FRAZEOLOJİ SEMANTİKA
Ədəbi-bədii əsərin frazeologiyası ümumxalq dilinin zəngin
frazeoloji materialı ilə, bədii əsərin yarandığı dövrə məxsus
ümumxalq ifadə vasitələri ilə köklənmiş olur. Buna görə də bədii
əsərin frazeoloji materialının tədqiqi yazıçının ümumxalq dili
frazeologiyasından necə istifadə etdiyini, ifadənin semantik im-
kanlarını necə nəzərə aldığını, söz və ifadələri seçib götürmə
bacarığını müəyyənləşdirməyə kömək edir, xalq dilinin həmin
mərhələsində sözün, ifadənin hansı semantik istiqamətdə
ünsiyyətə xidmət etdiyi aşkar olur, dövr keçdikcə leksik və
frazeoloji vahidlərin mənasında dəyişmələr – daralma, ge-
nişlənmə, məcazlik halları lüğət tərkibindəki ayrı-ayrı vahidlərin
məna həcmini izləməyə imkan verir. «Dağılan tifaq» pyesinin
frazeologiyasını öyrənərkən bu qənaətə gəlmək olur ki,
Ə.Haqverdiyev, ilk dram əsərlərindən başlayaraq, böyük
mütəfəkkir M.F.Axundovun «canlı dili ədəbiyyata daxil etmək»
(B.Çobanzadə) yolunda şərəfli işini davam və inkişaf etdirmək
sahəsində böyük xidmət göstərmişdir.
Frazeoloji vahidlərin semantik xüsusiyyətləri də
polisemantizm, omonimlik, sinonimlik və antonimlik əsasında
açılır, şərh olunur.
Leksik vahildlər kimi, frazeoloji vahidlər də ç o x m ə n a l
ı ola bilir. Bunu başqa dillərin faktları da təsdiq edir. Məsələn,
rus və alman dilləri üzərində müşahidələr aparmış L.Binoviç
yazır: «Rus və alman dillərinin frazeoloji fondunun öyrənilməsi
göstərir ki, çoxmənalılıq təkcə sözlərə deyil, idiomlara və
frazeologizmlərə də aiddir».
116
116
. .
, «
Л Б и н о в и ч О многозначности идиом Иностранные языки в
», 1952,
школе
.30.
сящ
172
Pyesin dilindəki çoxmənalı frazeoloji vahidləri iki qrupa ayırmaq
olar.
1. Yalnız bir mənasından istifadə edilmiş çoxmənalı
frazeoloji vahidlər. Bu qrupa daxil olan frazeoloji vahidlərin hər
biri pyesdə əsasən bir dəfə işlənmiş, ona görə də onların yalnız
bir mənasından istifadə olunmuşdur. Bunların bəziləri təkrarən
işləndikdə yenə əvvəlki mənanı saxlamışdır. Məsələn,
ürəyi
yanmaq
frazeoloji vahidi xalq danışıq frazeologiyasında susamaq
və yazığı gəlmək mənalarında işlədilir. Pyesdə birinci
mənadadır:
Ürəyim yanır, ölənləriyin ehsanı olsun, o sudan bir az
ver içim. (46); baş yerə qoymaq
– yatmaq və ölmək anlayışlarını
ifadə edir. Pyesdə ikinci mənadadır:
…əvvəla, görürsən ki, mən
qocalmışam, bu gün, ya sabah başımı qoyacağam yerə.
(49)
Belə frazeoloji vahidlərin bəzilərində semantik dəyişmə hiss
olunur. Məsələn,
adam eləmək
frazeoloji vahidi birisini müəyyən
sənətə, peşəyə, vəzifəyə çatdırmaq, xüsusən oxutmaq, təhsil
vermək anlayışlarını bildirir, həm də müəyyən dərəcə narazılıq,
kinayə çalarına malikdir. Pyesin yarandığı dövrdə isə bu ifadə
varlandırmaq, mal-dövlət sahibi etmək mənasında işlənmişdir ki,
həmin məna artıq köhnəlməkdədir:
Cavad deyəndə
kənddəngəlmə bir ac gədənin birisi idi. Nəcəf bəy onu a d a m
e l ə d i. Cavad oldu Ağa Cavad, on min manata yaxın əhvalı
var.
2. Müxtəlif mənalarından istifadə olunmuş çoxmənalı
frazeoloji vahidlər. Bu qrupa daxil olan frazeoloji vahidlərin hər
biri müxtəlif mətnlərdə müxtəlif mənalar ifadə edir.
Ağlı başına gəlmək
– həm ayılmaq, huşu başına gəlmək,
həm də səhvini başa düşmək, tutduğu yolun doğru olmadığını
dərk etmək mənalarındadır: S o n a x a n ı m.
…oyanmışam, bir
saat a ğ l ı m b a ş ı m a g ə l m ə y i b.
(28) P ə r i x a n ı m.
Qadan alım, heç canını üzmə, səbr elə, allah kərimdir, kişinin
bəlkə a ğ l ı b a ş ı n a g ə l d i, qumarı qoydu yerə.
(26)
Qulaq asmaq
– həm dinləmək, eşitmək, həm də fikir vermək,
məhəl qoymaq mənalarındadır: S o n a x a n ı m.
Di qulaq ver.
(51)
N ə c ə f b ə y.
Övrətlər baş açıq, ayaq yalın müsəllayə çıxıb, həqq-
173
hü çəkib, üstümə nalə töküblər. Heç birinə q u l a q v e r m ə m i ş
ə m.
(60)
Pyesdə elə frazeoloji vahidlər də vardır ki, eyni bir mətndə
ikimənalıdır. Bu mənalar bir-birindən doğur. Belə ki birləşmənin
tərəflərindən biri məcaziləşərək müəyyə frazeoloji vahidin əmələ
gəlməsinə səbəb olmuş, sonradan həmin məna bir daha
məcaziləşərək yeni bir məfhumun ifadəsinə çevrilmişdir.
Məsələn, Sona xanım öz hüquqsuzluğundan şikayətlənərək
deyir: «
Xudaya, nə vaxtadək bizim dilimiz bağlı olacaq?»
(24)
Yaxud:
«Kişi qurşanıb qumara… Mənim dilim yoxdur ki,
qabağında bir söz deyim, yalvarıram olmur, yapışıram olmur».
(26) Bu cümlələrdəki
dili bağlı olmaq, dilim yoxdur
ifadələrinin ilk
məcazi mənası «danışa bilmirəm» deməkdir. Lakin Sona xanım
həqiqi mənada nitqi, dili olmadığını demək istəmir. Frazeoloji
vahid bu mənanın üzərindən addayaraq başqa bir məna ifadə
edir: Sona xanım demək istəyir ki, o, ərinin yanında
hüquqsuzdur, böyük bir ailənin faciəsinə səbəb ola biləcək ən
mühüm məsələlərin həllində belə onunla məsləhətləşməyə
ixtiyarı yoxdur.
Qeyd etmək lazımdır ki, pyesin yazıldığı dövrdən keçən
müddət ərzində əsərdəki çoxmənalı frazeoloji vahidlər olduğu
kimi qalmamış, bəziləri semantik cəhətdən dəyişikliyə
uğramışdır. Bəzən frazeoloji vahidin mənaları arasında əlaqə
getdikcə azalmaqla leksik omonimlərin çoxmənalı sözlər
əsasında zənginləşmə prosesinə uyğun vəziyyət yaranmışdır. Bu
inkişafın kökləri, şübhəsiz, daha qədimlərlə bağlıdır və frazeoloji
vahidlərin həmişə dəyişmədə, inkişafda, səlisləşmədə, insanların
həyat tərzinə müvafiq olaraq yeni məna rəngi almaqda olduğunu
bir daha nümayiş etdirir.
Çoxmənalılıqla yanaşı, dilçilikdə bəzən frazeoloji
vahidlərin o m o n i m l i y i n d ə n də bəhs olunur. Bu
barədə akademik V.V.Vinoqradov yazır: «Frazeoloji qruplar və ya
frazeoloji birləşmələr omonimlikdən, əsasən, məhrumdur. Onlar
söz və ifadələrin yalnız sinonim cərgələrinə daxil olur. Frazeoloji
qruplarda omonim söz birləşməsi olmasından ötrü qrupun hər
bir üzvü üçün omonim sözlərin olması zəruridir. Bununla
bərabər, frazeoloji birləşmələrin özləri də frazeoloji vahidlər və
174
ya qovuşmalarla omonim ola bilər».
117
Burada frazeoloji
vahidlərin omonimliyinin iki yolu göstərilmişdir: a) bəzən fra-
zeoloji vahidlər səs tərkibi etibarilə nominativ məzmunlu
birləşmələrlə eyniyyət təşkil edir və frazeoloji birləşmə ilə sərbəst
birləşmə arasında omonimlik yaranmış olur. Bu cür omonimlik
xarici omonimlik adlandırılır; b) bəzən isə frazeoloji vahidlərin
müxtəlif tipləri (frazeoloji birliklərlə frazeoloji birləşmələr, yaxud
frazeoloji birləşmələr və qovuşmalar) arasında omonimlik
müşahidə edilir. Bu cür omonimlər daxili omonimlər
adlandırılır.
118
Ədibin pyeslərində, az da olsa, belə frazeoloji vahidlərə
təsadüf edilir. Məsələn: «Bəxtsiz cavan» pyesində Fərhadın dediyi
«Kifayətdir min illərlə camaatı əsir edib öz həmcinsiniz insanın
qanını sorduğunuz!»
- cümləsində
qanını sormaq
birləşməsi
istismar etmək mənasında sabit birləşmədir. «Pəri cadu» pyesində
Şamama cadunun replikası ilə əlaqədar remarkada həmin
birləşmə sərbəst birləşmə kimi işlənmişdir:
Ş a m a m a c a d u. (İstehza ilə) Zərnigar, Zərnigar!..
(Yeriyir
Qurbanın boğazından dişləri ilə yapışıb, q a n ı n ı s o r u r. Qurban
ölür).
Burada sərbəst və sabit birləşmələr arasındakı omonimliklə
yanaşı, sərbəst və sabit birləşmələr arasında əlaqə, ikincinin
birincidən törəməsi halı da özünü göstərir. Misallardan bir cəhət
də aydın olur ki, dram əsərlərində frazeoloji omonimliyin bu tipi -
xarici omonimlik, əsasən, remarkalarla replikalar arasında
mövcud olur. Bu da onunla əlaqədardır ki, surət dilindəki
obrazlılığa, ifadəliliyə remarkada o qədər də ehtiyac duyulmur.
Pyeslərdə frazeoloji vahidlərin daxili omonimliyinə də rast
gəlmək mümkündür:
117
.:
Бах «
. .
».
.
Академик А А Шахматов Сборник статей и материалов
.
, 1947
Изд АН СССР
,
.363.
сящ
118
:
Ялавя мялумат алмаг цчцн бах . . , . .
А А В в е д е н с к а я Т В Д ы б и
, . .
н а И И Ш е .
.
б о л е в а Современный русский литературный язык
, 1963
Ростов
,
.153.
сящ
175
N ə c ə f b ə y.
Xudaya, pərvərdigara! Dərgahında
günahdan savayı bir iş dutmamışam, amma indi sidq ilə ə l g ö t
ü r m ü ş ə m dərgahına, ümid əlimi naümid qaytarma.
(61) S ə l
m a n.
Süleyman, mən ölüm, bu qədim höcətliyindən ə l g ö t ü
r!
(«Ac həriflər»)
Nəcəf bəyin dilində
əl götürmək
frazeoloji vahidi əlini
yuxarı qaldıraraq yalvarmaq mənasındadır; burada
əl
sözü həqiqi
mənasını az-çox saxlamışdır. Məcazi məna
götürmək
sözü ilə
əlaqədar yaranmış, beləliklə, frazeoloji birləşmə əmələ gəlmişdir.
Səlmanın dilində isə hər iki tərəf (
əl
və
götürmək
sözləri) tam
məcazi məna kəsb etməklə frazeoloji qovuşma yaranmış,
frazeoloji birləşmə frazeoloji qovuşmaya çevrilmişdir. Hər iki
frazeoloji vahid fonetik tərkibcə eyniyyət təşkil etməklə,
mənasına və tərəflərin məcaziləşmə dərəcəsinə görə fərqlənərək
omonimləşmişdir.
119
Frazeoloji omonimliyin əksinə olaraq, həm ədəbi dilimiz,
həm də bədii əsərlərin dili frazeoloji vahidlərin s i n o n i m
cərgələri ilə daha zəngindir.
Pyesdə frazeoloji vahidlərin bir qismi öz leksik sinonimləri
ilə birlikdə işlənmişdir. Məsələn:
H ə m z ə b ə y.
Xub, saqqalın ağlığının qumara nə dəxli
var?
A s l a n b ə y.
O dəxli var ki, qocalıb ö l ü r s ə n; bu gün-sa-
bah, allah qoysa, k ə l l ə n i a ğ a r d a c a q s a n, gəlib halvanı
yeyəcəyik
. (7-8)
Göründüyu kimi, burada eyni məna iki cür: həm leksik
vahidlə – adi sözlə, həm də frazeoloji vahidlə (
ölmək – kəlləni
ağartmaq
) ifadə olunmuşdur. Belə ifadə üsulundan əsərdə
nisbətən az hallarda, üslubi məqsədlə, anlayışı neytral-məntiqi
şəkildə deyil, hissi-ekspressiv boyalarla ifadə etmək, danışanın
hadisəyə subyektiv münasibətini qabarıq bildirmək üçün istifadə
119
Фразеоложи ващидлярин омонимлийи щаггында башга
.
.:
фикирляр дя вардыр Бах . . .
Г А Б а й р а м о в Основы фразеологии
.
,
азербайджанского языка Автореферат докторской диссертации
, 1970,
Баку
сящ.129-130.
176
edilmişdir. Leksik sinonimləri olmayan bəzi ifadələrdən fərqli
olaraq, belə frazeoloji vahidlər
q e y r i - t e r - m i n o l o j i
səciyyə daşıyır.
120
Frazeoloji vahidlər yalnız ayrı-ayrı sözlərin sinonimləri
olmaqla qalmır, bir-biri ilə sinonim münasibətdə olmaqla,
xüsusən bədii əsərdə obrazlılıq, ifadəlilik vasitəsi kimi mühüm rol
oynayır. Hətta faktlar göstərir ki, bu cəhət – frazeoloji vahidlərin
sinonimliyi bədiilik vasitəsi kimi yazıçıya daha çox imkan verir;
sinonim frazeoloji cərgələr sanki təbiətən bədii əsər üçün
yaranmışdır. Bunu pyesdəki
üzünə ağ olmaq – sözünün
qabağında söz demək – bir sözünə iki cavab vermək, danışığı
özünə peşə eləmək – baş-beynini aparmaq – boşboğazlıq elə-
mək, bada vermək – güdaza vermək – lat-lüt qalmaq, başı
ağarmaq – saqqalı qurşağına düşmək (qocalmaq), haramın
olsun – burnundan gəlsin – göziyin iki deşiyindən gəlsin –
yorğan altında yeyəsən – boğazın tikilsin, qadan alım – başına
dönüm – qurbanım olum – (anam) gözlərinə qurban
və s.
saysız-hesabsız sinonim sıralar da təsdiq edir. Frazeoloji
vahidlərin üslubi imkanları genişdir və fikrin emosional, yığcam,
dəqiq, obrazlı ifadəsi, müəyyən anlayışın əsas cəhətlərinin in-
cəliklərinə qədər nəzərə çarpdırılması üçün bunlardan bədii
əsərdə istifadə edilməsi həyati bir zərurətdir. Prof.
Ə.Dəmirçizadə frazeoloji vahidlərin bu xüsusiyyətini doğru
müşahidə etmişdir: «İdiomların üslubi imkanları, hər şeydən
əvvəl, onların ayrı-ayrı sözlərə, ifadələrə sinonim ola bilməsi ilə
izah edilir və məhz sinonimliklə də onların üslubi imkanları
müəyyənləşir».
121
Ümumiyyətlə, sinonim şəkilçilər, sinonim sözlər, sinonim
ifadələr və sinonim cümlələr müxtəlif bəhslərin tədqiqat
mövzuları olduğundan
122
pyesdəki faktlar sinonim frazeoloji
120
Бах.: . . .
С Н М у р а т о в Устойчивые словосочетания в тюркских
,
, 1961
языках Москва
,
.116.
сящ
121
. .
,
,
Я Д я м и р ч и з а д я Азярбайъан дилинин цслубиййаты Бакы
1962,
.169.
сящ
122
,
.134.
Йеня орада сящ
177
vahidlərin quruluş və üslubi xüsusiyyətlərindən ayrıca bəhs
etməyə imkan verir.
Quruluş xüsusiyyətlərinə görə sinonim frazeoloji vahidlər iki cür
olur:
a) sinonim sıranı təşkil edən frazeoloji vahidlər sabit,
ümumi komponentə malik olur. Ümumi komponent həm
adlardan, həm də fellərdən ola bilər: məs.:
qulaq asmaq – qulaq
vermək (19), hünər göstərmək – zərbi-dəst göstərmək
(11) və
s.
123
b) sinonim sıranı təşkil edən frazeoloji vahidlər ümumi sözə
malik olmur, lakin quruluş cəhətdən yaxın və ya eyni olur: məs:
qiyamət günü – xudavəndi-aləm divanı,
(52),
ağız açmaq – ərz
eləmək, ləzzət vermək – ürəyinə yayılmaq
və s.
Sinonim frazeoloji vahidlər mənaca yaxın və ya
bərabərhüquqlu olsa da, mənanı adi sözlər kimi neytral şəkildə
deyil, emosional boyalarla ifadə edə bildiyindən işlənmə dairəsi
və üslubi rəng etibarilə fərqlənir. Ona görə də yazıçıdan sinonim
cərgəyə daxil olan ifadələrdən daha münasibini seçib götürmə
ustalığı tələb edir. Məsələn:
N ə c ə f b ə y.
Pərvərdigara, özün mənim fəryadıma yet!
(52) S ü l e y m a n b ə y.
Qardaşlar, allah sizdən razı olsun,
gəldiniz mədəd əlinizi mənə yetirdiniz
. (45) Ə b d ü l.
Xub, ağa
İsmayıl… Nəcəf bəyin yaxşı dost-aşnaları var idi. Məgər heç
onlardan binəvaya bir kömək çatmır?
İ s m a y ı l
. …onun
qədim nökəri Cavad bir az onun qolundan tutur.
(58-69)
Bu cümlələrdə
fəryada yetmək – mədəd əlini yetirmək –
köməyi çatmaq - qolundan tutmaq
frazeoloji vahidləri «kömək
etmək» mənasına malik olduğu üçün eyni bir sinonim cərgəyə
daxildir. Lakin bunlar həmin mənanın müəyyən çalarlarını ifadə
etməklə, bir-birindən fərqlənir:
fəryada yet
– ifadəsi ilə Nəcəf
bəy allahdan kömək diləyirsə,
mədəd əlini yetirmək
– real kömək
123
,
Бязян беля фразеоложи ващидляр синоним дейил
(
.
фразеоложи вариант щесаб едилир бах . .
.
Г А Байрамов Основы
,
.
.,
фразеологии азербайджанского языка автореферат докт дис
.122)
сящ
178
anlayışı ifadə edir;
köməyi çatmaq
– hərtərəfli yardım,
qolundan
tutmaq
– əsasən, azacıq maddi yardım mənasındadır və bu
məna incəliklərinə görə bunların yerini dəyişmək, mətndə bir-biri
ilə əvəz etmək olmaz.
Yaxud
əli gətirmək – qulağını kəsmək – xoruza yükləmək
frazeoloji sinonimlərini nəzərdən keçirək:
S ə l i m b ə y.
Gəlmişəm görüm səni də bir xoruza
yükləyə bilərəmmi. Budur, bir neçə gündür, əlim çox yaxşı
gətirir.
N ə c ə f b ə y.
Yavaş ud, boğazında qalar. Genə kimin
qulağını kəsibsən?
(6-7)
Buradakı sinonim frazeoloji vahidlər işlənmə dairəsinə görə
daha çox fərqlənir.
Əli gətirmək
nisbətən geniş dairədə işləndiyi
halda,
qulağını kəsmək, xoruza yükləmək
frazeoloji
vahidlərindən arqo şəklində qumarbazlar, oğrular arasında
istifadə olunur. Əsas mənasına görə yaxın olub, məna çaları və
üslubi rəng etibarilə fərqlənmə
canını üzmək – (günü-gündən)
geri getmək – quru nəfəsi qalmaq – ürəyi qıldan asılmaq
sinonim
cərgəsinə də aiddir. Bunların ümumi mənası «cismən zə-
ifləmək»dir. Lakin bunlar həmin mənanı müxtəlif cəhətdən,
müxtəlif çalarda ifadə edirlər:
canını üzmək
- zəifləmə prosesinin
qısa müddətdə baş verdiyini,
günü-gündən geri getmək
–
prosesin tədricən davam etdiyini bildirir;
quru nəfəsi qalmaq və
ürəyi qıldan asılmaq
- zəifliyin son həddə çatdığını göstərir,
bunların son nəticəsi ölümdür. Bu son nəticəni nəzərə aldıqda
axırıncı ifadələr də bir-birindən fərqlənir: proses birincidə tədricən,
ikincidə ani şəkildə sona çata bilər.
Hadisələrin xarakterini, əhatə dairəsini, obrazın psixoloji
vəziyyətini, dilinə məxsus fərdi cəhətləri düzgün, ifadəli və təsirli
vermək, yeknəsəq ifadə təkrarından qaçmaq üçün frazeoloji
sinonimlər yazıçıya geniş imkan verir. Yazıçı sinonim cərgəyə daxil
olan ayrı-ayrı vahidləri birləşdirən ümumi cəhətləri onları ayıran
fərdi, xüsusi incəliklər hesabına qüvvətləndirməyə imkan tapmış
olur. Hətta sinonim cərgənin ayrı-ayrı üzvlərinə məxsus məna
incəliklərinə əsasən, onların üslubi keyfiyyətlərini
müəyyənləşdirmək və onları qruplaşdırmaq da mümkündür.
179
Obrazın psixoloji vəziyyətini, təlaş və həyəcanını göstərmək
üçün dram əsərində hərəkət və nitq əsas rol oynayır, emosional
frazeoloji sinonimlər belə momentdə təsirli nitq vasitəsi kimi çıxış
edir. Məs.:
N ə c ə f b ə y (ağlaya-ağlaya daxil olur).
Allah, bu nə iş
idi mən düşdüm, pərvərdigara, indi mən n ə ç a r ə q ı l ı m,
b a ş ı m a n ə d a ş s a l ı m…
(54)
Bu sözlər «aləmi öz əlində oyuncağa çevirən, axırda özü
ictimai qəzanın əlində oyuncağa çevrilən»
124
Nəcəf bəyin ağır
vəziyyətini əks etdirən epizodlardan birində söylənmişdir;
nə
çarə qılım, başıma nə daş salım
ifadələri onun ağır və çıxılmaz
vəziyyətinə çox uyğundur. Belə ifadələri insanın dilindən son
dərəcə acınacaqlı hallarda eşitmək mümkündür. Varı-yoxu əldən
çıxan Nəcəf bəy üçün bir tərəfdən də yeganə oğlunun öldürülməsi
xəbərini eşitməkdən dəhşətli nə ola bilərdi ki!
Sona xanımın ürəyi nədənsə səksəkəlidir. Sanki o bu
ailənin başındakı faciəni əvvəlcədən görür, duyur. Təklik onu
daha çox darıxdırır, qorxudur. Belə bir vəziyyətdə Pəri xanıma
deyir:
«Səni görəndə könlüm açılır, gözlərimə şəfəq gəlir,
dərdimi açıb deyirəm, ürəyim bir az yüngülləşir»
. Buradakı
könlüm açılır, ürəyim yüngülləşir
ifadələri onun sıxıntılı, səksəkəli
həyatını çox gözəl əks etdirir. Bu ifadələrin ardıcıl işlədilməsində
müqabildəkini inandırma çaları da hiss olunur. Bu cəhət Nəcəf
bəyin Məşədi Cəfərə dediyi aşağıdakı cümlədə
pulu batmaq –
quruşu batmaq
ifadələrinə də aiddir.
Məşədi, məgər sənin p u- l u
n məndə b a t a c a q d ı r, nə vaxt sənin məndə i k i q u r u ş u n b a
t ı b d ı r ki, genə b a t s ın?
(49)
Bəzən frazeoloji sinonimlərdən biri digərinin mənasını
saxlamaqla yanaşı, hadisənin əhatə dairəsini, məkanını da göstərir:
məsələn:İ m a m- v e r d i.
Buraxın məni içəri girim, mən bəy-filan
tanımıram. Mən… b i a b- r u o l m u ş a m… Mən saqqalımın ağ
vaxtında r ü s v a y i - a l ə m o l -m u ş a m.
(34)
Dərd eləmək,
ürəyinə salmaq
ifadələrində də belə bir məna vardır: P ə r i x a n ı
124
. .
.
Я з и з Ш я р и ф Я Щагвердийевин ясярляриндя бяй типляри
«
»
, 1927, 1303.
Йени фикир гязети
№
180
m.
Axır sən niyə hər zadı özünə d ə r d e l ə y i b, ü r ə y i n ə s
a l ı r s a n?..
(26)
Obrazların nitqini fərdiləşdirmək, onların xarakterinə uyğun
ifadələr işlətmək frazeoloji sinonimləri bədii dilə gətirən mühüm
səbəblərdəndir. İçərisində yaşadığı ictimai mühitin müxtəlif sinif
və təbəqələrinin həyat tərzinə, düşüncə və davranışlarına
yaxından bələd olan Ə.Haqverdiyev «Dağılan tifaq» pyesi ilə
həmin sinif və təbəqələrin nümayəndələrini səhnəyə çıxararkən,
təbii olaraq, hər birini öz dilində danışdırmalı, onların nitqini şüur
və təfəkkür tərzi ilə bağlamalı, hər obrazın xarakterinə uyğun
ifadələr seçib işlətməli idi. Dramaturq bu cəhətə diqqətlə
yanaşmış, ona görə də kiçik uşaqlardan köhnə bəylərə,
ruhanilərə, kapitalizm ünsürlərinə, avam və hüquqsuz qadınlara,
adi ovçulara və yoxsul şəhərlilərə qədər bütün cəmiyyət
nümayəndələrini spesifik dil xüsusiyyətləri ilə danışdırmış,
obrazların psixologiyasına və davranışına müvafiq ifadələr
işlətmişdir. Bütün bunlar eyni bir anlayışın müxtəlif surətlərin
dilində, hətta daxili inkişaf və dinamika ilə bağlı olaraq eyni bir
obrazın dilində də müxtəlif şəkildə, müxtəlif rəngdə ifadəsinə
səbəb olmuşdur. Bunun ən yaxşı nümunəsini
ölüm, ölmək,
öldürmək
anlayışlarının frazeoloji ifadə formalarında görmək olar.
Ölüm
anlayışı bəylərin dilində nisbətən qaba şəkildə ifadə
olunmuşdur. Doğrudur, ilk monoloqda Nəcəf bəyin dilində
başını
yerə qoymaq, baş gora aparmaq
kimi evfemistik ifadələr də
vardır və göründüyu kimi, həmin ifadələr təbii ölüm anlayışı
ifadə edir, lakin Nəcəf bəy dinamik və dəyişkən
125
surət
olduğundan onun dilindəki ifadələr də tədricən dəyişir, obrazın
mənəvi inkişafına, keçirdiyi böhran və sarsıntılara uyğun olaraq
gah vulqarlaşır, qabalaşır, gah da onun acizliyini andırır,
yalvarışlara çevrilir.
125
Сон тядгигатында Т.Мцтяллимов да ядибин траэик
гящряманлары Фярщад вя Гаъардан фяргли олараг (онлар щансы
амал иля сящняйя эялирся, щямин амал иля дя сящняни тярк
едирляр), Няъяф бяйин динамик сурят олдуьуну хцсуси гейд ет-
мишдир (бах: М у т а л л и м о в Тахсин Муталлим оглы. «Мастерство
А.Ахвердова", автореферат докторской дис., Баку, 1975, сящ.27)
181
Canı (ağzından) çıxmaq
- haqqında danışılan anlayışın elə
ifadə formasıdır ki, dramaturq onun vasitəsilə təkcə Nəcəf bəyin
deyil, Səlim bəyin də həyatdan narazı qaldığını, ümumiyyətlə,
mülkədarlığın qürubunun çatdığını və mülkədarların bunu duyub-
hiss etdiklərini verə bilmişdir. İş o yerə çatmışdır ki, indi
mülkədarın ov quşunu vurub öldürürlər, o isə dinməz-söyləməz,
«ac, susuz, it günündə» evinə qayıdır. Pyesdə qadınların,
ovçuların, zəhmət adamlarının dili bu cəhətdən bəylərin dilindən
fərqlənir. İnsani məhəbbət və humanizmdəndir ki, ovçular
ölüm
sözünü dillərinə gətirmək istəmirlər, buna görə də başqa şəkildə,
yumşaq formada ifadə edirlər. Ağır yaralanmış Süleyman bəy su
istəyərkən birinci ovçu öz yoldaşına deyir:
Su istəyirsə
vermə, yoxsa bu saat t a m a m o l a r.
(46)
Sona xanımın dilindəki
nəfəsim gedər qayıtmaz, ürəyim
qırılar
ifadələri ölüm anlayışı ilə yanaşı, onun cismən son dərəcə
zəifləmiş olduğunu,
canı çıxmaq
ifadəsi isə həm də həyatdan
bezmiş olduğunu göstərir; IV məclisdə Sona xanım Nəcəf bəyin
hərəkətlərinə, pis əməllərinə qarşı bir növ üsyan edir, lakin onun
ifadələri yenə də vulqarlaşmır
: Gərək danışam, o qədər danışam
ki, bu sinəmdə qalan bir xırda quru n ə f ə s d ə ç ö l ə ç ı x ı n c a.
Di qulaq ver!.. Mən bu gün-sabah öləcəyəm, amma mənim ruhum
sən bir qiyamətli, yağışlı, tufanlı gündə a l l a h ı n ö z o d u n a
y a n ı n c a sənin dalınca gəzəcək
. (52-53)
Biz əsərin sonunda Nəcəf bəyin, doğrudan da, belə bir
tufanlı, yağışlı gündə «allahın öz oduna yanaraq» öldüyünün –
ildırım vurması ilə həlak olduğunun şahidi oluruq.
Ədib yoxsulların insanpərvərliyini göstərməklə yanaşı,
onların mübarizliyini, tədricən ayılmaqda olduqlarını da unutmur.
Bacısı Süleyman bəy tərəfindən qaçırılmış Kərim heç bir şeydən
çəkinmir, intiqam alacağını açıq söyləyir:
K ə r i m.
Hanı o arvad kimi qaçıb gizlənən tülkü? Bircə
onu bana verin c ə r c ə n ə y i n i a y ı r ı m… And olsun allaha,
o mənim bacımı biabru eləyib, mən də onun qarnını balıq qarnı
kimi cırıb b a g ı r s a q l a r ı n ıı a y a q l a r ı n a dolamasam, at-
amın oğlu deyiləm
. (34-35)
182
Süleyman bəyin də özünəməxsus ifadə xüsusiyyətləri vardır.
Onun ölüm ayağında işlətdiyi
axırını eləmək
ifadəsində mülkədar
jarqonunun izləri vardır:
S ü l e y m a n b ə y.
Kimsən, a danışan? Yoxsa mənim a x
ı r ı - m ı e l ə m ə y ə gəlibsən?
(44)
Cavan ömrü paymal olmaq, bada getmək, canı çıxmaq
ifadələri
onun sonsuz təəssüf və peşmançılıqla dolu son dəqiqələrini yaxşı tə-
cəssüm etdirir:
S ü l e y m a n b ə y.
Öldürdü məni namərd oğlunun
gülləsi… cavan ö m r ü m p a y m a l o l d u! …Təqsir
özümdədir, dostumu tanımadım, düşmənimi tanımadım, axırda b
a d a g e t d i m. C a n yığılıb boğazıma, beş dəqiqədən sonra
ç ı x a r.
(46)
Beləliklə, obrazların fərdi nitq xüsusiyyətləri ilə əlaqədar
əsərdə:
baş gora aparmaq, cərcənəyini ayırmaq, başını yerə
qoymaq, canı çıxmaq, kəlləsini ağartmaq, axırını eləmək,
canından keçmək, tamam olmaq, nəfəsi qayıtmamaq, ürəyi
qırılmaq, oda yanmaq, ömrü paymal olmaq, bada getmək,
bağırsaqlarını ayaqlarına dolamaq
və s. kimi rəngarəng məna
incəliklərinə malik olan sinonim frazeoloji vahidlər işlənmişdir.
M.F.Axundovun təkcə «Hacı Qara» əsərində həmin anlayışla
əlaqədar 20
126
, N.Nərimanovun nəsr əsərlərində 12
127
sinonim
ifadə müəyyən edilmişdir. «Dağılan tifaq»dakı ilə birlikdə 50-yə
qədər ifadənin içərisində yalnız
canı çıxmaq
ortaqlıdır. Bu hal, bir
tərəfdən, canlı dilin bir xəzinə olduğunu, digər tərəfdən, həmin
xəzinədən istifadə edənin – yazıçının ustalıq və məharətini, xalq
dilindən nəyi, necə seçib işlətdiyini qabarıq göstərir. Bu, Mirzə
Fətəlinin və Ə.Haqverdiyevin zəmanəyə, insanlara real
münasibətlərindən, dövrün nəbzini tuta bilməkdən irəli gəlmiş,
«Dağılan tifaq»ın müəllifi öz görkəmli müəlliminin işini ləyaqətlə
davam etdirmişdir.
126
Б. А б д у л л а й е в. М.Ф.Ахундов комедийаларынын
синонимикасы, Азярб. ССР ЕА хябярляри, иът. елмляр серийасы, 1962,
10,
№ сящ.53.
127
. . . «
М Б М а м е д о в Лексика и фразеология прозаических
.
произведений Н На
»,
.
.
.,
, 1964,
.20.
риманова автореф канд дис Баку
сящ
183
Doğrudur, müxtəlif dövrlərə məxsus cəza vasitələri və
üsullarını göstərməklərinə və ya dini mahiyyət daşıdıqlarına görə
hər üç sənətkarın işlətmiş olduğu ifadələrin bir qismi indi
köhnəlmiş və arxaik rəng almışdır, lakin Ə.Haqverdiyevin, onun
sələflərinin və müasirlərinin bədii əsərlərindəki frazeoloji
materialın müqayisəli tədqiqi bu və ya digər yazıçının qələminə
məxsus orijinal cəhətləri aydınlaşdırmaqla yanaşı, xalq dilinin
tükənməz imkanlarını da üzə çıxarır.
Əvvəlcə qeyd etdiyimiz kimi, sinonim frazeoloji vahidlər
məna cəhətdən yaxın və ya bərabərqiymətli olsa da, bədii təsir
gücü, obrazlılığı ilə bir-birindən fərqlənir. Onların dildə mövcud
olma səbəblərindən biri də budur. Bununla bərabər, pyesdə elə
sinonim frazeoloji vahidlər vardır ki, onlar üslubi rəng etibarilə o
qədər də fərqlənmir. «Dağılan tifaq»da işlədilmiş belə frazeoloji
sinonimlər göstərir ki, onlar, əsasən, təkrara yol verməmək üçün
əsərə daxil edilmişdir və onlardan əlavə hissi-ekspressiv təsir
gözlənilmir. Məsələn, pyesdə
iş görmək – iş tutmaq
ifadələrindən
bu məqsədlə istifadə edilmişdir.
Bəzən ədib ümumxalq dilinə məxsus ifadə ilə fərdi üslubi
frazeoloji vahidi sinonim kimi işlətmişdir:
S ə l i m b ə y.
Sən öləsən, bu saat kefim belə kökdür,
heç bilmirəm, dünyada bəy kimdi, xan kimdi. Bu saat kefim
Mavəraünnəhr havası çalır
. (21)
Buradakı
kefi kök (olmaq)
xalq dilinə,
kefi Mavəraünnəhr
havası çalmaq
müəllifin öz üslubuna məxsusdur.
Bu qeyd etdiklərimizdən əlavə, pyesdə
ləzzət vermək –
ürəyinə yayılmaq, əziyyət vermək – əzab vermək, əl götürmək –
əl qalxızmaq, qumara qurşanmaq – qumara mübtəla olmaq –
şeytan əməlinə qurşanmaq
və s. kimi sinonim cərgələr də vardır.
Bütün bunlar frazeoloji sinonimliyin pyesdə böyük üstünlüyünü
göstərir. Şübhəsiz, bu hal pyesin zəngin frazeoloji materialı ilə
bağlıdır. Pyesin frazeoloji tərkibinin isə canlı xalq dili kimi
mühüm mənbəyi vardır ki, Ə.Haqverdiyevi bədii dil cəhətdən
sevdirən, yaşadan da yaradıcılığının ilk günlərindən belə bir
mənbəyə əsaslanmasıdır.
«Həyatın dərs kitabı» (Çernışevski) olan bədii ədəbiyyatın
hadisələr arasında, obrazların bir-birinə münasibətində, ayrı-ayrı
184
surətlərin xarakterində təzahür edən ziddiyyətləri əks etdirən
əsas vasitələrindən biri də a n t o n i m ifadələr, əks, qarşı,
təzadlı məfhumları ifadə edən frazeoloji vahidlərdir. «Dağılan
tifaq»da zidd anlayışların elə ifadəçiləri vardır ki, sinonimlərdə
olduğu kimi, burada da tərəflər leksik və frazeoloji qarşılaşdırma
əsasında qurulmuşdur.
Bəylər qapısında qab-qaşıq yalamaq
–
sabit birləşmə olub, nökərçilik etmək, nökərçiliklə birtəhər
dolanmaq mənasını ifadə edir;
sövdagəri-məşhur olmaq
–
nominativ mənadadır, tacir, ticarət işçisi olmaq deməkdir.
Əsərdə bunların vasitəsilə verilmiş təzad cəmiyyətdəki böyük
təbəddülatı, feodal və kapitalist münasibətlərindəki tənəzzül və
tərəqqi istiqamətində əks inkişafı lakonik şəkildə əks etdirir:
Ə b d ü l.
Mən burada neçə adamlar tanırdım ki, p u l u k
ü r ə k i l ə y ı ğ ı r d ı l a r, amma indi b i r t ü m ə n ə m ö h t a
c d ı l a r. Və genə adamlar tanıyıram ki, b ə y l ə r q a p ı s ı n d a
q a b- q a ş ı q y a- l a r d ı l a r, indi s ö v d a g ə r i- m ə ş h u r
o l u b l a r.
(55)
Əbdül bu sözlərlə Cavadı və Nəcəf bəyi nəzərdə tutur.
Vaxtilə aləmə səs salan, kiçik bir mədhiyyədən ötrü çuval-çuval
un, düyü, buğda bağışlayan, üstəlik bir yabı da «əta eləyən»
Nəcəf bəy indi iki yetim ilə kimsəsiz qalmış, bütün dostları
sıradan çıxmış və ya ondan üz döndərmiş, nökər Cavad isə,
əksinə, böyük sərvət sahibinə, ağaya çevrilmiş, on minə yaxın
bir məbləğdə «əhval» sahibi olmuşdur. Kapitalizmin inkişafı ilə
əlaqədar bir-birini əvəz edən varlanma – iflasa uğrama prosesi
Məşədi Cəfər və Cavad kimilərin xeyrinə olduğu qədər Nəcəf bəy
kimilərin zərərinədir. Başqa sözlə, burada ticarət burjuaziyasının
yüksələn bir xətlə həyat səhnəsinə gəlməsi, mülkədarların və mül-
kədarlığın həyat səhnəsindən getməsi prosesi öz əksini tapmışdır.
Pyesdəki antonim frazeoloji vahidlər quruluş xüsusiyyətlərinə
görə fərqlənir. Bir qismində birinci komponent eyni sözlərdən ibarət
olub, frazeoloji vahid ikinci komponentin antonimliyi əsasında əks
mənalı ifadə kimi formalaşmışdır. Məs.:
ağız açmaq – ağız yummaq,
ürəyi yanmaq – ürəyi soyumaq, əli dolu – əli boş
və s.
Əli boş
ifadəsini Nəcəf bəy sözgəlişi, zarafat tərzində, əvvəlki ifadələrə bir
növ qafiyə şəklində işlədir:
185
N ə c ə f b ə y.
Buyursunlar, buyursunlar (daxil olurlar: Səlim
bəy, Aslan bəy və Həmzə bəy). Baho! Ya allah! Xoş gəldiniz, beş
gəldiniz, bəs niyə ə l i b o ş gəldiniz?
S ə l i m b ə y.
Sən öləsən, çox ə l i d o l u və başı ətli gəlmişəm;
bu saat iki yüz iyirmi beş manat cibimdə pul…uduzmaqda da meylim
yoxdur.
(6-7)
Göründüyü üzrə, Səlim bəy bu ifadədən istifadə edərək əsl
mətləbə keçir, bugünkü qumardan əli dolu və başı ətli gəldiyini
bildirir. Beləliklə, hadisələr əlaqələnmiş olur və dramaturq,
hadisələrin hansı istiqamətdə davam edəcəyini, bəylərin peşəsinin
nədən ibarət olduğunu göstərmək üçün zəmin hazırlamış olur.
Bəzən frazeoloji antonimlik birinci komponentin ifadə etdiyi
zidd məna əsasında əmələ gəlmişdir. Məs.:
ağ gün – qara gün,
şeytan yolu – allah yolu
və s. Sonuncu misal qadınların hadisələrə
verdiyi qiyməti göstərir. Pəri xanım Nəcəf bəyin qumarbazlıq və
israfçılığını onun şeytan yoluna düşməsi, allah yolundan azması ilə
izah elir ki, bu da təbii olaraq, hələ dramaturqun özünə də yaxşı
aydın olmayan dərin ictimai ziddiyyətlərə onun sadəlövh, təskinedici
baxışını əks etdirir:
P ə r i x a n ı m.
Qadan alım, allah sana cansağlığı verər, ərinə də
ağıl verər, ş e y t a n y o l u n u buraxıb, a l l a h y o l u n a qayıdar.
(26-27).
Pyesdəki bəzi frazeoloji antonimlər quruluşca leksik
antonimlərdən fərqlənmir:
P ə r i x a n ı m
. Keçən cümə axşamı bizim Mərdan bəyin
təziyəsində o qədər ağlamışam, gözümdən bir Kürcək yaş gedib,
oradan gələn y ı x ı l m ı ş a m, indi bir az halım özümə gəlib, q a l
x m ı ş a m
. (25)
Burada
yıxılmaq
– xəstələnmək,
qalxmaq
– sağalmaq
mənasındadır. Əslində, bunların komponentlərindən biri düşmüşdür.
Dramaturqun öz üslubuna əsasən bərpa etsək:
yıxılmışam yerə –
qalxmışam ayağa
şəklində olar.
Ümumiyyətlə, ədəbi dilimizdə və eləcə də başqa bədii əsərlərin
dilində olduğu kimi, «Dağılan tifaq»da da frazeoloji antonimlərdən
istifadə üslubi cəhətdən çox da xarakterik deyildir.
186
|