Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə24/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   20   21   22   23   24   25   26   27   ...   59

ƏLAVƏ  ƏDƏBİYYAT

M. Ş. Ş i r ə l i y e v. İstilahlar yaradılmasında əsas prinsiplər, 

«Dil institutunun əsərləri»,  I cild. 1947.

E. Ə. Ə l i b ə y z a d ə. Azərbaycan ədəbi dilinin inkişafında Cəlil 

Məmmədquluzadənin rolu. «Ədəb. və Dil institutunun əsərləri» (dilçilik 

ser.), VI c., 1954.

M. M. M ə m m ə d o v. Cəlil Məmmədquluzadənin hekayələrinin 

dili haqqında. «Dilçilik məcmuəsi» («Ədəbiyyat və Dil İnstitutunun 

əsərləri, X c.), 1957.

F. R. Z e y n a l o v. Sovet dövründə Azərbaycan dilində 

ictimai və siyasi sözlərin əmələ gəlməsinə dair bəzi qeydlər. «Filoloji 

fakültəsinin əsərləri» (S.M.Kirov adına ADU), 1958.

A ğ a m u s a  A x u n d o v, C.Məmmədquluzadə və satira 

dilimizin bəzi məsələləri, «Dil və üslub məsələləri» kitabında, 1970.

T. H a c ı y e v. Cəlil Məmmədquluzadənin dili və üslubu 

haqqında. S.M.Kirov adına ADU-nun «Elmi əsərlər»i (dil və ədəb. 

ser.), 1966, №4.

R. M ə h ə r r ə m o v a. Sabir satiralarının leksikası, Bakı, 

1968.

285


Q. Ş. K a z ı m o v. C.Məmmədquluzadənin dram və  nəsr 

əsərlərində dil  məsələsi,   V.İ.Lenin adına APİ-nin «Elmi əsərlər»i, 

XI  ser., 1967,  №2.

Q. Ş. K a z ı m o v. «Molla Nəsrəddin» jurnalının sovet dövrü 

felyetonlarının   ictimai-siyasi   leksika   və   frazeologiyası,   V.İ.Lenin 

adına APİ-nin «Elmi əsərlər»i, XI ser., 1971, №6.

Azərbaycan   bədii   dilinin   üslubiyyatı   (oçerklər),   Bakı,   1970, 

səh.22-49.

286


II FƏSİL

DİNİ SÖZLƏR VƏ BİRLƏŞMƏLƏR

«Molla Nəsrəddin» jurnalı ilk nömrəsindən başlayaraq fana-

tizmi, xurafatı, mövhumatı, avamlığı xalqımızın mədəni və iqtisadi 

inkişafı yolunda ciddi maneə kimi kəskin tənqid atəşinə tutmaqla, 

«…baltanı islam mövhumatının başından elə bərk endirdi ki, adını 

müsəlman   qoyan   bəndə   barmaqları   ilə   qulaqlarını   tutub, 

«Molladan»   qaçmağa  və   bu  mürtədin   sözlərini   eşitməməyə   üz 

qoydular».

160

Jurnalın   redaktoru   C.Məmmədquluzadənin   dinə   qarşı 



mübarizəsi   böyük   ictimai-siyasi   məqsəd   daşıyırdı.   O,   din   və 

mövhumat əleyhinə bütün şüurlu həyatı boyu barışmaz və ardıcıl 

mübarizə   aparmışdır.

161


  C.Məmmədquluzadə   mübariz   ateist   olub, 

materializm mövqeyində dururdu.

162

Azərbaycanda   Sovet   hakimiyyəti   yarandıqdan   sonra 



C.Məmmədquluzadənin ədəbi-bədii və ictimai-siyasi fəaliyyətinin 

qol-qanad açmasına imkan verməyən mürtəce qüvvələr, hər cür 

hədə-qorxu və təqiblər aradan götürüldü. Bununla da ədib dinin 

ilahiyyat təlimlərini və irticaçı rolunu ifşa edən fikirlərini daha açıq 

söyləməyə imkan tapdı.

C.Məmmədquluzadə inqilabdan əvvəl də, sonra da yalnız 

islamın deyil, başqa dinlərin də, xüsusən xristianlığın qanun və 

ehkamlarını jurnalın səhifələrində ardıcıl ifşa etmişdir. «1930-cu 

il üçün iş planı» adlı felyetonda göstərilir ki, «Molla Nəsrəddin»in 

ümumi iş planı hamıya məlumdur; 25 il əvvəl tərtib edilmiş bu 

planın   həyata   keçirilməsi   uğrunda   jurnal   həmişə   mübarizə 

160


  .                             . 

Ъ М я м м я д г у л у з а д я Ясярляри III 



, 1967, 

.675.


ъилд

сящ


161

                                .  .

 

 

М и к а й ы л М я м м я д о в Ъ Мяммядгулузадянин дин вя 



 

 



 



-

 

, 1962,



мювщумат ялейщиня мцбаризяси Бакы Азярб ССР ЕА нынняшри

 

.60.



сящ

162


 Й. М. Я л и й е в. Ъ.Мяммядгулузадя динин мцртяъе мащиййяти 

щаггында, С.М.Киров адына АДУ-нун «Елми ясярляр»и, иът. елм. сер., 

1961,  4, 

№ сящ.44.

287


aparmışdır: «O zamanlar iş planı tərtib vermək çox az yerlərdə 

adət idi. Lakin 25 il bundan qabaq «Molla Nəsrəddin» deyib ki, 

din,   məzhəb,   şəriət,   etiqad,   imam,   cənnət,   cəhənnəm,  

müctəhid, molla, keşiş, xaxam, mürid

 və habelə bütün bu qism 

sözlər gərək insanlar arasından götürülüb, lüğətlərdən, kitablar-

dan, yazılardan tamamilə silinib tullansınlar. Məscidlər, kəlisalar, 

sinaqoqlar,   təkyələr,   ibadətgahlar,   pirlər,   ziyarətgahlar, 

məhfillər,   əza   yerləri   tamamilə   sökülüb,   dağılıb,   maarif   və 

mədəniyyət   evlərinə   döndərilsinlər».   (462-463)   Bu   sözlərdən 

göründüyu kimi, dinin, fanatizmin və ruhani silsilənin barışmaz 

düşməni   olan   C.Məmmədquluzadə   dini   dünyagörüşün,   din 

xadimlərinin   ifşası   prosesində   zəngin   və   əlvan  söz   və 

birləşmələrdən istifadə etmiş, onları kəskin satira vasitələrinə çe-

virə bilmişdir.

Dini söz və birləşmələri ifadə etdiyi anlayışlara görə qruplar 

üzrə nəzərdən keçirək.

 

Allah. Peyğəmbər və imamlar.



Kiçik pütbəli din xadimləri

Şərq  aləmində – islam zehniyyətində və ümumiyyətlə hər 

cür   dini   baxışlarda   «allah»   anlayışı   ədibi   daha   çox 

düşündürdüyündən o, felyetonlarının bir çoxunda bilavasitə və 

ya   dolayı   yolla   bu   məsələyə   toxunmaqla   yanaşı,   bir   sıra 

felyetonlarını   («Dinsizlik»,   «Münacat»,   «Allah   var,   yaxud   çəki 

daşları»,   «Allah»,   «Allah   vardır»,   «Allah-taalanın   sifətləri», 

«Allahı «çistka» etmək olarmı?» və s.) əsasən bu məsələyə həsr 

etmişdir.   Sovet   dövrü   felyetonlarında   dini   mahiyyət   daşıyan 

terminoloji sözlər içərisində ən çox nəzərə çarpanı da 

allah

 sözü-


dür. Bu söz əksərən öz həqiqi mənasındadır: «…

allahdan


  icazə 

olmayınca və «Cameyi-Abbas» rəva görməyincə insan heç bir 

yerə   qədəm   qoya   bilməz».   (53)   Dinin   burada   söylənilən 

ehkamına   münasibət   satirik   olsa   da,  

allah

  sözü   həqiqi 



mənadadır. Bu sözün felyetonlarda   kəskin kinayə və eyhamla 

rənglənmiş   çoxlu   sinonim   ifadəçiləri   vardır:  

xaliq

  (88), 


pərvərdigar

 (200), 


xuda

 (315), 


tanrı

 (85), 


allah-taala 

(27), 


həq-

qi-taala


  (336) və s. Felyetonlardan birində işlənmiş  

boq


  (439) 

288


sözünü də müəllif satira dilinə ustalıqla daxil etmişdir: «Bəs həqi-

qət – allah həzrətləri haradadır? A qde je boq?» Ədib özü də 

qeyd edir ki, «…bu dünyanı bir xəlq edən var ki, onun  

min bir 


adı

 var və o adlardan biri də 

cənab allahdır

». (293)


Fars mənşəli 

pərvərdigar

 və 

xuda


 sözləri daha çox çağırış, 

müraciət, yalvarış məqamlarında işlənən sözlərdir. Lakin felyeton 

dilində müxtəlif sözlərlə əlaqədə bunlar da satirik keyfiyyət kəsb 

etmişdir.

Bu sözlərdən dominantın –

  allah


  sözünün  

haqq


  və  

həzrət 


kimi mətn sinonimləri Mirzə Cəlilin bədii dilində nəzəri daha çox 

cəlb   edir:   «Nəuzü-billah,   allah-taaladan   mənim   birinci   gileyim 

olur   ki,   o  

həzrət


  heç   yanda   görünmür».   (438)   «Cənab» 

mənasında  

həzrət

  sözü dini terminologiyada əksərən imamlara 



müraciətlə işləndiyindən  burada allah bir növ adiləşdirilir, şəriət 

xadimləri   səviyyəsinə   endirilir.   Yazıçı   bilə-bilə   ki,   şəriətə   görə 

«allah nə yerdədir, nə göydə, nə cismdir, nə cövhər» - onu heç 

yanda   görə   bilməməsindən   «gileylənməsi»,   bundan   əlavə, 

cümlənin   əvvəlində   bir   «nəuzü-billah»   (allah  göstərməsin!)   ifa-

dəsini də işlətməsi satirik münasibəti dərinləşdirir. 

Uca olan cənab 

həqq


  – birləşməsi isə əslində dini təfəkkürün məhsulu olsa da, 

belə ifadələri yaradanların satirik təsviri kinayəli-emosional mü-

nasibəti də aydın nəzərə çarpdırır. 

Həqq


 sözü bəzən «uca», «yük-

sək olan» mənasında 

taala

 sözü ilə birləşmiş, 



allah-taala

 sözü ilə 

paralel 

həqqi-taala

 sözü də işlənmişdir. 

Cənab


 sözünün bilavasitə 

allah


  sözü ilə əlaqələndirildiyi hallara da təsadüf edilir: «…hələ 

kommunistlərdən də çox qabaq zamanlarda 

cənab allahı

 dananlar 

var imiş». (347)

Felyetonlarda  

allah

  sözünün iştirakı ilə formalaşmış bir sıra 



ismi   birləşmələr   vardır.   Bunların   çoxu   təyini   söz   birləşmələri 

şəklindədir:  

gözəgörünməz allah  

(37),  


yeganə olan allah

  (314), 

misli və manəndi olmayan cənab allah

 (199); 


allah bəndəsi

 (25), 


allah-taala yolunda

 (35), 


allah rizasına

 (65), 


allah-taala həzrətləri 

(105), 


allah məsləhəti

 (131), 


allah həzrətləri

 (282), 


allah hürufatı 

(363); 


allahın heyvanı

 (141), 


allahın mərhəməti

 (41), 


allahın yolu 

(97),  


allahın sayəsində  

(113),  


allah taalanın lütfü və mərhəməti 

(117), 


allahın dərdi

 (165), 


allahın Həmədanı

 (378), 


allah-taalanın 

sifətləri

 (396), 

allahın mömün bəndələri

 (471), 

cənab allahın adı 

289


(363),  

cənab allahın ismi-şərifi

  (363),  

allahın bədbəxt bəndələri 

(297), 

allahın yazıq insanı



 (250) və s. İzafət şəklində olan birləş-

mələr çox az olub, bir neçə tipik dini ifadəni əhatə edir: 

allahür-

rəhman-ür-rəhim  

(113),  

allahu-əkbər

  (350) və s.   Felyetonların 

satirik dili üçün o dövrün canlı danışıq  dilindən gələn bir sıra 

predikativ birləşmələr də xarakterikdir. Belə birləşmələrin sub-

yektini  

allah

  sözü   təşkil   edir:  



allah bərəkət  versin

  (25),  

allah 

ziyarətinizi qəbul etsin



 (27), 

allah sizə də Kərbəla qismət eləsin 

(27),  

allah sənə lənət eləsin



  (93),  

allahın rəhməti olsun

  (98), 

allah atana rəhmət eləsin 

(109),  

allah sizin evinizi yıxsın

 (142), 

allah onu pir eləsin  

(196),  

allah onu sənə çox görməsin

  (196); 

tərkibində  

allah

  sözü olan predikativ birləşmələr:  



pənah allaha 

(51),  


allah,   kərəminə   şükür

  (84),  

allah,

 

bədnəzərdən   saxla 



(118,) 

allah yanında şərmsar olmuyaq

 (91), 

allaha şükür 



(109), 

pənah   aparıram   bir   allaha  

(112),  

and   verirəm   səni   o   allaha 

(313). Bunlardan əlavə, 

allah


 sözünün əsasında 

vallah


 (12), 

bil-


lah

  (14),   bəzən   də   v

allahı,   billahı

  (38),  

nəuzü-billah

  (25), 


inşaallah  

(55),  


inşaalah-taala  

(113) kimi alqış, and məqamında 

işlənən sözlərə də rast gəlirik. Bunların, demək olar ki, heç biri 

eyham və ya kinayə çalarından məhrum deyildir. Məsələn, 

misli 

və   manəndi   olmayan   cənab   allah,   yeganə   olan   allah, 



gözəgörünməz allah

 birləşmələrini şəriət nümayəndələri də belə 

işlədir. Lakin mətn daxilində Mirzə Cəlilin kinayəsi aydın duyulur. 

Teatr və mətbuat xərclərinin azaldılmasını ədib gözəgörünməz 

allahın məsləhəti ilə bağlayır, əslində isə demək istəyir ki, artıq 

bu cür avamlıq dövrü qurtardı. «Dirsəyi kortları», yəni dövlətin 

qənaət haqqında qanununa əməl edənləri «misli və manəndi ol-

mayan cənab allaha tapşırıram» deməklə ədib dirsəyi iti olanları 

–   müqavimət   göstərənləri   cəzalandırmağı   məsləhət   görürdü. 

«Allah-taalanın   sifətləri»   adlı   kiçik  bir   felyetonda   islamın   allah 

haqqında bir sıra müddəaları qısa, lakin çox tutarlı şəkildə təkzib 

edilmiş, allah-taalaya verilən  

alimdir, qadirdir, həyydir, müriddir, 

müdrikdir, mütəkəllimdir, sadiqdir

  – kimi sifətlərin məntiqi əsası 

olmadığı   sübut   edilmişdir.   «Allahı   «çistka»   etmək   olarmı?» 

felyetonunda  satirik yolla  allahın varlığı inkar  olunur. Felyeton-

larda rast gəldiyimiz  

allah bəndəsi, allahın yazıq insanı, allahın 

bədbəxt bəndələri, allahın mömün bəndələri, allahın heyvanı

 kimi 

290


birləşmələr   əsasən  yaxın   anlayışların   ifadəsinə  xidmət   edir.   Bu 

ifadələr təbiətən öyrənməyə, zehni inkişafa mail olan insanların 

dinin və fanatizmin təsiri ilə qanmaz heyvan dərəcəsinə endiril-

diyini göstərir. Buna görə də, məsələn, sonuncu ifadə –  

allahın 

heyvanı


  çoxmənalıdır,   həm   avam   adam,   həm   də   heyvan 

mənasındadır: «Bəsdir, həya edin! Bu biçarə 

allahın heyvanlarına 

bir rəhminiz gəlsin, xalqı tovlamaqdan yorulun və usanın». (142) 

«…

allahın   heyvanı   heyvanlığı



  ilə   başa   düşdü   ki,   mən   onu 

aldadıram». (141) Qeyd etdiyimiz birləşmələrin bir qismi modallı-

ğın ifadə vasitəsi kimi çıxış edir:  

allah-taala yolunda, allah riza-

sına, allahın sayəsində, allah-taalanın lütfü və mərhəməti olsa, al-

lahü-əkbər,   allah   şahiddir

  və   s.   Lakin   bunlar   da   Mirzə   Cəlilin 

dilində   lağ   və   dolama   mənasından   məhrum   deyildir.   Məsələn: 

«Əgər  

allah-taalanın   lütfü   və   mərhəməti   olsa



,   insan   oturduğu 

yerdə   təyyarəçi   də   ola   bilər…»   (117)   –   cümləsindəki   güclü 

kinayəni duymamaq olmaz.

Allah   sizə   də   Kərbəla   qismət   eləsin

  –   cümləsi   zəvvarın 

dilindən Ali İqtisad Şurasının ünvanına söylənmişdir. Bununla da 

ədib   zəvvarlara,   ziyarətə   getmək   istəyənlərə   Şura   tərəfindən 

şərait yaradılmasına öz kinayəsini bildirmişdir. İfadələrin bəziləri 

doğrudan-doğruya   dindarların   və   din   xadimlərinin   dilində 

işlənmişsə də, yenə satirik mühitdə satirk ifadə vasitəsi kimi çıxış 

edir. Bəzilərini, məsələn,  

yenə allah bərəkət versin üləmamıza 

kimi   cümlələri   əksinə   anlamaq   lazım   gəlir.  

Ay   allah   onu   pir 

eləsin, allah onu sənə çox görməsin  

kimi cümlələrə kənd şura 

sədrinin dilində rast gəlirik ki, bu da belə şura sədrlərinin yeni 

quruluşa necə xidmət edəcəyi barədə ədibin kinayə və eyhamını 

başlanğıcdan bildirir.

Felyetonlarda 

allah

 sözünün sinonimlərindən biri kimi 



xuda 

sözü daha fəaldır. Bu sözdən bizim bildiyimiz mənada – allah, 

tanrı  mənasında   daha   çox   istifadə   edilmişdir:   «Necə   ki   baxıb 

görürük ki, yeri-göyü xəlq eləyən vahid bir 

xudadır

». (314) Canlı 



danışıq dilində olduğu kimi, felyetonların da bəzilərində bu söz 

islamın   allah   haqqında   ziddiyyətli   müddəalarının   tənqidi 

prosesində   kinayəli   müraciət   məqamında   özünü   göstərir: 

«

Xudaya!



  Bəs səni adil deyirdilər?» (445) Bu sözlə bir kökdən 

olan  


xudavənd

  sözünə   bir   sıra   birləşmələrin   tərkibində   rast 

291


gəlirik. Belə birləşmələrdə digər tərəflər də alınma sözlərdən iba-

rətdir. Bunların içərisində ən çox nəzərə çarpanı «dünyanın ağa-

sı»,   «allah»   mənasında  

xüdavəndi-aləm  

birləşməsidir:   x

u-

davəndi-aləm



  x

udavəndi-təbarəkü-taala

  (199),  

xudavəndi-

təbarək   və   taala

  (345),  

xudavəndi-zülcəlal

  (345),  

xudayi-

layəmut


  (141)   kimi   izafət   birləşmələri   «mübarək»   mənasında 

təbarək


, «yüksək», «uca» mənasında təali, «cəlallı» mənasında 

zülcəlal


,   «əbədİ»,   «ölməz»   mənalarında  

layəmut


    sözlərinin 

iştirakı   ilə   əmələ   gəlmiş   və   əsasən   dini   kitablardan   gö-

türülmüşdür. Qeyd etdiyimiz birləşmələrin  hamısında 

xuda


 sözü 

təyinedici sözlərlə birlikdə «allah» mənasındadır. C.Məmmədqu-

luzadə həmin sözün dini leksikada az-çox sabitləşmiş bu mənası 

ilə   yanaşı,   «sahib»,   «ağa»,   «yiyə»   mənalarından   da   istifadə 

etmişdir. Lakin burada da ədib sözün ifadə etdiyi anlayışı «allah» 

anlayışına yaxınlaşdırmış, sahib, ağa mənalarından çox, «özünü 

allah kimi aparan şəxs» mənası ifadə edilmişdir: «Yəni, ey Şəki 

vilayətinin   ravisi,   nəşr   et   dünya   və   aləmə   ki,  

müsamirənin 

xudasına


  şərik qərar verənlər – kafirdirlər» (315) – cümləsində 

müsamirənin   xudası

  birləşməsi   ilə   Şəki   şəhər   pedaqoji 

texnikumunda   qadınlar   klubunun   iştirakı   ilə   təşkil   edilmiş 

məclisdə təriflənən «bir nəfər»ə işarə edilmişdir.

Allah


  sözünün   digər   sinonimi   –   yaradan,   xəlq   edən 

mənasında  

xaliq

  sözü   daha   çox   təyinedici   sözlərin   vasitəsilə 



satirik rəng almışdır: «…hər bir işə iqdam edən hər əhli-imanın 

borcudur ki, 

yeri, göyü yox yerdən yaradan xaliqi 

yada salsın». 

(363) Bu söz daimi, əbədi, ölməz mənasında  

ləmyəzəl


  sözü ilə 

izafət birləşməsi şəklində də dominanta sinonim kimi işlənmişdir: 

«Çünki bunlar hamısı

  xaliqi-ləmyəzəlin

  öz ixtiyarındadır». (140) 

Alverçilərin istifadə etdikləri möhürsüz və yararsız çəki daşlarının 

yaranmasını   da   ədib   kinayə   ilə   allahın   hökmünə   bağlayır   və 

«yaradıcı» anlayışını xüsusi nəzərə çarpdırmaq üçün 

xəllaqi-aləm 

(290) birləşməsindən istifadə edir.

Fars   mənşəli  

pərvərdigar

  sözü   də   təyinedici   sözlərlə 

əlaqədə   satirik   məna   ifadə   edir:   «Fəda   olum   sənə,  

ey 

gözəgörünməyən   pərvərdigar!



»   (284)   «Gözəgörünməyən» 

sözünü dindarlar da  

allah

  sözü ilə belə əlaqələndirir. Yazıçının 



ustalığı   orasındadır   ki,   eyni   zamanda,   mətndən   əks   məna   – 

292


«olmadığı üçün gözə görünə bilməyən» mənası da dərk olunur; 

beləliklə, «Ruzi-aşura» felyetonunda bir sıra məsələlərə toxunan 

və həmin məsələləri aşura gününün fonunda tənqid edən ədib 

adəti üzrə yeni lağ və dolama üsuluna əl ataraq möminlərin da-

nışdığı   kimi   danışır.

  Pərvərdigari-aləm

  (200),  

bari-pərvərdigar 

(112)   birləşmələrində   isə

  pərvərdigar

  sözünün   əsas   mənası 

nəzərə alınmışdır. Məsələn, ədib sovet qanunlarına dirsək gös-

tərənləri   tənqid   edərkən   yaradan,   yetirən,   allah   mənasında 

pərvərdigar

  sözünü   əsas   götürür:   «Əgər   Şura   hökuməti 

çıxartdığı   qənaət   qərardadlarına   duram   düzlüklə   əməl   edəm» 

«onda   bəs   bu   dirsəyi   mənə  

pərvərdigari-aləm

  nədən   ötrü 

veribdir?!» (200)

Bütün bunlardan əlavə,  

allah


  sözünün  

yeri-göyü yaradan 

(15),  

bizləri   torpaqdan   yaradıb   adama   oxşadan



  (15),  

yerin, 


göyün, dünya və axirətin padşahı

  (182),  

vacibül-vücud

  (290), 

rəbbül-aləmin

  (473),  

zalım   oğlu

  (140)   kimi   birləşmə   şəklində 

mətn   sinonimləri   də  vardır.   Bunlardan  

rəbbül-aləmin,  vacibül-

vücud  

dini   kitablardan   alınıb   satira   dilinə   daxil   edildiyi   halda, 



əvvəlkilər   allah   haqqında   dini   ehkamlar   əsasında   yaranmışdır; 

sonuncusu müəllifin ateizmi ilə bağlı olub, insana aid olan vulqar 

ifadənin   allaha   aid   edilməsi   əsasında   allah   məfhumunu   ifadə 

edir.


İslamın   qanunlarını   və   din   nümayəndələrini   ərəb   və   fars 

dillərindən   alınmış   dini   terminlərə   satirik   don   geydirməklə   ifşa 

edən ədib bu sahədə xalis Azərbaycan sözlərindən çox az hallarda 

istifadə   etmişdir.   Felyetonlardan   yalnız   birində  

ulu   tanrı

  (85) 


birləşməsinə rast gəlirik.

Allah


 sözü, bir tərəfdən, çox zəngin leksik və frazeoloji si-

nonimlər   cərgəsinə   dominantlıq   edirsə,   digər   tərəfdən,   əlavə 

mənalarda işlənməklə səciyyələnir. Mirzə Cəlilin satira dilində bu 

sözün hakim, padşah mənasını əvvəlki bölmədə qeyd etmişik; 

1926-cı   ildə   yazdığı   «Din   əleyhinə   təbliğat»   felyetonunda   isə 

satirik   yazıçı   bu   sözü   həm   də   «peyğəmbər»   mənasında 

işlətmişdir: 

«Ya Ruhullah, ey… üç yüz milyon xristian tayfasının 

allahı

 hesab olunan İsa qardaş!» (205-206)



«Molla Nəsrəddin»in baş məqalələrində bu sözlə əlaqədar 

allahsız  

(113),  

allahsızlar   cəmiyyəti

  (223),  

allahın   yolundan 

293


azmış müsəlmanlar

 (79), 


allaha şərik qərar verənlər

 (315), 


allahı 

danan   filosoflar

  (113)   və   s.   söz   və   birləşmələr   də   vardır   ki, 

bunlar müəllifin əksinə başa düşmə prinsipindən istifadə edərək 

guya «nifrət bəslədiyi» şəxslər məfhumunu ifadə edir. Əvvəlki 

misallarda ateistlərdən söhbət getdiyi halda, sonuncuda allahın 

təkliyinə şübhə edənlər – kafirlər «tənqid olunmuşdur».

Beləliklə,   felyetonlarda   haqqında   danışdığımız   anlayışın 

rəngarəng ifadəçilərindən ibarət zəngin bir sinonim cərgəyə rast 

gəlirik: 

allah – xaliq – pərvərdigar – xuda – tanrı – həqq – həzrət –  

boq – allah-taala – həqqi-taala – xudavəndi-aləm – xudayi-layəmut 

– xudavəndi-təbarəkü taala – xudavəndi-zülcəlal – bari-pərvərdigar  

-  pərvərdigari-aləm – xəllaqi-aləm – xaliqi-ləmyəzəl – yeri, göyü 

yaradan   –   bizləri   torpaqdan   yaradıb   adama   oxşadan   –   yerin, 

göyün, dünya və axirətin padşahı – vacibül-vücud – rəbbül-aləmin 

– övsafi-bəşəriyyətdən bəri və münəzzeh olan həqqi-sübhanə və 

taala… Ulu tanrı, cənab həqq, misli və manəndi olmayan cənab 

allah, gözəgörünməz allah, gözəgörünməz pərvərdigar, yeri, göyü 

yox yerdən yaradan xaliq, uca olan cənab həqq

  və s. kimi təyin-

edici sözlərin əks mənası arxasında ədibin kinayəsi aydın duyulan 

birləşmələri də buraya əlavə etsək, Mirzə Cəlilin yalnız ümumxalq 

dilinə deyil, dini kitablara və dindarların leksikonuna necə dərindən 

bələd   olduğunu,   satira   dilində   bunlardan   necə   ustalıqla   istifadə 

etdiyini təsəvvür etmək çətin olmaz.

Dini   leksikada  

peyğəmbər

  sözü   də   mühüm   yer   tutur. 

Əksərən   öz  terminoloji   mənasında   işlətdiyi   bu   sözdən   istifadə 

edərək, ədib hələ sovet dövründə də allaha və peyğəmbərlərə 

inananların   çox   olduğunu   göstərməklə   yanaşı,   yeri   gəldikcə 

peyğəmbərlərin   xalqı   aldatmaq   və   tovlamaq   yolunda   hansı 

üsullara əl atdıqlarını, onların şəxsi ləyaqətlərini də təsvir etməyə 

çalışmışdır. Məsələn, bəzi idarə işçilərini tənqid edərək, onların 

savadsız   olduğunu   göstərən   ədib,   dolayı   yolla   Məhəmməd 

peyğəmbərin   təhsili   məsələsinə   də   toxunmuş,   «özlərini   bilici 

yerinə qoyub iş aparan» bisavad adamların dili ilə peyğəmbərin 

savadsızlığına   da   işarə   etmişdir:  

«…peyğəmbər   də   əlif-bey 

deməmişdi, bəs necə oldu ki, peyğəmbər oldu?» 

(117)


Jurnalda   «124   min   peyğəmbər»   tez-tez   xatırlanmış, 

Məhəmməd, İsa, Budda, İbrahim, Adəm, Yəqub, Yusif, Yunis, 

294


Nuh

 və başqa peyğəmbərlərlə, onların haqqındakı dini əfsanə və 

rəvayətlərlə əlaqədar bir çox satirik lövhələr yaradılmışdır. Aşura 

gününün   tənqid   olunduğu   «Ruzi-aşura»   felyetonunda 

peyğəmbərlərin   bir   çoxunun   təvəllüd   tarixini,   onların   başına 

gələn   hadisə-əfsanələri   çox   məharətlə   həmin   gün   ilə 

əlaqələndirən ədib «məhərrəmül-həramın onuncu gününə bari-

pərvərdigarın   qədimdən   iltifatı   var   imiş»   deyə   aşura   gününə 

sataşır, boş və mənasız düşüncələri tənqid edərək məsxərəyə 

qoyur: «


Adəm peyğəmbərin

  tövbəsini  allah həzrətləri o qədər 

qəbul etmədi ki, məhərrəmin onu daxil oldu». «

Nuhun


  gəmisi 

məhərrəm ayının  onunda   Cudi dağının  təpəsinə dirənib  orada 

qərar tutdu». «Sonra 

İbrahim peyğəmbər

 də və 

İsa peyğəmbər 



də məhərrəmin onunda təvəllüd tapıblar və həmin gündə  

Yusif 


quyudan   xilas   olub.  

Yəqubun


  gözləri   işıqlanıb   və  

Yunis 


peyğəmbərin qövmü əzabdan xilas oldu». (283)

Felyetonlarda   müəllifin   əsas   tənqid   hədəfləri 

peyğəmbərlərdən   Məhəmməd   və   İsadır.

 

Fəxri-kainat 



Məhəmmədül-Mustafa peyğəmbərimiz

  (308), bəzən də  sadəcə 

fəxri-kainatımız

 (344) kimi birləşmələrdə Məhəmməd peyğəmbər 

nəzərdə   tutulur.   «Zeynəb»   (1928)   felyetonunda   Məhəmmədin 

çoxarvadlılığından bəhs edilir. Məhəmmədin öz oğulluğu Zeydin 

gözəl arvadı Zeynəbi özünün yeddinci arvadı etməsi əhvalatının 

çox   şirin   yumorla   söyləndiyi   bu   əsərdə   tədricən   güclü   satira 

vasitələrinə   əl   atan   yazıçı   «Məhəmməd»   sözünün 

perifrazlarından   ibarət   zəngin   bir   sinonim   cərgə   yaratmışdır. 

Hadisələr   inkişaf   etdikcə   müəllif   müxtəlif   ifadə   vasitələrindən 

istifadə edir: «Zeynəb» deyilən həmin əsər (Volterin «Zeynəb» 

əsəri nəzərdə tutulur – Q.K.)  

fəxri-kainatımızın

  yeddinci övrəti 

Zeynəb Cəhş qızının Məhəmməd peyğəmbərə arvad olmağının 

müfəssəl rəvayətidir» (344) – cümləsindəki 

fəxri-kainatımız

 gizli 

bir rişxəndlə qurulmuşdur. Ədib məsləhət görür ki, peyğəmbərin 



Zeynəb  adlı  iki  övrətini oxucu  qarışdırmasın:  

«Xatəmül-ənbiya 

həzrətlərinin

  hesabı çox olan övrətlərinin içində iki Zeynəb var 

idi». Peyğəmbər Zeydin mənzilinə gedir: «…bir gün 

Məhəmmə-


dül-Mustafa  səlləllahüəleyhə  və   səllam

  Zeydin   mənzilinə   təşrif 

aparıb». Peyğəmbər Zeydin arvadı Zeynəbin gözəlliyini yüksək 

qiymətləndirir:  

«…həzrət   rəsuli-xuda…  

Zeynəbi   görən   kimi 

295


buyurur: «fətabarəkallah əhsənül-xaliqin».  Nazil olan yeni ayə 

əsasında   Zeynəb   ilə   evlənir:   «…

peyğəmbər   əleyhüs-səlam 

xudavəndi-zülcəlal tərəfindən nazil olan ayələrin hökmünə tabe 

olmaq   babətindən   axırda   Zeynəbi   Zeyd   ibn   Harisdən   boşadıb 

aldı». Peyğəmbərin Zeydin başını əkməsi: «Bu müqəddəs iş vaqe 

olandan sonra Şamda rumlarla müharibə başlandı və rəsulallah 

Zeydi Səryəyə əmiri-ləşgər təyin buyurdular». İslam dinini qəbul 

etməyənlərin hələ o dövrdə peyğəmbərin bu hərəkətindən narazı 

qalmaları:   «…məlun   müşriklər   başladılar  

peyğəmbəri-zişanımız 

barəsində min cür hərzə və hədyan danışmağa ki, guya fəxri-

kainata, nəuzübillah, şayistə deyil idi öz oğullüğü olan Zeydin 

övrətini boşatdırıb özünə övrət eləsin». «Zeynəb» pyesinin ya-

ranması:   «Sonra   həmin   bu   keyfiyyət  

xatəmül-nəbinin

  sifətini 

tənqid   edən   islamın   düşmənlərinin   əlində   bir   dəstaviz   oldu». 

(345-346)

Beləliklə,   kiçik   bir   felyetonda

:   fəxri-kainatımız,   xatəmül-

ənbiya   həzrətləri,   Məhəmmədül-Mustafa   səlləllahü   əleyhə   və 

səllam,   həzrət   rəsuli-xuda,   peyğəmbər   əleyhüs-səlam, 

rəsuləllah,   peyğəmbəri-zişanımız,   xatəmül-nəbi  

kimi   müxtəlif 

ifadə   vasitələri   və   başqa   bir   felyetonda   işlənmiş  

seyyidül-

mürsəlin


  (301) birləşməsi əsas fikrin zəngin sinonim vasitələrlə 

obrazlı ifadəsinə imkan yaratmışdır.  Şəriət xadimlərinin dilindən 

götürülmüş bu yüksək, dəbdəbəli ifadələrlə ədib sanki peyğəm-

bərin bəd əməllərini daha qabarıq təsvir etməklə demək istəyir ki, 

baxın, fəxri-kainatımız indi nə edir, peyğəmbəri-zişanımız öz xey-

rinə necə tez ayə tərtib edə bilir, rəsuləllah Zeydin başını necə əkir 

və s.

Yalnız   islam   dini   deyil,   xristianlığın   da   tarixinə,   bu   dinlə 



bağlı olan kitablara, rəvayət və hadisələrə Mirzə Cəlil dərindən 

bələd olmuş, xüsusən İsa peyğəmbər və onun meracı barədə 

uydurmalara   tez-tez   toxunmuşdur.  

Həzrət   İsa

  (205),  

İsa 


əleyhüs-səlam

  (205),  

ruhullah

  (205),  

allahın   oğlu

  (318),  

İsa 

ruhullah həzrətləri



  (205),  

atasından xəbəri olmayan

  (205),  

üç 


yüz milyon xristian tayfasının allahı

  (205),  

Yusif Nəccarın oğlu 

(206)   kimi   birləşmələr   İsa   peyğəmbərin   şəxsiyyətinə   ədibin 

münasibətini aydınlaşdırmaq üçün geniş imkan verir. Ədib, bir 

tərəfdən, İsanı  

ruhullah, allahın ruhu, allahın oğlu

  adlandırırsa, 

296


digər tərəfdən, Məhəmməd peyğəmbərin dili ilə 

atasından xəbəri 

olmayan   İsa   qardaş

,   yaxud  

Yusif   Nəccarın   oğlu

  kimi 


birləşmələrlə ifşa edir. İsanın merac məsələsinə ədib daha çox 

sataşmış, buna görə də felyetonlarda bu mənada  

möcüz

  (51), 


İsa əleyhüs-səlamın möcüzü

  (51),  

İsanın meracı

  (319),


  merac 

fırıldağı

  (319)   kimi   söz   və   birləşmələr   yalnız   İsanın   «göyə 

yüksəlmə»   əhvalatının   deyil,   başqa   bir   sıra   real   məsələlərin 

tənqidi üçün də əsas olmuşdur. «Din əleyhinə təbliğat», «İsa 

əleyhüssəlamın möcüzü», «Tarix» felyetonları bu cür söz və ifa-

dələrlə daha zəngindir.

Peyğəmbər

  sözü     terminoloji   mənasından   əlavə,  «dövlət 

başçısı»   mənasında   da   işlədilmişdir:   «

İngilis   peyğəmbəri 

Çemberlen

  də   yatıb   yuxusunda   Bakı   neftini   görübdür».   (283) 

«Allahı   «çistka»   etmək   olarmı?»   felyetonunda   «böyük-böyük 

imam   və   peyğəmbərlər,   məmləkətin   sütunları»   (438) 

birləşmələri də bu mənadadır.

Felyetonlarda   satirik-tənqidi   münasibətlə   bağlı   olaraq 

peyğəmbərlik, isəvi, musəvi, məhəmmədi

  kimi düzəltmə sözlərdən 

də istifadə edilmişdir.

C.Məmmədquluzadə   çox   vaxt   satira   hədəfləri   sırasında 

imamları   peyğəmbərlərdən   ayırmır:   "...qədim   əsrlərdə 

peyğəmbərlər

  və  


imamlar

  tərəfindən baş verən möcüzlər indiki 

əsrdə   də   baş   verə   bilər".   (51)   "Bizim   bu   yalançı   mollalığımız 

peyğəmbər

 və 

imam


 peşəsidir" (143) və s. 

Səni imam Hüseynə 

tapşırıram  

(84),  


İmam   Museyi-Kazimin   rehləti  

(131),  


imam 

Cümə... kimi lotular 

(115), 

imam Hüseyn təziyəsi (



237), 

mədhi-


hübbi-Hüseyn

  (286),  

həzrət   əmir-əl-möminin   əleyhüssəlam 

(308), 


qərib imam Rza

 (386) kimi birləşmə və cümlələrdə bir sıra 

imamların adları çəkilir. İmamlardan Əlinin adı nəzəri daha çox 

cəlb edir: 

Əliyyün-Mürtəza

 (338), 


əmir-əl-möminin

 (339), 


həzrət 

əmir-əl-möminin  

(338) deyildikdə  Əli nəzərdə tutulur.  "Mühibbi-

imam" felyetonunda pul gücünə təziyələrin genişləndirilməsinə və 

imam məhəbbəti ilə İran əhalisinin başının qarışdırılmasına çalışan 

ingilislərin Şərq siyasəti ifşa olunur. Felyetonda satirik məqsədlə 

həm  

imam  məhəbbəti



,   həm   də  

mühibbi-imam

  birləşmələrindən 

istifadə olunmuşdur.

297


İfşa hədəfləri içərisində xəlifələr də mühüm yer tutur. Fel-

yetonların dilində 

xəlifə

 sözü dar və geniş mənalardadır. Dar mə-



nada bu söz Məhəmməd peyğəmbərin yerində oturan şəxs kimi 

başa   düşülür;  

islam   aləmində   peyğəmbərin   xəlifəsi

  (124) 


birləşməsində həmin söz məhz bu mənadadır. Burada da ədib 

başqa dinlərə sərhəd qoymamış,  

xaçpərəst xəlifələri

  (124) kimi 

birləşmə də işlətmişdir. Bəzi cümlələrdə 

xəlifə


 sözü daha  geniş 

mənada,   heç   bir   dinə   fərq   qoyulmadan,   ümumiyyətlə, 

peyğəmbəri əvəz edən, onun işini davam etdirən ruhani böyüyü 

mənasında anlaşılır: "...dünyaya hər nə qədər padşah" və "

ruha-

ni   xəlifələr



  gəlib-gedibsə,   bu   padşahlar   və   xəlifələr   zəh-

mətkeşləri,   rəiyyəti   əzmək   yolunda   həmişə   əlbir   və   dilbir 

olublar".   (193)  

Xəlifə


  sözünə   kral,   canişin   mənasında   da   rast 

gəlirik:  

həzrət   İsa   əleyhüs-səlamın   Londonda   əyləşən   xəlifəsi 

ingilis kralı

 (193).

Felyetonların leksikasına daxil olan ən fəal sözlərdən biri



 molla

 sö-


züdür.

Bu söz iki mənadadır: jurnalın redaktoru Molla Nəsrəddin 

və   ümumiyyətlə   "molla"   mənalarında.   Sözün   bu   iki   mənası 

arasında dərin kontrast vardır. Hələ jurnalın 28 aprel 1906-cı il 

tarixli 4-cü nömrəsində "Niyə məni döyürsünüz?" felyetonunda 

əsl mollalara üzünü tutaraq: "Olmaya, siz başa düşürsünüz ki, 

bir məmləkətdə iki padşah və bir əsrdə iki molla ola bilməz: ya 

Molla   Xəsrəddin,   ya   Molla   Nəsrəddin"   -   sözləri   ilə   fırıldaqçı 

mollalar   ilə   özü   arasındakı   fərqi   sadalamağa   başlayan   ədibin 

sonrakı bütün fəaliyyəti ikinci tərəfin - jurnalın yaradıcı heyətinin 

və   xüsusən   Mirzə   Cəlilin   özünün   böyük   mənəvi,   siyasi   üs-

tünlüyünün   əvəzsiz   mücəssəməsi   kimi   mədəniyyət   tariximizdə 

şərəfli   bir   yer   tutan   jurnalın   fəaliyyətinə   həsr   olunmuşdur. 

Jurnalın baş məqalalərini əksərən özü yazdığından ədibin özünə 

müraciətlə   işlətdiyi  

Molla   əmi

  sözlərində   yumorla   rənglənmiş 

böyük   bir   müdriklik   gizlənmişdir.   Bu   yumor   başqalarının   ona 

müraciətində də hiss olunur. Əslən iranlı olub, sovet dövründə 

İrana sürgün edilən axund öz gizli qəlbini Molla əmiyə açanda 

guya səmimiyyət əlaməti kimi, onun adının əvvəlinə də  

axund 


sözünü   artırır:

  axund   Molla   Nəsrəddin

  (248);   onunla   jurnalın 

rəsmi nümayəndəsi kimi danışdıqda isə 

cənab

 sözündən istifadə 



298

edir;  

cənab Molla Nəsrəddin

  (248). Əsas hadisə və mənfilikləri 

"avam" adamın dili ilə açmaq üsulundan istifadə edən ədib, təbii 

olsun deyə, belə şəxslərin dilində də  

axund


  sözündən istifadə 

edir. Bir məsul işçi yoldaşın, "özü də çox böyük bir məqam sahi-

binin" içib keflənərək övrət-uşağa sataşdığını danışan və özünü 

"avam",   "dərs   almamış"   sayan   şəxs   Molla   əmiyə   müraciətinə 

axund Molla Nəsrəddin əmi  

(270) sözləri ilə başlamaqla sanki 

demək   istəyir   ki,   sən   belə   hadisələri   çox   eşitmisən,   keçmiş 

xanların hünərinə bənzəyən bu əhvalatı da eşit.

Ədibin   öz   dilində   özü   haqqında   söz   və   ifadələr   daha 

maraqlı   və   rəngarəngdir:  

molla

  (257),  



Molla   əmi  

(39),  


qoca 

molla baba

  (193),  

qoca Molla Nəsrəddin  

(82),  

Molla Nəsrəddin 



əmi

 (349) və bunlara yaxın mənada: 

allah-taalanın mən tək asi 

bəndəsi


 (327), 

mən fələkzadə

 (475), 

mən siyahbəxt 

(485),

 mən 


qədimdə   bir   məşhur   və  sabiq-qədəm   "ittihadi-islamçı",   -   yəni 

tamam   islam   aləminin   tək   bircə   "minbər"   baydağı   altında 

toplanmağı   tərəfdarı

  (475),  

mən   baxtıqara

  (475),  

bir   köhnə 

adam, bir piri-kühənsal 

(311),

 bəndeyi-aciz



 (329), 

bəndeyi-həqir 

(473),  

aciz   bəndə

  (473),  

mənim   kimi   cəmi   mömün   bəndələr 

(473)   və   s.   Bunların   çoxunda   yumor   və   kinayədən   əlavə, 

sinonimlik də vardır. 

Mən baxtıqara, mən siyahbəxt, mən biçarə, 

mən   fələkzadə

  deyərkən   ədib   özünü   camaatın   oruc   və 

namazdan   əl   çəkərək   ayılmaqda   olduğunu   görən   və   yazıq 

vəziyyətə   düşən   ruhanilərin   yerinə   qoyur:  

mən   qədimdə   bir 

məşhur və sabiq-qədəm "ittihadi-islamçı" 

sözləri ona görə gülüş 

doğurur ki, ədib panislamizm ideyalarının darmadağın olduğuna 

işarə edir; 

bəndeyi-aciz, bəndeyi-həqir, aciz bəndə, mənim kimi 

cəmi mömün bəndələr

 - lağ və dolamaq məqsədi ilə işlədilmişdir. 

Bir çoxu eyham və kinayə ilə dolğunlaşdırılmış bu birləşmələrə 

ədibi   zahirən   mühüm   siyasi   hadisələrdən   uzaq,   "bitərəf"   kimi 

göstərən  

mən   bir fağır  qoca  adamam

  (355),  

mən  bitərəf  bir 

yazıçı mollayam

 (355), 

mən köhnə bir adamam 

(364), 

mən qoca 



bir   mollayam

  (364) kimi predikativ birləşmələri də əlavə etmək 

olar.  Qəribədir   ki,   ədib   bəzən   əsl   mollaları   da  

molla   əmi 

adlandırmışdır. Lakin belə hallarda  

molla əmi

  sözləri daha ümumi 

xarakter   daşıyır:   "...cəhalətlə   qaralmış   Şərq   elmi   indiyə   kimi   bir 

dəqiqə də 

molla əmisiz

 və huri-qılmansız qərar tuta bilməyib". (54)

299


İslam dininin ən kütləvi təbliğatçılarının - mollaların ifşasına 

felyetonlarda daha geniş yer verilmişdir. "Gözəl yerlər" (1922) 

felyetonunda   mollaların   dünyəvi   elmlərə   və   məktəblərə   mənfi 

münasibətini qeyd edərkən, bir dənə məktəbi olmayan on beş 

kəndin   məktəb   və   müəllim   əvəzinə   "dörd   nəfər   mollası   var" 

deyən ədib həmin mollaları 

ağ əmmaməli əjdaha

 (29) adlandırır. 

Bəzən ədib mollaların iç üzünü açmaq, onları ifşa etmək üçün 

ezop manerinə ehtiyac duymamış, birbaşa və müstəqim tənqid 

üsuluna keçmişdir. Məsələn, "Peyğəmbərlik" felyetonunda 

molla 


sözü  

fırıldaqçı

  sözü   ilə   sinonimləşdirilmişdir:   "Mən   qabaqlarda 

mollalardan çox şikayətçi və narazı idim; çünki görürdüm ki, bu 

fırıldaqçılar

...  özlərini  qoyublar  adam aldatmağa",  (142)  

"Axır, 

doğrudan,   yəni  necə   mollalıq?   Molla   -  yəni   nə?"



  deyən   ədib, 

əvvəl qeyd etdiyimiz kimi, bir mollanın dili ilə bu yalançı mollalı-

ğın peyğəmbər və imamlardan qaldığını göstərir. Bəzən də bilə-

bilə kinayə ilə 

molla

 və 


axund

 sözlərini eyni məqamda işlətməklə 

bir   növ   sinonimləşdirir,   özünü   təşəxxüslü   aparan   adi   mollanı 

axund kimi qələmə verir: "Bir gün gecədən xeyli keçmiş mənə 

dedilər   ki,   bir   nəfər   təşəxxüslü  

molla


  səni   görmək   istəyir... 

Durdum   və  

axund

  cənablarını   qəbul   etdim".   (247)   Ədib   bu 



hadisəni   nəql   etdiyi   felyetonu   "Bayquş"   adlandırmaqla  

molla 


sözünü   bir   tərəfdən   də  

bayquş


  sözü   ilə   sinonimləşdirmişdir. 

"Şuralar   torpağından   çıxarılıb   İrana   göndərilən"   İlxıc   kənd 

mollası öz molla yoldaşlarını 

əmmaməli bayquş yoldaşlarım

 (248) 

adlandırır: "Xub, bəs mənim minlərcə yenə bu Azərbaycan torpa-



ğında qalan 

əmmaməli bayquş yoldaşlarıma

 nə deyirsən?" (248) 

O,   sözünə   davam   edərək   deyir:   "Şura   hökuməti   dağların, 

daşların  ilan-çayanı  ilə  bacara   bilsə,  yenə  

biz əmmaməli  bay-

quşlarla

 bacara bilməyəcək". (248) Başqa bir felyetonda ("İnsan və 

heyvan") 

molla


 sözü

 şarlatan sarıqlılar

 ifadəsi ilə əvəz olunmuşdur. 

(250)


C.Məmmədquluzadə Oktyabr inqilabının on illiyinə hazırlıq 

münasibətilə yazdığı "Kusi-rehlət" felyetonunda   mollaları daha 

çox   lağa   qoymuşdur:   "Gərək   hər   kəs   öz   sözünü   danışsın. 

Onunçun mən Molla Nəsrəddin ancaq molla sözü danışacağam: 

çünki özüm də mollayam". (291) Felyetonda ədib kinayə ilə "öz 

həmsinif və həmkarlarım" sözlərini də işlədir. Oktyabrın on illiyi 

300


bayramı   ilə   mollaları   maraqlı   bir   üsulla   əlaqələndirərək,   bu 

bayramın   zəhmətkeşlərin   bayramı   olduğunu   nəzərə   çarpdırıb, 

mollaların   zəhmətkeşliyinin   nədən   ibarət   olduğunu   istehza   ilə 

belə izah edir: "...əgər sən zəhmətkeşliyi şərt qoyursansa, bu 

saat   Novxanıda   mollalar   öz   dallarında   daş   daşıyırlar   ki,   təzə 

məscid tiksinlər". (292) "...sair zəhmətkeşlərlə bərabər 

plov zəh-

mətkeşləri

, yəni

 mollalar



 da Oktyabr inqilabının on illik bayramını 

yad etməyə hazırlaşırlar». (292) Ədibin bu felyetonundakı 

behişt 

sahibləri



 ifadəsi də həmin mənadadır. "Oktybr inqilabı və şaxsey" 

felyetonunda   isə   "plov   zəhmətkeşləri"   ifadəsinə   çox   yaxın 

mənada  

təziyə   podratçısı,   məhərrəmlik   podratçısı,   məscid   və 

minbər   xadimləri

  kimi   ifadələr   də   vardır.

  Molla

  əvəzinə, 



zəhmətkeşlərin qanını soran şəxslər mənasında  

zəli


  sözü daha 

çox   işlənən   sözdür.  

Molla

  sözünün   felyetonlarda   çox   maraqlı 



təyinlərinə rast gəlirik:  

lotu mollalar

  (389),  

quldurların yoldaşı 

hesab   olunan   mollalar

  (339),  

fırıldaqçı   mollalar

  (424),  

hökm-

darların quyruğu və qapıçısı hesab olunan kənd mollaları



  (400) 

və s. Ümumiyyətlə, din xadimləri və xüsusən molla mənasında 

yer üzünün əmmaməli padşahları

 ifadəsi C.Məmmədquluzadənin 

felyeton dili üçün daha çox xarakterikdir: "Doğrusu, dilim-ağzım 

qurusun,  

bu yer üzünün əmmaməli padşahlarından

  uşaqlıqdan 

gözüm elə qorxub ki, bu saat da qorxumdan titrəyirəm". (362)

Beləliklə,   felyetonlarda  

molla

  sözünün   əlavə   ifadəçiləri 



zəngin bir silsilə təşkil edir: 

bayquş, əmmaməli bayquş yoldaşlar, 

şarlatan   sarıqlılar,   ağ   əmmaməli   əjdaha,   plov   zəhmətkeşləri, 

behişt   sahibləri,   təziyə   podratçısı,   məhərrəmlik   podratçısı, 

məscid   və   minbər   xadimləri,   zəli,   fırıldaqçılar,   yer   üzünün 

əmmaməli padşahları

 və s. 

Peyğəmbər



 sözünün əlavə ifadəçiləri 

daha   çox   dini   kitablardan   və   dindarların   dilindən   alınıb-

işlədilmişsə, 

molla


 anlayışı ilə bağlı söz və ifadələr satirik ədibin 

fərdi üslubu ilə daha çox əlaqədardır. Ona görə də  

peyğəmbər 

sözünün   perifrazlarında   kinayə   ifadələrin   dəbdəbəli 

semantikasına qarşı çevrilmək yolu ilə təzahür tapırsa, burada 

daha çox vulqar xarakterli söz və ifadələrlə mollaların şəxsiyyəti 

ifşa olunur və məsxərəyə qoyulur.

Felyetonlarda   axundların,   seyidlərin   və   digər   şəriət 

nümayəndələrinin   tənqid   və   ifşası   mollaların   ifşasından 

301


fərqlənmir.   Buna   görə   də  

axund


  və  

seyid


  sözlərinin   sinonim 

ifadəçiləri mahiyyətcə 

molla

 sözünün sinonimlərinə çox yaxındır. 



Axundlara 

yalançı axundlar

 (271), 

sarıqlı axundlar

 (271) ifadələri 

ilə  müraciət   edən   ədib   doqquz  yaşlı   qıza   əl  atan  seyid   ağanı 

pəhlivan

  (42),   onun   kimi   seyidləri  

əjdahalar

  (43),  

əmmaməli 

lotular


  (43),   lahıc   seyidlərini  

göy əmmaməli  lahıc zəliləri

  (29) 

adlandırmış,   tüfeyli   təbəqənin   nümayəndələrinin   ifşası   üçün 



kəskin və orijinal ifadələr işlətmişdir.

Jurnalın felyeton dilindəki 

fazil

 sözündə dərin kinayə vardır. 



Bu söz  jurnalda bir dəfə də olsun öz həqiqi mənasında - fəzilət 

sahibi, elmli, hünərli, mərifətli, gözəl   əxlaqlı insan mənasında 

işlədilməmişdir.   Bu   sözlə   yanaşı,  

alim


  sözünə   də   dini   don 

geydirilmiş, hər iki söz bəzən 

qazı

 sözü ilə həmcinsləşdirilməklə 



din   təbliğatçısı,   şəriətmədar   mənaları   ifadə   edilmişdir: 

"...camaatımız   axır   illərdən   bəri   o   qədər   lazım   olmayan 

söhbətlərə   və   nəsihətlərə   fikir   verib   ki,   dəxi  

qazı,   alim

  və 

fazillərin



  sözləri bilmərrə qulaqlara girmir". (24)  

Fazil


  sözünün 

üləma


  sözü ilə sinonimliyi də bu fikri təsdiq edir: "Yenə allah 

bərəkət   versin  

üləmamıza;

  yenə   şükr   olsun  

fazillərimizə

".   Din 

xadimlərinin   bütün   Şərqi   cəhalət   qaranlığında     saxladıqlarını 

göstərmək üçün ədib "Avropanın dinsiz və məzhəbsiz təbib və 

injenerləri" ilə "İran məmləkətinin və Nəcəfüləşrəfin fazillərini", 

dinsiz   Edisonla   "Fazili-Dərbəndi   kimi   bir   müctəhidi"   (149) 

qarşılaşdırır və müqayisə edir. Ərdəbil fazili Axund Mirzə Ələsgəri 

Əli şiəsi, Ərdəbil lotusu, Ərdəbil şəhərinin əmmaməli juliki

 (223) 

adlandırır.   Felyetonlarda  



fazil

  sözü   molla,   ruhani   mənasında 

işlədilməklə   yanaşı,   bəzən  

qolçomaq


  sözü   ilə   də   əla-

qələndirilmişdir:"Bakının   ətrafındakı  şəhərlərin   hərəsini  bir  

qol-

çomaq islam fazili



 sahiblənib, əldən qoymaq istəmir". (444) Ədib 

"müstəbid fazillərin təfsiri" dedikdə ruhanilərin qadın hüququna 

qarşı müstəbidliyini nəzərdə tutmuş və "Qiyamət" felyetonunda 

bu mənada 

hicab çomağı

 kimi tutarlı bir ifadə işlətmişdir.

Ruhani təbəqə nümayəndələri aşağıdakı söz və ifadələrlə də 

səciyyələndirilmişdir: 

qazı

 (24), 


qazı ağa

 (25), 


qazı cənabları

 (25), 


302

vaiz

163


 (54), 

islam vaizləri

 (55), 

şəriətmədarlar 



(17), 

ağayi-şəriət-

mədar

 (190), 


islam şəriətmədarı

 (53), 


şəriət sahibi

 (135),


 üləma 

(25),  


şeyxül-islam  

(124),  


müctəhid

  (143),  

mərsiyəxanlar

  (115), 

ruhani   silsiləsi

  (347),  

müqəddəs   bir   ruhani   rəisi

  (174),  

cəmi 

ruhani pişva və böyükləri



  (174),  

ruhani rəhbərlərimiz

  (468) və 

bunlara yaxın mənalarda:  

mikroblar

  (54),  

həriflər, zalım oğulları 

(54),  


əməleyi-mövta  

(111),  


sarıqlı   müftəxorlar

  (354),  

ruhani 

əksinqilabçılar



  (354),  

zəlilər


  (362)   və   s.   Bunların   bir   qismi 

ümumiləşdirici xarakter daşıyır. "Müsəlman aləminin 350 milyon 

nüfuzunun 349 milyonu keçəl-küçəldən ibarətdir" (361) - deyən 

ədib "fazil və mömin və müqəddəs molla və mərsiyəxanı, müəzzin 

və əməleyi-mövtanı" bir yerə yığaraq ifşa etməyə çalışmış, "ilan 

tutan, fala baxan, rəml atan, tas quran" bu 

İran meyvələrini 

(285) 


bir küll halında satira atəşinə tutmuşdur.

Bu   qeyd   etdiklərimizdən   əlavə,   Mirzə   Cəlil   "ruhani 

silsiləsi"ni– dindarları bir sıra başqa terminoloji birləşmələrlə də 

xarakterizə etmişdir. Bu birləşmələrin əsasında  

hacı, kərbəlayı, 

mömin,  müsəlman,  behişt,  oruc, şiə, dindar

  və s. kimi sözlər 

durur.


H a c ı  və  k ə r b ə l a y ı sözlərinin iştirakı ilə: 

müqəddəs 

hacı

 (389), 


hacıların karvanı - heyvan sürüləri - hacı sürüsü 

(310), 


hacı əttarlar

  (289),  

behiştlik hacı balaları

  (53),  

kəblə baqqallar 

(289),  


kərbəlayı   balaları

  (53),  

min-minlərlə   mömin   və   dindar 

qırmızısaqqal hacı və kərbəlayılar

 (140);

M ö m i n sözünün iştirakı ilə: 



mömin bəndə

 (68), 


mömin 

qardaşlarım

  (367),  

fikri tənbəl mömin bəndə

  (275),  

möminlərin 

övladı

  (33),  



mömin   Əli   şiəsi

  (271),  

mömin   millətimiz

  (420), 

mömin iranlı yoldaşlarımız

 (207), 


mömin müsəlmanlar 

(79);


M ü s ə l m a n sözünün iştirakı ilə:  

müsəlman qardaşlar 

(53),  

pak   müsəlman   ümməti



  (116),  

müsəlman   balaları  

(120), 

Cavanşir müsəlmanları (



141), 

Cavanşir islamlar

ı (140), 

möhtərəm 

Şeytanbazar   müsəlmanları  

(93),  


cəmaəti-müsliman

  (314),  

yer 

163


  Ялигялямли  ваизляр  (285)   -  фелйетонда  дин  тяблиьатчысы 

мянасындадыр.

303


üzünün   müsəlmanları

  (344),  

müsəlman   camaatı

  (145),  

islam 

ümməti


 (205), 

həqiqi müsəlman bəndəsi

 (237), 

qeyrətli Qarabağ 

müsəlmanları

  (239),  

hər bir həqiqi müsəlman

  (279),  

oruc tutan 

müsəlman  qardaşlar

  (40),  

başıqırxıq islam ümməti  

(380),  

dılğır 


müsəlmanlar  

(357),  


cənnətin hurilərini xəyal ilə qucaqlayan islam 

ümməti


 (97);

B e h i ş t   və  a x i r ə t  sözlərinin iştirakı ilə: 

behişt əhli 

(88), 


behiştə gedənlər

 (35), 


behişt axtaran qocalar

 (220), 


axirət 

əhli


 (25);

O r u c   sözünün iştirakı ilə:  

oruc-namaz əhli

  (474),  

oruc 

tutanlar


  (325),  

ağzıoruc   oğrular

  (330),  

orucağız   oxucularımız 

(176), orucağız ərlərimiz (332),

  orucağız   Zalxalar və Fatmalar 

(332);

Ş i ə  sözünün iştirakı ilə: 



Əli şiələri

 (174), 


saf Əli şiəsi

 (285), 


Tərtər şiələri

 (141), 


əli  dəstəmazlı keçəl və bitli Əli şiələri

 (287);


D i n d a r  sözünün iştirakı ilə: 

Molla əminin dindar qareləri 

(367),  

dindar maarif xadimləri

  (386),  

dindar kənd şura sədrləri 

(453), 

gözəl millət - dindar millət - pakdaman əhali



 (285).

Felyetonlarda

  mürid

  (54),  



məşədi

  (53),  

müəzzin

  (145), 



məzlumi-Kərbəla 

(284), 


imam əhli

 (114), 


İçərişəhərin şarlatanları 

(303),  


şəbihgərdan dəstələri

  (305),  

şaxsey dəstələri

  (24),  

əhli-

imam


  (321),  

lotu-potu  

(baş yaranlar mənasında),  

Şərqin köhnə 

ölüş-gəmiş Zalxa və Fatmaları 

(33) kimi söz və birləşmələr də bu 

və ya digər şəkildə dindar, dini ayinlərin icraçısı mənalarını ifadə 

edir.


C.Məmmədquluzadə   müxtəlif   dinlərə  fərq   qoymadığından 

felyetonlarda islam dini ilə yanaşı, xristianlığın nümayəndələrini 

də tez-tez satirik ifadələrlə xatırlamış,  

xaçpərəstlər

 (317), 

nəsiri 


(318),  

xristian   camaatı

  (206),  

mömin   xaçpərəstlər

  (381), 

xaçpərəst camaatı  

(382),  

pasxabaz insanlar

  (408),  

islamı dost 

tutmayan xristianlar

  (344),  

katolik mütəəssibləri

  (344),  

Nikolay 

dayının ümmətinin bir parası

  (382) kimi söz və birləşmələrdən 

istifadə   etmişdir.  

Keşiş

  sözünə   daha   rəngarəng   birləşmələr 



tərkibində   rast   gəlirik:  

rus   xəlifə   və   keşişləri

  (382),  

yunan 


keşişləri

 (452), 


Rasputin kimi fazil keşişlər

 (258), 


uzunətək keşişlər 

(381), 


lotu keşişlər 

(470), 


lotu və murdar keşişlər 

(319) və s.

304


Erməni   kilsə   başçısı   mənasında  

katolikos

  (174),  

erməni 


əhalisinin

 

müqəddəs   katolikosu



  (174),  

böyük   bir   xaçpərəst 

katolikosu

  (125),  

ermənilərin baş ruhani rəisi fəzilətli katolikos 

həzrəti-aliləri

  (173); xristianlıqla əlaqədar

  katolik papası

  (346), 

mütəəssib   xristian   papaları   və   fazil   ruhaniləri

  (347),  

kilsə 


xadimləri - lotu və uşaqbazlar

 (381) və bunlardan əlavə, 

xaxam, 

yəhudilərin   xaxamı



  (174),  

bəhayilər

  (444),

  bəhayilərin 

mübəlliğləri

  (444),  

babi

  (350),  



babilərin babası

  (444) kimi dini 

söz və ifadələr ədibin felyetonlarının mövzu dairəsinin genişliyini, 

ifşa obyektlərinin müxtəlifliyini, böyükdən kiçiyə, konkretdən mü-

cərrədə   qədər   heç   bir   dini   şəxs   məfhumunu   unutmadığını, 

güzəşt nə olduğunu bilmədən ruhani silsiləsinə qarşı ardıcıl və 

sərrast satira atəşi ilə mübarizə apardığını aydın göstərir. Ədibin 

bu sahədə mübarizəsi ona görə təsirli və güclüdür ki, o öz yüksək 

inamını, ateist baxışlarını istehza və kinayə ilə yoğrulmuş, nifrət, 

qəzəb və sarkazm vasitələri ilə cilalanmış orijinal və qüdrətli bir 

sənət dili ilə ifadə edə bilmişdir.


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin