qoy, ver, qal,
tut, düş, çək, gör, çıx
kimi fellər daha məhsuldardır.
9. Ə.Haqverdiyevin pyeslərinin dili dövrün səciyyəvi ədəbi
dil normalarını və özünə qədərki sənətkarların yaradıcılığında
əsaslı yer tutan xarakter ifadə üsullarını yaradıcılıqla inkişaf
etdirmək əsasında qurulmuşdur. Felin zaman və şəkil
kateqoriyalarına məxsus xüsusiyyətlərin bir nümunə kimi tədqiqi
257
göstərir ki, ədib bu sahədə də ümumxalq dilinə əsaslanmışdır.
Felin zaman formalarının, əmr və arzu şəkillərinin müxtəlif üslubi
məqamlarda işlənməsi Ə.Haqverdiyev üslubunun səciyyəvi cə-
hətlərindəndir.
10. Sadə geniş nəqli cümlələrdə cümlə üzvlərinin
inversiyası Ə.Haqverdiyevin pyeslərində mühüm yer tutur.
İnversiya mübtəda ilə xəbər, təyin ilə təyinlənən üzvlərin arasında
da müşahidə olunur. Lakin zaman və yer zərfliklərinin xəbərlə
inversiyasına daha tez-tez təsadüf edilir. İnversiya əsasən surətlərin
dilinə aiddir, remarkalarda azdır və bir neçə misal istisna olmaqla
yalnız yer zərflikləri ilə xəbərin sırasında özünü göstərir. Cümlə
üzvləri sırasının pozulması canlı dilə məxsus xüsusiyyətləri saxla-
maqdan və fikri aktuallaşdırmaqdan irəli gəlmişdir.
11. Canlı danışıq dilinə güclü meyil özünü mürəkkəb
cümlələrin quruluşunda da aydın büruzə verir. Müəllif ən çox
asindetik və analitik cümlə tiplərindən istifadə etmişdir. Mürəkkəb
cümlənin bağlayıcısız növü danışıq dilinin ilk və qədim
xüsusiyyətidir. Analitik cümlələrin tərkib hissələrini əlaqələndirən
bağlayıcılar isə canlı dildə özünə möhkəm mövqe qazanmış
bağlayıcılardır. Mürəkkəb cümlələrin quruluşunda nadir hallarda
Hind-Avropa dillərinin (fars, rus) təsiri də hiss olunur.
* * *
Bədii dil üzərində əməli işi və dil haqqında fikirləri,
pyeslərindəki leksik və frazeoloji vahidlərin təhlili və bunların
semantik xüsusiyyətləri, bəzi mühüm morfoloji və sintaktik
vahidlərin tədqiqi nəticələri sübut edir ki, Ə.Haqverdiyev
ziddiyyətli və mürəkkəb bir zamanda yaradıcılıqla məşğul olsa
da, yalnız böyük M.F.Axundovla güclənən milli ədəbi dilimizin
nailiyyətlərini qoruyub saxlamaq səyi ilə kifayətlənməmiş, həm
də bütün ömrü boyu xalq dilinin bitməz-tükənməz xəzinəsinə
əsaslanaraq, milli ədəbi dilimizi material və quruluş cəhətdən
zənginləşdirmək, sağlam bir yolla inkişaf etdirmək sahəsində çox
böyük iş görmüşdür.
258
II HİSSƏ
CƏLİL MƏMMƏDQULUZADƏNİN
SOVET DÖVRÜ FELYETONLARININ DİLİ
(İctimai-siyasi və dini terminoloji leksika)
"Bədii-publisistik əsərlərin, o cümlədən fel-
yeton janrının əsasında faktik material durur.
Həmin material yalnız publisist üslubda deyil,
həm də bədiilik prinsipləri nəzərə alınmaqla
işlənilir, bədiilik süzgəcindən keçirilir. Felyeton
janrı bir sıra görkəmli rus və Avropa ya-
zıçılarının əlində geriliyin, ətalətin,
eybəcərliklərin, vaxtını keçirmiş ictimai
qaydaların ifşası üçün qüdrətli bir vasitə
olmuşdur. Cəlil Məmmədquluzadənin bu ad
altında toplanmış əsərləri felyeton janrının
tələbləri baxımından yüksək estetik keyfiyyətə
malik olub, misilsiz publisist və mütəfəkkir
yazıçı qələminin məhsulu kimi, ədibin demək
istədiklərini deyə bildiyi ən münasib bədii
forma, ən kamil sənət nümunələridir. Elə
buna görə də indi mətbuatımızda ara-sıra
nəzərə çarpan, əksərən zəif işlənmiş, aşağı
keyfiyyətli felyetonlarla müqayisədə oxucu
Mirzə Cəlilin bu əsərlərini "felyeton"
adlandırmağı az qala qəbahət sayır.
Doğrudur, Mirzə Cəlilin də bütün felyetonları
259
eyni keyfiyyətdə deyildir; bunların da
içərisində sənətkarlıq cəhətdən əks qütblərdə
dayanan əsərlər vardır, lakin dərin biliyi, müa-
sir hadisələrlə qədim sosioloji məsələləri son
dərəcə böyük ustalıqla əlaqələndirə bilməsi,
faktların gözünə düz baxan qorxmaz sənətkar
cəsarəti, günün və gələcəyin tələblərini aydın
görə bilmək müdrikliyi, saysız-hesabsız bədii
priyomları ədəbiyyatımızı ictimai həyatın ən
zəruri problemləri ilə möhkəm
bağlamışdır.Mirzə Cəlilin felyetonları indi də
oxunur və sevilir. Bunun səbəbi təkcə həmin
felyetonların öz əhəmiyyətini itirməyən
mövzuları deyil, həm də yüksək sənətkarlığıdır
- sərlövhədən başlayaraq, imzalara qədər
oxucunu öz ardınca çəkib aparan eyham,
kinayə, sarkazm kimi bədiilik vasitələri, mən-
tiqi ifşa, mülayim yumor və amansız tənqid
atəşidir. Ədibin sovet dövründə yazdığı bütün
felyetonlar satirik planda deyildir; gülüş,
istehza, sarkazm onun ən çox sevdiyi ifadəlilik
üsullarından olsa da, ədibin felyetonlarının
hamısında komikliyin bu cür növlərini
axtarmaq olmaz. Çünki gülüş və sarkazm va-
sitələri ilə ifşaçılıq felyeton janrının yeganə
funksiyası olmayıb, mühüm funk-
siyalarından yalnız biridir.
C.Məmmədquluzadənin sovet dövrü felye-
tonlarının əksəriyyəti komik sənətin zarafat,
yumor, kinayə, istehza, sarkazm
vasitələrindən istifadə edilməklə yazılmışdır.
Kinayəlilik bu felyetonların canına elə
hopmuşdur ki, ədibin hər hansı bir satirik
felyetonunu oxuyarkən onun (kinayənin) ne-
cə, mətnin harasında, hansı dil vasitələrində
meydana çıxdığını müəyyənləşdirmək, dəqiq
sərhəd qoymaq çox vaxt çətin olur. Görkəmli
260
ədibin ictimai-siyasi, mədəni-məişət
məsələləri ilə bağlı etirazlarının təcəssümü
kimi təzahür edən kinayə hər bir elementdə,
hər bir kiçik detalda, hər bir sözdə, ifadədə,
cümlədə və bütöv mətnlərdə gizlənmiş olur".
«Yazıçı və dil» kitabından, s.179-180
I FƏSİL
İCTİMAİ-SİYASİ (TERMİNOLOJİ) SÖZLƏR
VƏ BİRLƏŞMƏLƏR
«Molla Nəsrəddin» jurnalının 1922-ci ildən Bakıda öz işini
davam etdirməsi ədəbiyyat tariximiz üçün böyük əhəmiyyətə
malik oldu. Keçmişin tör-töküntüləri, sovet idarələrinə soxulmuş
düşmənlər və bürokratlar, köhnə, yaramaz adətlər, mövhumat
və avamlıq «Molla Nəsrəddin» felyetonlarının kəskin ifşa
hədəflərinə çevrildi. Jurnal öz ifşa obyekti üçün günün sürətlə
bir-birini əvəz edən ictimai-siyasi hadisələri ilə bağlı nöqsanları
seçsə də, dini, cəhalət və fanatizmi, qadın azadlığı və s. kimi
mühüm məsələləri unutmurdu. Jurnalın mövzu dairəsi
genişləndikcə, ədibin istifadə etdiyi satira vasitələri, satirik ifşa
üsulları da zənginləşirdi.
Sovet hakimiyyətinin ilk illərində yeniliklə köhnəliyin
mübarizəsi çox gərgin şəkildə davam edirdi. Mədəniyyətin
inkişafı daha kəskin sinfi mübarizə şəraitinə qədəm qoymuşdu.
İnqilab sinfi antaqonizmi ləğv etsə də, antaqonist xarakterdə
olan bir sıra ziddiyyətləri aradan qaldıra bilməmişdi. Əksinə,
müxtəlif sinif və təbəqələr arasında mürgüləməkdə olan
ziddiyyətləri oyatmış və daha da kəskinləşdirmişdi. Dövrün canlı
təzadları çox güclü idi. Belə bir dövrdə ictimai ziddiyyətlər
ədəbiyyatımızın həm lirik-dramatik, həm də tragik formaları ilə
ifadə olunurdu. Yeniliklə köhnəliyin mübarizəsini komik sənətin
vasitəsi ilə əks etdirən satirik yazıçıların diqqət mərkəzində də
bütün ədəbiyyatımız üçün ümumi olan konflikt və ziddiyyətlər
dururdu.
261
Satiranın əbədi predmeti – yeniliklə köhnəliyin mübarizəsi
20-ci illərdə də dəyişməmiş qalmışdır. Lakin bu illərin sonuna
doğru satiranın obyekt və üslubunda xeyli yeniliklər əmələ gəlmiş,
satira öz ahəngini müəyyən dərəcə dəyişmiş, yumor üstünlük
qazanmağa başlamışdı. 30-cu illərin axırlarına yaxın
ədəbiyyatımızda satirik mövzular azalmış, satiranın coşqunluq və
qəzəbi ölgünləşmişdir. 30-cu illərdə biz artıq Mirzə Cəlil satirasına
bənzər bir satiraya rast gəlmirik.
Tarixən öz gücsüzlüyünü və zəifliyini aşkara çıxarmış olsa
da, hələ cəmiyyətə çox böyük bədbəxtliklər gətirmək iqtidarında
olan ictimai quruluşu və onun nümayəndələrini qamçılayan satira
Cəlil Məmmədquluzadənin əlində qüdrətli bir silah idi. Öz
dövrünün qabaqcıl ideyalarını təbliğ edən mübariz və qorxmaz
publisistin dövlət, hakimiyyət, siyasət, sinif və təbəqələr,
zəhmətkeş insanların vəziyyəti, zülm, zorakılıq, din, fanatizm,
cəhalət, avamlıq, ruhanilər və onların fırıldaqları, rüşvətxorlar və
bürokratlar, Şərq istibdadı və sair haqqında satirik ifadə üsulu,
mövzuların ruhuna uyğun olaraq son dərəcə böyük
müvəffəqiyyətlə seçdiyi zəngin satira vasitələri çox güclü olub,
əks məna arxasında ədibin demokratik görüşlərini, cəmiyyətin
bəlalarından «özünü təhqir edilmiş sayan adamların alovlu,
dəhşətli qəzəbini» (Belinski) əks etdirir. Bu cəhətdən «Molla
Nəsrəddin» publisistikası orijinal və son dərəcə əlvan satira
vasitələri mənbəyi kimi, bizim ədəbiyyatda heç bir fərdi və ya
kollektiv əməyin məhsulu ilə müqayisə edilə bilməz. Təsadüfi
deyildir ki, ədəbiyyatımızda nə «Molla Nəsrəddin»dən əvvəl, nə də
sonra ardıcıl və sərrast bir üslubun məhsulu olan belə qüdrətli
sənət nümunələrinə rast gəlmirik. Əsrlər keçdikcə, «Molla
Nəsrəddin» kəskin satirası, şirin yumoru ilə insanları daha çox dü-
şündürəcək, Mirzə Cəlil qələmi ilə əbədiyyətə həkk olunmuş bu
yazılar ağılları heyran qoyacaqdır. Böyük söz ustası nədən yazırsa-
yazsın, son dərəcə rəngarəng satira və yumor vasitələri ilə öz
üslubunu tanıtmışdır. Yeni ictimai quruluşun cəmiyyət həyatında
əmələ gətirdiyi dəyişikliklər, köhnə cəmiyyətin qalıqları ilə
kəskinləşən mübarizə, imperialist dövlətlərin sovet quruluşuna
münasibəti, Şərq xalqlarının daxili və xarici vəziyyəti «Molla
Nəsrəddin» publisistikasında obyektiv qiymət almışdır. Böyük sa-
262
tirikin dünyagörüşü onun dil vasitələrinə münasibətini, söz və
ifadələrdən, üslubi fiqurlardan istifadə istiqamətini də mü-
əyyənləşdirmiş, yumorlu, eyhamlı, kinayəli, ifşaçı-sarkastik dilini
də formalaşdırmış və inkişaf etdirmişdir. «Molla Nəsrəddin»in
felyeton dili inqilabi-demokratik publisistika dili ilə bədii dilin
xüsusiyyətlərini bir sintez şəklində özündə cəmləşdirmişdir. Buna
görə də Mirzə Cəlilin felyeton dili həm ictimai-siyasi və fəlsəfi ter-
minlərlə, həm də obrazlı dil vasitələri ilə – satira ustası tərəfindən
ictimai-siyasi və fəlsəfi rəng verilmiş ümumişlək söz və ifadələrlə
çox zəngindir.
Ədibin felyetonlarında konkret dil materialına əsaslanan
satira vasitələri əlvan və rəngarəngdir: ümumişlək sözlər, şivə
leksikası, fəal və qeyri-fəal sözlər, ədəbi dil və şivə
frazeologiyası, arqotik söz və ifadələr, hikmətli sözlər, aforizmlər,
atalar sözləri və məsəllər… Ədib böyük ustalıqla terminoloji
söz, ifadə və birləşmələri də həqiqi satira vasitəsinə çevirə
bilmiş, müxtəlif söz və ifadələrlə əlaqədə onların mənasını
dərinləşdirmək və genişləndirməklə məcazilik imkanlarını ar-
tırmışdır. Əsas terminə az və ya çox dərəcədə yaxın olan ümu-
mişlək sözlər və ifadələr sinonim cərgələri daha da zənginləşdir-
mişdir. Belə söz və ifadələr əsas termini müxtəlif cəhətdən izah
edir, tamamlayır, onun mənasını genişləndirir, əsas terminin
işlənməsində bir fon təşkil edərək, satirik yazıçının məsələyə
münasibətini aydınlaşdırmaq, məsələni hansı mövqedən izah
etdiyini müəyyənləşdirmək üçün oxucuya imkan verir.
Burada, ilk nümunə olaraq, ədibin sovet dövrü
felyetonlarının dilindəki ictimai-siyasi və dini (terminoloji) söz və
birləşmələri nəzərdən keçirəcəyik.
Padşah. Çinovnik. Müdir,
«Məsul» işçilər
«Molla Nəsrəddin» meydana çıxdığı ilk gündən çarizmin və
Şərq despotizminin ifşasına başlamış, tədricən Qərbin hakim dai-
rələrini də əhatə etməklə öz satira hədəfini, ifşa obyektini
genişləndirmiş, uzun mübarizə yolu keçdikdən sonra Sovet
hakimiyyəti illərində inqilabi qüvvələrin, yeni cəmiyyətin
263
bilavasitə yazıçının təfəkküründə əmələ gətirdiyi ciddi mütərəqqi
təbəddülatla, öz mübarizəsinin doğruluğunu təsdiq edən
faktlardan doğan böyük inamla bu sahədəki işini ardıcıl şəkildə
davam etdirmişdir. Jurnalın 1906-cı il birinci nömrəsində
Peterburqdakı inqilabi hərəkata işarə edən «Sakitlikdir, qurd
quzu ilə otluyur», Türkiyədə Sultan Əbdülhəmidin despotizminə
istehza edən «Osmanlı hökuməti küçə ilə gedən vaxt öskürməyi
əhaliyə qadağan edibdir», İranda azadlıq ümidlərinin çox az
olduğunu göstərən «Təbriz camaatına hürriyyət müjdəsi verildi.
Belə ki sərbazların cigərçilik, qəssablıq və dilənçilik etməklərinə
dövlət tərəfindən maneçilik yoxdur» kimi «teleqraf xəbərləri»
şəklində verilmiş yığcam, lakin çox kəskin cümlələrin tənqid
obyektləri yaşı, təcrübəsi artdıqca «Molla Nəsrəddin»in satira
atəşinə daha çox tuş olmuşdur. Bunu yazıçının sonrakı qeydləri
də təsdiq edir. 1927-ci ildə yazdığı felyetonlardan birində
şahənşah bayramı münasibətilə İran şahını tənqid atəşinə tutan
ədib qeyd edir ki, «bu məqalə Tehrana gedib çatan kimi, yəqin
ki, yenə şah həzrətləri yapışacaq Moskvanın yaxasından». Buna
görə də o, şaha xəbərdarlıq üçün deyir: «Molla Nəsrəddin»i nə
Moskva yaradıbdır, nə də Şura hökuməti yaradıbdır. Bu, bitərəf
vərəqədir ki, iyirmi iki il bundan qabaq şahlar, sultanlar və krallar
ilə söhbət eləməyə adətkərdə olubdur» (268)
151
. Ədib məqaləni
«Vallah, nişi-əqrəb nə əz rəhi-kinəst» sözləri ilə bitirir. Bununla
da feodal və burjua hakimlərini fürsət düşdükcə sancmağın
«Molla Nəsrəddin» üçün bir vərdişə çevrildiyini, zəmanə
despotlarının jurnalın bu cür yazılarına çoxdan məruz qaldıqlarını
göstərir. Doğrudur, C.Məmmədquluzadə yuxarıdakı yazıda
yumşaldılmış şəkildə «söhbət eləmək» ifadəsini işlədir, lakin
«Molla Nəsrəddin»in sakit, məsləhət təriqi ilə söhbəti olma-
mışdır. Jurnalın şahlar, krallar, qolçomaqlar və özünü hakimi-
mütləq hesab edən hər cür hökumət məmurları ilə söhbəti
əksərən amansız olmuşdur. Fəaliyyətə başladığı ilk
nömrələrindən onu Şərq istibdadı, Şərqdə Nikolaydan geri
151
.
«
»
(
.
Рягямляр Ъ Мяммядгулузадянин Ясярляри нин Азярб ССР
-
,
ЕА нын няшри III
,
, 1967)
.
ъилд Бакы
сящифяляридир
264
qalmayan «hədsiz-hesabsız prinslər, xanlar, sultanlar, hakimlər
və məmurlar» maraqlandırmış, o bunların ifşasına öz
səhifələrində daha çox yer vermişdir. Sonralar ədib özü də lap
əvvəldən Şərq istibdadı ilə çox ciddi qarşılaşdığını bildirərək yaz-
mışdır: «…bizim qabağımızda dağ kimi duran istibdad Şərq
istibdadı və Şərq qaranlığı idi, şah və sultan istibdadı idi». (671)
«Molla Nəsrəddin»in yalnız sovet dövrü felyetonlarını
nəzərdən keçirdikdə
hakim, hökmran, məmur və çinovnik
anlayışlarını ifadə edən çox zəngin söz və ifadə sinonimliyindən
aydın olur ki, 20-ci illərdə – son dərəcə gərgin və təzadlı bir
şəraitdə mübariz jurnal beynəlxalq münasibətlər sahəsində öz
gücünü zəiflətməmiş, öz üslubu, öz ifadə tərzi ilə məzlum
xalqları oyatmağa, onların işinə kömək etməyə çalışmışdır. Buna
görə də müstəbidlərin, Şərqdə min illərlə hakimlik edənlərin
ifşasına jurnalda daha tez-tez rast gəlirik. Bunu ədib özü də
xüsusi qeyd etmişdir: «Məlumdur ki, «Molla Nəsrəddin»in ən bö-
yük nişangahı… əyan və əşrafla mübarizə və qolçomaqların qa-
bağını almaq idi». (705)
Jurnalın sovet dövrü felyetonlarında mütləq hakim,
hökmran, despot mənalarını ifadə emək üçün feodal şərqinin
tarixindən bələd olduğumuz padşah, şah, paşa, soltan kimi
terminoloji sözlərdən istifadə edilmişdir.
Padşah sözü felyetonlarda əksərən öz həqiqi mənasında –
monarx, mütləq hakim mənasındadlır: «O qədər təməllüq ki,
Sədi tərəfindən
padşahlara
olunur…» (86)
Əfqan padşahı
(346),
Əfqan padşahı həzrətləri
(349),
padşah həzrəti-aliləri
(349),
həzrət padşah
(349),
padşah cənablar
ı (349),
padşahın vüzərası
(349),
padşahın ziyarəti
(349),
islam padşahı
(346)
birləşmələrində də
padşah
sözü həmin mənadadır. Lakin bu
birləşmələrdə yazıçının tənqid hədəfi kimi seçdiyi Əfqan
padşahına satirik münasibət də var,
Tehran padşahları
(163),
Al-
baniyanın kal padşahı İskəndəri-seyyüm
(369),
Qərbi Avropanın
İskəndər padşahları
(369) birləşmələrindən göründüyü kimi,
başqa ölkələrin hakimləri də «Molla Nəsrəddin»in ifşa obyektlə-
rindən olmuşdur.
Qərbi Avropanın İskəndər padşahları
birləşmə-
sində
padşah
sözü «kral», «imperator», «prezident» sözləri ilə
sinonimləşir. Bu birləşmələrdə
padşah
sözünün bəzən təyini,
265
bəzən də sinonimi kimi işlənmiş
İskəndər
ədibin nəzərində
zorakılıq, zalımlıq mənalarının ifadəçisidir. Əsrimizin
iskəndərlərini ifşa etmək üçün ədib «İskəndəri-kəbirlər» adlı
ayrıca bir felyeton da yazmışdır. Felyetonda İskəndərin fə-
aliyyətindəki zorakılıq azadlıq mücahidlərinin qanını tökən bəzi
hökumət başçılarının hərəkətinin obrazlı təsviri üçün əsas götü-
rülmüşdür. «İndiki əsrin İskəndəri-kəbirləri qədimki iskəndərlərə
bir təpik də hələ vurublar» deyən yazıçı Rusiyada və Qərbi
Avropanın kapitalist ölkələrində burjua-kapitalist hakimiyyətini
saxlamaq üçün hədsiz qanlar töküldüyünü, adi insani hüquqlar
uğrunda mübarizə aparan saysız insanların məhv edildiyini və bu
sahədə zəmanə iskəndərlərinin böyük rolu olduğunu göstərərək,
Rusiyanın taclı iskəndərləri ilə bərabər, Avropanın mürtəce
hökumət başçılarını da ittiham edir: «Qərbi Avropanın
İskəndər
padşahlarından
başlamış,
Rusiyanın üç nəfər taclı İskəndəri
öz
taclarını əldən buraxmamaq yolunda o qədər azadlıq mücahid-
lərinin qırmızı qanını axıtdılar və o qədər mücahid boğdurdular
ki, İskəndəri-kəbir o qələti eləməmişdi». (369) İlk faşist dövlət
başçılarından Mussolininin əli ilə hakimiyyətə keçmiş Əhməd
Zoğu oğlu, yaxud ədibin dediyi kimi,
Albaniyanın kal padşahı
İskəndəri-seyyüm
bu sahədə xüsusi qeyd edilmişdir.
Cəlil Məmmədquluzadə felyetonlarının mühüm xüsusiyyət-
lərindən biri müxtəlif hadisələri ədibin bir felyetonda məharətlə
əlaqələndirə bilməsidir. Məsələn, ədib həmin felyetonunda əsl
İskəndərdən geri qalmayan zəmanə iskəndərlərini – Qərbi
Avropanın bir sıra hakimlərini ifşa etməklə yanaşı,
İskəndər
sözünü həm də zorakılıq, güclülük, zorbalıq, xuliqanlıq kimi
mənalandırmış, buna görə də Biləcəri dəmiryol stansiyasında
növbətçilik edən Aleksey Raxmanini, vaqon gözətçisinin üstünə
hücum çəkib təhqir etdiyi üçün
dəmiryol İskəndəri-Zülqərneyni
,
Car mahalındakı Dar-doqqaz kəndindən olan dörd nəfər
komsomolçunu toyda keflənib adam öldürdüklərinə görə
Dar-
doqqaz İskəndərləri
(370) adlandırmış, saf meyvələr içərisində
«çürük-mürük meyvələr» də olduğunu göstərərək, belə komso-
molçuların varlığına təəssüf etdiyini bildirmişdir. Beləliklə,
zəmanəmizin İskəndəri-kəbirləri
ifadəsi bu mənada dolayı yolla
padşah
sözü ilə əlaqələndirilməklə qroteskdən istifadə edilmişdir.
266
C.Məmmədquluzadə bəzi söz və ifadələri ədəbi dildəki
məlum mənalarında işlətməklə kifayətlənməmiş, onlara satirik
dildə əlavə mənalar vermişdir. Məsələn:
padşah
sözünə sinonim
kimi bir sıra başqa sözlərdən istifadə etməklə bərabər, həm də
bu sözün özünü başqa mənalarda işlədə bilmişdir. Belə ki
padşah
əvəzinə
allahın kölgəsi
ifadəsi ilə yanaşı, felyetonlarda
«allah» mənasında
padşah
sözünə də rast gəlirik:
yerin, göyün,
dünya və axirətin padşahı
(182),
rəhim və adil bir padşah
(182).
Allah
və
padşah
məfhumları ədibin nəzərində eyni olub, yalnız
məkanca fərqlənir: «Degilən allah-təala birdir, göylərdə onun adı
allahdır
, yerlərdə onun adı
padşahdır
və Şəki müsamirəsində
«Şəki fəhləsi»nin rəvayətinə görə onun adı
«bir nəfər
»dir. (314)
Buradan bir cəhət də aydın olur ki, bütün ixtiyarı əlinə toplayıb,
mütləq hakim kimi hərəkət edən adi idarə müdiri də özünü
padşah saya bilərmiş: «Xub, o – Şura hökumətidir. Amma mən
də bu kredit cəmiyyətində
müdirəm
, yəni
padşaham
». (261) Bəzi
mətbəə müdirlərinin
mətbəə padşahları
, kənd qolçomaqlarının
kəndin
padşahı
adlandırılması da bu qəbildəndir.
Padşah
sözü ruhani, molla mənasında da səciyyəvidir: Avam
camaat üzərində istədiyi kimi hökmranlıq edən ruhanilərin
yer
üzünün
əmmaməli padşahları
(362) şəklində təsviri satirik dil üçün
münasib və təbiidir.
Padşah
sözünə yaxın mənalı sözlərdən biri da monarxın
titulunu, rütbəsini bildirən
şah
sözüdür. Bu söz İran
Azərbaycanının istiqlaliyyət tərəfdarlarının qatı düşməni olan
Əhməd şah və onun həmkarlarından bəhs edən «İran işləri»
felyetonunda müxtəlif sözlərlə əlaqədə daha çox təkrar
olunmuşdur. Felyetonda Əhməd şahın tərəfdarları kəskin söz və
ifadələrlə qamçılanmışdır.
Şahın tərəfdarları
(159),
şahın valisi
(159) ifadələri ilə yanaşı, mühərririn nifrətini əks etdirən
şahın
gədaları
(159),
şahın Təbrizdəki gədaları
(160) və bunlara
sinonim kimi,
İran qazakları, qazakxana zabitləri
ifadələri də
Şərq istibdadını ifşa edir. Əhməd şahın tərəfdarlarından Mirzə
Təqi Həriri və Bəsirüssəltənənin cinayətkar fəaliyyəti xüsusi
nəzərə çarpdırılmış, Həriri
gorbagor
(159) sözü, Bəsirüssəltənə
isə
Azərbaycan Bismarkı
(160) kimi kəskin ifadə ilə
damğalanmışdır. Şahın özünə də ədibin qatı istehzası aydın hiss
267
olunur. Bunu Əhməd şahı
allahın bir azarsız bəndəsi
(163)
adlandıran ədibin hər bir kəlməsindən duymaq mümkündür.
Ümumiyyətlə, feodal-şahlıq quruluşunu görməyə gözü olmayan
C.Məmmədquluzadə ötəri şəkildə hər hansı bir şahdan bəhs et-
dikdə də ona satirik münasibətini bildirmişdir. Məsələn, Əfqan
padşahının Avropaya səfəri münasibətilə xatırladığı Nəsrəddin
şah haqqında işlətdiyi
şah həzrətləri
(356),
rəhmətlik Nəsrəddin
şah
(355),
şəhid Nəsrəddin şah
(355) ifadələri satirik mətn
daxilində kinayə, lağ, dolama mənaları ifadə edir. Humanist ədib
Şərqdə yalnız şahların deyil, ayrı-ayrı varlı və vəzifəli şəxslərin də
minlərlə günahsız insanların qanını axıtdığını satiranın acı dili ilə
təsvir etmiş,
Nikolay hökumətinin İran Azərbaycanında sağ əli
adlandırdığı Şücaüddövləni yüzlərcə iranlı başı kəsdiyi və
minlərcə günahsız insanın evini dağıtdığı üçün
pəhlivan, əjdaha,
məlun, cəllad, qövməz-zalimin
kimi söz və ifadələrlə
qırmanclamışdır. Bu söz və ifadələrin bəziləri İran rəiyyətlərinin
qanını tökməkdə Şücaüddövlədən geri qalmayan Rəşidül-məma-
likə də aiddir. Felyetonda satirik ədibin üslubuna məxsus bir
cəhət də aşkara çıxır. Bu da ədibin əks anlayışları ya bilavasitə,
ya da dolayı yolla qarşılaşdırması, müqayisə etməsi üsuludur ki,
bu prosesdə sanki obrazın üzündəki niqab götürülür, onun əsas
siması görünür. Məsələn, ədib yuxarıda qeyd etdiyimiz iki şəxsi
əvvəlcə «iki mötəbər qonaq» adlandırır. Oxucu bu sözləri həqiqi,
ciddi mənada qəbul edə bilər. Çünki sonrakı sözləri oxumadan
bu sözlərdəki kinayə hiss olunmur. Bir-iki cümlə oxuyan kimi
ədibin elə ilk cümlədən «əksinə söyləmə» üsulundan istifadə
etmiş olduğu bilinir. Bu cür başqa misallar da qeyd etmək olar.
Məsələn, Rasputin ilə əlaqədar əvvəlcə
Rasputin kimi bir fazil
(257), bunun ardınca
Rasputin kimi bir lotu
(257) ifadəsinə rast
gəlirik və əvvəlki ifadənin kinayə ilə işlənmiş olduğuna şübhə
qalmır. Qeyd etməliyik ki, C.Məmmədquluzadə Rasputini
Nikolaydan bəhs etdiyi felyetonda, Nikolaydan danışarkən
xatırlamalı olmuşdur. Nikolayın özündən bəhs edərkən lağ və
dolama mənasında olan
Nikolay dayıoğlumuz
(70),
Nikolay dayı
(80) ifadələri ilə yanaşı,
Nikolay kimi axmaq
(257),
o sarsaq
(218),
Nikolay kimi bir əqli yox bəndeyi-xuda
(258),
qaniçici Nikolay
(251) və
s. ifadələrlə daxili qəzəbini daha aydın ifadə etmişdir.
268
«Molla Nəsrəddin»in baş məqalələrində bu və ya digər
münasibətlə soltanlardan, xəlifələrdən, krallardan da
danışılmışdır. Jurnal şahlara, soltanlara, krallara itaət haqqında
köhnə fəlsəfəyə, dini kitabların kütləni mübarizədən çəkindirən
tələblərinə gülmüş, istifadə etdiyi terminoloji sözləri satirik məna
ilə dolğunlaşdırmışdır: «Bircə bu kifayətdir ki,
şahlara, soltan
və
krallara
itaət etməyi allah-təala cəmi kitablarında buyurubdur».
(192)
İngilis kralının və İngiltərə dövlət başçılarının siyasi
hiylələrini dərindən başa düşən, onların Şərqə aid siyasətini
nifrətlə pisləyən görkəmli jurnalist öz felyetonlarında bu siyasətin
ifşasına geniş yer verdiyi kimi, mürtəce siyasətçilərin özlərinə də
satirik dil üçün müvafiq ifadələrlə müraciət etmişdir. Kral, dövlət
başçısı Çemberlen və lordlar haqqında rast gəldiyimiz
ingilis kralı
(192),
Çemberlen rəfiqim
(275),
İngiltərə lordları
(114),
ingilis
parlamanının üzvləri
(469),
İn-giltərə vəzirləri
(114) və s. zahirən
neytral görünən ifadələrlə yanaşı,
ingilis hökumətinin başında
oturanlar
(469),
həzrət İsa Əleyhüssəlamın Londonda xəlifəsi
ingilis kralı
(193),
ingilis peyğəmbəri Çemberlen
(283),
İngiltərə
cahangirləri
(114),
İngiltərə əngəlləri
(114),
ingilis dünyagirləri
(118),
cahangir düşmənlər
(118),
hərif
(469),
ingilis buğaları
(402) və s. açıq subyektiv-satirik münasibət əks etdirən söz və
ifadələr ədibin İngiltərə siyasi xadimlərinin Şərqdə fırıldaqlarına
qarşı dərin kinayə və qəzəbinin qüvvətli təzahür
vasitələrindəndir. Zahirən həqiqi mənada başa düşülə bilən
bizim dostumuz, yəni Şərqin dostu ingilislər
(437) birləşməsində
də böyük kinayə vardır.
Ədibin felyeton dilində
hakim, ağa, bəy, məmur, çinovnik,
naçalnik, nepman
sözləri də maraqlı satirik-üslubi məqamlarda
işlədilmişdir.
Məmur
və
çinovnik
sözləri köhnə quruluşa aid məfhumları
ifadə edir. Jurnalın baş məqalələrində
məmur
sözünə bu
mənada bir neçə dəfə rast gəlmək mümkündür:
Tehran
hökumətinin Azərbaycan məmurları (216), hökumətlərin baş
məmurları və sansorları
(347),
çar hökumətinin məmuru
(187)
və s. Satirik ədib sözün məna imkanlarından istifadə edərək,
sovet idarələrindəki bir sıra əliəyri, rüşvətxor, öz mənafeyini
269
güdən vəzifə sahiblərini də bu ad altında ifşa etmişdir. Məsələn,
çəyirtkə məmurları
(13) dedikdə, dövlətin hədsiz pullarını mə-
nimsəyərək, təsərrüfat zərərvericiləri ilə mübarizədə heç bir iş
görməyən şəxsləri diqqət mərkəzinə qoymuş,
xainlər, dişləri
şirəyə batan köhnə çəyirtkəçi, torpaq komissarlığının qanı soyuq
heyəti
(13) kimi mətn sinonimləri ilə hadisəyə münasibətini daha
ətraflı ifadə edə bilmişdir;
bir
para məmurlar
(335),
pambıq
məmurları
(335),
köşk məmurları
(384),
milis məmuru
(145),
hifzi-səhhə məmuru
(175) və s. birləşmələr də sovet idarə və
təşkilatlarına soxulmuş yaramaz vəzifə sahiblərinə satirik
münasibətlə bağlıdır. Felyetonlarda
məmur
sözünün əsas
sinonimi
çinovnik
sözüdür.
Danabaş kəndində cövlan edən
çinovniklər
(135),
Nikolay dayının çinovnikləri
(381)
birləşmələrində
çinovnik
sözü «çar məmuru» mənasındadır.
Sovet idarələrindəki bəzi qulluqçuların tutduqları vəzifəyə əslində
yaramadıqlarını bildirmək üçün ədib
məmur
sözü ilə yanaşı, bu
sözdən də istifadə etmiş, məsələn, oruc tutan bəzi sovet qul-
luqçularını
çinovnik
(325) adlandırmışdır.
Keçmiş quruluşla, feodal cəmiyyəti ilə bağlı olan
vəzir, vəkil
sözləri də satirik üslubda əlavə mənalar qazanmışdır.
Vəzir
sözünə həqiqi mənada
təzə rəisül-vüzəra
(10) birləşməsi
tərkibində, cəm şəklində rast gəlirik. Başqa hallarda bu söz əlavə,
məcazi mənalardadır. Məsələn, Tiflis – Bakı dəmir yolunu əlahiddə
və müstəqil bir hökumət kimi təsvir edən və bu «hökumət»in
köhnə feodal-şahlıq hökumətinə bənzədiyini göstərən ədib qatar
rəislərini
baş vəzir
(19), konduktorları
qeyri vəzirlər
(19)
adlandırmış, dolayı yolla onları keçmiş vəzirlərlə müqayisə
etmişdir. Dəmir yolu məsələlərindən bəhs edən felyetonlarda
qa-
tar rəisi, naçalnik poyezda
və
baş vəzir
birləşmələri sinonim kimi
işlədilmişdir. Baş vəzirdən geri qalmayan «qeyri vəzirlərin» -
vaqon bələdçilərinin tənqidinə ədib daha geniş yer vermiş,
kon-
duktor
sözünün bir sıra kontekstual sinonimlərindən istifadə
etmişdir: v
aqon rəisi, kəndlinin dilini bilməyən bir adam
(231),
vaqon naçalniki
(232),
vaqon müdirləri
(282) və s.
C.Məmmədquluzadə özü demişkən, bunlar hələ «səhldir».
Konduktor
sözünün
vaqon naziri
(416),
vaqon hakimləri
(282),
fanarlı hakim
(283),
fanarlı bir Şümür
(283) kimi daha kinayəli
270
ifadəçiləri vardır. Bunlardan sonuncusunda çiyni xurcunlu
kəndliləri vaqona buraxmayan konduktorlar imam Hüseyni qətlə
yetirən Şümürlə müqayisə edilmişdir.
Vəzir
sözünə tamamilə başqa mənada – «peyğəmbər»
mənasında da rast gəlirik. Allahla padşah arasında fərq
görməyən ədib, peyğəmbər mənasında allahın da vəzirləri
olduğunu qeyd edir və allaha müraciətlə yazır:
«Sənin böyük
məmləkətində neçə-neçə vəzirlərin və ministrlərin var ki, camaat
arasında onlara peyğəmbər deyirlər»
(182) Kinayə ilə işlənmiş
vaqon naziri
birləşməsində
nazir
sözü «bələdçi» mənasındadırsa,
rus dilindən alınmış
ministr
sözü «peyğəmbər» mənasındadır.
Müxtəlif dillərə məxsus
nazir
və
ministr
sözlərinin peyğəmbər
mənasında işlədilməsi yazıçının dinə satirik münasibətindən irəli
gəlmişdir.
Felyetonlarda bəzi birləşmələrin tərkibində
vəkil
sözünə də
təsadüf edilir:
millət vəkilləri
(63),
qəzet və jurnal idarələrinin
qəza vəkilləri
(211),
Molla Nəsrəddin əminin qəzalarda vəkilləri
(440) və s. Bunlardan birincisində
vəkil
deputat mənasındadır.
Bu söz «Ticarət» felyetonunda işlənmişdir: müəllif İranda
məclisə millət vəkillərinin pul ilə seçildiyini qeyd edərək,
onlardan birini vəkil seçilmək üçün sərf etdiyi pulun miqdarına
görə «
100 000 üssəltənə»
adlandırmışdır. Sonrakı birləşmələrdə
bu söz redaksiya nümayəndəsi, müxbir mənasında olub, yeni
məna verilmiş köhnə sözlərdəndir.
C.Məmmədquluzadə satira dilində köhnəlmiş sözlərlə
yanaşı, yeni sözlərin məna imkanlarından da ustalıqla istifadə
etmişdir. Bu cəhətdən «Molla Nəsrəddin»in publisistika dilində
çox təkrar olunan terminoloji sözlərdən biri
ispalkom
sözüdür:
kənd ispalkomları
(44),
qəza ispalkomu
(73),
nahiyyə və kənd
ispalkomları
(74),
dairə ispalkomları
(365),
stansiya ispalkomu
(20),
çox məzəli və gülüncə layiq olan ispalkom dadaşlar
(74) və
s. Satirik ədib Sovet hakimiyyətinin ilk illərində öz vəzifələrindən
istifadə edərək varlanmağa çalışan bir sıra idarə işçilərini, qəza,
nahiyyə, kənd ispalkomlarını kəskin satira atəşinə tutmuşdur.
Çox məzəli və gülüncə layiq olan ispalkom dadaşlar
ifadəsi də bu
münasibəti aydın göstərir. Ədibin satirik məqalələrində
ispalkom
sözü ilə
şura sədri
birləşməsi sinonim kimi işlədilmişdir. Bunu
271
ispalkom Qurbanov dadaş
,
152
şura sədri Əkbər Qurbanov
bir-
ləşmələrindən də görmək olar.
Sonu
kom
ünsürü ilə bitən
voyenkom, ukom, zemkom
sözləri də müəyyən idarə və təşkilat adı deyil, idarənin, təşkilatın
rəhbəri mənasındadır: «…padvodu bir gün
ispalkom
istəyir, bir
gün milis naçalniki istəyir, bir gün
voyenkom
istəyir, bir gün
ukom
istəyir, bir gün palitbüro istəyir, bir gün
zemkom
istəyir…»
(33) «İspalkom imtahanı» felyetonunda «qəza ispalkomlarının
şücaətini» ardıcıl ifşa etməyi məsləhət görən ədib bəzi «məsul
işçi»lərin əliəyriliyini, rüşvətxorluğunu, ictimai mülkiyyətə
xəyanətini aşkara çıxarmaq üçün bütün idarə rəhbərlərini
nəzarətdə saxlamağı öz müxbirlərinə tapşıraraq göstərir ki, qəza
və kənd ispalkomlarından sonra ifşa növbəsi «…ukomların, zem-
komların və qeyri-qeyri komlarındır». (74)
Sovet dövrü felyetonlarındakı
məsul katib
(40),
məsul xid-
mətçilər
(133),
məsul işçi
(134),
məsul işçi yoldaş
(185),
şura
xidmətçiləri
(133),
qəza işçiləri
(133),
kənd qulluqçuları
(133),
kənd xadimləri
(133),
kəndistan işçiləri
(133),
idarə qulluqçuları
(188),
zirdəst idarə qulluqçuları
(430) və s. birləşmələr də kinayə
və istehza mənasına malikdir: «Dizə kəndinin
məsul katibi
piyada Kərbəlaya gedir…» (40) «Keçən il bir
məsul işçi yoldaşa
qəzaya xidmət üçün getməyi təklif etdikdə həmin
məsul işçi
yoldaş
üç gün ağlamışdı». (185) «Zaqatalada bir
məsul işçi, özü
də çox böyük bir məqam sahibi
bayram bəhanəsilə o qədər içib
keflənib ki… övrətlərə sataşıb» (270) və s. Cibində «məsul işçi
kağızı» olan bəzi şəxslərin qatarla yol getmək üçün «kasıb-kusu-
ba» imkan vermədiyini göstərən ədib qeyd edir ki, xüsusi bir
«məsul işçi qatarı» yaradılsa idi, «qeyri-məsul bəndələr də» qa-
tardan istifadə edə bilərdilər. Buradakı
məsul işçi kağızı, məsul
152
,
Мялумдур ки испалком
«
сюзц яслиндя исполнительный
комитет»
, «
»
.
сюзляриндян олуб иъраиййя комитяси демякдир Лакин
«
»
ъанлы данышыг дилиндя бу сюз иъраиййя комитяси сядри
;
мянасында да ишлядилир йазычы да сюзцн щямин мянасындан
.
истифадя етмишдир
272
işçi qatarı,
qeyri-məsul bəndələr
ifadələri yeni quruluşun verdiyi
hüquqların pozulması hallarına ədibin etirazını bildirir.
Müdir
və
direktor
sözləri «Molla Nəsrəddin»in satira dilində
mühüm yer tutur. Jurnalın baş məqalələrində «60 nəfəri bir
torba torpaqlı kişmişlə doyuran müdir» (52), «türk dili bilməyən
maarif müdirləri» (56), «təzəlikdə Marsdan yer üzünə düşmüş
qəzetin müdiri» (119), «müdir cənabları» (119), hökumət
pullarını ələ keçirmək üçün yalançı kredit siyahıları düzəldən «su
təsərrüfatı işlərinin baş idarələrinin müdirləri» (330), «eşqbazlıq
nümayişləri» ilə səhnəni doldurub uşaq tamaşalarına laqeyd
münasibət bəsləyən «teatr müdirləri», «teatr sahibləri» (120),
«böyük yerdə iclası» olan, günlərlə öz yerində tapılmayan «baş
müdirlər» (277), «yer allahları» (439), çətinə düşən kimi «canı
cəhənnəmə» deyən «Naxçıvan ölkəsi müdirləri» (448), «idarə
başında duran bir para allahlar» (396), «vahid müdir cənabları
və qolçomaq direktorlar» (457), öz işini «köhnə direktorların
ağalığı»na bənzədən «zavod və fabrik direktorları» (456), iş
bacarmayan «yuxardakılar» (50), «kəmtəcrübə işçilərimiz»
(134), dostbazlıq edən «böyüklər» (198), sanki bəzi idarələrin
özbaşınalığını görməyən «milliləşdirən üzvlər» (21), kəndlilərin
qoşqu heyvanlarını özü üçün işlədən «ərzaq komissarı» (33),
dindar «zəhmət komissarı yoldaş» (79), papaq qoymağı
qadağan edən «maarif komissarı yoldaş» (385), teatrın və
mətbuatın xərclərini azaldan «məsarif heyəti» (37) və s. və
başqaları da böyük satirikin kəskin qələmi ilə ifşa və tənqid hədə-
finə çevrilmişdir.
153
153
.
Ъ Мяммядгулузадя
мяркязи контрол комисйону цзвц (270),
гатар мцфяттиши (370),
милис няфярляри (306),
милис няфяраты (306),
милис ряиси (306),
милис хидмятчиляримиз (306), щюкумят
милисляри (85)
,
бирляшмялярини ясасян ъидди планда ряьбятля
.
ишлятмишдир Лакин Ъянуби Азярбайъан щяйатындан бящс
едяркян ажанлар (11)
,
сюзцнц ишлятдийи кими кяндлиляри
юзляринин фярди тясяррцфатында ишлядян вязифяли шяхсляри
аьалар (104),
онларын ямрини йериня йетирян милисляри ися
стражникляр (104)
.
адландырмышдыр
273
|