Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ


meyvə  (45), 12 dəfə meyvə mənasında  yemiş



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə46/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   42   43   44   45   46   47   48   49   ...   59

meyvə 

(45), 12 dəfə meyvə mənasında 



yemiş

 sözü, ƏH-də isə bir dəfə 



yemiş

 (70), bir neçə dəfə  



meyvə

 sözü işlənmişdir. 

M.Kaşğaridə ağıl, anlayış, zəka, dərrakə mənalarında   

ök 

sözü (MK, IV, 404) və  sağır «n» ilə 



önq 

sözü (ön, öndən, öncə 

mənalarında) vardır, həm də bu ikinci sözün bilavasitə oğuzlara 

aid olduğu  qeyd  edilmişdir   (MK,  IV,   409).   Bu   hal   göstərir   ki, 

«Kitabi-Dədə Qorqud»da və elə «Mehri və Vəfa» əsərində də bu 

sözlər   qarışdırılır.   Əslində,   bunlardan   anlayış,   zəka,   dərrakə 

mənalarında olan söz 

ök,

 ikincisi  



ön

 şəklində yazılmalıdır (sağır 

«n» ilə).

Bu sözlərin işlənmə tezliyinə görə əsərlər fərqlənir. «Kitabi-

Dədə Qorqud»un dili üçün xarakterik olan 

ög 

sözü «Mehri və Və-

fa»nın   dilində   çox   (8   dəfə)   və   həm   də  

ögünə,   ögündə 

formalarında  iki mənada - qabağına, qarşısına və  ağlına, huşuna, 

düşüncəsinə mənalarında işlənmişdir:

Taxt 


ögündə

 gördi durur bir tayə,

Taxtda bir qız oturur bənzər ayə.

Çünki Vəfa Mehri təfərrüc edər,

Taxt 

ögünə

  düşübən əqli gedər. (20)

Bağban oğluna ismarlayın atı,

Biçibəni 



ögünə 

töksün otı.(49)

Süfrə gətürdi 

öginə,

 sun, dedi,

Vəfa məlul idi, bir lokma yedi.(55)

Aldı övrət Mehri günlədi gedər,

Gəldi sərraf 

ögünə 

 gör kim, nedər.(60)

203


Tez 

ögündə

 yüzini  urdu rəvan,

Xızıra halın yigit qıldı əyan.(33)

Ögünə

 bin əndişə düşdü onun,

Kimsəyə  assısı olmaz qüssənin.(62)

Göründüyü kimi, bu beytlərin əvvəlki  altısında 



ögünə

 sözü 


önünə, hüzuruna, qarşısına, qarşısında, önündə mənalarındadır, 

son bənddə isə ağlına, düşüncəsinə, fikrinə mənasını ifadə edir.

«Dastani-Əhməd hərami»də isə bu söz cəmi iki beytdədir:

Ol ucdan mənzilə irəməyəvüz,



Ögümüz

, usumuz dərəməyəvüz.(23)

Güləndama dedi: dövşür 

ögünü

,

Bilirmisən bənə sən etdügünü? (46)



Hər   iki   misalda   ağlımız,   huşumuz   mənasındadır.   İkinci 

beytin mənası:  ağlını topla fikirləş ki, mənə nələr etmisən.

  Deməli,  

ög

  sözü   ön,   qabaq,   hüzur   mənasında     burun 

tələffüzündən   təmizlənmiş,   ağıl,   huş   mənasında   isə 

arxaikləşmişdir. «Mehri və Vəfa»nın dilində hər iki mənada və 

çox işlənməsi bu əsəri «Dədə Qorqud»a daha çox yaxınlaşdırır.

«Mehri və Vəfa»nın dilindəki toponim, hidronim, kosmonim 

və antroponimlər də qədimliyi ilə seçilir: 

Rum eli, Rum sultanı, 

Məğrib eli, Əmman eli, Nuşirəvan, Keyqubad. Vəfa, Mehri, 

Məcnun, Leyli, Fərhad, Şirin, Cavan, Xızır, Yaqub, Yusifi-

Kənan, Süleyman, Mərrix, Zöhrə, Müştəri, Fərat 

və s.


Rum  

sözü   çox   qədim   toponimlərdəndir.   Qədimdə 

Romanın, sonralar Roma imperiyasının, onun parçalanmasından 

sonra  isə (IV əsr)  Bizansın bəzi Şərq ölkələrində  yayılmış adı 

olmuşdur.   Səlcuqların   Kiçik   Asiyanı   işğalından   sonra    

Rum 

dedikdə   Kiçik   Asiya   nəzərdə   tutulmuşdur   və  



Rum   eli,   Rum 

sultanlığı

 ifadələri də (XI - XIV əsrlər) buradandır.  (ASE, VIII, 

s.194; V, s. 486) Ənuşirəvan (I Xosrov) VI əsrdə 50 ilə qədər bir 

dövrdə (531-579) Sasani hökmdarı olmuşdur, Keygqubad isə (I 

Qubad) onun atası idi. Məcnun, Leyli, Fərhad, Şirin, Xızır, Yaqub, 

Yusifi-Kənan, Süleyman, Mərrix, Zöhrə, Müştəri, Fərat sözlərinin 

204


isə daha qədim olduğu məlumdur. Bu adlar içərisində XI əsrdən 

sonra yaranmış heç bir ada təsadüf edilmir.

10. Şübhəsiz, leksikadan danışarkən məsnəvilərin dilində iş-

lənmiş  


alınma sözləri  

də araşdırmaq lazım gəlir. Vaxt olsa idi, 

hər iki əsərin dilindəki alınma sözləri tam çıxarıb müqayisə etmək 

mümkün idi. Lakin biz imkan olmadığını nəzərə alaraq, məsələni 

başqa yolla həll etməyə çalışdıq. Belə ki eyni məsafədə yerləşən, 

hər   biri   29   misradan   ibarət   olan   10   mətn   nəzərdən   keçirdik. 

«Mehri   və   Vəfa»   12-ci   səhifədən   başlayır,   76-da   qurtarır, 

«Dastani-Əhməd   Hərami»   isə   14-dən   başlayır,   83-də   qurtarır. 

«Mehri  və Vəfa»nın hər  səhifəsində  29  misra, «Dastan»da isə 

əksərən 24 misra vardır. «Dastan»dakı   misranın sayını sonrakı 

səhifə hesabına doldurmaqla aşağıdakı səhifələrdə alınma sözləri 

araşdırdıq.



MV-də: 12, 15, 19, 23, 29, 39, 49, 59, 69, 74.

ƏH-də: 14, 17, 21, 25, 31, 41, 51, 61, 71, 81.

«Mehri və Vəfa»da alınma sözlər (sözlərin təkrarən neçə 

dəfə işləndiyi mötərizədə verilmişdir):

12.  


Əvvəl  

(3),  


allah,

 

yad (etmək), bismillah, bünyad 



(etmək),   müqim, qaim, laməkan, raziq, rizq

  (3),  


kafər, 

müsəlman,   cümlə,   ibrət,   nemət,   həm

  (2),  


həbib,   həqq, 

rəsul

 (3), 


nəbi, əsül

 (2), 


rəhmət, aləm

 (2), 


sədr, bədr, sidq, 

səfa,   yarən,   şəhid,   şühəda,   əmm,   salavat,   din,   imam, 

təmam

 – 44 s.


15. 

Padşah

 (2), 


axirət, mənzil, xəzinə, hər

 (2


), surət, 

vəzir

 (3), 


hikmət, həm

 (2), 


vəsiyyət,  dürlü, qəbul (etmək), 

işarət,   şah,   tac,   təxt,   xeymə,   təbil,   aləm,   rəxt,   bəxt, 

sultan

 (2), 


xatir, səfa

 – 30 s. 

19.

Rəmmal

 (2), 


şəhər

 (2), 


nişan, səfər (etmək), saat, 

qərar (qılmaq), canavar

  (6), 

əndam, nəqş, nigar, təfərrüc 

(etmək), gərd, əndişə, yava, gəncxanə, dəxi, rövşən, taxt 

– 25 s.


23.  

Dürlü, hər

  (3),  


sahibqədəm, zəlil, dərd, dərman, 

dəlil,   rənc,   cəfa   (çəkmək)  

(2),  


təzə,   hərgiz,   təfərrüc 

205


(etmək), heç, təbil

 (2), 


hal, məlul

 (2), 


dost, əhval, qüssə

  - 


24 s.

29. 


Əmin (etmək), cadu

 (4), 


dəm, padşah

 (3), 


əql

 (4), 


sultan

  (4),  

çün (2), təfərrüc (etmək), məqsud,   heyran  

(olmaq),   məqam,   əcəb,   səbəb,   şah,   bigünah,     məğrib, 

aşiq



hal, xatir, səfa 

– 32 s.


39. 

Qeyrət, aqibət, məğrib, nagəhan

 (2), 


xəlq, cümlə, 

sultan

 (3), 


nəsəq

,

  qərib

 (2), 


təqyə, yar, xalq

 -  16 s.

49.  

Dayə,   şəm

  (3),  


şərab

  (3


),   həm 

(2),  


cəng

  (2), 


rübab,   işrət

  (2),  


şahanə,   bəhanə,   xadim

,  

sultan

  (2), 

xəbər, şərab

,  

noğul

  (2),  


şəkər, bəzm, alət, cəngi, rəqqas 

(4),  


həqq, şad (olmaq), vəzir

,

 kəbab, təşnə, çarparə, çərx, 

sayis

 (2), 


hələ, dəxi, hər

 (2), 


fələk

 – 45 s.


59.  S

ərraf

  (4),  


zənbaz,   həm

  (4


),   dünya,   övrət

  (2), 


xəbər, bixəbər, hüma, xub, hüsn, misl  

(2),  


məqərr, cahan, 

dəxi,  xəlvət, hər

,

  tənəüm, rəqs,   təfərrüc  (etmək),  saat, 

tamaşa, tez, xoş,  xürrəm, hüməm, zaman 

– 34 s.


69.  

Surət

  (7),  


hövz,   qəsd,   dost,   daim,   təfərrüc 

(etmək)

  (2),  


dəxi

  (2),    



əql

  (3),  


heyran,   həsrət,   zaman, 

məğrib

 (2), 


sultan 

(4), 


bihuş, zindan

 (4


), hələ, xəsm, fəda 

(qılmaq),   eşq,   cəng

  (2),  


can,   sərraf,   fəryad   (etmək), 

nəsaq

 

(eyləmək)

 – 42 s.


74.  

Çün,   cümlə,   şükranə,   azad

  (2),  


dəxi,   zindan, 

miskin

,  

həm,   tərk   (etmək)

  (2),  


sevda,   hər

  (2),  


sahib, 

zəhmət, dərd, dəva, rəva,   əzm (etmək), yar, can, tən,  

gədə, şahzadə, azadə, padşah(lıq), cümlə, sultan

 – 29 s. 

Ümumiləşdirdikdə:

44+30+25+24+32+16+45+34+42+29

 



321:10=32,1.

Deməli, «Mehri və Vəfa» əsərinin hər səhifəsinə təqribən 

32-dən bir qədər artıq alınma söz düşür.

 «Dastani_Əhməd Hərami»də alınma sözlər:

14.  


Dastan,   bünyad   (etmək),   həq,   qüdrət,   yad 

(etmək), mə`ni, bəhr, seyr (etmək), dərya, gövhər

  (2), 


xeyr   (edənlər),   məani

    (2),  



daima,   kan,   dürr,     zikr 

206


(etmək)

  (2


),   xatir, müşkil, zərrə, zira,   hikmət

  (2),  


ədl, 

hərgiz

 (2


), keyfiyyət,  hiç

 (2), 


məkan, zahir, batin, əvvəl, 

axır,  şərh

 (2), 


cüda (düşmək)

  - 39 s.

17. 

Sehr, elm

 (3), 


bəğayət, nücum, qadir, qayət, gər, 

əfsun,  gəz,  dəm,   hərami,  təmam,  gürbüz,  sərp,  qafilə,  

hesab, sim, zər, şikavə, məqam, çün, yarən, sultan, vəsf 

(etmək)

 – 25 s.


21. 

Qələm

 (2), 


bürqə, hərgiz, muhal, fikir, hal, fəth, 

tədbir (etmək), laf (urmaq), təqdir, rəvan, cüst, xəzinə 

(4),    


azim   (etmək)

  (3


),     kəmənd,   əgər,   vaxt,     seyran 

(eyləmək),   məgər,   xub,   gənc,   zəmanə,   xişm,   divanə, 

heç, çün, əfsun –

 33 s.


25.

Təmam,   nəzər   (qılmaq),   əgər,   həman,   azim 

(etmək), dəng (olmaq),  fikir, həq,  məşğul (olmaq), zikr 

(etmək),     təəccüb   (etmək),   əcayib

  (2),    



sirr,   kərim, 

qüdrət, təaallah, hikmət,  sübh, təşviş



hal, çün, nur

 (3), 


aləm, xurşid, məşriq

tac


 – 29 s.

31.  


Şərbət, çün

  (2),  


xon

,

  xələt, sabah, kətxuda

  (3), 


xəbər,   xoca

  (2),    



nəsib,   ərməğan,   şəhənşah,   haman, 

dəm, şah

 (5),  


padişah

 (3), 


vəsf,  məlum (qıldı), məxtum, 

eşq,   hərami,   sultan,   lütf,   şad   (olmaq),   kəlam,     ərz 

(etmək), xoş (gəlmək), qayət, gərçi, zəhmət, vəlakin, ra-

hət, mütləq 

– 42 s.


41.  

Əcəb  

(2),  


məgər,   razdaş,     xoş   (idi),   manənd, 

mahitaban,   mütləq,   sün`i,   həq,   xuy,   vəsf,   hal,   dərd, 

xəyal, şəkil,  tədbir, raz, faş (etmək),  məhbub, zəmanə, 

fəda (olmaq), can, gər, fikir, vaxt

 – 26 s.


51.  

Can

  (2),  


çarmux, xəsm, qərib, çərx, dun,   cövr, 

çün, həq, dəm, bənd, huri, bəşər, gülüzar, əhval

,  

hərami 

(3) – 19 s.

61.  

Əgər,   can

  (3),  


köşk  

(2),  


məhbubə

  (2),  


həzrət, 

təfərrüc (etmək)

  (2),  


şah

  (3),  


təxt, sərv

  (2),  


huri, çinar, 

nar,   çün,   camal,   hüsn,   kamal,   yəğma,   eşq

  (2),  


sevda, 

nigar, səbr, qərar



haman, dəm, dayə, dürlü

 – 35 s.


71

. Reyhan



nəsrin, dürlü, hərami

 (2), 


hal

 (2), 


xəbər, 

yar

 (2), 


yeganə, lisan, şəhər

 (2),  


padşah, xəlq

 (2), 


sipah, 

207


mərd,   mərdan,   sultan

  (2),  


əvvəl,   şah,   şakir,   xoşnud,  

kafir, müsəlman, hənuz, vəfadar, tamam

 – 31 s.


81. 

Can

 (2), 


cəhənnəm, murad, bünyad, haqq, ustad, 

dad (əvəz), şah

 (3), 


dilaram, təcil, hənuz, dəxi

 (2), 


qəflət, 

hal,   xoş   (olmaq),   zalım,   əxi,   hərami,   nigar,   xumar, 

həkim, xəyal, həmişə, insan, rəiyyət, hekayət, bədəxtər

 – 


31 s. Toplayaq və bölək:

39   +25+   34+29+   42+26+19+35+31+31   =310   : 

10 = 31

Deməli,   «Dastani-Əhməd   Hərami»nin   dilində   hər   29 

misraya təqribən 31 alınma söz düşür. Aydın olur ki, «Mehri və 

Vəfa»nın     29   misrada   payına   düşən   alınmaların   sayı   azca 

artıqdır.   Bu,   təbiidir.   Əgər   «Mehri   və   Vəfa»   «Dastani-Əhməd 

Hərami»dən əvvəl yaranmışsa, belə də olmalı idi. Çünki XI  əsr 

Azərbaycanda   farsdilli   poeziyanın   tüğyan   etdiyi   bir   dövrdür. 

«Dastani-Əhməd Hərami»nin yarandığı dövrdə isə bu tilsim artıq 

qırılmış, türk yazılı ədəbiyyatı böyük vüsət qazanmışdı. «Mehri və 

Vəfa»nın müəllifi böyük adamdır ki, o, o cür mühitdə belə bir 

əsər yarada bilmişdir. Əslində, bu hal aydın şəkildə onu təsdiq 

edir ki, heç «Mehri və Vəfa» da birinci deyil və bu əsər böyük bir 

yolun ortasında yaranmış əsərlərdən əlimizə çatanıdır. 

Əsərlərin dilindəki çətin anlaşılan alınma sözlər aşağıdakı-

lardır.

MV-də:  


bünyad (etmək),   müqim, raziq, rizq, əsül, 

bədr,   sidq,   xeymə,   rəxt,   təfərrüc   (etmək),   gərd, 

gəncxanə, sahibqədəm, məğrib, nəsəq,   təşnə, çarparə, 

sayis, zənbaz, tənəüm, hüməm, xəsm

 və s.


ƏH-də:  

bünyad   (etmək),   mə`ni,   kan,   məani,   cüda 

(düşmək),   bəğayət,   sərp,   yarən,   bürqə,   muhal,   cüst, 

xişm,   təaallah,   məşriq,   xon,   məxtum,   manənd,   xəsm, 

dun,  hənuz, dilaram, bədəxtər

 və s.


 Əslində, heç bunlar da o qədər çətin anlaşılan sözlər deyil 

və keçən yüzillikdə məhdudlaşmış, işləklikdən qalmış sözlərdir. 

Həm də, göründüyü kimi, alınma  sözlərin bir qismi xalis 

Azərbaycan sözləri ilə birləşərək mürəkkəb fel əmələ gətirmişdir.

208


MV-də: 

yad etmək, bünyad etmək, qəbul etmək, səfər 

etmək, təfərrüc etmək, əmin etmək,   fəryad etmək,   tərk 

etmək,   əzm   etmək,   nəsaq   eyləmək,   qərar   qılmaq,   fəda 

qılmaq, cəfa çəkmək,  heyran olmaq,  şad olmaq;

ƏH-də:  


bünyad etmək, yad etmək, seyr etmək, xeyr 

etmək, zikr etmək, vəsf etmək, tədbir etmək,  azim etmək, 

təəccüb etmək,   ərz etmək, faş etmək, təfərrüc  etmək,  

seyran eyləmək, cüda düşmək,  laf urmaq,  nəzər qılmaq, 

məlum qılmaq, dəng olmaq, şad olmaq, fəda olmaq, müş-

kül olmaq,  xoş olmaq,  xoş gəlmək.

 

«Dastani-Əhməd   Hərami»də   həm   mürəkkəb   fellərin   sayı 



artmışdır,   həm   də   «Mehri   və   Vəfa»dakı  

etmək,   eləmək, 

qılmaq, çəkmək, olmaq

 fellərindən başqa, 



düşmək, urmaq, 

gəlmək

 felləri də əlaqəyə cəlb olunmuşdur. Demək olmaz ki, bu 

sözlər «Mehri və Vəfa»nın yazıldığı dövrdə alınmalarla işlənmirdi. 

Sadəcə   olaraq   faktın   əhəmiyyəti   odur   ki,   «Dastani-Əhməd 

Hərami»yə doğru alınmalar daha çox həzm olunur, dilin təbiətinə 

daha çox uyğunlaşır.

11.Məsnəvilərin  

frazeologiyası

  da   maraqlıdır.   Uyğun 

gələn frazeoloji vahidlər nisbətən azdır. Ortaq şəkildə işləndiyi 

müşahidə olunan frazeoloji vahidlər aşağıdakılardır.

«Mehri və Vəfa»da:  

aman vermək

  (73),  



aram   qılmaq 

(17) – sakit olmaq,  



can vermək

  (73) – ölmək (



Can vermək 

gərək doğru yara) (30); 



canını qurban vermək

 (31) – canından 

keçmək; 

can vermək

  (70) –(xidmətinə irməkligə can vermək) – 

çox çalışmaq,  

can vermək

 – diriltmək, cana gətirmək (22); 



canı 

verən

  (34) – həyata gətirən, yaşadan (allah);  



canı vergil

 (42) – 


can ver, dirilt,  

dua qılmaq

  (31),  



salavat vermək

  (12),  



yola 

girmək

  (17)   –   yola   düşmək,  



yolundan   azmaq

    (69), 



(məmləkət) əlindən çıkmaq

  (26) – (ölkəni)   itirmək, yox elə-

mək, 

qərar qılmaq

  (19) və s.

«Dastani-Əhməd   Hərami»də:  

aman  vermək

  (63),  



aram 

qılmaq

 (19) – sakit olmaq, dayanmaq, bir qədər gözləmək, 



canı 

vermək

 (23) – ölmək, 



dua qılmaq

 (35), 


səlavət vermək

 (15), 


yola girmək

  (52) – yola düşmək,  



yol azmaq

  – (50) – yolunu 

itirmək 54,   

əlindən çıxmaq

  (28) – (dostları) yox olmaq, məhv 

olmaq və s.

209


Göründüyü kimi, «Mehri və Vəfa»nın dilində 

can vermək 

ifadəsi daha işləkdir – çox çalışmaq, canından keçmək, hətta di-

riltmək, cana gətirmək kimi əks mənaları da ifadə edir. Bu hal 

mövzunun işlənmə imkanları ilə bağlıdır.

Məsnəvilərin dilində elə frazeoloji vahidlər də var ki, kom-

ponentləri bir-birindən sinonim sözlərlə fərqlənir. Məsələn, 

MV-də:  

dərdə   daru   bulmaq

  (43)   –   dərdə   dərman 

tapmaq   -   ƏH-də: 

dərdinə   dərman   qılmaq

  (58),  



dərdə 

dərman bulmaq

 (68) – dərdinin çarəsini tapmaq;

MV-də:  

başına vaqiə  gəlmək

  (33) - ƏH-də:  



başına iş 

gəlmək

 (47); 


MV-də:  

canı     fəda   qılmaq

  (73)   –   ƏH-də:  



canı   fəda 

olmaq

 (41) – canından keçmək, canını qurban vermək;

MV-də:  

dünyadan   güzər   etmək

  (13)   –    



dünyadan 

rihlət etmək

   (13) - ƏH-də:  



dünyadan nəql etmək

  (57) – 

ölmək;

MV-də:  


eşq   okuna   amac   olmaq

  (25)   –   ƏH-də:  



eşq 

oduna yanmaq

  (62), -  



eşq odunu canda yaxmaq

  (68) – 

sevmək;

MV-də: 


sözü dutmaq

 (74) – ƏH-də:  



sözini almaq

 (48) 


– sözünü anlamaq;

MV-də:  


möhlət vermək

  (30) - ƏH-də:  



macal vermək 

(24) və s.



Dərdə daru bulmaq 

– ifadəsi indi tam arxaikləşmişdir, lakin 

«Dastani-Əhməd Hərami»də işlənmiş  

dərdinə dərman qılmaq, 

dərdə dərman bulmaq, başına dərman etmək 

ifadələrinin hər 

biri, xüsusən birincisi xalq dilində indi də işlənməkdədir. ƏH-dəki 

başına   nə   gəlmək,   başına   iş   gəlmək  

ifadələri   də



 

MV-dakı 


başına vaqiə gəlmək  

ifadəsi ilə müqayisədə çox müasirdir



.  

Bu 


nisbətdə

 

ƏH-dakı


  canı   fəda   olmaq  

da   MV-dəki



  canı     fəda 

qılmaq  

ifadəsindən   müasirdir.  



Dünyadan   güzər   etmək, 

dünyadan   rihlət   etmək

    ifadələrindən   birinqcisi  



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin