Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ


Hər bir  xalqın   tarixini   o   xalqın   öz   oğlu   yazmalıdır.   Bir   xalqın



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə50/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   46   47   48   49   50   51   52   53   ...   59

Hər bir 

xalqın   tarixini   o   xalqın   öz   oğlu   yazmalıdır.   Bir   xalqın  

tarixinin   əleyhdarının   onun   tarixini   yazması   düzgün 

deyil.

 Çünki həqiqətləri açıb-göstərmək üçün onun ürəyi imkan 

verməz. 

Beləliklə, sən də ürəyin hökmü ilə yazırsan, mən də. Mənim-

kinin zərəri yoxdur. Mən öz ürəyimin hökmü ilə öz xalqımın tarixini 

yazıram. Və sənin tarixinin qədimliyini danmıram, bir şey demirəm. 

Bir qədər əvvəl «Talışo səda» qəzetində belə məqalələriniz var idi: 

«Azərbaycanın qədim dili. Talış dili». Mən bir şey demədim ki? 

Yaz, sübut eləyə bilirsən, elə. İqrar Əliyev sənin indi dediyin kimi 

yazmışdı, söküb-dağıdırlar, akademikin məhsulu heçə çıxır. Çünki 

əsl zərərli fantaziya o idi. Axı yaxşı olmazmı  ki, yazılan düz olsun, 

qalsın?


258

Amma sənin ürəyinin dedikləri zərərlidir. Sən kimə xidmət et-

diyini   gərək   əməlli   düşünəsən.   Sən   başqasının   işinə   qarışırsan, 

həsəd   aparırsan,   paxıllıq   edirsən,   iftira   yağdırırsan.   O   tarixin 

açılmasına imkan verməmək istəyirsən. Amma gecdir. Ora  bir mən 

yox, çoxları yol tapıb və çox düz yol tapıblar. Öz işinlə məşbul 

olsan, daha yaxşı olar. Madam, məsələn, tat ola-ola, Azərbaycan 

dilinin, Azərbaycan xalqının tarixi ilə bağlı bir akademiya qədər iş 

görmüş Q.Qeybullayev kimi təmiz ürəklə yaza bilmirsən, yazma, 

başqa bir xalqın tarixi ilə məşğul ol. 

Mən sözümü dedim. Amma hələ çox şeyi demədim. Həm 

də bunu tək sənə yox, eyni tipli hamıya deyirəm.

Qardaş, 


mənə kömyin lazım deyil, mane olma.

Demirəm   ermənilər   kimi   eləyək,   deyirəm   onlardan   ibrət 

götürək. Milli tariximiz, milli dilimiz naminə…

29.06.07

259


TÜRK TARİXİNƏ HƏDYAN VƏ YAXUD ZƏRƏRLİ BİR

DİSSERTASİYA HAQQINDA

Azərbaycan   mədəniyyət   tarixinə   hücum   dövrüdür.   Bir 

tərəfdən «Dədə Qorqud» kimi müqəddəs abidə, o biri tərəfdən 

Nizami,   Şah   İsmayıl,   Cəlil   Məmmədquluzadə   kimi   sütunlar 

haqqında   nalayiq   sözlər     eşidilir,   Azərbaycan   mədəniyyət   və 

mənəviyyat   tarixini   yaradanlar   gözdən   salınır.     Azərbaycan   türk 

tarixi isə başdan-binadan saxta konsepsiya əsasında öyrənilir.  Elə 

buna   görə   də   Azərbaycan   dilinin   mənşəyi   məsələsi,   ümumxalq 

Azərbaycan dilinin hansı zəmində və nə vaxt yarandığı haqqında 

məsələ yekunlaşdırılmamış qalır. Hələ bir çoxları bilmir ki, tarixçi və 

dilçi xalqın  və xalq dilinin təşəkkülünü birlikdə əsaslandırmalıdır.

Gözümüzün önündə elə yazılar   meydana çıxır ki, onların 

vətən   tarixinə,   ümumtürk   tarixinə   bir   hədyan   olduğu   aşkar 

görünür   və   belə   əsərlərin   hansı   cəsarətlə   meydana   çıxarıldığı 

təəccüb doğurur. Bir yazımızda qeyd etdiyimiz kimi, keçmişdə 

yuxarılarda ideoloji məsələlərlə məşğul olan yoldaşlar olurdu və 

onlar   xalqın   mədəniyyət   tarixi   ilə   bağlı   zərərli   meyillərin   inki-

şafına   imkan   vermirdi.   Hələ   o,   SSRİ   tərkibində   olduğumuz, 

rusların türk tarixinə münasibətinin   məlum olduğu, hər yerdə 

türk tarixi əvəzinə, rus və fars tarixi yazdırdıqları dövr idi. İndi 

müstəqillik dövrüdür. Belə bir dövrdə xalqın mədəniyyət, dil və 

tarixini dərinləşdirən alimlər əvəzinə, ölkə daxilində güclü əleyh-

darları ilə qarşılaşırıq.

Budur, əlimizdə bir doktorluq dissertasiyasının avtoreferatı 

var.   Mövzu   belədir:    

«Qədim   türk   ədəbi   dilindən     orta 

əsrlər türk ədəbi dilinə (türki) keçid».

  Müəllifi gənc alim, 

elmlər namizədi Yadigar Vəli  oğlu Əliyevdir.

Dissertasiyanın  adı çox şey deyir, amma xüsusi diqqət ye-

tirməlisən ki, başa düşəsən. Bir şey oxucunu çaşdıra bilər: «qədim 

türk ədəbi dili», «orta əsrlər türk ədəbi dili - türki» dedikdə türk 

xalqlarının   hər   hansı   birinin   dilindən   söhbət   getmir.   Balkandan 

tutmuş Yaponiya ərazilərinə qədər yayılmış türk dillərinin hamısı 

nəzərdə tutulur. Yəni müəllifin fikrini nəzərdə tutduğu tarixi dövrlə 

birlikdə   aydınlaşdırsaq,   bu   o   deməkdir   ki,   VI   –   X   əsrlərdə   Yer 

260


üzündə bir (bir dənə) türk ədəbi dili olub və bu dil     XI əsrdən 

birdən-birə   «türki»   adlanan   yeni   bir   türk   ədəbi   dilinə   (bir   dilə) 

çevrilib və  XVII əsrə qədər bir dil olaraq qalıb, nə dəyişibsə, bir di-

lin daxilində baş verə bilən dəyişmələrdən ibarət olub. Yəni  XVIII 

əsrə qədər bizim tanıdığımız qazax, qırğız, özbək, türkmən, çuvaş, 

tatar, başqırd, uyğur, Azərbaycan … dillərinin heç biri olmayıb, biri 

digərindən fərqlənən türk dilləri olmayıb. Yalnız «türki» adlı vahid 

bir ədəbi dil olub. XVIII əsrdən sonrakı dövr barədə müəllif nə 

düşünür, onu bilmirik, çünki bu barədə bir söz deməyib.

Beləcə, çox sadə. Bu qədər xalqın dilini bu cür sadə yolla həll 

etmək bu vaxta qədər nə rusların, nə farsların, nə də ermənilərin 

ağlına  gəlib.  Belə «ağıllı»  fikri elə  öz içərimizdəkilər  tapıb   deyə 

bilərdilər   ki,   onlar   da   tapıb   deyiblər.   Çünki   həmişə   xarici 

düşməndən çox, daxildəkilərdən zərər çəkmişik və Qarabağ da belə 

daxili düşmənlərin köməyi ilə getdi.

Dissertasiya başdan-başa ziddiyyətli fikirlərlə doludur. Səbəb 

odur   ki,   bütövlükdə   əsərdəki   konsepsiya,   türk   dillərinin   tarixinə 

baxış   yanlışdır   və   bu   hal   əksər   cümlələrdə   müəllifi   çıxılmaz 

vəziyyətdə   qoyur.   Lap   elə   avtoreferatın   ilk   cümləsinə   baxaq: 

«Qədim türk ədəbi dilinə məxsus norma xüsusiyyətlərinin orta əsr-

lərin   ümumtürk   ədəbi   dilinə     (türki)   ötürülməsi   problemi 

türkologiyada   yetərincə   tədqiq   edilməmişdir.   Prof.Ə.R.Tenişev, 

prof.N.Q.Cəfərov orta əsrlərin ümumtürk ədəbi dili - «türki» haqqın-

da məqalələr  yazmış, Orxon-Yenisey abidələrinin bəzi dil xüsusiy-

yətlərinin  orta türk dövrü  yazılı abidələrində davam və inkişaf et-

dirildiyini göstərmişlər». (s.3) 

Oxucu   görsün   –   aydın   deyir:   «qədim   türk     ədəbi   dilinə 

məxsus  norma   xüsusiyyətlərinin   orta   əsrlərin   ümumtürk   ədəbi 

dilinə   (türki)   ötürülməsi…»   Deməli,   müəllif   Türk   xaqanlığından 

XVIII əsrə qədərki dövrdə bir «qədim türk dili», bir də «türki ədəbi 

dili»   adlı   iki   dil   tanıyır.   Bunun   üçün   iki   alimin   adını   çəkmədiyi 

məqalələrinə əsaslanır. «Norma xüsusiyyətlərinin ötürülməsindən» 

danışır. Norma xüsusiyyətləri ötürülmüşsə, o dillər necə fərqlənə 

bilərdilər   və   ümumən   «norma   xüsusiyyətlərinin   ötürülməsi»   nə 

deməkdir? Belə çıxır ki, kimlərsə bu «dillərin» başı üzərində durmuş 

imiş və gözləyib, X əsr gəlib çatanda qədim türk dilinin  norma 

xüsusiyyətlərini   qoyun   sürüsü   kimi   «türki»nin   içərilərinə   ötürüb. 

261


Müəllif başa düşməlidir ki, heç kim bu «ötürmək»lə şüurlu şəkildə 

məşğul olmur. Dil inkişaf edir və dildə təkmilləşmə, səlisləşmə, eyni 

zamanda arxaikləşmə baş verir. «…paralel dil faktlarından bəzisi 

normalaşır, digər qismi isə sabit situasiyalara, üslubi məqamlara 

təhkim   olunurlar».(s.3)   Kim   təhkim   eləyir   bunu?   Dil   faktlarını 

təhkim eləmək olarmı? «Sabit situasiyalar» nə deməkdir? Görün 

necə yeni «kəşflər» var: «Genetik və xronoloji baxımdan orta türk 

dövrü qədim türk dövrünün davamı olduğu kimi, hər iki dövrün 

etnik və dil prosesləri arasında   da varislik (sələf-xələf rabitəsi) 

özünü göstərir».(s.9)  Bəs nə cür olmalı idi? Bəlkə «türki» öz ilha-

mını başqa dillərdən almalı idi?

Baxın, çox mühüm ideyalardan biri budur:  



«Orta əsrlər 

dövrü   ümumtürk   ədəbi   dilinin     -   «türki»nin   dörd 

regional təzahür forması   (oğuz türkisi, qıpçaq türkisi,  

karluq   türkisi,   uyğur   türkisi)   müəyyən   edilir…»

  (s.6) 


Müəllifin   izahından   və   elə   cümlədən   də   aydın   olur   ki,   bunlar 

(oğuz türkisi, qıpçaq türkisi, karluq türkisi, uyğur türkisi) dil de-

yil, dil birdir – türkidir, bunlar bir dilin regional təzahürləridir. 

Oğuz  türkcəsi   dedikdə   bugünki   bölgüyə   düşən   dillər   –   türk, 

türkmən, Azərbaycan, qaqauz, mesxet türklərinin  dil birliyi nəzərdə 

tutulmur.  Bunlar   dil   deyil,   türkinin   regional   təzahürüdür.   Dörd 

regional təzahürün hamısı bir dil deməkdir.  Bir qədər sonra lap 

konkret fikrini verəcəyik. 

Müəllifin fikrincə, «türki» XVII əsrdə tənəzzül edir, yəni  XVII 

əsrə kimi vahid dil kimi gələn «türki» bu əsrdə dəyişikliyə uğrayır. 

Dəyişiklik nədən ibarət olur – bilinmir. 

Bu şəkildə götürdükdə, deməli, Həsənoğlu da, Qazi Bürha-

nəddin də, Nəsimi də, Şah İsmayıl da, Füzuli də, Qurbani də, Saib 

Təbrizi də,   Qövsi də, Məsihi də elə bir dildə (yəni türki adlanan 

dildə)   yazmışlar   ki,     onların   sənət   nümunələrinin   yalnız   türk, 

türkmən, qaqauz xalqları üçün deyil, başqırd, qazax, çuvaş, qırğız, 

uyğur,   xakas,   şor,   yakut,   özbək   xalqları   üçün   də   heç   bir   fərqi 

olmayıb. Bu cür saxta «ümumtürkçülük» adı altında türk xalqlarının 

şanlı tarixinin belinə daş qoymaq istəyirlər.

      Müəllif   vahid   «türki»   daxilində   regional   təzahürdən   danışır, 

dildən yox.

«Regional təzahür» nə deməkdir? 

262


«Regional təzahür»  o deməkdir ki, türklər, doğrudur, şimal-

qərbdə,   cənub-qərbdə,   şimal-şərqdə,   cənub-şərqdə   lokallaşıb, 

amma bunun dilə dəxli yoxdur, bunların hamısı  vahid bir «türki» 

adlı   dildə   danışıb,   yazıb.     «Bunların   hamısı»   deyəndə,   müəllif 

xalqların adlarını da nəzərə almır,  tayfa adı ilə bütün türk xalqlarını 

dörd qrup (oğuz, qıpçaq, uyğur, karluk) şəklində təsəvvür edir. 

Biz dilimizin tarixini araşdırıb, onun hansı qədim tarixdən 

qaynaq aldığını öyrənməyə çalışırıq, faktik olaraq, Yer üzündəki 

ən qədim dillərdən biri olduğunu üzə çıxarmaq istəyirik, gənc 

tədqiqatçılarımız   isə   bütün   üzə   çıxarılanların   üstündən   qələm 

çəkmək   istəyirlər. Bir sıra xarici və mürtəce daxili tarixçilərin 

dediklərini   əsaslandırmağa   çalışırlar.   Bu,   xarici   (düşmən) 

ideologiyanın   təsirindən   irəli   gəlir.   Sovet   dövründə   rusların 

özlərinin   siyasətləri   vardı:   qədim   türk   tarixinin   üzə   çıxmasına 

imkan verməmək Amma indi hindavropalılarr bizə birbaşa heç nə 

diqtə edə bilmir və bu məqamda yerli kadrlar onların xidmətində 

hazır dururlar. 

Dilimizin tarixi ilə bağlı söhbətlə bir qədər sonra yenidən 

məşğul   olacağıq.   Hələlik   «əsər»dəki   bəzi   mətləblərə 

münasibətimizi bildirməkdə davam edək.

Mühüm tezislərdən biri 

«qədim türk ədəbi dili»

 ifadəsidir. 

Yenə   təkrar   edirik,   müəllifin   fikrincə,   VI   –   X   əsrlər   arasında 

Balkandan Yapon ərazilərinə qədər olan böyük bir dünyada vahid 

«qədim türk ədəbi dili» işlənib. Başa düşmək olmur ki, təyyarə yox, 

televiziya   yox,   mətbuat   yox,  cib   telefonu   yox,   bu   qədər   böyük 

əraziyə  səpələnmiş  türklər  necə  bir  ədəbi  dildə danışa  bilərdilər. 

Burada əlifba ilə dil eyniləşdirilir. Orxon-Yenisey əlifbasından geniş 

dairədə bütün tayfalar istifadə edib. Bununla bu qədər geniş ərazidə 

əhalinin   bir   dildə   danışdığını   necə   sübut   etmək   olar?   Ərəb   əlif-

basından bütün ərəb xalqları, farslar və əksər türk xalqları istifadə 

ediblər.  Bu o deməkdirmi ki, bu xalqların hamısı bir ədəbi dildə da-

nışıb? Digər tərəfdən, bütün qədim yazılar (Orxon-Yenisey adı ilə ta-

nınan   yazılar)   birlikdə   cəmi   iki   çap   vərəqi   həcmində   deyil,   elə 

abidələr var, bir sözdən, bir cümlədən, bir neçə cümlədən ibarətdir. 

Uzağı iki səhifəlik yazılar var. Bunlarla «vahid ədəbi dil», «koyne» 

müəyənləşdirmək olar? 

263


«Qədim türk dövrünün başa çatması ilə yeni etnokulturoloji 

sistem təşəkkül tapır. Yeni yaranmış etnik mədəni sistem   köhnə 

sistemdən fərqli   əlamətlərlə səciyyələnir: birinci növbədə qohum 

dil subyektlərinin etnocoğrafi sərhədlərində dəyişikliklər baş verir; 

etnik-mədəni   sistemin     coğrafi   hüdudları   dağılır.   Əvəzində   yeni 

(lakin bu dəfə lokal) etnocoğrafi sərhədlər müəyyənləşir. İkincisi, 

bütün sahələrdə  forma və strukturca təmərgüzləşmənin yerini  di-

ferensiasiya tutur; qədim türk birliyinin  etnodil subyektləri ayrılır, 

vahid   kommunikativ   sistem   ayrı-ayrı   ədəbi   türkcələrə   bölünür. 

Üçüncüsü, qədim türk birliyinin  müxtəlif etnosubyektləri bir-birin-

dən   ayrılaraq   başqa-başqa   ərazilərdə   lokallaşır   və   vahid 

etnokulturoloji   məkanın   müstəqil   etnik–mədəni   mühitlərə 

parçalanması üçün zəmin hazırlanır… Orxon-Yenisey abidələrinin 

dialektfövqi nitqi  ayrı-ayrı ədəbi türkcələrlə əvəz olunur».(s.4) 

Doktorluq   işi   kimi   təqdim   olunmuş   avtoreferatın   bu 

cümlələrinin bir qismi   məntiqsiz, bir qismi   ziddiyyətlidir. Müəllif 

nəzərə   almır   ki,   türk   xaqanlığı     bir   neçə   dəfə   dağılıb,   yenidən 

qurulub   və   o   bu   qədər   böyük   ərazidə   heç   bir   «etnokulturoloji 

sistem» yarada bilməzdi. Lap yaratmış olsa idi də, o, artıq VIII 

əsrdə   öz   ömrünü   başa   vurmuşdu,   yəni   etnik-mədəni   sistemin 

coğrafi hüdudları X-XI   əsrlədə deyil, artıq VIII əsrdə dağılmışdı. 

İkincisi, bu etnik-mədəni mühitə bütün türk xalqları (və ya tayfaları) 

daxil   deyildi.   Məsələn,   şimallı-cənublu   Azərbaycan   türkləri   bu 

sistemdən kənarda idi.  Eyni zamanda bu dağılma nəticəsində «bu 

dəfə lokal»  etnocoğrafi sərhədlər müəyyənləşir – fikri də düz deyil. 

Əksər   əhali   öz   əvvəlki   məkanında   qalır   –   uyğur   türkləri   Azər-

baycana,   Azərbaycan   türkləri   uyğur   ərazilərinə   getmir.     Türk 

Xaqanlıqları az müddətdə yaşayır, mətbuatın olmadığı dövrdə o heç 

bir dil təmərgüzləşməsi apara bilməzdi və hər kəs öz dilində danışır, 

ümumi əlifbadan istifadə edirdi. «Vahid kommunikativ sistem  ayrı-

ayrı ədəbi türkcələrə bölünür» - cümləsində həm yanlış, həm də 

doğru  cəhətlər   var: «vahid  kommunikativ  sistem»  ola  bilməzdi, 

amma dillər müstəqil ədəbi türkcələrə doğru həqiqətən inkişafda 

idi,   lakin   bu   tezis   obyektiv   gercəkliyin   qeyri-şüuri   ifadəsindən 

ibarət olub, müəllif konsepsiyasını əks etdirmir, yəni müəllif bu 

fikrin əleyhinə «dəlillər» irəli sürməkdə daha ardıcıldır, çünki o, 

XVIII əsrə qədər «ayrı-ayrı ədəbi türkcələr» tanımır. Dünya bu 

264


dövrdə   boş-boş   ərazilərdən   ibarət   deyildi   ki,   etnosubyektlər 

ayrılaraq   istədikləri   ərazilərdə   lokallaşsınlar.   Əksəriyyət   öz 

yerində lokallaşıb. Təbii ki, yerdəyişənlər də olub. Son cümlə ilə 

müəllif lap gül vurub: «Orxon-Yenisey abidələrinin dialektfövqi 

nitqi     ayrı-ayrı   ədəbi   türkcələrlə   əvəz   olunur».   Deməli,   bütün 

türk   dilləri   Orxon-Yenisey   abidələrinin   daşıyıcılarından   ayrılıb. 

Deməli,   Xəzərin   qərbinə   türklər   Altaydan   gəlmədir.   Amma 

dediyimiz kimi, bu «ayrı-ayrı türkcələrlə əvəz olunur»u elə başa 

düşmək olmaz ki, müəllif X əsrdən yeni türkcələrin yarandığını 

qəbul edir.

Aşağıdakı   cümləyə   baxaq:   «Orta   türk   dövrünün 

əvvəllərində     (XI-XII   əsrlər)   türk   xalqlarının   etnocoğrafi 

hüdudları bir-birinə yaxın olduqlarından  hələ vahid linqvocoğrafi 

məkan qalmaqda davam edir». (4) Bu sözlərdən sonra güman 

edirsən   ki,   indi   vahid   «linqvoməkan»   dağılacaq.   Lakin   bunun 

ardınca 


«Məhz həmin  türkcələrin hər biri  orta əsrlər türk 

ədəbi dili  - «türki» kimi özünü göstərir»

 (s.4) sözləri gəlir 

və  bunlar  türkcələrin  müstəqilliyini  deyil,  vahid  bir  «türki»dən 

ibarət olduğunu əsaslandırmağa xidmət edir. 

Birinci cümlənin bir mənası da odur ki, türk tayfaları hələ 

Xəzərin qərbinə, Anadoluya, müəllifin öz sözü ilə desək, «İrana» 

yayılmayıb, bu hal sonra baş verəcək. Türk xalqları hələlik köhnə 

xaqanlıq məkanındadır və bir-birinə çox yaxın yerləşib, odur ki 

Xaqanlığın dil ənənələrindən hələ xilas ola  bilməyib. Təsəvvür 

edilmir ki, Xaqanlığın bir ucu uzaq Sibirdə, bir tərəfi Xəzərin sağ 

sahilində   idi   və   bu   ərazinin   özü   də  (hələ   Anadolu   və  Qafqaz 

cəhənnəm!)   balaca   deyil.   «Məhz   həmin     türkcələrin   hər   biri 

«türki» kimi özünü göstərir» - yəni bunların fonetik, leksik və 

qrammatik  fərqi  yoxdur  və regionları  fərqli  olsa  da,  özləri  bir 

dildən ibarətdir. 

 «Bizcə, orta əsrlər  dövründə türkinin  dörd regional 

təzahür   forması…   meydana   çıxır.   Və   bunlar   qədim   türk 

əsaslı ədəbi dillər kimi yalnız müəyyən vaxta qədər – XVII-

XVIII əsrlərəcən  funksional qala bilir».(

s.5)


Dörd regional təzahür formasını əvvəldə dedik. İndi müəllif 

bunları «türk əsaslı ədəbi dillər» adlandırır. Şükür eləmək lazımdır, 

çünki bunların əsasları başqa dillər də ola bilərmiş. Bir mühüm 

265


məntiqsizlik də: belə çıxır ki, XVII-XVIII əsrlərdən sonra bunların 

«türk əsası» yox olur.  

Baxın, indi lap açıq deyir:

«Lokallaşmış   etnokulturoloji   mərkəzlərin   hər 

birində  funksional olan ədəbi-kommunikativ sistem orta 

türk   dövrü   ədəbi   dilinin   –   türkinin   regional   təzahür 

formaları sayılır».(

s.5) 


Yenə izah etməli  oluruq: deməli, XVIII əsrə qədər qazax, qır-

ğız, özbək, başqırd, çuvaş, tatar, Azərbaycan dilləri arasında fərq 

olmayıb.   Görəsən,   XVII   əsrə   aid   başqırd,   çuvaş,   tatar,   qazax 

yazılarını versələr, bu adam onları oxuyub başa düşə bilərmi?  Heç 

erməni razı olarmı ki, deyəsən, sənin dilin VIII əsrə qədər fars, 

hind, rus, ingilis dillərindən fərqlənməyib? Dillər qohumdur, yaxın 

cəhətləri də olacaqdır, bu onların dünənə qədər eyni dil olduğu 

demək deyil ki!

Budur,   müəllif   öz   fikrini   əvvəlkindən   də   «sərrast»   ifadə 

etmişdir:  



«Buna   baxmayaraq,   türkinin   təşəkkül   tapdığı 

dövrdən   -     IX   əsrdən     XVII   əsrə     -   tənəzzülünə   qədər 

regional   formaların   hər   birində     gedən   dil   prosesləri 

prinsipcə fərqlənmir  və əslində, vahid dildə gedən  proses 

təsiri bağışlayır».

 (s.5)  Müəllif bu fikrini əsaslandırmaq üçün bir 

naqis misaldan istifadə edir: «Məsələn, qədim türk yazılı abidələrinin 

dilində       geniş   işlənən   «ölmək»   mənasında  



uç  

  felinin   sonrakı 

mənaca deformasiyası  - «behişt» mənasında «uçmaq» sözü həm 

X1 əsr oğuz türkisində – «Kitabi-Dədə Qorqud»un dilində 

(kursiv mənimdir – lazım olacaq – Q.K.), həm də eyni dövr oğuz, 

qıpçaq, karluq, uyğur türkləri üçün   müştərək dil xüsusiyyətlərinə 

malik abidədə - «Divani-lüğət-it-türk»də müşahidə olunur». (s.5) 

«Türki» adlandırdığı dili bölgüdə XI əsrdən başlayır, burada 

isə IX əsr başlanğıc sayılır. Əsas nəticə isə budur ki, regional 

türkcələrin   heç   bir   əhəmiyyəti   yoxdur   və   bütün   proseslər   bir 

dildə gedən proseslərdir, yəni türk dilləri yoxdur, vahid bir türki 

var. Verdiyi misalda da aldatmaq istəyir: «Kitabi-Dədə Qorqud» 

oğuz  dastanıdır,  bunu  bildik  (Amma   burda   da   istifadə  edərək 

türkün   tarixi   əleyhinə   prinsipini   davam   etdirir).   M.Kaşğari 

lüğətinin   məsələyə   nə   dəxli   var?   Kaşğari   lüğətdə   oğuzdan, 

karlukdan, qıpçaqdan misal verirsə, bu, 

uçmaq 

sözünün bütün 

266


regional türkcələrə aid olduğunu göstərir?   Kaşğaridə bu sözün 

hansı regiona aid olduğu barədə  qeyd yoxdur. Lap olsa da, söh-

bət X1 əsrdən getmir – misal XVIII əsrə qədərki məsafəyə aid 

olmalıdır.

Bəzən   Y.Əliyev   özü   məcbur   olub   ayrı-ayrı   türk   dillərindən 

danışmalı olur. Məsələn, «…qədim türk birliyinin  qohum etnos sub-

yektləri  diferensiasiya olunur ayrılır və ayrı-ayrı  ədəbi dillər – müs-

təqil türkcələr təşəkkül tapır».(s.9)  Bunlar fikri azdırmaq üçündür. 

Burada türkcələrin fərqli xüsusiyyətləri, dil məsələləri açılmalı idi. 

Bu barədə bir kəlmə də müsbət söz deyilmir. Əksinə, müəllif bu 

türkcələrin   heç   bir   şeylə   fərqlənmədiyinin   (XVIII   əsrə   qədər) 

sübutuna çalışır.

Dissertasiyanın   məqsədi   qalsın,   vəzifəsinə   baxaq:   «qədim 

türk ədəbi dilindən  orta əsrlərin ümumtürk ədəbi dilinə  - «türki»yə 

ötürülmüş ayrı-ayrı dil səviyyələrinə   aid normaları araşdırmaq». 

«Ötürülmüş dil səviyyələri»! Əvvəlki cümlələrdən təsəvvür olunurdu 

ki,  müəllif qədim türk dili ilə dediyi  «türki»ni ayrı-ayrı dillər kimi 

başa düşür. Odur ki o, türk dilinə məxsus hansı fonetik, leksik, 

qrammatik normaların  sıradan  çıxdığını  araşdırmalı  idi,  nələrin 

«ötürüldüyünü»   yox.   Konsepsiya   yanlış   olduğundan   o, 

«ötürülənləri»   axtarmalı   olur.   Nəticədə   mülahizələri   ilə   faktlar 

düz gəlmir.

Özü özünə zidd çıxır:  «…türk dillərinin yazılı mənbələrindən 

istifadə edildikdə  müqayisəli-tarixi metoda… müraciət edilmişdir».

(s.5) «Türk dilləri» tanıyır ki,  onların tarixi mənbələrindən, müqa-

yisəsindən  də danışır? Problem bilərəkdən yanlış qoyulduğu üçün 

«yeniliklər» adı ilə verilənlər də düzgün ola bilməzdi. Bu məsələnin 

üzərində dayanmaq istəmirik. Amma bir-iki cəhəti qeyd edək. 

Qədim   türk   dili   dövründə   «…ümumtürk   təfəkkürünün 

məhsulu olan vahid dini-mifoloji sistemin yaranması»,   «ümumi 

yazı dilinin, ədəbi nitqin formalaşması»,  «oğuzların, qıpçaqların və 

uyğurların   qədim   dövrün   etnokulturoloji     proseslərində   rolu», 

«Orxon-Yenisey abidələrinin yazıldığı dövrdə türklərin vahid ədəbi 

dildən   istifadə   etdikləri»,     «ümumxalq   dili   leksikasının 

mövcudluğu»,   «oğuz,   qıpçaq,   uyğur   mənşəli   dil   faktlarının 

inteqrasiyası», «oğuz, qıpçaq, uyğur mənşəli dil  xüsusiyyətlərinin 

ədəbi dil normalarını təşkil etməsi»,  ədəbi dilin «yazılı və şifahi qol-

267


lara malik olması»,  orta əsrlər dövründə «regional türkilərin yetiş-

məsi»,   «türkinin   dörd   regional   təzahür   formasının 

müəyyənləşdirilməsi»,  «karluqların fəal mədəni qüvəyə çevrilməsi», 

«oğuz etnokulturoloji  mərkəzinin təsir radiusunun böyüməsi», «uy-

ğurların   etnik-mədəni   fəallığının   zəifləməsi»   və   s.   «ilk   dəfə   üzə 

çıxarılmışdır» (s.6). 

İndi bunları bir-bir izah edək? Vahid dini-mifoloji sistem türk-

lərdə bu dövrdə (VI-X əsrlər) yaranmayıb. Mifologiya çox qədimdir 

(türklər uşaq deyil) və türklərdə əvvəldən vahid şəkildədər. Dini ba-

xış – tanrıçılıq isə yazılı mənbələrdə beş min il əvvəldən müşahidə 

olunur.   E.ə.   1700   –cü   ilə   aid   iki   elegiyada  


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin