Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ


«Alp   Ər   Tonqa     (Astiaq   -   Əfrasiyab)



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə49/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   45   46   47   48   49   50   51   52   ...   59

«Alp   Ər   Tonqa     (Astiaq   -   Əfrasiyab)  tarixdə   və   bədii 

ədəbiyyatda»   adlı kitabı   xalqımızın həqiqi tarixini öyrənmək, 

eradan   əvvəlki   son   minilliyin   ortalarına   məxsus   hadisələri    ay-

dınlaşdırmaq   baxımından   bizim   akademik   tarixdən 

müqayisəedilməz dərəcədə qiymətli bir əsərdir. 

Müəllif əsərin lap ilk cümləsində deyir: «Saka-skif impera-

torluğunun başçısı, fars – Turan dastanlarının qəhrəmanı, bütün 

Şərq dünyasında böyük dövlət xadimi – türk xanədanının sülalə 

öndəri,  sərkərdə və qəhrəman kimi anılan, öyülən, bəzən  qibtə 

ilə  rəqib və düşmən-tiran  qiyafəsində hallandırılan Alp Ər Ton-

qanı     yalnız   Oğuz   xan   və   Makedoniyalı   İskəndərlə   müqayisə 

etmək olar».

Bir dastan qəhrəmanı kimi çox səthi məlumatımız olan bu 

Alp Ər Tonqa kimdir, hansı tarixi şəxsiyyəti təmsil edir? 

Əsgəroğlu   əsər   boyu   tarixi   mənbələrdən   kətirdiyi   fakt   və 

dəlillər   əsasında   Azərbaycan   tarixinin   son   dərəcə   qaranlıq   bir 

səhifəsinə günəş şüası kimi işıq salır. Bu işıq əsasında təkzibedilməz 

şəkildə   aydın   olur   ki,   böyük   Midiya   imperiyası,   böyük   Turan 

imperiyası türklərin yaratdığı bir imperiya olmuşdur,  onun başında 

duran böyük sərkərdə və dövlət xadimi Alp Ər Tonqa – Astiaq 

türkdür və onların düşmənləri öz yaxın qohumlarının  - Astiaqın öz 

nəvəsinin idarə etdiyi farslardır. Tarixdə məşhur olan İran – Turan 

müharibəsi onların arasında gedən müharibədir.

Tədqiqatdan aydın olur ki, Qaraxanilər və XI-XII əsrlərdə Səl-

cuqlar özlərini Alp Ər Tonqa nəslindən hesab etmişlər. Xas Hacib 

Yusif   yazmışdır: «Türk bəyləri (yəni tanınmış adamları) arasında 

Alp Ər Tonqa   öz biliyi və şücaəti ilə   seçilirdi… Taciklər Alp ər 

Tonqanı Əfrasiyab adlandırırdılar».   Mahmud  Kaşğaridə də eyni 

fikrə rast gəlirik: «Əfrasiyab  - türklərin «Tonqa Alp ər» dedikləri 

ulusal, əfsanəvi, qəhrəman və böyük xaqanın  farsca adı»dır. Yazıçı 

oğlu Əli  (XIV əsr)  yazır: «İranlıların («Şahnamə»də Firdovsinin» 

Əfrasiyab dedikləri Alp Ər Tonqa   Saka (skif) imperatorluğunun 

şövkət çağının hökmdarıdır.  Pers şahənşahı Kirus (Keyxosrov) Alp 

Ər Tonqayı Altaylara qədər təqib etmiş, nəticədə Azərbaycanda 

yaxalayıb  miladdan öncə 642-də öldürmüşdür. İmperatriçə  Tomi-

ris Alp Ər Tonqanın xələflərindən biridir».   

231


Araşdırmalar   davam   etdikcə   hadisələr   dərinləşir.   Farsların 

Əfrasiyab adlandırdıqları Alp Ər Tonqanın  Herodot «Tarix»indən mə-

lum olan son Midiya padşahı Astiaq olduğu üzə çıxır.  Bunu hələ vax-

tilə M.Şəmsəddin Günaltay «İran tarixi»  (1, Ankara, 1948)  əsərində 

açıq söyləmişdir: «Zira əski qrek qaynaqlarında adı keçən  İran hökm-

darlarına aid bəzi izlərə təsadüf edildiyi bildirilməkdədir. Herodotusda 

ilk Ahameniş  kralı olaraq zikr edilən  zatın Kirus (Keyxosrov adının 

gerçək şəkli)  adını daşıdığı, «Turan hökmdarı  Əfrasiyabın da Hero-

dotusun  Med (Mediya)  kralı olaraq  tanıdığı  Astiaq olduğu bəyan 

edilmişdir ki, buna görə  Ahameniş dövrü  iranlıları midiyalıları  «Tu-

ranlı» və Med ölkəsi «Turan»a  daxil bulunmakda idi».  Bu fikir «İslam 

ensiklopediyası»nda da öz ifadəsini tapmışdır: «Yunan kaynaklarında 

sözü edilən Keyxosrov İran xanədanının qurucusu Kiroş olaraq qəbul 

edildiyi təqdirdə  Əfrasiyabın da Astiaq olması gərəkdir».

Bütün   bunları   «Şahnamə»də   Firdovsi   də   təsdiq   edir. 

Əsgəroğlu yazır: «Şahnamə»yə görə,  iranlılar və turanlılar  başqa-

başqa dillərdə danışırlar. Siyavuş turanlılarla öz dillərində  danışır, 

lakin  nə turanlılar, nə də Əfrasiyab  pəhləvicə bilirlər.  Firdovsidə 

eynilə belə fikir vardır ki, «turanlılar türkcə danışırlar».  Siyavuşun 

öldürülməsindən sonra  Pers pəhləvanı  Qiv atası Qodarzın tapşırığı 

ilə  Türküstana Keyxosrovu  axtarmağa gedir ki, onu Farsa gətirsin. 

Onun niyyətləri haqqında xəbər tutmasınlar deyə,  o, «turanlılarla 

türkcə danışır»:

Turan sərhədinə çatıncaya qədər atını qovdu,

Tənha yolçu görərkən türkcə danışmağa başladı

.

Turanlılar isə perslərin düşərgəsinə gedərkən özləri  ilə tər-



cüməçi aparırlar.

Pers pəhləvanı Bijan  Turan qəhrəmanı Xumanla döyüşmək 

üçün  türk dilini bilən adam axtarır:

Orduda bir tərcüman axtardı ki,

Türk ləhcəsini yaxşı bilsin. 

İndi   bu   millətin   az-çox   savadı   olanları   buradan   nəticə 

çıxarsın. Kirin (Keyxosrovun) fars Əhəməni padşahı olduğuna heç 

bir kitabda şübhə edilmir.   Kirin vuruşduğu dövlət Midiyadır və 

232


Midiyanın   başında   duran   Astiaqdır.   Astiaqı   farslar   Əfrasiyab 

adlandırırlar. Xalq isə onu Alp Ər Tonqa kimi dastanlaşdırmışdır. 

Midiya ölkəsi Turana daxildir. Turan türklərin ölkəsidir. Midiyalılar 

türklərdir.   Bütün   bunlar   kor-kor,   gör-gördür.   Hətta   bu   cür 

faktlardan   sonra   əslində   heç   dil   araşdırmalarına   da   ehtiyac 

yoxdur. Amma mümkün dairədə aparılan dil araşdırmalarının özü 

də   midiyalıların   türkdilli   olduğunu,   türk   tayfalarının   dövləti 

olduğunu   sübut   edir.   Xarici   alimlərin   bu   sahədə   yozmalarına 

«cəhənnəm!» demək olar. Amma özünü bu millətin nümayəndəsi 

hesab edib, Midiyanı fars dövləti, midiyalıları farsdilli əhali hesab 

edənlər adama ermənilərdən daha pis təsir bağışlayır, çünki onlar 

açıq düşməndir.  

H.İsrafil   Əsgəroğlu   yazır:   «Sakestan»   -     yəni   «saklar 

ölkəsi»    adlanan   böyük   məmləkət     yeni   eradan   qabaq   birinci 

minillikdə mötəbər mənbələrin  və tarixçilərin göstərdiyi kimi, bütün 

Asiyanı – Qərbdə Yunanıstandan başlamış Uzaq Şərqdə  Çinə qədər 

böyük bir ərazini,  bir çox xalqları özündə birləşdirən  əzəmətli bir 

imperiyanın adıdır.  Zaman-zaman müxtəlif millətlərə mənsub olan 

şovinist   tarixçilər   qədim     dünya   tarixinə     dolaşdırıcı-çaşdırıcı 

kölgələr   salsalar   da,     mötəbər   tarixi   həqiqətlərin   izini   itirə 

bilməmişlər. XIX əsrin əvvəllərindən başlayaraq velikorus   və fars 

şovinistləri   tarixin müxtəlif zamanlarında   saka-skif-iskif-aşquz-iç-

quz  adları ilə türk tayfalarını «ari – İrandilli tayfalar» adlandırsalar 

da,   bu   xəbis   –   puç   müddəa   sabun   köpüyü   kimi   dağılmışdır». 

Bütövlükdə Turan dünyası adlanan bu ərazilərin   əhalisinin türk 

mənşəli olması haqqında   tarixi faktları Avropa şərqşünasları da 

müdafiə   etmiş,     onlar   «Avesta»dakı   «tura»   sözünü   «türk», 

«Turan» sözünü «Türküstan» kimi izah etmişlər. Müəllif bu fikirlərin 

təsdiqi üçün tarixi mənbələrdən saysız  nümunələr gətirmişdir. Bu 

cəhətdən   Əsgəroğlunun     Səlcuq   sultanı  Toğrul   (1063-də 

ölmüşdür) zamanında yazılmış, müəllifi məlum olmayan  funda-

mental   «Sistan   tarixi»   («Saklar   ölkəsinin   tarixi»)   əsəri   üzərində 

araşdırmaları, bu əsərdən gətirdiyi faktlar daha qiymətlidir. Bu əsər 

özündən əvvəl yazılmış azı 15 kitab əsasında qələmə alınmışdır və 

Firdovsinin «Şahnamə»sində, M.Kaşğaridə, Xas Hacib Yusif və baş-

qalarında Alp Ər Tonqa haqqında yazılanların əfsanə deyil, həqiqət 

olduğunu   təsdiq   edir.   Bu   mötəbər   əsərin   müəllifi     «…ərəb 

233


fütuhatına qədər   qədim bir zamanın və ərəb fütuhatı dövrünün 

zəngin   faktiki   materiallarını     özündə   cəmləşdirib   saxlamışdır». 

«Sistan tarixi»nin müəllifi bu həqiqətləri nəzərə alaraq yazır ki, o, 

Sam, Nəriman, Rüstəm, Əfrasiyab və başqalarının tarixini 14 cilddə 

yazan Əbü-l-Müəyyəd Bəlxi və Firdovsi «Şahnamə»sindəki  hadisə-

ləri öz əsərində   təkrar etməyə lüzum görmür. Bu böyük əsərdə 

Turan – Türküstan,   turanlılar isə türklər kimi ifadə olunmuşdur. 

Əsərin   müəllifi   aydın   şəkildə   yazır   ki,   Əfrasiyab   –   Alp   Tonqab 

sakalar imperatorluğunun başçısı və qəhrəmandır,  perslər (farslar) 

yaşayan knyazlıqları özünə tabe etmiş və 12 il müddətində əlində 

saxlamışdır.   Əhəmənilər sülaləsinin başçısı   Keyxosrov yetkinlik 

yaşına   çatdıqda     Nəriman-Sam   nəslindən   olan   Sistan   pəhləvanı 

Rüstəmlə birləşərək xəyanət  yolu ilə Əfrasiyaba qalib gəlmişdir. 

Halbuki   Rüstəmin   ulu   babaları   arilərin   qəddar   düşməni   olub: 

«Maraqlıdır ki, «Avesta»da  saka-skif pəhləvanlarından yalnız Zal və 

Rüstəmin   ulu babaları Nərimanın adı çəkilir və o, «ari farsların 

qəddar düşməni, cani adlandırılır» (Heç şübhəsiz, bu fikri Sasanilər 

dövründə   «Avesta»ya   əlavə   etmişlər).   «Bütün   bu     təsvirlərdə 

Sistan eyni zamanda Türküstan, Əfrasiyab və sistanlılar türklərdir».

«Sistan tarixi»nin müəllifi Türküstanın əzəmət və gözəllik-

lərindən, Əfrasiyabın igidliyindən ətraflı məlumat versə də, farsların 

tərəfində   duraraq,   Əfrasiyabı     ari-farsların   düşməni,     qəddar, 

kələkbaz, hətta sehrbaz kimi təsvir etmişdir. H.İsrafil Əsgəroğlu  bu 

əsərin     materiallarını   belə  ümumiləşdirmişdir:  «Sistan   tarixi»ndə 

eradan   600-700   il     əvvəllərdə   Midiya  

Azərbadakan,

    ərəb 

fütuhatları dövründə isə 

Azərbaycan

 adlandırılır.  Bütün Sistanın 

–   Azərbadakanın     əhalisi   türklərdir,   imperiyanın   bütöv   ərazisi 

Sistan, Azərbadakan və Türküstan adlandırılır».

Müəllif ona da diqqət yetirmişdir ki,  Əfrasiyabla bağlı bütün 

əfsanə   və   həqiqətlər   «Avesta»da,   Herodotun   «Tarix»   əsərində, 

pəhləvi mətnlərində və Firdovsinin «Şahnamə»sində, demək olar 

ki, eynidir, yalnız   şəxs adlarında müəyyən fərqlər var.   Məsələn, 

Alp   Ər   Tonqa   «Avesta»da   Franqrasyan,   pəhləvi   mətnlərində 

Frasiyak,     Herodotda   Astiaq,   «Şahnamə»də   Əfrasiyabdır. 

Herodotda   Qarpaq   «Şahnamə»də   Qorqin   adlandırılmışdır. 

Firdovsidə Midiya dəqiq şəkildə  Azərbadqan adlandırılır. 

234


Əsgəroğlu  Alp Ər Tonqa məsələsi ilə əlaqədar «Avesta»nı da 

araşdırmış   və   belə   bir   qənaətə   gəlmişdir   ki,   «Bütün   tarixi 

materiallar,   xüsusilə   Şərqə   məxsus       yazılı   qayaüstü   mətnlər, 

salnamələr,  bədii əsərlər göstərir ki, Zərdüşt tarixi şəxsiyyət kimi 

Midiya-Azərbaycan   imperiyası     və   onu   əvəz   edən   Əhəmənilər 

imperiyası dövründə yaşamış,  Alp Ər Tonqa – Astiaq və Əfrasiyab 

adlandırılan məşhur türk hökmdarının   və Əhəmənilər sülaləsinin 

başçısı Keyxosrov – Kirin müasiri olmuşdur və «Avesta», xüsusilə 

onun  «Yaşt» bölümü, şübhə yoxdur ki, Midiya-Saka imperatorluğu 

və Əhəmənilər dövründə meydana gəlmişdir». 

Hüseyn   Əsgəroğlunun   əsərində   mühüm     bir   məsələ   də 

diqqəti   cəlb   edir.   Müəllif   müşahidə   etmişdir   ki,   «Avesta»da 

Əfrasiyab-Alp Ər Tonqaya münasibət pisdir. «Burada ümumiyyətlə 

bütün   turlar   (türklər,   turanlılar)   ari-farsların   düşmənləri,   şərin 

rəmzidirlər. Bunlar tarixi şəxsiyyətlərdən bəhs edən «Yaşt» adlanan 

kitabdadır.   Pəhləvi   mətnləri   isə     Əfrasiyabı   «…sivil-xeyirxah 

qəhrəman kimi təqdim edir O, əzəmətli saraylar tikdirir, tarlalara su 

çəkdirir, gəmilər üçün kanallar qazdırır, müqəddəs Qansu gölünü 

təmizlətdirir, atəşgahlar tikdirir.   Lakin pəhləvi mətnlərində   Fra-

siyak (Əfrasiyab) eyni zamanda arilərin düşməni, işğalçıdır». Olsun, 

tarixdən   məlumdur   ki,   turanlılarla   farslar   arasında   uzun   mü-

haribələr olub və farslar hakimiyyəti xəyanətlə ələ alıblar. Lakin cid-

di – qarşı-qarşıya həqiqi döyüşdə Alp Ər Tonqanın vərəsələrindən 

olan qadın hökmdar Tomiris Kirin payını verib, başını qanla dolu 

tulağa salıb.   Bu cəhətdən Kir – Keyxosrov daha qərəzli tipdir. 

Beləliklə, Alp Ər Tonqa xalqını sevən, onun xoşbəxt günləri üçün 

çalışın sərkərdə və dövlət başçısı olmuşdur. Düşmənlə də düşmən 

olmuşdur. Onun bir sıra insanlara ağır və dəhşətli cəzalar verdiyi 

göstərilir. Daranın cəzaları bunlardan da pis idi. Dövrün adəti belə 

idi. Və əgər xalq əleyhinə, dövlət əleyhinə fakt tapdıqda cəzalandır-

mışsa, bu, təbiidir. Əgər xalqını sevən bir hökmdar, xalqının azad-

lığı   uğrunda   döyüşən   bir   sərkərdə   olmasa   idi,   «Avesta» 

mətnlərində   deyildiyi   qədər   əzazil   olsa   idi,   xalq   onun   haqqında 

dastan yaratmaz, onun ölümünə ağılar deməzdi. Bu, sadə bir mən-

tiqdir. 

«Avesta»dakı   mənfi   fikirlərə   gəldikdə,   bunların   səbəbi 

aydındır. Əvvələn, Zərdüştün neçə min il əvvəl yaşadığı barədə 

235


çox   müxtəlif   fikirlər   var.   «Qatlar»ın   10-11   min   il   əvvəl 

yarandığını, çoban tayfalarla bağlı olduğunu sübut edənlər var. 

Ola   bilər   ki,   e.ə.   VII-VI   əsrlərdə   «Avesta»nın   üzərində   əl 

gəzdirilib, bəlkə də Zərdüşt adı ilə başqa birisi onu təkmilləşdirib. 

Tarixi mənbələrə əsaslanan müəllif Zərdüştün  660—583-cü illər 

arasında 77 il yaşadığını qeyd etmişdir. Tutaq ki, belədir. Bəs 

Əfrasiyab haqqında o necə məlumat verə bilərdi, onu necə iş-

ğalçı və cadugər adlandıra bilərdi.   Əfrasiyab (Astiaq) farsların 

ərazilərini də Midiyaya qatıb və onu 12 il əlində saxlayıb. 550-ci 

ildə   farslar   Kirin   başçılığı   ilə   üsyan   edərək   hakimiyyəti   qəsb 

ediblər. 583-cü ildə ölən adam bunları «Avesta»ya necə daxil 

edə   bilərdi?   Deməli,   aydın   olur   ki,   farslar   hakimiyyəti   qəsb 

etdikləri   kimi,   «Avesta»ya   da   yiyələnmiş,   xüsusilə   «Yaşt» 

adlanan   kitabı   yenidən   işləyərək   onu   tamamilə   Astiaqın   – 

Əfrasiyabın əleyhinə çevirmişlər. Odur ki bu  mətləbi uzatmağın 

əhəmiyyəti   yoxdur   və   «Avesta»nın   bu   hissəsində   Alp   Ər   Tonqa 

əleyhinə yazıları ciddi saymaq olmaz. Bunlar ermənilərin «Albaniya 

tarixi» üzərindəki əməliyyatlarından heç nə ilə fərqlənmir.

Bir   mühüm   məsələ   də   eyni   bir   şəxsin   adının   tarixi 

mənbələrdə   müxtəlif   şəkildə   verilməsidir.   Herodotda  



Astiaq

pəhləvicədə  



Frasiyaq

, farscada  



Əfrasiyab

, dastanda (Kaşğari, 

Xas Hacib və başqalarında)  

Alp Ər Tonqa

. Bu adlar içərisində 



Alp Ər Tonqa

 igidliyinə görə xalqın Astiaqa verdiyi ləqəbdir: 

İgid 

ər Tona (Şahin).



 

Astiaq

 sözünü Herodot farslardan eşidib qələmə 

almışdır. Bu söz pəhləvicədəki  

Frasiyaq


  ilə bir kökdəndir. Bu hal 

Alp Ər Tonqanın Astiaq olduğuna şübhə yeri qoymur.   Alp Ər 

Tonqanın   isə   farslarda   Əfrasiyab   olduğu   fars   mənbələrində 

dəfələrlə  qeyd  edilmişdir.  



Əfrasiyab

  ilə  


Frasiyaq  

da   bir   kök-

dəndir.

Şübhəsiz,   Astiaq   adının   həm   farscasında,   həm   də 



yunancasında   milli   tələffüzün   təhrifi   vardır.   Əslinin   bərpası 

çətindir.   Biz   bu   sözü   bir   vaxtlar   aşağıdakı   kimi   izah   etmişik: 

«

Astiaq

    (e.ə.585-550).   Madanın  son hökmdarının  adıdır.  Bi-

sütun yazılarında babilcə  

İştimequ


,   fars versiyasında   

İştivequ 

şəklindədir.   Herodot  

Astiaq  


şəklində   yazmışdır.   İ.H.Əliev   adı 

elam allahı  



İştunun

  adı ilə bağlamış, Q.Qeybullayev də bunu 

qəbul etmişdir.   Çünki həmin sözlə bağlı Madada bundan əvvəl 

236


İşteluku

  və  


İştesuku

  adları   da   məlumdur.   Sözün   son 

hissəsinin   şumercə     -

be

  şəkilçisindən   və  



ku

  «mənimdir» 

sözündən ibarət  olduğu, adın bütövlükdə «hökmdar İştu allahım» 

mənasında   işləndiyi   göstərilir   «(6,110)».   Fikrimizcə,   babil 

versiyasında söz daha düzgün qeyd edilmişdir, sözün sonunda 

maq 

kəlməsi vardır: 



İştu-maq İştu-meq

. Mənası  «maqların allahı» de-

məkdir. Görünür, bu da ad deyil, ləqəb olmuşdur.

15.04.07

ƏDƏBİYYAT

1.Azərbaycan tarixi. (İ.Əliyevin redaktəsi ilə), I cild, EA-nın nəşri, 

«Elm»”, 1998.

2.M i r z ə  İ b r a h i m o v. Azərbaycan dili. EA-nın nəşriyyatı, 

1957.

3.İ. A l i e v. Oçerk istorii Atropatenı.  Baku, 1989.



4.K a l a n k a t u k l u  M o i s e y. Albaniya tarixi.  Bakı, «Elm», 

1993.    

237


ERMƏNİ MİLLƏTÇİLİYİ VƏ BİZİMKİLƏR

Bu əsər çoxdan yazılmalı idi. Əslində, onun indi iki yox, 300 

illik yaşı olmalı idi. O gündən ki erməni kilsəsi, erməni keşişləri 

özlərinin   tarixi   «işgil»   adını     üstlərindən   götürməyə   çalışıb,   o 

zaman   ki   ermənilər   olmaya-olmaya   özlərinə   tarixi   «vətən», 

«Böyük Armeniya», saxta tarix kitabları yaratmağa başlayıblar, 

bu kitab və bu cür kitablar o zamandan meydana çıxmalı idi.

Çox   gecdir,   ermənilər   keçən   300   ilin   müddətində 

uydurduqları tarixi hadisələr barədə qəsdən dolaşdırılmış halda, 

ziddiyyətli şəkildə o  qədər yazılar meydana çıxarıblar  ki, az qala, 

bütün   uydurduqlarını   həqiqətə   çeviriblər,   tarixdən   xəbərsizləri 

inandırmaq dərəcəsinə gətiriblər.

Amma   yenə   çox   böyük   hadisədir:   axır   ki   türkün   bir   oğlu 

tapıldı və 300 illik erməni mifini vurub dağıtdı, puça çıxartdı. Bu, 

filologiya elmləri doktoru, professor Əjdər Tağı oğlu İsmayılovun 

çox   böyük   zəhmətin   nəticəsində   meydana   gətirdiyi   «Qədim   Ön 

Asiya və Ön Qafqaz türk tayfaları»  (Bakı, «Nurlan», 2006) adlı 42 

çap vərəqi həcmində kitabıdır.

Kitabdan aydın olur ki, erməni irtica maşınının tarixi o qədər 

də cavan deyil – XVIII əsrin əvvəllərindən başlayıb və iki əsas 

mərkəzdən idarə olunub. Mərkəzlərdən biri 1717-ci ildə Venetsiya 

yaxınlığındakı   Müqəddəs   Lazar   adasında   inşa   edilmiş   katolik 

kilsəsində  yaradılmış  mxitaristlər  dərnəyi olmuş,  o  birinin  əsası 

həmin   əsrin   əvvəllərində   Moskvada   yaradılmış   Musin-Puşkin 

məktəbində   qoyulmuşdur.   Mxitaristlərin   əsas   məqsədi   Şərq 

rəvayətlərini     erməni   tarixinə   uyğunlaşdırmaq,   qədim   türk 

torpaqlarını   «Böyük   Armeniya»   əraziləri   kimi   təqdim   etmək   və 

ermənilərə «tarix yaratmaq» olmuşdur. Bunun üçün onlar ilk növ-

bədə Van gölü ətrafındakı qədim türk ərazilərindən, 

biy

 adlı türk 

tayfa   torpaqlarından   –  Biainidən   başlamışlar.   Venetsiya   erməni 

kilsəsi mümkün olan və olmayan hər cür saxtakarlığa əl atmışlar,

Tarixdən məlumdur ki, bir vaxtlar (e.ə. 2-ci əsr) Selevkilər 

dövləti zəiflədikdə, III Antioxun məğlubiyyətindən sonra Suriya 

tərkibində   olan   kiçik   Arme     (Supria)   vilayəti   müstəqil   çarlığı 

çevrilmişdir     Venetsiya   kilsə   xadimləri   2000   il   sonra  



Arme 

238


sözündən   yapışaraq,   təsadüfi   oxşarlıq   əsasında   bu   vilayəti 

tarixən heç bir yurdu-yuvası olmayan ermənilərin «baba yurdu» 

kimi   qələmə   vermiş,     saysız   yazılar   çap   edərək,   çox   böyük 

sürətlə  ermənilərə   dəxli   olmayan  «Arme»  sözünü   «Armeniya» 

şəklinə salmışlar.

Maday   əsilli   Artaksid   (Atropatena   əsilzadəsi)     Atropatena 

torpaqlarını     birləşdirərək 200 illik   Artaksias sülaləsinin əsasını 

qoymuşdur. Erməni katolik kilsəsi Artaksiasın şərəfinə nəğmə və 

rəvayətləri  erməniləşdirərək,     Artaksiası Artaşes adı ilə erməni 

çarı   kimi     qələmə   vermiş,   uydurma   «Böyük   Armeniya»   mifi 

yaratmışlar.   Düzəltdikləri   saxta   xəritəyə   əsasən   onların   bu 

uydurma   çarlığı   Kiçik   Asiyanın   şərq   əyalətlərindən   Göyçə 

gölünün şərqinədək uzanıb gedir.

1811-ci   ildə   mxitaristlər   Venada   yeni   mərkəz   yaradır, 

xristianlığa qədərki erməni tarixinə dair uydurma yazılarla dolu aylıq 

jurnal buraxır və bu dövrdə   «Böyük Armeniya»nın – uydurma 

«Arşakidlər sülaləsi»nin «əsasını qoyurlar».  Albaniyanın beş əsrlik 

Arşakilər sülaləsinin Bərdədə yerləşən Arşaki valisini «ermənilərin 

çar babası» kimi təqdim edirlər.  Mesopotamiyanın şimalından baş-

layaraq,   Xəzərədək   olan   geniş   sahənin   inzibati   xəritəsini   cızıb, 

üzərində iri qara hərflərlə   «Böyük Armeniya» sözlərini yazırlar. 

Beləliklə, heç bir arxeoloji, linqvistik materiala əsaslanmadan türk 

yurdu üzərində bu sözləri yazaraq saxta tarixçilərin əlinə uydurma 

material verirlər.  Ən böyük yaramazlıq isə ondan ibarət olmuşdur 

ki, başqa ölkələrin qədim alimlərinin əsərlərinin tərcüməsi zamanı 

əsərə «Armeniya» barədə çoxsaylı uydurma əlavələr daxil etmiş, 

qədim əsərləri saxtalaşdırmış, korlamış və bəşər tarixini dolaşdır-

mışlar.


Budur, Moisey Xorenski adına yazılan «Arrmeniya tarixi»ndə iki 

erməni çarı haqqında danışılır: onlardan biri «Atarpatena əsilzadəsi», 

«Maday nəsilli» Artaşes, o biri Parf (Parfiya) əsilli «Artaşes Arşakuni» 

adlanır və sual verən yoxdur ki, Maday-Atarpatena və türk-Parf əsilli 

bu adamlar və bunların ölkəsi necə erməni çarı və erməni ölkəsi ola 

bilər? 


Ə.İsmayılov yazır:  «Qoyun  dərisinə bürünmüş xristian qardaş-

larının quzu kimi mələrtisindən kövrəlmiş Avropa tarixçiləri öz alim-in-

san  vicdanlarına xəyanət edərək, düşünmək belə istəməmişlər ki, bə-

239


şər tarixinin heç bir dövründə  erməni  xalqının «Armeniya» adında 

nəinki «böyük», nəinki «kiçik», hətta çöçələ barmağım boyda  «döv-

ləti» mövcud olmamışdır». 

Ermənilər bu cür uydurmalarla  kifayətlənməyərək, atəşgah-

lardakı türk mənəvi mədəniyyətini mənimsəmiş, mifoloji hadisələri 

özlərinə uyğunlaşdırmış və ya  məhv etmişlər. Bu sahədə Kilikiya və 

Venetsiya keşişləri aparıcı rol oynamışlar: «Əlimizdə olan sənədlər-

dən     təkzibedilməz   bir   həqiqət   aşkar   olur   ki,     XIX   əsrin 

əvvəllərindən   başlayaraq   günümüzə   qədər     dünya   erməni 

diasporunun   ümumtürk tarixinə, xüsusən   onun ayrılmaz tərkib 

hissəsi olan   Osmanlı və Azərbaycan türklərinə   qarşı yeni dövr 

Səlib yürüşünün təşkilində  Kilikiya və Venetsiya keşişlərinin  hazır-

ladıqları   mifik     «Böyük   Armeniya»       ideoloji   irtica   maşınının 

xidmətləri ağlasığmazdır». 

Ermənilərin tarixi məqsədlərindən biri hələ vaxtilə   - rus 

qardaşlarından   əvvəl   erməni   xisləti   ilə   ərəblərin   gəlişindən 

istifadə   etməklə   Azərbaycan   türk   torpağında   özlərinə   «vətən» 

yaratmaq   olmuş   və   bu   arzularını   tədricən   bizim   torpaqlar 

hesabına   həyata   keçirmişlər   də.   Qələbə   üçün   işğalçılara   daim 

yardımçı olmuşlar. Babəki bu yolla ələ vermişlər. Bu məqsədlə 

onlar yalnız  kahinlərin deyil,  «çarların da qayğı ilə qoruduqları» 

Azərbaycan   atəşgahlarındakı   mənəvi   mədəniyyəti,   tarixi 

sənədləri qarət edib Kilikiyaya daşımışlar. Erməni kilsələrindən 

başqa, heç yerdə olmayan «Böyük Armeniya» xəritəsi cızıb, cə-

nubi Azərbaycan torpaqlarından şimalda Voronej şəhərinə qədər 

bütün əraziləri «Armeniya» adlandırmış və bu «Armeniya»ları I 

Armeniya, II   Armeniya, III   Armeniya, IV Armeniya kimi   neçə 

«Armeniya»ya ayırmışlar. Bunlar dəlinin qeydlərinə bənzəyir. Və 

bu   yolda   «…yerli   türk   əhalisinə   qarşı   qətl   və   qarət,   terror   və 

təxribat mübarizəsi aparmışlar». Osmanlı imperiyasının zəiflədiyi 

günlərdə fürsətdən istifadə edərək ingilis, fransız və rus xristian 

qardaşlarına sığınaraq,  Kiçik Asiyada və Qafqazda  onlara vaxtilə 

yer və çörək vermiş türkləri süngü və qılıncdan keçirmiş, onların 

vətəninin mühüm bir hissəsinə sahib olmuşlar. Qərbi Azərbaycan 

torpaqlarında 350 min Azərbaycan türkünü çıxaracaqları ərəfədə 

ermənilərin katalikosu Vazgenin iştahası daha da çoxalmışdır. 12 

iyun 1988-ci ildə onun dedikləri:

240


 «…Nə gizlədək, torpaqlarımızın – Böyük Armeniya torpaqla-

rının hələ heç də hamısı öz əlimizdə deyildir; lakin vaxt gələcək 

biz onları alacaq   və məskunlaşdıracağıq! Bu vaxt  o qədər də 

uzaqda deyil…

Ey   övladlarım,   sakitcə,   səs-küy   qoparmadan     doğma 

torpaqda   qohumlarınıza   da   ev-eşik   alın,   yerli   sakinləri   yola 

gətirin köçüb getsinlər, münbit torpaqları ələ keçirin, kök salın, 

millətimizdə   olan kadrların çoxalmasına mümkün qədər kömək 

edin.     Rəhbər   vəzifələr   tutun,   allah   bunun   üçün   sizdən   ağıl 

əsirgəməmişdir. Böyük Armeniyanın böyüklüyünü  yalnız bu yolla 

qaytarmaq olar». 

Bu   cür   irticaçı   siyasətin   başlanğıcı   XVII   əsrdəndir.   Onlar 

türk  torpaqları   hesabına   «Armeniya»   torpaqları     «müəyyən 

etmək» və saxta «Armeniya tarixi» yaratmaq üçün 300 ildir ki, 

xristian muzdlu alim kölələrdən istifadə edirlər. Nəticədə, V əsrə 

aid   Moisey   Xorenski   adına   «Armeniya   tarixi»,   1919-cu   ildə 

C.Morqanın     qələmi   ilə   «Erməni   xalqının   tarixi»   kitablarını 

meydana çıxarmışlar Morqan «Böyük Armeniya ilə əlaqədar bircə 

kitab   belə   xatırlamıram»   desə   də,   heç   bir   tarixi,   arxeoloji 

mənbəyə   əsaslanmadan   belə   bir   kitab   yaza   bilmişdir.   Xristian 

keşişlər «Fransız xalqı erməni tarixinə dair kitabı  hökmən alma-

lıdır» devizi ilə yazılmış bu kitabı türk xalqının, qonşu xalqların -

tarixinin saxtalaşdırılması və erməniləşdirilməsi yolu ilə yaratma-

ğa nail olmuşlar. Atəşgahların kitabxana  və arxivlərindən ələ ke-

çirilmiş  mifoloji və filoloji ədəbiyyat tərcümə edilərkən saxtalaş-

dırılaraq   erməni   tarixi   üçün   «mənbəyə»   çevrilmiş,   bu   yolla 

muzdlu tarixçilərin əlinə uydurma «sənədlər» vermişlər.  Keçmişi 

olmayan,  vətəni olmayan  pərakəndə səllimi     kiçik bir  icmanın 

«Böyük   Armeniya»   «dövləti»   belə   yaradılmışdır.   Morqan   özü 

etiraf etdiyi halda ki, onun tarixi elmi tarixdən tələb edilən amilin 

heç birinə söykənmir, onu Avropada  klassik erməni tarixçisi kimi 

şöhrətləndirmişlər.

Morqan özü nə qədər gizlətmək istəsə də, erməni kilsəsinin 

saxtalaşdırma   siyasətinin   üstündən   keçə  bilməmiş   və  yazmışdır: 

«Biz görürük ki, erməni tarixçiləri və ruhani şəxslər öz milli köklərini 

Müqəddəs   Kitabla   əlaqələndirmək,   Ayk   (Hayk)     xalqına 

yaxınlaşmaq   məqsədilə   rəvayət   və   mənbələri     dolaşıq   salmağa 

241


çalışırlar». Açıq şəkildə etiraf etmişdir ki,  özlərini  dini ədəbiyyatdan 

gələn   mifik   Ayk   (Hayk)   nəslinə   bağlamaq   üçün   darixi   sənədlər 

üzərində   əməliyyat   aparmışlar.   Hətta     «Bibliya»nın   tərcüməsi 

zamanı Müqəddəs Kitaba ermənilər və onların «babası Hayk» ba-

rədə   saxta   məlumatlar   daxil   etmişlər.   Əslində   isə   tədqiqatlar 

göstərir ki, Müqəddəs Kitabın ermənicəyə tərcüməsinə qədər (887-

ci il) ermənilər haqqında məlumata   heç bir mənbədə   təsadüf 

edilmir. 

Erməni kilsəsi fransız alimi C.Morqandan sonra alman alimi 

O.Mommseni də belə bir saxtakarlığa məcbur etmiş  və o, böyük 

tarixi dolaşıqlıqlara səbəb olan bir əsər yazmışdır. 

Uydurmaları artıra-artıra   ermənilər tədricən öz tarixlərini 

Mesopotamiya   əfsanəsinin   erməniləşdirilmiş   mifik   qəhrəmanı 

Haykın tarixinə aparıb çıxarmışlar.

 Bəs bu uydurma Haykdan əvvəl ermənilər kim olmuşlar?

Onlar bunu pərdələyə bilmirlər. Çünki yunanlar onların tarixi 

kimliyini  bildirən  elə  bir   ad   veriblər  ki,  o  ad  ermənilər   mövcud 

olduqca yaşayacaqdır. Ona görə ki bu ad onların xarakterlərinə çox 

müvafiqdir.   Bundan   (Haykdan)   əvvəlki   dövrdə   qonşular   onları 

yunanların onlara verdikləri adla tanımışlar: «İşgil», yəni «səllimi 

itlər» adı ilə. Bu cəhəti XVI əsrin erməni əsilli   polşalı yepiskopu 

Simeon Lehatsi də təsdiq etmişdir.

Nəsli adı olmayan bu millət bir vaxtlar uydurduqları «Hay» adı 

ilə yanaşı, sonralar «armyan» adı da uydurmuşar. Erməni alimi 

Qaraqaşyan   özü   bunların   uydurma   olduğunu   etiraf   edir: 

«Ermənilərin keçmişi haqqında istər tarix, istərsə də rəvayət hesab 

edilsin,  heç bir məlumata  malik deyilik.  Xristianlığın qəbulundan 

sonra Aykın Noyla qohumluğu uyduruldu.  Qəbul edildi ki, o, Noyun 

oğlu Yafəsin nəvələrindən olan Torqomun nəslindəndir». Akademik 

N.Y.Marr da xristianlığa qədər ermənilərin millət adının olmadığını 

qeyd etmişdir. 

Yadlar qapısının sadiq köpəkləri sayılan bu toplumu ingilis, 

fransız və rus xristian qardaşları himayə edərək əvvəlcə ideoloji cə-

hətdən   hazırlamış,   sonra   silahla   təmin   edərək   türk   torpaqları 

hesabına onlara «vətən» yaratmışlar. İdeoloji mərkəzlər, dediyimiz 

kimi,  Venetsiyada və Rus imperatorluğunda olmuşdur.

242


Ə.İsmayılov yenə yazır: «… erməni kilsəsi erməni ziyalıları 

və muzdlu  xristian tarixçiləri günümüzə qədər saysız kitablarda 

erməni xalqına «əcdad» və «vətən»  axtarmışlar və  axtarırlar».

Müəllif aydın faktlarla sübut edir ki, M.Xorenski də, onun adına 

isnad verilən «Armeniya tarixi» də  saxtakarlıq və uydurma məhsu-

ludur. «Armeniya tarixi»  erməni xalqının tarixi deyil, Şərq xalqlarının 

mifoloji və  rəvayətlər tarixidir. Müəllif aydın yazır: «…nə M.Xorenski, 

nə Mar Abas Katini, nə də Maraba  Mutsuratsi heç bir «tarix» əsə-

rinin müəllifi deyildir. Onların hər üçü  anonim və uydurma şəxsiy-

yətlərdir». «…qoca Şərq  m.s. V əsrdə  çağdaş erməni babalarını  nə 

«hayk», nə də «armyan» adı ilə tanımamışdır.  Bəllidir ki, milli adı ol-

mayan  naməlum etnik icmanın  adına bu dövrdə hər hansı  şəkildə 

«dövlət» düzüb qoşmaq, onların «yazı mədəniyyəti»ndən danışmaq 

elm deyil, cəhalətdir, nadanlıqdır». Nə qədər məntiqsizdir: erməni 

kilsəsi  «Armeniya tarixi»ni  V  əsrə,  «Armyan coğrafiyası»nı VII əs-

rə aid edir və hər ikisinin də M.Xorenskinin əsəri olduğunu iddia edir. 

«Heç bir mötəbər qədim, yaxud erkən orta əsr müəllifləri V əsrdə er-

məni dilində, erməni yazısında nə Müqəddəs Kitab tanımışlar, nə də 

milli Hayk mədəniyyəti». 

Xorenski   bəs   deyilmiş   kimi,   erməni   tarixçiləri   IV   əsrdə 

Aqafanqel adlı başqa bir erməni tarixçisi də uydurmuşlar. Amma nə 

üçün  erməni tarixinin atası onu yox, Xorenskini saymışlar, bilinmir. 

Axı hər ikisini uydurmuşlar.

Müəllif Mesrop Maştots əlifbası, Mesrop yazısı və tərcüməsi 

barədə   ziddiyyətli   fikirləri   qeyd   edərək   bu   nəticəyə   gəlir   ki, 

bunlar   V   əsrdə   yarana   bilməzdi,   «nə   M.Xorenski,   nə   Mesrop 

Maştots,     nə   də   erməni   çar   siyahısında     adları   gedən   əksər 

hökmdarlar   tarixi   şəxsiyyətlər   deyildirlər».   Müqəddəs   Kitabın 

Mesrop Maştotsa aid edilən tərcüməsi o cəhətdən də uydurmadır 

ki, Mesropun V əsrdə deyil,   VII,   VIII, IX əsrlərdə yaşadığını 

göstərənlər də vardır.

Y.A.Manandyanın «II Tiqran və Roma»  kitabında verilmiş 

«II   Tiqran   Artaksid»     konsepsiyasını   tarixilik   baxımından 

işıqlandırmaq   üçün     ayrı-ayrı   maddi-mədəniyyət,   xüsusən 

mifoloji   və   epik   ədəbiyyat   nümunələrinə   istinad   edən   müəllif 

göstərir   ki,   araşdırma   zamanı   təkzibedilməz   bir   tarixi   həqiqət 

meydana çıxdı: Artaşes də, Tiqran da  «Avesta»nı ərsəyə gətirən 

243


qədim Mar/Maday/Maq tayfalarını təmsil edən Maq rapsodların 

Atəşgahlarda   təşkil   edilən     böyük   el   şənliklərində,   el 

mərasimlərində söylədikləri  rəvayətlərin, oxuduqları nəğmələrin 

qəhrəmanlarıdır».   Orta   əsrlər   erməni   keşişləri   yazıya   alınmış 

Azərbaycan türklərinin qədim el ədəbiyyatının kilsədə üzünü kö-

çürmüş,   onların   əsasında   «Armeniya   tarixi»   kitabları   tərtib 

etmişlər. 

Aydın şəkildə sübut olunur ki, «Bibliya»nın ilk erməni «tərcü-

məsi» haqqında söhbətlər də əsassız, məntiqsiz və uydurmadır. Er-

məni tarixçisinin yazdığına görə,  bu əsəri parfiyalı Müqəddəs Saak 

Suriya dilindən orta əsrlər «armyan dili»nə tərcümə edib.  Əslində 

isə bu dövrdə nə «armyan» adda millət, nə də onun dili olub.  Saak 

guya onu 311-ci ildə tərcümə edib,  halbuki Saak  388-ci ildə, yəni 

«tərcüməsindən» 77 il sonra «dünyaya gəlib». «Mesrop yazısı», 

Bibliyanın   erməni   dilinə   tərcüməsi   və   ona   əlavələrlə   bağlı 

məsələlərdə   də   elə   erməni   alimlərinin   özləri   qəsdən   dolaşıqlıq 

yaratmışlar. Məqsəd aldatmaq, əsassız olsa da, belə məsələlərin 

olduğunu beyinlərə yeritməkdir.

Biz   oxucuda   ilkin   təəssürat   yaratmaq   üçün   Əjdər 

İsmayılovun kitabından bir neçə nümunənin izahı ilə kifayətləndik. 

«Ön söz»dən və on bir fəsildən ibarət olan bu əsərdə ermənilərin 

elmi-mənəvi   əxlaqsızlığını   açıb   göstərən   çox   böyük   məsələlər 

qələmə   alınmışdır.   Moisey   Xorenskinin   anonim   keşiş   «tarixçi» 

olması,     onun   adına     yazılmış   «Armeniya   tarixi»nin   Şərq 

xalqlarının tarixi və mifologiyasından ibarət olması,   «Armeniya 

coğrafiyası»nın   da   belə   saxtakarlıqla   yaradıldığı,   Mesrop   Maş-

totsun anonim keşiş və onun «yaratdığı» əlifbaların uydurma ol-

duğu,   türk   arşaklıların   «erməniləşdirilməsi»   tarixi,   Maday   əsilli 

Artaşesin və Parfiya əsilli Artaşes Arşakuninin erməniləşdirilməsi, 

Artaşat şəhərinin erməni paytaxtı kimi uydurulması,  Tiqran Artak-

sidin kimliyi,   «Erməni xristianlığı» uydurmaları,   «Avesta» me-

marlıq   abidələri,     Rus   imperatorluğunun   «türksüz   Qafqaz» 

siyasəti,   Qafqazda XVI əsr ilk erməni kilsəsi və s. çox geniş və 

mühüm   problemlər   barədə   həqiqətlərlə   tanış   olmaq   üçün   bu 

kitabı diqqətlə oxumaq vacibdir.

Əjdər Tağıoğlunun bu əsəri son dərəcə zəngin tarixi faktlar 

əsasında   yazılmışdır.   Əsər   bünövrədən   mərdimazar   doğulmuş, 

244


ona çörək verənə  nankor münasibət bəsləyən, kürəyinə xəncər 

soxan, bəşər daxilində qarayara sayıla bilən bu etnosun   bəşər 

tarixini   saxtalaşdırmaq,   özlərinə   heç   bir   əsası   və   tarixi   kökü 

olmayan   böyük   «dövlətlər»   yaratmaq     sahəsində   uydurma 

əməllərini sistemli şəkildə, təkzibedilməz faktlarla ortaya çıxaran 

ilk   sanballı   kitabdır.   Müəllifin   araşdırmaları,   nəzərdən   keçirdiyi 

elmi ədəbiyyat heyrət doğurur. Kitab çox böyük və məşəqqətli 

zəhmətin   nəticəsidir.   Bu   əsər   geniş   tirajla   çap   olunmalı,   rus, 

ingilis, fransız dillərinə çevrilməli, dünya ictimaiyyətinə çatdırıl-

malıdır. Yalnız bu yolla ermənilərin məkrli siyasət və fəaliyyətini 

dünyaya tanıtmaq, ifşa etmək  mümkündür. Müəllifin beynində o 

qədər informasiya var və onları mətnə o qədər geniş şəkildə dol-

durmağa çalışmışdır ki, üslubda bəzən ağırlıq müşahidə olunur. 

Tərcümə  prosesində   onları   islah   etmək,   bəzi   təkrarları   aradan 

qaldırmaq  mümkündür.

Əsər Dövlət mükafatına layiqdir. Çünki bu əsərin müəllifi 

bir institutun görə bilmədiyi işi görmüşdür.

 

***



Hörmətli oxucu! Bunları oxudun?  Mən bunları, gördüyün kimi, 

Əjdər İsmayılovun kitabı əsasında yazmışam. Mən erməni məkrinə, 

erməni fitnəkarlığına, erməni tarixinin qurama və saxta olduğuna 

inanmışam. 

Erməni xalqı ilə bizim  xalqın daban-dabana zidd olan xüsusiyyətlə-

ri var:


-   Ermənilər   çox   ağıllı   millətdir.     Bilirlər   ki,   bu   dünya 

beşgünlük deyil. Odur ki onlar höyür it kimi birləşərək, özlərinə 

tarix yaradırlar. Erməni dilini bilən də, bilməyən də, daxildəkilər 

də, xaricdəki ermənilər də mal qoyur, pul qoyur, bu işə kömək 

edir. Nəticədə dünyaya  çatdırıblar ki, onların ulu tarixləri var – 

tarixləri gedib Nuh peyğəmbərə çatır, Yafəsin nəvələrindən olan 

Hayk onların ulu babalarıdır. Aləmə car çəkirlər ki, eradan əvvəl 

onların «Böyük Armeniya» adlı ölkəsi olub, böyük vətənləri olub. 

Aləmə car çəkiblər ki, onların IV əsrdə tarixçiləri olub, V əsrdə 

Moisey Xorenski kimi tarixçiləri, «Armeniya tarixi» kimi əsərləri 

olub,   bu   dövrdə   ermənilər   Bibliyanı   erməni   dilinə   tərcümə 

ediblər, Kalankatuklu Moisey olub, erməni dilində «Albaniya ta-

245


rixi» yazıb və s. Bizimkilər isə deyirlər ki, Azərbaycanda türk ya-

şamayıb, eramızın 1-ci minilliyində Cənubi Azərbaycan irandilli, 

Şimali Azərbaycan ləzgidilli olub. XI əsrdə Səlcuqlar gəlib, buranı 

və cənubu türkləşdiriblər. Midiya İran dövləti olub. Azərbaycan 

əhalisi   ən   azı   iki   dəfə   etnik   simasını   dəyişib:   bir   dəfə   Midiya 

dövründə yerli əhali (bu fikrə əsasən nə millət olduğu bilinmir) 

farslaşıb, bir dəfə də X1 əsrdən sonra türkləşib. Türk xalqı bura 

gəlmədir. Bizim XIII əsrə qədər türk dilində bircə cümləmiz də 

olmayıb və s.

Özü   də   nəzərə   almaq   lazımdır   ki,   ermənilər   tarixən   də 

indiki qədər az olub, Azərbaycan türk əhalisi indiki qədər çox 

olub.


- Ermənilər «işkil» olduqları, heç bir vətənləri olmadığı halda, 

rusların   köməyi   ilə   özlərinə   Azərbaycan   torpaqları   hesabına 

«vətən» yaradıb və onu günbəgün genişləndiriblər. Bizim xalq isə 

Şah İsmayıldan sonra daim torpaqlarını itirə-itrə gəlib və azı 7 yerə 

parçalanıb. 

-   Hansı   tarixi   açırsan,   erməni   tarixçisi:   Manuk   Abeqyan, 

Q.A.Xalatyants, M.O.Darbinyan-Melikyan,  K.P.Patkanyan, Q.X.Sar-

kisyan, S.T.Yeremyan, K.Yüzbaşyan, K.A.Melik-Oqancanyan, Qara-

qaşyan  – qədim erməni dili, əlifbası, tarixi ilə məşğul olub, erməni-

lərin   saxta   tarixini   dünyaya   tanıdıb,   bununla   kifayətlənməyib, 

Morqan,   Mommsen   kimi   xarici   tarixçilərə   pulla   –   tarixi   fakt   və 

sənədlə yox, məhz pulla «Armeniya tarixi» yazdırıb, fransız xalqını 

ermənilərin   bu   uydurma   tarixi   ilə   tanış  ediblər.   Bizim   qədim 

dövlət, cəmiyyət tarixini isə türkə nifrət edən, türkün düşməni olan 

İqrar Əliyev qomarlayıb alıb əlinə və heç kəsə qədim dövlətçilik və 

dil tarixi barədə söz deməyə imkan verməyib. Yusif Yusifov kimi 

tək-tək tarixçilər istisna olmaqla, qalan tarixçilər İ.Əliyevin dediyin-

dən   bir   addım   irəli   getməyiblər.   Hələ   bəlkə   onun   dediklərinin 

üstünə qoyublar. Pulu olanlar isə sərvət toplamaqla məşğul olublar, 

Azərbaycan   tarixini   üzə   çıxarıb   xaricdə   yaymaq   bir   tərəfə,   heç 

vətəndə də onu yada salmayıblar və yada salmırlar da.

-Ermənilər çox ayıqdır, dünya siyasətini və milli mənafe ilə 

bağlı hadisələri tez tuturlar,  müəyyən bir xalqa söykənirlər. Bizim 

camaat   sadəlövhdür,   ağzıaçıqdır,   ağzına   milçək   dolan   yuxulu 

adamlar kimidir və dörd yerə baxdığı üçün çaş qalıb.

246


- Vazgen ermənilərə məsləhət bilir ki, ev tikin, bağ salın, 

kənardakı   (başqa   ölkələrdəki)   qohum-qardaşlarınızı   gətirin, 

onlara   yaxşı   yerlər   verin,   artın,   çoxalın.   Bizimkilər   –   imkanı 

olanlar birdən yerin 150 ha yaxşısını ələ keçirir, 20-25 mərtəbəli 

evlər   tikdirir,     vətən  övladlarının bir daxması, beş qarış torpağı 

olub-olmaması ilə maraqlanmırlar. Elə günə salırlar ki, əhali qaçıb 

gedib başqa ölkələrdə başını dolandırır.

-Ermənilərin hamısı birləşib ölkənin ümumi mənafeyi baxı-

mından çəkici bir yerə döyür, burda hərə bir yana çəkir, hərə 

özü üçün «böyük bir siyasət adamıdır».

-Ermənilər can qoyub torpaqlarını artırır, bizimkilər torpaq 

verib pul və vəzifə qazanırlar, hakimiyyətə gəlirlər.

Görün kim ağıllıdır? Hansı xalq ağıllıdır?

Amma   bir   mühüm   fərqimiz   də   var.   Bu   fərq 

yuxarıdakılardan fərqli fərqdir. Bu fərq ondan ibarətdir ki, onlar 

tutduqları   ərazidə   yaşayan   qədim   xalqların   nümayəndələrini 

oradan qovub çıxardılar.  Biz onların bu hərəkətini insana yaraş-

mayan xəbis və alçaq bir hərəkət kimi pisləməklə yanaşı, öz öl-

kəmizdə   bizimlə   birlikdə   yaşayan   talışlara,   tatlara,   kürdlərə, 

ləzgilərə və başqa xalqların nümayəndələrinə daim məhəbbət və 

ehtiram göstəririk. 

Bu, belədir. Amma burada ayrı bir məsələ var ki, daim na-

rahatlıq törədir. Bu da ondan ibarətdir ki, biz bir sıra çox mühüm 

dövləti məsələlərdə çəkici bir yerə vura bilmirik

Konkret olaraq etnik tərkib və dil məsələlərini deyirəm.

Hələ bizim Azərbaycan türk xalqının etnik tərkibi və dilinin 

tarixi   barədə   bir-birinə   əks   olan   konsepsiyalar   qalmaqdadır, 

etnogenez məsələsi həll olunmayıb. Bilirsən niyə? Danışım, qulaq 

as.

Sovet   dövrünə   qədər   xalqımızın   və   dilimizin   tarixi   ilə 



sistemli   şəkildə   məşğul   olmayıblar.   Az-çox   yazanlar   da 

hindavropalılar olub. Sovet dövründə akademiyanın yaranması, 

bütün   sahələrdə   elmin   inkişafı   Azərbaycan   xalqının   və   dilinin 

tarixini də araşdırmağa səbəb olmuşdur. Bu sahədə qabağa düşən 

rus alimləri şovinizmin tələbləri əsasında tək Azərbaycan tarixini 

yox, bütün türk xalqlarının tarixini təhrif ediblər. Onların fikrincə, 

türklər   hunlardan   başlayır,   bütün   Ön   və   Orta   Asiya   əhalisi 

247


hindavropalılardan   ibarət   olub,   daha   çox   irandilli  əhali   üstünlük 

təşkil edib.   Bizim alimlər isə onların dediklərindən bir addım irəli 

getməyiblər   və   hələ   bəlkə,   dediyim   kimi,     öz   əsərləri   ilə   rus 

alimlərinin fikirlərini möhkəmləndirməyə çalışıblar.

İndi biz yenidən müstəqillik qazanmışıq. İmkanımız var ki, 

öz tariximizi yazaq. 60-cı illərdə bu bir xəyal idi, Şıxəli Qurbanov 

kimi cəsur oğullar birbaşa Moskvadan gələn nümayəndələrə üz 

tutaraq deyirdi: «İcazə verin, öz tariximizi özümüz yazaq!» 

İndi icazəyə ehtiyac yoxdur. Hər şey öz əlimizdədir. 

Amma di gəl görək eləyə bilirikmi? Özgələr heç, özümüzün-

külər imkan verirmi? Bir sıra alimlər keçmiş elmi «tərbiyəni» unuda 

bilmir, Azərbaycan tarixi ilə bağlı hər  bir  yeniliyin  qarşısına  daş 

hasar çəkmək istəyir, onu cəfəngiyyat sayır, uydurma və «yüngül» 

tədqiqat hesab edir. 

Hələ bu, yaxşıdır.

Bir çoxları söyür, təhqir edir, təhdid edir, qorxudur. Niyə, 

balam, biz xalqımızın tarixini yaza bilmərik?

Var alimlər, bir sıra alimlər var ki, araşdırmalar aparır, keç-

mişdən bəri tariximizlə bağlı gördükləri saxtakarlıqları üzə çıxarır, 

faktları ortaya qoyur və Azəprbaycan xalqının düzgün tarixinin 

yaranması üçün əlindən gələni edir.

Amma mühafizəkarlar və başqa məqsəd güdənlər elə «yox» deyib 

durur.

Uşaq   vaxtı   tay-tuşlarımdan   biri   ilə   oynayırdım.  Birinci 



oyunda məni uddu. Dedim gəl başlayaq. Dedi, yox, «bir : nol». 

Əşi, gəl oynayaq, dedi, yox e, «bir :  nol» 

Əşi, şərait olmayıb, bu xalq öz tarixini üzə çıxarmaqda bir 

dəfə uduzub, sən də bu millətin oğlusan, bir oyna, ardına bax 

də.

Bu mühafizəkarlar oynamaq istəmirlər ki istəmirlər.



Bir az başınızı ağrıdacağam. Təkrar etməliyəm.

Sizə dedim ki, arxeoloji, etnoqrafik, geomorfoloji axtarışlar 

əsasında dünya elmi müəyyən edib ki, Yer üzündə insan nitqinin 

35-40   min   illik   tarixi   var.   Əsas   fikir   bundan   ibarətdir   ki,   Yer 

üzündə   vahid   dil   yaranıb   və   həmin   dil   e.ə.XII   minillikdə 

parçalanıb.   Həmin   dövrdən   zəif   şəkildə   olsa   da,   miqrasiyalar 

başlayıb.   Vahid   dilin   dialekt   parçalanması   nəticəsində 

248


Hindavropa   protodili,   türk   protodili,   semit   protodili   və   s. 

yaranmışdır.  E.ə.XII   minilliklə   VI   minillik   arası   dil   ailələri   for-

malaşıb. Moskvanın buraxdığı «Qədim dünya tarixi»ndə deyilir 

ki,   artıq   bu   dövrün   sonlarında   şərqi   və   qərbi   türk   dilləri 

fərqlənirdi.

Dünya elminin gəldiyi bir mühüm nəticə də budur ki, Yer kü-

rəsində ilk dil Afrikanın şimalını, Avropanın cənub-şərqini, Asiyanın 

cənubunu birləşdirən ərazilərdə, yəni Aralıq dənizi və Ön Asiya hü-

dudlarında yaranmışdır. Cənubi Azərbaycan əraziləri də ora düşür. 

Azıx mağarası insanın inkişafının 10 mərhələsini əks etdirir. Bunlar 

mənim kəşfim deyil. Mən yalnız oxuduqlarımı yazıram. 

İndi sən deyəcəksən ki, bunlar olar, inanmalıdır. Amma nahaq 

yerə türk protodilini də bura qatırsan. Türklər sonralar yaranıb, hun 

dövründə.

Mən də deyirəm: ay zalım, bir dünyaya bax. Bütün ekvator 

boyu yayılmış bu xalqlar iki min il ərzində necə yarana bilərdi? 

Göydən tökülməyib ki? Sən görmürsən ki, türklər Yer üzünün ən 

geniş yayılmış əhalisidir? Qərbdə etrusklar, italyanların babaları, 

Ön Qafqazda və Ön asiyadı Azərbaycan xalqı, ondan o tərəfə – 

şərqdə   nə   qədər   türk   xalqı.   Hətta   mancurlar,   koreyalılar, 

yaponlar.   Ekvator   boyu   dünyanın   ən   gözəl   əraziləridir.   Ancaq 

güclü tayfalar bu əraziləri tuta bilərdi.

Yüzlərlə tədqiqatlar var ki, Ön Asiyada türklər şumerlərlə 

yanaşı yaşamışlar (hələ şumerlərin özlərinin türk olması başqa 

məsələdir, ona heç inanmazsan). 

Hindavropalılar   isə   pərakəndə   yaşamışlar,   belə   cərgə   ilə 

yerləşə bilməmişlər. Amma tarixləri birdir, bir kökdən ayrılmışlar.

İndi başqa cəhətə bax. Məlumat aldığın tarizxdə hansı imperi-

yaları tanıyırsan? Hindavropalıların hansı imperiyaları olub?  Bir dəli 

İskəndər Daranın xəzinə pulları hesabına  qərbin və şərqin əhalisini 

silahlandırıb,   Hindistana   qədər   irəliləyib   və   tez   də   məhv   olub. 

Amma sən türklərə bax. İndiki Avropanın bu şəkildə yerləşməsinin 

səbəbi hunlardır. Böyük Mada imperiyasını yadına sal. Yazdıqlarına 

baxma, Mada xalis türk imperiyası olub. Farslar ora gələndən neçə 

əsr əvvəl Mada dövləti mövcud idi.  Attilanı yadına sal. Avropanın 

ürəyinəcən getmişdi. Çingiz xanı, Teymuru yadına sal. Avropanın 

249


qaniçənləri isə bu sonrakı inkişaf dövründə Napoleon və Hitlerdir ki, 

onları da imperiya yaratmağa qoymadılar.

 Nəzərə al ki,  insan parçalananda ən güclü qollardan biri 

türklər olub  (hansı adla olur-olsun, ad şərtidir).Və insandan türk 

qolu ayrılandan o, Azərbaycan ərazilərinin payına düşüb. Sonra 

bu yerlərdən şərqə və qərbə yayılıb.

İndi keçək xalqların tarixinə. Rusun qədim tarixi yoxdur. 

Eşələyib cəmi min illik tarix düzəldə bilib. Onun bayraq etdiyi 

«İqor   polku   dastanı»   deyirlər   ki,   qıpçaqların   naməlum   bir 

dastanının   təhrif   şəklidir.   Bunun   da   əhəmiyyəti   yoxdur. 

Fransızların da, ingilislərin də, almanların da uzun tarixi yoxdur. 

Amma   bizim   Azərbaycan   əhalisinin   qədim  tarixi   var.   İndi 

hegemonluq edən yuxarıdakı xalqların min illik, Azərbaycan xalqının 

isə altı min illik tarixi var: e.ə.III minilliyin o başında – XXVIII əsrdə 

Arattası var, şumer kimi sivil ölkəni 100 il idarə etmiş Kuti dövləti 

var, Lullubi dövləti var, Şumeri 500 il idarə etmiş Kassların dövləti 

var, Mannası var, Madayı, Atropatenası var. Bunlarla biz fəxr et-

məliyik. 

Lakin   belə   bir   tarixin   olması   bizim   qeyrətimizdənmi   asılı 

olub?


Yox, bu, təbiətin bizə təsadüfən bəxş etdiyi xoşbəxtlikdir. 

Biz   bu   ərazidə   doğulmuşuq.   Babalarımız   bu   ərazidə   yaşayıb, 

canları, qanları ilə bu əraziləri qoruyub, bizə miras verib.

 Amma saxlaya bilmişikmi? Özünüz düşünün.

İndi nədir çətinliyimiz? Nə istəyirik?

Heç. Hərəmizin bir ömrü var. Həm dolanışıq vasitəsi əldə edib 

yaşamaq istəyirik, həm də deyirik ki, üzərində yaşadığımız, suyunu 

içdiyimiz,   havasını   udduğumuz   bu   torpağa   imkan   daxilində 

borcumuzu qaytaraq.

Axtarıram,   xalqımızın   və   dilimizin   tarixinə   dair   yeni 

materiallar əldə edib onun həqiqi tarixinin yaranmasına kömək 

etmək istəyirəm. Amma sən mənə mane olursan.

Mən bütün o yuxarıdakıları  genişliyi ilə yazıram və deyirəm 

ki, Azərbaycan ən qədim dövrlərdən türk yurdudur. Sən heç bir 

şey oxumadan  o  İqrarın  dediklərini  tutu  quşu  kimi  əzbərləyib 

deyirsən ki, «Cəfəng danışma. Burda türk olmayıb. Türklər bura 

bizim eranın X1 əsrində gəlib».

250


Niyə? Nədir məqsədin? 

Sən   bu   sözləri   iki   şeyə   görə   deyə   bilərsən:   ya   elmi 

obyektivlik   naminə,   ya   da   türkün   qədimliyini   sənin   qəlbin 

götürmür.

Elm naminə demirsən. Çünki sən mənim yazdıqlarımın heç 

birini təkzib etmədən, oxumadan bu sözləri deyirsən – inad uşaq 

dediyinin üstündə duran kimi. 

Onda bəs məqsədin nədir? 

Gördün   ki,   erməni   min   oyundan   çıxıb   özünə   saxta   tarix 

düzəldib. Bəs sən niyə mənim həqiqi tariximin əleyhinə çıxırsan? 

Mən deyirəm ki, şumerlər bizim babalarımızdır. Sən qanını 

qaşığa qoyursan ki, belə şey ola bilməz, cəfəng danışırsan.

A kişi, bir qulaq as. X1X əsrdən ki, mixi yazılar öyrənilib, 

şumer yazılarının ilk tədqiqatçıları obyektiv olublar, kəşflərinə se-

viniblər   –   onları   türk,   hindavropalı,   ərəb   maraqlandırmayıb, 

qədim sivilizasiyanı açıblar. Odur ki hamısı etiraf ediblər ki, bu 

yazılar türk dillərinə müvafiqdir.

Sonra nə olub?

Sonra hindavropalılar geniş araşdırma aparıblar, görüblər 

ki, şumer yazıları hindavropa dillərinə qətiyyən uyğun gəlmir və 

başa   düşüblər  ki,   bu  yazıları  hindavropaya   bağlamaq   heç   cür 

mümkün   deyil,   əl   çəkiblər.   Amma   onu   da   fikirləşiblər   ki,   bu 

yazıları türklərə vermək, bəşərin belə bir sivill ölkəsinin türklərə 

aid olduğunu etiraf etmək olmaz. Məsələ siyasiləşib. Başlayıblar 

İ.M.Dyakonov   kimi   alimləri   ortaya   çıxarmağa,   elə   uydurmalar 

tapsınlar ki, türklər əl çəksin. Amma hara əl çəkirlər. Son vaxtlar 

tədqiqatlar hədsiz çoxalıb. Dyakonun daşı daş üstündə qalmayıb.

Mən də özlüyümdə (sərçənin yanan binaya dimdiyində bir 

damla su aparması kimi) araşdırma apardım, indiyə qədər bizim 

tərəflərdə ancaq leksik paralellər müqayisə edilib, qrammatik qu-

ruluşu da nəzərdən keçirdim, gördüm ki, Dyakonovun – keşişin 

uydurmaları   saxtadır,   morfologiya   və   sintaksis   türk   dillərinin 

quruluşu ilə səsləşir, dedim ki, şumerlər bizim babalarımızdır.

Sən etiraz edirsən. Niyə? Məqsədin nədir? Axı sən də bu dildə 

yazıb-oxuyursan, bu dilin hesabına çörək yeyirsən, bu dilin yayıldığı 

ərazinin havasını udursan. Mənim dediyimin sənə nə zərəri var? 

251


Sən birbaşa «yox» demə, götür yazılanları, eləyə bilirsənsə, təkzib 

elə, sonra danış.

Bil   ki,   Ərbil,   Kərkük   camaatı   ora   sonralar   gəlməyib. 

Şumerlərin   nəsilləridir.     Akkadlar   e.ə.XXIII   əsrdə   Şumeri   işğal 

edib,   amma   onlara   çox   böyük   hörmət   göstərib,   I   minilliyin 

sonlarına   kimi,   şumer   yazısını,   şumer   dilini,   şumer   dərsliklərini 

öyrəniblər. Müharibədə qırılanlar da olub, kənara qaçanlar da, öz 

yurdunda yaşayanlar da.     Avropa alimləri və ruslar indi Şumeri 

türklərə və bilavasitə bizim Azərbaycan türklərinə verməmək üçün 

varissiz sayırlar.   Bir xalq necə varissiz ola bilər və həm də ki, 

akkadlarla yaxşı münasibətdə yaşayışı davam etdiriblərsə?

Sən də hindavropa alimlərinin dediyini deyirsən. Niyə? Bu 

deyilənlər   səni   inandırmır?   Nə   oxudun   ki,   inanmadın?   Mənim 

kitabımı   oxuyanların   məsləki,   ideyası   (tarixə   münasibətdə) 

dəyişir,   amma   sən   oxumaya-oxumaya   elə   deyirsən   ki, 

«uydurmadır» və məqsədini də başa düşmək olmur.

Sən   deyirsən   ki,   Azərbaycanda   türk   yaşamayıb.  Şimalın 

əhalisi ləzgidilli, Cənub irandilli olub. XI əsrdə Səlcuqlar gəlib, bu 

böyüklükdə   ərazinin   əhalisini   türkləşdiriblər.   Və   eyni   zamanda 

deyirsən ki, Türk xaqanlığı dağıldıqdan sonra (VIII əsr) türklər 

qərbə üz tutublar. Sən deyirsən ki, türk yurdu Altaydır, türkər 

Azərbaycana oradan gəliblər… Mən deyirəm ki, əşi, bir dayan. O 

böyük   Türk   xaqanlığını   yaradan   Aşina   tayfası   Orta   Asiyaya 

Azərbaycandan   gedib.   Sən   mənim   faktlarımı   təkzib   etmədən 

(edə   də   bilməzsən)   niyə   belə   danışırsan?.     Sənə   deyirəm   ki, 

insan Yer üzünə Ön Asiyadan yayılıb. Altayda insan doğulmayıb. 

Altaya   türklər   Azərbaycandan   gedib   və  Altayın   «Altay»   adının 

özünü də buradan aparıblar.

Sən elə yenə də öz dediyini yox, İqrar deyəni deyirsən. 

Niyə? Məqsədin nədir?  Axı Azərbaycanın qədim türk yurdu 

olduğu barədə həqiqəti üzə çıxarmaq sənə nə zərər verir?  Bu, 

özün   də  bilirsən  ki,  siyasi  məsələdir,  xalq   məsələsidir,  dövləti 

məsələdir.  Azərbaycan   xalqının   şöhrətidir.   Nə   səbəbə   «Yox!» 

deyib durursan?

Sən   mənim   «Azərbaycan   dilinin   tarixi»   əsərimi   nəzərdə 

tutaraq   yazırsan:   «Əsər   böyük   və   ağır   zəhmətin   nəticəsidir. 

Müəllif Azərbaycan dilinin tarixini   əlçatmaz dərinliklərdən yeni 

252


eranın  XIII  yüzilliyinədək    izləyir.  Əsərin  lap   əvvəlində  – «Bir 

neçə söz»   hissəsində Q.Kazımov yazır: «Biz də bu niyyətlə bu 

mürəkkəb   problemləri   bir  yerə  

toplayıb   faktlardan  aldığımız 

təəssürat   əsasında     qəlbimizdən   keçənləri

  kitaba   köçürdük 

(kursiv   mənimdir   –  

Ə.R


.).   Qoy   vətənsevər   gənc   alimlərin 

könlünə   ilham   versin

  (kursiv   mənimdir   –  

Ə.R


.),   oxucuların 

keçmişə nəzər yoluna işıq saçsın». Müəllif bütün kitab boyu bu 

fikrə   sadiq   qalır,   başının   əvəzinə   ürəyinin,   daha   doğrusu, 

qəlbinin  hökmü ilə   hərəkət edir. Məlumdur ki, ürəyin   (müəllif 

hətta   bu   sözü   yox,   onun   poetik   sinonimləri   olan   qəlb,   könül 

sözlərini   işlədir,   sanki   bununla   da     elmi   əsər   yox,   bədii   əsər 

yazdığına oxucunu  təkrar-təkrar inandırmaq istəyir) hökmü ilə şeir, 

poema,   uzaqbaşı   roman   yazarlar,   elmi   əsəri   isə     soyuq   başla 

yazarlar, gənc alimlərin   könlünə ilham verməzlər, gənc şairlərin 

könlünə ilham verərlər.  Q.Kazımov doğrudan da qəlbindən keçən-

ləri  kitaba köçürmüşdür.  Müəllif bunu deyərkən   mübaliğə etmir, 

həqiqəti deyir. Müəllif şumer dilini türk mənşəli hesab edəndə də, 

dünyanın   bütün  dillərinin     türk dilindən   əmələ  gəlməsini     iddia 

edəndə də, bu iddiadan sonra «hətta Çin dili də»  ifadəsini əlavə 

edəndə də, hətta əsərin sonunda azəri dilinin   türk dili olmasını 

sübut etməyə çalışanda da, Albaniyada türk mənşəli vahid alban 

dilinin, Midiyada türk mənşəli vahid Midiya dilinin mövcud olduğunu 

yazanda da başının, ağlının hökmü ilə  hərəkət etmir,   qəlbindən 

keçənləri kitaba köçürür. Bu da hamıya məlumdur ki, nəinki könül və 

qəlb, hətta ürək də adamı aldadır,   düz yoldan sapdırır.   Ən acı-

nacaqlısı budur ki, Q.Kazımov müəyyən bir  fikrini sübut edəndə  ciddi 

alimlərə yox,  bütün yaradıcılıqları boyu elmdən daha çox fantaziya ilə 

məşğul olan  adamların dediklərinə, ya da özünün əvvəl yazdıqlarına 

isnad edir». 

Afərin! Bu sözləri oxuduqca İqrar Əliyevin silueti gəlir durur 

gözlərimin qabağında.

Qardaş! (Bütün insanlar bir kökdən olduğu üçün hamıya 

«qardaş» demək olar.) Sənin bu qeydlərini, məktəblilər mətni 

hissələrə ayırıb ad verdikləri kimi,  üç yerə bölmək olar:

Birincisi,   «xala   xətrin   qalmasın»   quru   tərif   (əvvəlki   iki 

cümlə):

253


İkincisi,   əl   tutacaq   yer   üçün   məndən   verdiyin   sitat   və 

«qəlb» məsələsi;

Üçüncüsü:   «şumer»   sözündən   sonrakı   hissə   və   ya 

«İqrarnamə».

Birinci hissəyə görə çox sağ ol.

İkinci hissədə çox böyük problem var: məsələ elə o ürək, 

qəlb üzərindədir. 

Üçüncü   hissədə   şumerlər,   midiyalılar,   albanlar   haqqında 

sözlərin İqrar Əliyevin dedikləridir. İqrar Əliyev isə Azərbaycan 

türk xalqının düşməni idi, türkə nifrət edirdi. Halbuki Azərbaycan 

tarixinə baxışına görə özü nifrətəlayiq idi. O, Azərbaycan tarixi 

əvəzinə, yaramaz bir tarix yazmışdır. Sən o yolla gedirsən? Niyə? 

Azərbaycan türkü sənə neyləyib?

Mən   bütün   dünya   dillərinin   türk  dilindən   əmələ   gəldiyini 

deməmişəm.   Bunu   ona   görə   deyirsən   ki,   kitabın 

müqəddiməsindən   başqa,   heç   nə   oxumamısan.   Mancurlar, 

yaponlar, koreyalılar, monqollar türklərdən ayrılıb. Bunu məndən 

də qabaq deyiblər. İnsan Yer üzünə Ön Asiyadan yayılıb, şərqə 

və qərbə Ön Asiyadan gedib – min dəfə demişik. Və mən heç bir 

şübhə   etmirəm   ki,   çinlilər   göydən   düşməyib,   Orta   və   Mərkəzi 

Asiyaya gedən ən qədim protürkdən təcrid olunub – birbaşa çin 

protodili olmayıb.  İnkişafı başqa itstiqamətdə olub.  Azəri dili haq-

qında Kəsrəvinin və İqrarın fikirləri üzərində dayanırsan. Niyə? Nə 

bilirsən onlar düz deyir? Kəsrəvi farsların nökəri idi, İqrar da eyni 

məzhəbli. Sən nə üçün mənə inanmırsan, onlara inanırsan?  Kəsrə-

vi adicə dilin özü ilə onun adını fərqləndirə bilməyib, nə üçün o sə-

nin üçün bu qədər böyük alimdir? Sən köhnə bayatını deyirsən: 

«Azərbaycan torpaqlarında «azəri» adlı böyük irandilli xalq yaşayıb, 

X1 əsrdə Səlcuqlar gəlib, onları türkləşdirib». Sən başa düşməlisən 

ki, daha bu cür uşaq oyunundan qurtardıq. Azərbaycan əzəli və 

əbədi türk yurdu olub. Ərəblər bizim Azərbaycan türk camaatına 

«azəri» deyib, indi də deyilir. Qonşular bizi belə adlandırır. «Azəri» 

fars tayfası olsa idi, qonşular türklərə «azəri» deməzdi. Sənin kimi, 

İqrar kimi türkə pis münasibət bəsləyənlərin ucbatından 60-cı il-

lərdə kitabların da üzərində işlənən «azəri» sözünü dilimizin adı 

kimi konstitutsiyaya daxil edə bilmədik, alimləri üz-üzə qoyduq.

254


Sən heç bir araşdırma aparmadan midiyalıların türklərdən 

ibarət   olduğuna   kinayə   edirsən?   Niyə?   Midiya   imperiyası   ilkin 

olaraq   Azərbaycan   ərazisində   əmələ   gəlib.   Farslar   indiki   İran 

yaylasına   e.ə.VIII   əsrdə   gəlməyə   başlayıblar.   Midiya   dövləti 

haqqında Assur mənbələrində e.ə.1X əsrdən məlumat verilir.  Bir 

tayfa bir ərazidə yoxdursa, o, orada necə dövlət yarada bilər? 

Farslar gəldikdən sonra heç Midiyanın daxilinə girə bilmədilər, 

ucqarlarda dolandılar.  Yalnız VI əsrin ortasında – e.ə.550-ci ildə 

Kirin  alçaqlığı və  Qarpağın  xəyanəti  ilə  farslar  hakimiyyəti  ələ 

alıblar. Onlar Midiya dövlətini necə yarada bilərdilər? 

Mən   yeni   tədqiqatlara   əsasən     (və   öz   araşdırmalarımı, 

Q.Qeybullayevin   araşdırmalarını)   nəzərə   alaraq   deyirəm   ki, 

Midiya   imperiyası   türk   imperiyasıdır,   midiyalıların   əsas   əhalisi 

türklərdir,   Midiya   –   Turandır,   o   Turandır   ki,   İran-Turan 

müharibələri   şəklində   tarixdə   böyük   iz   qoyub   və   bir   çox 

əsərlərdə   öz   əksini   tapıb.   Midiya   xüsusi   adları   türk   dilləri 

bazasında izah olunur. M.Kaşğarinin, ağıları ilə birlikdə xatırladığı 

Alp Ər Tonqa Turan dövlətinin başçısıdır. Kirə qarşı müharibəni o 

aparıb və axırda həlak olub. Alp Ər Tonqanı farslar «Əfrasiyab» ad-

landırmışlar.  Bizim «vətənsevər» tarixçilər Midiyanı da, Midiya pad-

şahlığını və padşahlarını da, Astiaq əfsanəsini də böyük səxavətlə 

İrana bağışlamaq istəyirlər. Bunlar hansı millətin övladlarıdır? Sənin 

başın qarışıb alimlərin çoxdan açıb-tökdükləri Orxon-Yenisey ya-

zılarına. Camaat tarixi tədqiqatla məşğuldur, xalqının tarixini öyrə-

nir. Tarixi tədqiqat əsasında artıq tam şəkildə sübüt olunur ki, Alp 

Ər Tonqa farsların dediyi Əfrasiyabdır və yenə tam şəkildə sübut 

olunur ki, Əfrasiyab deyilən adam axırıncı Midiya padşahı Astiaqdır. 

Buna nə deyirsən? İnkar edə biləcəksənmi? Astiaq da, Əfrasiyab 

da, Alp Ər Tonqa da Turan hakimidir, eyni adamlardır, farslarla 

müharibədədir   və   tarixin   ən   güclü   İran   -   Turan   müharibəsini 

aparmışlar. Midiyalılar Astiaqa yalvarır ki, padşahlığa farsları yaxın 

qoymasın, farslar hakimiyyəti ələ alsa, midiyalıları köləyə çevirəcək-

lər. Sən də yapışmısan ki, midiyalılar irandilli əhali idi. Qaldı, «vahid 

Midiya   dili»ndən   söhbət   getmir.   Dövləti   yaradan   əsas   əhalidən 

söhbət gedir. Midiya imperiyaya çevrildikdən sonra  sərhədləri çox 

genişlənir və müxtəlif tayfaları birləşdirir.

255


Mən bunu deyəndə sən deyirsən ki, xeyr, İqrar elə demir, 

başqa cür deyib..

İqrar elə deyib. O o zaman idi. İndi aşkar olur ki, belədir. 

Bizim tarixşünaslığımızın tarixi o qədər də uzun deyil axı.   Çox 

şeyi hələ də düz öyrənə bilməmişik.

Bəs   sənin   məqsədin   nədir?   Sən   ki   bunları   başa   düşə 

bilərsən?

Albaniyanın   əsas   əhalisi     türk   tayfaları   olmuşdur.   Hətta 

mühafizəkar   tarixçi   kimi   tanıdığım   Sumbatzadə   də   «Albaniya 

ərazisində heç bir farslaşdırmadan söhbət gedə bilməz» deyir. 

Sənin dediyin İqrarın dediyidir. Bunlar artıq ölür. Xalq öz tarixini 

yazır. Amma çöldən və içəridən çətinliklərlə üzləşə-üzləşə yazır, 

vuruşa-vuruşa yazır. 

Sən mənə irad tutursan ki, mən «ciddi alimlərə» istinad 

etməmişəm. Sənin bu «iradını» mən çoxdan eşitmişəm. «Ciddi 

alim» kimi deyirsən? İqrar Əliyevi deyirsən? İqrar Azərbaycan 

tarixi əvəzinə İran tarixi yazıb, Azərbaycan dövlətini başqa xalqa 

bağışlayıb, Azərbaycan türkünün, Azərbaycan türk dilinin tarixinə 

nifrət edib. Mən iki ay dalbadal bir qəzetdə onun yanlış və zərərli 

ideyalarını öz sağlığında ifşa etmişəm. İndi o mənim üçün «ciddi 

alim» olmalıdır? Hansı obyektiv elminə görə? Sənin könlündən 

keçəni bilirəm. Sən deyirsən ki, niyə mən tarixi faktlar əsasında 

yeni söz deyirəm? Niyə mən İqrarın dediklərini bir çox başqaları 

kimi tutu quşu misalında təkrar etmirəm? Xeyr, gecdir.   Görür-

sən ki, gecdir, amma sənin qəlbin onu istəyir. Məqsədin nədir?

Mən o alimi ciddi alim sayıram və saymışam ki, o bu xalqın 

çörəyini   yeyir   və  bu   xalqa   xəyanət   etmir.   Bu  xalqın   və  onun 

dilinin tədqiqi yolunda bir damla da olsa, iş görüb. 

«Ən acınacaqlısı budur ki, Q.Kazımov… ciddi alimlərə yox, 

bütün yaradıcılıqları boyu elmdən daha çox fantaziya ilə məşğul 

olan     adamların   dediklərinə…   isnad   edir».   Düz   deyil.   Mənim 

kitabım  çıxandan  bu  bayatını  eşidirəm.   Mən  əsas tezislərimdə 

alman alimi  Q.Vinkler, fransız alimi  E.Reklü,  rus alimi  L.Reder, 

türk   alimi   Ahmet   Cavad,   Azərbaycan   alimləri   Y.B.Yusifov, 

T.İ.Hacıyev, Q.A.Qeybullayev kimi alimlərə istinad etmişəm. Bu 

alimlərin bir tükünü sənin dediyin «ciddi alim»ə dəyişmərəm.

256


  Q.Qeybullayev   haqqında   sözümü   hələ   1997-ci   ildə   nəşr 

etdirdiyim   «Sənət   düşüncələri»   kitabımda   demişəm: 

«Q.Qeybullayev   «Azərbaycanlıların   etnogenezinə   dair»   (1991) 

əsərində   Şumer dövründən bəri   Azərbaycan ərazisində yaşamış 

tayfaların   etnik   mənsubiyyətini     aydınlaşdırmaq   baxımından 

misilsiz iş görmüşdür.  Onun bu sahədəki əməyi dil tarixçilərinin küll 

halında   əməyindən   xeyli   üstündür».(s.297).   Moskvanın   ali 

məktəblər üçün buraxdığı «Qədim dünya tarixi» kitabında qədim 

Şərqi, Ön Asiyanı öyrənən qüdrətli alimlərin adları arasında sənin 

dediyin   «ciddi   alim»in   adı   yoxdur,   orada   İ.M.Dyakonov, 

V.A.Belyavski   və   Y.B.Yusifovun   adları   var.   (1985,   s.105)   Yusif 

Yusifov həqiqi vətən tarixini yazdığı üçün akademik nəşrin (1998) 

1-ci cildinin girişi bütün sualtı axınla onun əleyhinədir və bu girişdə 

ən cəfəng alimlərin adı var, amma Y.Yusifov kimi həqiqi tarixçinin 

adı yoxdur. T.İ.Hacıyev   Azərbaycan dilinin ən qədim dövrünün 

düzgün tədqiqinə ilkin istiqamət verən və bu sahədə böyük məktəb 

yaratmış  bir   alimdir.  Onun  tədqiqləri  hələ 70-80-ci illərdə Azər-

baycan dilçilik tədqiqatının ən şöhrətli hissəsini təşkil etmişdir. Ha-

belə sonrakı dövrdə də. 

«Acınacaqlısı» o deyil, «acınacaqlısı» budur ki, qəlb bunları gö-

türmür.

İndi   bir   az   da   aydın   şəkildə   gələk   «ürək»   məsələsinə. 



Bütün bu həngamələrin səbəbi ürəkdir. Yaman problem atmısan 

ortalığa.   Özün   bilmədən   hər   şeyi   açmısan.     Elə   bilirsən,   sən 

mənim ideyalarımı bəyənməyəndə mən güman edəcəyəm ki, sən 

bunu elm naminə edirsən? Xeyr! Səni heç elm maraqlandırmır 

da.     Mən   600   səhifəlik   kitab   yazmışam.   Sən   iki-üç   cümlədə 

mənim   bütün   ideyalarımın   yanlış   və   gülməli   olduğunu 

söyləyirsən. Elm sənin yazdığın kimi olmur. Kitabın ideyalarını bir 

neçə cümlə ilə heç eləmək olmaz. Sən mənim dediklərimi təkzib 

etmək   üçün   kitabımdan   böyük   kitab   yazmalısan   –   həm  məni 

təkzib etməli, həm də düzgün hesab etdiyini göstərməlisən. Bunu 

sən eləyə bilməzsən. Elm ona deyərlər ki, bir-bir qoyasan ortalığa, 

deyəsən ki, qağa, bax mən də sənə kömək etmək istəyirəm. Amma 

bu məsələni belə yox, gəl belə qoyaq – çünki əsli belədir. 

Onda olar elm. Amma sən başqa yol tutursan: ermənilərin, 

rusların, iranşünasların dediklərini deyirsən. 

257


Mən öz xalqımın tarixini yazmaq istəyirəm. Erməni, rus, iran-

şünas indi mənə o qədər də mane ola bilmir, indi sən yapışmısan 

yaxamdan.   Niyə,   məqsədin   nəlir?   Sən   mənə   kömək   etməlisən, 

kömək eləmirsən, heç olmasa, mane olma. Yenə deyirəm: sən elm 

xatirinə danışmırsan, sənin məqsədin ayrıdır. 

Axı biz hamımız bu torpağın oğluyuq. Bu torpağın havası, 

suyu, çörəyi ilə yaşayırıq. Ölkənin əsas əhalisi türklərdir. Türklər 

bir mağmın xalqdır və heç kəsə heç nə demir. Mən istəyirəm bu 

xalqın həqiqi tarixini üzə çıxaram. Bəs sən nə istəyirsən? Sən 

niyə mənim sözümü yox, düşmən sözünü üstün tutursan? 

Daha iş ki bura gəlib çatdı, məcburam açıq deməyə. Sən 

elm xatirinə danışmırsan. Sənin etnik ürəyin mənim dediklərimi 

götürmür.  

Görürsən, baş nə qədər işləsə də, ürək mane olur, qoymur. 

Sən o problemi düz tutmusan.

Mənim ürəyimin dedikləri lap, lap, uzaq başı, uydurma da 

olsa   (nəizübillah!),   vətənin   xeyrinədir,   sənin   ürəyinin   dedikləri 

lap həqiqət də olsa (qətiyyən belə deyil!),  əgər bu ölkəni vətən 

sayırsansa, onun zərərinədir. 

Amma mən sənin kimi olmaram. Yəni bu mənada ki, mən 

öz tariximi yazıram. Sən də öz tarixini yazsan, mən sənə mane 

olmaram.   Sən   qədim   türklərlə   bağlı   (mənə   dediyin   kimi)   çox 

«zəhmət çəkmisən», çoxlu əsər yazmısan. Amma o əsərlərin heç 

birində türk ürəyi yoxdur. Onlar təzədən yazılmalıdır.  



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin