Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə47/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   43   44   45   46   47   48   49   50   ...   59

dünyadan 

nəql etmək 

ifadəsinə işlənmə cəhətdən müvafiq olsa da, ikincisi 



rihlət/rehlət

  sözünə   görə   çox   köhnəlmişdir.   «Dastan»dan 

verilmiş sonrakı müvafiq ifadələrdə də o biri müqabillərinə nisbə-

tən, müasirlik çaları vardır.

210


«Mehri   və   Vəfa»nın   dilində   «Dastan»ın   dilində   nəzərə 

çarpmayan aşağıdakı ifadələr vardır:



aramı qalmamaq

 (77), 


axirət mənzilinə yetirmək

 (15) 


–   basdırmaq,  

başına   dövlət   quşı     qonmaq

  (44),  



baş-göz 

eyləmək

    (


Əvərəyim   baş-göz   eyləyəm   səni

)   –   (44)   – 

evləndirmək,  

boynuna almamaq

   (67),  



cahandan   getmək 

(13)  – ölmək,  



cəfa çəkmək

   (18),  



canın almaq

  (21) –  öl-

dürmək, 

canını eşqin oduna yakmaq

  (61),  



canı göynəmək 

(25), 


canı çıkmaq

 (30) 


/ can çıkmaq

  (14) – ölmək, 



(mürdə 

cismə) can gəlür

  (47) – ölü cisim dirilir,  



cigərin dağlamaq 

(30), 


əlini  dutmaq

 (

Düşmüşəm, dut əlimi



) (18) – kömək etmək, 

əndişəyə   düşmək

  (19),  



əqli   getmək

  (20),  



əqli   başından 

getmək

 (28),  


əqli başına gəlmək

  (20), 


əl yugil

 (34) - əl çək, 

əl üz, 

əldən getmək

 (38) – itirmək, 



əldən-ələ düşmək

 (63) – 


korlanmaq, pozulmaq (qadın haqqında),  

xoş gəldin

   (55),  



kişi 

olmaq

 (44) – adam olmaq, 



qara geymək

 (30) – yas  saxlamaq, 



qədəm  basmaq

    (27),  



qeyrət qurşağın  belinə  bağlamaq 

(39)   –   qeyrətə   gəlmək,   qeyrətlənmək,  



ömür   sürmək

  (13)   – 

yaşamaq, 

sevdayə könül  bağlamaq

  (25) - sevdaya düşmək, 



şeytanın   ustadı

  (26)   –   qatı   fitnəkar,  



təxt-tac   gözünə 

gəlməmək

   (25),  



vəsiyyətin dutmaq

  (14),  



yakasını   yırt-

maq

 (32), 


yas dutmaq

  (30), 


yola düşmək

 (18), 


yürəgi dağ-

lamaq

 (35) və s.

Bir   sıra   fonetik   dəyişmələri   nəzərə   almasaq,   bu   ifadələrin 

çoxu ədəbi dilimizdə, bir qismi ümumxalq dilində işlənməkdədir. Bir 

çoxunun tarixi çox qədimdir. 

Başına dövlət quşı  qonmaq, baş-

göz   eyləmək

  tipli     ifadələr   xalqımızın   qədim   nağıllarında, 

dastanlarında  işlənə-işlənə   gələn   ifadələrdir.  

Baş-göz  eyləmək 

ifadəsinin sinonimi olan 



evərmək

 feli «Dədə Qorqud»un dilində də 

işlənmişdir;  

əl yumaq

  ifadəsi indinin özündə də kənd yerlərində 



filankəsdən əlimi yumuşam

  (yəni əl üzmüşəm) şəklində qal-

maqdadır.   «Adam   olmaq»   mənasında  

kişi   olmaq

  ifadəsi   də 

belədir.

İfadələrdəki  sinonimlik   də  maraqlı   olub,   əsərin   yarandığı 

dövrdə   dilin   nə   qədər   zəngin  olduğunu   göstərir

:   axirət 

mənzilinə yetirmək - cahandan  getmək, cana qıymaq - 

canın almaq - canı çıkmaq – əldən getmək

  ifadələrinin hər 

211


birində ölmək, öldürmək, bu dünyadan getmək anlayışları ifadə 

olunur;  



cəfa   çəkmək   -   əndişəyə   düşmək,  canını   eşqin 

oduna yakmaq  -  sevdayə könül  bağlamaq - yakasını  yırt-

maq 

və s. ifadələr də yaxın mənaları ilə diqqəti cəlb edir.

«Mehri və Vəfa» poemasının dilindəki ifadələrin bir qismi 

müasir   dilimizdə   işlənmir.   Belə   ifadələrin   bəziləri   ümumən 

arxaikləşmişdir.   Məsələn:  

bağrını   yakmaq

  (15),  



dünya 

şüğlündən   əlini   götürmək

  (30),  



ədl   dad   eyləmək

    (75), 



hökmünə girmək

  (13),  



başına dövlət qonmaq

  (75),  



əqlin 

aldırmaq

 (69) – ağlın itirmək və s.

 İfadələrin bir qismində leksik və ya az hallarda qrammatik 

arxaikləşmə mövcuddur. Məsələn:



araya   firaq     düşmək

  (65)   –  ayrılmaq,  



bir  yişə   ucun 

tutmaq

  (17) – bir işdən yapışmaq, 



canı tənindən çıkmaq

 (21) 


– ölmək,  

can cana irişmək

   (45) – can cana çatmaq,  



canü 

başım   fədadır

  (48),  



cigərin   yakmaq

    (31),  



əqlini   başına 

dirmək

 (34) – əqlini başına yığmaq, 



gərdinə irməmək

 (19) – 


tozuna da çatmamaq,  

könlin qomamaq

  - könlünə dəyməmək 

(60),  

firqət odu canına irmək

  (43) – canına ayrılıq odu düş-

mək.

Bu   misallardakı    



firaq,   yişə,   tən,   irişmək,   fəda, 

yakmaq, dirmək, gərd, qomamaq,

  son misaldakı  



firqət

  və 


irmək

  sözlərini   sıra   ilə  



ayrılıq,   iş,   bədən

  (bəzən  



göz

), 


y

etişmək

  (çatmaq),  



qurban,   yandırmaq,   yığmaq,   toz, 

dəymək, ayrılıq

  və  


çatmaq

   sözləri ilə əvəz etsək, bu gün 

ədəbi   dilimizdə   işlənən   ifadələr   alınacaqdır.  

Dəstgir   olmaq, 

əldən tutmaq, kömək etmək, əqli fəramuş eyləmək 

(72) – 


ağlını   itirmək   ifadələri   isə  

əlindən   tutmaq,   ağlını   itirmək 

şəklində dəyişmişdir; 



xoş keçəlüm

 (24), 


sayru düşmək

 (13), 


tütüni başından çıkmaq

 (25), 


yüzi yüzə irişmək

 (31) – tipli 

ifadələr isə  «Dədə Qorqud»u yada salır.

Məsnəvinin   dilində   bir   sıra   hikmətli   cümlə-misralar 

işlənmişdir.   Bunlar   «Dastani-Əhməd   Hərami»də   olduğu   qədər 

olmasa da, poetik təfəkkürün   ümumiləşdirmə imkanlarını üzə 

çıxarmaq üçün kifayətdir: 

Kişi namusu qoyunca, ölsə yeg. (17)

212


Taxta aldanmaz aşiq olan kişi,

Aşiqin başında əql qılmaz qərar.(26)

Kim nə bilür bəni kim, bən nə quşam? (59)

Savuk dəmir dögməgin assısı yok. (74)

Bu Vəfa candır, buna bən bir tənəm. (74)

«Dastani-Əhməd Hərami»nin  frazeoloji materialı daha 

zəngindir.

 İfadələrin   əksəriyyəti  

  ümumxalq   dilində 

işlənməkdədir: 

ağlı getmək

 (50) – huşunu itirmək,  



alqış eyləmək

 (35), 


bağrı başı sökülmək

  (77) – dərdlənmək,  



bağrı qana qərq 

olmaq

 (49) – dərdə düşmək, 



başını daşlara dögmək

 (15) – 


hədsiz   peşman   olmaq,  

başına   zaval   gəlmək

  (58)   – 

bədbəxtliyə düçar olmaq.  

başın çarəsin eyləmək

  (78) - çarə 

qılmaq,  

canın   cəhənnəmə   ismarlamaq

  (81)   -   ölmək,  



can 

qurtarmaq

  (78) – xilas olmaq, 



can parası

 (60) – əziz adam, 



cavab almaq

 (34), 


cigər dolu qan

 (79) – son dərəcə kədərli, 



dəng   eyləmək

  (35),  



dərisinə   sığmaz   olmaq

  (73)   – 

fərəhindən şişmək,  

dil açmaq

  (28) – danışmaq,  



döşək vaxtı 

(42) - döşəyə girmək, gecə bir yerdə yatmaq, zifaf, 



duz-əkmək 

yemək

 (55) – dostluq eləmək, 



dilindən gövhər saçmaq

 (14) 


– ən zərif ifadələr işlətmək,  

eyninə gəlməmək

  (48) – vecinə 

almamaq,  

əlindən   qurtulmaq

  (25)   –   xilas   olmaq,  



fələk 

peymanəsin içmək

 (24) – ölmək, 



fikrə batmaq

 (25) – fikrə 

getmək, 

fikrə dalmaq

 (63)  - fikrə getmək, 



fikri getmək

 (36) 


– fikri dağılmaq,  

gərdəgə girmək

  (40),  



gögdəsindən başın 

almaq

  (24)   –   öldürmək,  



gözünün   ağı-qarası

  (37)   –   əzizi, 

yeganəsi,  

gözi   qanə   dönmək

  (74)   –   intiqam   üçün   döyüşə 

hazırlıq   vəziyyəti   almaq,  

(qanım)   halal   olsun

  (37),  



hicr 

oduna yaxmaq

 (42), 


xurdi, xaşxaş olmaq

 (83) – (xurd-xəşil 

olmaq) ölmək,  

içini od dutmaq

  (54) – daxilən əsəbiləşmək, 

qızışmaq, 

iş bitirmək

 (42) – işi yerinə yetirmək, 



işini bitirmək 

(78)   –   öldürmək,  

iş   işləmək

  (33)   -     gözlənilməz   hadisələr 

törətmək, 

könlü xoş olmaq

  (30),   



qana qərq olmaq

  (24) – 

ölmək,  

qanını   içmək

  (76)   –   öldürmək,  



qərar   eyləməmək 

(69) – sakitləşməmək,  



qəsd etmək

 (78) – öldürmək,  



qol-qa-

nadı   olmaq

  (33)   –   yaxınları,   köməkçiləri   olmaq,  



qulluq 

213


yetirmək

  (31),  



laf urmaq

  (21) – çox danışmaq,  



məsləhət 

görmək

  (33),  



ömrü   dağılmaq

  (24)   –   ölmək,  



pərdə 

götürmək

  (30) – aranı açmaq,  



seyran  qılmaq

  (21) – seyr 

etmək, baxmaq,  

səxavət kanı

  (38) – əliaçıq, səxavətli,  



sözə 

gəlmək

 (22) – danışmaq, dillənmək, 



söz uzatmaq

 (24) – uzun 

danışmaq, 

sözündən çıxmaq

 (41) – sözünə baxmamaq, 



şükr 

eyləmək

 (34), 


yaman gün

 (43), 


yol tutmaq

 (45), 


yol tutub 

getmək

 (18) – yola düşmək, 



yola rəvanə olmaq

 (45) – yola 

düşmək, 

yüz tutmaq

 (25) /


yüz tutub getmək

 (75) -  getmək, 



yüzi   qara

  (82),  



yüzü   suyu   dökülməmə

k   (58)   -     abrımı 

qorumaq.

Bu ifadələrin bir qismində   yalnız fonetik arxaizmlər möv-

cuddur.   Şübhəsiz,   ifadələrin   semantikası   da   müəyyən   dərəcə 

dəyişmişdir. Məsələn, 



sözə gəlmək

 – ifadəsi bu gün ədəbi dili-

mizdə   danışmaq,   dillənmək,   dilə   gəlmək   mənasında   deyil, 

əsəbiləşmək,   əsəbi   danışmaq   mənasındadır.   Lakin   ifadələrdə 

belə   dəyişiklik   azdır.   Bir   sıra   ifadələrdə   hələ   məcazilik   zəifdir, 

ilkin   məna   ilə   əlaqə   aydın   sezilir:    



duz-əkmək   yemək, 

gərdəgə girmək, pərdə götürmək

 və s. 


Candan keçmək – 

canın cəhənnəmə ismarlamaq - fələk peymanəsin içmək 

– gögdəsindən başın almaq - xurdi, xaşxaş olmaq - işini 

bitirmək       -   qana   qərq   olmaq   -   qanını   içmək   -   qəsd 

etmək - ömrü dağılmaq

  kimi ölmək, öldürmək anlayışlarını 

bildirən   yaxın   mənalı   ifadələr   frazeoloji   vahidlərin   zənginliyi 

baxımından əsərin müasir mərhələyə çox yaxın bir ədəbi dilin 

nümunəsi olduğunu sübut edir..

«Mehri   və   Vəfa»da   olduğu   kimi,   «Dastani-Əhməd 

Hərami»də   də   bəzi   ifadələr   artıq   arxaikləşmişdir.   Belələrindən: 

ağlın   özinə   iş   etmək

  (35)   –   fikirləşmək,  



canına   rəhmət 

irişmək

 (15) – rəhmətlik olmaq, 



qan qaşınmaq

 (17) – çox bərk 

qorxmaq   (ilk   dəfə   «Dədə   Qorqud»da   rast   gəldiyimiz   ifadədir), 

qeydini   yemək

  (67)   –   qayğısını,   qəmini   yemək,  



mülki-dini 

yıxmaq

 (15) – dinə rəxnə vurmaq  kimi ifadələri göstərmək olar. 

Aşağıdakı ifadələrdə isə leksik arxaikləşmə müşahidə olunur:

ağlını dirmək

 (77) – ağlını toplamaq, 



ağlı irişmək

 (81) – 


ağlı   çatmaq,  

bıçaq   sögügə   irmək

  (58)   –   bıçaq   sümüyə 

dirənmək (səbri tükənmək), 

çələb səninlə rəhbər

 (56) – allah 

214


sənə yar olsun,  

dilini əbsəmcək tutmaq

 (42) – dilini dinməz 

saxlamaq,  

dünyayı   daramaq

  (59)   –   dünyanı   axtarmaq, 

gəzmək,  

düni günə qatmaq

  (18) – gecəni gündüzə qatmaq, 



düni   günə   ulamaq

  (28)   –   gecəni   gündüzə   qatmaq,  



əfqan 

içində qalmaq

 (48) – dərd-fəğan içində qalmaq, 



əsən qal

 (56) 


– salamat qal, 

halı digərgun olmaq

 (49) – halı pərişan olmaq, 



haqqa yüz urmaq

 (54) – allaha üz tutmaq, 



hekayət qılmaq 

(16) – hekayət eləmək, danışmaq, nəql etmək, 



xuyunu almaq 

(40)   –   xasiyyətini     almaq,  



könlün   yəğma   qılmaq

  (61)   – 

ürəyini     fəth   eləmək,  

qulaq   urmaq

  (23)   –   qulaq   vermək, 

eşitmək,  

muhala   urmamaq

  (21)   –   məhəl   qoymamaq,  



mu-

radına irmək

  (81) – muradına çatmaq,  



söz ögüş

  (54) – söz 

müxtəsər,  

sözü sımaq

  (38) – sözü sındırmaq,  



şükr qılmaq 

(27)   –   şükr   eləmək,  



təşviş   qılmaq

  (25)   –   təşviş   eləmək, 



usunu   başa   gətirmək

  980)   –   ağlını   başına   gətirmək,  



yolu 

irmək

  (70)   - yolu tapmaq,  



fürsət ələ girmək

  (62) – əlinə 

fürsət düşmək.

Lakin   bunlar   özləri   də   o   qədər   çətin   başa   düşülən, 

anlaşılmaz ifadələr deyildir. 

Qılmaq

 sözünün iştirakı ilə yaranmış 

ifadələrin çoxu xalq dilində hələ də işlənməkdədir.

Bir sıra ifadələrdə hər iki komponent dəyişmişdir:



ögü, usu dərmək

 (23) – ağlını başına toplamaq, 



ögünü 

dövşürmək

 (46) – ağlını başına yığmaq.

 Bunlarla yanaşı, «Dastan»ın dilində: 

könlün əgmək

 (60) 


–   fikrini   döndərmək,  

tana   qalmaq

    (26)   –   təəccüb   etmək, 



dadını   almaq

  (81)   –   əvəzini   çıxmaq,  



(mənidə)   qılı   iki 

biçənlər

 (14) - ən zərif mənaları başa düşənlər kimi maraqlı ifa-

dələr də vardır. 

Bütövlükdə nəzərdən keçirdikdə «Dastan»ın dilində arxaik 

görünən ifadələr bizə daha yaxın dövrün  işlək ifadələridir. Odur 

ki «Mehri və Vəfa»ya nisbətən. bu əsər kütləvi oxucu üçün daha 

asan  və anlaşıqlıdır.

«Dastan»ın dilində aforizmlər, naməlum müəllifin özünün 

dediyi kimi, «məsəllər» daha çoxdur:

Adıdır dünyada qalan kişinin,

Əgər erkək ola və gər dişinin. (18)

Tanrı bir isə, iş ikidir (23)

215


Kişi könlündəkin kişi nə bilə? (32)

Fələkdə istədigin yerdə buldu (34)

Kişi kəndi canın oda buraxmaz (37)

Əgər dərdli isəm, dərman sənindir.(39)

Ağalar dedigin tutmaq gərəkdir,

Ağu sunar isə, yudmaq gərəkdir.(44)

Gəlir başına nə kim yazsa təqdir,

Adam

 dedigi olmaz cümlə tədbir. (45)

Əzəldən yazılan pozula haşa (59)

Məsəldir: sevəni sevmək gərəkdir. (63)

Keyik basmaz olur arslan izini. (63)

Məsəldir: kəndi düşən ağlamaz, der,

Axan dəryayı kimsə bağlamaz, der. (70)

İmanlu 


kişidə 

olur şəfaət,

İmansuzda nə din var, nə dinayət.(78) Və s.

Bunların   hamısı   bu   gün   öz     məzmununu   məsəllərdə 

saxlamışdır.     Bu  hal  göstərir   ki,   «Dastan»ın   yarandığı   dövrdə 

poeziya və hikmət daha uzun yol keçmiş, ənənə və təcrübə daha 

böyük olmuşdur.

Kursivlə verdiyimiz eyni mənalı  



adam

  və  


kişi

  sözlərindən 

aydın olur ki,  «Dastan»ın yarandığı dövrdə artıq 

adam

 sözü 


kişi 

sözünü əvəz etməkdədir. 

Beləliklə, əsərlərin frazeologiyası qədimlik etibarilə «Mehri 

və Vəfa»nın xeyrinədir.



12. Məsnəvilərin tarixini, yəni onlardan hansının daha qədim 

olduğunu  öyrənmək üçün cinas qafiyələrə də diqqət yetirmək olar. 

Bu cəhətdən «Dastani-Əhməd Hərami» nəzəri xüsusilə cəlb edir. 

Əsərin naməlum müəllifi  böyük ustalıqla cinas qafiyələrdən istifadə 

etmişdir:

Məgər kim ol zamanda bir 



hərami

Dərib döşürmüş idi çox 



hərami.

(16)


Gələlim biz həramilər 

sözünə

,

Biləsiz, onların fikri, 



sözü nə

? (22)


Güləndam bu sözü 

bir-bir eşitdi,

216


Özünə ağlını 

bir-bir iş etdi

. (35)


Belə Əhməd Hərami bindi 

ata,

Qızın köşkünə yaxın gəldi 



ata

.

Çü lala bu sözü andan 



eşitdi,

Dəlim üzrü ilə gör nə 



iş etdi

. (37)


İraq yerə səni verər 

olursam

,

Bənə (bir) dərddürür sənsiz 



olursam

.(38)


Yanağı gül kibi öylə 

qızardı

,

Atasından utanır, həm 



qızardı

.(39)


Eşid imdi bu yandan 

əcəblər,

Eşidənlər anı yavlak 



əcəblər

.(41)


Həqə saldım görəyim həq nə 

işlər

,

Bunun kibi başa  çox gəlir 



işlər

. (47)


Aytdı:  sözüm eşid, ey yüzi 

gül,

Şükür qıl padişaha, ağlama, 



gül.(

55)


Bir iş var kim, anı 

təcil edərlər

,

Bir iş var kim, anı 



təcil edərlər

.(62)


İraqü İsfahan, Novruzü 

Şahnaz

,

Edərdi bir-birinə iki 



şah naz

.(66)


Güləndam etdi ki, bunun 

suçu nə

?

İşi etmək gərək layiq 



suçunə.

 (78)


İçindən keçirir dərd ilə 

ahın,

O dərd odundan əriyəydi 



ahən

.

Güləndam gəldi aydır: hey, dur, 



əxi,

217


Həramiyə nələr etdim gör 

axı.

(81) Və s.

Bu   misallardakı   cinas   qafiyələrin   izaha   elə   bir   ehtiyacı 

yoxdur. İlk beytdəki  



hərami

  sözlərindən birincisi «yol kəsən», 

ikincisi   «haram   şeylər»  mənasındadır.   Dördüncü   beytdəki  

ata 

sözlərindən biri  «ata», o biri  yönlük halda «at» sözüdür. 38-ci 

səhifədəki  

olursam

  sözlərindən   biri   «olsam»,   ikincisi 

«otursam»,   sonrakı   səhifədəki  

qızardı  

sözlərindən   birincisi 

«rəngi qızarmaq», ikincisi «hirslənmək, qızmaq, əsəbiləşmək», 

əcəblər

 sözünün birincisi cəm halda «əcəb» sözü, ikincisi feldir 

– əcəbləyər (təəccüb edər) deməkdir, 

gül 

sözlərindən biri isim, o 

biri fel kimi işlənmişdir. 

Təcil edərlər

 ifadələrindən birincisi «tə-

ləsərlər»,   ikincisi   «tələsməzlər»   mənasındadır.  

Ahın–nida

  – 


ahən–dəmir

sözlərinin ərəb əlifbası ilə yazılışı daha yaxındır və 

s.

Bunlar   göstərir   ki,   «Əhməd   Hərami»nin   yazıldığı   dövrdə 



artıq şeir dili folklor dili əsasında geniş şəkildə cilalanmışdır və 

türk dilində şeirin artıq tam kamil nümunələri mövcuddur. Lakin 

bu imkanlar «Mehri və Vəfa»da hələ tam yoxdur. Əsərin dilində, 

demək olar ki, cinas qafiyədən istifadə edilməmişdir. Cinas qafi-

yəli kimi görünən aşağıdakı beytlər də bu cəhətdən çox zəifdir:

Qız çaqırırlar dügündürür 



bu gün

,

Həm gəzə, təfərrüc edə ol  



bu gün

.(59)


Sayis aydır: əsrük idim 

bilmədim,

Mən bu işə irəcəgüm  



bilmədim

.(64)


Mehri aydır sərrafa: Sözüm 

eşit

,

Mən sənə əyaq sunum,  sən 



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin