Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə23/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   19   20   21   22   23   24   25   26   ...   59

Hökumət, hakimiyyət orqanları,

idarə və təşkilat adları

Hökumət,   hakimiyyət   orqanları,   idarə   və   təşkilat   adlarını 

nəzərdən   keçirərkən   jurnalın   ideya-siyasi   istiqamətini,   Mirzə 

Cəlilin felyetonlarının mövzusunu, tarixi-ictimai şəraiti unutmaq 

olmaz.   1922-1930-cu   illər   arasında   Bakıda   öz     nəşrini   davam 

etdirən   «Molla   Nəsrəddin»   jurnalı   gənc   sovet   respublikasının 

hakimiyyət   orqanlarına   soxulmuş   köhnə,   yaramaz   ünsürlərin 

fəaliyyəti nəticəsində meydana çıxan çətinlikləri özünəməxsus bir 

üslubla qeyd etdiyi kimi, Şərqin feodal, Qərbin imperialist dövlət 

quruluşuna,   idarə   sistemlərinə   də   toxunmuş,   yeri   gəldikcə, 

ölkəmizin   ərazisində   inqilabdan   əvvəl   mövcud   olan   hökuməti, 

hakimiyyət orqanlarını, hakim və məmurları da xatırlamışdır.

Hər   cür   idarəediciliyi   ifadə   etmək   üçün   ədibin   felyeton 

dilində   işlənmiş   əsas   terminoloji   sözlər   bunlardır: 



hökumət, 

padşahlıq,   cümhuriyyət,   idarə,   şuralar,   komissarlıq, 

təşkilat

 və s.

Bunlardan ən çox işlənəni hökumət sözüdür. Bu söz əsas 

anlayışı   bilavasitə   təklikdə   ifadə   etməklə   yanaşı,   müxtəlif 

birləşmələr tərkibində də özünü göstərir:  

Şura hökuməti

  (48), 


Azərbaycan Şura hökuməti

 (248), 


Bakı hökuməti

 (241) və s. İndi 

birinci   tərəfi   köhnəlmiş  

Şura   hökuməti

  birləşməsi   əvəzinə, 

felyetonlarda  

yerli   hökumət

  (241),  

mərkəzi   hökumət

  (300) 


birləşmələrinə   də   rast   gəlirik.   Bunlar   sözün   nominativ 

mənalarıdır   və   satirik   çalara   malik   deyil.   Publisist   ədib   bəzən 

hökumət

  sözünü məcaziləşdirərək özbaşınalıq edən idarə, təş-



kilat mənasında işlətmişdir. Məsələn, dəmir yolu idarələrindəki 

qaydasızlığı   ifşa   etmək   üçün   yazdığı   felyetonlardan   birində 

oxuyuruq: «Tiflis – Bakı dəmir yolu əlahiddə və müstəqil bir h ö k 

u m ə t d i r.   Bu h ö k u- m ə t   heç kəsə tabe deyil». (19) 

Hökumət

  sözü   ilə  



cümhuriyyət 

sözünü   bu   mənada 

sinonimləşdirən ədib

  müttəfiq dəmiryol hökuməti

  birləşməsi ilə 

paralel şəkildə 

dəmiryol müttəfiq cümhuriyyəti

 kimi bir birləşmə 

də qurub işlətmiş, «dəmiryol dünyasındakı» rüşvətxorluğun necə 

geniş   meydan   aldığını   göstərmək   üçün   bu   "hökumətin", 

274


«beynəlxalq rüşvətxorların liqası» tərəfindən təsdiq olunduğunu 

qeyd etməklə iki orijinal ifadəni məharətlə əlaqələndirmişdir: «…

dəmiryol   müttəfiq   cümhuriyyəti   bir   müstəqil   hökumətdir   ki, 

beynəlmiləl rüşvətxorların «liqası» tərəfindən təsdiq olunubdur». 

(20)

Dəmiryol   hökuməti



  birləşməsindəki   kinayə  

mətbəə 


hökuməti

  birləşməsində   də   vardır.   Burada   artıq  

hökumət

  sözü 


mətbəə idarəsi

 birləşməsi ilə  sinonimləşir. Bu hal, şübhəsiz, Sovet 

hakimiyyətinin   ilk   illərində   bəzi     mətbəə   idarələrində   özünü 

göstərən   qeyri-qanuni   vəziyyətə   satirik-tənqidi   münasibətin 

nəticəsidir: «bir dəstə adamın ixtiyarında» olan bu mətbəələrin 

qəzet və jurnalların başına gətirdiyi oyundan, «hamını sağıb yola 

salmağından» satirik  dillə  bəhs  edən  ədib  belə özbaşınalıqların 

ölkənin başqa yerlərində də olduğunu qeyd edərək yazır: «Biz elə 

bilirdik ki, bu cür mətbəə hökuməti tək bircə Bakıdadır; amma 

belə məlum olur ki, bunların əmsalı Rusiyada da vardır» (55).

Felyetonlarda 

şura


 sözü əsasən öz həqiqi terminoloji məna-

sındadır: 

Bakı şurası

 (27), 


Şura quruluşu

 (462), 


Şura üsuli-idarəsi 

(354), 


Şura Azərbaycanı

 (118), 


Şuralar İttifaqı

 (450), 


Azərbaycan 

Şura Cümhuriyyəti

 (89),

 Şura Cümhuriyyətləri İttifaqı



 (126) və s. 

Bəzən   canlı   dildən   gələn   ifadə   forması   kimi,   heç   bir   kinayə 

çalarına   malik   olmadan,  

şura


  sözü   də  

hökumət


  sözü   ilə 

sinonimləşdirilmişdir: «O ki Çemberlendir, o, 

Şuralara

 deyir ki, sən 

odsan…»   (275)  

Şura


  sözü   ilə  yanaşı,   son   iki   birləşmədə  qeyd 

etdiyimiz 

cümhuriyyət 

sözü də indi artıq köhnəlmişdir.

«XIX əsr Azərbaycan ədəbiyyatı tarixində A.Bakıxanovdan 

tutmuş, H.B.Zərdabiyə kimi elə bir mütəfəkkir olmamışdır ki, o 

bu və ya digər şəkildə dövlət quruluşuna, məhkəmə sisteminə, 

qanunçuluğa   və   hüquq   məsələlərinə   öz   münasibətini 

bildirməsin».

154


  Cəlil Məmmədquluzadə isə, Zərdabidən sonrakı 

dövrün   görkəmli   siyasi   xadimlərindən   biri   kimi,   yalnız   tez-tez 

nifrətlə   xatırladığı   mütləqiyyət   üsuli-idarəsini   satira   hədəfinə 

çevirməklə   kifayətlənməmiş,   feodal-patriarxal   və   imperialist 

154

  .            .  . .



 

 

 



 

А Р з а й е в М Ф Ахундовун щцгуг эюрцшляри щаггында бязи 

,  . .

 

 



-

 «

 



» , 



.,

гейдляр С М Киров адына АДУ нун Елми ясярляр и иът елм сер  

1962,  4,  .35.

№ с


275

dövlətlərin   ardıcıl   ifşası   ilə   ömrünün   sonunadək   məşğul   ol-

muşdur. Çünki «monarxiya, aristokratiya, oliqarxiya və bunlara 

bənzər   hər   hansı   siyasi   quruluşu   Cəlil   Məmmədquluzadənin 

görməyə gözü yox idİ».

155

  Elə buna görə də ədibin publisistika 



dilində  

çar   hökuməti

  (106),  

Nikolay   hökuməti

  (62),  

Tehran 


hökuməti

  (106),  

şah hökuməti  

(106),  


İran şahlığı

  (106),  

ingilis 

hökuməti


  (263),  

İngiltərə   hökuməti  

(201),  

Türkiyə   hökuməti 

(201),  

Amerika   hökuməti

  (320),  

Amerika   hökuməti   cənabları 

(320),  

Fransa hökuməti  

(346),  

Kitay hökuməti  

(450),  

Yevropa 


kapitalist   hökumətləri

  (286)   və   s.   birləşmələr   yazıçının   əsas 

tənqid hədəflərinin necə geniş əhatə dairəsinə malik olduğunu 

aydın göstərir. Sonra görəcəyimiz kimi, ingilislərin Şərq siyasəti 

ədibin daha  çox nifrət  və  qəzəbinə  səbəb  olmuş  və o, ingilis 

hökumətindən,   onun   siyasət   aləmindəki   rolundan   daha   çox 

danışmalı   olmuşdur.   İngilis   hökumətini  

istibdad   dəmirçixanası 

(264),  digər kapitalist dövlətləri  

onun qolçomaq yoldaşları

  (263) 

adlandırması da bununla əlaqədardır.

Terminoloji   sözlərdən   biri   də  idarə  sözüdür.   Ümumişlək 

xarakterə malik olması ilə dar sahə terminlərindən fərqlənən bu 

sözə qəzet və jurnal idarəsi – redaksiya mənasında daha çox 

rast   gəlirik:   «Astaradan   bir   hacı   orada   olan   əlli   beş   nəfər 

abunəçilərimizdən   jurnalımızı   yığıb  

idarəmizə  

geri   göndərdi…» 

(93)  


İdarə

  sözü   bu   mənada   əksərən  

Molla   Nəsrəddin   idarəsi 

(136),  


Molla  Nəsrəddin  əminin  idarəsi

  (352),   bəzən   də  

qəzet 

idarəsi


  (194),  

Növbahar   idarəsi  

(198)   birləşmələri   tərkibində 

işlənmişdir.

C.Məmmədquluzadə yeni quruluşu ürəkdən alqışlayan bir 

sənətkar idi. Lakin o, Sovet hakimiyyətinin ilk illərində idarə və 

təşkilatlar   daxilində   müşahidə   etdiyi   nöqsanlara   nəinki   göz 

yummamış,   əksinə,   satirasının   böyük   gücünü   bu   dövrdə   belə 

hadisələrin ifşası prosesində göstərmişdir. Ona görə də ədibin 

publisistika   dilində  

idarə

  sözü   və   bu   sözlə   bağlı   olan   təşkilat 



adları   həm   ciddi,   həm   də   kinayəli-satirik   planda   işlənmişdir. 

155


  .  .              . 

 

 



 

, «


М Ъ Ъ я ф я р о в Азярбайъанын бюйцк сийаси хадими Вятян 

» 

, 1942,  1, 



.42.

уьрунда журналы

№ сящ

276


Ədibin bu və ya digər yaramaz halın tənqidi prosesində  

idarə 


sözünün başqa sözlərlə əlaqələndirilməsi yolu ilə istifadə etdiyi 

əsas terminoloji birləşmələr bunlardır:  

hökumət idarələri

  (173), 

Şura   idarəsi

  (110),  

qəza   idarələri

  (22),  

maarif   idarəsi

  (55), 


savadsızlığı   ortadan   qaldıran   idarələr

  (177),  

pambıq   idarəsi 

(168),  


nəşriyyat   idarəsi  

(177),  


qəza,   nahiyyə,   kənd   idarələri 

(22),  


Azərneft   idarəsi

  (207),  

Bakı   şəhərinin   təsərrüfat   idarəsi 

(235),  


sığorta idarəsi

  (235),  

su təsərrüfatı idarəsi  

(330) və s. 

İdarə   adları   çox   vaxt   rəsmi   şəkildə   olduğu   kimi   deyil,   ədibin 

dilində yumoristik səciyyə daşıyan  

baş idarə

  birləşməsinin əsas 

sözlə   əlaqələndirilməsi   yolu   ilə   ifadə   edilmişdir:  

torpaq   baş 

idarəsi

 (56), 


teatr baş idarəsi

 (36), 


poçt baş idarəsi

 (48), 


maarif 

baş   idarəsi

  (56),  

mətbəə   baş   idarəsi

  (55)   və   s.   Çəyirtkə   ilə 

mübarizə üçün yaradılmış təşkilatı «çəyirtkə milyardlarını» mə-

nimsəyib,   heç   bir   iş   görmədiyi   üçün   ifşa   edən   ədib  

çəyirtkə 

təşkilatı

  ifadəsi   ilə   yanaşı,  

çəyirtkə   ümuratı

  və  


baş   idarə 

birləşmələri   əsasında  

çəyirtkə   ümuratının   baş   idarəsi

  kimi 


maraqlı bir ifadə də qurmuşdur: «Bunu oxuyandan sonra getdim 

çəyirtkə   ümuratının   baş   idarəsinə  

və   dedim   ki,   o   çəyirtkə 

milyardlarından mənə də veriniz». (12) Bəzən ədib dəqiqləşdirici 

sözü işlətməmiş, 

baş idarə

 sözləri ilə kifayətlənmişdir. Belə halda 

hansı   idarənin   nəzərdə   tutulduğunu   yalnız   mətnə   əsasən 

müəyyənləşdirmək olur.

İdarə  


sözü

  üsul


  sözü   ilə   birlikdə   «hökumət»,   «quruluş» 

mənalarını verir. 

Şura üsuli-idarəsi

 də bu mənadadır. 

Üsuli-idarə 

birləşməsi   felyetonlarda   –   «idarə   etmə   üsulu»   mənasında   da 

saxlanmışdır. Aşağıdakı cümlədə birləşmə məhz bu mənadadır: 

«Şəxsi tənqid olur ki, idarə və təşkilatlar başında duran müdir 

yoldaşların  

üsuli-idarələrini

  müzakirəyə   qoyub,   onların   həmin 

xidmətləri sahəsində nöqsanlarını göstərməkdir». (391)

Felyetonlardakı  

komissarlıq,   komitə,   komisyon

  sözləri   də 

bir sıra birləşmələrin əsasında durur. Bunlar müəyyən idarə və 

təşkilatların   adları   olub,   ədibin   kinayəli,   eyhamlı,   tənqidi 

münasibətinin ifadəsi üçün  satira dilində işlədilmişdir. Məsələn, 

«…maşallah,   çəyirtkə   işlərini   yenə   tapşırdılar  

torpaq 


komissarlığının qanı soyuq heyətinə

» (13) – cümləsində 

torpaq 

komissarlığının   qanı   soyuq   heyəti



  belə   ifadələrdəndir.   Kənd 

277


nümayəndələrini   lazımi   məlumatla   təmin   etməyən  

xalq   ərzaq 

komissarlığı

, yararsız dərsliklərin nəşrinə imkan verən 

maarif ko-

missarlığı

  da belə tənqid obyektlərindəndir. Dəmir yolu idarələ-

rindəki   özbaşınalıqları   ifşa   etdikdən   sonra   mahir   kompozisiya 

ustası yazır: «Bildir Bakıda bir idarənin qapısının üstündə qızıl 

suyu ilə bir yekə lövhə yapışdırmışdılar. Yazılmışdı:  



«İdarələri 

milliləşdirən komitə

». (21)  Burada ədib 

idarələri milliləşdirən 

komitə

 sözlərini xüsusi fərqləndirməklə kifayətlənməmiş, əvvəlki 



cümləyə  

qızıl   suyu   ilə,   yekə   lövhə  

birləşmələrini   də   daxil 

etmişdir.   Sanki   əsas   hadisələrlə   bu   sözlərin   heç   bir   əlaqəsi 

yoxdur.   Əslində   isə   ədib   idarələri   milliləşdirən   komitənin 

fəaliyyətsizliyini, dəmir yolu idarələrindəki qeyri-qanuni halların 

müvafiq   təşkilatlar   tərəfindən   aradan   qaldırılmadığını,   dəqiq 

demiş olsaq, sanki dəmir yolu idarələrinin milliləşdirilməmiş ol-

duğunu özünə məxsus dərin yumorla göstərə bilmişdir.

Sovet dövrü felyetonlarında rast gəldiyimiz  

qəza icraiyyə 

komitəsi


  (73),  

Mərkəzi   İcraiyyə   Komitəsi

  (354),  

Rusiya   Şura 

Cümhuriyyəti   Mərkəzi   İcraiyyə   Komitəsi

  (354),  

Qazax   firqə 

komitəsinin   təbliğat   şöbəsi

  (428),  

Mərkəzi   Komitənin   təbliğat 

şöbəsi

  (387),  



qəza   kommunal   şöbəsi

  (180),  

şura   idarələrinin 

cəmi müsəlman şöbələri

  (476),  

intixab komisyonu

  (63),  

cocuq 


komisyonu

 (229), 


mərkəzi kontrol komisyonu

 (270) kimi idarə və 

təşkilat   adları  

komitə,   şöbə,   komisyon

  sözlərinin   dəqiqləşdirici 

sözlərlə   əlaqələndirilməsi  yolu   ilə   əmələ     gəlmiş,   həmin 

birləşmələrdəki  

şura,   cümhuriyyət,   firqə,   qəza,   müsəlman,  

intixab,   cocuq

  sözləri   köhnəldiyi   üçün   adlarda   müəyyən 

dəyişikliklər edilmiş və ya idarə, təşkilat öz əhəmiyyətini itirdiyi 

üçün idarə, təşkilat adları da köhnəlmişdir. Qeyd etdiyimiz bu 

idarə adlarının da bir çoxu müəyyən satirik münasibətlə bağlıdır. 

Məsələn,   hər   cür   dini   təzahürlərin   barışmaz   düşməni   olan 

C.Məmmədquluzadə   bir   sıra   yerlərdə   hələ   də   ruhani 

mədrəsələrinin   qaldığını   və   hətta   Rusiya   Şura   Cümhuriyyəti 

Mərkəzi   İcraiyyə   Komitəsi   tərəfindən   onların   varlığının   təsdiq 

edilmiş olduğunu narazılıqla qeyd edərək yazır: «Biz bu ruhani 

mədrəsələri   əksinqilab   yuvası   hesab   edirik».   (354)   Ziyarətə 

gedənlərə üç yüz manat gümüş pul götürmək icazəsi verən Ali 

İqtisad   Şurası,   uzun   süründürmələrə   səbəb   olan   kredit 

278


cəmiyyəti, kəndlilərin qoşqu heyvanlarından qeyri-qanuni istifadə 

edən palitbüro da ədibin tənqid hədəflərindəndir. Buna görə də 

felyetonlarda rast gəldiyimiz  

Ali İqtisad Şurası, kredit cəmiyyəti 

(261),  

palitbüro

  (33),  

şura   məhkəməsi

  (280),  

ali   məhkəmə 

(382),  

ədliyyə məhkəməsi

  (128),  

işçi-kəndli müfəttişliyi

  (330), 

çeka


 (62), 

türk komsomol cələsəsi

 (324) kimi söz və birləşmələr 

də   müəyyən   satirik   münasibətlə   əlaqədar   olub,   tənqid   və   ya 

təqdir edilən idarə, təşkilat adı kimi çıxış edir.

Siyasət. Sülh. Müharibə…

Cəlil   Məmmədquluzadə   sovet   dövrü   felyetonlarından 

birində İngiltərə fəhlə hərəkatından danışarkən qeyd edir ki, «Bu 

məsələ   bir   siyasi   məsələdir   və   belə-belə   söhbətlərə   qarışmaq 

bizim vəzifəmizdən çox uzaqdır. Allah da şahiddir və bəndə də 

görür   ki,   biz   bir   qoca   molla   babayıq,   bizimki   məsciddir, 

mənbərdir,   şəriət   və   təriqətdir,   imam   və   müctəhiddir».   (192-

193)   İncə   yumorla   söylənmiş   bu   fikri   tamamilə   əksinə   başa 

düşmək   lazımdır.   Mirzə   Cəlilin   özünün   dediyi  kimi,     «Molla 

Nəsrəddin»in dilini «ciddi mənaya çöndərsək», bu o deməkdir ki, 

məscid, mənbər, şəriət, təriqət, imam, müctəhid  vaxtı deyildir, 

Şərq aləmini bunlardan ayırıb qoparmaq, siyasi məsələlərin, mü-

hüm  beynəlxalq hadisələrin iştirakçısına çevirmək, avam xalqları 

ayıltmaq lazımdır. Öz növbəsində Molla Nəsrəddin əmini də qoca 

və   dünya   işlərindən   bixəbər   molla   əmi   hesab   etməsinlər,   o, 

beynəlxalq aləmdəki siyasi fırıldaqları yaxşı başa düşür və s.

«Cəlil   Məmmədquluzadə   sənəti   siyasətlə   bağlamağı 

bacarırdı.   Belə   olmasaydı,     «Molla   Nəsrəddin»çilərin   də   ədəbi 

məktəbi   yarana   bilməzdi».

156


  Hələ   jurnalın   birinci   nömrəsində 

«teleqraf   xəbərləri»   şəklində   «o   zamankı   dünya   siyasətinin 

dahiyanə analizini verən»

157


  ədib başqa sahələrdə olduğu kimi, 

siyasi   məsələlərin   həllində   də   dahi   Mirzə   Fətəli   Axundovun 

156

                            . 



 

 

-



Й я щ й а Я л я к б я р о в Ъялил Мяммядгулузадянин ингилаби

демокра


 

 

,   . .



 

 

-



  «

тик эюрцшляриня даир С М Киров адына АДУ нун Елми 

» , 1962,  3, 

.43.


ясярляр и

№ сящ


279

qüdrətli varisi idi: «Cəlil Məmmədquluzadə Vilhelm Avropasının 

və   Nikolay   Rusiyasının   nəhəng   diplomatları   və   Şərqin   siyasi 

adamları ilə üz-üzə gəlməyi bacarırdı».

158


Görkəmli sosioloq və siyasi xadim bu sahədəki işini Sovet 

hakimiyyəti   illərində   də   davam   etdirmiş,   sovet     dövrü 

felyetonlarının bir qismində bu məsələyə xüsusi yer vermişdir. 

Beynəlxalq   fəhlə   hərəkatını   ardıcıl   izləyən,   kapitalist   hökumət 

başçılarının, xüsusən ingilis lordlarının mürtəce siyasətini fürsət 

düşdükcə   kəskin   ifşa   edən   ədib   çox   vaxt   ezop   manerindən 

istifadə   edərək,   siyasi   məsələləri   dünya   zəhmətkeşlərinin 

mənafeyi baxımından izah etmiş, «doğrusu, bu siyasi məsələləri 

mən o vaxt başa düşə bilmirdim» (355), «əslində, siyasi işlərdən 

mənim o qədər başım çıxmaz» (355), «nə bu dünya ilə işim var 

və nə də bu dünya üçün İngiltərə lordları işlədən siyasətlə işim 

var»   (114),   «mənə   siyasət-zad   lazım   deyil»   (343)   desə   də, 

dövrün   ən   aktual   beynəlxalq   problemlərinə   inqilabçı-demokrat 

mövqeyindən   obyektiv   qiymət   vermişdir.   Buna   görə   də 

felyetonlarda 

dünya siyasəti, siyasi məsələ, siyasi işlər, maliyyə 

siyasəti

  kimi   terminoloji   birləşmələrə   kəskin   satirik   ifşa 

momentlərində tez-tez rast gəlirik.

Satira dilinin tələbləri ilə bağlı olaraq, felyetonlarda 

siyasət 

sözü  


politika  

sözü   ilə   paralel   işlənmişdir:  

lordların   politikası 

(118),  


ingilislərin Ərdəbil politikaları

  (226),  

Rusiya hökumətinin 

politikası

  və s. C.Məmmədquluzadə İngiltərə hökumətinin Şərq 

ölkələrinə   münasibətini   hər   dəfə  nifrətlə   qeyd   etmişdir.   Sovet 

dövründə bu məsələyə daha artıq diqqət yetirərək, «Mühibbi-

imam», «Çox nigaranam», «Allah, bədnəzərdən saxla», «İngilis 

mədəniyyəti», «Latın hürufatı və ingilislər», «Barmaq», «Od və 

su» və başqa felyetonlarında ingilislərin Şərq siyasətini satiranın 

sərt   dili   ilə   kəskin   şəkildə   qırmanclamışdır.   Bu   felyetonlarda 

ingilis   lordları   işlədən   siyasət

,  

Kitayda   ingilis   siyasəti



  (217), 

157


  .  .              . 

 

 



 

, «


М Ъ Ъ я ф я р о в Азярбайъанын бюйцк сийаси хадими Вятян 

», 1942,  1, 

.42.

уьрунда


№ сящ

158


  .  .              . 

 

 



 

, «


М Ъ Ъ я ф я р о в Азярбайъанын бюйцк сийаси хадими Вятян 

», 1942,  1, 

.42.

уьрунда


№ сящ

280


ingilis politikası

 (467), 


ingilis rəfiqlərimizin politikası

 (230) və sair 

birləşmələr eyni anlayışın ifadəçiləridir. Satira ustası həmişə «İn-

giltərə   lordları   işlədən   siyasət»i   pisləmiş,   ingilislərin   «imam 

məhəbbəti   nəşəsi»   ilə   İran   əhalisini   yatırdan   «torba-torba 

qızılları»na   nifrət   bəsləmişdir.   Ədib   aşura   günü   23   nəfərin 

ağköynək   olub   özlərini   şəhid   etmələrini   «hacı   ingilislərin» 

məhərrəmlik büsatına rövnəq yolu ilə «müsəlmanların cəhalətini 

və   həmaqətini   nəhayətə   yetirib»   yavaş-yavaş   İrana 

sahiblənməyə başlamaq niyyətləri ilə əlaqədar izah edir və islam 

xalqlarını daha  da  kütləşdirməyə çalışan «ingilis rəfiqlər»in si-

yasəti barədə yazır: «İngilislər üçün dünyada yaxşı şey və pis 

şey yoxdur; o yerdə ki 

onların politikası

 icab edir, orada yaxşı işə 

də onlar yaxşı deyə bilərlər, pis işə də yaxşı deyə bilərlər. Və o 

yerdə ki  

onların  siyasəti

  təqaza  edir, o   yerdə onlar  ağa  qara 

deyə bilərlər, qaraya da ağ deyə bilərlər». (230) 

Kitayda ingilis 

siyasəti


  –   dedikdə   ingilislərin   tədricən   Çini   ələ   keçirib   orada 

istədikləri kimi hərəkət etmələrini,  

ingilislərin Ərdəbil politikaları 

–   dedikdə   onların   yerli   ruhanilərdən   casus   kimi   istifadə 

etmələrini nəzərdə tutmuşdur.

Cəlil Məmmədquluzadə ingilis hökumətinin Sovet dövlətinə 

münasibətindən   bəhs   edərkən  

xəncər   itiləmək,   odla   oynamaq 

kimi ifadələr işlətmişdir: «bu Çemberlendir nədir, onun Şuralara 

qarşı  


xəncər   itiləməyindən

  heç   gözüm   su   içmir;   Çemberlen 

rəfiqim, deyəsən, doğrudan da necə ki deyərlər, 

odla oynayır

…» 

(276)   «Barmaq»   felyetonunda   ingilis   siyasətinin   iç   üzü   daha 



obrazlı ifadələrlə açılmışdır. Felyetonda  deyilir: «Hər bir əsrdə 

vaqe olan ğəlğəşş işlərin hamısını 

ingilis barmağından

 görürəm». 

(393) Burada  

ingilis barmağı

  ifadəsi "ingilis siyasəti"nin obrazlı 

sinonimidir. Siyasət aləmində «ingilis barmağının» mənfi rolunu 

ədibin   necə   mənalandırdığını   təsəvvür   etmək   üçün   aşağıdakı 

sözlərə   diqqət   yetirmək   kifayətdir:   «…az   qalıram   deyəm   ki, 

qədim əsrdə Misir məmləkətində fironbazlıq, Ərəbistanda məs-

nəd üstə xəlifəbazlıq, İranda şahbazlıq üstə minlərcə qətlü qa-

rətlər,   Osmanlıda   sultanlıq   üstə   qardaş   öldürmək,   Şuralar 

məmləkətində   seçki   kampaniyasında   qolçomaqların   fırıldağı, 

Bakıda   Şeyx   Qəni   və   Maştağada   Mirzə   Əbdül   Kərimin   avam 

arasında   hoqqabazlığı   –   bunlar   hamısı  

ingilis   barmağının 

281


əlamətidir». (394) Bu mübaliğəli sözlərdə 

ingilis barmağı

 ifadəsi 

fitnə-fəsad, şeytan əməli və bunlardan daha geniş, daha çirkin 

bir   məqsədin   ifadəçisi   kimi   çıxış   edir   və   ona   görə   də   ingilis 

siyasətçiləri xalq arasında həmişə lənətlə xatırlanan şeytandan, 

onların siyasətinin şeytan əməlindən daha pis olduğu göstərilir: 

«…evdə bir para işə acığım tutanda dəxi «lənət şeytana!» de-

mirəm,   «lənət   ingilis   barmağına!»   deyirəm».   (394)   Yazıçının 

işlətdiyi  

fəsad barmağı

  ifadəsi də  

ingilis barmağı

  ifadəsinə çox 

yaxındır:   «…bişüur   Şərqdə   bir   guşə   qalmayıb   ki,   ingilis 

diplomatları oraya sahib olmaq üçün  

fəsad barmaqlarını

  uzadıb 

böyük-böyük   fitnə   və   bədbəxtlik   törətməsinlər».   (114)  

Fəsad 


barmağı  

ifadəsində   «hiyləgər   siyasət»   mənası   daha   güclüdür. 

Yeri gəlmişkən qeyd edək ki, ədib İn-   giltərənin mürtəce siyasi 

xadimlərini də kəskin ifadələrlə lənətləmişdir; 

ingilis diplomatları 

kimi   rəsmi

,   ingilis   rəfiqlərimiz,   hacı   ingilislər

  kimi   yumorlu, 

İngiltərə cahangirləri, cahangir düşmənlər

 kimi açıq tendensiyalı 

ifadələrlə   yanaşı,  

dünyanın   şeytanət   ustadları

  (230),  

yerin, 


göyün   provokasiya   fazilləri

  (230)   kimi   acı,   tutarlı   və   kəskin 

ifadələr   seçib   işlədən   ədib   «Latın   hürufatı   və   ingilislər» 

felyetonunu,   üzünü   İngiltərənin   bir   sıra   siyasi   xadimlərinə 

tutaraq,   bu   sözlərlə   bitirir:   «Dünyada   fəsadatda   vahid 

yaranmısınız və vəhdaniyyətinizə şəkk edənə min lənət!» (230)

Siyasət

  sözünün   sinonimii   kimi,  



baqqal oyunu

  ifadəsi  də 

maraqlıdır.   Müstəmləkəçi   dövlətlərin   asılı   ölkələri,   xalqları 

cəhalətdə saxlamaq, milli mədəniyyətin və milli dillərin inkişafına 

mane olmaq siyasətini ədib baqqal oyununa bənzətmişdir: «…

çar   hökuməti   Qafqaz   Azərbaycanının   başına   gətirən  

baqqal 

oyununu


 da şah hökuməti Təbriz və İran Azərbaycanının başına 

gətirəcəkdir».   (106)   Çar   hökumətinin   Qafqaz   xalqlarını 

vuruşdurmaq   siyasətini   ardıcıl   ifşa   edən   ədib   bu   siyasəti 

şeytanət


  və  

provokasiya, misli olmayan səfahət, zəhrimar əda-

vət, şoğərib ədavət

 deyə pisləmişdir.

Siyasət məsələlərindən danışarkən Yaxın Şərq daha tez-tez 

xatırlanmışdır.  

Yaxın Şərq məsələsi, islam dünyası, islam aləmi 

və   müsəlman   aləminin   siyasi   geriliyini   göstərən

  bişüur   Şərq 

ifadələri də bu münasibətlə bağlı işlədilmişdir.

282


Cəlil Məmmədquluzadə beynəlxalq  siyasətin müharibə və 

sülh kimi çox mühüm məsələlərinə də münasibətini bildirmiş və 

öz jurnalının səhifələrində həmin məsələlərə geniş yer vermişdir. 

1928-ci   ildə   yazdığı   «Sülhi-əbədi»   felyetonunda   oxuyuruq: 

«Sülhi-əbədi»

,   -   yəni   türkcəyə   çöndərsək,   «həmişəlik   barışıq» 

deməkdir». (320) Görkəmli yazıçı «sülhi-əbədi»ni  

gözəl tədbir, 

müqəddəs tədbir, müqəddəs məsələ

  (320) hesab etmiş,  

sülh, 

asayiş,   barışıq



  sözlərini   sinonim   kimi   işlətmişdir;   cahan 

müharibəsinin   səfalətlərini   gözü   ilə   gördüyündən   müharibə 

qızışdırıcılarını və Sovet hökumətini zorla müharibəyə cəlb etmək 

istəyənləri daha çox tənqid atəşinə tutmuş, «Qarğa-quzğunlar» 

(1929)   felyetonunda   belələrini  

ac   həriflər,   Nikolay   əsrinin 

dəstpərvərləri, qarğa-quzğunlar, şura düşmənləri

 adlandırmışdır.

İnqilab

  sözü   felyetonlarda   həm   «Oktyabr   inqilabı»   (14), 



həm   də   «çevriliş»,   «dəyişiklik»   (17)   mənalarında   işlənmişdir. 

«İnqilab   lazım»   (1922)   felyetonunda   İran   şahı   Məmmədəlinin 

qovulması və bir «dılğır parlaman» əldə edilməsi faktlarını qeyd 

edərək,   ədib   İran   zəhmətkeşlərini   bunlarla   kifayətlənməməyə 

çağırır: «Bunnan bir şey olmayacaq, yenə  

inqilab


  lazım». (17) 

İran   ictimai   mühitini  

dərin   zülmət,   qalın   qaranlıq

  sözləri   ilə 

xarakterzə edən ədib burada çox-çox «tüfəng», «barıt atəşi», 

«maarif topu», «mədəniyyət təkamülü», «dinamit inqilabı» (17) 

lazım olduğunu xüsusi israrla göstərmişdir. Oktyabr inqilabından 

keçən   beş   ilin   müddətində   avamlığın,   cəhalətin,   fanatizmin, 

qazıların   moizələrinin,   ölülərin   sümüklərinin   Ərəbistana 

daşınması prosesinin davam etməkdə olduğunu müşahidə edən 

ədib «Ar olsun!» felyetonunda (1922) «inqilab» mənasında 

tarixi 


dəyişiklik

 birləşməsi ilə yanaşı, 

vəlvələ, zəlzələ, mərəkə

 sözlərini 

də qabarıq şəkildə nəzərə çarpdırmış, belə böyük tarixi hadisənin bir 

çoxlarını   cəhalət   yuxusundan  hələ   də   ayılda   bilmədiyini   acı 

təəssüflə qeyd etmişdir.

İnqilabdan əvvəl fəhlələrlə kəndlilər arasındakı başlıca sinfi 

fərqləri və xüsusən fəhlə sinfinin inqilabda rəhbər rolunu görə 

bilməyən,   hər   iki   sinfi   «füqərayi-kasibə»   adlandıran

159 

159


 

.:                                         .   (

 

Бах Ъ я л и л М я м м я д г у л у з а д я щяйат вя 



). «

» 



, 1974, 

.238.


йарадыъылыьы Елм няшриййаты Бакы

сящ


283

C.Məmmədquluzadə sovet dövründə də zəhmətkeşlərin yaşayış 

tərzi və mədəni vəziyyəti ilə ardıcıl maraqlanmış, fəhlələrə pis 

baxan,   onları   lazımi   məlumatla   silahlandırmaq   üçün   tez-tez 

mədənlərə getməli olan, lakin çox ağır şərtlərlə bu işi icra edən 

şəxsləri  

ağa,   fəhlələrin   vaizi

  (16)   kimi   təsvir   etməklə   yanaşı, 

fəhlə   sinfini   də  

fəhlə,   neft   fəhlələri,   ac   fəhlə,   ac-mac,   zəh-

mətkeşlər,   qara   camaat,   canlı   motorlar

  (16,   30)   kimi   söz   və 

ifadələrlə xarakterizə etmişdir.  

Rəiyyət, kəndli

  (33),  

əkinçi

  (45) 


sözləri   isə   ədibin   dilində   "zəhmətkeş   kəndli"     məfhumunun 

ifadəçiləridir.

Gənc Sovet respublikasının gündəlik həyatı ilə bağlı olan 

qərarlar   ədibin   satira   dilində  

qərardad

  şəklində   ifadə 

olunmuşdur. Tərəqqi və sürətli inkişafa imkan verən hökumət 

qərarları   ədibin   yüksək   ehtiramına   səbəb   olduğu   kimi,   geriyə 

çəkən, inkişafa azacıq da olsa mane olan qərar və göstərişlər 

kəskin   satira   atəşinə   məruz   qalmışdır.   Jurnal   eydi-fitr   günü 

əhaliyə   istirahət   verilməsini   yeni   quruluş   üçün   nöqsan   hesab 

edərək yazırdı: «…həftədə bir, ayda bir hökumət qərardadı bizi 

xəbərdar edir və bizi mütənəbbeh edir ki, ey qəflətdə olanlar! 

Ayılın və agah olun ki, filan ayın filan günü eydi-şərifi-fitrdir, filan 

günü İsmayıl qurbanıdır, filan günü rəqayibdir, filan günü Muse-

yi-Kazimin   rehlətidir,   filan   və   filan».   (131)   Hətta   başqa   bir 

felyetonda bu cür  qərara ədib

 dekret


 (79) adı ilə gülmüşdür.

Qərardad 

sözü ilə yanaşı, 

qanun


 sözü də satirik dildə kinayə 

və istehza ilə işlədilmişdir. Kənd şura sədrinin «sünnət toyu» ilə 

öz   dostunu   camaat   hesabına   varlandırmağa   çalışması  

iqtisadi 

qanunların   bir   növü

  (198)   deyə   lağa  qoyulmuşdur.   Bəzən   öz 

fikrini   birbaşa,   ezop   manerindən   istifadə   etmədən   ifadə   edən 

ədibin  felyetonlarında  

qanun

  sözünün   həqiqi  və geniş   mənada 



işlədildiyi hallara da rast gəlirik: «…ruhaniliyə ən qatı zərbə yeti-

rən  


Şura   qanunları

  və   kommunizmdir».   (354)   «İnqilab   lazım» 

felyetonunda işlədilmiş 

qanuni-əsasi

 birləşməsi İranda Məmmədəli 

şah qovulduqdan sonra qəbul edilmiş «qanuni-əsasi»yə işarədir.

Felyetonlarda   rast   gəldiyimiz:  

qənaət,  israf,  vergi,   naloq 

(naloq   işləri,   naloq   dəstgahı,   naloq   loğmanları,   naloq   almaq, 

284


ərzaq   vergisi,   vergi   vermək),   cərimə,   rüşvət,   sığorta   (sığorta 

idarəsi,   sığorta   həkimləri,   sığorta   dərmanları,   sığorta   işləri, 

sığorta   söhbətləri   –   özümdən   böyük   sözlər,   sığorta   xərcləri, 

sığorta tarifi, sığorta ümuratı, məcburi straxovoy olmaq) və s. 

terminoloji sözlər

 

Sovet



 

hakimiyyətinin ilk illərində qənaət, vergi, 

sığorta məsələləri ilə bağlı olan nöqsanların tənqidi, kənd yerlərində 

rüşvətə və əliəyriliyə qarşı mübarizə çağırışı ilə əlaqədar yazılmış 

felyetonlarda   işlənmişdir.   Ədib   sığorta   və   vergi   idarələrinin 

fəaliyyətindəki nöqsanları tənqid etmiş, sığorta idarələrinin işçilərini 

kinayə   ilə  

sığorta   ümuratı

,   məhsulun   miqdarını   nəzərə   almadan 

əvvəlcədən vergi təyin edən idarə müdirlərini 

naloq loğmanları

 ad-


landırmış,   vergi   qanunundan   düzgün   istifadə   etməyənləri, 

rüşvətxorları,   süründürməçiləri,   israfçıları   ifşa   etməklə,   hökumət 

qərarlarına dirsək göstərənlərə qarşı mübarizədə fəal iştirak etmişdir.


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin