Azərbaycanın qədim tarixi köklü şəkildə təhrif edilir,
babalarımızın inkişaf səviyyəsi üzərinə qara pərdə çəkilir və hətta
bəzən ünvanlarına nalayiq sözlər söylənilir.
340
İndi keçək etnik tərkib və dil məsələlərinə.
Qeyd etdiyimiz kimi, nəşrdə Azərbaycan tayfaları haqqında
ilkin məlumatın orta tunc dövrünə, e.ə.XXIII əsrə aid olduğu,
kutilər, lullubilər, hurrilər, kassitlər və b. haqqında ilk dəfə
Şumer-Akkad mənbələrində məlumat verildiyi göstərilir. Bir də
təqribən min il sonra – son tunc və erkən dəmir dövrü (e.ə.II
minilliyin sonu – I minilliyin əvvəli) tayfalarından danışılarkən
Cənubi Azərbaycan ərazisində kuti, kassit, lullubi, hurri, mehran,
nikimxi, turukki, uruatri (144–147) tayfalarının adı çəkilir, onların
etnik mənsubiyyəti və dili barədə mülahizələr söylənilir.
Müəlliflərin (istisna olaraq bu fəsildə İ.Nərimanovun da adı
vardır) mülahizələri belədir: «Güman etmək olar ki, lullubi dili
elam dilinə qohumdur. Lakin bu gümana qəti inam yoxdur. Kuti
dilinin Qafqaz dilləri ailəsinə aid olduğunu istisna etmək olmaz».
(1; 122) Çıxış yolu qoyulsa da ('inam yoxdur', 'istisna deyil' və
s.), bunlar müəlliflərin əsas fikridir: lullubi dili elam, kuti dili
Qafqaz mənşəli hesab edilir. Bir daha təkrar edirlər: «Kuti dilini
bu dillər ailəsinə (Şimal-şərqi Qafqaz dilləri ailəsinə – Q.K.) aid
etməyə müəyyən əsaslar vardır». Bu fikrin bir qədər də
əsaslandırılması üçün deyilir: «Belə bir mülahizə söylənilmişdir
ki, «udi» – (Qafqaz Albaniyasının əsas əhalisi olmuş utilərin
etnonimi. Müasir udilər onların qalıqlarıdır) 'kuti' adının
refleksidir. Maraqlıdır ki, Qafqaz dağlıları arasında
Qutiyev/Kutiyev familiyalarına təsadüf olunur».(1;124) Hurrilərin
dili haqqında müəlliflərin fikri daha qətidir: «Qətiyyətlə demək
olar ki, hurri dili Hind-Avropa dillərinə aid deyil. Artıq müəyyən
edilmişdir ki, bu dil Urartu dilinə qohumdur». (1;123) Urartu dili
isə Qafqaz dillərinə aid edilir: «Son dövrdə hurri (eləcə də
Urartu) dilini Şimal-şərqi Qafqaz dilləri ailəsi ilə bağlayırlar».
(1;123) «Bağlayırlar» deyilir və müəlliflərin bununla razı
olduqları bilinir. Bütövlükdə Şimali Azərbaycan ərazisinə
gəldikdə, etnoslar barədə məlumat olmasa da, müəlliflər bu
ərazidə yaşayan əhalinin qafqazdilli olmasına heç bir şübhə
etmirlər: «...bu regionda (Şimali Azərbaycan ərazisində – Q.K.)
341
Şimal-şərqi Qafqaz dillərinə qədər hər hansı bir başqa dil
ünsürlərinin yayılmasını söyləmək üçün əsas yoxdur». (1;123)
Nəhayət, əhalinin qədim və əsas kütləsini təşkil edən kassitlərin
Zaqro-Elam, Qafqaz, Hind-Avropa dil ailələrinə aid ola bilməsi
haqqında fikirləri xatırladaraq müəlliflər onları ari təsirinə məruz
qalmış tayfalar saymalı olmuşlar.(1; 127) Beləliklə, qısa desək,
lullular elam dil qrupuna, kutilər, hurrilər və Şimali Azərbaycan
tayfaları Qafqaz, kassitlər (kassilər) isə ari (Hind-Avropa) dil
ailəsinə daxil edilmişdir.
Müəlliflər hətta bir qədər də uzaqlara gedərək İtaliya
ərazisində yaşamış qədim etruskların (tursakaların) dilini də
Qafqaz mənşəli hesab etmişlər: «Güman etmək olar ki, buraya
(Şimal-şərqi Qafqaz dilləri ailəsinə – Q.K.) etrusk dilini də daxil
etmək mümkündür». (1;24)
Göründüyü kimi, bütün bunlar qədim Azərbaycanın
aborigen əhalisi içərisində türk tayfalarına yer qoymur. Lakin
budur, 1994-cü ildə, 4 il əvvəl çap olunmuş «Azərbaycan
tarixi»ndə oxuyuruq: «Azərbaycanın erkən dövlətlərini türk
mənşəli sülalələr idarə edirdilər».(2;72) Və bu sözlərdən sonra
Y.Yusifov bura köçürə bilməyəcəyimiz saysız toponim və
antroponimlərin etimoloji təhlili əsasında aborigen etnosların
mənşəyini tamamilə fərqli şəkildə müəyyənləşdirmişdir.
Q.Qeybullayev «Azərbaycan türklərinin təşəkkülü tarixindən»
(1994) əsərində bu dövrə aid yüzlərlə toponim və antroponimin
izahı əsasında çox böyük zəhmət bahasına Azərbaycan
ərazisindəki əksər tayfaların türk mənşəli olduğunu üzə
çıxarmışdır.
İlk Azərbaycan dövlətinin adının – Aratta sözünün türk
mənşəli olduğu inandırıcı şəkildə sübut edilmişdir. Şumer-Akkad
məktəb lüğətində arattu, aratu sözləri «dağ» mənasındadır
(Aratta dağ ölkəsi idi). Bu sözün r>l keçidi ilə türk dillərində
geniş işlənən Alatay, Altay, Alatey, Alatu sözləri ilə bir kökdən
olduğu öyrənilmişdir.(2;78) Manna dövründə sözün Alateye
forması işlənmişdir.
342
Aratta torpaqlarının qərbində yerləşən lullubilər bir
tayfadan deyil, tayfa ittifaqından ibarət olmuş, su və turukki
tayfalarını da özündə birləşdirmişdir. E.ə.II minilliyin əvvəlində
Urmiya gölü hövzəsində yerləşən turukki (turuki) və su tayfaları
əvvəlki dövrdə Aratta dövləti tərkibində olmuşdur. Aratta öz
mövqeyini itirdikdən sonra turukkilər gah lullubilər və kutilərlə
birlikdə, gah da müstəqil siyasət yeritmişlər. Onlar Assur dövləti
sərhədlərində təhlükələr yaradırdılar. Assur hökmdarı I Şamşi-
Adad (e.ə.1813–1781) turukkilərə qarşı yürüş təşkil etsə də,
onların qarşısını ala bilməmişdir. Assur hökmdarı I İşme-Daqan
(e.ə.1781–1757) isə turukkilərlə bağlı hadisələri belə təsvir edir:
«O ki qaldı Şuşarra ölkəsinə (turukkilər bu ölkəyə maraqlı və
iddialı idilər – Q.K.), siz mənə yazırsınız ki, bu ölkə həyəcan
içindədir və biz onu saxlaya bilmərik. Qoy İşar-Lim (qasid) sizə
(vəziyyəti) izah etsin. Turukkili Lidaya və bu ölkədə onunla
birlikdə olan turukkilər... iki yaşayış məntəqəsini dağıtmışlar.
Mən oraya əlavə qoşun gətirdim, onlar dağlara çəkildilər. Mən
əhalidən soruşdum və bu qərara gəldim ki, bu ölkə nəzarətə
alına bilməz».(2;73–74) İşme-Daqan turukkilərlə müqavilə
bağlamalı olur və turukkiləri sakitləşdirmək üçün onların
başçılarından birinin qızını öz oğluna alır. E.ə.1755-ci ildə Babil
padşahı Hammurapi də turukki və su tayfaları ilə üzləşməli,
onları dəf etməli olmuşdur.
Turukkilər haqqında məlumat qeyd etdiklərimizdən daha
genişdir. Biz bu qısa məlumatı ona görə təkrar edirik ki, oxucu
bilsin ki, qədim qaynaqlarda turukkilərin yalnız təsadüfi adı çəkilmir,
güclü bir tayfa kimi geniş fəaliyyəti qeyd olunur. Lakin müəllif e.ə
III minillikdə Azərbaycan ərazisində turukki və su tayfalarını
görməzliyə salsa da və ya bir qədər sonra turukkiləri zorla hurri
tayfalarına daxil etmək istəsə də, bu etnonim neçə min ildir, «türk»
sözünü yaşatmaqdadır: «... bu etnonim «türk» tayfa adının erkən
forması olmuşdur».Türk etnoniminin qədim formasının «turuk»,
«turuku» kimi bərpa edildiyi» göstərilir. (2; 78)
343
Q.Qeybullayev «Azərbaycan türklərinin təşəkkülü tarixindən»
(1994) kitabında saysız dil faktları ilə bütün bu tayfaların türk
mənşəli olduğuna şübhə yeri qoymamışdır. O yazır: «Qədim türklər
haqqında indiki baxışlar elmi obyektivlikdən kənar mülahizələrdir.
Həqiqət budur ki, eradan əvvəlki minilliklərdə yaşamış şumerlər,
kutilər, lullubilər, kaslar, mannalar, madaylar, kaspilər, albanlar,
kəmərlər, işkuzlar, saklar, massagetlər, sarmatlar, quqarlar və b.
türkmənşəli etnoslar idilər». (4;36) V.Həbiboğlu «Qədim türklərin
dünyagörüşü» (1996) əsərində ümumiləşdirici türk etnoniminin
e.ə.III minillikdə tayfa adı kimi meydana çıxmasından çox-çox əvvəl
Azərbaycan ərazisində türklərin müxtəlif adlar altında mövcud
olduğunu qeyd edərək yazmışdır: «Qədim qaynaqlarda
prototürklər, yəni qədim türklərin ulu əcdadları müxtəlif adlarla
göstərilmişdir. Kuti, lullubi, su, turukki, kimmer, skit, massaget,
sak, skif, sarmat, hun və başqa adlar altında yaşayan qədim türklər
dünya tarixinin şərəfli səhifələrinin yazılmasında böyük rol
oynamışlar». (5;41)
Əksər tarixçilər bu fikirdədir ki, lullubi (lullume) adı bu tayfaya
qonşular tərəfindən verilmişdir, əhalinin öz adı deyil. Y.B.Yusifov bu
sözün yamsılama yolu ilə düzəlmiş olduğunu güman edir. Biz bu
fikrin doğru olduğuna şübhə etmirik, çünki lullubilərin şumerlərlə
yaxın əlaqəsi, dostluq və qardaşlıq münasibətləri, şumerlərin məhz
Zaqros zonasından – lullubilər yaşayan ərazidən düzənliyə –
İkiçayarasına enmələri onların bir kökdən olduğunu və ya ən azı
yaxın qohum olduğunu və hər iki dildə çox işlənən lu – 'adam', lulu
– 'adamlar' sözünün qonşulara yamsılama vasitəsi kimi yerli əhalini
bu adla adlandırmağa imkan verdiyini düşünmək üçün əsas ola
bilər. Hər halda, Y.Yusifov da bu qənaətdə olmuşdur ki, «...lullubi
Azərbaycanın prototürk əhalisinə verilmiş kənar ad olmuşdur» –
aydın deyilir: prototürk əhalisinə.
Lulluların etnik mənsubiyyəti və dili barədə müxtəlif
fərziyyələr irəli sürülmüşdür. Lullu dilinin kassi və elam, o cümlədən
Qafqaz dilləri ilə qohum olması mülahizəsi ortaya atılmış, lakin
bunu sübut edən dəlillər gətirilməmişdir. «Bu mülahizələri irəli
sürən bəzi keçmiş qərb alimləri qədim dövrdə türk amilinin varlığına
344
biganə yanaşmışlar». (2;79) Y.Yusifovun fikrincə, lullu tayfa ittifaqı
biri digəri ilə dil və etnik cəhətdən qohum olan prototürk etnosları
birləşdirmişdir.
Dərslikdə akademik nəşrin üstündən keçdiyi su tayfası
haqqında da geniş məlumat verilmişdir. Sular Zaqros dağlarında və
Urmiya gölünün cənubunda yaşamışlar. Etnonimin ilkin formasının
sub/suv olduğu göstərilir ki, bu da xalis türk sözüdür. Tarixçilər su
tayfasını İkiçayarasının şimalında yaşayan Subir/Cubar, eyni
zamanda, sonralar geniş fəaliyyət meydanına çıxan sabir/suvar
tayfa adları ilə eyniləşdirirlər. Çox qəribədir ki, lullular kimi, sular da
həm adlarına, həm də xoş münasibətlərinə görə şumerlərə çox
yaxın olmuşlar (şumer – suber – sumer – subir...) Sular da turukki
və lullu tayfa ittifaqlarına daxil idi.
Azərbaycanın qədim güclü etnoslarından birinin kutilər
(yaxud qutilər) olduğunu bildik. E.ə.III – II minilliklərdə kutilər
Urmiya gölünün cənub və qərb regionlarında yaşamışlar. Kutilər
turukkilər, lullubilər və sularla yaxın münasibətdə olmuşlar. Keçmiş
SSRİ-də məşhur elamşünas alim kimi tanınan Y.Yusifov göstərir ki,
kuti dilinin elam dilinə və ümumən Qafqaz dillərinə aid olması
barədə mülahizə heç bir faktla sübut olunmamışdır. Kuti sözünün
sonralar k samitinin düşməsi ilə (Z.Yampolski) Azərbaycan
ərazisində meydana çıxan uti tayfa adı ilə əlaqəsi də özünü
doğrultmur. V.Landsberqer kutilərin türk olduğunu qeyd etmişdir.
Kamal Balkan kuti hökmdar adlarının türk mənşəli olduğunu izah
etmişdir. Y.Yusifov mixi yazılarda kuti sözünün ku şəklində
yazıldığını, ku sözünün türk dillərində 'ağbəniz, ağımtıl' mənasında
işləndiyini, -ti şəkilçisinin qədim türk dillərində cəmlik bildirdiyini
müəyyənləşdirmişdir. (2;82)
Y.B.Yusifov araşdırmalarını ümumiləşdirərək yazır: «Beləliklə,
Azərbaycanın ən qədim sakinlərindən biri prototürklər olmuş və
onlar hələ biri digərindən fonetik cəhətdən fərdiləşməmiş
ümumtürk dilində danışmışlar. Lakin bu dövrdə qərb və şərq türk
345
dillərini səciyyələndirən bir sıra fonetik əvəzlənmələr artıq
yaranmışdı. Fərz etmək olar ki, prototürklər bu zaman nəinki qədim
Azərbaycanın, eləcə də Anadolu yarımadasının və Orta Asiyanın
sakinləri olmuş və tədricən şimala doğru hərəkət etmişlər».(2,78)
Türk tayfaları eradan 3 min il əvvəl indiki yunan torpaqlarında
– yunanlar hələ o yerlərə gəlmədiyi dövrdə – minillik bir dövlət
yaratmış (e.ə.III - II minilliklər arası), e.ə.2000-ci il dairəsində
yunanlar gəldikdən sonra bir qədər onlarla yaşayıb, İtaliyaya, Egey
adalarına, qərbi Anadoluya keçmişlər. «Etrusklar (tursakalar) türk
idilər» (Ankara, 1992) kitabının müəllifi Adile Ayda göstərir ki,
İtaliya ərazisində (e.ə.XX əsr hüdudlarında) iki türk tayfası – turlar
(Turan sözü də buradandır) və sakalar birləşərək tursakaları -
etruskları (TRSK – samit kökü həm tursaka, həm də etrusk kimi
oxunur) meydana gətirmişdir: «Turlar ile Sakalar birleşir,
«Tursakalar» adlı tek millet haline geldikten sonra, Türk
geleneklerine uygun olarak 12 kabileden oluşan bir Devlet
kurmuşlardır. Etrafı denizle çevrili bir bölgede hüküm sürmege
başlayan bu Devlet, çok keçmeden güclü bir donanma meydana
getirerek Yunanlılarla Fenikelileri titretmege başlamıştır». (6;7)
Müəllif etrusk dilinin fonetik, leksik, morfoloji və sintaktik
xüsusiyyətlərini və eyni zamanda, etruskların dini görüşlərini
türklərin dili, qədim əlifbası və dini görüşləri ilə müqayisəli
öyrənərək, etruskların türk olduğu qənaətinə gəlmişdir.
Ümumiyyətlə, Turan və türk sözləri bir kökdən olduğu üçün
turukkilərlə etruskların qohumluq əlaqəsi də düşünülə bilər. İ.Əliyev
bu cəhəti bildiyi üçün mövzusuna bilavasitə dəxli olmadığı halda,
baltasını uzadaraq uzaqdakı o türk budağını da kəsmək istəmişdir.
İ.Əliyev İran mənşəli əhalinin Azərbaycan və İran ərazisinə
yayılmasından böyük həvəslə danışaraq, e.ə.VIII əsrdə İran
yaylasına gələn bu tayfanı bəzən II minilliyin sonuna, bəzən də II
minilliyin lap əvvəlinə çəkir: «Təxminən e.ə. II minilliyin sonu,
yaxud I minilliyin başlanğıcında Cənubi Rusiya çöllərindən çıxmış
346
irandilli tayfalar İran yaylası vilayətlərində yerləşməyə
başlamışdılar». (1; 129) Başqa bir səhifədə isə irandillilərin
miqrasiyasını daha əvvələ çəkməyə çalışmışdır: «Ön Asiya
vilayətlərinə hələ e.ə. II minilliyin birinci rübünün sonlarında
müəyyən Hind-İran mənşəli əhali kütləsinin gəlməsi məsələsi heç
bir şübhə doğurmur».(1;125) Eyni məsələ barəsində bir-birinə zidd
neçə fikir söyləmək olar?
Görün, bu məsələni heç bir cəhətə qısqanclıq göstərmədən
Y.B.Yusifov necə obyektiv izah etmişdir: «Son tədqiqatlara əsasən
belə bir müddəa irəli sürülmüşdür ki, Şərqi Anadolu, Ön Qafqaz və
Şimali İkiçayarası Hind-Avropa tayfalarının ilk vətəni olmuşdur.
E.ə.V – IV minilliklərdə burada ümumhind-Avropa (prahind-Avropa)
dili mövcud olmuş, e.ə.IV – III minilliklər hüdudunda bu dil
dialektlərə (ləhcələrə) parçalanmış və dialektlərdə danışan
hindavropalılar tədricən qərbə, şimala və şərqə doğru hərəkət
etmişlər. E.ə.III minillikdə ümumhind-Avropa dilindən ari (Hind-
İran) dil birliyi ayrılmış və e.ə. II minilliyin sonunda bu dil birliyi də
hind və İran dillərinə təcrid olunmuşdur... Tədqiqatlar göstərir ki,
Ön Asiyada Hind-Avropa dil birliyinin parçalanması zamanı burada
(Ön Asiyada – Q.K.) prototürk (yaxud pratürk) etnosu yaşayırdı.
Bunu, xüsusilə qədim Azərbaycanın ərazisi ilə əlaqədar müəyyən
edilmiş prototürk ünsürləri və şumer dilinə keçmiş prototürk
leksikası aydın göstərir. Çox güman ki, pratürk dil birliyinin
parçalanması e.ə.VIII–VII minilliklərdə baş vermiş və bu dövrdə
Hind-Avropa dili ilə ünsiyyətdə olmuşdur. Bu etnosların arasında
qarşılıqlı leksik mənimsəmələr prototürklərin ilk vətəni Ön Asiyada
baş vermişdir». (2;83) Bu məlumata və bir sıra başqa əsərlərdən
aldığımız təəssürata əsasən qeyd edə bilərik ki, Hind-Avropa, türk,
semit, Qafqaz və başqa dil ailələri əslində Ön Asiya ərazilərində bir-
birindən təcrid olunmuşlar.
Akademik nəşrin üçüncü bölməsi (VIII, IX, X, XI fəsillər)
Azərbaycanda «ilk dövlət qurumu» Manna dövlətinə, Cənubi
Azərbaycan ərazilərinin kimmer-skit-sak padşahlığının, Mada dövləti
347
və Əhəməni fars hakimiyyətinin altına düşməsinə həsr olunmuşdur.
Daha bu fəsillərdə dil və etnogenez məsələləri ilə bağlı elə bir
«çətinlik» yoxdur, çünki atalar da deyib ki, yükü təpəyə yığandan
sonra arxayınlaşmaq olar. Artıq bura qədər akademik nəşrdə
Azərbaycan tayfaları da məlumdur, onların dilləri də. Ona görə də
təzə bir şey deməyə elə bir ehtiyac yoxdur. Amma necə olsa,
cəmiyyət inkişafdadır.
Manna dövlətinin «ilk bir dövlət qurumu» kimi meydana
çıxması ilk dəmir, yaxud son keramika dövrünə – e.ə.I minilliyin
əvvəlinə təsadüf edir. Etnik tərkibdə əvvəlki dövrlərdən fərqli elə bir
dəyişiklik yoxdur: «Manna e.ə.III – II minilliklərdə bu regionda
mövcud olmuş kuti, lullubi, hurri tayfalarının, digər tayfaların və
tayfa ittifaqlarının bilavasitə varisi idi».(1,181 – 182) Manna skiflər,
kimmerlər və madalılarla ittifaqda idi: «Hələ e.ə. VII əsrdə (bəlkə
də, VIII əsrdə) skif tayfalarından biri, Zakaspinin sak əhalisinin –
sak-tiqrahaudaların (şişpapaq sakların) müəyyən qrupları digər skif
tayfaları ilə birlikdə Cənub-şərqi Qafqaza və Cənubi Azərbaycan
vilayətlərinə soxulmuşlar. Onlar Qafqazın onomastikasında da iz
qoymuşlar. Bu şəhər ən əvvəl «Sakasena» (Şakaşen), «Şəki»,
«Kambisena» adları və digər adlardır». (1;214) Skif-sak
tayfalarından əvvəl kimmerlər də Azərbaycanda olmuşlar. E.ə.VII
əsrin 70-ci illərində assurlarla mübarizə aparan madalılar onları
qovub ölkədən çıxara bilmişlər və bu dövrdə Mada çarlığı
yüksəlmişdir. Beləliklə, təqribən eyni vaxtda Azərbaycan ərazisində
Manna, Skif-sak və Mada çarlıqları fəaliyyət göstərir. Qeyd etdiyimiz
kimi, tayfalar və onların dilləri haqqında əvvəlcədən müəllifin
(İ.H.Əliyevin) fikri məlum olduğu üçün Manna dövləti ilə bağlı
etnogenez və dil məsələlərinə az yer verilmişdir. Göstərilir ki, Kür
çayı sahilində şimaldan Sakasenaya Kambisena adlı bir vilayət
bitişik idi və burada İran tayfası olan kambuciyalılar yaşayırdı.
Müəllifin fərziyyəsinə görə, onlar buraya saklarla birlikdə
gəlmişdilər. Saklar skiflərin bir tayfasıdır və bunların hamısı,
müəllifin fikrinə görə, irandillidir: «Skif çarlığının tarixi müqəddəratı
irandilli mühacirlərin böyük kütlələrinin Ön Asiya vilayətlərinə
gəlməsi... ilə bilavasitə bağlıdır». (1;220) Burada hərdən «İran
mənşəli» Azərbaycan adları barədə fikirlər də söylənmişdir: «Elə
348
burada qədim toplanış yerində Madanın paytaxtı Hanqmatana
(yunanca: Akbatana və ya Ekbatana) salınmışdı ki, bu da qədim
İran sözü olub «yığıncaq yeri» deməkdir. Kaştariti adının özü
(Xşatrita) İran sözüdür, «ixtiyar sahibi», «hökmdar» deməkdir».
(1;219) Buradan və əvvəlki xülasələrdən göründüyü kimi, Manna
ərazisində yerlilər də, gəlmə tayfalar da irandillilərdir və burada türk
təsəvvürü yoxdur.
«Azərbaycan tarixi» dərsliyində isə oxuyuruq: «Beləliklə,
Mannada əhalinin başlıca dili ən qədim türk dili olmuşdur. Yer
adlarında təmsil olunmuş sözlər ümumtürk leksikasına mənsub idi.
E.ə.III - II minilliklərdə Cənubi Azərbaycan ərazisində türk
dillərində danışan etnoslar (yerli əhali) yaşayırdılar və onlar hakim
türk sülalələrinin əsasını qoymuşdular. Manna hökmdarlarının adları
da türk dillərində izah olunur». (2;117) Dərslikdə nümunə üçün bir
sıra Manna hökmdar və şəxs adlarının – Ata, Ullusunu, Erisini,
Telusini, Ahşeri, Ualli, İranzu və başqalarının inandırıcı türk
etimologiyası verilmişdir. Y.Yusifov kimmerlər haqqında yazır:
«Kimmerlərin türk mənşəli tayfalara mənsub olması barədə erkən
orta əsr Bizans qaynaqları məlumat verir. Prokopiyə görə, hunlar
qədimdə «kimmer» və «massaget» adlanırdılar. Hun tayfaları isə
əsasən türk mənşəli olmuşlar». (2, 118)
Skiflər və saklar haqqında oxuyuruq: «Skiflər etnik
tərkibinə görə müxtəlif olmuşdur. Onların içərisində türk, İran
mənşəli etnoslar var idi. Sak, massaget, sarmat türk tayfaları
qaynaqlarda bəzən skit anlayışı altında birləşdirilirdi. Feofan
Simokatta türkləri skit xalqı kimi qələmə vermişdi. Strabon
məlumat verir ki, skitləri həm də sak adlandırırdılar. Sak adı,
yəqin ki, qədim türk saq «sağmaq» felinin isim formasından
əmələ gəlmişdir və ilkin mənası (madyan) «sağan» olmuşdur.
Saklar əsasən türk mənşəli etnoslar idi. Menandrın dediyinə
görə, türklər qədimdə sak adlanırdı. Beləliklə, e.ə.VIII əsrin sonu
– VII əsrin əvvəlində Azərbaycana şimaldan gəlmiş bu tayfalar
arasında əsasən türk mənşəli etnoslar təmsil olunmuşdular».
(2;118)
349
Y.B.Yusifov bir cəhəti də əsaslı şəkildə qeyd edir ki, adətən
miqrasiya zamanı qohum tayfalar bir-birinin yanına köç edirlər.
Bu cəhətdən kimmer, skit, sak tayfaları Azərbaycan türklərinin
yanına kənardan gələn ilk qohum tayfalar idi.
Akademitk nəşrin IX fəslində çox mühüm bir məsələnin
bünövrəsi qoyulmuş, X fəsildə inkişaf etdirilmişdir – Mada qədim
İran dövlətidir: «Mada tayfa ittifaqı əsasən Cənubi
Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə
təşəkkül tapmışdı». (1;217) Qeyd etməliyik ki, o zamanlar
«Cənubi Azərbaycan» anlayışı yox idi. Bu anlayış sonralar
yaranmışdır və biz «Cənubi Azərbaycan» dedikdə, təbii ki, bütün
məlum ərazini nəzərdə tuturuq. Ona görə də müəllifin dediyi
«Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə» sözlərini
həqiqi mənada anlasaq, onda madalıların yaşadığı ərazi
Azərbaycan ərazisi deyil və madalılar da bizim əcdadlarımız
deyillər. Bəlkə, texniki səhvdir? Sonrakı fəslə – «Cənubi
Azərbaycanın midiyalılar (madalılar) tərəfindən işğalı. Manna
çarlığının süqutu» fəslinə (X) baxaq. Fəslin elə adı da
göstərir ki, Mada Cənubi Azərbaycandan ayrı təsəvvür edilir.
«E.ə. VII əsrin sonunda – VI əsrin başlanğıcında madalılar
Mannanı, Urartunu və Skif çarlığını özlərinə tabe etdilər... Mada
Cənubi Azərbaycanın, Urartunun və Skif çarlığının torpaqlarının
tam hakimiyyətə malik olan sahibinə çevrildi».(1;228) Əgər
madalılar Cənubi Azərbaycan ərazisinin bir hissəsində
yerləşmişlərsə, onda Mannanın, başqa vilayətlərin işğalından
söhbət gedə bilər, daha Mada özü özünü necə işğal edə bilər?
Bütövlükdə Cənubi Azərbaycan ərazisinin işğalından söhbət
gedirsə, onda madalılar bu ərazidə deyillər. «Mada dövləti... İran
aləminin mədəni və dini mərkəzinə çevrilmişdi».(1;231) Bu fikir
təsadüfi deyil və eyni şəkildə 233-cü səhifədə də təkrar
edilmişdir. Mada İran dövləti idisə, kitabda ona bu qədər yer
verməyin nə mənası vardı? Bəs belədirsə, onda Manna nə üçün
sonralar Kiçik Mada, yaxud Atropat Madası adlandırılıb?
350
Mada imperiyasına münasibətdə tarixçilərimiz əvvəlki
fikirlərindən imtina etməkdədirlər. 1958-ci ildə çap olunmuş
«Azərbaycan tarixi»ndə (1-ci cild) Midiya Azərbaycan dövləti kimi
verildiyi halda (bax: Azərbaycan ərazisində tayfa ittifaqları və
qədim dövlətlər, s.41- 51 və s.), 90-cı illərin tarix kitablarında
şərhlərdə aydın tərəddüddər var, bu dövlət İran dövləti kimi
verilir.
Manna ilə yanaşı, Madanın adı qaynaqlarda e.ə.IX əsrdən
qeyd edilmişdir. Farslar isə İran ərazisinə VIII əsrdə gəlmişlər.
Parsua xeyli müddət bir satraplıq kimi Madanın tabeliyində
olmuş, e.ə.550-ci ildə farsların üsyanı nəticəsində Kuruş (Kir)
hakimiyyətə gəlmiş, madalılar farslardan asılı vəziyyətə
düşmüşlər. Belə demək olar ki, həmin vaxta qədər həm Cənubi
Azərbaycanın, həm də indiki İranın müəyyən əraziləri Madanın
tərkibində olmuşdur. Bu tərkibdə olan Azərbaycan əraziləri
sonralar Atropatın idarə etdiyi keçmiş Manna əraziləri ilə birlikdə
hüdudlanmış və Kiçik Mada, Atropat Madası adlanmışdır. Qalan
hissəsi İran ərazisinin bir parçası kimi qalmışdır. Ona görə də
Mada imperiyasından məxsusi İran imperiyası kimi danışmaq
düzgün deyildir. Manna ilə Mada tayfaları çox yaxın olmuşlar. Bu
ölkələrin adları da bir kökdəndir: MA – qədim 'bağ' sözüdür. Bu
söz 'qəbilə başçısı, kahin və allah' mənalarında işlənmişdir. Mağ
sözü də bu sözlə bağlıdır və həm Mannanın şimalında – Araz
sahilində yaşayan müklər, həm də bir qədər aralıda təsvir edilən
mağlar eyni kökdəndir. Manna, Mada sözlərinin sonundakı -na, -
da 'yer, məkan, ölkə' mənasındadır və Urartu-Biayn lüğətində
mühafizə olunmuşdur. Hər iki söz bağlar ölkəsi, kahinlər yurdu,
allahlar yurdu mənasındadır. Səs keçidi ilə (b>m) mağ, muğ,
müq, Muğan sözləri də eyni kökdəndir. Bağ sözünün daha qədim
olduğunu Azərbaycan ərazisindəki Bağıstan qayaları və qədim
Bağıstan vilayəti də təsdiq edir. Makedoniyalı İskəndərin
Azərbaycan ərazisində Bağıstan vilayətinə gəldiyi də məlumdur.
Beləliklə, bağ, Bağıstan (dağ və vilayət adı), mağ, muğ, Muğan
sözləri madalıları Azərbaycanla bağlayır və madalıların böyük bir
qismi Cənubi Azərbaycan aborigenləridir. Bu dövlət Azərbaycan
dövləti kimi izah olunmalıdır. Ola bilər ki, İran siyasiləri Cənubi
351
Azərbaycanı hazırda öz dədə-baba yurdu saydığı kimi, Madanı da
İran dövləti kimi izah etsin; biz öz tariximizi yazmalıyıq. Lakin
akademik tarixdə obyektivlik naminə bir damla da Azərbaycan
təəssübkeşliyi duyulmur. Müəllif bir çox məsələləri üstüörtülü
şəkildə farsların xeyrinə izah etmiş, ruh etibarilə Mada
imperiyasını fars imperiyası kimi şərh etmişdir. Bütün faktlar
göstərir ki, madalılarla farslar arasında münasibət pis olmuş,
madalılar farslarla çox vaxt barışmamışlar. Bu barədə tarixin hifz
etdiyi xeyli faktlar vardır. II Kir e.ə.550-ci ildə Madanı asılı
vəziyyətə saldıqdan sonra madalılar öz hakimiyyətlərini dəfələrlə
bərpaya çalışmışlar. E.ə. 522-ci ildə madalı kahin Qaumat
(Qaumata) İran hökmdarı Kambisin (Kambizin) Misirdə
olmasından istifadə edərək hakimiyyəti ələ almış (Herodotun
məlumatına görə, Kirin oğlu Kambis öz qardaşı Smerdisi gizli
şəkildə öldürtmüşdü, lakin bunu çox az adam bilirdi, ona görə də
Qaumat Smerdisin adı ilə hakimiyyəti ələ almışdı) və 7 aya qədər
saxlaya bilmişdi. Sui-qəsd nəticəsində hakimiyyətə gələn I Dara
(e.ə.522 – 486) Qaumatı və onun yaxın adamlarını Madanın
Nisayya vilayətində öldürtmüş, payaya keçirtmişdir. Qaumatın
xalq arasında hörməti böyük idi. O, əhalini üç il vergidən və
orduda xidmətdən azad etmiş, bir sıra islahatlar keçirmişdi. Ona
görə də Qaumat öldürülərkən «Asiyada hamı təəssüf edir, bir
farslardan başqa».(7;355) Amma akademik tarixi oxuyanda
daha çox təəccüb etməli olursan: «Qədim yazıçıların əksəriyyəti,
habelə hökmdar Dara Qaumatanın çıxışını farsların hakimiyyətinə
– Haxamanişilərə qarşı çevrilmiş Mada irticası (fərqləndirmə
bizimdir – Q.K.) olduğunu yaxşı bilirdilər».(1;241) Sən öz
xalqının, öz vətəninin müstəqilliyi uğrunda, köləlik əleyhinə
mübarizə aparasan, sənin 2500 il sonrakı nəslin bunu «irtica»
adlandıra. Özü də bilə-bilə ki, «Qaumata madalıların
hökmranlığını bərpa etmək niyyətində idi» və həm də bilə-bilə ki,
bu hərəkat «...hökmran fars sülaləsinin və onunla bağlı olan yerli
nəsli əsilzadələrin zülmünə qarşı çevrilmiş xalq hərəkatı, etirazı
ilə birləşmişdi». (1;242) Mən Qaumata heykəl düşünürəm, tarixçi
də bu cür düşünür.
352
E.ə.521-ci ildə Fravartiş adlı bir başqası Mada
hakimiyyətinin bərpası üçün üsyan etmiş, lakin Dara tərəfindən
ağır işgəncə ilə öldürülmüşdür: burnu, qulaqları, dili kəsilmiş,
gözləri çıxarılmış və Ekbatan şəhərində payaya keçirilmişdir.
Özünü Kiaksarın nəslindən hesab edən Çissataxma da eyni
şəkildə üsyan etmiş və eyni cəzalarla öldürülmüşdür. Sonralar da
Mada üsyanları davam etmişdir.
Mən şəxsən düşünürəm ki, Mada tayfalarından biri olan
mağlar şimallı-cənublu Azərbaycanın, şimallı-cənublu Muğanın
əhalisidir (müklər onların bir qoludur) və bunlar – mağ kahinləri
çox qədim tarixə malik olmaqla, ilk səmavi allahların
yaradıcılarıdır, Zaqros dağlarından İkiçayarasına enən şumerlər
də onların şagirdləridir. Manna da, Mada da onların adı ilə
bağlıdır. Onlar daim müstəqilliyə can atmış, öz yüksək ağlı, kahin
qüdrəti ilə buna əksərən nail olmuşlar. Mağ sənəti sonralar
müxtəlif ərazilərə yayılmışdır. Mağları müklərdən ayırıb
Muğandan təcrid etmək bizim ən böyük ulularımızı öz əlimizlə
özgələrə bağışlamağımızdır. Əksər tarixçilər Mada mağlarını İran
mənşəli hesab etməmişlər.
İndi Azərbaycan çətin vəziyyətdədir. İki yüz ildən artıqdır
ki, ölkə parçalanmışdır. Xarici və daxili düşmənlərin əli ilə
müxtəlif etnoslar qızışdırılır. Vətən düşmən əlindədir, Qarabağ
torpaqları düşmən tapdağı altındadır. Mənəvi cəhətdən
sarsılmışıq və bu işdə aşkar düşmənlərlə yanaşı, gizli
düşmənlərin də rolu böyükdür. Lakin dözmək və çarpışmaq
lazımdır. Vaxt gələcək, vahid Azərbaycan qüdrətli və böyük bir
dövlətə çevriləcək. Onda Astiaq da lazım olacaq, Astiaq əfsanəsi
də, Avesta da, ulu mağlar da. Bunlara sahib duran başqa bir
dövlət güclüdür deyə, acizlik göstərməməli, tariximizi heç kimə
güzəşt etməməliyik.
Akademik tarixdə Mada əhalisinin etnik tərkibi və dili
haqqında fikirlər: «Bu zamandan (e.ə.590-cı ildən – Q.K.)
başlayaraq intensiv etnik proseslərin nəticəsində yerli tayfalar
353
tədricən Mada dilinin ləhcələrini qəbul edərək madalaşmağa,
«madalılar» adlanmağa başladılar. Madanın bir hissəsinə
çevrilmiş Mannanın özü isə «Mada» və yaxud «Kiçik Mada»
adlanmağa başladı». (1,228) Burada əsas məsələ yerli tayfaların
«Mada dilinin ləhcələrini qəbul edərək madalaşması»dır. Oxucu
unutmamalıdır ki, mada dili müəllif tərəfindən ölü İran
dillərindən hesab olunur. «Yerli tayfalar» dedikdə isə Manna
ərazisində və başqa ərazilərdə yaşayan aborigen Azərbaycan
əhalisi nəzərdə tutulur. İrandilli gəlmələr, müəllifin fikrincə, bir
az əvvəl qeyd etdiyimiz iranlılaşdırma işini madalıların simasında
daha da sürətləndirirlər, nəticədə, yenə müəllifin fikrinə görə,
yerli əhalinin antropoloji quruluşu da, dini də, dili də dəyişir:
«Cənubi Azərbaycan ərazisində təşəkkül tapmaqda olan xalq öz
dillərini itirmiş, gəlmələrlə qaynayıb-qarışmış yerli əhalinin
nəsillərindən ibarət idi. Etno-mədəni simbioz baş verirdi».(1,
232) İfadəyə fikir vermək lazımdır: öz dillərini itirmiş əhalinin
sonrakı nəsilləri. Yəni artıq Əhəməni sülaləsinə qədərki dövrdə
«yeni etnik törəmə təşəkkül tapmışdı». Müəllif «iranlılaşmış»
belə bir xalqı «Mada-Atropatena xalqı» adlandırır və nəticədə bu
başdan Atropatena xalqının dili və etnogenezi haqqında da öz
hökmünü vermiş olur.
Manna e.ə. 590-cı ilə qədər müstəqilliyini saxlaya bilmişdi.
Bundan sonra Madanın qüdrəti yüksəlir, lakin o qədər də uzun
sürmür. E.ə.550-ci ildə Mada da süqut edir. 40 il ərzində «fars
ləhcələrində danışan» madalılar Mannanın türk əhalisinin etnik
tərkibini və dilini heç cür dəyişə bilməzdilər. Hələ bunu demirik
ki, Mada əhalisinin İran ləhcələrində danışdığını iddia etmək
üçün müəllifin heç bir əsası yoxdur. İran tayfaları gəlməmiş,
Mada və onun əhalisi var idi və Manna ilə Mada adaş idilər,
yanaşı yaşayırdılar. Midiya toponimlərinin və şəxs adlarının
öyrənilməsi göstərir ki, buranın əsas əhalisi türk tayfaları
olmuşdur: «Midiya toponimlərinin çoxu Qərbi Avropanın bir sıra
iranşünaslarının, Azərbaycanda İ.H.Əliyevin, Gürcüstanda
Q.A.Melikişvilinin,
Rusiyada
İ.M.Dyakonovun
və
E.A.Qrantovskinin əsərlərində İran dilləri əsasında şərh
olunmuşdur. Madayların İranmənşəli (ari mənşəli) etnos olması
354
və ümumiyyətlə, İrandilli tayfaların, daha doğrusu, guya farsların
əcdadlarının Manna və Midiya ərazisində hələ e.ə. IX əsrdən
yayılması – Azərbaycan xalqının qədim tarixinin
saxtalaşdırılmasına səbəb olmuş bu şablon baxış farsların
cənubda türk azərbaycanlılar üzərində ağalığının tarixən qanuni
olmasına xidmət etməkdədir. Fars tarixçilərinin bu ideyanı hər
vasitə ilə müdafiə etmələri də bununla əlaqədardır.
Azərbaycanda Midiya tarixi İqrar Əliyevin inhisarında olduğuna
görə heç kim bu tarixi ədalətsizliyə qarşı çıxa bilmirdi. Yalnız son
illərdə bu nöqteyi-nəzərə qarşı etiraz səsləri ucalmağa başlamış,
mannalıların və madayların türk mənşəli olması fikri irəli
sürülmüşdür». (4,88 – 89)
İ.H.Əliyev Madanın son padşahı Astiaqa maqların maraqlı
bir müraciətini vermişdir: «Bizim üçün, çar, hər şeydən vacib
sənin hakimiyyətini möhkəmləndirməkdir, yoxsa hakimiyyət...
farslara keçdiyi təqdirdə m i d i y a l ı l a r yad adamlar kimi qul
edilər, farsların nifrət mənbəyinə çevrilər; əksinə, nə qədər ki
sən, b i z i m h ə m q ə b i l ə m i z, çarlıq edirsən, biz o
müddətdə hakimiyyətdə iştirak borcumuzdan istifadə edirik və
sənin hesabına bizə daha çox hörmət edilir...» (seyrəltmə-
fərqləndirmə İ.Əliyevindir). (8;17) Buradan bir daha aydın olur
ki, Astiaq da iranlı deyil, madalılar da. Madalılar öz tayfalarından
olan Astiaqa bu qədər açıq şəkildə müraciət edirlər. Bir tayfa öz
həmcinsi və qohumu əleyhinə bu qədər nifrətlə danışmaz.
Görünür, hələ Harpağın xəyanətindən əvvəl madalılar fars
təhlükəsini duyurmuşlar. Bunlar mağlardır. Bu gün olduğu kimi,
o zaman da əhalinin etnik tərkib etibarilə yerləşməsi az fərqli ola
bilərdi – türklər öz ərazilərində, farslar öz ərazilərində və
müəllifin iddia etdiyi iranlaşmadan, fars ləhcəli madalaşmadan
heç bir söhbət gedə bilməzdi. Herodotun verdiyi bu qədər açıq
söhbətə baxmayaraq, İ.Əliyev yuxarıdakı müraciətdən bir neçə
sətir sonra yenə də yazır ki, mağlar iranlılar idilər, irandilli idilər:
«Heç bir şübhə yoxdur ki, maqlar mənşəcə iranlılardan ibarət idi
və əlbəttə, İran nitqinin daşıyıcıları idilər». (8; 17 –18)
355
***
Kitabın «Azərbaycan ərazisində dövlət qurumları hellinizm
dövründə» adlı IV bölməsi Mada-Atropatena dövlətinə həsr
olunmuşdur. Burada ilk növbədə kadusi, alban, sakasen, kaspi,
pavsik, pantimat, dareyt, uti, skif, kuti, lullubi, hurri, mannalı və
başqa tayfa və xalqların adı çəkilir, Atropatenanın Kiçik Madaya
– indiki Cənubi Azərbaycan ərazisinə (şimalın da bir sıra
torpaqları daxil olmaqla) uyğun gəldiyi göstərilir, - bu, tarixdir.
Dil və etnos məsələlərinə diqqəti cəlb edirik: «Cənubi
Azərbaycan tayfalarının və xalqlarının – kuti, lullubi, hurri,
mannalı və başqalarının madalılarla qaynayıb-qarışması
nəticəsində yeni bir etnos – Hellinizm dövründə madalıların
üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı».
(1;259) Mannanın madalılar tərəfindən işğalı diyarın etno-dil
taleyində həlledici rol oynamışdır – deyən müəllif bu məqamda
müxtəlif «əsaslar» gətirərək Mada dilinin İran dillərinə aid
olduğunu bir daha sübut etməyə çalışmışdır. Məsələn, müəllif
«dəlil» gətirir ki, Daranın Bisütun yazılarındakı: «Parsa
(Farsistan), Mada, habelə başqa dilli ölkələr»– frazasında Parsa
ilə Madanın bir yerdə sadalanması onların qohum dillər olduğunu
göstərir. Əslində isə tarixi abidənin müəllifi bunları fərqli dillər
kimi qeyd etmək üçün yazmışdır. Müəllif möhkəm inamla yazır:
«...madalıların irandilli olmaları müasir elmdə şübhə doğurmur».
(1,260) «...bu dili (Mada dilini – Q.K.) İran dilləri ailəsinin şimal-
qərb qrupuna aid edə bilərik. Bu dil əlamətlərinin məcmusuna
görə qədim fars dilindən daha çox Avesta dilinə yaxındır».
(1;260) Mada dilinin daşıyıcıları, təbii ki, Cənubi Azərbaycan
ərazisində yerləşdirilir və göstərilir ki, hazırda Mada dialektlərinin
yayılma mənzərəsi pozulmuşdur, çünki «...onların böyük qismi
fars və türk dilləri tərəfindən sıxışdırılıb çıxarılmışdır». (1;260)
Bu bölmədə Cənubi Azərbaycanda və onunla həmhüdud
ərazilərdə Mada dili (dialektləri) ilə yanaşı, bir sıra başqa
356
tayfaların və tayfa dillərinin olduğu da qeyd edilmişdir. Belə
tayfalardan biri indiki Muğan ərazisində yaşamış müklərdir.
Müəllif onları mağlarla eyniləşdirməyin əleyhinədir və «Muğan»
sözünün məhz müklərlə bağlı olduğunu iqrar edir. Burada
həmçinin müəllif indiki udinlərin babaları saydığı utilər, eləcə də
kaspilər, maqlar, «hurri» mənşəli saydığı mantianalılar,
«irandilli» saqartalılar, amardlar, sakesinlər, kadusilər, saklar və
başqaları haqqında da məlumat vermişdir. Yenə müəllifin
fikrincə, «...Mada etnik elementlərinin geniş surətdə
məskunlaşması sayəsində bu ərazidə tədricən yeni etnik birliyin
əsasları təşəkkül tapmağa başladı. Bu etnik birliyi Mada-
Atropatena xalqı adlandırmaq olar». (14;98,265) Bir az əvvəl
söylədiyi (və bizim qeyd etdiyimiz) bir fikri müəllif olduğu kimi
burada da təkrar edir: «Cənubi Azərbaycan ərazisində təşəkkül
tapmaqda olan xalq mahiyyətcə öz dillərini itirmiş, gəlmələrlə
qaynayıb-qarışmış avtoxton əhali qruplarının nəsillərindən ibarət
idi. Etno-mədəni simbioz baş verirdi». (1;265) Mada-Atropatena
dilinin nümunələri əldə olmasa da, müəllif məsələni yaddaşda
möhkəmlətmək üçün bir daha yazır: «...biz tam əsasla iddia edə
bilərik ki, Atropatenanın orta Mada dili, şübhəsiz, geniş yayılmış,
zəngin yazı ənənəsinə malik olmuş İran dillərindən biri idi».
(1;265–266) Öz «İran dilləri» ideyasını bir daha əsaslandırmaq
üçün müəllif bir qədər də irəli gedir, ərəb tarixçilərindən misallar
gətirir: «...ərəb müəlliflərinin məlumatlarına görə, burada
yayılmış dillər İran dilləri olmuşdur. Ərəb müəllifləri bu dövrdə
Cənubi Azərbaycanda yayılmış dillərin və ləhcələrin sırasında
azəri (adari), pəhləvi (fahlavi
xatırladırlar». (1,266) Bəlkə də, ilk dəfə ərəblər tərəfindən həyat
səhnəsinə çıxarılan azəri, əl-azəri sözlərini düzgün olaraq
'azərbaycanlılar' mənasında ümumiləşmiş bir söz kimi izah edən
müəllif Cənubi Azərbaycan əhalisinin əksəriyyətinin işlətdiyi bu
dilin də (azəri dilinin) İran dillərindən olduğunu sübuta çalışmış
və həmin sözün üzərində xüsusi dayanaraq, aşağıdakı nəticələrə
gəlmişdir:
«Hələ orta əsrlərdə Azərbaycanda azəri dilində danışırdılar;
357
Azəri dilinin İran dillərindən olduğu mübahisəsizdir;
Azəri dili fars dili deyildir. Bu dil Şimal-qərbi İran dilləri
qrupuna aiddir. ...və o, şübhəsiz, hələ Mada dilinə xas olmuş
fonetikanın başlıca xüsusiyyətlərini özündə saxlamış talış dilinə
yaxın idi» (fərqləndirmə bizimdir – Q.K.).(1;267)
İran alimlərinin köməyi ilə müəllif «müəyyənləşdirə bilir»
ki, Cənubi Azərbaycan ərazisində talış dilindən başqa, tati,
xarzani, takestani, xalxali dilləri də var və bunlar da «Mada
dilinin dialektləridir». Bu sonrakı tapıntıya adam lap heyran qalır:
«Maraqlıdır ki, Cənubi Azərbaycanın bəzi kəndlərində hal-hazırda
da azəri dilində danışırlar».(1;267) «Artıq indi iddia etmək olar
ki, talış dili problemi azəri dili ilə, Cənubi Azərbaycan ərazisində
yayılmış müasir dialektlərlə bilavasitə bağlıdır» (1;267) və s.
İ.H.Əliyev B.V.Millerin, Azərbaycana və Azərbaycan türk dilinə
qarşı son dərəcə mürtəce mövqe tutan Seyid Əhməd Kəsrəvi
Təbrizinin nalayiq fikirlərinə ürəkdən inandığını bildirərək yazır:
«Kəsrəvi azəri dilinə dair materialları ilk dəfə aşkara çıxardı, orta
əsrlərdə Azərbaycanda yayılmış bu dilin İran səciyyəli olduğunu
sübut etdi. Lakin o, dilçi olmadığına görə... səhv olaraq azəri
dilini fars dili kimi müəyyənləşdirirdi». (1;268) İqrar Əliyev
Kəsrəvidən çox-çox irəli gedərək, xalis bir dilçi kimi, bu dilin fars
dili yox, başqa bir İran dili olduğunu «müəyyənləşdirmiş» və
məsələni böyük ustalıqla «dəqiqləşdirmişdir». Müəllif qeyd edir
ki, talış dilinə dair fikri (onun Mada dilinə yaxınlığını) tati dili
haqqında da demək lazım idi, lakin çox təəssüf ki, İran
tədqiqatçıları E.Yarşater, A.Karəng, Y.Zoka, M.Nəvvabi və
başqaları qabağa düşüb deyiblər. Müəllif bir cəhəti də qeyd edir
ki, Mada ərazisindəki bütün bu cür tayfalar «etnik simasını itirmiş
və assimilyasiyaya uğramış yerli əhalinin nəsillərindən ibarət
idi». (1;269)
İnsan etnik simasını nə qədər dəyişər, itirər? Bunlar hələ
təzədən türklərin təzyiqi ilə öz «etnik simalarını itirməli»
olacaqlar – amma çox gec – bizim eranın ikinci minilliyinin
əvvəlində. Bir millət ki iki dəfə öz etnik simasını itirmiş ola, onun
358
yer üzündə yaşamağa haqqı yoxdur və ya tarixçi milləti bu cür
ləkələyirsə, ona bu cür böhtanlar deyirsə, onu dünya
ictimaiyyətinə bu cür təqdim edirsə... xalq nə etməli olduğunu
özü bilər.
Nəhayət, müəllif madalıları Azərbaycan ərazisinə gəlmə və
İrandilli hesab etdikdən sonra göstərir ki, müasir Azərbaycan
türk xalqı fəxr edə bilər ki, onların əcdadları madalılar onları
hindavropalılarla bağlayır. (1;271) İ.H.Əliyevin irqi üstünlüyü
nəzərdə tutan bu fikri Azərbaycan xalqı üçün daha ağır təhqirdir.
İ.H.Əliyev Avestaya münasibətdə də eyni yol tutmuş,
Avestanın Azərbaycan ərazisi ilə bağlı yarandığını, köklərinin,
bəlkə, lap 6 – 7 min il əvvələ getdiyini, lakin əsasən e.ə.1-ci
minilliyin başlanğıcında təşəkkül tapdığını göstərsə də, İran
sədaqətini unutmamış, bütün varlığı ilə bu əsərin də İran
tayfaları tərəfindən yaradıldığını sübuta çalışmışdır: heç bir dəlil
«...Azərbaycanı zərdüşti Avesta təlimlərinin vətəni saymağa
imkan vermir». (1;326)
Pah atonnan! Bu lap ağa qara deməkdir. Şübhəsiz,
tədqiqatçılar başqa cür düşünür, Zərdüştün və zərdüşti təlimin,
oda sitayişin Azərbaycanla bağlı olduğunu göstərirlər.
Zərdüştiliyə oda sitayiş sonralar əlavə edilmiş və bu təlim
müxtəlif etnoslar arasında yayılmışdı. Dediyimiz kimi, əksər
tədqiqatçılar Mada mağlarını İran mənşəli hesab etməmişlər.
Oda, atəşə sitayiş isə daha çox Azərbaycanla bağlı yaranmışdır.
Buna görə də Azərbaycanı bu təlimin, xüsusən də onun
yaradıcısı Zərdüştün vətəni hesab etmişlər.
***
Kitabın XIV, XV, XVI fəsilləri eramızın III əsrinin sonuna
qədərki Alban tarixinə həsr olunmuşdur.
359
Albaniyada dövlətin yaranması haqqında müəllifin fikirləri
ziddiyyətlidir: «...mənbələrdə olan cüzi məlumat belə hesab
etməyə imkan verir ki, eramızdan əvvəl I əsrdə Albaniyada
dövlət artıq mövcud idi». (1;387) Amma mənbələrin məlumatı
müəllifi başqa fikir söyləməyə də vadar edir: «...Strabonun
«albanlarda indi bütün tayfaları bir çar idarə edir» sözləri ən geci
eramızdan əvvəl III əsrə aid edilməlidir». (1;389) Göründüyü
kimi, Şimali Azərbaycan ərazisində dövlətin yaranması e.ə. 1-ci
əsrə aid edilir, lakin tarixi faktlar, istər-istəməz, əvvələ çəkib
aparır.
Müəllif kitabın XIV fəslinin lap ilk səhifəsində Albaniya
ərazisində dil və etnogenez məsələləri barədə öz qəti hökmünü
vermişdir: «Albanlar orta əsrlərdə onların torpaqlarına gətirilmiş
(fərqləndirmə bizimdir – Q.K.) türk dilini qəbul etmiş və yeni
türkdilli xalqa çevrilmiş müasir azərbaycanlıların bilavasitə
əcdadlarından biridir». (1;328)
Yenə deyirik: orta əsrlər təqribən eramızın III əsrindən
başlayır və kapitalizmə qədərki dövrü əhatə edir. Lakin müəllif
orta əsrlərin hansı yüzilliklərini nəzərdə tutduğunu demir. Yəqin
ki, bu dövr XI– XII əsrlərdə səlcuq oğuzlar gələndən sonra
olacaqdır. Yuxarıdakı cümlə istedadla yazılmış çoxmənalı
cümlədir və bu cümlədən çox məna çıxarmaq olur: Deməli,
albanlar türk olmayıblar, türkləşiblər – 1; Albaniya ərazisində
orta əsrlərə qədər türk yaşamayıb – 2; hətta ilkin orta əsrlər də
deyilmir və beləliklə, hadisələr ikinci minilliyin əvvəlinə uzanır –
3; deməli, Şimali Azərbaycan əhalisi başqa bir xalqdan dönmədir
– 4; deməli, Şimali Azərbaycan ərazisi türklərin tarixi-təbii vətəni
deyil – 5; deməli, olsa-olsa bu ərazidə türk dilinin minillik tarixi
var – 6; deməli, türk dili yerli dil deyil, «gətirilmə» dildir – 7;
deməli, bu xalq əvvəlki mədəniyyətin varisi deyil – 8 və s.
Müəllif bu torpaqlara «türk dili gətirilənə» qədərki dövrdə
bu ərazinin etno-dil məsələsini «çox asanlıqla» həll etmişdir.
Başa düşmək olmur nə demək istəyir, amma çox aydın deyir:
«...tarixi ənənə (və çox vacibdir ki, erməni ənənəsinin özü)
360
hazırda yalnız Qəbələ (keçmiş Qutqaşen) bölgəsində yaşayan,
qədim zamanlarda və orta əsrlərdə isə Azərbaycan ərazisində
fövqəladə dərəcədə geniş yayılmış müasir udiləri qədim
albanlarla eyniləşdirir» (1;331), bir az aydın deyilsə, yəni qədim
albanlar udilərdən (udinlərdən) ibarət olmuşdur. «Erməni
ənənəsi»nin köməyi ilə bu «əsası» əldə etdikdən sonra iş
asanlaşır: «Udi dilinin Şimal-şərq Qafqaz dilləri ailəsinə mənsub
olması hazırda heç bir şübhə doğurmur. Bu belədirsə, onda
alban dili (və ya dialektlərin kontiniumu) də adı çəkilmiş dil
ailəsinə aid olunmalıdır... Beləliklə, alban dili Şimal-şərq Qafqaz
dilləri ailəsinə aiddir».(1;331) Müəllifin «çox əsaslı» dəlilləri də
var: bir vaxtlar udilər Pyotra yazmışlar ki, «biz ağvanıq». Və
Mingəçevir yazılarının da udi dilinə mənsubluğuna «inam daha
çoxdur» və s. Müəllif Azərbaycan ərazisində qədim dövrlərdən
çox geniş yayılmış utiləri udilərlə (indiki udinlərlə) eyniləşdirir və
bildirir ki, «Uti vilayətinin də daxil olduğu Arranın arran dilinin
udi dili olduğunu demək üçün əsaslar vardır».(1;333) Albaniya
ərazisində savdey (sodey), qardman, her, kel. leq, didur (didoy),
çilb (silv), lipi (lupen) tayfalarının rolunu xüsusi qeyd edərək bir
daha yazır: «Qafqaz Albaniyası tayfalarının dilləri, yuxarıda
dediyimiz kimi, Şimal-şərq Qafqaz dilləri ailəsinə aiddir». (1;334)
Albaniya ərazisində qəbir mədəniyyəti udilərlə yanaşı, başqa
tayfaların da yaşamış olduğunu göstərir və müəllifin fikrincə,
belələri skiflər, saklar, sakesinlər, sarmatlar, massagetlər və s-
dən ibarətdir ki, «Müxtəlif zamanlarda Albaniyaya daxil olmuş bu
dəfn adətlərinin daşıyıcıları əsasən irandilli tayfalar idilər».
(1;336) Beləliklə, nəticə aydındır: Albaniyanın əsas əhalisi
qafqazdillilərdən ibarət olmuş, sonralar bir neçə irandilli tayfa da
gəlmişdir. Daha başqa söhbətə yer yoxdur.
Erkən feodalizm dövrünə qədərki uzun mərhələni əhatə
edən bu əsərdə ermənilərə xeyli yer verilmişdir. Uzun-uzadı
Şimali Azərbaycanın qərbdən şərqə – Xəzərə qədər böyük bir
ərazisinin erməni torpağı olmadığının sübutuna cəhd edilmişdir.
E.ə.II – I əsrlərdə Azərbaycanın bir hissəsi erməni işğalı altında
olub deyə, bunun erməni torpağı olmadığının sübutuna çalışmaq
özü artıqdır. Ona qalsa, Mada və Səfəvilər dövründə
361
Azərbaycanın birləşdirdiyi torpaqlar neçə ölkəni Azərbaycana
qatmalı idi. Bunlar boş söhbətlərdir. Mən başqa şey demək
istəyirəm. Yəni demək istəyirəm ki, ermənilər kimi müzürr, tarix
boyu xəyanətkarlıqda damğalanmış etnosdan könül açıqlığı ilə
danışılan 476 səhifəlik bu kitabda cəmi bir yerdə türk sözü
işlənib, bir də cəmi bu cümlə: «III–IV əsrlərdə erkən türkdilli
tayfalar Albaniyaya daxil olmağa başladılar. Sonralar bu tayfalar
başqa türkdilli tayfalarla birlikdə ölkə sakinlərinin dil görkəminin
dəyişilməsində həlledici rol oynadılar». (1;337) Bir də yuxarıda
verdiyimiz eyni ruhlu cümlə. Vəssəlam. İran olsun, Qafqaz olsun,
hurri olsun, elam olsun... – kim olur-olsun, yalnız türk olmasın! –
müəllifin əsas ideyası belədir. Yuxarıdakı cümlənin özü də
mənalıdır: köklü və qədim türk tayfaları yox, erkən – təzə
yaranmış türk tayfaları; hətta III–IV əsrlərdə də yox, sonralar
yerli əhalinin dil görkəmini dəyişdilər; həm də başqa türkdilli
tayfalarla birlikdə dəyişdilər (bu «başqa tayfalar», yəqin ki,
Azərbaycan ərazisində ola bilməzdi, sonralar – XI əsrdə gələ
bilərdi); ölkə əhalisinin dil görkəmini dəyişdilər, yəni yerli əhalini
assimilyasiyaya uğratdılar və s.
Albaniya haqqında ilk dəfə Strabon, Arrian və başqaları
məlumat vermişlər. İskəndərin fəth etdiyi ölkələr sırasında
Albaniyanın da adı çəkilmişdir. «İskəndərin vəfatından sonra
(e.ə.322) onun varisləri arasında hakimiyyət uğrunda mübarizə
gedən zaman Albaniyada müstəqil dövlət fəaliyyət göstərirdi.
Yəqin ki, Albaniyada xırda vilayət hökmdarlarının vahid
mərkəzdə birləşdirilməsinin gedişi artıq Əhəmənilərin hakimiyyəti
dövründə başlamış və İskəndərin imperiyası dağılan zaman başa
çatmışdı». (2; 151–152) Burada heç bir tərəddüdə yol vermədən
mövcud vəziyyət və tarixi sənədlərin verdiyi məlumat nəzərə
alınmaqla e.ə.IV əsrdən vahid Albaniya dövlətinin mövcud
olduğu dərslik müəllifi tərəfindən qeyd edilmişdir – I yox, IV
əsrdə.
Alban etnosları qədim Azərbaycanın yerli etnosları
olmuşlar. Daim zikr olunan əsas məsələ bundan ibarətdir ki,
Strabon albanların 26 müxtəlif dildə danışdıqlarını qeyd etmişdir.
Bu fikrə əsasən Albaniyanın əhalisi yekcins deyildi. Albaniyada
362
yaşayan tayfaların adları da məlumdur: sakasen, mük, uti,
qarqar, udin, ud, sovde, kaspi, qel, leq, lupeni, sila və s. Antik
müəlliflər «alban» anlayışını ölkənin bütün əhalisinə şamil
edirdilər. Əsas nöqsan ondan irəli gəlmişdir ki, tayfaların
Albaniya ərazisində yerləşməsi, yayılması məsələsi düzgün izah
edilməmişdir. Y.Yusifov bu cəhəti diqqətlə araşdıraraq yazır: «...
«26 dil» anlayışını Albaniyanın aran və onu bürüyən dağ və
dağətəyi hissələrinə şamil etmək mümkün deyildir. Ya Strabonun
istifadə etdiyi mənbədə məlumat düzgün qeydə alınmamış, ya
da «26 dil» anlayışı Albaniyanın şimalında (Cənubi Dağıstanda)
yaşayan əhalinin dil şəraitini nəzərdə tutmuşdu... Albaniyanın
mərkəz hissəsində, Kür çayının sağ və sol sahili ərazilərində
yaşayan əhali arasında bu cür dil müxtəlifliyi nəzərə çarpmırdı».
(2;146)
Albaniya ərazisinin əsas əhalisi türklərdən ibarət idi. Bunu
yerli toponimlər aydın göstərir. Tədqiqatçılar çoxdan
müəyyənləşdirmişlər ki, «alban» sözünün özü türk mənşəlidir və
bunun qohum türk dillərində izləri zəngindir: türkmənlərdə
«alpan», qazaxlarda «alban» adlı türk tayfaları indi də
mövcuddur – bunu Y.Yusifov da, Q.Qeybullayev də qeyd
etmişdir; alp, alb – türkcə 'cəsur, igid' mənasındadır, -an isə cəm
şəkilçisidir. «Albaniyanın mərkəz və aran rayonlarının əhalisi
əsasən türk etnoslarının, Dağıstana yaxın ərazisi isə həm də
Qafqaz-iberdilli etnosların yaşadığı bölgələr olmuşdur...
Albaniyada əsasən üstün gələn türk dili ləhcələri (kanqar, bulqar,
peçeneq, heptal/əbdəl və s.) qədim yerli türk dili ilə bir müddət
yanaşı öz varlığını saxlayırdı, tədricən alban (arran) türk dilinin
yaranmasına gətirib çıxarırdı. Təsadüfi deyil ki, erkən orta əsr
qaynaqlarında, toponimiya və antroponimiyasında türk sözləri
əks olunmuşdur». (2;150)
Y.Yusifov uti və indiki udin sözləri arasında və eyni
zamanda, türk mənşəli utilərlə Qafqaz mənşəli udinlər arasında
heç bir əlaqənin olmadığını göstərir. Utilər türk tayfası olmuş və
Azərbaycanda qərbdən şərqə böyük bir ərazidə yayılmışlar:
«...türk etnosu olan utilər qədim və erkən orta əsrlərdə geniş bir
363
ərazidə – Şimali İkiçayarasından və Azərbaycandan tutmuş ta
Şimali Qafqaza kimi geniş bir ərazidə yaşamış və həmin ərazidə
baş vermiş siyasi hadisələrdə iştirak etmişlər». (2;149)
Utilər və onların bir hissəsi olan utiqurlar hun-türk tayfa
ittifaqına daxil idilər. Azərbaycan türk etnoslarına orta əsrlərdə
udulu tayfası da daxil idi.
Y.Yusifov bir sıra digər tayfaların, o cümlədən
Azərbaycanda geniş ərazilərdə məskən salmış kaspilərin də türk
tayfalarından olduğunu aydın faktlarla izah etmişdir. Etnonimin
kökü kas sözündən ibarətdir: «Kas adını Zaqroş dağlarının qədim
(e.ə. II–I minilliklər) sakinləri kaşşu-kissi etnosunun adı ilə
eyniləşdirirdilər. Çox güman ki, kas-kaş etnonimi Albaniyada
(eləcə də bütün Azərbaycanda və cənub istiqamətində) yaşayan
türk etnoslarının digər adı olmuşdur. Son araşdırmalara görə,
kas etnonimini bir sıra Orta Asiya və Altay türk tayfaları daşıyırdı.
Qərbi Sibirdəki Kara-kas («Qara kaslar») adını daşıyan türk
etnosunun tərkibinə Sarıq kaş («Sarıkaş») və kaş etnik qrupları
daxil idi. ...qədim zamanlar türkmənşəli kaslar Azərbaycanda və
daha geniş ərazidə təmsil olunmuşdular».(2;150) Y.Yusifov
fikirlərini ümumiləşdirərək yazmışdır: «Qədim Azərbaycan
dövlətləri (istər Albaniya, istər Adərbayqan) sərhədləri müəyyən
etnik və dil çərçivəsində formalaşmışdı. Bu dövlət çərçivəsində
azsaylı qeyri-türk etnik birləşmələri də təmsil olunmuşdu. Eyni
zamanda, türk etnosları qonşu ərazilərdə (şimalda Dərbəndə
kimi, şərqi Gürcüstanda, Göyçə mahalı və Ağrıdağ vadisi)
məskunlaşmışdılar». (2;152)
Yuxarıda gördük ki, İ.Əliyevin əsas qənaəti bundan
ibarətdir ki, Cənubi Azərbaycan ərazisində (Atropatenada)
müxtəlif etnoslar birləşərək Mada-Atropatena xalqının
təşəkkülünə səbəb olmuşdur və bu xalqın dili Şimal-qərbi İran
dillərindən biri olub, talış və Avesta dillərinə yaxın imiş. Burada
danılmaz cəhət təsvir edilən dövrdə Atropatena ərazisində xalqın
364
və ümumxalq dilinin təşəkkül tapmaqda olmasıdır və başqa
tarixçilərimizin də təsdiq etdiyi kimi, bu dövrdə Azərbaycan
(Atropatena–Adərbayqan) xalqı və onun vahid dili təşəkkül
tapmaqda idi. Lakin təşəkkül prosesinin başlanması başqa
şeydir, təşəkkül başqa. Ümumxalq Azərbaycan dilinin təşəkkülü
ilkin feodalizm dövründə – eramızın III–V əsrlərində başa
çatmışdır. Lakin bu prosesdə İ.H.Əliyevin qeyd etdiyi «yerli
etnosların öz milli simalarını itirməsi və iranlaşması» prosesi heç
bir elmi-tarixi əsası olmayan söhbətdir. Uzaq keçmişdən
aborigen əhali kimi yaşamaqda davam edən türk etnoslarının
heç birində iranlaşma baş verməmiş, əksinə, isgit, sak,
massaget, kimmer-türk tayfalarının gəlişi ilə türklər Azərbaycan
ərazilərində daim üstünlük qazanmışlar. Y.Yusifov Atropatena
ərazisində qeyd edilən tayfaların türk və ya İran mənşəli olması
barədə fikirləri və həmin dillərə məxsus izləri nəzərdən keçirərək
yazmışdır: «...Azərbaycanda türk etnoslarının iranlaşması baş
verməmiş, bir sıra hallarda ünsiyyət nəticəsində qarşılıqlı leksik
mənimsəmələr şəraitində türk etnosları öz dilini saxlamış və
Azərbaycan türk dilinin yetkinləşməsi prosesi baş vermişdir».
(2;133) Akademik tarixin müəllifi ona görə yerli etnosları
iranlılaşdırır ki, «iranlılaşmış» əhalini eramızın birinci minilliyinin
sonunda gələn səlcuq-oğuzların təsiri ilə birdən-birə yenidən
türkləşdirə bilsin. Lakin tarix göstərir ki, heç bir iranlılaşma baş
verməmiş, türklərin qədim etnosları güclü olmuş və yeni gələnlər
onları daim gücləndirmişdir (Qədimdən – Şumerlərin
İkiçayarasında məskunlaşmasından əvvəl Azərbaycan ərazisində
məskunlaşmış aborigen türklərdən başqa, tarixçilər türk
tayfalarının Azərbaycan ərazisinə miqrasiyasının üç mühüm
dövrünü göstərirlər: e.ə.VIII–VII əsrlərdə kimmer, skit və
sakların gəlişi; eramızın I–V əsrlərində (və sonrakı dövrlərdə də)
hun tayfalarının axını; XI–XII əsrlərdə səlcuq oğuzların gəlişi).
Səlcuq oğuzları gələnə qədər artıq ümumxalq Azərbaycan türk
dili (III–V əsrlər) və bu əsasda şifahi ədəbi dil (VI–VIII əsrlər)
təşəkkül tapmışdı, xalq min illik inkişaf yolunda idi, yazılı ədəbi
dilin təşəkkülü prosesini keçirirdi.
365
Ümumxalq Azərbaycan türk dilinin erkən feodalizm
dövründə formalaşması Atropatena dili anlayışı və bu anlayışın
birləşdirici rolu ilə bağlıdır. Atropatena sözünün Azərbaycan
şəklinə düşməsi ilə azəri sözü də təşəkkül tapmış və ilk dəfə bu
sözü ərəb mənbələri qeydə almışdır. Kəsrəvidən belə bir çoxları
başa düşmür ki, azəri dili bir tayfa dilinin adı yox, indiki Cənubi
Azərbaycanda yaşayan xalqın ümumiləşmiş dilinin adı olmuşdur
və bu söz tayfa adı əsasında deyil, qeyd etdiyimiz kimi,
Atropatena sözünün Azərbaycan şəkli alması və Azərbaycan
sözünün azəri şəklində ixtisarı yolu ilə yaranmışdır. Antik və ilkin
feodalizm dövrünə aid bəzi mənbələrdə (Strabon) ölkə əhalisinin
bütövlükdə atropatenlər, bəzilərində (Tasit) midiyalılar
adlandırılması təsadüfi deyildir. Ölkə əhalisinin bütövlükdə bu cür
adlandırılması xalqın təşəkkül tapdığını sübut edir. Xalqın
təşəkkülü isə ümumxalq dilinin təşəkkülü deməkdir. Ərəblər
tərəfindən qeydə alınsa da, azəri sözü çox uğurla tapılmış bir
sözdür.
Ərəblər Cənubi Azərbaycan ərazisində farsların deyil,
türklərin yaşaması, bu ölkənin qədimdən türk ölkəsi olması
barədə fikirlər söyləmişlər. İ.Əliyevin əksinə olaraq, bizim üçün
məhz bu cür fikirlər maraqlıdır. Əbuməhəmməd Əbdülməlik ibn
Hişamın «Himyər hökmdarları barədə taclar kitabı»nda xəlifə I
Müaviyə (661–680) ilə müşaviri Übeyd ibn Şəriyyə əl-Cürhuminin
məşhur söhbəti tarixçilərə daha yaxşı məlumdur. Söhbətdə
deyilir: «Yəmən padşahı Raiş zamanında onun sərkərdələrindən
biri Şimr ibn əl-Qəttaf ibn əl-Müntab... yüz min nəfərlik ordu ilə
türklərlə döyüşə-döyüşə Azərbaycana daxil oldu. Döyüş
nəticəsində türklər məğlub oldular. Şimr ibn əl-Qəttaf həmin
döyüşün və keçdiyi yolların keyfiyyətini iki daş üzərində yazdırdı.
Əl-Cürhumi qeyd edir ki, onların hər ikisi bu gün Azərbaycan
divarlarında saxlanılmaqdadır.
Müaviyənin Übeyd ibn Şəriyyə ilə söhbətləri buraya
çatdıqda Müaviyə Übeydə müraciət edərək, Azərbaycan
haqqında onun fikrini öyrənmək istəyərək demişdir:
366
«Sən allah, Azərbaycan (haqqında) əlaqəniz, təlaşınız və
xatirəniz nədir?»
Übeyd ibn Şəriyyə belə cavab verir: «Ora türk torpağıdır.
Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış və təkmilləşmişlər
(fərqləndirmələr ərəb dilindən tərcüməçinindir – Q.K.)». (9; 56–
57)
Bu hadisəni başqa qaynaqlar da təsdiq edir. Təbəri də ər-
Rəiş adlı hökmdarın Şimr ibn əl-Əttaf adlı qoşun başçısının VII
yüzilliyin birinci yarısında Azərbaycanda türklər ilə savaşını,
türklərin basıldığını və bunun «Azərbaycan ölkəsində bəlli olan»
iki daş üzərində yazılmasını qeyd etmişdir.
Tarixçi və dilçilərimiz bir cəhəti düşünməlidir ki, bu qədər
türk xalqı var, nə üçün onların hamısının dilinin adı var (qazax
dili, qırğız dili, qaqauz dili və s.), amma bir Azərbaycan əhalisinə
türk deyilib, Azərbaycan dili min illər boyu türk dili adlanıb.
Şübhəsiz, bu daha çox onunla əlaqəli olmalıdır ki, Azərbaycan
çox qədimlərdən türk ölkəsidir, Azərbaycan türkün beşiyidir.
Arxeoloji materiallar sübut edir ki, insanın mənşəyi Ön Asiya
hüdudları ilə bağlıdır. Arxantroplardan (homo habilis – bacarıqlı
adam) sonra (təxminən 100 – 80 min il bundan əvvəl) başlamış
mustye dövründə paleantroplar yaşamışlar. Bunların daha çox
öyrənilmiş növü neandertal insandır. Homo sapiens (ağıllı adam)
adlanan neandertal insan müasir insanların sələfi sayılır. Bunlar
Yer üzərində arxantroplardan daha geniş yayılmışlar. Lakin
arxeoloji tədqiqatlar əsasında alimlər bu qənaətə gəlmişlər ki,
«...müxtəlif irqli müasir insanlar bir və ya bir-birinə çox yaxın olan
bir qrup neandertallardan tədricən inkişaf edərək dəyişmələrin
nəticəsində formalaşmışdır. Neandertallara məxsus qeydə alınmış
digər qalıqlar isə sadəcə olaraq öz sonrakı inkişafını dayandırmış
və tədricən məhv olmuş növə aiddir... Son vaxtlar əldə edilmiş
antropoloji və arxeoloji materiallar ehtimal etməyə imkan verir ki,
bu proses əsasən Cənub-şərqi Avropada, Şimali Afrikada və Qərbi
367
Asiyada (fərqləndirmə mənimdir – Q.K.) baş vermişdir. Buradan
müasir inkişaf etmiş insanlar dünyanın digər yerlərinə
yayılmışdır.» (11;31 – 32) Və bundan sonra əhali Yer üzünə
yayılmaqla Avropada avropoid, Afrikada neqroid, Asiyada
monqoloidlər yaranmışdır.
Burada bizim üçün ən maraqlı məsələ budur ki,
paleantroplar Yer üzərində geniş yayılsa da, onların müasir insan
tipinə çevrilməsi bütün ərazilərdə baş verməmiş, insan son
məqamda «bir və ya bir-birinə çox yaxın bir qrup
neandertallardan» formalaşmış, qalan ərazilərdə yaşayanlar məhv
olmuşdur ki, bu da prosesi məhdud bir ərazi ilə bağlayır. Həmin
ərazi Cənub Avropa, Şimali Afrika, Cənub–qərbi Asiya əraziləri
hesab olunur. Cənubi Avropa, Şimali Afrika, Cənub-qərbi Asiya
əraziləri isə Ön Asiyanı ortalığa alır. Buralar (Ön Asiya əraziləri) ən
münbit və əlverişli ərazilərdir – körpəni qoruyan beşik kimidir. Ən
qədim və ən yüksək sivilizasiya da burada meydana çıxmışdır.
Şumerlər də insanın mənşəyini bu yerlərlə əlaqələndirmişlər. İlk
insan qeyd edilən dairədə yaranmış və Yer üzərində ilk ulu dil də
onunla birlikdə təşəkkül tapmışdır. Yaranmış ilk ulu dilin müxtəlif
dil ailələrinin protodillərinə parçalanması da mezolitdən əvvəl (e.ə.
XII minilliyədək) bu ərazidə başa çatmışdır – hindavropalılar,
türklər, semitlər, qafqazdillilər və başqaları bu ərazidə bir-birindən
təcrid olunmuş və müxtəlif ərazilərə səpələnmişlər. Bunlar bir
daha göstərir ki, bütün etnoslar, bütün dillər və eyni zamanda,
bütün dinlər bir kökdəndir. Ona görə də kiçik və böyüklüyündən
asılı olmayaraq, hər bir xalqın, hər bir tayfanın, hər bir balaca
qəbilənin Yer üzərində – min illərlə yaşadığı ərazidə yaşamağa
haqqı vardır və kiçikliyindən, böyüklüyündən asılı olmayaraq, heç
bir etnos öz tarixini öyrənməkdə heç bir maneə görməməlidir.
Başqasının tarixini təhrifə yol verilməməlidir. Azərbaycanın türk
əhalisi daim öz ölkəsində İran və qafqazdilli xalqlarla yanaşı
yaşayıb, mehriban yaşayıb. Lakin insan 6 milyon il yol gəlsə də,
ağıllanmır ki, ağıllanmır. Yer kürəsi bütün insanları yedirtməyə,
geyindirməyə imkan versə də, insanlar arasında azğınlıq Yer
kürəsini iqtidardan salır, sərvət hərisliyi, ərazi iddiaları, digər
368
millətlərə yuxarıdan baxmaq kimi yaramaz meyillər insanın hələ
də cahillikdən xilas olmadığını göstərir...
Azərbaycan Ön Asiya ilə sıx bağlı olduğundan Yer üzərində
insandan türk qolu ayrılarkən ondan Azərbaycanın da payına
düşüb. Miqrasiya başladıqda türklər daim ekvator boyunca
irəliləmiş, Şərqə getmiş, Mərkəzi Asiya tayfalarının yaranmasına
səbəb olmuşdur; qərbə hərəkət etməklə qədim etrusk
mədəniyyətini yaratmışlar. Onların sonrakı miqrasiyaları müxtəlif
istiqamətlərdə olmuşdur. Lakin ilk ayrılma dövründə vətənlərini –
Ön Asiyanı tam tərk etməmiş, bir qismi bu ərazidə daimi məskən
salmışdır. Azərbaycan əraziləri həmin dövr insanlarının yaşayışı
üçün ən əlverişli zonalardan idi. İkiçayarasına şumerlərin buradan
– Cənubi Azərbaycandan, Zaqros zonasından endiyi də məlumdur.
Bunu başqa xalqların tarixçiləri etiraf edirlər: «Yeni torpaq və
otlaqlar axtarışı ilə Zaqros dağlarının əkinçi-maldar tayfaları qərbə
hərəkət edib, bütün Yuxarı Mesopotamiyaya yayıldılar». (12; 115)
Bunlar şumerlərdir. Zaqros (bu söz gah Zaqros, gah Zaqroş
şəklində yazılır – Sumer – Şumer sözləri kimi; mixi yazılarda «s»
ilə «ş» hərflərini fərqləndirmək çətindir) dağlarından düzənliyə –
İkiçayarasına enən şumerlər e.ə.IV minilliyin ortalarından
yüksəlişə başlayaraq heyrətamiz mədəniyyət yaratmışlar.
E.ə.XXIII əsrdə Mesopotamiyanın qərbindən gələn akkadların
İkiçayarasında hakimiyyəti başlayır – sami mənşəli. E.ə. XXII
əsrdə İkiçayarasının şimalında yırtıcı Assur dövləti meydana gəlir –
sami mənşəli. E.ə.XIX əsrin əvvəlindən Babilistan Amori
sülaləsinin hakimiyyəti başlayır – sami mənşəli. O dövrdə olduğu
kimi, yenə də (3 – 4 min il əvvəldəki kimi) İkiçayarasının qərbində
əsas xalqlar hami-sami mənşəli xalqlardır. İkiçayarasının şərqində
isə türk mənşəli Azərbaycan xalqı yaşayır və şumerlərlə yaşıddır.
Şumerlər onlardan qopub Zaqroş dağlarından düzənliyə eniblər.
Ulu dil qeyd etdiyimiz ərazilərdə müxtəlif dillərə təcrid olunub.
Şumer-Akkad tədqiqatçıları eyni kökdən olan akkad, babil, assur
dillərini sami mənşəli müxtəlif dillər kimi qeyd etməklə yanaşı,
hətta onları bəzən dövrləşdirirlər də: qədim akkad dili, yeni akkad
dili, qədim babil dili, yeni babil dili və s. Bəs nə cür olur ki, o
dövrdə sami dilinin bu qədər törəmələri meydana çıxır və bu
369
dillərin varisləri küll halında qalır, amma bu yazıq şumerlərin varisi
yoxdur? Nə üçün İkiçayarasının qərbindən gələnlərin varisi var,
şərqindən gələnlərin varisi yoxdur və İqrar Əliyev də bu inkarın
təsdiqinə çalışır? Gündoğandan günbatana qədər böyük ərazilərdə
yayılmış türklər bir günün içərisində doğub-törədi və eramızın
əvvəllərində hun şəklində zühur etdi? Yəni bunu düşünməyə nə
var ki, məsələn, Hind-Avropa dillərindən bu qədər köklü şəkildə
fərqlənən, eyni zamanda, bu qədər geniş ərazilərdə yayılmış
türklər ən azı 10–12 min il əvvəl təcrid olunub, şərq və qərb
qollarına ayrılıb? İqrar Əliyev İran dillərini əsaslandırmaq üçün
«İran etimologiyasına malik olan onlarca söz» göstərməyin
mümkün olduğunu söyləyir. Bəs nə üçün açıq şəkildə öz türk
mənşəyi ilə bağıran yüzlərcə sözün səsini eşitmək istəmir?
Şumer dilinin türk dili olduğunu çox görkəmli alimlər qeyd
etmişlər (ingilis alimləri S.Lloyd, Q.Çayld, alman alimləri F.Homel,
Q.Vinkler, Fransa alimi E.Reklü, rus alimi D.Reder və b.– bax:
13;57 - 78). Heç bir qısqanclığa yol vermədən bu məsələ daha
əsaslı şəkildə öyrənilməlidir. Bunun üçün yalnız leksik deyil, həm
də ətraflı fonetik, morfoloji və sintaktik araşdırmalar aparılmalıdır.
Mən bircə fakt söyləmək istərdim. Şumer dilində gi, gim, gimi
sözləri (kimi qoşması) son dərəcə işlək bir qoşmadır və mən hec
cür inana bilmərəm ki, oğuz qrupu türk dillərində fəal şəkildə
işlənən bu qoşma ya şumerdə, ya da oğuz dillərində alınmadır.
İ.M. Dyakonov şumer dilini vərəsəsiz etmək üçün şumer
fellərindən əvvəl 6 cərgə prefiks işləndiyini göstərmişdir (prefiks
türk dillərinə yaddır), onların biri də prefiks deyil. Göydə türk
tanrısı şumerlərin tapındığı dingir, yerdə şumerlərin qoyub getdiyi
hesabsız mixi yazılar...
Cənubda manna dili, mada dili və nəhayət, atropatena dili,
şimalda alban (və ya arran) dili ifadələri işlənib. Dedik ki,
Atropatena sözünün «Azərbaycan» şəkli alması ilə azəri dili ifadəsi
formalaşıb. Azərbaycan daim imperiyalar tərkibində olub: Mada
imperiyası, sonra Əhəmənilər, sonra Bizans imperiyası, sonra
370
Parfiya, sonra Sasanilər və nəhayət, Xilafətin yaratdığı imperiya.
Bu imperiyaların əksəriyyətində şimal və cənub birlikdə olub.
Xüsusilə Parfiya və Sasanilər dövründə şimal ilə cənub bir
canişinlikdə birləşdirilib. Ərəblər bu strukturu pozmayıb. Bütün
bunlarda (xarici imperiyalarda) istilaçılıq olsa da, bunlar Yuxarı
Azərbaycanla Aşağı Azərbaycanın bir xalq kimi formalaşmasına,
dilinin ümumiləşməsinə səbəb olub, xalqın, xalq dilinin
təşəkkülündə mühüm rol oynayıb. Ona görə də əksər tarixçilər
ilkin feodalizm dövründə artıq Azərbaycan xalqının, Azərbaycan
ümumxalq türk dilinin təşəkkül tapmış olduğunu göstərirlər.
Səlcuq oğuzların XI əsrdə gəlişi dövründən min il əvvəl
Azərbaycan xalqı, türk mənşəli ümumxalq Azərbaycan dili vardı,
500 il əvvəl Azərbaycan şifahi ədəbi dili artıq təşəkkül tapmışdı
(VII əsrdə birdən-birə «Dədə Qorqud» meydana çıxa bilməzdi),
Azərbaycan yazılı ədəbi dili isə 2-ci minilliyin ilk əsrlərində
normalaşma prosesini başa çatdırmaqda idi. Mən desəm,
tərəfgirlik kimi başa düşülər, türkün tarixinin tədqiqi yolunda hər
bir türkdən daha çox iş görmüş Q.Qeybullayevin sözlərini
deyirəm: «Oğuzların mənbələrdə qeyd edilmiş 24 tayfasından
bəzilərinin (Əfşar, Bayandur, Qayı, Bayat, Eymur, Çəpni, Xələc və
b.) adlarını əks etdirən toponimlər Azərbaycanın hər iki hissəsində
vardır. Lakin onlar gəldikdə Azərbaycan xalqı və onun türk dili
vardı. Səlcuq oğuzları Azərbaycan xalqının etnogenezində həlledici
rol oynamamışlar. Bu rol onlardan qabaqkı yerli türk etnoslarına
məxsusdur».(4;205) Təbii ki, burada səlcuq-oğuzların rolu inkar
olunmur, söhbət həlledici amildən gedir.
Min il əvvəl təşəkkül tapmış bu dil eramızın ilk illərində
cənubda Atropatena dili, şimalda Arran dili adlansa da, ərəblər
şimalı da Azərbaycan kimi qeydə almış və yerli əhalini azərilər kimi
tanımışlar (Yuxarı Azərbaycan, Aşağı Azərbaycan ifadələri də bu
dövrdə yaranıb). Qədim türk ölkəsi olduğu üçün xalqın dilinə
ümumiləşmiş şəkildə türk dili də deyilib; uzun müddət azəri dili,
türk dili ifadələri paralel, bəzən də azəri türklərinin dili şəklində
371
birlikdə işlənib. Səfəvilər dövründə Şah İsmayıl türk dili ifadəsinə
üstünlük verib. Kəsrəvinin dilçilik görüşlərinin zəifliyi bir yana, adi
bir şeyi də fərqləndirə bilməyib ki, dilin adı başqa şeydir,
mahiyyəti başqa, buna görə də iddia edib ki, guya Şah İsmayıl
zorla fars azəri dilini türk dilinə çevirmişdir. Şah İsmayıl heç bir dil
dəyişikliyinə səbəb olmamışdır və ola da bilməzdi. Söhbət dilin
adından gedir. Azəri dili ifadəsi bir qədər məhdudlaşdırılsa da,
sonrakı dövrdə – XVIII, XIX əsrlərdə də işlənmişdir. XX əsrin
əvvəlində daha çox işlənmişdir. XX əsrin 60-cı illərində
alimlərimizin «azəri dili» ifadəsi ilə saysız yazıları çap olunmuşdur.
Lakin konstitusiya qəbulu günlərində (70-ci illərdə) həmin bu
tarixçilərimiz Kəsrəvi stilində yanlış məlumat verərək, azəri
sözünün farsdilli bir tayfanın adı olduğunu iddia etməklə bu sözün
sabitləşməsinə imkan vermədilər. Yoxsa heç 90-cı illərdə türk dili
və ya Azərbaycan dili mübahisələrinə yer qalmazdı.
Yeddi cildliyin birinci cildində əsas fikir aydındır. Ona görə
də sonrakı cildləri vərəqləməyə, dövlət, etnogenez və dil
məsələlərinin necə həll olunduğunu şərh eləmək üçün vaxtı
itirməyə ehtiyac yoxdur. Oxucu bunu da bilməlidir ki, həmin
məsələlər barədə 1-ci cilddə heç bir başqa müəllifin bir kəlmə
sözü yoxdur. Bütün fəsillərdə dövlət, etnogenez və dil məsələləri
İqrar Əliyevin şəxsi monopoliyasındadır. Bölgü zamanı nəzərdə
tutulub ki, əhalinin tərkibinə heç kim qarışa bilməz və qarışa
bilməyib də. Başqaları arxeoloji materialları, maldarlıq, əkinçilik,
sənətkarlıq, tikinti məsələlərini tədqiq edə bilərdi və ancaq bu
istiqamətdə iş aparıblar. Adları da insialla yazılıb: Ə.Q.Cəfərov,
C.N.Rüstəmov, İ.H.Nərimanov, S.M.Qaşqay, K.H.Əliyev,
İ.Ə.Babayev, F.L.Osmanov, R.S.Məlikov. Yalnız bir ad bütöv və
açıq yazılıb: İqrar Əliyev! Yəni bu mənəm! Mən belə istəyirəm və
xalqın mənşəyini bu cür həll edirəm: Bu xalq ən azı iki dəfə öz
etnik simasını itirmiş xalqdır.
Amma bu cür istəməklə deyil. Xalq öz tarixini yazacaqdır. Bu
cür kitablar isə xalqın tarixinə iftiradır.
İndi mən müəllifə üz tutmaq istərdim.
372
Elmi işin qanunları var. Bir mövzuda yazarkən o vaxta
qədər yazılmışlar mütləq nəzərə alınmalı, saf-çürük edilməlidir.
Tutaq ki, Şumerə doğru ilk böyük addımları atan Oljas
Süleymenov da, Aydın Məmmədov da, Tofiq Hacıyev də,
Azərbaycan və Yaxın Şərq tarixinə dair böyük tədqiqatların
müəllifi Yusif Yusifov da, Azərbaycan etnogenezinə dair sanballı
kitabların müəllifi, qədim toponim, etnonim və antroponimlərin
kitab-kitab türk etimologiyasını vermiş Qiyasəddin Qeybullayev
də, dərslik və monoqrafiyalarında Azərbaycanı türklərin çox
qədim vətəni sayan Mahmud İsmayılov da, çox qədim
dövrlərdən bu günə qədərki türk sərkərdə və dövlət başçılarına,
qədim türklərin dünyagörüşünə monoqrafiyalar həsr etmiş Vəli
Həbiboğlu da, şumerdən bu tərəfə türk folkloru, ədəbiyyatı və
dilinin tədqiqatçıları Elməddin Əlibəyzadə də, Əjdər Fərzəli də,
Azərbaycanın, xüsusilə Abşeronun, Qobustanın hələ 10-14 min il
əvvəldən türk vətəni olduğunu duyub-düşünən Əhməd
Fərhadoğlu da, norveçlilərin Qafqazdan gəldiyini, Norveç
əfsanəsindəki Aser adının bizim Azəri ilə bağlı olduğunu göstərən
Norveç alimi Tur Heyerdal da, Amerika hindularının türk
olduğunu sübut etmiş Əhməd Əli Arslan da, hələ XX əsrin 20-ci
illərində şumer ulusunun türk olduğunu söyləyən Besim Atalay
da, türk tarixçisi Camal Anadol da, «Etrusklar türk idilər»
kitabının müəllifi Adile Ayda da, «Şumerlər – ən ulu türklərdir»
əsərinin müəllifi Əlisa Nicat da, troyalıların yunan deyil, türk
olduğunu göstərən Beytulla Şahsoylu da, hələ ilk dövrdə yüz
yetmişdən artıq şumer sözünün türk leksikası ilə ortaq olduğunu
üzə çıxaran Osman Nədim Tuna da (indi bu cür sözlərin sayı
400-dən artıqdır), bu cür qarşılaşdırmalar aparmış
A.S.Amonjolov da, İ.M.Miziyev də, türk əhalisinin neçə min illik
tarixindən bəhs edən başqa müəlliflər də səhv edirlər, yazdıqları
heç bir tarixi sənədə əsaslanmır, dil faktlarının izahı sizi qane
etmir. Bəs nə üçün münasibət bildirmirsiniz? Nə üçün təkzibə
çalışmırsınız? Əgər sizin yazdıqlarınız sosial-ictimai əhəmiyyəti
olmayan bir mövzuya dair bir monoqrafiyadan ibarət olsa idi,
bəlkə də, keçmək olardı. Amma bu, xalqın tarixidir. Necə ola
bilər ki, bir onillikdə bir xalqın tarixinə dair iki kitab çap oluna
373
(biri EA-nın avtoritet Tarix İnstitutunun adı ilə, digəri Təhsil
Nazirliyinin qrifi ilə dərslik kimi) və həmin kitablar dövlətin əmələ
gəlməsi tarixi, etnik tərkib və dilin mənşəyi məsələləri üzrə
daban-dabana zidd ola? Hələ Q.Qeybullayevin bir institut
həcmində araşdırmalarını demirəm. Siz bir konsepsiyanı həqiqətə
uyğun bilirsinizsə, digərini əsaslı dəlillərlə, heç bir vulqarlığa yol
vermədən təkzib etməlisiniz. Sizin ustadınız İ.M. Dyakonov, insaf
naminə, bir mülahizədən xoşu gəlmədikdə, ustalıqla təkzibə
çalışıb. Sizin kitab 98-ci ildə çap olunub. Yusif Yusifov «Qədim
Şərq tarixi»ni 93-cü ildə, «Azərbaycan tarixi»ni 94-cü ildə nəşr
etdirib. Q.Qeybullayevin kitabları da («Azərbaycan türklərinin
təşəkkülü tarixindən» və «Azərbaycanlıların etnik tarixinə dair»)
eyni ildə (1994) çap olunub. 4-5 ilin müddətində kitabı «öz
dövrünün siyasi konyunkturasından» təmizləyərkən bu kitablarda
problemin qoyuluşuna münasibət bildirməli idiniz. Heç bu
kitablar olmasa idi də, 70-ci illərdən sonra dil və etnogenez
məsələlərinə dair yeni ruhlu başqa kitablar və saysız məqalələr
çap olunub. Yəni deyirsiniz, bunların içərisində həqiqətə uyğun
heç bir şey yoxdur?
Siz 60-cı illərdə nə yazmısınızsa, onları da çap etdirmisiniz.
Sonrakı işiniz türkün Azərbaycan ərazisində çox qədim tarixinə
dair bütün cücərti-tədqiqləri ad çəkmədən budamaqdan və
imkan olduqda kökündən baltalamaqdan ibarət olub. 40 səhifəlik
girişdə Azərbaycan tarixinə dair yarım səhifəlik yazısı olan xarici
alimləri də xatırlamısınız, amma tunc dövrünün abidələrini
öyrənə-öyrənə, tuncdan zireh geyib bütün müqavimətlərə qarşı
tunc heykəl kimi dayanan Yusif Yusifovun adı kitabınızda yoxdur,
məqbul bilməmisiniz. «Ön Asiyanın müxtəlif qədim ölkələrində
quldarlıq quruluşunun mühüm rolunu sovet tarixçiləri
İ.M.Dyakonov, V.A.Belyavski, Y.B. Yusifov və başqaları öz
əsərlərində tədqiq etmişlər» – bu sözlər Moskvanın buraxdığı
«İstoriə drevneqo mira» (12;105) kitabından götürülmüşdür və
Ön Asiyanın quldar dövlətlərinin öyrənilməsində SSRİ-də xidməti
olan üç böyük alimdən biri Yusif Yusifov hesab olunmuşdur. Özü
də İ.M.Dyakonovla birlikdə.
374
Sözümün sonunda demək istəyirəm ki, Siz sovet məktəbi
keçmisiniz (Bu məktəb böyük məktəbdir!). Zəhmətkeş
adamsınız. Aldığınız akademik adına tam layiqsiniz (Sizi təbrik
edirəm). Amma zəhmətinizi, bütün yuxarıdakı qeydlər göstərir ki,
düzgün istiqamətləndirməmisiniz. Buna görə də təəssüf hissi ilə
deyirəm ki, həqiqi «Azərbaycan tarixi»nin yeni nəşrini bir daha
50 il geri atdınız...
P.S. Strabonun məlumatına görə, Şərqi Anadoluda – Van
gölü ətrafında, Ərməniyə vilayətində friqlərin bir qolu olan bir
tayfa yaşayırdı və ərazinin adı ilə qonşular tərəfindən 'ərməni'
adlandırılırdı. Başqa tayfaların təzyiqi ilə eradan əvvəl son
yüzilliklərdə onlar Araz çayından şimalda yerləşən ərazidə –
Albaniya ilə qonşuluqda görünməyə başlayırlar. Ermənilər, təbii
ki, albanlarla müqayisədə azlıq təşkil edirdilər (indiki kimi).
Albaniya ərazisində xristianlığı İsanın öz həvarilərindən Faddey,
Yelisey və Varfolomey yaymışdır – 1-ci əsrin 50-ci illərində (54-
cü ildə). Ermənilər xristianlığı bundan 273 il sonra (327-ci ildə)
qəbul etmişlər (Z.Bünyadov). Həvarilər yaydığı üçün Alban kilsəsi
birinci həvari (apostol) kilsəsi olmuşdur. Bütün bunlara
baxmayaraq, ərəblər Cənubi Qafqaza gələn kimi, ermənilər
ərəblərin qılığına girərək, Alban kilsə katalikosu Bakurun (686 –
704) Bizansla gizli əlaqədə olduğunu uydurmuş, katalikosu 704-
cü ildə edam etdirmiş, Alban kilsəsini erməni kilsəsinə tabe
etdirmiş, alban dilində ermənilərin mənafeyinə uyğun kitabları
təhrif şəkildə – öz mənafelərinə daha da uyğunlaşdıraraq erməni
dilinə tərcümə edib saxlamış, Alban kilsəsindəki alban
mədəniyyət incilərinin hamısını ərəblərlə birlikdə məhv etmiş –
yandırmış və ya yeşiklərə doldurub Tərtər çayına buraxmışlar;
ona görə də birinci minilliyin ortalarına aid erməni dilində neçə
kitab var – deyə bilmirəm, amma alban dilində bir cümlə tapa
bilmirik ki, tutiya kimi gözümüzə sürtək...
O dövrdən 1500 ilə yaxın vaxt ötsə də, bu xalq hələ
ayılmayıb: Azərbaycan tarixində böyük rol oynamış Sisakan
375
(Zəngəzur) mahalından Ararat vadisinə qədər böyük bir ərazini
ermənilərə bağışlayıb, sərvət və vəzifə hərisliyi, xəyanət və
satqınlıqla Qarabağı və onun ətraf rayonlarını erməni tapdağına
çevirib daxildə rüşvətxorluqla, bir-birini didib-parçalamaqla
məşğuldur.
Mən yazının daxilində gələcək Azərbaycan haqqında işıqlı
sözlər demişdim. Amma bunları küll halında düşündükdə
Azərbaycanın gələcəyi mənə dumanlı və qaranlıq görünür...
Təbiət daha bədtərindən saxlasın!..
30 iyun 2001
Dostları ilə paylaş: |