Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə54/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   51   52   53   54   55   56   57   58   59

canı 

gözündən   çıxmaq

  ifadəsi   həmin   boydakı   hadisə   ilə   bağlı 

yaranmışdır. Məqalədə 

barmağını ısırmaq, göz qaqmaq

 kimi 


ifadələr daha ətraflı izah edilmişdir.

 «Azərbaycan dili frazeologiyasının əsasları» (18)  kitabında 

H.Bayramov fikirlərini bir qədər də ümumiləşdirmiş,   frazeoloji 

sistemin tarixi inkişaf yolu barədə daha konkret  fikir söyləmişdir. 

Məqalələrinə nisbətən, kitabdakı qısa xülasədə «Dədə Qorqud» 

dilinin   zənginliyi   barədə   müəllifin   təəssüratı   həqiqətə   daha 

yaxındır:   «Kitabi-Dədə   Qorqud»un   Drezden   nüsxəsinin 

faksimilində frazeoloji vahidlərin sayı 300-dən çoxdur. Bunların 

bir qismi heç bir məna dəyişikliyinə uğramadan müasir dilimizə 

qədər gəlib çıxmışdır (məsələn: 



üzü gülmək, qan almaq, yola 

düşmək,   əl   altından,  …in  ayağına   düşmək,   başına   iş 

gəlmək,   göz   gəzdirmək,   yol   almaq

),   bir   qisminin 

komponentlərindən biri arxaik səciyyə daşımasına görə müasir 

dilimizdəkindən fərqlənir».(18,  28) 

Məqalələrindən   fərqli   olaraq,   H.   Bayramov   kitabda   ərəb 

mənşəli baş sözlər əsasında qurulan frazeoloji vahidlər haqqında 

da   məlumat   vermiş,  

əleyk   almaq,   əməli   azmaq,   ibrət 

almaq,   yas   tutmaq,   xəbər   vermək,   feli   dönmək,   feli 

azmaq

  və baş sözü fars mənşəli:  



can vermək, can almaq, 

306


abdəst almaq, murad verib murad almaq

  kimi ifadələrdən 

də   danışmışdır.(18,   31)   Müəllifin   fikrincə,   üzü   bəri   gəldikcə 

«Kitabi-Dədə Qorqud»dan sonrakı dövrlərdə dilimizin frazeoloji 

tərkibi   zənginləşmiş,   yeni-yeni   frazeoloji   vahidlər   yaranmışdır: 

«Topladığımız dil materialında yalnız 



baş

 sözü ilə işlənmiş  300-

dən artıq frazeoloji vahid vardır ki, bunların çoxu başqa mənbə-

lərlə və sonrakı dövrlə əlaqədardır».(18,  32) 

Qeyd   etdiyimiz   araşdırmalar   göstərir   ki,   yazıyaqədərki 

dövrlə bağlı mənbələr vardır və həmin mənbələrin daha ətraflı 

tədqiqi nəticəsində nəzərdə tutulan dövrün frazeoloji səciyyəsi 

barədə daha geniş təəssürat qazanmaq mümkündür.

Araşdırmalardan aydın olur ki, dildə məcazlaşma düşündü-

yümüzdən qat-qat qədim dövrlərdən mövcud olmuşdur. Ulu ba-

balarımızın yaratdığı dünya şöhrətli «Avesta» əsərində hikmətli 

sözlərin tutarlı nümunələrinə rast gəlmək olur. 12 min il əvvələ 

aid edilən «Qatlar»da  Odla, İşıqla, Günəşlə bağlı qüdrətli kəlam-

lar   işlənmişdir.   Odur   ki   bu   əsər     «…dil   baxımından     türk 

xalqlarının ən qədim   dil abidəsi kimi incəliklərinə qədər tədqiq 

edilməlidir».(13, 7) Çünki bu əsər «…tariximizin yazılmasında – 

Azərbaycan   türklərinin   və   ümumiyyətlə   türk   xalqlarının 

etnogenezinin   meydana   çıxarılmasında   mühüm   mənbə   rolunu 

oynayır».(13,  7)

«Avesta»nın təbliğ etdiyi Od və Günəş  bir sıra hikmətli kə-

lamların mənbəyidir.

 Od 

– insan məişətinin və təfəkkürün inkişa-

fında   misilsiz   rol   oynamışdır.   İnsanın   ilkin   adının   –   «Adəm» 

sözünün  



od+mən

  şəklində   (

od,   enerji,   mənim   odum 

mənalarında)   odla   bağlı   olması   da     «Avesta»da   öz   əksini 

tapmışdır. 

Türk xalqlarının məişətində Xoruz kultu və günəş doğuşunu 

qabaqcadan   xəbər verən xoruzun müqəddəsliyinə inam   indi də 

qalmaqdadır.     Eyni   zamanda   xoruzun   pis   hadisələri     də 

qabaqcadan xəbər verdiyi məlumdur.   Bu münasibətlə dilimizdə 

«Vaxtsız banlayan xoruzun başını kəsərlər» (13, 20) kimi məsəl 

yaranmışdır. Eyni zamanda xoruzla bağlı «Xoruz banlamasa, səhər 

açılmazdı»   kimi   məsəl   də   işlənməkdədir.   Belə   ifadələrin   tarixini 

ancaq insanın öz tarixi ilə müqayisə etmək, tutuşdurmaq olar.

307


«Avesta» ilə yanaşı, sonralar yaranmış dini kitablarda da 

frazeoloji   vahidlərə   təsadüf   edilir.   İsa   peyğəmbərin   çarmıxa 

çəkilərkən dediyi: «

Mene, mene tekel uparsun

»   sözlərini - 

«Əhdi-ətiq»dəki   Azərbaycan   türk   dilində   olan   bu   cümləni 

tədqiqatçılar   daim   qəsdən   dolaşıq   izah   etmişlər.   B.Şəfizadə 

göstərir ki, «Təkəl» türk xalqlarında allah mənasında işlənən bir 

ifadə olmuşdur və dünyanın bir çox yerlərində üzərində tək əl 

olan   məzar   daşları   vardır.   İsa   «Məni   təkəl   aparsın»   dedikdə 

allaha qovuşmaq arzusunu bildirmişdir: 

Məni allah aparsın

. Bu 


cür ifadələr İsanın öz mənşəyinin də indi izah edildiyi şəkildə ol-

madığını göstərir. (13, 25) İsa peyğəmbər   «İncil»də də bəzən 

bu dildə danışıb:  

Eloy, Eloy, Elamma saf ax  fani…

   (


Saf ağ 

fanidir


, 13,  25) 

Zərdüştilikdə insanın həyatı onun hansı bürcün altında do-

ğulması və planetlərin müvafiq əlaqəsi ilə bağlı izah edilir. Bu 

mənada xalq arasında işlənən   



alın yazısı

  ifadəsi neçə minillik 

tarixə malikdir.

«Onu   da   qeyd   edək   ki,  

cənnət,   cəhənnəm,   qıl   körpü, 

namaz,   ruh

  və   bu   kimi   bir   çox     ayin   və   kultların     islama 

zərdüştilikdən   keçdiyi   məlumdur».(13,   89)   Deməli,   dilimizdəki 



cəhənnəmə   getsin,   gora   getsin,   qoy   cəhənnəm   olsun, 

yeri cəhənnəmlikdir, yeri cənnət olsun, namaz qılır, ruhu 

şad olsun 

və s. kimi ifadələrin tarixi çox qədimdir. 



Pir

 sözü də 

od mənasında çox qədim sözdür. Bu münasibətlə 

ay pir olmuş, 

səni pir olasan

 kimi ifadələr də qədimdən gəlir.

Ə.Dəmirçizadə frazeoloji vahidlərdən «idiomlar» adı altında 

danışaraq, onları quruluşuna görə üç qrupa ayırmışdır:

1) idiomatik sözlər;

2) idiomatik ifadələr;

3) idiomatik cümlələr. (19, 170)

Buradan  aydın  olur  ki,  professor  frazeoloji  vahidləri  söz, 

söz birləşməsi və cümlə şəklində təsəvvür etmişdir. Söz şəklində 

tülkü   (

hiyləgərlik   mənasında),  



eşşək   (

qanacaqsız),  



dayı 

(vəzifədə olan adam),  



dəm

   (bir az kefli) tipli sözləri nəzərdə 

tutmuşdur.   Birləşmə şəklində olanlara  

ürəyinə xal salmaq, 

başa   düşmək,   dil   vermək  

tipli   frazeoloji   vahidləri,   cümlə 

şəklində olanlara atalar sözləri və məsəlləri misal göstərmişdir. 

308


(19,   168-179)     Bu   bölgünün   birinci   qrupu   əksər   dilçilər   tə-

rəfindən frazeologiyaya daxil edilmir. Sonrakı qruplara gəlincə, 

ikinci qrup dil vahidlərinin frazeoloji vahid olduğuna heç kəsdə 

şübhə yoxdur. Hətta bir qrup alimlər «frazeoloji vahid» dedikdə 

yalnız birləşmə şəklində olanları nəzərdə tuturlar. Alimlərin bir 

qismi   isə   atalar   sözləri   və   məsəlləri,   hikmətli   sözləri,   hətta 

tapmacaları   da   frazeologiyaya   daxil   edirlər.(20,   100)   Bizim 

fikrimizcə də, atalar sözləri və məsəllər xalq dili frazeologiyasının 

mühüm   tərkib   hissələrindəndir.   Ona   görə   də   yazıyaqədərki 

dövrdə   dilimizin   frazeoloji   inkişafını   öyrənmək   üçün   həm 

birləşmə,   həm   də   cümlə   şəklində   olan   frazeoloji   vahidləri 

nəzərdən keçirəcəyik. 



BİRLƏŞMƏ ŞƏKLİNDƏ OLAN

FRAZEOLOJİ VAHİDLƏR

Xalq dili frazeologiyasını qoruyub saxlayan ən mühüm mənbə 

şifahi xalq ədəbiyyatıdır. Bu cəhətdən bayatılar daha etibarlı janr 

sayılır.   Lakin   bayatıların   da   hamısı   eyni   vaxtda   yaranmamışdır. 

Qədim   bayatılarda   qədim   izlər   qorunub   saxlanmış   olur.     Asya 

Məmmədovanın 1977-ci ildə tərtib və çap etdirdiyi «Bayatılar (XVII-

XX əsrlər)» (redaktorları M.H.Təhmasib və C.V.Qəhrəmanov) kitabı 

bayatıların qeydə alınması tarixinin qədimliyi ilə daha çox maraq 

doğurur.   Tərtibçi   əlyazma   fondu   materialları   arasından   bayatı 

qeydə alınmış 92 mənbə üzə çıxarmışdır. Bunlardan 74-ü  müxtəlif 

əlyazma   və   cünglərdən,   qalanı   görkəmli   ədib     və   mədəniyyət 

xadimlərinin   arxivində   mühafizə   olunan   bayatı  dəftərlərindən  və 

fraqment səhifələrindən ibarətdir. A.Məmmədova yazır: «Əlyazma-

ların   səhifələrində   qeydə   alınmış   bayatılar   həcmcə   yığcam, 

məzmunca daha dolğun olmaqla öz qədimliyini mühafizə etmiş və 

fikrimizcə, əslinə daha çox uyğundur». (6, 4)

Tarixi hadisələrə işarə ilə qələmə alınmış bayatıların tarixi də 

həmin hadisələr qədər qədimdir:

Vermə xazara bəni,

Çəkər bazara

 məni.

309


Yada kəniz verincə

Sala mazara

 bəni.  (6, 55) – 

bayatısındakı   «xazar»   sözündən   aydın   olur   ki,   bu   bayatı 

xəzərlərin Azərbaycana basqınları dövrünün (VII əsr) yadigarıdır. 

Odur   ki   bayatıda   işlənmiş  

bazara   çəkmək,   məzara   salmaq 

ifadələrinin tarixi də o qədər qədimdir. Bu ifadələr,  tam forma-

laşmış     ifadələr  kimi, ədəbi dilin frazeoloji imkanları   haqqında 

aydın təəssürat yaradır. 

Ərəb işğalı ilə bağlı da belə tarixi bayatılar vardır:

Ərəb qapdı fəsini,

Su 

kəsdi nəfəsimi

.

Gedin anama deyin,



Yaxşı 

dutsun yasımı

. (8, 46)



Nəfəsini   kəsmək,   yasını   dutmaq

  ifadələri   ərəb   işğalı 

dövründə   çoxdan   cilalanmış   frazeoloji   vahidlər   kimi     bayatıya 

daxil olmuşdur. Eyni ruhda olan:

Dağları qacal aldı,

Avçını 


macal aldı

.

Bir yanım qərib ölkə,



Bir yanım 

acal aldı

  (6, 47) –

bayatısında   isə    

macal   aldı,   acal   aldı  

ifadələri   ilə



 

qəriblik, 

əsirlik həyatının acıları qələmə alınmışdır. Aydın olur ki, «Dədə 

Qorqud»dakı  

əcəl aldı

  ifadəsi öz işləkliyi ilə bayatılara da güc 

vermişdir. Və ya bayatılardan güc almışdır. Hər halda, tarixinin 

çox qədim olduğunu düşünmək olur.

Belə bayatılar sırasında:

Gedirəm, ölkə, sənnən,

Qorxuram 

yol kəsənnən

.

Gəl bir 



qol-boyun olaq

,

Ayrıldıq bəlkə sənnən (6, 142) –



310

tipli bayatıları da qeyd etmək olar. Bayatıdakı 

yol kəsən, qol-

boyun olmaq

 ifadələri bu cür ifadələrin dildə qədim dövrlərdən 

–   insanların   ilk   qaçqınlıq,   köçkünlük   dövrlərindən,   şadlıq 

əyyamlarından (



qol-boyun olmaq

) işlək olduğunu göstərir.

Qaşların qələm-qələm,

Pulum yox səni alam.

Səni gürcü aparsın,

Bən gəlib 



satın alam

 (6, 169) –

bayatısındakı  «gürcü aparsın» sözlərindən aydın olur ki, bu ba-

yatı geci X1-X11 əsrlərə, yəni gürcü – Azərbaycan münaqişələri 

dövrünə aiddir. Amma bayatıda zarafat da var: sevgilini almağa 

pulu olmadığı halda, əsir kimi gürcülərdən 

satın almaq

 fikri ifadə 

olunur.

Gürcü   –   Azərbaycan   münasibətləri,   tarixən   gürcülərin 



Azərbaycan torpaqlarına basqınları, əsir götürmə faktları başqa 

bayatılarda   da   öz   əksini   tapmışdır.   Abdulla   Şaiq,   Mirzə 

Məhəmməd Axundzadə və Şəfiqə xanım  Əfəndizadə tərəfindən 

toplanıb   1926-cı   ildə   çap   olunmuş     «Bayatılar   və   manilər» 

kitabında  da  bu cür bayatılar vardır:

Tiflisin üstü bostan,



Xarab qalsın

 Gürcüstan.

Fələgin qaydasıdır,

Ayırır dostu dostdan. (8, 31)

Bayatıdan aydın olur ki,   

xaraba qalsın

  qarğışı   ahəngə 

görə  

xarab qalsın



 şəklində işlədilmişdir.

Yanırsan, yan yürəgim,

Dolubdur qan yürəgim.

Səndən ayrı düşəni

Fəğan eylər yürəgim (6, 138) –

Bayatısındakı  

yürəgi yanmaq, yürəgi fəğan etmək, yürəgi 

qanla dolmaq

  ifadələri öz təbiiliyi və qədimliyi ilə diqqəti cəlb 

edir. 


311

Tambur çalır siminə,

Düşmüşəm həvəsinə

. (6, 159)

Aşıqlara, sazlara,

Tamburun qotazlara.

Bu 

canım qurban olsun

Gəlinlərə, qızlara. (6, 159)

Tambur

  və  


saz

  sözləri   bayatıların   qədim   tarixə   malik 

olduğunu göstərir.  

Saz


  sözü simli alətlərin ümumi adını bildirir. 

Odur ki 


həvəsə düşmək, canım qurban olsun

 ifadələrinin də 

qədimliyini bildirir.

Aşağıdakı   bayatıda  



tərsa

  sözü   islamın   yayıldığı 

zamanlardan   işlənməyə   başlayan   söz   olmaqla,   bayatının   və 

bayatını   təşkil   edən  

başına   dönüm,   başına   dolanım,   dinindən 

dönmək,   səndən   dönmək

  ifadələrinin   də   formalaşma   tarixinin 

qədim olduğunu göstərir:

Başına necə dönüm,

Dolanım, necə dönüm?

Tərsa dinindən dönməz,

Mən səndən necə dönüm

? (6, 95)

Bu cəhət aşağıdakı beytdə də vardır:

Məni bu 

dərdə salan

Bir kafir balasıdır. (6, 187)

«Əl   çəkmək»   –   mənasında  



əl   götürmək

  ifadəsi   də 

qədimliyi ilə seçilir. Çünki bu ifadə bayatıda göydən ayələrin nazil 

olması məsələsi ilə birgə catdırılır. Bu isə islamın erkən yayılma 

dövrünə aid ola bilərdi. Peyğəmbərdən sonra artıq ayələrin nazil 

olması söhbəti də başa çatmışdı: 

Səndən 

əl götürmərəm



Göydən min ayə gələ. (6, 198)

Burada  


əl götürmək

  – əl çəkmək mənasındadır. «Dədə 

Qorqud»da  

əl götürmək

  bundan fərqli mənadadır –  

Bəglər əl 

312


götürdilər, hacət dilədilər

  (35) – allaha üz tutmaq, yalvarmaq 

mənasını ifadə edir. Deməli, hələ yazıyaqədərki dövrdə frazeoloji 

ifadələrdə artıq kifayət qədər çoxmənalılıq mövcud olmuşdur.

Evinə xozan gətirmişəm,

Pərgarı pozan

 gətirmişəm.

Gündüz olan 

işləri

Gecələr 


yozan

 gətirmişəm. (22,  46)

Bayatıdakı  

xozan


  –   ozan   deməkdir.   Ozan   dövrünün 

yadigarı   olan   bu   bayatıdakı  



pərgarı   pozan,   işləri   yozan 

ifadələri, təbii ki, ozan dövrünün yadigarıdır.

Verdiyimiz bu nümunələrdən aydın olur ki, yazılı ədəbi dilin 

nəzərdə   tutulan   dövründən   çox-çox   əvvəl   dilimizin   frazeoloji 

yatağı   zəngin   olmuşdur.     Bayatılarda   rast   gəldiyimiz   ifadələr 

müasir səviyyədə cilalanmış şəkildədir. Bu hal dilimizin frazeoloji 

fondunun qədimliyini, poeziya üçün onun çoxdan hazır olduğunu 

təsdiq edir.

Azərbaycan dilində məcazlaşma, dilin frazeoloji vəziyyət və 

inkişaf   səviyyəsi   barədə   həqiqi   təsəvvürü   «Kitabi-Dədə 

Qorqud»un dili verir. Əslində, bu əzəmətli dastan kamil ədəbi dil 

nümunəsidir   və  birinci  minilliyin   ortalarında  Azərbaycan  dilinin 

leksik,   frazeoloji   və   qrammatik   səviyyəsini   öyrənmək   üçün 

kifayət   qədər   zəngin   dil   materialına   malikdir.   1300   illiyi   (bəzi 

ölkələrdə 1500) rəsmi şəkildə qəbul və qeyd edilsə də, dastanın 

dilinin tədqiqində tərəddüdlər var. Düşünənlər vardır ki, dastanın 

bu qədər sadə və aydın dili birinci minilliyə aid ola bilməz və 

görünür, onun dili üzərində ikinci minilliyin ortalarında əməliyyat 

aparılmışdır. Bir «dəlil» kimi də Orxon-Yenisey abidələrinin dilini 

misal   gətirə   bilərlər:   «Dədə   Qorqud»un   dili   ilə   müqayisədə 

abidələrin dili çətin və anlaşılmazdır.

Lakin bu, ilk baxışda belədir. «Dədə Qorqud»un dili ilə Orxon-

Yenisey əlifbası ilə yazılmış mətnlərin dili arasında yaxınlıq daha 

çoxdur. Epitafiyalarda nəzərə çarpan fərq Şərqi türk dillərinin neçə 

minillik inkişaf xüsusiyyətləri ilə bağlıdır. Bu yazılar saysız tayfa qa-

rışmalarının   məhsuludur.     Hiss   olunur   ki,   bu   yazı   sahiblərinin 

özlərinin də xüsusi yazı mədəniyyəti olmuşdur və epitafiyalarda, 

313


balbal   yazılarında     yazılı   dilə   məxsus   mühafizəkar   cəhətlər   də 

qorunmuşdur. «Dədə Qorqud» isə elə bir məkanda yaranmışdır  ki, 

uzun tarixi olan və artıq xalq dili şəklində təmərgüzləşmiş dilə malik 

olmuşdur.   Həm   də   «Dədə   Qorqud»   daş   yazısı   deyil,   şifahi 

ədəbiyyat nümunəsidir  və ümumxalq Azərbaycan türk dilinin ən 

işlək nümunələri əsasında meydana çıxmışdır.

«Dədə Qorqud»un dili ikinci minilliyin dili deyildir, yəni üz 

köçürmələri zamanı bu dil dəyişdirilməmişdir. Müşahidələr göstə-

rir ki, yalnız bir sıra arxaik fellər öz sinonimləri ilə   əvəz və ya 

izah edilmişdir. Dastan islam dini ilə bağlı əlavələrlə zənginləş-

dirilmişdir. Qalan hallarda dastanın dili öz leksik və qrammatik 

quruluşu ilə şifahi ədəbi dilin təşəkkülü dövrünün (VI-VIII əsrlər) 

məhsuludur. 

Bu   fikirlərin   təsdiqi     üçün   biz   Orxon-Yenisey   yazıları   ilə 

müqayisələr də apara bilərik.  Məsələn, aşağıdakı mətnə diqqət 

yetirək:


Üzə kök tenri, asra yağız yer kılıntukda  ekin ara kisi 

oğlı kılınmıs. Kisi oğlınta üzə eçüm-apam Bumın kağan, 

İstəmi kağan olurmış. Olurıpan türk bodunın ilin törüsin 

tuta birmis, iti birmis.

(21, 71) 

Bu   mətn   «Dədə   Qorqud»   dili   ilə   müqayisədə   zahirən 

anlaşılmaz görünür. Bu hal daha çox onunla bağlıdır ki, bu dildə 

hələ hal və mənsubiyyət şəkilçiləri «Dədə Qorqud»un yarandığı 

dildə   olduğu   qədər   sintaktik   əlaqələri   yaratmaq   keyfiyyətinə 

malik deyil.  «Üzə kök tenri» ifadəsində 

üzə

  sözündə 



–ə

 yerlik 


halın funksiyasını yerinə yetirir – bu, bizim klassik ədəbiyyatda 

və   dastanın   dilində   də   işlək   formalardandır  

–   üstdə

  mənasını 

verir.

Kök

  sözü   transkripsiyada  



klub

  sözündəki  



k

  səsi   kimi 

işarələnib, Azərbaycan dilində tarixən  

gög

  şəklində işlənmiş və 

tədricən son samit sürtünən samitə çevrilmiş, söz  

göy  

şəklinə 


düşmüşdür. 

Tenri 

sözü  


tənri

 şəklində də oxuna bilərdi – bizim 

dildə 4000 il əvvəldən məlumdur. Beləliklə, ifadə 

üstə göy tənri 

mənasındadır – 

tenri - 

səma kimi izah olunur. Sonrakı hissədə 



üz

 sözünə müvafiq 



as

 sözü işlənmişdir – «aşağı» sözünün kökü, 



-ra

 yönlük şəkilçisi yerlik hal funksiyasını yerinə yetirir – aşağıda 

deməkdir.  

Yağız

  sözü   qonur   mənasında   izah   olunur,   şi-

314


vələrimizdə boz mənasındadır. 

Yer

 – yerdir. 



Kılıntukda

 sözünü 


başa   düşürük,   amma   indi  

qılındıqda

  şəklində   işlədirik,   «Dədə 

Qorqud»da da belədir. 



Ekin ara

 – «ikisinin arasında» deməkdir; 



eki-n

 – yiyəlik hal şəkilçisinin qısa forması ilə işlənib, 



ara

 sözü 


mənsubiyyət şəkilçisi olmadan fikri ifadə edir.  

Kisi oğlı

  «Dədə 


Qorqud»da olduğu mənadadır – adam oğlu, insan, yalnız 

s > ş 

keçidi ilə. Beləliklə, bu dil başa düşülməz deyil, tədqiqatçı nəzəri 

ilə baxdıqda hər şey aydındır. Lakin «Dədə Qorqud»un dili də bu 

gün adi oxucu üçün tam anlaşıqlı deyil. Bununla yanaşı,  «Dədə 

Qorqud»un dili daha bişmiş, daha ədəbi və kamildir.

Ol   sabığ   esidip   tün   udısıkım     gəlmədi,   küntüz 

olursıkım  gəlmədi

  (Tonyukuk abidəsi, Cənub tərəfi; 21, 118)  





sabığ

 sözündə təsirlik hal şəkilçisinin qədim qapalı variantı, arxaik 



tün

  (gecə)   sözü,  



uyımağım

  (yatmağım)   sözünün  



udımaq 

forması,  



oturmaq

  əvəzinə  



olurmaq

  –   1500   il   ərzində   olan 

dəyişikliklər bunlardır. Elə bil, bu gün deyilib:  

O sözü eşidəndə 

gecə uyumağım (yatmağım), gündüz oturmağım gəlmədi. 

Yaxud: Tonyukuk abidələrindən 2-ci daşın Şərq yazısı:  



Tün udı-

matı, küntüz olurmatı,  Kızıl kanım tökti, kara tərim yügür-

ti

… (21, 121) 



Eki ay kütdim, gəlmədi

 (Moyun çor abidəsi, şərq 

tərəfi; 21, 146) – «İki ay güddüm gəlmədi». 

Yay anta yayladım, 

yaka anta yakaladım

  – yayı orada yayladım, ibadətimi orada 

elədim (Moyun Çor abidəsi, şərq tərəfi, 21,147)  

Talım kara kuş 

mən. Yaşıl kaya yaylağım, Kızıl kaya kışlağım

. (Falnamə; 21, 

195) Burada  yalnız ilk cümlənin izahına ehtiyac var: «Yırtıcı quşam 

mən. Yaşıl qaya yaylağım, Qızıl qaya qışlağım».



İ(r)çi   yanılmaz,   bilgə   unıtmaz,   ötükçi   yanılmaz, 

bitkəçi bilgəlik yanılmaz yirçilik azmaz, yanılmasar, bilgə 

bol(ğa)   azmasar,   yi(rçi     bolğay   yanı)lma

…   -   «bələdçi 

yanılmaz,   müdrik   unutmaz,   məsləhətçi   yanılmaz,   yazı   yazan… 

müdrik olan yanılmaz, bələdçisi olan azmaz,   yanılmasa müdrik 

olacaq, azmasa, bələdçi olacaq… yanılmasa…» (Falnamə, 3-cü əl-

yazma; 21, 202)  

Misallar göstərir ki, «Dədə Qorqud»un dili ilə abidələrin dili 

arasında ruhi yaxınlıq güclüdür. Abidələrin yazılışında problemlər ol-

duğu kimi, oxunuşunda da problemlər vardır. Şübhəsiz, bitikçilər 

hər   bir   səsi   olduğu   kimi   əks   etdirə   bilməmişlər   və   dövrün 

315


orfoqrafiyası   da   buna   tam   imkan   verməmişdir.   Digər   tərəfdən, 

mətnlərin oxunuşunda da hər şey qaydasında deyildir. «İkinci Kızıl 

çira»   abidəsi   haqqında   Ə.Rəcəbov   yazır:   «1952-ci   il   nəşrindən 

sonra  S.Y.Malov yeni əldə etdiyi surət və estampajlar əsasında  bu 

abidənin   oxusu   və   tərcüməsini   təkmilləşdirmişdir.   Birinci   sətirdə 

əvvəlki 


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin