Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ


DRAM  DİLİNDƏ ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏR



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə16/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   12   13   14   15   16   17   18   19   ...   59

DRAM  DİLİNDƏ ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏR

Əsrlərin sınağından çıxmış, xalq hikmətinin daşıyıcısı olan 

atalar sözləri və məsəllər yığcam, obrazlı, dərin mənalı, tutarlı 

nitqin timsalıdır. Ayrı-ayrı şəxsiyyətlərin yaratdığı ifadə vasitələri 

xalq tərəfindən bəyənilməsə, xalq dilində özünə yer tapa bilməz. 

Sənətkarın böyüklüyü onun dilə nə dərəcədə bələd olması, xalq 

dilindəki bədiilik vasitələrindən ustalıqla istifadə etmə bacarığı ilə 

ölçülür.   Əsl   sənət   nümunələri   yalnız   xəlqi   zəmində   yarana 

bildiyindən daim sevilir və oxunur. Haqverdiyev sənətinin bir sirri 

də bundadır.

Ədibin   ilk   əsəri   «Yeyərsən   qaz   ətini,   görərsən   ləzzətini» 

adlanır.   İkinci   əsəri   isə   Nəcəf   bəyin   bu   sözləri   ilə   başlayır: 

«Atalar məsəlidir, dünya beş gündür, beşi də qara»

. (6) Təkcə 

bunlar   da   ədibin   yaradıcılıq   devizini,   xalq   dilinə,   xalqın   ifadə 

vasitələrinə   münasibətini   aydınlaşdırmaq   üçün   kifayət   qədər 

əsas   verə   bilər.   Hələ   Nəcəf   bəyin   bu   ilk   sözlərindən   onun 

təbiətinin əsas cizgiləri görünməyə başlayır. Baxmayaraq ki, belə 

məsəli «namuslu əmək adamları özləri haqqında işlətməzlər»

128 


Nəcəf   bəy   bunu   özü   üçün   çox   münasib   sayır,   bu   məsəlin 

vasitəsilə öz tüfeyli həyatını, eyş-işrətlə keçən laübali günlərini 

pərdələməyə,   əsaslandırmağa   çalışır.   Bu   məsəl   onun   mənəvi 

aləmini, həyatın mənasını nədə axtardığını aydınlaşdırmaq üçün 

bir başlanğıc olur. Nəcəf bəy deyir və dediyi kimi də edir. Yalnız 

sona yaxın, bütün var-yoxu əldən çıxdıqdan sonra dərvişin «axırın 

fikr etməyən aqil deyil, divanədir» - sözləri onu bir anlığa ayıldır, 

ona təsir edir. Lakin artıq gecdir, indi o elə günə düşmüşdür ki, 

obrazlardan   birinin   dediyi   kimi,   az   qalır   «it   yeyən   çörəyin   də 

parasını   itin   ağzından   alıb   yeyə».   Hadisələr   inkişaf   edib 

dəyişdikcə, gərgin dramatik nöqtə yaxınlaşdıqca ifadələrin, atalar 

sözləri və məsəllərin də rəngi, boyası, keyfiyyəti dəyişir, hər bir 

məsəl ümumi söz və ifadə kütləsi içərisində kəhkəşanın parlaq 

ulduzları kimi seçilir.

Məlumdur ki, surət dilindəki ifadələr onun təfəkkür tərzini, 

həyat hadisələrinə münasibətini göstərir. Əsərin son məclisində 

128

 

.:  .                . 



 

 



, 1963, 

.255.


Бах К М я м м я д о в Няъяф бяй Вязиров Бакы

сящ


187

iştirak edən Əbdülün və İsmayılın dilində bir ziddiyyət duyulur. 

Onlar, bir tərəfdən, Nəcəf bəyin iflasını «dünyanın işi» ilə, daha 

doğrusu,   dünyanın   enişli-yoxuşlu,   qarışıq   və   dolaşıq   işləri   ilə 

bağlayır və əslində, cəmiyyətin ümumi inkişafındakı ziddiyyətləri 

nəzərdə   tuturlar,   «çox   namərddir   bu   dünya,   heç   ona   etibar 

eləmək olmaz» deyərək, doğru nəticəyə gəlirlər. Çünki «Nəcəf 

bəyin tragediyası onun qumarbazlığından deyil, bəlkə maddi və 

mənəvi     iflasından   doğur.   Maddi   iflas   isə   mənəvi   iflası 

doğurmuşdur».

129


  Deməli, qumarbazlıq Nəcəf bəyin iflasının sə-

bəbi   deyil,   nəticəsidir.   Digər   tərəfdən,   Əbdül   İsmayılın   fikrinə 

şərik olaraq, belə güman edir ki, Nəcəf bəyin səfalətinə səbəb 

onun özüdür, israfçılıq və qumarbazlıqdır. Bunu onun dediyi mə-

səl də göstərir: 

«Bəli, ağa İsmayıl, doğru buyurursunuz: o şey ki  

insan   özü   özünə   elər,   aləm   yığılsa   ona   eliyə   bilməz».

  (55) 


Bununla da Nəcəf bəyin iflası obyektiv səbəblərdən bir növ təcrid 

edilmiş olur.

Ə.Haqverdiyev atalar sözləri və məsəllərdən istifadə edərək 

obrazın   real   vəziyyətini,   arzu   və   istəklərini   əks   etdirməyə 

çalışmışdır.   Keçmişi   geri   qaytarmaq   həsrəti   ilə   çırpınan,   lakin 

bunun   mümkün   olmayacağını   yaxşı   başa   düşən   Səlim   bəyin 

dediyi   «Keçən   günə   gün   çatmaz,   calasan   günü-günə»   atalar 

sözü   onun   təəssüf   və   kədərini   çox   aydın   ifadə   edir

.   «Çölüm 

özgələri   yandırır,   içərim   özümü»

  (23)   məsəli   Sona   xanımın 

vəziyyətinə   çox   uyğundur.   O,   Nəcəf   bəy   kimi   bir   mülkədarın 

arvadı   olduğu   üçün   başqaları   ona   qibtə   edə   bilərlər,   halbuki 

onun ailədəki və ictimai həyatdakı hüquqsuzluğu, ərinin qumara 

və   israfçılığa   qurşandığını   görüb   onu   düz   yola   qaytarmaq 

istəməsi   və   bunu   bacarmaması,   ailənin   yaxınlaşmaqda   olan 

fəlakətini   duysa   da,   real   bir   iş   görə   bilməməsi   onda   qibtə 

ediləcək heç bir şey qoymamışdır.

Əsərdə   Səlim   bəyin     dili   daha   sərt   işlənmişdir,   o   kimə 

üzünü tutursa, çəkinmədən eyiblərini bir-bir sadalayır; bəylərin 

xarakteri ilə bağlı bir sıra mənfi cəhətlər Səlim bəyin dili ilə açılır 

129


                        .  

 

Я л и С у л т а н л ы Азярбайъан драматурэийасынын 



 



, 1964, 

.250.


инкишафы тарихиндян Азярняшр Бакы

сящ


188

və qırmanclanır. Elə buna görə də onun dilində daha çox atalar 

sözləri   və   məsəl   işlənmişdir.   Həmzə   bəy   özünün   yalançı 

«qəhrəmanlığından»   dəm   vurduqda   o:  

«Danış   görək     sən 

harada dam yarıb buzov çıxardıbsan?»

 - deyə onun yalanlarının 

üstünü   açır.   Hətta   maraqlıdır   ki,   o,   bəzən   eyni   fikri   daha 

möhkəm sübuta yetirmək üçün atalar sözlərinin sinonimliyindən 

istifadə edir. Budur, onun «ot kökü üstündə bitər» fəlsəfəsinə 

inamını əks etdirən replikası belədir:

S ə l i m  b ə y. 

A kişi, mən imanım, döyməkdən deyil, mal 

yiyəsinə oxşamasa  haramdır,  ot kökünün  üstündə  bitər, atası 

gedən   yolu   oğlu   da   gedəcək.   Ata   qumarbaz   oldu,   oğul   da  

qumarbaz olar, ata şürbidir, oğul da şürbi olar,

 (16)


Nəcəf bəyin qumarbazlıq, şürbilik kimi pis sifətlərini Səlim 

bəyin dili ilə dramaturq belə qamçılamışdır.

Atalar   sözləri   və   məsəllərdə   ümumiləşdirmə   gücü   böyük 

olduğundan pyesin əsas surətləri ortalığa çıxan suallara çox vaxt 

bunların vasitəsilə cavab verirlər. Nəcəf bəydən Mirzə Bayrama 

nə   üçün   buğda   və   düyüdən   əlavə,   bir   yabı   da   bağışladığı 

soruşulduqda,  

«varlığa   nə   darlıq»

  cavabını   verir;   Nəcəf   bəyin 

son  günlərində   dost   və  tanışların   ondan   üz  döndərmə  səbəbi 

soruşulduqda, surətlərdən biri: 

«Türki məsəldir, deyərlər: bağda 

ərik var idi, salamməlik var idi, bağdan ərik qurtardı,salamməlik 

qurtardı»

  (59) məsəli ilə cavab verir. Mirzə Bayramın da Nəcəf 

bəyin suallarına cavabı, başqa dildə olsa da, atalar sözlərindən 

ibarətdir.

Pyesdə rast gəldiyimiz 30-a qədər atalar sözü və məsəldə, 

demək olar ki, heç bir   dəyişiklik edilməmiş, xalqın yaratdıqları 

böyük   hörmət   və   məhəbbətlə,   ustalıqla   xalqa   qaytarılmışdır. 

Ədib   istifadə   etdiyi   atalar   sözlərini,   məsəlləri   hadisələrlə   elə 

müvəffəqiyyətlə əlaqələndirmişdir ki, xalq təfəkkürünün məhsulu 

olan   həmin   ifadələrin   dərin   estetik   mahiyyəti   bir   daha   parlaq 

şəkildə   üzə   çıxmış,   cəmiyyətin   müxtəlif   sinif   və   təbəqələrinə 

məxsus   nümayəndələrin   onları   necə   dərk   etdiyi,   öz   mənafeyi 

baxımından onları necə şərh etdiyi bədii ümumiləşdirmə yolu ilə 

göstərilmişdir. Bunların bir qismi indi köhnəlmiş kimi görünsə də, 

xalq   dilində   əvəzedilməz   ifadə   vasitələri   kimi  yenə   də 

yaşamaqdadır.

189


Ə.Haqverdiyev xalq ifadə tərzinin təbiilik, yığcamlıq və obraz-

lılıq kimi mühüm cəhətlərindən dram dilində istifadə etmək üçün ilk 

növbədə xalqın ifadə yaradıcılığını, hikmətli qocaların danışığında 

ən dərin qatlardan qaldırılan ifadələri öyrənmiş, gənc ikən yaratdığı 

«Dağılan tifaq» ilə müdrik babaların, ağıllı nənələrin dilindən gələn, 

indi   də   bir   çox   «bədii»   əsərlərin   həsrət   qaldığı   şirin   və   obrazlı 

ifadələri dram dilinə gətirməklə özü də ağsaçlı ulu müdriklərimiz 

sırasına keçmişdir.



ƏLAVƏ   ƏDƏBİYYAT

K. M ə m m ə d o v. Ə.Haqverdiyev nəsrinin bədii xüsusiyyətləri 

haqqında. Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əsərləri, VII cild. 

Ədəbiyyat ser., Bakı, 1954.

S. M u r t u z a y e v. M.F.Axundovun komediyalarının dil və 

üslub xüsusiyyətləri, Bakı, 1962.

R. M ə h ə r r ə m o v a. Sabirin satiralarında işlənmiş frazeoloji 

ifadələrin qrammatik təsnifi. «Azərb. SSR EA xəbərləri», ict. elm. ser. 

1962, №5.

B.   A   b   d   u   l   l   a   y   e   v.   M.F.Axundovun   komediyalarının 

sinonimikası. Azərb. SSR EA Xəbərləri, ict. elm. ser., 1962, №10.

M. M ə m m ə d o v. N.Nərimanovun nəsr əsərlərində feli 

frazeoloji vahidlər, V.İ.Lenin adına APİ-nin «Elmi əsərlər»i, XI seriya, 

Bakı, 1963.

R. H. H ə s ə n o v. Y.V.Çəmənzəminlinin folklor ifadələrindən 

istifadə ustalığı, V.İ.Lenin adına APİ-nin «Elmi əsərələr»i, XI seriya, 

1966, №5.

Q. Ş. K a z ı m o v. Ə.Haqverdiyevin «Dağılan tifaq» pyesinin 

frazeologiyası», V.İ.Lenin adına APİ-nin «Elmi əsərlər»i, XI seriya, 

1965, №5.

Azərbaycan bədii dilinin üslubiyyatı (oçerklər), Bakı, 1970, səh. 

139-189.


H. B a y r a m o v. Azərbaycan dili sabit birləşmələrinin semantik 

təsnifi. Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əsərləri, XIV cild, 

Bakı, 1960.

190


191

V FƏSİL

ÜSLUBİ QRAMMATİK XÜSUSİYYƏTLƏR

BƏZİ MORFOLOJİ VAHİDLƏRİN ÜSLUBİ 

XÜSUSİYYƏTLƏRİ

Ümumxalq   dilindəki   başlıca   qrammatik   vahidlərin   üslubi 

funksiyaları   və   bunlardan   bədii   əsərlərdə   nə   dərəcədə   istifadə 

edilməsi   tədqiqi   zəruri   olan   mühüm   məsələlərdəndir.   Görkəmli 

yazıçılar   ayrı-ayrı   qrammatik   kateqoriyalardan   istifadə   üsul   və 

priyomlarına dair çoxlu yeni fərdi xüsusiyyətlər gətirməklə ədəbi-

bədii üslubu zənginləşdirmiş olurlar. Yazıçı dilinin və üslubunun 

formalaşması isə adi qayda üzrə onun əsərlərinin meydana çıxdığı 

dövrdəki dil-üslub ənənəsi istiqamətində mövcud olur. Ona təkcə 

dövr üçün xarakter olan ədəbi dil normaları deyil, həm də daha 

məşhur   və   görkəmli   yazıçıların   yaradıcılığında   onun   özünün 

sevdiyi vasitə və üsullar təsir edir.

130

  Bütun bunlar bədii dildəki 



qrammatik, o cümlədən də morfoloji vahidlərin üslubi simasının 

öyrənilməsini vacib və zəruri edən mühüm amillərdəndir.

Üslubiyyatda   morfoloji   hadisələrin   səciyyəsini 

aydınlaşdırmaq üçün xatırlamaq lazımdır ki, üslubiyyat faktlara 

onların   funksiya   cəhətindən   yanaşır,   ayrıca   bir   dil   hadisəsinin 

başqaları   içərisində   həm   məna,   həm   də   ekspessivlik 

xüsusiyyətlərini,   əsas   mənada   birləşmiş   ümumi   və   yaxın 

mənaları öyrənir. Buna görə də üslubi baxışın mühüm hissəsini 

dilin sinonim vasitələri təşkil edir.

131


  Tədqiqat göstərir ki, Azər-

baycan dili morfoloji vahidləri də əsas məna ilə yanaşı, əlavə 

mənaya və məna çalarlarına malikdir. Azərbaycan dili morfoloji 

vahidlərinin sinonim məqamları buradan meydana çıxır.

132

130


  .  .            .   

 

 



-

А И Е ф и м о в О языке художественных произведений Мос  



, 1954, 

.228.


ква

сящ


131

 

.  .  .              . 



   

 

 



.

Проф А Н Г в о з д е в Очерки по стилистике русского языка  

, 1952

Москва


.75.


сящ

192


Yüksək sənətkarlıqla yazılmış bədii əsərlərin dili morfoloji 

vahidlərin   üslubi   imkanlarından   məharətlə   istifadə   baxımından 

da   ədəbi-bədii   üslubun   inkişafında   qiymətli   yer   tutur. 

Ə.Haqverdiyevin pyesləri dövrün səciyyəvi ədəbi dil normalarını 

və özünə qədərki sənətkarların yaradıcılığında əsaslı yer tutan 

xarakter  ifadə üsullarını  yaradıcılıqla  inkişaf  etdirmək əsasında 

qurulmuş, müasirlərinə və ardıcıllarına da məhz bu istiqamətdə 

təsir   etmişdir.   Onun   bütün   pyeslərindəki   morfoloji   vahidlərin 

səciyyəvi   üslubi   xüsusiyyətlərinin   tədqiqi   hələlik   çətin 

olduğundan burada "Dağılan tifaq" pyesində daha  çox nəzərə 

çarpan və özünü xüsusilə felin zaman və şəkil kateqoriyalarında 

göstərən bəzi səciyyəvi cəhətlərdən bəhs etməyi lazım bildik.



FELİN ZAMANLARI

Məlumdur   ki,   maddi   aləmdə   mövcud   olan   obyektiv 

zamanın   insan   təfəkküründə   uyğun   və   dəqiq   ifadəsi     yalnız 

qrammatik   zaman   vasitəsilə   mümkündür.   Bununla   bərabər, 

qrammatik zaman formalarının əlavə imkanları çoxdur və nitq 

prosesində bunlar bir-birini əvəz edə, biri digərinin yerində işlənə 

bilir. Lakin belə vəziyyətdə, zaman kateqoriyasına məxsus formal 

əlamətlərin   bildirdikləri   zamanla   obyektiv   zaman   arasında 

bilavasitə   uyğunluq   olmur.   Bu   hal  ondan   irəli   gəlir   ki,   zaman 

kateqoriyasına aid vasitələr - şəkilçilər öz əsas funksiyalarında – 

qrammatik zaman mənasında deyil, üslubi məna və məqamda 

işlənmiş   olurlar.   Obyektiv   zaman   keçmiş,   indiki   və   gələcək 

zamanları əhatə etdiyi kimi, qrammatik zaman da bu üç zamanın 

məcmusundan   ibarətdir.   Lakin   qrammatik   zamanın   ifadə 

formaları çox və müxtəlifdir.  Danışıq  vaxtı bu müxtəlif  zaman 

formaları   ifadə   etdikləri   zaman   məzmunu   ilə   uyğunluq   təşkil 

edirsə,   qrammatik,   ziddiyyət   təşkil   edirsə,   üslubi   xüsusiyyətə 

malik olur və birinci prosesi qrammatika, ikinci prosesi üslubiyyat 

132

  .                      . 



 

 



,

Я Д я м и р ч и з а д я Азярбайъан дилинин цслубиййаты Бакы  

1962, 

.181.


сящ

193


öyrənir. "Dağılan tifaq" pyesində qrammatik zamanla bərabər, 

canlı dilə məxsus ifadə tərzini saxlamaq, fikri emosional, təbii 

ifadə etmək, qətilik, aydınlıq, şübhə, güman məzmununun ifa-

dəsinə şərait yaratmaq, hadisələrin əlamətdar səciyyəvi cəhətlərini 

qabarıq şəkildə çatdırmaq üçün bir sıra hallarda zaman şəkilçilərinin 

sinonim   məqamda   işlənə  bilmə   imkanları  nəzərə  alınmış,   üslubi 

zamandan – zaman şəkilçilərinin üslubi məqamlarından da istifadə 

edilmişdir.



Felin   keçmiş   zamanı  hal,   hərəkət   və   hadisənin   söz 

söylənilən   vaxtdan   əvvəl   icra   olunub   bitdiyini   bildirir.   Keçmiş 

zaman   şəkilçilərinin   üslubi   xüsusiyyətlərindən   bəhs   edən 

müəlliflərin   əksəriyyəti  

-ıb

  (


ib,   -ub,  -üb

)   şəkilçisinin   daha   çox 

canlı   xalq   danışıq   dilinə   aid   olduğunu   göstərmişlər.

133


  Bu   fikri 

təsdiq edən dəlillərdən   biri də budur ki, "Dağılan tifaq" pyesi 

canlı   danışıq   dilində   yazıldığından   pyesdə   keçmiş   zaman 

şəkilçiləri  içərisində   ən  çox   işlənəni  

-ıb  (-ib,   -ub,  -üb)

-dır. Bu 

xüsusiyyət həm də təkcə "Dağılan tifaq" pyesinə deyil, Ə.Haqverdi-

yevin   və   onun   bəzi   müasirlərinin   bütün   yaradıcılığına   xasdır: 

"C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin əsərlərinin, demək olar 

ki, hamısı nəqli keçmişin bu forması (

-ıb

 - Q. K.) ilə yazılmışdır".



134

-ıb


 nisbi keçmiş şəkilçisi müasir dildə olduğu kimi, I şəxsdə 

-

mış



  şəkilçisi   ilə   əvəz   olunmuş,   yalnız   II   və   III   şəxslərdə 

işlənmişdir. III şəxsin  təki  isə  həmişə 

-ıb

 şəkilçisi ilə düzəlmişdir. 



Nümunə üçün aşağıdakı misallar kifayətdir:

N ə c ə f     b ə y:  

... İndi o qədər olubsan, ahünalə qəbul 

eləyirsən?

S ə l i m   b ə y: 

... danış görək, sən harada dam yarıb, 

dana çıxarıbsan?   

N a z l ı     x a n ı m: 

Nəcəf bəy! Ölümüm 

133


  .                      . 

 

 



,

Я Д я м и р ч и з а д я Азярбайъан дилинин цслубиййаты Бакы  



1962, 

.252.;                              . 

 



, 1961,



сящ

А ь а м у с а А х у н д о в Фелин заманлары Бакы

 

.112;  .                     –                . 



 

сящ


Т Я ф я н д и й е в а Щ а ъ ы й е в а Мцасир Азярбайъан 

 

 



 

   


 

дилиндя


фелин

кечмиш


заман

формаларынын

цслуб 

 

 



 

.  


 

 

хцсусиййятляри щаггында бязи гейдляр Азярбайъан ССР ЕА 



 . 



. 1961,   3, 

.107.


Хябярляри иът елм сер

№ сящ


134

  .              . 

 



, 1961, 



.113.

А А х у н д о в Фелин заманлары Бакы

сящ

194


qabağında   olsun,   dünən   bizim   kişi   gəlib   burada   qumar 

oynayıbsınız



.  İ k i n c i     a v ç ı: 

Di yeri gedək irəli, yazıq 

eşələnə-eşələnə qalub.

 (44)  Ə b d ü l: 

Ölübdür yoqsa? 

(56)  S o 

n a   x a n ı m: (Qışqırıqla qayıdır)  

Öldürüblər... öldürüblər... 

Gözəl balam...

 (54)


Bəzən   indiki   zamanda   icra   olunan   bir   işin   qətiliyini 

bildirmək üçün şühudi  keçmişin şəkilçisindən istifadə edilmişdir. 

S ə l i m         b ə y: 

Amma elə  ki mən, düşəndə, bir dua eləyib  

allahdan bir şey istəyirəm, görürsən o saat buyurur: "Verdim

ey mənim bəndəm..."

 (19K ə r i m: 

Adamı belə tələyə salarlar, al 



gəldi.

 (41)


Bu misallardakı "verdim" sözü  "verirəm", "gəldi" sözü isə 

"gəlir"  mənasındadır,  lakin  işin   qətiliyini  bildirmək  üçün   sözlər 

şühudi keçmişdə işlədilmişdir.

Pyesdə 


-dı

 şəkilçili fellərin bəziləri gələcək zaman mənasına 

malikdir. Faktlar göstərir ki, bu şəkilçi gələcək zaman mənasında 

əsasən işin ehtimalla icrasını bildirir. P ə r i  x a n ı m

Qadan 

alım, heç canını üzmə, səbr elə, allah kərimdir, kişinin bəlkə əqli 



başına gəldi, qumarı qoydu yerə.

 (26) S ə l i m  b ə y: 

O da 

indiyədək   dua   eliyir,   züriyyət   istiyür,   allah   da   vermiyir,   deyir 



bəlkə övlad verdim xatircəm oldu, tahı bana dua eyləmədi.

 (19)


Birinci   misaldakı   "gəldi",   "qoydu"   sözləri   qəti   gələcək 

məzmununu, ikinci misaldakı "verdim", "oldu", "eyləmədi" sözləri 

isə   müzare   zamanın   məzmununu   ehtimalla   ifadə   etmişdir. 

Burada   gümanın,   ehtimalın   təzahüründə   modallığın   ifadə 

vasitələrindən olan "bəlkə" sözünün də mühüm rolu vardır.

-dı


 şəkilçisi işin gələcəkdə icrasını qəti şəkildə bildirərkən:

S ü l e y m a n   b ə y:  

Ox, ox!...  Öldürdü  məni namərd 

oğlunun gülləsi, yıxdı atamın evini, tökdi anamın göz yaşını, cavan 

ömrüm paymal oldu!

 (41) 


Məlumdur   ki,   ölmüş   adam   danışmaz.   Süleyman   bəy 

Kərimin   gülləsindən   ölümcül   yaralandıqdan   sonra   mütləq 

öləcəyinə   heç   bir   şübhə   etmədiyi   üçün   onun   dilində   yaxın 

gələcəyə aid olan iş şühudi keçmişin şəkilçisi ilə ifadə edilmişdir. 

Bu cür ifadə forması danışıq dilində o qədər geniş yayılmış və 

təbii ifadə üsuluna çevrilmişdir ki, bu məqamda üslubi zaman–

yəni keçmiş zaman şəkilçisi əvəzinə qrammatik zaman, gələcək 

195


zaman   şəkilçisi   işlətmək   ya   prosesin,   hadisənin   heç 

başlanmadığını   bildirər   (halbuki   mövcud   ifadə   tərzində   –   Sü-

leyman bəyin nitqində prosesin təkcə başlandığı deyil, nəticəsi 

də   verilmişdir), ya da prosesin başlandığı mətndən bilinsə də, 

ifadə tərzi təsir cəhətdən son dərəcə zəifləmiş olar. Müqayisə et: 

«Ox,   ox!..   Öldürəcək   məni   namərd   oğlunun   gülləsi,   yıxacaq 

atamın evini, tökəcək anamın göz yaşını…»

Bəzən şühudi keçmiş şəkilçisinin işləndiyi fel donmuş vəziy-

yətdə olur və III şəxs xəbər şəkilçili «yox» sözü ilə birlikdə qəti 

gələcək məzmununu bildirir. Məsələn:  N ə c ə f   b ə y: 

İstər 

sənin uşaqlarıyın gözlərindən yaş tökülmüyə, qan tökülə, genə 



məndən sana pul verdi yoxdur

 (31).

-dı


  şəkilçisi   danışıq   dilində   olduğu   kimi,   nəqli   keçmiş 

şəkilçisi   –

mış  

ilə   «idi»   köməkçi   felinin   birlikdə   ifadə   etdiyi 



məzmunu  özündə ehtiva edə bilir. Bu, Mirzə Bayram bəylərlə 

xudahafizləşib   səhnəni   tərk   edərkən   Nəcəf   bəyin   ona   dediyi 

«Xoş gəldin, Mirzə!» cümləsində özünü göstərir ki, həmin ifadə 

danışıq dilində beləcə də işlədilir.



İndiki zaman  şəkilçisi  

-ır(-ir, -ur, -ür)

  da bir sıra üslubi 

keyfiyyətlərə   malikdir.   Bunlardan,   xüsusilə,   aşağıdakıları 

göstərmək olar:

1.Prosesin   keçmişdə   başlanıb   bir   neçə   dəfə   icra 

olunduğunu,   lakin   kəsilmədiyini   və   yenə   də   davam   etdiyini 

göstərmək   üçün   nəqli   keçmiş   əvəzinə   indiki   zaman   şəkilçisi 

işlənmişdir. Məsələn:

İ k i n c i   c a v a n: 

…çox basəfa yerdir, biz həmişə elə 

buraya səyahətə gəlirik

(40)

2. Bəzən eyni bir proses həm indiki zaman, həm də müzare 



vasitəsilə   ifadə   oluna   bilir.   Lakin   bunların   incə   məna   fərqləri 

vardır. Belə ki birinci halda daim davam edən bir iş ifadə olunur 

ki,   burada   şahidlik   çaları   vardır,   yəni   danışan   şəxsin   işdə, 

hadisədə müəyyən şəkildə iştirakı, müşahidəsi ifadə olunur, lakin 

müzare zamanda belə bir çalar yoxdur və təsvir zəifdir.

135


 Məhz 

135


  .                      . 

 

 



Я Д я м и р ч и з а д я Азярбайъан дилинин цслубиййаты Бакы, 

1962, 

.258-259.



сящ

196


buna görə də dramaturq aşağıdakı cümlədə «istilənmək» felini 

indiki zaman şəkilçisi ilə işlətmişdir:

P ə r i: 

Allah qoysa, yazın axır ayında havalar istilənir, bir 

yerdə gedərik ziyarətə… 

(27)


3. İndiki zaman şəkilçisi bəzən ümumi zaman bildirir və hər 

üç zamana aid olur:

S ə l i m  b ə y: 

Böylə pul ilə müstəte olub Məkkəyə getmək 

olur.

 (20) 


Bəzən müzare zaman şəkilçisi də belə bir ümumi zaman 

məzmununda işlənmişdir. Məsələn:

S o n a  x a n ı m: 

Elə insan səbirsiz olar.

 (27)

Pyesdə bir-iki cümlədə indiki zaman və müzare şəkilçiləri 



saitlə  bitən   fellərdə   yalnız  

-r

  şəkilçisindən   ibarətdir   ki,   bu   hal 



cənub və qərb dialekt və şivələrində indi də müşahidə olunur.

136


Ə b d ül: 

Mənim gözim kor degil, mən Kərimin dabbaqda 

gönini tanıram.

 (57)


S ü l e y m a n  b ə y: 

Baş üstə… hələ desəniz kabab üçün 

ət də doğraram.

 (40)


Pyesdə müzare zamanın şəkilçisi ilə əlaqədar məsələlərdən 

biri   də   həmin   şəkilçinin   bacarıq   şəkli   mənasında   işlənməsidir. 

Buna yalnız aşağıdakı cümlədə inkar şəkilçisi ilə birlikdə təsadüf 

olunur:


İ s m a y ı l: 

Kərim insan divanından qaçub, allah divanından qaç-



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin