Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ


dastanın  yaranması     qəbilə   quruluşunun   ən   çiçəkli   bir   dövrünə



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə33/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   29   30   31   32   33   34   35   36   ...   59

dastanın 

yaranması     qəbilə   quruluşunun   ən   çiçəkli   bir   dövrünə 

təsadüf edir

» (kursiv bizimdir – 

Q.K

.). (15,23)



Qəbilə quruluşu dövrü əhalini birləşdirən təşkilat forması kimi 

çox   qədimdir   və   islam   dinindən   neçə   min   il   əvvələ   aiddir.   Yəni 

dastanın qədimliyi barədə professorun fikri düz olmaqla yanaşı, islam 

dinindən 100 il, 200 il əvvəli deyil, daha uzaq dövrləri nəzərdə tutur. 

Bu qənaət tamamilə doğrudur və professor dastanın qədimliyinin 

77


təsdiqi üçün başqa faktlar da qeyd etmişdir. Bunlar bütövlükdə bizim 

gələcəyimiz nəticələrə tam müvafiqdir. 

Əli Sultanlı «Kitabi-Dədə qorqud»la «İliada» və «Odisseya» 

arasında bir sıra uyğunluqlar da görmüşdür. Əsərlərdəki təkrarları 

nəzərə alaraq yazmışdır: «Hər iki əsərdə («İliada» və «Odisseya») 

eyni misralar dəfələrlə təkrar olunur. Qəhrəmanların sabitləşmiş və 

həmişə təkrar olunan sifətləri var». (15,33) Müəllif bu xüsusiyyətin 

eyni dərəcədə «Dədə Qorqud»a da aid olduğunu qeyd etmişdir. Biz 

Qorqud   atanın   öymələrində,   qəhrəmanlıq   döyüşlərinin   sonunda 

oğuz igidlərinin təsvirində bunların şahidiyik.

«Dədə Qorqud» boylarının hər birində müəyyən qəhrəmanın 

haqqında   danışıldığı   kimi,   «İliada»   da   başdan-başa   Axillesin 

qəzəbinin   təsvirindən   ibarət   deyildir.   Müəllif   buna   aid   konkret 

misallar   da   göstərmişdir:     «Misal   üçün,   Doloniya   (X), 

Aqamemnonun   qəhrəmanlıqları   (XI),   Diomedin   qəhrəmanlıqları 

(V), Patrokliya (XVI), Menelayın qəhrəmanlıqları (XVII)  və sairə».

(15,36) 

Ümumən Ə.Sultanlı  Homerin poemaları ilə «Kitabi-Dədə Qor-

qud»da və başqa qədim dastanlarda dörd mühüm oxşar mövzunun 

- «özül nüvələrin» olduğunu xüsusi izah etmişdir. Buraya  

ata ilə 

oğulun vuruşu,  «ər öz arvadının toyunda»,  ana ilə əlaqədar oğula 

şər atmaq, insanla təbiətin qorxunc  qüvvələri arasında mübarizə 

məsələləri daxildir. 

Həqiqətdə   də   bu   dörd   məsələ   qədim   Avropa   və   Şərq 

dastanlarından, o cümlədən «Dədə Qorqud»dan və Homerin poe-

malarından keçən mövzulardır. Bu dörd cəhətin müqayisəli tədqi-

qindən sonra professor  daha çox poemalarla dastanı fərqləndirən 

detallar üzərində dayanmış, bizim nəzərdən keçirəcəyimiz bir çox 

uyğunluqlara     diqqət   yetirməmiş   və   ya   bəzən   ötəri   bir   nəzər 

salmışdır.

 Odur ki başqa məsələləri bir tərəfə qoyub, ilk dəfə və ilk növ-

bədə, konkret olaraq, poemalarla «Dədə Qorqud» süjetindəki oxşar-

lıqların müqayisəsinə keçirik. Və ilk növbədə daim mülahizə olunan 

təpəgözlər aləminə nəzər salırıq.

***

78


«Dədə Qorqud»un üç boyunda – «Basatın Dəpəgözi öldürmə-

si»,  «Qam Börənin oğlı Bamsı Beyrək» və «Salur Qazanın evi yağ-

malandığı» boylarında «Odisseya» əsəri ilə süjet eynilikləri daha çox 

müşahidə olunur. 

Axeylilər (yunanlar) Troyanı işğal edib dağıtdıqdan sonra 12 

gəmi ilə (hər gəmidə 50 nəfər)   öz yurduna – İtakaya qayıtmaq 

istəyən yunan qəhrəmanlarından Odissey allahların qəzəbinə gəlir və 

Okean  sularının   hiddəti  nəticəsində   son  dərəcə  macəralı  yerlərə, 

adalara   düşməli   olur.   Adamlarının   və   gəmilərinin   hamısı   məhv 

olduqdan sonra çox böyük çətinliklə tək özü İtakaya qayıdır. 10 il 

Troya müharibəsində, 10 il yollarda – Odissey yalnız 20 ilə evlərinə 

dönə bilir.

   O düşdüyü adalarda qəribə adamlarla, qəribə məxluqlarla 

rastlaşmalı olur. Belə macəralı yerlərdən biri Taygözlər – Təpəgözlər 

(sikloplar) adasıdır. 

Ə.Sultanlı   yunan   ədəbiyyatından   danışarkən   göstərir   ki, 

«Siklop surəti ilk dəfə  Homerin «Odisseya» adlı dastanında  bədii 

şəklini tapmış və sonralar yunan yazılı ədəbiyyatına nüfuz etmişdir. 

Evripidin   «Siklop» satirik dramı, «Odisseya» dastanında verilmiş 

siklop Polifem ədəbiyyat aləminə çoxdan məlumdur». (15,49)

Beləliklə, «Dədə Qorqud»u da nəzərə aldıqda, biz ədəbiyyatda 

yunan və Azərbaycan Təpəgöz surətləri ilə tanış oluruq. Bizim üçün 

bunların hansı yöndən  təsviri əsas deyil. Əsas obrazların ümumi sə-

ciyyəsindədir. 

Ə.Sultanlının fikrincə, «Kitabi-Dədə Qorqud»dakı Təpəgözlə 

«Odisseya» əsərindəki Polifemin oxşar cəhətlərindən çox, onları 

ayıran   cəhətlər   çoxdur.   (15,51)   Bizim   Təpəgözün   doğuluşu, 

böyüməsi   barədə   dastanda   geniş   məlumat   vardır,   Polifem 

obrazında bu cəhət nəzərə alınmamışdır. Bizim Təpəgöz adam-

yeyəndir,   Polifem   adamyeyən   deyil   (Odisseyin   6   yoldaşını 

Polifemin  yeməsini müəllif təsadüfi hesab edir). Bizim  Təpəgöz 

təkdir,   Polifemin   olduğu   adada   təpəgözlər   çoxdur.   Bizim 

Təpəgöz işləmir, tüfeylidir, Polifem xalis çobandır. Bizim Təpəgöz 

Oğuz cəmiyyəti ilə sıx bağlıdır, Polifem cəmiyyət tanımır. Bizim 

Təpəgözün bədəninə qılınc keçmir, Polifemin bədəni ətdəndir  və 

s.   Əslində,   bunlar   aparıcı   fərqlər   deyil   və   bir   qismi   zahirən 

belədir. Təbii ki, fərqlər olmalıdır.  Çünki bu əsərlər orijinaldır və 

79


biri   digərinin   kopyası   deyildir.   Söhbət   mifik   obrazların 

mahiyyətindədir.   «Dədə   Qorqud»la   və   Homerin   poeması   ilə 

tanışlıq göstərir ki, təpəgözlər aləmində fərqdən çox, müştərək və 

uyğun cəhətlər vardır. Homerin Təpəgözünün xarakteri ilə «Dədə 

Qorqud» Təpəgözü, Odisseyin başına gələnlərlə Basatın başına 

gələnlər arasında böyük uyğunluqlar mövcuddur. 

Sahildə gəmiləri saxlayıb 12 nəfərlə adaya çıxan Odissey 

tüstü  gələn   mağaraya daxil olur. Məlum olur ki, burada «dağ 

gövdəli bir Təpəgöz» yaşayır. Odissey çox böyük çətinliklə, demək 

olar ki, Basatın üsulu ilə Təpəgözün öhdəsindən gələ bilir. 

Hər iki Təpəgözlə mağara şəraitində tanış oluruq.

Hər iki Təpəgöz su ilə bağlıdır. Dastandakı Təpəgöz su pəri-

sindən doğulur, Polifem isə su ilə əhatə olunmuş adada yaşayır və 

dənizlər allahı Poseydonun övladı sayılır.

«Dədə Qorqud»da təsvir edilən Təpəgöz (dastanda 

Dəpəgöz


son dərəcə bədheybətdir, buğra kimi nəhəngdir. Basat onun başını 

güclə sürüyüb apara bilir. Körpəlikdən dəhşətdir:  «Gördilər ki, bir 

ibrət nəsnə yatur, başı-göti bəlürsiz… Dəpdiklərincə böyüdi. Aruz 

qoca dəxi enüb dəpələdi, mahmuzı doqundı. Bu yığnaq yarıldı, için-

dən bir oğlan çıqdı. Gödəsi adam, dəpəsində bir gözi var». (98-99 

– «Dədə Qorqud»un 1988-ci il çapının səhifələri)  Bizim Təpəgözə 

nisbətən yaşlı olan «Odissey» Təpəgözü daha bədheybətdir: «Üstü 

sıx meşəli uca dağa bənzəyirdi… eybəcər bir məxluqdu…» (470 

–«Odisseya» əsərinin 1986-cı il çapının səhifələri).

  Hər iki əsərdə təpəgözlər xırsızdır, heç nə ilə razılaşmaq 

istəmirlər. Dastandakı Təpəgöz Oğuzlara vay çəkir, onların köçüb 

qaçmasına belə imkan vermir. Poemada da belədir: 

Gəlib çıxdıq lovğa, quduz təpəgözlər ölkəsinə. 

Nə məşvərət, nə ümumi bir yığıncaq qanır onlar. (468)

Hər   ikisi   adamyeyəndir   və   hər   ikisi   bir   oturuma   iki   nəfər 

yeməmiş  doymur.  Dədə Qorqudu  Təpəgözlə  danışmağa  göndə-

rirlər. Hər günə iki adam və 500 qoyuna razılaşır. «Odisseya»da 

Təpəgözün sürü-sürü qoyun-keçisi, mal-heyvanı var. O da hər dəfə 

bir oturuma iki adam yeyir: 

 

80


İki nəfər tutdu, küçük vurur kimi, vurdu yerə,

Parçalayıb canı çıxmış cəsədləri, şam elədi. (472)

Hər iki təpəgözün bir tərəfi insanla, bir tərəfi ilahi qüvvə ilə 

bağlıdır. Dastanda Təpəgöz  Sarı çobanın pəri qızlardan biri ilə  «ci-

ma» etməsindən doğulur; poemada da belədir: Təpəgöz Zevsin qar-

daşı «boz dənizlər allahı» Poseydonun övladıdır, onun fanilərlə (in-

sanlarla) əlaqəsi nəticəsində doğulmuşdur:  «Poseydonun oğluyam 

mən, öz oğluyla fəxr edir o». (477) Fərq buradadır ki, dastanda 

Təpəgözün anası, poemada atası ilahi varlıqdır.

Hər ikisi oxbatmaz, qılınc kəsməzdir



.

 Basatın oxlarını bizim Tə-

pəgöz «sinək» (milçək)  hesab edir. Poemada isə məsələ bir qədər 

başqa cür əsaslandırılmışdır: Təpəgöz Odisseyin öz adamları ilə daxil 

olduğu mağaranın qapısını nəhəng daşla bağlamışdır. Odissey fikirlə-

şir ki, Təpəgözü öldürsə, daşı tərpədə bilməzlər və mağarada məhv 

olarlar.   Odur   ki   Təpəgözə   silahın   təsir   edib-etmədiyi   yoxlanılmır. 

Lakin yeganə zəfər yetirməli yerinin tək gözü olduğu bilinir və bu hal 

onun da oxbatmaz olduğunu göstərir.  

Hər iki təpəgöz eyni üsulla məhv edilir. Dastanda Basat şişi 

qızardıb Təpəgözün yeganə gözünə – ət olan yerə soxur və Təpə-

gözün əvvəl gözünü, sonra özünü həlak edir. Poemada Odissey 

Təpəgözün   əl   ağacı   düzəltmək   üçün     kəsib   gətirdiyi   dor   ağacı 

boyda iri zeytun ağacının   kiçik bir hissəsini kəsib, ucunu yonur, 

ocaqda qızartmaq və Təpəgözün gözünə basmaqla onu məhv edir.

Hər iki əsərdə qəhrəmanlar eyni üsulla xilas olurlar. Basat qo-

yun   dərisinə   bürünüb   xilas   olur.   Odissey   üç   qoyunu   bir-birinə 

yanaşı bağlayıb, ortadakı qoyunun altında yoldaşlarını xilas edir, 

özü isə Təpəgözün çox sevdiyi nəhəng qoçun altından sallaşmaqla 

xilas olur. 

Hər   iki   təpəgöz  mağarada   saxladıqları  heyvanları   əzizləyir. 

Bizim Təpəgöz öz heyvanlarını sığallaya-sığallaya, oxşaya-oxşaya 

mağaradan   çölə   buraxır   (həm   də   məqsəd   Basatı   tutmaqdır): 

«Toğlıcıqlar, dövlətim saqar qoç, gəl, keç!» Poemada Təpəgöz öz 

sevimli qoçu haqqında: 

Ah, əzizim, bu sənsənmi? Niyə bu gün mağaranı

Ən axırda tərk edirsən? Axı öncə çıxardın sən…

81


Bəlkə elə mənim sənə baxmağımı gözləyirsən? (475)

Hər iki əsərdə təpəgözlərin qəzəblənən zaman hədələri də 

uyğundur.  Təpəgöz Basatın mağarada olduğunu və qoyun dərisi 

içində   xilas   olmaq   istədiyini   bilib   deyir:   «Ay   saqar   qoç!..   Şöylə 

çalayım səni mağara divarına kim, quyruğın mağarayı yağlasun!» 

(«Qoç»   dedikdə   qoçun   dərisində   Basatı   nəzərdə   tutur)   Yaxud: 

«Şöylə   çalayım   ki,   künbədlə   tartağan   olasan».   (101)   Poemada 

Təpəgöz   Odisseyə   deyir:   «Yerə   elə   çırpardım   ki,   beynin   bütün 

mağaraya çilənərdi». (475)

Fərqli   cəhətlər   də   var.   Dediyimiz   kimi,   dastanda   Təpəgöz 

təkdir, amma adada təpəgözlər yaşayır. Onlar gözünə odlu ağac ba-

sılarkən   qışqıran   Təpəgözün   hayına   gəlirlər.   Lakin   o:   «Səni   kim 

incidir?» - sualına «Heç kim» deyə cavab verir. Odissey onu aldadıb, 

adının «Heçkim» olduğunu demişdi. O biri təpəgözlər isə  ona heç 

kimin mane olmadığını zənn edib: 

 Zevs göndərən xəstəliyə çarə tapmaq çətin işdir,

 Sən öz atan Poseydona yalvarmağın məsləhətdir  (474) 

deyərək çıxıb gedirlər. Odissey həm də əvvəlcədən Təpəgözü al şə-



rabla kefləndirmişdi. Dastanda isə Təpəgözün qılıncı, üzüyü, kün-

bəd məsələsi fərqli sehirli bir aləmdir və Təpəgözün sonrakı deyiş-

məsi aşıq deyişmələrinə yaxındır. Poemada Təpəgöz bildirir ki, hələ 

bir vaxt falçı  Yevrim oğlu Telam onun Odissey adlı bir nəfərin əli ilə 

gözdən məhrum olacağını demişdi. Təpəgöz Poseydona üz tutub 

Odisseyə qarğış edir, onu yeni bəlalara düçar etməsini arzulayır. 

Bizim Təpəgöz də Basata qarğıyır:

Ala gözdən ayırdın, yigit, məni!

Tatlu candan ayırsun  qadir səni! (102)

Təbii ki, bu qədər oxşarlıq təsadüfi ola bilməzdi. Heç şüb-

həsiz, bunlar bizim təsəvvür etdiyimizdən çox-çox qədim birgə 

yaşayış dövrü təsəvvürlərinin bədii ədəbiyyatda, xalq yaradıcılı-

82


ğında orijinal ifadəsidir. Təpəgözlər nə qədər yaxın olsalar da, 

orijinaldır və hər biri milli təfəkkürün məhsuludur.

Əli Sultanlı   təpəgözləri qarşılaşdırma məqamında   alman 

alimi   Fon   Diezin   1825-ci   ildə   söylədiyi   aşağıdakı   fikirləri 

xatırlatmışdır:   «Buradakı   Təpəgöz   başqa   sikloplara,   hələ 

Homerin   siklopuna     bütün   cəhətləri   ilə   bənzəyir.   Ancaq   oğuz 

siklopu   yunanlarınkından   alınma   deyil.   Yunanlarınkı   bunun 

təqlididir».   (15,   49)     Fon   Diez   fikrini   belə   əsaslandırmışdır: 

«Oğuz Təpəgözünün Polifemdən  kopya edilmiş olduğuna qənaət 

gətirmədiyimin səbəbləri var. Əvvəla, Şərq yunan şeriyyətini   tan-

ımamışdır. Bunun üçün Homerin əsərlərini tərcümə edə bilməzlərdi. 

Çünki melodiyaca heç kim  tərəfindən anlaşılmayacaqdı. Asiya dilləri 

bunun üçün  lazım olan ifadədən məhrumdurlar. O biri tərəfdən,  Tə-

pəgöz əfsanəsində  Təpəgözün həyatı,  doğumundan ölümünə qədər 

təfsilatla   anlaşıldığı   halda,   Polifemdə   çatışmazlıqlar   vardır.   Bu   cə-

hətdən o, Təpəgözün kopyası və  ondan iqtibas edilmiş kimi görünür. 

Təpəgöz naqilinin Homerdən daha çox   bildiyi bundan da bəllidir ki, 

əgər  bu əfsanə oğuzların   öz malı olmasaydı, yazı ilə və yaxud 

ağızdan-ağıza Dədə Qorqud zamanına qədər gəlməsəydi, bu qədər 

tam olaraq   təsbitinə imkan olmazdı. Məncə, Homer Asiya səyahə-

tində Təpəgöz əfsanəsini eşitmişdir və Polifemin əsas həyatını  ondan 

almışdır. Kim bilir, hər hansı bir oğuz qəbiləsi arasında İoendə eşit-

mişdir. Bu qəbilə Priamın müttəfiqləri olaraq yunanlara qarşı Troya 

müharibəsində hərb etmişdir. Bu surətlə əfsanə Kiçik Asiyadan gəlmiş 

və Homerin zamanında  təzə-tər olaraq yaşamışdır. Nəticədə tam bir 

sikloplar  əfsanəsi, ən köhnə zamanlardan bəri  Homerdən müstəqil 

olaraq, göstərilən qövmlər arasında  olmuşdur və yazılarında olan  hər 

bir şeyi yunanlara  mal etmək haqsızlıq olar». (15,50)

Ə.Sultanlı   təpəgözlər   arasında   bir   sıra   fərqlər   göstərməklə 

əsərlərin hər iki xalqın – yunanların və oğuzların fərdi-milli yaradıcılıq 

məhsulu olduğunu əsaslandırmaq istəmişdir. Əslində isə buna ehti-

yac yoxdur. Çünki Homerin poemaları ilə «Kitabi-Dədə Qorqud»un 

müstəqil və milli keyfiyyətlərə malik orijinal yaradıcılıq məhsulu oldu-

ğuna şübhə yoxdur.  Bir qədər əvvəl nəzəri cəhətdən daha düzgün 

fikir söyləmişdir: «…müqayisə iqtibas və ədəbi təsir məqsədi ilə apa-

rılarsa, zərərdən başqa heç bir elmi nəticə verə bilməz». (15,42) Biz 

83


də bu fikirdəyik. Hər iki obraz qonşu xalqların müstəqil olaraq eyni 

mif və hadisələr əsasında yaratdığı obrazlardır.

Homerin   poemaları   ilə   «Dədə   Qorqud»   süjet   və   təsvirləri 

arasında uyğunluqlar yalnız bunlardan ibarət olsa idi, bəlkə də bu 

barədə geniş danışmağa dəyməzdi.

İkinci mühüm oxşar sxem Beyrəyin kafər zindanından xilas 

olub   Oğuza   gəlməsi,   öz   adaxlısına   qovuşması   ilə   Odisseyin   öz 

doğma yurduna – İtakaya gəlib çıxması və düşmənlərini məhv 

edərək   öz   ailəsinə,   var-dövlətinə   sahib   olması   hadisələrinin 

təsvirindədir. 

Hadisələr   mahiyyət   etibarilə   çox   yaxındır.   Müharibə   üçün 

axeylilərin əlində bəhanə var: Troya padşahının oğlu Paris  axey 

hökmdarı Aqamemnonun qardaşı Menelayın arvadı gözəl Yelenanı 

xeyli sərvətlə birlikdə qaçırmışdır və indi axeylilər gəmilərlə Troya 

ətrafına gəlmiş, doqquz ildir ki, vuruşur, lakin Troyanı məğlub edə 

bilmirlər. Dastanda isə vəziyyət başqa cür görünsə də, demək 

olar ki, mahiyyət birdir. Təkura xəbər verirlər ki, Baybican sənə 

söz verdiyi  qızını  Beyrəyə  ərə  verir  və bu  gecə  toydur.  Hamı 

yuxuda ikən kafərin 700 atlısı Beyrəyi və 39 igidini əsir aparırlar. 

Oğuz igidləri yalnız 16 il sonra yerini öyrənib onu azad etməyə 

gedirlər.

Lakin bu zahiri cəhətdir. Əslində isə əsas məsələ qarətdir – 

Homerin təsvir etdiyi qəbilə və tayfalar müxtəlif bəhanələrlə da-

im bir-birini qarət edir, bu yolla var-dövlət əldə edirlər. «İlia-

da»da Axilles hökmdara – Aqamemnona deyir:

Ey bihəya, sənin bütün fikrin-zikrin qənimətdir!..

… sənin, bir də Menelayın 

Şərəfini qorumağa gəlmişik biz, ey  itsifət!

Qazandığım qənimətə yiyələnmək istəyirsən.(14)

Yaxud Olissey deyir:

Hələ bizim axeylilər  Troyaya yollanmamış,

Mərd dostlarla doqquz kərə  yad ellərə soxulmuşam. 

(533)

84


Əslində, «Dədə Qorqud»da da belədir. Fürsət düşən kimi, ya 

Oğuzlar kafər mülkünü talayır, ya da kafərlər Oğuz mülkünü. Kafər 

mülkünü yağmaladıqdan sonra «Quşun ala qatını, qumaşın arusını, 

qızın   gögçəgini,   toquzlama   çırğab   çuxa   xanlar   xanı   Bayındıra 

pəncyek çıqardılar».(66) Bu, hələ qarətin beşdə biridir – xanlar 

xanının payıdır.  Hətta son məqamda İç oğuzla Taş Oğuz arasına 

nifaq   da   eyni   məsələ   ilə   –   qənimət   məsələsi   ilə     bağlı   düşür. 

Qazanın dayısı Aruz yaranmış düşmənçiliyin səbəbini belə izah edir: 

«Mərə, Qılbaş, ol vəqt kim, Üç, Boz oq yığnaq olsa, ol vəqt  Qazan 

evin yağma edərdi. Suçımız nəydi ki, yağmada bilə olmadıq? – 

dedi. Qazanın başına bunlı gəlsün… Biz Qazana düşməniz, bəllü 

bilsün! – dedi».  (123)

Bizim   qeyd   etdiyimiz   bu   qədim   qəbilə   xüsusiyyətlərini 

vaxtilə Ə.Sultanlı da aydın şəkildə görmüş və yazmışdır: «Nəticə 

etibarilə xanın və tayfa başçısının   bir sərkərdə, bir rəhbər kimi 

əsas   işi  basqınları,    qarətləri  təşkil etmək olur.   Onun  bütün 

bacarığı, böyüklüyü bununla ölçülür. Bütün bu basqınların əsas 

qayəsi   isə qonşu tayfaların     sürülərini sürüb gətirmək, böyük 

sürülər üçün yaylaq, otlaq yerləri əldə etməkdir». (15,39) Qəbilə 

quruluşu şəraitində bu cəhətin aparıcı olduğunu Engels də qeyd 

etmişdir: «… qarətçilik xasiyyəti daşıyan müharibələr   qəbilədə 

baş sərkərdəni, eləcə də ikinci dərəcəli tayfa başçılarının  hakimiy-

yət nüfuzunu qüvvətləndirirdi». (15, 38)

Qəhrəmanların   –   Beyrəyin   və   Odisseyin   öz   elinə,   öz 

evlərinə dönüş tərzi, demək olar ki, eynidir. 

Əvvələn,   qeyd   edək   ki,  həm   Odisseyin,  həm   də   Beyrəyin 

vətənə qayıtmasını istəməyən gözəl qadın surətləri var. «Məgər 

kafər bəginin bir bikr qızı vardı… Beyrəgi aşıqlamışdı… Hər gün 

Beyrəgi görməgə gəlürdi. Ol gün genə görməgə gəldi. Baqdı gördi 

Beyrək səxt olmuş. Qız aydır: «Neçün səxtsən, xanım  yigit?» 

Poemada Odissey haqqında deyilir: 

          O cəfakeş indi uzaq bir adada, gursaç pəri

          Kalipsonun yanındadır. Zorakılıq edir pəri,

          Öz sevimli vətəninə dönə bilmir mərd Odissey.(426)

85


Uzaq bir adaya düşmüş Odisseyi ona aşiq olan Kalipso adlı 

«gursaç pəri» 7 il buraxmır.   Nəhayət, Hermes Zevsin tapşırığını 

həmin pəriyə çatdırdıqdan sonra – 8-ci il o, «Məni fani ilə ömür 

sürməyə   qoymursunuz»   desə   də,   məcbur   olub   Odisseyə     sal 

düzəltməkdə kömək edir və onu azad edir. (450) Beyrək bundan iki 

dəfə artıq qallmalı olur. Lakin kafər bəyinin qızı da öz sevgisi naminə 

16 il sonra Beyrəyin öz yurduna qayıtmasına kömək edir – onu iplə 

hasardan endirib qaçırda bilir.

Hər   ikisi   evə   qayıdarkən   məqam   çatana   qədər   onları 

tanımalarını istəmirlər. Tanınmasın deyə, Odissey özünü başqa bir 

adadan gəlmiş yad adam kimi təqdim edir. Beyrək isə yolda atını 

verib bir ozanın qopuzunu alır və ozan sifətində onu tanıya bilənlər 

arasına qayıdır.

Hər   iki   əsərdə   işin   icra   vasitə   və   üsulları,   demək   olar   ki, 

eynidir.  Odisseyin 20 ildən sonra öz ölkəsinə necə gəldiyi ilə Beyrə-

yin 16 illik dustaqlıqdan sonra Oğuza necə qayıtdığını nəzərdən 

keçirək. Hər ikisi onu tanıyan cəmiyyətə köhnə paltarda, cır-cında 

içərisində, qoca, yaşlı adam sifətində  qayıdır. Beyrək Oğuza çatar-

kən onu tanımayan bacılarından paltar istəyir.   Bacıları onun öz 

paltarını   verirlər,   lakin   Beyrək   həmin   paltarı   geyməli   olmur: 

«Beyrək aydır: «Gördünmi, qızlar bu qaftanla  məni tanıdılar. Qalın 

Oğuz bəgləri dəxi tanırlar», - dedi. Qaftanı sıyırdı,  götürdi, qızların 

üstinə atı verdi… Bir əski dəvə çuvalı buldı, dəldi, boynına   kö-

çürdi». (62-63)

Odissey   onu   tanımayan,   lakin   onun   haqqında   sevgi   ilə 

danışan çobanlardan təzə  paltar istəyir, lakin onlar artıq paltarları 

olmadığını   bildirirlər,   onun   şəhərə   belə   köhnə   paltarda   getməli 

olacağını   söyləyirlər.   Əslində,   Odissey   şəhərə   köhnə   paltarda 

getmək fikrindədir, onları sınamaq üçün paltar istəyir. İlahə Afina 

da köhnə paltarda getməyi məsləhət görmüşdür – əks halda onu 

tanıya bilərlər.

Beləliklə,   Odissey   də,   Beyrək   də   məclisə   çox   köhnə 

paltarda, demək olar ki, dilənçi kökündə girməli olurlar. Onların 

məclisə bu vəziyyətdə gəlməsində məqsədləri də eynidir və iki 

məqsəd   güdürlər:   ailənin   və   cəmiyyətin   onlara   münasibətini 

öyrənmək   və   düşməni   ifşa  etmək.   «Görəyim,   Oğuzda   mənim 

dostum, düşmənim kimdir?» (62)  Hətta Odissey evinə açıq və ya 

86


gizli   (tanınmaz   şəkildə)   qayıtması   üçün   falçı   ilə   məsləhətləşməli 

olur.


Belə çox pis geyimdə, tük basmış və bir qədər qocalmış gör-

kəmdə evə qayıtsalar da, hər iki qəhrəmanın görkəmindən şübhə-

lənənlər olur. Beyrəyin böyük bacısı deyir: 

Qara qıyma gözlərin çöngəlməsəydi,

«Ağam Beyrək» diyədəm, ozan, sana! 

Yüzini qara saç örtməsəydi,

«Ağam Beyrək» diyədəm, ozan, sana! 

Qunt-qunt biləklərin solmasaydı,

«Ağam Beyrək» diyədəm, ozan, sana! 

Apul-apul yürişindən,

Aslan kibi turışından,

Qanrıluban  baqışından

Ağam Beyrəgə bənzədürəm, ozan, səni!  (62)

Odisseydən   isə   duruşuna,   boy-buxununa,   danışıq   və   səs 

tonuna görə  arvadı Penelopanın sadiq qoca xidmətçisi Yevrikleya 

şübhələnir:

Bizim evə çox bəxtikəm yolçuların yolu düşüb,

Heç birisi Odisseyə sənin qədər oxşamayıb:         

Sənin səsin, ayaqların və görkəmin onunkudur. (594)

Beyrək tanınmasını istəmir və bacısının verdiyi qaftanı: «Nə 

sən, nə Beyrək qalsun!  Bir əski qaftan verdinüz, bənim başım-

beynim     aldınuz»-   deyib»   üstünə   atır.   Yevrikleya   Penelopanın 

tapşırığı   ilə     dilənçi   vəziyyətdə   olan   bu   «yad   adam»ın   ayağını 

yumalı olur. Odissey ehtiyat edir ki, ayağındakı qaban dişi yerindən 

qoca kəniz onu tanıya bilər:

           Ürəyinə gəldi: birdən ayağını yuyan zaman

           Çapığından tanınar o və açılar işin üstü. (594)

Əsərlərdə sadiq çoban surətləri vardır



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin