2. Xəbər budaq cümləsi. Budaq cümlənin bu növü həm
asindetik, həm də analitik yolla düzəlmişdir:
M i r z ə B a y r a m:
Əmma ağadan təvəqqəm budur,
əgər iltifatınız olsa, bəndəyə bir yabı əta eliyəsiniz
. (13) S ü l e y
m a n b ə g:
Mənim sizə vəsiyyətim budur ki, dedigim sözləri
atana yetirəsiniz…
(45) M ə ş ə d i C ə f ə r:
Bizim şərtimiz budur
ki, hər dəfə sana on manat verim.
(22) A s l a n b ə g:
Səndə
217
təqsir odur ki, uşaq vəqtində fəqiri haq yerə, nahəq yerə o qədər
dögdin ki, axırda sırtaldı…
(15) və s.
Bu mürəkkəb cümlələrdə əvvəlcə baş cümlə, sonra xəbər
budaq cümlələri işlənmiş və baş cümlələrin xəbəri «budur»,
«odur» sözləri ilə ifadə olunmuşdur. Bunlar
ki
bağlayıcılı analitik
cümlələrdir.
3. Tamamlıq budaq cümləsi. Ədəbi dilimizin yazılı
qolunda olduğu kimi, canlı danışıq dilində də tamamlıq budaq
cümləsi çox işlədilir. Bu hal özünü pyesin dilində də göstərir.
Məsələn:
N ə c ə f b ə g:
Budur, sana buyururam, gərək bu gün
İmamverdinin qızı qayıtsın atrasının evinə
. S ə l i m b ə g:
Ağşamdan yüzbaşını çağırıb tapşırırdım, sabah ava gedəcəgəm.
(9) N a z l ı x a n ı m:
Mən bilirəm, təqsir mənim kişimdədir
(30)
və s.
Bu misallarda əvvəl baş cümlələr, sonra tamamlıq budaq
cümlələri işlənmişdir. Mübtəda və xəbər budaq cümlələrində
olduğu kimi, burada da baş və budaq cümlələrin arasına «ki»
bağlayıcısını artırmaq olur. Lakin «ki» bağlayıcısı olmadan da bu
cümlələrin tamamlıq budaq cümləli mürəkkəb cümlələr olduğu
asan dərk edilir. Bizcə, belə cümlələrdə «…I komponentlə II
arasında
ki
bağlayıcısının düşdüyünü təsəvvür etmək
lazımdır»
146
fikri doğru deyildir, çünki bağlayıcısız konstruksiyalar
ilkindir, birincidir, «ki» bağlayıcılı cümlələr isə sonrakı hadisədir,
ikincidir.
Pyesdəki bağlayıcısız tamamlıq budaq cümlələrinin bir
qismi vasitəsiz nitq şəklində qurulmuşdur. Məsələn:
S ü l e y m a n b ə g: Soruşdum:
«A kişi, heç əməlli
bildirçinin varmı?»
(39) N ə c ə f b ə g:
Deyim «bacı, pulum
yoxdur?»
(34) S ü - l e y m a n b ə g:
Soruşdum: «A
Qaraqazan oğlu, haradan gəlirsən?»
(39)
Həm bu cümlələrdə, həm də bir çox başqa asindetik
tamamlıq budaq cümlələrində baş cümlə əvvəl, budaq cümlə
146
.: . .
Бах Я А б д у л л а й е в Мцасир Азярбайъан дилиндя табели
,
, 1964,
.136.
мцряккяб ъцмляляр Бакы
сящ
218
sonra işlənmişdir. Lakin elə cümlələr də vardır ki, əvvəlcə budaq
cümlə işlənmiş, baş cümlə sonra gəlmişdir. Məsələn:
N ə c ə f b ə g:
… nə deyirəm ona qulaq as
. (14)
Bu cümlədə «nə deyirəm» budaq, sonrakı hissə baş cümlədir.
Belə cümlələrdə budaq cümlədən sonra şərt şəkilçisi formal əlamət
kimi işlənə bilir və budaq cümlənin məzmununa az da olsa şərt
çaları verir.
147
Ədib danışıq dilində xüsusi intonasiya ilə tələffüz edilən
mürəkkəb cümlələri surət dilində olduğu kimi verdiyi üçün çox
vaxt baş və budaq cümlələr arasında durğu işarəsi də
işlətməmişdir. Məsələn, pyesdə belə bağlayıcısız tamamlıq budaq
cümlələri çoxdur:
«Bir azdan sonra görərsən olub-qalanın
hamısını uduzub qaldı lat-lüt».
(36)
Pyesdə analitik tamamlıq budaq cümlələri də işləkdir.
Bunların tərkib hissələri «ki» bağlayıcısı ilə əlaqələndirilmişdir.
Bunların içərisində vasitəsiz tamamlığın suallarına cavab verənlər
əsas yeri tutur. Məs.: «ki» bağlayıcısı ilə düzəlmiş 20 tamamlıq
budaq cümləsindən 17-si vasitəsiz tamamlığın suallarına cavab
verir:
S ü l e y m a n b ə g:
Aləm bilir ki, mən bildirçinbazam
.
(39)
N a z l ı x a n ı m:
Bilürsən ki, hər nə var idi hamısı əldən
gedüb.
(30)
Ə b d ü l:
Əhvalpürsanlıqdan sonra dedi ki, pəs çay almağa gəlüb
(57) və s.
Qeyd edildiyi kimi, belə cümlələr çoxdur və bunların,
demək olar ki, hamısında budaq cümlə baş cümlədə olmayan
tamamlığın əvəzində işlənmişdir. Baş cümlədə işlənmiş tamamlı-
ğı izah edən:
«Əlacım o n a qalubdur ki, həmişəlik göndərim
kəndə...»
(15) tipli cümlələr çox azdır.
Bəzən baş cümlə ilə budaq cümlə arasına ara cümlə daxil
olmuşdur:
N a z l ı x a n ı m:
Razı olma ki, bir kişinin nəslidirlər, ac
qalsınlar.
(30)
147
. . .
А Н К о н о н о в Грамматика современного турецкого
.
.
, .- ., 1956,
.582.
литературного языка Изд АН СССР М Л
сящ
219
Burada «Razı olma» baş, «ac qalsınlar» budaq, «bir kişinin
nəslidirlər» hissəsi isə ara cümlədir.
4. Təyin budaq cümləsi. Pyesdə təyin budaq cümləsinin
analitik tipi daha rəngarəngdir. Buna baxmayaraq, asindetik
təyin budaq cümlələri də işlənmişdir. Məsələn:
S ə l i m b ə g
: Ax, bir adam olaydı, keçən günləri geri qaytaray-
dı
… (10)
Bu cümlədəki «Ax, bir adam olaydı» hissəsi baş, «keçən
günləri geri qaytaraydı» isə təyin budaq cümləsidir. Yazılı ədəbi
dildə belə cümlələrdə tərkib hissələr arasında bağlayıcıdan əlavə,
baş cümlədəki «bir» sözündən əvvəl «elə» sözü də işlədilir.
Analitik təyin budaq cümləsi baş cümləyə «ki» bağlayıcısı
və tabeedici intonasiya ilə bağlanmışdır. Budaq cümlə baş
cümlədəki təyinlənən ismə ya bilavasitə, ya da bilvasitə aid olur.
a) baş cümlədə təyinlənən ismin əvvəlində heç bir
təyinedici söz - qəlib iştirak etmir, buna görə də budaq cümlə
həmin ismə bir növ bilavasitə aid olur;. məsələn:
Ə b d ü l:
Mən burada neçə adamlar tanurdım ki, pulı
kürək ilə yığurdılar
… (55)
b) baş cümlədə təyinlənən ismin əvvəlində təyinedici söz
olur, budaq cümlə həmin sözün məzmununu açmaq və izah
etməklə – dolayı yolla təyinlənən ismin məzmununu
genişləndirmiş və əlavə məlumat vermiş olur. Baş cümlədəki
təyin olunan ismin əvvəlində müxtəlif qəlib sözlər ola bilir.
1. Budaq cümlə baş cümlədəki «elə» sözünü izah edir:
İ s m a y ı l:
Rəhmətlik oğlı, elə söz danışırsan ki, üç
yaşında uşaq danışmaz…
(58)
2.Budaq cümlə baş cümlədəki «haman» sözünün
məzmununu açıb konkretləşdirir:
İ s m a y ı l:
Bu, Nəcəf bəgin evidir, haman kimsənənin
evidir ki, Cavad onun qapusında qab-qaşıq yalıyurdı
. (56)
3. Baş cümlədə «o» işarə əvəzliyi işlənir, budaq cümlə onun
məzmununu konkretləşdirir:
N ə c ə f b ə g:
Bədbəxt bən o kəsə deyərəm ki, bu beş
qara güni ləzzətü damağ ilə keçirib baş gora aparmıya
. (5)
Budaq cümlə baş cümlədəki qeyri-müəyyənlik bildirən «bir»
sözünə aid olur:
220
İ s m a y ı l:
Yoq ölmübdür, amma bir günə düşübdür ki,
görsən qan ağlarsan.
(56)
Göstərilən misallarda baş cümlələr əvvəl, budaq cümlələr isə
sonra işlənmişdir.
Pyesdə elə təyin budaq cümlələri də vardır ki, bunlara
danışıqda nadir hallarda təsadüf olunur. Belə cümlələr rus dili
sintaktik qaydalarına uyğun gəlir. Məsələn:
N a z l ı x a n ı m:
İndi Nəcəf bəg, səni and verirəm o bir
allaha ki bizim üstümüzdədir, sən də bizim biabruçılığımıza razı
olma
. (31)
5. Zərflik budaq cümlələrinin pyesdə işlənmiş əsas
növləri tərzi-hərəkət, zaman, kəmiyyət, səbəb, məqsəd budaq
cümlələridir.
Tərzi-hərəkət budaq cümləsinin ancaq analitik tipindən
istifadə edilmişdir ki, burada budaq cümlə baş cümlənin feli
xəbərinə aid olan «elə» sözünün mənasını izah edir:
N a z l ı x a n ı m:
Nəcəf bəg, qurbanım olum, bənim bu
ağarmış başıma rəhm elə, mənim bir bölük balalarıma rəhm elə,
elə elə ki, mənim bu quru nəfəsim, quru canım həmişə sana
duaçı olsun.
(30)
Zaman budaq cümləsi əsərdə az işlənmişdir. Budaq
cümlə baş cümləyə intonasiya ilə bağlanmışdır:
H ə m z ə b ə g:
Biri bir əhməq söz dedi, gərək bunlar da
oturub ona əhməq-əhməq gülələr
. (12)
A s l a n b ə g:
Sonra bir pis iş görəndə ki yüzinə bir az
əgri baxdın, o saət dutdığı işin qəbahətini anlıyub, o işi bir də
dutmaz.
(16)
Pyesdə zaman budaq cümlələri əvəzinə, feli bağlama
tərkibləri daha çox işlənmişdir. Məsələn:
N ə c ə f b ə g:
Qədim əyyam yada düşəndə az
qalırsan quşu da urub öldürəsən…
(19) S ə l i m b ə g:
Sən
uduzanda pul verirdin, o uduzanda lopuq alırdın.
(16) S o n a
x a n ı m:
Ağzımızı açıb söz demək istəyəndə ağzımızın
üstündən ururlar ki övrətsən dinmə
. (24) S ə l i m b ə g:
İttifaqən qarğadan, quzğundan birisi qalxanda quşu bu-
raqursan dalınca…
(10) N ə c ə f b ə g:
İndi bana pul lazım
olanda özlərini çəküb dağın başına qoyurlar…
(48) N ə c ə f b
221
ə g:
Elə allah divanı yadıma düşəndə gəlib gözümün
qabağında durursan.
(61)
Pyesdə belə cümlələrin sayı 10-dan artıqdır.
Səbəb budaq cümləsi:
S ü l e y m a n b ə g:
Onda, mən ölüm, o sudan bir az ver
içim, tərif elədin təməhim düşdü.
(40) İ k i n c i a v ç ı:
İçmə,
başına dönüm, güllə dəgənə su zərərdi.
(46)
Yalnız intonasiya ilə qurulmuş bu mürəkkəb cümlələrdən
birincisində «Onda, mən ölüm, o sudan bir az ver içim» baş,
«tərif elədin təməhim düşdü» budaq cümlədir. Bu misalın
maraqlı cəhətlərindən biri də budur ki, budaq cümləsi səbəb-
nəticə əlaqəli tabesiz mürəkkəb cümlə şəklindədir. İkinci misalda
baş cümlə ilə («içmə») budaq cümlənin («güllə dəgənə su
zərərdi») əlaqələnməsində nidayi frazeoloji vahidin («başına
dönüm») də mühüm rolu vardır.
Analitik səbəb budaq cümlələri «ki», «bu üzrə ki», «çünki»
bağlayıcılarının köməyi ilə baş cümləyə bağlanmışdır:
İ k i n c i a v ç ı:
Sonra bizi də dərə-divana dartarlar ki
pəs siz Kərimin bunu girlədigini bilirdiniz niyə lazım olan yerinə
xəbər vermirdiniz?
(44) N ə c ə f b ə g:
…bu təməssüki
verirəm öz həmşəhrim Məşədi Cəfər mərhum Dadaş oğluna bu
üzrə ki, müşarileyhdən iki yüz manat məbləği-rusi qərz aldım.
(50) İ s m a y ı l:
İndi budur gözüni tiküb bu dört divara, istiyür
satsın alan yoxdur, çünki taxtapuş uçub, yağış, qar hər nə
yağırsa evin içinə yağır
. (56) N ə c ə f b ə g:
Əgər oğul-uşaq
üçün yığubsan bir əhməq əbəs işdir ki, görübsən, çünki ata malı
oğul-uşaq üçün bilmərrə lazım degil
. (5)
Məqsəd budaq cümləsinin də iki tipi – asindetik və
analitik tipləri pyesin dilində işlənmişdir:
N a z l ı x a n ı m:
Dünən yaxamın, ətəgimin qızıllarını
söküb vermişəm kişiyə aparsın satsın.
(30) İ m a m v e r d i:
Buraxın məni içəri girim.
N ə c ə f b ə g:
Çıx o bayquşu sal
eşigə, baş-beynimizi aparmasın.
(32) S o n a x a n ı m:
İki
qoyun qurban demişəm ki, aparım ocaqda kəsim…
(28) Ə b d ü l:
Yorulmuşdum, döndüm çayxanaya ki, bir-iki fincan qəhvə içim
.
(57)
222
Bu misallardan 1, 2 və 3-cüsündə asindetik məqsəd budaq
cümlələri verilmişdir. Həmin cümlələrdəki «içəri girim», «aparsın
satsın», «baş-beynimizi aparmasın» hissələri budaq, qalan hissələr
baş cümlələrdir. Sonrakı cümlələrdə tərkib hissələrin arasında «ki»
bağlayıcısı işlənmişdir.
Nəticə budaq cümləsi. Aşağıdakı misallarda baş
cümlələrdə ifadə olunan iş və ya hadisələr səbəb, budaq
cümlələr isə onların nəticəsi kimi meydana çıxır:
P ə r i x a n ı m:
Keçən cümə axşamı bizim Mərdan bəgin
təzi-yəsində o qədər ağlamışam, gözümdən bir Kürcək yaş
gedib
. (25)
N ə c ə f b ə g:
Əlacım kəsilir, oylə yol ilə rədd eliyirəm ki
üstümə bəd dua tökülür.
(34)
Şərt budaq cümləsi. Budaq cümlələr içərisində şərt
budaq cümləsi daha çox fəaldır. Pyesdə bunun həm asindetik,
həm analitik, həm analitik-sintetik, həm də sintetik növləri
işlənmişdir.
a) asindetik şərt budaq cümlələri:
N ə c ə f b ə g:
Mənim qapıma ayağın düşər, səni
itlən çıxardaram.
(36) S o n a x a n ı m:
Övrətsən, dinmə,
kişi deyənə bax, öl deyir öl, qal deyir qal, ururlar – səbr elə,
sögürlər – səbr elə.
(24)
b) analitik şərt budaq cümlələri:
İ s m a y ı l:
Əgər evində, cibində bir şey var, aləm sana
dostdır, elə ki yoxundır, düşmənin də sana düşməndir, dostun
da düşmən olur
. (58-59) N ə c ə f b ə g:
Əgər özün üçün
yığubsan, boğazın tikilsün, niyə yemiyürsən?
(5) H ə m z ə b ə
g:
Böylə ki duan müstəcəb olur, elə dua elə Nəcəfin pulını ud…
(20)
Birinci misalda budaq cümlə baş cümləyə «əgər», «elə ki»,
ikinci misalda «əgər», üçüncü misalda «böylə ki» bağlayıcı sözləri
və tabeedici intonasiya ilə bağlanmışdır. Bu cür cümlələrdə zaman
çaları da olur.
c) analitik-sintetik şərt budaq cümlələri:
M ə ş ə d i C ə f ə r:
Qoy bəglər oyunu qurtarsunlar, əgər
qalsa, baş üstə, qalmasa, gələrsən dükanda çatar.
(22) N ə c ə f b
ə g:
Əgər vədə tamamında borcumu əda etməsəm, girovdan
223
məyusəm.
(50) S ü l e y m a n b ə g:
Atasan bu dəfə dinmədim…
yoqsa bir də ursan əvəzində cavab elərəm.
(36)
ç) sintetik şərt budaq cümlələri:
Ə v v ə l i n c i c a v a n:
Süleyman bəg xəncərini versə
elə onunla qıra bilərik.
(41) Ə v v ə l i n c i a v ç ı:
Su
istəyirsə, vermə…
(46) N a z l ı x a n ı m:
Qurbanın olum,
mənim əlacım olsa, var-yoxumu satmaram
. (29) S ə l i m b ə g:
Nəcəf, mən ölüm, Tirmə sağalubsa, bir ava gedək...
(8-9) H ə m
z ə b ə g:
Həmişə donluq alub eyş-işrətdə dolanubsan isə yaxşı
qulluq edübsən, mərhaba!
(10)
-sa
şəkilçisi və
isə
köməkçi sözü ilə baş cümləyə
bağlanmış sintetik şərt budaq cümlələri 10-larcadır.
Pyesdə arzu şəkilçisinin və tabeedici intonasiyanın köməyi
ilə bağlanmış sintetiki şərt budaq cümlələrinə də təsadüf edilir:
A s l a n b ə g:
İndi onı kəndə göndərmiyüb,
Mazandarana göndərəsən, genə ondan adam olmaz.
(15)
Qarşılıq–güzəşt budaq cümləsi
.
Pyesdə bunun yalnız
analitik tipinə təsadüf edilir:
Ə v v ə l i n c i a v ç ı:
Yox, başına dönüm, biz avçıyıq,
səni yaxşı tanıyırıq, hərçənd sən bizi tanımıyursan.
(41) İ s m a y
ı l:
Hərçənd arvat məsəlidir, amma çox gögcək məsəldir.
(59) N
ə c ə f b ə g:
Mirzə, bağışlagilən, qulluğında biədəblik eliyürəm,
əmma adət eləmişəm, hərçənd pis adətdir…
(12)
Misallardan göründüyü kimi, budaq cümlələr baş cümləyə
«hərçənd» bağlayıcı sözü ilə bağlanmışdır. Sonrakı iki misalda
tərəfləri bağlamaqda «amma» bağlayıcısının da müəyyən rolu
vardır. Birinci və sonuncu misallarda komponentlərin yeri
dəyişmişdir.
Qoşulma budaq cümləsi. Pyesdə qoşulma budaq
cümləsinin yalnız bağlayıcısız tipinə rast gəlmək olur:
N ə c ə f b ə g:
…bir azdan sonra eşidərsən aləm
danışacaqdır ki, Nəcəf bəg Mirzə Bayrama at bağışlayıb, yabının da
adını qoyacaqlar ərəb atı, bu mənim dünya xeyirim. Elə ki
öldüm, bir sureyi-ərrəhman oxuyub xətm elər mana, ruhum olar
şad, bu da mənim axirət xeyirim…
224
Bu misalda budaq cümlələrin əvvəlində «bu da» sözləri iş-
lənmiş və onlar baş cümləyə tabeedici intonasiya ilə
bağlanmışlar.
Beləliklə, budaq cümlələrin pyesdə işlənmiş əsas tipləri bunlardan
ibarətdir.
Bəlkə də bu və ya digər budaq cümlənin qeyd olunmamış hər
hansı bir tipinə dair də pyesdə misal vardır, lakin ümumilikdə götür-
dükdə misallar göstərir ki, tabeli mürəkkəb cümlələr, əsasən, a s i
n d e t i k və a n a l i t i k üsullarla qurulmuşdur. Əgər analitik
budaq cümlələrin formalaşmasında iştirak edən bağlayıcıların
canlı danışıq dilində geniş yayılmış bağlayıcılar olduğunu nəzərə
alsaq, başqa dil vahidləri kimi, tabeli mürəkkəb cümlə
məsələsində də ədibin ümumxalq danışıq dilinə üstünlük verdiyi
bir daha təsdiq edilmin olar.
225
ƏLAVƏ
Hər hansı bir yazıçının bədii əsərlərinin dilinə nəzər
saldıqda, onun zəngin və ya bəsit söz ehtiyatına malik olduğunu,
azmı, çoxmu yeni söz işlətdiyini və ümumiyyətlə, lüğət materialı
hesabına ədəbi dilimizi zənginləşdirmək sahəsində onun əsl
xidmətini yalnız ümumi şəkildə təsəvvür etmək mümkündür.
Tədqiq olunan yazıçının özünün, onun görkəmli sələflərinin,
müasirlərinin və xələflərinin bədii əsərlərinin ayrıca lüğətləri
hazırlanmayınca, bu barədə konkret və dəqiq fikir söyləmək
çətindir və bəlkə də mümkün deyildir. Təəssüf ki, bizim dilçi-
liyimizdə hələ belə lüğətlərin hazırlanmasına başlanmamışdır.
Bunun vaxtı çatmış bir məsələ olduğunu nəzərə alaraq, kiçik bir
təcrübə kimi, əsərə «Dağılan tifaq» pyesinin lüğətini də əlavə
etməyi lazım bildik.
Pyesin lüğətini təşkil edən sözlərin mövcud lüğət
kitablarına əsasən mənşəyinin müəyyənləşdirilməsinə də
çalışmışıq. Ərəb sözləri (ə), fars sözləri (f), rus sözləri (r) hərfi ilə
göstərilmişdir. Dövrün orfoqrafik qaydalarına görə baş hərfləri
«m» əvəzinə «b» ilə yazılan bəzi sözlər
(bən, bin
və s.) şərti
olaraq türk sözləri kimi (t) ilə işarə olunmuşdur. Xalis
Azərbaycan sözlərinin qarşısında heç bir işarə qoyulmamış,
yalnız bəzi (bir tərəfi alınma) mürəkkəb sözlərin tərkibindəki
Azərbaycan sözlərini seçmək üçün
a
hərfindən istifadə edilmiş-
dir. Mənşə məsələsi ilə əlaqədar yalnız söz köklərinə diqqət yeti-
rilmişdir.
Sözlərin hansı dildən alınması və hansı dilə məxsus olması
çox incə, mürəkkəb və şərti məsələ olduğundan, şübhəsiz, bizim
lüğətdə də təqribilik halları vardır. Məsələn, «istəkan» sözü
lüğətdə rus dilindən alınma söz kimi verilmişdir. N.K.Dmitriyev
isə Korşa və Kayum Nasıra əsaslanaraq, bu sözün qədim türk
dillərində «tustakan» şəklində işləndiyini, buradan «dostakan»
226
şəklində rus dilinə keçdiyini və sonralar rus dilindən yenidən türk
dillərinə qayıtdığını göstərir.
148
Lüğətdə verilmiş sözlərin qarşısında onların pyesdə
təkrarən neçə dəfə işləndiyi də qeyd olunmuşdur. Qarşısında
rəqəm olmayan sözlər bir dəfə işlənmiş, «idi», «isə» köməkçi
sözlərinin yalnız ayrı yazılan şəkli hesablanmışdır. Lüğət tərtib
edilərkən pyesin 1926-cı il Bakı nəşri əsas götürüldüyündən
sözlərin ərəb əlifbası ilə yazılış tərzi əsasən saxlanmışdır. Eyni bir
səs söz ortasında müəyyən bir hərfə görə fərqləndikdə birlikdə
(məs:
artıq - artuq
), belə fərq sözün əvvəlində olduqda ayrı
(məs:
vurmaq; urmaq)
yazılmışdır. Bəzi sözləri omonimləri ilə
qarışdırmamaq və hansı sözlə daha çox işləndiyini göstərmək
üçün mötərizədə müəyyən qeydlər verilmişdir. Baş hərfləri bir
olan sözlər ayrıca nömrələnmişdir ki, bu da ayrı-ayrı hərflərlə
başlayan sözlərin ümumi kəmiyyətini və mənşə mənsubiyyətini,
yəni alınmaların hansı hərflə başlayan sözlər içərisində daha çox
yer tutduğunu əlüstü müqayisə etməyə imkan verir.
Lüğətin sonunda surətlərin dilində işlənmiş insan, heyvan
və yer adları qeyd olunmuşdur.
149
148
.: . . .
,
, 1962,
Бах Н К Д м и т р и е в Строй тюркских языков Москва
.568.
сящ
149
Лцьят баш щярфляриня эюря йени ялифбайа
,
уйьунлашдырылса да дахили сыра яввялки гайда иля галмышдыр.
227
|