizm və Mərkəzi Asiya xalqlarının ənənəvi inamları.
Moskva, 1981.
4.A. O. M a ko v e l s k i. Avesta. Bakı, 1960.
5. V o l t e r. Fəlsəfə əsərləri. Moskva, 1986.
6. V. Y. P r o p p. Sehrli nağılların tarixi kökləri. Leninqrad,
1986.
7.Q. K a z ı m o v. Homerin poemaları və «Kitabi-Dədə
Qorqud». Bakı, «Təhsil», 2006.
8. N. S. S o ko l o v. Avesta dili. Moskva, 1961
9. R. F r a y. İranın irsi. Moskva, 1972.
10.Q. K a z ı m o v. Sənət düşüncələri. Azərbaycan Dövlət
Kitab Palatası, Bakı, 1997.
11. V. E. L a r i ç e v. Zamanın təkəri. Moskva, 1986.
149
ŞUMER - TÜRK ƏLAQƏLƏRİNƏ DAİR
YENİ ƏSƏR
Bu günlərdə (24 noyabr 2006) Cənubi Azərbaycan
ziyalılarından Rəhman Purəkbər Möhsüm oğlu Xeyavi
Nəsimi adına Dilçilik İnstitutunun nəzdində olan müdafiə
şurasında «Şumer və Ural-Altay dillərinin tarixi-tətbiqi
Dostları ilə paylaş: |