P
1. pa (f)
2. padşah (f)
3
3. pak (f)
4. paymal (f)
5. palas (f)
6. paltar
7. pambuq
8. papaq 3
9.
papiros
(r)
10. para
(yarı) (f) 3
11. parça (f)
12. peyvəstə (f)
13. peyğəmbər
(f)
14. peyda (f)
242
15. peydərpey (f)
16. penir (f)
17. peşman (f)
18. peşkəş (f) 2
19. pənah (f)
20. pəncərə (f) 2
21. pərvərdigar (f) 10
22. pərdə (f) 3
23. pəs (f) 7
24. pəhlivanlıq (f)
25. pəh-pəh!
26. piyada (f) 2
27. pis 11
28. pis-pis
29. pişə (f) 2
30.
pişik 2
31. pul (f) 44
R
1. razı (ə) 4
2. rahət (ə) 2
3. rədd (ə) 2
4. rəng (f)
5. rəftar (f)
6. rəhm (ə) 6
7. rəhmət (ə)5
8. rəhmət(lik) (ə) 3
9. rəcəb (ə)
10. rəşadət (ə)
11. ruzigar (f)
12. rus(i)
13. ruh (ə) 3
14. rüsva (f)
15. rüsva(lıq) (f) 2
S
1. sabah (ə) 5
2. savışdırmaq
3. savrulmaq
4. saqqal 8
5. saqlamaq
6.
sağ (salamat)
4
7. sağ (tərəf) 2
8. sağalmaq
9. sağlıq
10. saət (ə) 26
11. sair (ə)
12. sayə (f)
13. saymaq
14. sakit (ə) 5
15. salmaq 17
16. salavat (ə)
17. salamməlik
(ə) 2
18. samavar (r) 4
19. sandalya (f)
20. saniyə (ə)
21. sarı
(rəng) 2
22. sarı
(tərəf)
23. sataşmaq
24. satmaq 7
25. saxlamaq
26. sahib (ə)
4
27. sahibqran
(əf)
28. saç
29. sevmək
243
30. seyrəngah (əf)
31. səba (ə)
32. səbəb (ə) 3
33. səbr (ə) 6
34. səbr(siz) (ə)
35. səvayı (ə) 3
36. səyahət (ə)
37. səkkiz
38. səlaməleykim (ə)
39. səlamət (ə) 4
40. sən 123
41. sənət (ə)
42. sənduq (ə)
43. sərilmək
44. sərinimək
45. səs 10
46. səfeh (ə)
47. səxavət (ə)
48. səhv (ə)
49. sırımaq
50. sırtalmaq
51. sıxmaq
52. sidq (ə)
53. siz 18
54. siyahət (ə)
55. sillə (f)
56. silmək
57. sinə (f)
58. sovrulmaq
59. soğan 2
60. soyumaq 2
61. soyutmaq
62. sol
63. sonra 15
64. soruşmaq 6
65. sövdagər (ə) 6
66. söz 25
67. söyləmək
6
68. söylənmə
k
69. səkmək 2
70. sönmək
71. söhbət (ə)
72. su 21
73. sual (ə)
74. surə (ə)
75. susuz
76. sübh (ə)
6
77. süri 2
78. süritdiyyə
-süritdiyə
79. süt 2
Ş
1. şad (f)
2.
şair (ə) 2
3. şalaq
4. şan (ə)
5. şanə (f) 2
6. şaxımaq 4
7. şey (ə) 14
8. şeytan (ə) 3
9.
şe`r (ə) 6
10. şəvə (f)
11. şərabsız (ə)
12. şərif (ə) 2
13. şərt
14. şəfəq (ə)
15. şəxs (ə) 2
16. şəhər (f) 8
17. şıllaq
244
18. şikayət(çi) (ə) 3
19. şirin (f)
20. şoraba (f)
21. şövkət (ə)
22. şüklətmək
23. şükr (ə) 2
24. şürbi (ə) 2
T
1. ta
2.
tavlamaq 4
3. tay (bərabər)
4. tay-tuş 2
5. taifə (ə) 5
6. tamaşa (ə)
7. tanımaq 11
8. tanış
9. tapmaq 4
10. tapşurmaq 2
11. tarı (tanrı)
12. taxıl
13. taxtapuş (f)
14. tahı 9 (daha)
15. tez 2
16. tezliklə 2
17. tez-tez 3
18. tezcə
19. tel (saç) 4
20. təvəqqe (ə) 6
21. təqsir (ə) 5
22. təğyir (ə)
23. təziyə (ə)
24. tək 5
25. təklif (ə) 2
26. tələ (f)
27. təlim (ə) 2
28. təmam (ə) 6
29. təmənna (ə)
30. təməssük (ə)
6
31. təməh (ə)
32. tənbih (ə) 3
33. təpə (dağ) 6
34. təpə (baş) 2
35. təpmək 2
36. tər 2
37. təravət (ə)
38. tərəf (ə) 7
39. tərif (ə)
40. tərifnamə
(əf)
41. tərsinə
42. təsbih (ə)
43. təsəddüq
(ə)
44. təskin(lik)
(ə)
45. təhzib-ül-
əxlaq) (ə) 2
46. təhrir (ə)
47. təşrif (ə)
48. tikənəcək
49. tikə-tikə
50. tikmək 2
51. titrəyə-
titrəyə
52. toyuq 2
53. top
54. tor
55. torba 3
56. toxtamaq
57. tövr (ə) 3
58. tökmək 10
245
59. tökə-tökə
60. tökülmək 2
61. tula 5
62. tutmaq
63. tufan (ə)
64. tufan(lı) (ə)
65. tülki
66. tümən
67. türk(i)
68. tütümək
69. tüfəng
U
1. uğrunda
2. udmaq 7
3. uduzmaq 15
4. uzaq
5. uzatmaq 3
6.
uzunu 3
7. ulamaq
8. urmaq (vurmaq)
25
9. utanmaq
10. uçmaq 2
11. uc
12. uca
13. ucuz
14. uçıq
15. uşaq 30
16. uşqola (r)
Ü
1. üz
2. üzmək
3. üzrə
4. ümid (ə) 2
5. ürək 10
6. üst 34
7. üç 7
8. üçinci
V
1. vaqiə (ə)
2
2. vadar (f)
3. vay!
4. vay-hay
5. vallah (ə)
3
6. var 39
7. vargəl
8. varlıq
9. vacib (ə)
10. vermək
96
11. verst (r)
12. və (ə) 34
13. vəqt (ə)
20
14. vədə (ə) 8
15. vədəm (ə)
16. və ya (əf)
17. vərəm (ə)
18. vəsiyyət (ə)
19. vəhdaniyyət (ə)
20. vurmaq 2
21. vücud (ə)
Y
1.
ya (f) 11
2.
yabı 6
246
3.
yavanlıq
4.
yavaş 2
5.
yavaşca
6.
yağ
7.
yağmaq 7
8.
yağış 4
9.
yağışlı
10.
yad(ıma) (f) 6
11. yaz 2
12. yazıq 5
13. yazmaq 15
14. yaymaq 2
15. yalamaq 2
16. yalan
17. yalvarmaq 2
18. yalvar-yapış
19. yalın
20. yamamaq 2
21. yaman 4
22. yan (təpəf )
23. yanmaq 14
24. yandırmaq
25. yanınca
26. yanmaq
27. yapışmaq 2
28. yar (f) 3
29. yaraq
30. yaradan
31. yaratmaq 4
32. yarı
33. yarmaq 2
34. yatmaq 2
35. yaxa 2
36. yaxalamaq
37. yaxun 3
38. yaxşı 27
39. yaş (göz yaşı) 10
40. yeddi
41. yel
42. yelpənək
43. yemək 21
44. yenə
45. yer 39
46. yerimək 4
47. yetim 3
48. yetim-yesir (ə)
49. yetmək
50. yetirmək 2
51. yetişmək
52. yəqin (ə)
53. yəni (ə) 2
54. yığıncaq
55. yığışmaq
56. yığışdırmaq 2
57. yığmaq 9
58. yıxılmaq 13
59. yıxmaq 13
60. yiyə (sahib) 3
61. yil (il)
62. yoq//yox 30
63. yoqsa 12
64. yoğuş
65. yol 17
66. yoldaş 4
67. yoldaşlıq
68. yorğan
69. yormaq 7
70. yorulmaq
71. yorunuq
72. yumaq
73. yummaq
74. yumrılmaq
75. yurd 4
76. yuxarı
247
77. yuxu 3
78. yüz 3
79. yüz (üz) 8
80. yüzbaşı 2
81. yüz yetmiş
82. yükləmək
83. yügürtmək
84. yüngülləşmək
85. yürəg (ürək) 11
Z
1.
zad (ə) 4
2.
zalım (ə)
3.
zaman (ə)
4.
zəif (ə)
5.
zəmanə (ə) 3
6.
zərafət (ə) 4
7.
zərb (ə) 2
8.
zərər (ə) 2
9.
zəhmət (ə) 3
10. zəhrimar (f)
11. ziyan (f)
12. ziyarət (ə)
13. zülm (ə) 2
14. züriyyət (ə) 2
248
XÜSUSİ ADLAR
a) Şəxs adları:
1. Avanes
2. Aslan bəg 2
3. Qaraqazan 2
4. Qəhrəman bəg
5. Qulu
6. Dadaş
7. Əbdül
8. İbrahim 2
9. İmamverdi 9
10. İsmayıl 5
11. Kərəm
12. Kərim 18
13. Koroğlu
14. Leylac
15. Mərdan bəg
16. Məşhədi; Məşhədi Cəfər 14
17. Mirzə 18; Mirzə Bayram 2
18. Nazlı; Nazlı xanım 2
19. Nəcəf 20; Nəcəf bəg 34;
Nəcəf bəg Çaybasarksi;
Nəcəf bəg Murad bəg oğlu
20. Pəri 6
21. Sədi
22. Səlim; Səlim bəg 2
23. Sona 9; Sona xanım 8
24. Süleyman bəg 23
25. Hatəm; Hatəmi-Tai
26. Həmzə 4; Həmzə
bəg 6
27. Cavad 36
28. Cəfər
b) Coğrafi adlar:
1. Almasatanlı
2. Varşava
3. Zurnaçılı
4. İran 3
5. Kür
6. Mavəraünnəhr
7. Mazandaran
8. Məkkə 2
9. Sibir 4
10. Təbriz 2
c ) Heyvan adı:
1. Tirmə (it adı)
249
194-səhifədən nəticə başlanır
250
251
252
NƏTİCƏ
1. Ə.Haqverdiyev bədii yaradıcılığa başladığı dövrün
əvvəlindən dilin əsas inkişaf qanunlarını və gələcək inkişaf yolunu
düzgün dərk edərək, yalnız Azərbaycan dilindən qidalanmış və milli
ədəbi dilimizi bu mənbə hesabına irəlilətməyə, zənginləşdirməyə və
yabançı təsirlərdən qorumağa çalışmışdır. Bu mübarizə cəbhəsində
o, təkcə yüksək sənət nümunələri olan bədii əsərlərinin dili ilə deyil,
həm də bu dili elmi əsaslarla müdafiə edən məktub, məqalə və
çıxışları ilə iştirak etmişdir.
O, sovet dövründə fəaliyyətini xeyli genişləndirərək, ədəbi
dilimizin düzgün yolla inkişafına mane olan məsələlərlə
mübarizədə daha fəal mövqe tutmuş, ali məktəb tələbələri
qarşısında Azərbaycan dili tarixinə dair mühazirələr oxumuş,
qeyri-azərbaycanlılara bu dilin praktik şəkildə mənimsədilməsi ilə
bilavasitə məşğul olmuş, dilimizin elmi tədqiqinə şəxsən
rəhbərlik etmişdir. Ədib bunlarla kifayətlənməyərək, ədəbi dil,
bədii dil, mətbuat dili, əlifba, orfoqrafiya, qrammatika mə-
sələlərindən bəhs edən "Ədəbi dilimiz haqqında", "Mirzə Fətəli
və ərəb əlifbası", "Böyük islahat" (rus dilində) və s. kimi qiymətli
elmi məqalələr yazmışdır. O, M.F.Axundovun ədəbi dil sahəsində
xidmətlərini, əlifba inqilabçılığını çox yüksək qiymətləndirmiş, in-
qilabdan əvvəlki Azərbaycan mətbuatının ("Əkinçi", "Kəşkül",
"Ziyayi-Qafqaziyyə" qəzetlərinin, "Molla Nəsrəddin", "Füyuzat",
"Şəlalə" jurnallarının) dili haqqında, demək olar ki, ilk dəfə bir
sistem şəklində obyektiv fikirlər söyləmişdir. Ə.Haqverdiyev öz
məqalələrində istilah yaradıcılığı məsələsinə toxunmuş, ana dili
istilahları əvəzinə fars istilahları işlədilməsini ədəbi dil üçün nöq-
san saymışdır. O, rus, ərəb, fars və türk xalqlarının dillərinə
məxsus leksik və sintaktik vahidlərdən Azərbaycan dilində yersiz
və lazımsız şəkildə istifadə olunmasına qarşı öz narazılığını
bildirmiş, mətbuatda orfoqrafik və qrammatik qaydaların
pozulması hallarına etiraz etmişdir. Ə.Haqverdiyev ədəbi dil
normalarının dəqiqləşdirilməsini və bu barədə dəyərli elmi əsərlə-
rin yaradılmasını günün ən zəruri məsələlərindən saymış və bütün
253
bu işləri həyata keçirmək üçün xüsusi bir təşkilat yaratmağı təklif
etmişdir.
2. Ə.Haqverdiyevin ədəbi dil cəbhəsindəki bu qızğın fəaliy-
yətinin onun öz şəxsi bədii yaradıcılığına çox ciddi təsiri
olmuşdur. Yalnız bu fəaliyyəti ilə əlaqədar olaraq, o,
normalaşmış ədəbi dil anlayışını tam mənasilə başa düşmüşdür.
Bu sözlər onun əsl xidmətlərini heç də azaltmır. Ə.Haqverdiyevin
böyüklüyü bir də bundadır ki, o, inqilabdan əvvəlki son dərəcə
təzadlı bir dövrdə, zidd cəbhə nümayəndələrinin hər dəqiqə
toqquşduğu bir zamanda əsl yolu düzgün təyin edərək, yalnız
ümumxalq Azərbaycan dilinə əsaslanmışdır. Sovet dövründə ədib
bir az da irəli gedərək, ümumxalq dilinə kor-koranə yanaşmaq
hallarını aradan qaldırmağa, xalq danışıq dilindən nəyi, necə se-
çib götürmək lazım olduğunu dürüst anlayaraq əməli şəkildə
həyata keçirməyə çalışmışdır.
Ədibin öz əsərlərinin dili üzərində əməli işi yaradıcılığının ilk iki
dövründə söz, ifadə və cümlələrin ixtisarı, əvəzlənməsi və əlavəsin-
dən ibarət olmuşdur; yaradıcılığının III dövründə isə o, dil vahidləri-
nin (şəkilçilərin, sözlərin, ifadələrin, cümlələrin və bütöv mətnlərin)
ixtisarı, əvəzlənməsi, artırılması işini keyfiyyətcə yaxşılaşdırmış və
xeyli genişləndirmişdir. İnqilabdan əvvəl nəşr olunmuş əsərlərinin
dili üzərində yenidən işləyərkən ilk dəfə müəyyən dialekt xüsusiy-
yətlərinin islahına və cümlə üzvləri sırasını ədəbi dil normalarına
uyğun şəkildə düzəltməyə çalışmışdır. Buna baxmayaraq, onun so-
vet dövründə nəşr olunmuş əsərlərinin dilində bəzi məhəlli xüsusiy-
yətlərlə yanaşı, cümlələrdə canlı danışıq dili üçün səciyyəvi olan
üzvlərin inversiyası yenə də qalmışdır.
3. Ə.Haqverdiyevin dramlarının orijinallığı, həyatiliyi və
gücü təkcə onun əsərlərində qoyulan əsas məsələlərdə və həmin
məsələlərin xalqın xeyrinə necə həll edilməsində deyil, həm də
bu əsərlərdə istedadla istifadə edilmiş dildə - ümumxalq
Azərbaycan dilinə məxsus xüsusiyyətlərdə təzahür edir.
Xalis Azərbaycan sözləri "Dağılan tifaq"ın lüğət materialının
əsasını təşkil edir. Bu sözlərin 95 faizə qədəri ümumişlək
sözlərdən ibarətdir və ədəbi dildə sabitləşmişdir. Öz işlənmə
dairəsinə, mühüm səciyyəvi əlamətlərinə, söz yaradıcılığındakı
roluna və ümumiyyətlə, hər cür mövqeyinə görə bu qrupdan
254
olan sözlər başqa söz qruplarından müqayisə edilməz dərəcədə
üstünlüklərə malikdir. Bu vəziyyət təbiidir və Ə.Haqverdiyevin
demokratik dünyagörüşündən irəli gəlmişdir. O, əsl hikməti xalq
dilində, bu dilin sadəliyində və şirinliyində görürdü. Onun
dilindəki sadəlik, ifadəlilik, şirinlik və lakonizm ən çox xalis
Azərbaycan sözlərinə aiddir. Bu sözlərin çoxu dilimizin təşək-
külündə bilavasitə və ya bilvasitə iştirak etmiş qədim türk tayfa
dillərindən gələn, indi də qohum dillərdə yaşayan və işlənən söz-
lərdir. Belə sözlər kəmiyyətinə görə fərqləndiyi kimi, söz yaradıcı-
lığında məhsulldarlığına görə də başqa söz qruplarından seçilir.
Xalis Azərbaycan sözlərinin az bir qismi
(uşaq, çatı, uca, yabı,
yelpənək, ha
və s.) sırf milli xarakter daşıyır və yalnız
Azərbaycan dilində işlədilir.
4. Pyesin lüğət tərkibinə daxil olan sözlərin ümumi
kəmiyyəti xüsusi adlarla birlikdə1376-dır. Bu sözlər pyesdə 7417
dəfə işlənmişdir. Mənşəcə qruplaşdırma nəticəsində məlum olur
ki, bu sözlərin 43,9 faizi, yəni 604-ü, təkrarən işlənməsini də
nəzərə aldıqda 28 faizi, yəni 1984-ü alınmadır. Alınma sözlərin
97,5 faizi ərəb və fars sözləridir ki, bunların da 95,4 faizi və rus
dilindən alınma sözlərin hamısı (bunlar cəmi 9-dur) ümumxalq
danışıq dilindən gələn leksik vahidlər olub, şifahi və yazılı ədəbi
dilimizdə əksəriyyət etibarilə sabitləşmiş sözlərdir. Ərəb və fars
sözlərinin qalan hissəsi (4,5 faizi) surət dilini tipikləşdirmək,
rəsmi sənəd üslubunun xüsusiyyətlərini saxlamaq və s. ilə
əlaqədardır və dildə sabitləşə bilməmişdir.
Ərəb, fars sözlərinin 7-8 faizə qədəri dini sözlərdir. Pyesin
yazıldığı dövrdən keçən müddət ərzində dini sözlərin bir qismi
sıradan çıxmış, bir qismi isə dilimizdə öz dini məzmununu
itirərək, az-çox əslinə yaxın mənada və bəzən qeyri-dini çalarda
işlədilməkdədir.
150
Müşahidələr göstərir ki, heç bir xalis Azərbaycan sözünə
ərəb-fars şəkilçisi birləşə bilmədiyi halda, ərəb və fars sözləri
Azərbaycan dili şəkilçiləri ilə sərbəst şəkildə işlənmişdir.
Dilimizin orijinallığını qorumaq üçün Ə.Haqverdiyev qonşu
xalqların dillərinə son dərəcə diqqətli olmuş, həmin dillərdən
150
.
Бу ъцр сюзлярин бир гисми сон дюврлярдя йенидян фяаллашмагдадыр
255
nəyi, necə, nə üçün götürmək lazım olduğunu diqqətlə
düşünmüşdür.
5. Haqverdiyev doğulduğu və böyüdüyü dairənin spesifik
lüğət vahidlərindən - Qarabağ dialektinə məxsus:
quylamaq,
girləmək, sırtalmaq, şalaq, şaxımaq, şüklətmək
kimi
sözlərdən istifadə etmişdir. Əksəriyyəti yazılı ədəbiyyata ilk dəfə
daxil edilən bu sözlərin dilə dair mənbələrlə müqayisəsi göstərir
ki, onların çox qədim tarixi vardır. Ədəbi dilimizi yeni sözlər
hesabına zənginləşdirmək, surətlərin dilinə fərdi çalar vermək,
sinonim cərgələr vasitəsilə fikri rəngarəng boyalarla ifadə etmək
məqsədilə gətirilmiş bu cür sözlər dramaturqun həm xalq dilinə
əsaslandığını, həm də bu dilə dərindən bələd olduğunu sübut
edən maraqlı faktlardır. Məhəlli sözlərin işlənməsində dövrün,
şəraitin də dərin təsiri vardır. Belə ki pyesin yarandığı dövrdə
dialekt və şivələrimiz ədəbi dilə güclü təsir etməkdə idi. Ona
görə də dialektizmlərin bədii dildə işlənməsi o dövr üçün ümumi
hal olub, ədibin C.Məmmədquluzadə, N.Nərimanov kimi görkəmli
müasirlərinin yaradıcılığı üçün də az-çox səciyyəvi idi.
6. Pyesdə köhnə ictimai quruluşla əlaqədar əşya və
hadisələri bildirən az miqdarda başqa bir qrup sözə də təsadüf
olunur. Bu sözlər əsərin yarandığı dövrdə ümumişlək sözlər
sırasında olsa da, adlandırdıqları əşya və hadisələrlə birlikdə
unudulmaqdadır. Arxaik rəng almış belə sözlər 40-a qədər olub,
2,9 faizi təşkil edir.
Güdaz, eşik, onəltmək, tütümək
tipli
arxaik sözlər isə hələ əsərin meydana çıxdığı dövrdən çox
əvvəllərdə məhdud işlənirdi. Müəllif bunlardan tipikləşdirmə
məqamında istifadə etmişdir. Bunlarla yanaşı, keçən 60-70 il ər-
zində lüğət materialı içərisində formaca və məzmunca
arxaikləşən sözlər də vardır.
7. Ə.Haqverdiyev sözün semantik cəhətinə diqqətlə
yanaşmış, sözün mənasından istifadənin fərdi üsullarını
yaratmağa meyil etmişdir. Ədib surət dilini fərdiləşdirmək,
müəyyən bir əlaməti və ya xüsusiyyəti qabarıq şəkildə nəzərə
çarpdırmaq, ifadə olunan əsas fikri qüvvətləndirmək, nitqə
kinayə, tərif, yaltaqlıq çaları vermək, hadisəni bütün təfərrüatı ilə
canlandırmaq, surətin təbiətcə qaba olduğunu göstərmək,
şikayət və yalvarışlarını təsirli bir dil ilə ifadə etmək, sözlərin tək-
256
rarına yol verməmək, canlı dilə məxsus xüsusiyyətləri saxlamaq,
emosional və təsirli nitq çaları yaratmaq üçün və bir çox başqa
səbəblərlə bağlı sözlərin sinonimliyinin əhəmiyyətini nəzərə almış
və geniş sinonim cərgələrdən istifadə etmişdir. Sinonim
cərgələrin əsasən xalis Azərbaycan sözlərindən qurulmasına
baxmayaraq, ümumişlək alınma sözlərin də sinonimlikdə
müəyyən rolu vardır. Sinonim sıralar ən çox isimlərdən və
fellərdən düzəlmişdir. Bu xüsusiyyətlər bu və ya digər şəkildə
çoxmənalı, omonim və antonim sözlərə də aiddir. Çoxmənalı və
omonim sözlər pyesin dilinin zənginliyini və yığcamlığını təmin edən
mühüm vasitələrdəndir. Zidd hadisə və məfhumların, surətlərin xa-
rakterindəki və ayrı-ayrı surətlərin xarakterindəki antonim sözlərlə
verilməsi təzadlı halların təbii ifadəsinə imkan yaratmışdır.
8. Ədibin ümumxalq dilinə, xalqımızın fikri ifadə
vasitələrinə əlaqə və münasibətini, xalq dilinin zəngin ifadə
vasitələrindən necə, nə məqsədlə istifadə etdiyini öyrənmək
üçün onun pyeslərinin frazeologiyası ən etibarlı mənbələrdəndir.
Ə.Haqverdiyev frazeoloji vahid adlandırılan sabit, hazır ifadələri
öz üslubuna uyğun şəkildə işlədərək, həm xalq dili frazeologiyası
hesabına ədəbi dili zənginləşdirmiş, həm də öz bədii əsərləri
üçün ifadəli və təsirli dil yaratmışdır. Frazeoloji vahidlərin
qrammatik quruluşca təsnifi göstərir ki, ümumxalq dilində ol-
duğu kimi, pyesdə də feli frazeoloji vahidlər öz kəmiyyəti və
rəngarəng üslubi keyfiyyətləri ilə böyük üstünlük təşkil edir. Feli
frazeoloji vahidlər qohum və qohum olmayan bəzi dillərdə,
Azərbaycan ədəbi dilində, Haqverdiyevin böyük sələfinin -
M.F.Axundovun və görkəmli müasirlərinin - Sabir, N.Nərimanov
və başqalarının yaradıcılığında olduğu kimi, ədibin öz pyeslərində
də insanın bədən üzvlərinin adlarını bildirən
baş, əl, ürək,
ağız, qulaq, göz
kimi sözlərin iştirakı ilə daha çox təşəkkül
tapmışdır. Belə birləşmələrdə bütün fellər deyil,
Dostları ilə paylaş: |