Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə51/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   47   48   49   50   51   52   53   54   ...   59

dinqir

  (tanrı)   sözü 

dəfələrlə   işlənmişdir.     «Ümumi   yazı   dilinin,   ədəbi   nitqin 

formalaşması» - bu, necə ola bilər? Ekvator boyu yayılmış bu qədər 

türklər nə təhər ümumi yazı dilinə, ədəbi nitqə malik ola bilərdilər? 

Heç 70 illik sovet dövründə Azərbaycan xalqı vahid ədəbi nitqə 

sahib ola bilmədi. Çox olsa, ümumi yazı qaydaları, əlifba ola bilərdi. 

Qabağa çıxan hər bir tayfanın öz ədəbi nitqi olmuş, xalq formalaş-

dıqca dil də ümumiləşmişdir. «Oğuzların, qıpçaqların və uyğurların 

qədim dövrün etnokulturoloji   proseslərində rolu» - bu, tarixdən 

məlumdur. Müəllifin dediklərindən çox qabaq məlumdur. «Orxon-

Yenisey abidələrinin yazıldığı dövrdə türklərin vahid ədəbi dildən 

istifadə etdikləri» məsələsi - tam mənasız söhbətdir. «Ümumxalq 

dili leksikasının mövcudluğu» - demək istəyir ki, bütün mövcud 

türklərin   hamısına   məxsus   ümumi   leksika   var   idi.   Bunsuz   dillər 

qohum ola bilməz ki! Əlbəttə, olmalıdır, amma bu, vahid türk dili 

anlayışını   təsdiq   etmir.   Slavyan,   german   dillərinin  də  bu   cür 

leksikası olub və var. Amma onların fərqli dillər olduğuna heç kim 

şübhə etmir.  «Oğuz, qıpçaq, uyğur mənşəli dil faktlarının inteqra-

siyası» -   bu («oğuz, qıpçaq, uyğur mənşəli») özü təsdiq edir ki, 

müəllif  düz fikirləşmir və dil yanılıb düzünü deyir: yəni hələ o dövr-

də türk dilləri lüğət etibarilə də fərqlənirdi. Amma bu «inteqrasiya» 

söhbəti   də   o   qədər   əsaslı   deyil.   Bir   neçə   dəfə   dağılıb   ara 

məsafələrlə yenidən qurulan xaqanlıqda hansı güclü inteqrasiyadan 

danışmaq olar? «Oğuz, qıpçaq, uyğur mənşəli dil xüsusiyyətlərinin 

ədəbi dil normalarını təşkil etməsi» - bu lap inteqrasiyanın yüksək 

pilləsidir! Yazılı qolu olan ədəbi dilin şifahisi özündən əvvəl yaranar. 

Orta əsrlər dövründə «regional türkilərin yetişməsi» - yəni X əsrdən 

268


sonra xaqanlığın dağılması ilə türklərin hərəsinin bir yana üz tutub 

lokallaşması   deməkdir   –   dil   fərqi   olmadan.   Bunu   yuxarıda   izah 

etdik,   yenə   də   sözümüz   olacaq.   Son   üç   «yenilik»   isə     tarix 

kitablarında var. 

Bunlar heç. Bunların bir qismi müstəsna olmaqla, çoxuna 

dözmək  də olar. Amma Aşağıdakı «yenilik» lap «möcüzədir». Bu 

«yenilik» də müəllifin «vətəndaşlıq» mövqeyi ifadə olunmuşdur: 

«orta əsrlərin oğuz etnokulturoloji mərkəzinin   xüsusi əlamətlərlə 

səciyyələnməsi»   «yeniliyinin»   mühüm   komponentlərindən   biri 

belədir:  



«oğuz dil subyektlərinin   iştirakı ilə Türküstanda, 

Qafqazda, Kiçik Asiyada   yeni etnik – mədəni mühitlərin 

formalaşması».(

s.6) Bunun mənasını – buradakı gizli fikri oxucu 

o qədər də tez tuta bilməz. Həmin tezisi izah etmək üçün bir qədər 

geniş danışmaq lazımdır, odur ki keçirəm birinci fəslə (Bura qədər 

deyilənlər hələ «Giriş»ə aiddir).  

Fəsil «Qədim türk dövründən orta türk dövrünə  keçid: tarixi-

mədəni şərait, dil prosesləri» adlanır.   Elə başlayan kimi müəllif 

yazır:     «…qədim   türk   birliyi   süqut   edir,   qədim   türk   ədəbi   dili 

dəyişikliklərə məruz qalır, onların yerinə lokal  türk etnik mühitləri  və 

lokal   türk   dilləri   yaranır.  



Mədəni   tarixi   proseslərin     məkanı 

Türküstana   keçir   və   Volqaboyuna     (oradan   Şərqi 

Avropaya),     Xəzərin   şərqinə,   İrana,   oradan   da   Bizansa 

yayılır»

.(s.8)


Burada   bizi   maraqlandıran   son   cümlədir.   Lakin   əvvəlki 

cümlələri   də   izah   etməmək   olmur.   «…inkişafın   sonrakı 

stadiyasında» dedikdə, X əsrdən sonrakı dövrü nəzərdə tutur. Lakin 

o   zaman   Xaqanlıq   çoxdan   dağılmış,   türk   «birliyi»   çoxdan 

pozulmuşdu. Hələ onu demirik ki, Xaqanlıq möhkəm türk birliyi 

yarada bilməmişdi və bütün türkləri birləşdirməmişdi. Yenə deyirik: 

«Qədim   türk   ədəbi   dili»   anlayışı   aydın   deyil.   «Lokal   türk   dilləri 

yaranır» nə deməkdir, - bu da bilinmir.   Öz «ideyasını» inkar et-

mirmi? Etmir, çünki dil fərqi yox, ərazi fərqi ilə danışır (

lokal

 türk 


dilləri). Müəllifin fikrinə görə, hətta Xəzərin şərqi də türksüz imiş.

Müəllifin əsas ideyası son cümlədədir. Bu cümlə müəllifin ən 

«dəyərli» iki ideyasından birini ifadə edir. Yəni dissertasiyada iki 

mühüm «ideya» var ki, onun biri bu cümlədə ifadə olunmuşdur. 

Əsas fikir,  mühüm «yenilik» olduğu üçün müəllif buradakı fikri bir 

269


qədər fərqli şəkildə «Nəticə»də də təkrar etmişdir: «Həm «türki»nin 

inkişafı, zənginləşməsi üçün   yeni mənbələr yaranır, həm də onun 



funksional  coğrafiyası genişlənir

, «türki»nin işlənmə diapazonu 

əvvəlki 

yekcins  monotürk mühitindən  qeyri-türk mühitlərinə 

doğru irəliləyir



Türki Qərbi Avropada, Rusda, Balkanlarda, 



Kiçik Asiyada, İraqda, İranda, Hindistanda, Tibetdə, Çində 

fərqli linqvoetnik mühitlərə nüfuz edir».

 (Fərqləndirmə bizimdir 

Q.K


.)  (s.31).

Söhbət «türki» adlandırdığı dövrə, yəni X əsrdən sonraya 

aiddir.

Bu iki cümlədə, bir də yuxarıda «yenilik» kimi verdiyi son 



cümlədə (içərisində «Qafqaz» sözü işlənən) iki «mühüm» fikir var: 

birisi budur ki, müəllif X1 əsrə qədər Azərbaycanda türk təsəvvür 

etmir,   yəni   Azərbaycanın   bu   dövrdən   əvvəlki   əhalisinin   türk 

olduğunu   qəbul   etmir.   İkincisi   odur   ki,   türk   dünyasında 

umumiyyətlə Azərbaycan tanımır. Baxın, lazım olan hissəni bir də 

verirəm:  



«Mədəni   tarixi   proseslərin     məkanı…     İrana, 

oradan da Bizansa yayılır» «Türki… İraqda, İranda… fərqli 

linqvoetnik mühitlərə nüfuz edir».  

Avtoreferatda yeganə bu 

cümlələrdə

  Azərbaycan  

adı çəkilə bilərdi, müəllif hər iki halda 



Azərbaycanı «İran» 

adı altında qeyd edir. Anadolunun türkləşdi-

rilməsi tarixi ilə Azərbaycanın türk tarixinə fərq qoyulmur. İkinci 

cümlədə   fikir   daha   aydındır:   türkün   coğrafiyası   genişlənir,   türk 

«qeyri-türk mühitlərinə nüfuz edir». Belə qeyri-türk mühitlərindən 

biri də Azərbaycan əvəzinə İran  sayılır. 

Müəllifin əvvəlki dövr haqqında dediyi   «yekcins   monotürk 

mühit» də doğru deyil, türklər çox vaxt monqollar və çinlilərlə qarışıq 

yaşayıb və çox geniş ərazidə yaşayıblar.

Yaxşı,   deyək   ki,   bir   sıra   müasirləri   kimi,   bizim   hörmətli 

doktorant  da XI əsrə qədər Azərbaycanda türk görmür və ya qəbul 

etmir.  Bəs onun milli heysiyyəti haradadır?  Bu adam hələ bilmir ki, 

«İran»   termini   çox   sonralar   yaranıb,   farsların   yaşadığı   ərazi 

«Persiya», «Persida» adlanıb. Bu da heç, lap elə deyək ki, «İran» 

sözü də olub. Bəs vətəndaşlıq hissinə nə söz?  

Məktəblilər də bilir ki, İran olmayanda Azərbaycan var idi 

və onun tarixi  İran tarixindən 2500 il qədimdir. 

270


Ümumən belə təəssürat qazanmaq olur ki, müəllifin daxili dü-

şüncəsinə görə, onun yazdıqlarını heç kəs başa düşməyəcək. Çünki 

fikirlərini   çox   ustalıqla   pərdələməyə   çalışıb.   Ona   görə   də 

erməninin,   rusun,   farsın   deyə   biləcəklərini   (lakin   hələ   ağıllarına 

gətirmədiklərini) bu əsərdə görmək olur. İstər-istəməz kədərli və 

təəssüf   dolu   nigarançılıq   içərisində   çırpınırsan.   Türkə,   türkün 

tarixinə bu nifrət haradan doğur? 

Əslində, istədikləri məlumdur. Amma hər şeyi açıb demək 

olmur. 

Bu cür kədərli düşüncələrlə yatdığım vaxt yuxuda nəhəng 



gövdəli, ağ saçlı bir müdriklə görüşdüm. Oğlum da yanımda idi, 

amma utanmadım, hönkürüb ağladım. Dedim ki, mən bir sıra 

hadisələrin   səbəbini   izah   edə   bilmirəm,   hər   şeyi   açıb   danışa 

bilmirəm.

Yır-yığış edirdi, harasa tələsirdi. Ona görə də mənə ötəri cavab 

verdi: 


-Elədir, hər şeyi danışmaq olmur, - dedi. 

Daha başqa yol göstərmədi.

Səhəri Şah İsmayılın şeirlərini oxuyarkən də eyni fikrə rast 

gəldim: 


Daxi sir var deyilməz xəlq içində,

Yenə söz var deyəsi xülq içində.(169)

Yaxşı, bizim cəmiyyət illərdən bəri İqrar Əliyevin bu əsassız 

konsepsiyasına   qarşı   mübarizə   aparır,   indi   biz   yeni   İqrar 

böyüdürük?   Gör   cəsarətə   bax   ki,   nə   günə   qalmışıq   ki, 

Azərbaycan tarixinə yox deməyə çalışan bir adam mənim əlimlə 

doktor olmaq istəyir! 

Bu adam türk dillərinin, o cümlədən Azərbaycan dilinin tarixi 

inkişaf yoluna dair əsər yazıb doktor olmaq istəyir. Qayda budur ki, 

insan  öz xalqının   həqiqi tarixini  üzə  çıxarmaq  üçün  yazılmışlara 

əsaslanar,  indiyə qədər qoyulmuş bünövrənin üzərinə yeni bir daş 

qoyar.   Bunun   əksinə   olaraq,   doktor   olmaq   istəyən   bu   adam 

Azərbaycan elminin bu vaxta qədərki nailiyyətini bir kənara ataraq 

deyir   ki,   sənin   tarixin   yoxdur,   sənin   olsa-olsa,   200-300   illik   dil 

tarixin var. Əslində, heç bunu da demir. Belə də xalq olar?  Özü də 

271


görürsən   ki,   bu,   savadsızlıqla   bağlı   deyil,   şüurlu   şəkildə 

respublikanın dövlət dilinin tarixinə hücumdur. Dəridən-qabıqdan 

çıxıb düşmənin dediyinin təsdiqinə çalışır: «Sən bura gəlməsən!» 

Biz   «Aşina   və   Azərbaycan»   adlı   məqaləmizdə   Xaqanlığı 

yaradan  tayfanın     Azərbaycandan  getdiyini  sübut  etmişik.  Gənc 

alim   isə   Xaqanlıq   parçalandıqdan   neçə   yüz   il   sonra   türklərin 

Azərbaycana gəldiyini iddia edir. Odur ki bunların heç birini təkzib 

etmədən  (edə də bilməzdi) Azərbaycanın X1 əsrdən türkləşdirildiyi 

kimi ən köhnə və cəfəng fikirlərlə doktorluq iddiasına düşüb.

Dissertant «türki» dediyinin tənəzzülündən danışır. Lakin  «tə-

nəzzül»ün mahiyyətini açmır. 

Sovet quruluşu tənəzzül elədi

 – məhv 

oldu, dağıldı. «Türkinin tənəzzülü» nədən ibarətdir? Yoxsa nəyəsə 

parçalandı? Nəyə parçalandı, niyə deyilmir? Yəqin sonra da bunu 

«əsaslandıracaq» ki, «türki» dillərə yox, şivələrə parçalandı. Çünki 300 

ilin müddətində dil yarana bilməz. İraq türkmanları Azərbaycandan 

300   ilə   yaxındır   ki,   ayrılıb,   amma   Azərbaycan   şivələri   olaraq 

qalmaqdadır və əsaslı dəyişikliklərə malik deyil.

Yaxud  «qədim türk dili» dediyi   dil hardan çıxıb, nə vaxt 

əmələ gəlib? Bəlkə elə VI əsrdə göydən tökülüblər? 

Ümumən bu əsərdə o qədər ziddiyyətli fikirlər var ki, onların 

hamısını   izah   etsən,   gərək   müəllifin   dissertasiyasından   iki   dəfə 

böyük yazı yazasan.  Deyir ki, «təktərəfli söz birləşmələri  türkidə 

də işlənir və orta əsrlərə doğru  getdikcə qrammatik  normalılıqdan 

çıxaraq   üslubiləşir,   bədii   fiqur   olur».(32)   Bu   lap   hoqqabazlıqdır. 

Əvvələn   «təktərəfli   söz   birləşməsi»   termini   yarandığı   günlərdən 

ölüb, öz əhəmiyyətini itirib. İkincisi də, bu forma (yəni mənsubiyyət 

şəkilçili sözlər) fikir ifadəsinin ən mühüm forması kimi daim işlək 

olub.   Biz   birisinə   «dəftərin   məndədir»   deyəndə   üslubi   fiqur 

düzəldirik?

Bu gün bu çıxır ortalığa, sabah o birisi.   İş o yerə gəlib ki, 

Azərbaycan türkünü kiçik bir etnos misalında  gözümçıxdıya salmağa 

çalışırlar.  Türkün isə qəlbi o qədər geniş, başı o qədər pərişandır ki, 

kəlləgöz kimi uzanıb günün altında, bu cür oxları sinək hesab edir. 

Amma,   xeyr,   fikir   verməlidir.   Hənək-hənək.   axırı   dəyənək.   Bura 

gətirirlər…

Axı bu nə sözdür, mən başa düşmürəm? Elm adına tərkibində 

olduğun xalqın tarixinə qara yaxasan? Elm gerçəkliyə xidmət edər, 

272


yoxsa şüurlu şəkildə xalqın  tarixi əleyhinə hədyan söyləməyə yö-

nəldilər? 

Mir Cəlalın «Dirilən adam» romanında baş qəhrəman Qədir 

haqsızlıq   dünyasından,   Bəbir   bəyin   zorakılıqlarından   pristava 

şikayət edir.  Xeyli danışdıqdan sonra pristav qəzəblə soruşur:

-Nə istəyirsən?

Qədir deyir:

-Qoy başdan danışım.

Yenə bəyin zorakılığı haqqında xeyli danışır, bəyin insana 

yaraşmayan hərəkətlərini sadalayır. Lakin bu dəfə pristav daha 

qəzəblə soruşur:

- Nə istəyirsən, a çöllü?

Qədir müvazinətini düzəldib üçüncü dəfə deyir:

-Qoy başdan danışım.

İndi mən də məcburam o «çöllü» kimi haq yolunda başdan 

danışam. Çünki istəməyəndə başa düşmək istəmirlər. Sən də məc-

bursan bir də başdan danışasan. Axırı da haq danışdığın üçün ya 

səni Qədir kimi dama basacaqlar,   ya da elə bir vaxt gələcək ki, 

onların çarxını çevirəcəklər.

Yer üzərində yaranmış vahid Ulu dilin inkişafında təqribən 

miladdan əvvəl XII minillikdə ikinci böyük mərhələ - protodillərin 

parçalanması   mərhələsi   başlayır   və   XII-VI   minilliklər   arası   dil 

ailələrinin təşəkkülü dövrü hesab olunur.

E.  ə.  VI  minilliyə   qədərki  dövr   haqqında   yalnız  arxeoloji 

materiallar   əsasında   məlumat   almaq   olur.   Mezolitdə   (XII-VIII 

minilliklər)   insanın   əmək   fəaliyyətində,   dünyagörüşündə,   ətraf 

aləmə münasibətində əmələ gələn dəyişikliklər onun təfəkkür və 

nitq   inkişafına   səbəb   olur.   Həyatın   12   min   il   əvvəl   başladığı 

Qobustan   mağara   düşərgəsi   materialları   bunun   əyani   sübutu 

sayılır. Neolit dövründə (VII-VI minilliklər) insanın oturaq həyata 

keçməsi, maldarlıq və əkinçiliklə əsaslı surətdə məşğul olmağa 

başlaması onun dərketmə qabiliyyətinin yüksəlməsi üçün güclü 

zəmin yaradır, ibtidai insan ilkin incəsənət vərdişləri əldə edir. 

İnsan   sürətlə   artır,   dillər   uzaq   ərazilər   və   uzun   minilliklər 

hesabına   tədricən   bir-birindən   fərqli   keyfiyyətlər   qazanmağa 

başlayır: “Artıq ibtidai tarixin sonunda ən iri dil ailələri, başqa 

273


sözlə, qrammatik quruluşuna və əsas lüğət fonduna görə yaxın 

olan  dil ailələri mövcud idi: Hind-Avropa (müasir slavyan, baltik, 

german,  kelt, roman,  İran, hind,  erməni,  yunan və b. dillər), 

sami-hami   dilləri   (qədim   Misir,   sami   -   akkad   (babil,   assur), 

Finikiya, qədim yevrey, ərəb, həbəş (amxar) və b. dillər), həm 

də şumer və xurrit, Altay (türk, monqol və b. dillər), Çin-Tibet 

(Çin xalqlarının dilləri, Tibet, Vyetnam, Birma), Ural (fin-uqor-

samodiy dilləri) və s.”(İstoriə drevneqo mira, 1, Moskva, 1983, 

s. 35-36) 

Bu dövr hazırkı türk dilləri üçün pratürkün   parçalanması 

dövrü   sayılır.   Pratürkün   parçalanması   da   məhz   Ön   Asiya 

hüdudları     ilə   bağlı   olmuşdur.   Prof.Y.B.Yusifov   yazır:     «Çox 

güman   ki,   pratürk   dil   birliyinin   parçalanması   e.ə.   VIII-VII 

minilliklərdə   baş   vermiş   və   bu   dövrdə   Hind-Avropa   dili   ilə 

ünsiyyətdə   olmuşdur.   Bu   etnosların   arasında   qarşılıqlı   leksik 

mənimsəmələr prototürklərin ilk vətəni Ön Asiyada (fərqləndirmə 

mənimdir   -   Q.K.)   baş   vermişdir»”.   (Azərbaycan   tarixi,   I, 

Azərbaycan Düvlət Nəşriyyatı, Bakı, 1994, s. 83)   Müəllif Hind-

Avropa dili ilə ünsiyyəti ona görə nəzərə çarpdırır ki, hələ tam 

yetkinləşməmiş   bu   dil   ailələrinin   praformalarında   leksik 

müvaziliklər aydın seçilir. Lakin bunlar bu iki dilin Ön Asiyada 

kontaktı   ilə   deyil,   daha   zox   eyni   kökdən   -   vahid   Ulu   dildən 

ayrılmaları   ilə   bağlı   olmuşdur.   Azərbaycan   əraziləri   pratürkün 

vətəni olmaqla, onun   parçalanma sahəsi kimi mərkəzi mövqe 

tuturdu.

E.ə.12-ci minillikdə sami tayfalarından, hindavropalılardan 

və başqalarından təcridolunma prosesini əsasən başa çatdırmış 

olan   prototürk     əhali   böyük   kütlələr   halında   miqrasiyaya 

başlayarkən   bir   qismi   öz   ulu   vətənində   qalmış,   qalanı   güclü 

axınla   münbit   şərait   və  torpaqlar   axtarışı   ilə   səyahətə   çıxmış, 

qərbdə   Balkana,   şərqdə   Çin   və   yapon   sərhədlərinə   qədər 

irəliləmiş,   minilliklər   ərzində   antropoloji   quruluşunu 

təkmilləşdirməklə   yanaşı,   dilini   də   dəyişmiş,   artıb-çoxalmış, 

qohum   budaqlara  ayrılmışdır.   Buna  görə də türklərin qərb  və 

şərq  vətənləri arasında oxşar relyef və çay vadiləri, dağ ətəkləri, 

274


çoxlu   toponimlər   vardır.   Türklərin,   monqolların,   tunqus-

mancurların   bir   kökdən   olmasına   bu   mənada   şübhə   yoxdur. 

Bunlar   güstərir   ki,   Altay   türklərin   beşiyi,   ilkin   vətəni   deyildir. 

Türklərin beşiyi Ön Asiyadır. Hər şey buradan başlamışdır. İlk 

miqrasiyaların çıxış nöqtəsi Ön Asiyadır. E.ə. VIII-VII əsrlərdə 

sakların,   kimmerlərin,   skiflərin   Azərbaycana   gəlişi   qohum 

tayfaların çox sonrakı əks miqrasiyalarındandır. 

Türklərin   şərqə   birbaşa   ilkin   hərəkəti   mezolitə   (XII-VIII 

minilliklər) aiddir, çünki ən mühüm miqrasiyalar dövrü mezolit 

hesab olunur. Mezolitdən keçən minilliklər ərzində (hun dövrünə 

qədər   8   min   il)   türklər   Altayda   artıb-çoxalmış,   tədricən   bu 

kökdən tipoloji  cəhətdən eyni olan tunqus-mancur  və  monqol 

dilləri   təcrid   olunmuşdur.   Görünür,   iltisaqi   türk   protodili   hələ 

miqrasiyanın   başlandığı   dövrdə   aydın   şivə   xüsusiyyətləri   ilə 

fərqlənirmiş.   Ön   Asiyada   qalan   türk   qolundan   iltisaqi     türk-

şumer, elam, hurri və urartu dilləri,   şərqə üz tutan qolundan 

monqol,   tunqus,   mancur,   yapon,   koreya   dilləri   ayrılmışdır. 

Qarışıq   şivələr   Mərkəzi   Asiyanın   hüdudsuz   ərazilərində   hələ 

Altayaqədərki   dövrdə   qohumluq   əlaqələri   çətin   sezilən   fərqli 

keyfiyyətlər   qazanmışdır.   Bunlardan   belə   nəticə   çıxarmaq   olur 

ki, qədim dünyanın bütün iltisaqi dilləri bir kökdən, bir ümumi 

protodildən   yaranmışlar.   Bu   cəhət   tipoloji   cəhətdən   fərqlənən 

digər dil ailələrinə  də aiddir. 

Biz bu mülahizələrdə türkləri qohumları arasında ona görə 

əsas  qol hesab  edirik ki,  Ön  və Mərkəzi Asiyada daim  böyük 

kəmiyyət üstünlükləri ilə fərqlənmişlər. Digər tərəfdən, çox aydın 

hiss olunur  ki, şərqə, qərbə, şimala hərəkət edən türklər heç 

vaxt Ön Asiya ilə əlaqələrini kəsməmişlər. Tarixini bilmədiyimiz 

saysız əks miqrasiyalar olmuşdur ki, bunlardan bizə çatanı hələlik 

sakların,   skiflərin,   kimmerlərin   geri   miqrasiyasıdır.   Ulu   dildən 

təcrid olunmuş türk protodilini, o protodil ki ondan Ön Asiyada 

elam, hurri, urartu, Mərkəzi Asiyada monqol, mancur, tunqus, 

Koreya   dilləri  təcrid   olunmuşdur,   onu   başqa   bir   şərti  adla   da 

adlandırmaq   olardı.   Lakin   Ön   Asiyada   şumer-türk   üstünlüyü, 

275


Mərkəzi Asiyada türkün çox geniş arealı həmin protodildə türk 

dialektinin aparıcı rolunu göstərməkdədir.  

Müasir   insan   tipinin   Ön   Asiya   hüdudlarında   təşəkkül 

tapdığını   və   ulu   dilin   bu   ərazilərdə     protodillərə   təcrid 

olunduğunu   nəzərə   almayan   tədqiqatçılar   türklərin   qərb 

ölkələrinə və o cümlədən Azərbaycan ərazilərinə Orta Asiyadan 

gəldiyini güman edirlər. Lakin daha diqqətli tədqiqatçılar onların 

Ön Asiyadan Orta   və Mərkəzi Asiyaya  getdiyini,   sonralar  yeni 

qüvvə ilə geri qayıtdıqlarını qeyd etmişlər. (43; 10) Türklər güclü 

qol olduğundan onların  Qərbə və Şərqə  yayılma arealı da geniş 

olmuşdur.   Altay   sözünün   özünü   də   türklər   indiki   Altaya   Ön 

Asiyadan - e.ə. III minilliyin başlanğıcında  son şüaları görünən 

və   bəlkə   də   neçə   yüzillik   tarixi   olan     Aratta   ərazi   adından 

aparmışlar. Bu ad bir qədər sonra  (Altaydan çox qabaq) elə Ön 

Asiyada   da   Alatey     şəklində   işlənmişdir.   «Altaydanzıxma» 

nəzəriyyəsinin   Murad   Adji   kimi   təbliğatzıları   bəşərin   inkişaf 

tarixindən xəbərsizlərdir və zox səthi, eybəcər tarixzilərdir.

VIII-VI   minilliklərdə - pratürkün daha sürətlə dialekt və 

şivələrə   ayrıldığı   dövrdə   qəbilə   və   tayfaların   müxtəlif 

istiqamətlərdə   hərəkəti   də   güclənmişdir.   Türklər   Qərbi 

Anadoluya, Balkana, Cənubi Qafqaza   yayılmışdır. Orta Asiyaya 

miqrasiya güclənmiş və tədricən qərbi və şərqi türk qollarında 

fərqlər çoxalmağa başlamışdır. 

Bu dövr hələ vahid ərazi və dövlət anlayışlarının olmaması 

ilə şərtləndiyi kimi, dilin də bu və ya başqa bir xalqa məxsus dil 

kimi təşəkkül tapmış olduğunu iddia etmək olmaz. Şübhəsiz, Ön 

Asiya   və   Qafqaz   ərazilərində   türk   tayfaları   ilə   yanaşı,   Hind-

Avropa   köklğlər,  qafqazdillilər  də  mövcud   idi,  yanaşı  və birgə 

yaşayırdılar. 

Bizim tarixdə Aratta dövründən (e.ə.28-ci əsr)  başlayaraq kuti, 

lullubi, kassit, turukki, mağ, uti, qarqar, kimmer türk tayfalarının fəa-

liyyəti məlumdur. Sonra Manna, Midiya, Atropatena və Albaniya döv-

lətləri gəlir.  Bunların əsas əhalisi türklərdən ibarət olmuşdur. Farslar 

və ümumən irandillilər bu əraziyə e.ə. VIII əsrdə gəlmiş,  ucqarlarda 

276


yaşamış və VI əsrin ortalarında xəyanətlə Midiyada hakimiyyəti ələ 

ala bilmişlər.   Son tədqiqatlar göstərir ki, farsların Əfrasiyab ad-

landırdıqları   Alp   Ər   Tonqa   sonuncu   Midiya   padşahı   Astiaqdır 

(H.İsrafilov).Bu, midiyalıların türklərdən ibarət  olduğunun yeni əsaslı 

sübutudur.

Bu qeydlərdən sonra bizi daha çox maraqlandıran məsələyə – 

Azərbaycan xalqının və dilinin təşəkkülü məsələlərinə keçək.

Bu vaxta qədər xalqımızın  etnik tarixi  yanlış və zərərli bir 

konsepsiya əsasında izah edilmişdir. Bu konsepsiya artıq özünün 

qeyri-elmiliyi,   mürtəceliyi   ilə   əksər   tədqiqatçıların   diqqətini 

çəkmişdir.   (bax:   59)   Ə.Dəmirzizadə,   Y.Yusifov,   Q.Qeybullayev 

Azərbaycanı   başdan-binadan   tğrkğn   vətəni   saymış,   Azərbaycan 

xalqının,   Azərbaycan   dilinin   ilkin   feodalizm   düvrğndə   -     III   –V 

əsrlərdə təşəkkğl tapdığını yazmışlar. 

Azərbaycan xalqının  və onun dilinin təşəkkülünün  V əsrdə 

başa çatdığını  şərtləndirən bir sıra amillər olmuşdur.

Ümumxalq Azərbaycan dilinin təşəkkülünü göstərən mühüm 

dəlillərdən   biri   V   əsrdə   vahid   Alban   yazısının   olması   və   həmin 

yazının yenidən təkmilləşdirilməsidir.  

Azərbaycan ərazisində yaşayan aparıcı tayfalar 5 min il əvvəl 

də öz zamanında mövcud olan yazı formasından (qayalar, daşlar, 

gil   lövhələr,   baş   daşları,   annallar   üzərində   mixi   yazılar)   istifadə 

etmişlər.   Hansı   ərazidə   daha   çox   yazılıbsa,   hansı   dövlət   daha 

əzəmətli   abidələr   qoyubsa,   təsadüflər   nəyi   qoruyubsa,   onlar   da 

qalıb.   Yüz   illərlə   hökm   sürmüş,   tarixdə   böyük   izlər   buraxmış 

dövlətlər, şübhəsiz, xüsusi  yazı mədəniyyətinə də malik olmuşlar. 

Biz Aratta dövründən   eramızın X əsrinə qədərki 4000 illik yolun 

mədəni, elmi inkişafını ardıcıl izləyə bilməsək də, mənbələrin azlığı 

buna imkan verməsə də, daim torpaqlarımızın  aborigen əhalisinin 

böyük   mədəniyyət   sahibi   olduğunu   öyrənə   bilmişik.   Xalqın, 

ümumxalq dilinin təşəkkül tapdığı dövrdə (V əsr) onun yazısının 

təkmilləşdirilməsi   barədə   tarixin   qoruyub   saxladığı   məlumat 

277


mərhələli inkişafın yüksək pillələrindən birinin təbii yadigarıdır.(bax: 

16; 100-116)

Şimallı-cənublu Azərbaycanın bir xalq kimi təşəkkül tapması 

hər iki ərazidə aborigen qədim türk tayfalarının zamanın gedişində 

tədricən zəruri şəkildə bir xalq kimi təmərküzləşməsi yolu ilə baş 

vermişdir.   Qədim     türk     tayfaları   Azərbaycan   ərazisində 

məskunlaşmaqla eradan əvvəlki bir neçə minillik ərzində etnodil 

ümumiliyi   çərçivəsində   yerli   keyfiyyətlərin,   ərazi   toponimlərinin 

təşəkkülü ənənəsini davam etdirmişlər. Ölkəmizin ərazisinə qohum 

türk tayfalarının mərhələli axını və onların dillərinin yerli etnosların 

dilləri ilə  konsolidasiyası da böyük gücə malik olmuşdur.  Bir sıra 

türk   tayfalarının   (kutilərin,   utilərin,   albanların,   kaspilərin   və   s.) 

yayılma arealının geniş olması, ölkənin həm şimal, həm də cənub 

bölgələrində   məskunlaşmaları   türk   tayfa   dillərinin   ümumiləşməsi 

işini asanlaşdırmışdır. Şimalla cənub arasında möhkəm sərhədlərin 

olmaması da tayfa dillərinin xalq dili kimi ümumiləşməsi xeyrinə idi. 

Tayfa   dillərinin   ümumxalq   dili   şəklində   formalaşmasında 

ekstralinqvistik amillərin rolu böyük idi. Tarix elə gətirmişdi ki, 

Azərbaycanın   şimal   və   cənub     əraziləri   eradan   əvvəlki   son 

yüzilliklərdə və eramızın əvvəllərində - ilkin orta əsrlərdə daim 

birlikdə olmuşdur. 

E.ə. IV əsrin II yarısında Makedoniyalı İskəndərin yaratdığı 

imperiya daxilində şimalın və cənubun əlaqələri artmışdı. Tarixi 

faktlar göstərir ki, hələ İskəndərin işğalından əvvəl də şimalla 

cənub   birlikdə   olmuşdur.   Atropatın   rəhbərliyi   ilə   Atropatena 

əhalisi ilə yanaşı, albanların da İskəndərə qarşı müharibəsi bunu 

təsdiq edir. İskəndərə qarşı vuruşan orduda  midiyalılarla yanaşı, 

albanlar,   sakasinlər,   kadusilər   də   iştirak   edirdilər.   (2;   136) 

Atropatın   sülaləsi,   təbii   ki,   bu   birliyi   xeyli   müddət   davam 

etdirmişdir.  

Sonrakı dövrdə Parfiya dövləti  (e.ə.250 - e.226) tərkibində 

Azərbaycan və Albaniyanın bir canişinlikdə birləşdirilməsi vahid 

Azərbaycan   xalqının   təşəkkülünü   sürətləndirmişdir.   Sasanilər 

imperiyası   dövründə   də   (III-VII   əsrlər)   şimal   ilə   cənub   vahid 

278


canişinlikdə   birləşdirilmiş,   sonralar   ərəblər   də   bu   strukturu 

saxlamış, pozmamışlar. Sasani imperiyasının süqutu dövründə - 

Xilafətin meydana çıxdığı ərəfədə vahid Azərbaycan xalqının və 

vahid Azərbaycan dilinin təşəkkülü artıq başa çatmışdı. Bunu e.ə. 

kükğ zox qədimlərlə bağlı olan, VI-VIII əsrlərdə yenidən işlənmiş 

və   cilalanmış   «Kitabi-Dədə   Qorqud”»   dastanları   və   bu 

dastanların misilsiz dil materialı da təsdiq edir.

Azərbaycanda   hər   tərəfi   bürüyən   türk   coşqunluğunu 

görmək əvəzinə, Atropatena ərazisində yaşayan əhalinin dilinin 

Əhəmənilər   dövründən   iranlılaşdırılmış   olduğunu   iddia   edənlər 

də vardır. (1;259-271) Bu məqamda Ə.S.Sumbatzadə həqiqətə 

sadiq   qalaraq,   Atropatena   dövrü   Azərbaycan   əhalisinin   etnik 

tərkibi və dili haqqında araşdırmaların çətinliyini qeyd etsə də, 

Parfiya asılılığı dövründə yerli əhalinin dilinin iranlılaşdırılmadığını 

xüsusi nəzərə çarpdırır: «Atropatena əhalisinin dilinin xarakteri 

və mənsubiyyəti barədə suala cavab vermək olduqca çətindir. 

Heç bir şübhə yoxdur ki, İran Parfiya dövlətindən asılı vəziyyətə 

salınmış   Atropatenada   da   ölkə   əhalisinin   tərkibinin   və   dilinin 

iranlılaşma   prosesinə   qarşı   yenidən   güc   toplaması   qaçılmaz 

olmuşdur.   Lakin   tayfa   qruplarının   və   kiçik   xalqların   etnik 

müxtəlifliyinin təsviri   Parfiya hakimiyyəti dövründə Atropatena 

əhalisinin tərkibinin və dilinin iranlılaşdırıldığını düşünməyə əsas 

vermir».” (10; 47) Müəllif bunu da əlavə etmişdir ki, parfiyalılar 

yalnız hakimlərin təyini ilə məşğul olmuş və Atropatena ərazisinə 

irandilli   əhali   köçürməmişlər.   Ə.S.Sumbatzadə   çox   mühüm   bir 

məsələyə də toxunaraq yazır: «”Beləliklə, təbii coğrafi faktor - 

Araz çayı o uzaq dövrdə də bu çaydan cənubda olduğu kimi, 

şimalda   da   yaşayan   Azərbaycan   əhalisinin   etnik   yekcinsliyini 

poza bilməmişdir»...” (10; 47) Bu cəhət zəruri bir faktor olmaqla 

e.ə.   IV   əsrdən   başlayaraq   Atropatena   və   Albaniya   əhalisinin 

dilinin xalq dili şəklində ümumiləşməsi prosesinin sürətlənməsi 

üçün zəruri şərtlərdən olmuşdur. Bir sıra tarixçilər yerli əhalinin 

iranlılaşdırılmasını o qədər asan bir proses kimi təsəvvür etmiş 

və yazmışlar ki, müəllif bunu da əlavə etməli olmuşdur  ki, hətta 

güclü   Sasanilər   imperiyası   dövründə   də   yerli   dilləri 

iranlılaşdırmaq mümkün olmamışdır.(10; 58) 

279


Köhnə eranın başa çatdığı, yeni eranın başlandığı dövrdə 

«xalqların böyük köçü»”nə səbəb olan hunların qərbə hərəkəti 

şimallı-cənublu Azərbaycanın birdəfəlik Yer kürəsində türk yurdu, 

türk   vətəni   kimi   bərqərar   olmasına   zəmin   yaratmışdır.   Başqa 

sözlə, o ərazilərdə ki türk tayfaları yerləşmişdilər, qohum tayfalar 

gələndə onlar yerlərini dəyişməli olmamış, yalnız yeni gələnlərlə 

sıxlaşmış,   zənginləşmişlər.   İran   və   qafqazdillilər   bu   ərazilərdə 

geniş yayıla blməmişlər.

Türk tayfalarının hun ittifaqı Azərbaycanın şimalı ilə cənubu 

arasında   əlaqələri   daha   da   sıxlaşdırdı.   Əvvəllər   Adərbayqan 

(Atropatena) ölkə adı Cənubi, Albaniya isə Şimali Azərbaycana 

şamil edilirdi. Artıq “... erkən orta əsrlərdə  Şimali Azərbaycanın 

da   ərazisi   Adərbayqan   (Aturpatakan)   anlayışı   altında 

birləşdirilirdi».” (2; 136,215) Ərazi birliyi, etnik birlik, dil birliyi, 

ictimai-siyasi   və   iqtisadi   həyat   birliyi   xalqın   və   xalq   dilinin 

təşəkkülü üçün əsas olmuşdur. 

Təbii   ki,   oxucunu   bir   məsələ   daha   çox   düşündürür: 

Azərbaycan ərazisində qədimdən bəri lullular, kutilər, turukkilər, 

kaslar,   kaspilər,   mağlar   (mannalılar,   madaylar),   albanlar, 

qarqarlar, e.ə.VIII-VII əsrlərdə geri qayıdan kimmerlər, skiflər, 

saklar, hun dövründə savarlar, peçeneqlər, qıpçaqlar, bir qədər 

sonra xəzərlər və s. saysız türk tayfaları əsasında oğuz qrupu 

türk   dillərinə   daxil   olan   ümumxalq   Azərbaycan   dili   necə 

formalaşdı, necə təşəkkül tapdı? Bu qədər tayfa içərisində koyne 

nədən ibarət olmuşdur? 

Əvvələn, hazırkı dövrdə Azərbaycan dilinin cənub, qərb və 

şimal-şərq   ləhcələrinə   ayrılması   tayfa   dillərinə   deyil,   məhəlli 

prinsiplərə   əsaslansa   da   (45;   282-295),   bu   bölgü   tayfa   dil 

əlamətlərini də mühafizə edir. Azərbaycan dilinin keçid şivələri ilə 

yanaşı, rəngarəng və bir-birindən kifayət qədər fərqlənən şivələri 

də   vardır.   Kərkükdən   Dərbəndə   qədər   geniş   ərazilərdə 

məskunlaşmış   azı   50   milyonluq   Azərbaycan   türklərini   tam 

təsəvvür etmək lazımdır.  Bunlar göstərir ki, müxtəlif tayfa dilləri 

280


izsiz yox olmamışdır. İndi tarixi dialektologiyanın əsas vəzifəsi 

məhz qədim Azərbaycan ərazilərindəki  tayfa dillərinin mümkün 

abidələr,   dil   materialları   əsasında   dialekt   faktlarını   həmin 

faktların bir vaxtkı daşıyıcıları olan tayfa dillərinə doğru tədqiq 

edib öyrənməkdir. Nəzərə alınmalı başqa çox mühüm bir məsələ 

də   Azərbaycan   dilinin   gəlmə   türk   tayfa   dilləri   əsasında   deyil, 

qədim   aborigen   türklərin   dili   əsasında   təşəkkülüdür.   Bu 

məqamda həm də nəzərə alınmalıdır ki, əvvələn, Azərbaycana 

gələn türk tayfaları, mühafizə olunmuş    faktlardan göründüyü 

üzrə,   vaxtilə   bu   ərazilərdən   getmiş   qohum   tayfalardan   ibarət 

olmuşdur, digər tərəfdən, hətta az-çox fərqli xüsusiyyətləri ilə 

seçilən tayfalar gəlmişsə belə, onlar da yerli tayfalarla asanlıqla 

çarpazlaşa   bilmişlər.   Hər   iki  halda  yerli  tayfa   dilləri  üstünlüyü 

saxlamışdır. 

Bütün bunlarla yanaşı, hansısa daha köklü bir tayfa dilinin 

üstünlüyü olmamış deyildir və tədqiqatçıların araşdırmaları ona 

yönəlmişdir   ki,   daim   ümumxalq   Azərbaycan   dili   oğuz   qrupu 

dillərindən hesab olunur. Fakt belədir ki, dilçilər oğuz və qıpçaq 

tayfa dilləri üzərində daha möhkəm dayanmışlar. Ə.Dəmirçizadə 

Azərbaycan dilində «oğuz və qıpçaq lisani ünsürləri”»nin tədqiqi 

ilə məşğul olmuşdur.(36;3-14)   Əgər Azərbaycan dili oğuz və 

qıpçaq   tayfa   dilləri   əsasında   təşəkkül   tapmışsa,   onda   «lisani 

ünsürlər»” nə deməkdir? «Lisani ünsür»” dilin mahiyyətini əhatə 

etmir, onun üzdə olan çox nazik qatlarına işarə edir: deməli, bu 

dil kök etibarilə başqadır, lakin onun tərkibində oğuz və qıpçaq 

tayfa dillərinə məxsus ünsürlər qabarıqdır. Bizcə, professor düz 

düşünüb   -   bu   dil   mahiyyət   etibarilə   türk   dilidir,   lakin   onun 

ümumi fonunda oğuz və qıpçaq tayfa dillərinə məxsus çalarlar 

daha aydın seçilir. Belə olduqda burada iki variant görünür: ya 

oğuzlar   çox   qədim   (hun   dövrü   yox,   daha   qədim)   dövrün 

tayfalarıdır, yaxud da qədim (e.ə.III-II minilliklərin) türk dilinə 

oğuz   və   sonralar   müəyyən   dərəcə   qıpçaq   elementləri   çöküb. 

Bizim   fikrimizcə,   oğuzların   özləri   Ön   Asiyanın   ən   qədim 

tayfalarındandır   və   onların   bir   sıra   bölümləri   Ön   Asiyadan 

ayrılaraq haraları dolansa da, sonralar yenə Ön Asiya yurdlarına 

qayıtmışlar.

281


Oğuzların Ön Asiyanın çox qədim tayfaları olduğuna tarix 

kitablarında   aydın   işarələr   də   vardır.   E.ə.III   minillikdə   Ön 

Asiyadan   ayrılıb   Mərkəzi   Asiyaya   hərəkət   edən   toxarların   bir 

bölümü oğuzlar hesab olunur (T.Qamkrelidze,V.İvanov): «Eyni 

zamanda   tükər/toxar   adı   qədim   oğuz   etnik   bölümlərini   də 

bildirirdi.   Adı   çəkilən   tədqiqatçılar   toxarlara   şamil   edilmiş   türk 

mənşəli tukri adını Diyala çayının yuxarı axarında yerləşdirilən 

Tukriş ölkə adı ilə eyniləşdirirdilər» ”. (2; 81-82)

Diqqətlə araşdırmalar apardıqda hadisələr məntiqi şəkildə 

əlaqələnir.   Ə.Dəmirçizadə   Azərbaycan   dilinin   mahiyyətində   nə 

ayrıca oğuz, nə də qıpçaq görür, ümumiləşmiş şəkildə «türk»” 

görür.   Türk   sözü   e.ə.   III   minillikdən   özünü   göstərməkdədir, 

“Tükər”   sözü   şübhəlidirsə,   «Turukki”»   sözü   var.   Bütün   türk 

xalqları   arasında   yeganə     Azərbaycan   dili   bizim   zəmanəmizə 

qədər   «türk   dili»”   adını   qoruyub   saxlayıb.   Oğuzlar   Mərkəzi 

Asiyaya   buradan   yayılıb.   Gələnlər   yenə   bura   gəlib.   Adları 

aşquzay, işquzay şəklində, skuz, skif, skolot şəkillərində tələffüz 

edilən   türk   tayfalarının   oğuzlar   olduğu   artıq   tədqiqatçılar 

tərəfindən   üzə   çıxarılmışdır.   Z.Həsənov   Azərbaycanda   çarlıq 

yaratmış skifləri ətraflı tədqiq edərək yazmışdır: “Skif etnonimi 

«oğuz”»   şəklində   etimologiyalaşdırıla   bilər”.(46;   54)   Ətraflı   və 

səmərəli tədqiqatdan belə bir qənaətə gələn müəllif yenə yazır: 

«Qeyd edək ki, quz-oğuz etnik anlayışını indi türk dillərinin oğuz 

qrupuna   daxil   olan   türklərin   əcdadı   təsəvvürü   ilə   qəti   şəkildə 

eyniləşdirmək olmaz. Qədim dövrün quzları-oğuzları (Herodot və 

Rəşid-əd   Dinin   təsvir   etdikləri)   bərabər   şəkildə   bütün   müasir 

türklərin əcdadı olmuşlar. Tarixi məlumata əsasən, Oğuz xanın 

tayfa ittifaqının tərkibində qıpçaqlar, karluklar, uyğurlar və başqa 

türk etnosları birləşmişdi»”. (46,117) V.V.Bartold qeyd edir ki, 

geniş Qıpçaq çölü X əsrdə Quz çölü adlanırdı. (47; 87)

N.A.Baskakov   göstərir   ki,   M.Kaşğari   daim   öz   lüğətində 

qıpçaqlarla   oğuzları   yaxınlaşdırmış,   onları   uyğurlara   qarşı 

qoymuşdur. Məsələn, M.Kaşğarinin qeydlərindən aydın olur ki, 

oğuz və qıpçaqlarda söz başında “y” səsi uyğurlarda düşür: yılığ 

282


suv (oğuz, qıpçaq) - ilığ suğ (uyğur). Oğuz və qıpçaqlarda “m” 

səsi uyğurlarda “b” səsinə keçir: men berdim (oğuz, qıpçaq) - 

ben berdim (uyğur) və s. (Bu hal, yəni «b» səsi də güstərir ki, 

Azərbaycanın yerli  tğrkləri ilə Səlcuq oğuzları – XI əsrdə gələn 

Anadolu tğrkləri fərqli əhalidir).   Müəllif fikrini ümumiləşdirərək 

yazır: «Mahmud Kaşğarinin oğuz və qıpçaq dillərini uyğur dili ilə 

qarşılaşdırması   göstərir   ki,   keçmiş   dövrlərdə,   məhz   Hun 

dövründə   bu   dillər   (oğuz   və   qıpçaq   dilləri   -   Q.K.)   hələ 

diferensiasiyaya   uğramamışdı   və   vahid   oğuz-karluk-qıpçaq 

ünsiyyətini təşkil etmişdir ki, o da sonralar, bir tərəfdən, karluk 

(uyğur),   digər   tərəfdən,   oğuz-qıpçaq   dillərinə   parçalanmış, 

sonrakılar isə oğuz və qıpçaq dilləri kimi ikiləşmişdir».”       (27; 

156-157) 

 Beləliklə, türk tayfaları zaman keçdikcə qaynayıb-qarışmış, 

Azərbaycan   xalqının,   müasir   Azərbaycan   dilinin   təşəkkülünə 

gətirib   çıxarmışdır.   Bir   sıra   şivə   fərqlərinə   baxmayaraq,   erkən 

orta   əsrlərdə   Azərbaycanda   yerli   və   gəlmə   türk   etnoslarının 

vahid xalq kimi birləşməsi prosesi başa çatmışdır. 

Bütün bunlara əsasən nəzərə almaq lazımdır ki, Azərbaycan 

oğuzları XI əsrdə gələn Səlcuq oğuzlarından ibarət olmadığı kimi, 

«Kitabi-Dədə Qorqud» da Səlcuqların dastanı deyil. «Kitabi-Dədə 

Qorqud»un   Homerlə   yaşıd   olması,   poetik   cəhətdən   «İliada»   və 

«Odisseya» əsərləri ilə son dərəcə yaxınlığı,   Homerin və Dədə 

Qorqudun eyni mif və hadisələrdən qaynaqlandığı da göstərir ki, 

«Kitabi-Dədə Qorqud» qədim Ön Asiya – Azərbaycan  oğuzlarının 

dastanıdır. 

Ümumxalq Azərbaycan dilinin təşəkkülü ilə protoazərbaycan 

dili mərhələsi sona yetir və  ğ m u m x a l q   A z ə r b a y c a n  d i 

l i  mərhələsi başlayır. Biz bu mərhələni iki dövrə ayırırıq:

a) ədəbi dilin təşəkkül dövrü (V - XI əsrlər); 

b) ədəbi dilin inkişaf dövrü (XI - XV əsrlər).

283


Birinci dövrün özü də: şifahi ədəbi dilin təşəkkülü (V - VIII 

əsrlər) və yazılı ədəbi dilin təşəkkülü (IX - XI əsrlər) mərhələlərinə 

ayrılır.  

Sonrakı düvr (XVI-XXI əsrlər) Azərbaycan milli ədəbi dilinin 

təşəkkülü və inkişafı dövrudğr.

Yenə gələk dissertasiyanın üzərinə.

«Abidələrin   dilində     frazeologizmlərin   –   sabit   söz 

birləşməsi, atalar sözləri, bəzi stabil birləşmələrin  olması qədim 

türk dövründə   şifahi ədəbi dilin də   mövcudluğunu söyləməyə 

əsas verir» (13). Belə də fikir olar? Şifahi ədəbi dil olmadan yazılı 

ədəbi dil yaranar? 

Əsərin birinci fəsli heç bir fakta əsaslanmayan qeyri-obyektiiv 

və zərərli mülahizələrdən ibarətdir. İkinci fəsildə isə müəllif ortaya 

qoyduğu   «qədim   türk   dili»ndən     fonetik,   leksik   və   qrammtik 

cəhətdən nələrin sıradan çıxdığını, «türki» dediyi dildə hansı yeni 

fonetik, leksik, qrammatik əlamətlərin yarandığını,   onun «qədim 

türk dili»ndən nə ilə fərqləndiyini izah etmək əvəzinə, daha çox 

qədim türk dilindən «türki»yə nələrin «ötürüldüyü»ndən danışır. 

Bunun isə elə bir mənası yoxdur, çünki dildə katastrofik dəyişmələr 

olmur. Heç bir xalq bir mərhələdən o birinə keçərkən öz dilinə 

məxsus sait və samitləri, leksitk vasitələri, min illər ərzində forma-

laşmış   qrammatik   quruluşu   atıb  yenisini   düzəltmir.   Dildə 

səlisləşmə,   zənginləşmə   istiqamətində   inkişaf   gedir.   Tədricən 

arxaikləşmələr də olur, yeniləşmələr də. Amma bir-iki əsrdə heç 

bir dil köklü-köməcli dəyişib yeni dilə çevrilmir.

Beləliklə, bu əsərdə türk dillərinin tarixi inkişaf yolu qəsdən 

təhrif edilir, bəşərin qədim bir qolu və yaşıdı olan türk tarixininə 

nifrətlə baxılır. Türklərin bütün millətlərdən cavan və uşaq olduğu 

sübuta çalışılır. Azərbaycanın türk yurdu olmadığı, türklərin bura 

gəlmə olduğu  «əsaslandırılır», Azərbaycan İran ərazisi kimi verilir, 

onun azı 5 min illik şanlı tarixi üzərinə müəllif qara pərdə çəkmək 

istəyir. 

Onlarca müxtəlif mövzu seçə bilərdi. Amma belə bir mövzu 

seçib. Çünki ideoloji məqsəd var: bir daş ilə türkü bütöv vurmaq 

və Azərbaycan türkünü köksüz elan etmək! 

284


V.V.Radlovun   ağlına   gəlməyib,   S.Y.Malovun   ağlına 

gəlməyib, belə bir mövzu hörmətli Y.Əliyevin  ağlına gəlib.

İndi ali məktəblərdə «Azərbaycan dilinin tarixi qrammatikası» 

fənni keçilir. Bu dissertasiya əsasında müəllimin haqqı var deyə ki, 

əziz   balalar,   bu   fənn   ilə   mən   sizə   bütün   türk   dillərinin   tarixi 

qrammatikasını   öyrədəcəyəm.   Və   ya   Dilçilik   institutunda   bizə 

Azərbaycan dilinin tarixi qrammatikasını («Dədə Qorqud»dan XVIII 

əsrə   qədər)   tədqiq   edib   öyrənmək   tapşırılıb.   Maaş   alırıq.   Əgər 

babat   tədqiqat   apara   bilsək,   tədqiqatımızı   çuvaşlardan   tutmuş 

şorlara   qədər   bütün   türklərə   verə   bilərik   ki,   daha   siz   əziyyət 

çəkməyin, biz sizin də dil tarixinizi işləmişik. 

Bir   tərəfdən,   musiqimizi   oğurlayırlar,   mədəniyyətimizi 

oğurlayırlar,   tariximizi   oğurlayırlar,   torpaqlarımızı   oğurlayırlar, 

indii də əl qatıblar dilimizin tarixinə! 

Əslində, bu «əsər» haqqında bu qədər danışmağa dəyməzdi. 

Amma mən fürsətdən (və bu ağ eləməkdən) istifadə edib, başa 

düşə bilənləri bir daha oyatmaq istədim. Bu «əsərə» gəlincə,  deyir, 

milçək bir şey deyil, amma könül bulandırır.   Necə ki onun adını 

eşitdiyim gündən bu günə qədər mənim könlümü bulandırıb.

«Tədqiqat»ın   məqsədini   bir   də   yada   salmaqla   sözümü 

bitirirəm: 


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin