qaytarmadımı? İskəndər də siyasi cəhətdən kamil deyildi? Hələ bir
deyirsiniz ki, son kuti hökmdarı Tirikan cəmi 40 gün hakimiyyətdə
qala bildi və «XXII əsrin sonunda kutilər Mesopotamiyadan
qovuldular». «Qovuldular» sözünü Mesopotamiyanın öz tarixçisi
deyə bilər, biz deməməliyik. Hansı işğalçı işğal etdiyi ərazidə axıra
qədər duruş gətirə bilib? Deyilir ki, kutilər Şumer şəhərlərini dağıdır,
arvadı ərindən ayırırdı. Bəs başqa bir ölkəni işğal edərkən hansı
ordu bu cür dağıntısız keçib-gedib? «Şumer çarlığını dağlara
331
aparan» sözlərinə nə üçün fikir vermirsiniz? Bu göstərmirmi ki,
hakimiyyətin mərkəzi dağlarda – Zaqros zonasında, Azərbaycan
ərazisindədir və Şumeri kutilər yerli canişinin rəhbərliyi ilə idarə
edir? Bundan böyük dövlət ola bilər? Kuti hökmdarı En-Ridavazir
sözündə en 'kahin, hökmdar' demək deyilmi? Axı bunu siz yaxşı
bilirsiniz. Kuti hökmdarı özünü dörd səmtin hökmdarı adlandırır, biri
öz ölkəsi, biri Şumer, niyə axtarmırsınız ki, ikisi haradır? Və çox
dəhşətli bir şey yazırsınız. Yazırsınız ki, Şumer üzərindəki yüzillik
hakimiyyət kutilərin inkişafına səbəb olmalı, onların arasında «nəsli-
tayfa münasibətlərinin dağılmasını sürətləndirməli idi». Vallah,
adam heyrətdə qalır. Mənbə sizə yüksək dövlət nümunəsi təqdim
edir, siz hələ mezolit dövrünün nəsli-tayfa quruluşundan
danışırsınız. Hökmdar o böyüklükdə əraziləri qatıb öz ölkəsinə,
özünü dörd ölkənin hökmdarı sayır, siz buna quldur kimi
baxırsınız...
Belə «adi» tayfalardan biri saydığınız lullubilərdən
danışırsınız: «Lullubi hakimlərinin özlərinin ilkin yazılı abidələri
e.ə. XXIII əsrə aiddir. Onların içərisində ilk növbədə Sarıpulda
(Zöhab şəhəri yaxınlığında) qayada həkk olunmuş «çar»
Anubaniniyə məxsus olan relyefli kitabəni qeyd etmək lazımdır.
Anubanininin kitabəsinə istinadən göstərmək olar ki, ona tabe
olan ərazi çox geniş idi. Ehtimal etmək olar ki, bu ərazi Urmiya
gölündən İran körfəzinə qədər uzanırdı. Vaxtilə kutilərə məxsus
olmuş ərazinin xeyli hissəsi sonralar lullubilərin əlinə keçmişdi.
Artıq e.ə. III minilliyin 2-ci yarısında lullubilər nəinki Azərbaycan
və İranın, habelə Mesopotamiyanın tarixində əhəmiyyətli rol
oynayırdılar». (1; 120–121) Ərazisi Urmiya gölündən Fars
körfəzinə qədər uzanan, qələbələrini daş kitabələrə yazdıran
lullubilər də hələ dövlət sahibi deyil, fikrinizcə, adi işğalçı
tayfalardır.
Beləliklə, kutilərin, lullubilərin yaratdığı dövlət dövlət kimi
qəbul olunmur və onlar hələ nəsli-qəbilə quruluşunu davam
etdirən, hərbi demokratiya dövrünü yaşayan tayfalar hesab
olunur. Bu məsələyə bir daha qayıdacağıq, müəllifin etnik tərkib
və dil məsələlərinə dair görüşlərinə diqqət yetirək.
332
Son tunc və erkən dəmir dövrünə (e.ə. 2-ci minilliyin 2-ci
yarısı, e.ə. 1-ci minilliyin başlanğıcı) aid etnik tərkib və dil
məsələlərindən bəhs edilərkən deyilir: «Bizi maraqlandıran
zamanın etno-dil mənzərəsindən danışarkən göstərmək lazımdır
ki, həmin mənzərə, əlbəttə, əvvəlki dövrün şəraitindən bir qədər
fərqlənirdi. ...bu dövrdə burada etnik, mədəni və dil baxımından
keçmiş dövrlərin nəsilləri – Kavkasion və Aralıq dənizi antropoloji
tiplərinə aid olan, Şimal-şərqi Qafqaz ailəsinin dialektlərində
(şimalda), hurri, lullubi və digər dillərdə, dialektlərdə (cənubda)
danışanların nümayəndələri ilə bağlı olan avtoxton əhali
yaşayırdı». (1;145 – 146) «Şimali Azərbaycan vilayətlərində əsas
əhalinin Şimal-şərqi Qafqaz ailəsi dillərində danışan tayfalardan
və tayfa birliklərindən ibarət olduğu şübhəsizdir... Deyilənlər,
şübhəsiz, Şimal-şərqi dil ailəsi daşıyıcılarının bir qisminin
əsasında tədricən protoalban tayfa ittifaqının təşəkkül
tapmasından xəbər verir». (1; 147) «Güman etmək olar ki,
turukkilər və nikimxilər hurri tayfalarından idilər. Mənbələrdə
danışılan uruatrilərin də hurrilərə yaxın olması güman edilir». (1;
147)
Müəllifin etnik tərkib və dil məsələlərinə münasibəti belədir.
Lakin fikrini daha da möhkəmləndirmək üçün bu məsələyə
xüsusi fəsil (VII) həsr etmişdir. Oxucu «Azərbaycanı bürümüş»
Qafqaz və irandilli tayfalara inanır-inanmır, özü bilər, amma bu
məqamda – dəmir dövrünün başlanğıcında Azərbaycan əhalisinin
əsas kütləsinin dəyişmədiyi, aborigenlərdən ibarət olduğu barədə
müəllifin fikri həqiqət kimi qəbul olunmalıdır: «...bu ərazidə yerli
tayfalar başlıca, üstün etnik massiv olaraq qalmaqda idilər».
(1,166) Öyrənilə bilər ki, bu tayfalar kitab müəllifinin bəzən
mülahizə, bəzən qəti şəkildə söylədiyi kimi ancaq İran və
qafqazdillilərdən ibarət deyilmiş, onda Azərbaycan əhalisinin
etnik mənzərəsi tamamilə dəyişə bilər. Amma hələlik 1-ci cilddə
bu barədə heç bir işarə yoxdur və hətta aşkar ümid bəslənilə
bilən turukkilər də hurrilərə qohum hesab olunur. Hurri-ari
yaxınlığı isə inamla qeyd olunan «fakt» sayılır. Bəzən əvvəlki
bölmədə gümanla söylənilənlər bu fəsildə daha inamla «təsbit
edilir» və bir yenilik də budur ki, Azərbaycan ərazisində
333
«Sipirmena ölkəsi» deyilən ölkə varmış və əhalisi «qadınlar kimi
mırtıldayırmış». (1;168) 8 səhifəyə yaxın olan bu fəsildə ən
böyük «yenilik» tamamilə başqadır: müəllif – İ.H.Əliyev bütün
gücünü və arxeoloji materialları toplayaraq e.ə.II minilliyin sonu
– I minilliyin əvvəlində irandilli tayfaların Azərbaycana axınını
sübuta çalışmışdır: «Mixi yazılarda aydın İran etimologiyasına
malik olan onlarla antroponim və toponimə təsadüf edilir. Bizi
maraqlandıran ərazidə açıq şəkildə ifadə olunmuş bir çox irandilli
ictimai, dini, mədəni-tarixi anlayışlar və s. məlumdur».(1;169)
Həm də irandillilər o qədər sürətlə ictimai-siyasi üstünlük
qazanırlar ki, onların rolu «...qədim Azərbaycan (Mada –
Atropatena) xalqının etnogenezində də öz əksini tapır». (1;169)
Müəllifin fikrincə, irandilli tayfalar Cənubi Rusiya çöllərindən
Qafqazı aşaraq gəlmişlər; onların xeyli qismi öz vətənlərində
qalmaqda idi və bir qədər sonra onlar da gəldilər. Onlar
«kimmerlər, skif, sak tayfaları və başqaları idilər».(1;169)
Deməli, bir sözlə, kimmer, skif, sak tayfaları da irandilli tayfalar
olmuşlar. Müəllif lap aydın yazır: «İran dil ailəsi bir çox ölü və
canlı dilləri birləşdirir. Mada, qədim fars, bir çox skif, sarmat, sak
tayfa dilləri, avesta dili, orta fars, Parfiya, Soqd, Xarəzm, alan
dilləri və başqaları ölü İran dilləri sırasına... aiddir».(1,169)
Gəlmə tayfaların irandilli olduğu Azərbaycan ərazisində həmin
dövrə aid daha çox at kurqanlarının olması, atəşpərəstlik,
mazdaizm və s. ilə əlaqələndirilmişdir. Görünür, türklər ümumən
at minmirmiş və atəşpərəstliyin Azərbaycanın aborigen əhalisinə
dəxli yox imiş. Bütün bunlarla yanaşı, bir cəhət lap fantastikdir:
e.ə.1-ci minilliyin əvvəlində sürətlə İran yaylasına və
Azərbaycana daxil olan irandillilər sürətlə də aborigen əhalini
assimilyasiyaya uğratmağa başlayırlar: «Yerli və gəlmə etnik
elementlərin uzunmüddətli (?) birgəyaşayışı ümumiyyətlə və
bütövlükdə avtoxton qrupların irandilli əhali tərəfindən
assimilyasiyaya uğradılması ilə müşayiət edilirdi». (1;172)
«...İrandilli xalqlar əsasən assimilyasiyaya uğramış avtoxton
əhalinin nəsillərindən ibarət idi».(1;173) (E.ə.II minilliyin sonu –
I minilliyin əvvəlindən danışılır). Sonrakı dövrə (eramızın XI – XII
əsrlərinə) aid mülahizələri də nəzərə aldıqda belə nəticəyə
gəlmək olur ki, Azərbaycan ərazisində yaşayan yerli əhali bir
334
neçə dəfə etnik simasını və dilini dəyişmişdir – əvvəl
iranlılaşmışlar, sonra türkləşmişlər.
Akademik nəşrdə əsas ideyalar bunlardan ibarətdir. Oxucu
görür ki, kutilərin fəaliyyəti bir tayfa işi deyil, böyük bir dövlət
işidir. Amma kitabın bu fəsillərində orta tunc dövründə də
(e.ə.III minilliyin son rübündən başlayır) dövlətin mövcudluğu
qəbul olunmur. Hətta tarixin aşkar şəkildə mühafizə edib
saxladığı çar sözü də kinayə ilə dırnaq arasına alınmışdır. Cəmi
iki-üç səhifəlik məlumatda abzor şəklində «Azərbaycanın qədim
əhalisi. Ölkə ərazisində ilk tayfa ittifaqları...» başlığı altında
maldar və əkinçi tayfalardan danışılmışdır. Tunc dövrünün
başlanğıcında Şərqdə şəhər dövlətlərinin yaranması geniş vüsət
aldığı halda, hələ orta tunc dövründə də Azərbaycanda əhalinin
maldar tayfalardan irəli getmədiyi göstərilir və tarixin qoyub
getdiyi aşkar faktların əhəmiyyəti heçə endirilir.
İndi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
1994-cü ildə Z.M.Bünyadov və Y.B.Yusifovun redaktəsi ilə ali
məktəblər üçün dərslik kimi çap olunmuş «Azərbaycan tarixi»nin
1-ci cildinə baxaq. Burada «İlk dövlət qurumu Aratta» başlığı
altında Azərbaycan ərazisində Aratta ölkəsi, Aratta dövləti
haqqında akademik nəşrdə kutilər, lullubilər və kassitlər
haqqında birgə məlumatdan daha geniş məlumat verilmişdir –
həm də e.ə.1-ci minilliyin əvvəlinə deyil, III minilliyin birinci
yarısına aid: «Aratta Cənubi Azərbaycanda e.ə.III minilliyin
birinci yarısında meydana gəlmiş ilk dövlət qurumu idi.» (2; 62)
«E.ə. III minilliyin birinci yarısında (e.ə.XXVIII əsrdə) Arattada
artıq dövlətə məxsus idarə orqanları və vəzifəli şəxslər meydana
gəlmişdi». (2; 62) Müəllif – professor Yusif Yusifov Aratta
haqqında məlumatı Şumer dastan və poemalarından
götürmüşdür. İddia oluna bilər ki, dastan tarix deyildir. Dastan
tarix olmasa da, tarixi qoruyub saxlayan mühüm sənəddir.
Müəllif Arattanın dövlət quruluşu, dini görüşləri, siyasi və iqtisadi
əlaqələri, əhalisinin məşğuliyyəti, ərazisi barədə maraqlı və geniş
335
məlumat vermişdir. Ən xoş təəssürat da bundan ibarətdir ki,
Aratta dövləti Şumer şəhər dövlətlərinə bərabər səviyyəli bir
dövlətdir, Uruk şəhər hakimi En-Merkarla dostluq münasibətləri
saxlayır, iqtisadi əlaqələr yaradıb, mixi yazılardan istifadə edir,
bəzən aralarında rəqabət yaransa da, biri digərini özündən asılı
etməyə çalışsalar da, dostdurlar və akkadlara qarşı mübarizədə
dərhal birləşirlər, Aratta hökmdarı özünü En-Merkarla bir atanın
övladı sayır və s. (Aratta və Şumer əlaqələrinə dair ABŞ-da
dissertasiya müdafiə edilmişdir).
«E.ə.XXIII əsrdə Urmiya gölünün cənubunda lullubi
tayfaları dövləti yarandı. Lullubum (lullubi) dövləti cənubi
Azərbaycanın ərazisində yaranmış ikinci erkən dövlət quruluşu
idi». (2; 67) Y.Yusifov Lullubi dövləti haqqında ətraflı məlumatla
yanaşı, Lullubi hökmdarlarının hakimiyyət sülaləsinin
dəqiqləşdirilmiş xronologiyasını da vermişdir: Satuni – e.ə.2230–
2200, İmmaşqun–e.ə. 2200–2170, Anubanini – e.ə.2170 – 2150.
Hələ İmmaşqunun vaxtında xırda hakimlər mərkəzi Lullubi
dövlətinə tabe edilir və o, «Lullu(bum) ölkəsinin padşahlar
padşahı» adlanır. Anubanininin dövründə ölkə daha da güclənir.
O, daş plitə üzərində abidə və yazı qoyub getmişdir: «Beləliklə,
e.ə.XXIII əsrdə Urmiya gölünün cənubunda İkiçayarası Akkad
dövləti ilə rəqabət aparan güclü Lullubum dövləti yaranıb» və bu
dövlətin iqtisadi-siyasi əlaqələri, təsərrüfatı, dini görüşləri barədə
xeyli məlumatımız var.
E.ə.III minilliyin ikinci yarısında Urmiya gölünün qərb və
cənub-qərb torpaqlarında (Qərbi Azərbaycan) Kutium dövləti
meydana gəlmişdir. «Kutilər İkiçayarasını zəbt etməmişdən əvvəl
dövlət qurumu yaratmışdılar». (2;70) Y.Yusifov aydın və sərrast
şəkildə söylədiyi bu sözlərlə yanaşı, kuti sülalə hökmdarlarının
tarixini də vermişdir: Enridavazir – e.ə. 2225 – 2205, İmta –
e.ə.2204 - 2197, İnqeşauş – e.ə.2197 - 2191, Sarlaq –
e.ə.2191-2185, Yarlaqaş – e.ə.2185 – 2178, Elulumeş –
e.ə.2177 – 2171. Kutilər İkiçayarasında Elulumeşin vaxtında –
e.ə. 2175-ci ildə hakimiyyəti ələ almış və Şumeri 100 ilə qədər
idarə etmişlər. Qeyd edilən çar sülaləsi onların Şumeri idarə
336
etmələrindən əvvələ aiddir. Deməli, hələ Şumeri özlərinə tabe
etmələrindən əvvəl tarix kutilərin 50 illik dövlət quruluşu
haqqında məlumat mühafizə etmişdir. «İkiçayarasının Şumer
şəhərləri kuti hökmdarlarının şərəfinə yazılar tərtib edirdilər. Kuti
hökmdarı Laharabın (e.ə.2135 – 2133-cü illər) Sippar şəhərində
akkad dilində yazısı aşkar edilmişdir. Kuti hökmdarları
Yarlaqanda (e.ə.2120 – 2113-cü illər) və Siumun (e.ə.2112 –
2105-ci illər) şərəfinə Umma şəhərində yazı tərtib olunmuşdur.
Kuti hökmdarı Puzur-Suenin (e.ə.2127 – 2120-ci illər) möhürü
üzərində Ur şəhərinin adı göstərilmişdir. Kutilərin hakimiyyəti
bütün Ur şəhərini bürümüş, Nippur, Sippar, Umma, Ur kimi
şəhərlər isə onların dayaq məntəqələrinə çevrilmişdi» (2; 70 –
71) və s.
Kutilər haqqında yuxarıdakı sözlər mənim öz sözlərim idi.
Bu məlumatları isə professor Yusif Yusifov vermişdir. Niyə
akademik nəşrdə bunlar yoxdur? Kutilər bizim xalqın əcdadları
sırasına daxil deyilsə, verilmiş abzor nə üçündür, daxildirsə, nə
üçün mən hələ yüzdə birini qeyd etmədiyim bu kitabdakı
məlumat o kitabda yoxdur? Əslində, əksinə olmalı idi: bu,
dərslikdir, o birisi akademik nəşr. Heç kəs inanmaz və mən də
inanmıram ki, akademik tarixin müəllifinin bunlardan xəbəri
yoxdur. Amma ən ağrılısı da odur ki, bilə-bilə, şüurlu şəkildə
xalqın tarixini təhrif etmişdir.
Son kuti hökmdarı Tirikana qarşı qiyam etmiş Utuhenqalın
kitabəsində kutilər əleyhinə deyilən yaramaz sözlər, görünür,
akademik tarix müəllifinin xoşuna gəlib və buna görə də onun
şərhinə kitabda geniş yer verib. Amma onları Y.Yusifov da qeyd
edib və yazıb: «Utuhenqalın adına çıxılan kitabədə kutilərin
ünvanına mənfi ifadələr işlədilmişdir. Lakin kutilərin ünvanına
deyilmiş ittihamları təsdiq edən heç bir əlavə tarixi sənəd
qalmamışdır. Əksinə, kutilərin hakimiyyəti illərində Şumerdə
məbəd tikintisi və bərpası davam edir... Kutilərin hakimiyyəti
illərində Yuxarı dənizdən (Urmiya gölü) Aşağı dənizə (Fars
körfəzi) kimi uzanan ticarət yollarında əmin-amanlıq bərpa
olunmuş, İkiçayarasına xarici müdaxilələrin arası kəsilmiş və
Urmiya gölü hövzəsi ilə dinc əlaqələr yaradılmışdı... Utuhenqalın
337
adından yazılmış kitabə kuti sülaləsi hakimiyyətinin ləğv
olunmasına bəraət qazandırmaq (fərqləndirmə mənimdir – Q.K.)
məqsədini güdürdü».(2;71 – 72) Vətən sevgisi, xalq sevgisi,
əcdad sevgisi belə olar. Həm də bunlar yalnız sevgi əlamətləri
deyil, hədsiz dərəcədə məntiqi və obyektivdir. Bir sübut da
budur ki, kutilər Şumerdə güclü ordu saxlamırmış, buna görə də
40 günlük hakimiyyətdən sonra qəfil üsyan zamanı Tirikan əsir
düşmüş, lakin mənəvi cəhətdən alçaldılsa da, öldürülməmiş, öz
ölkəsinə göndərilmişdir.
Bütün bunlar e.ə.III minilliyə aiddir. Akademik nəşrdə isə
«Azərbaycan ərazisində ilkin siyasi qurumlar» e.ə. birinci
minillikdə Manna dövləti ilə başlanır. Aydın olur ki, buradakı
«tədqiqata» əsasən hətta e.ə. II minilliyimiz də dövlət sarıdan
boş imiş.
Akademik nəşrdə e.ə.II minilliyin sonu, I minilliyin
başlanğıcı «ibtidai icma quruluşunun intensiv surətdə dağılması,
erkən sinifli qurumlara keçid dövrü» sayılır.(1;142) «Tezliklə
cəmiyyətin siyasi cəhətdən təşkilinin yeni forması olan dövlət də
meydana gəldi... Bu artıq dəmir dövrü idi». (VI fəsil,144) «O
dövrdə (e.ə. II minilliyin sonu, I minilliyin əvvəlində – Q.K.)
Azərbaycanda qulların olmasını Dovşanlıda, Axmaxıda, Borsunlu
və Xanlarda aparılan tədqiqatların nəticəsi təsdiq edir». (1;156)
Deməli, Azərbaycan ərazisində yalnız bu dövrdə (1-ci minilliyin
əvvəlində) ibtidai icma quruluşunun dağılmağa başlaması ilə
quldarlıq nümunələri görünməyə başlayır və yalnız bu dövrdə
Urmiyaboyu – Zaqrosboyu zonada «ilk kiçik dövlət qurumları, ilk
şəhər-dövlətlər» gözə çarpır. Və, doğrudur, Assur mənbələri bu
siyasi qurumları «ölkələr» adlandırmışdır, həmin ölkələrdə baş
şəhər-qalalara «qüvvətli şəhər», «çar şəhəri» demişlər, hətta bu
ölkələrin başında «çarlar» durub, amma bütün bunlar, müəllifin
fikrinə görə, ilk şəhər-dövlət qurumundan başqa bir şey olmayıb.
E.ə.III minilliyin birinci yarısı hara, 1-ci minilliyin əvvəli
hara? Amma birdən müəllif özü məcbur olub yazmalı olur ki:
«Güman olunur ki, e.ə.II minilliyin əvvəllərində Aşşur (Assuri)
338
taxtına lullubilər sülaləsi sahib olmuşdu». (1;125) Kassitlərin
Babildə 500 illik hakimiyyəti (e.ə.1595 – 1155) isə bütün elm
aləminə məlumdur və s.
***
Çikaqo universitetinin professoru A.Leo Oppenheym
«Qədim Mesopotamiya» (Moskva, 1980) əsərində Qərbi Asiya
sivilizasiya sərhədlərini aşağıdakı kimi müəyyənləşdirmişdir:
«Cənub-qərbi Asiya böyük rəngarəngliyə malik coğrafi və ekoloji
şəraitlə xarakterizə olunur... Bu sahənin bir neçə təbii və etibarlı
sərhədi var: Pamirin qərb qolları, Qafqaz dağları və Hind okeanı
genişliyi. Qara, Egey və Aralıq dənizlərinin daha əlverişli sulu
massivləri – baxmayaraq ki, onlar da şimal və qərblə kifayət
qədər effektiv izolyasiyanı təmin edir». (3;34) «...biz oxucunun
diqqətini ona cəlb etmək istəyirik ki, Mesopotamiyada meydana
çıxan mədəniyyət təcrid olunmuş hadisə deyildi və onu əhatə
edən aləmdən ayrılmaz idi». (3; 36)
Azərbaycan etnogenezi və dilinə münasibəti istisna
olmaqla, bir alim kimi qiymətli olan İ.M.Dyakonovun görkəmli
tələbələrindən M.A.Dandamayev A.Leo Oppenheym haqqında
yazır: «Oppenheymin oxuduğu qədər mixi mətnlər oxuyan
adam, ümumiyyətlə, çətin tapılar». M.A.Dandamayev göstərir ki,
o (Oppenheym) birinci dərəcəli filoloq olmuşdur, lakin özünü
antropologiya mədəniyyəti sahəsində mütəxəssis sayırdı. 21
cildlik akkad ensiklopedik lüğətinin 12 cildi bilavasitə onun fəal
iştirakı ilə hazırlanıb çap olunmuşdur. A.Leo Oppenheym 20 il
üzərində işlədiyi «Qədim Mesopotamiya» əsərində ən azı qədim
Babil Amori sülaləsi dövrünü (e.ə.1894 – 1595) nəzərə alaraq
yazır: «Dağlılar ardıcıl olaraq düzənliyin əhalisinə təzyiq edirdilər.
Sonuncular dəf edirdilər, lakin onların müqaviməti siyasi və
iqtisadi şəraitdən asılı idi. Dağlılar düzənliyə gah işçi və ya
muzdur kimi, gah da işğalçı kimi girirdilər. Bəzən onlar şəhərləri,
bütöv dövləti özlərinə tabe və idarə etmək üçün kütləvi
339
hücumlar təşkil edirdilər. Bu təhlükəyə Babilistan və Assuriya
eyni cür yanaşmırdılar. Babillilər Şumer ənənələrini davam
etdirərək (o, öz ifadəsini Enmerkarın tarixində tapmışdı) mədəni
təsir göstərməyə çalışırdılar (çalışırdılar ki, kontakt zonasında
hibrid bufer dövlət səviyyəsi stimullaşdırılsın)...». (3; 38)
«Düzənlik əhalisi» dedikdə İkiçayarası, «dağlılar» dedikdə
qərbi Azərbaycan – Zaqros dağlarının əhalisi – lullubilər, kutilər
nəzərdə tutulur. Mədəni inkişaf az-çox eyni dərəcədə olmasaydı,
dağ əhalisi İkiçayarası və Assur dövlətlərini bu qədər təzyiq
altında saxlaya bilməzdi. Oppenheym burada aşkar şəkildə
«bufer dövlət»dən, eyni səviyyəli mədəni-sivil inkişafdan danışır,
həm də babillilərin Şumer Uruk hakimi Enmerkarla arattalılar
arasındakı neçə yüz il əvvəlki tarixi əlaqəni, dostluq
münasibətlərini xatırladır. Müəllifi isə Engelsdən uzun-uzadı sitat
gətirərək (144) (bu sitat doğrudur öz dövrü üçün) e.ə.II
minilliyin son rübünədək Azərbaycanda nəsli-qəbilə quruluşunun,
hərbi demokratiyanın davam etdiyini və bu vaxtdan tədricən
dağılmağa başladığını arxeoloji materialla sübuta çalışır.
Oppenheymin qeyd etdiyi inkişafı Y.Yusifov da qeyd etmişdir:
«Qeyri-bərabər inkişaf nəticəsində Cənubi Azərbaycanda,
xüsusilə onun qərb torpaqlarında sinifli cəmiyyətin yaranması
prosesi e.ə.IV minilliyin sonu – III minilliyin əvvəlində
başlamışdı. Cənubi Azərbaycanın qərb torpaqları İkiçayarasının
quldar cəmiyyətinə yaxın olmuş və orada baş verən iqtisadi-
ictimai dəyişikliklər buraya da təsir göstərmişdi. Artıq e.ə.III
minillikdə Cənubi Azərbaycanda erkən dövlət qurumları təşkil
olunmuşdu». (2;60)
Bütün bunlar göstərir ki, akademik nəşrdə Azərbaycan
ərazisində dövlətin yaranma tarixi ən azı 2 min ilə yaxın bir
müddətdə geri atılmışdır. Amma məqsəd nədir, bu cür tarix
kimin xeyrinədir və kimə xidmət edir, bilinmir. Bir o bilinir ki,
Dostları ilə paylaş: |