Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ


Çaparkən   ağ-boz   atın   büdrəməsün!



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə57/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   51   52   53   54   55   56   57   58   59

Çaparkən   ağ-boz   atın   büdrəməsün! 

(41)


 Dürtüşərkən ala göndərin avanmasun! 

(51)


 Çalışında 

qara   polat   uz   qılıcın     gödəlməsün!

(51)


  Qanadlarun   ucı 

qırılmasun!

 (78)


 

Yerli qara taqların  yıqılmasun! Qamən aqan görkli  

suyın   qurumasın!  

(41)  


Qarlı   qara   tağlarun   yıqılmasun! 

(51) 


Kölgəlicə qaba ağacın  kəsilməsün!

(51) – tipli alqışlar 

feodal   mülkiyyəti   ilə   bağlı   yaranmışdır   və   köhnəlmişdir.   İndi 

insanlar biri o birinə   qurban deyəndə, bir şey hədiyyə etmək 

istəyəndə   öz  əlində   olan   şəxsi   əşyalarını   yada  salır.   Lakin   bir 

vaxtlar – oğuz zamanında insanlar axar sularını, uca dağlarını, 

qalın meşələrini  hamınınkı və özününkü saymış, qurbanlıq kimi 

təqdim etmişdir: 



Qarşu yatan qara tağlar sana yaylaq olsun. Souq-

souq   sularım   sana   içət   olsun.   Yüksək-yüksək   qara 

tağlarım sana yaylaq olsun. 

Bunlarla yanaşı, şəxsi mülklər, şəxsi mal-dövlət də daim 

qurban kimi nəzərdə tutulmuşdur: 

Tavla-tavla şahbaz atlarım sana binət olsun. Dünligi 

altun ban evim sana kölgə olsun. Qatar-qatar dəvələrim  

sana yüklət olsun. Qulım-xəlayığım sana qırnaq olsun. 

Ağayılda ağca qoyunım sana şülən olsun. Altun-aqçam 

sana xərclıq olsun. 

(66) 


Bu insanlar öz dağları, meşələri, suları ilə fəxr etmiş, qəh-

rəman   övladlarını   yüksəltmə   məqamında   bunlardan   müqayisə 

vasitəsi   kimi   istifadə   etmişlər:  

Qarşu   yatan   qara   tağım 

yüksəgi qartaş! Aqındılı görklü suyımın   taşqunı qartaş! 

Güclü belim qüvvəti, qarannu gözlərümin aydını qartaş! 

(99)


Atamdan yegrək  qayın ata! Anamdan yegrək qayın 

ana!   (

112)   kimi   ifadələr   vardır.   Təəssüf   ki,   indi   bunlar 

unudulmaqdadır.  

Dügin qanlu olsun, xan qızı!

  (55)  


Bəglər, 

sizin eşqinizə

! (62) 


Dilin üçün öləyim, Yalansa gerçək ola, 

Sarı tonlu qız eşqinə bir «hu!» dedi

 (88)  - kimi ifadələr bu və 

ya digər şəkildə yaşamaqdadır.  

Elə kim mən çəkirəm göz  bu-

nunı, Heç yigidə verməsün qadir tənri göz bu güni!

 (102) – 

ifadəsi Təpəgözün dilində işlənmişdir

.  

İndi


  Mən çəkdiyimi düş-

330


mənim də çəkməsin

 şəklində və ya başqa variantlarda işlənmək-

dədir.

Alqış  bildirən   ifadələrin   bir   hissəsi  dini



 

məzmuna   malikdir. 

Bunların bir qisminin tərkibində  

allah 

sözü işlənmişdir: 

…dəxi sizi 

allah  saqlasun.  

(41)  


Allah  yorsun

. (44)  


Allah  verən umudun 

üzülməsün! Kərəm eylə, allah  eşqinə

. (57)  

Üç  günə varmasun, 

allah sevindirsün sizi.

 (62) 


Yaradan allahdan mədəd!

 (76) 


Qadir 

allah  yüzün ağ etsün,  Basat!

 (103) 


Qeyd edilən alqışların hamısında   

allah  

sözü işlənmişdir. 

Lakin bunların hamısında  

tənri

  sözü ahəngə daha müvafiqdir. 

Hiss olunur ki, islamlaşdırma dövründə dəyişdirilmişdir.

    Tənri

  sözünün   iştirakı   ilə:  

Azıb   gələn   qəzayı    tənri 

savsın.


 (32) 

Ol ögdigim  yuca tənri dost olubanı mədəd versün. 

(41)  

Qadir  tənri  səni   namərdə   möhtac   eyləməsün!



  (44) 

Comərdlər comərdi  tənri, mədəd!

   (89)  

Urdığın ulatmıyan ulu 



tənri!

  (96)  


Basduğın bəlürtmiyən bəllü  tənri!  Qaqduğın qəhr 

edən  qəhhar tənri! İşimi sən önar! Ucalardan ucasan, kərəmi 

çoq qadir tənri (

83)


Bu ifadələr daha təbiidir. Gözümüzü açıb qocalardan bu cür 

eşitmişik. 



Qəhhar tənri

 ifadəsi göstərir ki, bu nitqin daşıyıcıları 

hələ  islamı   tam   mənimsəməmiş,   daim   öz   göy   tanrılarının 

səciyyəsindən çıxış etmişlər. 

Bir   neçə   misalda  

allah

  və  


tənri

  sözləri   əvəzinə  



qadir 

sözündən   istifadə   edilmişdir:  



Qadir  səni   namərdə   möhtac 

etməsün


!  (78) 

Qadir qoarsa, öldürəyim

. (119)


Bir sıra ifadələrdə  

allah-təala

  sözləri işlənmişdir:  



Allah-

təala  qorsa.  Allah-təala  sana   bir   oğul   versün!  Allah-təala 

sana oğul vermiş, tuta versün!

  (46)

Dini   ifadələrin   bir   qismi  



həq

  sözünün   iştirakı   ilə 

qurulmuşdur:    

Həq  sizə   yaman   gətürməsin.

  (32)  


Sağlıqla 

sağıncın,   dövlətin  həq  artırsun!  Həq  yandıran   çırağın   yana 

tursun!

  (41) 


Yaranlar, sizi haqqa ısmarladım

. (55)


Allah-təala

 müvaziliyi ilə yanaşı, 



həq-təala

 müvaziliyi də 

müşahidə olunur:  

Həq-təala

 

inayət eyləsə. Həq-təala  atamın 



könlinə rəhmət eləsə (eləyə mənasında).

 (87)


331

 

Günahlarını   Məhəmməd   Mustafa   yüzi   suyına 

bağışlasun!

 (46) – 


Məhəmməd

 adı dini ifadələrdə adətən bu 

cür xatırlanmışdır.

Qalan   dini   ifadələrdə   daha   çox  



qurban,   amin,   didar, 

dua,  behişt, uçmaq

 sözləri iştirak edir.  

Mənim

 

başım Beyrəgin başına qurban olsun!



 (57) 

Yolına 


qurban olayın. Qara başım qurban olsun sana,  gəlincigüm

(66)  



Mənim başım  qurban olsun  səninçün!

  (71)  


Qara başım 

qurban olsun, kafər, sana!

  (114)  

Mənim başım sənin yolına 

qurban olsun!

 (75) 


Mənim canım sənin canına qurban olsun

(85) 


 

İman 

sözü ilə: 

Axır-sonı arı imandan ayırmasun!

  (46) 


Amin

  sözü   ilə:  



«Amin»

 

deyənlər   didar   görsin!



  (46) 

«Amin!» «Amin!»

 

deyənlər didar görsün!



  (71)

  

Behişt

 və 

uçmaq

 sözləri ilə: 

Ağ saqallu baban yeri uçmağ olsun! 

Ağ birçəklü anan yeri behişt olsun!

  (46)

Dua  

sözü   ilə:  

(Ağ  alnunda  beş  kəlmə)  dua  qıldıq,  qəbul 

olsun! 


(46)

Müsəlman 

sözü ilə: 



Müsəlmanlar arxası

 

olsun



. (46)

Dastanda işlənmiş 



andların

 bir qismi dövrün qəhrəmanlıq 

ayinləri ilə bağlıdır. Odur ki indii onlar işləkliyini məhdudlaşdır-

mışdır. Məsələn: 

Qılıcıma   toğranayın

.   (59)  

Oxıma   sancılayın.   Yer   kibi 

kərtləyin. Topraq kibi savrılayın.

 (62) 

Bu   cür   ifadələr   tarixi   romanların   dilində   yenidən 



canlandırıla bilir. Məsələn, F.Kərimzadənin «Xudafərin körpüsü» 

dilogiyasında   eyni   ifadələr   obrazların   dilində     Şah   İsmayıl 

dövrünün qəhrəmanlıq səciyyəsinin təsviri prosesində təbii səs-

lənir. (25, 111-123) 

Yaradan   haqqı   içün,   baba

  (74),  

Ya   qadir   allah,   birligin, 

varlığın   haqıçün   

-  kimi   ifadələr   xalq   dilində   işləkliyini   davam 

etdirməkdədir.  

Ağam başına and içmişəm

 (112), 


ağam başiçün, 

dinin   eşqinə

  (117)     tipli   ifadələr   də   müasirliyini   mühafizə 

etmişdir. Xalq arasında 

Oğlum toğmasun,  toğarsa, on günə var-

masun


  … (gərdəgə girsəm) – tipli ifadə-andlar   indi bəlkə də 

nadir hallarda işlənir.

332


Qarğış və söyüşlər

. Dastanın dilində qarğış və söyüşlər 



 

öz rəngarəngliyi ilə diqqəti cəlb edir. 

Qarğışların   bir   qismi   hazırda   olduğu   kimi   xalq   dilində 

işlənməkdədir:  

Ağzın qurısun!   Dilin çürisün!

  (37)  


Əlin qurısun! 

(54) 


Əlün  qırsun, parmaqların çürisün!

  (63) 


Çıqsun bənim kor 

gözüm!  


(37)  

Qadir   alnuna   qada   yazsun!

  (37)  

Ağzın   çürisün! 

(125)  

Mana zindan olsun!



   (124) Və s.   63-cü səhifədəki  

Əlün 


qırsun  

ifadəsi  

 

ərəb   əlifbası   ilə   olan   mətndə    



Əlün   qurısun 

şəklindədir.(27, 26)  

Bir sıra ifadələrdə subyekt və obyekt bildirən sözlər sonrakı 

inkişaf   prosesində   dəyişmişdir.   Məsələn,  



Yigitligüm   səni 

tutsun!  

(48)  


Bunın   kibinin   bəbəkləri   bitməsün!

    (37)   – 

ifadələrindən   birincisi   igidlik,   qəhrəmanlıq   dövrünün   ifadəsidir, 

indi   daha   çox  



çörəyim   (əməyim)   səni   tutsun

  şəkillərində 

işlənir.   İkinci   ifadə  

övlad   üzünə   həsrət   qalasan

  şəklində 

formalaşmışdır. 

Bu evi xarab olası!

 (33) – ifadəsi 

Bu evi xaraba 

qalsın!

  –   şəklində   dəyişmişdir.  



Qazanın   başına   bunlu   gəlsün! 

(122)   –   ifadəsi  

Allah   başına   müsibət   (bəla)   gətirsin!

  şəklində 

işlənir. 

Yıqılsun Oğuz elləri, mana yararu qız bulımadım! 

(85) 


–   cümləsi   Qanturalının   dilindəndir.   Bunu   qarğış   yox,   bir   növ 

şikayət kimi söyləyir. 

Tatlu candan ayırsun qadir səni!

 (102) 


Ala 

yılan olub bəni soqsun!

 –ifadələrindən birincisi 

tanrı şirin candan 

ayırsın səni

, ikincisi 

səni ilan vursun

 şəklində sadələşmişdir.  

Bir sıra ifadələr daxili qarşılaşdırma əsasında  qurulmuşdur: 

Çala bilən yigidə oqla qılıcdan bir çomaq yeg!  

(32)

 

Bu məzmunu 



«Dədə   Qorqud»   ozanı

 

mürəkkəb   cümlə   şəklində   də   ifadə 



etmişdir: 

Qonağı gəlməyən qara evlər yıqılsa, yeg!

 (32)  Başqa 

bir şəkildə qarşılaşdırma daha da gücləndirilmişdir: 



At yemiyən acı otlar (bitincə) bitməsə, yeg!

Adam içməyən acı sular sızınca sızmasa, yeg!

Ata adını yürütmiyən xoyrad oğul

ata belindən enincə enməsə, yeg,

ana rəhminə düşüncə toğmasa, yeg!

 

Yalan söz bu dünyada olınca olmasa, yeg

! (32)

Aşağıdakı cümlələrdə fikir daha sərbəst, daha geniş ölçüdə 



söylənmişdir:

Sarb yürürkən  Qazlıq ata namərd yigit yenə bilməz,

333


binincə binməsə, yeg! 

(32)


Çalub-kəsər uz qılıcı  müxənnətlər çalınca, çalsa, 

yeg! 

(32


)

 

Drezden   nüsxəsində



  Sarb   yürürkən     Qazlıq   ata 

namərd yigit yenə bilməz 

– cümləsində



 yenə bilməz 

sözləri 


olsa   da,  məntiq

  binə   bilməz  

olduğunu   tələb   edir   və   Erginlə 

H.Araslı da misranı bu cür qurmuşlar

 – binə bilməz

.   (9, 225) 

Son misalda 

çalsa, yeg

 yox, məntiq 



çalmasa, yeg

 tələb edir. 

Aşağıdakı cümlələr də eyni tiplidir:

Nə Qazlıq tağı aqar sənin suların, 

Aqar kibi aqmaz olsun!

Bitər sənin otların, Qazlıq tağı,

 Bitər ikən bitməz olsun!

 Qaçar sənin keyiklərin, Qazlıq tağı,

 Qaçar ikən qaçmaz olsun, taşa dönsün!

 (39)


 Yuxarıdakı misallar həqiqi mənada nifrətdən doğur. Qazlıq 

dağına qarğış isə ana ürəyini yaralayan kədərdən   irəli gələn, 

əslində, obrazın yanıb-yaxıldığı üçün dilə gətirdiyi ifadələrdir. Bu 

ifadələr canlı dilə məxsus ifadələrdən çox, poetik ifadələrdir.

Qarğışlar sistemində subyekt bildirən sözün təyini kimi (ge-

niş   mənada)   çıxış   edən   feli   sifət   tərkibinin   substantivləşərək 

subyekti   əvəz   etməsi   halları   da   dastanın   dilində   işlək 

formalardandır:  



Ay əməli azmış, feli dönmüş,   qadir allah 

ağ alnına qada yazmış!  

(56) – sözləri Dəlü Qarçarın dilindən 

Dədə Qorqudun ünvanına söylənmişdir. 

Dəlü Qarçar birələrin əlində həlak olmaq üzrə ikən  



Tənri 

bunın   simüzin   də   alsun,   arığun   da   alsun

  (57)     şəklində 

qarğış tökür və tənriyə tapınmalı olur. Qısırca yengə Beyrəyi 

bu 

zavala gələcək dəli

 (64) sözləri ilə yamanlayır.

Boyların dilində and məqamında işlədilən, obrazın  səbr və 

iradəsini ifadə edən maraqlı qarğışlar vardır:



Yaylar olsam, mənim gorum olsun!

İçər olsam, mənim qanım olsun!

Xərcləyür olsam, mənim kəfənim olsun!

Binər olsam, mənim tabutum olsun! 

(83)


Və ya:

Bilməzsəm, gözümə tursun. 

334


Bilməzsəm, kəfənim olsun.

Bilməzsəm, mana tabut olsun.

Mana zindan olsun

.(124) 


  Dastanın dilində belə şərtli qarğışlar çoxdur.   Beyrəyin  -

aşağıdakı sözləri də belələrindəndir:  



Yarın qiyamət günində 

mənim   əlüm     Qazan   xanın   yaqasında   olsun,   mənim 

qanım Aruza qoarsa

 . (125)


  Boylarda ən çox işlənən vulqar ifadələr  

Qavat oğlı dəli 

qavat

  (54, 63 və s.),  

Qadası yetmiş  qavat oğlu qavat



  (108), 

Tonuz oğlı tonuz 

(63), 


dəli qavat

 (79)  ifadələridir. 

Ana, zalım 

ana

,  


mərə qavat qızı

  (112),  

Yonma ağac tənrili köpəgim 

kafər

  (118) kimi söyüş bildirən ifadələr də vardır. Son misalda 

bütpərəstlərin taxta bütlərinə   işarə edilir. Söyüşlərdə çox işlənən 



qavat  

sözünü H.Araslı «əbləh» mənasında izah etmişdir:  

qavat 

oğlu qavat



  – əbləh oğlu əbləh. (27, 161) S.Əlizadə ərəb mənşəli 

qavvad


 sözü ilə əlaqələndirmiş, «pəzəvəng» mənasında olduğunu 

qeyd etmişdir. (26, 209) 

Son dövrlərdə xalq  arasında işlənməkdə olan xeyli alqış, 

qarğış,   and   və   qəsəm   bildirən   ifadələr     toplanmış   və   çap 

edilmişdir (bax: 12). Bunların, demək olar ki, hamısı qədimdən 

gəlir. Bunlar elə ifadələrdir ki. insanların tapındığı dinlə,   ətraf 

aləmlə, odla, ocaqla, çıraqla, tanrı ilə bağlıdır və insan göz açdığı 

vaxtlardan belə ifadələr işlətməkdədir. Bir neçə nümunə:  



duru 

suyun   bulanmasın,   övladın   bay   olsun,   damazlığın 

qapından kəsilməsin, yazın pozulmasın, közün közərsin,  

külün   külə   qalansın,   kösövün   qaralmasın,   pis   gün 

görməyəsən, fələk amanında olasan, çırağın öləziməsin, 

çuğulun   yarımasın,   cavan   canın   xata-baladan   uzaq 

olsun,   şəhla   gözün   süzülməsin

  (


alqışlar

),  


qiblə   haqqı, 

bərəkət haqqı, atamın ruhu haqqı, işıq haqqı, işığa and 

olsun,   yaradan   haqqı,   yer-göy   haqqı,   gün   haqqı,   od 

haqqı,   ocağa   and   olsun,   su   haqqı,   tanrı   haqqı,   ulu 

tanrıya   and   olsun,   cavan   canına   and   olsun

  (


andlar-

qəsəmlər


),  

adın qara geysin, ata-anan ün deyib ünləsin, 

ata-anana   allah   qənim   olsun,   ata-anana   allah   qotur  

versin, dırnaq verməsin, ata-ananın çırağı sönsün, ata-

ananın   ocağı   qaralsın,     aşın   ocaqda   qalsın,   aş   üzünə 

335


həsrət   qalasan,   bay   olmayasan,  bayramın   qara   gəlsin, 

baş daşın tapılmasın, boynun qırılsın, boyuna boz ip tu-

tum, qanın yalaqda qalsın, dağarcığın boş qalsın, dam-

daşın başına uçsun,    evin can yatağına dönsün, əhdin  

gözündə qalsın, itin qudursun, yurdun yurd olsun, gözün 

bozarsın,   oda   düşəsən,   odun-ocağa   həsrət   qalasan, 

ocağın   qaralsın,   ocağıyın   başında   Əzrayıl   otursun, 

ocağında   qazan   asılmasın,   oxun   boşa   çıxsın,   öyündə 

çıraq   yanmasın,   paltarın   yuyucuya   qalsın,   sabaha 

salamat   çıxmayasan,   sazın   sınsın,   aşığın   qara   geysin, 

sarayın   başına   uçsun,   soyun   sığırsız   qalsın.   uğurun 

uğursuz olsun, uğur tanrısı səndən üz döndərsin, üzün 

ağ olmasın, xain gözün çıxsın, fəryadın göylərə ucalsın, 

xoruzun banlamasın, çuvalın boş qalsın, çırağın sönsün,  

şərbətin zəhər olsun… (

q

arğışlar



) (12, 142-190)

Birləşmə şəklində olan frazeoloji vahidlər «Oğuznamə»nin dili 

üçün   də   səciyyəvidir.     Doğrudur,   «Oğuznamə»də   toplanmış 

material   atalar   sözləri   və   məsəllərdən,   hikmətli   söz   və 

aforizmlərdən ibarətdir, lakin cümlə şəklində qurulduğundan atalar 

sözünün,   məsəlin   tərkibində   ifadələri   ayırmaq   mümkündür. 

Aşağıdakı nümunələrə diqqət yetirək: 

Ərlə övrət arasına girənin

  hörmətsizligi qalur.(20)

Ər qarar, 

könli qararmaz

.(20)


Allah

 yüzi yoxsulluğın 



göstərməsün

.(21)


Əlün aşda ikən 

gözün işdə olsun

.(24) 


Ölü 

yüzi bərk

 olur.(25) 

El ilə gələn 

qərə gün

 dügündür. (25)

Aq aqça 

qərə gün

 içün.(28)

Oğlana 

üz versən



başdan aşar

.(36)


Ümməti-Məhəmmədin 

sözi kasadlığa düşməsin

.(37)


Ər də düşər 

qərə bəxtə

, övrət də düşər 



qərə bəxtə

.(46)


Nakəsə 

əl açmaqdan

 ac olmaq yegdir.(49)

Ayı gör, 

oruc dut.(

48)


Qədəmün qutlu olsun

.(57)


Ağır başlu

 olanın hörməti ziyadə olur.(59)



Ulular sözin tutmayan

  ulayu qalar.(59)

Ər olan 

rizqini taşdan çıqarur

.(61)


336

Adam var, söhbətində 

can bitər

.(67)


Böyük keçilənicə  dəkə-keçinin 

canı çıqar

.(70)


Bən nə vəqt ölürsəm, 

qiyamət

 ol gün 


qopar.

(71)


Bir kişinin 

adı çıqıncayadək göni çıqar

 (77) və s.

Bu   cür   misalların   sayını   artırmaq   mümkündür.   Lakin 

buradakı  



yüzi bərk, qərə gün, qərə bəxt, ağır başlu  

kimi 


ismi,  

ərlə   övrət   arasına   girmək,   könli   qararmaq,   allah 

göstərməsün,   gözi   işdə   olmaq,   üz   vermək,   başdan 

aşmaq, sözi kasadlığa düşmək, əl açmaq, oruc dutmaq,  

qədəmin qutlu olsun, ulular sözin tutmaq, rizqini taşdan 

çıqarmaq, can bitmək, canı çıqmaq,   qiyamət qopmaq,  

adı çıqmaq, göni çıqmaq

  kimi feli birləşmələr də göstərir ki, 

Azərbaycan dili frazeologiyasının formalaşma tarixi qədimdir və 

belə   birləşmələr   azı   birinci   minilliyin   ortalarından   ədəbi   dilə 

xidmətdə olmuşdur.   Bu qədər birləşmə içərisində  

can bitmək, 

göni çıqmaq

 ifadələri arxaikləşmiş (

göni çıqmaq

 ifadəsi əvəzinə, 

indii 

gönünü soymaq



 – 

Sənin gönünü soyaram

 – ifadəsi işlənir), 

bir-iki birləşmədə   kiçik dəyişikliklər olmuşdur (

qədəmün qutlu 

olsun – qədəmin mübarək olsun, rizqini taşdan çıqarır – çörəyini 

daşdan çıxarır)

. Qalan birləşmələr bu gün də ədəbi dilimizdə eyni 

məna və quruluşda işlənməkdədir. 

A.Əsgərova   «Oğuznamə»nin   dilində     kasıb   yaşamaq 

mənasında 

yoxsullığa irmək//aclıq çəkmək//tamağı quru 

olmaq

,   kədərlənmək   mənasında    



dərd   çəkmək//könlü 

qaralmaq//evi   yıxılmaq//bun   dəmində   bulunmaq

ölmək,   öldürmək   mənalarında  



canı   çıxmaq//can   ver-

mək//adı   qalmaq//başına   taş   qomaq//qanın 

içmək//gözünü çıxarmaq,

  susmaq mənasında  



dildən geri 

qalmaq//dilini tutmaq

 kimi sinonim,  



var yüzü – yoq yüzü, 

söz vermək – söz almaq, könül yapmaq – könül yıqmaq, 

əl açmaq – nəfsin öldürmək

 və s. antonim frazeoloji vahidlər 

müəyyənləşdirmişdir. (28, 16-17)

Son vaxtlar Çingiz xan adına Qədim Türk Tarixini Araşdırma 

Fondu tərəfindən  çap olunmuş «Mənzum oğuznamə»nin dilində 

də (11) maraqlı ifadələr vardır. Kitabda əlyazmanın fotosu, ərəb 

və   latın   qrafikası   ilə   transliterasiyası   və   mənzum   tərcüməsi 

verilmişdir. Əsərin müəllifi və yazılma tarixi məlum deyil. Elm alə-

337


minə «Uzunkörpü oğuznaməsi» və ya «Mənzum oğuznamə» adı 

ilə məlum olan bu əsərin mətni 104 beytdən ibarətdir. Dilində 

monqol  təsiri  hiss  olunmadığından   XIII  əsrin  sonunda   yazıldığı 

güman   edilir.   Qədim   türkcədən   çevirəni   və   ön   sözün   müəllifi 

İ.M.Osmanlı   yazır:   «Müsəlman   ideologiyasına   əsaslanan     və 

həmin ideologiyanı təbliğ edən türk dilində yazılmış  orijinal bədii 

əsər kimi, onu XIII-XIV əsrlər türk ədəbi dilinin nümunəsi hesab 

etmək   olar».(11,   11)   Əsərlə   tanışlıq   göstərir   ki,   o,   müəllifin 

dediyindən   daha   qədim   tarixə   malikdir.   Verdiyimiz   sitatda 

müəllifin işlətdiyi  «türk dili» ifadəsi anlaşılmazdır. Belə çıxır ki, o 

dövrdə (XIII-XIV əsrlərdə) ümumi bir türk dili var imiş və əsər 

həmin dildə yazılmışdır. Halbuki hələ eradan çox-çox əvvəl şərqi 

və qərbi türk dilləri fərqlənməkdə idi. Ümumxalq Azərbaycan dili 

artıq V əsrdə formalaşmışdı.

Hər halda, əsər bizim yazılı ədəbi dilin başlanğıcı saydığımız 

XIII əsrdən əvvələ aiddir və bizim üçün yazıyaqədərki dövrün 

nümunəsi sayıla bilər. Türk dillərində leksik və frazeoloji inkişaf 

əsasən   eyni   sürətlə   getdiyindən   buradakı   frazeoloji   vahidlərin 

timsalında   eyni   vəziyyəti   bizim   dil   üçün   də   təsəvvür   etmək 

mümkündür. Bir neçə misalı nəzərdən keçirək: 

                        Anası eşitti bu sözni turub,

şükür qıldı

 haqqa yüzini sürüb.(14) 

Bir il keçdi oğlan uluğ boldı xoş,

anası sözindin 

qılur


 irdi 

cüş


.(15)

Qız aytur uluğ söz bu 

söz sözləmə

,

atanq 



dinini tut

 ögün gözləmə.(17)

Barur mən 

Qara xan qatında turub

,

Yükünüb ayur mən 



yüzümni urub

.(17)


Oğuz çıqtı  sizdin 

tutub özgə din

,

Tiyür mən  tidi kör bu qamuq bedin.(17)



Oğuz Tındı  artuq 

ağız açmadı

,

özin yığdı



 

özqə sözin saçmadı

.(17) 

Bu iki kəlini  eşitti bu söz,



Yana 

taptı  fursat

 uluğ 

açtı köz


.(19)

Uşal birimizni  müsəlman qılıb,

Sevər bizni sevməz 

gözidin salıb

.(20)

Ayur uşbu  işkə nədir çarəmiz,



Yaman yolğa girmiş

 ciqərparəmiz.(20)

Xan öldi çeriqi qamuğ qaçtılar,

338


Tamuğ şərbətini 

köbi


 içtilər

.(22)


Murad birdi

 tenqri Oğuzqa uluğ,

Munda batı barça ulus  il qamuğ.(22)

Bular hər birinə Oğuz 

at birir

,

Xalac, Qanqlı, Qarluq, bu Qıbçaq erür.(23)



Beytlərdəki  


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin