Ak kulum ər egiz kork g….z yıta
əvəzinə
Alp kulum,
ərdəm yürəgim sizə yıta
, beşinci sətirdə əvvəlki
öz
sözü
əvəzinə
yüz
, yeddinci sətirdə
Üçin
sözü əvəzinə
Arslan
oxumuşdur».(21, 302) Heç şübhəsiz, əksər mətnlərdə bu cür hallar
ola bilər. Bundan əlavə, saitlərin oxunuşunda da səhih olmayan
hallar vardır. Bu, əlifbanın özündən gəlir. Söz başında işlənən bir
sıra samitlərdən əvvəl müvafiq
a, ə
saitlərindən birinin nəzərdə tu-
tulması kimi hallar buna aiddir.
Qeyd edirlər ki, Orxon-Yenisey abidələrinin əldə edilmiş
bütün mətnləri birlikdə bir müəllif vərəqi həcmindədir. Bir neçə
əsrlik geniş bir dövrü əhatə edən bu qədər az yazı dövrün dil
mənzərəsini, xüsusilə frazeoloji mənzərəni lazımi şəkildə əks
etdirə bilməzdi. Buna yazıların səciyyəsi də təminat vermir. Epi-
tafiyalarda, təbii ki, frazeoloji ifadəyə elə geniş imkan ola
bilməzdi.
Bunlar göstərir ki, «Kitabi-Dədə Qorqud»un frazeoloji
fondu 2-ci minillikdə yaranmamışdır və başdan-binadan dastan
boyları xalq dilinin qədim frazeoloji yatağına söykənmişdir. Odur
ki dastanın dili yazıyaqədərki dövrün frazeoloji sistemini
öyrənmək üçün qarşımızda geniş meydan açır. Mənşə üzrə
qruplaşdırmazdan əvvəl bir sıra səciyyəvi cəhətləri nəzərdən
keçirmək üçün bir neçə nümunəyə diqqət yetirək.
Dastanın dilində elə frazeoloji vahidlər var ki, düşünmək
olar ki, onlar bilavasitə ərəb işğalı, islam dininin yayılması dövrü
ilə bağlıdır.
Əslində isə belə ifadələrin bir qisminin tarixi çox
qədimdir – zərdüştilikdən gəlir. Lakin islam mühiti onların
işləkliyini genişləndirmiş və fəallaşdırmışdır.
Qiyamət qopınca
(31) – ifadəsi Azərbaycan dilinə
məxsus frazeoloji törəniş qaydalarına uyğun yaranmışdır.
Qiyamət
sözü islam təbliğatçılarının şərhində dəhşətli tufanı
nəzərdə tutmuş,
tufan qopur
ifadəsinə müvafiq
qiyamət qopur
ifadəsi yaranmışdır. Deməli, frazeoloji vahidlərin təşəkkülü üçün
316
fel çoxmənalılığının (oxşar əşyalar və hadisələr üzərinə
köçürmələr) mühüm rolu olmuşdur.
Sənin oğlın kür qopdı,
ərcəl qopdı. Nə yerdə gözəl qopdısa, çəküb aldı
(36-37) misal-
larından göründüyü kimi,
qopmaq
feli «Dədə Qorqud»un
dilində frazeoloji vahid tərkibində çox fəal olmuşdur.
Qiyamət
qopur
ifadəsi bu gün də dilimizdə işlənməkdədir.
Qılıc çaldı, din açdı
şahi-mərdan Əli görkli
(32) –
cümləsində
qılıc çaldı
– vuruşdu,
din açdı
– din yaratdı, yeni dinə
yol açdı mənasındadır.
Qılıc çaldı, çal qılıcın
ifadələri bütün
döyüş boylarının işlək ifadələrindəndir. Heç şübhəsiz, hər iki
ifadə qılınc və din anlayışları qədər qədimdir. Bunlardan birincisi
bu gün də işlənməkdədir;
din açmaq
ifadəsi işləkliyini itirmişdir.
Yum verəyin.
(41)
Yum vermək
– xeyir-dua vermək
deməkdir. M.Rəsulzadə Azərbaycan cümhuriyyətinin ilk
parlamentini açarkən bu sözdən istifadə etmişdir: «Möhtərəm
məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk məclisi-məbusanını
açmaq
yum səadəti,
siz möhtərəm məbusları təbrik etmək
şərəfinin öhdəmə düşməsi ilə müftəxərəm (alqışlar), əfəndilər!»
(24, 379) Bu gün dilimizdə işləkliyini itirmişdir.
Qarnım toymadı, yüzim gülmədi
(33) – ifadələri
şəxsin əhvalını göstərir, lakin bunlardan ikincisində frazeoloji
məna daha güclüdür, çünki həmin ifadə sonralar dərin ictimai
məzmun qazanmışdır. Qurbaninin poeziyasına diqqət yetirmək
kifayətdir:
Üzüm gülməz, heç açılmaz, ah, mənim!
Mənim
üzüm gülməz Vətəndən ayrı
və s. Bu ifadələr bu gün də
işləkliyini saxlamışdır. Şübhəsiz, ifadə etdikləri anlayışlar bəşərin
yaşıdıdır.
Qanun dökəyinmi
– ifadəsi
qan tökmək
şəklində tayfa
davalarına, xalqlararası döyüşlərə və fərdi ölüm-öldürmə halla-
rına aid edilərək, geniş ictimai məzmun qazanmışdır. Dastanda
isə Dirsə xanın şəxsi ailə münasibətləri ilə bağlı işlənmişdir və
mənacə ilkin – etimoloji kökünə yaxındır.
Göz gəzdirdi, yürəgi oynadı, bağrı yanar
(37) ifadələri
də dastanın dilində ilkin təbii semantikasına daha yaxındır. Lakin
bununla belə, artıq frazeoloji məna qazanmışlar.
Göz açuban
(gördigim), könül verib (sevdigim)
kimi frazeoloji
birləşmələr də ilkin-natural mənasına indikindən yaxındır. Lakin
317
eyni zamanda, bu qədər qədim tarixə malik olmaları dilimizin
frazeoloji qatının daha qədim dövrlərdə təşəkkül tapmış
olduğunu sübut edir.
(anın) könlinə ilham edərdi, əllərindən almıya,
sözün tutıb (təmam edərlərdi), namaz qılan, qulaq urıb
(dinləyəndə)
(32) – ifadələrinin hamısında frazeoloji məna
vardır
Könlünə ilham etmək
– ilham vermək, bir şey haqqında
qəlbinə duyğular yeritməkdir;
əlindən almaq
– hakimiyyəti ələ
keçirməkdir
; sözün tutmaq
– sözünə, məsləhətlərinə
baxmaqdır;
qulaq urmaq
– dinləməkdir, eşitməkdir – indi
qulaq
vermək
şəklində işlənir.
Yaqan,la boğazından tutayınmı, (qaba) ön,cəm
altına salayınmı
(35) – ifadələrində frazeoloji məna zəif, ilkin
məna əsas olsa da, birləşmələr artıq frazeoloji inkişaf yolundadır.
Birləşmələrin ümumi mənası öldürmək, məhv etməkdir.
Elə birləşmələr var ki, onların hələ çox sonralar frazeoloji
vahidə çevriləcəyi hiss olunur. Məsələn,
Bunlu qoca ilə Yapağlu
qocayı Dəpəgözə verün, aşın pişürsün –
cümləsində
aşını
bişirmək
birləşməsi hələ həqiqi mənadadır, fraza izləri yoxdur –
hələ birisinə kələk gəlmək, birisini ağır vəziyyətə salmaq məna-
larını qazanmayıb.
Frazeoloji vahidlərin bir qisminin komponentlərində həqiqi
məna izləri qaldığından tərəflər arasına müxtəlif sözlər daxil ol-
muşdur.
Qara tırnaq ağ yüzümə çalayınmı
(76) - cümləsində
fraza «tırnaq çalmaq»dır. Lakin onun birinci tərəfi öz təyini, ikinci
tərəfi obyekti ilə işlənmişdir:
qara tırnaq
,
ağ yüzünə çalmaq
.
Bağır basmaq, yandı bağrım, göynədi içim
kimi ifadələr də
fiziki əsasına yaxındır.
Əl götürdilər, hacət dilədilər. (
35) İnsanın göz açdığı
ilk gündən göylərə tapındığını nəzərə aldıqda bu ifadələr daha
qədim ola bilər. Lakin islam dininin təsiri ilə daha işlək olmuşlar.
Əl götürmək, dua etmək, hacət diləmək
sinonim ifadələri bizim
günlərdə yenə də aktuallaşmaqdadır.
Əcəl aldı
(42) - öldü, (qardaşını)
həqqinə qodı
– dəfn
etdi – ifadələrinin də islam dini ehkamları ilə bağlı yarandığını
güman etmək olar. Lakin, şübhəsiz, ifadə etdiikləri anlayışlara
görə tarixən daha qədimdir.
318
Ölmək, öldürmək
anlayışlarının çoxu müəyyən vasitə ilə
reallaşan prosesi bildirir:
qol-bud olup yer yüzinə
düşməyincə
(38),
oxa düşdi, şəhid oldı
(46),
at ayağı
altında qalmasun
(48),
ər bögürdən
(49), (kafərə)
qırğın
girdi
(50), (on iki bin kafər)
qılıcdan keçdi,
(baş kəsübdir),
qan dökipdir
(69), (Əzrayıl ol yigidin)
canın aldı, canını xır-
latğıl
(79),
canın verərmisən, xırlamağa başladı
, (dilədi ki)
olanı həlak qılaydı, canımı alasan
(82),
ödi sındı
(100). Bir
qismi təbii ölüm anlayışını bildirir:
can verdi
(öldü) (100)
can
vermədi
(yəni canını sənə vermədi),
gözlərin uyxu almış
(ölüm yuxusu) (39),
canın seyranda imiş
(ruhu göylərdə
olmaq mənasında),
canın varsa
(dirisənsə) (39),
yer gizlədi
(41) və s,
Ağlı başından çıxmaq, huşunu itirmək, çətin vəziyyətə
düşmək mənalarında işlədilmiş frazeoloji vahidlər də əsaslı
dəyişikliyə uğramadan dilimizdə yaşamaqdadır:
ah etdi, əqli
başından getdi, dünya-aləm gözinə qaranu oldı, dünya-
aləm (kafərin) başına qaranu oldı
(44),
başım bunaldı
(45),
ah eylədi, başından əqli getdi, əqlim-usum dərə
bilmən.
(44)
Bu misallarda
qaranu
– qaranlıq,
bunaldı
– zəiflədi,
us
–
ağıl mənalarındadır və dəyişiklik bunlardan ibarətdir.
Qazan bəg yola getdi
(44) cümləsində
yola getdi
ifadəsi
eyni mətndə işlənmiş
yola düşdi
ifadəsi ilə sinonimdir.
Düşdi
feli zəif şəkildə «yıxıldı» mənasını da ifadə edir, bu məna dilimizdə
arxaikləşdikcə
getdi
sözü
düşdü
sözü ilə əvəz edilmişdir.
«Kitabi-Dədə Qorqud»un dilində işlənmiş frazeoloji vahid-
ləri komponentlərinin mənşəyinə görə qruplaşdırdıqda türk mən-
şəli sözlərdən yaranmış frazeoloji vahidlərin təbii üstünlüyü
müşahidə olunur. Müasir dilimizdə olduğu kimi, dastan boylarının
dilində də feli frazeoloji vahidlər aparıcıdır.
Frazeoloji vahid tərkibində şəxsli fellər felin müxtəlif
şəkillərindədir.
Feli komponent əmr şəklindədir.
Fel əmr şəklinin əksər
şəxslərində özünü göstərir.
1-ci şəxs təkdə – qara
tırnaq
ağ yüzümə
çalayınmı
(76),
(yigidin)
canın qurtarayım;
(82)
319
2-ci şəxs təkdə –
bağır basğıl
(42),
ava çıxğıl
(37),
avımı bozma
(47
), (sən) aradan çıqğıl
(82),
Oğuzı
sındırğıl;
(117)
3-cü şəxs təkdə – (
anam mənim içün) gög geyüb, qara
sarınsun
(76),
(mənim) qanım (Aruza) qomasun
(126),
qırımım (Qazan) olsun;
(126)
1-ci şəxs cəmdə –
xoş keçəlim
(47),
(Sənünlə) gürəş
tutalım
(55),
kəsim kəsəlim
(113),
aradan (Beyrəgi)
götürəlim
(125),
qanın alalım; (
126)
2-ci şəxs cəmdə
– (məni) yolımdan ayırman
(113),
(ayağına) ət tuşağın urın
(
evləndirin
– mənasında) (113),
başınuz yarağın görün
(121).
1-ci şəxsin təkində
–ayın, -ayım
, cəmdə
–alum, -əlim
şəkilçiləri arxaik rəng almışdır, az işlənir (-
əyin
forması). 2-ci
şəxsin təkində işlənən
–ğıl
şəkilçisi şivələrdə məhdudlaşmışdır.
2-ci şəxsin cəmində işlənən
-man (ma+n)
şəkilçisi bu gün də
olduğu kimi Cəbrayıl rayonu Soltanlı kənd şivəsində işlənmək-
dədir.(23, 170-184)
Xəbər şəklində.
Feli frazeoloji vahidlərin böyük bir
qisminin xəbəri felin bu şəklində işlənmişdir.
Frazeoloji vahid
tərkibində xəbər şəklində olan fellər, başlıca olaraq, aşağıdakılar-
dan ibarətdir
:
Saldı
-
boyına saldı
(37),
toqındı -
(qulağına)
səs
toqındı
(41),
qatmışdır -
(evini)
bir-birinə qatmış(dır
),
verdilər
-
(buğayı)
qoyu verdilər
(buraxdılar)
(36)
, sımadı -
(anasının
)
sözin sımadı
(40)
, dəpdi -
(kafərlər
) at dəpdilər, boyladı
-
boy
boyladı
(42)
, soyladı
-
soy soyladı
(42)
, endirdi -
baş endirdi
(42)
, gəlməz
- keçimcə
gəlməz (mana), qaxarlar -
başıma
qaxınc qaxarlar
(47)
, girdi – (
ikisi bilə)
yola girdi
, (bazırganlar)
yola girdilər
(46),
tağlarsan - bağrmla
yürəgim
(nə)
tağlarsan
(47),
saldılar
-
at saldılar
(52), (Qazana)
adam saldılar
, (təkur)
adam saldı
(yəni göndərdi) (117),
gördilər - yol-yarağın
gördilər
(53)
, işlədin - ərlik işlədin, ısırdı -
(yigit)
barmağın
ısırdı
(dişlədi),
dökdi - qan dökdi ,
(qarıcuq anan)
qan-yaş dökdi
(76),
gözinin yaşın dökdi ,
axtardı
-
adam axtardı
(özü ilə
döyüşə bilən istədi),
qodı -
(oğlana)
ad qodı, götürdi
– (qara)
başım götürdüm
(sana gəldim) (baş götürüb gəlmək və ya
320
getmək)
,
(oğuz bəgləri)
əl götürdilər, bindi -
(bəglər həb)
ava
bindi, qaynadı -
(Beyrəgin)
qanı qaynadı, qaxınc edərlər –
başuma qaxınc, yüzimə toxınc edərlər, girdi -
(qızın incə)
belinə
girdi, endirdi - baş endirdi, basdı - bağır basdı
(56)
, gördi –
dügün yarağın gördi
(57),
yırtdı - yaqasın yırtdı, geydi -
(Banıçiçək)
qaralar geydi
(58)
, şükr eylədi - allaha şükr eylədi ,
qara oldı - toyın, dügünin qara oldı , yandı - yandı bağrım ,
göynədi - göynədi içim
(60)
, qoyulubdır - yürəginə qaynar
yağlar qoyulubdır
,
sarsılubdır - qara bağrın sarsılubdır
(62)
,
toldı -
(qara qıyma)
gözləri qan-yaş toldı
(62),
aldınuz -
(bənim
) başım-beynim aldınuz
(82)
, çaldılar -
(Oğuz bəgləri)
əl-ələ çaldılar
(63)
, verdi - tənri
(mana)
yol verdi , almış -
(on
parmağını)
souq almış, yırtdın - yanağın yırtdınmı, keçdi -
(Beyrək)
suçından keçdi
(67)
, dökdinmi -
(acı)
yaş dökdinmi
,
çökdi - diz çökdi
(69)
, qazanıbdır - ad qazanıbdır, duşaq
oldun - mana (
sən yaman yerdə)
duşaq oldun
(70),
basıldı -
yağı basıldı, gəzdirdi -
(sağlan solına)
göz gəzdirdi
(72),
çıqardı, geydi -
(bəg oğulları)
ağ çıqardı, qara geydi, tuta bil-
məz -
(dəxi sənin)
yerin tuta bilməz, görməz oldı - görər gözi
görməz oldı, tutmaz oldı - tutar əli tutmaz oldı, qılmaq -
(yarligümə)
şükr qılmaz
(79),
qıymaq
– canımı qıya bilməm
(82), y
olmaq
-
saçın yolarmısan
(82),
çaldı - əlin əlinə çaldı ,
qorxutdum – gözini qorxutdum
(80)
, sığınmaq -
(tar ətünə,
gen)
qoltuğına sığunı
(gəlmişəm) (87
), boşaldı
-
taraqlığı
boşaldı, mavıldı - gedisi mavıldı, yaqmaq -
(eşqi ilə)
oda yaqar
(88),
qalmaq -
dəvə əlində qalmışdı
(93),
diləmək
-
ər dilədi
(94),
tar olmaq
- (yalan)
dünya başına tar oldı
,
oynadı -
yürəgi oynadı, gördi - düş gördü
(yuxu),
aldım
- (Dədə Qor-
qutdan
) ögüt aldım, kəsdi - yol kəsdi, qusdurdı -
(Aruz
qocaya)
qan qusdurdı, saldılar -
(ayağın) t
oprağına
(məni)
saldılar
(103),
aldın
- (qardaşın)
qanın aldın, qurtardın -
(Qalın Oğuz bəglərini)
bundan qurtardın, baturdın -
(alplar
içində bizi qusqunımızdan)
balçığa baturdın
(105)
, qopdı -
(nə-
lər)
qopdı
(mənim)
başıma
(106),
çıqdı - ayaq yoluna çıqdı
(111),
aradı -
(anasının)
dilin aradı, çıqardı - il çıqarmadılar
(121),
geyib
-
sarındılar -
qara geyüb gög sarındılar
,
basmadı
-
(Beyrək)
ətməgün basmadı
(126)
, verdi – (
sənin)
yolında baş
321
verdi
(başını verdi - öldü) (126),
qarartdı
– (kafərə)
göz qarartdı
(71) və s.
Feli frazeoloji vahidlərin əksəriyyəti bu gün ədəbi və canlı
danışıq dilimizdə işlənməkdədir. Heç şübhəsiz, keçən 1500 ildən
artıq bir müddətdə bir sıra səs keçidləri də baş vermişdir – kar
səsin cingiltiləşməsi və ya əksinə. Məsələn:
dəpdi, dökdi
sözlərində
d > t
keçidi,
tağlarsan, toldı, tar olmaq
sözlərində
t > d
keçidi,
yaqmaq
tipli sözlərdə
q > x
keçidi və
s.
Qeyd edilən feli frazeoloji vahidlər tərkibində fellərin xeyli
hissəsi çoxmənalıdır:
tutdı -
(Qaracıq çobanın)
acığı tutdı;
(Qazanı kücicik)
ölüm tutdı
(49), (Oğuz bəgləri)
yüz göyə tutdılar,
(yigidin)
gözi
(boz ayqırı) tutdu
(116),
(
Ağ saqallı)
qarışı tutdı ola
,
gözi yaşı
tutdı ola
(103),
taşa tutdılar
(120);
düşdi -
(bazırgan dəxi)
öglərinə düşdi, yola düşdi
(60),
(Çobanın)
içinə qorxu düşdi
, (kafərlərin)
gözünə qorxu düşdü
,
ayağına düşdilər
(122);
aldı -
(oğlını sağ)
yanına aldı,
(Qazanın qarannulu)
gözüni
uyxu aldı
(116);
verdilər - səlam verdilər , qulun verdi, köşək verdi
(balaladı),
ögüt verdi
(47);
gəlür - əlündən
(nə)
gəlür
(65
), başıma
(gör nələr)
gəldi
,
(Uruza bu iş)
xoş gəlmədi
(68), (baqa-baqa Uruzın)
eşqi gəldi
(72) və s.
Frazeoloji vahidlərin bir qismində asılı tərəf
arxaikləşmişdir:
(Beyrək)
suçından
keçdi,
çöldi
alıbdır, (Qalın Oğuz bəglərini)
bundan
qurtardın, (Beyrək)
ətməgün
basmadı. İfadələrin bir
qismində feli tərəf köhnəlmişdir. Belə ifadələrdə köhnəlmiş tərəf
sonralar yeni sözlərlə əvəz edilmişdir
: sözün sımadı -sözünü
sındırmadı, barmağın ısırdı - barmağını dişlədi, yola girdi
- yola düşdü, ava bindi - ova getdi
və s.
Boy boyladı, soy
soyladı, taraqlığı boşaldı, gedisi mavıldı (mavladı)
kimi ifadələr
isə köhnəlmişdir və daha işlətmirik.
Bir sıra ifadələr müasir dilimizdə işlənsə də, mənası dəyiş-
mişdir. Bəzi ifadələr qrammatik cəhətdən səlisləşmişdir:
Dostları ilə paylaş: |