ƏDƏBİYYAT
1. Azərbaycan tarixi (İ.Əliyevin redaktəsi ilə). I cild, Bakı,
«Elm», 1998.
2. Azərbaycan tarixi (Z.M.Bünyadov və Y.B.Yusifovun
redaktəsi ilə), Ali məktəblər üçün dərslik, Bakı, Azərbaycan
Dövlət Nəşriyyatı, 1994.
3.A. L e o O p p e n x e y m. Drevnəə Mesopotamiə.
Moskva, «Nauka», 1980.
4.Q. A. Q e y b u l l a y e v. Azərbaycan türklərinin
təşəkkülü tarixindən. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
5. V. H ə b i b o ğ l u. Qədim türklərin dünyagörüşü. Bakı,
1996.
6. A d i l e A y d a. Etrüskler (Tursakalar) türk idiler.
Ankara, 1992.
7. Xrestomatiə po istorii Drevneqo Vostoka. Moskva, 1963.
376
8. İ. A l i e v. Oçerk istorii Atropatenı. Baku, 1989.
9. Azərbaycan tarixi üzrə qaynaqlar. Azərbaycan
Universiteti Nəşriyyatı, Bakı,1989.
10. S. A l i ə r o v. Ob gtnoqeneze azerbaydjanskoqo
naroda. V sb.: «K probleme gtnoqeneze azerbaydjanskoqo
naroda», Baku, 1984.
11. Z. B. G ö y ü ş o v, A. İ. M a r t ı n o v. SSRİ
arxeologiyası. Bakı, 1990.
12. D. Q. R e d e r, E. A. Ç e r k a s o v a. İstoriə drevneqo
mira. Çastğ I, izd. tretğe, Moskva, «Prosvhenie», 1985.
13. E. Ə l i b ə y z a d ə. Azərbaycan xalqının mənəvi
mədəniyyət tarixi. Bakı, «Gənclik», 1998.
377
AŞİNA VƏ AZƏRBAYCAN
«Hadisələr arasındakı əlaqəni aşkara
çıxaran tarixçinin işi hadisələrin
mövcudluğunu müəyyənləşdirən filoloq-
şərqşünasın işinin qurtardığı yerdə başla-
nır».
Lev Qumilyov
«Qədim türklər», s.118
«Bir də, ümumiyyətlə, xalqın tarixini
istisnasız şəkildə onun əleyhdarının
mövqeyindən öyrənmək olmaz».
Lev Qumilyov
«Qədim türklər», s.106
BİR NEÇƏ SÖZ
Bizim dilçi və tarixçilərin əksəriyyəti bu fikirdədir ki, Mərkəzi
Asiyada Böyük Türk Xaqanlığı (eramızın V- VIII əsrləri)
dağıldıqdan sonra Oğuz tayfaları XI əsrdən başlayaraq tədricən
Azərbaycana daxil olmuş, XIII əsrin birinci rübünün sonlarında
gələn monqolların köməyi ilə Şimali Azərbaycan ərazisindəki ləz-
gidilli, Cənubdakı irandilli əhalini assimilyasiyaya uğradaraq türk-
ləşdirmişlər. Bu cür düşüncə, yəni Şimali Azərbaycan əhalisinin
ləzgidilli, Cənubun irandilli, türklərin isə assimilyasiya nəticəsi və
gəlmə olduğu barədə fikir qəsdən və türkə yaramaz münasibətlə
də bağlı ola bilər. Amma bizim fikrimizcə, bu, hər şeydən əvvəl,
savadsızlıqla, bəşər tarixinə, bəşərin inkişaf yoluna bələd olma-
maqla bağlıdır. Hələ də bir çoxları nəzərə ala bilmir ki, bəşərin do-
ğuluşu Ön Asiya–Aralıq dənizi hüdudları ilə bağlıdır – vahid dil, ulu
insan burada doğulmuş, Yer üzünə buradan yayılmışdır. Ulu dil
tipoloji cəhətdən fərqlənən dillərə burada parçalanmışdır. Türklər
Ön Asiyanın əzəli və əbədi sakinləri olmaqla yanaşı, şimala, şərqə
və qərbə buradan yayılmışlar. Hindavropalılar da Yer üzünə bura-
39
dan yayılmışlar, samilər, qafqazdillilər və başqaları da. Türk
qolunun bir hissəsi Ön Asiyadan ayrılıb Şərqə getdikdən sonra
monqolları, tunqusları, yaponları, koreyalıları və lap elə çinliləri də
doğurmuşdur. Nə üçün Ön Asiyada türk var, monqol yoxdur, türk
var, çinli yoxdur? Deməli, mezolitdən sonrakı dövrlərdə Şərqə üz
tutan əhali uzaq ərazilərdə bir-birindən təcrid olunaraq
parçalanma prosesini minilliklər ərzində davam etdirmiş, yeni nə-
sillər əmələ gətirmişdir.
Bu, belədir və dəqiq tarixi prosesdir. Bizim araşdırdığımız
məsələ isə nisbətən konkretdir: Böyük Türk Xaqanlığını yaradan,
onun başında duran «500 evlik Aşina ailəsi» - Bumın kağanın,
İstəminin qəbiləsi e.ə. I minilliyin sonlarında Çinin şimalına və
oradan Altaya Azərbaycandan getmişlər. Bu fikir özlüyündə çox
mühüm tarixi hadisənin izahından ibarət olub, aşinalıların adət-
ənənələri, ictimai-siyasi görüşləri, dini baxışları, mif və totemləri
və xüsusilə onların dilində işlənən ictimai-siyasi leksikanın köməyi
ilə təsdiq olunur.
Qədim misilsiz abidəmiz olan «Kitabi-Dədə Qorqud»un 1300
illiyini qeyd etdik. Hətta 1500 illiyinə də cürət etmədik. Bu və ya
digər bir halda dastanın daha qədim olduğunu söylədikdə yüz
yerdən «əsas» soruşulur və naşı gözlər dərhal hücuma keçirdi.
Budur, e.ə.XIII əsrin hadisələrindən bəhs edən Homer poemaları
«İliada» və «Odisseya» ilə müqayisələr göstərir ki, «Kitabi-Dədə
Qorqud» Homerin yaşıdıdır və bu cəhət o qədər zəngin faktlarla
təsdiq olunur ki, təkzibi heç cür mümkün deyil. Troyalıların türk,
Troyanın türk şəhəri olduğunu göstərən faktlar isə misilsizdir.
Düşünürük ki, hörmətli oxuculara təqdim etdiyimiz bu iki
kiçik yazı ümumtürk tarixinin düzgün tədqiqi üçün həqiqi
tarixçilərə kömək olacaqdır.
Müəllif
Bizim «Azərbaycan dilinin tarixi» (bax 1) əsərimiz meydana
çıxmasını şərtləndirən amillərdən biri dünya tarixinin verdiyi faktlar
və arxeoloji materiallar əsasında insanın Yer üzərinə Ön Asiyadan
yayıldığını xatırlatmaq idi. Bu cəhətin düzgün dərk olunması ilə
dünya tarixinin tədqiqinə dair bir çox yanlış konsepsiyalar təbii
40
şəkildə öz əhəmiyyətini itirmiş olur. Biz həmin ideya əsasında
türklərin şərqə, şimala və qərbə Ön Asiyadan yayıldığını bir daha
faktlaşdırmış olduq. Tədqiqatçılar əksəriyyət etibarilə türk tayfalarını
Orta və Mərkəzi Asiya ilə bağlamağa çalışmış və bir çoxları başqa
cür düşünməyi ağıllarına belə gətirməmişlər. Lakin bəşər tarixi ay-
dın şəkildə sübut edir ki, miqrasiyalar mezolitdə Ön Asiyadan və
Aralıq dənizi hüdudlarından başlamış, insan yer üzünə Avropanın,
Afrikanın və Asiyanın qovuşduğu bu ərazidən yayılmışdır. Sonralar
əks miqrasiyalar da olmuşdur. Bunlar qeyd etdiyimiz kitabda bizim
tərəddüdsüz qənaətimizdir və bu barədə artıq söz söyləmək fikrində
deyilik.
Bu məqələdə isə bizi bir neçə sual maraqlandırır: nə üçün
bütün türk xalqlarının adı var, lakin yalnız bizim dilimiz keçən
minillik ərzində «türk dili» adlanmışdır? «Türk» adı harada və
bizə məlum olan tarixin hansı dövründə meydana çıxmışdır? Bö-
yük türk xaqanlığının – o xaqanlıq ki, çin imperatorlarını «cə-
nubdakı bizim uşaqlar» adlandırırdılar (2, 3) – əsasını qoymuş
köçəri Aşina tayfası ilə Azərbaycan əlaqələri barədə nə demək
olar? Bu suallara cavab vermək üçün Lev Qumilyovun «Qədim
türklər» əsərindəki faktlar bizim üçün müqayisə mənbəyi olmuş-
dur.
Hər şeydən əvvəl qeyd edək ki, böyük türk xaqanlığının
əsasını qoymuş «500 evlik Aşina ailəsi» və bu ailənin rəhbərlik
etdiyi, öz arxasınca apardığı türklər Qumilyovun əsərində aşinalı-
ların o dövrdə adlandığı kimi «türküt» adlandırılmış və bununla
Orta və Mərkəzi Asiyadakı başqa türk tayfalarından fərqlən-
dirilmişdir.
Əvvəlcə, «500 ailəlik» Aşina tayfasının öz əcdadları barədə
əfsanələrinə diqqət yetirək. Şəcərələrin öyrənilməsi, Qumilyovun
yazdığına görə, ən qədim zamanlardan Mərkəzi Asiya xalqları
üçün səciyyəvi olmuşdur. Həm də maraqlıdır ki, həmin xalqlar bu
və ya digər vəhşi heyvanı öz nəsillərinin banisi saymışlar. Məsə-
lən, «…tibetlilər erkək meymunu və dişi rakşası (meşə ruhu),
monqollar boz qurdu və maralı, telelər canavarı və hun şanyuyu-
nun qızını, türklər isə hun şahzadəsini və dişi canavarı öz əcdad-
ları sayırdılar». (3, 30) Buradan aydın göründüyü kimi, monqol-
41
lar, telelər və türkütlər qurdu (canavarı) və maralı öz əcdadları
hesab etmişlər.
Maral sonrakı hadisədir – Sibir çölləri ilə bağlıdır və türklərdə
həlledici əhəmiyyətə malik deyildir. Qədim türklərin bayrağında
daim qızılı rəngli qurd başı təsvir edilmişdir. Qumilyov
serıy volk,
volk
və
volçitsa
sözlərini işlətmişdir. (3, 22) Monqolların, telelərin
boz qurda, türklərin dişi canavara tapınması elə bir fərq yaratmır.
Deməli, bu xalqların əfsanəvi əcdadı bir olmuşdur. Bu birlik onların
kök birliyindən irəli gəlir. Türklərin və monqolların bir kökdən
olduğuna heç kim şübhə etmir, lakin onlardan hansının hansından
ayrıldığı barədə mübahisə hələ də davam etməkdədir.
Tobalıların (çinlilərin) Şimali Çinin fəthi zamanı tabe etdik-
ləri tayfalar içərisində «beş yüz Aşina ailəsi» də qeyd olunur. IV
əsrdə hunların və syanbilərin (monqolların) çinlilərdən aldıqları
Şensi əyalətinin qərb hissəsində məskunlaşmış bu ailə
«müxtəlif tayfaların qaynayıb-qarışmasından» yaranmışdı.(3,
30) Türküt əhalisinin «…etnik mənşəyi müxtəlif idi, lakin öz
aralarında hamısı kiçik tələffüz fərqi olan ümumi türk dilində
danışırdılar. Onlar bir «budun» - xalq təşkil edirdilər, lakin bu
söz «etnos» deyil, daha çox «demos» anlayışına yaxın bir mə-
nada işlənirdi. Çünki «budun» «bəylər»ə qarşı qoyulurdu». (3,
72) Müəllif bunu «türk bəglər budun» - «türk bəylərinin xalqı»
ifadəsi ilə düzgün əsaslandırmışdır. Bu sözlər də göstərir ki, əs-
lən türk olan hunlar və monqollar özlərini bir-birinə daha yaxın
saymaqla çinlilərə qarşı birlikdə mübarizə aparmışlar.
Şensi vilayətinin qərbindəki Xesidə yerləşən aşinalılar həmin
ərazinin işğalı zamanı tobalıların (çinlilərin) təbəəliyini qəbul etmə-
miş, Altayın mərkəzi hissəsinə köçmüş, uzun müddət səssiz-
səmirsiz yaşamış, sonralar jujanların vassalı olduqlarını elan et-
mişlər. Çin mənbələri onların bu vaxta qədər «mağarada» ya-
şadıqlarını qeyd etmişlər. «Mağara» Altayın mərkəzində yerləş-
mişdi. Maraqlıdır ki, adi dağ dərəsi «Suyşu»da (Çin mənbəyi)
«mağara» adlandırılmışdır.(3, 96) Beləliklə, Aşinanın «500 ailəsi»,
gələcək əyanlar V əsrdə Ordosdan köçüb artıq türkdilli əhalinin ya-
şadığı Altayın cənub ətəklərində məskən salmalı olmuşlar. (3, 93)
Qumilyovun qeydlərinə görə, türküt xalqı bu dövrdə yeni key-
fiyyətlər qazanır, Altay dağlarına qovulduqdan sonra davakar köçəri
42
heyvandarlardan azadlıqsevər, oturaq həyat keçirən heyvandarlara
çevrilirlər. (3, 208)
Qumilyov yazır: «Həmin tayfa birləşməsi (müəllif Aşinalıları
bir neçə tayfanın qarışığı sayır –
Q.K
.) ilkin dilinin necəliyindən asılı
olmayaraq, V əsrdə o, tarix səhnəsinə qədəm qoyanda dövrün
tayfalararası ünsiyyət vasitəsi olan syanbi – yəni qədim monqol
dili tayfaların hamısı üçün anlaşıqlı idi. Bu, komanda, bazar, dip-
lomatiya dili idi. Bu dildə
Aşina nəsli 430-cu ildə Qobinin şimal
həndəvərinə köçmüşdü».
(3, 31)
Göründüyü kimi, müəllif monqol dilinin üstünlüyünü, tayfa-
lararası ünsiyyət vasitəsi olduğunu göstərir. Bu, ağlabatan deyil,
aşinalıların məhz bu dildə – monqol dilində Qobinin şimal hən-
dəvərinə köçdüyü barədə fikir elmi əsası olmayan fikirdir. Ola
bilər ki, belə bir dövrdə monqollar və türklər təzə təcrid olun-
duqları üçün bir-birini asan anlamışlar. Lakin Aşina tayfasının
monqol dili ilə Qobinin şimal həndəvərinə köçməsi və 100 il son-
ra təmiz və zəngin türk dili ilə danışması, bu dildə misilsiz abidə-
lər yaratmağa başlaması barədə fikirlər heç cür ağlabatan deyil
və müəllifin daha qədimləri görə bilməməsi ilə bağlıdır. Bütün
Şərqə və Qərbə yayılmış türklərlə çox seyrək olan syanbiləri-mon-
qolları müqayisə edib, türklərin monqol tayfalarından təcrid olun-
ması qənaətinə gəlmək heç bir məntiqə sığmır. İnsanın Yer
üzünə Ön Asiyadan yayıldığını və Ön Asiyada monqol izlərinin
olmadığını nəzərə aldıqda monqolların Orta və Mərkəzi Asiyaya
gedən türklərdən ayrılmış olduğuna şübhə etməmək olar.
Qumilyovun monqol üstünlüyü, monqol birinciliyi barədə fi-
kirləri davam edir: «Çinlilər Aşina xanlarının təbəələrini
Tu-kyu
adlandırırdılar. Bu söz Pelyo tərəfindən «türküt» - yəni «türklər»
kimi uğurlu şəkildə açılmışdır. Lakin sözün sonundakı çoxluq
bildirən şəkilçi türk deyil, monqol mənşəlidir. Qədim türk dilində
bütün siyasi terminlər monqol cəm şəkilçisi ilə yaranırdı. Bu isə
güman etməyə əsas verir ki, həmin sözlər türk dil mühitinə
kənardan gətirilirdi».(3, 31).
L.Qumilyovun bu fikri tamamilə yanlışdır. –
üt,-at
cəm şəkil-
çisi monqollardan neçə min il əvvəl Ön Asiya xalqlarının, o cüm-
lədən qədim Azərbaycan tayfalarının (kuti, kassit, lullubi, turukki
və s.) və Manna, Midiya xüsusi adlarının tərkibində işlənmişdir.
43
Kuti
sözündəki –
ti
haqqında danışılan şəkilçidir–söz
kular
mənasını ifadə edir. (1,-210)
Skol-ot, massaq-et
sözlərindəki
-
at, et
də eyni şəkilçidir. Bu şəkilçi ulu dildən gələn bir şəkilçi kimi
bütün iltisaqi dillərdə mövcud olmuşdur, Hami-Sami dillərində də
yayılmışdır. Odur ki Aşina tayfasının dilinə monqol dilindən keç-
məsi barədə fikir doğru ola bilməz. Ona görə də müəllif «Qədim
türk dilində bütün siyasi terminlər monqol cəm şəkilçisi ilə ya-
ranırdı» sözlərində və bu cür sözlərin kənardan gətirilmə olması
barədə fikrində tam yanlış mövqe tutmuşdur. Monqollar kəmiyyət
etibarilə türklərdən daim qat-qat az olmuşlar və monqolların türk-
lərdən ayrılması barədə Poppenin fikri son dərəcə ağlabatandır.
Budur, L.Qumilyov fikrini dərinləşdirərək yazır: «Aşinanın
adı ilə birləşən həmin «beş yüz ailə» mənşəyindən asılı olmaya-
raq, hərbi müvəffəqiyyətin dəyişkənliyi onları Çindən Altaya
atana qədər öz aralarında monqol dilində danışırdılar. Lakin
türkdilli mühitdə yüz il qalmaları, təbiidir ki, danışıq dilinin tezlik-
lə dəyişməsinə gətirib çıxarmalı idi. Onu da nəzərə almaq la-
zımdır ki,
«Aşinanın beş yüz ailəsi» türk dənizində bir
damla idi
(fərqləndirmə mənimdir –
Q.K
.). Güman ki, VI əsrin
ortalarına doğru Aşina nəslinin üzvləri tamamilə türkləşmiş,
monqoldilliliyin əlamətlərini yalnız özləri ilə gətirdikləri titullar
sistemində saxlamışdılar».(3, 34)
Heç kəsi inandırmaq olmaz ki, 100 il ərzində bir tayfa öz ana
dilini unudub türk dilini aşinalılar qədər dərindən mənimsəmiş
olsun. Yenə qeyd edirik ki, arada yalnız türk–monqol yaxınlığı, bir-
birini anlama ola bilərdi. O böyüklükdə abidələr qoyub getmiş xalq
başqa bir dilin yetirməsi ola bilməzdi, odur ki aşağıdakı sözlər heç
bir etibar doğurmur: «İndi türk dilləri adlanan dillər ən qədim
zamanlarda meydana gəlmişdi, türküt xalqı isə V əsrdə…
Gəlmələrin yerli əhali ilə qaynayıb-qarışması o qədər güclü
olmuşdur ki, artıq 100 il sonra – 546-cı ildə onlar qədim türk
xalqı, yaxud türküt adlandırılan vahidə çevrilmişdilər». (3, 4) Son-
rakı qeydlərimiz də göstərəcək ki, bunlar əsassız söhbətlərdir.
Qumilyovun əsərində aşinanın tarixi, dili və nə üçün daim
«köçərilər» adlandırıldığı obyektiv izahını tapa bilməmişdir. Nə
vaxtsa, monqol dilinin türklər üçün də ümumünsiyyət vasitəsi
olması isə xəyali fikirlərdəndir.
44
İndi biz Aşinanın türk mənşəyi barədə əqli və nəqli dəlilləri
nəzərdən keçirəcəyik. Görək aşinalılar haradan gəlmişlər, kimdirlər və
nə üçün daim türk və monqol tayfaları arasında «köçərilər» adı ilə ta-
nınmışlar?
«Umiyakov ehtimal edir ki, «türk» sözü XII-XIII əsrlərdə
türklərin ümumi adından başqa, həm də çox ehtimal ki, «bun-
dan əvvəl də
ayrılıqda götürülmüş bir türk tayfasının adını
bildirirdi
» (fərqləndirmə mənimdir –
Q. K
.). Şübhəsiz ki, bu,
belədir. Bizim təklif etdiyimiz şərti «türküt» termini hətta E. Şvann
kimi bir analiz nəhənginin də qurban getdiyi anlayış və kənara
çıxma dolaşıqlığından xilas olmağa imkan verir». (3, 180) Müəllifin
burada gətirdiyi sitat və öz qənaəti doğrudur.
Dedik ki, müəllif Aşina türklərini xüsusiləşdirmək üçün
«türküt» terminini (onların öz adını) seçmiş, türk xaqanlığını ya-
radan türkləri başqa türklərdən fərqləndirməyə nail olmuşdur. Və
eyni zamanda aşinalıların mənşəyi ilə bağlı əfsanəni nəzərdən
keçirərək çox düzgün nəticə çıxarmışdır: «…biz bir əfsanənin
mətni daxilində iki süjetin kəsişməsi – mifoloji (mənşəyini dişi
canavardan götürmək) və tarixi (türkütlərin bir hissəsinin əcdad-
larının Altaydakı dağ vadilərinə qaçması) ilə qarşılaşırıq». (3, 96)
Məlum olan birinci məsələdən (dişi canavar) fərqli olaraq, ikinci
məsələ (türkütlərin Altaydakı dağ vadilərinə qaçması, daha doğ-
rusu, Altay ərazilərinə gəlməsi) köklü və maraqlı məsələdir. Lakin
qeyd edilən qaçıb gəlmə prosesinin ilkin nöqtəsi – başlanğıcı
Qumilyov üçün tam şəkildə məchul və qaranlıqdır. Müəllif başlan-
ğıcın Ön Asiya olduğunu qətiyyən ağlına gətirmir.
«Aşina Ordosdan qərbdə, Xuanxe və Nanşan çayları ara-
sında yerləşən Xesinin hakimi, hun knyazı Muğana tabe idi. 439-
cu ildə tobalar hunlara qalib gələrək Xesini Vey (Çin) imperiyası-
na birləşdirəndə knyaz Aşina «beş yüz ailə» ilə jujanların yanına
qaçdı və Altay dağlarının cənubunda məskunlaşaraq jujanlar
üçün dəmir emal etməyə başladı». (3, 31; 4, 221) Bu sözlərdən
aydın olur ki, Aşina haqqında ilkin məlumata görə, aşinalılar V əs-
rin əvvəllərində hun tayfaları tərkibində olmuş, çinlilər Xesi ərazi-
lərini işğal edərkən Çin asılılığından imtina edərək V əsrin orta-
larında Altay dağlarının cənubuna – türk tayfaları olan əraziyə
qaçmış və o dövrün bir qədər irticaçı sayılan türk tayfası jujanla-
45
rın asılılığını qəbul etmiş, onlar üçün dəmir istehsal etməyə baş-
lamışlar. Qısası: ən pis türk asılılığını Çin əsarətindən üstün tut-
muşlar. Burada bizim üçün ən qiymətli məlumat tobaların-çinlilə-
rin işğal etdiyi Xesinin hun hakiminin
Muğan
titulu daşımasıdır.
Aşina «Hun knyazı Muğana tabe idi» sözlərindən aydın olur ki,
Aşina tayfasının da daxil olduğu bu knyazlığın hakimləri
Muğan
titulu daşıyırlar. Bu knyazlıqdan ayrıldıqdan sonra Aşina hakim-
ləri də bu titulu daşımışlar. Deməli, knyaz Muğana tabe olan tay-
falar qohum tayfalardır. Əgər Aşina tayfası Muğanın knyazlığında
bir sıra tayfalarla təsadüfi birləşmiş olsa idi, Aşina hakimləri
Mu-
ğan
titulu daşımazdılar. Misallara diqqət yetirək.
552-ci ildə Bumın xaqan öldükdə yerinə oğlu Qara İssık xan
keçir. O da tez ölür və hakimiyyətə Qara İssık xanın qardaşı (Bu-
mının kiçik oğlu) Kuşu çıxır. Kuşu Muğan xan titulunu qəbul edir
(3, 48) «Bu xanın aşağıdakı adları vardı: vəhşi heyvan adı- Tszuşu
(yəni Kuşu - Quş), nəsil adı – Sıqin (yəni nəvə, qardaş oğlu),
ləqəbi – Yandı (yəni qalib), titulu – Muyuy, yaxud Muğan. Biz elmi
ədəbiyyatda daha çox işlədilən sonuncu addan istifadə edirik».(3,
38) «554-cü il knyazlığın imperiyaya çevrilməsi ili idi… Muğan xan
artıq öz şimal sərhədlərini möhkəmləndirmişdi».(3, 40) – cümləsi
və əsər boyu qeyd edilən bir sıra adlar da göstərir ki,
Muğan xan
işlək titul olmuşdur.
Aşinanın əvvəlcə tabe olduğu hun knyazı da
Muğan
titulunu
daşıyır, Aşina hakimləri də. Deməli, təklikdə Aşina deyil, böyük
hun knyazlığı bu titulun daşıyıcıları olmuşlar. Tədqiqatçılar bunları
üzə çıxarmışlar, lakin təəccüblü orasıdır ki, bu titulun haradan
yarandığına əsla fikir verməmişlər.
Muğan
sözü necə əmələ gəlmişdir? Harada yaranmışdır?
Muğan haradadır? Və nə üçün bu suallara cavab axtarılmır?
Məlumdur ki, Muğan cənublu-şimallı Azərbaycanın ən qə-
dim ərazisidir. Muğan müğlərin, mağların yaşadığı ərazidir. Mağ-
lar Azərbaycanın və dünyanın ən qədim mədəni tayfalarındandır
– türkdilli Azərbaycan tayfasıdır. (1, 258-272) Aşina hakimlərinin
Muğan titulu daşıması iki çox mühüm məsələni aydınlaşdırmağa
kömək edir: Muğan titulu daşıyanlar hunlar-türklərdir, deməli,
mağlar türk tayfalarındandır; ikincisi, mağların vətəni
Azərbaycandır, deməli, Muğan titulu daşıyan Xesi hunları və o
46
cümlədən aşinalılar Mərkəzi Asiyaya Ön Asiyadan – Azərbay-
candan gəlmişlər.
Qumilyov yazır: «Qaçqınların gəlib çıxdıqları Monqolustan
Altayının ətəkləri hunlardan törəyən və türk dilində danışan tay-
falarla məskunlaşmışdı. Knyaz Aşinanın drujinası da həmin
aborigenlərlə qaynayıb-qarışdılar və onlara «türk», yaxud
«türküt» adı verdilər».(3, 33)
Kim verdi, niyə verdilər bu adı onlara?–Bunlar Qumilyov
üçün aydın deyil. Bu barədə bir qədər sonra danışacağıq. Hələlik
başqa bir məsələyə diqqət yetirək, yuxarıda verdiyimiz bir cüm-
ləni yenə xatırlayaq: «
Aşinanın beş yüz ailəsi» türk
dənizində bir damla idi»
.(3, 34) Deməli, Altayın ətəkləri türk
tayfalarından ibarətdir; aşinalılar bunlara münasibətdə «qaçqın»
və ya «köçəri» hesab olunur və nəhayət, aşinalılar türk dənizin-
də bir damladır. Görünür, bu məsələlər yaxşı öyrənilməyib,
çünki digər tərəflən də L.Qumilyov özü qeyd edir ki, çinlilər
türkütləri «
ağacın kökü»,
qalan tayfaları isə
«yarpaqlı budaqlar»
hesab edirdilər».
(3, 284) Bu sözlər göstərir ki, köçərilər (türk-
lər-türkütlər) nazik və kövrək fidan kimi o qədər də zəif olmamış
və müxtəlif bölüklərdən ibarət olmuşlar.
Aydın olur ki, Orta və Mərkəzi Asiya çoxdan türk
yurdudur, yəni Ön Asiyadan bu yerlərə köçən türklər, bəlkə, öz
köçmə tarixlərini də unutmuşlar. Lakin aşinalıların gəlmə tarixi o
qədər də uzaq deyil, ona görə də onlar qaçqın hesab olunurlar.
Ətraf hamısı türk Aləmidir və qaçqınlar - köçərilər onların
arasında bir damla kimidir. Bu müəmmada mühüm məsələ
aşinalıların haradan gəlməsi məsələsidir. Haradan və nə vaxt
gəlmişlər? Nə üçün gəlmişlər?
Köçəri həyatına başlanmasının və bir çox tayfaların öz yurdlarını
dəyişməsinin səbəbləri çoxdur. Bu cəhəti Qumilyov özü də yaxşı izah
etmişdir: «…örüş və otlaqların məhdudluğu, ən başlıcası isə suyun
çatışmaması köçəriləri öz sürülərini bölməyə məcbur edirdi. Nəticədə
köçəri həyat keçirən ailələr də bölünməli olurdular. Otlaqların bölün-
məsi və onların sərhədlərinə ciddi nəzarət köçərilərin örüş, suvat və
ov yerləri üçün qaldırdıqları amansız qardaş qırğınının qarşısını
almaqdan ötrü yeganə vasitə idi».(3, 87) Düşmən tayfalarla amansız
müharibələr də köçəriliyə səbəb ola bilirdi. Təbii ki, Aşina ailəsinin
47
Orta və ya Mərkəzi Asiyaya gəlişi də bu səbəblərdən biri ilə bağlıdır,
lakin onların bu yerlərə nə vaxt gəldikləri barədə L.Qumilyovun fikirləri
ziddiyyətlidir.
Dediyimiz kimi, aşinalıların mənşəyi haqqında iki əfsanə
vardır. Daha tipik olan birinci əfsanədə deyilir ki, qonşular bu
nəsli qırıb-qurtarmış, yalnız 9 yaşlı bir oğlan xilas olmuşdur. Düş-
mənlər onun əllərini və ayaqlarını kəsərək bədənini bataqlığa at-
mış, burada dişi qurd həmin oğlandan hamilə olmuşdur. Dişi
qurd Altaya qaçıb orada on oğul doğmuşdur. Onlar artıb çoxalmış
və «bir neçə nəsildən sonra Asyan-şe adlı birisi bütün aymağı ilə
mağaradan çıxaraq özünün Jujan xanının vassalı olduğunu etiraf
etmişdi.
Qumilyov göstərir ki, əfsanələrin ikisi üçün də səciyyəvi
cəhət onların hər ikisində tarixi hadisəyə – Aşina ordasının Qan-
sudan köçməsinə kiçicik bir işarənin olmamasıdır. «Ona görə də
əfsanələrin Altayda meydana çıxdığını, bəlkə də gəlmələrin müs-
təsnalıq hüququnu əsaslandırmaq üçün məxsusi olaraq yaradıl-
dığını düşünmək mümkündür».(3, 32) Buradakı son fikir yenə
əsassızdır. Aşina ordasının Qansudan köçməsinə dair heç bir
işarənin olmaması tam təbiidir. Müəllifin buna təəccübünə səbəb
bəşərin inkişaf və yayılma istiqaməti barədə xəbərsizliyidir. Əf-
sanənin Altayda müəyyən məqsədlə məxsusi yaradılması fikri də
doğru ola bilməz. Bir yerdən başqasına köçməklə, həm də o
qədər uzaq olmayan bir məsafəyə, yeni əfsanə yaranmazdı.
Əfsanə, fikrimizcə, tam köklü əfsanədir və tayfanın haradan gəl-
diyini dəqiq şəkildə bildirməkdədir. Elə birinci əfsanənin maraqlı
cəhəti aşinalıların əcdadları barədə məlumat verilərkən onların
«
Dostları ilə paylaş: |