ƏLAVƏ ƏDƏBİYYAT
M i r C ə l a l. Cəlil Məmmədquluzadə əsərlərində din
və mövhumata qarşı mübarizə məsələsi, "Ateizm məsələləri",
Bakı, 1961.
Y. Ə l i y e v. C.Məmmədquluzadə dinin mürtəce
mahiyyəti haqqında, S.M.Kirov adına ADU-nun "Elmi
əsərlər"i, ict. elm. ser., 1964, №4.
M i k a y ı l M ə m m ə d o v. Cəlil
Məmmədquluzadənin din və mövhumat əleyhinə mübarizəsi,
Bakı, 1962.
Ə. H ü s e y n o v. C.Məmmədquluzadənin
felyetonlarında sənətkarlıq məsələləri, "Azərbaycan" jurnalı,
1965, №11;1966, №10.
Cəlil Məmmədquluzadə (həyat və yaradıcılığı), "Elm"
nəşriyyatı, Bakı, 1974.
320
321
III HİSSƏ
TARİX VƏ DİL TARİXİ PROBLEMLƏRİ
MƏQALƏLƏR
(2001-2007)
«Türklərin «Altaydan çıxma» olması
barədə fikirlər tam yanlışdır.Türklərin ilk
miqrasiya mərkəzi Ön Asiya olmuşdur, yəni
miqrasiyalar buradan başlamış, türklər
Gündoğana, Günbatana buradan yayılmışlar;
tarixini bildiyimiz Şərqdən Qərbə miqrasiyalar
sonrakı əks miqrasiyalardır.
Bizim bütün mövcud fikirlərimiz bu
möhkəm və inamlı ideya üzərində
köklənmişdir».
«Azərbaycan dilinin tarixi»
kitabından, s.188
322
«AZƏRBAYCAN TARİXİ» – I:
DÖVLƏT, ETNOGENEZ VƏ DİLİMİZİN
MƏNŞƏYİ MƏSƏLƏLƏRİ
HÖRMƏTLİ REDAKTOR!
Bu günlərdə mərkəzi mətbuatda «Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Fərmanı» dərc olunmuşdur. Bu fərman dilimizin
tarixinə, onun bugünkü vəziyyətinə həqiqi mənada işıq salır.
Fərmanda xalqımızın və dilimizin tarixi ilə bağlı bu günə qədər
rəsmi dairələrdə söylənməmiş zəruri elmi fikirlər söylənmişdir.
Fərmanda deyilir: «Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi
göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim
xalqlarındandır... Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan
xalqımızın tarixi qədər onun dilinin təşəkkül tarixi də olduqca
qədimdir. Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq
dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və
sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül
tapana qədər yüz illər boyunca mürəkkəb bir yol keçmişdir».
Fərmanda yenə deyilir: «Dilimizin özəyini ta qədimlərdən
Azərbaycan torpaqlarındakı türk əsilli boyların və soyların dili
təşkil etmişdir. Azərbaycan dili dialekt və şivələrinin geniş
Avrasiya məkanına yayılan türk xalqlarının az qala bütün dil
xüsusiyyətlərini əks etdirəcək qədər rəngarəng olmasının da
başlıca səbəbi ta qədimlərdən bu torpaqlarda etnik baxımdan
eyni köklü türk etnoslarının mövcud olmasıdır». Fərmanda
Azərbaycan dilinin IV–V əsrlərdə artıq ümumxalq dili şəklində
mövcud olduğu təsbit edilir. Bütün bu müddəaların hər biri
323
obyektiv elmi həqiqətə əsaslanır, dilçi, tarixçi və
etnoqraflarımızdan xalqımızın, dilimizin, dövlətçilik
ənənələrimizin tarixinə son dərəcə məsuliyyətlə, həm də
tamamilə yenidən nəzər salmağı tələb edir. Fərman bir çoxları
kimi, məni də çoxdan düşündürən bir məsələyə – «Azərbaycan
tarixi»nin son nəşrində (Bakı, «Elm», 1998, I c.; məsul redaktor
İ.H.Əliyev) dövlət, etnik tərkib və dilimizin mənşəyi məsələlərinin
qoyuluşu barədə uydurma konsepsiyaya münasibət bildirmə
tələbatını ortaya çıxardı. Bu kitab Azərbaycan ərazisində dövlətin
yaranması, etnik tərkib və dil məsələləri üzrə tamamilə tarixin
təhrifindən ibarətdir. Təəccüb doğuran da odur ki, nə üçün
ziyalılar, o ziyalılar ki, dilimizin neçə min illik tarixi köklərinin
təhrifi yox, adı üstündə böyük mübahisə və mübarizə aparırdılar,
onlar səslərini çıxarmır, xalqın mənşəyinin uydurma izahından
ibarət olan bu kitaba münasibətlərini bildirmirlər.
Kitabın əvvəlindəki «İnstitutdan» başlıqlı bir səhifəlik
yazıda deyilir ki, 7 cildliyin 5 cildi 1990-cı ildə artıq hazır idi, lakin
«dövrün siyasi konyunkturasından azad deyildi», ona görə də
oxuculara təqdim edilən bu kitab 90-cı illərdə «əhəmiyyətli
dərəcədə yenidən işlənib düzəldilmişdir».(1; 5) Lakin kitabla
bütövlükdə tanışlıq göstərir ki, «dövrün konyunkturası» ən
mühüm məsələdə bir qədər də kəskinləşdirilmiş şəkildə
saxlanmış və bu sahədə heç bir dəyişiklik edilməmişdir. Birinci
cild bizə, hər şeydən əvvəl, etnogenez və dil məsələlərini
aydınlaşdırmalı idi. Lakin məlum olur ki, bu sahədə fikir nəinki
60-cı illərdən irəli getməyib, əslində, sovet dövrünün ən qatı
çağlarının ideyaları üzərində daha möhkəm köklənib. Başqa
sözlə, müəllif tarixi təhrifdən ibarət olan keçmiş qeyri-elmi, süni
və saxta konsepsiyanı sanki qəsdən daha da kəskinləşdirib.
Budur, kitab boyu dövlət, etnik tərkib və dil məsələlərinin
müəllifi İqrar Əliyev 40 səhifəlik «Giriş»də Azərbaycan xalqının
və dilinin hansı etnoslar və hansı etnosların dili əsasında təşəkkül
tapdığını belə ümumiləşdirmişdir: «...bir sıra qeyri-
324
müəyyənliklərə, çətinliklərə baxmayaraq, Azərbaycan xalqının
etnogenezi konsepsiyası müəyyən dərəcədə, ü m u m i ş ə k i l
d ə tarix elmimizdə işlənmiş və özünün inikasını sanballı
«Azərbaycan tarixi»nin 1-ci cildində (Bakı, 1958), «Sovet tarix
ensiklopediyası»nda (1, M., 1961), «Böyük sovet
ensiklopediyası»nda (3-cü nəşr,1, M., 1969), «Qafqaz xalqları»
(2, M., 1981), «Dünya xalqları» (M., 1968), on iki cildlik
«Ümumdünya tarixi» (M., 1955 – 1979) kitablarında və bir sıra
digər əsərlərdə tapmışdır. Bu konsepsiyaya görə, Azərbaycan
xalqının təşəkkülündə Manna, Atropatena və Qafqaz
Albaniyasında məskunlaşmış müxtəlif, o cümlədən Qafqaz və
İran dillərində danışan (fərqləndirmə bizimdir – Q.K.) qədim dövr
və orta əsrlərin tayfa və xalqları – mannalılar, kaspilər,
Atropatena madalıları, albanlar, azərilər və bir sıra digərləri əsas
rol oynamışlar».(1; 33) Göründüyü kimi, burada etnogenez və
dil məsələlərini «dəqiqləşdirmək» naminə müəllifin istifadə
etdiyi, 70-ci illərdən bu yana keçən, müstəqillik imkanlarına
əsaslanan bir ədəbiyyat da yoxdur. Qeyd edilən bu kitabların
hamısında köhnə, antitürk konsepsiya əsas yer tutur. Müəllif
Manna, Atropatena, Albaniya dövlətləri tərkibində birləşən
tayfalar içərisində bir nəfər də türk görmür. Deməli, xalqın və
ümumxalq dilinin təşəkkül tapdığı dövrdə Azərbaycan ərazisində
yalnız irandilli və qafqazdilli tayfalar yaşamışdır. Bir qədər sonra
görəcəyik ki, qeyri-türkdilli tayfalar bizim eranın birinci
minilliyinin sonlarına kimi aparıcı qüvvə olmuş və yalnız II
minilliyin əvvəlində birdən-birə «türkləşmiş»lər.
«Əsrlər boyu Azərbaycana gəlmiş müxtəlif dilli tayfa və
xalqlar (skiflər, saklar, alanlar, hunlar, sabirlər, xəzərlər, oğuzlar
və b.) da Azərbaycan xalqının etnogenezində böyük rol
oynamışlar. Azərbaycan xalqının, dilinin formalaşması
etnogenezin son mərhələlərində – orta əsrlərdə davam
etmişdir».(1; 34)
Əgər Manna, Atropatena və Qafqaz Albaniyasında yaşayan
əsas əhali Qafqaz və irandillilər olmuşlarsa, onda «əsrlər boyu»
gələn skiflər, saklar, alanlar, hunlar, sabirlər, xəzərlər, oğuzlar nə
vaxt gəlmişlər və nəyə lazım olmuşlar? Sonrakı izahlardan
325
görəcəyik ki, bunlar eramızın III-IV əsrlərindən gəlməyə
başlamışlar və bunların da əksəriyyəti (skiflər, saklar, alanlar və
bəlkə, lap elə hunlar da) müəllif düşüncəsinə görə irandillilər
olmuşlar. Etnogenez haqqında hökm verilən həmin sitatdan aydın
olur ki, Azərbaycan xalqının və onun dilinin formalaşması «orta
əsrlərdə davam etmişdir». Oxucu diqqət yetirməlidir: hətta «ilkin
orta əsrlər» də deyilmir. Hətta «orta əsrlərdə başa çatmışdır» da
deyilmir, «davam etmişdir»– deyilir («İlkin orta əsrlər» eramızın 3-
cü əsrindən başlayır və «orta əsrlər» dedikdə kapitalizmə qədərki
dövr nəzərdə tutulur – bəs onda bu xalq nə vaxt formalaşıb, bu dil
nə vaxt təşəkkül tapıb?).
Xüsusiləşmiş «müxtəlif, o cümlədən Qafqaz və İran dillərində
danışan qədim dövr və orta əsrlərin tayfa və xalqları» ifadəsinə
baxaq. Adətən, əsası deyib, sonra ikinci dərəcəlini qeyd edərlər. Bu
cümlədə isə əsas «müxtəlif» sözü ilə pərdələnir, ikinci dərəcəlilər
birinci dərəcəli kimi xüsusiləşdirilir. Əsas kütlənin kimlərdən ibarət
olduğu «müxtəlif» sözü ilə örtülür, İran və qafqazdillilər qabarıq
şəkildə nəzərə çarpdırılır. Əgər, doğrudan da, qafqazdillilər bu
ölkədə aparıcı qüvvə olmuşlarsa, nə üçün onların Azərbaycan
ərazisində bir dəfə əməlli bir qurumuna rast gəlmək olmur?
İrandillilərin İran yaylasına e.ə. VIII–VII əsrlərdə gəldiklərini
tarixçilər dəfələrlə qeyd etmişlər. Bəs o vaxta qədər Azərbaycan
əhalisi kimlərdən ibarət idi? Bəlkə, ərazi boş imiş? Kitabın özündə
deyilir ki, «İlk tunc dövründə (e.ə.IV minilliyin ortalarından III
minilliyin son rübünədək – Q.K.) az qala bütün Azərbaycan və
Zaqafqaziya ərazisinin düzən və dağlıq rayonları əkinçi-maldar
qəbilələr tərəfindən tutulmuş, mənimsənilmişdir». (1; 104) Hətta
memarlıq, inşaat sahəsində də aborigen əhalinin varislik işləri
arxeoloji materiallarla təsdiq olunur. Bəs bu tayfalar kimlərdən
ibarət olmuşdur? Başa düşmək olmur ki, İ.H.Əliyev nə üçün
Azərbaycan ərazisində irandillilərin daha qədimdən göründüklərini
iddia edənlərə bu qədər şadlanır. Budur, «Giriş»də oxuyuruq:
«Müəllifin (E.A.Qrantovskinin – Q.K.) Şimal-qərbi İran vilayətlərində
(Qərbi Azərbaycan – Urmiyayanı sahələr nəzərdə tutulur, amma
«Şimal-qərbi İran» deyilir – Q.K.) irandilli tayfaların əvvəllərdə
düşünüldüyündən daha qabaq meydana çıxdığını iddia etməyə
326
imkan verən əsaslandırılmış fikri çox böyük əhəmiyyətə malikdir».
(1;28) Müəllif 1977-ci ildə Moskvada buraxılmış «İran tarixi»
kitabını da eyni şəkildə alqışlayır». «...bölgədə (Manna ərazisində –
Q.K.) irandilli tayfaların məskunlaşmasının və i.a. nəzərdən
keçirildiyi II fəsildə köhnə problemlərə yeni şəkildə baxılmasına
imkan verən xeyli maraqlı və mühüm fikirlər irəli sürülmüşdür. Bu,
(yəni «maraqlı və mühüm fikirlər» – Q.K.) xüsusən irandilli
tayfaların mənşəyi, onların İran yaylası ərazisində, o cümlədən
Urmiyayanı rayonda məskunlaşması... məsələlərinə aiddir».(1;28)
Oxucu görür ki, müəllifi ruhlandıran əsas məsələ irandilli əhalinin
Urmiyayanı ərazilərdə tədqiqatçılar tərəfindən zorla erkən
məskunlaşdırılmasıdır. «Son zamanlar bir sıra alimlər irandilli
miqrantların Zaqros zonasında, o cümlədən Cənubi Azərbaycan
ərazisində məskunlaşmasının arxeoloji cəhətdən əsaslandırılmasına
böyük diqqət yetirir».(1;29) Və s. Bütün bunlar İran tarixçisi üçün
maraqlıdır. İ.H.Əliyev isə Urmiyayanı ərazilərə, Zaqros zonasına
ona görə belə artıq «diqqət yetirir» ki, hələ e.ə.III minillikdə bu
ərazilərdə türk tayfa birliklərinin yaratdığı qədim Azərbaycan
dövlətləri barədə tarixçilərin araşdırmaları və tutarlı yazıları var və
bütün bu fikirlər sualtı axınla həmin tədqiqat əsərlərinin əleyhinədir.
Bəlkə, adi oxucu bilmir, amma «Giriş»in müəllifi çox yaxşı bilir ki,
köhnə ideologiyanın aldığı ən böyük zərbə bu nöqtədən – Zaqros
və Urmiyayanı ərazilərdə ən qədim türk tayfalarının və onların
dövlətinin üzə çıxarılmasından başlayır.
Beləliklə, İ.H.Əliyev bu qənaətdədir ki, qədim Azərbaycan
əhalisi İran və qafqazdilli tayfalardan ibarət olmuşdur. Belə
olduqda, İ.H.Əliyevin özünün farslardan – fars tarixçilərindən nə ilə
fərqləndiyini və aşağıda onun özündən sitat verdiyimiz sözlərlə nə
demək istədiyini anlamaq olmur: «İran müəlliflərinin əsərlərinin
böyük bir hissəsinin ən mühüm nöqsanı onların paniranst xarakter
daşımasıdır. Bu əsərlərin müəlliflərindən çoxu üçün «Azərbaycan
tarixi» məfhumu yoxdur, bütün müddəalar bir dominant – «İran
tarixi» nöqteyi-nəzərindən verilir. Adları çəkilən müəlliflərin çoxu
üçün azərbaycanlılar sonradan türk dilinə keçmiş farslardır (məhz
farslardır!). Aşkar görünənin əksinə olaraq iddia edilir ki,
327
Azərbaycanın qədim əhalisinin dili fars dili və ya «fars dilinin xüsusi
ləhcəsi» olmuşdur və i.a.». (1;31)
«Aşkar görünən» nədir? Böyük bir institut zəhmətlə
«Azərbaycan tarixi» yazıb. Özləri əsaslandırmağa çalışırlar ki
(əslində, bu «əsaslandırmada» İqrar Əliyevdən başqa, heç kimin
«xidməti» yoxdur), Azərbaycanın qədim əhalisi irandillilərdən ibarət
olmuşdur. İran alimləri niyə bundan daha bədtərini deməməlidir?
Türklərin Azərbaycan ərazisinin ilkin və əzəli əhalisi – aborigenləri
olduğunu dişi ilə, dırnağı ilə sübut edənlərin yazılarının hamısı bir
tərəfə atılıb, xalqın tarixinə, dilinə həqarətlə baxanlar ön plana
çəkiləndə nə cür olmalıdır? Və həm də bilmək olmur ki, müəllif bu
sözləri deməklə dolayı yolla öz ideyasını əsaslandırır, yoxsa müasir
farslara demək istəyir ki, mən də sizin kimi Azərbaycanda İran
tarixi yazmışam, sonra sizin də bu fikirdə olduğunuzu bildirmişəm.
Kitabla tanış olan hər bir şəxs görə bilər ki, bu kitab dövlət,
etnogenez və dil məsələlərinə münasibətdə tamamilə İran
mövqeyindən yazılıb. Müəllif İran alimlərinin azərbaycanlıların
farslardan dönmə və törəmə olduqlarını göstərən fikrinə ona görə
«etiraz edir» ki, o bu qənaətdədir ki, azərbaycanlılar bilavasitə
farslardan yox, dilini və etnik mənsubiyyətini itirməklə irandilli
başqa bir tayfadan törəmişlər. Xalqı və onun dilinin mənşəyini
farsların ideyalarından bu cür «qorumaq» onu oyuna qoymaqdır.
Təsəvvür edin ki, sıyıq bir şeyin üzərindən araba təkəri keçir və onu
iki yerə bölür. İ.H. Əliyev deyir ki, soldakı yox, sağdakıdır. Əslində,
elə farslar da belə deyirlər – «fars dili» yox, «fars dilinin xüsusi
ləhcəsi». İ.H.Əliyev çox yaxşı başa düşür ki, bunların fərqi
yoxdur...
***
328
Belə hesab olunur ki, mezolit dövründə (e.ə. XII – VIII
minilliklər) Yer üzərində asan əldə olunan təbii sərvətlərin tədricən
tükənməsi təsərrüfat formasının dəyişməsinə – maldarlıq və
əkinçiliyin inkişafına səbəb olmuşdur. Elə buna görə də bu dövrdə
yeni otlaqlar, əkin sahələri, maldarlıqla əlaqədar əlverişli ərazilər
əldə etmər üçün əhalinin miqrasiyası sürətlənir və genişlənir.
Miqrasiyalara baxmayaraq, e.ə. VIII–VII minilliklərdə Zaqros
ərazisində əhali oturaq həyata keçir, burada əkinçilik və maldarlıq
təsərrüfatı üstün yer tutur. Odur ki Cənubi Azərbaycanın böyük bir
ərazisi hələ 10 min il əvvəldən maldarların və əkinçilərin məskəni
hesab olunur. Əkinçilik isə oturaq həyat deməkdir. Buna görə də
belə təsəvvür edilir ki, məsələn, Qobustanda mezolit-neolit
mədəniyyətinin yaradıcıları yerli Azərbaycan qəbilələri və qəbilə
qrupları olmuşdur.
Mezoliti əvəz edən neolit dövrü (e.ə.VIII minilliyin sonu, VI
minilliyin birinci yarısı) «insan həyatında inqilabi səciyyə daşıyan və
cəmiyyətdə dərin ictimai nəticələrə gətirib çıxaran köklü
dəyişikliklər»in baş verdiyi dövrdür. «Neolit inqilabının» mahiyyəti
yalnız təsərrüfatın inkişafından ibarət olmayıb, cəmiyyətdə yaranan
sıçrayışla bağlı qiymətləndirilir: «Mezolit-neolit cəmiyyətinin
dərinliklərində baş verən əkinçilik və maldarlığa keçid prosesi
müntəzəm izafi məhsul yaratdı ki, bu da bəşəriyyət qarşısında
ibtidai icma quruluşunun məhvinə yol açdı».(1;88)
Artıq eneolit dövründə (e.ə.VI minillikdən IV minilliyin
ortalarına qədər) maldarlığın və əkinçiliyin daha da genişlənməsi,
təsərrüfatın inkişafı, izafi sərvət toplanması ilə əlaqədar «...qədim
Şərqin bəzi rayonlarında siniflərin və dövlətin meydana gəlməsi
üçün zəmin yaranır».(1;92)
Bütün bunlar tarixin təbii gedişidir ki, kitabda da öz ifadəsini
düzgün tapmışdır; lakin Azərbaycan ərazisində siniflərin və dövlətin
əmələ gəlməsinə, etnoslara və onların dillərinə münasibətdə
vəziyyət tamamilə başqadır. Bura qədərki arxeoloji materialların
izahı, fikrimizcə, zəngin və qiymətlidir. Lakin sosial-ictimai
münasibətlərə gəldikdə, elə bil, hər şey daş altından çıxır.
329
Sinifli cəmiyyətin, tayfalar ittifaqının yaranması haqqında əsas
məlumat «Orta tunc dövrü» adlanan V fəsildədir. Azərbaycanda və
ona yaxın ölkələrdə yeni mərhələnin e.ə. III minilliyin son
rübündən başladığı göstərilir. Lakin məlumdur ki, Azərbaycana,
xüsusilə Zaqros zonasına həmsərhəd olan ərazilərdə – Şumerdə
yeni mərhələ III minilliyin son rübündə deyil, minilliyin ən geci
əvvəlində (e.ə.XXVIII əsrdə) başlamışdı və Şumer şəhər dövlətləri
haqqında zəngin məlumat elm aləminə çoxdan tanışdır.Tədricən
bütün Şumeri əhatə edən vahid dövlətin yarandığı və sonra da
ölkənin akkadlar tərəfindən işğal olunduğu bu neçə yüzillik
müddətdə şimal-şərqdən ona bitişik olan Azərbaycanda, müəllifin
fikrincə, hələ dövlət söhbəti yoxdur, yalnız ora-bura «soxulan»
tayfalar, tayfa ittifaqları var; Azərbaycanda dövlət Manna ilə
başlayacaq, – e.ə.1-ci minilliyin əvvəllərində; bu vaxta qədər yalnız
nəsli-qəbilə quruluşundan, bir sıra tayfalardan danışmaq olar və s.
Elə buna görə də akademik tarixin 120–122-ci səhifələrində
Azərbaycanın aborigen tayfaları kutilər, lullubilər, kassitlər və
hurrilər haqqında yalnız abzor məlumat verilmiş və sonra
etnogenez və dil məsələlərinə keçilmişdir. Bu sonuncu (etnogenez
və dil məsələləri) necə izah edilib, bir az sonra danışarıq. Çünki
kutilər, lullubilər və kassitlər haqqında məlumatın özü də
maraqlıdır.
Əvvələn, oxucu bilməlidir ki, e.ə. XXIII əsrdir və akademik
tarixə görə, dediyimiz kimi, bu dövrə qədər və bu dövrdə
Azərbaycanda dövlət anlayışından danışmaq olmaz. Cənubi
Azərbaycanın qərb hissəsinin mühüm etnoslarından olan kutilər də,
müəllifin yazdığına görə, siyasi cəhətdən kor və vəhşi tayfalardan
ibarətdir. Təqribən 0,75 səhifəlik, yəni bir səhifədən də az
məlumatda müəllifin kutilər haqqında dediklərinin özəyini bura
köçürürəm: «Akkad hökmdarı Naramsin (Naram-Suen) artıq e.ə.
XXIII əsrin son rübündə Mesopotamiyaya soxulmuş kutilərlə
toqquşmalı olmuşdu. Kutilərin başçısı Enridavazir Akkad qoşunlarını
məğlub etmiş, Cənubi Mesopotamiyaya gəlib çatmış, orada özünü
«dünyanın dörd ölkəsinin hökmdarı» elan etmiş, buna dair iri kitabə
330
yazdırmışdı. Kutilər Mesopotamiyada soyğunçuluq və zorakılıq idarə
üsulu tətbiq etmişdilər. Onlar şəhərləri dağıdır, çoxlu insan
qırırdılar. Qədim yazı kutiləri «Şumer çarlığını dağlara aparan,
Şumerə düşmənçilik gətirən, arvadı ərindən, uşaqları
valideynlərindən məhrum edən dağ əjdahaları» adlandırır». «Siyasi
baxımdan kamil olmayan gəlmə tayfalar zəbt olunmuş ölkədə
dövlət aparatının mühüm sahələrinin idarə edilməsini yerli
zadəganlara həvalə edir və beləliklə, öz mövqelərini zəiflədirdilər».
«Kutilərin Mesopotamiyada təxminən bir əsrlik ağalığı onlar
arasında nəsli-tayfa münasibətlərinin dağılması prosesini
sürətləndirməli idi». (1; 119–120)
Başa düşmək olmur ki, bu nə cür tarixçilikdir. Kutilər kimdir
və müəllif kimin tərəfindədir? Kutilərdən ona görə danışılır ki,
bunlar bizim vətənimizin ən qədim sakinləri, bizim əcdadlarımızdır.
İnsanın öz əcdadlarına məhəbbəti olmalıdır. Hələ onların «siyasi
baxımdan kamil olmamaları» bir yana, «soxulmaq» nə deməkdir?
Adam da öz əcdadı haqqında bu cür söz işlədərmi? Moskvanın çap
etdiyi bir kitabda olduğu kimi, bir vətən övladının öz babaları
haqqında yaramaz bir sözü (lap mənbə belə desə də) təkrar etməsi
nə qədər caizdir? İkinci bir tərəfdən, kutilər siyasi cəhətdən kamil
olmasa idilər, Şumer kimi sivil ölkəni necə işğal edə bilərdilər? Bu
böyüklükdə Sovet imperiyası özünü yüz il qoruyub saxlaya bilmədi,
sivil bir ərazini bir əsr idarə etmək sizə zarafat gəlir? Hələ bir
nöqsan da tutursunuz ki, idarəçiliyi yerli zadəganlara tapşırırdılar.
Hansı işğalçı bu cür etməyib? İskəndər Atropatenanı (İranla
birlikdə) işğal etdikdən sonra idarəçiliyi Atropat əvəzinə, başqa bir
fars əyanına – Oksidata və sonra da Arsaka tapşırmadımı və onların
bacarıqsızlığını görüb iki il sonra yenidən Atropatı öz vəzifəsinə Dostları ilə paylaş: |